30 Kasım 2015 Pazartesi

ANS TV Günəbaxan verlişinə

Hörmətli Elgiz Əkbər bəy günaydın. Sizin uzun ömürlülər haqqında apardığınız verlişə baxdım. 
Sorğunuza qonaqlarınızın verdikləri cavablar, olduqca səviyyəsiz olduğu üçün, sizə məktub yazmalı oldum.

Sizə onu bildirmək istəyirəm ki, bütün canlılar üçün ulu Tanrının bir pozulmaz qanunu var. Hər bir canlı varlığın yetkinlik yaşının 10 qatı onun təyin olunmuş ömrüdür. Bu baxımdan Adamın Tanrıdan verilən ömürü 100 ilə 140 il arası olmalıdır. Bu mütləqdir. Ancaq onu yaşaya bilmirlər, ona görə ki, bir çox səbəblər bu ömürü gödəldir. Ömürü gödəldən səbəblər bunlardır.

1.Kökdən (gendən) gələn hüceyrələrin  xarici mühitə dayanıqlıq qabiliyətinin qarışıqlığı.
2.Xəstəliklərin ömürü gödəltmə yolları.
3. Yemlənmə yolları və yemlərin keyfiyyəti.
4.Duyğulanma (sinirlənmə) yolları və təsir qüvvələri.
5. Gövdə hormonlarının təsir gücü.
6. Əməyin yolları və formaları.
7. İqlimin, suyun təsiri.

Bu səbəblərin hər biri haqqında geniş aydınlaşdırmaları var. Bunların hamısının kompleks təsirləri nəticəsində Tanrıdan verilən ömür azalır 60-a, 50-yə, bəzən siz dediyiniz kimi 45-ə də düşə bilər.
Elm, mədəniyyət yaxşıya sarı irəliləyərsə gələcəkdə adamların orta ömürü  100- 120 bəlkə də çox olar.

Hiç yorum yok:

Yorum Gönder