29 Eylül 2019 Pazar

BÖTİYLƏR (MƏKTUBLAR).

                                               BÖTİYLƏR (MƏKTUBLAR).

     ­­     A. M. E. A-sı elmi şurasının heyyətinə, Borçalı aydınları adından açıq     məktub.

         Yaramaz ermənilərin azqınlar ıklarından ruhlanan gürcü millətçiləri 1989-91-ci illərdə Borçalıda soyqırımı yaratmağa başladılar. O dönəmlərdə Borçalılar ağır günlər keçirdilər. Qamsaxurdiya dövründə “ Gürcüstan gürcülər üçündür”  şüarı altında hökumət səviyyəsində Borçalı türklərinə qarşə soyqırım basqıları başlandı. Azərbaycanlılar “qonaq” gəlibdilər getsinlər deyə başladıkları hücum kampaniyasında 100 mindən artık Borçalı türkləri qovuldu. 20-dən artıq adam öldürüldü. Qırğın vaxtı gürcülərin əllərində olan bir dövlət sənədini bizim gözmüzə soxaraq, deyirdilər ki, alın oxuyun siz XVII-əsrdə  gəlib yermizi tutubsunuz. Nəki durdunuz, yaşadınız bəsdir. İndi öz yurdunuza gedin. Əllərində olan bu sənəddə A.M.E.A-nın Ensklopediyasında yazılan “Azərbaycanlılar XVII-əsrdə kütləvi surətdə Borçalıya köçürülmüşlər” yazısı var idi

         Tanrıya şükürlər olsun ki, Şverdnadzenin başçılığı altında yaranan yeni dövlət gəldi. Bu qırğın dayandı. 1991-ci ildə həmin vərəqdən götürüb A.M.E.A.-nın Tarix İnstutuna gəldim. İnstitutun direktoruna vərəqi göstərib, olayları danışdım. Ensiklopediyanı gətirdik. Doğrudan da Borçalı başlığı altında yazılmışdı “ Borçalıya 16-17-ci əsrdə kütləvi surətdə Azərbaycanlılar köçürülmüşlər”. Gördüm gürcülər düz deyirlərmiş. Borçalı türklərinin belinə daşı qoyan elə bizim tarixçi Akademiklərimiz, alimlərmiz olmuşlar. Mən öz urcunsuzluğumu (narazılığımı) bildirərək, biz eradan öncədən o yurdların yerli ellisiyik (xalqıyıq) dedim. Bu dönəmdə İnstitutun başqa bir elmi işcisi, “ XII -əsrdən öncələrdə Borçalıda türklər olmayıblar, yaşamamışlar, sizin yerlərdə olan tarixi anıtların (abidələrin) türklərlə heç bir  ilişgisi yoxdur” dedi. Direktor da onun sözünü kəsinlədi (təstiqlədi). Bunların bu sözləri məni çox ağrıtdı və düşündüm ki, bunlar bu sözlərilə bizə, oralar sizin deyil, onlar çıxın deyirlər, siz də çıxın demək istəyndədilər. Üzümü onlara tutub, “axı mən uşaqlığımda babalarmızın dediklərini eşitmişəm. Onlar deyirdilər ki, keçmişdə buralar ulu dədəmiz Oğuz Xanın  (Zülqədərin- Zülqərneynin) yurdu, torpağı olubdur. Elə onun vaxtından da biz burada yaşayırıq. O haqda bizim dastanımız da var. Oğuz xanın  qəbrinin də Borçalıda olduğunu deyirlər. Həm də Bolnis rayonunda 4-cü əsrə ilişgi edilən qədim türk dilində yazılmış qəbir daşının aşkar edildiyinin, canlı görəviləri (şahidləri) var. O yerlərdə bizim varlığımızı təstiqləyən çoxlu olanay (tarixi) qaynaqlarımız var. Hansı yolla olur olsun bir bilim (elm) ocağı kimi yanlışlığınızı (səhvinizi) düzəltməlisiniz. O elə gəlmə, qonaq deyilməməlidir dedim. Gördüm sözüm Akademiklərə xoş gəlmədi. Biz bu yolda saçmızı ağartmışıq, sən bizə dərsmi deyəcəksən dedilər. Üzülmüş halda akademiyadan çıxdım. O gündən də Borçalı haqqında olan yazılı qaynakları toplayıb, öyrənməyə başladım.

          Yunan tarixçilərinin Porfirinin, Aristotelin, Strabonun, Eratosferin Herodotun, Kserkisin, Eforun, Xerilin və başqalarının əsərlədində hələ e. ö.-də “ Qafqaz Kaspilərin, Sakların ölkəsidir” deyirlərsə, “Kaspilərin Afinaya yürüşlərindən” danışırlarsa, olanayçılar (tarixçilər) Kaspiləri, Sakları Türk adlandırırlarsa. Mən anlaya bilmirəm bizim çağdaş tarixçilərmiz nəyə arxalanaraq türklərin Borçalıya gəlişinin XII əsrdən olduğunu deyirlər.

          Tarixçi F. Ağasıoğlunun  “Qədim Türk eli” “Doqquz bitik” və T. Azərtürkün “Mixi yazılı azəri türk dilinin qrammatikası” kitablarını oxumağım, Borçalıların keçmişləri haqqında düşünməyə və çalışmağa mənə ipucu verdi. O gündən Borçalının tarixi ilə maraqlanmağa başladım. F. Ağasıoğlu yazır: “Qədim Saka türkləri e.ö. VIII minilliklərdə Araz çayı ətrafından qalxıb, Qafqazdan keçməklə Azaq (Azıq İ.M.) dənizi ətrafında yurd salmışlar. Azaq ətrafında çoxaldıqdan sonra, geri köhnə yurdlarına  qayıtmışlar”. XVII-əsrdə ruslar Qafqaza girdikdən sonra Azıq- Azak dənizinin adını Azov etmişlər.  

 Borçalıda olan yüzdən çox türk anıtlarından (abidələrindən) bir neçəsini yazıb sayğılı Akademiklərmizin yadına salmak istəyirəm. Eradan öncələrdə adları çəkilən Sakaların, Qaramanlıların və Kapanakların yurtları olan “Sakundur” şəhərinin kalafalığı Faxralı kəndinin yaxınlığındadır. Bolus (Bolnisi) ormanlarının dərinliyində Qaramanlı şəhərinin kalafalığı və kilsələri hələ də durur. “Kapanak” şəhərinin yerində kəpənəkçi kəndi yaşamakdadır. Kəpənəkçi kəndinin doğusunda Sarıkilsə adlı yarısı uçmuş kilsədə 1950 və 1987-ci illərdə Gürcüstan arxeoloji ekspedisiyası qazıntı işləri aparmışlar, iki metr dərinlikdə  IV əsrə aid edilən gənc oğlan gömütü (qəbri) aşkarlanmışdır. Üst daşında qədim türk dilində yazı aşkar edilmişdir. Yazıda deyilir "Kapanak xaqanın oğlu gənc kapanakçı çayında boğulub öldü". Həmin daş iki il Tiflis tarix muzeyində saxlanıldı, iki ildən sonra muzeydən götürüldü. (Sovet Gürcüstanı qəzetinin müxbiri Ocaqov İsaxan Rustam oğlunun dedikləri)         

Kəpənəkçinin içində Çataq (Poladauri) yolunun sağında "Qoçlu kilsə" IV əsrə aid edilir. 1930-40-cı illərdə kilsənin yanında olan yüzlərlə qoç heykəlli qəbir daşları var idi. Bu gün bir dənəsi də yoxdur. Yavaş-yavaş hamısını gürcülər daşıyıb aparmışlar. Muzeylərinə və qəbirsanlıklarına qoyub yiyələnmişlər. Hal- hazırda kilsə yararlıdır, işlək haldadır. Gürcü keşişi yiyələnib içində yaşıyır.        

Xaçın kəndi ilə Ağalıq arasında Bolus (Bolnisi) siyonu deyilən böyük, görkəmli kilsə yerləşir. Kilsənin yanında çoxlu qəbirstanlıq var. Vaxtı ilə  burada çoxlu qoç qəbirüstü daşlar var idi. Bu gün kilsə gözəl onarlanıb (təmir olunub), içərisində keşiş oturur.

         Kəpənəkçinin batısında (qərbində) Kəpənəkçi çayının sağ qıyısında (sahilində) "Yazılı kilsə" adlı kilsə var. Yazı gürcü yazısı deyil, bu gün kilsə onarlanıb (təmir olunmuş) və içərisində keşiş oturur. Kəpənəkçinin güneyində (cənubunda) Talıfıllıdan bir kilometr aralı, ormanlıkda “kilsəli” deyilən yerdə qədim kilsə və yanında böyük qəbirstanlıq var. O da 1935-36 illərdə onarlandı (təmir edildi), içində keşişlər otururlar. İncoğlunun quzeyində ormanda salamat bir anıtda  Alban hərifilə yazılı kitabə var. Şəmşoğlu kəndindəki kilsələr hələ yararlı haldadılar. Oradakı xaçların üzərində buta şəkilli oymalar var. Belə xaçları gürcülər harada tapsalar. Oxalayıb yox edirlər. Bu kilsəyə oxşar digər bir kilsə də, Sakındur şəhərinin  kalafalıqlarındadır. "Səkkiz ayaq" adlanır.  O da sağ-salamatdır.

          Çataq yolu ormanında Cinni binə deyilən yerdə (həmin yerə Mehdilli yurdu deyilir) içərisi bəzədilmiş halda balaca bir kilsə var. Ətrafında isə əlləri çarpazlaşmış insan fiqurlu qəbir daşları vardır. Ondan bir kilometr aralı, dağın başında əzəmətli bir kilsə də var. Bu gün hər ikisində keşiş durur. Port-port deyilən yerdəki kilsənin həndəvərində çoxlu qəbirstanlıq var. Qəbirstanlıqda əli çarpazlaşmış adam və qoç şəkilli qəbirüstü daşlar var. Kilsə baxımlı haldadır, içərisində keşiş durur.

         Saray yerindəki, yazılı kilsənin də yanı qəbirstanlıqdır. Qapısında kitabə var. Bolnis, dumanıs bölgələrində olan anıt yazılarının heç biri gürcü yazısı deyil..

         Abdallı kəndi ilə Kveşi kəndi arasındakı, təpə başında çox görkəmli  "Abdal" qalası var. Deyilənə görə qala 4- 5-ci əsrə aid edilir. Qalanın qapısının üstündə iki metrdən artıq uzunluğu olan böyük bir kitabə var idi. Tiflis uzmanlarının (mütəxəsislərinin) dediklərinə görə yazı qədim türk-moğol dilindədir. 1950-ci illərdə kitabə çox çətinliklə sökülüb götürüldü. Əgər yazı gürcü dilində olsa idi, belə bir görkəmli qalanın kitabəsini sökməzdilər. Demək deyilənlər düz imiş.  

         Tarixdə bir çox olayların görəvisi (şahidi) olan başı bəlalı Dumanıs (Dmanisi) qalasında da kitabə var idi. Ancaq son çağlarda kitabəni görmədim. Darbazla Gülöyür yaxınlığında Alban kilsəsi adında salamat saxlanılmış bir kilsə var. Çox qədimlərdən bu günədək yerli türklər oraya tapınırlar (ibadət edirlər).

          Arıxlı ilə Kolagir kəndi arasında Xram çaynın solunda çox görkəmli Ağqala deyilən bir qala var. Yerli elin söylədiklərinə görə Qala  Qazan xanın, Həsən padşahın, onun oğlu Sultan Yaqubun yurd yeri olmuşdur. Qalanın içərisində 3-4 metr hündürlüyündə bir türbə var idi. Türbənin həryanı ağ parlaq çini saxsılarla örtülmüşdü. Üzərində, göy ərəb yazıları ilə yazılar və naxışlar var idi. El ona "Ağ Pir" deyə tapınırdı (ziyarət edirdi). 1935-36-ci illərdə qalanı onarma (təmir etmək) adı ilə "Ağ pir"i sökdülər. Bütün yazılı çini saxsıları oxalayıb arabalara yüklədilər, Xram cayına tökdülər. İndi həmin pirin yerində gürcülər kilsə tikmişlər. İçərisində keşiş oturur, qalanı monastr etmişlər.

         Borçalının Təkəli və Quşcu kəndlərinin yaxınlığında, təpə başında, Bir qala var. Elin deyiminə görə Səfəvilər tikdirdiyi qaladır. Baxımsız halda olduğu üçün, artıq sökülüb dağılmaqdadır. Çox yazıklar olsun ki, Azərbaycan dövləti yiyə durmur. Gürcüstan dövləti də bu qalanın yox olmasını diləyir.

Tarixçi araşdırıcı Ağasıoğlu yazır ki, Pompey Borçalıdan kecərkən  Ağsakada (Axskada) qışlamış. Roma tarixçisi Dion Kassinin verdiyi bilgiyə görə Romalı Pompey Qafqaz Albaniyasına yürş edəndə Kür cayının sağ sahilindəki (Borçalıda İ.M.) Anahid (Anahad İ.M.) məbədinin yanında düşərgə salmışdır. (Anahid kilsəsi məqalə vikiped.).

 Mən özüm də gürcülərin alban kilsə divarlarında olan yazıları, işarələrı dəyişmələrinin, yazılı daşları  yerə basdırmalarının tanıqı (şahidi) olmuşam. Aşkar edilən qəbrlərdəki skeletlərin büküşlü halda yatdıqlarını görmüşəm. (hələ müsəlmançılıqdan öncə Tanrıçılıq dinində ölüləri, dizi qatlanmış sağ üzü üstə bastırarmışlar).

 Tarixçi Xaləddin İbrahimlinin yazdığına görə indiki Bolnisi şəhərinin yerində  türklərin “Qaratəpə” adlı yaşayış yurdu olmuşdur.

 E. ö. V-əsrdə yaşamış Yunan tarixçisi  Heredot yazır:  “Əsgi dönəmlərdən bəri Qafqaz türklərin yurdudur”.(L. Qumilyov. “Qədim türklər”Bakı 1993. s. 1).

T. Azərtürk də Sümerlərin türk olduqlarını, Ön Asya və Qafqaz türkləri Sümerlərin qalıqları olduğunu yazır. O, öz kitabında 400-ə dək Sümer sözlərini göstərir. Həmin sözləri özəlliklə (diqqətlə) oxuyanda onların çoxunun bu gün Borçalıda işlənən sözlər olduöunu görürük. Qədim Sümerlərin dillərinin Borçalı kəndlərində belə geniş yayılaraq, bu günə dək gəlməsindən aydın olur ki, Araz, Azık, (Azov) arasında gediş- gəliş yolu olan Borçalıda qalan Sakalar, kapanaklar ən azı 6-7 min ildir ki, Borçalı elinin ulu dədələridir. Hər halda Sakaların Azov (Azıq) həndəvərinə (ətrafına), Krıma gediş-gəliş yollarının üstündə olan borçalılarla, ilginliklə kəpənəkçilərlə, sümerlər-sakalar-kapanaklar arasında keçmiş çağlarda hər hansı bir yaxınlığın  olması danılmazdır. Alimlərmizin bu yaxınlığı, uyğarlığı araşdırmaları çox gərəkli olar.

Bu gün də Qaramanlı, Bolus, Kapanaklı, Sakındur (Sakadur) kəndlərinin (şəhərlərinin) kalafalıqları, Oğuz basdırqanlıkları (qəbristanlıqları) öz qədim türk  adlarını qoruyub saxlayırlar. Bütün Borçalı torpağında  olan toponimlərin hamısı qədim türk adlarıdır. Bu tutamalara dirənərək deyə bilərik  ki, türklər Borçalının ilk yerli xalqı olmuşlar. Ancaq nə Türkiyə, nə də Azərbaycan alimləri bu uzun illərdə bir kərə də olsun Borçalı türklərinin yazğıları (taleləri) ilə ilginclənməmişlər (maraqlanmamışlar).  Bu yiyəsizlik bu gün də yaşanmaqdadır. Hələ bir kərə də olsun, ya Gürcüstan-Azərbaycan, ya da Türkiyə-Gürcüstan arxeoloqları Borçalıda  birlikdə arxeoloji qazıntılar aparmamışlar, Borçalı xalqının doğru, düzgün tarixini araşdırıb aydınlaşdırmamışlar. Türk bilim adamları, aydınları unutmamalıdılar ki, Borçalıya ögey baxmaq gələcəkdə Borçalının yoxluğu deməkdir!  Elə ona görə də çox asanlıqla gürcülər ölkənin topoqrafiyasının, anıtlarının adını dəyişdilər. Anıtlara  özlərinin tarixi anıtları (abidələri) kimi yiyələndilər. Onları istədikləri kimi onarmış, yamamış (təmir etmiş), içərisində oturmuşlar.

            Yuxarda sadaladıklarımdan belə bir sorğu yaranır: Əgər bizim Akademik  alimlərimizin dedikləri düzdürsə, Türklər XII-əsrdə Qafqaza gəlmişlərsə Borçalıda III-əsrə ilişgi edilən türk dilli yazı niyə olsun? Kür çayının sağ sahilinə gürcülərin sonralardan gəlmələrini gürcü tarixçi arxeoloklarının özləri vatılə təstiqləmişlər (Musxeleşvilinin əsərinə bax). O halda Borçalı bölgəsinin arxeoloji qazıntılarında tapılan, tarixi eradan bir neçə min il qabağa gedib çıxan yüksək uyğarlıqlı yurd yerləri kimlərin, hansı elin yurd yerləridir? Borçalının Xram çayının üzərində Makedoniyalı İsgəndərin yerlə yeksan elədiyi Bun türklərinin şəhərinin, Sakaların və Kapanakların Bolus bölgəsində Sakadur və Kapanak şəhərlərinin kalafalıqları hələ də durur. Türk dilində yazılı III- əsrə ilgili qəbir daşı Borçalının Bolus dərəsində aşkar edildi. Borçalıya türklərin XVII-əsrdə kütləvi surətdə köçdüklərini söyləyən alimlərimiz tarixə bir də göz gəzdirsinlər, Ağasıoğlunun “QədimTürk eli” və  “9 bitik” kitablarını,  T. Azərtürkün “Mixi yazılı Azəri Türk dilinin qrammatikası” kitabını oxusunlar. Onda Zaqros dağlarında miladdan 6 min il öncəyə ilişgi (aid) edilən, mixi yazılarını və Həmədan qızı Bidanın mixi yazılı türk dilindəki, şeiri oxuyanda Qafqaz  türklərinin hansı dönəmdən bu torpaqlarda yaşadıqlarını anlayarlar və Borçalılara gəlməsiniz deməzlər.

 Bu məqaləni yazmağımın ilgisindən (səbəbindən) biri də odur ki, gürcülər dərslik kitablarında tələbələrə öyrədirlər ki, Borçalıya Azərbaycanlıları 17. əsrdə Şah Abbas kütləvi halda   köçürmüşdür. Şah Abbası özlərinə düşmən bilən gürcü gənclərinin tərbiyəsində  Azərbaycanlılara qarşı nifrət yaratmak yetənəyi (məqsədi) durur. Bilik aləminə aydındır ki, Şah Abbasın köçürdüyü bir neçə kəndlər Tiflisin şimalında olan kədlərdir. Sizin akademiyanızın ensiklopediyasından yararlanan gürcülər bütün Borçalı türklərini şah Abbasın köçürdüyü el kim dərslik kitabına salmalarına səbəb olmuşdur. Odur ki, yeri gəldikdə gürcülər yerli türklərə düşmən kimi baxırlar.

        1990- cı ildən bu günədək haray salmağımıza baxmayaraq, heç bir yerdən bizim “gəlmə” adımızı götürmək üçün dayaq yeri tapa bilməmişik.Son halda bütün Azərbaycan aydınlarına çağrış (müraciət) edərək demək istəyirik ki, Borçalı türklərinin  öz torpaklarında gəlmə- qonak adlarının götürülməsinə çalışsınlar. Azərbaycan və Gürcüstan elmlər akademiyalarının birlikdə arxeoloji qazıntılar aparıb, dəyərli tutamalara (dəlillərə) dayanaraq bizə verilən gəlmə adının Gürcüstan dərsliklərindən götürülməsində bütün elm adamlarının işlək (fəal) davranmalarını diləyirik və tələb edirik. Gələcəkdə Gürcüstan dövlətinin başına yeni bir Qamsaxurdiya kimi millətçinin gəlməsinə heç kim görevlik (zamınlık) edə bilməz.

        Unutmayın ki, Borçalı dərələrində, Borçalı dağlarının təpələrində baş qaldıran ulu anıtlar, torpaq altında yatan ulu dədələr,  bizə yiyə duran sonçularmız, törəmələrmiz yoxdur deyə, sizi lənətləyirlər. Ama o yazıklar bilmirlər ki, onların sonçularında olan təpər (qeyrət) deyilən nəsnə çoxdan ölübdür. Sonçularının təpəri (qeyrəti) Göycədə, Ələyəzdə, Gümrüdə, Calaloğlunda, Zəngəzurda ən sonu Qarabağda qara torpağa gömüldü, basdırıldı. Elə o ilgidən də Borçalının harayını eşidən yoxdur. Belə gedərsə heç vaxt da olmayacaqdır. Çünkü sonçuları təpərsizdilər (qeyrətsizdir). Türk olmalarını çoxdan unudubdular.     

                                                                                                     

       A, E, A-nın Filoloqiya İnstitutunun bilim (elmi) əməkdaşlarına Şeyx Sənan dastanı haqqıda bötiy (məktub)

        Sayğılı Akademiklər, bilginlər (alimlər) Televiziyanın Az.TV kanalında şair, dramatrq Hüseyin Cavidin 120 illik yubileynə yönəldilmiş (həsr olunmuş) dəyirmi masada üç bilgin (alim) H. Cavidin yaradıcılığından danışırdılar. Ən çox söhbət Şeyx Sənan dram əsərindən getdi. Bütün söhbət boyu Şeyx Sənan bir əfsanəvi qılıq (obraz) kimi göstərildi. H. Cavidin Ş. Sənanən məqbərəsi başında yazdığı ağıdan (qəsidədən) bir cümlə də danışılmadılar. Həm də H. Cavidin 120 illik yubleynə yönəldilmiş,“Cavidşunaslıq” kitabında, H. Cavid əfəndinin “ Şeyx Sənan”dram əsəri haqqında bir çox yazarlar (müəlliflər) geniş məqalələr yazmışlar. Hamısı da Ş. Sənanı mifik obraz kimi vermişlər. Bundan başqa internetdə də bir necə məqalə verilmişdir. Demək olar ki, əsərin ilk qaynağı olan xalq dastanı haqqında  və H. Cavidin Ş. Sənanın məqbərəsinə həsr etdiyi şeir haqqında  heç kim, heç nə yazmamışlar, və  deməmişlər. Elə dastanı bilmədikləri üçün də yazarların və çıxışçıların hamısı bağışlanmaz yanlışlığa yol vermişlər. Bütün yazarlar və çıxışçılar Şeyx Sənanın şəxsiyyət olmasını danarak, onu əfsanəvi- mifik bədi qılık (obraz) kimi vermişlər.

            Filoloqiya elimləri doktoru professor Nəzmiyyə xanım yazır: “Tədqiqatçılar şeyx Sənanı həm  tarixi şəxsiyyət, həm əfsanəvi aşiq, həm də H. Cavidin yaratdığı qəhraman kimi səciyələndirirlər” deməklə kifayətlənmiş, öz görüşünü ortaya qoymamışdır.

          Zahid Əkbərov, yazır: “İran alami Manicöhr  Mörtəzvinin “ Şeyx Sənan” hekayəti böyük sufi şairi Fəridəddin Əttarın xəyali uydurmasıdır”  Eyni zamanda digər iran alimi Əbdüləmir Səliminin ”ola bilsin ki, şeyx Sənanda məqsəd şair Əttarın özüdür” fikrini də qeyd edir. Son halda dissertant Zahid müəllim heç bir qəti qərara gəlməyərək,  “şeyx Sənanın əfsanəvi və ya tarixi şəxsiyyət olduğunu  müəyyənləşdirmək lazımdır” deyir.

         Z. Əkbərov axtarışlarına əsaslanaraq yazır ki, bəzi alimlərə görə şeyx Sənan əfsanəvi bir şəxsin adıdır. Eyni zamanda deyir ki, bir sıra alimlər şeyx Sənanın tarixi şəxsiyyət olduğunu deyirlər. Z  Əkbərov monoqrafiyasında yazır: ” O müasir həyatdan alınan bir tip olub, müəyyən dərəcədə şərti bir obrazdır.” O, növbəti səhifədə belə qərara gəlir ki,”əslində ərəb tarixçilərinin əsərində sırf  şeyx Sənan adlı tarixi bir sima axtarmaq əbəs yerə vaxt itirməkdən başqa bir çey deyil.” Bu yazılardan aydın olur ki, yazarlar Şeyx Sənanın mifik obraz olduğuna kəsinliklə inanmışlar. Daha sonra müəllif yazır ki, yazılı ədəbiyatlarda ilk dəfə şeyx Sənan adı, Fəridəddin Əttarın (1187) əsərində çəkilir. Yazardan soruşmaq gərək, VIII-IX- yüzilliyə aid  Az ər türkcəsində yazılmış ədəbiyyatın varmı ki, dastanıda yazıya alaydılar.  Kimi Sənanı Ərəbistanın Səna şəhərindən çıxan çeyx hesab edir. Kimi də şeyx Sənanı ibn Səkka ilə eyniləşdirərək onu ərəbləşdirir. Nəzmiyyə xanım dastanın yaranmasını VIII- IX- əsrə aid edir. Sənanı İslamlığı yaymağa gələn ərəb şeyxlərindən hesab etməklə onun kimliyini tanıyır. Ancak son halda o belə qərara gəlir ki, “Şeyx Sənanın tarixi şəxsiyyət olması mübahisəlidir”. Yəni onun şəxsiyyət olması kuşquludur (şübhəlidir) deyir.

        Nəzmiyyə xanım, Ə. Sultanlıdan nümunə gətirərək deyir: “Ə. Sultanlı “şeyx Sənan”dan bəhs edərək yazırdı: şeyx Sənan xalq əfsanəsidir. İndi də Tiflisdə kür kənarında “şeyx Sənan” adında dağ var. Lakin əfsanənin xalq içərisində indi də yaşadığını sübut edəcək bir əlamət yoxdur”. Ə Sultanlıda, Nəzmiyyə xanımda yalan danışırlar. Görünür o Tiflis, Borçalı ağsaqqalları, ağbirçəkliləri ilə görüşməyibdir. Bu gündə o elin Ş. Sənan dastanı haqqında geniş bilgiləri var.

       İnternetdə Filologiya elmləri doktoru Gülşən Əliyevanın da H. Cavidin “Şeyx Sənan”əsəri haqda məqaləsi var. O da xalq dastanı haqda heç bir bilgi vermir. Görünür onun da xalq dastanından xəbəri yoxdur.

       Yazarların (müəlliflərin) yazılarından belə anlaşılır  ki, Ə. Sultanlı Tiflisdə olubdur. Ancaq  sübut üçün heç bir şey tapa bilməyibdir. Gəlin indi sübutlardan danışaq: Klassik şairmiz Ə. Xaqani  əsərlərində bir neçə kərə Sənanın adnı çəkir. Görünür Ş. Sənanın ömüryolunu (tərcümeyi- halını) yaxşı bilirmiş . O, şeirində şeyx Sənanı Saqqa oğlu adlandırır.

                        “Səqqa oğlu kimi atım riqanı, teyləsanı?                                                          

                       Zünnar asım, bərnəs geyim, olum donuz çobanı?                       

                                                                  (Xaqani Baki 1956 s.127).

“Səqqa”  Ərəb imperiyasında şəhər su işlətimində (təchizatında) görəvi olanlara verilən addır. Xaqaninin bildirdiyindən belə görünür ki, Tiflisin su yığımı (təchizatı) Sənanın atasının əlində olmuşdur.  Ona görə də ona səqqa oğlu deyir. Tiflis ağsaqqllarının verdikləri bilgilərə görə ( Təhlə Əsgər) Sənan soyu Tiflisin qədim soylarından biri olmuşdur. Sənan bəy Qocor meşəsindən Tiflisə su noyu çəkmişdir. Sənan dağında aşkarlanan saxsı su noylarla Tiflisə gələn su borusunun xarabalıkları hələ də durur. Şeyx Sənanın dağın döşünə basdırılması dağı kutsallaşdırdı. O ilgidən də dağın adı Sənan dağı qaldı.

          Hüseyin Cavid “Şeyx Sənan türbəsi önündə” şerində:

 

                          “Oyan, ey piri-xoşdil! Qalq, ayıl bir xabi-rahətdən!

                          Qiyamətdir, qiyamət! Qalq, oyan, zevq al bu fürsətdən.

 

                          Uyub sən bir mələk simaya satdın dini, imanı,

                          Atıb ehkamı-Quranı uzaqlaşdın təriqətdən”.....deyir.

                                                                         H.Cavid “əsərləri” Bakı 2005 s.80.

         Göründüyü kimi  H. Cavid şeirində Ş. Sənanın canlı varlık kimi başından keçən olayları və onun bu torpakda yatdığını açık aydın göstərir.

         Böyük egitimçi (ədib) C. Məmmədquluzadə  “ Xatiratım” əsərində  yazır: ”Son vaxtlar mən Tiflisdə şeyx Sənan küçəsində (indi Davud küçəsində) olurdum. Bizim məhəllə dağ ətəyində idi. Şeyx Sənan gürcü qızına aşiq olduğu yer həmin yerdir” deyir. Burada sayğılı C. Məmmədquluzadə Ş. Sənanın kimliyini çox aydın halda kəsinəyir (təstiqləyir).          

          Rza Təhmasib “ xatirələrində  yazşr: ”Yadımdadır, H. Cavid Şeytanbazarda yaşayırdı.  Cavid, Əziz Şərif və mən, bir neçə dəfə Sənan dağına gəzməyə getmişdik. Cavid burada şeyx Sənanın qəbrinin yanında xeyli dayanar, riqqətlə ona baxardı”. R. Təhmasibin bu kiçik anımı. Yenə də Ş. Sənanın kimsəliyinin var olmasına silinməz damğa vurur.

           Hələ də xalqın yaddaşında yaşayan Sənan dağı, Sənan məhəlləsi, Sənan küçəsi, Sənanın qəbri, Sənan soylu Tiflislilər, ünlü yazarlarmızın anımları (xatirələri) Ş. Sənanın Əfsanəvi qılık yox, kimliyi təstiqlənən varlık olduğuna sübut deyilmi. Bizim bu günkü çağdaş bilginlərmizə (alimlərmizə) yetərli sübut deyilmi? Yoxsa ki, onlar bizim ünlü ədiblərmizi C. Məmmədquluzadəni, R. Təhmasibi, Ə. Şərifi yalançılıkda suçlamakmı istəyirlər?

         Onu da bildirim ki, “Aşıq Qərib “ dastanında da Tiflis dönəmindən danışılır. Dastanın baş bahaduru (qəhrəmanı) Şahsənəmin atası da Sənan soyundan olan “Sənan xoca”dır. Uzmanlar “Aşıq Qərib” dastanını XVI- əsrə ilişgi edirlər. Şeyx Sənan dastanını isə VIII- IX- əsrə ilişgi edirlər. Ola bilsin ki, dastan bahadurlarının hər ikisi də eyni bir soydan olmuşlar. Sənan soyu əsrlər boyu Tiflisdə yaşamışdır.

        Əli Sultanlı, Zahid müəllim və Gülşən Əliyeva buradan ərəbistanda tarixi kimsələri (şəxsiyyətləri) axtarmakdansa,  qonşusu Tiflisdə olubdularmı? Oradakı yaşlılarla söhbət edibdilərmi, Sənan küçəsi ilə Sənan dağına sarı,  Sənan məhəlləsi ilə qalxıbdılarmı?  Sənanın qəbrini axtarıbdılarmı? H. Cavidin “ Şeyx Sənan” türbəsi önündə dediyi qəsidəsini oxuyubdularmı? Əminəmki yox. Getsə idilər, oxusa idilər, çox nəsnələrin (şeylərin) görəvisi (şahidi) olardılar. Onu da bildirim ki, H. Caviddən başqa Ş. Sənanın anıtna (qəbrinə) ağı deyənlər olubdular.

          Belə aydın olur ki, şeyx Sənan haqqında yaddaş söyləyən yazarların hamısı xalq dastanından salıksızdılar (xəbərsizdilər). Onlar fars yazarlarının əfsanələşmiş yazılarından yararlanmışlar. Çünkü dastanda olayın Tiflisdə baş verdiyi. Müsəlman məscidi ilə xristian kilsəsinin  bir məhəllədə olduğu, Sənanın uşaqlığının Tiflisdə keçdiyi, kiçik Xumarla bir məhəllədə yaşadığı, deyilir. Sənan dastanda tacir oğlu kimi verilir. Gənc Sənanın arğışla (karvanla) Bağdada getdiyi, Bağdad və Hələbdə dərs aldığı deyilir. Şeyx olub Tiflisə qayıdanda kiçik bir qız qoyub getdiyi Xumarın indi mələkləri mat qoyan gözəl bir qız olduğunu görüb, ona vurulduğundan danışılır. Sevgi başagəlimi (macərası) olan başqa dastanlar kimi, burada yuxuda verilən butadan danışılmır. Gerçək yaşam olaylarından danışılır. Cünkü doğru varlık olan kimsələrin söyləntilərindən (rəvayətlərindən) danışılır.

          Belə düşünülür ki, VIII-əsr sıxıntısı (faciəsi) dolayısı ilə, dildən dilə keçmiş, güneyə də, yayılaraq İranda Fəridəddin Əttara çatmış, o da şairlik bacarığından, sofilik coşqusundan yararlanmış, bir para artırmalarla gələnəyə uyğunyazılı dastan halına salmışdır.  

          Türkün ən böyük uğursuzluğu odur ki, tarixini yazmaqda həmişə tənbəllik etmişdir. Tək Sənan yox türkyn bütün keçmişlərini yadlar qələmə almışlar. Çoxları da tariximizi qərəzli yazmışlar. Hələ bu gün də, tarixçilərmiz  əyri-düz yadlar nə yazıblarsa, onları yığmağa da tənbəllik edirlər.

        Cavid əfəndi el  dastanından yalnız iki baş qəhrəmanların adlarını və Sənanın türklüyünü götürübdür. Görünür H. Cavid dastanın Borçalı qolu ilə tanış olmuşdur. Ancaq əsəri öznün çağdaş imgəsinə (ideyasına) uyğun, tamamilə başqa səpgidə yaratmışdır. Şair  əsərində Sənanı yerli türk, tacir oğlu yox, yoxsul, kimsəsiz ərəb kimi vermişdir. Olaya sayğı ilə yanaşmaq gərəkli olar. Tiflis kimi qədim və böyük bir şəhərdə  min il dəyşirilmədən Sənan adı ilə küçənin, məhəllənin olması, aşağıda qeyd olunacaq  dağın, ormanın Sənan soyuna ilgi olması,  onun  varlı bir soydan  olmasını salık (xəbər) vermirmi? VIII- IX-əsrdə  Kasıb soydan çıxan adam, uzun illər Bağdatda, Hələbdə oxuyub şeyxlik çininə (rütbəsinə)dək qalxa bilərdimi?

           El (xalq) dastanında şeyx Sənanı sevən, Zəhra obrazı yoxdur. O, H. Cavidin yaradıcılığının ürünüdür (məhsuludur). Əsərdə Şeyx Sənan Xumarın əlindən tutub özüny qayadan uçruma  atmaq qərarına gəlir. Onlar qayadan atılırlar, ancaq uçruma yox, göyərçin olub göyə uçurlar tanrının yanına gedirlər. Bu da H. Cavidin uylamasının (təxəyyülünün) ürünüdür (məhsuludur). Dastanda hadisələr tamam əksinə olur. Sevgililər əl-ələ vedib qaçırlar. Qaçıb Sənan dağının başına çıxırlar. Yeni dincəlmək istəyəndə Xumarın atası qara keşiş görünür. Atasını görən Xumar qorxudan özünü qayadan atır. Onu tutmaq istəyən Sənan da onunla birlikdə qayadan atılırlar. Bu anda qarşılarındakı qaya yarılır. Onlar qayanın çuxuruna düşürlər. Qaya yenidən birləşir. Onların yox olmalarını görən keşiş, qayaların arasında qızını axtarır. Bir qayanın yarığında qızının sallanmış saçını görür. Keşiş onların hər ikisini də qaya öz qoynuna aldığını anlayır. O yalnız bundan sonra onların haqq aşiqi olduqlarını başa düşür. Tutduğu işdən peşman olub saçını yolub ağlayir. 

       Qədim xalq dastanının heç yerində gürcü adı çəkilmir. Xumarın atasına kafir ya da qara keşiş deyilir. Anasına Saçlıbəyim, Xumarın dayəsinə Ağcaqız (Ağqız) deyilir. Bəzi söyləntilərə (rəvayətlərə) görə XVIII-əsrədək Tiflisdə xaçpərəst türklər və onların kilsələri olmuşdur. Rus çarının  sərəncamı ilə 1733 ildə Xristian türk kilsələri gürcü kilsəsinə birləşdirilmişdir. Bundan sonra bəzi türklər xristianlığı saxlayaraq, gürcüləşmişlər.Bəzi xristian türklər də islam olmakla müsəlmanlaşmışlar.

        Əli Sultanlı yazır: “Əfsanədəki şeyx Sənan ölmür geri qayıdır. Rum eli ilə Kəbə arasında ölür”. Bu yazı dastanın imgəsinə (ideyasına) tamamilə yad olan bir söyləncədir (rəvayətdir). Görünür Ə. Sultanlı dastanla uyuşuqlu (həmahəng)  səslənməyən hər –hansı bir qaynaqdan yararlanmışdır.  

       İndi də mənim görəvisi (şahidi) olduğum olaylardan danışaq. Uşaq və yeniyetmə yaşlarımda bir neçə kərə Tiflisdə Sənan məhəlləsində olmuşam. Sənan küçəsi Sənan dağından başlayırdı. Başaşağı gəlib kürün qırağında, Şah Abbas məcidinin yanında Gəncə yoluna birləşirdi. Ən qədimlərdən Tiflisdə Sənanlar soyunda adsanlı adamlar həmişə olmuşdur. Sənan dağının ətəklərində olan qoruq yerləri və Sənan dağının arxasında Qocerə sarı olan ormanlık da  Sənan nəslinin mülkü olmaşdur. Küçə və oba (məhəllə) o çağlardan onların adları ilə adlanmışdır.  Ama hamı hələ də Sənan küçəsi deyir. Şah Abbasın qonaq evi də Sənan küçəsində idi.

 Ş. Sənan gerçəkdən Tiflislidir. İlk islam dininə dönən soydandır. Bağdatda və Hələbdə oxuyub, Şeyxlik adnı alıb, bir şeyx kimi vətəninə qayıdıbdır. Elin(xalqın) yaddaş deyiminə görə, Xumarın atası Keşişdə  həmin obadandır (məhlədəndir).

          1935-38-ci illərdə Sənanlardan çoxu irana  köçürlər yada sürgün edilirlər. Onların evlərinə gürcülər köçürülür. Tiflisdə qalan Sənan soyundan tanınmış Azərbaycan xalq artistləri. İbrahim Qurbanov, Möhsün Sənani və Gürcüstan xalq artisti Abbas Qurbanov çıxmışlar.  

         1956-cı ildə şeyx Sənanın qəbrinə tapınağa (ziyarətə) getdim. Onun qəbri üstə anıt (türbə) görmədim. Yalnız qəbrin həndəvərində (ətrafında) olan dağınıq daşların olmasından güman etmək olardı ki, burada anıt (türbə) olmuşdur. Dillərdə dastanlaşan belə bir adsan yiyəsinin  qəbrinin yiyəsizliyi, unudulması məni üzdü. Onda bir qəsidə də yazdım. 1960-cı illərdə Botanika bağını genişləndirmək adı ilə şeyx Sənan yatan yer Botanika bağının torpağına qatıldı. Bununla da şeyix Sənanın izi itdi.  

         Yuxarıda deyilənlərdən açıq- aydın görünür kü, Ş. Sənan olayı gerçəkdən də olmuş bir acı üzüntüdür (faciədir). Dastan yavaş-yavaş dildən- dilə keçərək, bütün şərqə yayılmışdır. Geniş ölkələrə yayıldıqca daha da əfsanələşmişdir. Olay çağlarından dolayısı ilə  üçyüz il sonra anqma (mövzu) qələmə alınmışdır. İlk şeyx olduğu ücün yazarlar onu ərəbləşdirmişlər. Mən deyərdim ki , o bəlkə də islam aləminin ilk türk şeyxi olmuşdur. Tiflisi VIII əsrin axırlarında

ərəblər tutsalar da islamı yaymamışlar. 1060 ildə Alp Arslanın fərmanından sonra Tiflis və borçalılar arasında islam yayılmağa baçlayır. Ancak   xristian oldukları üçün çoxları öz dinlərində qalmışlar.  1836-cı ilədək Tiflis və Borçalıda Xristian türklər olmuşlar. Çox yazıklar olsun ki, son yüz il dönəmində nə Azərbaycan, nə də Türkiyə elm adamları Borçalı və Tiflis türklərinin ödgələri (talehləri) haqqında bir kərə də olsun ilginclənməmişlər, umurlanmamışlar (maraqlanmamışlar).

                                                                                                                                                                                                  Dini qurumlarla iş üzrə dövlət komitəsinə məktub.

Ölkəmizin gəncləri arasında yaranmış  dini xaotik vəziyəti  eşidəndə  daxilən çox sarsıldım. Mənim gənclərim nəyə görə Ərəbistanın səhralarında, Əfqanıstanın dağlarında cihad adı ilə ölsünlər. Hansı məqsədə hansı amala görə, calayvətən olsunlar. Ya da yalançı hər hansı bir amal uğurundə öz elinə, öz dövlətinə qarşı silah qaldırsınlar. Bu sarsıntının (faciənin) bircə açıklaması (cavabı) var. O da gənclərmizin imgə (ideya) egitimlərində (tərbiyələrində) dini boşluğun    olmasıdır. Onlar bu boşluğu dini puçlukla (fanatikliklə) doldurmağa çalışırlar. Bu da bir çox dilək edilməz sarsıntılara (faciələrə) ilgi (səbəb) olur. Ona görə də öncədən puçluluğu (fanatikliyi) gənclərmizin bilincindən (şüurundan) çıxartmaq və  onları ağıllı, diribaş (fəal) düzgün savaş yoluna alışdırmaq çox gərəklidir.

          1995- 2000-ci illərdə ölkədə dini təriqətlər köbələk kimi şıdırğı (surətlə) artanda, artıq dini puçluğun (fanatikliyin) izləri görünürdü. Gəncləri bir imgəliyin (ideoloqiyanın) altına yığmaq üçün, Dini qurumlarla iş üzrə dövlət komitəsinin  üzvlərilə gənəşikliyimiz ( məsləhətləşməmiz) oldu.  Söhbətə soyuq yanaşıldığı üçün çəkilib evimdə oturdum. Ancaq bu gün həmin soyuq yanaşılmanın sonluğunu, kiminin yalançı cihad xətrinə  öldüyünü, kiminin cihaddan qayıdıb vətənində türmədə çürüdüyünü, kiminin də yalançı, ucuz dini təbliğata uyub, öz xalqına, öz dövlətinə yağı kəsildiyini görüb, eşidəndə yenidən dincliyim pozuldu. Bu məktubu yazmalı oldum.

          Elmlə din arasında nə qədər böyük boşluq olarsa, din ilə elm arasında da bir elə boşluk və  uçrum olar. Dini puçluk (fanatiklik) daha da artar, dərinləşər. Bu gün özgür (sərbəst) dini puçluluğun təsiri altına düşən gənclərimiz, çox halda cəmiyyətdə və ya ailədə inanılmaz sarsıntılara (faciələrə) ilgi (səbəb) olurlar. Bu puçluluğun qarşısını almaq üçün,gənclərmizin düzgün dini biliklənmələrinə (təbliğata) böyük asıllıkarı (ehdiyacları) var. Bilikləndirmə elə aparılmalıdır ki, gənclərin bilik ocaqlarında eşitdikləri doğrulukları (həqiqətləri) din öz ayətlərilə təstiqləsin. Dinibilikləndirmə (təbliğat) da elə olmalıdır ki, dinin dediyini bilik ocakları təstiqləsin.

      Adamın imgəsayağı (ideoloji) mənliyinin zənginləşməsi üçün  dini inam çox gərəklidir. Bu gərəkliyi adamın ağlı, uylamı (təfəkkürü) alımlasın (qəbul eləsin). Əgər dinin aşılamladığı (təlqinlədiyi) inamları ulam (təfəkkür) alımlamasa (qəbul etməsə) adam o dinə bağlana bilməz və ondakı dini aclığın yerini doldura bilməz. Belə halda adam onu sağlayan (təmin edən) yeni dini imgəsel (ideologiya) axtarır. Bu axtarmalar,  bəzi hallarda indi qarşılaşdığımız puçluğu (fanatikliyi) yaradır. Bu gün bizim gənclərimizin xoşa gəlməz yollara düşmələrinin ilgisi də bu yuxarıda dediymiz hallardır. Bu halların qarşısını almaq üçün də onları sağlayan (təmin edən) imgəsel (ideoloqiya) verilməlidir. Gənclərə veriləsi bu imgəsel (ideologiya) bu gün yoxdur. Çağdaş aləm  görüşlü din bilginləri (xadimləri) yoxdur. Bu günkü din bilginlərin bilikləndirmə (təbliğat) kuralladı (üsulları) 9-10-cu yüzilliklərdə yazılan hədislərə uyar aparılır. Bu isə 21-ci yüzillik adamlarının uymalarına (təfəkkürlərinə) uyğun gəlmədiyi üçün onları urcunlamır (razı etmir). Ona görə də onlarda inam itir. Çağın dönəmilə ayaqlaşmayan bir çox hədislərdən yalnız biri haqqında danışım.

           Danılmaz bir  doğrulukdur ki, həmişə adamın mənliyinin, ruhunun, əxlaqının yüksək olmasında dinin böyük önəmliyi olmuşdur. Dinsiz bilim araşdırmaları dünyanı uçuruma apardığı kimi, biliksiz din də toplumu uçuruma aparar. Yer üzündə dincliyin, arxayınnlığın, ərdəmliyin, doğruluğun üstün gəlməsi üçün, din ilə bilimin birliyi çox gərəklidir. Bu birliyin gərəkliyi aləmi çiçəkləndirə bilər. Bilim özdəksel (maddi) uyğarlığın mayası olduğu kimi, din də mənliyin, mənəviyyatın mayasıdır.

         Hamıya aydındır ki, Qurani-kərim oxunanda heç kim ondan heç nə başa düşmür. Ona görə də adamlar hədislərə böyük inam göstərirlər. Bu gün isə bizim hədislərimizə xalqın çoxu inamsız halda yanaşır. Bu yanaşma da boşuna deyil. Xalqın 80-90 % savadlıdır. Onun üçün də onlara çatası söhbətlək gərəkdir.

          Böyük bir yas toplandısında molla, Yusif peğəmbərin sərgüzəştindən danışdı, 60 yaşlı Züleyxanı 20 yaşlı qız elədikdən sonra, Yusifə ərə verdi, məclisdəkilərin çoxu başını bulayaraq bığaltı güldü. Adəm peyğəmbərdən söhbət eləməyə başladı. Allah  Adəm peyğəmbəri 8 min il bundan öncə torpaqdan yaratdı onun qabrqasından Həvvanı yaratdı Allah bunların hamısını bir gündə elədi. Sonra da qardaş bacı ilə evləndilər. Hər doğulan uşaq bir dildə danışdı. Beləliklə 72 millət dünyanı doldurdu dedi.     

         Toplumda oturan bir müəllim, mollanın hədisinə qarşi çıxaraq, “ay molla söhbət edəndə elə söhbətlər edin ki, eldə (xalqda) o söhbətinizə inam yaransın. Burada mənim öyrənclərim (tələbələrim) oturur. Onlara mən deyirəm ki, 300 min il öncələrdə bizim ulu dədələrmiz Azık mağarasında yaşamışlar və oradan da aləmə yayılmışlar. Sizin söznüzü eşidən gənc öyrənclər (tələbələr)  yəqin ki, belə söhbətlərdən sonar tərəddüd içərisində qalırlar. Onlar sən deyənəmi inansınlar, yoxsa mən deyənəmi inansınlar. Sizin söhbətinizi etika sayğısına dinləyirik. Artıq dönəmlə ayaqlaşmalısınız. Belə ağlabatmaz nağılları hədis adl ilə danışmayın.Ya da deyin ki sizə bir nağıl danışım. Bizdə nağıl kimi dinləyək. Bayaqdan sakitliklə mollanı dinləyənlər hamı müəllimə haq qazandırdılar. Mollalar bu səpgidə nağılları hələ də hədis adı ilə danışırlar.

         Bütün elm adamlarına aydındır  ki, VII əsrdə formalaşmış islam dini dünyagörüşü öz dönəminin təfəkkür məntiqinə uyğun olduğu üçün o qəbul olunmuşdur. Bu gün isə XXI əsr adamlarının dünyagörüşünü hazırda olan bilim ocakları biçimləyir (formalaşdırır). Ancaq dini dayaqlar, dini təfəkkür isə VIII əsr dini dünyagörüşü ilə öz varlığını yaşatmağa çalışır. Bunun ilgisidir ki, bilimlə dinin birliyində (vəhdətində) olan boşluğu doldurmaq olmur. Özünün dini asıllığını ödəməyə çalışan gənc öz dini psixoloji təfəkkür mənliyinin asıllığını ödəyə bilən dini yollar axtarır. Bu ilgidən də, gənclərimiz bəzən elə məshəbə tuş (rast) gəlirlər ki, onları çəkib puçluğa (fanatikliyə) aparır. Bu günkü gənclik hər bir hadisənin incələnməsində (təhlilində) onu sağlayan (razı edən) geçəklik (dəlil) axtarır. Hər hansı bir dini məzhəb onların çağdaş dini dünyagörüşünə uyğun gəlmədikdə, yenidən başqa bir məzhəb axtarışına çıxırlar. Bu axtarışların da sonluğunu biz görürük. Gənclərimizin ünləri ya da meyitləri, Əfqanıstandan, Ərəbistandan gəlir. Ya da özləri öz güllələrinə tyuş gəlirlər.

        Bəs görəsən gənclərdə yaranmış bu dini boşluğun ilgisi nədir? Aydındır ki, bu günkü gənclər yüksək incələmə (təhlil etmə) bacarığında olan yüksək anlamlı gənclərdir. Hər bir inanclar onların dini mənəviyyatını ödəmir. Dini inanclarda tarix boyu belə boşluqları, Varlığın-birliyi (Vəhdəti-Vücud) fəlsəfəsinin  ideologiyası doldurmağa, elmlə dinin vəhdət halında yaşamasına çalışmışdır. Ama Varlığın-zəruriliyi (vacibül-vücud) fəlsəfəsini özlərinə ölçəm (meyyar) dayağı götürmüş, tövhid dininin müdafiəçisi olan mollalar elmlə dini bir-birinə yağı (düşmən) etmişlər. Bu gün aləmdə olan bütün dinlərdə puçlukla (fanatikliklə) birlikdə yağıçılıkda (düşmənçilikdə) yarğı (höküm) sürməkdədir.

        Tarixin bütün dönəmlərində tövhidçilər Varlığın-Birliyi  (Vəhdəti-vücud) fəlsəfəsinin bilimyayıcılarını (təbliğatçılarını) ya asmışlar ya da yandırmışlar. Bu çağın gündəmi Varlığın-birliyi (vəhdəti-vücud) fəlsəfəsinin  yenidən canlanmasına çağrış edir. Qurani-kərim Varlığın- birliyi (vəhdəti-vücud) fəlsəfi imgələri (ideyaları) ilə doludur. Onları mollalar ya düzgün çatdırmırlar ya da çatdırmaq istəmirlər. Əgər din yayıcıları belə bir kutsal inamı Vəhdati- vücud fəlsəfəsinin yolunu üzərlərinə  götürüb gəncləri bu dini imgə (ideya) altında birləşdirə bilsələr, ölkəyə vətənə yararlı və dini puçlukdan (fanatiklikdən) uzaq olan gənclər yetişdirə bilərlər.

          Bu mənlik inam boşluqlarını doldurmaq üçün Varlığın-birliyi (Vəhdəyi-vücud) fəlsəfi dünyagörüşünü bilən bilikli dindarlar hazırlanmalıdır. Dindarlar hər yerdə xütbələr- mühazirələr oxuyub gəncləri vacibül-vücud dünyagörüşündən uzaqlaşdırmağı,  vəhdəti-vücud dünyagörüşlərinə yiyələndirməyi bacarmalıdılar. Bu fəlsəfi görüşün özü geniş bir elmdir. Bunun üçün geniş audutoriyalarda, ailələrdə, məktəblərdə və ali bilik ocaqlarında dolğun və yetgin iş aparılmalıdır ki, gənclər orada dini mənəviyatlarını yetişdirsinlər və yaysınlar. Köhnəlmiş hədislərin hamısı çağdaş təfəkkür qəbul edəcək səviyyədə yenidən yazılmalıdır ki, dinləyən ya da oxuyan  onu alımlasın. Mən din alimlərini hədislərmizə yenidən baxmağa və çağın dönəmlərilə ayaqlaşan hədislər yaratmağa çağrıram.                                                                                                                                 

                                                                                                .

        

              A.M.E.A-nın Dillər İnstitutunun alim heyyətinə məktub.

 2014-cü ilin ilk aylarında Moskva televiziyasının kanalında bir rus türkoloq çıxış elədi. Türk dilində sözlərin 70- 80% nin yadlardan, özgələrdən gəlmə olduğunu dedi.30 % olan türk sözlərinin də aşağa mətbəx sözlər olduğunu bildirdi.

2014-cü ilin Oktyabr aynın 23-də saat 10-da Az.T.V-də verliş gedirdi. Bakıda keçirilən türkdilli xalqların “sələflər və xələflər” adlanan simpoziumun iştirakçıları verlişdə çıxış edirdilər. Türkiyədən, Qazaxıstandan və Azərbaycandan olan dilçi professorlar türk dilinin keçmişi, bu günü və gələcəyi haqqında simpoziumun proqramından  danışrdılar.

Türk dilinin simpoziumuna verilən ad məni maraqlandırdı. 20-yə dək türk xalqının elçilərinin keçirdikləri simpoziuma dilçi türk alimlərinin verdikləri ərəb sözlü “sələflər və xələflər” adı məni düşündürdü. Toplantıda birləşən belə çox türk ellərinin heç birində görəsən bu sözün qarşılığı yoxdurmu, olsa da yəqin ki, o sözü ədəbi dil  adlandırmağı endirmirlər deyə düşündüm. Sizə bildirirəm ki, Tütkiyə və Azərbaycan elindən başqa heç bir türk eli “sələf, xələf sözlərini işlətmirlər. Tatar, Türkmən xələf yerinə davamçı, Qazax izbasar deyir. Sələf yerinə Tatar, Başgir aldındağı, Qazax izaşar,  Özbək ötmüşdaş deyir. Belə çox türk sözlərinin heç birini siz bəyənmədiniz.  Simpoziumda çıxış edən alimlərdən Türkiyə və Azərbaycan alimləri guya ki, türkcə danışırdılar. Sözlərinin 70-80 % ərəb-farsca idi. Orta asiya türkoloqları isə rusca danışdılar. Bu da bizim türkoloqların türk dilinin gələcəyi haqqında olan düşüncələridir.

 Türkoloqlarımızın çıxışları məni elə diksindirdi ki, onların danışdıkları sözlərin üzərində düşünməli oldum. Gördüm onların işlətdikləri ərəb-fars sözlərinin hamısının türkcədə qarşılığını, oxşarını tapmaq olar. Niyəisə endirib danışmaq istəmirlər. İstəsəidilər bu  sözlərin hər hans birini uyğunlaşdırmaq olmazdımı? əlbətdə olardı. İnanıram ki, istəsələr təmiz türkcə bir gözəl başlıq yazardılar. Çünkü dilçilərmiz öz ana dillərini yad dillərə idık (qurban) verməyə alışqandılar.

          Çıxış edənlərin danışıqlarında ən çox ərəb-fars sözlərini işlədən Azərbaycanlı professor oldu. Bir cümləsini sizə çatdırım. “Türk xalqlarının I-ci qurultayının Bakıda keçirildiyi münasibətilə məmnunluq hissi” keçirdim”.  Sayğılı dilçi professorum “münasibətilə məmnunluq hissi” yerinə “qürurlandım” və ya “qürur duydum” deyə bilməzdimi?. Əlbətdə bilərdi. Ama istəmir.

        2015 il Martın 3-ündə mədəniyyət kanalında Astranomiya elminə aid verliş gedirdi. Aparıcı alim filosof danışığında  “göy cismləri” dedi. Astronom alim  tez aparıcının söznü kəsərək göy cismi yox, “səma cismi” dedi. Guya ki, aparıcının yanlışlığını düzəltdi. Belə qandım ki, astronom alim demək istəyir ki, ədəbi dildə danışmaq üçün göy yox, səma demək gərəkdir. Göy sözü bizim alimliyimizə ləkə gətirər. Bu düşüncə mənə çatmır niyə səma ədəbi olsun goy yox?.

           Radio- televiziya və mətbuatlarda adamlara elə çox yad sözlər sırayırlar ki, adam çaş-baş qalır. Cümlədə epsilon, şedevr, ştrix, implaksiya, substansiya, nəşət. mesaj inkristasiya, pritcan, təxliyyə, kilo, diskamfort, insident, eksport, import” və b. yüzlərlə belə sözlər eşidirik. Elə bil ki, sözləri yadlaşdırmak üçün dilçilərimiz bir- birilə yarışırlar. O saat hamı o sözü çintərir (təkrarlayır). Bax budur bizim aydınlarımızın bağışlanmaz suçu. Budur bizim uğursuğluğumuz (bədbəxtliyimiz). Öz dilmizi bəyənmirik, özgə dilə səcdə edirik.

        Azərbaycanlı aydınlarımız yaxşı bilirlər ki, Azərbaycan eli (xalqı) uzun illər ərəb-fars sıxıntıları (təziqləri) ilə qarşılaşmışlar. Hətda 200 il ərəbləşmə yöntəriminin (siyasətinin) idıkı (qurbanı) olmağa baxnayaraq. o dönəmlərdə dillərini qoruya bilmişlər. Ən azı 7-8 yüz ildir ki, ərəb xilafətindən uzaqlaşmışık. Ancaq dilin ərəbləşmə- farslaşma imrənciliyi (meylliyi) sonralar daha şıdırğı (surətlə) getmişdir, və bu gün də gedir. Düşüncəmin düzlüyünə inanmaq üçün “Dədə Qorqut” un  dilini bu günkü dilmizlə qarşılaşdırın (müqaisə edin). Görün o dönəmin dili bizim dilmizdən necə də təmizdir. Kutatqu bilik və divanü luğətü türk-ün özətində (mətnində) yad sözlər 4-5 %-ə. Dədə Qorqutun özətində 7-8 %-ə dəkdir. Bu günkü danışığımızda və yazılı ədəbiyatlarmızda gəlmə sözlər 70-80 %-dən də yuxarıdır. M və R-lə başlayan sözlərmizdə artık yad sözlər 90%-i keçibdir. Bu günün özündə də hər hansı bir yeni sözə asıllık oldukda, həmin an bir yad sözü gətirib dilimizə calayırsınız. Sayğılı dilcilərmiz, jurnalistlərmiz və aparıcılarmız bu gedişlə siz haraya gedirsiniz. Əgər belə getsəniz 50- ildən sonra danışıqda az ər türkcəsi olmayacaqdır. Bilmirəm  bizim doğma sözlərimizi xalq düşməni etməklə bu dilçilərmizin, jurnalistmizin, aydınlarmızın diləkləri nədir? Bizim aydınlar dədələrinin dillərini, ədəbi dildə işlətməkdən niyə utanırlar. Ama eyni anlamı verən gəlmə sözləri işlətməklə qürurlanırlar.

Mən başa düşürəm ki, hər şey yeniləşən kimi dildə yeniləşir. Dönəmə uyğunlaşır. Ancaq dil yeni- yeni yaranan yeniliklərlə, indiyədək olmayan  tapıntılarla (ixtiralarla) yeniləşər. Bununla da dil daha da gəlişər, bollanar. Ama  min illərlə işlədilən doğma sözlərin yerinə eyni anlamlı yad, sözləri gətirməklə yox. Özünün doğma sözlərini arxaca- qapanağa (arxivə) göndərmək, o sözlərin yaradıcıları olan babalarımızın canını (ruhunu) alçaltmadır (təhqirdir). Unutmayın ki, dilin itməsi o elin sonu deməkdir. Aydındır ki, dilimizdə işlətdiyimiz bu yad sözləri ədəbiyyata gətirən dilçilərlə, jurnalistlərdir. Bu gün işlədilən ərəb-fars sözlərinin dilimizdə yüzəyüz əvəzləyicisi, qarşılığı var. Ama işlətmirik, uğursuzluğumuz odur ki, ədəbi dilə gətirməyə utanırıq,       

Televizor və çaplardan (mətbuatlardan)  götürülən bir- neçə sözləri aydınlaşdıraq. Televizyada aydınlar (ziyalılar) elin gələnəklərindən (adət-ənənələrindən) danışırdılar. Qız və oğlanlarmızın  tərbiyələri haqqında çəkişmələr (müzakirələr) aparırdılar. Çəkişmələrdə  iştirak edən aydınlarımzın hamısı qızlardan danışdıkca bakirə qız deyə danışırdılar. Bakirə sözünün dilmizə çevirməsi pozulmayan deməkdir. İndi siz özünüz aydınlaşdırın. Pozlmayan qız nə deməkdir. Elə qız sözünün özü onun pozulmadığını göstərir. Qızdısa o pozuq ola bilməz. Qızlığı pozulana isə qız yox, gəlin deyilir. Qız sözünün yanında bakirə sözünü işlətmək yanlışlıkdlr. “İntihar elədi” əvəzinə, özünü öldürdü demək, dilmizə alçaqlıqmı gətirir.

Ərəb sözü olan “məmnunam” sözü mənim dört doğma sözümü qapanağa- arxaca (arxivə) göndərir. Cümlənin elə, yeri olur şənəm, elə yeri olur urcunam (razıyam), elə yeri olur qürurluyam, elə yeri olur sevinirəm sözlərinin yerinə həmişə bir söz, məmnunam sözünü işlədirsiniz. Səfir sözünün tərcüməsi elə “elçi” deməkdir. Arada künc- bucaqda hamımız elçi sözünü işlədirik. Ama ədəbi dildə deməyə utanırıq. 80 ildən çoxdur yüksək alantaydan (kürsüdən) ərəb sözü olan “tərəfi- müqabiləm” deyilir. Söz hələ də doğmalaşmayıbdır. Həmin mənanı verən doğma “yöndaşam” sözümüzü deməyə niyə utanırıq. Müraciət elə əvəzinə, gənəş, yanaş, demək, nəyə görə ədəbi dil sayılmasın?

       Anlamı qanılmayan, tamamilə məntiqə uyğun olmayan nigahlandı əvəzinə evləndi demək olmazmı? Dədə-babalarmız həmişə tərcüməçiyə- dilmanc demişlər. Bu gündə qocalar dilmanc deyirlər. Ama siz ədəbi dildə işlətməyə utanırsınız. 70 ildir ədəbi dildə istehsal, istehlak, mədaxil, məxarc sözlərini işlədirik. Hələ də el bu sözlərə yiyələnməyiblər. El hələ də öz doğma sözləri olan, qazanc, gəlir, çıxar” sözlərini işlədirlər.

         Televiziyada aparıcının dediklərindən “Dəqiq məzmun kəsb edir”. 4 sözündən 1-i Az ər türkcəsidir. Cümlədən də heç nə anlamak olmur.  “Xəstə iltihabi prosesinə məruz qalır”. 5-sözdən biri Az ər türkcəsidir. Aydınca “yara irinləyir”  deyə bilməzdimi? Başı bəlalı “bölgə” sözümüz  unudulmaqdadır. Bölgə sözü, bir çağlar rayon oldu. İndi də region olubdur. Son dönəmlər pis və yaxşı sözləri tamamilə unudulubdur. Əvəzinə mənfi-müsbət yada neqativ-pozitiv sözlərini gələnəyə (moda) salıbdılar. Dilçilərin qapanağa- arxaca (arxivə) göndərdikləri dört minə yaxın az ər türkcəsi hələ də el arasında künc-bucaqda danışılır. Ama ədəbiyatçılarmız onları yaşatmağa utanırlar.

Bir vaxtlar öz zəngin boxcalarını bəyənməyib, ərəb-fars sözlərini gətirib doldurdular. İndi də Avropa dillərini daşıyırlar. Başa düşmürəm, bu necə dilçilikdir. Bu necə ana dilini yaşatmaqdır. Dilə niyə belə düşmənçilik edirlər. Dili bu kökə salmak elin kökünə balta vurmaqdır. farslaşdırmaq və ya ərəbləşdirmək siyasətini yeritməklə bu özgür ( azad) günümüzdə kimin dəyirmanına su tökürük. Aydındır ki, minlərcə az ər tükcəsi bilərəkdən unudulmuşdur. Bu gün də unudulmakdadır., Yerinə yad sözlər gətirilir. Bu gün də bu siyasət sürdürülür. Özünün doğma sözünə xor baxıb, Kəsrəviçiliyin dəyirmanına su tökürlər.

Hamıya aydındır ki, türk dilində danışan bir cox ellər var. Demək şox elin də çoxlu sözü olar. Bizdə olmayan sözləri başqa türk elindən götürmək, yad əcnəbi sözləri yığmaqdan daha düzgün olmazmı? Əlbətdə olar, yalnız ona istək gərək. O da bizim dilçilərmizdə, aydınlarmızda yoxdur.

         Hörmətli dilçilər  jurnalistlər dilmizə yad sözləri doldurmağı dayandırın. Dilinizə sayğı ilə yanaşın, dilinizə satqınlık etməyin. gələcək törəmələriniz sizə qarğışçı olar (lənətlər yağdırar). Unutmayın ki, bir gün farslar sizə dilinizə etdiyiniz düşmənçiliyin acısını göstərə bilərlər. İstəkli aydınlar, gənclər, dilçilərmizin və jurnalistlərmizin yad sözləri gətirmələrinə qarşı çıxın. Çox şirin olan az ər türkcəsini qoruyun. Yoxsa tezliklə latın dili kimi sizin də dilniz itəcəkdir.

 

A. M. E. A. Dil və Tarix İnstitutunun əməkdaşlarına məktub

 Azərbaycan ensiklopediyasının və internet sayıtında Azər və Azərbaycan sözlərinin açıklamasında oxuyuruq “ Azər fars sözü olan od, atəş deməkdir. Baycan farsın bayaqan sözündən götürülmüş keşikçi deməkdir. Yəni od keşikcisi” deməkdir. Ərəb və fars luğətində yazılıb “Azəri, Azərbaycanlıların adı” (Bakı 1983.s. 16.) . Azərbaycan dilinin izahlı luğəti Bakı 2006 il 190-cı səhifədə yazılır: “Azəri is. Azərbaycanlı”.

 Sayğılı bilginlər Ensiklopediyada və başqa yazılarınızda verdiyiniz bu ada bir də axtarışlar edin. Bu qədər açık aydınlığa belə qırmızı yanlışlığı sırımak olmaz. Məncə siz yanlış yoldasınız. Bilginlərin (alimlərin) yanlışlığı həmişə çox baha başa gəlir. Gec də olsa  yanlışlığınızı düzəldin. Bütün tarixçilər Ön Asiyada və Qafqazda yaşayan türk kökənli Azıkların, Azların, Hunların, Sakaların yaşam olanaylarını (tarixlərini) 8- 9 min ilədək olduğunu saydıkları halda, Farsların Ön Asiyaya gəlişlərinin sayselini (hesabını) 3 min il olduğunu deyırlar. Belə olan halda. sorğu yaranır. Sonradan gələn el, orada olan yerli elə necə ad verə bilərdi. Demək bu yozum düşünülmüş halda sonradan yaradılmışdır. Deməli sizin Azər eli və Azərbaycan ölkəsi haqqında olan yozumunuz yanlışdır. Bu düşüncə sonradan quraşdırılmış yalan düşüncədir. Bir sıra türk ədəbiyatlarında ilk türkləri “Azık- Azı- Azak- az” deyə adlandırmışlar.  Bu gün də olanayçılar (tarixçilər) bu ellərin keçmişdə var olmalarını alımlayırlar (qəbul edirlər). Məncə Azık adı bütün adlardan ən qədimidir, ulusudur. Adın deyilişindən açık-aydın görünür ki, ad Azık zağası (mağarası) ilə sıx ilgilidir. Bir yer ki, bir milyon ildən çox yaşayış yurdu olsun, əlbətdə ki, o yerin adı ilə adlanan el olmalıdır. Odur ki, Azık zağasından (mağarasından) çıxanlara zağanın adı ilə ilgili Azıklar deyilməsi çox doğaldır. Azıklar artdıkca, çoxaldıkca min illər boyu quzeyə sarı gedərək bir çox yerlərə yayılmışlar. Azık (Azov) dənizinə öz adlarını vermişlər. Sonda XII-əsrdə Kiyev torpaklarınatək getmişlər. O torpaklarda yüksək etgidə, sayğıda olmuşlar və illər keçdikcə ərimişlər. (F. Ağasıoğlu və bir çox türk, Avropa tarixçiləri)

Azık zağasından (mağarasından) çıxıb güneyə sarı gedənlərə Azık, Az, sonralar da Az ər deyilmişdir. Demək Azər sözünü farsların Azər (od) sözündən yaranması yanlışlıkdır. Doğrusu isə Az ər (Az soynun kişisi) sözündən yaranmasıdır. Deyilişdə də Azər yox, Az+ər, az ər deyilməlidir. Yəqin ki, Tonikuk kitabəsini oxuyubsunuz orada deyilir: “Yerçi tilədim, çölqi Az əri buldım”. (N. Cəfərov. “Qədim türk ədəbiyyatı” Bakı 2004.s.247). Hələ 7-ci əsirdə Az ər deyən ulu dədəni unudub, özünüzü farslaşdırarak Azər ya da Azəri deməyiniz sizə baş yucalığı gətirməz. Gec də olsa özünüzə qayıdın. Azəri sözü isə Az ər elinə aşağalıkdır (təhqirdir). Ancak bu gündə bir çox aydınlarımız bu sözü qürurla işlədirlər. Baycan sözü isə farsların bayaqan sözündən yox , türkün bay (bəy) və can (ruh) sözündən yaranmışdır. Dönəmdən öncələrdə Urmiya həndəvərində bəylik ellərinin olması olanaydan (tarixdən) bizə aydındır. Can sözü isə sümerlərdə yurt anlamında işlənən söz olmuşdur. Demək Azərbaycan farsların “Azərbayaqan” sözündən yox, qədim türklərin “Az ər bəylik yurdu” sözündən yaranmışdır. İnanıram ki, yanlış adımızın incələnməsində və doğrunun üzə çıxmasında bizim bilginlərmizin əməyini görəcəyik.

 Çox yazıklar olsun ki, olanayçı (tarixçi) bilginlərmiz (alimlərmiz) bu ada ilgi (marak) göstərmirlər. Admızı “Azər” deyə farslaşdırarak bizi alçaldırlar. E.  A. Dil və Tarix. İnstitutlarının əməkdaşlarından diləyim budur ki, illər uzunu alçaldıcı yanlışlıklarını düzəltsinlər. Ən qədim olan Az ər türklərinin adını özlərinə qaytarsınlar. Farsların ətəklərinə girməkdən uzaklaşsınlar.

Biz Azəri yox Az ər türkləriyik. Bütün türk dünyasının qüruru olan Azık zağasının azlarıyık. Biz Az ərik. Azık zağasını unutmayın ki, ora sizin ilk tapınağınızdır.

Bir çox ədəbiyyatlarda Az boyu ilə yanaşı As boyunun da olduğunu yazırlar. Mənə görə burada da yanlışlık var. Hər hansı bir yazar Az boyunu çaşaraq As yaza bilər. Bununla da tarixə olmayan bir boy artmış olar. Buna bizim olanayçılarmız (tarixçilərmiz) ilginclə yanaşmalı və doğrunu üzə çıxartmalıdır. Yazılan As boyu elə az boyu ola bilər. Necə ki, Oğuzları Heredot Quz adı ilə tarixə salmışdır.                                                       İ. Mehdioğlu 050. 533. 69. 74

Hiç yorum yok:

Yorum Gönder