22 Aralık 2015 Salı

İsa Mehdioğlu Gənclər arasında yayılmış dini fanatiklik zamanın faciəsidir.

                                                                                                                                                            

Ölkəmizin gəncləri arasında yaranmış  dini xaotik vəziyəti  eşidəndə  daxilən çox acıdım, ağrıdım. Mənim gənclərim nəyə görə ərəbistan səhralarında, Əfqanıstan dağlarında  ölsünlər. Hansı məqsədə hansı amala görə, calayvətən olsunlar. Ya da yalançı hər hansı bir amal uğurundə öz xalqına , öz dövlətinə qarşı silah qaldırsınlar. Bu faciənin bircə cavabı var. O da gənclərmizin ideoloji tərbiyələrində dini boşluqların  olmasıdır. Onlar bu boşluğu dini fanatikliklərlə doldururmağa çalışırlar. Bu da bir çox arzu olunmaz faciələrə səbəb olur. Ona görə də ilk öncə fanatikliyi gənclərmizin şüurundan çıxartmaq və  onları ağıllı, fəal mübarizliyə alışdırmaq lazımdır.

1995- 2000-ci illərdə şəhərdə dini təriqətlər köbələk kimi surətlə artan zaman, artıq dini fanatikliyin izləri görünürdü. Gəncləri bir ideoloqiyanın altına yığmaq üçün, Dini qurumlarla iş üzrə dövlət komitəsinin  üzvlərilə  məsləhətləşməmiz oldu.  Söhbətə soyuq yanaşıldığı üçün çəkilib evimdə oturdum. Ancaq bu gün həmin soyuq yanaşmanın nəticəsini, kiminin yalançı cihad xətrinə  öldüyünü, kiminin cihaddan qayıdıb vətənində türmədə çürüdüyünü, kiminin də yalançı, ucuz dini təbliğata uyub, öz xalqına, öz dövlətinə yağı olub, ona silah qaldırdığını görüb, eşidəndə yenidən rahtlığım pozuldu.

Elmlə din arasında nə qədər böyük boşluq olarsa, din ilə elm arasında da bir o qədər uçrum olar. Dini fanatiklik daha da artar. Bu gün sərbəst dini fanatizminin təsiri altına düşən gənclərimiz, çox zaman cəmiyyətdə və ya ailədə arzu olunmaz faciələrə səbəb olurlar. Bu fanatikliyin qarşısını almaq üçün,gənclərmizin düzgün dini təbliğata ciddi ehtiyacları var. Təbliğat elə aparılmalıdır ki, gənclərin elm ocaqlarında eşitdikləri həqiqətləri din öz ayətləri ilə təstiq eləsin. Dini təbliğat da elə olmalıdır ki, din dediyini elmi mənbələr təstiq eləsin..

Bütün tarix boyu belə boşluqları,  Vəhdəti-Vücud fəlsəfəsinin  ideologiyası doldurmağa, elmlə dinin vəhdət halında yaşamasına çalışmışdır.Ama                         vacibül-vücud fəlsəfəsini özlərinə meyyar götürmüş, tövhid dininin müdafiəçisi olan mollalar elmlə dini bir-birinə düşmən etmişlər. Bu gün bütün dünya dinlərində fanatiklik höküm sürməkdədir.
       Vəhdəti-vücud fəlsəfəsinin təbliğatçılarını ya asmışlar ya da yandırmışlar. Bu gün zaman vəhdəti-vücud fəlsəfəsinin  yenidən canlanmasını tələb edir. Qurani-kərim  vəhdəti-vücud fəlsəfi ideyaları ilə doludur. Onları xalqa düzgün çatdırmaq lazımdır. Əgər din xadimləri belə bir müqəddəs inam yolunu üzərlərinə  götürüb gəncləri bu dini ideoloqia altında birləşdirə bilsələr, ölkəyə vətənə yararlı və dini fanatiklikdən uzaq olan gənclər yetişdirə bilərlər.

      İnsanın ideoloji mənəviyyatının zənginləşməsi üçün  dini inam çox vacibdir.Bu vacibliyi gərək insanın ağlı, təfəkkürü qəbul eləsin. Əgər dinin təlqin elədiyi inamları təfəkkür qəbul eləmirsə insan o dinə bağlana bilməz və onda olan dini mənəvi aclığın yerini doldura bilməz. Bu zaman adam onu təmin edə bilən yeni dini ideologiya axtarır. Bu axtarmalar,  bəzi hallarda indi rastlaşdığımız fanatizmini yaradır. Bu gün bizim gənclərimizin xoşa gəlməz yollara düşmələrinin də səbəbi yuxarda dediymiz hallardır.Bu halların qarşısını almaq üçün də onları təmin edən ideoloqiya verilməlidir. Bu ideologiya bu gün yoxdur. Müasir dünya görüşlü din xadimləri yoxdur. Ruhanilərin təbliğat üsulu 9-10-cu yüzilliklərdə yazılan hədislərə uyar aparılır. Bu isə 21-ci yüzillik insanlarının təfəkkürünə uyğun gəlmədiyi üçün onları təmin eləmir. Ona görə də onlarda inam itir.Zamanla ayaqlaşmayan bir çox hədislərdən yalnız biri haqqında danışım.
Danılmaz bir  həqiqətdir ki, adamın mənəviyyatının, ruhaniyyatının zəngin  olmasında dinin böyük rolu olmuşdur. Dinsiz elmi kəşflər dünyanı məhvə apardığı kimi, elmsiz din də cəmiyyəti məhvə aparar. Yer üzündə əminamanlığın, ədalətin, haqqın qalib gəlməsi üçün, din ilə elmin vəhdəti vacibdir. Bu vəhdətin vacibliyi dünyanı çiçəkləndirə bilər. Elm maddi mədəniyyətin mayası olduğu kimi, din də mənəviyyatın mayasıdır.
Hamıya aydındır ki, Qurani-kərim oxunan zaman heç kim ondan heç nə başa düşmür. Ona görə də insanlar hədislərə böyük maraq göstərirlər. Bu gün isə bizim hədislərimizə xalqın çoxu inamsız halda yanaşır. Bu yanaşma da boşuna deyil. Xalqın 80-90 % - i  savadlıdır. Onun üçün də onlara çatası söhbət lazımdır.
Böyük bir yas məclisi idi. Molla, Yusif peğəmbərin sərgüzəştindən danışan zaman, 60 yaşlı Züleyxanı 20 yaşlı qız elədikdən sonra, Yusifə ərə verdi, məclisdəkilərin çoxu başını bulayaraq bığaltı güldü. Adəm peyğəmbərdən söhbət eləməyə başladı. Allah  Adəm peyğəmbəri 8 min il bundan öncə torpaqdan yaratdı onun qabrqasından Həvvanı yaratdı Allah bunların hamısını bir gündə elədi. Sonra da onlar evləndilər. Hər doğulan uşaq bir dildə danışdı. Beləliklə dünyanı 72 millət doldurdu deyə molla söhbət edirdi.     
           Məclisdən bir müəllim, mollanın hədisinə etiraz edərək, dedi ki, “ay molla xahiş edirik elə söhbətlər edin ki, xalqda sizə qarşı inam yaransın. Məclisdə mənim tələbələrim oturur. Onlara mən deyirəm ki, 300 min il öncə bizim ulu babalarımız Azıx mağarasında yaşamışlar. Sizin söznüzü eşidən gənc tələbələrim yəqin ki, tərəddüd içərisində qalıblar. Onlar sən deyənəmi inansınlar, yoxsa mən deyənəmi inansınlar. Sizin söhbətinizi etika xətrinə dinləyirik. Artıq zamanla ayaqlaşmaq lazımdır. Belə ağlabatmaz nağılları həqiqət kimi danışmayın.Ya da deyin ki sizə bir nağıl danışım. Bizdə nağıl kimi qulaq asaq. Bayaqdan nəzakətlə mollanı dinləyənlər hamı müəllimə haq qazandırdılar.
        Mən evə gəldim Quranın tərcüməsini açıb yenidən bir də oxudum, gördüm doğrudan da Adəmin və Həvvanın yaranmasıhaqqında, Quranda, hədisdə deylənin  əksi yazılmışdır. Adəmin qabrqasından Həvvanın yaranması və eləcə də, Züleyxanın yenidən cavanlaşması və Yusifə ərə getməsi haqqında, bir kəlmə də yazı yoxdur. Quranın 15-ci surəsinin  26-cı ayəsində deyilir: “Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq”.Ayənin deyilişindən aydın görünür ki, burada söhbət Adəm peyğəmbərdən yox, Ümumi olaraq, insanın yaranmasından gedir.            Bəs Quranda göstərilmədiyi halda hədislərimizdə geniş yer alan, müasir təfəkkürün məntiqinə sığışmayan bu nağıllar, rəvayətlər haradan qaynaqlanmışdır?
Tövratda olan bir çox rəvayət və mifləri oxuduqda məlum oldu ki, Tövrat özündən öncə Misir və Mesopotomiya xalqı arasında mövcud olan bir çox əfsanə və nağıllardan istifadə etmişdir. İnsan haqqında olan əhvalatlar da qədim Misir mifinin Tövratda Adəm peyğəmbərin həyatına köçürülməsidir. Nəticədə şəxsiyyət olan Adəm peğəmbər əfsanələşmiş və mifoloji obraz şəklini almışdır.
Quranın təfsirçiləri, hədisçiləri Quran ayələrinə fikir vermədən, Tövratda qeyd olunan yəhudi mifoloji dünyagörüşünü, olduğu kimi, İslam hədislərinə köçürmüşlər. Qurandakı ayə həm ağla batan görünür, həm də elmi dəlillərə uyğun gəlir.  

 Bütün elm adamlarına aydındır  ki, VII əsrdə formalaşmış islam dini dünyagörüşü öz dövrünün təfəkkür məntiqinə uyğun olduğu üçün o qəbul olunmuşdur. Bu gün isə XXI əsr insanının dünyagörüşünü hazırkı elmi nailiyyətlər formalaşdırır. Ancaq dini dayaqlar, dini təfəkkür isə VII əsr dini dünyagörüşü ilə öz varlığını yaşatmağa çalışır. Bunun nəticəsidir ki, elmlə dinin vəhdətində olan boşluğu doldurmaq olmur. Özünün dini ehtiyacını ödəməyə çalışan gənc təfəkkür sahibi isə öz dini psixoloji təfəkkür mənəviyyatının ehtiyacını ödəyə bilən dini yollar axtarır. Bu səbəbdən də, son zamanlar yağışdan sonrakı göbələk kimi, meydana çıxan bir çox məshəblərdən,  eləsinə rast gəlinir ki, son halda hətta gəncləri fanatikliyə aparır. Bu günkü gənclik hər bir hadisənin təhlilində onu qane edən dəlil axtarır. Hər hansı bir dini məzhəb onların müasir dini dünyagörüşünə uyğun gəlmədikdə, yenidən başqa bir məzhəb axtarışına çıxırlar. Bu axtarışların da son nəticəsini biz görürük. Gənclərimizin sədaları ya da meyitləri, Əfqanıstandan, Ərəbistandan gəlir. Ya da özü öz gülləsinə tyuş gəlir.

Bəs görəsən gənclərdə yaranmış bu dini boşluğun səbəbi nədir? Məlumdur ki, bu günkü gənclər yüksək təhlil qabiliyyətinə malik olan yüksək intellektual səviyyəli  gənclərdir. Ona görə də, hər bir sadəlövh inanclar onların dini mənəviyyatını ödəmir.
Bu mənəvi boşluqları doldurmaq üçün  unudulmuş vəhdəti-vücud fəlsəfəsini yenidən canlandırmaq lazımdır. Bu dini fəlsəfəni bilən savadlı dindarlar hazırlanmalıdır. Dindarlar hər yerdə xütbələr- mühazirələr oxuyub gəncləri vacibül-vücud dünyagörüşündən uzaqlaşdırmağa,  vəhdəti-vücud dünyagörüşlərinə yiyələndirməyi bacarmalıdılar. Bu fəlsəfi görüşün özü geniş bir elmdir. Bunun üçün geniş audutoriyalarda, ailələrdə, məktəblərdə və ali bilik ocaqlarında səmərəli iş aparılmalıdır. ki, müntəzəm olaraq gənclər orada dini mənəviyatlarını yetişdirsinlər və yaysınlar. Köhnəlmiş hədislərin hamısı müasir təfəkkür qəbul edəcək səviyyədə yenidən yazılmalıdır ki, dinləyən ya da oxuyan  onu qəbul edə bilsin. Mən din alimlərini hədislərmizə yenidən baxmağa və zamanla ayaqlaşan hədislər yaratmağa çağrıram.                                                                                  

Hiç yorum yok:

Yorum Gönder