29 Kasım 2015 Pazar

NƏİMİ HAQQINDA BİLGİLƏR

Fəzlullah Nəimi Təbrizi (1339-1393) Nəimi ilk təhsilini doğulduğu şəhərdə Astarabadda alır. Sonra Təbrizdə təhsilini dəvam etdirir.  Gənclik illərində çətin dolanışığı ilə əlaqədar Təbrizdə papaqçılıqla məşğul olur. Nəimi papaqçılıq edən zaman görkəmli sofi şeyxi Şiblinin müridi olur. Onun ideyalarına yiyələnir və onun dəvamçısı kimi, ilk vaxtlar mütərəqqi sufilik mövqeyindən çıxış edir. Həm öz həmfikirliləri  arasında mütərəqqi  sofizm ideyası olan “Vəhdəti-Vücud” fəlsəfəsini təbliğ edir. Sonra isə o, Hürufilik təriqəti ilə məşğul olur.1386 –cı ildə Təbrizdə hürufilik təriqətini elan etməklə onun əsasını qoymuş və Hürufilik məktəbini yaratmışdır.. Ona görə də “Əl-Hürufən” adı ilə məşhur olmuşdur. O bir çox müridlər, mürşidlər yetişdirmişdir. Sonra Təbrizdən Bakıya gələrək, Bakıda Hürufilik mərkəzi yaradır. Mərkəzə, müridi Əli ül-Əla başçılıq edir. Nəimi Azərbaycanı hürufilik təriqətinin oyanış mərkəzi adlandırır. Bakı sofilik təriqətinin başcısı Əli ul- Əla özünün  “Kürsünamə” əsərində yazır: “ Sevimli Fəzlin vəhdət günəşi ilk dəfə Azərbaycanda doğdu. O, müqəddəs ölkəmizdən biridir”. Sonra “Qiyamətnamə”əsərində göstərir ki, “Fəzl Bakıdan getdikdən sonra onun ardıcılları fəaliyyətlərini dayandırmadılar”. Nəiminin Nəsimi və başqa müridləri tərəfindən hürufilik təriqəti İrana, İraqa, Türkiyəyə, Suriyaya və başqa müsəlman ölkələrinə yayıldı”.
Hürufilik təriqətinin əsas ideyası odur ki, “Allah özünün bənzəri kimi, yaratdığı insanın simasında özünü və adını təcəlla edir. İnsanın sifətində Allah adının yazılması insinda allahın təcəllasıdır deyir. İnsanın düz bədəni əlif “ə-a” hərfidir. İnsanın burunu “L” lam  hərfidir. İnsanın qoşa gözü, hey hərifidir. Beləliklə ƏLLƏH insanın sifətinə həkk olunmuşdur deyir. Hürufilər, sözləri varlığın əsası kimi götürürlər. Qurandakı sözlər Allahın varlığı ilə insana təcəlla edir deyirlər.  Hürufilik təriqəti bir çox dünya görüşlərində vəhdati-vücud fəlsəfəsindən qidalanır. Elə o səbəbdən də  vacibül-vücudçu ruhnilərin təqiblərindən yaxa qurtara bilmirdi.
Nəimi Hürufilik ideyalarının ona tuşunda (yuxusunda) gəldiyini deyir. O,“Əlimdə par-par  yanan bir qılınc tutmuşam və bir münəccim öz elminə uyğun olaraq, onun üzərində yazıb ki, “bir neçə üsyan olacaq”. Bu üsyan sözündən sonra bir neçə dəfə  “Astarabatlı Fəzl” sözləri yazılmışdı və həmin qılınc mənim əlimdə idi” deyir.
 Nəimi həbsdə olan zaman, "Cavidan-Namə" (əbədiyyət haqqında kitab) əsərini yazır və orada hürufilik təriqətinin yollarının icra olunması haqqında məlumatlar verir.
Fəzlullah gələcək taleyini yuxusunda görməsi haqqında əsərində yazır. "Cümadi-əl-Üla ayında tuşumda gördüm ki, çərşənbə günü bir çolaq adam məni edam etməyə gətirdi. O məni öldürdü. Ancaq gördüm ki, mən ölməmişəm, sağam."Nəimi “Vəsiyyət-namə” əsərini də tustaq olan, ölmünə hökm veriləcəyinə inanandan sonra yazmışdır.
 Qeyd etmək lazımdır ki, Nəimi hürufilik təriqətini təsadüfi yaratmamışdır. Bu gün elmə məlumdur ki, müqəddəs ilahi hərflərin mövcudluğu dini kitablarda,  “Brahma”da, “Tövrat”da və “Qurani-Kərim”də dəfələrlə qeyd edilmişdir. Nəimi isə “Qurani-Kərim”də olan Hürufi işarələrdən istifadə etməklə, onu genişləndirərək, təriqət səviyyəsinə qaldırmışdır. Nəiminin hürufi görüşləri bütün insanların dinindən, irqindən asılı olmayaraq, bir ilahi eşqlə sevilməsini və qorunmasını təbliğ edir. Nəimiyə görə, Allahın sifətindəki varlığının təbiətdə, əşyada, xüsusilə insanda təcəssümü mövcuddur.  Nəimi hürufilik dünyagörüşünü vəhdəti-vücud fəlsəfəsi əsasında aydınlaşdıraraq deyir:  “Quranda göetərilir ki, Allah öz nəfəsini insana üfürmüş, insana nəfəs verərək onu cana gətirmişdir. Belə olan halda Allah insandadır. Allah insan simasında təcəlla etmişdir.”
Hürufilik təlimində, ulu Tanrı, özünü həm özünə bənzətdiyi insan sifətində, həm də ilahi səsdə və hərflərdə təcəlla edir. Nəiminin hürufilik dünyagörüşündə Tanrının nitqi müqəddəs Qurandır. Qurani-Kərim bütün şeylərin varlığının səbəbidir.deyir.   Nəimi idrak prosesində nitqdə hərflərin, ağlın, ruhun roluna xüsusi yer vermişdir.
Nəimi “Cavidannamə”, “Cavidani-Kəbir” (böyük əbədilik) , “Cavidani-Səğir” əsərlərində təsəvvüf baxışlarından istifadə etmişdir. O, təsəvvüf və hikmət elmlərində yüksək rütbəyə çatmış, hürufiliyin sirləri haqqında tədqiqat aparmışdır.
Bu gün Nəiminin davamçısı kimi, Nəimi ideyasına uyğun açıqlamalar verərək, “Qurani-Kərim”də olan surələrin başlanğıclarında yazılmış hərflər haqqında izah verərək, surələrin əvvəlində olan əlif, lam, mim və s. hərflərin sirlərini “Vəhdəti-Vücud” fəlsəfəsi çərçivəsində izah edən zaman, Allahla insan arasındakı vəhdəti görürük. Bu da vəhdəti-vücud fəlsəfəsidir.
Nəimi, dünyanın yaradılışında özündən əvvəlki sofilərin qəbul etdiyi dörd ünsürün varlığını qəbul edərək, deyir: “Dörd ünsürün vəhdəti olan aləm dərk ediləndir və onu insan dərk etməlidir”. O, deyir: “Bu aləm, əbədi dövrü inkişaf prosesindədir. Hər bir əvvəlki pillə özündən sonrakının başlanğıcıdır”. Nəiminin bu dünyagörüşü, aləmin tədricən, təkamül yolu ilə yaranma ideyasına dayanır.. İslamın və “Qurani-Kərim”in şərhçisi kimi tanınan Nəimi, əslində daha çox onların qismən inkarı meylində durur. Nəiminin ideya mərkəzində ilahiləşdirilmiş və hər şeyə qadir insanın ağlını ön plana çəkən nəzəriyyə durur. 
Nəimi dönəmində xalq arasında sofilərin nüfuzu o dərəcədə yüksək olmuşdur ki, onlara “işıq tayfası” (burada işıq Allaha yaxın, nur mənasında işlənir) adını vermişlər. Sofilərin nüfuzunu xalq arasında azaltmağa çalışan ruhanilər, onlara şər atmaqdan da çəkinmirdilər. İslam tarixcisi Əbd-ür-Rəhman  əsərində yazır: “ Nəiminin yaratdığı bu təriqət çoxlu tərəfdar toplamış, o öz küfrü ilə Cığatayların və başqa qeyri ərəb xalqlarının əksər qismini zəhərləmişdi”. Bir çox belə şərlərdən sonra, Əmir Teymur onu dinsizlikdə suçlandıraraq 1393 cü ildə Əlincə qalasında edam etdirir. Nəimi orada da dəfn edilir. Nəiminin ölümündən sonra da ruhanilər onun dəvamçəlarına qarşı  dövlətin əli ilə, əllərindən gələni edirlər, onların kitablarını yandırır, özlərini öldürürdülər.
Deyilənə görə Nəiminin canlı yadigarı olan başdaşı hələ də Əlincə qalasında durur. Çox yazıqlar olsun ki, onu sevərlər qəbri üzərində ona yaraşası türbə ucaltmırlar. Bir də təssüblənirəm ona görə ki, onun əsərlərini bu gün Azərbaycanlılar oxuya bilmirlər. Əldə heç bir tərcüməsi yoxdur. 

Hiç yorum yok:

Yorum Gönder