Ön söz
İlki
bilinməyən, sonu görünməyən tarixin boranlı-qarlı,
daşlı-kəsəkli səhnəsində Azərbaycan türkləri bir çox haqsızlıqlarla üzləşmişlər.
Onlardan biri də dilmizə qarşı edilən haqsızlıqlardır. Yeni yaradılmış gənc Azərbaycan Xalq Cümhuriyyətinə
1920 ildə Rus imperiyasının basqısından (işğalından) sonra, Azərbaycan
Cümhuriyyəti Rus imperiyasının birləşimnə (tərkibinə) qatıldı. Qafqaz türklərilə,
Anadolu türklərinin birliyini pozmaq istəyi ilə 1923-cü ildə Lenin Qafqaz türklərinin dillərində dəyşiriklərin
aparılması haqqında göstriş vermişdi. Azərbaycan türklərinin dilində geniş işlənən
azərbaycan sözləri, ərəb-fars sözlərilə dəyşdirildi. Sonralar bu siyasəti
Stalin yaşatdı. Dilçilərmiz dilimizi ərəb, fars sözlərilə elə doldurdular ki,
tamam yeni azərbaycan dili yarandı. Beləliklə də ədəbiyata gələn ərəb fars sözləri
(xüsusilə fars sözləri) danışıq dilimizdə olan doğma sözlərimizi, dilmizdən
çıxardaraq yavaş-yavaş el danışığından da çıxardıb unutdurdu. Yerinə ərəb-fars
sözləri işləndi. Bu gerçəkdir, həmin oyunun canlı tanıkıyam (şahidiyəm.)
Doğrudur
elə bir dil olmaz ki, onda gəlmə-yad sözlər olmasın, bu toplumun (cəmiyyətin) gəlişmə
(inkişaf) qanunudur. Ama bu gəlmə sözlər o dönəmlərdə olur ki, ona ehtiyac
yaranır, hər hansı bir yeni texnoloqiya və ya yeni siyasətlə istər-istəməz o zöz, danışığa girir. Belə
halda söz ehtiyatı daha da bollanır (zənginləşir). Eyni zamanda toplumun gəlişməsi
ilə topluma lazım olmayan, işlənməyən sözlər yavaş-yavaş unudulur, danışıqdan
çıxarılar. Bu da doğanın (Təbiətin) qanunudur, belə də olmalıdır. Ama min illərlə
işlətdiyin sözlərə ehdiyac olduğu halda onu atıb, yerinə həmin anlamda olan yad
sözləri danışığa gətirmək dədələrmizin irahını (ruhunu) incitməkdir, onların irahlarına
söyüncdür.
25 ildən
artıqdır bağımsızlığımızı (müstəqilliyimizi) əldə etməyimizə baxmayaraq, dilçilərimiz
hələ də Rus siyasətini yaşadırlar. Fars siyasətinin dəyirmanına su tökürlər. Elə
il olmur ki, yeni-yeni yad sözlər danışığmıza, dilmizə gəlməsin. Bu gün ərəb-Fars
sözləri irahmıza (ruhumuza) elə hopubdur ki, yad söz olduğuna heç cür inana
bilmirik. Ama Kəsrəviçilər siz mənim dilimdə danışırsınız deyəndə cavab tapa
bilmirik deyə, susmağa üstynlük veririk. Son zamanlar Avropa dilləri də üstəlik gətirilir.
Dəyərli oxucular bu gün unudulmaqda olan, sizə
tanış olmayan Azərbaycan sözlərini oxuduqda onlara xor baxmayın, qulağınız
alışdıqdan sonra sizə xoş gələcəkdir. Çünkü onlar sizə doğmadır. Dədələrinizin
sözləridir. Bu kitabçada mənim yadımda qalan doğma sözlərmizi yeri gəldikcə
yazıya salmışam. Unudulmuş sözmüzü
anlamadıqda çaşmayasınız deyə, işlətdiyimiz yad (əcnəbi) sözləri mötərzə içərisində
vermişəm.
Unutmayın
ki, doğma dilin itməsi ulusun (millətin) itməsi deməkdir. Özümüzə qayıtmağın
vaxtı çoxdan gəlibdir, ama biz hələ də özgələrin ətəyindən tutmağı unuda
bilmirik. Yaxın aydınlarım məni danlayırlar ki, ərəb-fars sözləri olmayanda sözbitiyi
(cümlə) sadələşir. Onu bildirim ki, türk dilli xalqlar arasında Azərbaycan dili
ən varlı dildir. Təki yeri-yerində işlədə bilək. Sonu da mən razıyam sözbitiyim
(cümləm) sadə olsun, ama öz sözlərim olsun. *****************
Rusvayçı
(bədnam) ermənilərin utanmazlıqlarından irahlanan (ruhlanan) gürcülər 1989-90-ci
illərdə “Gürcüstan gürcülər üçündür”şuarı
altında Türk (Azərbaycanlı) kəndlərinə dövlət düzeyində (səviyyəsində) gürcülərin
basqınları oldu. Hətda xeyli adamlarımızı da öldürdülər. Gürcü millətçiləri bizə A.M.E.A-sının ensiklopediyasından
çıxardılan yazını göstərərək,” Budur siz XVII- əsrdə kütləvi surətdə bizim
torpağa gəlibsiniz . Nə ki, yaşadınız bəsdir. İndi öz yurdunuza qayıdın”
deyirdilər. Həmin vərəqdən götürüb A.M.E.A.-nın Tarix İnstutuna gəldim.
İnstitutun direktoruna olayları danışdım. Ensiklopediyanı gətirdik. Doğrudan da
Borçalı başlığı altında yazılmışdı “ Borçalıya Azərbaycanlılar XVII-ci əsrdə
kütləvi surətdə köçürülmüşlər”. Gördük Gürcülər düz deyirmişlər. Borçalı türklərinin
belinə daşı qoyan elə bizim tarixçi Akademiklərimiz olmuşlar. Mən öz
narazılığımı bildirdim. Direktor dedi ki, gürcülərlə danışarıq, yazışarıq bəlkə
XII-əsr elətdirdik. Mən yenə razılaşmadım ki, biz eradan öncədən o yurdların
yerli xalqıyıq. Borçalının hər yeri bizim dədələrmizin qədim anıtları (abidələri)
ilə doludur. Siz gürcülərlə birlikdə ekspedisiya yaradın. Bilim
tutamaları (Elmi dəlillər) ilə bizim yerli ya gəlmə olmağımızı onlara da bizə də
düzünü bildirin. O zaman biz də başımıza bir çarə taparıq dedim. Bu dönəmdə İnstitutun
başqa bir bilim işcisi, “ XII -əsrdən öncə Borçalıda türklər olmayıblar, yaşamamışlar”dedi.
Sizin yerlərdəki anıtların türklərlə heç bir
ilişgisi yoxdur” dedi. Bunların bu sözləri məni çox ağrıtdı və düşündüm ki,
bunlar bu sözlərilə bizə, oralar sizin deyil, çıxın deyirlər siz də çıxın demək
istəyirlər. Üzümü onlara tutub, “axı mən uşaqlığımda
babalarmızın dediklərini eşitmişəm. Onlar deyirdilər ki, keçmişdə buralar ulu dədəmiz
Oğuz Xanın (Zülqədərin) yurdu torpağı
olubdur. Elə onun vaxtından da biz orada yaşayırıq. O haqda bizim dastanımız da
var. Oğuz xanın gömütnün (qəbrinin) də Borçalıda olduğunu deyirlər”. Tarixçi
araşdırıcı Ağasoğlu Pompeyin Borçalıda olduöunu, Borçalıda türklərin yaşadığını
deyir dedim. Gördüm sözüm Akademiklərə lağlağı gəldi. Üzülmüş halda çıxdım.
O
gündən alimlərin dediklərilə razılaşan zaman,”Oğuz xan” dastanı gözüm önünə gəlir
və məni razılaşmağa qoymur. Eyni dönəmdə
də Gürcülərin kilsələrdəki xacları dəyişmələrinin şahidi olmuşam. Aşkar edilən
ulu gömütlərdəki (qəbrlərdəki) skeletlərin büküşlü halda yatdıqlarını görmüşəm.
O gündən də Borçalı türklərinin keçmişi ilə maraqlanmağa başladım.
Gürcüstan
respublikasının Borçalı bölgəsində 100-dən çox tarixi anıt (abidə) var. Azı 5
hektarlıq alanı (sahəni) tutan şəhər xarabalıqları var. Saysız-hesabsız qoç heykəlli gömüt (qəbir)
daşlarını və qolu bir-birinə çarpazlaşmış sinə daşlarını görmüşəm. Gürcü yazısı
olmayan İki çeşitli yazı kitabələri var. Bu gün də Qaramanlı, Bolus, Kapanaklı,
Sakındur (Sakadur) şəhərlərinin kalafalıqları, Oğuz gömütlükləri (qəbristanlıqları) hələ də adlarını qoruyub saxlayırlar. Bütün
Borçalı torpağında olan toponimlərin
hamısı qədim türk adlıdır. Bu qədər canlı şahidlərin olması məni həmişə üzmüş və
düşündürmüşdür.
1992 ildə
Fars tarixcisi S. Bəlağinin “Quran qissələri” əsərini oxudum. Əsəri oxuyanda
uşaqlığımda babamdan eşitdiyim Oğuz
dastanı yadıma düşdü. Cünkü Bəlaği dastanda olan olayları olduğu kimi əsərində
bir daha təkrarlayaraq, Qurandakı Zülqərneynin Fars şahı Kureş olduğunu deyir.
Qurandakı ayələri Küreşin yürüşlərilə ilişgiləndirir. İranda tapılan yiyəsi bilinməyən
buynyzlu heykəli Kureşin adına yazır. Kureşin Zülqərneyn olmasını elə ustalıqla
təstiqləyir ki, inanmamaq olmur.
Uşaqlığımda
eşitdiyim Oğuz-Zülqədər dastanı bütün səhnələri ilə gözüm önündə canlandı.
Dastanda deyilən, Oğuz xan gedən ölkələrdə bu gün fars dilli xalqın yox, türk
dilli xalqın olmasını, Oğuzun getdiyi yerlərə türk adlarının verilməsini gözüm
önünə gətirəndə, Kureşin Zülqərneyn olmasına məndə kuşku (şübhə) yarandı.
Özüm-özümə Qurandakı Zülqərneyn Kureş yox
Oğuz xaqandır dedim. Həmin ili
1992-ci ildə “Hürriyət” qəzetinə “Qurandakı Zülqərneyn kimdir” başlığı altında Oğuz
dastanının Borçalı çeşitinin qısa özütünü (xülasəsini) verdim və tarixci alimlərdən
də bu dastanı araşdırmalarını dilədim.
1994-cü
ildə F. Rəşidəddinin “Oğuznamə”sini oxudum. Burada da Oğuz-Zülqədər dastanında
olan olayların hamısının olduğunu
gördüm. Ama burada olaylar eşitdiyimin tərsinə verilmişdir. Dastandakı
ardıcıllıq pozulmuşdu. Borçalı çeşitində Oğuz xan batıdan doğuya gedir, yollarda çoxlu yabancı
(vəhşi) sözbilməzlərə söz, geyim və uyğarlıq (mədəniyyət) öyrədir. Heç bir dövlətə
rast gəlmədən davasız, qırğınsız Çinədək (qədər) yol gedir. Qoca vaxtı qaranlıq
dünyaya yolçuluq edir, deyilir. Oğuznamədə isə Oğuz doğudan batıya yürüş edir.
Yüksək uyğarlı (mədəniyyətli) dövlətlərlə
vuruşur. Gənc yaşlarında qaranlıq dünyaya gedir. Oğuznaməni oxuduqdan sonra
eşitdiyim Oğuz dastanına bir az kuşqu (şübhə) ilə baxmağa başladım. Məndə iki ya
üç Oğuz xan qılığı (obrazı) yarandı. Biri babamdan eşitdiyim lap qədimlərdə
adamların yabançı ( vəhşi) dönəmlərində ilk dövlət yaradan Oğuz Xan, Başqası isə
sonralar doğudan gələn və“Oğuznamədə olduğu kimi, qonşu dövlətlərlə müharibə edən
VII-əsrdə yaşayan Oğuz Xanı idi.
2013-cü
ildə Azərbaycan Milli Elmlər Akademiyası
M. Füzuli adına əlyazmalar İnstitutunun çap etdiyi “Dini və tarixi Mənbələrdə Zülqərneynin şəxsiyyəti”
adlı dissertasiyasının Avtoreferatını
oxudum və özümü çaşırdım. Disertant Avtoreferatın
7-ci səhifəsində yazır: “Zülqərneyn haqqında olan xəbərlər qeyb xəbərlərinə
aiddir”. O, 24-cü səhifədə maraqlı açıqlama
verir. “Teoloji araşdırmalar nəticəsində Zülqərneyn barədə Quranda bəhs edilən
səyahətlərin bizim planetdə deyil, digər səyyarələrdə baş verdiyi fərziyyəsinə
üstünlük verilmişdir” deyir. Yazıdan belə qanılır ki, yazar Zülqərneynin qeyb
aləmindən olmasına qəti inanır və elə də qəbul edir.
Son
zamanlar Türkiyənin İnternet və televiziya kanallarında tarixi əsərlərdə Zülqərneyindən
çox danışılır. Azərbaycan alimləri kimi, onlar da Zülqərneyni göy planetinin varlığı hesab
edirlər. Türkiyəli Mehmed Ali Bulud və İsgəndər Tülə Zülqərneynin göy planetinin adamı olduğunu
deyirlər . Yad planetdə Zülqərneynin
hökmüran olduğunu, ordusunun olduğunu, qövmlər ilə görüşdüyünü, göydə Yəcuc, Məcucilərin
qabaqlarına qaz buludlarından səd çəkdiyini danışırlar. Zülqərneynin həm
keçmişin həm də gələcəyin göy adamı olduğunu, sədd dağılıb Yəcuc- Məcuc gələndəonun
da gələsi olduğunu deyirlər. Ərəblər də “Zülqərneynin
qədimlərdə yəmən ölkəsinin patişahı oluduğunu” deyirlər.
Bir çox ərəb və türk tarixçiləri Zülqərneynin
Ərəb olduğunu deyirlər. Ən azı 6 min il tarixi olan ilk türk xaqanlığını quran
türkün 2-ci peyğəmbəri olan Oğuzu (Zülqərneyni) ərəbləşdirməklə türk xalqının ən
qədim inamını da ərəbləşdirmək istəyi bunlarda niyə haradan yararlanır bu giz mənə
aydın deyil.
Akademiyanın
folklor institutna məktub göndərib bildirdim ki, Araşdırmanız yanlışdır. Zülqərneyn
şəxsiyyətdir. Doğru adı Oğuzdur, Hazırda qəbri Borçalıda ziyarətdır dedim. Oğuz
dastanının Borçalı çeşidnin də qıca özətini
(xülasəsini) göndərdim.
Tarixçi F.
Ağasoğlunun “Qədim Türk eli” və T.Azərtürkün
“Mixi yazılı azəri türk dilinin qrqmmatikası” kitablarını oxudum. Bu kitablar mənim
Borçalı ilə marağımı daha da artırdı, məni ürəkləndirdi, bu yolda çalışmaq üçün
mənə ipucu verdi. Ağasoğlu yazır: Qədim Saka türkləri E.Ö. 8-ci minilliklərdə
Araz çayı ətrafından qalxıb, Qafqazdan keçməklə Azov dənizi ətrafında yurd
salmışlar. Azov ətrafında çoxalandan sonra da, geri köhnə yurtlarına qayıtmışlar. T. Azərtürkdə Sümerlərin türk
olduqlarını, Önasya türkləri sümerlərin qalıqları olduğunu yazır. Azərtürk kitabında 400-ə qədər Sümer sözlərini göstərir.
O sözləri özəlliklə (diqqətlə) oxuyanda gördüm ki, sözlərin 80%- bu gün
Borçalının Kəpənəkçi kəndində işlək haldadır. Qədim Sümerlərin dillərinin
Borçalı kəndlərində belə geniş yayılaraq, bu günə qədər gəlməsi, məndə inam
yaratdı ki, Araz-Azov arasında gediş- gəliş yolu olan Borçalıda qalan Sakalar,kapanaklar
ən azı 6-7 min ildir ki, Borçalı xalqının ulu dədələridir deyim. Çox yazıqlar
olsun ki, bizim bilim adamları, dillərdə olan bu qədər yaxınlığı görmürlər. Hər
halda Sakaların Azov ətrafına- Krıma gediş-gəliş yollarının üstündə olan
Borçalılarla, xüsusilə Kəpənəkçilərlə, Sümerlər-Sakalar-kapanaklar arasında
keçmiş dönəmlərdə (zamanlarda) hər-hansı bir yaxınlığın olması danılmazdır. Alimlərmizin bu yaxınlığı, uyğarlığı yoxlamalarına ehdiyac
var. Ama nə Türkiyə, nə Azərbaycan alimləri bu 100 illiyin dönəmində bir kərə də olsun Borçalı türklərinin
yazğıları (taleləri) haqqında maraqlanmamışlar.
Bu yiyəsizlik bu gün də yaşamadadır. Hələ tarixdə bir kərə də olsun,
Gürcüstan-Azərbaycan-Türkiyə arxeoloqlarının birliyində arxeoloji ekspdisiya
yaradılıb Borçalı xalqının doğru, düzgün dəyəri verilməmişdir. Türk kökənli
aydınlarımız unutmasınlar ki, Borçalıya ögöy baxmaq gələcəkdə Borçalının
yoxluğu deməkdir. Borçalını itirməklə türk dünyasının ən gözəl bucağını itirirlər.
Bu günədək
heç bir folklorçunun və tarixçinin yada salmadığı Oğuz xan (Zülqədər) xalq
dastanında adı çəkilən Oğuz xana ( Zülqədərə) əminliklə deyə bilərəm ki,
Quranda adı çəkilən Zülqərneyndir. Zülqərneynlə bağlı Quranda göstərilən
olaylar ən azı 4-5 min ildir ki, olduğu kimi türk xalqının yaddaşında yaşamaqdadır. Ən azı 7-8 yüz ildir
ki, “Oğuznamə” lərdə yazılı halda dillərdə dastandır. Ama bu olayları incələyib bilim yolu ilə Zülqərneynə yiyə çıxan oğul tapılmır. Quranı araşdıran
elm adamları da ya Makedoniyalı İsgəndərin yaxasından tuturlar. Ya da, Zülqərneyni
başqa planet adamı hesab edərək üstündən xət çəkirlər. Bu özgəlilik məni Zülqərneynin
kimliyi ilə yaxından ilgilənməyimi (maraqlanmağımı) daha da artırdı. Elə bu ilginin
(maraqın) sonu da bu kitabcanın yazılmasına ilişgi (səbəb) oldu. Əyər bilim adamlarımız bu dastanı araşdırıb,
türk xalqının xüsusilə Azərbaycan türklərinin tarixlərinin üstünə yığılmış tozu təmizləyə bilsələr bir çox
minilliklərin gizli sirri üzə çıxar.
Giriş.
Evrənin (kainatın)
yarandığı ulu dönəmlərdən bəri, adamlar bu dünyanı dərk etməyə çalışmışlar.
Onun dünyaya olan ilişgisi (münasibəti) və özünün harada, necə yetginliyi,
kimliyi həmişə onu düşündürmüşdür. Bu gün bir giz (sirr) kimi bütün dünya
aydınlarını, bilik adamlarını düşündürən bir çox konular hələ də çözülməyərək qalmaqdadır. Adamoğlu həmişə evrənin (kainatın), doğanın (təbiətin) və toplumun
(cəmiyyətin) ilişgisinə (əlaqəsində) qatılma (iştirak etmə) yollarını aydınlaşdırmağa
çalışır. Adamlıqla ilgili dünyagörüşlər bir-birini əvəz etdikcə, yeniləşdikcə, adamın
düşüncəsi də həmişə yeniliklər yolu keçir və dəyişirilir. Belə bir sorğu adamın
ağlını həmişə özünə bağlamışdır ki, “mən
kiməm, niyə nə üçün yaranmışam, varlığımın nədəni (səbəbi) və dərinbiliyi (hikməti)
nədədir? Bu tansıklı (möcüzəli) evrənin
yiyəsi varmı, varsa, o kimdir, nəçidir, necədir və haradadır?” Bütün bu sorğuları
ilə adamın yaddaşı, ən qədimlərdən bəri bu dünyanı axtarışlar, araşdırmalar
xırmanına (meydanına) çevirmişdir. Bu sonu görünməyən sorğuların kökünü, bu
ucu-bucağı görünməyən dünyada gerçəkliyi (həqiqəti) axtarmaqdır və bu gün də axtarılır.
1960 illər
idi Borçalının Bolus dərəsində Çataq bölgəsinin Almabağında gürcülər arxeoloji
qazıntılar aparırdılar. Bir gömüt (qəbir tapılmışdı qəbri açanda skeletin
büküşlü yatdığını gördüm. Güldüm ekspedisiyanın rəhbəri mənə tərs-tərs baxıb
acıqlı bir əda ilə niyə gülürsən dedi. Skeletin duruşuna bax gör necə yatır, bu
türk gömütüdür dedim. Söz ağzımdan çıxan kimi üzünü yanındakı gürcülərə tutub, söyünclə
onlara yad adamları niyə buraxırsınız deyib məni oradan uzaqlaşdırmalarını əmr
elədi. Heç hay-küy salma gedirəm deyib, oradan uzaqlaşdım.
Bolus (Bolnisi) rayonun Kəpənəkçi kəndinin şərqində
"Sarı kilsə" adlı yarısı uçmuş kilsədə 1986-87-ci illərdə Gürcüstan
arxeoloji ekspedisiyası kəşfiyyat işləri aparan zaman iki-üç metr dərinlikdə III-
IV əsrə aid edilən gənc oğlan qəbri tapılmışdır. Sinə daşında qədim türk dilində
yazı aşkar edilmişdir. Yazıda deyilir "Kapanakçı xaqanın oğlu gənc (prins),
kapanak çayında boğulub öldü". Həmin daş iki il Tiflis tarix muzeyində
saxlanıldı, iki ildən sonra muzeydən götürüldü. (Ekspediyada iştirak etmiş,
“Sovet gürcüstsnı “qəzetinin müxbiri Ocaqov isaxanın dedikləri)
2016 ilin
Avqustayında Televiziya dalğası ilə “Biz
kimik, doğru adımız nədir?” sorğusu ilə üç uzman bilim adamının (alimin) görüşü
keçirildi. Üçü də ayrılıqda özünə bir ad qoydular. Biri Azərbaycanlı oldu, biri
türk oldu. Biri də Azəri oldu. İki saatlıq söhbətdən Sonra alimlərin hərəsinin
ağızını bir yana tutduqlarını görən aparıcı bir az ürəklənərək, sizi bilmirəm mən
türk ulusuyam (millətiyəm) Azəbaycan dövlətinin vətəndaşıyam deyərək verlişi
bitirdi. Bu söhbətə mən də qarışaraq deyirəm ki, 1936 –cı ilədək doğulanların
doğum kağızına (şəhadətnaməsinə) Türk milləti yazılırdı. İstər türk, istərsə də
türk sözünə nə artırsan (türkaz, Aztürk
və s.) hamısı yaraşar və özünü doğruldar. Yalnız Azərbaycanlı sözündən başqa,
cünkü Azəbaycanlı millətin göstəricisi yox, torpağın göstəricisidir. Istənilən
millət azərbicanlı ola bilər.
Türkün tarixi haqqında qısa arayış.
Türk
tarixindən danışan Avropa, Rusiya və Türk dünyasının tanınmış tarixçi, dilçi,
dinçi. araşdırıcı bilim adamlarının (alimlərinin) hamısı türkün tarixindən, dilindən, dinindən
danışanda həmişə ilk başlanğıc kimi doğu türküstandan danışırlar. Türklərin
Çin, Monqol sınırlarından gəldiklədini deyirlər. Hətda Sümerlərin də doğu
Asyadan gəlmə bir xalq olduqlarını kəsinləmək üçün çabalıq (canfəşanlıq) edən
bilim adamları (alimlər) çoxdur. Əlbətdə 10 min illiyə ilişgi (aid) edilən yüksək
uyğarlığı (mədəniyəti) və gömütü olan xalq öz ululuğunu uyğarğı və gömütü ilə kəsinləyir.
(təsdiqləyir). Elə də 4-5 min il tarixi olan yüksək Altay uyğarlığından (mədəniyyətindən)
qürurla danışmağa haqları var.
Ancaq Qafqaz,
Önasya türklərindən söz düşəndə onların gəlişmələrini tam kəsinliklə (bir mənalı
olaraq) VII-Y.İ.-yə ilişgiləyirlər (aid edirlər). Qafqaz və Önasya türklərinin
qədimliliyini, yerli xalq olmalarını heç
cür qəbul etmək istəmirlər. Bu kısqanclığın ilgisi nədir, onu bilə-bilə bizim
bilim adamlarmızın (alimlərmizin) Rus Avropa alimlərinin yedəklərincə getmələri,
öz köklərindən uzaqlaşmaları adamda şaşqınlıq (təəccüb) doğurur.
Alimlərimiz
hələ də düşünürlər ki, Qafqaz türkləri VII əsrlərdə doğudun gələn xalqdır. Çox
yazıqlar olsun ki, bizim alimlərimiz, gözlərini uzaq döğudan, Çin sınırlarından
çəkib, Qafqaza, önasiyaya yönəldmək istəmirlər.
N. Cəfərov
Türklərin təşəkkülünün Altaydan başlandığını yazır. “ Qədim türklərin vətəni
ilk orta əsrlərdən bəri Türküstan kimi tanınan geniş çöllərdir. Türk sözü ilk dəfə
göytürk dövlətinin adında rast gəlinir.” deyir. (Nizami Cəfərov “Qədim türk ədəbiyyatı
Bakı 2004). İstər türkiyədə istərsə Azərbaycanda
bu düşüncədə olan bilim adamlarımız lap çoxdur.
İnternetin
İslam başlıqlı saitində yazırlar ki, “Tarixçilər Zərdüştün türk (azərbaycanlı) olduğunu və bilavasitə Novruz bayramnın türk bayramı
olduğunu isbat etməyə çalışmaqdadılar. Hal bu ki, bu cür ideyalar tarixin vaqiyələri
ilə üst-üstə düşməməkdədir. Çünkü Zərdüşt miladdan əvvəl 6-cı əsrdə yaşamış,
Asyadan gələn türk boyları isə yüz illər ondan sonra indiki Azərbaycan ərazisinə
yerləşmişlər”. Cox hayıflar olsun ki. hələ də bu cür düşünən farsların dəyirmanına
su daşıyan azərbaycanlı aydınlarımız var.
Bu cür zənnlər (fərziə) Rusların və Farsların yanlış və qərəzli zənləridir.
Görünür hələ də onların təsir çəmbərindən çıxa bilməyən alimlərimiz və
aydınlarımız çoxdur. Bu zənn (fərziyyə) çoxdan köhnəlmiş dünyagörüşüdür. Bu gün
Türklərin tamamilə yeni tarixləri, dini
ideoloqiyaları və yeni dünyagörüşləri formalaşır. Bu ynlış dünyagörüşlü
soydaşlarıma F.Ağasıoğlunun “Qədim türk eli” və T.Azərtürkün “Mixi yazılı Azəri
türk dilinin qrammatikası” kitablarını oxusunlar deyirəm.
Qafqaz və önasya türkləri qarşılarına güzgü
qoyub özlərinə diqqətlə baxsınlar. O zaman doğu türkləri ilə batə türklərinin
tamamilə başqa antrapoloji tip olduqlarını görəcəklər. Mən onu qəti deyə bilərəm
ki, Qazağın, Özbəyin, Tatarın, Uyğurun,
Akasların, Qaqauzların, Monqolların Azərbaycan və Anadolu türklərinin
görkəmlərinə baxdıqda, çox aydın bilmək olur ki, onların antopoloji genezlərində
eyni bir soyçəkimə, irqə ilişik olmaları heç cür mümkün deyil. Türk xalqı ən
azı 3-4 soyçəkiminin (genetik köklərin)
irqlərin birləşməsindən yaranmışdır. Bəəzi tarixçilərin dedikləri kimi bəlkə,
güc anlamını verən türk sözü xalqın birləşmiş toplumuna verilən addır. Bu türklərin hansı uludur, hansı gənc, onu arxeoloqlar və tarixçilər hələ də
axtarırlar.
Palentropoloqlar,
antropoloqlar bu düşüncəni inamla yadsılayırlar. (inkar edirlər). “Arxeoloji araşdırmaların
sonuclarına görə əsgi türklərin və türk xalqlarının antropolojik yapısı artıq
çözülmüşdür, tartışlanmışdır. Beləcə əsgi türklərin tam moğol tipli olmadıqları
və önəmli dərəcədə Avropa tipinin karışımından oluşduqları isbatlanmışdır”. (
Türk araşdırmaları dərgisi.”Çağdaş türk ləhcələri və ədəbiyyatları. İnter.)
R.N.Bezertinov yazır: ”Tanrıçılığın yaranma qaynağı
heç bir mənbələrdən bilinmədiyi üçün, o dünyanın ən qədim inancıdır. Sümerdən gələn
türklər Göy Tanrısını Monqollara vermişlər. Onlardan da şimal yolu ilə Avropaya
qədər yayıldı”. (Vikipediya.
Tenqriyanstvo).
Bezertinovun
Sümerdən gələn göy tanrısını Monqollara vermişlər” deməsi heçdə rastgələ deyilməmişdir
görünür Bezertinov qədim Oğuz xan dastanından xəbərdardır. Oğuzun Sümer
sınırından qalxıb, Monqolustan sınırınadək getməsini o bilirmiş.
Şumeşunas E.
Əlibəyzadə yazır: “Akkatlarla müharibədə (savaşda İ.M.) Şumerlərin məğlubiyyətindən
(yenilmələrindən İ.M.) sonra görünür Şumerlərin tarixi yeni səmtə yön almışdır.
Onlar yenidən bir neçə min il sonra doğma “ulu baba” yurtlarına çəkilmiş, öz əcdadlarının
(ata-babalarının İ.M.) torpaqlarına qayıtmışlar (E. Əlizadə “Ulu dil, Şumerlər
vikiped) Ünlü tarixçi bilim adamı F. Ağasıoğlunun cızdığı gediş-gəliş yol xəritəsinə
görə, türklərin Araz çayı üzərindən
Qarabağ, Borçalı, Qara dəniz ətrafı yollarla eradan 8 min il öncələrdə Azov dənizinin
kənarlarına get-gəl eləmələri, Borçalı türklərinin hansı dönəmlərdən Borçalıda
yaşamaqlarından xəbər verir. Eyni zamanda mənim uşaqlığımda eşitdiyim, dinləyib
yaddaşıma köçürdüyüm, ən ulu xalq dastanı olan Oğuz-Zülqədər dastanının
doğruluğunu, Tarixçi Ağasoğlunun düzəltdiyi batı-doğu, doğu-batı xəritəsi hələ
e. ö. 7-6 minilliklərdə Oğuz xanın getdiyi yolları bir daha uyğuladı-kəsinlədi (təstiqlədi). E. Əlizadənin,
Ağasoğlunun, Azərtürkün araşdırmalarından çıxardılan sonuca ürəklənərək deyə
bilərəm ki, Borçalı xalqının bir parası xüsusilə Kəpənəkcilər Sümerlərin
soylarından qalma xalqdılar. Oxucuları inandırmaq
üçün, Oğuz-Zülqədər xalq dastanının qısa
özütünü oxucularln dartışmalarına (müzakirələrinə) verirəm.
Oğuz xan–Zülqədər dastanı.
Genelliklə
(ümumiyyətlə) hər bir nağılın, əfsanənin,mifin və dastanın içərisində hər hansı
bir doğru dənəciklər (zərrəciklər) oturur və bu dənəciklərin yan-yörələrinə
düşüncənin, təfəkkürün yaratdığı bir çox yalan olaylar düzülür. Bununla da
nağıl, əfsanə, dastan və mif yaranır. Bu çoxlu yalanlar içərisindən doğru dənəni
tapmaq və onun kökündə (əsasında) fikir yürütmək çox çətindir. Mənim söz
açdığım “Oğuz xan-Zülqədər” dastanı da bu cür yalanlarla dolu, 5-6 min illərdən
artıqdır ki, yol gələn bir olmuş, doğru və dəyərli olayın dənəsidir (zərrəsidir).
Unudulmuş bu dənənin üzərindəki tozu təmizləməyə çalışacam. Əgər təmizləyə bilsəm
o tozlar arasından türkün qazancına olan, keçmişin gerçəkliklərini göstərən ışığın
gəlməsinə arxayınam.
Bu qocaman
Oğuz xan dastanını Türk xalqının ən ulu dastanı saymaq olar. Çünkü burada söz, yabançı
adamlardan gedir. Dil bilməz, tanrı tanımaz adamların gəlişmələrindən
danışılır. Qafqaz türkləri arasında Oğuz xan dastanının Borçalı çeşitnin
(varyantının) qısaca özütünü (xülasəsini) yada salaq. Borçalıda bu günədək yaşayan Oğuz- Zülqədər dastanında deyilir:
Hun xanlarının xaqanı Qara xanın arvadı bir
oğlan doğdu. Oğlan, ağ üzlü, göy gözlü,
at ağzlı, qara qaşlı, qara saçlı, gen kürəkli
bir oğlan idi. Oğlan bir gündə bir aylıq boy atırdı. Odur ki, doğulan
kimi anasının südü ona azlıq elədi. O
yemək yedi, içmək içdi. Doğumundan 40 gün sonra dil açdı danışdı. Oğuz xan bir
yaşında “mənə at verin minim” dedi.
Atası ona ad vermədi oğul deyə çağırdı. Ölkənin ən ağıllı adamını ona Lələ
(tərbiyəçi) tutdu. O böyüdü, Kürəyi öküz kürəyi kimi enli oldu. Tay-tuşları
onun qolunu əyə bilmədilər. Ormanda oymağın, el-obanın, malını-atını yeyən qanadlı qurd yaşayırdı.
Puskuda durub onu öldürdü, Eldə ad-san qazandı. iyidlər arasında sayılıb- seçilən
bir iyid oldu. Qara xan eli yığdı oğluma ad qoyun dedi. El də hamılıqla bir ağızdan
onun adını güc ünü olan Oğyz (öküz) qoydular.
Bir gün
Oğuz yuxusunda bir tuş (yuxu) gördü. O gördü ki, bir yelqanat atla yol gedir. Qarşısına
iki başlı bir Aslan çıxdı, buna sarı yürüdü. Onun atı Aslanı tapdaladı, əzib
üstündən keçdi. Oğuz aslanın başını kəsdi.
Qarşısına ucu görünməz dəniz çıxdı. Oğuz
üzünü gündoğana çevirdi, yol boyu çoxlu Bəbirlər düzülüb Oğuza baş əyirdilər. Qarşısına
yenə dəniz çıxdı. Sonra üzünü güneyə çevirdi. Qarşısına bir öküz çıxdı. Atı
öküzün başını üzdü, qopartdı, Öküzün başı tac oldu. At tacı Oğuzun başına
qoydu. Yenə qarşısına dəniz çıxdı. Oğuz üzünü quzeyə tutub dağa çıxmağa başladı.
Dağdan bir qara Qarğa enib, Oğuzun tacını vurub yerə saldı. Tac dığırlanıb,
dağın ətəyində parça-parça oldu. Dan (səhər) açıldı Oğuz Tuşunu hər şeyi bilən
Lələsinə danışdı. Lələsi, “bu dünya dənizin üzərində böyük bir parçadır. Sən dənizlərədək
dünyanın hər yanını tutan bir xaqan olacaqsan, qocalanda bütün adamların başına
gələn üzüntü sənin də başına gələcək” deyib duşu yozdu.
Oğuzun atası Qara xan qocalmışdı. Bütün
xanları çağırıb Qurultay topladı. Oğlunun yetginləşib, xaqanlığa layiq olduğunu
dedi və Xaqanlığı oğluna verdi. Qardaşı Or xanı da Hun alplarına başbuğ qoydu.
Ömrü boyu yenilməyən Or xan Oğuz xana güvənikli (etibarlı) bir başbuğ (sərkərdə)
oldu O gündən Oğuz xan xaqanlığı yönəltməyə başladı.
Oğuz xan bir gün hunlarını
götürüb ova çıxdı. Ovda yağış yağmağa başladı. Şimşək çaxdı, Ormanlığa ildırım
düşdü. Oğuz xan ildırım düşən yerdə bir qızın oturduğunu gördü. O, hunlarına “Tanrım
mənim ovumu göndərdi” dedi. Qızı götürüb evnə gətirdi. Adını Ülkər qoydu.
Onunla evləndi. Başına 40 dənə qarabaş yığdı. Bir gün yenə Oğuz xan hunları ilə
gündoğan ormanlığına yön alıb ova getdi. Ovda bir maralı qova-qova bir çəmənliyə
apardı, Maral qalın hündür otlar
arasından çıxa bilmədi. Xan kəmənd atıb
ovu diri tutdu. Hunlarına burada dincəlmək göstərişini verdi. Xan çəmənlikdə
dincələn sürədə, ormanın gözəlliyi, yaylaları, sərin bulaqları xoşuna gəldi. O,
hunları ilə gənəşiklik elədi. Burada bir
kənt (şəhər) salmağı qərarlaşdırdı. Kəntin tikilməsinə göstəriş verdi. Bütün
hunların səfərbərliyi oldu. Kənt tezliklə
tikildi. Kəndin adını Həmədan (hamının evi) qoyudu, özünə başkənt elədi. Xanın gənclik
qüruru ona sakitlik vermirdi. Özünü dünyanın
xaqanı görürdü. Onda tək xaqanlıq istəyi artdı. Bu istəklə də hunlarını
toplayıb böyük bir ordu ilə
günbatana yürüş elədi. Rum elini və bir çox ölkələri yendi, onları öz qulluğu altına aldı.
Ölkələri ala-ala getdiyi yolda qarşısına dəniz çıxdı. Axşam oldu xan günəşin
gümüş kimi parıldayan bir dənizdə batdəğını gördü. Quru dünyanın burada qurtardığını
dedi. Dənizin adını Ağdəniz qoydu. Yanındakı dağın ətəyində dincəldi dağın
adına da Ağ dağ dedi. Oradakı xanlarla dosrluq anlşması və öhdəçiliyi bağladı, geri
ölkəsinə döndü. Bir sürə dinçəldikdən sonra, üzünü gündoğana tutdu. Dünyanın
axırınadək getməyi qərarlaşdırdı. Xan bir sürə yol getdikdən sonra qalın
ormanlıqlarda yabançılara (vəhşilərə) dilbilməz çöllü adamlara rast gəldi. Bu
adamların onun hunlarına çox oxşadığını görən xan, “bunlar da məndəndir” dedi.
Onların adlarını “Türkmən“ qoydu. Onların yanlarında hunlarından xeyli adam
qoyub onlara paltar geyindirməyi, dil öyrətməyi tapşırdı. Bir ay yol getdikdən
sonra yenə, yabançı qanmaz çöl adamlarına rast gəldilər. Onları bir araya
toplamağa göstəriş verdi. Çöllülərə paltar geyindirmək və dil öyrətmək üçün ordusundan bir takım Hun
ayırdı. Özü isə yolçuluğunu (səfərini) davam etdi. Bir sürə getdikdən sonra,
yenə də qarşılarına yabançı, çılpaq, dilbilməz,
dağ mağaralarında yaşayan xalqa rast gəldi. Bunların qadınlarını çox,
kişilərini az görən Xan onlara Qırxqızlar dedi. Kişilərin az olmalarının kizini
(sirrini) soruşdu. Kişilərin “yarımız qalıb yurdumuzu yadlardan qoruyuruq,
yarımız yem üçün ova gedirik” dedilər.
Qırxqızlara da , geyinmək, danışmaq öyrətmək üçün Hunlardan alplar ayırıb qoydu
. Özü isə yenə yoluna üz tutdu.
Qeyd: yeri gəlmişkən bildirim ki, belə bir
yazılı rəvayət də var. Suyan xanın bir qızı olur və onun 39 qarabaşı olur. Xan qızı ilə birlikdə qarabaşları
da evləndirir. Bunlardan törəyən boya Qırğızlar deyilir. Başqa bir rəvayətdə də
Buman xanın 40 qızı olur oğlu olmur. Bu qızların evliliyindən Qırğızlar törəyir.
(D.K. T.S.S.s-176)
Yolda gözəl çəmənli-çiçəkli, sərin bulaqlı,
bol ovlaqlı bir dağa rast gəldilər. Çoxlu ov ovladılar, Ordu burada dincəldi.
Günəşin enib dağda batdığını görən xan. Tanrının da bu dağa enib yatdığını
düşündü. Bu dağın adını Tanrı dağı qoydu. Dağın çəmənliyində dincəlib
yorğunluğunu aldıkdan sonra yenə yol getməyə başladı. Qarşılarına at minən yayoxu
ilə silahlanmış, az sözlü qoçaq və bacarıqlı ovçular çıxıdı. Oğuz xan onların
başçılırı ilə dil tapıb dost oldular. Oğuz xan bu yabaçılara yaxşılıq elədi
onlra yay, ox bağışladı nişançılıq sirlərini öyrətmək üçün yanlarında Hunlar
qoyub yola düşdü. Yaxşılıqları görən yabançılar, Oğuz xana qarşılarında Çin ölkəsinin
olduğunu və onun güclü ordunun olduğunu deyib, onlara qarışmaqlarlnl istədilər.
Xaqan onlara razılıq vermədi. Xan onlara “Uyğur” (Uyğur ulu türk dilində bizə uyanlar,
qoşulanlar deməkdir) adını verdi. Xaqan onların da gəlişmələri (əhliləşmələri)
üçün Hunlarından alplar qoyudu.
Çin sınırına
çatanda nizami ordulu Çin xaqanlığının olduğunu görür. Çin Xaqanı Oğuz
Xanı sarayına qonaq aparır. Qonşu xaqanlar
kimi dost olurlar. Çin xaqanı dostluq
nişanəsi olaraq, ona qızıl yəhərli at bağışlayır. O da cavab olaraq bir göz
qamaşdıran ləl bağəşlayır. Xaqanlar gəzməyə çıxırlar. Oğuz xan kölgəsinin
olmadığını görəndə ilgiclənir (maraqlanır) kölgələrinin necə olduğunu soruşur.
Çin xaqanı bizim yalnlız səhər və axşam kölgəmiz olur deyir. Bu necə olur deyəndə
səbəbini aydınlşdlra bilmir. Lələ söhbətə qarışıb “biz dünyanın ortasında
olduğumuz üçün, durduğumuz yerdə günəş düz başımız üstündə durur. Onun üçündə
kölgəmiz olmur”deyir. Quranın 18\90-cı ayəsi həmin bu yerə işarə edilərək
deyilmişdir.
Çin xaqanı Oğuz xana “dəyərli xan Lələ çox
şeylər bilir icazə ver mənim adamlarımdan öyrətmən götürsün deyir. Xan razılıq
verir. Lələ bunların 5 ildən sonra qayıdacaqlarını deyir xaqan razılaşır. Onlar dənizə
gəzməyə çıxırlar. Oğuz Xan günəşin göy rəngli
dənizdən çıxdığını görüb, ona Göy dəniz adını verir və burada dünyanın
qurtardığını deyir, Çin xanı ilə dostluq
öhdəçiliyi bağlayır. Aralarında sınırlarını bölüşdürürlər. Xaqan geri
hunlarının yanına gəlir. Bir sürə burada qalır. Uyğurlar üçün bir başkənt
tikdirir. Uyğurlara başçılıq etmək üçün bir takım Hun alplar ayırıb orada
qoyur. O dönəmlərdə ordu illərlə yol gedib gəldikləri üçün onlar yolçuluğa evli
çıxarmışlar. Başkəntin adını Hunqar
qoyur. Bir sürə dincəlib, geriyə öz yurduna yola düşür. Qayıdan dönəmdə yarıdan
yuxarı başı qarlı bir dağın güllü, cicəkli ətəyində dincəlir. Dağ xoşuna gəlir.
Dağın təpəsinə adamlar göndərmək istəyir. Ancaq Lələ razılaşmır. Qışda bu dağa
çıxmaq olmaz. Yalnız 6 aydan sonra dağın təpəsinə çıxmaq olar deyir Oğuz xan dağın
adını Altay qoyur. Gedəndə yollarda qoyduğu yabançıların (vəhşilərin)
artıq gəlişdiklərini (əhliləşdiklərini)
görüb, bunlar üçün də yeni bir başkənt tikdirir. Adını Sumerkənt (Səmərqənd)
qoyur. Sonra da ölkəsinə Həmədana gəlir. Gəlişi şərəfinə böyük qonaqlıq verir.
Bütün qonşu xaqanları, xanları qonaq çağırır. Dünyanın hər iki ucunadək
getdiyini bildirir. Özünü dünyanin iki ucunun xaqanı elan edir. Başına iki buynuzlu tac qoyur. O gündən də bütün qonşu
xalq ona Zülqərneyn xaqan deyir. Özünün xalqı ona Zülqədər (iki buynuzlu) xaqan
dedilər.
Zülqədər bir az dincəlir və üzünü günəş ortamına
tutub yol gedir. O qədər gedir ki, axırda qarşısına ucu-bucağı görünməyən dəniz
çıxır. Qızarmış günəşin dənizdə batdığını görən Zülqədər. Burada dünyanın
qutardığını deyir və dənizin adını “Qırmızı dəniz” qoyur.
Zülqədər xan xaqanlığını daha da genişləndirir böyüdür,
xalqı bolluq, varlıq (rifah) içərisində yaşadır. Son halda qocaldığını görüb,
ölkəsində olan göybilimçiləri (münəccimləri) çağırır. Göybilimçilərə ölməzlik
üçün bir qurtuluş yolu tapmalarını əmr edir. Göybilimçilər bildirirlər ki,
dirilik suyu qaranlıq dünyadadır. Onun yolunu heç kim bilmir. Xan bilgin Lələsini
çağırır. Dirilik suyunu tapmaq üçün Lələsindən gənəşik alır. Lələ ölümsüzlüyün
qarşısının alınmasının olumsuzluğunu deyir. Xan razılaşmır. Getməyi qərara
alır. Lələ yolda çətinliklərin olacağını xana bildirir. Ama xan öz fikirindən
dönməyərək suyu axtarmağı qərara alır. Bu sürədə xaqan ailəsini götürmür. Ülkərbəyim
Tanrıya yalvarır ki, onu yenidən ulduza çevirsin, göydən xanı izləsin. Tanrı onun
səsini eşidir. Onu qırx qarabaşları ilə birlikdə ulduza çevirir. Ülkərbəyim
göydən xanın yolunu izləyir. Xan
qaranlıq dünyanın yolunda bir yanar dənizə rast gəlir. Xan dənizin suyunun od
tutub yandığını görür. Adını “Odlu dəniz” qoyur. Odlu dənizi keçəndə Xan göylərədək
ucalan Başı qarlı-buzlu dağa rast gəlir. Dağın adına Qaf deyir. Zülqədər Qaf
dağın ətəyində dincələn dönəmdə sevimli atı dağa qaçır. Alplar axtarır tapa
bilmirlər. Atı qarlı dağda yaşayan yerli adamlar tutub xana verirlər və deyirlər
ki. Bizm dağda yaşayan Pəri qızlarının qoruyucusu Toğrul quşu adlı qanatlı adam
var. Bu xeyirxah quş Qaf dağının Albuz təpəsində
(indiki Elbruc zirvəsində İ.M.) oturur. Dağı və onun Pəri qızlarını qoruyur.
Onun ilətgənliyi (bələdçiliyi) ilə atınızı tapdıq deyirlər. Xan “Toğrul quşuna
dünyanın ən parlaq ləlini bağışlayır. Gələnlər “Bu dağın bütün varı onundur. O
heç bir hədiyə götürmür” deyirlər. Oğuz xan “Mənim hədiyəmi götürsün
alnına yapşdırsın, gecə və gündüz bunun
işığı onun dağını dünyanın hər yerindən
göstırıəcək” deyir. İndi dünya nəki var,Toğrul quşuda nəki var, Oğuz xanın
daşnın parlaqlığı Qaf dağını gecə və gündüz işıqlı saxlayır. Xan qarlı dağda
yaşayan bu adamların adını “Qarluq” (qarda yaşayanlar) qoyur. Onlara uyğarlıq
(mədəniyyət) öyrətmək ücün alplar qoyub yolunu dəvam edir. Qarşılarına böyük, enli bir çay çıxır. Çaydan
keçə bilməklərini sınamaq üçün, çaya üç tənə atlı alp salır. Çayın ortasında
alpların itdiklərini görür. Çayın adını İtil qoyur. Çayı keçmək üçün başqa yol axtarır. Bu anda Yerli
yabançı adamlar bunlara köməyə gəlirlər.
Onlar çayı keçməyin yolunu öyrədirlər. Onlara kömək edib, ormanın ağaçlarından
doğrayıb sal düzəldirlər. Salların köməyi ilə İtil cayını keçirlər. Bu yerli
xalqın adına Kıpcak ( ulu türkcə kupçak sözü, uyan, qoşulan, kömək edən
anlamını verir) deyir və onlara dil öyrədib
gəlişdirmək (əhliləşdirmək) üçün yanlarında Hunlarından alplar qoyur və
qaranlıq dünyaya yola düşür.
Qeyd:
O.Süleymanov Kıpçak sözünü belə aydınlaşdırır.”Bir çox türk etnonimləri, tayfa
damğasının adını daşıyır. Tilik tayfasının damğasının adi bir xətdir, (yəni
pıçak tiliyi) Qazax dilində Xəttə “tilik” deyilir. Tilik sapsız pıçak anlamında
işlənir.(Borçalı türkləri də sapsız pıçağa tiyə deyir. İ.M.). Çox güman ki,
“iki üfüqü xət” damğası bir vaxtlar iki pıçaq adlanmış və sonralar bu söz, cümlə
qovuşma prosesində kıpçaka çevrilmişdir.( O.Süleymanov “AZ-YA” Bakı 1993
s.134-35)
Qaranlıq
dünyanın yolu ilə gedəndə qarşılarına bir dağ çıxır. Hç cür bu dağı keçə
bilmirlər. Axırda Xaqan Lələdən soruşur “Lələ bu nə gizdir (sirdi)r atları tər
basdı taqətdən düşdülər bir addım belə gedə bilmirlər, bu gizə (sirrə) bir çarə
tap” deyir. Lələ barmağını alnına qoyub bir qədər fikirləşdikdən sonra,
qılncını çıxardıb yanındakı qayaya yapışdırır. Qılınc qayadan asılı qalır.
Qılıncı qayada asılı görən Oğuz xan, “Lələ bu sirri bizə anlat” deyir. Lələ “bu
dağ dəmiri tutan dağdır, Bu dağ haqqında dədələrimdən eşitmişdim, ind özüm tanıqı
(şahidi) oldum. Atların nallarını sökün gedək, qayıdıb buradan keçəndən sonra
yenə də nallarsınız” deyir. Atların nallarını söküb, rahat yol getdilər.
Qaranlıqda alpların azmamları üçün Lələ yeni doğmuş bir atın balasını burada kəsin,
qayıdan başı həmin atı önə salın öndərlik eləsin. Sizi gətirib ölən balasının
üstünə çıxardacaqdır deyir. Elə də qaranlıq dünyanın başlanğıcında anasının
gözü önündə yeni doğmuş bir daylaq kəsib yola düşürlər. Axırda qarşılarına
çoxlu isti bulaqları olan bir yer çıdır. Lələ dirilik suyunun burada olduğunu
deyir. Zülqədər bulağı tapmaq üçün əlində ki, ölmüş balıqla dirilik suyunu
axtarır. Ama tapa bilmir. Ordu sərkərdəsi
Xızırın yox olduğunu eşidir. Onu
görən alplar sərkərdənin qolları qanad olub göyə uçduğunu deyirlər. Xan sərkərdənin haradan göyə qalxdığı yeri göstərmələrini
deyir. Alplar xanı həmin yerə aparırlar Xan orada suyu qurumuş bir bulaq
yerinin olguğunu görür. Xan başa düşür kü, dirilik suyu ona yox, Xızırın düşərpay
(qisməti) olmuşdur. Üzüntü keçirərək (Peşimançalıqla) geri qayıdır. Xızır da o,
gündən türklərin ölməz, həmişəyaşar bilqamısı olur. Dastanda xan hər şeyin,
dağın, ağacın, suyun, quşun dilini bilən bir xan kimi verilir. Yol boyu qurtla,
quşla, ağacla söhbət edir.
Qayıdanda
xan Qaf dağından keçməli olur. Dağı keçmək üçün yol axtarırlar, axırda bir dar
dərəli yal tapırlar. Yaldan aşıb, dağı keçirlər. Qarşılarına çoxlu dağ xalqı
rast gəlir. Böyük ordulu Zülqədəri görən xalq, ona deyir ki, quzeydə, (şimalda) yaşayan Anqut-
Manqut adlı xalq onlara yağı kəsilibdir. Vaxtaşırı keçib mallarını, varlarını talayıb
aparırlar. Bu cümlə olduğu kimi quranda
verilir. !8/94 deyilir: “Ey Zülqərneyn Yəcuc-Məcuc bu ərazidə fitnə-fəsad törədirlər.
Zülqədər ordusuna bu iki dağ arasına
divar çəkməyi əmr edir. Ordu dəmir-Mis
qarışıqlı torpaqla iki dağın arasını doldurur. 700 öküz dərisindən 700 körük
hazırladır. 700 yerdən od vurub 7 gün körükləyirlər torpaqdakı dəmir mis əriyib,
hər iki dağ arasındakı keçidi bağlayır. Dərəni keçilməz bir yal edir. Adını
daryal qoyur. Sölənilən mənzərə olduğu kimi Quranın 18\95-96 ayılırində təkrarlanır.
Yerli xalq Xana
bildirirlər ki, “burada iki qoşa dağ var, ( Bəzi rəvayətdə iki qoşa ağac var) hər
xas (çərşənbə) günü onlar bir- biri ilə danışırlar. Ama onların söhbətlərini
biz qanmırıq” deyirlər. Zülqədər xan dağların (ağacların) söhbətini dinləmək
üçün, həmin dağa gedir. Xas günü iki dağın arasında çadırını qurdurub onların
söhbətlərinə qulaq asır. Gecənin bir sürəsində dağlar (ağaclar) dilə gəlib
danışırlar. Biri o birinə deyir ki, “gözün aydın Zülqədər xan bizə qonaq gəlibdir”. O biri də
cavab verib deyir ki, “qonağmız dünyaya
mənimdi deyir, yenə gözü doymur. Ama xəbəri yoxdur ki, onun özü bu
dünyanın yemidir. Gələn xas günü dünyanın özü onu udacaq və həmişəlik gözünü
doyduracaqdır”. Bu söhbəti eşidən xan, tez xas çadırına qayıdır. Ordu sərkərdələrini
yığıb onlara yollarını dəvam etməyi əmr edir. Xan yolunu getməyə başlayır
Qarşısına bir dəniz çıxır, uzaqdan baxanda dəniz qapqara görünür, yaxına gəldikdə
dənizin dibindəki daşlar da görünür. adını Qara dəniz qoyur. Yolda Zülqədər xəstələnir. Ölüm ayağında ordu
başbuğlarını çağırıb onlara tutsu (vəsiyyət) edir. “ Xas günü mən öləcəm. Ama
ölkəmin yolu hələ çox uzaqdı. Mən öləndə sağ əlimi tabutdan eşikdə (kənarda)
saxlayın. Harada əlimi çəksəm orada basdırın” deyir. Xan ölür tutsuya görə sağ əlini
tabutdan eşikdə aparırlar. Bir dağın yanından keçəndə qoyun otaran çoban soruşur, “bu ölünün suçu nədir ki, əlini eşikdə aparırsınız deyir.
“Bu bizim xanımızdır. Öləndə özü belə tutsulamışdır”
deyirlər. Bilici çoban, iki başlı söhbəti anlayır. Yerdən bir ovuc torpaq
götürüb, xanın ovucuna tökür. Həmin anda xan əlini çəkir. Ordu başçıları belə qərara
gəlirlər ki, xanı həmin dağın təpəsinə (zirvəsinə) basdırsınlar. Çobandan dağın
adını soruşurlar. Çoban “Yeldağıdır” deyir. Zülqədəri çıxardıb Yeldağının təpəsinə
basdırırlar. Zülqədər Yeldağının başında sonsuzluğa (əbədiliyə) qovuşur. Ülkərbəyim
də 40 qarabaşı ilə birlikdə göydə parlaq ulduz halında qarabaşlarıda yanında həmişəlik
Ülkər ulduzu olub, sonsuzluğa qovuşur. Dastan bununla tamamlandı, bitdi. Ama
Zülqərneynin axtarışı bitmədi. O, bu gün də axtarılır.
Həmin Yeldağı,
Borçalının Bolnisi şəhəri ilə Kəpənəkçi kəndi arasında öz yüksək qürurilə
durur. Borçalı xalqının kutsal dağıdır.
Yan-yörəsində yaşayan türklər və qreklər dağa tapanaklarını bu gün də
yaşadırlar. Bu gün Oğuzun-Zülqədərin kutsal gömütnün üstündə gürcülər 2010 ildə görkəmli bir kilsə tikdilər.
Dağa, gömütə hər şeyə yiyələndilər.
Çox
yazıqlar olsun ki, sözdə özünü böyük xalq sayan türk xalqı Oğuzun (Zülqədərin)
gömütünə yiyə dura bilmədi. Torpaqları kimi dəyərli adamlarını da itirə-itirə
gedirlər. Onu da deyim ki, mənim uşaqlığımda “Zülqədərin buynuzu var,
buynuzu” adında bir uşaq şeir kitabı var
idi. Dastan uşaq dilində qısa halda yazılmışdı.
İlk öncə
onu işıqlandırmağa çalışaq ki, dastanda adı çəkilən Zülqədərlə, Qurandakı Zülqərneynin
aralarında hər-hansı bir oxşarlıq,
uyğunluq varmı? Bu qaranlığı aydınlaşdırmaq üçün dastanda səslənən olaylarla, Quran
ayələrini gözdən keçirək. Onu qeyd edim ki, dastanda Zülqədər həm xaqan, həm də
peyğəmbər kimi verilir. Quranda da eyni durum öz kəsinliyni (təstiqini) tapır.
Quranın
18-ci surəsinin 83-cü ayəsində deyilir: “Səndən Zülqərneyn barəsində
soruşurlar. De onun barəsində sizə hekayət söyləyəcəyəm.” Ayənin yazılışından
aydın olur ki, Kimlərsə peyğəmbərdən Zülqərneyn haqqında soruşubdur. Peyğəmbər ə.s.da
Zülqərneyn deyə cavab veribdir. Çünkü Zülqədərlə, Zülqərneyn arasında çox yxın
oxşarlıq var. Zülqədər iki qədərli anlamını, Zülqrneyn isə iki qərinəli (taleyli)
anlamını verir. Demək Zülqədəri Zülqərneyn deyə adlandırmaq elə də böyük suç deyildir. Hər iki adın bir
adama ilgi ola bilməsi inandırıcıdır. Eyn zamanda ayədə rəvayət, nağıl yox “hekayət söyləyəcəyəm” deyilir. Rəvayət, əfsanə,
mif, nağıl həmişə hər hansı bir xırda doğru halın yan yörəsinə düzülən yalanların
qarışması ilə yaranır. Bəzəndə ağlın, təfəkkürün verimi kimi yardılır. Bunlardan ayrımlı (fərqli) olaraq, hekayə həmişə
doğruluqla, bağlı olan olaylardan danışır. Demək peyğəmbər ə.s. Zülqərneyni rəvayət
kimi yox, doğruluq olaraq, bir olay kimi
bilir və onun hekayəsini danışır.
Ayəni
açıqlayan hədisçilər hədislərdə
deyirlər: ”Yahudilər soruşdular ki, Talmutda adı bir dəfə çəkilən buynuzlu peyğəmbər kimdir.” Peyğəmbər ə.s.
buynuzlu peyğəmbərin adını, davranışlarını və getdiyi yolları ayələrdə çox
aydın və dürüst göstəir. Dastanda deyilənlərlə Quran ayəsində deyilən tam
üst-üstə düşür.
Belə ki, 18\85
ayədə deyilir:”O yola çıxdı.” Hansı yola, hansı yana bilinmir. Ama 86-cı ayə ona
aydınlıq gətirərək deyir: “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda qara
palçıqlı bir çeşmədə batan gördü. O çeşmənin yanında bir tayfa da gördü. Biz
ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzabda verə bilərsən, onlarla
yaxşı rəftarda edə bilərsən”! Ayənin deyilişindən aydın olur ki, Zülqərneyn
günbatana yola çıxıbdır. Eyni zamanda bu ayədə Tanrının gənəşikliyi onun peyğəmbərliyini
kəsinləyir.(təstiqləyir.)
Dastanda da Oğuz xan ilk
yolçuluğunu günbatana edir. Gün batan yerdə ordusu dövləti olan bir xalqa rast
gəlir. Quranda deyilən kimi Zülqədər bunlara “əzab da verə bilərdi” Ama davasız-qırğınsız
andlaşma bağlayıb qayıdır. Bax bu durum Quranın 18\86 ayəsində “ Ya Zülqərneyn! Sən onara əzabda verə
bilərsən onlarla yaxşı rəftar da edə bilərsən”! deyə verilibdir. Oğuz xanın ilk
yolçuluğu Quran ayəsinə uyğun gəlir. Yalnız dastanda günəş ağ dənizdə batır
deyilir. Ama Quranda günəş qara palçıqlı bir çeşmədə batır deyilir. Burada bir balaca kuşqu yeri var. Oğuz xan
dünuanın axırı olduğunu zənn edib qayıdır. Çeşmənin olması dünyanın sonu demək
deyil. Eyni zaman da çeşmə yaxın mənzildə görünər, gün batan uzaqlığında olan mənzildə
çeşmə görünməz. Quranda yanlışlıq ola bilməz. Demək çeşmə sözünün çevirməsində,
açıqlamada ya da tərcümədə hər hansı bir yanlışlıq ola bilər.
18\89 ayədə deyilir “Sonra o
başqa bir yola tərəf üz tutub getdi”. Yəni gün doğana getdi. 18\90- da: “Nəhayət,
günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan
ötrü ona qarşı heç bir sipər yaratmamışdıq”. Bu ayə Oğuz xanın Çin patişahı ilə
söhbətinə uyğun gəlir. Dastanda deyilən kimi qızmar günəş onların başlar üzərində
lduğu üçün kölgələri olmur.
18/93-ci
ayədə deyilir: “Nəhayət iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az
qala söz anlamayan bir tayfa gördü.” Tayfa dedikdə söz yox ki, adamlar anılır.
Adam da göydə yox yerdə yaranan varlıqdır. Eyni zamanda peyğəmbər ə.s.ın ”az
qala söz anlamayan bir tayfa gördü” deməsi, onu göstərir ki, peyğəmbər danışdığı
olay, ondan çox-çox qədimliyin, hələ adamların söz anlamadıqları bir dönəmdə
onlara peyğəmbərlik edən bir kimsədən danışır. Bu fikir olduğu kimi dastanda.
Bir neçə kərə səslənir. Oğuz xan doğuya gedəndə bir çox sözbilməzlərlə
rastlaşır. Qaranlıq dünyaya gedəndə Zülqədər xan Qaf dağında bir çox sözbilməzlərlə
rastlaşır və s. Göründüyü kimi Quran ayəsilə dastan olayları eyni səslənir. 18\94-cü
ayə: ”Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc, Məcuc bu ərazidə fitnə-fəsad törədirlər.
Bizimlə onların arasında bir səd çəkmək üçün sənə müəyyən məbləğ versək
olarmı?”18\95.”O dedi: Rəbbimizin mənə berdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə
mənə kömək edin. Məndə sizinlə onlar arasında möhkəm bir səd düzəldim”!
Onu deyim
ki, Yəcuc və Məcuc ərəbləşdirilmiş sözdür. Dastanda bu xalq Anqut-Manqut
adlanır. (Anqut-Manqut sözü Borçalı atalar söxündə bu gündə işlənir) Görünür
Anqut-Manqyt sözü hər hansı bir alçaldıcı sözdür. Söhbət quzov Qfqazda yaşayan
hər hansı bir yabanı xalqdan gedir. Quzov Qafqazda Yəcuc, Məcuc adlı xalq
yoxdur. Yəqin ona görə də ilahyat alimləri onları göy ulduzlarının adamları
hesab edirlər. Sonunda Zülqərneynin “Rəbbimizin mənə verdiyi daha yaxşıdır deməsi
onun tək tanrılı olduğunu göstərir. Divarı (Səddi) də xalqla birlikdə tikir.
18\96-da
deyilir: ”Mənə dəmir parçaları gətirin!” (onlar gətirdilər). O (Zülqərneyn) iki
dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: (körükləri)
üfürün!”-dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına
salınca: mənə ərimiş mis gətirin, onun üstünə töküm!” dedi. (Dəmir və mis
bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu. Və beləliklə möhkəm
bir səd əmələ gəldi)”. Qurandakı bu ayə, dastanda belə verilir. “İki dağın
arasına çoxlu dəmir-mis qarışıqlı torpaq doldurdular. Yeddi yüz öküz dərisindən,
yeddi yüz körük hazırladılar dağa od vürub körükldilər. Körük gecə -gündüz
yeddi gün alov üfürdü. Dəmir, mis əridi iki dağın arasını tutdu”. Göründüyü
kimi Quranın ayəsi ilə dastanda daryal (Devdoraki) dərəsi divarının bağlanması
haqqında deyilənlər necə də bir-birinə uyğun gəlir. Hər ikisində olan fikir
tamam eynidir, üstəlik heç bir açıqlama, incələmə yeri qalmırr.
Həmin surənin
98- ci ayəsində deyilir: “ Bu Tanrının mənə olan mərhəmətidir. Tanrının verdiyi
vədə başa çatdıqda onu dağıdacaqdır.” Həmin
eyni cümlə olduğu kimi dastanda da var. Dastanda “Yeddi yüz körüyn alovu, dağ
boyda tökülən torpağı əritdi, dərədə keçilməz bir sədd yarandı” deyilir. Bu sədd
Allahın izini oluncaya qədər duracaq. Allahın izinindən sorna dağılacaqdır deyilir. Doğrudan da dastanda və Quranda deyilən vədə
gəldi bizim dönəmimizdə başa çatdı. O səddi, sovet höküməti dağıtdı. Dastanda
adı çəkilən həmin Daryal (Devdoraki) dərəsindən sovet hökuməti hərbi Gürcüstan
yolunu saldı. Yeraltı tunel vasitəsilə Gürcüstanla Rusiya birləşdi. Dastanda
olan bütün olaylar Quranda öz doğruluğunu tapır. Demək Qurandaki Zülqərnein
dastandakı Zülqədərdir. Yəni Oğuz xandır. Ama nədənsə 1992 ildən bəri ildə bir neçə kərə mətbuatda gedən
yazılara baxmayaraq, bizim tarixçilər
tanrıçılığı bu günədək özündə yaşadan, ən qədim dastanmız olan və e.
ö.IV- minilliyə ilgi edilən Oğuz dastanını
tanımaq istəmirlər. Ən ilgincli hal budur ki, 1400 ildir həm dastanda həm
Quranda eyni olayları oxuyan Türk aydınları bu günə qədər Zülqərneynə yiyə
durmayıblar. Özmüzün özmüzə bu cür özgəlik, yadçılıq haradandır, heç cür
inanmaq olmur.
Yuxarda
bildirmişdim ki, 1992 ildə “Hürriyət” qəzetinə “Quranda adı çəkilən Zülqərneyn
kimdir”. Başlıqlı məqalə vermişdim. Məqalədə akademiyanın bilik adamlarından
xahiş etmişdim ki araşdırsınlar Zülqərneynin, Oğuz-Zülqədər olduğunu elmi
baxımdam təsdiqlasinlər.2013-cü ildə Azərbaycan
Milli Elmlər Akademiyası M. Füzuli adına əlyazmalar İnstitutunun çap
etdiyi “Dini və tarixi Mənbələrdə Zülqərneynin şəxsiyyəti”
adlı dissertasiyasının Avtoreferatını
oxudum və özümü çaşırdım. Aşağda avtoreferatı incələdikcə çaşqınlığımın nədəni oxuculara
aydın olacaqdır. İlginc hal odur ki, türkiyənin araşdırıcı alimləri də ZüLqərneyni
kosmosda göy planetində axtarırlar.
Əsəri
oxuduqca həm ilgincli (maraqlı), həm də çaşqınlı (təəccüblü) duyğular keçirirdim. Əsərin kapsamından (məzmunundan) görünür kü,
yazar (müəllif) çox böyük güc işlətmiş və çox da axtarışlar aparmışdır. Ama türk
alimləri kimi onun da ağzı caş düşmüşdür. Öz xalqının nağıl və folklorunda,
dastanında bu günədək yaşayan, Zülqədər
(Oğuz) dastanını Türkiyənin və Azərbaycanın geniş bölgələrinə yayılmış Zülqədərilər
soyunu heç yada salmamışlar. Bu Zülqədərilər (Oğuzlar) soyunun Qurandakı Zülqərneyn ilə bağlı
olub-olmaması haqda heç bir axtarış aparmamışlar. Borçalı türkləri arasında geniş yayılmış Zülqədər
(Oğuz) dastanının haradan qaynaqlandığı haqqında heç bir bilgiləri yoxdur və
bilmək üçün də maraqlanmamışlar. O ilgidən (səbəbdən) də alimlərmiz axtardığını
tapa bilməmişlər. Nəticədə də onu göyün
ulduzlarında qaz planetində axtarmışlar. Göy planetinin adamı kimi göylərin ixtiyrına vermişlər.
Türkiyə alimlərinin zənni ilə razılaşan
Avtoreferat yazarı 7-ci səhifəsində
yazır: “Zülqərneyn haqqında olan xəbərlər qeyb xəbərlərinə aiddir”. O, 24-cü səhifədə maraqlı bir sonluğa gəlmişdir. “Teoloji
araşdırmalar nəticəsində Zülqərneyn barədə Quranda bəhs edilən səyahətlərin
bizim planetdə deyil, digər səyyarələrdə baş verdiyi fərziyyəsinə üstünlük
verilmişdir” deyir. Yazıdan belə qanılır ki, yazar Zülqərneynin qeyb aləmindən
olmasını düşünür və bu düşüncəni qəbul edir.
Genelliklə
(ümumiyyətlə) bütün ayələri burada sadalamağa dəyməz. 83-cü ayədən 99-ayəyədək
bütün ayələr Zülqərneyn haqqında olan olayları bildirir. Heç birində də
qeyb aləminə uyğun gələn imayə (eyhama) rast gəlinmir. Hamısı bu dünya ilə sıx
bağlı olan ayələrdir. Onların yalnız
düzgün açıqlanması (izahatı) gərəklidir.
Dini
adamları və bilim adamları, yazarlar: “Zülqərneyn tikdiyi səddi də bizim
planetdə deyil, digər səyyarə ətrafında qaz buludlarından salındığına dair fərziyələrkimi. bu barədə mövcud olan
hipotezalar arasında ən düzgünü kimi təqdim olunmuşdur.” deyirlər
(Dissertasiya) Demək Zülqərneynin tikdirdiyi səddi də. Qeyb aləmində görürlər. İstər
Türkiyyənin, istər Azərbaycanın yazarları olsunlar, istər yazılı əsər olsun,
İstər internet, televisiya çıxışları olsun söhbərlərin hamısında gəldikləri
sonuclar güman və zənnilə kəsinlənir. Heç kim Oğuz dastanındakı Zülqədər
haqqında söhbət etmirlər. Orada adı çəkilən yerlərdən söhbət açmırlar. Onun
üçün də heç biri inandırıcı görünmür. Adama elə gəlir ki, bu adamlar XXI-Y.
ilin yox, X- Y ilin adamlarıdılar.
Nizami deyən kimi hər şeyin arxasında dəlil durur. Əgər dəlil yoxdursa orada
yanlışlıq var.
Tarixçi araşdırıcı Olğan
Aydoğlu da Zülqərneynin keçmişdə göy planetində yaşadığını, Göydəki planetdə yaşayan Yəcuc-Məcucun yerə enib
adamlara xata yaratmaması üçün qarşılarına divar (sədd) çəkdiyini, Divarın
qiyamət günü dağılıb Yəcuc-Məcucların yerə enəsi olduqlarını deyir.
İsgəndət Türən, Əhməd Tap da
Zülqərneyni göy planetinin adamı hesab edirlər. Zülqərneynin bütün hərəkətlərinin
və Yəcuc-Məcucun göydə olduqlarını deyirlər. (Kuranda uzaya səhayət.
Vikiprdiya)
Yalnız Əhməd Tomor xoca, Zülqərneynin bizim
planetimizdə yaşamış və yerin adamı olduğunu deyir. Səddin isə Asya ilə Amerika
qitələrinin ən yaxın olan yerində axtarmağı bildirir.
Budur
dastanda deyilir.“Zülqədərin xeyirxahlığını görən xalq, ona deyir ki, quzeydən, (şimal tərəfdən) gələn Anqut- Manqut adlı xalq onlara yağı kəsilibdir.
Vaxtaşırı keçib mallarını, varlarını talayıb aparırlar. Zülqədər Qaf dağındakı
Daryal (indi Devdoraki) dərəsindən hunlarını keçirir və sonra iki dağ arasındakı
keçidi dəmir, mis əritdirib dərəni doldurtdurur, keçilməz sədd edir.” Tarix tanıqdır
(şahitdir) ki, Qaf dağı bu gün Qafqaz
dediyimız dağdır. O nə əfsanədir, nə də yad planetdir. O bu dünyamızın
bir parçasıdır.
Bir çox
din alimləri “ Zülqərneyn olması zənn (ehtimal) edilən növbəti insan Tövratda
adı çəkilən Hanokdur deyilir. Hanokun da islam alimlərinin fikrincə İdris peyğəmbərin
olduğunu”deyirlər. (Avtoreferat səh. 11).
Onu qeyd edim ki, qədim yunan ədəbiyyatlarında qədim misir kahini olan və
sonralar yunan allahlarından biri olan Hermes,
islamda İdris peyğəmbər kimi təqdim
edilir. Quranın dörd ayəsində İdris ə.s.ın adı
çəkilir. Quranda İdris və Zülqərneyn hər biri ayrı kimsə kimi verilir. Əgər
bunlar eyni adam olsa idilər Quranda adları ayrılıqda çəkilməzdi. Demək İdrislə
Zülqərneyn bunlar ayrı-ayrı kimsələrdilər. Quran onların eyni kimsə olmağını
inkar edir.
Hanok
kimdir? Tövratın “Yaradılış” kitabında Hanok (Xanok) İbrahim peyğəmbərin nəvsidir.
O. Midyanın oğludur (bax 25/1, 2, 6). Əgər
Hanok Zülqərneyn olsa idi o zaman yəhudilər Hanoku yaxşı tanıdıqları üçün peyğəmbərdən
onun kimliyini soruşmazdılar. Çünkü Tövratda Hanokun adı və kimliyi aydın
verilir. Demək Zülqərneyn Hanok da deyil.
(Haşiyə:
Yeri gəlmişkən ilginc (maraq) doğuran bir yazı yadıma düşdü. Bizim bilim
adamları dərslik kitablarında Hanokun varlığını e.ə.8-ci əsrə gətirib
çıxardırlar. Hal buki, İbrahim peyğəmbər
dində e. ə.VI- minilliyə ilgi (aid)
edilir. Bu baxımdan Hanok da ən yaxını e.ə. V- minilliyə ilgi ola bilər. Bizim tarixçilərmiz Həmədanın Salınmasını da
onun adı ilə bağlayırlar. Hal bu ki e.ö. VI –minilliyə ilgili olan mixi
yazılarında Həmədanın adı çəkilir. Başqa xalqlar milçəkdən dəvə yaradırlar.
Bizim alimlərmiz də dəvəni milçək edirlər.)
Türkün ən
ulu soyu olan Zülqədərilər ilə dastandakı Zülqədər xan arasında hər hansı bir qohumluq,
yaxınlıq ola bilərmi?. Güney, quzey Azərbaycanında
və Türkiyədə bir çox Zülqədərilər soyu yaşayır. Eyni zamanda Azərbaycanda
yaşayan Zülqədərilər haqqında çoxlu ədəbiyyatlar var. Tarixi qaynaqlarda İran və Osmanlı ölkələrinin
bir çox yerlərində Zülqədərilər bəylikləri olmuşdur və bəyliklərdə Zülqədər
soyundan bir çox bəylər-bəylikləri (Zülqədərilər eli) olmuşdur. Çağdaş ədəbiyyatmızda
Nizami Cəfərov yazır: “Səfəvi dövlətinin yaranmasında və möhkəmlənməsində Zülqədər
tayfasının da böyük xidməti olmuşdur”. (Azərbaycanşünaslığa giriş,
Bakı,2002-il.) Zülqədərilər haqqında olan
eyni fikiri başqa yazarlar da əsərlərində göstərmişlər. Mirəli Seyidov
“Azərbaycan mifik təfəkkür qaynaqları” Bakı.1983.s.302-də. M.S.İvanov. ”Oçerq
istorii İrana” məqaləsində M.1952.s.59.
İ.P.Petruşevski,” Sbornik statii po istorii Azerbaycana” Bakı 1949
s.229-də. Əhməd Kəsrəvi və s. yazarlar əsərlərində Zülqədərilər haqqında söz
açmışlar.
Dastanın qəhrəmanının
adı ilk başlanğıcda, gəncliyində Oğuzdur. Dünyanın hər iki ucuna getdiyi və bir
çox bacarıqlı ilgilərə görə, başına iki buynuzlu tac qoyduğu üçün ərəblər ona
Zülqərneyn (iki qərinəli) takmasını-ayamasını vermişlər. Türklər Zülqədər demişlər.
Demək bu günkü Zülqədərilər Qurandakı Zülqərneynin həm də türkün ulu dədəsi
Oğuz xanın soyundan törəmələrdilər.
Aydındır
ki, ilk Oğuz xan dastanı bu gün yazıda yoxdur. Dastan bu gün unudulmuşdur.
Ancaq bu ulu dastandan klassik ədəbiyatlarda bir neçə tarixçi və şairlər, azca
dəyşirilmiş formada əsərlərində istifadə etmişlər.
Tarixçi-filoloq Dəniz Karakurt yazır ki, “türklərin qədim rəvayətlərinə
görə dünyanın bir ucunda Ağ dəniz, bir ucunda göy dəniz, ortasında da odlu-atəş
dəniz vardır”. (Dəniz Karakurt “Türk söyləncə sözlüyü” s.98 vikiped) Dəniz
Karakurtun yada saldığı saldırı rəvayət
yox, türklərin qədim “Oğuz-Zülqədər” dastanında adları çəkilir. Dastanın
Borçalı çeşidində həmin dənizlərin adlarını Oğuz xanın qoyduğu deypilir. Ağ dəniz-türkiyə
sınırında, Yanar dəniz (Odlu dəniz) –Xəzər Azərbaycan sınırında hələ də yanır.
Göy dəniz Çin dənizidir. Dastanda adı çəkilən Qırmızı dəniz fars körfəzidir,
Qaf dağı-Qafqazdır, Tanrı dağı və Altay dağı Ortaasyadadır. Dastanda adı çəkilən
xalqlar bu gündə yaşayırlar və türkcə danışırlar.
Bertels
yazır:”Nizami əsərlərini yazarkən, Midya və Atropatenalıların əsgi əsatirlərinin
keyfiyyətlərindən istifadə etmişdir. ”(Y.E.Bertels” Nizami” M. 1956. S.157). Elə
də Nizami Gəncəvi Oğuz dastanını lapaz dəyşiriklik və əlavələrlə bütünlükdə
“İsgəndərnaməsində” vermişdir. Ancaq baş qəhramanın adını Oğuz yox, Zülqədər
yox, İsgəndər qoymuşdur. O, əsərində
Makedoniyalı Aleksandrı tamamilə türkləşdirmişdir. Ayrı cür də bacarmazdı.
Çünkü əsəri üçün qırmızı xət kimi götürdüyü dastan türkündür.
O,Yazır:
“Əlinə yay alsa nişançı türklər,
O,Yazır:
“Əlinə yay alsa nişançı türklər,
Atdığı hər oxla bir ordu yenər.” “Zorba türk borusu
etdikcə şiddət,
Türklərin qoluna gəlirdi qüvvət”.
(Şərəfnamə Bakı 1941.s.321)
Türklərin qoluna gəlirdi qüvvət”.
(Şərəfnamə Bakı 1941.s.321)
Mənim düşüncəmə görə xalqın dastanı olan ulu türk qəhramanı Oğuzun-Zülqədərin (Zülqərneynin) adını dəyişib İsgəndər qoyması, N. Gəncəvinin bağışlanmaz suçudur. O əbədi yaşar olan Oğuzu-Zülqədəri (Zülqərneyni) yox, yalançı, saxta İsgəndəri şərq ədəbiyatında əbədi ölməz qəhraman elədi. Farsların və Hindlilərin qədim ədəbiyatlarının qaynaqlarında amansız, qaniçən yaramaz fateh və mənliksiz adam kimi tanınan İsgəndəri, birdən-birə dünyaya peyğəmbər kimi tanıtdı. Nizami ölümsüz, həmişəyaşar əsəri ilə, 5-6 min ildir ki, bütün doğuyaya yayılmış, ilk dövlət quran ədalətli və ağıllı xaqan, türklərin ikinci peyğəmbəri olan Oğuz xan obrazını ölməz poeması ilə Makedoniyalı iİsgəndərə geyindirərək onu peyğəmbər elədi. Nizami deyir:
“Döyərəm qapını peyğəmbərliyə,
Tanrı da bəyənmiş peyğəmbər-
deyə”. deyir.
Əlbətdə bu
yanlışlıq tək Nizamidən yox, ondan öncə olan bilginlərdən, Firdovsidən, İbn
Sinadan və başqalarından gəlir. Onlar heç bir incələmə, araşdırma aparmadan
Qurandakı Zülqərneyn, Bütpərəst, Mənəviyatsız İsgəndərdir deyə bütün İslam
dünyasını inandırdılar. Bununla da Zülqərneynin-Oğuzun adı peyğəmbərlər
sırasından çıxarıldı. Şərqin qələm adamları, dastanda eşitdiklərinin hamısını, Oğuzun
bütün sifətlərini İsgəndərə verdilər.
Nizaminin əsərində Oğuz xalq dastanı bütünlüklə
verilibdir. İsgəndər (Aleksandr) heç olmadığı Günbatana və Qaranlıq dünyaya
gedir. Yanar dənizdən, Qaf dağından keçir. Qaf dağında keçilməz sədd hördürür.
Bunların hamısı Oğuz-Zülqədər dastanından götürülmüş olaylardır. Nizami bunları
İsgndərin adına yazmaqla Türkün tarixi qəhramanı olan Zülqərneyni-Oğuzu, eyni
zamanda Qurandakı Zülqərneyni türk xalqına unutdurdu. Elə o baxımdan da bu
günün özündə də Zülqərnen yiyəsizdir.
Nizaminin “İsgəndərnamə”sinə
ön söz yazan Qəzənfər Əliyev yazır: “İsgəndərnamə”də təsvir olunan bəzi hadisələrin
əksini biz Talmut rəvayətlərində və qədim Yəhudu (İbrani) dilində olan
ayrı-ayrı kitablarda görə bilirik. (N. Gəncəvi “İsgəndərnamə” Bakı1982.s.8) Q
Əliyev dastanın qaynağının harada oldiğunu çox düzgün başa düşübdür. Çünkü peyğəmbəri
sorğuya tutanlar da, elə talmutçu kahinlər olmuşlar. Q. Əliyevin yazısından
aydın olur ki, onun Talmutdan xəbəri var. Ancaq o da özündən öncəki yazarlar
kimi onu aydınlaşdırmır ki, Talmut Makedoniyalı Aleksandırdan (İsgəndərdən) çox
illər öncə yazılmışdır. Ona görə də Makedoniyalı isgəndərin olayları Talmuta düşə bilməzdi. Demək həm
talmutda həm də Quranda adı çəkilən iki buynuzlu adam Makedoniylı İsgəndər ola
bilməz. Bu kimsə ayrı bir adamdır. Talmutda olan və Quranda olan olaylar, açıq-aşkar Oğuz xan dastanının
eynidir demək Qurandakı Zülqərneynə
dartışmasız və çəkişməsiz Oğuz xandır deyə bilərik.
İlginc
(maraq) doğuran belə bir sorğu ortalığa çıxır. Peyğəmbər s.v. Zylqərneynə vəhyin
gəlməsini bir neçə kərə Quran ayələrində
yada salır. Bəs belə olan halda, bir peyğəmbər kimi Zülqərneynin adı peyğəmbərlər
sırasında niyə yoxdur?
Aydındır
ki, peyğəmbərlərin siyahası peyğəmbər s.v.s.-dən xeyli sonra Quranın təfsiri
zamanı yaranmışdır. Bu zaman da təfsirçilər yanlışlığa yol verərək Makedoniyalı
İsgəndərin Zülqərneyn olduğuna inanırdılar. Makedoniyalı İsgəndər də bytpərəst və
düşgün olduğu üçün İslamın şəriət qanununa görə peyğəmbər ola bilməzdi. Odur
ki, Zülqərneynin adı peyğəmbərlər sırasına salınmadı. Ama ayələrdə iki kirə
Allahdan vəhy alır demək peyğımbər kimi göstərilir.
S.Bəlaği,
bir çox tarixi araşdırmalara söykənərək kəsinləyir ki, Quranda adı çəkilən Zülqərneyn
y.e. öncə yaşamış Fars hökmüdarı Kureşdir. Kureşin Batıya, doğuya, Quzova
yürüşündən çox inandırıcı bilgilər verir.(S.Bəlaği “Quran qissələri” Bakı 1992
.s.284). Oxucu Zülqərneynin Kureş olduğuna tamam inanır. Ama burada bir kuşqu (şübhə)
yeri var. Oğuz dastanında Zülqədərin doğuya və qaranlığa yürüşü zamanı rast gələn
qanmaz, dinsiz, dilsiz xalqlara dil öyrədir. Həmin yerlərdəki xalq bu gün bizə
aydındır, tanışdır. Yanında qalan alpların o xalqa öyrətdiyi dillərin heç biri
farsca deyil. Zülqədərin (Oğuzun) getdiyi yerlərdəki xalqın hamısı indi türk
dilli xalqdır. Əyər o yolları Kureş getsə idi, bu gün o xalq Fars dilində
danışmalı idilər. Bu baxımdan Kureşin
Zülqərneyn olması kuşqu (şübhə) doğurur. Eyni zamanda dastanda adı çəkilən şəhərlər
Türk şəhərləridir.
S. Bəlağinin
Qureş hesab elədiyi iki buynuzlu daş hekəli araşdıraq. Heykəlin tapıldığı yeri
yada salaq. Bəlaği yazır: ”Heykəl XIX-yüzillikdə İstərxin yaxınlığındakı Mürğab
çayında tapılmışdır. Firdovsinin və başqa tarixçilərin yazdığına görə Yeni
eraya qədərki Farslar indiki iranın şərqində olmişlar. İstərx bölgəsində və
Murğab çayı ətrafında Y.E-dan. öncə farslar yaşamamışlar. Bu gün həmin yörədə
(nahiyyədə) türklərlə yanaşı farsların da yaşamasına baxmayaraq. O yerlərin
toponimlərinin adlarının 90 % türkcədir. Farsların yaşamadığı bir yörədə Fars
şahının heykəli niyə olaydı. Kuşkusuz demək olar ki, iki buynuzlu heykəl də
Oğuz xanın heykəlidir. Demək Qurandakı Zülqərneyn Kureş yox Oğuz xandır. Çox yazıqlar olsun ki, Akademiklərimizin, bilim adamlarımızın, tarixçilərmizin 1400
ildir susmaqları azmış kimi, indi də Zülqərneyni-Oğuzu göy planetlərinə göndərirlər.
Əsərləri əldə
olan “Oğuznamə “ yazarlarının hamısı, özlərindən öncə olan, hər hansı bir
oğuznaməyə dayanaraq yazdıqlarını bildirirlər. Oğuznamələrin yazılmasından qabaq bütün türk
dünyasını dolaşan “Oğuz” dastanı var idi. Oğuznaməçilər isə dastanı Oğuznaməyə
köçürmüşlər. Özləri də hər kəs öz istədiyi kimi qatmalar etmişlər.
Adnan Menders Kaya, Oğuzun tarixini ondan
öncə olan oğuznaməyə danaraq yazdığını deyir və Oğuzun kimsəliyini incələməyə
çalışır: ”Oğuz ok+z-dan törəmiş bir sözdür. Ok-oymak+ z- isə çoxluq şəkilçisidir.
Oğuz sözü oymaklar anlamına gəlir. Sonralar ilkin anlamını itirib və türklərin əfsanəvi
babası Oğuzun adına çevrilib” deyir. (Oğuz tarixi şəxsiyyətdirmi?. Vikipediya)
Aydın görünür ki, Menders Kaya Oğuzun tarixi varlıq-kimsə olduğuna inanmır və
onu əfsanəvi obraz kimi qəbul edir.
Dəniz
Qaradağ yazır: “Oğuz elinin lap əsgidən, artıq əfsanələşmiş Oğuz xan zamanından
bəri dəyişməz olaraq eyni bir yurtda yaşaması, eramızdan əvvəlki birinci
minilliyin ortalarında, mükəmməl epos yaratması dünyanın ən ciddi alimləri tərəfindən
bir mənalı olaraq qəbul edilmişdir”. (Dəniz Qaradağ “Oğuz xan tarixi şəxsiyyətdirmi?).
Mendersin fikirinin tərsinə olaraq, Dəniz Qaradağ Oğuz xanın varlığını-tarixi kimsəliyini
tanıyır. Ululuğunu, qədim kimsəliyini də tanıyır. Elə ona görə də ermızdan əvvəl birinci minillikdə onun
haqqında epos yarandığını deyir.
Xivəli Əbülqazi
xan bildirir ki, “Oğuz xan tarixi şəxsiyyət olub və məhəmməd peyğəmbərdən 4000
il əvvəl, yəni eramızdan əvvəl dövrün IV- minilliyində yaklaşıq olaraq (təxminən)
3400-3500-ci illərdə yaşayıbdır.” deyir.
Dastanda olan olayları, gedişatları gözönünə gətirib
incələdikdə, Xivəli Əbülqazinin dedikləri ilə
razılaşmaq olar. Ancaq Oğuz Xanın dünyanı dolanarkən getdiyi yolda
yabançıları, dilbilməzləri görməsini və onlara dil öyrətməsini, çılpaqlara
geyim geydirməsini göz önünə gətirsək, Əbülqazinin dediyindən də çox-çox uzaq
keçmişlərin tarixi kimsəsi olduğuna inam
yaranır.
“
İ.Y.Biçurin isə Oğuz xanın tarixi kimsə
olmasını bir mənalı şəkildə kəsinləyir (təstiqləyir) və onun eramızdan əvvəlki,
IV-III-minilliklərdə yaşadığını göstərir.”
(İ.Y.Biçurin İakinaf, “Sbornıe svedeniy o narodax, obitavşix v sredney
Azii v drevnıe vremena.” M-L.1950st.225). Biçurinin düşüncəsi, Əbülqazinin düşüncəsilə üst-üstə
düşür.
Tarixçi Qafarov
Oğuzları Sakaların, Mannalıların varisləri (davamçıları İ.M.) hesab edir.
(Tarix Şumerlərdən başlayır. 2010.s.18). Rüstəm Paşa əsərində “Qurandakı Zülqərneyn
adlı müqəddəs adam Oğuz Xandır”. Çünkü çütbuynuzlu tacı ilə tanınmışdır” deyir.
(Vikipediya. Oğuz Xan). Çox yazıqlar olsun ki, Rüstəm Paşa, Qfarov, Ağsoğlu, Azərtürk
kimi tarixçilərin səslərinə bilik ocağmız olan Akademiya səs vermir, susur.
Bir çox
araşdırıcı tarixçilərin o cümlədən, Rüstəm Paşanın və başqa tarixçilərin sözlərində
bir çox doğruluqlar var. Hamısının da düşüncələri üst-üstə düşür. Hamısı Oğuz xanı. e.ə.IV-III-minillikdə yaşamış
Xaqan olduğunu deyirlər. Tarixçilərin
düşüncələri Borçalı çeşidi olan
Oğuz-Zülqədər dastanının varlığını bir daha kəsinləyir. Demək eradan öncə IV-
minillikdə bəlkə də daha qabaqlardan dövlətinin sınırları bütün asyanı tutmuş
Oğuz- Zülqədər Qurandakı Zülqərneyndir. Buna
heç kim kuşqu edə bilməz.
Tarixçi Fəzlullah
Rəşidəddin “Oğuznamə” əsərində “Oğuz” xan dastanını guya ki, olduğu kimi
vermişdir. F.Rəşidəddin “Oğuznamə”sində üç ayrı-ayrı kimsələr olan Oğuzları qarışdıraraq,
yoğurub bir dastan yaratmışdır. O, Oğuz xandan, onun bütün asyanı tutmuş
imperiyasından danışır. Oğuz xanı bəzən əfsanələşdirir. Bəzən də tarixiləşdirir
VII əsrin xanı edir. Onun bütün Asiyanı, Avropanın, Afrikanın bir hissəsinin
xaqanı kimi verir. Rəşidəddin XI-əsrdə şamaxının xarabazara dönməsini Oğuzun
adına yazır. Ərəblər arasında yaranmış, Kiçik asiya və Suriya torpaqlarında
olan real olayları Oğuzun adına yazır. Bir sözlə o bəzən qocaman olaylari minillər qabağa çəkir,
bəzən də min illərlə geriyə aparır.
Rəşidəddinin
yazdığı kimi, əgər VII-IX- əsrlərdə elə bir güclü Xaqan imperiyası olsa idi.
Döyüşgən türk dünyası bir ovuc ərəblərə yenilməzdi və Oğuz sözsüz ki, ərəb
tarixçiləri tərəfindən işıqlandırılardı. Tarixi bilgilərə görə 711-ci ildə Səmərkənt
xaqanı Oğuz xan olmuşdur. Onu ərəb tarixçiləri zəyif ama ağıllı bir sərkərdə
kimi verirlər. Oğuz xanın çox ağır şərtlərlə müsəlmanlığı qəbul etməsindən
yazırlar. (Zəkəryyə Kitabçı.”Orta asiyada İslamiyyətin yayılması”Bakı.
1998.s.201-202). Bir çox tarixçilər tarixi barat (sənəd) kimi Rəşidəddinin
kitabına istinad edirlər. Məncə Pəşidəddinin
“Oğuznamə”si gözəl yazılmış bir bəədi əsərdir. Tarixilik cəhətdən bu kitaba
istinad etmək yanlışlıqdır.
Yuxarıda
deyilənlərdən belə aydın olur ki, bir çox tarixçilərin dedikləri kimi, tarixdə
Oğuz xan adlı böyük xaqan olmuşdur. Buna
ayama-takma (təxəllüs) ad kimi, Yəhudilər, Ərəblər, Farslar Zülqərneyn, Türklər
Zülqədər demişlər. Onun İmperiyasını tarixçilər ən azı e. ə. IV- minilliyə
ilgin edirlər. Mənim gəldiyim inama görə, əgər Oğuz xan Mu boyunun uyğarlığından
yararlanma alıbdırsa, onu ən azı e.ö. 7-6
minilliklərə ilişgi etmək olar. Çünkü o dövlətini yabançılıq (vəhşilik) dönəmlərində
qurmuşdur. Buna qoşulluq (şərti) olaraq, ilk Oğuza I-Oğuz xan deyə bilərik. Əfsanələşmiş dastan da bu I- Oğuzla ilgilidir.
Qurandakı Zülqərneyn də bu I- Oğuzdur. II-Oğuz xan tarixcilərin araşdırmalarına
görə e.ö. II-əsrdə doğu türküstanda
doğulan və böyük imperiya quran Mete xanın olduğu deyilir. (N.S.Banarlı “Türk ədəbiyatı
tarixi. İstanbul 1971 s. 21). Ama Mete xanın
ömür çalışqanlığını araşdırdıqda Oğuz xan dastanının çərçivəsinə uyğun gəlmir.
Çünkü Mete xanın özü tarixi kimsə kimi onun
olayları öz adı ilə verilərdi. Həmdə Mete xanın imperiyası Çinlə Balxaş gölü
arasında olubdur. Balxaşdan batıya keçməyibdir. Əyər biz zənn irəli sürürüksə o
zamab dastanın yorumna Alp Ər Tunqanın
ömür çalışqanlığına daha uyğun gəlir. Çünkü onun e. ö. VI-V-ci əsrdə yaşaması
zınn (ehtimal) edilir. Onun imperiyası çox böyük olmuşdur. Onunla olan olayları
Oğuznaməçilər qarışdıra bilərlər. Elə də Rəşidəddin öz oğuznaməsində Alp ər
Tunqanın uğurlarını Oğuz xanın adı ilə vermişdir. Çünkü dastançılarda belə bir
gələnək də var ki, Bir iyidin olaynı dastana salanda xalq arasında tanınmış
iyidin adına bağlayırlar. Alp Ər Tunqa ilə bağlıdırsa, o zaman onun adını
dastançılar dəyişmiş olarlar. Ya da e.ö. unudulmuş bir Oğuz xan olmuşdur. III-
Oğuz xan isə aydındır. O, eramızın VI-əsrin sonunda yazılı tarixlərə düşmüş, Məhəmməd
peyğəmbərin zamanında yaşadığı göstərilən. Mərkəzi Asyada Səmərkənt dövlətini
quran Oğuz xandır. Oğuz xan Ərəb xəlifəsinə elçilər göndərmiş, əlindən alınan Səmərkənt
xaqanlığını geri almışdır. (Zekariya Kitapçı.”Orta asyada islamiyətin yayılışı
və türklər Konya 1998s 201-210)
Oğuznamələrin
yaradıcıları dillərdə dastan olan ulu
Oğuz xanla, sonrakı Mete xanın-Alp Ər Tunqanın və Oğuz xanın həyat və yaradıcılıqlarını,
çalışqanlıqlarını (fəaliyətlərini) qarışdıraraq çarpazlaşmış halda bir neçə
çeşitli “Oğuznamə”lər yaratmışlar. Son halda Yarı gerçək, yarı əfsanəli “Oğuznamə” əsərləri
yaradılmışdır. Bu da bu günə qədər çaş-baş konuların yaranmasına və yaşamasına
ilgi olmuşdur. Rəşidəddinin “Oğuznaməsində o qədər gerçəklərlə əfsanələrin
qarışıqlığı var ki, onları heç cür bir yatağa sığışdırmaq olmur.
F. Rəşidəddin
Oğuzun anadan olmasını iki başlı verir. Bir yandan Oğuzu Nuh peyğəmdərin nəticəsi
edərək, onu əfsanələr dünyasına aparır. Onun
soyçəkimini Nuhun oğlu Yafəs (Olcay), Olcay xanın oğlu Dib Tabqu xan,
onun oğlu Qara xanın oğlu Oğuz olduğunu deyir.(F.Rəşidəddin. “Oğuznamə”Bakı
1992 s.10). Bu tür I-Oğuz xanla ilişgilidir. Bu olaylar xalq dastanlnda da var.
II-Oğuz xan Alp Ər Tunqanın prototipidir. O doğudan, batıya Misirədək gəlmiş böyük imperiya yaratmışdır. III-cü Oğuz
isə Məhəmməd peyğəmbərin zamanında doğulan
Ərəb imperiyasına elçi göndərən Səmərkənt xaqanı Oğuz xanın olduğunu
görürük. Bu boyda dönəm kəsiyini yalnız əfsanələrə yerləşdirmək olar.
Rəşidəddin Oğuzu elə verir ki, guya o doğulanda müsəlman
doğulur. O yazır: “Üç gün və üç gecə bu uşaq anasının südünü əmmədi. Bir gecə
yuxusunda oğlu ona dedi: “Əgər sən istəyirsən ki, mən sənin döşündən süd əmim,
onda bir olan yaradana inam gətir, onu tanı və onun haqqını üzərində bil.”
(Oğuznamə”s.12) deyir. “Oğuz və onun arvadı ata-baba imanından dönərək yeni
dinin tərəfini saxlayırlar”.(s. 12) deyir. Yazar aydın deyir ki, Oğuz
islamlığın höküm sürdüyü bir zamanda doğulmuşdur. Ama belə bir obrazlı yer Oğuz-
Zülqədər dastanında da var. Orada söhbət islamdan yox, tanrıçılıq dinindən
gedir. Əby-l-Qazidə isə Oğuzun babasının adı
Moğul, (Moqol, Moqul) olduğu deyilir. (Oğuznamə.s.63).
F. Rəşidəddin yazır: “Onun padşahlığı dövründə
peyğəmbərimiz həzrət Məhəmməd Mustafa əleyissalam zühür etmişdir. Hökmüdar Oğuz
xan da Bayat Dədə Kerençiki elçi sifətilə onun hüzuruna göndərmiş və müsəlman
olmuşdur. Bu Qorqud bayat nəslindən olub Qara Xocanın oğlu idi.” ( F.Rəşidəddin
“Oğuznamə” Bakı 1992. s.43). Oğuzu müsəlmanlığı türküstana yayan bir xan kimi
verir. O ata-anasına və qohumlarına deyir: “Əgər siz Allahı və onun birliyini qəbul
etsəniz, onda sizə aman veriləcək, mən sizin türküstanda yaşamağınıza razılıq
verəcəyəm”.(s.12) Bir rəvayət kimi gerçəkdən
belə bir söhbət Səmərkənt xaqanı III- Oğuz xandan gedir. O xəlifə Ömərin yanına
elçi göndərir. Çox ağır şərtlərlə islamlığı qəbul edən Səmərqənt xaqanı Oğuz
xan, onun və xalqının Səmərqəntdən çıxarılıb 7 fərsəng səhrada yerləşdirilməsi
haqqında və şəhərin əsl sahiblərinə qaytarılması haqında məktub yazıb, elçilərlə
xəlifə Ömərə göndərir.(Pr.Dr. Z. Kitabçı.” İslamiyətin yayılışı”Bakı
1998.s.266) Səmərkənt xaqanı Oğuz xanın
İslam xəlifəsinə elçi göndərməsinin Oğuznamədə yer alması, (Məktubun konusu
türklər başlığında verilmişdir) bir daha
hər üç Oğuzun bir obrazda birləşməsindən xəbər verir.
Ancaq bütün əsər boyu hadisələri danışarkən
heç bir yerdə tarix göstərmir. Əsərin çox yerində tarixi kimsələrin adlarının çəkilməməsi
oxucunu çaş-baş salır. Bilinmir əsər hansı dönəmdan danışır. E ö. IV- minillikdəki Zülqədər gastanındakı olaylar, olduğu kimi
VI-VII- əsr kimsələrinin dili ilə danışılır. Rəşidəddin 766-cı ildə Göy türklərə
qarşı olan çıxışları, ilk Karluq hökmüdarı İnal-sır Yabqunun olaylarını Oğuzla əlaqələndirir. (Oğuznamə.
s.68). Firdovsinin “Şahnamə”də olan bir takım obrazları oğuznaməyə gətirir.(
Oğuznamə. s. 70) və s. Onun
üçün də inandırıcı görükmür. Əsərdə hadisələr elə verilir ki, guya türklər yeni
yaranır. Hal bu ki, VII-ci əsrdə türklər dünyanı tutmuşdular.
Dastanının
qəhramanı I Oğuz xanı- Zülqədəri, bir çox tarixçilər Tarixi kimsə kimi qəbul
etdirlər. Onun 6000 il öncə batıdan, önasyadan
doğuya Çinə qədər getmiş və böyük bir imperiya yaratdığını deyirlər. F.Rəşidəddinin
Oğuz xanı isə doğudan batıya önasyaya qədər gəlib böyük imperiya yaradır. Rəşidəddinin Oğuz xanı ərgən (gənc) vaxtı qaranlıq dünyaya
gedir. Qıl-Baraqla döyüşür. Dastanın Oğuz xanı qoca vaxtı dirilik suyunu içmək üçün
qaranlıq dünyaya gedir. Dastanın yolçuliğu daha
inandırıcı səslənir. F.Rəşidəddinin Oğuzu haraya gedir, qurulu dövlətə, nizami
orduya rast gəlir. Dastanın Oğuzu haraya gedir, yabançılara, qanmaz, dilbilməzlərə
rast gəlir. Onları əhliləşdirir. Dil öyrədir paltar geydidirir, dövlət qurur,
adi adamlar kimi qocalır ölür. Rəşidəddinin Oğuzu min il ömür sürdükdən sonra
dünyasını dəyişir.(Oğuznamə s. 38).
İbn Sina
X- yüzillikdə “ Şəfa” kitabında yazır ki, Quranda adı çəkilən Zülqərneyn Makedinyalı İsgəndərdir. X yüzillikdə
Firdovsi də Qurandakı Zülqərneynyn Makedoniyalı İsgəndər olduğunu deyir. Ancaq
hər ikisi də yanlışlığa yol verirlər.
Çünkü Makedoniyalı İsgəndər Bytpərəst olmuşdur. Quran nə bütpərəstliyi tanıyır, nə də onun peyğəmbərini
qəbul edir. Qurandakı Zülqərneyn isə təkallahlıdır. İki kərə Tanrıdan ona vəhy
gəlir. Dastandakı Oğuz-Zülqədər də təkallahlıdır, Goy tanrının birliyinə
inanır. Tanrıdan vəhy alır. Dağın, ağacın , quşun dilini bilir. Okyanlar
arasının xaqanıdır. Tövratda adı çəkilən və Tövratın xəritəsinə
düşən Türükkü ölkəsinin, Həmmədan (Hamədan) şəhərinin xaqanıdır.
.Görünür
böyük duha Mövlanə Cəlaləddin Rumi Zülqədər dastanını bilirmiş. O, “Məsnəvi”sində
yeri gəldikcə dastan olaylarından istifadə edir. Dastan qəhramanını peyğəmbər
kimi verərək yazır: ”Zülqərneyn Qaf
dağına getdi, dağla söhbət etdi. Dedi ki, sən dağsan o biri dağlar nə? Qaf dağı
dedi ki: O dağlar mənim damarlarımdır.
Onlar gözəllikdə mənə tay olmazlar” (M.C.Rumi. ”Məsnəvi”.Ankara 2012 s.388).
Dastanda Zülqədər dağla söhbət edir. Ondan məsləhətlər alır. Mövlanə dastandakı
Zülqədərin, qurandakı Zülqərneyn
olduğuna arxain olduğu üçün, Zülqədərin dağla danışığını hədisinə salan zaman
Zülqədər adı ilə yox, onu Qurana əsaslanaraq Zülqərneyn deyə məsnəvisinə
salmışdı. Cəlaləddin Rumiyə görə Zülqərneyinlə, Zülqədər hər iki ad bir
adamındir. Zülqədərin Qurandakı zülqərneyn olmasına isə heç bir kuşku (şübhə)
yeri yoxdur.
Bu
danışılan olaylarda ilginc (maraqlı) bir giz (sir) var. X- Y.İ. Bütün türk
dünyasına yayılmış Oğuz dastanını türk aydınları bilməmiş olmazdılar. Heç bir incələmə
(təhlil) aparmadan, gerçəklik (dəlil) tapmadan Firdovsinin“Qurandakı Zülqərneyn Makedoniyalı İsgəndərdir” deməsini
bütün ilahiyat alimləri dinməz-söyləməz qəbul edirlər. Zülqərneyni peyğəmbərlər
sırasından çıxardırlar. Ama Açıq-aydın Quranla səslənən Oğuz dastanındakı
olayları, Mövlanə Ruminin, Mahmud Qaşqarlının Oğuza Zülqərneyn demələrini 1400 ildir ilahiyat üləmalarımız görmürlər. Həqiqəti
üzərə çıxardıb kişini öz yerində oturtmurlar niyə? Çünkü bu xalqda öznünkünə
ögöylük, biganəlik həmişə var.
İlk
yaranmış ağız dastanı olan Oğuz xan ilə, müsəlmanlıqdan sonra yazıya alınan Oğuz
xan .dastanların aralarında xeyli
çeşitli dəyşiriklər var. Belə ki, Oğuzun Nuhun nəvəsi olması. Atasına
yağı olub onu öldürməsi. Ağac oyuğundan uşağın doğulması və b. olaylar Borçalı xalq dastanında yoxdur. Dastanın
Borçalı çeşidində Oğuzun uşaqlarından da söhbət getmir.
Bir takım
(Bəzi) tarixçilər Oğuz xan dastanının Mete xan haqqında yaradıldığını deyirlər.
Yazılı mənbələrdə deyilir “Oğuz xan Mete xanın məhz özüdür”(Vikipediya-Kayzen).
Hər iki dastanda bir çox oxşarlıqlar olduğunu kanıtlamağa (sübut etməyə)
çalışırlar. Ancaq Oğuz xalq dastanında olan ululuğa fikir vermirlər. Oğuz
dastanında hadisələrin gedişi uzaq keçmişlərə, adamların mağara dönəmlərinə
gedib çıxır. Mete xan dastanı isə yer
üzünün yüksək uyğarlığa (mədəniyyətə) yiyələndiyi bir sürədə, Y.Y.İ-dən öncə
II-yüzildə. güclü dövlətlərin olduğu bir dönəmdə yarandığı aydındır. Bundan
başqa Dastanda Oğuz Qara xanın oğlu olduğu deyilir. Eyni dönəmdə də Türk
mifoloqiyasında Qara xan yaradıcı Tanrı kimi verilir. Demək Oğuz xan həm də bir
Tanrı oğlu kimi də verilir. Dastanda olan bu ideya onun ululuğunu kəsinləyir (təstiqləyir).
Üstəlik olaraq sürə ilə ilgili dastanın heç bir yerində tarixin göstərilməməsi də, dastanın ulluğunu qocamanlığını bir daha
tanıtlandırır (sübut edir). Mete xan dastanının yaranması isə. Tarixi kimsə
olan Tymən xanın oğlu Mete xan ilə bağlı olduğu üçün, yarandığı dönəm aşkardır.
Demək hər iki tarixi kimsələr başqa-başqa adamlardılar. Bunları eyniləşdirmək
türkün tarixinə sataşmaqdır.
Oğuznamədə
adı çəkilən Buz dağı, dastanda Qaf dağı kimi verilir. Çünkü qaf dağının yarıdan
yuxarısı həmişəlik buzluqla örtülüdür. Oğuznamədə Oğuzun taleyini göstərən tuşu
(yuxu görməni) Oğuzun vəziri Bilgə xan görür. Dastanda isə Oğuzun özü görür, Lələsi isə tuşu yozur.
Araşdırıcı
alim, tarixçi D.Y.Yermeyev çox qədimlərdən
şimali Qafqazda Hun tayfalarının yurt saldıqlarını, Hunların mədəni əşyalarının
şimali Qafqazın hər tərəfindən aşkar edildiyini yazır. (D.Y.Yermeyev ”Enoqenez turok” M. 1970.s.53-54) Yermeyevin bu araşdırması da dastanın boşuna
yaranmadığının tanıtıdır (sübutudur). Çünkü dastanın yürüşlərinin hər yerində
Oğuz xan oradakı xalqı gəlişdirmək üçün ordusundan hun ailələrini ayırdığını
görürük. Elə bunun ilişgisidir ki, hər yerdə aparıcı güc kimi hunlar öz
adlarını və uyğarlıqlarını saxlamışlar.
Olja
Süleymanov yazır: ”Assuriya hökmüdarı Assarxadon dövrünə aid edilən Assuriya
xronikalarında iç Oğuz və onun hökmüdarları haqqında bir çox bilgilərin olduğu
göstərilmişdir. (O.S.”AZ-YA” Bakı 1993.s.224)
O. Süleymanovun yazısı Çələbinin yazısını bir daha doğruldur.
Tarixçilərin
yazdıqları kimi Zülqərneyn–Zülqədər, doğrudanda Oğuz xan ola bilərmi? Bütün
Oğuznamələrdə Oğuzun kimliyi və onun getdiyi yollar, dastandakı Oğuzun getdiyi
yollarla tamam eynilik yaradır. Hər ikisindəki bütün hadisələr eynidir. Xaqan
olan gənc Oğuz xana sonralar Zülqədər
deyilməsi dastanda açıq-aydın göstəriliir. Oğuz xan haqqında tarixçilərin
araşdırmalarında üzə çıxan hadisələrin Quran ayələrinə uyğun gəlməsi Oğuz xanla Zülqərneynin eyni kimsə olmaları
heç bir kuşku doğurmur. Oğuz xanın kiçik asyada Zülqərneyn takımını daşıması da
təsadüfü deyil. İlk öncə Rüstəm Paşanın dediyi kimi, Oğuz xanın
tacının iki buynuzlu olması və iki yönə,
doğuya və batıya sarı yön alıb, yürüş etməsi, Yahudilər və Ərəblər tərəfindən
bu takımın verilməsinə aydın ilgi ola bilər.
Şu dastanı: Onu deym
ki, tarixçilərmiz, dastançılarmız ”Şu” dastanını da Makedonyalı İsgəndərin adna
çıxırlar. Burada da hər hansı bir ynlışlıq var. Çünkü Şu dastanında adı çəkilən
yerlərdə İsgəndər olmamışdır. Bu da Oğuz
xanla (Zülqərnenlə) bağlı dastan ola bilər. Mahmud Qaşqarlı əsərində Oğuz
dastanında olan olaylardan danışarkən Oğuzun əvəzinə Zülqərneyn deyir. Bu da
onu göstərir ki, M.Qaşqarlə Zülqərneynin Oğuz xan olduğunu bilirmiş. Aydın olmayan hansı səbəbdənsə M. Qaşqarlının
araşdırıcı türkoloqları əsərlərində M.Qaşqarlının Zülqərneynini İsgəndər eləmişlər.
O, yazır: “ Zülqərneyn uyğur illərinə gəldikdə Türk xaqanı ona 4 min ər göndərmiş. Bunlar önə ok atdıkları
kibi arkaya da ok atarlarmış. Zülqərneyn bunlara şaşı qalmış”. (N.S.B.s.
254) “Zülqərneyn by vilayətə Hudhur adı vermiş,
sonralar h ərifi düşmüş Udhur olmuş. Həriflərin çevrilməsi nəticəsində Uyğur
olmuş” (N.S.Banarlı “Türk ədəbiyatı tarixi” İstanbul 1971 s255) Ama indinin
araşdırıcı alimlərimiz “Şu” dastanından danışarkən Zülqərneyni İsgəndər eləmişlər.
Yazırlar: “İsgəndər onların üzlərinə baxıb, kimsədən soruşmadan “Türk manənd”
dedi. İsgəndərin həmin sözü ilə bu kişilərin adı “Türkmən olaraq qaldı”. (Bax.N.S.Banarlı
“Türk ədəbiyat tarixi” Bakı 1971.s.16) (Bax. Nizami Cəfərov” Qədim türk ədəbiyatı”
Bakı 1004.s. 41). Folklorçularmızdan vı yazarlarmızdan soruşmaq gərək Fateh İsgəndər
nə Zamandan saldatları ilə farsca danışmağa başladı ? Görünür əldə olan Şu
dastanı ilk qaynaq deyil. Oraya İsgəndər sözü sonralar əlavə olunubdur. Ya da
ilk qaynaq kimi Fars qaynağından götürülübdür. Çünkü Oğuz xan dastanında həmin
adamlara “Türkə bənzəyirlər” deyilir. Ona görə də mənim türküm anlamını verən “Türkmən”
deyilibdir. Sonra” Şuya qalınca o ordusu ilə birlikdə Çin tərəfə keçdi İsgəndərdə
arkasından yürüdü“ və s. ( s.16). Axı yol xəritəsinə görə İsgəndər Çində
olmayıbdır. Olmadığı yerə necə gedə bilər. Demək Çinə gedən İsgəndər yox Oğuz xan olmuşdur. Çin
xaqanına qonaq olmuşdur. Sonra yazırlar: “İsgəndər Uyğurlar üçün şəhər də
yapdı”. ( s.16) İsgəndər olmadığı yerdə şəhəri necə yapa bilər. Ancaq Oğuz
dastanında “Oğuz (Zülqərneyn) Uyğurlar üçün ilk şəhər yapır adını da Hunlarının ününə“Hunqar” qoyur.
Uyğur
adının yaranmasında da M. Qaşqarlının
söhbəti ilə Oğuz xanın uyğurlara ad verməsində çox uyğunlaqlar var. Araşdırıcı
alimlərimiz bu yanlışlığı nə vaxt düzəldəcəklər aydın deyil.
Maraqlı
belə bir sorğu yaranır. Doğrudan da Makedoniyalı İsgəndər Uyğurustanda, Çində
olubdurmu, İtil çayından, Hucənd çayından keçibdirmi? Qaranlıqda (Şimalda)
olubdurmu? Qaf daıəndan keçibdirmi. Dünyanın hər hansı bir yrində sədd tikdirməsi
olubdurmu? Axtarsaq yalnız yox cavabını alacayıq.
Bu gün İsgəndərin
yürüş marşurutu elmə məlumdur. Tarixdən aydındır ki, İsgəndər Makedoniyadan
batıja yürüş etməmişdir. Onun yürüşü yalnız güneyə (cənuba) sarı olmuşdur.
Ortaasiyaya yürüşü Soqdinyaya, Səmərqəndə qədər getmişdir. Oradan Tacikistandan,
Əfqanstandan keçərək. Üzünü Hindistana tutmuşdur. Demək İsgəndər Özbəkistan sınırından,
Səmərqənddən o yana getməmişdir. Belə
olan halda yenə sorğu yaranır? Bəs Çinə
qədər gedən, Hucənd çayını keçən, Qaranlığa gedən Zülqərneyn kimdir? Bu sorğuya
Oğuz-Zülqədər dastanı çox aydın cavab verir. Oralara gedən xaqan (sərkərdə) 6
min ildir xalqın yaddaşında yaşayan Zülqədər-Zülqərneyn Oğuz Xandır. Buna kuşku
edənlər yanılırlar.
Kazım Mirşan deir e.ö. IV- minillikdə Ağ dənizlə Cin arasını, Ural, Dunay, Hindistan
sınırlarını kapsayan bir İmperiya olmuşdir. Runik və Mixi yazılarını da Urmiya ətrafında
e.ö. 7-6 minilliklərdə onlar yaratmışlar. F. Ağasoğlu və T.Azərtürk bu düşüncəni
kəsinləyirlər. Ama Nə dövlətin adını çəkirlər, nə də yaradıcının kimliyini
deyirlər. Deyilən dönəmi və dövlətin sınırlarını gözdən keçirdikdə Oğuz
dastanında olan olaylarla çox uyöun gəlir. Demək həmin adsız imperiya Turan
imperiyasıdır Yaradıcısıda Zülqərneyn-Oğuzdur.
Ən azı 6 min il tarixi olan ilk türk
xaqanlığını quran türkün 2-ci peyğəmbəri olan Oğuzu (Zülqərneyni) ərəbləşdirməklə
türk xalqının ən qədim inamını da ərəbləşdirmək istəyi bunlarda niyə haradan
yararlanır bu giz mənə aydın deyil.
Maraq
doğuran belə bir sorğu yarana bilər: dünyanun hər bir yanından səsi-sədası gələn
ulu Hunların Bir-biri ilə ilişgiləri varmı, yoxsa ayrı köklüdülərmi?. Bu
sorğunun üstündə 70 ildən artıqdır ki, alimlərmizin kimisi üzünü gündoğana tutub Hunları doğuda
axtarır. Kimisi də günbatana tutub batıda axtarır. Heç bir sonluğa gələ bilmirlər.
Bu sorğunun cavabını biz yenə “Oğuz-Zülqədər” dastanında tapa bilərik. Oğuz
dastanında olan olayları, Oğuz xanın doğuda, quzeydə dilbilməz xalqın içərisində
ailə ilə öz hunlarını qoymasını gözönünə
gətirdikdə, qədimlərdə döyüşçülərin orduda ailəli yaşamalarına inanmalıyıq.
Oğuz xan getdiyi yerlərdə qoyduğu hunlarını həmişəlik o yerli xalqa öndərlik
etmək üçün qoyurdu. Odur ki, Oğuz xan getdiyi yerlərdən hımişə hunların səsləri
gəlmişdir. Asyanın hər iki ucunda arxeoloqların qazıntılarında tapılan şeylərin
oxşarlığını incələyən arxeoloqlar sorumuza cavab verərək hər yerdə tapılan
Hunlar eyni kökdən olduqlarını deyirlər. Ama Həm doğu, həm batı asyada
arxeoloqların açdıqları gömütdə yatan
kimsələrin sümüklərinin antropoloji qurluşu onu göstərir ki türklər bir neçə
genetik köklərdən yaranmışlar. Onların bəzilərinin təmiz Qafqaz tipində
olmaları, bəzilərinin təmiz monqoloid tipində olmaları, bəzilərinin qarışıq
olmaları bu xalqın qarışıq xalq olmalarından xəbər verir. Genetik qarışıq olmalarına baxmayaraq, gömütlərdə
tapılan yaşayış şeylərində eyniliynin aşkar edilməsi, gömütlərin basdırılma
qaydalarının eyniliyi, gömütlərdə tapılan yemək qablarının eyniliyi, xüsusi ilə
sayğı göstərilən at gömütlərinin tapılması, hər şeydan öncə, günəşin simvolu
kimi götürülən, e.ö.VI-V-minilliyə ilişgi edilən “çarxlı xaç”ın (çarxıfələk-svastika), bəlkə
daha çox şeylərin tapılması, Asyanın hər iki ucunda türk uyğarlıqlarının, dini gələnəklərinin bir
olmasından xəbər verir. Tapılan, bütün arxeoloji qazıntılar qədim Bopçalı Oğuz dastanının doğru bir bilənək oldiğuni kəsinləyir.
Oğuz Xan və onun Hunları ən azı 6-7 min il öncə batı Asya uyğarlığını doğu Asya
xalqına daşıyıb gətirmişlər və bu gələnəkləri doğu türküstanda yaşatmışlar. Beləliklə
dil baxımından bütün Asya xalqları qarışıq bir ulus (millət) halını almışdır..
Hunların uyğarlıqları (mədəniyətləri) yerlilərdən üstün olduğu üçün, ölkədə
aparıcı güc yiyəsi Hunlar olmuşlar və aşamalarla bütün xalq Hun adlanmışlar.
Sonralar da böyük Hun dövlətini yaratmışlar. Bu gün dünyanın böyük bir alanını
kapsayan xalqın, türk dilində danışmaları üçün Oğuz xana (Zülqərneynə)
borcludular
Son
zamanlar Uyğurustanda aparılan qazıntı işləri
sürəsində eramızdan 4 min il öncəyə ilişgi edilən gömütdə yatan mumiyalanmış
qadının antrapoloqiyasına və sümük qurluşlarına əsaslanaraq Qafqaz kökənli
olmasını elm aləmi önəmliklə kəsinləmişdir. Demək həmin gömütlərdə yatanlar ya Oğuzun
hunlarıdır ya da onların törəmələridir. Onlar vaxtı ilə Asyanın güneyi ilə Çinə
qədər yolçuluq etmişlər. Doğu türküstsnı yaratmışlar. Yenidən quzey Asya ilə
batıya Dunay çayına qədər gəlmişlər. Gəldikcə də qarşılarına Oğuzun qoyduğu Hunlardan
türk dilli xalq çıxmışdır. Beləcə türklər bütün Asyaya və doğu-güney avropaya
yayılmışlar.
Araşdırıcı
Bahaəddin Ögəl Türk tarixinin 5 min il yaşı olduğunu önə çəkərək, “Altay
dağlarındakı Bazırlıq yaylağında aparılıan
arxeoloji qazıntılarda tapılan m.ö. 3-cü minilliyə ilişgi (aid) edilən Oğuz
tipindəki skeletin Türk millətinin ilk atası olduğuna dirəngəllik (iddia)
etmişdir.”(F.Mustafa “Azərbaycanda dini məişəy haqqında”.İnter) Ama o
yanılmışdır, türk ulusnun (millətinin) ilk atasının azı 8 min il yaşı var. Çünkü
Oğuz xan da ilk ata deyil. Ağasoğlu 8
min il öncələrdə Araz üzərində, Urmiyada türkcə danışan türk ataların olduğunu
deyir. Zaqros dağlarında 8500 il öncə
türkcə şeir yazan Bida Hun qızı kimi türkün anası var.
Yüz illərdir,
araşdırıcı tarixçilər, arxeoloqlar türklətin ulu babalarını Monqol, Çin
sınırlarında axtarırlar. Orada türkünən ilkin tarixi e.ö 5-4 minilliyə gedir.
Ama Dəclə-Araz çayları arasında olan 8 min illik ilkin uyğarlığa( mədəniyətə),
mixi yazılı anıtlara. Aydın olmayan
hansı səbəbdənsə göz yumurlar. T. Azərtürk kitabında verdiyi 400-ə qədər Sümer sözlərinin 80 %-i
bu gün Borçalının kəpənəkçi kəndində hələ də işlək haldadlr. Bütün türk dilləri
arasında Sümer dilinə ən yaxın olan, ona çox uyğun gələn Azər türkcəsidir.
Bəxtiyar Tuncay yazır: “Övliya Çələbi
Oğuzların ilkin ata yurdu kimi qələmə verdiyi məkanın Mahan
adına eynilə qədim Şumer mənbələrində də
rastlanılır. Burada rast gəldiyimiz Mahan toponimi haqqında Övliya Çələbi
yazır: “Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah yüz
min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı tapırlar. Həm Şumer
dastanında, həm də Ö. Çələbidə söhbət eyni ölkədən gedir ” deyir. Çələbidə həm
Oğuzların adları , həm də ölkənin adı çəkilir. Hələ arxoloji qazıntılar
anıtlarının olmadığı bir dönəmdə, XVI-əsrdə Çələbi Oğuzların Şumerlərə qonşu olduğunu, hətda
onlara tabe olduğunu deyir. (Azərbaycan mifoloji mətinləri) Yazıdan aydın
görünür ki, ilk Oğuz Şumer ölkəsilə qonşu olmuş və Şumerlərlə bağımlı ilgiləri
də olmuşdur.
Son dönəmlərdə
bir çox araşdırıcı tarixçilər bu yüksək
uyğarlığı Şumerlər yad planetlərin adamlarından aldıqlarını sübut etməyə
çalışırlar. Şumerlərin əcdadları 445 min il öncələrdə göyün Niburi planetindən
“Ananakilər” yerə enmişlər. Yerdən qızıl yığıb aparmışlar. Afrikada qızıl
şaxtalarının yeri bu gün durmaqdadır.
Adamları da yerdə kodlaşdırıb getmişlər. (Mahal Bomonti “Yad planetin
övladları” vikiped) deyir.
Mahal
Bomontinin zənninə görə Şumerlərin ulu köklərinin 445 min il öncədən gəlmiş
planet adamı Ananakilər olduğu üçün, dünyanın başqa yabançılarından çox-çox tez
alışqanlaşaraq. (əhliləşərək) yüksək uyğurluq yaratmışlar. Mahalın bu zənni o qədərdə
ağıla batan deyil. Çünkü adamların mağaralarda doğa aləminə çıxmaları 200-300
min il ancaq olar deyilir.Həmin adamların törəmələri bu gün kosmosa gedirlər.
Şumerlərin ulu babaları 445 min il yaşamış. Ancaq onların ən yüksək mədəniyətləri
daş binalar ucaltmaq və gil kitablar yaratmaq olmuşdur.
Samvel Kramer “Tarix Şumerlərdən başlayır” əsərində
yazır: “Mezopotomiya imperatorluğu Xəzər
dənizindən, Kafkasiyadan gəldiyi təxmin edilən, ilkəl və köçəbə Şumerlər ilə
qarşılaşır və Şumer imperatopluğunu
yaradırlar”. Kramerin dediklərinə görə Şumerlər Kafkasiyadan Xəzər dənizi
ətrafından Önasyaya köçetmişlər. Orada yerlilərlə qaynayıb qarışmış, son halda
böyük Mezopotomiya imperatorluğunu qurmuşlar.
İ. Nyuton tirklərin ilk gəlişmə yurtlarına ima
(eyham) edərək yazır: “Türklər Fərat çayı boyunca gəzişən zamanlarda, dünyaya
uyğarlıq gətirmələrinin fərqinə varmırdılar”. (Aytunc Altındal vikipediya). Yazarların
zənnlərində həqiqətə uyğunluq var ona görə ki, arxeoloji axtarışlarda Sumer mədəniyəti
ilə, Kür-Araz mədəniyətində bir çox yaxınlığın, oxşarlıqların olmasını
arxeoloqlar kəsinləmişlər (təstiqlənmişlər).
İngilis alimləri S.L.Loyd və Q Ceyld yazırlar: Dəclə
çayı axarında Turanlılar çox qədim dönəmlərdən yurt salmışlar və yüksək
uyğarlıqlar yaratmışlar. Yaklaşıq olaraq
(təxminən) 10-12 min il bundan qabaq Dəclə və Fərad çaylarının qovşağında yerləşmiş
türklər ətraflarında yaşayan saysız-hesabsız yabançı tayfaların arasında ulu
bir uyğarlıq yaratdılar. Çox çəkmədi ki, qoca Asyanın münbit torpaqlarını cana
gətirdilər. İndiki Kərkük yaxınlığında aşkar edilmiş e.ö.-8 min ilə ilişgi edilən
yurt yerləri onların ulu yurt yerləridir. Dəclə çayının orta axarında aşkar
edilmiş, e.ö. 6-minilliyə ilişgi Samarra uyğarlığı ikiçay arasının ilk özül yaşayış
təməl yerləridir. (Şumerlər. Vikiped). Loyd və Ceyldin söylədikləri
araşdırmalar Mu qitəsindən gələn uyğarlığın (mədəniyyətin) doğruluğuna gümanı
artırır.
Hələ 100-150 il öncələrdən Türkün kökünü Önasyada
10-12 Min ilə aparan bir çox alimlər olmuşlar. Belə olan halda bəs necə oldu
ki, birdən- birə türklərin gəlişmə köklərini doğu Asyaya apardılır. Gəlişmə
kökü ən çoxu 5-6 min ilə gedən Uyğurustanda axtarmalı oldular. Bu ikibaşlı elmi
axtarışların kanıtları (dəlilləri) mənə çatmır. Buradan açıq aydın görünür ki,
türklər haqqında danışılan Avropa, Rusuya qısqanclığı doğrudur.
Türk torpaqları çox geniş və xalqı çox çeşitli olduğu üçün, onların
dünya görüşləri də çox çeşitli olmuşdur. Bu belə də olmalıdır. Bu boyda qarışıq
köklərə özgün (aid) olan türk xalqını bir inam və bir gələnək dolağına (çevrəsinə)
salmağın özü inanılmazdır. Ama tarixin elə doğruluqları var ki, tarix bunu edə bilir. Belə ki,
tanrıçılığın ən ulu inam simgəsi sayılan, günəşin ilk simgəsi olan çarxlı xaçı
(çarxıfələk-svastika) tamamilə çeşitsiz, eyni görkəmdə arxeoloqlar həm Önasyada,
həm də doğu Türkestanda, həm Dunay qıraqlarında, həm də Avstaliyaya yaxın Mu
adalarında aşkar edilməsi, bu geniş torpaqda yaşayan türklərin bir gələnəyə
qulluq etmələrinin göstəricisidir. Demək hansı dönəmdəisə doğu və batı
türküstsnı bir inam altında, bəlkə də bir dövlət sınırında yaşamışlar. Bu da
dastanlarda yaşayan Oğuz xan imperiyası ola bilər.
Mixi yazılarının şifrələrini
oxuyan məşhur alim Yulius Oppert 1869-cu ildə yazır: “Mixi
yazısının yaradıcıları ona qədər deyildiyi kimi,heçdə sami mənşəli xalq deyil,
bu yazıların sahibi....Türk, Fin , Hunqar dilləri ilə çox yaxın əlaqələri var.(T.Azərtürk
“Mixi yazılı azıri türk dilinin qramatikası” Bakı 2004 s.41). 150 il öncədə Y. Oppertin salıklğına (Xəbərdarlığına)
baxmayaraq hələ də türkün yaranış kökü
açıqlanmayıbdır.
Hitler də Sümür tarixinə
ilgisiz qalmır. O yazır:”Sümer dili ümumi əlamətlərinə görə türk dillərinə daha
yaxın olan dildir. Semit və Fars dillərilə heç bir əlaqəsi yoxdur” deyir.
(Vikipediya-Kayzen).
Sümerşunas
Müazzəz İlmiyə bildirir ki, Sümer sözü bu gün
Ortaasya dağ sıralarında və
Sümerkənt şəhərinin adında işlənir.
Sümer təpəlik mənasında işlənən sözdür. Sümer xalqının əsl adı “Kəngər”
olmuşdur”deyir.(vikiped) Sümer xalqının adının Kəngər olması, bizim alimlərə
geniş ipucu verir ki, Azərbaycanın ən ulu xalqı olan Kəngərlərlə Sümer Kəngərlərinin
qohumluğunu axtarıb üzə çıxartsınlar. Niyəisə alimlərmiz bu qədər aydın olan
olayları, Oğuz-Zülqədər dastanının Qafqaz türünü, Azərbaycanın hər yerinə yayılmış, Zülqədərlər və Kəngərlər
soyları haqqında araşdırmalar aparmaq istəmirlər. Araşdıran da yer olaylarını
göy planetində axtarır. Bu günkü
baxımsızlıqdan yararlanmaq istəmirlər. İndi nədən qorxduqları aydın
deyil.
T. Azərtürk
“Şumer adlı xalq olmamışdır. Bu ad sonralar qondarma düzəldilmiş addır.
Şumer adına heç bir keçmiş yazılarda, nə şumer mixi yazılarında nə Tövratda, nə
iİncildə rast gəlinmir” deyir. Ama Türk
adına bir çox Şumer yazılarında və Tövratda rast gəlinir. Tövratın 3 minillik
tarixi olan xəritəsində Türk dövlətinin xəritəsi də göstərilir. Şumer adı
sonralardan 1850 ildə iki çay arası türklərə verilən addır”deyir. (T.Azərtürk.
Şumerlər. Vykiped)
T.Azərtyrk,
”Mixi yazılı Azəri türk dilinin qrammatikası” əsərində yazır: “Neçə on illərdir
Azərbaycanın itigörən alim təbəqəsinin “Şumerlər bizim ulu babalarmızdır” zənni (fərziyəsi)
öz həyatiliyi ilə indi ortalığa çıxır. Bu isə e. ö. 6500-ci ildə yaşamış Enlil İsmə Dağandan başlayan həqiqətdir.” (Bakı 2004
s.16). O, yazır: ”İndi gil lövhələrdə dəfələrlə rast gəldiyimiz Turuk, Türk
etnonimi sübut edir ki, Babilan və qədim İran ərazisində yaşamış həmin türükkülər
bizim ulu əcdadlarımız Türklər olub (orada s.34).
F,Ağasoğlu
Türklərin Araz çayı qırağında yurd salmalarını e. ə. 8-ci minilliyə aparıb
çıxardır. O, “ Saqa-Qəmər boyları Araz qırağında yaşayırlar. Başqa bir yerdə:”E.ö.XVI-əsrdə
Van gölü ilə Qara dəniz arasında Qəmər türklərinin, Kür- Araz arasında Saqa
türklərinin yaşadığını yazır.(s.- 73). (Kür,
Araz arası yuxarı dağ borçalıdan başlayır.) Ağasoğlu əlavə edərək yazır ki,Türklərin ata
yurdunu yalnız Altayda axtaranlar həqiqəti
görmək istəmirlər.(s.-68). Ağasoğlu türklərin
Altaya köcmələri və sonradan geriyə qayıtmaları haqqında xəritə də
verir. Xəritədə Saqa-Qəmər türklərin Azov dənizi ətrafına gediş –gəliş yolunu
Qarabağ- Borçalı-Qara dəniz sahili ilə
gedildiyini göstərir.(F.Ağasoğlu “Qədim türk eli s.69) Ağasoğlunun zənnini qəbul
etsək Qarabağ-Borçalı türklərinin tarixi 7-8 min ilə gedib çıxır. T.Azərtürk isə
daha irəli gedərək bizim ulu dədələrimiz qədim Sümerlərdir deyir. Borçalı
xalqının arasında Sümer sözlərinin geniş işlənməsi Azərtürkün zənnini bir daha
təsdikləyir. Ama mənim Akademik alimim isə Borçalıların 17-ci əsrdə yurd
saldıqlarını mənə sübut etməyə çalışır. Akademik alimlərimiz gürcülərin əllərinə
tutarlı ipucu verirlər ki, onlara “siz gəlməsiniz”deməklə onları gözləri kölgəli
saxlasınlar. Yumşaq desək Akademiklərimiz Borçalı türklərinin belinə daş
yığırlar.
F. Ağasoğlu
türklərin ulu yurdlarının Arazın qıraqları olduğunu yazır. 20 ildən artıqdır gedən bu dartışma hələ də dəvam
edir. Hələ də aydın deyl alimlərimiz nə vaxt Azərbaycanlıların oluşma (təşəkkül) tarixini aydınlaşdıracaqlar
və bu xalqın kimliyni dğru-düzgün xalqa çatdıracaqlar.
Azərbaycanda
olan Azıx mağarasını Ermənilər az bir
zaman içərisində 0nların ilk oluşma
yurdları kimi dünyaya yaymağa nail oldular. Biz də qova-qova özümüzü Çin sınırlarına aparırıq. ` N. Cəfərov yazır: ”Azərbaycan
xalqının təşəkkül formalaşma tarixi
eramızın ilk əvvəllərindən başlayan bu proses orta əsrin sonu XVI-XVII-əsrlərdə
başa çatmışdı.” (s.-46)
Belə bir
sorğu yaranır. Əyər sayğılı alimlərimizin dedikləri düzdürsə, o halda Azərbaycan ərazisində arxeoloji
qazıntılar zamanı üzə çıxan, eradan qabağa gedib çıxan yüksək uyğarlıqlı yurd
yerləri kimlərin, hansı xalqın yurd yeridir. Makedoniyalı Aleksandrın yerlə yeksan
elədiyi Xram çaynın üzərindəki, Bun
türklərinin şəhərlərinin kalafalıqları hələ də durur. Alban dövləti dönəmində
Albaniyanın dövlət dili türk dili olmuşdur. Alban dövlətinin 26 tayfasının 24-ü
türk tayfası olmuşdur. III- Vaçaqan dövründə Bibliya türk dilinə
çevrilmişdir.(Vikipediya Albaniyada xristianlıq). Qafqaza türklərinin VII-əsrdə
gəlmələri budurmu?. Belə düşünən yazarlara demək istəyirəm ki, Ağasoğlunun “QədimTürk
eli” kitabını. T.Azərtürkün “Mixi yazılı Azəri Türk dilinin qramatikası”
kitabını oxusunlar. O zaman Urmiya dağlarında miladdan 5-6 min il öncəliyə ilişgi
(aid) edilən, mixi yazılarını və Həmmədan qızı Bidanın mixi yazılı türk dilindəki,
şeiri oxuyanda Qafqaz türklərinin nə
zamandan Azərbaycan torpağında yaşadıqlarını anlayarlar.
Bir çox tarixçilərin yazılarını araşdırdıqda belə
düşünmək olar ki, Dəclə-Fərad çayları arası, Kür-Araz çayları arası və Ceyhun-Seyhun çayları arası eyni uyğarlığa (mədəniyətinə)
ilişikdir (aiddir) və bu xalq Türk xalqıdır. Ona görə də doğu türk ellərilə, batı türk elləri
arasında ümumi gələnəklərlə bərabər, hər
boyun özünə uyğun gələnəyi də olmuşdir. Onu deyim
ki, nə qədər soyçəkim çeşitliyi olur-olsun, xalqın birliyində dil və din böyük rol oynayır. Doğu asya ilə
batı asya arasındakı, dinin və dilin birliyi qarşılıqlı bir uyğarlıq yaratmışdır.
Odur ki, harada Hun adı var, orada ulu türkün sümüyü yatır. Harada alp
sözü var orada ulu türkün ayaq izi var.
İki yüz il var ki, tarixçiləri və
arxeoloqları bir məsələ düşündürür.Doğu Asya türkləri ilə batı Asya türklərinin
antopoloji görkəmlərinin eyni olmadığı açıq-aydın göz qabağındadır. Belə olan
halda alimlərimiz nəyə əsaslanaraq önasya türklərinin doğu asyadan gəldiklərini
söyləyirlər.. Sümerlərin və önasya türklərinin yaradılış tarixini Avropa və rus
alimləri aydın olmayan hansı məntiqdən isə çəkib Monqolustan sınırlarına
aparırlar. Sümerlərin və türklərin Monqolustan sınırından gəldiyini deyən alimlərmizdən
soruşmaq lazımdır ki, Bu xalqın Monqol tipinə heç oxşarlığı varmı vsra nədədir.
Yəqin ki, oxşarlıq tapa bilməyəcəklər. Arxeoloqlar arxeoloji qazıntılarla
önasya xalqının qenezini araşdırmışlar. Monqoloid tipli olmalarını inkar
etmişlır.
1868 ildə
Ceyms Coocvad adlı ingilis arxeoloqu Hindistan monastrının birində çoxlu yazılı
tabletlərə rast gəlir. Bu tabletlərin nə olduğunu dostlaşmış monaxların birindən
öyrənir ki, 14 min il öncədən Sakit okeyanında batmış Mulara ilişgi (aid) olan
tabletlərdir. Ceymis Cooc Həmin tabletləri
oxumağı qərara alır. Bu yolda 50 il ömür itirir. Yalnəz 50 ildən sonra 1916-cı
ildə Tabletləri oxumağı bacarır.
Bununla da tarixdə yeni era açır. Yazının üç müxtəlif əlifbada
yazıldığı, ama hamsının bir dildə olduğunu aşkar edir. Yazıdan aydın olur ki, vaxtilə
Sakit okeyanında Mu adlı qitə olmuşdur. Qitədə 200 min il yüksək uyğarlıq
olmuşdur. 12 min il e.ö. qitə batmış, okeanın altında qalmışdır. Xalq və onun
uyğarlığı yox olmuş, yaşayanların çox az bir bölümü qaçaraq qurtula bilmişlər.
Sonralar İngilis arxeoloqları Avstaliya yaxınlığındakı adalarda axtarışlar
aparmışlar. Adalardan çoxlu özdəksel (maddi) uyğarlıq qalıqları aşkar
edilmişdir. Həmin adaların Mu qirəsinin dağlarının təpələri olduğu kəsinlənmişdir.
Yapon arxeoloqları sakit okeanın dibində yüksək uyğarlığı olan şəhər və
piramidlər aşkar etmişlər.
Ceyms C. Üç tomluuq kitab yazır. Bizi
maraqlandıran onun cıxartdığı son olğunluklardır. (nəticələrdir). O, yazır:1.
Yer üzərində ilk sivilizasiya Mu qitəsində olmuşdur. 2. Mu qitəsində yaranmış
olan təktanrıçılıq inancının 70 min il yaşı var. 3. Qitədə 4 irq yaşamış, hər
bir irqin özünün ayrı əlifbası olmuşdur. 4. Əlifbalar ayrı olmalarına baxmayaraq
hamısın da dili eyni olmuşdur. 5. Ölkə RaMu İmperatorluğu adlanmışdır. 6. Qitədə
200 min il yüksək uyğarlıq olmuşdur. 7.Qitə adamları cağdaş dönəmin
adamlarından üstün bilikdə və uyğarlıqda olmuşlar.
Mu qitəsindən
qaçanlar üç ayrı-ayrı səmtə üz tutmuşlar.1-cilər Amerika qitəsinə gedib Mayyalıların ululrı olmuşlar. 2-cilər
haqqında Təhsin Mayatəpək yazır: “ Əsgi türklərin ilk yurtları Ortaasya
deyildir. Sakit okyanında 200 min il Mövcudluğunu qoruyub saxlamış və sonra
okeanda batmış Mular olmuşlar. Onlar Bəsrə (fars İ.M.) körfəzi ilə
Mezopotomiyaya, Fərad çaynın qovuşmasına, (deltasına) Misirə gəlmiş və burada
Mu qitəsinin yüksək mədəniyyətini, inkişaf etdirmişlər. Dilini və dini inancını
yaymışlar. Akkat və Sümer adı ilə tanınmışlar. Ola bilsin ki, bu ilgidən də
Sümer və Mayya arasında olan bir çox oxşarlıqlara rast gəlinir. 3-cülər isə şərqdə Uyğur adı alan Mu övladlarrı idi.
Dünyaya ilk mədəniyyəti də Uyğurlar yaymışlar”deyir. (Təhsin Mayatəpək “ İtmiş
sivilizasiya” vikipediya) 20-ci əsrin
optalarında Yapon arxeoloqlarının Sakit okeanda aşkar etdikləri şəhər Mayatəpəkin
zənninin doğru olduğunu kəsinlədi.
Tarixçi T.
Mayatəpəkin sakınqanlığına (qənaətinə) görə Türklər, Akkatlar və Sümerlər Mu
qitəsindən gələn xalqın törəmələridilər. Onlar özləri ilə dillərini və dinlərini
də gətirmişlər deyir. Mayatəpəkin sözündən belə aydın olur ki, Mu qitəsinin
xalqının dili türk dili olmuşdur. Mayatəpəkin sakınqanlığını bir də ona görə
doğru saymaq olar ki, Mular Mezopotomiyaya və misirə gələndə buradakı yerli xalq
onları allahlar kimi qarşılamışlar. Çox güman ki, o dönəmlərdə Afrika xalqının
da dilləri vı dinləri olmuşdur. Əyər onlarda dil və din olmasa idi, Afrika və
Asiya xalqları bir dildə və bir dində olardılar. Biz görürük ki, burada çoxlu dil
və din yaşamaqdadır. Mayatəpəkin Uyğurlar haqqında olan 3-cü düşüncəsinin doğru
olması biraz kuşqu yaradır. O, Uyğurların dil yaxınlığına görə bu sonluğa gəlmişdir.
Əgər onlar Uyğurlarla görüşsəidilər onlarda dildən başqa ayrı uyğarlıqlar da
yüksək ola bilərdi. Ama biz bu yüksək uyğarlığı Uyğurlarda yox, Çinlilərdə
görürük. Çində ən qədimdən hər tərəfli yaranmış yüksək uyğarlağın tanıkı
(şahidi) oluruq. Görünür qaçqınlar Çin
yarımadasına gəlmişlər. Yüksək uyğarlığı Çinlilərə vermişlər. Çində olan yüksək
gələnək, bol piramid anıtları bu gümanı kəsinləyir Ancaq onlar az olduqları üçün Çinlilər içində ərimişlər.
Dillərini verə bilməmişlər. Onlardan qalan yadigar yalnız Çin piramidləri
olmuşdur. Dünyanın ən yüksək və ulu ağ piramidi Çində saxlanılır deyilir. Bu zənn
Çinin həmin bölgəsinə beynəlxalq arxeoloqiya təşkilatının buraxılmamasında
özünü kəsinləyir. Eyni zamanda böyük Çin səddinin tikilməsində həmin gəlmələrin
yüksək mədəniyətlərinin təsiri olmuşdur. İlk sivilizasiyanın dünyanın hər iki
ucunda bir- birindən xəbərsiz uyğarlığın
cicəklənməsi və bir-birinə tam oxşar olması Mu olayları zənnini artırır
və kəsinləyir. Çinin isə yan-yörələri (ətrafları) yabanı (vəhşi) xalqla koşatlı
(əhatəli) olduğu üçün uyğarlıq qapalı gəlişmişdir. Çox az ibtidai uyğarlıq olan
atların alışdırılması (əhliləşdirilməsi) və oxla ovçuluq uyğarlığı Uyğurlara da
keçmişdir. Uyğurların dillərinə gəldikdə,
onlara Türk dilini 6 min il öncə Oğuz xan və onun hunları aparmışlar.
Aydındır
ki, dünyanın hər iki ucunda yaradılan bu simgələrin bir-birinə bu qədər
oxşarlığı heç bir halda rastgələ ola bilməz. Bəs elə isə 14 min il bundan öncə
yoxa çıxmış bir xalqın mədəniyyət izi niyə olsun? Yetgin uyğarlığa yiyələnməyən
çılpaq qul halında olan Babillilər Babil qalasının 12 m.hündürlüyü olan İştar qapısında hələ də gözəlliyini,
parlaqlığını itirməyən çini kərpicləri hansı texnoloqiya ilə kimlər
hazırlanmışlar?
Eyni
zamanda Mu qitəsinin yox olma dönəmi ilə, Mezopotomiyanın ciçəklənmə dönəmi bir
birinə uyğun gəlir. Bu uyğunluqlar, oxşarlıqlar arasında hər hansı bir yaxınlıq
gizi (siri) ola bilərmi? Bu yaxınlığı aşkar edən bir giz varsa o da odur ki, dünyanın
hər yerində ən aşağa uyqarlıq ibtidai icma dönəmi olduğu halda, dünyanın iki
bucağında yüksək uyğarlıqların yaradılmasını, inanılmaz ölçüdə yüksək olan
anıtları gördükdə, adam istər-istəməz belə bir gümana gəlir ki, bizdən öncəki
dönəmlərdə yer kürəsində yüksək uyğarlıq olmuşdur. Bu yüksək uyğarlığın birdən
birə çiçəklənməsi və batması sorğusu hələ də öz cavabını tapmayıbdır.
Tam yetgin
bilgi verməyən Mu yazılarından belə anlamaq olur ki, 70 min il yaşayan bir
imperiyanın sözsüz ki, yüksək uyğarlığı olmuşdur. Ola bilsin ki, hər cür çeşüt
aracları və texnikaları da olmuşdur. Ağrı-acı (Faciə) baş verən anlarda onlar
araclarla Çox güman (ehtimal) ki, uçar göy aracları ilə, özlərinə quru
sığınacaq yeri axtarıb tapmışlar. Onar tapıb dayandıqları yerdə yenidən yüksək
uyğarlıqlar yaratmışlar. Onlar göydələn piramidaları qaldıraraq hələ də bilinməyən
bir texnoloqiya ilə piramidalardan
elektrik stansiyaları kimi istifadə etməklə yüksək uyğarlığa (mədəniyətə) yiyələnmişlər.
Belə olan
halda bəs niyə yalnız daş tikililərdən başqa yüksək texnoloqiyalı heç bir
uyğarlıq izi qoymamışlar. Yazarların dedikləri kimi, Mu adasından gələnlərin uyğarlıqları, gəlib düşdükləri yerli xalqa
nisbətən yüksək olmuşdur. Hər hansı ilişgidənsə, bəlkə texnaloqiyanın itməsi
ucbatından özlərinin öncəki uyğarlıqlarınadək yüksəldə bilməmişlər. Dönəm
keçdikcə aşamalarla unudulmuşdur.
Mu
anıtlarındakı yazıya görə 14 min il öncə qitədən çıxan xalq aracları tutacaq
sayda adamları ölümdən qurtara bilərdilər. Onlardan bir bölümü Mezopotomiya və
Misirə, Bir bölümü isə Çinə və Ameika qitəsinə getmişlər. Bu yüksək ağıllı
adamlar yerliləri özlərinə tabe etmiş və qul kimi qabaqlarında işlətmişlər. Yerli
xalqda onlara Tanrının göndərdiyi kutsal
adamlar kimi tapınmışlar. Yerli xalqən allah dedikləri Nəmrudlar, Faraonlar bəlkə
o boydandılar. Nəmrudun törəmələri 700 il, Faraonun törəmələri isə 1500 il hökmürünlıq etmişlər və təbabətin kəsinlədiyi
ilgidən, yəni Qemofiliya Xəstəliyindən soyları kəsilmişdir. Öz uyğarlıqlarını
(mədəniyətlərini) yerli xalqa verərək yavaş-yavaş o xalqın arasında əriyərək
yox olmuşlar. Demək uyğarlıq 14 min il öncədən Mular tərəfindən ön asyaya gəlmiş. Ön Asyadan həm batıya həm də
doğua yayılmışdır.
Bir açıqlama (Haşiyə): İnstitutda oxuyanda təbabət tarixindən
dərs deyən müəllımimiz deyirdi “Hələ yer kürəsinda yeni-yeni icma dövrü
yarananda Babildə tibb elimin hər tərəfli yüksək zirvəyə qalxmş bir dövrü olmuşdur.
Ən incə göz əməliyatları, ən ağır orqan əməliyatları edilmişdir. Hammurabinin
verdiyi qanunlar bizə bu sözü deməyə güman verir. E. Ö.1800 illərdə yazılmış
Hammurabi qanununda deyilir ki, Əməliyat zamanı gözü kor edən həkimin bir gözü
çıxarılsın, sənətdən qovulsun. Səhv əməliyat edən cərrahın əli kəsilsin.
Hammurabinin diş protezi o qədər incə düzəldilmişdir ki, Onun düzəlmə sirri bu
gün bilinmir. Babildən sonra tibb elimi Misirdə yüksəliş etmişdir. Bu yüksək
uyğarlılıq (mədəniyyət) necə olmuşsa təmiz itmişdir. Bizim bu günkü təbabət hələ
Hammurabi dönəminə gəlib çatmayıbdır. Misir faraonlarının sümüklərini yoxlayan
alimlər onların sümüklərində hemfiliya xəstəliyinin patoloqiyasını aşkar etmişlər.
Hemofiliya xəstəliyi də faraonların kişi nəslənin kəsilməsinə nədən olmuşdur.”Yazılarına
görə onlar Ari, təmiz qanlı təbəqə olduqları üçün yalnız öz qanlarından
olanlarla evlənmişlər. Qanda da onların bilmədikləri genetik-irsi qemofiliya xəstəliy
olmuşdur. Nə qədər özlərini qorusalar da oğlanlr gənc ikən ölmüşlər. Son halda
oğul nəsli kəsilmişdir. Qadınlar da yerli xalqla evlənərək əriyib yox olmuşlar.
Belliklə də mezopotomiyada 700 il höküm sürdükdən sonra Nəmrudların, Misirdə
1500 il höküm sürdükdən sonra Faraunların nəsilləri kəsilmişdir.
Mulardan gələn uyğarlıq (mədəniyyət)
Mezopotomiyada yüksəlmiş. Babilanda Elmin bütün sahələri çiçəklənmiş. Yuxarda
danışdığım Xammurabi qanunları yaranmışdı. Yabançı tayfa olan Xettilərin
basqıları Babil uyğarlığını yer üzündən silmişdir.
Bilim
adamları qaçıb Mədainə (Persepola) sığınmışlar. O dönəmlərdə Mədaində
(Persepolda) də elm mərkəzləri olmuş, dünya şöhrətli Anahad məbədi elm mırkızi
olmuşdur. Yavaş- yavaş Mədaində uyğarlıq
yüksəlməyə başlamışdır. Mədaində nüfuzlu bilik ocaqları yaranmışdır. E.ö.IV-əsrdə Makodoniyalı İsgəndər Mədaini dağıdaraq yer
üzündən silmişdir.
Yeri
gəlmişkən, Sağlıq və doğum Allahı olan Anahadı araşdırıçı alim, Hikmət Məmmədzadə,
sözün anlamına aydınlıq gətirmədən onun fars xalqının Tanrısı olduğunu deyir. Ancaq
ana sözünün nə zamandan farslara aid olduğunu demir. Adından da anlaşılır ki,
“Anahad” təmiz Azər türklərinin sözüdür. Bu gün də Borçalıda yaşlı nəsl həkimə,
“hadıq” deyirlər. Uşaq turan mamaçalara da “anahadıq” deyirlər. “Hadıq” sözü qədim
türklərdə “həkim” anlamını verən söz kimi işlənmişdir. Bu mürəkkəb söz “ana” və
“hadıq” sözlərindən əmələ gəlmişdir. Anahadıq sözü aşamalarla (tədricən) dəyşirilərək
“Anahad” olmuşdur. Məlum olmayan hansı
ilgidənsə, ən qədim sözümüz olan Anahad, ədəbiyyata və bilim dünyasına yanlış
olaraq Anahid kimi girmişdir. Görünür, bizim bilim adamlarımız bu sözün ilkini ədəbiyyata
gətirəndə xalqın dilindən yox, yad qaynaqlardan, Fars, erməni, ya da gürcü qaynaqlarından
(mənbələrindən) götürmüşlər. Çünkü onlar da Anahadı özlərinin sağlıq və doğum
allahı bilirlər. Ancaq onlar adına
Anahid deyirlər.
Qafqaz xalqları, türklər, gürcülər və ermənilər,
hər biri ayrılıqda, doğum və sevgi ilahəsi olan Anahadı özlərinin ilk
Tanrılarından biri hesab edirlər. Elm aləmi də Anahadı (Anahidi) Saturin ulduzu
olduğunu deyir. Ən qədim ilahə olan Anahadı, Misir məbədinin baş ilahəsi İzislə
müqayisə etmək olar. Bəzi məlumatlara görə, Misirdə İzis məbədi kimi Güney (Cənubi)
Azərbaycanda da Anahad məbədi ün almışdı (məşhur olmuşdur). Bu məbəddə kahinlərlə
bərabər, dünya elmlərinin bilikləridə öyrədilmiıdir.Tarix yazarlarının verdiyi
bilgilərə görə, böyük mütəfəkkir Pifaqor Dara dövründə əsir düşdüyü dönəmlərdə
bu məbəddə 8 il astraloqiyadan geniş bilik alaraq, ölkəsinə qayıtmışdır. Bəzi ədəbiyyatların
verdiyi bilgilərə görə, Pifaqor əsirlikdə olarkən, Vavilonada Zərdüşt ilə dəfələrlə
görüşmüş və ondan ulduzlar haqqında bilik almışdır. Görünür bu sətirin yazarı (müəllifi)
yanlışlığa yol vermişdir. Tarixi bilgilərə görə, Zərdüşt Pifaqordan bir neçə
yüz il (təxminən 300 il) öncə yaşamışdır. Belə olan halda, Pifaqor Zərdüştlə
yox, Zərdüştlüyü təbliğ edən, onu yaşadan kahinlərlə görüşə bilərdi və onların
köməkləri ilə biliyini artıra bilərdi.
Misirdə də Mu mədəniyyəti çiçəklənmişdir. Yərüssəlim
Misirin elm mərkəzinə çevrilmişdir. Yərüssəlim elmin bütün sahələərinin mərkəzi
olmuşdur. Surətlə nüfuz qazanan xristianlıq dünya elminə təziqlər etməklə onu sıxışdırmağa
başlayır. Bilim adamları məktəbi Yərüssəlimdən İsgəndəriyyəyə köçürməyə məcbur
olmuşlar. İsgəndəriyyədə elmin bütün sahələrinə uyğun fakyltələr yaradılmışdır.
İsgəndəriyə Akademiyasında elmi loborotoriyalar açılmışdır. Astrolaqiya yüksək
inkişaf etmişdir. İsgəndəriyə Məktəbinin dünya şöhrəti qazndığı dönəm, eyni
zamanda xristianlığın nüfuzunun artdığı bir dönəmə düşmüşdür. İsgəndəriyyədə
yahudi və xristin qırğını başlayır. İsgəndəriyyə
Universtetinin Astronomiya, Astroloqiya, riyaziyat alimi filosof Hipatiya
(370-415) bu ədalətsiz və yersiz din qırğınının qarşısını almağa çalışır. Hər
iki düşmən lagerinin ortasında çıxış edərək deyir: “ Boş inancları gerçək deyə
xalqa öyrətməkdən daha qorxunc bir şey ola bilməz. İnsanların boş inanclara bir
gerçək kimi inanıb, uğurunda döyüşmək dəlilikdir.” (Hipatiya internet) Bundan
hiddətlənən xristiyan din xadimi, “O dinsiz
ifritədir ulduzlzrla danışır Allaha qaşı çıxır o ölməlidir” deyərək, xalqı onu
öldürməyə çağırır.. Xalq İlk qadın alimi soyundurur, dərisini soyur və oda
atırlar. Dinə qarşı çıxan alim filosof Hipatiya dinin ilk qurbanlığı olur. Alimin rəsətxanası
məktəbi dağıdılır. Bundan sonra yüzlərlə, bəlkə də minlərlə alim dinə qurban
gedir.
İsgəndəriyyədən qaçan elm adamları Hələbdə
dünyəvi məktəb açırlar. Tezliklə Hələb dünyəvi məktəbi dünya səviyəsində nüfuz
qazanır. Bundan qısqanclıq çəkən xristianlıq ruhaniləri Hələb məktəbini də yandırırlar.
Ələ keçən müəllimləri öldürürlər. Qacanlar Bağdat da dünyəvi məktəb yaradırlar
VI-əsrdə Bağdat məktəbinin şöhrətli vaxtı İslam impreriyası Bağdadı tutur.
Dünyavi məktəb sıxışdırılır.IX əsrdə dünyəvi məktəb bağlanır Müəlimlər İsvahana
qaçırlar. İsvahanın Alamut qalasında məktəb
açırlar Məktəb 200 il dünyanın elm mərkəzi olur, dünya şöhrəti qazanır. Əl
Birunu riyziyatda, coğrafiyada, Uluq bəy Astranomiyada dünya şöhrətli açıqlamalar
(kəşflər) edirlər. Ancaq islam dünyası boğur açıqlamalar kağız üzərində qalır.
“Zibillikdə bitən çiçək urvatsız olar” məsəli özünü doğruldur. Bağdat üləmaları
Aləmut məktəbini şeytan yuvası adlandırıb, xəlifəyə sızlıq (şikayət) edirlər Xəlifə
məktəbin bağlanmasına fərman verir. Höküm yerinə yetirilir. Məktəb bağlanır nüfuzlu müəllimlər öldürülür
Sağ qalan müəllimlər İtaliyaya qaçırlar.
İslam
dünysında da Buxara, Təbriz, İsfahan, Səmərqənd Xarəzm dünya ünlü bilik mərkəzləri
də bağlanır. Kitabxanalar yandırılır. Bu məktəblərin də ünlü bilim adamları
İtalyaya qaçırlar. İslam dünyasının dünya elimlərində nəinki durqunluq yaranır.
Olanlar unudulur.Yalnız dini oxullara (təhsilə) izin verilir. Son halda da islam dünyası bu gördüyümüz günə
düşür. Dədələr doğru deyiblər “ Elmə kor baxanın gözü kor qalar.”
İtaliya
dövləti Müəllimlər kollektivinə sığınacaq verir. İtalyada Etrusların başkəndi
Florensiya şəhərində məktəb acırlar. Şərqin düşünən beyini Avropaya köçürülür.
Florensiya məktəbi tezliklə dünyanın ən
nüfuzlu məktəbi olur. Florensiya məktəbi Avropanın elm mərkəzinə çevrilir. Rəssam L davinçi,
ünlü filosof F. Bakon, ünlü astronom Kepler, rəssam Bottiçelli, fizik İ.
Nyuton, astronom N Kopernik və bir çox dünya şöhrətli alimlər Florensiya məktəbinin
yetirmələridilər. Alamut Alimlərinin İtalyaya qaçmaları ilə Amerika və Avropada
elminin yeni erası başlayır. Florensiya Amerika və Avropa elminin ilk akademiyası olur. Əl Biruninin
etdiyi kəşfləri yalnız 500 ildən sonra Kopernik yenidən kəşf edir və dünya şöhrəti
qazanır. Avropa və Amerika elimi çiçəklənərək
gəlib bu günə çatır. Bundan sonra doğu dünyası nə qədər dahilər yetirirsə yenə
də Avropa Amerikadan güri qalır. Çünkü “tökülən çanaq birdə dolmaz” demişlər.
Sonda ulu
dədələrimizin bir neçə qədim şeirini qədim dildə də oxucuların öhdəsinə verirəm.
I-Arazın sağında Urmiya torpağında tapılan 8 – min il öncəyə ilgili edilən, mixi
yazıları ilə qayalara yazılmış bir şeiri, Taryel Azərtürkün açıqlamasında verirəm.
“Ərudü udsuz Kür
deyə kü, Arazu deyə, Gələ edə saab barı Hunca deyə Hunca deyə. Kaşki Bida sağala, Həmmadan kuku, Kaşki Bida Nukuş
ürə, Həmmədan kuku.
(T.Azərtürk “Mixi yazılı azəri türk dilinin qrammatikası”
SEATTLE.Baku 2004 s.199)
Çevirməsi (tərcüməsi):
Əridim odsuz Kür deyə, Araz deyə, Gələ edə yardım Hunca deyə, Hunca deyə, Keşgə
Bida sağala Həmmədan kuku, Keşgə Bida naxış vura Həmmədan kuku.
*Kuk,
Tutu kuşunun adıdır.
1970 illərdə İravan arxeoloji qazıntılarında
tapılan ox üzərindəki yazıların 4 min il
öncələrdən yazıldığı kəsinlənmişdir. Yazını oxumuşlar orada deyilir:
“Sar deyə, əyir iyə, gejdi səba Sar deyə əyir iyə durisə üstünü”.
T.Azərtürk. “ mixi yazılı azəri türk dilinin
qrammatikası” Bakı 2004 s.15
Sar sözü danışığmızdan çıxsa da,
mahnılarmızda “yağı, quldur” anlamında hələ də işlənir. Yazının cevirməsinə (tərcüməsinə)
də ehdiyc yoxdur. Azərbaycan dili olduğu aydındır.
Yazı hansı dilə ilgin olmasına
baxmayaraq Ermənilər həmin yazını əllərində
önəm tutaraq erməni şəhəri kimi İravanın 4 min illiyini keçirdilər. Biz isə əlmizdə
olanları da həyata keçirə bilmirik. Allah bizim dadımıza çatsın.
Şeirlər 8 min və 4 min il öncədən
yazılmasına baxmayaraq oxucu fikiri çox
aydın başa düşür. Kür-Araz üzərində böyümüş
ulu nənəmiz olan. Bida Hun qızı Həmadaninin bu şeyrindən Hun türklərinin
xüsusilə Borçalı Anadolu türklərinin hansı dönəmdən yerli xalq olmaları açıq
aydın görünür.
İndi doğu türküstan Uyğur türkünün şeirini oxuyaq: E.ö. II-əsrdə yaşamış
Alp Ər Tonqanın ölümünə deyilmiş şeirdən:
“Ödlək
küni tavratur, Yalnquk küçin kəvrətür, Ərdin ayün sevritür, Qaçsa
taki ertilür.” Yanız 4-cü sətr bir az qanılır.
(N.Cəfərov
“Qədim türk ədəbiyatı” Bakı
AzAtaM.2004.s 81.) kötügün dilini heçcür anlamaq olmur
Çevirməsi
(tərcüməsi)
“Fələk
fürsət gözlədi Gizlicə
tələ qurdu, Bəylər bəyini apardı. Qaçsa
necə qurtulacaqdı”.
Bu şeirləri oxucu özü incələyib
aydınlaşdırsın. 8-min il öncədən yazılan
dilmi ona yaxındır, 4.min il öncədən yazılan dilmi, yoxsa ki, 2 min il öncədən
yazılan dilmi ona yaxındır. Bu zaman o hansı türkün törəməsi olduğunu, Qafqaza
gəlməmi yoxsa yerlimi olduğunu yaxşı anlayar. Görəsən, Qafqaz və Önasya türklərinin
doğudan Monql sınırlarından gəlib deyənlər bu yazıları oxumurlarmı? Bu tarixi
anıtlardan açıq-ay
dın görünür ki, türk dili doğudan batıya yox, batıdan doğuya sarı yayılmışdır.
dın görünür ki, türk dili doğudan batıya yox, batıdan doğuya sarı yayılmışdır.