11 Aralık 2015 Cuma

ANS-TV-nin Günəbaxan verlişinə.- II

                                                                 
Hörmətli elgiz bəy Sizin məmə xərçənginin müalicə profilaktikası haqqında apardığınız söhbəti dinlədim. Həkim Çaxmaqçı müalicə həkimi olduğu üçün profilaktikanı səthi danışdı. Xalqın mariflənməsi üçün sizin geniş audutoriyanızdan istifadə edərək, qadınlarmıza mənim tərəfimnəndə bir neçə marifləndirici məsləhər verin.

 Mənim profilaktik məsləhətim, hər kəs evində edə biləcək qədər sadədir. Onları əmin edirəm ki, aşağdakı məsləhəti yerinə yetirən qadın heç zaman məmə xərçəngindən ölməməlidir.  Qadının məməsində əmələ gələn xoş xassəli düyn ən tezi bir ildən, ən geci iki ildən sonrs xərcəng xəstəliyinə çevrilir. Bəzən üç il də çəkir.         

Onu deyim ki,məmə xərçəngindən ölənlərin sayı, bütün xərçəng xəstəliyindən ölənlərin 30%-ni təşkil edir. Bu göstərici çox yüksək faizdir. Döş vəzinin (Məmənin) müainəsindən söhbət gedən zaman, hər bir qadın bilməlidir ki, həyatı onun öz əlindədir.30-40 yaşında olan qadının döş vəzi xərçəngindən ölməsini və ya , döş vəzinin xərçəngindən əziyət çəkməsini gördükdə təcüb məni götürür.  Bu necə qadın ola bilər ki, iki il ərzində  hamamlanan  zaman döş vəzində əmələ gələn uyğunsuzluğu, bərkliyi və ya onda olan düyünü bilməsin. Bilirəm oxucular təcüblənəcəklər. Ancaq bu həqiqətdir. Bu gün yüzlərlə qadın döş vəzi xərçəngindən əziyət çəkir. Bu hal sabah da və həmişə də belə olacaqdır. Bu hallar olmasın deyə qadınlar yüksək dərəcədə bilgiyə sahib olmalaıdılar. Özlərinə fikir verməyən qadınları  bir qədər marifləndirmək üçün, onlara  bəzi məsləhətləri  vermək pis olmaz.

Qadınlar hər zaman  məmələrini  yoxlaya bilərlər və təhlükə baş vermədən onu aradan qaldıra bilərlər. Bunun üçün aşağda göstərilən tövsiyələrə əməl etmələri məsləhətdir.

Soyunub güzgünün önündə durub diqqətlə hər iki məmələrinə baxsınlar. Sağlam halda hər iki məmə  eyni görkəmdə görünməlidir. Sonra yarım döngə sağa dönüb sol məmələrinə baxsınlar. Sonra sola dönüb sağ məmələrinə baxsınlar. Sonra yenə güzgünün qarşısında düzgün durub hər iki əllərini başlarına   qoysunlar. Güzgüdə məmələrinin eyni ölçüdə olub- olmamasına fikir versinlər. Sonra sağ məməni sağ ovuclarına alsınlar, sol əllərilə məməni yoxlasınlar, .sonra da həmin qayda ilə sol məməni yoxlasınlar. Ovucla barmağın arasında  eyni bərklikdə hamar halda normalməmə vəzi duyulacaq, əlin altında heç bir düyün duyulmayacaqdır.Hər hansı bir şübhə yaranarsa, məmələrdə fəqlilik görünərsə, məmənin vəzində xırda bərk düyün (taxıl boyda da olsa) ələ toxunarsa, mütləq həkimə müraciət etsinlər. Əyər bu deyilənləri yerinə yetirərlərsə    xəstəlik tez aşkar edilər, vaxtında  xəstəliyin qarşısı alınar və. onlar da  qorxulu xəstəliklərdən  azad olarlar. Ağıllı və tədbirli qadın heç zaman  məmə xərçəngindən  ölməməlidir. 40 illik təcrübəmə  güvənərək bildirirəm ki, məmədə düyün iri fındıq boyda olana qədər, xərçəngə tutulmur. Fındıq boyda olan zaman çıxarılarsa ana yüz faiz sağlam qalır. Əyər böyüyüb Ceviz boyda olarsa, artıq qorxuludur. Bəlkə çıxsa da xeyiri olmaya. Nə qədər tez bilinsə bir o qədər proqnozu yaxşıdır.
            Hörmətlə İsa Mehdioğlu. 
    

                



Hiç yorum yok:

Yorum Gönder