29 Eylül 2019 Pazar

Esselər

ESSELƏR.

                                                                 Küsmüşəm.

         Tanrı elə bir olağandışı (fenomen) varlıkdır ki, onun yasalarına və kurallarına baxıb gözdən keçirdikdə, adamın tanrıdan küsməyə mənəvi haqqı yoxdur. Olsa da əlindən heç nə gəlməz. Bütün inanclarda “hamı ümüdini ona bağlayır, hamının azıqını (qismətini), o verir. Hamının ödgüsünü (taleini) o düzənləyir, o quraşdırır. Hamının güvənc yeri odur” deyilir. Elə ona görə də mənim ondan küsməyə haqqım var. Dədələr deyiblər, “uman yerdən küsərlər”. İndi mən də ondan umduğum üçün küsmüşəm. Mən ondan küsmüşəm ona görə ki, məndən salıksız (xəbərsiz) məni yaradanda niyə, böyük, geniş axınlı sürülər arasında  yaradırdı. O məni seçilmişlər sırasında yarada bilməzdimi? Əlbətdə yarada bilərdi. Küsmüşəm ona görə ki, o mənə azıq (qismət) yazanda niyə, onu çox simiçliklə, qısa-qısa yazırdı.  “Çalışsan da, çalışmasan da, istəsən də, istəməsən də sənə verdiyim azık (qismət) budur” deyibdir. Əli açıklık edə bilməzdimi? Əlbətdə bilərdi. Küsmüşəm ona görə ki, sınırı geniş aləm boyda olan ərkin (iradənin) ən cılızını mənə veribdir. (Quran 39\52- “Allah istədiyinin ruzusunu artırar, istədiyinin ruzusunu azaldar”) deyibdir. Mənim suçum nədir ki, hələ mən doğulmamışdan məni azıqları (ruziləri) simişliklə verilənlər slrasında yazıbdır. “Yekəxanalık eləmə az-çox nə vermişəm ona sağlaş (razılaş)” deyibdir. Odur ki, mənim çalışmağımdan asılı olmayaraq o, yazımı belə yazıbdır. Seçilmişlərin arasında yaratmış, yazmış olsa idi,  suçmu işlətmiş olardı? Əlbərdə ki, yox. Seçilmişlər heç bir halda ondan küsməzlər. Əgər elə edərdisə, mən də onun sevimli qulları kimi, gecə-gündüz ona qulluq edərdim. Sürülərin arasında  ona nə qulluq edən görünər, nə quluq edilən görünər. Elə seçilmişlər arasında görünmədiyim üçün də mənim ondan küsməyə haqqım var. Belələri milyonlarcadır, onlardan da biri mən.

                                                 

                                         Səndən, sənə gileyim (şikayətim) var.

         Sən haqsan, birsən,yaradansan, yaradıcısan, Yaratdıklarıyın qoruyucususan, onlara azık (qismət-ruzi) verənsən. O ki, hər bir yarğı (höküm) sənin əlindədir, sən ki, yaradıcı varlıksan, niyə bu göz yaşlarını, qırğınları, talanları, bu gözəlliklərin dağıdılıb veran edilməsini yaradıbsan? Elə bunun üçün də səndən, sənə gileyim (şikayətim) var.

          Niyə yaratdığın qullarıyın içlərini qurtlu, özlərini yaramaz, bir-birini didən, bir birini bəyənməyən, bir-birinin yemini, azığını zorla alan, quduzlaşmışları yaradıbsan niyə?. Onlar sən yaratdığın gözəllikləri, sən verdiyin usla-ağılla yıxıb, dağıdıb, veran edirlərsə demək bu acılarda sənin də qatqın (iştirakın) var. De bu ağrı-acıları (faciələri) niyə edirsən, niyə? Onun üçün də səndən, sənə gileyim (şikayətim) var.

          Adamları niyə min üzlü, min kələkli, min dilli yaradıbsan. Birini uyğulu-ərdəmli (ədalətli), birini uyğusuz- ərdəmsix (ədalətsiz), birini qan yuyan, birini qan tökən, qan içən, birini həyalı, birini həyasız yaradıbsan niyə? Birini güldürürsən, birini ağladırsan, birini süd gölündə üzdürürsən, birini ac-yalavac yatırdırsan. Birinə ad-san verirsən, birini dilənçi edirsən. Birinə görkəmli (cəh-cəlal) saraylar, güllü-bülbüllü baxçalar verirsən, birinə üstünə örtməyə yorğan da vermirsən. Birinə ən bahalı geyimləri geyindirirsən, ən bahalı yeməkləri yedirirsən, birinə yavan duz-çörəyi də çox görürsən, niyə? Niyə belə edirsən, niyə? Elə onun üçün də səndən, sənə gileyim (şikayətim) var.

           Adamlarda olan ən aşağa duyğuları, yaltaqları, ikiüzlüləri, çörək basanları, irəli gedənə badalak quranları, geridə qalanın başından basanları, ət tökən qarayaxanları, kimsəsiz yetimlərin azıqnı yeyənləri, qızların qızlık qürurunu tapdalayanları sən yaradıbsan sən. Belələrini niyə yaradırsan niyə? Elə ona görə də səndən, sənə gileyim (şikayətim) var.

       

                                              Ölümsüzlük

          Deyirlər ölüm hakdır, ölümün ağısını-acısını hamı dadacakdır. Ölüm Tanrının pozulmaz yazğısıdır (qədəridir). Tanrının yazğısı adama o dönəmdə gəlir ki, Tanrının adama verdiyi sürə (vaxt) bitir, başa çatır. Tanrının yaratdığı yasaya görə Tanrının adama verdiyi ömür ən azı 100 ildir. 100 ildən tez gələn ölümdə tanrının qarışacağı yoxdur. Bu ölümlər, adamların suçlarınım, yanlışlıqlarının ürünüdür (məhsuludur).  Yalnlz 100 ildən sonra gələn ölüm tanrının yazğısıdır (əcəlidir) və tanrının pozulmaz kuralıdır. “Kim yüz il yaşamasa, günah onun özündədir” (O. Sarıvəlli).  Çalışın Tanrı verdiyi ömürü yaşayın. Ölümün 80 %-ni adamların özləri yaradır. Yalnız 20 %-i adamdan asılı olmayaraq izinsiz gəlir. İzinsız gələn ölümü qovmağa çalışın.

         Tanrının bir yasası da var ki, o ölümsüzlük- həmişəyaşar kuralıdır. Bu həmişəyaşar olan ölümsüzlük həmişə adamları düşündürmüşdür. Adamlar bu istəklərini söyləntlərlə (əfsanələrlə, rəvayətlərlə, nağıllarla), gerçəkləşdirməyə çalışmışlar. Utnapiştini, Xızırı, Səməndər quşunu həmişəyaşar ölümzüz varlıklar saymışlar. Adamların düşüncə durumlarını incələsək  doğrudan da adamların ölümsüz olmaları dəngəsinə (qərarına) gələ bilərik. Belə ki, Tanrının adamlara bağışladığı öz-can (ruh), tanrının özü kimi ölümsüzdür. Demək tanrının ölümsüz dənəciyini gəzdirən adam da onun  özü kimi ölümsüzdür. Ona görə də mən deyirəm ki, ölümün özü də ölümsüzlükdür. Adamda tanrı dənəciyi halında olan öz-can (ruh) həmişəyaşardır. Demək öz-can  ölümsüzdürsə  Adamlar da ölümsüzdür. Bu ölümsüzlük dədədən babaya, babadan ataya, atadan oğula, oğuldan nəvəyə, nəvədən nəticəyə, nəticədən kötücəyə və beləcə sonluğadək, həmişə yaşarlığa gedir.

       Adamların, ömürlərinin sonunadək, sonçuları şaxələnir,genişlənir. Özləri özdəksel (maddi) aləmdən getsələr də mənlik aləmində yaşayırlar. Beləliklə aləm uox, puç olmur (faniləşmir), tərsinə o, həmişəyaşarlaşır (əbədiləşir). Dünən  dünyaya iki gözlə baxan, bu gün on gözlə baxır, ertəsi günü yüz gözlə baxacaq. Bu yaşam yolu onun mənlik yaşamı olacaqdır. Beləliklə adamın somut yaşamına son qoyulsa da, soyut yaşamı həmişəyaşar olur. Həmişəlik yaşamaq o deməkdir ki, doğulanda özün tək, lüt ağlaya-ağlaya gəldiyin kimi, gedəndə də yüzlərlə-minlərlə qalanlar səni göz yaşları altında ağlaya-ağlaya yola salırlar. Onda sən həmişəyaşarsan və həmişəliksən.

 

                                         Mehdi sahibi zamanın gəlişi.

        Hadisə Ərəbistan yarımadasında baş verir. VII- Y. Y-ın ilklərində yenicə pöhrə vermiş gənc islamlaşan ərəblərilə, bütpərəst ərəblər arasında su kimi axıdılan qanlı savaş olur. Bir çox iyidlər ölür, qırılır. Savaşda Məhəmməd peyğəmbərin əmisi bayraqdar Mehdinin qolları kəsilir. Qollarından qan yerinə yaşıl qanad çıxır. Mehdi göyə qalxır və aləmə yayılan gürultulu bir səslə “mən qayıdacam, mən gələcəm. Bir qurtarıcı  kimi gələcən, qayıdacam” deyir. Bu tansıkı (möcüzəni) görən bütpərəstlərin hamısı qılıcı atıb müsəlman olurlar. (Mehdi sahib-zaman hədisindən).

         Mehdi VII göyə qalxır. Yeyib, içib kefdə olur, onu dərin yuxu tutur. O gündən müsəlman dünyası Mehdinin gəlişini gözləyir. Nəhayət XXI- Y.İldə oyanır. Mehdi görür ki, Ərəbistsnın üzərində ömüründə görmədiyi qara bulud elə çöysəyib ki, bir qarış yer görükmür.  Mehdi Cəbrailə deyir ki, “1400 il bundan öncə mən o elə (xalqa) dar gününüzdə sizə kömıyə gələcəm. Sizi dardan qurtaracam demişdim. İndi o elin (xalqın) dar günüdür. Allahdan izin al mən o elin kömıyinə gedim” deyir. Allah Mehdiyə izin verir.  Mehdi yerə enir. Bunu görən el (xalq) böyük, kiçik, arvad-uşaq hamı bunum yanına qaçır ey qurtarıcımız (xilaskarımız) dord ildir suçsuz (günahsız) yerə qırılmakdayıq, gecə-gündüz sizi çağırırıq, haradasan gəl çıx bizi bu çilədən (zülümdən) qurtar deyirlər. Kimi əlindən, kimi ətəyindən öpür. Bu anda Yaşıl alovlu bir raketa ynına düşür. Bir anda hamı ətlik mal kimi yerdə çavalayır, Hündür binalar yerlə yeksan olur. Toz, duman göylərə qalxır. Mehdi çaş-baş qalır ki, mən ox və qılıncla vuruşmuşam. Bir-bir qırğın gürmüşəm, ama belə bir görünməmiş ağrılı-acılı olay görməmişəm . Bunu törədən kimdir deyə düşünəndə toz-dumanın arasından qarşısında Şeytanın durduğunu görür.

          Şeytan, “Mənzərəyə nə yaman çaşqınlıkla baxırsan. Bunların hamısı mənim bacarığımdır, Sən uçub göylərə getdin, Mələklərə başın qarışdı gələcəyi unutdun. Ama mən heç yana getmədim. Adamlar arasında qalıb onlardan şox şeylər öyrənib yaratdım . İndi sən gördüyün anlar geridə qaldı, elə sən də geridə qaldın cox gecikdin. Mən isə çox irəli getmişəm  Artıq sən mənim qarşımda durumsuzsan. Yaxşı olar ki gəldiyin yrə qayıdasan, yuxunu sürdürəsən, bir daha oyanmayasan.  Böyük ümidlə səni gözləyənlər sənin bacarıqsızlığını, gücsüzlüyünü görməsinlər. Səni belə əlacsız görüb ümidlərinii kəsməkdənsə, haçansa gəlməyini gözləmələri yaxşıdır” deyir.   

 

                                                     Sevgi zənciri.

       Sevgi Tanrının elə bir örkənsayağı zənciridir ki, Tanrı bü aləmdə, yaratdığı, bütün aləm varlıqlarını bu sevgi zəncirilə bir-birinə bağlayıbdır. Sevgi, aləmi bir- birinə bağlayan tansıklı (möcüzəli) gücüdür. Sevgi doğada (təbiətdə) olan bütün canlı varlıqların günəşə sarı canatmasıdır. Bilim dünyası bu sevgi zəncirinə Cazibə gücü deyir. Aləmdə olan sevgi elə çox çeşidlidir ki, onu süd yolunda sayrışan ulduzlarla qarşılaşdırmaq (müqaisə etmək) olar. Aləm və doğa varlıqları arasında olan bu sevginin çox kiçik bir damlası adamlar arasında yaşamaqdadır. Bu dəniz damlası olan sevgi həm böyük uğurların, həm də alov kimi yandırıcı uğursuzlukların qaynağı olur. Bu sevgi zəncirində bəlkə minlərlə, milyonlarla boğulanlar, alovunda yananlar olmuşlar.

        Bir çox hallarda, radio-televizorlarda danışanlardan, aləmin çeşitlərini görmüş bir çox qavramlı, anlamlı adamlardan, bağ-bağatda oturub danışan yaşlılardan, hər yerdə eşidirəm ki, deyirlər, oğul uşaq olduqca, adam yaşa dolduqca, ocakda- evlilikdə (ailədə) istək, sevgi  bölünür, parçalanır, azalır. Hər bir balaya, hər bir nəvəyə, nəticəyə paylanır. Son halda qoca ilə qarı yenidən yadlaşır.                      

       Mən isə bu imgənin (ideyanın) tərsini göpmüşəm və bilmişəm. Elə ona görə də belə düşüncə ilə bölüşmürəm, sağlaşmıram (razılaşmıram) yalandı deyirəm.  Onu deyənlər yanılırlar, yanlışlığa yol verirlər. Necə ki, böyük Nizami Gəncəvi də eşqdən danışanda öz görüşündə  yanılmışdı. Altmış yaşlı Firdovsini qoca sanmışdı, Sevgisinin (Eşqinin), söygüsünün (məhəbbətinin) sönməsindən danışmışdı.

        Sevgi elə bir tansıklı (möcuzəli) soyut duyğu varlığıdır ki, o axtarılmır. Onun özü gəlir. İlki  adi şaka ilə (zarafatla) başlayır. Xoşlamalarla, xoşagəlmələrlə ilişgilənir, yavaş-yavaş istəyə və son halda mənlik  bağlantısına, sevgiyə  çevrilir. Yaranan bu sevgi, ömrü boyu ocağı, evliliyi (ailəni) isidir, isdi saxlayır və yaşadır.

       Qarşılıklı xoşagəlmənin, istəyin sevgiyə çevrilməsi çox az hallarda olur. Ən kutsal (xoşbəxt) evlilik ocağı, sevgi doğulan ocaqdır. Belə evlilikdə uzun ömürlə düşərgəni başa çatdıran kutsallar (xoşbəxtlər) çox az olur. Belə evlilik yaşamın dadlı anlarını öz kutsallığında tapır. Sevginin böyüklüyünü və gücünü heç bir ölçü ilə ölçmək olmaz. Onun böyklüyünü və güclü dəyərini yalnız dönəmlə, çağla ölçmək olar. Dönəmin sürəsi onun gücünə görəvilik (şahidlik) edən bir kompasdır.

 Əgər sevgi, sayğılı, dəyərli duyğuların varlığıdırsa, tanrıdandırsa, qarşılıqlıdırsa, o da ömür gün kimi artdıqca artır, yaş üstünə yaş gəldikcə o, daha da pöhrələnir, güclənir, daha da ülviləşir. Hər bir yaş onlar üçün mənəvi zəncir həlqəsi olur, Boynlarına, qollarına dolanır. Yaş yaşın üstünə gəldikcə, zəncirin dolağı artıqca, ülvü sevgi daha da dərinləşir, daha da tanrılaşır. Demək qarşılıqlı olan sevgi heç bir halda azalmır, itmir, sönmür. Kötük halında ortalıkda durur. Ağac kökündən saçaqlar (rişələr) artıran kimi, dallarından- budaqlarından qanadlarını çoxaldan kimi, adam da oğul- uşağa, nəvə- nətəcəyə sevgi budakları, sevgi qanadları, sevgi saçakları, yaradır, Bununla sevgi hər bir nəsnəni öz qucağına çəmbərinə, öz dolağına, ortamına alır

        Gəncliyin ən gözəl, ən unudulmaz çağı sevib- sevilməkdədir. Sevgi şadlıq içgücünün (instinktinin) doğal nişanələrindən biri kimi onun soyut (mənəvi) varlığıdir. Sevgidə yaş ölçüsü yoxdur. Sevgi doğulan gündən ölənədək yaşayır. Sevgi həmişə təzədi, həmişə yeniyetmədir. Gənclik hələ sevgi dənizinin tufanlarını, boranlarını, daşlı- kəsəkli yollarını bilmədən sevir- sevilir. Dünyanı qanmadan, onun keşmə-keşli yollarını keçmədən, sevgi nədi onu doğru-düzgün bilmədən sevib-sevilir, Gənclik sevgisi necə şirindirsə, bir elə də acıdır. Tarixdən gələn sevgi dastanlarından, diləyinə çatmayan istəklilərin sevgilərindən  bizə aydındır ki, bu sevgi aləmi, bir çox acılara, bir şox çöküşlərə (faciələrə) ilgi olmuşdur. Belə sevgi odunun alovunda yananlar, sevgi dənizinin burulğanlarında. boğulanlar haqqında söyləntilərdə, nağıllarda, dastanlarda çox eşitmişik.

         Sevgi dənizində boğulan olsa da elə hal olur ki, o, qarşıda yaranan çətinliklərlə savaşmağa güc verir. Yaşamaq uğurunda kı, çarpışmaya yaşamak sevgisi qatır. Bu sevgi güvənniyində yaşamaq istəyi qarşısındakı çətinlikləri aşıb keçmək istəyi yaranır və onu aşıb keçir. Sevgi gələcək aləmin ən gözəl, ən şirin yaranmış  ümidlərinin aşıtkısıdır (mayasıdır). Sevgi gələcək aləmin çatmalarını  özündə birləşdirən dərin özüldür. Sevgi qarşıya çıxan bütün çətinliklərə üstün gələn savaş yoludur. Belə savaş yolu keçən sevgi ocağı heç halda sönməz. O, ocaqda həmişə isti soluq (nəfəs) olacaqdır.

           Onu da bildirim ki, bilim aləmi, adamları dörd tipə ayırır. Bunlardan  birinci və ikinci güclü və dayanıklı tiplərin heç birinin evlilik alanında tanrı sevgisi olmur. Onlarda istəklə, xoşagəlmə ilə evlilik yaradılır. Ona görə də belə evlilik dağılanda sevgi qarşısında tasalanmalar, acılar (faciələr) olmur. Ona adi hal kimi baxırlar.  Sevgidə bacarıqsızlıq edib, yenilənlər, acılar, çöküşlər (faciələr) çəkənlər, ögüngön (peşman) olanlar həmişə üçüncü və dördüncü, orta və zəyif tiplərə ilgi olan adamlar olurlar.

           Bu gün yaranan evliliyin (ailənin) çoxü istək və xoşagəlmə önəmli duyğularla yaranır, yaradılır. Ömürlərinin axırlarınadək də həmin duyğu ilə yaşayırlar. Bu günkü yaranan evliklərdə (ailələrdə) demək olar ki, sevgi olmur. Elə ona görə də 2018-ci il statitikasına görə qurulan evliliyin 30-35 %-i boşanmalarla, dağılmalarla sonluq vermişdir. Bu hal toplumun, elin, ölkənin, çöküşnün (faciəsinin) yaxınlaşdığını göstərir.

          Mənim anladığım düşüncəmə görə adam həyatının iki yetginlik çağını yaşayır. Birinci çağ ilahi yetginlik çağıdır ki, onu uşaqlığın bioloji yetginlik çağına ilgi etmək olar. İkinci çağ isə toplumun (cəmiyyətin) yaratdığı həyat yetginliyidir ki, bu dönəmi gəncliyin uslu- ağıllı yetginlik çağına, yəni 20-25 yaşlarəna ilgi etmək olar. Ona görə də heç bir halda ödgənizlə (taleyinizlə) oynamayın. Birinci yetginlik çağında olan sevgi çox hallarda iradədən kənar sevgidir ki, o bəzən ağrılı- acılı çöküşlər gətirir.

         Bu sonu görünməyən gənclik sevgisinin, səndemə çox bəlalara, şox ağrı- acılı çöküşlərə (faciələrə) ilgi olurmuşdur. Belə sevgi odunun alovunda yananlar, sevgi dəryasının burulğanlarında. boğulanlar, sevgi alovunda əriyib, yanıb yox olanlar haqqında bir çox nağıllardan dastanlardan, aləmi yorub yola salan bilginlərdən çox eşidibsiniz. Ona görə də keçmişin nağıl aləminə uyub gələcək yol xəritənizi cızmadan, evliliyin kutsallığına, onun gələcəkdə uğurlu olmasına inam yaratmadan evləməyin.

                        “Sevgi od deyil ki, onu su ilə söndürəsən.

                         O, bir bədəndə iki ürək yanğısıdır bilsən”!

 

                              Mənim Tanrım!

           Mən tanıdığım, öydüyüm Tanrımı, doğru- düzgünlük, ölçüsü (meyyarı) kimi tanıyıram. O bizi yaradanda, özünün sevimlisi kimi, özünə oxşar yaradıbdır. O heç bir dönəmdə yaratdığı sevgilisinə haqsızlıq, əzginlik (zülüm) eləməz. Bəs onun sevib yaratdığına edilən bu ağrı-acı, haqsızlıq, yaramazlık, əzginlik (zülüm) haradandır.

           Deyirlər aləmdə olanlar, yerin altında, üstündə, görünən görünməz nə varsa hamısı tanrının ərki (iradəsi) altındadır. Hər şeyi o yaradır, o verir. Hər bir nəsnə onun əlindədir. Əgər belə isə o halda demək, haksızlıkları, pislikləri də yaradan odur. Əgər bu deyilənlər doğrudursa, onda biz kimə inanak, dərdimizi kimə gileylənək (şikayət edək). Axı biz deyirik mənim tanrım adamı sevgisilə yaradıb. Sevdiyinə pislik etməz. Bəs onda pislik edən kimdir. Bəlkə, bu ağrı-acılar tanrının küralı, yazqısı deyil, bəlkə adamın öz ağılının yaratdığı suçlardır. Bu düşüncələr mənə 50 ildir dinclik vermir. Qarşılığını (cavabını) axtarıram hələ də tapa bilməmişəm.

Bu canlı varlık olan adamlarda, bu haqsızlıqları, uğursuzlukları , çilələri (zülümləri), qansızlıqları, ikiüzlükləri, yaramazlıqları görəndə məndə kuşkular (şübhələr) yaranır. Deyirəm, əgər doğrudan da adamlarda tanrı dənəciyi varsa, adamoğlu tanrının yerdəki dənəsidirsə, Tanrı dənəciyi yerləşən varlıq heç cür, heç bir yolla özünə yaraşdırmaz ki, belə haksızlıklara  yaramazlıqlara, çilələrə, əyriliklərə qatılsın. Tanrı heç bir halda pisliyə, əyriliyə, haqsızlığa, uğursuzluğa, sağlalık (razılık) verməz. Ama nə etməli dönə-dönə belə halların görəvisi, tanıkı (şahidi) oluruq. Bəs belə isə tanrının sevimlisi olan adama tanrı bu alçaqlığı  necə uyğun bilir? Adamların yaratdıqları yaramazlıqlara Tanrı dənəciyi necə qatılır? Cavab alıram ki yox qatılmır. Sən deyilənlərə inanma Tanrı adamlara us (ağıl) verib və onları hür (azad) yaradıbdır. Tanrı adamlara uslarının köməyilə davranmalarını onların özlərinin öhdələrinə veribdir. Tanrının ünü “elə yaşa ki, mənim işgəncəmə uğrama” deyir. Əgər belə deyirsə, demək bu dözülməz işgəncələrin suçu  adamın özündədir.

Adamda olan ulaq (heyvan) özdüyü-içistəyi (nəfsi), ulaq (heyvan) duyğuları, usa-ağıla üstün gəldikdə, adamoğlu bütün pislikləri, eybecərlikləri, yaramazlıqları eləməyi bacarır. Çalış ulaq (heyvan) özdüyün-içistəyin (nəfsin) usuna-ağlına üstün gəlməsin. O halda adamlık dəyərini qoruya bilərsən.

 Adamoğlunu yaxından tanıdıqca onda beş üz, beş boya (rəng) görürəm. O boyaları hey axtarıram özümdə görmürəm. Soruşuram bəs mən hansı boyadayam. Tanrımdan səs gəlir ki, sən yel su boyasındasan. Ona görə də yazğı (taleh) boyan, yad, yaramaz boyaların basqıları altında qalır, inildəyir. Bu basqılara dözməlisən və döz.

 

                  “Adamı ağ gün ağardar, qara gün qaraldar” deyiblər.

İnstitutmuzda gözəl qızlar çox idi. Ancak bir qız var idi, o gözəlliyi və çalımı (şivəsi) ilə hamısından seçilirdi. İnsafla desək oxumağı da özünə yaraşırdı. Həmişə 5 dəyər alırdı. Hətda uşaqlar onun haqqında bəzəmə (anekdot) da düzəltmişdilər. Bilmirəm doğrudur ya düzəltmə, uşaklar danışırdılar ki, bir kərə sınavı (imtahanı) ürəyincə verə bilməyib, müəllimdən diləyib ki, “müəllim əgər 4 yazacaksansa, iki yaz, kitabcam korlanmasın. Yaxşı hazırlaşıb bir də gələrəm. Müəllim də deyib ki, “ay qızım Allahın özü sənə 5 dəyərini verib bizə göndərib. Mən kiməm ki, onun verdiyi dəyəri aşağa salım” deyib, qıza 5 yazıbdır.

İnstitutu bitirib hər kəs yeni yaşam yolunu seçib ölkəyə dağıldık. 15 ildən sonra fəxri xiyaban qəbristanlığında yas yerində idim. Gördüm gələn qadınların arasından bir qara geyimli qadın mənə çox baxır. Mən nə qədər düşündümsə heç cür tanıya bilmədim. O qadınlardan aralanıb mənə sarı gəldi. Mənim üstümə gəlməyini duyub, mən də ona sarı yeridim. Yaxınlaşanda İsa yəqin məni tanımadın deyəndə səsindən tanıdım, ama heç cür inana bilmədim ki, bu odur. Bütün institut oğlanlarının həsəd apardığı o gözəllikdən heç bir əsər- əlamət görmədim. Heç cür gözlərimə inana bilmədim ki, qabağımdaki gözəllər arasından gözəlliyi ilə seçilən o qızdır. Onun qara geyimdə olmasını, belə tanınmaz hala düşməsini soruşdum. Əlimdən tutub bir qəbirə yaxınlaşdı. Qəbrin başdaşına baxanda onun qardaşının olduğunu gördüm. Biz tələbə olanda həmin oğlan partşkolanı yeni bitirib, Oktyabr rayonunda ikinci katib işləyirdi. Bu 15 il dönəmində əfən (mərkəzi) komitəsinin katibliyinədək yüksəlir. Ancak ölüm onu çox tez yaxalayır, erkən aparır. Qardaşının yasından çıxmamış onu daha ağır bir acı çöküş (faciə) yaxalayır. Ürəyincə qurduğu çox gözəl ailəsini itirir. Əri və İki uşaqları, bir oğul, bir qız birlikdə qəzaya düşüb ölürlər. Qardaş, ailə dağı onu iki ildə bu günə, tanınmaz bir hala salır. Söhbəti dinləyəndən sonra anladım ki, dədələrin dediyi “Ağ gün ağardar, qara gün qaraldar” sözü doğru imiş.         

                                                  Gözəllik.

          Çox ulu və həmişə də yeni olan bir söz anlayışı var. Onu uslu-ağıllı adamlar tez-tez dilə gətirirlər. Bu da gözəllik anlayışııdır. “Gözəl olun, gözəlləşin, aləmi gözəllik bəzəsin” cümləsidir. Hədisdə, “Ulu Tanrı ilk kərə gözəlliyi yaratdı. Çünkü onun özü gözəldir” deyilir. Onun yaratdığı varlıqlarda çirkinlik yoxdur. Ağacdaki qönçələnmiş puçurun öz gözəlliyi, boyalı çiçəklərin öz gözəlliyi, verdiyi barın öz gözəlliyi, yaşıl yarpağın öz gözəlliyi, saralıb yerə tökülən xəzəlin öz gözəlliyi, Günəşin oz gözəlliyi, Ayın öz gözəlliyi, yağışın, qarının öz gözəlliyi var. Bütün varlıqların hamısı gözəldir. Kimi səhərin dan yerinin gözəlliini görüb ondan coşqu (ləzzət-zövq) alır. Kimi gecənin qaranlığında sayrışıb, göz vuran ulduzların gözəlliyindən coşqu alır. Kimi yazın yaşıllıqlarından, kimi payızın qızıl boyalı ormanlarından, kimi qışın sərin-sərin quşbaşı yağan qarından,  kimi hava (musiqi) səsi verən xəzəl üstündə yeriməkdən, kimi həzin laylalı havadan (musiqidən), kimi də adamlarda olan sonsuz gözəllikdən coşqu (zövq) alır.

        .Gözəllik anlayışının, bəlirli (müəyən) ulamda (dərəcədə) Tanrı sevgisi ilə bağlı  olması, bir çox qavramlılardan (müdriklərdən) dönə-dönə eşidilmişdir. Tanrının yaratdığı hər şey gözəldir. Doğrudan da Tanrının yaratdığı gözəlliklər, elə çox boyalıdır, elə çox çeşitlidir ki, adamın usu-ağılı onu yetərincə qavraya bilməz. Bütün bu gözəlliklərin başında adamın gözəlliyi durur. Adamın gözəlliyi yalnız onun dış fiziki gözəlliyi ilə yox, həm də onun iç və mənlik gözəlliyi ilə yüksəkdə durur.  Elə bu gözəlliklər, düşünürlərin (mütəfəkkirlərin) gözündə adamı Tanrı düzeyinədək qaldırmışdır. Onu deyim ki, bütün gözəlliklər içərisində yalnız adamın gözəlliyi, Tanrı gözəlliyini özündə yaşadır. Çünkü Tanrı özündə olan bu gözəlliyi adama bağışlamışdır. Tanrı bu baxşeyişi ona görə vermişdir ki, o içində olan ulak (hevan) gücünü boğsun, həmişə ulak (heyvan) duyğuları ilə savaşsın, daha da gözəlləşsin. İki güc həmişə gözəllik yönündə savaşdadır. Biri ulak (heyvan) duyğusundan gələn, gözəlliyi pozmağa çalışan ovqatı-içistəyidir (nəfsidir). Başqası isə mənlikdən gələn gözəlliyi daha da gözələşdirməyə çalışan usu-ağıldır. Bu mənlik əyilməzliyi, Tanrıdan gələn, ürək çalan gözəllik duyğusudur ki, o Tanrı canında (ruhunda) yerləşmişdir. Ulak (heyvan) duyğularından gələn ovqat (nəfs) pisliklərə, yaramazlıqlara qulluq etdiyi halda, Tanrı canını (ruhunu) özündə yaşadan us-ağıl yaxşılıqlara, gözəlliklərə qulluq edir.     

 Gözəlliklərin çox az bir payı üzərdədir, görünəndir, ürək çalandır. Gözəlliyin cox payı xəzinə kimi içəridə gizlindədir. Odur ki, iç gözəllikləri axtarıb tapmaq, onu üzərə çıxartmaq, böyük bacarıq sayılır. Ulak (heyvan) duyğularıni boğmağı bacaran adam, adamlıq duyğularını da gücləndirə bilər. Adamlıq duyğusu güclü olan kimsələr, həmişə içdə olan gizli gözəllikləri üzərə çıxardır və bununla da o daha da gözəlləşır.

Hər bir gözəlliyin öz qapısı, öz açarı var. Tış aləm gözəlliyinin açarı tanrının əlində olduğu kimi, iç aləminin açarı da adamın öz əlindədir. Əgər gözəlliyin bir payı tanrının, bir payı da adamın öz əlindədirsə, demək çirkin adam yoxdur. Kiminin eşik aləminin, kiminin iç aləminin gözəlliyi var. Bu gözəlliklərin birliyi (vəhdəti) adamı daha da gözəlləşdirir. Onu da bildirim ki, çirkin toplumda (cəmiyyətdə) gözəlliyin yaranması, həmişə gözəlliyin puç olmasına, çöküşünə, (faciəsinə) ilgi olur. Odur ki, bu dünyanın saysız-hesabsız  paxıllıqları, pislikləri, eybecərlikləri bəzən tanrının verdiyi gözəllikləri  elə puç edir ki, yanından keçən diksinir ( nifrət edir). Ona görə də pisliklə, paxıllıqla, eybecərliklərlə savaşmağın özü gözəlliyi yaşatmak deməkdir.

Deyirlər bir kərə us-ağıl güzgüdə gözəlliyi görüb ona vurulur. Çox çalışır, aylar, illər keçir heç cür qovuşa bilmir. Ayrılıqdan bezən us-ağıl, güzgüdəki gözəlliyə yalvarmağa başlayır ki, bəlkə ürəyini yumşalda, gözəllik də dilə gəlib deyir ki, nahaq yerə mənə bağlanırsan, bizim birliyimizi tanrı heç kimə verməyibdir, sənə də azık (qismət) olmayacakdır. Gəl uzak dur, sonda öküngön (peşiman) olarsan. Us-ağıl deyir sənsiz yaşamaq istəmirəm. Onda məni Tanrı aradan götürsün, yox etsin. Gözəllik də, tanrıdan sən yoxluğunu istəsən, onda mən də yox olaram, axı mənim gözəlliyimin varlığını duyan, onu görən sənsən. Bunların bu danışıqlarını eşidən tanrının ürəyi yumşalır. Ağılla gözəlliyi birlikdə iki adama verir. Onlardean biri Fərhadın Şirini idi, biri də o idi.

          Bu gözəllik söyləntisini (rəvayətini) yazıya alarkən tələbəliyimdə oxuduğum və bu günədək unutmadığım bir hekayə yadıma düşdü. Semaşko sayrısarayında (xəstəxanasında) gecə çalışmasında idim. Sayrılardan (xəstələrdən) bir müəllin əlində bitik (kitab) yanıma gəldi. Əlindəki bitiyi mənə verib, “içində ilgincli (maraqlı) öygülər (hekayələr) var,  gecə  boşluğun olanda oxuyarsan” dedi. Kitab Çar rusiyası dönəmində Moskva qubernatorunun yaşam olayından (sərgüzəştlərindən) danışırdı. Kitabda olan öygülərin (hekayələrin) birinin haqqında qısa yığcamını (məzmununu) oxuculara çatdırmaq istəyirəm. Yazar deyir: “Mənim qubernatorla ocak (ailə) arkadaşlığım (dostluğum) varidi. Bir gün qubernator bağında gəzirdim. Köhnə tanışlarımdan birinə tuş (rast) gəldim. Bağdakı qoltuklardan birində oturub dərdləşirdik. Tanışım “sən qubernatorun yaxınlarındansan şoxdandır qubernatorun səsi-sədası eşidilmir, xeyli sürədir (müddətdir) görükmür” dedi. Tanışımın belə ilgincli (maraqlı) sorğusu məndə ilgic (maraq) yaratdı. Mən də ona yalandan ilgincli (maraqlı) bir şakailə (zarafatla) açıklama vermək ilgincliyi (maraqı) yarandı. Bu olan işlərdən, olaylardan sənin heç salıqın (xəbərin) yoxdurmu dedim. Tanışım, “nə olub ki”, deyə daha da ilgincləndi (maraqlandı). Qubernator arvadını güllələdi, arvadı ağır durumdadır başı ona qarışmışdır dedim. İlgisini (səbəbini) soruşdu, onların öz evlik (ailə) işləridir içini bilmirəm dedim. Bir neçə gündən sonra yenə bağda gəzirdim köhnə tanışlardan bir başqası mənə yaxınlaşıb soruşdu ki, “sən qubernatorun yaxın adamlarındansan de görüm bu danışılanlar doğrudurmu”?. Gördüm tanışım sözlü adama oxşayır. Nə olub, nə danışılır,  deyə ondan soruşdum. Tanışım bir sijilləmə söz danışdı. Guya qubernator arvadını başqası ilə bir yatakda tutub, arvadını da sevgilisini də güllələyibdir. Sevgilisi ölüb arvadı da ağır yaralanmış haldadır. Söhbətin haradan qaynaklandığını başa düşüb heç nədən salıqım (xəbərim) yoxdur deyə qarşılık (cavab) verdim. Üstəlik onu da dedim ki, ertəsi günü (sabah) bu cağlarda tanışlarınla bağda olun. Olayları düzgün öyrənib,  sizə deyərəm dedim.

        Onu deyim ki, qubernatorun arvadı çox gözəl bir qadındir. Onun haqqında Moskvada lağlağa (aniktot) da yayılmakdadır ki, “Puşkinin arvadından sonra Moskvada doğulan ən gözəl qadın təkcə qubernatorun arvadıdır” deyilir. Ertəsi günü qubernatorun evinə getdim. Qubernatorla görüşdük, xoş-beşdən sonra oturmağı önərlədikdə (təklif etdikdə) sürəkdə (balqonda) oturmağımızı dilədim. Sözümü yerə salmayıb sürəkdə oturduk. Mən elə oturdum ki, üzüm bağa sarı oldu. Bağda hərlənib bizə sarı boylananları aydın görürdüm. Gördüm Moskvanın soylularının (zadəganlarının) çoxu bu gün bağdadılar. Qubernatorun arvadı sürəkdə (balqaonda) sofra açdı, bizimlə oturdu kofe içdik , dadlı sözlər danışdık, dedik, güldlük. Qubernatorun evində olan dadlılığı, şirinliyi tanışlarıma çatdırmağa çalışdım. Ama şəhərə yayılan qarayaxma dayanmadı, daha da çoxalıb arvadlar arasınada da yayıldı. Bu dedi-qodunun ilginlisi mən olduğum üçün özümü suçlu bilirdim. Ona görə də böyük bir bal törəni (məclisi) yaradıb qubernatoru çağırmağı, şəhərin bütün soylularını onun görüşünə toplamağı dəngələdim (qərara aldım). Qonaklıkda qubernatorun arvadı haqqında şəhərə yayılmış dedi-qodunun qarayaxma olduğunu şəhər elinə çatdırdım. İnandım ki, artıq bu dedi-qoduya son qoyular. Çalışdığım əməyimə baxmayaraq bu gözəl qadının üzərinə saldığım qara ləkəni həmişəlik təmizləyə bilmədim. Söhbət uzun dönəm Moskvalılar arasında yaşadı. Vədə gəldi hamımız qocaldık. Ama bu şərin ağırlığını heç cür vicdanışdan silə bilmirdim.  Bir gün Kilsaya getdim müqəddəs ataya dərdimi danışıb halallık istədim. O şər atdığın adam sağdı yoxsa ölübdür” dedi. Mən sağdır dedim. “O halda mənim halallık vermək izinim yoxdur, get özündən al “ dedi. Bir gün eşitdim ki, qubernatorun xanımı ölüm yasdəğına uzanıbdı, günü gündən ağırlaşır. Mən o dünyaya şərçi üzüqara getməmək üçün olayı xanıma danışıb halallık almak istəyinə düşdüm. Yanına getdim. Xanımın əlini əlimə alıb, Xanım sizə deyəcəyim bir suçum üçün sizdən halalllık almak istəyirəm dedim. Çətinliklə eşidilən bir pıçıltı ilə buyurun deyin dedi. Xanım sizə edilən şəri, qarayaxmanı mən yaydım,çox öküngönəm (peşmanam) dedim O üzünü mənə çevirib yeykindi nə isə demək istədi. Ama demədən canını verdi. Mən ondan halallık ala bilmədim. İndi hər həftə kilisaya gedib suçumun bağışlanması üçün dua edirəm. Bilmirəm bağışlanacam, yoxsa yox.

        Sıravi iş vaxtımda bitiyi (kitabı) verəndə, müəllim xoşona gələn yeri oldumu deyə soruşdu. Mən də qubernatorun olayı (hadisəsi) məndə ilginc (maraq) doğurdu dedim. “O ilginci mənə deyə bilərsənmi” dedi. Yazık qadın boş yerə qarayaxmaya, şərə düşübdür dedim. Müəllim yanımda oturub “yox oğul bu olaya tək qadına edilən adi qarayaxma kimi baxmaq olmaz. Burada danışık  qadından getdiyi kimi, arxadan danışan (qiybətçil) çənəsi boş, avara kişilərdən də söz gedir. Kişi eşitdiyini danışmamalıdır. Eşitdiyin yalan da ola bilər. Dədələr boş yerə, “eşitdiyinə yox, gördüyünə inan” deməyiblər.  Uslu-ağıllı kişi qadın haqqında olan danışıği yüz ölçüb, bir kərə biçməlidir. Qadını ləkələmək çox asandır. Özəlliklə (xüsusilə) gözəl qadını. Qadın ağ kağızdır, gözlənilmədən (təsadüfən) ağ kağıza düşən mürəkkəb oradan heç halda təmizlənmədiyi kimi. qadına da deyilən söz ləkə kimi həmişəlik qalır. Hələ gəncsən çalış qıza, qadına yersiz, ar gətirəsi, utanc gətirəsi söz demə. Əgər nə isə eşidibsənsə ən gözəli susmakdır, çünkü o ya gələcəyin anasıdır, ya da anadır. Müəllimin bu öyüdü məndə qıza, qadına qarşı qayğılı olmağın, davranmağın həmişəlik izini qoydu.

         

                                        Aləmin (dünyanın) sıxıntılı- çöküşlü (faciəli) olayı.

           Bu aləmin gizlərini (sirlərini) vərəqləyən milyardlardan biri kimi mən də, bu aləmin gedişatından heç nə anlaya bilmirəm. Elə bil bu aləm pozqunluq-azqınlık (fitnə- fəsad) üzərində fırlanır. Ata oğulu, oğul atanı, ana qızı, qız ananı bəyənmir, tanımır. Hər dəqiqə, hər saniyə yüzlərlə  azqınlıqlar, yaramazlıklar, pozqunluqlar yaranır. Adamların özləri, özlərinə yağı kəsiliblər. Hər kəsin özü- özünə ölüm əmri verir. Hər gün bir adamın özünü yandırdığını, asdığını eşidirik. Hər gün oğul ananı asır. Ana balasını aləmə göz açmamış öldürür. Harınlaşməş, qudurqan eltəpərlər (hökmüdarlar) bircə düymə basmaqla aləmi od-alov içində yandırır, bir ölkəni yox edir. Raketalardən, bombalardan qalxan qara tüstü buludları yarıb, günəşin üzünü örtür. Dünyanı qaranlıqlara çalxalayır və s. və i.a. Bunlar, olan azqınlıqların milyonlardan biridir. Bu azqınlıq-pozqunluqların sonu haçan olacaq, haçan bitəcək, haçan?

          Aləmin heç bir çöl (vəhşi) ulağı (heyvanı) özünün həmcins tayını parçalamır öldürmür. Ama  ən uslu-ağıllı saydığımız adam hər gün, hər an minlərlə, milyonlarla adamları of,  demədən parçalayır, böyük tikələrini qulağı boyda edir. Bu davranışdan belə aydın olur ki, aləmin ən yaramaz çöllü (vəhşi) varlığı adamdır.

          Keçmişdə adamlar bir-birini qılıncla, xənçərlə, bıçaqla bir- bir öldürülürdülər. Yenə də adam ölümündə özlərini suçlu bilirdilır, xəcələt çəkirdilər. İndi bomba və raketalarla yüzlərlə, minlərlə günahsız adamları körpələri, qadınları, qocaları bir göz qırpımında öldürürlər, yox edirlər. Etdiklərilə də, qururlanırlar. Utanmadan televizorla,  internetlə də bahadurlar (qəhrəmanlar) kimi çıxış edirlər.

          Keçmişdə sərkərdələr ulusun (millətin) hamısı qırılmasın deyə, özləri qabağa çıxıb təkə-tək savaşırdılar, vuruşurdular. Ya ölürdülər ya da öldürürdülər. Öz ölümlərilə minlərlə adamları ölümdən qoruyurdular. İndi villada otururlar, heç kimə görünmədən düyməni basaraq milyonları bir anda yox edirlər. Özləri də tapınaklarda ya Allahu əkbər deyir ya da döşlərinə xaç vururlar. Bir takımı da allahlık iddiasına düşürlər.

         Ulu Tanrı da bu göz yaşları, bu ahu- nalələri ya görmür, ya da görmək istəmir. Adamları iki üzlü yaratdığı kimi, yəqin özü də ikiüzlülük edir. Axı mən tanıyan Tanrı, mənim Tanrım adamları sevib yaradıbdır. Adamlara verilən bu dözülməz əzabları görə- görə onlara necə göz yumur. Yoxsa oda mənim kimi, bu aləmin oyunları qarşısında gücsüzdür. Bax budur mənim umduğum, məni düşündürən. Bax budur bu aləmin acısı, tasası. Yəqn biz bilmirik, tək gözlü Dəccal yerə gəlibdir.  Axı rəvayətdə deyilir, Dəccal ilə şeytan birləşəcək, Allahın bütün gözəlliklərini və varlıqlarını yox edəcək, puç edəcəklər. Bax budur dəccalla iblisin dünyaya gətirdiyi çöküşlər (faciələr).

 

                                                 Basamalı (piləkanlı- nərdivanlı) aləm.

          Uslu-ağıllı adamlar deyibdilər ki, bu aləm bir basamadır (piləkandır-nərdivandır), kimi çıxır, kimi də enir. Ama mən deyirəm aləmin basaması bir yox, ikidir. Biri Tanrı qoyan basamadır (piləkandır-nərdivandır). Tanrının basaması enişli, yoxuşlu olmur. Onun basaması həmişə ona sarı yüksəlir. O heç bir halda, heç kimi yarı yolda qoymur. Çünkü onda yaramazlık-qavatlık (müxənnətlik) yoxdur. Tanrı basaması ilə yüksələnlər ona sarı gedirlər. Qavramlanırlar (müdriklənirlər). Son halda onun qucağında sonsuzliğa qovuşurlar. Bax burada Mənsur Həllacın, Ş. Suhraverdinin, İ. Nəsiminin “ən-əl həqq-həq mənəm, həq məndədir” sözü özünün yerini tutur, özünü doğruldur və onda əriyir.

          Aləmə qoyulan ikinci basamanı (piləkanı-nərdivanı) biz qoyuruq. Bizim qoyduğumuz basamanın basqısının (pillələrinin) sayı bilinməz. Bu basamanı çıxmaqda adamlar yarışırlar, hər kəs öz usunun-ağlının gücünə görə, öz bacarığına görə basamaları çıxa bilir. Arif adam o kəsdir ki, bu basamanın basqılarını sonadək çıxsın. Kim usla-ağılla, önləmlə (tədbirlə), çıxarsa, o günəşdən güc alar, aləmi isidər, qaranlıqları işıqlandırar. Günəş kimi həmişəlik kölgəsiz olar. Kimi də ağlını düzgün işlədə bilmir, qalxdığı basamaları ya yavaş-yavaş enər, ya da birdən yuvarlanıb, axırıncı basqıda oturar. Çalışın belələrindən olmayasanız. Basamanın basqısını qalxanlardan olasınız. Bunun üçün də usnuszu- ağılınızı düzgün işlətməlisiniz. 

                                                      

                                                        Yerin sevgisi (eşqi).

          Kim bilsin neçə milyar illərdir ki, Günəş özünün gözəllk öyünməsilə, öz yurdunda yuvasında dincəlməkdədir. Onun vurğunları olan planetlər də, Pərvanə kimi başına dolanmaqdadılar. Bu fırlanmalardan xoşhal olan günəş gördü ki, yer onun başına hərlənməkdən, dolanmaqdan heç  yorulmaq bilmir. Axırda dilə gəlib, “İstəkli şirin dadlı aləmim belə çox başıma dolanmaqla, hələ yorulmadınmı, bezmədinmi? Bu uzun anlar illərdə başıma dolanmağıyın saynı mən çoxdan itirmişəm, sən hələ də dolanmaqdasan, elə hey dolanırsan. Sən belə dolanmaqla mənə daha da yaxınlaşırsan, yaxınlaşdıqca özünü alovun içinə atırsan, hər il bir çox yaşıl ormanlarını, göy çəmənliklərini yandırıb külə döndərirəm. Ama sən yenə də mənə yaxınlaşmakdan bezmirsən, qorxmursan, çəkinmirsən hey dolanırsan, Mənə anlada bilərsənmi, bu fırlanmağıyın bu dolanmağıyın ilgisi, gizləmi nədir, sənin istəyin nədir?

           Yer dilə gəlib dedi: “Məni sənin başına dolandıran sənə qarşı olan sevgimdir, istəyimdir. Sevən, sevgilisinin (Aşiq, məşuqunun) başına nə sayaq dolanarsa yenə də azdır. Onun odunda nə sayaq yanarsa, bir elə də ona bağlanar. Mən də nə sayaq sənin başına çox fırlansam, dolansam, bir elə də sevgimin göyərçini sənə yaxınlaşar. Ormanlarımın yanmağının, sularımın buxarlanmağının da ilgisi budur. Sənə olan tükənməz sevgimdir. Mən ağırlıqda dünya, bir misqallıq Pərvanədək də olmadımmı ki, alova vurqun olan Pərvanə özünü şamın sevimli alovunda yandırmakla qürurlanır. O özünü yandırmaqla, öz eşqinə sadiq, alova güvəcli olduğunu göstərir. Mən də sənin eşqin yolunda yananadək başına dolanacam. Bununla səni bütün planetlərdən çox sevdiyimi, sənə vurulduğumu yanmaqla kəsinləyəcəm (təstikləyəcəm). Bütün evrenə bildirəcəm ki, yalnız sevən sevgilisinin odunda yanmaqla onun sevgi zəncirindən hür (azad) olar. Yalnız yanıb külə dönməklə sevən sevdiyinı qovuşa bilər. Sevən yanmadan sevgilisinin sevgi zəncirindən ayrılması, onun üçün ardır, üzqaralığıdır (rusvayçılıqdır).

 

                                              Gözün tansıqı (möcüzəsi).

        Uşaqlığımdan bu günədək həmişə gözdəymə sözünü eşidirəm.  Həmişə də kuşquya dalaraq düşünürəm ki, necə ola bilər uzaqdan baxmaqla adamı sayrılandıra, qorxuda, büyüləyə biləsən. Qonşumuzda yaşayan İsrafil kişinin gözünün udumlu, yəni toxunan olduğunu deyirdilər. Deyilənə görə İsrafil kişi oğulunu çağırıb yolla gedən arabanı göstərir, “Bu araba gedən qapıya get. Sağda gedən öküz qapılarında öləcəkdir. Alışmasından bir pay al gətir” deyir. Elə də dediyi kimi olur. Öküzü göz çartladır. Oğlu da bir pay ət alıb evə gətirir.

       Mənim uşaqlıq vaxtımda qonşumuzda məndən bir yaş kiçik gözəl qlz var idi. O, tez-tez xəstələnirdi. Hər xəstələnən kimi anam soruşurdu, İsrafil kişi sizə gəlibmi?. Elə ki deyrdilər  gəlmişdi. O saat anam mənə get üzərlik dər gətir deyirdi. Kəndimizin qırağında qədim kalafalıqlar var. Orada üzərlik elə çox bitirdi ki, baxan elə bilirdi əllə səpilibdir. Dərib gətirən kimi anam yzərliyi yandırıb tüstüsünü iylədirdi, külünü də bir damla yağ qatıb üzünə, başına sürtürdü. Bir gün İsrafil kişi onlara gəlir. Qapıda oynayan qızı yanına çağırır. Çənəsindən tutub qızın atasına “bu qız böyüərsə, qızlar bulağından su içərsə, onda görərsən bunun  üstündə neçə oğlanlar öləcək” deyir. Həmin gecə qız xəstələnir, xəstəliyin üçüncü günü öldü. Hamı onun İsrafilin gözünün dəymsindən öldüyünü danışırdı.        

          Ama mən hey düşünürdüm ki, görəsən gözdə nə var ki, adamları belə güclü sayrılandırır (xəstələndirir). Hətda öldürür. Elə ki, İnstitutda oxuyanda psixoloqiya dərsində ekstraseslər və qipnozistlər haqqında bilgim olandan sonra, gözün və gözdən çıxan bioloji ışınların necə önəmli etgən (amil) olduğunu bildikdən sonra gözdəymənin olmasına inandım. Gözdə olan gücü görsəm də, yenə də göz ışınlarının bir tansık (möcüzə) kimi, uzaqdan kəsinləmə (təsir etmə) yolunun necəliyini bu günədək mən aydınlaşdıra bilməmişəm. Özünüzü udumlu gözlərdən qoruyun!

        Görünür bu da adamlara tanrıdan verilən bir tansıkdər (möcüzədir), güclü bioenerjidir. Bunu kimi yaxşılığa, kimi də pisliyə yönəldir. İstəyim, diləyim odur ki, gözdə olan bu tanrı gücünü hamı yaxşılığa sarı yönəltsin amin!

 

                            Ərəblə türkün yamsımasının (əksisədasının) üzləşməsi (dialoqu).

 Belə bir söylənti (rəvayət) dildən-dilə gəzir ki, haçansa ərəbin yanına boylu-buxunlu, iyid görkəmli bir kəs gəlir. Ərəb soruşur sən kimsən? Qarşısındakı kəs salık (cavab) verir ki, mən haçansa Türk idim. Indi sənin əksisədanam. Bütün göy üzü mənim yenilməz Tanrım idi. Qılıcımın dəstəsində özümün “Turan” adlı damğam (möhrüm) var idi. Öz adımla yarğı (höküm) verirdim. İndi Tanrımı atıb, sənin Allahını tutmuşam. Qılıcımın dəstəsinə sənin damğanı “Allahu əkbər”ini yazmışam. Yarğı və göstərişləri sənin adınla edirəm, sənin dilində verirəm. Axı mən sənin əksisədanam.                                         

 Ərəb: Haradan bilim ki, sən mənim əksisədamsan?                                                                                                             Türk: Mən sevgimi, şadlıqlarımı, qəmimi, kədərimi hər bir nəsnəmi sənin dilinlə, sənin adınla, sənin gələnəyinlə, söyləyirəm,  aşkarlayıram (izhar edirəm). Ən istəkli varlığım, kutsallığım olan ölümü sənin dilində, sənin gələnək-görənəyində sonsuzluğa (əbədiyyata) göndərirəm. Dilini qanmasam da, nə dediyini başa düşməsəm də Tuti quşu kimi sənin dilini əzbərləyib oxuyuram ölümün üzünə üfürürəm. Öz duvalarımı unudub, oğlumun, qızımın kutsal kəbinini sənin dilində yerinə yetirirəm ki, sənin könlün xoş olsun. Bundan böyük kanıt-gərəkcə (sübut) ola bilməz. Belə də olmalıdır. Axı mən sənin əksisədanam.

Ərəb: Öz dilin yoxdumu?

Türk: Bir sürələr (vaxtlar) dilimdə adımda var idi, Mənim dilim bir dönəmlər əmr edərdi. İndi sənin əmrinə qulluq edir Tanrımın yanında onu işlədirdim. Tanrı getdi, Allah gəldi. Görünür Allah mənim dilimi bilmir. Odur ki, sən dedin allahı mənim dilimdə çağır. İndi mən onu sənin dilində çağrıram. Allahu əkbər deyirəm. Axı mən sənin əksisədanam. Öləndə də Allahu əkbər deyirəm. Öldürəndə də, Allahu əkbər deyirəm. Toyumda, yasımda hər yerdə Allahu əkbər deyirəm. Belə də olmalıdır. Axı mən sənin əksisədanam.

        Ərəb:Nə hünərin yiyəsisən?

        Türk: Mən hünəri yalnız sənin adınla edirəm. Baxmayaraq ki, aləmin ən çoxli, ən döyüşkən eli mən olmuşam. Kəsən və kəsilən əl, əzən və əzilən baş, yerdə çürüyən nəş hamısı, hamısı mənimdi. Hünər, ad-san meydan sənindir. Ad mənim olsa da hünərimi sənə vermişəm. Mənim hünərim həmişə sənindir.Çünkü mən sənin əksisədanam.

       Ərəb: Mənə baxşeyiş nə gətirdin?

      Türk: Çox böyük baxşeyişlər gətirmişəm, Həsirdə yatırdın, qoyun- quzu yunundan yatacaqlar gətirdim, Çəyirtkə yeyirdin,  ağ quyruqlu quzular ağ undan somular gətirdim. Eşşək minirdin, kəhər yalmanlı atlar gətirdim. Bir övuc torpağını dünyanın yarısı boyda genişlətdim. Bundan dəyərli baxşeyiş olarmı? Sənə nə gərək idi onu da etdim. Eləməliydim. axı mən sənin əksisədanam

 

Yüzlərlə mədəniyyət yayıcıları, yenilikçilər, yüzlərlə sərkərdələr, yüzlərlə alimlər yetişdirib sənə verdim.  Bütün aləmə mənim qanımla,sənin adını yazdım, Dədələrimin hamısı sənə qulluq elədi. İndi mən də sənə qulluq edirəm. Ertən (sabah) törəmələrimdə sənə qulluq edəcəklər. Axı dədəmizin qoyduğu yol, bizim üçün kutsaldır. Dədələrim nə etdilərsə hamısını sənin dilində yazdılar. Sənin dilində yaydılar. Mənim qazancım da çəkdiyim çilə oldu. Belə də olmalı idi. Axı mən sənin əksisədanam.

       Dədələrim demişdi “qadın tanrının yerdəki simgəsidir, onu qoru”. Biz də qoruyurduk. Sən dedin “qadın suçludur. Həvva Adəmi aldadıb, bizim hamımızı suçlu elədi. Onun kutsallığını unut. Mən də dədələrim dediyini atıb sən dediyini tutdum. Sən dedin “Qadın kişilərin tarlasıdır. İstədiyi kimi əkər”. Mən də sən dediyin kimi elədim. Tanrı verdiyi bütün hürü (azadlığı) qadının əlindən aldım.  Elə də deməli idim. Axı mən sənin əksisədanam.

        Dədələrim bizə deyirdi, torpaq kutsaldır, o həmişəlik anandır, dar günündə ondan yapış, o səni atmaz. Sən dedin inanma ona torpaq suçludir, fanidir. Ona suçlu Həvvanın ayağı dəyib, o Qabilin  suçsuz qanını udubdur. Mən də sən deyəni tutu quşu kimi çintərdim- sadaladım (təkrarladım). Axı mən sənin əksisədanam.

 

                                                 Bir Sümer hekayəsi.

         Sümerşunas İlmiyə xanımın oxuduğu Sümer tabletlərindən: “Sümerlərin xaqanı dünya gözəli olan arvadını onun ən yaxını, hər nəsnəsini ona güvəndiyi başbakanına (baş nazirinə) tapşırıb, Akkatlarla savaşa gedir. Savaş uzun sürür.  Xaqanın arvadı ilə başbakanın böyük bir sevgi başolayı (macərası) ölkəyə yayılır. Böyük, kiçik hamının ağzında saqqıza çevrilir. Xaqan gələndə bu dedi-qodu  Xaqana çatdırılır. Başbakan nə sayaq and içirsə, dil çıxardır yalvarırsa ki, bu dedi-qodu mənə qarşı hazırlanmış qarayaxmadır (şərdir). Mən də, arvadın da Tanrı təki təmiz və suçsuzam. Xaqan inanmır. Asılmaq  əmrini verir. Başbakanın boğazına kəndirin salınma anında. Ur kəndinin (şəhərinin) baş kahini” dayanın” deyə səslənir.  Kain başbakanın döllüyünü (sünnətini) yaylığa bükülü xaqana göstərərək, “Xaqan sağolsun siz savaşa gedən günü baş bakan gəlib mənə döllüyünü dibindən kəsməyimi əmr etdi. O anda niyə kəsdirdiyinin gizini (sirrini) başa daşmədim. Baş bakanı bərk qınadım. Ama o inat elədi. Mən də əmr quluyam kəsməyə vadar oldum.  Onun niyə kəsdirdiyini indi bu yarğıtayda (məhkəmədə) anladım. Siz inana bilərsiniz ki, o da, arvadında əyədək (mələkdək) suçsuzdular” deyir. Xaqan etdiyinə öküngön (peşiman) olur. Başbakan isə bir daha xaqanın yanına qayıtmır ki, Haqqı ən gerçək tanıyan gückeçərə (hökmüdara) belə güvənmək olmaz.

          Bu hekayəni söyləməkdə amacım odur ki, 6 min il bundan öncə Sümer tabletlərində yazılan olaydan da qorxulu hallar bizim eldə hələ də yaşamakdadır. Bir çox belə hallar bu gün də öz alçaklılığını, yaramazlığını itirməyibdir.  Bu 6 min il dönəmində bir çox dəyərlər dəyşirilsə də, aləmin uyğarlığı yeniləşsə də aradan çox illər keçsə də, bizim adamların yalan dedi-qoduları bir-birinə olan qarayaxmaları, yaramazlıqları 6 min il öncəlikdəkindən də qorxulu haldadır. Yersiz qarayaxmalar, yalançı üzə durmalar, paxıllıqdan ayaqaltı eşmələr daha da artır. Belə alanları hər gün radioların, televiziyaların alanlarından eşidirik. Toplumun belə gedən gedişatından görüür ki ertəsi günlərdə daha da çox olacaqdır. Bu elin axırı nə olacaq bilinmir. Tanrı qorusun!

                                                                                                                      2014 il.

                                                 Komitet 300-ün əsgərləri

          Şeytan:-- “Mən Amerika kurlıqını (qitəsini) Avropanın üzünə açdıkdan sonra, Avropalılar quzqun cücə dənliyən kimi İnduları dənnədilər, yerlərində özləri yurd saldılar. İndidə onların üzlərini Afrika kurlıqına (qitəsinə) çevirdim. 300 ildir ki, onların əllərilə Afrika elinin (xalqının) arasına aravurma toxumunu səpirəm ki, bir- birini qırıb qurtarsınlar. Mən nəki bu elin arasına pozqunluq salıram, nəki, yağıçılıq (düşmənçilik) toxumu səpirəm, nəki quyruğumu baldırlarına dolayıram heç cür azalmırlar, Elə səhra siçanı kimi bir yandan doğub-törəyib artərlar. Araqarışdırması etməkdən, qırğınlar salmaqdan yoruldum. Bunlar hələ də qırılıb tükənmirlər. Gərək Dəccalı çağıram. O, toplumu birdən qırmağın ustasıdır.

        Dəccal:- Şeytan elə ortada yeyib qıraqda gəzməyin, quyruğu ilə uzaqdan ona-buna badalaq verib quyruq dolamağın ustasıdır. Mən bir kərə qamçımı şaqqəldatsam, yüz kəndi şəhəri bir bomba, bir raketa ilə yerlə yeksan edərəm. Mənim hesabıma komitet 300 də ödül (mükafat) alar. Gərək Afrikada bir adam belə qalmasın. Amerika kimi Afrikanı da Avropalılarla dolduram. Sonra da əsgərlərimi Asiyaya göndərərəm. Orada işimiz asan olacaq. Onlar ağızı bir el deyillər. Bir-birini didməyin bacarıqlı uzmanıdılar. Onları yox etməyim kolay (asan) olacaqdır. 

        Şeytan—Mənim ağam, mənim bir kuşkum, qorxum var. Qorxuram ki, bizim gəlişmizi görüb, dalımızca Ərəblərin Mehdisi də gələ, o da öz elinə arxa ola, bizim çalışmağımız boşa gedə. 

       Komitet 300—“O haqda heç fikir eləməyin Mehdini elə tora, elə dərin quyuya salmışam ki, neçə min illərdir çalışır çıxa bilmir. Heç kim o toru dağıda bilməz. Nə də onu quyudan çıxarda bilmız. Get Dəccalla birləş başladığın qırğını axıra çatdır.

         Dəccal---Ağam mən burdayam. Bayaqdan söhbətinizə qulaq asıram. Siz heç sıxıntı çəkməyin Afrikaya elə divan tutum ki, indiyədək gördükləri acılar onun yanında toy-bayram olsun. Bütün dünya öndərləri (liderləri) yüz kərə də yığılsalar-yığnalsalar yenə də heç nədən baş çıxarda bilməsinlər.

       Allah—Mən neçə min illərdir Şeytanla vuruşuram hələ də üstün gələ bilmirəm. Şeytan Avropalılarla birləşib Komitet 300-ü yaratdı. İndi də Dəccalla birləşdilər. Deyəsən onlar mənə papış tikirlər. Mən uduzuram. Afrikada ulus (millət) qalmadı. İndi yalnız bir yolum qalıbdır. Afrikalılarla Avropalıların yerlərini dəyişməliyəm. Afrikalıları  Avropaya, Avropalıları Afrikaya yerləşdirməyin vaxtı çatıbdır. Onların yerdəyişmələrini başa çatdırım. Onda  Avropalılara kömək edən Şeytanla Dəccal mənim`işimə qarışmalarına öküngön (peşman) olacaklar.

        Cəbrail:--Allahım onlar elə arsızlaşıblar, hayasızlaşıblar ki, qorxuram Afrikanı, Asiyanı qırıb qurtarandan sonra üzlərini, raketlərini bizə sarı, göyə çevirələr.

        Allah; Sus ağzını uğura, kara aç, Şeytanın yadına daş salma o, hər pisliyi bacarandır.         

                                    

                                                 Ölüm essesi:

 Ömür dediyimiz varlıq, Tanrıdan adamlara saxlanc (əmanət) verilən bir baxşeyişdir. Tanrı onu ananın qarnındaikən verəndə 100-140 illik anlaşma ilə verir və deyir, bu illəri yaşamasan suç sənin özündədir. Tez getsən məni suçlu sayamayasan. Ama ömürün, yaşamın qarşılığı olan ölüm, doğulan gündən adamı daban-dabana izləyir. Hər addım başı aparmağa çalışır. Bu aparmanın da sınırsız olaraq çoxlu yolları var. Kimini doğulan kimi, kimini ərgənlikdə, kimini yetginlikdə kimini də qocalıkda çeşitli yollarla aparır. Hamı da alın yazısı sayaraq tanrını suçlayırlar.  Belə ki, aləmə ilk göz açan körpə anasının məməsini əməndə, ananı şirin yuxu tutur. Uşağı döşünə sıxır, bilmədən boğub öldürür. Kimi toy gecəsi içib kefini kökəldir, minik aracını duvara vurub ölür. Kimini çöl yırtıcıları parçalayır. Kimini də ormanda ağac vurub öldürür. Yollar qəzasıda bu günün modundadır. Bir çox buna oxşar hallardan ölüm baş verir. Eşidən, görən, bilən hamı da tanrının qədəri, yazısı bu imiş deyir. Hamı yaxasını qırağa çəkib suçu ya allahın ya da şeytanın boynuna qoyurlar. Dərindən düşünsək  burada nə tanrının, nə də şeytanın suçu var? Belələri ölümü özləri-özlərinə çağırırlar. Ölüm də qaşla göz arasında həmişə hazır durur və tez yaxalayır.

Kimi ölümü çağrır, kimiyə də onun özü gəlir. Ölüm çox  qorxunc, yöndəmsiz varlıqdır. Onu görəndə adam qaçmaq istəyir, ama dizləri əsir qaça bilmir. Dillənmək istəyir, dili titrəyir dillənə bilmir. Yanındakı adamı köməyə çağırmaq istəyir, çağıra bilmir. Elə ki, döşünün üstündə oturur, itələyib salmaq istəyir, ama sala bilmir. Üstündəki balaca varlığın ağırlağı Qaf dağından da ağır olur. Gözü gözünə sataşır üzünə baxmağa qorxur, ama baxır. Ölüm incəliklə şərbətini uzadır, iç deyir. Adam içmək istəmir, ama içir. Elə ki can verir, dodağının səyriməsindən elə bilirlər ki, sayaqlayır. Ama yox, sayaqlamır, ayrılmaq istəmədiyi aləmlə vidalaşır. Ölüm deyir çiynimə min o minmək istəmir, ama minir, son dayanacağa yola düşür.

            Ölüm bu aləmə gəlişin, gedişi deməkdir. Varlığın yoxluğu deməkdir. Onun gəlişinə ırıslık (bəxtəvərlik) verməyin özü ağır suçdur (cinayətdir). Ama elə hal olur ki, bu qorxulu ölümə ırıslık (bəxtəvərlik) verənlər olur. Elə hal olur ki, ölüm gələndə adama dözümsüz işgəncələr verməyi özünə əyləncə seçir. Adama dözümsüzlük verir. Verdiyi acılardan coşqu (həzz-ləzət) alır.Verdiyi işgəncələrə gerdən baxıb gülür. Belə bir sayrının (xəstənin) yanında  deyib gülənin biri, birdən,  gözlənilmədən  öldüyünü görəndə ya eşidəndə, ölüm axtaran sayrı (xəstə) ona ırıs (bəxtəvər) verir. Demək ölümə də ırıslik (bəxtəvəlik) vermək olarmış. 

           Deyirlər ölüm haqdır, onun acısını bütün adamlar  dadacaqdır. Deyirlər ölüm şərbəti çox acıdır. O ağıdan da acıdır. Onun acılığını dadan ikinci kərə onu dadmaq istəmir. Deyirlər həzrət Əli o qədər tək savaşır, vuruşur ki, axırda yorulur üzünü Allaha cevirib, özü kimi bir yoldaş istəyir. Allahdan səs gəlir ki, özün kimi güclü, qüdrətli yalnız Rüstəm zaldı. Çağır gəlsin yoldaşlı savaşın, vuruşun deyir. H. Əli ey Zaloğlu Rüstəm deyə çağırır. Rüstəm Zal qarşısına gəlir. H. Əli “mən tək bu ellərin hamısını müsəlman edə bilmərəm. Gəl mənə yoldaş ol bu eli birlikdə müsəlman edək” deyir. Rüstəm, “ölümsüz, əbədi yaşar olacam, yoxsa ki, yenidən bir də öləcəm” deyə soruşur. H. Əli.”adamoğıu ölümlüdür sonda hər ikmiz də öləcəyik” deyir. Rüstəm, “yox ikinci kərə o acılıqda ölüm suyunu içməkdən gömütdə (qəbirdə) yatmağı üstün tuturam”, deyib geri gömütünə qayıdır. 

          Ömür dediyimiz varlıq altı üzlü zərdir. Naşı adamlar hər vaxt zəri altıqoşa ata bilməz, uduza, uduza gedər. Elə ki, unğanlaşır (ustalaşır), əli zərə alışır, stəkanla da atsa altıqoşa atır. Ömür də belədir, nəki öz canını yaxşı bilmirsən, özünü qoruya bilmirsən, hər bir sayrılıq səni yaxalayacaq və ölüm döşün üstə oturacaqdır. Elə ki, özün, özünü dərindən bildin, tanıdın özünü qorumağı, sayrılığa üstün gəlməyi bacaracaksan Tanrı verən ömürü sonunadək yaşayacaqsan.    

          Çalışın, ölüm ayağına, son otruma sürəsindən tez getməyin. Sizə deyirəm yaşamağın 70/80 %-i sizin öz əlinizdədir. Ölümlə diribaş vuruşun, ömrünüzü zorla onun əlindən alın. O sizi aparmaq üçün, sizə yalan danışır, ömrünüz burada yetdi deyir. Bir də deyirəm. O yalan deyir. Allah sizə 100-140 il ömür yazıb və öz damğasını də vurubdur. Bu onun qoyduğu yasadır. Onu yaşamağa çalışın. Çünkü o Tanrıdan verilən bir borcdur. Borcu öz dönəmində qaytararlar.

          ABŞ-da yaşı 90-ı keçmiş 10 min ölmüş adamların ölüm bəlgələri yoxlanır. Yalnız bir adamın qocalıqdan (əcəllə) ölümü aşkar edilir. Qalanının sayrılardan (xəstəliklərdən) öldüyü kəsinlənir.

 

                                                Kutluluk- ırıslık (Xoşbəxtlik) haqqında.                                                                                                                                                                         Genelliklə (umumiyyətlə) götürdükdə kutluluk anlayışı cox çeşitli, çox qollu, çox yönlü anlayışdır. Hər kəs kutluluğu bir nərsədə (şeydə) görür. Sayrılar (Xəstələr) sağlamlıqda, Yoxsullar var-dövlətdə, ad-san düşgünləri ünlülükdə, acgözlər yeyib-içməkdə,  aşırı qadın düşgünləri oynaşlıkda (şəhvətdə), zalımlar  fağırlar üzərində ağalıkda (hökmdə),  əsinlilər (ilham sahibləri) qovuşma və sevgidə, evcanlılar eviçi sayğılıkda, şirinlikdə, bilginlər biliyə və gələnəyə vurqunlukda, bağlılıkda, dini fanatiklər ibadət və zikrdə görürlər. Ancaq onu bildirmək gərəklidir ki, kutluluğun qaynağı mənliyi  ödəyə biləcək somut (maddi) durumun və soyut- mənlik yetginliyinin  sıx birliyindədir (vəhdətindədir). Unutmaq olmaz ki, somut (maddi) durum mənlikdən artıq olarsa, usa-ağıla üstün gələr, ağıl mənliyi qorumaz, somut (maddi) durum mənliyi boğar və kutlulukda  uğursuzluğu yaradar. Mənlikdən yuxarıda duran somut varlıq ulak (heyvani) duyğuları artırar, adamı kırağaylaşdırar (vəhşiləşdirər), son halda uçuruma aparar. Ancaq usu-ağılı, mənliyi yüksək olan kimsə somut (maddi) varlıqları düzgünləşdirmə (tənzimləmə)  bacarığında olduğu üçün, istənilən var- dövləti düzənləşdirər. Həm də yaxşı adam adını qazanar. Kim olursa- olsun, hansı dinə qulluq edirsə etsin, əgər onda yüksək, dolğun və tox mənlik varsa, onda adamlıq duyğusu, haqqa inam və işində düzgünlük  varsa, o kimsənin ulak (heyvani) duyğuları həmişə usun-ağılın zəncirinə bağlı olacaqdır. Onda haqqa inam və yaxşılık imrəsindən (meylindən) başqa heç bir istək və dilək olmayacaqdır. Bu yol tanrının ən yüksək və ən dəyərli yoludur. Belə adam tanrıya yaxın olan kimsə kimi haqq yolunda yaxşı işlər gördükdə tanrıdan heç bir pay, istək, (savab, fəzilət) gözləmir. Belə kimsələr toplumun (cəmiyyətin) ən kutlu adamları sayılırlar.                               

                  Ərəbistanın əyalət yarğıtayından (məhkəməsindən) yayıcının (müxbirin) verlişi.                                  

2015-ci ilin Dekabr ayında internetlə Səudiyyə ərəbistanı krallığının yarğıtay (məhkəmə) zalından çox ilgincli (maraklı), ağır tük ürpədici yarğıtay (məhkəmə) verilişi gedirdi. Yarğıtayı Avropalı bir teleyayıcı lentə alırdı. Həm də yarğıtayın gedişatını işıqlandırırdı-danışırdı.

“Ölkənin baş qazisi oynaşlık (zina) edən iki dəliqanlının (gəncin) yarğıtay yarğısını (hökmünü) oxudu. Yarğınc (Hakim) qazi, gənc oğlana 50 çubuq vurmaq yarğısını verdi. Qıza isə bir daha oğlanları düz yoldan çıxartmamaq üçün, daş-qalaq etməklə ölüm yarğısını verdi. Qazinin tapşırığına (fərmanına) görə yarğı, yarğıtay evinin xırmanında yerinə yetirilməli idi. Yarğıtay evinin geniş xırmanına elə çox adam toplanmışdı ki, iynə atsan yerə düşməzdi. Oğlanı xırmanın ortasına gətirdilər. Bir matraqçı gəldi, əyin paltarının üstündən, oğlanı matraqla döyməyə başladı. Matrağın enib qalxmasından aydın duyulurdu ki, matraqçı oğlanı boş qolla vurur. 50 çubuq vurulduqdan sonra, oğlan heç nə olmamış kimi, başını aşağa sallamış halda xırmandan çıxıb getdi. Xırmanın ortasında bir metrdək dərinliyində çuxur eşdilər. Qızın qollarını bağlayıb, çuxura saldılar. Yanlarını torpaqla doldurdular. Bir avtomaşın yalama daş çınqılı gətirib, xırmana tökdülər. Qazı qabağa durub qıza bir daş atdı. Daş qızın alnına dəydi. Həmin an qızın üzünü qan bürüdü. Meydana toplanan cavan qoca kişi qadın daş yığınının üstünə elə yeridilər ki, ac qurtlar leşin üstünə elə yüyürməzdi. Qızı daş-qalaq eləməyə başladılar. Daş qızın başına, gövdəsinə dəydikcə, daşın gücündən qız gah sağa, gah sola, yıxılırdı. Tezliklə qızın sifəti tanınmaz oldu. Gördüm bu alana (səhnəyə) baxmağa dözə bilmirəm, başım hərlənir ürəyim bulanır, əllərimlə üzümü örtdüm. Əlimi açanda xırmandakı daş yığınını qızın üstündə gördüm. Xalq elə gümrah, sevincək dağılırdı ki, elə bil şənlikdən, toydan gedirlər. Carçı (müxbir) daş atanların bir neçəsinin qarşısını kəsib, “daşı atanda ürəyin, uyatın (vicdanın) sənə nə dedi?”  deyə soruşdu. “Qazinin hökmünü yerinə yetirmək üçün, hər bir atılan daşa Allah bir savab yazır və bir günahı bağışlayır. Odur ki, Allahın buyruğunu və qazının yarğısını (hökmünü) yerinə yetirmək bizim  borcumuzdur” dedilər.

Düşündüm ki, belə bir acı sıxıntılı- çöküşlü (faciəli) görüntüdən sonra, belə şən dağılan eldən (xalqdan) nə gözləmək olar. Bu adamların sözlərindən belə başa düşdüm ki, hər bir daş üçün allah onların etdikləri bir suçu (günahı) bağışlayır və üstəlik bir də yararlık (savab) yazır. Demək bunlar öz günahlarını təmizləmək üçün yazık qızı daşa basıblar. Bəs atdıqları daşların suçunu (günahını) kimlər və haçan  yuyacaqlar.  Bu halda dini kitab olan Tövratda yazılan bir cümlə yadıma düşdü. “Xalq kütləsi qoyundu, Peyğəmbərlər də onların çobanlarıdır.” Gördüm həmin cümlə 4000 il bundan öncə yazılsa da ərəblər üçün elə bu gün də keçərlidir. Bu elin (xalqın- əgər xalq demək olarsa) çobanının atdığı bir daşın dalınca sürü minlərlə daş atdılar. Bir müddət xırmanın ortasındakı daş yığınına və altındakı, Allahın sevimli varlığı olan, incə bir adamın, indi adamlıqdan çıxmış cansız bir ölünün (meyidin) olduğunu düşündükcə, kimisə nəyisə ayaklamak (üsyan eləmək), bütün bu çöküşün-acılığın (faciələrin) yaradıcıları olan erkək-kişi varlıklarını də mən daş-qalaq eləmək istəyirəm.  Çünkü bütün qanunları, şəriətləri yaradan-yazan kişilrdir. Yüz bic görəvlə (əməllə), yalançı şirin dillə qızları aldadan kişiyə 50 çubuq vurmaq əmrini verir. Yalançı kişilərin, yalançı şirin dilinə aldanan qıza ölümün ən ağır çeşidini, daşatmaqla ölüm yarğısını (hökmünü) verir. Haradadır kişi uyatının- içsəsinin (vicdanının) yarğısı, hardadır haqqın uyğusu (ədaləti) deyə bir neçə dindardan soruşdum. Ancaq qarşılığı (cavabı) tapılmadı.

         Aləmin uyuşmazlıkları (təzadları), adamların bilinclərinin (şüurlarının) çeşitliliyi, məni öz iç aləmimə apardı. Bu balaca dünyada belə çoxlu uyuşmazlıkların (təzadların-ziddiyətlərin) olmasının ilgisi nədir deyə özüm–özümdən soruşdum. Adamlar, Avropada yolda yaralanan iti götürüb, sayrısaraya (xəstəxanaya) sağaltmağa (müalicəyə) aparırlar. Ərəbistanda hələ də adamları it yerinə də qoymurlar. Avropada adamlar kosmosa çıxır. Ərəbistanda adamlar ulak (heyvan) yerinə də sayılmır. Bunun gizi, ilgisi (səbəbi) nədir.  Axı bütün aləmi bir Allah-Tanrı yönətir (idarə edir) deyirlər. Belə olan halda, bu yönətmədə (idarə etmədə) belə çox uyğunsuzluklar niyə var? Sorğuma hələ də qarşılık (cavab) tapa bilmdiyim üçün özüm də açıklama verirəm. Bu uyğunsuzluğun, iyrəncliyin bütün suçları tanrıda yox adamların özlərindədir.  

 

                                              Məməli ulak (heyvan) olayı.

İnternetin saitində 18 iyul 2016 il tarixində məni ilgincləndirən bir ilginc (maraklı) yazı oxudum, inanmayıb bir də oxudum. Saitdə yazılır: ”Səudiyyə Ərəbistanının dini bilginlər (alimlər) birliyi (kollegiyası) belə bir kural üzərində işləyirlər ki, bu günədək qadınlar da adam (insan) sinfinə aid idilər. Adam (insan) aləmi sinifində yalnız  kişilər qalsın. Qadınlar məməli ulaklar (heyvanlar) sinifinə ilgi (daxil) edilsinlər”. Bu yazının doğru olub olmaması bir sürə məni düşündürdü, Çünkü ağıl kəsən olay degil. Bəlkə hansı yaramazsa qadınlara sataşmak istəyilə bu yazını aləmə yaymışdır. Bəlkə də düzdür. Ona görə də bu yazını yazmalı oldum.

            Çoxdandır ki, bilim aləmində istər kişi olsun, istər kadın olsun adamlar ayrıca adam (insan) sinifinə ilgi edilmişlər. ulaklar (heyvanlar) aləmi də məməlilər və məməsizlər sinfinə bölünməmişlər. Bu bölgü adamlara ilgi edilməmişdir. Qadınlar aləmdə adam sayılsalar da. İslam ölkələrində adam kimi heç bir adamlık hüquqlarına yiyələnməmişlər. Onsuz da Ərəbistanda qadınları ulaklara (heyvanlara) verilən dəyərdən də aşağa dəyərləndirirlər. İndi onları məməli ulaklar (heyvanlar) sinfinə ilgi etdikdən sonra onlara qarşı necə davranış ediləcəkdir?. Bu düşüncə mənim üçün qaranlıq qalmaqdadır. Qadın adam sinfinə ilgi olanda ona ulak (heyvan) kimi baxırdılar. Ulak (heyvan) sinfinə ilgi ediləndən sonra çox güman ki, köhnə nərsə (əşya) kimi, yəni köhnəlmiş, yamaqlı ayaqqabı kimi baxacaqlar. Bu baxış isə həm tanrının (allahın) həm adamlığın bütün yazılı və yazısız kurallarına qarşı çıxmakdır.

 

                                             Tufli söhbəti.

2017-ci ilin yazında televiziyanın Moskva kanalından çağdaş qadın tuflilərinin çeşitlərindən danışırdılar. Aparıcı çağdaş qadınların geyindikləri yüksək dabanlı tuflini göstərərək, “bu görkəmdə olan tuflini ilk kərə Leonardo Davinçi XVI-əsrdə işləyib hazırlamışdır” dedi. Bu söhbəti dinlədikdə kəndimizdəki qədim basdırqanlık (qəbristanlık) yadıma düşdü, Uşaqlığımın anımı kimi, bu kiçik olayı yazıya almağı dəngələdim (qərara aldım).

          Məktəbimiz kəndin üst yanında idi. Hər məktəbdən çıxanda bir bölük uşaqlar məktəbdən 2-3 yüz metr aralı köhnə yurt yeri kalafalıklığı (xarabalığı) olan açıqlıqda 1-2 saat oynayıb evə gedirdik. Kəndin üstündə bir- birindən 150-200 metr aralı 3 kilsə var idi. Kilsələrin yanlarında dağ ətəyi boyu çox böyük bir qədim basdırqanlık (qəbrstanlıq) var idı. Gömütlərin üstü çeşidli naxışlar çəkilmiş qoç heykəlləri və çeşitli adam oymaları ilə dolu idi. Bir gömütün (qəbrin) ystyndə olan sinə daşındakı qadının şəklini elə ustlıqla çəkmişdilər ki, elə bil canlıdır yeriyir. Ayağındakı tuflinin forması hazırda qadınlarmızın geyindiyi yumru uzundaban tuflinin eyni idi.

Televiziyada həmin tuflinin eynini görəndə düşündüm ki, demək Avropada XVI əsrdə yaradılan yenilikləri Qafqaz uzmanları hələ III-IV- Y.Y. dönəmlərində hazırlayırlarmış. Demək Avropanın çağdaş qadınları geyindikləri ayaqqabılarını, Qafqaz qadınları hələ III-IV-əsrdə    geyinmişlər.  Fikir elədim ki, uyğunsuzluğun böyüklüyünə bir bax Avropa XVI-əsrdə qazandığı uyğarlık (mədəniyyət), doğuda (şərqdə) III-IV-əsrlərdə var olmuşdur. Ama bu gün doğu uyğarlığı bir neçə əsr Avropadan geri qalır. Görəsən bu uyğunsuzluğun, geriliyin ilgisi (səbəbi) nədir? Bu sorğunu verənlər çoxdur. Ama yetərli qarşılık (cavab) tapanlar yoxdur.

 

                                                         Günülər hekayəsi.

            Quranın 4-cü surənin 3-cü ayəsində deyilir ki, “O zaman sizə halal olan başqa qadınlardan 2, 3 və 4 nəfərlə nikah bağlayın!” Demək Qurana görə hər bir müsəlman kişi 4 arvad ala bilər. Bizim də hekayəmizin bahaduru (qəhramanı) iki arvadlıdır. Arvadın hər ikisindən də uşaqları var. Sonradan gələn kiçik arvadın oğlu birinci arvadın oğlundan tez evlənir. Gəlin ikicanlı olur. Ikicanlılığın ilk çağlarında bir çox qadınlarda ağız pisliyi (herikləmə) deyilən hallar yaranır. Ürəkləri cürəbə- cürə çeşitli yeməklər istəyir. Bəzən yeyiləsi olmayan şeyləri də yemək istəyir. Bizim də söhbət açdığımız ikicanlı (hamilə) gəlinin ürəyi ət istəyir. Gəlinin ürəyinin ət istədiyini qaynanalar duyurlar. O çağlarda da Azərbaycan kəndlərində gənc oğlanlar yığılıb alşma (hər kəs öz sayselinə (hesabna) pul qoyub toğlu alardılar, yeyib-içib şənlənərdilər) deyilən yemək sofrası qurardılar, Yeyib, içib şənlik edərdilər. Doğma qaynana 12 yaşlı oğlana pul və qab verib alışma törəninə göndərir. bir payda evə  gətirməsini diləyir (xahiş edir). Gənclər də şənlik yerindən cox gec çıxırlar. Arvadın əlinə ət çatanda artıq gəlin yatmış olur. Qaynana əti ambara qoyub ağzını örtür ki, səhər gəlininə yedirtsin. Hamı yatandan sonra ögöy qaynana qalxıb pişiyi tutur, ambara salıb ağzını örtür. Səhər tezdən qaynana qalxır ki, əti qızdırıb gəlninə versin. Ambarın ağzını açanda pişik ambardan çıxır. Boşqabı boş görən qaynana günüsünün işi olduğunu bilib onunla dalaşır. Səsə oyanıb yanlarına gələn gəlin yerdə döşəmədəki ət bulaşığı olan boşqabı görüb götürür, onu yalamağa başlayır. Qaynanası nə qədər pişiyin artığıdı yemə, yalama deyirsə, gəlin sözə baxmır. Boşqabı təmiz yalayır. O bulaşıq boşqabı yalamaqla onun ət istəyi çəkilir, (təmin olunur) ağız pisliyi düzəlir. Çağ yetişir gəlin bir oğul doğur. Yayın iş-güc dönəmində gəlin, qaynana bağ işlərilə uğraşanda (məşğul olanda) uşağa böyük qaynana qulluk edir. Bir gün qonşu arvadı gəlinə deyir ki, uşağı böyük qaynanaya verməyin, o uşağın qulağına tüpürür. Gəlin bu sözü doğma qaynanasına demək istəyir, Ancak evdə dava-dalaş olacağından qorxub demir. Elə də uşaq 6 aylığında qulak irinləməsi  yoluxmasına tutulur. Qulakdan keçən beyin xəstəliyindən ölür.

Oxucu deyə bilər, burada ilgincli (qeyri adi) nə var ki, bunu qələmə alırsan. Adi görünən bu olay (hadisə) gerçəlikdə çox böyük bir öyrətimdir. Çünkü mən iki arvadlı çox kişilər görmüşəm hamısı da arvadlarının birlikdə söykümlü (mehriban) yaşadıqlarını deyirlər. Ama yalan danışırlar söykümlü günü ola bilməz. Çox arvadlılık ən yaramaz davranışdır. Bir də oxuculara onu demək istəyirəm ki, ikicanlı qadınların heç bir istəyinə yox deməyin. İkicanlı qadının istəyni yerinə yetirmək, Kəbə ziyaratından bir neçə qat, bir neçə basama yüksəkdədir. Ondan böyük yararlılık, izgi (səvab) ola bilməz. İkicanlı ananın istəyinə yox deməkdən də böyük və ağır suç (günah) ola bilməz.           

                             

                                           Ana hekayısi.

Ana adı elə kutsaldır, elə əzizdir, elə dəyərlidir ki, o ad dilə gələndə  ürəkdən isti ışın (şua) qalxır hər yanı isidir, gözlərə daha da parlaq işıq gəlir. Ana haqqında danışmaq istəyəndə uşaqlığımda eşitdiyim bir nağıl yadıma düşür.

“Keçmişdə gen-bol varlı, dövlətli bir ölkə varimiş. Xalqının, elin heç bir dolanışdan çətinlikləri yox imiş. Bir gün bunlara bir uğursuzluq üz verir.  Şəhərə gələn suyun axarında 7 başlı bir Əjdaha yaranır. Şəhərə suyu buraxmır. Şəhərin sayılıb, seçmə oğlanlarından, qızlarından bir-bir udur su verir. Bütün şəhər xalqı Çayın qırağına yığılıb əllərini göyə qaldırırlar, qurban verirlər, Allaha yalvarmağa başlayırlar ki, Əjdahanı öldürməkdə onlara bir yardım eləsin. Allahdan əlləri boşa çıxan xalq  toplanıb bir çıxış yolu axtarırlar. Belə qərara gəlirlər ki,  Göy atamızdan kömək olmadı. Gəlin Yer anamızdan kömək istəyək. Ananın balaya istəyi atadan çox olur deyirlər.  Xalq yenə şəhərdən qırağa çıxır, üzlərini torpağa sürtüb bir kömək istəyirlər. Bu anda göy gürüldəyir şimşək çaxır yerə ildırım düşür. İldırım düşən yer yarılır, oradan göy atlı bir oğlan çıxır. Yel kimi Əjdahanın üstünə gedir, Əjdahanın başlarını  kəsməyə başlayır. Başın birini kəsir, o birinə çevriləndə kəsik başda yeisi yarnır. Nə qədər çalışırsa Əjdahanın başlarını kəsib qurtara bilmir. Yorulub ayrılırlar. Oğlan atını doğulduğu yerə sürür. Düşüb torpağı qucaqlayır. “İstəkli anam mənə güc ver, Əjdahanı öldürüm, bu eli çətinliyin, ölümün əlindən alım” deyir. Yerdən səs gəlir ki, “oğlum mən tək sənin anan yox, yer üzünün bütün varlıklarının anasıyam. Onlardan hansı biri məndən kömək istəsə ona yardım etməyə borçluyam. Bu mənim analıq borcumdur. Sən Əjdananın başını kəsirsən, o da quyruğunu mənə çırpıb məndən kömək istəyir.  Elə et ki, o məndən kömək istəyə bilməsin, belə olan halda sən ona üstün gələ bilərsən” deyir. Oğlan geri dönüb, Əjdahanın yanına gəlir. Atdan düşür nizəsini əlinə alır, ayaqlarını yerə vurur, “ey istəkli anam mənə uğur ver” deyib, Əjdahanın üstünə atılır. Nizəsini Əjdahanın ortasına çaxıb- sancıb göyə qaldırır. Göydə bir- bir Əjdahanın başlarını doğrayır, Əjdaha nə qədər çalışır quyruğu yerə dəymir. Beləliklə Əjdahanı öldürür. Ölkəni susuzluqdan qırılmağa qoymur.  Nağıl uzundur. Burada  amac aydın olduğu üçün dalını danışmağa dəyməz. Burada oğlanın atın doğanın (yağışın, şimşəyin, torpağın) birliyindən doğması, nağılın çox qədimlərdən, tanrıçılıkdan gəldiyini göstərir. Torpağın ana olması, ananın kutsallığını tanrı (allah) düzeyinə (səviyəsinə) qaldırılır. Hətda torpağın adamlara allahdan da yaxın olduğu göstərilir.

Ana haqqında  nağıllardan, söyləntilərdən (dastanlardan) başqa saysız-hesabsız əsərlər yazılıb, şeirlər qoşulub . Onun kutsallığının axırına çatmaq olanaksız (mümkünsüz) olduğu deyilir. Ana elə bir kutsal varlıqdır ki, hələ də onun adına ciltlərlə kitablar yazılacaq, şeirlər deyiləcəkdir. Çünkü o ana adlı  heykəldi, dünyanın harasından baxsan görünür və ona tapınılır (səcdə edilir)! Ama nə etməli adam elə bir ulaq duyğulu varlıkdır ki, onların bəzilərinin ulaklık duyğuları adamlık duyğularına, uslarına üstün gəlir. Ana haqqını krağay (vəhşi) ulak kimi taptalayır. Anaya olmazın çilələr verir, hətda onun ölümünə də əl qaldırır. Çalışın belələrindən olmayın. Həmişə ananı tanrı ilə yanaşı tutun.            

                                              Zağa (mağara) adamı. Div.

         Çar rusiyası qapanağında (arxivlərində) göstərilir ki, Abxaziyanın Sinakola kəndində XVIII-əsrin sonlarında  ormandan tüklü Neandertal adam-qadın tutulmuşdur. Adını Zana qoymuşlar. Qubernator onu yerlilərdən birinə ərə vermişdir. Çar qapanağından tapılan bu yazıya söykənərək 2015-ci ildə Akademik arxeoloq Burtsov Abxaziyanın Sinakola kəndinə ekspedisiya ilə gəlmişdir. Axtarıb zağa (mağara) adamın nəvə- nəticələrini tapmışdır. Onlar hələ də cağdaş adamlarla ələşdirmədə (müqaisədə)olara görə artıq tüklü, güclü və hündür boyludular. Zananın 2 oğlu, 1 qızı olmuşdur. Onun və uşaqlarının gömütünü (qəbrini) açıb sümüklərini yoxlamışlar. Başı bilimə (elmə) tanış olan neandertalların başına uyğun, genetik kodu DNK-da neadertallara uyğun olmuşdur. Nəvələrinin dediklərinə görə ulu nənələri ulak (heyvan) kimi qalın tüklü olmuş, iri gövdəli, güclü qadın olmuşdur. Çağdaş adamlarla ələşdirmədə, qarşılaşdırılmada (müqaisədə) boyunu gödək, özü iri olmuşdur. 30 il abxazlar arasında yaşamasına baxmayaraq dil öyrənməmişdir. 5-6 adi söz bilmişdir. Başlıca yeməyi çiy ət, meyvə olmuşdur. Uşaqlarını böyüdüb qocalmış 1888-ci ildə ölmüşdür.

           Çağdaş bilim (elm) yolu ilə törəmələrinin genetik kodu yoxlanmış, yerli obxazlarla araşdırmada (müqaisədə) onların DNK-sı neandertal  tipinə ilgili (aid) olmuşlar. İ. Burtsev Zağa adamı ilə tez-tez görüşən abxazlarla görüşmüş, bir çox ilgincli bilgilər əldə etmişdir. Bundan başqa İ. Burtsev Kabardin- Bolqarlar arasında da sorğu aparmışdır. Çar rusiyası dönəmində varlı adamlar, Zağa adamlarını güclü və sağlam oldukları üçün qapılarında işci kimi saxladıklarını danışmışlar.

 (2018-cı il Moskva interneti verlışındə pr. Arxeoloq İqor Dimitryeviç Burtsovun dedikləri).

         Bu deyilənlərdən belə aydın olur ki, uzun illər dönəmində çağdaş adamlarla zağa (mağara) adamları yanaşı yaşamışlar. Aşamalarla (tədricən) gedən doğanın (təbiətin) dəyşiriklərinə uyğunlaşa bilməyərək, kökləri kəsilmiçdir. Bəlkə Sümer dastanından başlamış  bir çox ellərin (xalqların) nağıllarında adı çəkilən divlər elə bu zağa adamları olmuşlar. Bilqamıs dastanındakı Enkidu da iri gövdəli, güclü və tüklü verilir. Odur ki, hər bir elin nağılında tüklü zağa-mağara divlərinin adamlarla yanaşı yaşamaları, adamlar arasından qız qaçırmaları, onlarla savaşda olmaları haqqında söyləntilər lap çoxdur, Bəlkə Ovçu Pirim haqqında olan nağıl da bir doğru olayın yadigarıdır. Nağıl el arasında hələ də yaşamakdadır.

        Dədələrimizin söyləntilərinə görə ortalama 200-250 il öncələrədək Borçalı ormanlarında da tüklü iri adamların olmaları haqqında nağıl sayağı danışığı uşaklığımda qocalardan çox eşitmişəm.. Onların zağalarda (mağaralarda) yaşadıklarını, adamlarla qarşılaşdıkda ziyn vermədiklərini. Əksinə qonşuluq etdiklərini, onlarla dostlaşmalarını da danışırdılar, Onlara toxunmasan toxunmazlarmış. Onlarla əl və üz işarələri (siqnalları) ilə danışarlarmış.