12 Mart 2016 Cumartesi

Şeyx Sənan dastanı haqqında məqalə.

         Hüseyin  Cavidin 120 illik yubleynə həsr edilmiş,“Cavidşunaslıq” kitabında, H. Cavid əfəndinin “ Şeyx Sənan”dram əsəri haqqında bir çox müəlliflər öz fikirlərini bildirmişlər.  Bundan əlavə internetdə də bir necə məqalə verilmişdir. Demək olar ki, əsərin ilk qaynağı olan xalq dastanı haqqında heç nə demirlər. Elə dastanı bilmədikləri üçün də yazarların hamısı bağışlanmaz yanlışlığa yol vermişlər. Bütün yazarlar Şeyx Sənanın şəxsiyyət olmasını inkar edərək, onu əfsanəvi, bədi obraz kimi vermişlər.
            Filoloqiya elimləri doktoru professor Nəzmiyyə xanım yazır: “Tədqiqatçılar şeyx Sənanı həm  tarixi şəxsiyyət, həm əfsanəvi aşiq, həm də H.Cavidin yaratdığı qəhraman kimi səciyələndirirlər”.
          Zahid Əkbərov, yazır: “İran alami Manicöhr  Mörtəzvinin “ Şeyx Sənan” hekayəti böyük sufi şairi Fəridəddin Əttarın xəyali uydurmasıdır”  Eyni zamanda digər iran alimi Əbdüləmir Səliminin ”ola bilsin ki, şeyx Sənanda məqsəd şair Əttarın özüdür” fikrini də qeyd edir. Son halda dissertant Zahid müəllim heç bir qəti qərara gəlməyərək,  “şeyx Sənanın əfsanəvi və ya tarixi şəxsiyyət olduğunu  müəyyənləşdirmək lazımdır” deyir.
  Z. Əkbərov axtarışlarına əsaslanaraq yazır ki, bəzi alimlərə görə şeyx Sənan əfsanəvi bir şəxsin adıdır. Eyni zamanda deyir ki, bir sıra alimlər şeyx Sənanın tarixi şəxsiyyət olduğunu deyirlər. Z Əkbərov monoqrafiyasında yazır: ” O müasir həyatdan alınan bir tip olub, müəyyən dərəcədə şərti bir obrazdır.” O, növbəti səhifədə belə qərara gəlir ki,”əslində ərəb tarixçilərinin əsərində sırf  şeyx Sənan adlı tarixi bir sima axtarmaq əbəs yerə vaxt itirməkdən başqa bir çey deyil.” Bu yazılardan aydın olur ki, yazarlar Şeyx Sənanın mifik obraz olduğuna qəti əmindilər. Daha sonar müəllif yazır ki, yazılı ədəbiyatlarda ilk dəfə şeyx Sənan adı, Fəridəddin Əttarın (1187) əsərində çəkilir.Yazardan soruşmaq gərək, VIII-IX- yüzilliyə aid  Azərbaycan türkcəsində yazılmış ədəbiyyatın varmı ki, dastanıda yazıya alaydılar.  Kimi Sənanı Ərəbistanın Səna şəhərindən çıxan çeyx hesab edir. Kimi də şeyx Sənanı ibn Səkka ilə eyniləşdirərək onu ərəbləşdirir. Nəzmiyyə xanım dastanın yaranmasını VIII- IX- əsrə aid edir.Sənanı İslamlığı yaymağa gələn ərəb şeyxlərindən hesab edir. Son halda o belə qərara gəlir ki, şeyx Sənanın tarixi şəxsiyyət olması mübahisəlidir. Yəni onun şəxsiyyət olması şübhəlidir.
        Nəzmiyyə xanım, Ə. Sultanlıdan nümunə gətirərək deyir: Ə. Sultanlı “şeyx Sənan”dan bəhs edərək yazırdı:”şeyx Sənan xalq əfsanəsidir. İndi də Tiflisdə kür kənarında “şeyx Sənan” adında dağ var. Lakin əfsanənin xalq içərisində indi də yaşadığını sübut edəcək bir əlamət yoxdur”
.İnternetdə Filologiya elmləri doktoru Gülşən Əliyevanın da H Cavidin “Şeyx Sənan”əsəri haqda məqaləsi var. O da xalq dastanı haqda heç bir bilgi vermir.Görünür onun da xalq dastanından xəbəri yoxdur.
 Müəlliflərin  Yazılarından belə anlaşılır  ki, Ə. Sultanlı Tiflisdə olubdur. Ancaq  sübut üçün heç bir şey tapa bilməyibdir. Hələ də xalq yaddaşında yaşayan Sənan dağı, Sənan məhəlləsi, Sənan küçəsi, Sənanın qəbri Sənan soylu Tiflislilər sübut deyilmi? 
Əli Sultanlı, Zahid müəllim və Gülşən Əliyeva buradan ərəbistanda tarixi şəxsiyyət axtaranca,  qonşusu Tiflisdə olubdularmı? Oradakı yaşlılarla söhbət edibdilərmi, Sənan küçəsi ilə Sənan dağına sarı,  Sənan məhəlləsi ilə qalxıbdılarmı?  Sənanın qəbrini axtarıbdılarmı? H. Cavidin “ Şeyx Sənan” türbəsi önündə dediyi qəsidəsini oxuyubdularmı? Əminəmki yox. Getsə idilər, oxusa idilər, çox şeylərin şahidi olardılar.
 Şair Ə. Xaqani  əsərlərində bir neşə kərə Sənanın adnı çəkir. Görünür Sənanın tərcümeyi- halını yaxşı bilirmiş.O, şeirində şeyx Sənanı Saqqa oğlu adlandırır.
“Səqqa oğlu kimi atım riqanı, teyləsanı?                                                 Zünnar asım, bərnəs geyim, olum donuz çobanı?                                    (Xaqani Baki 1956 s.127)
“Səqqa”  Ərəb imperiyası zamanı şəhər su sahiblərinə verilən addır. Xaqaninin bildirdiyindən belə məlum olur ki, Tiflisin su təchizatı Sənanın atasının əlində imiş.
         Onu da qeyd edim ki, məşhur “Aşıq Qərib “ dastanında da Tiflis həyatından danışılır. Dastanın baş qəhrəmanı Şahsənəmin atası da Sənan soyundan olan “Sənan xoca”adlanır. Peşəkarlar aşıq Qərib dastanını XVI- əsrə aid edirlər.Şeyx Sənan dastanını isə IX-cu əsrə aid edirlər. Ola bilsin ki, dastan qəhrəmanlarının hər ikisi də eyni bir soydan olmuşlar. Sənan soyu əsrlər boyu Tiflisdə yaşamışdır.
         Böyük ədib C. Məmmədquluzadə  “ Xatiratım” əsərində  yazır: ”Son vaxtlar mən Tiflisdə şeyx Sənan küçəsində (indi Davud küçəsində) olurdum. Bizim məhəllə dağ ətəyində idi. Şeyx Sənan gürcü qızına aşiq olduğu yer həmin yerdir” deyir.          
        Rza Təhmasib “ xatirələrində  yazşr: ”Yadımdadır, H. Cavid Şeytanbazarda yaşayırdı.  Cavid, Əziz Şərif və mən, bir neçə dəfə Sənan dağına gəzməyə getmişdik. Cavid burada şeyx Sənanın qəbrinin yanında xeyli dayanar, riqqətlə ona baxardı”.
Belə aydın olur ki, şeyx Sənan haqqında fikir söyləyən yazarların hamısı xalq dastanından xəbərsizdilər. Onlar fars müəlliflərinin əfsanələşmiş yazılarından istifsdə etmişlər. Çünkü dastanda  hadisənin Tiflisdə baş verdiyi.Müsəlman məscidi ilə xristian kilsəsinin  bir məhəllədə olduğu, Sənanın uşaqlığının Tiflisdə keçdiyi, kiçik Xumarla bir məhəllədə yaşadığı, deyilir. Sənan dastanda tacir oğlu kimi verilir. Gənc Sənanın qəfləqatırla Bağdada getdiyi, Bağdad və Hələbdə dərs aldığı deyilir. Şeyx olub Tiflisə qayıdanda kiçik bir qız qoyub getdiyi Xumarın indi mələkləri mat qoyan gözəl bir qız olduğunu görüb, ona vurulduğundan danışılır. Sevgi macarası olan başqa dastanlar kimi burada yuxuda verilən butadan danışılmır. Real həyat hadisələrindən danışılır.
Belə məlum olur ki, IX--əsr faciəsi tədricən, dildən dilə keçmiş, şərqə  yayılaraq iranda Fəridəddin Əttara çatmış, o da şairlik məharətindən, sofilik ilhamından istifadə etmiş, bəzi əlavələrlə ən-ənəvi dastan halına salmışdır.  
Türkün ən böyük bədbəxtliyi odur ki, tarixini yazmaqda həmişə tənbəllik etmişdir.Tək Sənan yox türkyn bütün keçmişlərini yadlar qələmə almışlar. Çoxları da tariximizi qərəzli yazmışlar. İndi də əyri-düz nə yazıblarsa, onları dünyanın hər yerindən yığmaqla məşğuluq.
        Cavid əfəndi xalq dastanından yalnız iki baş qəhrəmanların adlarını və Sənanın türklüyünü götürübdür. Görünür H.Cavid dastanın Borçalı qolu ilə tanış olmuşdur.Ancaq əsəri öznün ideologiyasına əsasən, tamamilə başqa səpgidə yaratmışdır. Şair  əsərində Sənanı yoxsul, kimsəsiz bir insan kimi verir.Yuxarda dediyim kimi, dastanda şeyx Sənan Tacir oğlu kimi verilir. Ədalətlə fikirləşmək lazımdır. Tiflis kimi qədim və böyük bir şəhərdə  min il dəyşirilmədən Sənan adı ilə küçənin, məhəllənin olması, aşağda qeyd olunacaq  dağın, meşənin Sənan nəslinə aid  olması,  onun zəngin bir nəsildən olmasını xəbər vermirmi? IX-əsrdə  Kasıb ailədən çıxan adam, uzun illər Bağdatda, Hələbdə oxuyub şeyxlik rütbəsinə qədər qalxa bilərdimi?
 Xalq dastanında şeyx Sənanı sevən, Zəhra obrazı yoxdur. O, H. Cavidin yaradıcılığının məhsuludur. Əsərdə Şeyx Sənan Xumarın əlindən tutub özüny qayadan uçruma  atmaq qərarına gəlir. Onlar qayadan atılırlar nəticədə onlar uçruma yox, göyə sarı uçurlar tanrının yanına gedirlər. Bu da H. Cavidin təxəyyülünün məhsuludur. Dastanda hadisələr tamam əksinə olur. Sevgililər əl-ələ vedib qaçırlar. Qaçıb Sənan dağının başına çıxırlar.Yeni dincəlmək istəyən zaman Xumarın atası keşiş peyda olur. Atasını görən Xumar, özünü öldürmək qərarına gəlir və özünü qayadan atır. Onu tutmaq istəyən Sənan da onunla birlikdə qayadan atılırlar. Bu anda qarşılarındakı qaya yarılır. Onlar qayanın çuxuruna düşürlər. Qaya yenidən birləşir. Onların yox olmalarını görən keşiş, qayaların arasında qızını axtarır. Bir qayanın yarığında qızının sallanmış saçını görür. Onların hər ikisini də qaya öz qoynuna aldığını anlayır. Keşış yalnız bundan sonra onların haqq aşiqi olduqlarını başa düşür. Tutduğu işdən peşman olub saçını yolur. 
       Qədim xalq dastanının heç yerində gürcü adı çəkilmir.Xumarın atasına kafir keşiş deyilir. Anasına Saçlıbəyim,Xumarın dayəsinə Ağcaqız (Ağqız) deyilir. Bəzi rəvayətlərə görə XVIII-əsrə qədər Tiflisdə xaçpərəst türklər və onların kilsələri olmuşdur. Rus çarının  sərəncamı ilə 1733 ildə Xristian türk kilsələri gürcü kilsəsinə birləşdirilmişdir. Bundan sonar bəzi türklər xristianlığı saxlayaraq, tədricən gürcüləşmişlər.Bəzi xristian türklər də müsəlmanlaşmışlar.
        Əli Sultanlı yazır: “Əfsanədəki şeyx Sənan ölmür geri qayıdır. Rum eli ilə Kəbə arasında ölür. Bu yazı dastanın ruhuna və ideyasına tamamilə yad olan bir rəvayətdir. Görünür Ə. Sultanlı dastanla həmahəng  səslənməyən hər –hansı bir qaynaqdan istifadə etmişdir.  
       İndi də mənim şahidi olduğum hadisələrdən danışaq. 8-9 yaşlarımda bir neçə dəfə Tiflisdə Sənan küçəsində qohumlarım gildə olmuşam. Sənan küçəsi Sənan dağından başlayırdı. Başaşağı gəlib kürün qırağında, Şah Abbas məcidinin yanında Gəncə yoluna birləşirdi.1956 -cı ildə Hamamlar məlləsində indiki məsciddən təxminən 100-150 metr aşağıda yaşayan Təhlə Əsgərin qonağı oldum.O zaman Əsgər kişinin təxminən 80-85 yaşı olardı onun söhbətindən eşitdiklərimi qələmə alıram.  O dedi: “Ən qədimlərdən Tiflisdə Sənanlar soyunda zadəgən nəsl olmuşdur. Sənan dağının ətəklərində olan qoruq yerləri və Sənan dağının arxasında Qocerə sarı olan meşəlik də  Sənan nəslinin mülkü olmaşdur. Küçə də o zamandan onların adları ilə adlanır İndi küçənin adı David küçəsidi, ama hamı hələ də Sənan küçəsi deyir.Şah Abbasın qonaq evi də Sənan küçəsində idi. Sənan əslən Tiflislidir ilk islam dinini qəbil edən soydandır.Bağdatda və Hələbdə oxuyub, Şeyxlik adnı alıb,bir şeyx kimi vətəninə qayıdıbdır.Xalqın yaddaş deyiminə görə, Xumarın atası Keşişdə  həmin məhlədəndir.1935-38-ci illərdə Sənan küçəsində olan müsəlmanların kimisini irana, kimisini də ortasyaya sürgün elədilər. Onların evlərinə gürcüləri doldurdular dedi.
  1956-cı ildə şeyx Sənanın qəbrini ziyarət etdim. Onun qəbri üstə türbə görmədim. Yalnız qəbrin ətrafında olan dağınıq daşların olmasından güman etmək olardı ki, nə vaxtsa burada türbə olmuşdur. Qəbrinin daşları sökülüb dağılmış halda idi. Belə bir şöhrət sahibinin  qəbrinin belə baxımsız olması məni kədərlədirdi. O zaman ona bir qəsidə də yazdım 1960-cı illərdə Botanika bağnı genişləndirmək məqsədilə şeyx Sənan yatan məkan bağın ərazisinə qatıldı. Bununla da şeyix Sənanın izi itdi.  
         Yuxarda qeyd olunanlardan  açıq- aydın görünür kü, hadisə həqiqətən də olmuş bir faciədir  Dildən- dilə düşərək, bütün şərqə yayılmışdır. Geniş ərazilərə yayıldıqca faciə daha da əfsanələşmişdir. Hadisənin  zamanından təxminən üçyüz il sonra mövzu qələmə alınmışdır.Şeyx olduğu ücün onu ərəbləşdirmişlər.Ancaq mən deyərdim ki,o bəlkə də islam dünyasının ilk türk şeyxi olmuşdur.

1956-cı ildə Şeyx Sənanın qəbri üstündə yazdığım qəsidə.


        Gəl bax ibrət al, burada yatanlara ey könül, 
Ülvü məhəbbət odunda yananlara ey könül.

Nəzər əhli, xor baxma bu uyanlara, amandı.
Əsliyə, Kərəmə örnək olan Xumarla- Sənandı.

        Ey Sənan dağında yatn, ey talesiz mələklər.
Başınız bu sevda yolunda nələr çəkdi, nələr?

        Əl-ələ verib, siz bu dağı gəzdinizmi qoşa? 
Qoşa siz Sənan dağına, etdinizmi tamaşa?
                                  
Cavid Əfəndi baş əydi sizin məqbarınıza.
Dağılıb tarı-mar olmuş yiyəsiz məzarınıza.

Hüseyin əfəndi sənə, qalx qovuş deyir yarına,                    
O yanılır, sən çoxdan qovuşmusan Xumarına.

Taleyin hökmünə bax, dağ adnı səndən götürmüş.
Sənan yatan dağa eldə, Sənan dağı deyilmiş.

Yeddi il doyunca görmədiniz bir-birinizi,
İndi Sənan dağı əbədi qovuşdurmuş sizi.

            Yeddi il hər an, sən ucaltdın etiraz səsini, 
Din, şəriət üstünə tökdün, fəryad naləsini.

Məhəbbətin, Xumarı eylədi dillərdə dastan.
Yeddi il o sənin eşq macəranı, saxladı pünhan.

Vərqa Gülşanı üçün həsrət odunda qalandı.
Kərəm Əslisi üçün yanan odda alovlandı.

Fərhad Şirini üçün Bisutin dağını yardı.
Qərib Şahsənəm üçün Hələb çölündə yatdı.

Məcnun Leyli üçün qumlu səhralarda gəzdi.
Tahar Zöhrə üçün dalğalı dəryalarda üzdü.

            Bijan  Mənişə üçün yeddi il zindanda qaldı*.
Sənan Xumarı üçün yeddi il donuz otardı.  

Kişvəri deyir:”Heç kəs Sənan təki aldanmasın,
Heç müsəlman oğluna kafir qızı yar olmasın”**.

Usta Xaqani sənin eşqinə həsəd apardı.
Dedi: eşqin gücünə bax, Şeyx donuz otardı.***

Məcnun, Kərəm kimi, yuca tutdun eşq bayrağını,
Mərv, Səfa dağı təki yüksəltdin, Sənan dağını.

Günəş nurunu səpir sənin əziz məzarına,           
Öz saçını qarışdırır Xumarın saçlarına.

Min ildir qəbrin olub, sevgililərin məkanı.
İndi qəbrini silir yaddan, dövranın tufanı.

Oyan, gör, qanlı lalə bitir qəbir otağından.
Kür də kürlənib taleysiz eşqiyin alovundan.

Sənə vurğun, Kür də sənin kimi eşqə düşür.
Xəzərə qovuşmaq üçün, qayalarla döyüşür..

Narınqala keşiyini çəkir, başın üstə hər an,
Layla səsi gəlir dəli Kürün pıçıltısından.

Qoca dastanın deyir; “Xumarın saçı ağlayır”,  
Qayaların arasından ağı deyib sızlayır.

Xumarın saçından axan suyun naxışlarında. 
Qara keşiş  boğulur, Xumarın göz yaşlarında.

Yox, eşqin suyudur axan, Xumarın saçlarından.
Çox xəstə gözlər, şəfa alır saçın yaşlarından.

Məhəbbət alovu xaç olub asıldı boynuna.
Çüt Göyərçin təki, qurban getdiniz din oynuna.

İsa bu gün gəlib səcdə edir, eşqin qibləsinə.  
Yada salır, baş əyir məhəbbətin Kəbəsinə.
                                                  
   
*Şahnamə qəhramanları, sevgililər. Bijan Farsdır, MənişəTürk      ** N. Kişvəri “Divanı” Bakı 2005                
   ***Xaqani “Seçilmiş əsərləri” Bakı 1956 s 127
                                                                                          1956-il Noyabr.      

8 Mart 2016 Salı

Azərbaycanın alimlərinə sorğum!

  Azərbaycanın alimlərinə  sorğum!                    İsa mehdioğlu            
        Sayğılı aydınlarımız xahiş edirəm bildirin, bizdən başqa  yerin adı ilə adlanan millət varmı varsa kimlərdir.? Bildiyimə görə, dünyanın bu bölgəsinə “odlu torpaq” anlamını verən, “Azərbaycan” sözüni ilk dəfə farslar işlətmişlər.
Bundan başqa Çar Rusiyasının arxivlərində və sovet hökumətinin 1936 ilə qədər olan arxivində bu xalq türk adlanmışdır.
 Tarixən bizə bir çox adlar qoyulmişdir. Farslar Azəri, Ermənilər Türk, Gürcülər Tatar, biz Azərbaycanlı deyirik  Bir deyin bizim doğma admız nədir.? Nə üçün aşkarlamırsınız. Niyə susursunuz. Siz də bilirsiniz ki, Azərbaycanlı sözü milləti göstərmir o yerin adıdır. Bu ad bu xalq üçün təhqirdir. Çünkü qonşu gürcülər deyir sizin adınız köksüz addır. Gürcü aydınları dönə-dönə mənimlə dartışma etmişlər ki, siz farsın, kürdün türkün qarışığından yeni yaranan xalqsınız. Dilinizdə bu xalqın dilinin qarışığından yaranmadır. Siz qədim millət olsa idiniz, başqa Qafqaz
xalqı kimi əlifbanız olardı. Farsların bu torpağa verdiyi adı özünüzə millət adı götürübsünüz.
       Bəlkə ona görə də farsın Kəsrəviçi ideoloqları azəbaycanlıları farsdan dönmə hesab edirlər. Bu fürsəti onlara siz tarixçilər və dilçilər verirsiniz. Gürcülər oğruya da, bizə də Tatar deyirlər. Biz də bu yaramaz sözü eşidə-eşidə susuruq. Çünkü admızdır. Tarixçi, dilçi alimlərmizdən doğru-düzgün cavab istəyirəm. Deyin görək biz kimik?         
                                                                                                      İsa Mehdioğlu