29 Kasım 2015 Pazar

VƏTƏNPƏRVƏRLİK HAQQINDA

        Vətən nədir? sorğusuna cavab olaraq demək olar ki, vətən ulularmızın bizə miras  qoyub getdikləri müqəddəs torpaqdır.Vətən Ulularmızın əbədi uyuduqları müqəddəs məsgəndir. Vətən balalarmız üçün hazırladığımız ənəziz  hədiyyədir.Vətən gələcək nəslə  verəsi olduğumuz xəzinədir. Əgər biz Ulularmızın sümüklərini yadlara tapdadırıqsa, əgər biz ulularmızın qanı ilə qızaran gülü-çiçəyi tapdadırıqsa, əgər biz ulularmızın yatdığı torpağa hər zaman üzmüzü sürtə bilmiriksə, demək onların ruhlarına xəyanət etmişik. Müqəddəs yurd- yuvasına xəyanət edənin  ulularına sonçu olmasına mənəvi ixtiyarı yoxdur. Dədələr belələrinə manqurt demişlər.
        Vətəni sevmək, eli, obanı, torpağı öz şəxsi varlığından artıq sevmək deməkdir.Vətən sevgisi, səni isidən, səni ətrafna toplayan, ocaqdan, közdən, küldən başlayır. Ailədən, qohum- qardaşlardan, el-obadan, ən nəhayət ayaq basıb gəzdiyin torpaqlardan başlayır.
        Sevgi duyğusu bütün canlı varlıqlarda olduğu üçün o anadan gılmə olan ilahi varlıqdır. İnstinqdir. Bu duyğunun ən mükəmməl zirvəsi insandadır. İlahi varlıq olan sevgi duyğusundan yaranan hissiyatlardan biri və ən vacibi vətənpərvərlik duyğusudur. Insanlarda yaranan vətənpərvərlik duyğusu öz rüşeymini ailə sevgisindən və cəmiyyətə olan məhəbbətdən alır və tədricən vətənpərvərlik səviyyəsinə qədər yüksəlir. Vətənpərvərlik duyğusu elə bir yüksək amaldır kı, o tədricən aşılanır və yaş artıqca sevilir. Gəncin ailə tərbiyəsində gördüyü duyğular və ailədə olan əməli davranışlar gəncdə vətənə torpağa sevgini artırır.
        Müharibə şəraitində yaşayan ölkə əhalisi üçün vətənpərvərlik mövzusunda söhbətlər daima aktual mövzu olaraq qalır.Vətənpərvərlik mövzusu, dövlət siyasəti ilə yanaşı, eyni zamanda ümumixalq siasətinin də mövzusudur. Belə hallarda əhalinin dini dünyagörnüşü  də kənarda dura bilməz.İnsanlarda vətənpərvərlik tərbiyəsinin aşılanması ilk əvvəllərdən körpəlik yaşlarından ailədən, baxcadan, ibtidai məktəbdən, institut auditoriyalarından keçərək cəmiyyətdə  yetginləşir. Ailədən  ata-anadan başlayan sevgi elə, obaya,xalqa və torpağa məhəbbətlə sona çatır.
Din insanın həyat şəraitində, yaşam biçimində (tərzində) psixoloji dünyagörüşündə çox vacib pol  oynadığı üçün vətənpərvərlik tərbiyəsində də dini inam çox böyük rol oynayır. Hansı dinə qulluq etməsindən asılı olmayaraq inam insanın mənəviyyatına hakim olur. Ancaq bu günkü dini ideologiya elə bir fəlsəfi dünyagörüşü ideologiysı daxilində təbliğ edilir ki, burada vətən anlayışı yox dərəcəsindədir. Dini hədislərdə deyilir ki, “ harada olur-olsun müsəlman müsəlmanın qardaşıdır.” Qaranda deyilir:”Allah yolunda öldürülən, Allahın mükafatını alır. Şəhid olur.” Belə bir təbliğat 9-10-cu yüzilliklərdə islam imperiyasının müdafiəsinin, möhkəmlənməsi üçün  onlara lazım idi.Vahid islam imperiyasını qorumaq üçün imperiyanın bir tərəfindəki müsəlman digər tərəfində olan müsəlmanı qorumağa gedirdi və orada da ölürdü. O torpağı özünə vətən hesab edirdi. Ərəb siysəti çalışırdı ki, müxtəlif millətlərdən olan müsəlmanlar özlərinin milliliyni unudaraq, islam milləti adında birləşsinlər. Bu yanlış siyasət bu gün də dəvam etməkdədir. Bu gün də əhali arasında rəy sorğusu aparsaq ki, hansı millərdənsisniz, çoxları deyəcəklər ki, islam millətindənəm. İslam milləti kəlməsini çox zaman aydınlarmızın da dillərindən eşidirik. Bu səpgidə təbliğat bu gün də aparılır. Ona görə də  dinin vətən təbliğatı haqqında olan siyasətində  böyük boşluq var.
Artıq islam imperiyası çoxdan dağılmışdır. İslam dininə qulluq edən bir cox müxtılif millətlərə mənsub xalqlar öz müqəddəratlarını həlledərək sərbəst millət olmuşlar. Belə bir zamanda, belə bir şəraitdə milli sevgi, milli qürur, ümumiləşmiş dini sevgidən ön plana keçməlidir. Milli sevgi olan yerdə o, millətin vətəni də, torpağı da milli olmalıdır və sevilməlidir. Bu gün bu sahədə  dini təbliğat çox zəyifdir. Zəyifdir ona görə ki, yuxrda deyildiyi kimi, dini təbliğatda ümumi dini  islam sevgi təbliğ olunur. Milli vətən sevgisi təbliğ olunmur. Bu da boşna deyil. Dini təbliğatlar bütün vaxtlarda vacibül- bücud fəlsəfəsi çevrəsində aparılır. Bu fəlsəfədə də yalnız ümumiləşmiş islam milləti təbliğ olunur. O səbəbdən də bu gün gənclərimiz Əfqanstan, Ərəbistan səhralarını özlərinə vətən seçirlər və oralarda olməyi özlərinə şərəf sayırlar. Nə qədər ki bu köhnəlmiş  ideologiya təbliğ olunacaqdır, belə faciələrlə daima üzləşəcəyik
Mənasız yerə, böş-boşuna Əfqanstandə ,Ərəbistan səhralarında, Səudiyyə ərəbistanında ölən, və mənasız yerə olkə türmələrində çürüyən gənclərimizi görən din xadimlərimiz, din alimlərimiz təcili bir nəticə çıxartmalıdılar.İslam impriyasını müdafiə edən kəhnəlmiş şəriət hədislərini təbliğatdan uzaqlaşdıraraq çıxartmalıdılar. Quran ayələrinə toxunmamaq şərtilə milli qürura uyğun dini hədislər yaratmalıdılar. Din xadimləri, gənclərə min k.m.-lərlə uzaqlarda olan islam təssübkeşliklərini yox, gənclərin özlərinin milli qürurlarını, milli mənsubiyyətlərini, milli kimliklərini qoryan dini hədislər yaradaraq, hər yerdə doğulduğu torpağı, ata-ananı, bacı-qardaşı, oğul-uşağı sevməyi aşılayan dini hədislər yaratmalıdılar. Belə hədislərin yaranması üçün quranda istənilən qədər ayələr var. .Xəyali təxəyyüllərdən yzaq olmağın vaxtı çoxdan catmışdır. Ancaq bizim din xadimlərimiz hələ də bunu başa daşmək istəmirlər.
Dövlət öz proqramna uyğun təbliğatını aparır, ancaq unutmaq lazım deyil ki biz eyni zamanda dinə bağlı xalqıyıq. Bəziləri üçün din onun varlığından da üstün tutulur. Belə şəxslər üçün vətənpərvərlik təbliğatı din yolları ila, din üslubları daxilində aparılsa  daha dolğun səmərə verə bilər. Hansı ki, bu gün o yoxdur, aparılmır. Ona görə də, dini fanatiklik baş alıb gedir. Bunlar olmasın deyə, belə təbliğatları hər yerdə orta məktəblərdə, institutlarda, radio və televiziyalarda, internetlərdə hər yerdə vədhdəti- vücud fəlsəfəsi daxilində  aparılmalıdır.  Onu qeyd edim ki, biz dini təbliğatların aparılmasında onsuz da gecikmişik. Bir çox gənclərimiz fanatiklik ücundan mənasız yerə qırılırlar. Bunun qabağını vəhdəti- vücud ideyalı dini təbliğatlar ala bilər.
             Sosial şəbəkələrdə  din adından yazanlar, Qurani- kərimin “Allah yolunda öldürülənlərə, ölü deməyin! Onlar diridilər(şəhtdilər)” (Ali-İmran 169)  “Hər kim Allah yolunda vuruşaraq ölərsə ,ona böyük mükafat (cənnət) veriləcək”.(4/74,22/58). “Kafirlərlə qarşılaşdığınız  zaman boyunlarını vurun” (47/4) ayələrini əsas tutaraq yazırlar ki,“ Allah yolunda  canından keçənlər şəhidilər. Bizə şəhid olmağa hazır                                   olanlar gərək” Bu cümləni yazandan soruşmaq  lazımdır, harda şəhid olmağa çağırırsan .Çağrışıyın  məqsədini geniş izah et. Əgər Qarabağda  vuruşmağa çağırırsansa , onda şuarıyın məqsədini düzəlt. Yaz ki, “bizə Azərbaycan torpağında, Qarabağda, Ana-bacı, oğul-uşaq uğurubda şəhid olmağa hazır olanlar gərək”. Bu vuruşa hamı hazırdır. Onu bildirim ki,ucsuz- bucaqsız olan bu dünyanın hər yeri Allahındır,  məndən min k.m. lərlə uzaqda  olan Allah törpağında ölümə çağırmaq ən böyük fanatiklikdir.  Deyin görək vətənimdən, torpağımdan , ana-bacı, qorumuramsa, nəyə görə ölməliyəm .Belə məzmunda çağrışlara da bədbəxt  fanatiklər çox asanlıqla cavab verirlər və gedirlər. Qanmaq olmur internetlərdə belə səhifələr açanlar hansı məstəbə qulluq edirlər. Onlar üçün vətən haradır?  Gəncləri ölmək üçün haraya çağırırlar.
                    Bu yazının müəllifinə cavab olaraq bildirirəm ki, sənin şəhidlik anlayışın düzgün deyil. Sən tamamilə yanlış olan səhv bir fikirdəsən. Sənin yazıların bizim şəhidlərimizin ruhuna təhqirdir. Ona görə təhqirdir  ki,hər bir əsgər  əsgərliyə çağrış zamanı “vətən andı” içir. Arxasında olan vətəni, torpağı, ata-anansını, qohum- qardaşını  qorumağa and içir.  Unutmakı əsgərin İçdiyi bu and Quranda xatırlanan “niyət   kəlamının eynidir. Bu andı içdiyi niyətin yolunda da öldürülür,ölyr. Demək sizin fikirnizin tam tərsinə olaraq sərhəddə  vətənini, ata-anasını qorumaq üçün  döyüş meydanında ölən oğullarımızın hamısı şəhtdir və şəhid kimi də anılmağa layiqdilər.       
        Vətən torpağı düşmən tapdağı altında olanda, Ölkədə  ixtidar və müxalifət söhbəti olmamalıdır. Bütün vətəndaşların bir amalları  olmalıdır. Bu da torpağın azadlağı amalıdır. Şəxsi  məqsədlər unudulmalıdır.
          Dindarlar yeni milli bətənpərvərlik təbliğatı yolları  yaratmalı və təbliğ etməlidilər.  Bu sahədə  din xadimləri  yaxşı-yaxşı düşünməli. Müasir səpgidə təbliğat mövzuları yaratmalıdılar. Bütün Azərbaycan vətəndaşları bir mənalı olaraq bilməlidilər ki,Biz Ulu dədə- babalarmızın  bizə miras qoyduqları torpaqları qoruya  bilmədiymiz üçün, torpağa xəyanət  etdik. Dədə- babalarmızın qəbirlərini, sümüklərini düşmən tapdağında qoyduğumuz üçün onların ruhlarına xəyanət  etdik. Dədələrmizin bizə verdikləri əmanəti gələcək nəslə verə bilmədik. Dədə-Baba torpaqlarmızı gələcək gənc nəslə verə bilmədiyimiz üçün, gələcək nəsil bizim alnımıza lənət damğası vuracaqdır. Bu  da azərbaycan xalqı üçün tarixdə əbədi ləkə olaraq qalacaqdır.  
         Bizim başmıza nə bəlalar gəlirsə bizin unutqanlığımızdan gəlir. 1905-15- 18-ci illərdən  dərs almadıq. Ermənilər gənc nəslə  harada türk gördün öldür tərbiyəsini verdiyi zamanlar, biz “qardaş olub hayastan-Azərbaycan” mahnısını oxuyurduq.Nəticəsi də bugün göz qabağındadır.

Hiç yorum yok:

Yorum Gönder