4 Kasım 2015 Çarşamba

Dilmizdə olan bəzi nöksanlar hakkında qısa qeyd.

Bir dəfə alim prof. Nizami Cəfərov  televizorda çıxış edirdi. Söhbətində dediki, bu gün eynək, çeşmə, gözlük sözlərinin hər üçü də ədəbi dilimizə qəbul edilmişdir. Eynək deməyi heçdə səhv hesab eləmək olmaz. Bunu eşidəndə mənim gözlük almağım yadıma düşdü. İki il öncə optikaya (gözlük mağazasına) girdim. Satıcı təxminən 20-25 yaşlarında olan bir cavan qız idi. Dedim qızım şüşədən gözlüyünüz olurmu? Qız dedi bizdə ancaq eynək olur, gözlük yoxdur. Dedim elə mən eynək istəyirəm. Eynəyi alıb çıxdım. Sonra fikir verdimki, qızda heç bir suç yox imiş. Bütün televizor, radio mətbuat işçiləri, hamısı ya eynək, ya da çeşmə deyir. Gözlük sözü heç yerdə eşidilmir. Düşündüm ki babalarımızın bir sözüdə arxivə getdi.
          Nizami müəllimin sözü məndə maraq yaratdı ki, Dədə-Qorqud dili ilə bu günkü dili müqaisə edim. (İstifadə olunam kitab “Kitabi Dədə Qorqud” Yazıçı 1988 il) Bir kəlmə kitabın adı haqqında onu demək istəyirəm ki, qorqud sözü Tanrıçılıqdan gələn qocaman (qədim) müqəddəs, qorun və qutun birləşməsindən yaranmışdır. Ona görədə kitabın adı, Qorqud yox, Qorqut olmalıdır. Yaxşı olarki mətnə yenidən baxılsın.
           Dədə Qorqutun mətninindən və müasir dilindən eyni boydan 5 səhifəni müqaisə elədim. Qədim (qocaman) mətində 12% yad (əcnəbi) söz olduğu halda, müasir mətində əcnəbi söz 28% olmuşdur. Gördüm müasir mətində əcnəbi sözlər iki qat çoxdur. Əgər Dədə Qorqut əsərinin qələmə alınmasını XVI-əsrə aid etsək, belə görünürkü 500 il zamanında dilmiz 16% zibillənibdir. Dilmizin zibillənməsi bu hesabla gedərsə, təxminən min ildən sonra dilmizdə bir dənədə azər-türk sözü olmayacaqdır.
         Mən başa düşürəmki, hər şey yeniləşən kimi dildə yeniləşir. Ancaq dil yeni-yeni yaranan yeniliklərlə, indiyə qədər olmayan ixtiralarla yeniləşər. Bunlarla dil daha da zənginləşər. Ancaq sənin öz dilində min illərlə işlətdiyin sözlərin tərcüməsi olan yad sözləri götürməklə, ozüyün doğma sözlərini arxivə göndərmək, o sözlərin sahibi olan babalarımızın ruhuna təhqirdir. Bu yad sözləri ədəbiyata gətirən dilçilərlə jurnalistlərdir. Onlarda bu haqda fikirləşməlidirlər.
           Fikirimin doğruluğunu bilmək üçün. televizor və mətbuatlardan  götürülən bir-neçə sözləri aydınlaşdıraq (təhlil edək). Təxminən iki ay öncə televizorda bir dəstə ziyalılar elin gələnəklərindən danışırdılar. Qız və oğlanlarmızın  tərbiyələri haqqında müzakirələr aparırdılar. Müzakirədə iştirak edən ziyalılarmızın hamısı söhbət etdikcə bakirə qız deyə danışırdılar Onların aralarındakıların heç biri demirdiki, ay bizim mədəni dildə danışan aydınlarımız, qızında bakirəliyi, bakirəsizliyi olurmu? Nə qədərdə məntiqsiz sözdür. Qız bakirəliyini itirəndə artıq o gəlindir, qız deyil. Bakirə təmiz, deməkdir. Bakirə qız- təmiz qız  o zaman gəlinə də ya cirkli qız de ya da bakirə olmayan qız de, Sözdə olan məntiqsizlik göz önündədir. Bakirə sözünü burada bizim dilçilərimiz  tamamilə yersiz, başqa mənada “qızlıq” mənasında  işlədirlər. Qızlarımız bakirəliyini itirir. Demək əvəzinə qızlarımız qızlığını itirir demək olmazmı?. “İntihar elədi” əvəzinə, özünü öldürdü demək savadsızlıqdırmı? Ərəb sözü olan “məmnunam” sözü mənim dört doğma sözümü arxivə göndərir. Cümlənin elə, yeri olurki, şadam, elə yeri olur razıyam, elə yeri olur qürurluyam, elə yeri olur sevinirəm sözlərinin yerinə həmişə  məmnunam deyilir. Bu uyğunsuzluğa necə baxırsınız? 50 ildən çoxdur yüksək tribunalardan ərəb sözü olan “tərəfi müqabiləm” deyilir. Söz hələdə doğmalaşmayıbdır. Ancaq eyni mənanı verən “tərəfdaşam” sözünü deməyə utanırlar. Ziyalılarmız hər zaman söhbətlərində qürurla ərəb sözü olan müraciət sözünü işlədirlər. Lüğətə baxsınlar görsünlər o sözdə heç ona verdiyikləri məna varmı? Azda olsa məntiqə yaxın gəlirmi? Müraciət elə əvəzinə, ona yanaş ona de demək daha düzgün olmazmı?  Nigah fars sözü olub “baxmaq” deməkdir. Qanılmayan, tamamilə məntiqə uyğun olmayan sözü işlətmək nə dərəcədə ədəbi danışıq dili ola bilər. Bu nigah sözü heç məntiqə uyğun gəlirmi? Yeni ev yaradan gənclərə evləndi və ya evlənmə kağızı aldı deməyə utanırıq, niyə? Nitq- danışmaq deməkdir. Nitq mədəniyəti əvəzinə, danışıq mədəniyəti demək olmazmı?. Heç olmasa sözün hər ikisi ərəbcə olmaqdansa, biri doğma olar. 50 ildir ədəbi dildə istehsal, istehlak, mədaxil, məxarc sözlərini işlədirlər. Hələdə xalq bu sözlərə yiyələnməyibdilər. Onlar öz doğma sözlərini işlədirlər. Qazandım, xərclədim və gəlirim, çıxarım deyirlər. Bu sözləri öz dilimizdə ədəbi dildədə işlətsək, bizə utancmı gətirəcəkdir. Son zamanlar pis və yaxşı sözləri tamamilə unudulubdur. Əvəzinə mənfi-müsbət və ya neqativ-pozitiv sözlərini moda salıbdılar. Bu necə dil mədəniyətidir. Bir vaxtlar öz zəngin boxcalarını axtarmadan ərəb-fars sözlərini gətirib doldurdular. İndi də avropa dillərini daşıyırlar.“Məsgən saldı, əvəzinə yurd saldı demək olmazmı? Yayaq sözünü gənclərimiz bilmirlər. Artıq unudulubdur. Çünkü bu gün savadlı da savadszda piyada deyir. Başa düşmürəm bu dilə niyə bu qədər düşmənçilik edirlər. Bu xalqı farslaşdırmaq və ya ərəbləşdirmək kimin xeyrinədir. Yüzlərlə belə sözləri  göstərmək olar. Ancaq vaxtınızı almaq istəmirəm.
       Arxivə göndərilən bəzi doğma sözlərin yerinə gətirilən sözlərdən bir neçəsini yadınıza salmaq istəyirəm.                                                                                      

         Məsəla: Mövcud (ə)- varolan. Elm (ə)-bilik, Zirzəmi(f)- dam, Səhv(ə)-yanlış, Qədim(ə)-qocaman. Məsgən(ə)-yurd. Əksər(ə)-çox. Ailə(ə)-ev,ocaq. Ərazi(ə)-   yer. Əlil(ə)- ənkəl. İltihab(ə)-çirk. Dua(ə)- yalvarış, Məlum(ə)-aşkar. Təzahür(ə)-görünmə. Müşayət(ə)-izləmə. Sakin(ə)- bu sözə heç ehdyac yoxdur. bizim lı, li dan, dən şəklçilərimiz əvəz edir...Məs.Bakı sakini-Bakılı, Bakıdan, kənd sakini-kəndli, kənddən. Mübahisə(ə)- çəkişmə.  Fərari(ə)-qaçaq, Məhbys(ə)-tustaq, Əzab  (ə)-işgəncə və s,i,a.Bunların əvəzinə öz sözlərimizi desək, ədəbi dilimizə bir zərəri varmı?. Bir kitab unudulmaqda olan sözlərimiz var. Belə getsə işaallah tezliklə unudular.
          Son zamanlar türkiyəli qardaşlarımızın danışıqlarını yamsılayaraq bəzi səhv sözləri ədəbiyatmıza gətirirlər. Televizorda, mətbuatda tez-tez payız yerinə son bahar işlədirlər.Bizim xalqın halını bilirəm. Yad sözləri  işlətmək xəstəsidilər.Bir ildən sonra bütün mətbuatlar son bahar deyəcəklər. Necəki bu gün  yazıçılara, yazarlar  deməyi moda salıbdılar.Əvvəla yazar sözü gələcəyi bildirən sözdür.O heç bir sənət bildirmir.Yenə yazan deyilsə bir az məntiqə uyğun gəlir.Bu gün hamı yazandır.Ancaq sənəti göstərmir.Hər bir sahənin adının dalına sənətə məxsus olan çı,çi,çu,çü şəkilçilərini qoyduqda o sahənin sənətçiliyini göstərir.Demək əgər yzmağı özünə sənət seçibdirsə, ona yazar demək təhqirdir.Onun yzmaq sənətidirsə, onunla dolanırsa demək o yazıçıdır. Yazıqlar olsunki, bu sözü hörmətli yazıçıların özlərindən eşidirik.   Siz bu məsələyə necə baxırsınız?    
          Bir neçə kəlmədə Dədə Qorqudun müasirləşən dilindən danışım. Mətində  olan “güyəku” (s.31)  sözü müasirdə farslaşdırılır kürəkən yazılır.Kitabın şərhlərində göstərilirki,H.A.da “göyü” yazılıbdır.Müasirdə də H.A. da olduğu kimi göyü yazmaq daha düzgün olmazdımı?.Hazırda azərbaycan xalqı göy,yeznə, kürəkən, hər üçünü də işlədir.Ona görə də dəyişməyə ehdiyac yox idi. Qərbi azərbaycanlılar Qazaq-Borçalı mahalında qaynata, qaynana hesab olunan böyüklər qız verdikləri oğlana köy deyirlər. Oğlandan kiçiklər isə ona yeznə deyirlər.Bunun hər ikisi azərbaycan sğzüdür.
        Kitabın.32-ci səhivəsində  yazılan “Ağuz açub ögər olsam,üstümüzdə tənri görklü”.sətr. müasirdə “Ağız açıq tərifləsəm üstümüzdə tanrıya əhsən!” Bu sətirdə olan sözləri bir qədər açıqlayaq.  Bu gündə gündəlik danışığımızda ögər sözünü işlədirk.Bu.sözü ərəbləşdirib tərifləsəm deməyə ehdyac varmı? .Mətindəki görklü sözü də, kimi yerdə əhsən, kimi yerdə gözəldir yazılıbdır.Görklü qədim türk sözü olub, alqış mənasında işlənir.Onu ərəbləşdirib əhsən yazmaq yerinə alqış yazmaq dah düzgün olmazdımı?.Mənə elə gəlirki Taş oğuz sözündədə səhvlik var. Cünkü dastançı iç oğuz deyir.İç oğuz olan yerdə Tış oğuz olar. Taş oğuz olmaz.Yəqinki,ilk mətni oxuyanın səhvidir.Çünkü, türk-azər sözlərini  ərəb əlifbası ilə yazdıqda said səslər yazılmır.Ona görə də sözlərin düzgün oxunması oxucunun ixtiyarına verilir. Sözün uyğunluğundan asılı olaraq istənilən samiti a,ı yada ə,i saiti ilə səsləndirə bilərlər.Bu baxımdan  ərəbin ta hərfi sözdən asılı olaraq həm ta ,həm tı oxunur.Ona görə də taş oğuz yox,tış oğuz oxunmalıdır.
        Kitabda olan maraqlı bir hadisədəndə söhbət açım.152-ci səhifədə yazılır, “Gəlib çadırın önünə çatdı,keyki qıcıqlandırdı”.Maraqlıdır keyik niyə müasirləşib ceyran yazılmır.Mətində olan sinirlədi sözünün mənasını bu qədər kitab tərtibçiləri başa  düşməyiblərki, qədim təmiz türk-azər sözü olan sinirlədi sözünü müasir zamandada işlədirlər.Maldarlıqda geniş işlənən sözdür.Ona görədə saxlanmalı idi. Burada “qıcıqladı” sözünün yazılması çox yersiz və məntiqsiz görünür.. Belə başa düşürəmki, ziyalılarmız xalq arasında az olurlar.Ona görədə xalq arasında işlənən sözləri bilmirlər.Çünkü hər bir sahənin özünə məxsus sözləri var. Söz var onu yalnız kəndlinin, əkinçinin dilindən eşidərsən. Söz var onu maldarların ağzından eşidə bilərsən Adətdir Atı qaçmasın deyə çidarlayırlar.Ama elə at olurki, onu çidarlandıqdada tutmaq olmur. Belə hünərli atları sinirləyib otlağa buraxırlarki çətinliklə yerisin. Bu gündə maldarlarla atçılar arasında sınırlamaq sözü yaşayır. Belə səhvlər dili yaxşı bilməməkdən irəli gəlir.    
       Belə səhvlərlə kitab doludur.Ərəb əlifbasının xüsusiyətlərini yaxşı bilən adam mətni yenidən oxusa səhvlər düzələr və yeni çaplar düzgün olar.
        Mənim fikirimcə bu gün dildə xaos hökm sürür. Dilçilərimiz bir araya toplanıb, dilimizin gələcəyi haqqında yaxşı-yaxşı düşünsünlər.Lazım bilərlərsə (məncə lazımdır) dildə islahat aparsınlar.Bu gün dilimizdə işlənməyən, ancaq yadda yaşayan doğma sözlərimizi qaytarmağa cəhd etsinlər. Bəzi aydınlarımız mənim fikirimə kinayə ilə cavab verərək deyirlərki, İngilislər yüz il bundan öncəki, dillərini tərcümə ilə oxuyurlar. Onlar onu unudurlarki, İngilislərin yüksək inkişafı heç vaxt dilləri ilə əlaqəli olmamışdır.Dil də böyük mədəniyətin bir qoludur.Onlar yüksək təfəkkürə sahib olmaqla, yüksək mədəniyətədə sahib olmuşlar.Xalqın çoxluğundan ya da azlığından asılı olmayaraq, hansı xalqda yüksək intellektual,yüksək təfəkkürlü aydınlar çox oldusa, o xalq dünyanın idarə edici və aparıcı xalqı olur. Burada dil heç bir rol oynamır.

Hiç yorum yok:

Yorum Gönder