10 Aralık 2015 Perşembe

ANSTV-nin Günəbaxan verlişinə 2

Hörmətli Elgiz bəy dönəmimizin bütün təbliğat vasitələri, hər gün südsüz analara  düzəltmə südləri almaları haqqında reklamlarda yayımlar gedir. Ama anaların niyə südü yoxdur.  Analarda olan bu çatmazlıqların səbəbi nədir. Dünyanı tutan bu ümumi bəlanın qarşısını almaq olarmı?  Bu haqda heç yrdə yayım eşitməmişəm. Sizin geniş yayım imkanınız olduğu üçün, südsüz analara profilaktik kömək məqsədilə bu qısa məktubu çatdırmağınızı xahiş edirəm.            
Südsüzlük bu gün kütləvi hal almışdır. Doğulan uşağın 80-90-%- düzəltmə  yemlərlə böyüyürlər. Aydındır ki, səbəb anaların südlərinin olmamasıdır. Südün olmamasının səbəbi nədir. Qızın məməsində süd vəzilərinin inkişafı 9-10 yaşlarından başlayır, 18-20 yaşlarında dayanır. Hər bir məmədə yüz minlərlə mikroskopik süd vəzləri olur. Bu günkü qızlar, analar  qızlar 12-13 yaşlarından lifcik geyinirlər. Döşlərinin yumru görünməsi üçün bacardıqları qədər sıxırlar.Yeni inkişafa başlayan süd vəzləri  inkişafdan qalır. Yüz min vəz əvəzinə iyrmi-otuz min vəz əmələ gəlir. Normal inkişaf etməmiş  məmədən də bol süd gözləmək səhv fikirdir. Bu gündə ucqar kəndlərdə kiçik yaşlarından lifcik geyinməyən analar ən azı bir il uşağa bol süd verirlər.

Bu sahədə anaların özlərini hazırlamaları haqqında, məməyə necə qulluq  etmək haqqında marifcilik yayımı, yox dərəcəsindədir. Çünkü qızlara lifciyin zərərli olması haqqında heç nə öyrədilmir. Lifciyi yalnız iyirmi yaşından sonra geyinmək məsləhətdir. Bunu heç kim onlara oyrətmir. Belə yayımlar  körpə qızlara 12-15 yaşlarında öyrədilməlidir. Bunu da ancaq analar və ya məktəblərdə qız dərnəkləri kimi qadın müəllimlər öyrədə bilərlər. Bu gün bu sahəni onların özləri də bilmirlər. Ona görə də bu çətin işi sizin televiziya boynuna götürə bilsə gələcəyin anaları üçün böyük yaxşılıq eləmiş olarsınız. Qadın konsultasiyasında  ikicanlı  analarıin necə davranmaları  özlərinə necə qulluq etmələri haqqında, həkimlər qadınları marifləndirmirlər. Məsələ hər gün rast gəldiyimiz bir hadisəni misal çəkim. Bir çox anaların məmələrinin (döş vəzlərinin) uclarının  giləsi yox dərəcəsində olur. Belə məməni uşaq heç cür dodağına alıb sora bilmir.  Süd məmədə qalır, süd vəzlərinin atrofiyasına səbəb olur. Bu vəziyət çox halda ananın südnün yox olması ilə nəticələnir.  Belə halların  olmaması üçün sovet vaxtı  poliklinkaların mamaçalıq otaqlarında analara məmələrin gilələrinin böyüdylməsi üçün öyrətmələr keçirilirdi. Doğuşa qədər ananın məməsinin giləsi böyüdülürdü. Hamiləliyin 8-ci aylığından hər gün ana döşünün giləsini 3-5 dəqiqə masaj etməsi məsləhət görülürdü. Apteklərdə xüsusi rezindən hazırlanmış sorucular olurdu. Analar  hamilə vaxtı  sorucu rezinlə gündə iki dəfə səhər və axşam məmənin  giləsini sordurma yolu ilə böyüdürdülər. Doğuş vaxtına qədər məmənin ucu böyüyüb normllaşırdı. Eyni zamanda sorucu rezin süd vəzlərini də qıcıqlandıraraq südün artmasına səbəb olurdu.  Bu gün hər şey tərsinə olubdur. Köhnələr unudulubdur. Təzə yenilikdə yoxdur. Pulun xətrinə  hər yerdə televizor, mətbuatlar vasitəsilə qondarma yemlər gündə bir neçə kərə təbliğ olunur. Anaların profilaktikası unudulur.

Uşağın ana südü ilə əmizdirilməsi ananın özü üçündə istirahət deməkdir. Ana təbiəti ilahidən elə yaradılmışdır ki, Ana nə qədər vaxt süd verərsə o müddətdə ananın gövdəsində ana olmaq üçün əmələ gələn hormonlar tormozlaşır. Hormon əmələ gəlmir. İkicanlılıq  arası nə qədər uzun olarsa, bir o qədər ana istirahət edir. Gələcək ikicanlılığa yaxşı hazırlaşır. Ana həmin süd verən müddəti aybaşı (anahalı) görmür və uşağa qalmır. Bununla da ananın gövdəsi bir il dincəlir. Son zamanlar uşağın 7-8  aylığında analar  yenidən ikicanlı olurlar. Bunun da əsas səbəbi  anaların uşağı çox tezdən 4-5 aylığından döşdən ayırmaları  olur. Bu halı tibbi baxımdan bir növ patoloji hamiləlik hesab etmək olar. Çünkü hələ ikicanlılıqdan sonra ananın gövdəsi özünün harmonlar mübadiləsini fizioloji hala salmamış  yenidən ikicanlı  olur.

Statisdik məlumata görə doğal ( təbii) yemlənən  (qidalanan) uşaqlara  nisbətən düzəltmə (süni)  yemlənən uşaqlar  arasında ölüm 5-6 kərə ( dəfə) çox olur. Bu günkü anaların 40-50-%nin südü hələ qırxlı uşağı doydurmur. Analar istər- istəməz uşağı düzəltmə yemlə  bəsləməyə doyuzdurmağa məcbur olurlar. 3-aydan sonra anaların 60-70 %-i uşağı  düzıltmə yemlə böyüdürlər. Çox təcüblü haldır ki, bu acınacaqlı vəziyətin səbəbini aydınlaşdıran elm ocaqları heç bir məlumat vermədən susmağa üstünlük verirlər.

Mən canlı  şahidi olduğum 1930-40 illərdə 3 yaşlı uşaqlar analarını əmirdilər. Anaların da bol südləri  olurdu.1950-70-İllər arası Bakının 2-3 doğum evində ana südünü satın alan məntəqə var idi. Çox südlü analar gedib orada südlərini sağıb satırdılar. Süd verən ana o qədər çox idi ki, bəzən növbə olurdu.  İndi səbəb nədir ki, 1-2-aydan sonra analarda süd olmur. Bu haqda elm ocaqları fikirləşib səbəbi aydınlaşdırıb ictimayətə bildirməsi analar üçün böyük yenilik olar.

Hiç yorum yok:

Yorum Gönder