30 Kasım 2016 Çarşamba

QURANDAKI ZÜLQƏRNEYN, OĞUZ XANDIR






















            Ön söz 
İlki bilinməyən, sonu görünməyən  tarixin boranlı-qarlı, daşlı-kəsəkli səhnəsində Azərbaycan türkləri bir çox haqsızlıqlarla üzləşmişlər. Onlardan biri də dilmizə qarşı edilən haqsızlıqlardır.  Yeni yaradılmış gənc Azərbaycan Xalq Cümhuriyyətinə 1920 ildə Rus imperiyasının basqısından (işğalından) sonra, Azərbaycan Cümhuriyyəti Rus imperiyasının birləşimnə (tərkibinə) qatıldı. Qafqaz türklərilə, Anadolu türklərinin birliyini pozmaq istəyi ilə 1923-cü ildə  Lenin Qafqaz türklərinin dillərində dəyşiriklərin aparılması haqqında göstriş vermişdi. Azərbaycan türklərinin dilində geniş işlənən azərbaycan sözləri, ərəb-fars sözlərilə dəyşdirildi. Sonralar bu siyasəti Stalin yaşatdı. Dilçilərmiz dilimizi ərəb, fars sözlərilə elə doldurdular ki, tamam yeni azərbaycan dili yarandı. Beləliklə də ədəbiyata gələn ərəb fars sözləri (xüsusilə fars sözləri) danışıq dilimizdə olan doğma sözlərimizi, dilmizdən çıxardaraq yavaş-yavaş el danışığından da çıxardıb unutdurdu. Yerinə ərəb-fars sözləri işləndi. Bu gerçəkdir, həmin oyunun canlı tanıkıyam (şahidiyəm.) 
Doğrudur elə bir dil olmaz ki, onda gəlmə-yad sözlər olmasın, bu toplumun (cəmiyyətin) gəlişmə (inkişaf) qanunudur. Ama bu gəlmə sözlər o dönəmlərdə olur ki, ona ehtiyac yaranır, hər hansı bir yeni texnoloqiya və ya yeni siyasətlə  istər-istəməz o zöz, danışığa girir. Belə halda söz ehtiyatı daha da bollanır (zənginləşir). Eyni zamanda toplumun gəlişməsi ilə topluma lazım olmayan, işlənməyən sözlər yavaş-yavaş unudulur, danışıqdan çıxarılar. Bu da doğanın (Təbiətin) qanunudur, belə də olmalıdır. Ama min illərlə işlətdiyin sözlərə ehdiyac olduğu halda onu atıb, yerinə həmin anlamda olan yad sözləri danışığa gətirmək dədələrmizin irahını (ruhunu) incitməkdir, onların irahlarına söyüncdür.
25 ildən artıqdır bağımsızlığımızı (müstəqilliyimizi) əldə etməyimizə baxmayaraq, dilçilərimiz hələ də Rus siyasətini yaşadırlar. Fars siyasətinin dəyirmanına su tökürlər. Elə il olmur ki, yeni-yeni yad sözlər danışığmıza, dilmizə gəlməsin. Bu gün ərəb-Fars sözləri irahmıza (ruhumuza) elə hopubdur ki, yad söz olduğuna heç cür inana bilmirik. Ama Kəsrəviçilər siz mənim dilimdə danışırsınız deyəndə cavab tapa bilmirik deyə, susmağa üstynlük veririk. Son zamanlar  Avropa dilləri də üstəlik gətirilir.
 Dəyərli oxucular bu gün unudulmaqda olan, sizə tanış olmayan Azərbaycan sözlərini oxuduqda onlara xor baxmayın, qulağınız alışdıqdan sonra sizə xoş gələcəkdir. Çünkü onlar sizə doğmadır. Dədələrinizin sözləridir. Bu kitabçada mənim yadımda qalan doğma sözlərmizi yeri gəldikcə yazıya salmışam.  Unudulmuş sözmüzü anlamadıqda çaşmayasınız deyə, işlətdiyimiz yad (əcnəbi) sözləri mötərzə içərisində vermişəm.
Unutmayın ki, doğma dilin itməsi ulusun (millətin) itməsi deməkdir. Özümüzə qayıtmağın vaxtı çoxdan gəlibdir, ama biz hələ də özgələrin ətəyindən tutmağı unuda bilmirik. Yaxın aydınlarım məni danlayırlar ki, ərəb-fars sözləri olmayanda sözbitiyi (cümlə) sadələşir. Onu bildirim ki, türk dilli xalqlar arasında Azərbaycan dili ən varlı dildir. Təki yeri-yerində işlədə bilək. Sonu da mən razıyam sözbitiyim (cümləm) sadə olsun, ama öz sözlərim olsun.                                                             *****************    
Rusvayçı (bədnam) ermənilərin utanmazlıqlarından irahlanan (ruhlanan) gürcülər 1989-90-ci illərdə “Gürcüstan gürcülər üçündürşuarı altında Türk (Azərbaycanlı) kəndlərinə dövlət düzeyində (səviyyəsində) gürcülərin basqınları oldu. Hətda xeyli adamlarımızı da öldürdülər. Gürcü millətçiləri  bizə A.M.E.A-sının ensiklopediyasından çıxardılan yazını göstərərək,” Budur siz XVII- əsrdə kütləvi surətdə bizim torpağa gəlibsiniz . Nə ki, yaşadınız bəsdir. İndi öz yurdunuza qayıdın” deyirdilər. Həmin vərəqdən götürüb A.M.E.A.-nın Tarix İnstutuna gəldim. İnstitutun direktoruna olayları danışdım. Ensiklopediyanı gətirdik. Doğrudan da Borçalı başlığı altında yazılmışdı “ Borçalıya Azərbaycanlılar XVII-ci əsrdə kütləvi surətdə köçürülmüşlər”. Gördük Gürcülər düz deyirmişlər. Borçalı türklərinin belinə daşı qoyan elə bizim tarixçi Akademiklərimiz olmuşlar. Mən öz narazılığımı bildirdim. Direktor dedi ki, gürcülərlə danışarıq, yazışarıq bəlkə XII-əsr elətdirdik. Mən yenə razılaşmadım ki, biz eradan öncədən o yurdların yerli xalqıyıq. Borçalının hər yeri bizim dədələrmizin qədim anıtları (abidələri) ilə  doludur. Siz  gürcülərlə birlikdə ekspedisiya yaradın. Bilim tutamaları (Elmi dəlillər) ilə bizim yerli ya gəlmə olmağımızı onlara da bizə də düzünü bildirin. O zaman biz də başımıza bir çarə taparıq dedim. Bu dönəmdə İnstitutun başqa bir bilim işcisi, “ XII -əsrdən öncə Borçalıda türklər olmayıblar, yaşamamışlar”dedi. Sizin yerlərdəki anıtların türklərlə heç bir  ilişgisi yoxdur” dedi. Bunların bu sözləri məni çox ağrıtdı və düşündüm ki, bunlar bu sözlərilə bizə, oralar sizin deyil, çıxın deyirlər siz də çıxın demək istəyirlər. Üzümü onlara tutub, “axı mən uşaqlığımda babalarmızın dediklərini eşitmişəm. Onlar deyirdilər ki, keçmişdə buralar ulu dədəmiz Oğuz Xanın  (Zülqədərin) yurdu torpağı olubdur. Elə onun vaxtından da biz orada yaşayırıq. O haqda bizim dastanımız da var. Oğuz xanın gömütnün (qəbrinin) də Borçalıda olduğunu deyirlər”. Tarixçi araşdırıcı Ağasoğlu Pompeyin Borçalıda olduöunu, Borçalıda türklərin yaşadığını deyir dedim. Gördüm sözüm Akademiklərə lağlağı gəldi. Üzülmüş halda çıxdım.
O gündən alimlərin dediklərilə razılaşan zaman,”Oğuz xan” dastanı gözüm önünə gəlir və məni  razılaşmağa qoymur. Eyni dönəmdə də Gürcülərin kilsələrdəki xacları dəyişmələrinin şahidi olmuşam. Aşkar edilən ulu gömütlərdəki (qəbrlərdəki) skeletlərin büküşlü halda yatdıqlarını görmüşəm. O gündən də Borçalı türklərinin keçmişi ilə maraqlanmağa başladım.
Gürcüstan respublikasının Borçalı bölgəsində 100-dən çox tarixi anıt (abidə) var. Azı 5 hektarlıq alanı (sahəni) tutan şəhər xarabalıqları var. Saysız-hesabsız qoç heykəlli gömüt (qəbir) daşlarını və qolu bir-birinə çarpazlaşmış sinə daşlarını görmüşəm. Gürcü yazısı olmayan İki çeşitli yazı kitabələri var. Bu gün də Qaramanlı, Bolus, Kapanaklı, Sakındur (Sakadur) şəhərlərinin kalafalıqları, Oğuz gömütlükləri (qəbristanlıqları)  hələ də adlarını qoruyub saxlayırlar. Bütün Borçalı torpağında  olan toponimlərin hamısı qədim türk adlıdır. Bu qədər canlı şahidlərin olması məni həmişə üzmüş və düşündürmüşdür.
1992 ildə Fars tarixcisi S. Bəlağinin “Quran qissələri” əsərini oxudum. Əsəri oxuyanda uşaqlığımda  babamdan eşitdiyim Oğuz dastanı yadıma düşdü. Cünkü Bəlaği dastanda olan olayları olduğu kimi əsərində bir daha təkrarlayaraq, Qurandakı Zülqərneynin Fars şahı Kureş olduğunu deyir. Qurandakı ayələri Küreşin yürüşlərilə ilişgiləndirir. İranda tapılan yiyəsi bilinməyən buynyzlu heykəli Kureşin adına yazır. Kureşin Zülqərneyn olmasını elə ustalıqla təstiqləyir ki, inanmamaq olmur.
Uşaqlığımda eşitdiyim Oğuz-Zülqədər dastanı bütün səhnələri ilə gözüm önündə canlandı. Dastanda deyilən, Oğuz xan gedən ölkələrdə bu gün fars dilli xalqın yox, türk dilli xalqın olmasını, Oğuzun getdiyi yerlərə türk adlarının verilməsini gözüm önünə gətirəndə, Kureşin Zülqərneyn olmasına məndə kuşku (şübhə) yarandı. Özüm-özümə Qurandakı Zülqərneyn Kureş yox  Oğuz xaqandır dedim.  Həmin ili 1992-ci ildə “Hürriyət” qəzetinə “Qurandakı Zülqərneyn kimdir” başlığı altında Oğuz dastanının Borçalı çeşitinin qısa özütünü (xülasəsini) verdim və tarixci alimlərdən də bu dastanı araşdırmalarını dilədim.
1994-cü ildə F. Rəşidəddinin “Oğuznamə”sini oxudum. Burada da Oğuz-Zülqədər dastanında olan olayların  hamısının olduğunu gördüm. Ama burada olaylar eşitdiyimin tərsinə verilmişdir. Dastandakı ardıcıllıq pozulmuşdu. Borçalı çeşitində  Oğuz xan batıdan doğuya gedir, yollarda çoxlu yabancı (vəhşi) sözbilməzlərə söz, geyim və uyğarlıq (mədəniyyət) öyrədir. Heç bir dövlətə rast gəlmədən davasız, qırğınsız Çinədək (qədər) yol gedir. Qoca vaxtı qaranlıq dünyaya yolçuluq edir, deyilir. Oğuznamədə isə Oğuz doğudan batıya yürüş edir. Yüksək uyğarlı (mədəniyyətli)  dövlətlərlə vuruşur. Gənc yaşlarında qaranlıq dünyaya gedir. Oğuznaməni oxuduqdan sonra eşitdiyim Oğuz dastanına bir az kuşqu (şübhə) ilə baxmağa başladım. Məndə iki ya üç Oğuz xan qılığı (obrazı) yarandı. Biri babamdan eşitdiyim lap qədimlərdə adamların yabançı ( vəhşi) dönəmlərində ilk dövlət yaradan Oğuz Xan, Başqası isə sonralar doğudan gələn və“Oğuznamədə olduğu kimi, qonşu dövlətlərlə müharibə edən VII-əsrdə yaşayan  Oğuz Xanı idi.
2013-cü ildə  Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına əlyazmalar İnstitutunun  çap etdiyi  “Dini və tarixi Mənbələrdə Zülqərneynin şəxsiyyəti” adlı dissertasiyasının  Avtoreferatını oxudum və özümü çaşırdım. Disertant  Avtoreferatın  7-ci səhifəsində yazır: “Zülqərneyn haqqında olan xəbərlər qeyb xəbərlərinə aiddir”. O, 24-cü səhifədə  maraqlı açıqlama verir. “Teoloji araşdırmalar nəticəsində Zülqərneyn barədə Quranda bəhs edilən səyahətlərin bizim planetdə deyil, digər səyyarələrdə baş verdiyi fərziyyəsinə üstünlük verilmişdir” deyir. Yazıdan belə qanılır ki, yazar Zülqərneynin qeyb aləmindən olmasına qəti inanır və elə də qəbul edir. 
Son zamanlar Türkiyənin İnternet və televiziya kanallarında tarixi əsərlərdə Zülqərneyindən çox danışılır. Azərbaycan alimləri kimi, onlar da  Zülqərneyni göy planetinin varlığı hesab edirlər. Türkiyəli Mehmed Ali Bulud və İsgəndər Tülə  Zülqərneynin göy planetinin adamı olduğunu deyirlər . Yad planetdə  Zülqərneynin hökmüran olduğunu, ordusunun olduğunu, qövmlər ilə görüşdüyünü, göydə Yəcuc, Məcucilərin qabaqlarına qaz buludlarından səd çəkdiyini danışırlar. Zülqərneynin həm keçmişin həm də gələcəyin göy adamı olduğunu, sədd dağılıb Yəcuc- Məcuc gələndəonun da gələsi olduğunu deyirlər.  Ərəblər də “Zülqərneynin qədimlərdə yəmən ölkəsinin patişahı oluduğunu” deyirlər.
 Bir çox ərəb və türk tarixçiləri Zülqərneynin Ərəb olduğunu deyirlər. Ən azı 6 min il tarixi olan ilk türk xaqanlığını quran türkün 2-ci peyğəmbəri olan Oğuzu (Zülqərneyni) ərəbləşdirməklə türk xalqının ən qədim inamını da ərəbləşdirmək istəyi bunlarda niyə haradan yararlanır bu giz mənə aydın deyil.
Akademiyanın folklor institutna məktub göndərib bildirdim ki, Araşdırmanız yanlışdır. Zülqərneyn şəxsiyyətdir. Doğru adı Oğuzdur, Hazırda qəbri Borçalıda ziyarətdır dedim. Oğuz dastanının Borçalı çeşidnin  də qıca özətini (xülasəsini) göndərdim.
Tarixçi F. Ağasoğlunun  “Qədim Türk eli” və T.Azərtürkün “Mixi yazılı azəri türk dilinin qrqmmatikası” kitablarını oxudum. Bu kitablar mənim Borçalı ilə marağımı daha da artırdı, məni ürəkləndirdi, bu yolda çalışmaq üçün mənə ipucu verdi. Ağasoğlu yazır: Qədim Saka türkləri E.Ö. 8-ci minilliklərdə Araz çayı ətrafından qalxıb, Qafqazdan keçməklə Azov dənizi ətrafında yurd salmışlar. Azov ətrafında çoxalandan sonra da, geri köhnə yurtlarına  qayıtmışlar. T. Azərtürkdə Sümerlərin türk olduqlarını, Önasya türkləri sümerlərin qalıqları olduğunu yazır. Azərtürk   kitabında 400-ə qədər Sümer sözlərini göstərir. O sözləri özəlliklə (diqqətlə) oxuyanda gördüm ki, sözlərin 80%- bu gün Borçalının Kəpənəkçi kəndində işlək haldadır. Qədim Sümerlərin dillərinin Borçalı kəndlərində belə geniş yayılaraq, bu günə qədər gəlməsi, məndə inam yaratdı ki, Araz-Azov arasında gediş- gəliş yolu olan Borçalıda qalan Sakalar,kapanaklar ən azı 6-7 min ildir ki, Borçalı xalqının ulu dədələridir deyim. Çox yazıqlar olsun ki, bizim bilim adamları, dillərdə olan bu qədər yaxınlığı görmürlər. Hər halda Sakaların Azov ətrafına- Krıma gediş-gəliş yollarının üstündə olan Borçalılarla, xüsusilə Kəpənəkçilərlə, Sümerlər-Sakalar-kapanaklar arasında keçmiş dönəmlərdə (zamanlarda) hər-hansı bir yaxınlığın  olması danılmazdır. Alimlərmizin  bu yaxınlığı, uyğarlığı yoxlamalarına ehdiyac var. Ama nə Türkiyə, nə Azərbaycan alimləri bu 100 illiyin  dönəmində bir kərə də olsun Borçalı türklərinin yazğıları (taleləri) haqqında maraqlanmamışlar.  Bu yiyəsizlik bu gün də yaşamadadır. Hələ tarixdə bir kərə də olsun, Gürcüstan-Azərbaycan-Türkiyə arxeoloqlarının birliyində arxeoloji ekspdisiya yaradılıb Borçalı xalqının doğru, düzgün dəyəri verilməmişdir. Türk kökənli aydınlarımız unutmasınlar ki, Borçalıya ögöy baxmaq gələcəkdə Borçalının yoxluğu deməkdir. Borçalını itirməklə türk dünyasının ən gözəl bucağını itirirlər.
Bu günədək heç bir folklorçunun və tarixçinin yada salmadığı Oğuz xan (Zülqədər) xalq dastanında adı çəkilən Oğuz xana ( Zülqədərə) əminliklə deyə bilərəm ki, Quranda adı çəkilən Zülqərneyndir. Zülqərneynlə bağlı Quranda göstərilən olaylar ən azı 4-5 min ildir ki, olduğu kimi türk xalqının  yaddaşında yaşamaqdadır. Ən azı 7-8 yüz ildir ki, “Oğuznamə” lərdə yazılı halda dillərdə dastandır. Ama  bu olayları incələyib bilim yolu ilə Zülqərneynə  yiyə çıxan oğul tapılmır. Quranı araşdıran elm adamları da ya Makedoniyalı İsgəndərin yaxasından tuturlar. Ya da, Zülqərneyni başqa planet adamı hesab edərək üstündən xət çəkirlər. Bu özgəlilik məni Zülqərneynin kimliyi ilə yaxından ilgilənməyimi (maraqlanmağımı) daha da artırdı. Elə bu ilginin (maraqın) sonu da bu kitabcanın yazılmasına ilişgi (səbəb) oldu.  Əyər bilim adamlarımız bu dastanı araşdırıb, türk xalqının xüsusilə Azərbaycan türklərinin tarixlərinin üstünə  yığılmış tozu təmizləyə bilsələr bir çox minilliklərin gizli sirri üzə çıxar.
                                       Giriş.
Evrənin (kainatın) yarandığı ulu dönəmlərdən bəri, adamlar bu dünyanı dərk etməyə çalışmışlar. Onun dünyaya olan ilişgisi (münasibəti) və özünün harada, necə yetginliyi, kimliyi həmişə onu düşündürmüşdür. Bu gün bir giz (sirr) kimi bütün dünya aydınlarını, bilik adamlarını düşündürən bir çox konular  hələ də çözülməyərək qalmaqdadır. Adamoğlu həmişə  evrənin (kainatın), doğanın (təbiətin) və toplumun (cəmiyyətin) ilişgisinə (əlaqəsində)  qatılma (iştirak etmə) yollarını aydınlaşdırmağa çalışır. Adamlıqla ilgili dünyagörüşlər bir-birini əvəz etdikcə, yeniləşdikcə, adamın düşüncəsi də həmişə yeniliklər yolu keçir və dəyişirilir. Belə bir sorğu adamın  ağlını həmişə özünə bağlamışdır ki, “mən kiməm, niyə nə üçün yaranmışam, varlığımın nədəni (səbəbi) və dərinbiliyi (hikməti) nədədir? Bu  tansıklı (möcüzəli) evrənin yiyəsi varmı, varsa, o kimdir, nəçidir, necədir və haradadır?” Bütün bu sorğuları ilə adamın yaddaşı, ən qədimlərdən bəri bu dünyanı axtarışlar, araşdırmalar xırmanına (meydanına) çevirmişdir. Bu sonu görünməyən sorğuların kökünü, bu ucu-bucağı görünməyən dünyada gerçəkliyi (həqiqəti) axtarmaqdır və  bu gün də axtarılır.
1960 illər idi Borçalının Bolus dərəsində Çataq bölgəsinin Almabağında gürcülər arxeoloji qazıntılar aparırdılar. Bir gömüt (qəbir tapılmışdı qəbri açanda skeletin büküşlü yatdığını gördüm. Güldüm ekspedisiyanın rəhbəri mənə tərs-tərs baxıb acıqlı bir əda ilə niyə gülürsən dedi. Skeletin duruşuna bax gör necə yatır, bu türk gömütüdür dedim. Söz ağzımdan çıxan kimi üzünü yanındakı gürcülərə tutub, söyünclə onlara yad adamları niyə buraxırsınız deyib məni oradan uzaqlaşdırmalarını əmr elədi. Heç hay-küy salma gedirəm deyib, oradan uzaqlaşdım.
Bolus (Bolnisi) rayonun Kəpənəkçi kəndinin şərqində "Sarı kilsə" adlı yarısı uçmuş kilsədə 1986-87-ci illərdə Gürcüstan arxeoloji ekspedisiyası kəşfiyyat işləri aparan zaman iki-üç metr dərinlikdə III- IV əsrə aid edilən gənc oğlan qəbri tapılmışdır. Sinə daşında qədim türk dilində yazı aşkar edilmişdir. Yazıda deyilir "Kapanakçı xaqanın oğlu gənc (prins), kapanak çayında boğulub öldü". Həmin daş iki il Tiflis tarix muzeyində saxlanıldı, iki ildən sonra muzeydən götürüldü. (Ekspediyada iştirak etmiş, “Sovet gürcüstsnı “qəzetinin müxbiri Ocaqov isaxanın dedikləri)
2016 ilin Avqustayında  Televiziya dalğası ilə “Biz kimik, doğru adımız nədir?” sorğusu ilə üç uzman bilim adamının (alimin) görüşü keçirildi. Üçü də ayrılıqda özünə bir ad qoydular. Biri Azərbaycanlı oldu, biri türk oldu. Biri də Azəri oldu. İki saatlıq söhbətdən Sonra alimlərin hərəsinin ağızını bir yana tutduqlarını görən aparıcı bir az ürəklənərək, sizi bilmirəm mən türk ulusuyam (millətiyəm) Azəbaycan dövlətinin vətəndaşıyam deyərək verlişi bitirdi. Bu söhbətə mən də qarışaraq deyirəm ki, 1936 –cı ilədək doğulanların doğum kağızına (şəhadətnaməsinə) Türk milləti yazılırdı. İstər türk, istərsə də türk sözünə nə artırsan  (türkaz, Aztürk və s.) hamısı yaraşar və özünü doğruldar. Yalnız Azərbaycanlı sözündən başqa, cünkü Azəbaycanlı millətin göstəricisi yox, torpağın göstəricisidir. Istənilən millət azərbicanlı ola bilər.    
                                 Türkün tarixi haqqında qısa arayış.
Türk tarixindən danışan Avropa, Rusiya və Türk dünyasının tanınmış tarixçi, dilçi, dinçi. araşdırıcı bilim adamlarının (alimlərinin) hamısı  türkün tarixindən, dilindən, dinindən danışanda həmişə ilk başlanğıc kimi doğu türküstandan danışırlar. Türklərin Çin, Monqol sınırlarından gəldiklədini deyirlər. Hətda Sümerlərin də doğu Asyadan gəlmə bir xalq olduqlarını kəsinləmək üçün çabalıq (canfəşanlıq) edən bilim adamları (alimlər) çoxdur. Əlbətdə 10 min illiyə ilişgi (aid) edilən yüksək uyğarlığı (mədəniyəti) və gömütü olan xalq öz ululuğunu uyğarğı və gömütü ilə kəsinləyir. (təsdiqləyir). Elə də 4-5 min il tarixi olan yüksək Altay uyğarlığından   (mədəniyyətindən) qürurla danışmağa haqları var.
Ancaq Qafqaz, Önasya türklərindən söz düşəndə onların gəlişmələrini tam kəsinliklə (bir mənalı olaraq) VII-Y.İ.-yə ilişgiləyirlər (aid edirlər). Qafqaz və Önasya türklərinin qədimliliyini, yerli xalq olmalarını  heç cür qəbul etmək istəmirlər. Bu kısqanclığın ilgisi nədir, onu bilə-bilə bizim bilim adamlarmızın (alimlərmizin) Rus Avropa alimlərinin yedəklərincə getmələri, öz köklərindən uzaqlaşmaları adamda şaşqınlıq (təəccüb) doğurur.
Alimlərimiz hələ də düşünürlər ki, Qafqaz türkləri VII əsrlərdə doğudun gələn xalqdır. Çox yazıqlar olsun ki, bizim alimlərimiz, gözlərini uzaq döğudan, Çin sınırlarından çəkib, Qafqaza, önasiyaya yönəldmək istəmirlər.  
N. Cəfərov Türklərin təşəkkülünün Altaydan başlandığını yazır. “ Qədim türklərin vətəni ilk orta əsrlərdən bəri Türküstan kimi tanınan geniş çöllərdir. Türk sözü ilk dəfə göytürk dövlətinin adında rast gəlinir.” deyir. (Nizami Cəfərov “Qədim türk ədəbiyyatı Bakı  2004). İstər türkiyədə istərsə Azərbaycanda bu düşüncədə olan bilim adamlarımız lap çoxdur.
İnternetin İslam başlıqlı saitində yazırlar ki, “Tarixçilər Zərdüştün türk (azərbaycanlı)  olduğunu və bilavasitə Novruz bayramnın türk bayramı olduğunu isbat etməyə çalışmaqdadılar. Hal bu ki, bu cür ideyalar tarixin vaqiyələri ilə üst-üstə düşməməkdədir. Çünkü Zərdüşt miladdan əvvəl 6-cı əsrdə yaşamış, Asyadan gələn türk boyları isə yüz illər ondan sonra indiki Azərbaycan ərazisinə yerləşmişlər”. Cox hayıflar olsun ki. hələ də bu cür düşünən farsların dəyirmanına su daşıyan azərbaycanlı aydınlarımız var.
 Bu cür zənnlər (fərziə)  Rusların və Farsların yanlış və qərəzli zənləridir. Görünür hələ də onların təsir çəmbərindən çıxa bilməyən alimlərimiz və aydınlarımız çoxdur. Bu zənn (fərziyyə) çoxdan köhnəlmiş dünyagörüşüdür. Bu gün Türklərin  tamamilə yeni tarixləri, dini ideoloqiyaları və yeni dünyagörüşləri formalaşır. Bu ynlış dünyagörüşlü soydaşlarıma F.Ağasıoğlunun “Qədim türk eli” və T.Azərtürkün “Mixi yazılı Azəri türk dilinin qrammatikası” kitablarını oxusunlar deyirəm.
 Qafqaz və önasya türkləri qarşılarına güzgü qoyub özlərinə diqqətlə baxsınlar. O zaman doğu türkləri ilə batə türklərinin tamamilə başqa antrapoloji tip olduqlarını görəcəklər. Mən onu qəti deyə bilərəm ki, Qazağın, Özbəyin, Tatarın, Uyğurun,  Akasların, Qaqauzların, Monqolların Azərbaycan və Anadolu türklərinin görkəmlərinə baxdıqda, çox aydın bilmək olur ki, onların antopoloji genezlərində eyni bir soyçəkimə, irqə ilişik olmaları heç cür mümkün deyil. Türk xalqı ən azı 3-4  soyçəkiminin (genetik köklərin) irqlərin birləşməsindən yaranmışdır. Bəəzi tarixçilərin dedikləri kimi bəlkə, güc anlamını verən türk sözü xalqın birləşmiş toplumuna verilən addır.  Bu türklərin hansı uludur, hansı gənc,   onu arxeoloqlar və tarixçilər hələ də axtarırlar.
Palentropoloqlar, antropoloqlar bu düşüncəni inamla yadsılayırlar. (inkar edirlər). “Arxeoloji araşdırmaların sonuclarına görə əsgi türklərin və türk xalqlarının antropolojik yapısı artıq çözülmüşdür, tartışlanmışdır. Beləcə əsgi türklərin tam moğol tipli olmadıqları və önəmli dərəcədə Avropa tipinin karışımından oluşduqları isbatlanmışdır”. ( Türk araşdırmaları dərgisi.”Çağdaş türk ləhcələri və ədəbiyyatları. İnter.)
R.N.Bezertinov yazır: ”Tanrıçılığın yaranma qaynağı heç bir mənbələrdən bilinmədiyi üçün, o dünyanın ən qədim inancıdır. Sümerdən gələn türklər Göy Tanrısını Monqollara vermişlər. Onlardan da şimal yolu ilə Avropaya qədər yayıldı”.  (Vikipediya. Tenqriyanstvo).
Bezertinovun Sümerdən gələn göy tanrısını Monqollara vermişlər” deməsi heçdə rastgələ deyilməmişdir görünür Bezertinov qədim Oğuz xan dastanından xəbərdardır. Oğuzun Sümer sınırından qalxıb, Monqolustan sınırınadək getməsini o bilirmiş.
Şumeşunas E. Əlibəyzadə yazır: “Akkatlarla müharibədə (savaşda İ.M.) Şumerlərin məğlubiyyətindən (yenilmələrindən İ.M.) sonra görünür Şumerlərin tarixi yeni səmtə yön almışdır. Onlar yenidən bir neçə min il sonra doğma “ulu baba” yurtlarına çəkilmiş, öz əcdadlarının (ata-babalarının İ.M.) torpaqlarına qayıtmışlar (E. Əlizadə “Ulu dil, Şumerlər vikiped)  Ünlü tarixçi bilim adamı  F. Ağasıoğlunun cızdığı gediş-gəliş yol xəritəsinə görə, türklərin Araz çayı  üzərindən Qarabağ, Borçalı, Qara dəniz ətrafı yollarla eradan 8 min il öncələrdə Azov dənizinin kənarlarına get-gəl eləmələri, Borçalı türklərinin hansı dönəmlərdən Borçalıda yaşamaqlarından xəbər verir. Eyni zamanda mənim uşaqlığımda eşitdiyim, dinləyib yaddaşıma köçürdüyüm, ən ulu xalq dastanı olan Oğuz-Zülqədər dastanının doğruluğunu, Tarixçi   Ağasoğlunun  düzəltdiyi batı-doğu, doğu-batı xəritəsi hələ e. ö. 7-6 minilliklərdə Oğuz xanın getdiyi yolları bir daha  uyğuladı-kəsinlədi (təstiqlədi). E. Əlizadənin, Ağasoğlunun, Azərtürkün araşdırmalarından çıxardılan sonuca ürəklənərək deyə bilərəm ki, Borçalı xalqının bir parası xüsusilə Kəpənəkcilər Sümerlərin soylarından qalma xalqdılar.  Oxucuları inandırmaq üçün,  Oğuz-Zülqədər xalq dastanının qısa özütünü oxucularln dartışmalarına (müzakirələrinə) verirəm.                                      
                                              Oğuz xan–Zülqədər dastanı.    
Genelliklə (ümumiyyətlə) hər bir nağılın, əfsanənin,mifin və dastanın içərisində hər hansı bir doğru dənəciklər (zərrəciklər) oturur və bu dənəciklərin yan-yörələrinə düşüncənin, təfəkkürün yaratdığı bir çox yalan olaylar düzülür. Bununla da nağıl, əfsanə, dastan və mif yaranır. Bu çoxlu yalanlar içərisindən doğru dənəni tapmaq və onun kökündə (əsasında) fikir yürütmək çox çətindir. Mənim söz açdığım “Oğuz xan-Zülqədər” dastanı da bu cür yalanlarla dolu, 5-6 min illərdən artıqdır ki, yol gələn bir olmuş, doğru və dəyərli olayın dənəsidir (zərrəsidir). Unudulmuş bu dənənin üzərindəki tozu təmizləməyə çalışacam. Əgər təmizləyə bilsəm o tozlar arasından türkün qazancına olan, keçmişin gerçəkliklərini göstərən ışığın gəlməsinə arxayınam.   
Bu qocaman Oğuz xan dastanını Türk xalqının ən ulu dastanı saymaq olar. Çünkü burada söz, yabançı adamlardan gedir. Dil bilməz, tanrı tanımaz adamların gəlişmələrindən danışılır. Qafqaz türkləri arasında Oğuz xan dastanının Borçalı çeşitnin (varyantının) qısaca özütünü (xülasəsini) yada salaq. Borçalıda bu günədək  yaşayan Oğuz- Zülqədər dastanında deyilir:
 Hun xanlarının xaqanı Qara xanın arvadı bir oğlan doğdu. Oğlan, ağ  üzlü, göy gözlü, at ağzlı, qara qaşlı, qara saçlı, gen kürəkli  bir oğlan idi. Oğlan bir gündə bir aylıq boy atırdı. Odur ki, doğulan kimi anasının südü ona  azlıq elədi. O yemək yedi, içmək içdi. Doğumundan 40 gün sonra dil açdı danışdı. Oğuz xan bir yaşında “mənə at verin minim” dedi.  Atası ona ad vermədi oğul deyə çağırdı. Ölkənin ən ağıllı adamını ona Lələ (tərbiyəçi) tutdu. O böyüdü, Kürəyi öküz kürəyi kimi enli oldu. Tay-tuşları onun qolunu əyə bilmədilər. Ormanda oymağın, el-obanın,  malını-atını yeyən qanadlı qurd yaşayırdı. Puskuda durub onu öldürdü, Eldə ad-san qazandı. iyidlər arasında sayılıb- seçilən bir iyid oldu. Qara xan eli yığdı oğluma ad qoyun dedi. El də hamılıqla bir ağızdan onun  adını güc ünü olan  Oğyz (öküz) qoydular.
Bir gün Oğuz yuxusunda bir tuş (yuxu) gördü. O gördü ki, bir yelqanat atla yol gedir. Qarşısına iki başlı bir Aslan çıxdı, buna sarı yürüdü. Onun atı Aslanı tapdaladı, əzib üstündən keçdi.  Oğuz aslanın başını kəsdi. Qarşısına ucu  görünməz dəniz çıxdı. Oğuz üzünü gündoğana çevirdi, yol boyu çoxlu Bəbirlər düzülüb Oğuza baş əyirdilər. Qarşısına yenə dəniz çıxdı. Sonra üzünü güneyə çevirdi. Qarşısına bir öküz çıxdı. Atı öküzün başını üzdü, qopartdı, Öküzün başı tac oldu. At tacı Oğuzun başına qoydu. Yenə qarşısına dəniz çıxdı. Oğuz üzünü quzeyə tutub dağa çıxmağa başladı. Dağdan bir qara Qarğa enib, Oğuzun tacını vurub yerə saldı. Tac dığırlanıb, dağın ətəyində parça-parça oldu. Dan (səhər) açıldı Oğuz Tuşunu hər şeyi bilən Lələsinə danışdı. Lələsi, “bu dünya dənizin üzərində böyük bir parçadır. Sən dənizlərədək dünyanın hər yanını tutan bir xaqan olacaqsan, qocalanda bütün adamların başına gələn üzüntü sənin də başına gələcək” deyib duşu yozdu.
 Oğuzun atası Qara xan qocalmışdı. Bütün xanları çağırıb Qurultay topladı. Oğlunun yetginləşib, xaqanlığa layiq olduğunu dedi və Xaqanlığı oğluna verdi. Qardaşı Or xanı da Hun alplarına başbuğ qoydu. Ömrü boyu yenilməyən Or xan Oğuz xana güvənikli (etibarlı) bir başbuğ (sərkərdə) oldu O gündən Oğuz xan xaqanlığı yönəltməyə başladı.
 Oğuz xan bir gün hunlarını götürüb ova çıxdı. Ovda yağış yağmağa başladı. Şimşək çaxdı, Ormanlığa ildırım düşdü. Oğuz xan ildırım düşən yerdə bir qızın oturduğunu gördü. O, hunlarına “Tanrım mənim ovumu göndərdi” dedi. Qızı götürüb evnə gətirdi. Adını Ülkər qoydu. Onunla evləndi. Başına 40 dənə qarabaş yığdı. Bir gün yenə Oğuz xan hunları ilə gündoğan ormanlığına yön alıb ova getdi. Ovda bir maralı qova-qova bir çəmənliyə apardı, Maral  qalın hündür otlar arasından çıxa  bilmədi. Xan kəmənd atıb ovu diri tutdu. Hunlarına burada dincəlmək göstərişini verdi. Xan çəmənlikdə dincələn sürədə, ormanın gözəlliyi, yaylaları, sərin bulaqları xoşuna gəldi. O, hunları ilə gənəşiklik  elədi. Burada bir kənt (şəhər) salmağı qərarlaşdırdı. Kəntin tikilməsinə göstəriş verdi. Bütün hunların səfərbərliyi oldu.  Kənt tezliklə tikildi. Kəndin adını Həmədan (hamının evi) qoyudu, özünə başkənt elədi. Xanın gənclik  qüruru ona sakitlik vermirdi. Özünü dünyanın xaqanı görürdü. Onda tək xaqanlıq istəyi artdı. Bu istəklə də  hunlarını  toplayıb böyük bir ordu ilə  günbatana yürüş elədi. Rum elini və bir çox  ölkələri yendi, onları öz qulluğu altına aldı. Ölkələri ala-ala getdiyi yolda qarşısına dəniz çıxdı. Axşam oldu xan günəşin gümüş kimi parıldayan bir dənizdə batdəğını gördü. Quru dünyanın burada qurtardığını dedi. Dənizin adını Ağdəniz qoydu. Yanındakı dağın ətəyində dincəldi dağın adına da Ağ dağ dedi. Oradakı xanlarla dosrluq anlşması və öhdəçiliyi bağladı, geri ölkəsinə döndü. Bir sürə dinçəldikdən sonra, üzünü gündoğana tutdu. Dünyanın axırınadək getməyi qərarlaşdırdı. Xan bir sürə yol getdikdən sonra qalın ormanlıqlarda yabançılara (vəhşilərə) dilbilməz çöllü adamlara rast gəldi. Bu adamların onun hunlarına çox oxşadığını görən xan, “bunlar da məndəndir” dedi. Onların adlarını “Türkmən“ qoydu. Onların yanlarında hunlarından xeyli adam qoyub onlara paltar geyindirməyi, dil öyrətməyi tapşırdı. Bir ay yol getdikdən sonra yenə, yabançı qanmaz çöl adamlarına rast gəldilər. Onları bir araya toplamağa göstəriş verdi. Çöllülərə paltar geyindirmək və  dil öyrətmək üçün ordusundan bir takım Hun ayırdı. Özü isə yolçuluğunu (səfərini) davam etdi. Bir sürə getdikdən sonra, yenə də qarşılarına yabançı, çılpaq, dilbilməz,  dağ mağaralarında yaşayan xalqa rast gəldi. Bunların qadınlarını çox, kişilərini az görən Xan onlara Qırxqızlar dedi. Kişilərin az olmalarının kizini (sirrini) soruşdu. Kişilərin “yarımız qalıb yurdumuzu yadlardan qoruyuruq, yarımız yem üçün  ova gedirik” dedilər. Qırxqızlara da , geyinmək, danışmaq öyrətmək üçün Hunlardan alplar ayırıb qoydu . Özü isə yenə yoluna üz tutdu.
Qeyd: yeri gəlmişkən bildirim ki, belə bir yazılı rəvayət də var. Suyan xanın bir qızı olur və  onun 39 qarabaşı olur. Xan qızı ilə birlikdə qarabaşları da evləndirir. Bunlardan törəyən boya  Qırğızlar deyilir. Başqa bir rəvayətdə də Buman xanın 40 qızı olur oğlu olmur. Bu qızların evliliyindən Qırğızlar törəyir. (D.K. T.S.S.s-176) 
 Yolda gözəl çəmənli-çiçəkli, sərin bulaqlı, bol ovlaqlı bir dağa rast gəldilər. Çoxlu ov ovladılar, Ordu burada dincəldi. Günəşin enib dağda batdığını görən xan. Tanrının da bu dağa enib yatdığını düşündü. Bu dağın adını Tanrı dağı qoydu. Dağın çəmənliyində dincəlib yorğunluğunu aldıkdan sonra yenə yol getməyə başladı. Qarşılarına at minən yayoxu ilə silahlanmış, az sözlü qoçaq və bacarıqlı ovçular çıxıdı. Oğuz xan onların başçılırı ilə dil tapıb dost oldular. Oğuz xan bu yabaçılara yaxşılıq elədi onlra yay, ox bağışladı nişançılıq sirlərini öyrətmək üçün yanlarında Hunlar qoyub yola düşdü. Yaxşılıqları görən yabançılar, Oğuz xana qarşılarında Çin ölkəsinin olduğunu və onun güclü ordunun olduğunu deyib, onlara qarışmaqlarlnl istədilər. Xaqan onlara razılıq vermədi. Xan onlara “Uyğur” (Uyğur ulu türk dilində bizə uyanlar, qoşulanlar deməkdir) adını verdi. Xaqan onların da gəlişmələri (əhliləşmələri) üçün Hunlarından alplar qoyudu.
Çin sınırına çatanda nizami ordulu  Çin  xaqanlığının olduğunu görür. Çin Xaqanı Oğuz Xanı sarayına qonaq aparır.  Qonşu xaqanlar kimi dost olurlar. Çin xaqanı  dostluq nişanəsi olaraq, ona qızıl yəhərli at bağışlayır. O da cavab olaraq bir göz qamaşdıran ləl bağəşlayır. Xaqanlar gəzməyə çıxırlar. Oğuz xan kölgəsinin olmadığını görəndə ilgiclənir (maraqlanır) kölgələrinin necə olduğunu soruşur. Çin xaqanı bizim yalnlız səhər və axşam kölgəmiz olur deyir. Bu necə olur deyəndə səbəbini aydınlşdlra bilmir. Lələ söhbətə qarışıb “biz dünyanın ortasında olduğumuz üçün, durduğumuz yerdə günəş düz başımız üstündə durur. Onun üçündə kölgəmiz olmur”deyir. Quranın 18\90-cı ayəsi həmin bu yerə işarə edilərək deyilmişdir.
 Çin xaqanı Oğuz xana “dəyərli xan Lələ çox şeylər bilir icazə ver mənim adamlarımdan öyrətmən götürsün deyir. Xan razılıq verir. Lələ bunların 5 ildən sonra qayıdacaqlarını deyir  xaqan razılaşır. Onlar dənizə gəzməyə çıxırlar. Oğuz  Xan günəşin göy rəngli dənizdən çıxdığını görüb, ona Göy dəniz adını verir və burada dünyanın qurtardığını deyir, Çin  xanı ilə dostluq öhdəçiliyi bağlayır. Aralarında sınırlarını bölüşdürürlər. Xaqan geri hunlarının yanına gəlir. Bir sürə burada qalır. Uyğurlar üçün bir başkənt tikdirir. Uyğurlara başçılıq etmək üçün bir takım Hun alplar ayırıb orada qoyur. O dönəmlərdə ordu illərlə yol gedib gəldikləri üçün onlar yolçuluğa evli çıxarmışlar. Başkəntin  adını Hunqar qoyur. Bir sürə dincəlib, geriyə öz yurduna yola düşür. Qayıdan dönəmdə yarıdan yuxarı başı qarlı bir dağın güllü, cicəkli ətəyində dincəlir. Dağ xoşuna gəlir. Dağın təpəsinə adamlar göndərmək istəyir. Ancaq Lələ razılaşmır. Qışda bu dağa çıxmaq olmaz. Yalnız 6 aydan sonra dağın təpəsinə çıxmaq olar deyir Oğuz xan dağın adını Altay qoyur.   Gedəndə yollarda qoyduğu yabançıların (vəhşilərin) artıq  gəlişdiklərini (əhliləşdiklərini) görüb, bunlar üçün də yeni bir başkənt tikdirir. Adını Sumerkənt (Səmərqənd) qoyur. Sonra da ölkəsinə Həmədana gəlir. Gəlişi şərəfinə böyük qonaqlıq verir. Bütün qonşu xaqanları, xanları qonaq çağırır. Dünyanın hər iki ucunadək getdiyini bildirir. Özünü dünyanin iki ucunun xaqanı elan edir. Başına iki  buynuzlu tac qoyur. O gündən də bütün qonşu xalq ona Zülqərneyn xaqan deyir. Özünün xalqı ona Zülqədər (iki buynuzlu) xaqan dedilər.
 Zülqədər bir az dincəlir və üzünü günəş ortamına tutub yol gedir. O qədər gedir ki, axırda qarşısına ucu-bucağı görünməyən dəniz çıxır. Qızarmış günəşin dənizdə batdığını görən Zülqədər. Burada dünyanın qutardığını deyir və dənizin adını “Qırmızı dəniz” qoyur. 
Zülqədər  xan xaqanlığını daha da genişləndirir böyüdür, xalqı bolluq, varlıq (rifah) içərisində yaşadır. Son halda qocaldığını görüb, ölkəsində olan göybilimçiləri (münəccimləri) çağırır. Göybilimçilərə ölməzlik üçün bir qurtuluş yolu tapmalarını əmr edir. Göybilimçilər bildirirlər ki, dirilik suyu qaranlıq dünyadadır. Onun yolunu heç kim bilmir. Xan bilgin Lələsini çağırır. Dirilik suyunu tapmaq üçün Lələsindən gənəşik alır. Lələ ölümsüzlüyün qarşısının alınmasının olumsuzluğunu deyir. Xan razılaşmır. Getməyi qərara alır. Lələ yolda çətinliklərin olacağını xana bildirir. Ama xan öz fikirindən dönməyərək suyu axtarmağı qərara alır. Bu sürədə xaqan ailəsini götürmür. Ülkərbəyim Tanrıya yalvarır ki, onu yenidən ulduza çevirsin, göydən xanı izləsin. Tanrı onun səsini eşidir. Onu qırx qarabaşları ilə birlikdə ulduza çevirir. Ülkərbəyim göydən xanın yolunu izləyir.  Xan qaranlıq dünyanın yolunda bir yanar dənizə rast gəlir. Xan dənizin suyunun od tutub yandığını görür. Adını “Odlu dəniz” qoyur. Odlu dənizi keçəndə Xan göylərədək ucalan Başı qarlı-buzlu dağa rast gəlir. Dağın adına Qaf deyir. Zülqədər Qaf dağın ətəyində dincələn dönəmdə sevimli atı dağa qaçır. Alplar axtarır tapa bilmirlər. Atı qarlı dağda yaşayan yerli adamlar tutub xana verirlər və deyirlər ki. Bizm dağda yaşayan Pəri qızlarının qoruyucusu Toğrul quşu adlı qanatlı adam var. Bu xeyirxah quş Qaf dağının  Albuz təpəsində (indiki Elbruc zirvəsində İ.M.) oturur. Dağı və onun Pəri qızlarını qoruyur. Onun ilətgənliyi (bələdçiliyi) ilə atınızı tapdıq deyirlər. Xan “Toğrul quşuna dünyanın ən parlaq ləlini bağışlayır. Gələnlər “Bu dağın bütün varı onundur. O heç bir hədiyə götürmür” deyirlər. Oğuz xan “Mənim hədiyəmi götürsün alnına  yapşdırsın, gecə və gündüz bunun işığı onun dağını  dünyanın hər yerindən göstırıəcək” deyir. İndi dünya nəki var,Toğrul quşuda nəki var, Oğuz xanın daşnın parlaqlığı Qaf dağını gecə və gündüz işıqlı saxlayır. Xan qarlı dağda yaşayan bu adamların adını “Qarluq” (qarda yaşayanlar) qoyur. Onlara uyğarlıq (mədəniyyət) öyrətmək ücün alplar qoyub yolunu dəvam edir.  Qarşılarına böyük, enli bir çay çıxır. Çaydan keçə bilməklərini sınamaq üçün, çaya üç tənə atlı alp salır. Çayın ortasında alpların itdiklərini görür. Çayın adını İtil qoyur.  Çayı keçmək üçün başqa yol axtarır. Bu anda Yerli yabançı adamlar bunlara köməyə  gəlirlər. Onlar çayı keçməyin yolunu öyrədirlər. Onlara kömək edib, ormanın ağaçlarından doğrayıb sal düzəldirlər. Salların köməyi ilə İtil cayını keçirlər. Bu yerli xalqın adına Kıpcak ( ulu türkcə kupçak sözü, uyan, qoşulan, kömək edən anlamını verir) deyir və onlara dil öyrədib  gəlişdirmək (əhliləşdirmək) üçün yanlarında Hunlarından alplar qoyur və qaranlıq dünyaya yola düşür.
Qeyd: O.Süleymanov Kıpçak sözünü belə aydınlaşdırır.”Bir çox türk etnonimləri, tayfa damğasının adını daşıyır. Tilik tayfasının damğasının adi bir xətdir, (yəni pıçak tiliyi) Qazax dilində Xəttə “tilik” deyilir. Tilik sapsız pıçak anlamında işlənir.(Borçalı türkləri də sapsız pıçağa tiyə deyir. İ.M.). Çox güman ki, “iki üfüqü xət” damğası bir vaxtlar iki pıçaq adlanmış və sonralar bu söz, cümlə qovuşma prosesində kıpçaka çevrilmişdir.( O.Süleymanov “AZ-YA” Bakı 1993 s.134-35)  
Qaranlıq dünyanın yolu ilə gedəndə qarşılarına bir dağ çıxır. Hç cür bu dağı keçə bilmirlər. Axırda Xaqan Lələdən soruşur “Lələ bu nə gizdir (sirdi)r atları tər basdı taqətdən düşdülər bir addım belə gedə bilmirlər, bu gizə (sirrə) bir çarə tap” deyir. Lələ barmağını alnına qoyub bir qədər fikirləşdikdən sonra, qılncını çıxardıb yanındakı qayaya yapışdırır. Qılınc qayadan asılı qalır. Qılıncı qayada asılı görən Oğuz xan, “Lələ bu sirri bizə anlat” deyir. Lələ “bu dağ dəmiri tutan dağdır, Bu dağ haqqında dədələrimdən eşitmişdim, ind özüm tanıqı (şahidi) oldum. Atların nallarını sökün gedək, qayıdıb buradan keçəndən sonra yenə də nallarsınız” deyir. Atların nallarını söküb, rahat yol getdilər. Qaranlıqda alpların azmamları üçün Lələ  yeni doğmuş bir atın balasını burada kəsin, qayıdan başı həmin atı önə salın öndərlik eləsin. Sizi gətirib ölən balasının üstünə çıxardacaqdır deyir. Elə də qaranlıq dünyanın başlanğıcında anasının gözü önündə yeni doğmuş bir daylaq kəsib yola düşürlər. Axırda qarşılarına çoxlu isti bulaqları olan bir yer çıdır. Lələ dirilik suyunun burada olduğunu deyir. Zülqədər bulağı tapmaq üçün əlində ki, ölmüş balıqla dirilik suyunu axtarır. Ama tapa bilmir. Ordu sərkərdəsi  Xızırın yox olduğunu  eşidir. Onu görən alplar sərkərdənin qolları qanad olub göyə uçduğunu deyirlər. Xan  sərkərdənin haradan göyə qalxdığı yeri göstərmələrini deyir. Alplar xanı həmin yerə aparırlar Xan orada suyu qurumuş bir bulaq yerinin olguğunu görür. Xan başa düşür kü, dirilik suyu ona yox, Xızırın düşərpay (qisməti) olmuşdur. Üzüntü keçirərək (Peşimançalıqla) geri qayıdır. Xızır da o, gündən türklərin ölməz, həmişəyaşar bilqamısı olur. Dastanda xan hər şeyin, dağın, ağacın, suyun, quşun dilini bilən bir xan kimi verilir. Yol boyu qurtla, quşla, ağacla söhbət edir. 
Qayıdanda xan Qaf dağından keçməli olur. Dağı keçmək üçün yol axtarırlar, axırda bir dar dərəli yal tapırlar. Yaldan aşıb, dağı keçirlər. Qarşılarına çoxlu dağ xalqı rast gəlir. Böyük ordulu Zülqədəri görən xalq, ona  deyir ki, quzeydə, (şimalda) yaşayan Anqut- Manqut adlı xalq onlara yağı kəsilibdir. Vaxtaşırı keçib mallarını, varlarını talayıb aparırlar.  Bu cümlə olduğu kimi quranda verilir. !8/94 deyilir: “Ey Zülqərneyn Yəcuc-Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Zülqədər  ordusuna bu iki dağ arasına divar çəkməyi əmr edir.  Ordu dəmir-Mis qarışıqlı torpaqla iki dağın arasını doldurur. 700 öküz dərisindən 700 körük hazırladır. 700 yerdən od vurub 7 gün körükləyirlər torpaqdakı dəmir mis əriyib, hər iki dağ arasındakı keçidi bağlayır. Dərəni keçilməz bir yal edir. Adını daryal qoyur. Sölənilən mənzərə olduğu kimi Quranın 18\95-96 ayılırində təkrarlanır.
 Yerli  xalq  Xana bildirirlər ki, “burada iki qoşa dağ var, ( Bəzi rəvayətdə iki qoşa ağac var) hər xas (çərşənbə) günü onlar bir- biri ilə danışırlar. Ama onların söhbətlərini biz qanmırıq” deyirlər. Zülqədər xan dağların (ağacların) söhbətini dinləmək üçün, həmin dağa gedir. Xas günü iki dağın arasında çadırını qurdurub onların söhbətlərinə qulaq asır. Gecənin bir sürəsində dağlar (ağaclar) dilə gəlib danışırlar. Biri o birinə deyir ki, “gözün aydın  Zülqədər xan bizə qonaq gəlibdir”. O biri də cavab verib deyir ki, “qonağmız dünyaya  mənimdi deyir, yenə gözü doymur. Ama xəbəri yoxdur ki, onun özü bu dünyanın yemidir. Gələn xas günü dünyanın özü onu udacaq və həmişəlik gözünü doyduracaqdır”. Bu söhbəti eşidən xan, tez xas çadırına qayıdır. Ordu sərkərdələrini  yığıb onlara yollarını dəvam  etməyi əmr edir. Xan yolunu getməyə başlayır Qarşısına bir dəniz çıxır, uzaqdan baxanda dəniz qapqara görünür, yaxına gəldikdə dənizin dibindəki daşlar da görünür. adını Qara dəniz qoyur.  Yolda Zülqədər xəstələnir. Ölüm ayağında ordu başbuğlarını çağırıb onlara tutsu (vəsiyyət) edir. “ Xas günü mən öləcəm. Ama ölkəmin yolu hələ çox uzaqdı. Mən öləndə sağ əlimi tabutdan eşikdə (kənarda) saxlayın. Harada əlimi çəksəm orada  basdırın” deyir. Xan ölür tutsuya görə sağ əlini tabutdan eşikdə aparırlar. Bir dağın yanından keçəndə qoyun otaran  çoban soruşur, “bu ölünün  suçu nədir ki, əlini eşikdə aparırsınız deyir. “Bu bizim xanımızdır. Öləndə özü belə  tutsulamışdır” deyirlər. Bilici çoban, iki başlı söhbəti anlayır. Yerdən bir ovuc torpaq götürüb, xanın ovucuna tökür. Həmin anda xan əlini çəkir. Ordu başçıları belə qərara gəlirlər ki, xanı həmin dağın təpəsinə (zirvəsinə) basdırsınlar. Çobandan dağın adını soruşurlar. Çoban “Yeldağıdır” deyir. Zülqədəri çıxardıb Yeldağının təpəsinə basdırırlar. Zülqədər Yeldağının başında sonsuzluğa (əbədiliyə) qovuşur. Ülkərbəyim də 40 qarabaşı ilə birlikdə göydə parlaq ulduz halında qarabaşlarıda yanında həmişəlik Ülkər ulduzu olub, sonsuzluğa qovuşur. Dastan bununla tamamlandı, bitdi. Ama Zülqərneynin axtarışı bitmədi. O, bu gün də  axtarılır.
Həmin Yeldağı, Borçalının Bolnisi şəhəri ilə Kəpənəkçi kəndi arasında öz yüksək qürurilə durur. Borçalı  xalqının kutsal dağıdır. Yan-yörəsində yaşayan türklər və qreklər dağa tapanaklarını bu gün də yaşadırlar. Bu gün Oğuzun-Zülqədərin kutsal gömütnün üstündə  gürcülər 2010 ildə görkəmli bir kilsə tikdilər. Dağa, gömütə hər şeyə yiyələndilər.
Çox yazıqlar olsun ki, sözdə özünü böyük xalq sayan türk xalqı Oğuzun (Zülqədərin) gömütünə yiyə dura bilmədi. Torpaqları kimi dəyərli adamlarını da itirə-itirə gedirlər. Onu da deyim ki, mənim uşaqlığımda “Zülqədərin buynuzu var, buynuzu”  adında bir uşaq şeir kitabı var idi. Dastan uşaq dilində qısa halda yazılmışdı.
İlk öncə onu işıqlandırmağa çalışaq ki, dastanda adı çəkilən Zülqədərlə, Qurandakı Zülqərneynin  aralarında hər-hansı bir oxşarlıq, uyğunluq varmı? Bu qaranlığı aydınlaşdırmaq üçün dastanda səslənən olaylarla, Quran ayələrini gözdən keçirək. Onu qeyd edim ki, dastanda Zülqədər həm xaqan, həm də peyğəmbər kimi verilir. Quranda da eyni durum öz kəsinliyni (təstiqini) tapır.  
Quranın 18-ci surəsinin 83-cü ayəsində deyilir: “Səndən Zülqərneyn barəsində soruşurlar. De onun barəsində sizə hekayət söyləyəcəyəm.” Ayənin yazılışından aydın olur ki, Kimlərsə peyğəmbərdən Zülqərneyn haqqında soruşubdur. Peyğəmbər ə.s.da Zülqərneyn deyə cavab veribdir. Çünkü Zülqədərlə, Zülqərneyn arasında çox yxın oxşarlıq var. Zülqədər iki qədərli anlamını, Zülqrneyn isə iki qərinəli (taleyli) anlamını verir. Demək Zülqədəri Zülqərneyn deyə adlandırmaq  elə də böyük suç deyildir. Hər iki adın bir adama ilgi ola bilməsi inandırıcıdır. Eyn zamanda ayədə rəvayət, nağıl yox   “hekayət söyləyəcəyəm” deyilir. Rəvayət, əfsanə, mif, nağıl həmişə hər hansı bir xırda doğru halın yan yörəsinə düzülən yalanların qarışması ilə yaranır. Bəzəndə ağlın, təfəkkürün verimi kimi yardılır.  Bunlardan ayrımlı (fərqli) olaraq, hekayə həmişə doğruluqla, bağlı olan olaylardan danışır. Demək peyğəmbər ə.s. Zülqərneyni rəvayət  kimi yox, doğruluq olaraq, bir olay kimi bilir və onun hekayəsini danışır.
 Ayəni  açıqlayan hədisçilər  hədislərdə deyirlər: ”Yahudilər soruşdular ki, Talmutda adı bir dəfə çəkilən  buynuzlu peyğəmbər kimdir.” Peyğəmbər ə.s. buynuzlu peyğəmbərin adını, davranışlarını və getdiyi yolları ayələrdə çox aydın və dürüst göstəir. Dastanda deyilənlərlə Quran ayəsində deyilən tam üst-üstə düşür.
Belə ki, 18\85 ayədə deyilir:”O yola çıxdı.” Hansı yola, hansı yana bilinmir. Ama 86-cı ayə ona aydınlıq gətirərək deyir: “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda qara palçıqlı bir çeşmədə batan gördü. O çeşmənin yanında bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzabda verə bilərsən, onlarla yaxşı rəftarda edə bilərsən”! Ayənin deyilişindən aydın olur ki, Zülqərneyn günbatana yola çıxıbdır. Eyni zamanda bu ayədə Tanrının gənəşikliyi onun peyğəmbərliyini kəsinləyir.(təstiqləyir.)
Dastanda da Oğuz xan ilk yolçuluğunu günbatana edir. Gün batan yerdə ordusu dövləti olan bir xalqa rast gəlir. Quranda deyilən kimi Zülqədər bunlara “əzab da verə bilərdi” Ama davasız-qırğınsız andlaşma bağlayıb qayıdır. Bax bu durum Quranın 18\86  ayəsində “ Ya Zülqərneyn! Sən onara əzabda verə bilərsən onlarla yaxşı rəftar da edə bilərsən”! deyə verilibdir. Oğuz xanın ilk yolçuluğu Quran ayəsinə uyğun gəlir. Yalnız dastanda günəş ağ dənizdə batır deyilir. Ama Quranda günəş qara palçıqlı bir çeşmədə batır deyilir.  Burada bir balaca kuşqu yeri var. Oğuz xan dünuanın axırı olduğunu zənn edib qayıdır. Çeşmənin olması dünyanın sonu demək deyil. Eyni zaman da çeşmə yaxın mənzildə görünər, gün batan uzaqlığında olan mənzildə çeşmə görünməz. Quranda yanlışlıq ola bilməz. Demək çeşmə sözünün çevirməsində, açıqlamada ya da tərcümədə hər hansı bir yanlışlıq ola bilər.
18\89 ayədə deyilir “Sonra o başqa bir yola tərəf üz tutub getdi”. Yəni gün doğana getdi. 18\90- da: “Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona qarşı heç bir sipər yaratmamışdıq”. Bu ayə Oğuz xanın Çin patişahı ilə söhbətinə uyğun gəlir. Dastanda deyilən kimi qızmar günəş onların başlar üzərində lduğu üçün kölgələri olmur.
18/93-ci ayədə deyilir: “Nəhayət iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfa gördü.” Tayfa dedikdə söz yox ki, adamlar anılır. Adam da göydə yox yerdə yaranan varlıqdır. Eyni zamanda peyğəmbər ə.s.ın ”az qala söz anlamayan bir tayfa gördü” deməsi, onu göstərir ki, peyğəmbər danışdığı olay, ondan çox-çox qədimliyin, hələ adamların söz anlamadıqları bir dönəmdə onlara peyğəmbərlik edən bir kimsədən danışır. Bu fikir olduğu kimi dastanda. Bir neçə kərə səslənir. Oğuz xan doğuya gedəndə bir çox sözbilməzlərlə rastlaşır. Qaranlıq dünyaya gedəndə Zülqədər xan Qaf dağında bir çox sözbilməzlərlə rastlaşır və s. Göründüyü kimi Quran ayəsilə dastan olayları eyni səslənir. 18\94-cü ayə: ”Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc, Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onların arasında bir səd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?”18\95.”O dedi: Rəbbimizin mənə berdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin. Məndə sizinlə onlar arasında möhkəm bir səd düzəldim”!
Onu deyim ki, Yəcuc və Məcuc ərəbləşdirilmiş sözdür. Dastanda bu xalq Anqut-Manqut adlanır. (Anqut-Manqut sözü Borçalı atalar söxündə bu gündə işlənir) Görünür Anqut-Manqyt sözü hər hansı bir alçaldıcı sözdür. Söhbət quzov Qfqazda yaşayan hər hansı bir yabanı xalqdan gedir. Quzov Qafqazda Yəcuc, Məcuc adlı xalq yoxdur. Yəqin ona görə də ilahyat alimləri onları göy ulduzlarının adamları hesab edirlər. Sonunda Zülqərneynin “Rəbbimizin mənə verdiyi daha yaxşıdır deməsi onun tək tanrılı olduğunu göstərir. Divarı (Səddi) də xalqla birlikdə tikir.
  18\96-da deyilir: ”Mənə dəmir parçaları gətirin!” (onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: (körükləri) üfürün!”-dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: mənə ərimiş mis gətirin, onun üstünə töküm!” dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu. Və beləliklə möhkəm bir səd əmələ gəldi)”. Qurandakı bu ayə, dastanda belə verilir. “İki dağın arasına çoxlu dəmir-mis qarışıqlı torpaq doldurdular. Yeddi yüz öküz dərisindən, yeddi yüz körük hazırladılar dağa od vürub körükldilər. Körük gecə -gündüz yeddi gün alov üfürdü. Dəmir, mis əridi iki dağın arasını tutdu”. Göründüyü kimi Quranın ayəsi ilə dastanda daryal (Devdoraki) dərəsi divarının bağlanması haqqında deyilənlər necə də bir-birinə uyğun gəlir. Hər ikisində olan fikir tamam eynidir, üstəlik heç bir açıqlama, incələmə yeri qalmırr.
Həmin surənin 98- ci ayəsində deyilir: “ Bu Tanrının mənə olan mərhəmətidir. Tanrının verdiyi vədə başa çatdıqda onu dağıdacaqdır.”  Həmin eyni cümlə olduğu kimi dastanda da var. Dastanda “Yeddi yüz körüyn alovu, dağ boyda tökülən torpağı əritdi, dərədə keçilməz bir sədd yarandı” deyilir. Bu sədd Allahın izini oluncaya qədər duracaq. Allahın izinindən sorna dağılacaqdır deyilir.  Doğrudan da dastanda və Quranda deyilən vədə gəldi bizim dönəmimizdə başa çatdı. O səddi, sovet höküməti dağıtdı. Dastanda adı çəkilən həmin Daryal (Devdoraki) dərəsindən sovet hökuməti hərbi Gürcüstan yolunu saldı. Yeraltı tunel vasitəsilə Gürcüstanla Rusiya birləşdi. Dastanda olan bütün olaylar Quranda öz doğruluğunu tapır. Demək Qurandaki Zülqərnein dastandakı Zülqədərdir. Yəni Oğuz xandır. Ama nədənsə 1992 ildən bəri ildə bir neçə kərə mətbuatda gedən yazılara baxmayaraq, bizim tarixçilər  tanrıçılığı bu günədək özündə yaşadan, ən qədim dastanmız olan və e. ö.IV- minilliyə ilgi edilən Oğuz dastanını  tanımaq istəmirlər. Ən ilgincli hal budur ki, 1400 ildir həm dastanda həm Quranda eyni olayları oxuyan Türk aydınları bu günə qədər Zülqərneynə yiyə durmayıblar. Özmüzün özmüzə bu cür özgəlik, yadçılıq haradandır, heç cür inanmaq olmur.
Yuxarda bildirmişdim ki, 1992 ildə “Hürriyət” qəzetinə “Quranda adı çəkilən Zülqərneyn kimdir”. Başlıqlı məqalə vermişdim. Məqalədə akademiyanın bilik adamlarından xahiş etmişdim ki araşdırsınlar Zülqərneynin, Oğuz-Zülqədər olduğunu elmi baxımdam təsdiqlasinlər.2013-cü ildə  Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına əlyazmalar İnstitutunun çap etdiyi                  “Dini və tarixi Mənbələrdə Zülqərneynin şəxsiyyəti” adlı dissertasiyasının  Avtoreferatını oxudum və özümü çaşırdım. Aşağda avtoreferatı incələdikcə çaşqınlığımın nədəni oxuculara aydın olacaqdır. İlginc hal odur ki, türkiyənin araşdırıcı alimləri də ZüLqərneyni kosmosda göy planetində axtarırlar.
Əsəri oxuduqca həm ilgincli (maraqlı), həm də çaşqınlı (təəccüblü)  duyğular keçirirdim.  Əsərin kapsamından (məzmunundan) görünür kü, yazar (müəllif) çox böyük güc işlətmiş və çox da axtarışlar aparmışdır. Ama türk alimləri kimi onun da ağzı caş düşmüşdür. Öz xalqının nağıl və folklorunda, dastanında bu günədək  yaşayan, Zülqədər (Oğuz) dastanını Türkiyənin və Azərbaycanın geniş bölgələrinə yayılmış Zülqədərilər soyunu heç yada salmamışlar. Bu Zülqədərilər (Oğuzlar) soyunun Qurandakı Zülqərneyn ilə bağlı olub-olmaması haqda heç bir axtarış aparmamışlar.  Borçalı türkləri arasında geniş yayılmış Zülqədər (Oğuz) dastanının haradan qaynaqlandığı haqqında heç bir bilgiləri yoxdur və bilmək üçün də maraqlanmamışlar. O ilgidən (səbəbdən) də alimlərmiz axtardığını tapa  bilməmişlər. Nəticədə də onu göyün ulduzlarında qaz planetində axtarmışlar. Göy planetinin adamı kimi göylərin  ixtiyrına vermişlər.
Türkiyə alimlərinin zənni ilə razılaşan Avtoreferat yazarı  7-ci səhifəsində yazır: “Zülqərneyn haqqında olan xəbərlər qeyb xəbərlərinə aiddir”. O, 24-cü səhifədə  maraqlı bir sonluğa gəlmişdir. “Teoloji araşdırmalar nəticəsində Zülqərneyn barədə Quranda bəhs edilən səyahətlərin bizim planetdə deyil, digər səyyarələrdə baş verdiyi fərziyyəsinə üstünlük verilmişdir” deyir. Yazıdan belə qanılır ki, yazar Zülqərneynin qeyb aləmindən olmasını düşünür və bu düşüncəni qəbul edir.     
Genelliklə (ümumiyyətlə) bütün ayələri burada sadalamağa dəyməz. 83-cü ayədən  99-ayəyədək  bütün ayələr Zülqərneyn haqqında olan olayları bildirir. Heç birində də qeyb aləminə uyğun gələn imayə (eyhama) rast gəlinmir. Hamısı bu dünya ilə sıx bağlı  olan ayələrdir. Onların yalnız düzgün açıqlanması (izahatı) gərəklidir.
Dini adamları və bilim adamları, yazarlar: “Zülqərneyn tikdiyi səddi də bizim planetdə deyil, digər səyyarə ətrafında qaz buludlarından salındığına  dair fərziyələrkimi. bu barədə mövcud olan hipotezalar arasında ən düzgünü kimi təqdim olunmuşdur.” deyirlər (Dissertasiya) Demək Zülqərneynin tikdirdiyi səddi də. Qeyb aləmində görürlər. İstər Türkiyyənin, istər Azərbaycanın yazarları olsunlar, istər yazılı əsər olsun, İstər internet, televisiya çıxışları olsun söhbərlərin hamısında gəldikləri sonuclar güman və zənnilə kəsinlənir. Heç kim Oğuz dastanındakı Zülqədər haqqında söhbət etmirlər. Orada adı çəkilən yerlərdən söhbət açmırlar. Onun üçün də heç biri inandırıcı görünmür. Adama elə gəlir ki, bu adamlar XXI-Y. ilin yox, X- Y ilin  adamlarıdılar. Nizami deyən kimi hər şeyin arxasında dəlil durur. Əgər dəlil yoxdursa orada yanlışlıq var.
Tarixçi araşdırıcı Olğan Aydoğlu da Zülqərneynin keçmişdə göy planetində yaşadığını, Göydəki  planetdə yaşayan Yəcuc-Məcucun yerə enib adamlara xata yaratmaması üçün qarşılarına divar (sədd) çəkdiyini, Divarın qiyamət günü dağılıb Yəcuc-Məcucların yerə enəsi olduqlarını deyir.  
İsgəndət Türən, Əhməd Tap da Zülqərneyni göy planetinin adamı hesab edirlər. Zülqərneynin bütün hərəkətlərinin və Yəcuc-Məcucun göydə olduqlarını deyirlər. (Kuranda uzaya səhayət. Vikiprdiya)
  Yalnız Əhməd Tomor xoca, Zülqərneynin bizim planetimizdə yaşamış və yerin adamı olduğunu deyir. Səddin isə Asya ilə Amerika qitələrinin ən yaxın olan yerində axtarmağı bildirir.
Budur dastanda deyilir.“Zülqədərin xeyirxahlığını görən xalq, ona  deyir ki, quzeydən, (şimal tərəfdən)  gələn Anqut- Manqut adlı xalq onlara yağı kəsilibdir. Vaxtaşırı keçib mallarını, varlarını talayıb aparırlar. Zülqədər Qaf dağındakı Daryal (indi Devdoraki) dərəsindən hunlarını keçirir və sonra iki dağ arasındakı keçidi dəmir, mis əritdirib dərəni doldurtdurur, keçilməz sədd edir.” Tarix tanıqdır (şahitdir) ki, Qaf dağı bu gün Qafqaz  dediyimız dağdır. O nə əfsanədir, nə də yad planetdir. O bu dünyamızın bir parçasıdır. 
Bir çox din alimləri “ Zülqərneyn olması zənn (ehtimal) edilən növbəti insan Tövratda adı çəkilən Hanokdur deyilir. Hanokun da islam alimlərinin fikrincə İdris peyğəmbərin olduğunu”deyirlər. (Avtoreferat səh. 11).  Onu qeyd edim ki, qədim yunan ədəbiyyatlarında qədim misir kahini olan və sonralar yunan allahlarından biri olan Hermes,   islamda  İdris peyğəmbər kimi təqdim edilir. Quranın dörd ayəsində İdris ə.s.ın adı çəkilir. Quranda İdris və Zülqərneyn hər biri ayrı kimsə kimi verilir. Əgər bunlar eyni adam olsa idilər Quranda adları ayrılıqda çəkilməzdi. Demək İdrislə Zülqərneyn bunlar ayrı-ayrı kimsələrdilər. Quran onların eyni kimsə olmağını inkar edir.
Hanok kimdir? Tövratın “Yaradılış” kitabında Hanok (Xanok) İbrahim peyğəmbərin nəvsidir. O.  Midyanın oğludur (bax 25/1, 2, 6). Əgər Hanok Zülqərneyn olsa idi o zaman yəhudilər Hanoku yaxşı tanıdıqları üçün peyğəmbərdən onun kimliyini soruşmazdılar. Çünkü Tövratda Hanokun adı və kimliyi aydın verilir. Demək Zülqərneyn Hanok da deyil.
(Haşiyə: Yeri gəlmişkən ilginc (maraq) doğuran bir yazı yadıma düşdü. Bizim bilim adamları dərslik kitablarında Hanokun varlığını e.ə.8-ci əsrə gətirib çıxardırlar. Hal buki,  İbrahim peyğəmbər dində e. ə.VI- minilliyə  ilgi (aid) edilir. Bu baxımdan Hanok da ən yaxını e.ə. V- minilliyə ilgi ola bilər.  Bizim tarixçilərmiz Həmədanın Salınmasını da onun adı ilə bağlayırlar. Hal bu ki e.ö. VI –minilliyə ilgili olan mixi yazılarında Həmədanın adı çəkilir. Başqa xalqlar milçəkdən dəvə yaradırlar. Bizim alimlərmiz də dəvəni milçək edirlər.)
Türkün ən ulu soyu olan Zülqədərilər ilə dastandakı Zülqədər xan arasında hər hansı bir qohumluq, yaxınlıq ola bilərmi?. Güney,  quzey Azərbaycanında və Türkiyədə bir çox Zülqədərilər soyu yaşayır. Eyni zamanda Azərbaycanda yaşayan Zülqədərilər  haqqında çoxlu ədəbiyyatlar  var. Tarixi qaynaqlarda İran və Osmanlı ölkələrinin bir çox yerlərində Zülqədərilər bəylikləri olmuşdur və bəyliklərdə Zülqədər soyundan bir çox bəylər-bəylikləri (Zülqədərilər eli) olmuşdur. Çağdaş ədəbiyyatmızda Nizami Cəfərov yazır: “Səfəvi dövlətinin yaranmasında və möhkəmlənməsində Zülqədər tayfasının da böyük xidməti olmuşdur”. (Azərbaycanşünaslığa giriş, Bakı,2002-il.) Zülqədərilər haqqında olan  eyni fikiri başqa yazarlar da əsərlərində göstərmişlər. Mirəli Seyidov “Azərbaycan mifik təfəkkür qaynaqları” Bakı.1983.s.302-də. M.S.İvanov. ”Oçerq istorii İrana” məqaləsində M.1952.s.59.  İ.P.Petruşevski,” Sbornik statii po istorii Azerbaycana” Bakı 1949 s.229-də. Əhməd Kəsrəvi və s. yazarlar əsərlərində Zülqədərilər haqqında söz açmışlar.
Dastanın qəhrəmanının adı ilk başlanğıcda, gəncliyində Oğuzdur. Dünyanın hər iki ucuna getdiyi və bir çox bacarıqlı ilgilərə görə, başına iki buynuzlu tac qoyduğu üçün ərəblər ona Zülqərneyn (iki qərinəli) takmasını-ayamasını vermişlər. Türklər Zülqədər demişlər. Demək bu günkü Zülqədərilər Qurandakı Zülqərneynin həm də türkün ulu dədəsi Oğuz xanın soyundan törəmələrdilər.
Aydındır ki, ilk Oğuz xan dastanı bu gün yazıda yoxdur. Dastan bu gün unudulmuşdur. Ancaq bu ulu dastandan klassik ədəbiyatlarda bir neçə tarixçi və şairlər, azca dəyşirilmiş formada əsərlərində istifadə etmişlər.
Tarixçi-filoloq  Dəniz Karakurt yazır ki, “türklərin qədim rəvayətlərinə görə dünyanın bir ucunda Ağ dəniz, bir ucunda göy dəniz, ortasında da odlu-atəş dəniz vardır”. (Dəniz Karakurt “Türk söyləncə sözlüyü” s.98 vikiped) Dəniz Karakurtun  yada saldığı saldırı rəvayət yox, türklərin qədim “Oğuz-Zülqədər” dastanında adları çəkilir. Dastanın Borçalı çeşidində həmin dənizlərin adlarını Oğuz xanın qoyduğu deypilir. Ağ dəniz-türkiyə sınırında, Yanar dəniz (Odlu dəniz) –Xəzər Azərbaycan sınırında hələ də yanır. Göy dəniz Çin dənizidir. Dastanda adı çəkilən Qırmızı dəniz fars körfəzidir, Qaf dağı-Qafqazdır, Tanrı dağı və Altay dağı Ortaasyadadır. Dastanda adı çəkilən xalqlar bu gündə yaşayırlar və türkcə danışırlar.
Bertels yazır:”Nizami əsərlərini yazarkən, Midya və Atropatenalıların əsgi əsatirlərinin keyfiyyətlərindən istifadə etmişdir. ”(Y.E.Bertels” Nizami” M. 1956. S.157). Elə də Nizami Gəncəvi Oğuz dastanını lapaz dəyşiriklik və əlavələrlə bütünlükdə “İsgəndərnaməsində” vermişdir. Ancaq baş qəhramanın adını Oğuz yox, Zülqədər yox, İsgəndər qoymuşdur. O, əsərində  Makedoniyalı  Aleksandrı tamamilə  türkləşdirmişdir. Ayrı cür də bacarmazdı. Çünkü əsəri üçün qırmızı xət kimi götürdüyü dastan türkündür.  
O,Yazır:
“Əlinə yay alsa nişançı türklər,
Atdığı hər oxla bir ordu yenər.”                                                                                                                 “Zorba türk borusu etdikcə şiddət,
Türklərin qoluna gəlirdi qüvvət”. 
(Şərəfnamə Bakı 1941.s.321)

Mənim düşüncəmə görə xalqın dastanı olan ulu türk qəhramanı Oğuzun-Zülqədərin (Zülqərneynin) adını dəyişib İsgəndər qoyması, N. Gəncəvinin bağışlanmaz suçudur.  O əbədi yaşar olan Oğuzu-Zülqədəri (Zülqərneyni) yox, yalançı, saxta İsgəndəri şərq ədəbiyatında əbədi ölməz qəhraman elədi. Farsların və Hindlilərin  qədim ədəbiyatlarının qaynaqlarında amansız, qaniçən yaramaz fateh və mənliksiz adam kimi tanınan İsgəndəri, birdən-birə dünyaya peyğəmbər kimi tanıtdı. Nizami ölümsüz, həmişəyaşar əsəri ilə, 5-6 min ildir ki, bütün doğuyaya yayılmış, ilk dövlət quran ədalətli və ağıllı xaqan, türklərin ikinci peyğəmbəri olan Oğuz xan obrazını ölməz poeması ilə Makedoniyalı iİsgəndərə geyindirərək onu peyğəmbər elədi. Nizami deyir:
                           “Döyərəm qapını peyğəmbərliyə,
                          Tanrı da bəyənmiş peyğəmbər- deyə”. deyir.
Əlbətdə bu yanlışlıq tək Nizamidən yox, ondan öncə olan bilginlərdən, Firdovsidən, İbn Sinadan və başqalarından gəlir. Onlar heç bir incələmə, araşdırma aparmadan Qurandakı Zülqərneyn, Bütpərəst, Mənəviyatsız İsgəndərdir deyə bütün İslam dünyasını inandırdılar. Bununla da Zülqərneynin-Oğuzun adı peyğəmbərlər sırasından çıxarıldı. Şərqin qələm adamları, dastanda eşitdiklərinin hamısını, Oğuzun bütün sifətlərini İsgəndərə verdilər.       
Nizaminin  əsərində Oğuz xalq dastanı bütünlüklə verilibdir. İsgəndər (Aleksandr) heç olmadığı Günbatana və Qaranlıq dünyaya gedir. Yanar dənizdən, Qaf dağından keçir. Qaf dağında keçilməz sədd hördürür. Bunların hamısı Oğuz-Zülqədər dastanından götürülmüş olaylardır. Nizami bunları İsgndərin adına yazmaqla Türkün tarixi qəhramanı olan Zülqərneyni-Oğuzu, eyni zamanda Qurandakı Zülqərneyni türk xalqına unutdurdu. Elə o baxımdan da bu günün özündə  də Zülqərnen yiyəsizdir.
Nizaminin “İsgəndərnamə”sinə ön söz yazan Qəzənfər Əliyev yazır: “İsgəndərnamə”də təsvir olunan bəzi hadisələrin əksini biz Talmut rəvayətlərində və qədim Yəhudu (İbrani) dilində olan ayrı-ayrı kitablarda görə bilirik. (N. Gəncəvi “İsgəndərnamə” Bakı1982.s.8) Q Əliyev dastanın qaynağının harada oldiğunu çox düzgün başa düşübdür. Çünkü peyğəmbəri sorğuya tutanlar da, elə talmutçu kahinlər olmuşlar. Q. Əliyevin yazısından aydın olur ki, onun Talmutdan xəbəri var. Ancaq o da özündən öncəki yazarlar kimi onu aydınlaşdırmır ki, Talmut Makedoniyalı Aleksandırdan (İsgəndərdən) çox illər öncə yazılmışdır. Ona görə də Makedoniyalı isgəndərin  olayları Talmuta düşə bilməzdi. Demək həm talmutda həm də Quranda adı çəkilən iki buynuzlu adam Makedoniylı İsgəndər ola bilməz. Bu kimsə ayrı bir adamdır. Talmutda olan və Quranda olan  olaylar, açıq-aşkar Oğuz xan dastanının eynidir demək  Qurandakı Zülqərneynə dartışmasız və çəkişməsiz Oğuz xandır deyə bilərik.  
İlginc (maraq) doğuran belə bir sorğu ortalığa çıxır. Peyğəmbər s.v. Zylqərneynə vəhyin gəlməsini  bir neçə kərə Quran ayələrində yada salır. Bəs belə olan halda, bir peyğəmbər kimi Zülqərneynin adı peyğəmbərlər sırasında niyə yoxdur?
Aydındır ki, peyğəmbərlərin siyahası peyğəmbər s.v.s.-dən xeyli sonra Quranın təfsiri zamanı yaranmışdır. Bu zaman da təfsirçilər yanlışlığa yol verərək Makedoniyalı İsgəndərin Zülqərneyn olduğuna inanırdılar. Makedoniyalı İsgəndər də bytpərəst və düşgün olduğu üçün İslamın şəriət qanununa görə peyğəmbər ola bilməzdi. Odur ki, Zülqərneynin adı peyğəmbərlər sırasına salınmadı. Ama ayələrdə iki kirə Allahdan vəhy alır demək peyğımbər kimi göstərilir. 
S.Bəlaği, bir çox tarixi araşdırmalara söykənərək kəsinləyir ki, Quranda adı çəkilən Zülqərneyn y.e. öncə yaşamış Fars hökmüdarı Kureşdir. Kureşin Batıya, doğuya, Quzova yürüşündən çox inandırıcı bilgilər verir.(S.Bəlaği “Quran qissələri” Bakı 1992 .s.284). Oxucu Zülqərneynin Kureş olduğuna tamam inanır. Ama burada bir kuşqu (şübhə) yeri var. Oğuz dastanında Zülqədərin doğuya və qaranlığa yürüşü zamanı rast gələn qanmaz, dinsiz, dilsiz xalqlara dil öyrədir. Həmin yerlərdəki xalq bu gün bizə aydındır, tanışdır. Yanında qalan alpların o xalqa öyrətdiyi dillərin heç biri farsca deyil. Zülqədərin (Oğuzun) getdiyi yerlərdəki xalqın hamısı indi türk dilli xalqdır. Əyər o yolları Kureş getsə idi, bu gün o xalq Fars dilində danışmalı idilər.  Bu baxımdan Kureşin Zülqərneyn olması kuşqu (şübhə) doğurur. Eyni zamanda dastanda adı çəkilən şəhərlər Türk şəhərləridir.
S. Bəlağinin Qureş hesab elədiyi iki buynuzlu daş hekəli araşdıraq. Heykəlin tapıldığı yeri yada salaq. Bəlaği yazır: ”Heykəl XIX-yüzillikdə İstərxin yaxınlığındakı Mürğab çayında tapılmışdır. Firdovsinin və başqa tarixçilərin yazdığına görə Yeni eraya qədərki Farslar indiki iranın şərqində olmişlar. İstərx bölgəsində və Murğab çayı ətrafında Y.E-dan. öncə farslar yaşamamışlar. Bu gün həmin yörədə (nahiyyədə) türklərlə yanaşı farsların da yaşamasına baxmayaraq. O yerlərin toponimlərinin adlarının 90 % türkcədir. Farsların yaşamadığı bir yörədə Fars şahının heykəli niyə olaydı. Kuşkusuz demək olar ki, iki buynuzlu heykəl də Oğuz xanın heykəlidir. Demək Qurandakı Zülqərneyn Kureş yox  Oğuz xandır. Çox yazıqlar olsun ki, Akademiklərimizin,  bilim adamlarımızın, tarixçilərmizin 1400 ildir susmaqları azmış kimi, indi də Zülqərneyni-Oğuzu göy planetlərinə göndərirlər.         
Əsərləri əldə olan “Oğuznamə “ yazarlarının hamısı, özlərindən öncə olan, hər hansı bir oğuznaməyə dayanaraq yazdıqlarını bildirirlər.  Oğuznamələrin yazılmasından qabaq bütün türk dünyasını dolaşan “Oğuz” dastanı var idi. Oğuznaməçilər isə dastanı Oğuznaməyə köçürmüşlər. Özləri də hər kəs öz istədiyi kimi qatmalar etmişlər.
Adnan Menders Kaya, Oğuzun tarixini ondan öncə olan oğuznaməyə danaraq yazdığını deyir və Oğuzun kimsəliyini incələməyə çalışır: ”Oğuz ok+z-dan törəmiş bir sözdür. Ok-oymak+ z- isə çoxluq şəkilçisidir. Oğuz sözü oymaklar anlamına gəlir. Sonralar ilkin anlamını itirib və türklərin əfsanəvi babası Oğuzun adına çevrilib” deyir. (Oğuz tarixi şəxsiyyətdirmi?. Vikipediya) Aydın görünür ki, Menders Kaya Oğuzun tarixi varlıq-kimsə olduğuna inanmır və onu əfsanəvi obraz kimi qəbul edir.
Dəniz Qaradağ yazır: “Oğuz elinin lap əsgidən, artıq əfsanələşmiş Oğuz xan zamanından bəri dəyişməz olaraq eyni bir yurtda yaşaması, eramızdan əvvəlki birinci minilliyin ortalarında, mükəmməl epos yaratması dünyanın ən ciddi alimləri tərəfindən bir mənalı olaraq qəbul edilmişdir”. (Dəniz Qaradağ “Oğuz xan tarixi şəxsiyyətdirmi?). Mendersin fikirinin tərsinə olaraq, Dəniz Qaradağ Oğuz xanın varlığını-tarixi kimsəliyini tanıyır. Ululuğunu, qədim kimsəliyini də tanıyır. Elə ona görə də  ermızdan əvvəl birinci minillikdə onun haqqında epos yarandığını deyir.
Xivəli Əbülqazi xan bildirir ki, “Oğuz xan tarixi şəxsiyyət olub və məhəmməd peyğəmbərdən 4000 il əvvəl, yəni eramızdan əvvəl dövrün IV- minilliyində yaklaşıq olaraq (təxminən) 3400-3500-ci illərdə yaşayıbdır.” deyir.
 Dastanda olan olayları, gedişatları gözönünə gətirib incələdikdə, Xivəli Əbülqazinin dedikləri ilə   razılaşmaq olar. Ancaq  Oğuz Xanın dünyanı dolanarkən getdiyi yolda yabançıları, dilbilməzləri görməsini və onlara dil öyrətməsini, çılpaqlara geyim geydirməsini göz önünə gətirsək, Əbülqazinin dediyindən də çox-çox uzaq keçmişlərin  tarixi kimsəsi olduğuna inam yaranır.
“ İ.Y.Biçurin isə Oğuz xanın tarixi  kimsə olmasını bir mənalı şəkildə kəsinləyir (təstiqləyir) və onun eramızdan əvvəlki, IV-III-minilliklərdə yaşadığını göstərir.”  (İ.Y.Biçurin İakinaf, “Sbornıe svedeniy o narodax, obitavşix v sredney Azii v drevnıe vremena.” M-L.1950st.225). Biçurinin  düşüncəsi, Əbülqazinin düşüncəsilə üst-üstə düşür.
Tarixçi Qafarov Oğuzları Sakaların, Mannalıların varisləri (davamçıları İ.M.) hesab edir. (Tarix Şumerlərdən başlayır. 2010.s.18). Rüstəm Paşa əsərində “Qurandakı Zülqərneyn adlı müqəddəs adam Oğuz Xandır”. Çünkü çütbuynuzlu tacı ilə tanınmışdır” deyir. (Vikipediya. Oğuz Xan). Çox yazıqlar olsun ki, Rüstəm Paşa, Qfarov, Ağsoğlu, Azərtürk kimi tarixçilərin səslərinə bilik ocağmız olan Akademiya səs vermir, susur.
Bir çox araşdırıcı tarixçilərin o cümlədən, Rüstəm Paşanın və başqa tarixçilərin sözlərində bir çox doğruluqlar var. Hamısının da düşüncələri üst-üstə düşür. Hamısı  Oğuz xanı. e.ə.IV-III-minillikdə yaşamış Xaqan olduğunu deyirlər. Tarixçilərin  düşüncələri  Borçalı çeşidi olan Oğuz-Zülqədər dastanının varlığını bir daha kəsinləyir. Demək eradan öncə IV- minillikdə bəlkə də daha qabaqlardan dövlətinin sınırları bütün asyanı tutmuş Oğuz- Zülqədər  Qurandakı Zülqərneyndir. Buna heç kim kuşqu edə bilməz.
Tarixçi Fəzlullah Rəşidəddin “Oğuznamə” əsərində “Oğuz” xan dastanını guya ki, olduğu kimi vermişdir. F.Rəşidəddin “Oğuznamə”sində üç ayrı-ayrı kimsələr olan Oğuzları qarışdıraraq, yoğurub bir dastan yaratmışdır. O, Oğuz xandan, onun bütün asyanı tutmuş imperiyasından danışır. Oğuz xanı bəzən əfsanələşdirir. Bəzən də tarixiləşdirir VII əsrin xanı edir. Onun bütün Asiyanı, Avropanın, Afrikanın bir hissəsinin xaqanı kimi verir. Rəşidəddin XI-əsrdə şamaxının xarabazara dönməsini Oğuzun adına yazır. Ərəblər arasında yaranmış, Kiçik asiya və Suriya torpaqlarında olan real olayları Oğuzun adına yazır. Bir sözlə o  bəzən qocaman olaylari minillər qabağa çəkir, bəzən də min illərlə geriyə aparır.  
Rəşidəddinin yazdığı kimi, əgər VII-IX- əsrlərdə elə bir güclü Xaqan imperiyası olsa idi. Döyüşgən türk dünyası bir ovuc ərəblərə yenilməzdi və Oğuz sözsüz ki, ərəb tarixçiləri tərəfindən işıqlandırılardı. Tarixi bilgilərə görə 711-ci ildə Səmərkənt xaqanı Oğuz xan olmuşdur. Onu ərəb tarixçiləri zəyif ama ağıllı bir sərkərdə kimi verirlər. Oğuz xanın çox ağır şərtlərlə müsəlmanlığı qəbul etməsindən yazırlar. (Zəkəryyə Kitabçı.”Orta asiyada İslamiyyətin yayılması”Bakı. 1998.s.201-202). Bir çox tarixçilər tarixi barat (sənəd) kimi Rəşidəddinin kitabına istinad edirlər. Məncə  Pəşidəddinin “Oğuznamə”si gözəl yazılmış bir bəədi əsərdir. Tarixilik cəhətdən bu kitaba istinad etmək yanlışlıqdır.
Yuxarıda deyilənlərdən belə aydın olur ki, bir çox tarixçilərin dedikləri kimi, tarixdə Oğuz xan adlı böyük xaqan olmuşdur.  Buna ayama-takma (təxəllüs) ad kimi, Yəhudilər, Ərəblər, Farslar Zülqərneyn, Türklər Zülqədər demişlər. Onun İmperiyasını tarixçilər ən azı e. ə. IV- minilliyə ilgin edirlər. Mənim gəldiyim inama görə, əgər Oğuz xan Mu boyunun uyğarlığından yararlanma  alıbdırsa, onu ən azı e.ö. 7-6 minilliklərə ilişgi etmək olar. Çünkü o dövlətini yabançılıq (vəhşilik) dönəmlərində qurmuşdur. Buna qoşulluq (şərti) olaraq, ilk Oğuza I-Oğuz xan deyə bilərik.  Əfsanələşmiş dastan da bu I- Oğuzla ilgilidir. Qurandakı Zülqərneyn də bu I- Oğuzdur. II-Oğuz xan tarixcilərin araşdırmalarına görə e.ö. II-əsrdə  doğu türküstanda doğulan və böyük imperiya quran Mete xanın olduğu deyilir. (N.S.Banarlı “Türk ədəbiyatı tarixi. İstanbul 1971 s. 21). Ama Mete xanın  ömür çalışqanlığını araşdırdıqda Oğuz xan dastanının çərçivəsinə uyğun gəlmir. Çünkü  Mete xanın özü tarixi kimsə kimi onun olayları öz adı ilə verilərdi. Həmdə Mete xanın imperiyası Çinlə Balxaş gölü arasında olubdur. Balxaşdan batıya keçməyibdir. Əyər biz zənn irəli sürürüksə o zamab  dastanın yorumna Alp Ər Tunqanın ömür çalışqanlığına daha uyğun gəlir. Çünkü onun e. ö. VI-V-ci əsrdə yaşaması zınn (ehtimal) edilir. Onun imperiyası çox böyük olmuşdur. Onunla olan olayları Oğuznaməçilər qarışdıra bilərlər. Elə də Rəşidəddin öz oğuznaməsində Alp ər Tunqanın uğurlarını Oğuz xanın adı ilə vermişdir. Çünkü dastançılarda belə bir gələnək də var ki, Bir iyidin olaynı dastana salanda xalq arasında tanınmış iyidin adına bağlayırlar. Alp Ər Tunqa ilə bağlıdırsa, o zaman onun adını dastançılar dəyişmiş olarlar. Ya da e.ö. unudulmuş bir Oğuz xan olmuşdur. III- Oğuz xan isə aydındır. O, eramızın VI-əsrin sonunda yazılı tarixlərə düşmüş, Məhəmməd peyğəmbərin zamanında yaşadığı göstərilən. Mərkəzi Asyada Səmərkənt dövlətini quran Oğuz xandır. Oğuz xan Ərəb xəlifəsinə elçilər göndərmiş, əlindən alınan Səmərkənt xaqanlığını geri almışdır. (Zekariya Kitapçı.”Orta asyada islamiyətin yayılışı və türklər Konya 1998s 201-210)
Oğuznamələrin yaradıcıları dillərdə dastan olan  ulu Oğuz xanla, sonrakı Mete xanın-Alp Ər Tunqanın  və Oğuz xanın həyat və yaradıcılıqlarını, çalışqanlıqlarını (fəaliyətlərini) qarışdıraraq çarpazlaşmış halda bir neçə çeşitli “Oğuznamə”lər yaratmışlar. Son halda Yarı  gerçək, yarı əfsanəli “Oğuznamə” əsərləri yaradılmışdır. Bu da bu günə qədər çaş-baş konuların yaranmasına və yaşamasına ilgi olmuşdur. Rəşidəddinin “Oğuznaməsində o qədər gerçəklərlə əfsanələrin qarışıqlığı var ki, onları heç cür bir yatağa sığışdırmaq olmur. 
F. Rəşidəddin Oğuzun anadan olmasını iki başlı verir. Bir yandan Oğuzu Nuh peyğəmdərin nəticəsi edərək, onu əfsanələr dünyasına aparır. Onun  soyçəkimini Nuhun oğlu Yafəs (Olcay), Olcay xanın oğlu Dib Tabqu xan, onun oğlu Qara xanın oğlu Oğuz olduğunu deyir.(F.Rəşidəddin. “Oğuznamə”Bakı 1992 s.10). Bu tür I-Oğuz xanla ilişgilidir. Bu olaylar xalq dastanlnda da var. II-Oğuz xan Alp Ər Tunqanın prototipidir. O doğudan, batıya  Misirədək  gəlmiş böyük imperiya yaratmışdır. III-cü Oğuz isə Məhəmməd peyğəmbərin zamanında doğulan  Ərəb imperiyasına elçi göndərən Səmərkənt xaqanı Oğuz xanın olduğunu görürük. Bu boyda dönəm kəsiyini yalnız əfsanələrə yerləşdirmək olar.
 Rəşidəddin Oğuzu  elə verir ki, guya o doğulanda müsəlman doğulur. O yazır: “Üç gün və üç gecə bu uşaq anasının südünü əmmədi. Bir gecə yuxusunda oğlu ona dedi: “Əgər sən istəyirsən ki, mən sənin döşündən süd əmim, onda bir olan yaradana inam gətir, onu tanı və onun haqqını üzərində bil.” (Oğuznamə”s.12) deyir. “Oğuz və onun arvadı ata-baba imanından dönərək yeni dinin tərəfini saxlayırlar”.(s. 12) deyir. Yazar aydın deyir ki, Oğuz islamlığın höküm sürdüyü bir zamanda doğulmuşdur. Ama belə bir obrazlı yer Oğuz- Zülqədər dastanında da var. Orada söhbət islamdan yox, tanrıçılıq dinindən gedir. Əby-l-Qazidə isə Oğuzun babasının adı  Moğul, (Moqol, Moqul) olduğu deyilir. (Oğuznamə.s.63).    
 F. Rəşidəddin yazır: “Onun padşahlığı dövründə peyğəmbərimiz həzrət Məhəmməd Mustafa əleyissalam zühür etmişdir. Hökmüdar Oğuz xan da Bayat Dədə Kerençiki elçi sifətilə onun hüzuruna göndərmiş və müsəlman olmuşdur. Bu Qorqud bayat nəslindən olub Qara Xocanın oğlu idi.” ( F.Rəşidəddin “Oğuznamə” Bakı 1992. s.43). Oğuzu müsəlmanlığı türküstana yayan bir xan kimi verir. O ata-anasına və qohumlarına deyir: “Əgər siz Allahı və onun birliyini qəbul etsəniz, onda sizə aman veriləcək, mən sizin türküstanda yaşamağınıza razılıq verəcəyəm”.(s.12)  Bir rəvayət kimi gerçəkdən belə bir söhbət Səmərkənt xaqanı III- Oğuz xandan gedir. O xəlifə Ömərin yanına elçi göndərir. Çox ağır şərtlərlə islamlığı qəbul edən Səmərqənt xaqanı Oğuz xan, onun və xalqının Səmərqəntdən çıxarılıb 7 fərsəng səhrada yerləşdirilməsi haqqında və şəhərin əsl sahiblərinə qaytarılması haqında məktub yazıb, elçilərlə xəlifə Ömərə göndərir.(Pr.Dr. Z. Kitabçı.” İslamiyətin yayılışı”Bakı 1998.s.266)  Səmərkənt xaqanı Oğuz xanın İslam xəlifəsinə elçi göndərməsinin Oğuznamədə yer alması, (Məktubun konusu türklər başlığında verilmişdir)  bir daha hər üç Oğuzun bir obrazda birləşməsindən xəbər verir.
 Ancaq bütün əsər boyu hadisələri danışarkən heç bir yerdə tarix göstərmir. Əsərin çox yerində tarixi kimsələrin adlarının çəkilməməsi oxucunu çaş-baş salır. Bilinmir əsər hansı dönəmdan danışır. E ö. IV- minillikdəki  Zülqədər gastanındakı olaylar, olduğu kimi VI-VII- əsr kimsələrinin dili ilə danışılır. Rəşidəddin 766-cı ildə Göy türklərə qarşı olan çıxışları, ilk Karluq hökmüdarı İnal-sır Yabqunun  olaylarını Oğuzla əlaqələndirir. (Oğuznamə. s.68). Firdovsinin “Şahnamə”də olan bir takım obrazları oğuznaməyə gətirir.( Oğuznamə. s. 70)  və s.   Onun üçün də inandırıcı görükmür. Əsərdə hadisələr elə verilir ki, guya türklər yeni yaranır. Hal bu ki, VII-ci əsrdə türklər dünyanı tutmuşdular.  
Dastanının qəhramanı I Oğuz xanı- Zülqədəri, bir çox tarixçilər Tarixi kimsə kimi qəbul etdirlər. Onun 6000 il öncə batıdan,  önasyadan doğuya Çinə qədər getmiş və böyük bir imperiya yaratdığını deyirlər. F.Rəşidəddinin Oğuz xanı isə doğudan batıya önasyaya qədər gəlib böyük imperiya yaradır. Rəşidəddinin  Oğuz xanı ərgən (gənc) vaxtı qaranlıq dünyaya gedir. Qıl-Baraqla döyüşür. Dastanın  Oğuz xanı qoca vaxtı dirilik suyunu içmək üçün qaranlıq dünyaya gedir. Dastanın yolçuliğu daha inandırıcı səslənir. F.Rəşidəddinin Oğuzu haraya gedir, qurulu dövlətə, nizami orduya rast gəlir. Dastanın Oğuzu haraya gedir, yabançılara, qanmaz, dilbilməzlərə rast gəlir. Onları əhliləşdirir. Dil öyrədir paltar geydidirir, dövlət qurur, adi adamlar kimi qocalır ölür. Rəşidəddinin Oğuzu min il ömür sürdükdən sonra dünyasını dəyişir.(Oğuznamə s. 38).
İbn Sina X- yüzillikdə “ Şəfa” kitabında yazır ki, Quranda adı çəkilən Zülqərneyn   Makedinyalı İsgəndərdir. X yüzillikdə Firdovsi də Qurandakı Zülqərneynyn Makedoniyalı İsgəndər olduğunu deyir. Ancaq hər ikisi də yanlışlığa  yol verirlər. Çünkü Makedoniyalı İsgəndər Bytpərəst olmuşdur. Quran  nə bütpərəstliyi tanıyır, nə də onun peyğəmbərini qəbul edir. Qurandakı Zülqərneyn isə təkallahlıdır. İki kərə Tanrıdan ona vəhy gəlir. Dastandakı Oğuz-Zülqədər də təkallahlıdır, Goy tanrının birliyinə inanır. Tanrıdan vəhy alır. Dağın, ağacın , quşun dilini bilir. Okyanlar arasının  xaqanıdır.  Tövratda adı çəkilən və Tövratın xəritəsinə düşən Türükkü ölkəsinin, Həmmədan (Hamədan) şəhərinin xaqanıdır.      
.Görünür böyük duha Mövlanə Cəlaləddin Rumi Zülqədər dastanını bilirmiş. O, “Məsnəvi”sində yeri gəldikcə dastan olaylarından istifadə edir. Dastan qəhramanını peyğəmbər kimi verərək  yazır: ”Zülqərneyn Qaf dağına getdi, dağla söhbət etdi. Dedi ki, sən dağsan o biri dağlar nə? Qaf dağı dedi ki: O dağlar  mənim damarlarımdır. Onlar gözəllikdə mənə tay olmazlar” (M.C.Rumi. ”Məsnəvi”.Ankara 2012 s.388). Dastanda Zülqədər dağla söhbət edir. Ondan məsləhətlər alır. Mövlanə dastandakı Zülqədərin, qurandakı  Zülqərneyn olduğuna arxain olduğu üçün, Zülqədərin dağla danışığını hədisinə salan zaman Zülqədər adı ilə yox, onu Qurana əsaslanaraq Zülqərneyn deyə məsnəvisinə salmışdı. Cəlaləddin Rumiyə görə Zülqərneyinlə, Zülqədər hər iki ad bir adamındir. Zülqədərin Qurandakı zülqərneyn olmasına isə heç bir kuşku (şübhə) yeri yoxdur.
Bu danışılan olaylarda ilginc (maraqlı) bir giz (sir) var. X- Y.İ. Bütün türk dünyasına yayılmış Oğuz dastanını türk aydınları bilməmiş olmazdılar. Heç bir incələmə (təhlil) aparmadan, gerçəklik (dəlil) tapmadan FirdovsininQurandakı Zülqərneyn Makedoniyalı İsgəndərdir” deməsini bütün ilahiyat alimləri dinməz-söyləməz qəbul edirlər. Zülqərneyni peyğəmbərlər sırasından çıxardırlar. Ama Açıq-aydın Quranla səslənən Oğuz dastanındakı olayları, Mövlanə Ruminin, Mahmud Qaşqarlının Oğuza Zülqərneyn demələrini  1400 ildir ilahiyat üləmalarımız görmürlər. Həqiqəti üzərə çıxardıb kişini öz yerində oturtmurlar niyə? Çünkü bu xalqda öznünkünə ögöylük, biganəlik həmişə var.   
İlk yaranmış ağız dastanı olan Oğuz xan ilə, müsəlmanlıqdan sonra yazıya alınan Oğuz xan .dastanların aralarında xeyli  çeşitli dəyşiriklər var. Belə ki, Oğuzun Nuhun nəvəsi olması. Atasına yağı olub onu öldürməsi. Ağac oyuğundan uşağın doğulması və b. olaylar  Borçalı xalq dastanında yoxdur. Dastanın Borçalı çeşidində Oğuzun uşaqlarından da söhbət getmir. 
Bir takım (Bəzi) tarixçilər Oğuz xan dastanının Mete xan haqqında yaradıldığını deyirlər. Yazılı mənbələrdə deyilir “Oğuz xan Mete xanın məhz özüdür”(Vikipediya-Kayzen). Hər iki dastanda bir çox oxşarlıqlar olduğunu kanıtlamağa (sübut etməyə) çalışırlar. Ancaq Oğuz xalq dastanında olan ululuğa fikir vermirlər. Oğuz dastanında hadisələrin gedişi uzaq keçmişlərə, adamların mağara dönəmlərinə gedib çıxır. Mete xan  dastanı isə yer üzünün yüksək uyğarlığa (mədəniyyətə) yiyələndiyi bir sürədə, Y.Y.İ-dən öncə II-yüzildə. güclü dövlətlərin olduğu bir dönəmdə yarandığı aydındır. Bundan başqa Dastanda Oğuz Qara xanın oğlu olduğu deyilir. Eyni dönəmdə də Türk mifoloqiyasında Qara xan yaradıcı Tanrı kimi verilir. Demək Oğuz xan həm də bir Tanrı oğlu kimi də verilir. Dastanda olan bu ideya onun ululuğunu kəsinləyir (təstiqləyir). Üstəlik olaraq sürə ilə ilgili dastanın heç bir yerində tarixin göstərilməməsi də,  dastanın ulluğunu qocamanlığını bir daha tanıtlandırır (sübut edir). Mete xan dastanının yaranması isə. Tarixi kimsə olan Tymən xanın oğlu Mete xan ilə bağlı olduğu üçün, yarandığı dönəm aşkardır. Demək hər iki tarixi kimsələr başqa-başqa adamlardılar. Bunları eyniləşdirmək türkün tarixinə sataşmaqdır. 
Oğuznamədə adı çəkilən Buz dağı, dastanda Qaf dağı kimi verilir. Çünkü qaf dağının yarıdan yuxarısı həmişəlik buzluqla örtülüdür. Oğuznamədə Oğuzun taleyini göstərən tuşu (yuxu görməni) Oğuzun vəziri Bilgə xan görür. Dastanda isə  Oğuzun özü görür, Lələsi isə tuşu yozur.
Araşdırıcı alim, tarixçi  D.Y.Yermeyev çox qədimlərdən şimali Qafqazda Hun tayfalarının yurt saldıqlarını, Hunların mədəni əşyalarının şimali Qafqazın hər tərəfindən aşkar edildiyini yazır. (D.Y.Yermeyev   ”Enoqenez turok” M. 1970.s.53-54)  Yermeyevin bu araşdırması da dastanın boşuna yaranmadığının tanıtıdır (sübutudur). Çünkü dastanın yürüşlərinin hər yerində Oğuz xan oradakı xalqı gəlişdirmək üçün ordusundan hun ailələrini ayırdığını görürük. Elə bunun ilişgisidir ki, hər yerdə aparıcı güc kimi hunlar öz adlarını və uyğarlıqlarını saxlamışlar.
Olja Süleymanov yazır: ”Assuriya hökmüdarı Assarxadon dövrünə aid edilən Assuriya xronikalarında iç Oğuz və onun hökmüdarları haqqında bir çox bilgilərin olduğu göstərilmişdir. (O.S.”AZ-YA” Bakı 1993.s.224)  O. Süleymanovun yazısı Çələbinin yazısını bir daha doğruldur.
Tarixçilərin yazdıqları kimi Zülqərneyn–Zülqədər, doğrudanda Oğuz xan ola bilərmi? Bütün Oğuznamələrdə Oğuzun kimliyi və onun getdiyi yollar, dastandakı Oğuzun getdiyi yollarla tamam eynilik yaradır. Hər ikisindəki bütün hadisələr eynidir. Xaqan olan gənc Oğuz xana sonralar  Zülqədər deyilməsi dastanda açıq-aydın göstəriliir. Oğuz xan haqqında tarixçilərin araşdırmalarında üzə çıxan hadisələrin Quran ayələrinə uyğun gəlməsi  Oğuz xanla Zülqərneynin eyni kimsə olmaları heç bir kuşku doğurmur. Oğuz xanın kiçik asyada Zülqərneyn takımını daşıması da təsadüfü deyil. İlk  öncə  Rüstəm Paşanın dediyi kimi, Oğuz xanın tacının iki buynuzlu olması və   iki yönə, doğuya və batıya sarı yön alıb, yürüş etməsi, Yahudilər və Ərəblər tərəfindən bu takımın verilməsinə aydın ilgi ola bilər.
Şu dastanı: Onu deym ki, tarixçilərmiz, dastançılarmız ”Şu” dastanını da Makedonyalı İsgəndərin adna çıxırlar. Burada da hər hansı bir ynlışlıq var. Çünkü Şu dastanında adı çəkilən yerlərdə İsgəndər olmamışdır. Bu  da Oğuz xanla (Zülqərnenlə) bağlı dastan ola bilər. Mahmud Qaşqarlı əsərində Oğuz dastanında olan olaylardan danışarkən Oğuzun əvəzinə Zülqərneyn deyir. Bu da onu göstərir ki, M.Qaşqarlə Zülqərneynin Oğuz xan olduğunu bilirmiş.  Aydın olmayan hansı səbəbdənsə M. Qaşqarlının araşdırıcı türkoloqları əsərlərində M.Qaşqarlının Zülqərneynini İsgəndər eləmişlər. O, yazır: “ Zülqərneyn uyğur illərinə gəldikdə Türk xaqanı ona 4  min ər göndərmiş. Bunlar önə ok atdıkları kibi arkaya da ok atarlarmış. Zülqərneyn bunlara şaşı qalmış”. (N.S.B.s. 254)   “Zülqərneyn by vilayətə Hudhur adı vermiş, sonralar h ərifi düşmüş Udhur olmuş. Həriflərin çevrilməsi nəticəsində Uyğur olmuş” (N.S.Banarlı “Türk ədəbiyatı tarixi” İstanbul 1971 s255) Ama indinin araşdırıcı alimlərimiz “Şu” dastanından danışarkən Zülqərneyni İsgəndər eləmişlər. Yazırlar: “İsgəndər onların üzlərinə baxıb, kimsədən soruşmadan “Türk manənd” dedi. İsgəndərin həmin sözü ilə bu kişilərin adı “Türkmən olaraq qaldı”. (Bax.N.S.Banarlı “Türk ədəbiyat tarixi” Bakı 1971.s.16) (Bax. Nizami Cəfərov” Qədim türk ədəbiyatı” Bakı 1004.s. 41). Folklorçularmızdan vı yazarlarmızdan soruşmaq gərək Fateh İsgəndər nə Zamandan saldatları ilə farsca danışmağa başladı ? Görünür əldə olan Şu dastanı ilk qaynaq deyil. Oraya İsgəndər sözü sonralar əlavə olunubdur. Ya da ilk qaynaq kimi Fars qaynağından götürülübdür. Çünkü Oğuz xan dastanında həmin adamlara  “Türkə bənzəyirlər” deyilir.  Ona görə də mənim türküm anlamını verən “Türkmən” deyilibdir. Sonra” Şuya qalınca o ordusu ilə birlikdə Çin tərəfə keçdi İsgəndərdə arkasından yürüdü“ və s. ( s.16). Axı yol xəritəsinə görə İsgəndər Çində olmayıbdır. Olmadığı yerə necə gedə bilər. Demək  Çinə gedən İsgəndər yox Oğuz xan olmuşdur. Çin xaqanına qonaq olmuşdur. Sonra yazırlar: “İsgəndər Uyğurlar üçün şəhər də yapdı”. ( s.16) İsgəndər olmadığı yerdə şəhəri necə yapa bilər. Ancaq Oğuz dastanında “Oğuz (Zülqərneyn) Uyğurlar üçün ilk şəhər yapır adını da  Hunlarının ününə“Hunqar” qoyur.
Uyğur adının yaranmasında da  M. Qaşqarlının söhbəti ilə Oğuz xanın uyğurlara ad verməsində çox uyğunlaqlar var. Araşdırıcı alimlərimiz bu yanlışlığı nə vaxt düzəldəcəklər aydın deyil.
Maraqlı belə bir sorğu yaranır. Doğrudan da Makedoniyalı İsgəndər Uyğurustanda, Çində olubdurmu, İtil çayından, Hucənd çayından keçibdirmi? Qaranlıqda (Şimalda) olubdurmu? Qaf daıəndan keçibdirmi. Dünyanın hər hansı bir yrində sədd tikdirməsi olubdurmu? Axtarsaq yalnız yox cavabını alacayıq.
Bu gün İsgəndərin yürüş marşurutu elmə məlumdur. Tarixdən aydındır ki, İsgəndər Makedoniyadan batıja yürüş etməmişdir. Onun yürüşü yalnız güneyə (cənuba) sarı olmuşdur. Ortaasiyaya yürüşü Soqdinyaya, Səmərqəndə qədər getmişdir. Oradan Tacikistandan, Əfqanstandan keçərək. Üzünü Hindistana tutmuşdur. Demək İsgəndər Özbəkistan sınırından, Səmərqənddən  o yana getməmişdir. Belə olan halda yenə sorğu yaranır? Bəs  Çinə qədər gedən, Hucənd çayını keçən, Qaranlığa gedən Zülqərneyn kimdir? Bu sorğuya Oğuz-Zülqədər dastanı çox aydın cavab verir. Oralara gedən xaqan (sərkərdə) 6 min ildir xalqın yaddaşında yaşayan Zülqədər-Zülqərneyn Oğuz Xandır. Buna kuşku edənlər yanılırlar.
Kazım Mirşan deir e.ö. IV- minillikdə  Ağ dənizlə Cin arasını, Ural, Dunay, Hindistan sınırlarını kapsayan bir İmperiya olmuşdir. Runik və Mixi yazılarını da Urmiya ətrafında e.ö. 7-6 minilliklərdə onlar yaratmışlar. F. Ağasoğlu və T.Azərtürk bu düşüncəni kəsinləyirlər. Ama Nə dövlətin adını çəkirlər, nə də yaradıcının kimliyini deyirlər. Deyilən dönəmi və dövlətin sınırlarını gözdən keçirdikdə Oğuz dastanında olan olaylarla çox uyöun gəlir. Demək həmin adsız imperiya Turan imperiyasıdır Yaradıcısıda Zülqərneyn-Oğuzdur.  
 Ən azı 6 min il tarixi olan ilk türk xaqanlığını quran türkün 2-ci peyğəmbəri olan Oğuzu (Zülqərneyni) ərəbləşdirməklə türk xalqının ən qədim inamını da ərəbləşdirmək istəyi bunlarda niyə haradan yararlanır bu giz mənə aydın deyil.  
Maraq doğuran belə bir sorğu yarana bilər: dünyanun hər bir yanından səsi-sədası gələn ulu Hunların Bir-biri ilə ilişgiləri varmı, yoxsa ayrı köklüdülərmi?. Bu sorğunun üstündə 70 ildən artıqdır ki, alimlərmizin  kimisi üzünü gündoğana tutub Hunları doğuda axtarır. Kimisi də günbatana tutub batıda axtarır. Heç bir sonluğa gələ bilmirlər. Bu sorğunun cavabını biz yenə “Oğuz-Zülqədər” dastanında tapa bilərik. Oğuz dastanında olan olayları, Oğuz xanın doğuda, quzeydə dilbilməz xalqın içərisində ailə ilə öz hunlarını qoymasını  gözönünə gətirdikdə, qədimlərdə döyüşçülərin orduda ailəli yaşamalarına inanmalıyıq. Oğuz xan getdiyi yerlərdə qoyduğu hunlarını həmişəlik o yerli xalqa öndərlik etmək üçün qoyurdu. Odur ki, Oğuz xan getdiyi yerlərdən hımişə hunların səsləri gəlmişdir. Asyanın hər iki ucunda arxeoloqların qazıntılarında tapılan şeylərin oxşarlığını incələyən arxeoloqlar sorumuza cavab verərək hər yerdə tapılan Hunlar eyni kökdən olduqlarını deyirlər. Ama Həm doğu, həm batı asyada arxeoloqların  açdıqları gömütdə yatan kimsələrin sümüklərinin antropoloji qurluşu onu göstərir ki türklər bir neçə genetik köklərdən yaranmışlar. Onların bəzilərinin təmiz Qafqaz tipində olmaları, bəzilərinin təmiz monqoloid tipində olmaları, bəzilərinin qarışıq olmaları bu xalqın qarışıq xalq olmalarından xəbər verir.  Genetik qarışıq olmalarına baxmayaraq, gömütlərdə tapılan yaşayış şeylərində eyniliynin aşkar edilməsi, gömütlərin basdırılma qaydalarının eyniliyi, gömütlərdə tapılan yemək qablarının eyniliyi, xüsusi ilə sayğı göstərilən at gömütlərinin tapılması, hər şeydan öncə, günəşin simvolu kimi götürülən, e.ö.VI-V-minilliyə ilişgi edilən  “çarxlı xaç”ın (çarxıfələk-svastika), bəlkə daha çox şeylərin tapılması, Asyanın hər iki ucunda  türk uyğarlıqlarının, dini gələnəklərinin bir olmasından xəbər verir. Tapılan, bütün arxeoloji qazıntılar qədim Bopçalı  Oğuz dastanının doğru bir bilənək oldiğuni kəsinləyir. Oğuz Xan və onun Hunları ən azı 6-7 min il öncə batı Asya uyğarlığını doğu Asya xalqına daşıyıb gətirmişlər və bu gələnəkləri doğu türküstanda yaşatmışlar. Beləliklə dil baxımından bütün Asya xalqları qarışıq bir ulus (millət) halını almışdır.. Hunların uyğarlıqları (mədəniyətləri) yerlilərdən üstün olduğu üçün, ölkədə aparıcı güc yiyəsi Hunlar olmuşlar və aşamalarla bütün xalq Hun adlanmışlar. Sonralar da böyük Hun dövlətini yaratmışlar. Bu gün dünyanın böyük bir alanını kapsayan xalqın, türk dilində danışmaları üçün Oğuz xana (Zülqərneynə) borcludular                                                                                                                                       
Son zamanlar  Uyğurustanda aparılan qazıntı işləri sürəsində eramızdan 4 min il öncəyə ilişgi edilən gömütdə yatan mumiyalanmış qadının antrapoloqiyasına və sümük qurluşlarına əsaslanaraq Qafqaz kökənli olmasını elm aləmi önəmliklə kəsinləmişdir. Demək həmin gömütlərdə yatanlar ya Oğuzun hunlarıdır ya da onların törəmələridir. Onlar vaxtı ilə Asyanın güneyi ilə Çinə qədər yolçuluq etmişlər. Doğu türküstsnı yaratmışlar. Yenidən quzey Asya ilə batıya Dunay çayına qədər gəlmişlər. Gəldikcə də qarşılarına Oğuzun qoyduğu Hunlardan türk dilli xalq çıxmışdır. Beləcə türklər bütün Asyaya və doğu-güney avropaya yayılmışlar.
Araşdırıcı Bahaəddin Ögəl Türk tarixinin 5 min il yaşı olduğunu önə çəkərək, “Altay dağlarındakı  Bazırlıq yaylağında aparılıan arxeoloji qazıntılarda tapılan m.ö. 3-cü minilliyə ilişgi (aid) edilən Oğuz tipindəki skeletin Türk millətinin ilk atası olduğuna dirəngəllik (iddia) etmişdir.”(F.Mustafa “Azərbaycanda dini məişəy haqqında”.İnter) Ama o yanılmışdır, türk ulusnun (millətinin) ilk atasının azı 8 min il yaşı var. Çünkü Oğuz xan da ilk ata deyil.  Ağasoğlu 8 min il öncələrdə Araz üzərində, Urmiyada türkcə danışan türk ataların olduğunu deyir. Zaqros dağlarında  8500 il öncə türkcə şeir yazan Bida Hun qızı kimi türkün anası var.
Yüz illərdir, araşdırıcı tarixçilər, arxeoloqlar türklətin ulu babalarını Monqol, Çin sınırlarında axtarırlar. Orada türkünən ilkin tarixi e.ö 5-4 minilliyə gedir. Ama Dəclə-Araz çayları arasında olan 8 min illik ilkin uyğarlığa( mədəniyətə), mixi yazılı  anıtlara. Aydın olmayan hansı səbəbdənsə göz yumurlar. T. Azərtürk kitabında  verdiyi 400-ə qədər Sümer sözlərinin 80 %-i bu gün Borçalının kəpənəkçi kəndində hələ də işlək haldadlr. Bütün türk dilləri arasında Sümer dilinə ən yaxın olan, ona çox uyğun gələn Azər türkcəsidir.
 Bəxtiyar Tuncay yazır: “Övliya Çələbi Oğuzların ilkin ata yurdu kimi qələmə verdiyi məkanın  Mahan adına eynilə qədim Şumer mənbələrində də  rastlanılır. Burada rast gəldiyimiz Mahan toponimi haqqında Övliya Çələbi yazır: “Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı tapırlar. Həm Şumer dastanında, həm də Ö. Çələbidə söhbət eyni ölkədən gedir ” deyir. Çələbidə həm Oğuzların adları , həm də ölkənin adı çəkilir. Hələ arxoloji qazıntılar anıtlarının olmadığı bir dönəmdə, XVI-əsrdə Çələbi  Oğuzların Şumerlərə qonşu olduğunu, hətda onlara tabe olduğunu deyir. (Azərbaycan mifoloji mətinləri) Yazıdan aydın görünür ki, ilk Oğuz Şumer ölkəsilə qonşu olmuş və Şumerlərlə bağımlı ilgiləri də olmuşdur.
Son dönəmlərdə bir çox araşdırıcı tarixçilər  bu yüksək uyğarlığı Şumerlər yad planetlərin adamlarından aldıqlarını sübut etməyə çalışırlar. Şumerlərin əcdadları 445 min il öncələrdə göyün Niburi planetindən “Ananakilər” yerə enmişlər. Yerdən qızıl yığıb aparmışlar. Afrikada qızıl şaxtalarının yeri bu gün durmaqdadır.  Adamları da yerdə kodlaşdırıb getmişlər. (Mahal Bomonti “Yad planetin övladları” vikiped) deyir.
Mahal Bomontinin zənninə görə Şumerlərin ulu köklərinin 445 min il öncədən gəlmiş planet adamı Ananakilər olduğu üçün, dünyanın başqa yabançılarından çox-çox tez alışqanlaşaraq. (əhliləşərək) yüksək uyğurluq yaratmışlar. Mahalın bu zənni o qədərdə ağıla batan deyil. Çünkü adamların mağaralarda doğa aləminə çıxmaları 200-300 min il ancaq olar deyilir.Həmin adamların törəmələri bu gün kosmosa gedirlər. Şumerlərin ulu babaları 445 min il yaşamış. Ancaq onların ən yüksək mədəniyətləri daş binalar ucaltmaq və gil kitablar yaratmaq olmuşdur.
Samvel Kramer “Tarix Şumerlərdən başlayır” əsərində yazır: “Mezopotomiya imperatorluğu  Xəzər dənizindən, Kafkasiyadan gəldiyi təxmin edilən, ilkəl və köçəbə Şumerlər ilə qarşılaşır və Şumer imperatopluğunu  yaradırlar”. Kramerin dediklərinə görə Şumerlər Kafkasiyadan Xəzər dənizi ətrafından Önasyaya köçetmişlər. Orada yerlilərlə qaynayıb qarışmış, son halda böyük Mezopotomiya imperatorluğunu qurmuşlar.
İ. Nyuton tirklərin ilk gəlişmə yurtlarına ima (eyham) edərək yazır: “Türklər Fərat çayı boyunca gəzişən zamanlarda, dünyaya uyğarlıq gətirmələrinin fərqinə varmırdılar”. (Aytunc Altındal vikipediya). Yazarların zənnlərində həqiqətə uyğunluq var ona görə ki, arxeoloji axtarışlarda Sumer mədəniyəti ilə, Kür-Araz mədəniyətində bir çox yaxınlığın, oxşarlıqların olmasını arxeoloqlar kəsinləmişlər (təstiqlənmişlər).
İngilis alimləri S.L.Loyd və Q Ceyld yazırlar: Dəclə çayı axarında Turanlılar çox qədim dönəmlərdən yurt salmışlar və yüksək uyğarlıqlar  yaratmışlar. Yaklaşıq olaraq (təxminən) 10-12 min il bundan qabaq Dəclə və Fərad çaylarının qovşağında yerləşmiş türklər ətraflarında yaşayan saysız-hesabsız yabançı tayfaların arasında ulu bir uyğarlıq yaratdılar. Çox çəkmədi ki, qoca Asyanın münbit torpaqlarını cana gətirdilər. İndiki Kərkük yaxınlığında aşkar edilmiş e.ö.-8 min ilə ilişgi edilən yurt yerləri onların ulu yurt yerləridir. Dəclə çayının orta axarında aşkar edilmiş, e.ö. 6-minilliyə ilişgi Samarra uyğarlığı ikiçay arasının ilk özül yaşayış təməl yerləridir. (Şumerlər. Vikiped). Loyd və Ceyldin söylədikləri araşdırmalar Mu qitəsindən gələn uyğarlığın (mədəniyyətin) doğruluğuna gümanı artırır.  
Hələ 100-150 il öncələrdən Türkün kökünü Önasyada 10-12 Min ilə aparan bir çox alimlər olmuşlar. Belə olan halda bəs necə oldu ki, birdən- birə türklərin gəlişmə köklərini doğu Asyaya apardılır. Gəlişmə kökü ən çoxu 5-6 min ilə gedən Uyğurustanda axtarmalı oldular. Bu ikibaşlı elmi axtarışların kanıtları (dəlilləri) mənə çatmır. Buradan açıq aydın görünür ki, türklər haqqında danışılan Avropa, Rusuya qısqanclığı doğrudur.
Türk torpaqları çox geniş və xalqı çox çeşitli olduğu üçün, onların dünya görüşləri də çox çeşitli olmuşdur. Bu belə də olmalıdır. Bu boyda qarışıq köklərə özgün (aid) olan türk xalqını bir inam və bir gələnək dolağına (çevrəsinə) salmağın özü inanılmazdır. Ama tarixin elə doğruluqları  var ki, tarix bunu edə bilir. Belə ki, tanrıçılığın ən ulu inam simgəsi sayılan, günəşin ilk simgəsi olan çarxlı xaçı (çarxıfələk-svastika) tamamilə çeşitsiz, eyni görkəmdə arxeoloqlar həm Önasyada, həm də doğu Türkestanda, həm Dunay qıraqlarında, həm də Avstaliyaya yaxın Mu adalarında aşkar edilməsi, bu geniş torpaqda yaşayan türklərin bir gələnəyə qulluq etmələrinin göstəricisidir. Demək hansı dönəmdəisə doğu və batı türküstsnı bir inam altında, bəlkə də bir dövlət sınırında yaşamışlar. Bu da dastanlarda yaşayan Oğuz xan imperiyası ola bilər. 

Mixi yazılarının şifrələrini oxuyan məşhur alim Yulius Oppert 1869-cu ildə yazır: “Mixi yazısının yaradıcıları ona qədər deyildiyi kimi,heçdə sami mənşəli xalq deyil, bu yazıların sahibi....Türk, Fin , Hunqar dilləri ilə çox yaxın əlaqələri var.(T.Azərtürk “Mixi yazılı azıri türk dilinin qramatikası” Bakı 2004 s.41).  150 il öncədə Y. Oppertin salıklğına (Xəbərdarlığına) baxmayaraq hələ də  türkün yaranış kökü açıqlanmayıbdır.

Hitler də  Sümür tarixinə ilgisiz qalmır. O yazır:”Sümer dili ümumi əlamətlərinə görə türk dillərinə daha yaxın olan dildir. Semit və Fars dillərilə heç bir əlaqəsi yoxdur” deyir. (Vikipediya-Kayzen).                                                     

Sümerşunas Müazzəz İlmiyə bildirir ki, Sümer sözü bu gün  Ortaasya dağ sıralarında  və Sümerkənt şəhərinin adında  işlənir. Sümer təpəlik mənasında işlənən sözdür. Sümer xalqının əsl adı “Kəngər” olmuşdur”deyir.(vikiped) Sümer xalqının adının Kəngər olması, bizim alimlərə geniş ipucu verir ki, Azərbaycanın ən ulu xalqı olan Kəngərlərlə Sümer Kəngərlərinin qohumluğunu axtarıb üzə çıxartsınlar. Niyəisə alimlərmiz bu qədər aydın olan olayları, Oğuz-Zülqədər dastanının Qafqaz türünü, Azərbaycanın  hər yerinə yayılmış, Zülqədərlər və Kəngərlər soyları haqqında araşdırmalar aparmaq istəmirlər. Araşdıran da yer olaylarını göy planetində axtarır. Bu günkü  baxımsızlıqdan yararlanmaq istəmirlər. İndi nədən qorxduqları aydın deyil.
T. Azərtürk  “Şumer adlı xalq olmamışdır. Bu ad sonralar qondarma düzəldilmiş addır. Şumer adına heç bir keçmiş yazılarda, nə şumer mixi yazılarında nə Tövratda, nə iİncildə rast gəlinmir” deyir.  Ama Türk adına bir çox Şumer yazılarında və Tövratda rast gəlinir. Tövratın 3 minillik tarixi olan xəritəsində Türk dövlətinin xəritəsi də göstərilir. Şumer adı sonralardan 1850 ildə iki çay arası türklərə verilən addır”deyir. (T.Azərtürk. Şumerlər. Vykiped)
T.Azərtyrk, ”Mixi yazılı Azəri türk dilinin qrammatikası” əsərində yazır: “Neçə on illərdir Azərbaycanın  itigörən alim təbəqəsinin  “Şumerlər bizim ulu babalarmızdır” zənni (fərziyəsi) öz həyatiliyi ilə indi ortalığa çıxır. Bu isə e. ö. 6500-ci ildə   yaşamış Enlil İsmə  Dağandan başlayan həqiqətdir.” (Bakı 2004 s.16). O, yazır: ”İndi gil lövhələrdə dəfələrlə rast gəldiyimiz Turuk, Türk etnonimi sübut edir ki, Babilan və qədim İran ərazisində yaşamış həmin türükkülər bizim ulu əcdadlarımız Türklər olub (orada s.34).
F,Ağasoğlu Türklərin Araz çayı qırağında yurd salmalarını e. ə. 8-ci minilliyə aparıb çıxardır. O, “ Saqa-Qəmər boyları Araz qırağında yaşayırlar. Başqa bir yerdə:”E.ö.XVI-əsrdə Van gölü ilə Qara dəniz arasında Qəmər türklərinin, Kür- Araz arasında Saqa türklərinin yaşadığını yazır.(s.- 73). (Kür, Araz arası yuxarı dağ borçalıdan başlayır.)  Ağasoğlu əlavə edərək yazır ki,Türklərin ata yurdunu yalnız  Altayda axtaranlar həqiqəti görmək istəmirlər.(s.-68). Ağasoğlu türklərin  Altaya köcmələri və sonradan geriyə qayıtmaları haqqında xəritə də verir. Xəritədə Saqa-Qəmər türklərin Azov dənizi ətrafına gediş –gəliş yolunu Qarabağ- Borçalı-Qara dəniz sahili  ilə gedildiyini göstərir.(F.Ağasoğlu “Qədim türk eli s.69) Ağasoğlunun zənnini qəbul etsək Qarabağ-Borçalı türklərinin tarixi 7-8 min ilə gedib çıxır. T.Azərtürk isə daha irəli gedərək bizim ulu dədələrimiz qədim Sümerlərdir deyir. Borçalı xalqının arasında Sümer sözlərinin geniş işlənməsi Azərtürkün zənnini bir daha təsdikləyir. Ama mənim Akademik alimim isə Borçalıların 17-ci əsrdə yurd saldıqlarını mənə sübut etməyə çalışır. Akademik alimlərimiz gürcülərin əllərinə tutarlı ipucu verirlər ki, onlara “siz gəlməsiniz”deməklə onları gözləri kölgəli saxlasınlar. Yumşaq desək Akademiklərimiz Borçalı türklərinin belinə daş yığırlar.
F. Ağasoğlu türklərin ulu yurdlarının Arazın qıraqları olduğunu yazır.  20 ildən artıqdır gedən bu dartışma hələ də dəvam edir. Hələ də aydın deyl alimlərimiz nə vaxt Azərbaycanlıların  oluşma (təşəkkül) tarixini aydınlaşdıracaqlar və bu xalqın kimliyni dğru-düzgün xalqa çatdıracaqlar.
Azərbaycanda olan Azıx mağarasını Ermənilər  az bir zaman içərisində 0nların ilk oluşma  yurdları kimi dünyaya yaymağa nail oldular. Biz də  qova-qova özümüzü Çin sınırlarına aparırıq.           ` N. Cəfərov yazır: ”Azərbaycan xalqının  təşəkkül formalaşma tarixi eramızın ilk əvvəllərindən başlayan bu proses orta əsrin sonu XVI-XVII-əsrlərdə başa çatmışdı.” (s.-46)
Belə bir sorğu yaranır. Əyər sayğılı alimlərimizin dedikləri düzdürsə,  o halda Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxan, eradan qabağa gedib çıxan yüksək uyğarlıqlı yurd yerləri kimlərin, hansı xalqın yurd yeridir. Makedoniyalı Aleksandrın yerlə yeksan elədiyi  Xram çaynın üzərindəki, Bun türklərinin şəhərlərinin kalafalıqları hələ də durur. Alban dövləti dönəmində Albaniyanın dövlət dili türk dili olmuşdur. Alban dövlətinin 26 tayfasının 24-ü türk tayfası olmuşdur. III- Vaçaqan dövründə Bibliya türk dilinə çevrilmişdir.(Vikipediya Albaniyada xristianlıq). Qafqaza türklərinin VII-əsrdə gəlmələri budurmu?. Belə düşünən yazarlara demək istəyirəm ki, Ağasoğlunun “QədimTürk eli” kitabını. T.Azərtürkün “Mixi yazılı Azəri Türk dilinin qramatikası” kitabını oxusunlar. O zaman Urmiya dağlarında miladdan 5-6 min il öncəliyə ilişgi (aid) edilən, mixi yazılarını və Həmmədan qızı Bidanın mixi yazılı türk dilindəki, şeiri oxuyanda Qafqaz  türklərinin nə zamandan Azərbaycan torpağında yaşadıqlarını anlayarlar.
Bir çox tarixçilərin yazılarını araşdırdıqda belə düşünmək olar ki, Dəclə-Fərad çayları arası, Kür-Araz çayları arası və  Ceyhun-Seyhun çayları arası eyni uyğarlığa (mədəniyətinə) ilişikdir (aiddir) və bu xalq Türk xalqıdır. Ona görə də  doğu türk ellərilə, batı türk elləri arasında  ümumi gələnəklərlə bərabər, hər boyun özünə uyğun gələnəyi də olmuşdir. Onu deyim ki, nə qədər soyçəkim çeşitliyi olur-olsun, xalqın birliyində  dil və din böyük rol oynayır. Doğu asya ilə batı asya arasındakı, dinin və dilin birliyi qarşılıqlı bir uyğarlıq yaratmışdır. Odur ki, harada Hun adı var, orada ulu türkün sümüyü yatır. Harada alp sözü var orada ulu türkün ayaq izi var.     
­ İki yüz il var ki, tarixçiləri və arxeoloqları bir məsələ düşündürür.Doğu Asya türkləri ilə batı Asya türklərinin antopoloji görkəmlərinin eyni olmadığı açıq-aydın göz qabağındadır. Belə olan halda alimlərimiz nəyə əsaslanaraq önasya türklərinin doğu asyadan gəldiklərini söyləyirlər.. Sümerlərin və önasya türklərinin yaradılış tarixini Avropa və rus alimləri aydın olmayan hansı məntiqdən isə çəkib Monqolustan sınırlarına aparırlar. Sümerlərin və türklərin Monqolustan sınırından gəldiyini deyən alimlərmizdən soruşmaq lazımdır ki, Bu xalqın Monqol tipinə heç oxşarlığı varmı vsra nədədir. Yəqin ki, oxşarlıq tapa bilməyəcəklər. Arxeoloqlar arxeoloji qazıntılarla önasya xalqının qenezini araşdırmışlar. Monqoloid tipli olmalarını inkar etmişlır.
1868 ildə Ceyms Coocvad adlı ingilis arxeoloqu Hindistan monastrının birində çoxlu yazılı tabletlərə rast gəlir. Bu tabletlərin nə olduğunu dostlaşmış monaxların birindən öyrənir ki, 14 min il öncədən Sakit okeyanında batmış Mulara ilişgi (aid) olan tabletlərdir.  Ceymis Cooc Həmin tabletləri oxumağı qərara alır. Bu yolda 50 il ömür itirir. Yalnəz 50 ildən sonra 1916-cı ildə Tabletləri oxumağı bacarır.   Bununla da tarixdə yeni era açır. Yazının üç müxtəlif əlifbada yazıldığı, ama hamsının bir dildə olduğunu aşkar edir. Yazıdan aydın olur ki, vaxtilə Sakit okeyanında Mu adlı qitə olmuşdur. Qitədə 200 min il yüksək uyğarlıq olmuşdur. 12 min il e.ö. qitə batmış, okeanın altında qalmışdır. Xalq və onun uyğarlığı yox olmuş, yaşayanların çox az bir bölümü qaçaraq qurtula bilmişlər. Sonralar İngilis arxeoloqları Avstaliya yaxınlığındakı adalarda axtarışlar aparmışlar. Adalardan çoxlu özdəksel (maddi) uyğarlıq qalıqları aşkar edilmişdir. Həmin adaların Mu qirəsinin dağlarının təpələri olduğu kəsinlənmişdir. Yapon arxeoloqları sakit okeanın dibində yüksək uyğarlığı olan şəhər və piramidlər aşkar etmişlər.  
 Ceyms C. Üç tomluuq kitab yazır. Bizi maraqlandıran onun cıxartdığı son olğunluklardır. (nəticələrdir). O, yazır:1. Yer üzərində ilk sivilizasiya Mu qitəsində olmuşdur. 2. Mu qitəsində yaranmış olan təktanrıçılıq inancının 70 min il yaşı var. 3. Qitədə 4 irq yaşamış, hər bir irqin özünün ayrı əlifbası olmuşdur. 4. Əlifbalar ayrı olmalarına baxmayaraq hamısın da dili eyni olmuşdur. 5. Ölkə RaMu İmperatorluğu adlanmışdır. 6. Qitədə 200 min il yüksək uyğarlıq olmuşdur. 7.Qitə adamları cağdaş dönəmin adamlarından üstün bilikdə və uyğarlıqda olmuşlar.
Mu qitəsindən qaçanlar üç ayrı-ayrı səmtə üz tutmuşlar.1-cilər Amerika qitəsinə gedib  Mayyalıların ululrı olmuşlar. 2-cilər haqqında  Təhsin Mayatəpək yazır:  “ Əsgi türklərin ilk yurtları Ortaasya deyildir. Sakit okyanında 200 min il Mövcudluğunu qoruyub saxlamış və sonra okeanda batmış Mular olmuşlar. Onlar Bəsrə (fars İ.M.) körfəzi ilə Mezopotomiyaya, Fərad çaynın qovuşmasına, (deltasına) Misirə gəlmiş və burada Mu qitəsinin yüksək mədəniyyətini, inkişaf etdirmişlər. Dilini və dini inancını yaymışlar. Akkat və Sümer adı ilə tanınmışlar. Ola bilsin ki, bu ilgidən də Sümer və Mayya arasında olan bir çox oxşarlıqlara rast gəlinir. 3-cülər isə  şərqdə Uyğur adı alan Mu övladlarrı idi. Dünyaya ilk mədəniyyəti də Uyğurlar yaymışlar”deyir. (Təhsin Mayatəpək “ İtmiş sivilizasiya” vikipediya)  20-ci əsrin optalarında Yapon arxeoloqlarının Sakit okeanda aşkar etdikləri şəhər Mayatəpəkin zənninin doğru olduğunu kəsinlədi.
Tarixçi T. Mayatəpəkin sakınqanlığına (qənaətinə) görə Türklər, Akkatlar və Sümerlər Mu qitəsindən gələn xalqın törəmələridilər. Onlar özləri ilə dillərini və dinlərini də gətirmişlər deyir. Mayatəpəkin sözündən belə aydın olur ki, Mu qitəsinin xalqının dili türk dili olmuşdur. Mayatəpəkin sakınqanlığını bir də ona görə doğru saymaq olar ki, Mular Mezopotomiyaya və misirə gələndə buradakı yerli xalq onları allahlar kimi qarşılamışlar. Çox güman ki, o dönəmlərdə Afrika xalqının da dilləri vı dinləri olmuşdur. Əyər onlarda dil və din olmasa idi, Afrika və Asiya xalqları bir dildə və bir dində olardılar. Biz görürük ki, burada çoxlu dil və din yaşamaqdadır. Mayatəpəkin Uyğurlar haqqında olan 3-cü düşüncəsinin doğru olması biraz kuşqu yaradır. O, Uyğurların dil yaxınlığına görə bu sonluğa gəlmişdir. Əgər onlar Uyğurlarla görüşsəidilər onlarda dildən başqa ayrı uyğarlıqlar da yüksək ola bilərdi. Ama biz bu yüksək uyğarlığı Uyğurlarda yox, Çinlilərdə görürük. Çində ən qədimdən hər tərəfli yaranmış yüksək uyğarlağın tanıkı (şahidi) oluruq.  Görünür qaçqınlar Çin yarımadasına gəlmişlər. Yüksək uyğarlığı Çinlilərə vermişlər. Çində olan yüksək gələnək, bol piramid anıtları bu gümanı kəsinləyir    Ancaq onlar az olduqları üçün Çinlilər içində ərimişlər. Dillərini verə bilməmişlər. Onlardan qalan yadigar yalnız Çin piramidləri olmuşdur. Dünyanın ən yüksək və ulu ağ piramidi Çində saxlanılır deyilir. Bu zənn Çinin həmin bölgəsinə beynəlxalq arxeoloqiya təşkilatının buraxılmamasında özünü kəsinləyir. Eyni zamanda böyük Çin səddinin tikilməsində həmin gəlmələrin yüksək mədəniyətlərinin təsiri olmuşdur. İlk sivilizasiyanın dünyanın hər iki ucunda bir- birindən xəbərsiz uyğarlığın  cicəklənməsi və bir-birinə tam oxşar olması Mu olayları zənnini artırır və kəsinləyir. Çinin isə yan-yörələri (ətrafları) yabanı (vəhşi) xalqla koşatlı (əhatəli) olduğu üçün uyğarlıq qapalı gəlişmişdir. Çox az ibtidai uyğarlıq olan atların alışdırılması (əhliləşdirilməsi) və oxla ovçuluq uyğarlığı Uyğurlara da keçmişdir.  Uyğurların dillərinə gəldikdə, onlara Türk dilini 6 min il öncə Oğuz xan və onun hunları aparmışlar.    
Aydındır ki, dünyanın hər iki ucunda yaradılan bu simgələrin bir-birinə bu qədər oxşarlığı heç bir halda rastgələ ola bilməz. Bəs elə isə 14 min il bundan öncə yoxa çıxmış bir xalqın mədəniyyət izi  niyə olsun? Yetgin uyğarlığa yiyələnməyən çılpaq qul halında olan Babillilər Babil qalasının 12 m.hündürlüyü olan  İştar qapısında hələ də gözəlliyini, parlaqlığını itirməyən çini kərpicləri hansı texnoloqiya ilə kimlər hazırlanmışlar? 
Eyni zamanda Mu qitəsinin yox olma dönəmi ilə, Mezopotomiyanın ciçəklənmə dönəmi bir birinə uyğun gəlir. Bu uyğunluqlar, oxşarlıqlar arasında hər hansı bir yaxınlıq gizi (siri) ola bilərmi? Bu yaxınlığı aşkar edən bir giz varsa o da odur ki, dünyanın hər yerində ən aşağa uyqarlıq ibtidai icma dönəmi olduğu halda, dünyanın iki bucağında yüksək uyğarlıqların yaradılmasını, inanılmaz ölçüdə yüksək olan anıtları gördükdə, adam istər-istəməz belə bir gümana gəlir ki, bizdən öncəki dönəmlərdə yer kürəsində yüksək uyğarlıq olmuşdur. Bu yüksək uyğarlığın birdən birə çiçəklənməsi və batması sorğusu hələ də öz cavabını tapmayıbdır.
Tam yetgin bilgi verməyən Mu yazılarından belə anlamaq olur ki, 70 min il yaşayan bir imperiyanın sözsüz ki, yüksək uyğarlığı olmuşdur. Ola bilsin ki, hər cür çeşüt aracları və texnikaları da olmuşdur. Ağrı-acı (Faciə) baş verən anlarda onlar araclarla Çox güman (ehtimal) ki, uçar göy aracları ilə, özlərinə quru sığınacaq yeri axtarıb tapmışlar. Onar tapıb dayandıqları yerdə yenidən yüksək uyğarlıqlar yaratmışlar. Onlar göydələn piramidaları qaldıraraq hələ də bilinməyən bir texnoloqiya ilə  piramidalardan elektrik stansiyaları kimi istifadə etməklə yüksək uyğarlığa (mədəniyətə) yiyələnmişlər.
Belə olan halda bəs niyə yalnız daş tikililərdən başqa yüksək texnoloqiyalı heç bir uyğarlıq izi qoymamışlar. Yazarların dedikləri kimi, Mu adasından gələnlərin  uyğarlıqları, gəlib düşdükləri yerli xalqa nisbətən yüksək olmuşdur. Hər hansı ilişgidənsə, bəlkə texnaloqiyanın itməsi ucbatından özlərinin öncəki uyğarlıqlarınadək yüksəldə bilməmişlər. Dönəm keçdikcə aşamalarla unudulmuşdur. 
Mu anıtlarındakı yazıya görə 14 min il öncə qitədən çıxan xalq aracları tutacaq sayda adamları ölümdən qurtara bilərdilər. Onlardan bir bölümü Mezopotomiya və Misirə, Bir bölümü isə Çinə və Ameika qitəsinə getmişlər. Bu yüksək ağıllı adamlar yerliləri özlərinə tabe etmiş və qul kimi qabaqlarında işlətmişlər. Yerli xalqda onlara  Tanrının göndərdiyi kutsal adamlar kimi tapınmışlar. Yerli xalqən allah dedikləri Nəmrudlar, Faraonlar bəlkə o boydandılar. Nəmrudun törəmələri 700 il, Faraonun törəmələri isə 1500 il  hökmürünlıq etmişlər və təbabətin kəsinlədiyi ilgidən, yəni Qemofiliya Xəstəliyindən soyları kəsilmişdir. Öz uyğarlıqlarını (mədəniyətlərini) yerli xalqa verərək yavaş-yavaş o xalqın arasında əriyərək yox olmuşlar. Demək uyğarlıq 14 min il öncədən Mular tərəfindən  ön asyaya gəlmiş. Ön Asyadan həm batıya həm də doğua yayılmışdır.
Bir açıqlama (Haşiyə): İnstitutda oxuyanda təbabət tarixindən dərs deyən müəllımimiz deyirdi “Hələ yer kürəsinda yeni-yeni icma dövrü yarananda Babildə tibb elimin hər tərəfli yüksək zirvəyə qalxmş bir dövrü olmuşdur. Ən incə göz əməliyatları, ən ağır orqan əməliyatları edilmişdir. Hammurabinin verdiyi qanunlar bizə bu sözü deməyə güman verir. E. Ö.1800 illərdə yazılmış Hammurabi qanununda deyilir ki, Əməliyat zamanı gözü kor edən həkimin bir gözü çıxarılsın, sənətdən qovulsun. Səhv əməliyat edən cərrahın əli kəsilsin. Hammurabinin diş protezi o qədər incə düzəldilmişdir ki, Onun düzəlmə sirri bu gün bilinmir. Babildən sonra tibb elimi Misirdə yüksəliş etmişdir. Bu yüksək uyğarlılıq (mədəniyyət) necə olmuşsa təmiz itmişdir. Bizim bu günkü təbabət hələ Hammurabi dönəminə gəlib çatmayıbdır. Misir faraonlarının sümüklərini yoxlayan alimlər onların sümüklərində hemfiliya xəstəliyinin patoloqiyasını aşkar etmişlər. Hemofiliya xəstəliyi də faraonların kişi nəslənin kəsilməsinə nədən olmuşdur.”Yazılarına görə onlar Ari, təmiz qanlı təbəqə olduqları üçün yalnız öz qanlarından olanlarla evlənmişlər. Qanda da onların bilmədikləri genetik-irsi qemofiliya xəstəliy olmuşdur. Nə qədər özlərini qorusalar da oğlanlr gənc ikən ölmüşlər. Son halda oğul nəsli kəsilmişdir. Qadınlar da yerli xalqla evlənərək əriyib yox olmuşlar. Belliklə də mezopotomiyada 700 il höküm sürdükdən sonra Nəmrudların, Misirdə 1500 il höküm sürdükdən sonra Faraunların nəsilləri kəsilmişdir.   
 Mulardan gələn uyğarlıq (mədəniyyət) Mezopotomiyada yüksəlmiş. Babilanda Elmin bütün sahələri çiçəklənmiş. Yuxarda danışdığım Xammurabi qanunları yaranmışdı. Yabançı tayfa olan Xettilərin basqıları Babil uyğarlığını yer üzündən silmişdir.
Bilim adamları qaçıb Mədainə (Persepola) sığınmışlar. O dönəmlərdə Mədaində (Persepolda) də elm mərkəzləri olmuş, dünya şöhrətli Anahad məbədi elm mırkızi olmuşdur. Yavaş- yavaş Mədaində  uyğarlıq yüksəlməyə başlamışdır. Mədaində nüfuzlu bilik ocaqları yaranmışdır. E.ö.IV-əsrdə  Makodoniyalı İsgəndər Mədaini dağıdaraq yer üzündən silmişdir.
 Yeri gəlmişkən, Sağlıq və doğum Allahı olan Anahadı araşdırıçı alim, Hikmət Məmmədzadə, sözün anlamına aydınlıq gətirmədən onun fars xalqının Tanrısı olduğunu deyir. Ancaq ana sözünün nə zamandan farslara aid olduğunu demir. Adından da anlaşılır ki, “Anahad” təmiz Azər türklərinin sözüdür. Bu gün də Borçalıda yaşlı nəsl həkimə, “hadıq” deyirlər. Uşaq turan mamaçalara da “anahadıq” deyirlər. “Hadıq” sözü qədim türklərdə “həkim” anlamını verən söz kimi işlənmişdir. Bu mürəkkəb söz “ana” və “hadıq” sözlərindən əmələ gəlmişdir. Anahadıq sözü aşamalarla (tədricən) dəyşirilərək “Anahad” olmuşdur.  Məlum olmayan hansı ilgidənsə, ən qədim sözümüz olan Anahad, ədəbiyyata və bilim dünyasına yanlış olaraq Anahid kimi girmişdir. Görünür, bizim bilim adamlarımız bu sözün ilkini ədəbiyyata gətirəndə xalqın dilindən yox, yad qaynaqlardan, Fars, erməni, ya da gürcü qaynaqlarından (mənbələrindən) götürmüşlər. Çünkü onlar da Anahadı özlərinin sağlıq və doğum allahı bilirlər. Ancaq onlar adına  Anahid deyirlər.
 Qafqaz xalqları, türklər, gürcülər və ermənilər, hər biri ayrılıqda, doğum və sevgi ilahəsi olan Anahadı özlərinin ilk Tanrılarından biri hesab edirlər. Elm aləmi də Anahadı (Anahidi) Saturin ulduzu olduğunu deyir. Ən qədim ilahə olan Anahadı, Misir məbədinin baş ilahəsi İzislə müqayisə etmək olar. Bəzi məlumatlara görə, Misirdə İzis məbədi kimi Güney (Cənubi) Azərbaycanda da Anahad məbədi ün almışdı (məşhur olmuşdur). Bu məbəddə kahinlərlə bərabər, dünya elmlərinin bilikləridə öyrədilmiıdir.Tarix yazarlarının verdiyi bilgilərə görə, böyük mütəfəkkir Pifaqor Dara dövründə əsir düşdüyü dönəmlərdə bu məbəddə 8 il astraloqiyadan geniş bilik alaraq, ölkəsinə qayıtmışdır. Bəzi ədəbiyyatların verdiyi bilgilərə görə, Pifaqor əsirlikdə olarkən, Vavilonada Zərdüşt ilə dəfələrlə görüşmüş və ondan ulduzlar haqqında  bilik almışdır. Görünür bu sətirin yazarı (müəllifi) yanlışlığa yol vermişdir. Tarixi bilgilərə görə, Zərdüşt Pifaqordan bir neçə yüz il (təxminən 300 il) öncə yaşamışdır. Belə olan halda, Pifaqor Zərdüştlə yox, Zərdüştlüyü təbliğ edən, onu yaşadan kahinlərlə görüşə bilərdi və onların köməkləri ilə biliyini artıra bilərdi.
 Misirdə də Mu mədəniyyəti çiçəklənmişdir. Yərüssəlim Misirin elm mərkəzinə çevrilmişdir. Yərüssəlim elmin bütün sahələərinin mərkəzi olmuşdur. Surətlə nüfuz qazanan xristianlıq dünya elminə təziqlər etməklə onu sıxışdırmağa başlayır. Bilim adamları məktəbi Yərüssəlimdən İsgəndəriyyəyə köçürməyə məcbur olmuşlar. İsgəndəriyyədə elmin bütün sahələrinə uyğun fakyltələr yaradılmışdır. İsgəndəriyə Akademiyasında elmi loborotoriyalar açılmışdır. Astrolaqiya yüksək inkişaf etmişdir. İsgəndəriyə Məktəbinin dünya şöhrəti qazndığı dönəm, eyni zamanda xristianlığın nüfuzunun artdığı bir dönəmə düşmüşdür. İsgəndəriyyədə yahudi və xristin qırğını başlayır.  İsgəndəriyyə Universtetinin Astronomiya, Astroloqiya, riyaziyat alimi filosof Hipatiya (370-415) bu ədalətsiz və yersiz din qırğınının qarşısını almağa çalışır. Hər iki düşmən lagerinin ortasında çıxış edərək deyir: “ Boş inancları gerçək deyə xalqa öyrətməkdən daha qorxunc bir şey ola bilməz. İnsanların boş inanclara bir gerçək kimi inanıb, uğurunda döyüşmək dəlilikdir.” (Hipatiya internet) Bundan hiddətlənən xristiyan din xadimi,  “O dinsiz ifritədir ulduzlzrla danışır Allaha qaşı çıxır o ölməlidir” deyərək, xalqı onu öldürməyə çağırır.. Xalq İlk qadın alimi soyundurur, dərisini soyur və oda atırlar. Dinə qarşı çıxan alim filosof  Hipatiya dinin ilk qurbanlığı olur. Alimin rəsətxanası məktəbi dağıdılır. Bundan sonra yüzlərlə, bəlkə də minlərlə alim dinə qurban gedir.
 İsgəndəriyyədən qaçan elm adamları Hələbdə dünyəvi məktəb açırlar. Tezliklə Hələb dünyəvi məktəbi dünya səviyəsində nüfuz qazanır. Bundan qısqanclıq çəkən xristianlıq ruhaniləri Hələb məktəbini də yandırırlar. Ələ keçən müəllimləri öldürürlər. Qacanlar Bağdat da dünyəvi məktəb yaradırlar VI-əsrdə Bağdat məktəbinin şöhrətli vaxtı İslam impreriyası Bağdadı tutur. Dünyavi məktəb sıxışdırılır.IX əsrdə dünyəvi məktəb bağlanır Müəlimlər İsvahana qaçırlar. İsvahanın Alamut  qalasında məktəb açırlar Məktəb 200 il dünyanın elm mərkəzi olur, dünya şöhrəti qazanır. Əl Birunu riyziyatda, coğrafiyada, Uluq bəy Astranomiyada dünya şöhrətli açıqlamalar (kəşflər) edirlər. Ancaq islam dünyası boğur açıqlamalar kağız üzərində qalır. “Zibillikdə bitən çiçək urvatsız olar” məsəli özünü doğruldur. Bağdat üləmaları Aləmut məktəbini şeytan yuvası adlandırıb, xəlifəyə sızlıq (şikayət) edirlər Xəlifə məktəbin bağlanmasına fərman verir. Höküm yerinə yetirilir.  Məktəb bağlanır nüfuzlu müəllimlər öldürülür Sağ qalan müəllimlər İtaliyaya qaçırlar.
İslam dünysında da Buxara, Təbriz, İsfahan, Səmərqənd Xarəzm dünya ünlü bilik mərkəzləri də bağlanır. Kitabxanalar yandırılır. Bu məktəblərin də ünlü bilim adamları İtalyaya qaçırlar. İslam dünyasının dünya elimlərində nəinki durqunluq yaranır. Olanlar unudulur.Yalnız dini oxullara (təhsilə) izin verilir.  Son halda da islam dünyası bu gördüyümüz günə düşür. Dədələr doğru deyiblər “ Elmə kor baxanın gözü kor qalar.”       
İtaliya dövləti Müəllimlər kollektivinə sığınacaq verir. İtalyada Etrusların başkəndi Florensiya şəhərində məktəb acırlar. Şərqin düşünən beyini Avropaya köçürülür. Florensiya məktəbi tezliklə  dünyanın ən nüfuzlu məktəbi olur. Florensiya məktəbi Avropanın  elm mərkəzinə çevrilir. Rəssam L davinçi, ünlü filosof F. Bakon, ünlü astronom Kepler, rəssam Bottiçelli, fizik İ. Nyuton, astronom N Kopernik və bir çox dünya şöhrətli alimlər Florensiya məktəbinin yetirmələridilər. Alamut Alimlərinin İtalyaya qaçmaları ilə Amerika və Avropada elminin yeni erası başlayır. Florensiya Amerika və Avropa  elminin ilk akademiyası olur. Əl Biruninin etdiyi kəşfləri yalnız 500 ildən sonra Kopernik yenidən kəşf edir və dünya şöhrəti qazanır.  Avropa və Amerika elimi çiçəklənərək gəlib bu günə çatır. Bundan sonra doğu dünyası nə qədər dahilər yetirirsə yenə də Avropa Amerikadan güri qalır. Çünkü “tökülən çanaq birdə dolmaz” demişlər.
Sonda ulu dədələrimizin bir neçə qədim şeirini qədim dildə də oxucuların öhdəsinə verirəm. I-Arazın sağında Urmiya torpağında tapılan 8 – min il öncəyə ilgili edilən, mixi yazıları ilə qayalara yazılmış bir şeiri, Taryel Azərtürkün açıqlamasında verirəm.                                                                                                                       
“Ərudü udsuz Kür deyə kü, Arazu deyə,                                                                            Gələ edə saab barı Hunca deyə  Hunca deyə.                                                                    Kaşki Bida sağala, Həmmadan kuku,                                                                                Kaşki Bida Nukuş ürə, Həmmədan kuku.                                                            
(T.Azərtürk “Mixi yazılı azəri türk dilinin qrammatikası” SEATTLE.Baku 2004 s.199)           
Çevirməsi (tərcüməsi):                                                                                                                                            Əridim odsuz Kür deyə, Araz deyə,                                                                                 Gələ edə yardım Hunca deyə, Hunca deyə,                                                                       Keşgə Bida sağala Həmmədan kuku,                                                                                 Keşgə Bida naxış vura Həmmədan kuku.
                                                                          *Kuk, Tutu kuşunun adıdır.                                                                                                           
1970 illərdə İravan arxeoloji qazıntılarında tapılan  ox üzərindəki yazıların 4 min il öncələrdən yazıldığı kəsinlənmişdir. Yazını oxumuşlar orada deyilir:
“Sar deyə, əyir iyə, gejdi səba                                                                                             Sar deyə əyir iyə durisə üstünü”.
T.Azərtürk. “ mixi yazılı azəri türk dilinin qrammatikası” Bakı 2004 s.15
Sar sözü danışığmızdan çıxsa da, mahnılarmızda “yağı, quldur” anlamında hələ də işlənir. Yazının cevirməsinə (tərcüməsinə) də ehdiyc yoxdur. Azərbaycan dili olduğu aydındır.
Yazı hansı dilə ilgin olmasına baxmayaraq  Ermənilər həmin yazını əllərində önəm tutaraq erməni şəhəri kimi İravanın 4 min illiyini keçirdilər. Biz isə əlmizdə olanları da həyata keçirə bilmirik. Allah bizim dadımıza çatsın.
Şeirlər 8 min və 4 min il öncədən yazılmasına baxmayaraq  oxucu fikiri çox aydın başa düşür. Kür-Araz üzərində böyümüş  ulu nənəmiz olan. Bida Hun qızı Həmadaninin bu şeyrindən Hun türklərinin xüsusilə Borçalı Anadolu türklərinin hansı dönəmdən yerli xalq olmaları açıq aydın  görünür.  
         İndi doğu türküstan Uyğur  türkünün şeirini oxuyaq: E.ö. II-əsrdə yaşamış Alp Ər Tonqanın ölümünə deyilmiş şeirdən:                                                                                                                                                                           
“Ödlək küni tavratur,                                                                                                          Yalnquk küçin kəvrətür,                                                                                                       Ərdin ayün sevritür,                                                                                                          Qaçsa taki ertilür.”                 Yanız 4-cü sətr bir az qanılır.                                                                                                                                       
(N.Cəfərov “Qədim türk ədəbiyatı” Bakı  AzAtaM.2004.s 81.) kötügün dilini heçcür anlamaq olmur   
Çevirməsi (tərcüməsi)                                                                                                                                       
“Fələk fürsət gözlədi                                                                                                   Gizlicə tələ qurdu,                                                                                                               Bəylər bəyini apardı.                                                                                                         Qaçsa necə qurtulacaqdı”.           

      Bu şeirləri oxucu özü incələyib aydınlaşdırsın.  8-min il öncədən yazılan dilmi ona yaxındır, 4.min il öncədən yazılan dilmi, yoxsa ki, 2 min il öncədən yazılan dilmi ona yaxındır. Bu zaman o hansı türkün törəməsi olduğunu, Qafqaza gəlməmi yoxsa yerlimi olduğunu yaxşı  anlayar. Görəsən, Qafqaz və Önasya türklərinin doğudan Monql sınırlarından gəlib deyənlər bu yazıları oxumurlarmı? Bu tarixi anıtlardan açıq-ay
dın görünür ki, türk dili doğudan batıya yox, batıdan doğuya sarı yayılmışdır.