29 Eylül 2019 Pazar

Hekular (Hekayələr)

                                                 Hekular (Hekayələr).

Bakının  isti yay günlərində yayı sərin keçirmək üçün, Bakı xalqının şəhəryanı bağı olanlar öz bağlarında, bağsızlar da Bakının şəhər içi bağlarında və Bulvarda dincəlib, günlərini keçirirlər. O sıradan əməklilər (təqaütçülər), qocalar də öz aləmlərinə  durumlarına, huylarına uyğun adamlardan üç bir, beş bir yığılaraq kiçik toplum yaradıb istədikləri yerdə günlərini keçirirlər. Biz də hər gün günorta saat 2-3 dən sonra Filarmoniya bağında gecənin bir dönəminədək dincəlirik. Ürəyimiz çay istəyəndə bağdakı çayxanada saatlarla otururuq. Bağın xiyabanlarında başldığımız konuşmaları (söhbətləri) çayxanada sürdürürük (dəvam etdiririk). Qarşıgələ (təsadüfən) görüşdüyümüz həmsöhbətlərmiz çeşitli uzman (sənəd) yiyələri olsalar da, artıq bir birimizə isinmişik, doğmalaşmışıq. Bir- birimizlə sən deyə, konuşuruk (söhbət edirik). Bəzən şakalarmızdan (zarafatlarmızdan) da qalmırıq. Eşitdiklərimizdən, gordüklərimizdən, bildiklərmizdən, bu uzun illərdə etdiklərimizdən bir sözlə, bir-birindən ilgicli (maraklı) konuşmalar (söhbətlər) edirik. Günlərimizi daha da bir-birindən şən keçirməyə çalışırıq. Görüşlərimizin bir günü yoldaşlarmızdan biri gənclik illərinin görəvisi (şahidi) olduğu bir ilgicli konuya (söhbətə) başladı. Bu konu bizim gələnəkli (ənənəvi) konuşmalarmızın (söhbətlərimizin) başlanğıcı oldu. Həmdaşlarımın hər biri öz ömür yollarında başlarına gələn bir hekayəni- olayı danışmağa başladılar. Eşitdiyim bu hekayələrin-olayların hər birinin, bir- birindən ilgincli (maraqlı) olmaları, məni bu hekayələri- olayları yazıya almağıma ilgi oldu..

 

                             I-Konu: “Ağbaba olayı”

           Bizim kəndin yanından axan çay söyüdlü dərəsindən keçir. Söyüdlü dərəsi gözəl görnüşlü geniş düzənlikli bir yerdir. Çayın axarı, yarğanın dibi ilə yüz metrlik uzunluğu olan çimərlik yaratmışdır.Yayın isdi günləri günmüzü bu çimərlikdə keçirirdik. Hər yay, payız aylarında oraya Qaraçılar gəlib yurd salırdılar. Söyüdün birillik sığallı qanadlarından qadınları cürə-cürə səbətlər, başqa məişət qabları, hörürdülər. Kişiləri bəzəkli bıçaq, xəncər, balta düzəldib, kəndlərdə satırdılar. Arvadlar bəzən də qapı-qapı düşüb fala baxırdılar.

          Bir gün çayda çimməyə gedirdik, qaraçılar məhəlləsindən keçəndə bir topa qaraçı qızları qabağmızı kəsib, gəlin  falınıza baxaq dedilər. Biz dayandıq, qızlar ynmıza yüyürdülər. Uşaqların arasında mən hamısından gövdəli idim. Yaklaşıq 14-15 yaşlarında olan bir qaraçı qızı mənim yanıma gəlib, əlini ver sənin falına baxım dedi. Qızın üzünə baxanda elə bil ovsunlandım. Özümdən asılı olmayaraq əlimi qıza uzatdım. Əlimdən tutub, qızlardan bir xeyli qırağa çəkdi. Əlmi əllərinin arasında tutub alçaqdan “mənə qulaq as, mən Qaraçı deyiləm. İki il öncə bunlar məni Ağbabadan oğurlayıblar. Bir kişilik elə, məni bu dardan qurtar. Mənə kömək elə, atam sənə çoxlu pul verər” dedi. Qızın danışıq ləhcəsi bu qaraçıların ləhcələrinə oxşamadığına görə onun sözünə inandım. Mən də gəldiyimiz yola bax, yolun sağında ağacların hamısından hündür böyük bir söyüd ağacı var. Gecə onun altında səni gözləyəcəm. Elə çıx ki, sənin qaçdığını duyub dalınca gələn olmasın dedim. Bu konudan (söhbətdən) sonra hündürdən gülə- gülə “nə oldu cavan oğlan deyəsən sözüm düz çıxdı nə dedim o da olacaqinan mənə, indi pulumu ver” dedi.

          Mən çıxardıb bir manat verdim.

          “İnsafın olsun yarım saat sənə söz dedim, əlini sığalladım. Heç olmasa bir manat yenə ver” dedi.

          Sözünü sınayacam, yoxluyacam, düz olsa gələn dönüş çox verərəm, dedim.

         Mən həmin gecə qaranlıq düşən kimi, söyüd ağacının altına getdim. Yerə uzandım ki, açıq havada gələni yaxşı görüm. Dolayısı ilə 2 saat keçmişdi ki, gördün bir qaraltı yıxıla qalxa gəlir. Gələn kimi dinməz- söyləməz əlindən tutdum. Bərk yorulanadək qaçdıq. Bir ağacın altında oturduq. Nə o dillənir nə də mən. Mən ürəyimlə danışıram ki, özüm- özümü nə üçün belə bir cəncələ saldım. İndi bunu haraya aparım. Kəndə aparsam, tezdən bütün elə yayılcaq ki, Tapdıq qız qaçırıb. Fikir elədim elə yerdə gizlədim ki, yerini məndən başqa bilən olmasın. Bu sirdə açılmasın. Əyər açılarsa qaraçılar məni öldürərlər. Düşündüm ki, bunu gizlədib, gedim kənddən iki at kirələyim, evlərinə aparım atasından  kirə pulunu alaram. Gizlətmək üçün düşünürəm, heç cür yer tapa bilmirəm.  Yayın gödək gecəsi olduğundan tezliklə səhər açılmağa başladı. Arxaya baxanda yanımda təzə yığılmış iri bir ot pululunun (kiçik taya) olduğunu gördüm. Birdən söyünmüş halda Allah yetirdi dedim. Sözümü eşidən kimi qız məni qucaqlayıb, titrək halda “kim yetirdi, kim gəldi” dedi.

       Qorxma heç kim yoxdu, işmizi Allah düzəltdi dedim.

       “Hardan nə təhər düzəltdi” dedi.

        Bu saat görərsən dedim. Pululun altını geniş eşdim. Qızı orada oturdb, qabağını otla örtdüm. Otu elə yuxa düzəltdim ki, otların arasından ona işıq düşsün təklikdə qorxmasın. Tapşırdım ki, nə hərkət eləmirsən, nə səslənmirsən nə də öksürmürsən rahat nəfəs al, iki üç saatdan sonra gələcəm dedim.

       Evə gəldim ki, evdəkilər, gecə evdə olmamışam deyə sıxıntılıdılar. Məni görən kimi atam- anam hardasan deyə danladılar, bir yanda qalanda bizə bildir dedilər. Mən də heç nə olmayıb, yüngül bir işim oldu dostlarla qaldım deyə bunları inandırdım. Ystəlik də bildirdim ki, pasport almaq üçün Tiflisə metrika almağa getməliyəm, bəlkə 2-3 gün orada qaldım sıxılmayin (narahat olmayın) dedim.        

        Kəndə çıxdım ki, mağazadan bir az yemək alım. Dükana girdim ki, dükanda yekə zınqrov çalınır. Dedilər bir bölük qaraçılar kəndin  ayağından düşüblər tüfəngli, xənçərli evləri arayırlar ki, bizim qızmızi qaçırdıbsınız. Ürəyimdə nə yaxşı ki, kəndə gətirməmişəm dedim. Mağazadan bir qədər yemək aldım. İki litirik bir boş butılka da su doldurub,  evə getmədən üzümü çölə tutdum. Getdim tayanın altında yerini biraz da böyütdüm ki, bəlkə çox qaldı. Rahat otura bilslin. Ağzı boşluq edib,  “qaraçılar kəndə dolub səni axtarırlar” dedim. Qorxusundan bunu bərk əsmə- titrətmə tutdu, gözündən leysan kimi yaş tökdü ki, tapıb məni öldürəcəklər. Çox çətinliklə bir təhər dincəltdim ki, qorxma onlar kəndi axtarırlar burada nə işləri var. Yanına yeməyi- içməyi qoyub, qabağının otunu səliqə ilə düzəldib kəndə qayıtdım.  Kəndin sovet sədri qaraçılara söz verib ki, bu kənddə olsa tapıb qızınızı geri verəcəyik. Onları inandırıblar ki, bizə qaraçı qızı gərək deyl.

         Kənddən iki at kirələdim  və dedim ki, lap ala toran atları yəhərləyib hazır saxlayın tezdən gəlib aparacam. Qaraçılarla maraqlandım eşitdim ki, Qaraçılar köcüblər. Mən  daha da qorxdum ki, bilmirəm qaraçılar hansı səmtə gediblər. Qorxuram yolda qarşılaşaq əlimdən alalar. Düşündüm ki, qızın paltarını dəyişim. Yaxın dostuma olayları danışıb, ondan bir qat üst paltarı kəstum,  papaq götürüb yenə çölə getdim. Tayaya söykənib gecəni kecirdik.  

       Hələ qaranlıq ikən gedib atları götürdüm. Qıza oğlan paltarı geyndirdim. Saçını yığıb, papağı qoydum. Ata minməkdən qorxurdu. Bir təhər ata mindirdim, iki əlilə yəhərdən tutub oturmasını tapşırdım. Onun atının yüyənini atımın yəhərinə bağlayıb yola düşdük. Kəndlərdən keçdikcə çörək su alırıq, atları çidarlayıb otlamağa buraxıb biz də çörəyimizi yeyirik. Uşaqlıqdan həmişə Ağbabanı eşitmişəm, Ağbabadan adamlar tanıyıram, elə bilirdim yaxındır. Axşam düşdü, yol adamından soruşdum, dedilər hələ yolunuz çox uzaqdır. Kənd evlərinin birində gecələməyi düşündüm. Ancak qonağı olduğum evin adamlarını tanımadığım üçün fikrimdən daşındım. Oğlan geyimində qızı  görüb, ev yiyəsinin ağlına pis fikirlər gələr. Elə bilər ki, biz sərhədi keçmək fikrindəyik. Hökumət orqanlarına bildirərlər, özümü əngələ salaram. Boş yerə özümə baş ağrısı yaradaram deyə düşündüm və çöldə gecələməyi dəngələdim (qərara aldım). Mağazadan yemək içmək alıb, kənddən çıxdım.  Atları çidarlayıb, ağzından gəmi çıxardıb, yüyənləri bir- birinə bağladım. Kənddən bir az aralı qoruqluqda dayanmışdım. Atları qoruğa burxdım. Özümüz də qoruğun çəmənliyində oturduq. Qızın kimliyilə maraqlanaraq, ay qız iki gündür bir yerdəyik, nə adını bilirəm, nə də başına gələnlərdən bilgim var. Danış görüm sən kimsən niyə bunların əlinə düşübsən. Bu iki ildə niyə qaça bilməyibsən deyə onu sorğuya tutdum.

        O da “mən Ağbabanın Küllüoba kəndindənəm. Adım Ulduzdur. Evimiz kəndin lap qırağındadı. Xalam gildən gəlirdim. Axşamın şər vaxtı idi. Kənddən iki atlı oğlanlar çıxırdılar. Yanımdan keçəndə dayanıb məndən bir adamın evini soruşdular. Mən də dayanıb elə adam tanımıram dedim. Bu anda biri atdan düşdü, bir anda da məni götürüb o biri oğlanın qucağına qoydu. Ağzımı tutub yel kimi qaçdılar. Tərslikdən yolda da heç kim yox idi. Gecənin qaranlığında haraya yol gedirdilər bilmirəm.   Bir də gördüm  qaraçıların çadırlarının yanındayam. Məni bir çadıra qoydular. Qaraçı arvadları başıma yığıldılar. Məni danışdırmağa çalışırdılar. Mən də dinmədən ağlayıram. Ancaq onu deyirəm ki, məni evimizə aparın. Bunlar da gülüşürlər. Çadırın qabağında da kişilərin bərk hay- küyləri var. Sonra öyrəndim ki, Bunların atamanları deyirmiş ki, geri aparın kəndlərinin yanında buraxın gəlin. Məni gətirən oğlan da deyirmiş ki, tutularam, ama qaytarmaram. Mən iki gün nə çörək yedim, nə də su içdim ki, məni qaytarın. Üçüncü günümdə ağlamaqdan taqətdən düşmüşdüm halım pis oldu. Üzümə su vurdular, əl- üzümü yudular. Huşum özümə gələndə məni gətirən oğlan içəri girdi, bıçağı açdı, “ya yanımda su iç çörək ye, ya da öldürüb buralarda basıracam. Ama yesən evinizə aparacam”dedi. Mən öldür dedim. Döşümü açdı bıçağın ucu ilə sinəmi yardı. Ağrıdan elə bildim bütün döşümü kəsdi. Öldürmə yeyəcəm deyib huşumu itirirəm. Bir də özümə gələndə gördem döşümü sarıyıblar. Həmin oğlan qarşımda durur”.  Qız bu an yaxasını açdı, döşünün sağ yanında 6-7 sm.uzunluğunda qalın çapığı göstərdi.

         “İndi çörəyini ye, yeməsən öldürəcəm” deyib bıçağı açıq halda yanımdakı şkafın üstünə qoydu. O gündən çörək yeməyə başladım, İnanırdım ki, məni evimizə aparacaqlar. Hər gün soruşurdum nə vaxt aparacaqsan, darıxma aparacam deyirdi. Beləliklə bir il oldu. Mənə fala baxmaq, oynamaq öyrətdilər. Bir dəfə Qazaq dedikləri bir yeredə idik. Bir aydan çox orada qaldıq. Ama hələ də yad adamlarla konuşmağa (söhbət eləməyə) qoymurdular. Yavaş- yavaş ətrafdakı kəndin səmtini öyrəndim. Bunlar köçməyə hazırlaşanda gizli qaçdım, bir qalın  komalıqda gizləndim. Köçməyi saxladılar, bütün günü gəzib axırda tapdılar. Məni huşum itənədək döydülər. Mən düşündüm ki, oyunu dəyişmək lazımdır. Bunların qılığna girib inandırmalıyam ki, sizinlə yaşamağı alımlayıram (qəbul edirəm). Elə də elədim, onlara qarışıb, nə dedilər onu elədim. Qaraçı qızlarından oynamaq öyrəndim. Bunların baş falçıları var  onun yanında falçılığı öyrəndim. Məni gətirən oğlanla evlənməyimi dedilər, Yaşımın kiçik olduğuna görə  başçı ayqın (icazə) vermədi. 7 aydan sonra mənə toy eləməyə seçim (qərar) verdilər. Mən də düşündüm ki, onadək bir yol tapmalıyam. Artıq 4 ay olar ki, məni özləri ilə kəndlərə aparırlar. Səndən öncə iki oğlana yalvarmışam mənə kömək edin . Ancaq onlardan heç bir səs çıxmadı. Kişi qeyrətini yalnız səndə gördüm. Artıq hürəm- özgürəm (azadam), ömürüm boyu sənin bu yaxşılığını unuda bilmərəm. İndi də atam- anam haqqında düşünürəm bilmirəm məni necə qarşılayacaklar. İsdəyim odur ki, səni sağlasınlar (razı yola salsınlar). Sənin yanında nən utanmayım” deyə konusuna (söhbətinə) son qoydu.

      Biliyin, oxumağın varmı, deyə soruşdum.

     “ 6- cı sinfi bitirmişəm. 7- ci sinfə gedəcəkidim ki, oğurladılar” dedi.   

       Gecədən xeyli keçmişdi yuxum gəlirdi. Atlar da otlayıb doydular. Gətirib bir iri daşa bağladım. Biz də kürəklərimizi bir- birinə söykəyib gecəni keçirdik. Səhər tezdən yola düşdük. Xalqda belə bir deyim var “soruşa- soruşa Həccə getmək olar”. Bu deyim doğru imiş, soruşa- soruşa  günün axşam üstü gəlib, Küllüoba kəndinə çatdıq. Evlərini uzaqdan göstərdi. Ulduza tapşırdım ki, mən nişan verənədək sən dillənmirsən, özünü bildirmirsən. Biz evə gedəndə evə bax, hara   qaranlıq yerdi orada otur. İki ildir sənin özləmindədilər (həstətindədilər). Belə  eşitmişəm ki, istər yaxşı, istər pis salık (xəbəri) olsun, birdən eşidəndə  adam sayrılanır (xəstələnər), illa (hətda) ölə də bilər. Ona görə də mən konunu (söhbəti) açıb onları inandıranadək sən susursan dedim.

     --Atanın adı nədir.?

     -- Daşdəmir.

     --Əsil kişi adıdır. Görək adına yaraşan adamdımı dedim. Artıq şər qarışmışdı qapıya hərləndik. Kişinin adını çəkmədim ki, tanışlıq şübhəsi yaranmasın. Ay ev yiyəsi deyə səslədim. Qapı  açıldı bir adam eşiyə çıxdı. Ulduz “atamdı” dedi.

     “Bəli- bəli, nə buyrursunuz” dedi.

     Uzaq yol adamıyıq, gecəyə düşmüşük. Əyər izin verərsinizsə bir gecəlik Allah qonağı olmaq istəyirik dedeim.

     “Atlarınızın ayağı xırmanımdadır. Allah qonağını qaytara bilmərəm. Buyurun yaxın gəlin atdan düşün”  dedi.

      Biz qapıya yaxınlaşıb atadan düşdük. Bu anda içəridən bir cavan oğlan çıxdı. Atları əlmizdən alıb yəhərini götürdü. Biz  evə keçdik  Altmıza stul qoydular, mən mizin yanında oturdum. Ulduz stulu bir qədər arxaya çəkib.kölgəlikdə oturdu.

     --“Ay oğul sən bu qapıda özünü çağsız (vaxtsız) qonaq sayma. şər çağı da olsa tanrı qonağının ayağı düşərli olar.  Bir gecəlik yox lap beş gecəlik də qonağım ola bilərsiniz. De görüm haradan gəlib, haraya gedirsiniz” dedi..

      Gördüm konu (söhbət) çox yerinə düşüb, konunu (söhbəti) açmalıyam deyə düşündüm.

      Daşdəmir əmi elə mən sizə qonaq gəlmişəm, sizə ismarıç gətirmişəm dedim.

      “Buyur oğul o nə ismarıcdır de” dedi.

      Sizin itən qızınızdan ismarıc gətirmişəm. onun yerini sizə deməyə gəlmişəm. Sözümü ağzımdan qurtarmamış anası qabağıma əyildi alərimi öpə- öpə huşunu itirdi. Məni buraxıb onun hayna qaldılar. Üzünə- gözünə su sərpib arvadı huşa gətirməyə çalışırdılar ki, bu anda dinməz stulda oturan Ulduz da huşunu itirib, bərk bir tappıltı ilə yerə yıxıldı. Papaq başından düşdü. Saçı  evin döşəməsinə sərildi. Ulduzdu deyə evdəkilər ananı buraxıb, onun hayna düşdülər. Evdəkilərdən elə bir qışqırıqlı hay- küy qalxdı ki, bütün qonşular qapıya qaçdılar. Bir anda ev qonşularla doldu. Mən evin bir küncündə durub, durumun nə ilə qurtaracağını gözləyirdim. Hannan- hana hər ikisi ana- bala özlərinə gəldilər. Arvad yanındakılardan, “oğlan necə oldu, qızımın harda olduğunu dedimi” deyə soruşdu. Yanındakılardan biri dillənib, “özünü ələ al Allaha şükür de ki, qızın  sağ- salamat gəldi çıxdı” dedi..

     -Hanı, hardan gəldi hardadı-- dedi.

     -Budur başıyın üsdünü kəsdirib, özünə gəl, görüş-- dedi.

        Arvadı ayaq üstə qaldırdılar, arxaya cevrilib qızını görəndə bir də özündən getdi. Bir də yenidən dərman- davaya yüyrdyər. Ara qarışdı,  handanhana  arvad özünə gəldi. Bir az  sakitlik yarandı. Daşdəmir kişi yanıma gəlib:

     -“Ay oğul elə qarışıqlıq oldi ki, səni unutduq.  Gəl yuxardakı evə qalxaq dinc danışak” dedi.

     -Evin ikinci qatında səliqəli bir otağa girib oturduq. Qızdan öyrəndiyim və mənim öz davranışlarım haqqında olan olayları danışdım. Çənəsini əlinə alıb, ilkindən axıradək məni dinlədi. Başqa da bir çox sorğular danışıldı. Yayın gecəsində nə özü yatdı nə də məni yatmağa qoydu. Gördüm dünya görmüş kişidi. Qız itən gündən hökumətə şikayət edibdir. Ama bu iki ildə heç bir yaxşı açıklama (cavab) əldə edə bilməyibdir.

        Səhər baxdım qapı dolu eldi. Böyük bir cöngə kəsilib, soyurlar. Elə bil toy bayramdır. Görünür arvadlar da qızı danışdırıblar. Qohum-qardaş çox şaddılar. Aşağa birinci qata endim. Bütün gələn el  arvad, kişi hamı məni öpür, sən əmən südə halal olsun, xoşbəxt olun deyirlər.      

        Gördüm el başqa cür düşünür. Tez getməyim yaxşıdır deyə düşünüb, Daşdəmir kişini çağırdım. Ay əmi mən atları günəmuzd kirələmişəm, izin ver gedim. Yoxsa çıxarışın (xərcin) altından çıxa bilmərəm dedim.

        “Ay oğul çıxarışın (xərcin) üçün heç sıxılma, sayselini (hesablarını) iki qat verəcəm. Bu qapıya gələn elin hamısı səni görməyə gəlirlər. Bu gün buralısan, inşallah ertəsi gün yola salaram gedərsən” dedi.

       Bütün günü qapıda şadlıq oldu. Yadlar hər kəs evinə getdi. Axşam qohumlar hamı evə yığlıb yenidən sofra qurdular. İçgi sufrası açdılar. İlk qədəhi mənim sağlığıma içdilər. stəkandan bir qurtum udub yerə qoydum. Hər yandan, “öz sağlığındı təmiz içməlisən” dedilər. 

       Mənim özümü idarə edə biləsi ağlım var. Buyurun siz istədiyinizdək için. Mən içgi ilə yarışa girmirəm dedim. Sözüm Daşdəmir kişinin xoşna gəlir. Yanıma gəlib əlini çiynimə qoydu,“bu oğlumun dediyi sözü qandınızmı nə dedi. Özü gənc olsa da dədələr sözü dedi, işiniz olmasın içər içməz özü bilər.  Sənə egitim (tərbiyə) verənə qurban olum” deyib məni öpdü. Məclisin isti anında,

“ay qonaq sən də bir sağlıq de” dedilər. .

        Sağlığım bunların çox xoşlarına gəldi. Mənim savadlı oğlan olub olmamağım haqqında azı on dəqiqə çəkişmə (müzakirə) elədilər. Məclis qurtardı. Biz yataq otağına qalxdıq. Kişi yenə bir az danışdı, sonra xeyli susqunluk oldu. Gördüm kişi nə isə götür qoy edir. Rəngi gah avazıyır gah qaralır. xeyli susqunluqdan sonra: “Ay oğul mənim bir oğlum var. Əgər sən sağlık (razılık) verərsənsə” istəyirəm səni də özümə oğul edəm” dedi.

       Bu nə sözdür ay əmi  məni də oğul saya bilərsən dedim.

      “Oğul elin dədə- baba gələnəyi- görənəyi (adət- ənənəsi) var. Oğlan evi qız evinə elçi gedər. Mən bu gələnəkdən (adətdən) çıxmaq istəyirəm. Əgər sən istəyərsənsə səni özümə göy (kürəkən) etmək istəyirəm. Qızım üçün xeyli zorluk, çilə çəkibsən. Bir ata kimi isrəyirəm sənin çəkdiyin çilənin əvəzini artıklaması ilə qaytaram” dedi..

       Mən dillənmədim düşünürdüm ki, mənimlə görüşənlərin kutlamalarından (təbriklərindən) duyduğum işarə (eyham) kuşkusuz (yəqin) ki, düzdür. Kənddə el arasında söz konus gedir. Söz konunun yaranmasına da ortam (şərait) var. Gənc oğlan, gənc  qız günlərlə gecə- gündüz bir yerdə olmağın özü söz- söhbətin qaynağı ola bilər. Kişi gördü ki, uzun sürə susdum, susqunluğu pozub, “mən səni vadar (məçbur) eləmirəm öz ürəyincə mənə hə- yoxunu de. Onsuz da sən mənə çox böyük yaxşılıq eləyibsən. Ölmüş bildiyim qızımı mənə veribsən. Qızımı alsan da almasan da, sən mənim oğlumsan. Bu yaxşılığıyın əvəzini mən sənə veməliyəm” dedi.

      Mən sənin qızını o niyətlə gətirməmişəm. Qızın məndən kömək istəyəndə onun necə qorxuda olduğunu, qaçmaq ynqısı ilə yalvarmasnı görüb, olümlə də olsa ona bu yolda  köməkliyimi edəcəymə söz verdim. Sözümü də yerinə yetirdim. Qızına da heç bir sözüm yoxdur ləkəsiz gül kimi qızdı. Ama mənim bir əngəlim var. Bu saat buradan gedən kimi Bakıya oxumağa gedirəm. Bir neçə il tələbə olacam. O səbəbdən də evlənmək mənim üçün əngəl olar dedim.

      -Əgər qızım xoşuna gəlirsə  neçə il istəyirsən oxu. Oxumaq çıxarını (xərcini) da mən artıqlığı ilə hər il verəcəm. Qızı da istər mənim evimdə saxla, istər atayın evində saxla onun da çıxarını mən çəkərəm. Məni bu elin ağzında saqqız eləmə” dedi.                                           

      Kişinin “məni bu elin ağzənda saqqız eləmə” deməsi məni sıxdı. Çaş- baş qaldım. Mən bu saat ata- anama məni evləndirin deyə bilmərəm, çünkü məni oxumağa göndərmək üçün hazırlıq görürlər dedim.

        “Nə vaxt Bakıya gedəcəksən” dedi.

       --20 gündən sonra gedirəm dedim.

      --“Ata- ananla görüşmək, onlarla danışmaq mənim boynuma, tək səndin bir diləyim var.  Neçə gündür qızımla birlikdə dolanıbsan. Artıq huyundan (xasiyyətindən) də, kimliyindən də halısan. O xoşuna gəlir ya yox, onunla evlənmək istərsən ya yox, onu mənə açıq- aydın de”- dedi.

     -- Mən yenə deyirəm qızın xoşuma gəlir. Onunla evlənərəm, ama oxumaq qabağımı kəsir dedim

      --“Onda səndən bir xahişim də var. Gələn şapat (həftə)  sizə gələcəyik. Ata- anana gəlməyimiz haqqında bildir” dedi.

      Ertəsi günü yola düşəndə kişi ovcuma bir qoma pul qoyub sənə yaxşı yol dedi. Ata mindim, ikincini də yəhərə yedəkləyib yola düşdüm. Evə gəldim ata- anam salıksız (xəbərsiz) getdiyim üçün məni danladılar. Ata- anama Tiflisə yox, başqa yerə getdiyimi deyib, olayları olduğu kimi onlara danışdım. Bir həftədən sonra kişinin bizə gələsi olduğunu dedim. Atam məni bərk danlayıb, “ağılsız davranıbsan, qaraçılar səni öldürə bilərdilər” dedi.

     Beş gündən sonra qapımıza bir yük maşını gəldi. Beş nəfər adam, beş də yxşı seçmə toğlu düşürdülər. Onları ata- anamla tanış elədim. Evdə oturdular sofra quruldu. Bir neçə də qohum,qonşu var idi.

     Gələnlər də, bizimkilər də mizin həndəvərində (ətrafında) oturub konuşurdular (söhbət edirdilər), mən çıxdım. Daşdəmir kişi sözə başlayır: “Ay camahat yəqin deyirsiniz bu yad adamlar, bu qapıya hansı amacla gəlibdilər. Bizim gəlişimizin ilgisi (səbəbi) bu kişinin oğlunun bizə elədiyi yaxşılıqdır. O dəliqanlı oğlan yaşından böyük qoçaqlıq edibdir. Mənə elədiyi o yaşılığın əvəzinə nə etsəm yenə də azdır. O gəncin yaxşlığının bir faizini ödəmək üçün bu gün mən bu qapıya gəlmişəm. Bildiyimə görə o Bakıya oxumağa gedir. Onun oxumasında mənim də əməyimin olmasını istəyirəm. Onun üçün də min manat ona çıxarış (xərçlik) gətirmişəm. Həmin sayseli (hesabı) budur mizin üstünə qoyuram. Gələn qoyunlar da qapıya boş gəlməmək üçün edilən sayğıdır. Mənim sayğımı götürərsinizsə sofranızda oturaram, tanrı verən azığınızdan (qismətinizdən) kəsərəm. Yox götürməzsinizsə bilərəm ki, mən bu sofraya layiq deyləm” deyir. Hamı, bu nə sözdür, siz bizim ən sayğılı qonağımızsınız deyə kişini oturdurlar. Pulu da götürürlər. Yığıncakda heç qız danışığı olmur.  Yalnız arvadlar aralarında danışıklar olur. Bununlada danışık bitir. Bir aydan sonra da bizimkilər onlara qonaq gedib qızı nişanlayırlar. Beləliklə də hər şeyi öz yoluna qoyulur. İnstituta girdim oxudum. Qız 8-ci sinfi bitirdi. Atası gətirib Tibb  texnikumuna qoydu. Mən axırıncı kursda olanda Bakıdan ev aldı evləndik. Qız da Tibb texnikumunu qurtardı. Mən İnstituta ögrətmən ( müəllim) düzəldim. Kutlu evliliymiz oldu. Bir- birimizə can dedik, can eşitdik. Uşaqlarımızı böyütdük hamısına yüksək bilik (ali təhsil) verdik. Hamısı kutsal (xoşbəxt) evlilik (ailə) yiyəsi oldular. Biz də özümüzün qocalıq ömeümüzü (həyatımızı) yaşayırıq. Daşdəmir kişi də sovet hökumətinin hər yanına yaza- yaza sonda, qaraçıları Yevlaxda tapdırdı. Qızı qaçıran oğlana 5 il yanındakına 3 il, Taborun ağsaqqalına 1 il türmə işi kəsdirdi” deyə Taptıq müəllim başına gələn olaylara son qoydu. 

 

                                              II- Konu: “gözəlliyin acı apatı (faciəsi)”.

         Bir kəndin yöntəmçisi (bələdiyyə başçısı) 5 ildir evlidir, ama uşaqları olmur. O dönəmlərdə təbabət elə də gəlişməmişdi, Tibbi yoxlama dönəmində kişinin sağlam olması aydınlaşır. Dost-tanış, qohum-qardaş, həkimlər başqa bir qadınla evlənməsini gərəkli bilirlər. Yenidən evlənmə uyuna (xəyalına) düşən icra başcısının, yeni evlənmiş bir müəlləmin arvadına gözü düşür. Hansı yol ilə olursa olsun, onu boşadıb almağı qarşısına önəm qoyur.

        Bir gün müəllim adsız bir bötük (məktub) alır. Bötükdə (məktubda) “sənə qorxulu tuzaq hazırlanır, dayanıqlı ol ağlını itirmə”deyə qısa cümlə yazılmış olur. Müəllim gecə gündüz düşüncələrdə qalır ki, mən heç kimə pislik etməmişəm bu nə duzaq ola bilər. Bötüyü (məktubu) göndərən yərəndir (dostdur) yosa ki, asıdır (düşməndir) bunu necə bilim deyə çox düşünür, qarşılıq (cavab) tapa bilmir. Bu ismarıcdan sonra iki-üç ay oğlanın gözü oyda-quşda qalər. Bir gün müəllim yoldaşlarından biri, ona deyir ki, “yoldaşıyın əxlaqsızlığı haqqında kənddə dedi-qodu gedir. Yoxla gör  doğrudur yoxsa yalan. Ağıllı davran axmaqlıq eləmə.” deyə tapşırıq da verir. Müəllim başa düşür ki elə deilən tuzaq budur.

         Olay belə başlayır. İcra başcısı özünə bir neçə yarmaz tay-tuş tapır. Onları şirnikdirib ələ alır. Müəllimin arvadının yüngül xasiyət olub, bir neçə aşnalı olduğunu hər yerdə danışmalarını tapşırır. Dədələr, “ağ parçaya tezlkə tez düşər” demişlər. Elə də harada onu tanıyanlar var, hər yerdə müəllimin ailəsinin pozukluğu  haqqında dedi-qodu yayırlar. Bütün qohum-qardaş müəllimin üstünə düşürlər ki, arvadını boşasın. Oğlan heç kimin sözünə qulaq asıb arvadını boşamır. Ancaq rahatlığını da itirir. Gecə-gündüz qisas almaq haqqında fikirləşir. Ama necə alsın ki, özü bu yolda ziyana düşüb ailəsini başçısız qoymasın. Üzərdə özünü  şad göstərirsə. də içəridə qisas duyğusu onu ilan sancan kimi daima sancaraq, sarsıdır (rahatlıq vermir). Bunda olan sıxıntıları, üzüntüləri duyan və dediqoduları eşidən gəlin bir gün kişisinə deyir:.

       “Ay kişi bu son günlər səni sarsıdan, üzən giz (sir) nədir, mənə də de nə olar”?.

      Kişi: “deyiləsi heç nə yoxdu. Allaha şukür hər şey öz qaydasındadır” deyir.

     Arvad: “Yox görürəm son günlər çox üzgünsən, eşitdiyini, bildiyini mənə də danış. Bəlkə birlikdə bir çıxış yolu tapdıq” deyir.

      Kişi: “Ay arvad işə, gücə adamın başı elə çox qarışır ki, adam baş çıxarda bilmir. İstər, istəməz qanı qaralır. Belə şeylərə qulaq asma” deyir.

       Arvad: “Ay kişi o ki, sən demirsən mən deyim, sən eşitdiklərini mən də eşitmişəm. Görürəm gecə-gündüz hey düşünürsən, Əgər məndən kuşqulusansa (şübhəlisənsə), məni boşamaq yox, yazılı halda məni öldürməyinə öz razılığımı verirəm” deyir.

         Kişi: “Bu nə axmaq sözdü ağlına gələni danışırsan” deyib, arvadını danlayır.

         Arvad: “Ay kişi heç kimi özümə görəvi (şahid) tutmuram, başımın üstündəki Allah bilir ki, mənə deyilən sözlərin hamısı qarayaxmadır (şərdir). Ona görə də yaxşı fikirləş. Sən hər hansı bir yanlışlık   eləsən onda bu yalan qarayxmanı mənim üstümə kəsinləmiş (təstiqləmiş) olacaqsan. Ondan sonra da mən bu yalan gülüncün boynumda qalmasına dözə bilmərəm. Bu adla yaşamaram. Özümü öldürəcəm. Allaha and olsun ki, öldürəcəm. Balalarımı da kim böyüdər allah bilir. Yaxşısı budur gəl birlikdə düşünək, daşınak, bu palçık bizə haradan atılır, onu bilməyə çalışak.  Biz indiyədək necə yaşamışıq elə də yaşayaq. Onda beşi inansa, beşi də inanmayacaq. Alçaq yaramazın içindəki öz qurdu, özünü yeyəcək. Onda sən öz düşmənini yenmiş olacaqsan. Bu qurğunu kim qurub gec-tez bir gün bilinər” deyir.

         Bu ağıllı danışık (söhbət) elə bil közün üstünə su səpdi. Oğlandakı o daxili iztirablar çəkildi. Beləliklə onlar daha da şirin yaşadılar. İcra başcısı gördü ki, şər-şəpət, dedi-qodu nə qədər yayılırsa bunlar daha da şirinləşirlər. Bezib oyundan çəkilir. Ancaq ləkə elə şeydir ki, ürəyə batan xəncər yarasının çapığı kimi həmişəlik qalır. Dedi-qodu sönür, ara uzanır, evlik (ailə) həmişəki kimi şirin yaşayır.

         Müəllim Şəkiyə köcür, orta məktəbdə dərs deyir. Müəllim yoldaşları arasında bilikli, ərdəmli, qanacaklı müəllim kimi tanınır. Xeyli dönəmdən sonra evliyə (ailəyə) yeni bir acı olay üz verməyə başlayır. Bir gün şəhərin prokuroru bu gəlini görür. O andan da quduz dəymiş itin ağzının suyu kimi, ağzı sulanır, dincikliyini itirir. Bir alverçi qadın tapır. Alverçiyə yaxşıca pul verib deyir ki, “ən gözəl, ən dəyərli parca götürürsən, filan müəllimin arvadının yanına gedirsən. parçanı gəlinə bağışlayıb, mənim  ona vurulduğumu deyirsən. Necə olur olsun onu dilə tutub sağlalığını (razılığını) alırsan. Əgər bu işi düzəldə bilsən, sənə dəyərli armağanım (hədiyyəm) olacaqdır” deyir. Alverçi qadın gəlinin yanına gəlir. Hiyləgər  dilini işə salıb, yağlı sözləri onun başından yağdırır və çox dəyərli parçanı da ona bağışladığını, parçanın pulunun ona verildiyini deyir. Gəlin parçanın pulunu kimin verdiyini soruşur, Alverçi qadın şəhər prokurorunun ona vurulduğunu deyir. Gəlin parcanı götürüb, otur gəlirəm deyir. Başqa otağa keçir, qayçı ilə parçanı qimə-qiymə doğrayır, gətirib alverçiyə verib “apar dostuna ver de ki, əgər bu parça kimi doğranmaq istəyirsə, qapıma bir də adam göndərsin, istəmirsə yerində ağır otursun məndən uzaq olsun” deyir. Prokuror doğranmış parçanı görür. Cin atına minir. Müstəndiqə deyir hansı yolla olursa-olsun, filan müəllimə cinayət işi açırsan. Prokuror düşünür ki, əri barmaklık arxasında oturanda ayağıma gəlib yalvarar, onda da mən deyənə boyun olar.       

        Müstəntiq müəllimlə bir okulda (məktəbdə) işləyən yüngül hal bir müəlliməni ələ alır. Müəllimə otakda ikisi olanda onunla dalaşır, hətda əldə qaldırır ki, o da onu vursun. Qadın qaçıb prokurora şikayət edir. Cinayət işi açılır. Istintaq başlanır. Bütün müəllimlər  müəllimin suçsuz olduğunu, bütünlüklə suçun müəllimədə olduğunu deyirlər. Bütün suçun  qadında olmasına baxmayaraq, müəllimə cinayət işi qaldırılır. Müəllimlərlə prokuror arasında gedən savaş iki il sürür.

         Müəllim arvadına bildirir ki, anlaşılmayan nə ilgidənsə məni məhkəməyə veribdilər. Məni tutsalar, türmə də versələr evindən heç yana çıxmırsan. Hec kimə minnətə getmirsən. Belə bir şey eşitsəm o günü səndən ayrılacam. Gəlin istəyir ki, parça olayını  danışa,  ama qorxur ki, müəllim yeni bir suç işlədər, tutular türməyə düşərsə durum daha da ağırlaşar. Ona görə də susur ərinə heç nə demir.             

        Müəllimlərlə prokuror işçiləri arasında didişmələr başlayır. Müəllimlər qadının səbəbsiz hücum etdiyini deyirlər. Müstıntiq də müəllimi cinayətkar kimi təqdim eləməyə çaləşır.  Nəhayət iş tamamlanır yarğıtaya (məhkəməyə) göndərilir.  Bir gün yarğıc (hakim) müəllimi çağırtdırır. Işi oxuduğunu  onun günahsız yerə tutulmalı olduğunu, bu işdə onun tutulmağı haqqında hardansa göstərişin olruğunu, hansı ilgidənsə onun tutulmağında prokurorun umuru (maraqı) olduğunu, ancak onun müəllimə suçsuz yerə iş verməsini uyatının (vicdanının) yol vermədiyini deyir. Ona görə də belə bir məsləhət görür ki, sənin işinə mənim baxmamağım hakda etiraz ərizəsi yaz. Ərizədə göstər ki, bu hakimlə mənin aramda köhnədən inciklik oldiğu üçün, mənim işimə onun hakimlik etməsindən imtina edirəm . Müəllim hakimin dikdəsilə ərizəni yazıb verir. Yarğıc (Hakim) da işə baxmaqdan boyun qaçırır (imtina edir). İş Zakatala yarqıcına (hakiminə) göndərilir. Zakatala hakimi müəllimi suçsuz bilib haq qazandırır, Şəki prokuroru ali məhkəməyə etiraz şikayəti yazır. Ali məhkəmə Zakatala hakiminin çıxarışını ləğv edir. yenidən baxılması üçün işi Kutkaşen rayonuna göndərir. Olay iki il uzanır.   Prokuror müəllimdən əl çəkmək istəmir. Müəllimlər şəhər prokurorunun əyri əməllərlə məşğuliyəti haqqında ali prokuroluğa şikayət edirlər. Bu da heç bir kömək eləmir. Müəllimlərdən bir dəstə hakimin yanına gedirlər. Aydın olmayan hansı ilgidənsə (səbəbdənsə), prokuror nahaq yerə gənc müəllimi tutdurmaqda inatçıl (israrlı) olduğunu deyrlər. Yarğıc (hakim) müəllimlərə Şəki prokurorunun ona zəng etdiyini, müəllimə türmə verməyi tavakka (xahiş) etdiyini deyr. İndi prokurorun tavaqqasından boyun qaçırmaq üçün on min manat vermələrini bildirir. Müəllimlər bir aylıq əmək haqlarını hakimə verməklə, bu haqsız döyüşdə yağını (düşməni) yenərək üstün gəlirlər. Müəllim bütün məktəb işcilərinin bir aylık maaşlarını hakimə verdiklərini bilir. Onlardan üzür istəyir. Yavaş- yavaş hamının pulunu qaytarmağı hakda söz verir. Ancaq müllımlər borc vermədiklərini bildirərək, halalın olsun deyirlər. Müllimlər halallık versələr də müəllim özünü alçalmış bilir.  Üç il dönəmində müəllimlərin borclarını qaytarır. Gəlin yalnız 25 il keçəndən sonra qocalıklarında parça olayını ərinə danışır. Əri də quşqusunun (şübhəsinin) doğru olduğunu 25 ildən sonra başa düşür.

 

 

 

 

         Yöndaşımın bu söylədiyi olmuş olayı yazmaqla onu demək istəyirəm ki, Yaramaz təbiətli, qadın düşgünü olan adamların yüksək vəzifələrdə olmaları el üçün həmişə apatlar (faciələr) gətirmiş və bu gün də pullu alçaklar bir çox belə apatları (faciələri) yaratmakdadılar.

         Görəsən adamların belə alçaqlıqlara getməsinin suçu kimdədir. Axı Tanrı onu yaradanda mən yer üzünün əşrəfini (yəni təmizlərdən də təmizini) yaradacam deyir. Bəs təmizlərin təmizi olan adam belə yaramazlıqlara, irgənciliklərə necə bulaşır. Mən buna qarşılıq (cavab) tapa bilmirəm.

 

                                         III- konu: “Atılmış gözəl”

Bir gün işdən çıxıb şəhərdə bir az gəzməyi dəngələdim (qərara aldım). Gəzə-gəzə gəlib fantanlar bağna çıxdım. Günün erkən çağı olduğu üçün bağ seyrəklik idi. Bir ağacın kölgəsi düşən oturacaqların birinin üstündə otururub dincəlirdim. Gəlib yanımda bir qadın salam verib oturdu. Baxmadan salamını aldım. Oturan kimi də köhnə tanış kimi, halımı, ovqatımı (əhvalımı) soruşdu. Düşündüm ki, danışığından ya tanışlardan, ya da qohumlardan biri ola bilər. Çevrilib üzünə baxdım ki, heç yerdə görüşmədiyim, mənə tanış olmayan ortalama 20-25 yaşlarında olan gənc bir gəlindir. O dönəmdə mənim də 50 yaşım var idi. Neçə illərdi Bakıda yaşayıram, hələ mən bu gözöllikdə qadın heç yerdə nə Bakıda, nə də özgə şəhərlərdə görməmişəm. Ulu tanrı harada nə gözəlliklər varsa elə bil hamısını bu qadına bağışlayıbdır. Ovsunlu üz-gözü, həzin səsli danışığı, qadına laiq boy-buxunu bir-birini tamamlayırdı. Yazıçılar əsərlərində gözəlləri öyəndə, mələklərin gözəlliklərini uylarında (xəyallarında) onlara verməklə gözəllik qılığı yaradırlar. Bu gözəllik qılığı indi qarşımda durur. İndi mən həmin mələyi uyumda (xəyalımda) yox, doğrulukda qarşımda görürəm. O danışır, mən də yeri gəldikcə qarşılık verirəm. Sözü hərləyə-hərləyə gətirib intim danışığa çıxartdı. Son halda o öz önərgəsini (təklifini) elədi. Kişiliyimə sığışdırmadan mən bunun önərgəsinə (təklifinə) nə təhər qarşılık (cavab) verim deyə düşünərək xeyli susdum. “Nə çox susdun”  deyə məni uyumdan (xəyaldan) ayırdı. Ay gözəllərin gözəli xanım, məni düz başa düş. Desəm ki, mən ətəyində namaz qılınan bir admam, ona inanma.  Mən ömrümü-günümü gözəl mələklər sarmasında (əhatəsində) keçirmişəm. İstədiyim kimi də yaşamışam. Ancaq mən qarşıgələ (təsadüfü) görüşdən çox uzağam. Mənimlə səninki tutmaz. Get özünə başqasını tap. Bu gözəllikdən heç kim uzak dura bilməz dedim. “Öymənizə (tərifnizə) görə sağolun, ama öymənizlə davranışınız bir-birini tutmadı. Siz ilk kəlmədən görüşə yox dediniz. Çox urcun (razı) olardım. Allah özümü çirkin yaradaydı, ama bəxtimi gözəl yaradaydı. Çirkin var bəxt üstündə oturur, gözəl var yazğısı (talehi) qara yazılır. Gözəllik bəzən qadınlara özü ilə acı uğursuzluk da gətirir” dedi.

         Bunun bu sözü məni yaman aldı. Sözündən dərtli adama oxşadığından düşündüm ki, bəlkə yoxsulluğu, aclığı var deyə əlimi cabimə saldım ki, buna pul verim. Bu halda o ayağa qalxmak istədi. qolundan tutub otur dedim. Sənə bir önərməm (təklifim) olacaq, ama dışlama (inkar eləmə) dedim. Üzümə baxıb “buyur” dedi. Cibimdən üç şirvan çıxartdım. Ona uzadıb, əgər aclığın varsa götürməyinizi ötünüş (xahiş) edirəm dedim. Nə  qədər dirəniklik (israr) elədimsə götürmədi ki, mənə boşuna (müftə) pul lazım deyil. “Sən mənə yox dedin, məndə sənə yox deyirəm, ödənişdik”, dedi.Yeykindi qalxmağa qoymadım. Məndə belə bir düşüncə yarandı ki, özünü satsa da deyəsən hələ mənliyini itirməyibdir. Məndə onun bu yola nə üçün düşməyini bilmək umuru (marağı) yarandı. Salamat qal deyib qalxanda mən də bununla birlikdə qalxdım.  Restorana aparıb qonaqlamağı dəngələdim (qərara aldım). Öncə önərgəmdən (təklifimdən) boyun qaçırdı. Mənim kəsin (qəti) inadımı görüb, sağlaşdı (razılaşdı) və dilədi ki, “elə yrdə otur eldən (xalqdan) gizli olsun, utanıram” dedi. Bunun utanıram deməsi mənə gülməli gəldi. Özünü satmağa utanmırsan, ama yemək sufrasında oturmağa utanırsan demk istədim, ama susdum. Köhnə tanışlar kimi qolna girib, bağın yanandakı restorana apardım, Orada iki stullu yanları örtülü bir masada oturduq. Allah verəndən gətirdib yedik. Nə sayaq sıxışdırdımsa içgidən boyun qaçırdı. Mən də 100 qr. Qonyak içməklə yetərləndim (kifayətləndim). Burada onun ürəyini bütün mənə açması üçün  şəraitin olduğunu görüb, ondan belə bir gözəlliyi olan, hər bir uğura  yiyələnməyə haqqı çatan bir qadının, bütün uğurlar üzünə açıq olduğu halda, nəyə görə bu yola düşməsini heç nə gizlətmədən danışmasını ötünüşlədim (xahiş etdim). Əllərini üzünə tutub bir xeyli masaya dirsəkləndi. Gördüm masanın üstünə gözyaşının damcıları düşür. Mən səni ağlamaq üçün yox, sənə baş verən çiləni (dərdini) danışmaq üçün buraya gətirmişəm, bəlkə mənim köməyim dəydi dedim. Çantasından əl yaylğını çıxardıb üz-gözünü sildi. “Ay qardaş sən məni çörək yeməyə yox, unutmağa çalışdığım ağrı-acılarımı yenidən yaşamağa, o acıları çəkdirməyə gətiribsən” dedi. Əgər elə ağırdısa danışmaya bilərsən dedim. Yenə də əllərilə üzünü örtdü araya sakitlik düşdü. Üz-gözünü bir də yaylıkla silib danışmağa başladı:

        “Bakıda doğulmuş hər bir, qayğıdan, qadadan, sıxıntıdan uzaq, şən bir qız idim. İldən-ilə yaşa gəldikcə daha da gözəlləşirdim. Bütün qızlar mənə paxıllıq edirdilər. Bəzən də dalaşırdılar. 8-ci sinifdə oxuyurdum. Bir gün bacılıklarımın (rəfiqələrimin) biri ilə əməlli-başlı dalaşdıq. “Sifətin bir az çiçidi deyə qudurursan, hamıya fors edirsən və başqa yaramaz sözləri də yağış kimi üstümə tökdü. Düzü məni ağlamaq tutdu. Bərk ağladım. Bu anda müəllim dərs otağna girdi, ağlamağımı gördü. Tez üz-gözümü sildim. Müəllim yaxınlaşdı başımı sığallayıb, “qızım niyə ağlayırsan, evinizdə ağrılı-acılı elə bir şey olmayıb ki,” dedi. Mən dillənmədim, oğlanlardan biri, “yox müəllim, Safa ilə dalaşdı, Safa ona pis sözlər dedi. O da hirslənib ağladı” dedi. Müəllim gülüb başımı bir də sığalladı. “Qızım sən ağlamamalısan, Əksinə qızlar səninlə dalaşanda gülməlisən. Çün kü, gözəlin gözəlliyi həmişə qısqanclıq yaradır. Ona görə də qızların hamısı sənə qısqanacaqlar, səninlə dalaşacaqlar. Oğlanlar da hər addım başı sənə sataşacaqlar. Yanından keçib söz atacaklar. Gərək onda hər gün ağlayasan. Belə hallardan ötürü ağlamağa dəyməz” dedi. Doğrudan da o gündən mən həmişə ozümü oğlanlardan da qızlardan da qoruyurdum ki, mənim haqqımda ağır artıq söz çıxmasın. İki il sək-səkəli yaşadım.   

          10-cu sinifdə oxuyurdum. İnistituta girmək istəyilə gecə-gündüz çalışırdım, pis də oxumurdum. Bütün qızlar kimi mən də yaxşı, xoşbəxt həyat yaşamaq, gözəl ailə qurmaq, ev-eşik, oğul-uşaq yiyəsi olmaq istəyi ilə yaşayırdım. Gözəl xəyallar yaradırdım. Xəyalən həkim olurdum. Özümü ağ xalatda görürdüm. Bu istəklə də oxuyurdum.

         Bir gün mənim arxamca bir oğlan düşdü. Bunun günü- saatı məni izləmək idi. Çox halda məktəbdən çıxırdım ki, məktəbin qabağında maşında məni gözləyir. Qabağımı kəsirdi ki, otur evinizə aparım. Mən isə hər gün ondan uzaqlaşırdım. Artıq bacılıklarım (rəfiqələrim) da bilirdilər. Bacılıklarım məni danlayırdılar ki, bəlkə bəxtin açılıb niyə bu qədər qaçırsan.  Bəlkə doğrudan da səni sevir. İnstitutda oxumaq niyətim olduğu üçün, oğlan sözü uyumdan keçmirdi.  Bir gün məktəbdən çıxanda yenə qabağımızı kəsdi. Qızlar zorla məni maşına salıb, yanımda oturdular. Gəlib bizdə düşdük.  Qızlar yenə məni danladılar ki, pis oğlana oxşamır. O, gündən bacılıklarımla (rəfiqələrimlə) avtmaşında oturdum. Sonra artıq bunun səmimi duyğularına arxain olub, tək otururmağa başladım. Gətirib evmizə düşürürdü. Məndə də ona qarşı sevgi duyğuları baş qaldırmağa başladı. Beləliklə bir- birimizə isindik. Bakının parklarını bağlarını, kinoları, teatırları birlikdə gəzib dolanırdıq. Bu olmayan, qarşıma gəlməyən anlarda darıxmağa başladım.  Nə sayaq çalışırdısa yaxın görüşə sağlalık (razılık) vermirdim. Hər ikimizin ata-anamız birbirini tanıyar, evinizə aparandan sonra yaxınlığımız olar deyirdim. Bu bir ildə məni heç bir qohumu ilə tanış eləmədi. Bir gün gördüm avtmaşını bizə sarı yox, tamam başqa yollarla sürür, Mən Bakıda doğulmağıma baxmayaraq Bakını düz əməlli tanımıram. Hara gedirik deyə soruşdum. “Bir az şəhərdə gəzək apararam” dedi. Bir həyətə girdik, cibindən açar çıxdıb qapını açdı, Bura sənin evindir, içəri gir dedi.  Otaqları bişdüş odasını (mətbəxi) mənə göstərib, keç kravatın üstündə rahatlaş deyəndə şübhələndim. Məni evə apar, indi evə gəlmədiyimi görüb ata-anam rahatsız olcaqlar deyib yalvarmağa başladım. Telefon gətirib gülərüzlə ata-anamla danışmağımı, onlara narahat olmamalarını deməyimi, xahiş elədi. Mən danışmaq istəmədim. Gördüm bu fikrini dəyişir. Bişdüş odasına (Kuxnaya) qaçdım ki, bıçaq götürüb özümü qoruyum, Tutub kravata yıxdı. Ağır qarşıdurmalardan sonra istədiyini aldı. Ondan sonra vaxtaşırı o evdə görüşməyə başladıq. Sonra maraqlandım qonşudan öyrəndim ki, o evi kirələyibdir.  Hər axşam da gətirib evmizə düşürürdü. Bir gün buna dedim ay Tapdıq nə vaxt məni ata-ananla tanış edəcəksən. “Darıxma görüşdürərəm”dedi. Darıxıram mən ikicanlıyam dedim. Bu sözü eşidən kimi rəngi qapqara qaraldı. Ertəsi günü yenə bir nəfər yoldaşı ilə yedilər içdilər,  məni yoldaşına verdi. Mən ağlayıb yalvardım ki, belə iş eləməyin mən ikicanlıyam Alahın öfgəsinə (qəzəbinə) düşərsiniz desəm də məni dinləmədilər. O gecə məni orada saxladılar. O gecə hər ikisi  mənimlə yaşadılar. Səhəri avtomaşına mindirib, evmizə gətirdi qapımızda düşürdü. Ovcuma pul qoyub, “səninlə qurtardıq, get uşağını çıxartdır” deyib getdi. Avtomaşının nömrəsini götürdüm. Atamın qardaşımın qorxusundan evə getmədim. Xalam gilə getdim. Xalam məni görən kimi tanrıya ut (şükür) olsun deyib üstümə gəldi. “Haradasan evinizdə ağlaşma var, yas var” dedi. Tez evimizə zəng elədi, yanında olduğumu dedi. Bir azdan anam yanıma gəldi. Başıma gələni gizlətmədən olduğu kimi danışdım. Oğlanın kimliyini, nəçiliyini soruşdular. Yalnız adını bildiyimi dedim. Atam vəziyyətimi bilməsin deyə, hələlik xalamın yanında qalmağımı bildirdilər . Səhəri xalam məni həkimə apardı. Həkim çox gecdir deyə uşağı çıxartmağa sağlaşmadı (razılaşmadı). Elə də ikicanlı olduğum üçün atam gildən ayağım kəsildi. Atam gil də məni yox dəftərlərinə saldılar. Xalam məni polisə apardı. Məni gətirdiyi avtomaşının nömrəsini polisə verdim. Maışnı tapıb məni çağırdılar. Maşının yiyəsi tanımadığım bir adam idi. O da maşını heç kimə vermədiyini dedi. Mən nə sayaq inad  elədimsə ki, məni bu maşınla gətirib evmizin yaxınlığında düşürdü. Elə də şikayətimə baxan olmadı.  Vədə gəldi tamam oldu uşağı doğdum. Doğum evində uşaqdan boyun qaçırdım (imtina elədim). O gündən xalamın yanında yaşamağa vadar oldum. O anlarda mən nələr çəkdimsə ono yalnız allah bilir. Mən çəkdiyimi Qaf dağı çəksə əriyərdi . Elin dinazı altında atasız uşağı böyütmək nə sayaq ağırdırsa, canından can ayrılan ət parçasını köhnəlmiş əski kimi zibilliyə atmak ondan on qat ağırdır. Ama mən bunu elədim. Bu dağı o mənə çəkdi. O gündən hər yerimdən qalxanda saçımı suya salıb, allaha yalvarıram ki, allahım Tapdığın mənə verdiyi dağı sən də ona ver. Ama inanmıram ki, edə çünkü o mənim kimi gücsüz çaşqınlara acılı dağ çəkdirir. Bu sözləri o elə həyacanlı səslə hündürdən dedi ki, qulluqçu yanmıza gəldi. Qızı gözü yaşlı görəndə “ay kişi sən bu qıza nə etdin ki ağlayır” dedi. Mən elə bil ovsunlanmışdım deməyə söz də tpmırdım. Yenə qızın özü sükutu pozub,” ay qardaş heç nə olmayıbdır, dolmuş ürəyimi boşaltmak üçün mən həmişə ağlayıram” dedi. Xeyli susdukdan sonra sözünü sürdü (dəvam elədi).     

       “Hər şəhərə çıxanda gözüm o oğlanı axtarırdı ki, bəlkə gördüm. Bir gün küçədə gördüm. İzlədim qarşı gələn bir polisə dedim ki, sənə pul verəcəm o oğlanı tut 26-lar polisinə apar. Polis mən yola baxıram deyib mənimlə sağlaşmadı (razılaşmadı). Adamların sıx yerində arxadan boynunu qucaqlayıb, polis deyə hay saldım. Elə də həmin an polis yetirdi. Yalvardım ki, 26-lar rayonunun polisinə gətirsinlər. İki polis bunu yaxalayıb bizim polis şöbəsinə gətirdilər. Məni təhqir edən bu oğlandı dedim. Onu danışdırdılar. O məni heç tanımadığını dedi. Saxlan sabah onu tanıyan tanık (şahid) gətirəcəm dedim. Xalamla bir taksidə oturub demək olar ki, bütün bir günü şəhəri dolandıq. Məni apardığı evi tapıb ,  kirayə ev verən qadını gətirmək istədim. Qadın adını, familiyasını, ünvanını verdi ki polisə verin çağırsalar gedərəm. Səhər getdim ki, oğlanı buraxıbdılar. Xalam hay küy saldı. Polis bizi hədələməyə başladı ki, “siz eşidibsiniz onun atası pulludur. Pul almaq üçün adama qarayaxırsınız (şərləyirsiniz), bu saat qarayaxıcı kimi akt yazıb hər ikinizi də içəri salacağıq” dedilər. Mən də qorxdum. Xalamın qolundan tutub çıxdıq. Şikayətimə də hökumət belə baxdı.

        Xalam da təqaüdə çıxdı. Hökumət dağıldı. Xalam 7 şirvan təqaüd alır. O da 4-5 gün bizə yetir. Çox ağır günlər çəkdik, Axırda bir qonşum məni bu yola öyrətdi. Acından ölməmək üçün bu yola düşməyə vadar oldum. Qutlu ev arvadı kimi, bir ev xanımı olmaq diləyilə yaşadığım  halda, uğursuz küçə qadını oldum. Bu da mənim gözəlliyimdən aldığım mutluluk (xoşbəxtlik) nağılım” dedi. Bir də üzünü tutub, masanın üstünə göz yaşları tökməyə başladı. Bu dəfə onu sakitləşdirməyə can atmadım ki, qoy doynca ağlayıb özünü sakitləşdirsin. Üz gözünü silib sağolun sizə çox alqışcıyam (minnətdaram), siz məni ovsunladınız bu beş ildə ilk haldır ki, kiməsə dərdimi danşıb bir az özümü yüngülləşdirdm” dedi.

       Getməyə izin istədi. Get deyib yola saldım. Özüm isə tək-tənha oturub bu qadının yaşam yolunu bir də göz önünə gətirdim. Tanrı, bütün gözəlliklərini bağışladığı bu qadının azığının (taleyinin) belə çirkablı palçığa düşməsinin ilgisində  kimin suçlu olduğunu aydınlaşdırmağa çalışdım. Son halda belə bir dəngəyə (qərara) gəldim ki, tanrının bağışladığı bütün uğurları və gözəllikləri adamoğlunun özü puç edir.  Bütün bu eybecərlikləri, çirkabları yaradan yenə biz kişiləriyik. Tanrının gözəlliklərinə xor baxan kişilərin işgəncəsini elə o saat Allah niyə vermir, niyə görk eləmir? Kişilərin suçlarının bəlasını niyə qadın çəkməlidir niyə? Görəsən biz kişilərin dilimizdə dediymiz, o kişilik mənliyi haçan uyatmızda (vicdanımızda) öz yerini alacaqdır. Haçan biz qadına, qadınlıq analık sayğılığını (ləyaqətini) verəcəyik. Haçan tanrının bizə dediyi “qadını qoru” tapşırığını yerinə yetirəcəyik. Görəsən biz haçan yalançı kişi sifətini atıb. haqqa, uyğuluğa (ədalətə), uyata (vicdana) qulluq edən sayğılı (ləyaqətli) adam qılığını alcağıq. Bu uğursuz qadının dediyi kimi pul haçanadək adamlığa yararlı olan uyğu (ədalət) qanunlarını pozacaq tapdalayacaq hacanadək?

          Bu hekayəni dinləyəndə hələ XIX əsrdə V. Hüqonun  ürək ağrısı ilə, yazdığı “Səfillər”əsəri yadıma düşdü. Hələ o çağlarda V. Hüqo kapital cəmiyyətində təmiz uyatlı (vicdanlı) Jan Valjanın  səfillik həyatında yaşadığının, Məsum gül kimi təmiz ürəkli sevib sevilmək arzusu ilə yaşayan Fantinanın  zibillikdən dərilmiş gül kimi ətrini iyləyib, ayaq altına atıldığaının, səbəbi pullu cəmiyyətin günahıdır deyə dünyaya səs saldı. Düzgün qanunlu yeni təmiz cəmiyyət arzuladı. Ama, bu gün də həmin faciyə yaşayir. Daha da coxalır. O bir Qozettanın halına ağlayırdi. İndi küçədə minlərlə Qozettalar sefil-sərgərdan gəzir. Demək iki əsr keçməsinə baxmayaraq, hələ də Hüqonun arzuladığı cəmiyyət yoxdur. Nə vaxta qədər ki, qanun hayıxmış pullu kişiləri müdafiyə edəcək, Qanunda boşluqlar höküm sürəcək. Gözü yaşlı, boyunu bükük qucağı uşaqlı aldadılmış qızlarımız olacaqdır.

         Bu qələmə aldığım  acı çürük çöküşlərin (faciələrin) aralarında 200 illik ara olsa da anlam baxımından sonuc birdir. Bu gün XXI-əsr olsa da, biz Fransanın XIX-əsrində yaşayırık. Ama bizim gənclərin yolu daha acınacaklıdır. Fantinanın ikicanlı olduğunu eşitdikdə sevgilisi Tolomes xəcələtindən bir daha gözə görünmədi. Onu sevən qıza rast gəldikdə qaçıb gizləndi. Bizim “qəhrəmanımız” Tapdıq isə sevgilisinin iki canlı olduğunu eşidəndə caniləşdi. Onunla cani kim rəftar etdi və qolundan tutub küçəyə atdı. Yeri gələndə də onu tanımıram dedi. Bax budur bu günkü gənclərin aldığı egitim (tərbiyə). İldən ilə cəmiyyət mədəniləşir deyə bar-bar bağırırıq. Ama tərsinə ildən ilə cəmiyyət cırlaşır, cılızlaşır deyə bağırmalıyıq. Qanunlarmızdakı boşluğa baxın ki, Qucağında uşaq olan ananın nikaın yoxdur deyə şikayətinə baxılmır. Cansız kağız parçası, canlı uşaqdan dəyərli sayılır. Budur bizim qanunmuzun iç üzünün göstəricisi.

 

                                                IV- konu: Rəssamın hekayəsi.

  - Bizim qonşuluğumuzda bir rəssam yaşayırdı. Çox gəlimli gedimli ömür sürürdü. Evindən hər gün şən hava (musiqi) səsləri aləmə yayılırdı. Günü qonaqlı-qaralı keçirdi. Bir gün  atamla qapımızda otururmuşdular. Eşitdim ki, atam deyir, qonşu artıq gənclik yaşın keçir. Haçanacan sefil-sərgərdan gəzəcəksən. Bilirəm yaşam durumun da çox yaxşıdır. Heç nədən də sıxıntılığın yoxdur. Evlən oğul-uşaq yiyəsi ol. Dədələr “40-ndan sonra evlənən oğul toyu görməz”demişlər.

       Rəssam atama dedi ki; -Yusif əmi evlənməyə qorxuram.

-Niyə bala, de görüm, qorxun nədəndi?

- Qorxuram ki, evlənəndən sonra gözəl əyələr (mələklər) yan-yörəmə dolanmayalar, sağ-soluma fırlanmayalar.

 Atam, “bala belə şeylər amanardır, gəldi-gedərdir. Ayıl yanlış yoldasan, gözünü açıb ayılanda çox gec olacaqdır. “Sonki, peşmançalıq fayda verməz” demişlər. Məndən sənə nəsihət, vaxt ikən özünə düzgün bir yol seç” dedi.

      O zamanlar 7-8 yaşlarım olardı. Rəssamın nə demək istədiyini anlamadım. Ama atamın dediklərindən başa düşdüm ki, nədirsə rəssam düz danışmır.  

      Sovetlər dönəminin varlı adamları nazirlər raykomlar və başqa məmurlar rəssamın alıcıları idilər. Kimi portret, kimi doğa (təbiət) görüntüləri ismarlayırdılar. O, hər bir ismarıcı (zakazı) yerinə yetirəndən sonra evdə kef yemək-içmək yığıncağı qurulurdu, oğlanlar qızlar səhərəcən çalıb oynayırdılar.     

     Rəssamın gəlimli-gedimli yaşamını xoşlayırdım. Elə o çağlardan da məndə rəssam olmaq istəyi yarandı. O dönəmlədə rəssamın yanına gəlib-getdim bir az cızmaqaralar da elədim, gördüm saatlarla oturub cızmaqaralıq eləmək mənim alışığım (peşəm) deyil. Rəssamlıq istəyindən uzaqlaşdım. İllər- aylar keçdi yavaş-yavaş rəssamın evindəki  çal-çağırlar get-gedə azaldı. Rəssam da yaşlandı, rəsmlər çəkib satmaqla, sakit ömür sürməklə yaşayırdı. Boş vaxtımı məndə onunla nərd oynamaqla keçirirdim. Oxudum institutu qurtardım işə başladım. Atam dünyasını dəyişdi. Bir gün anam mənə “ay oğul artıq mən qocalmışam. Mən də gəlin qulluğu görmək istəyirəm. Bir allah bəndəsini gətir bizə qulluq eləsin” dedi. Mən də söz verib, darıxma ana o ki, istəyirsən alaram dedim. Bundan sonra anam tez-tez məni danlayırdı ki, haçan evlənəcəksən. Bir gün də deyəndə mən hirslənib hündürdən, ay rəhmətliyin qızı bazardamı satılır alıb gətirəm sənə dedim evlənərəm demək evlənəcəm deyib eşiyə (həyətə) çıxdım. Rəssam da qapısında otururdu. Gedib nərd oynamağa başladıq. Rəssam, “ananla hirsli danışırdın, arvadı niyə incidirsən” deyə soruşdu. Mən anamla olan danışığı rəssama danışdım. Rəssam dinməz nərdi örtüb, danışmağa başladı.

        “Mən də sənin kimi cavan oğlan idim. Günüm kefdə, yeyib- içməkdə keçirdi. Kim evlən deyirdi qulaqardına verirdim. Rəhmətlik atan da mənim evlənməyimi çox istəyirdi. Heç kimin sözünü eşitmədən öz kefimdə idim. Elə bilirdim ki, evlənsəm nəyi isə itirəcəyəm. Bir də o vaxt ayıldım ki, yaşım 50-ni keçir. Evlənmək uyuna (xəyalına) düşdüm. Bir gözəl qız seçdim ona evlənmək istəyimi dedim. Qız gülərək nə desə yaxşıdır. “Yəqin şalvarını yuyan yoxdur, ona görə evlənmək istəyirsən” dedi. Bu söz mənə güllədən də iti göründü, bir daha heç kimə evlənək istəyimi demədim. Bildiyim kimi də ömürümü keçirdim. Beləliklə də təklənib bu günə qaldım. İndi heç evə də gəlmək istəmirəm. Evim özümə türmə olubdur. Anan doğrudur. evlənməyin də özünün çağı, dönəmi varıymış.Vaxtından keçdi isə, ov bərəsindən keçmiş olur. Bir də ovu bərəsinə salmaq çətin işdir. İndi mən də sənə deyirəm ömürün keçir tezliklə evlən oğul dedi.

       Anamla rəssam birləşdilər məni evləndirdilər. Toyumda rəssam çox yaxından çalışqanlık elədi. Həmişə şirin qonşu kimi yaşadıq. Bir oğlum oldu  Oğlumun ad günündə rəssam çox işgərlik (fəallık) elədi. 1-yaşını keçirirdim qohum- qardaşdan, tay-tuşlarımdan balaca yığıncaq düzəltmişdim. Törənin  şirin anında rəssam əlində iki iri tablo bizə gəldi. Tablonu açanda gördük ortada  mənim uşağım, sağ-solunda da ata- ana biz  üzmüzü uşağa söykəmişik. Rəsm elə gözəl cəkilmişdi ki, adam baxmaqla doymurdu. Bu rəsmi bizəmi gətiribsən dedim. Rəssam oturub sözə başladı.

      “Bu son dönəmlərdə varlığımın ömür yolu mənə çox can sıxıcı gəlir. Aləm gözümdə anlamsız bir varlığa çevrilibdir. Özümdən asılı olmayaraq hərdən bir  karamsarlığa- kötümsərliyə (pessimizmə) qapılıram. Gecənin istənilən anlarında təkbaşıma üzümü bulvara tuturam, günəşin dan yerini bulvarda qarşılayıram. Bir gün qanımın qara vaxtında, saçmalı (mənasız) keçirdiyim günləri yada saldıqca  gəncliyimə üzülərək, gələcəyimin necə olacağını, nə edəcəyimi düşünürdüm. Başıma hansı sızı (bəla) gələcəksə onu bilmirəm. Hər axşam yatacağa uzananda bir axmaq, yaramaz uylu (xəyallı), duyğu mənə pıçıldayır ki, bu gecə yatıb oyanmayacaqsan. Evindən çıxan qoxunu qonşular biləndə artıq sən çoxdan ölmüş olacaqsan. Mən bu uyda (xəyalda) ikən, gəlinim qucağında körpəsi pəncərənin qabağına yaxınlaşdı, uşağı oxşamağa başladı. Bu an sən də gəldin üzünüzü uşağa söykəyib, ucsuz bucaqsız uzaya (kainata) baxdınız. Aranızdan uşaq gözünü düz mənə tuşlamış halda gülümsəyirdi. Elə bil mən bu anı çoxdan gözləyirəmmiş. Sizə baxıb, içimdə bir istək, şən bir könül duyğusu, yaşam sevgisi yarandı. Mənə yeni can (ruh) gəldi, gözüm işıqlandı. Tez bu görünüşün olğunluğunu (mənzərəsini) tabloya köçürmək istədim. Pəncərədən çəkilib rəsm masasının arxasına keçdim. Yakkışı (Fırçanı) götürüb cızmalığı (rəsmi) çəkməyə başladım. O gündən də yaddaşımdakı o axmaq düşüncələr uyumdan (xəyalımdan) tər-təmiz unuduldu. Düşündüm necə çəkim ki, sizə gözlənilməz (süpriz) olsun. Elə ona görə də son zamanlar uşağı görmək sözyolu (bəhanəsi) ilə gəlib uşağı qucağıma alıb xəyalımda cizgilərini yaradıb gedirdim. Bir təhər cızmanı (rəsmi) çəkib hazırladım.  Bunu nəvəmin yaşına bağışlayıram (hədiyyə verirəm)” dedi.  Əl uzadıb iknci boxcanı açdı. Buradan da  bir tablo çıxartdı. Tablo doğa görünüşünə yönümlənmişdir (təbiət mənzərəsinə həsr edilmişdi). Elə gözəl çəkilmişdi ki, cızmalık (rəsm) olduğunu adam unudurdu. Bunu da sənə verirəm bir koşulla (şərtlə) ki. bu cızmalığı (rəsmi) aparıb satırsan, evdə uşaq üçün nə gərəkdirsə  hamısını alırsan. Bu uşaq mənim ilk nəvə dediyim uşaqdır. Bu cızmalığın (rəsmin) ən azı 500 dollar dəyəri var. Satıb nəvəmə xərcləyərsən. Bu da babasından ona köməklik olar” dedi.

      O dönəmlərdə fəvvarələr meydanının yanı pasajda rəssamlar əsərlərini satırdılar. Mən də əsəri götürüb gəldim bağda çoxlu rəssamlar var idi. Əsərin yanından keçən mütləq ayağını saxlyıb əsərə baxmadan keçmirdilər. Dəyərini soruşanda 500 dollar deyən kimi dinməz-söyləməz gedirdilər. Bir neçə gün gəlib getdim. Bir gün birtoplu xarici turistlər gəldilər. Biri rəsmə yaxınlaşıb xeyli baxdı. Dəyərini soruşdu mən, nə dəyər deyim ki, qaçmsın deyə xeyli duruxub fikirləşirdim ki,. Turist bir də soruşdu. Sən nə verərsən dedim. “Min dollar verirəm” dedi.

       Eşitdiyimə inanmadım, bir də təkrarladım ki, nə verirsən. Yenə min dollar dedi. Tez büküb şəkili verdim, pulu götürüb sevincək evə gəldim. 1980-ci illərin sözüdür.1000 dolor çox böyük pul idi. Anasını və uşağı götürüb şəhərə çıxdım. Fantanlar bağından aşağda bulvar yolunda valyuta götürən antiqvar mağazası var idi. Oraya getdik, istədiyimiz alış-verişi etdik. anama da donluq parça bəxşeişi alıb. evə gəldik. Axşam pulun qalığını götürüb, rəssamın evinə getdim. Hadisəni olduğu kimi danışıb, pulun qalanını stolun üstünə qoyub üstəlik bir də sağol deyə alqış elədim. Pulu heç cür götürmədi ki, o pul uşağın azığıdır (qismətidir) apar onu yaxşı böyüt. O gündən rəssam bizim evin üzvü oldu. Bütün gününü uşaqla keçirirdi.Uşağı özünə elə həvəsləndirmişdi, elə bağlamışdı ki, bir an belə, gecə -gündüz ondan ayrı durmurdu. Babam deyə  qucağından  çıxmırdı. Bütün tanıyan bilənlər onu babası kimi bilirdilər. Oğlum orta məktəbi qurtaranda Natariusla evini oğluma vəsiyətnamə ilə bağışladı (hədiyə elədi). Söz düşəndə deyirdi mən nəvəmə görə yaşayıram. 78 yaşında haq aləminə qovuşdu. Elçinin babası ölüb deyə oğlumun bütün tay-tuşları yığıldı. Bir istəkli adamımız kimi, el gələnəynin (adətinin) qaydaları ilə basdırıb (dəfn edib) haq yerinə qoyduq. Şəkilli qara mərmər baş daşı ilə üstünü götürdük. Haq dünyasına qovuşdu Allah rəhmər eləsin Amin. Oğlum onun hər ilonun doğum, ölün günündə üstünə gedir.                                 

Mən yöndaşımın danışığını dinlədim. Ona tamam yad olan bir evin ocağına rəssamın niyə belə  bağlılığının ilgisini aydınlaşdırmağa çalışdım. Son halda belə bir dəngəyə gəldim ki, yaşlı vaxtı təklik rəssama çox güc gəlibdir, özünün dediyi kimi,  yaşamından küsməyə başladığı bir anda bu evliliyin üçəmliyini bir yerdə görüb, doğanın keşmə-keşli yollarını yenidən incələyib, götür-qoy edib, yaşamaq üçün özündə yeni güc baş qaldırıb, onu yaşamağa ruhlandırıbdır. Bir növ uşaq ona yeni sayğı, ümid yeri olubdur. Elə buna görə də o uşağa varlığı ilə bağlanıbdır. Sözün düzü belə bir an mənim də başıma gəlibdir. Qocalığımda artıklığımı düşünüb uyma aləminə dalmışam. Ancak nəvələrim məni yenidən tezliklə aləmə qatarıb, sevib, seviliblər..

                                            V- Konu: Yakımlı (nakam) sevgi.

Orta məktəbi bitirib, İnstituta oxumağa gəldim. Bəlgəmi (sənətimi) pedoqoji inistituna verdim. Sınakdan (imtahandan) keçib ögrənci (tələbə) oldum. Tarqovidə 3 qatlı (mərtəbəli) evin I- ci qatında kirədə olurdum. 2-ci qatda yaşayan Mələk adında bir qız da orta məktəbdə oxuyurdu. Dönəmaşırı görüşəndə salamlaşırdık.Yazın bir xoş günündə eşiyə (həyətə) kətil (taburetka) qoyub oturmuşdum. Mayn Ridin “Başsız atlı” romanını oxuyurdum. Mələk dərsdən gəlib yanımdan keçəndə “oxuduğun nədir” dedi. Başsız atlı romanıdır dedim. “Onu oxuyanlar ilgincli (maraklı) əsər olduğunu deyirlər. Oxuyandan sonra mənə ver, mən də oxuyum” dedi. Mən də baş üstə verərəm dedim. Üç gündən sonra iş elə gətirdi ki, mən qapıdan çıxanda onun basama ilə (piləkanla) düşdüyünü gördüm. Bir xeyli yanaşı yol getdik. Mən kitabı oxuyub bitirmişəm, axşam gəlib götürərsən dedim. O da yaxşı deyib, yolmuz ayrıldı. O məktəbə döndü, mən də İnstituta getdim. Axşam gəlib kitabı götürdü, bu gündən də yaxın tanışlığımız başladı. Mən ikinci kursu bitirəndə o da orta məktəbi bitirdi. Bəlgəsini (sənətini) Tibb instituna verdi, ancak girə bilmədi. Artık bir-birimizə isinişmişdik. Tez-tez görüşüb kinoya, teatra gedirdik. Elə bilirdim ki, bütün varlığım onun əlindədir. III-kursun yay imtahanına hazırlaşırdım.

Bir gün gəlib, “Abas sənə deyiləsi sözüm var, qalx şəhərə çıxak”. dedi. Biz gəzə- gəzə Bulvara endik. Bir kətildə oturduk, Bunun çox həyacanlı olduğunu görüb, nəsə ürəyində çox götür-qoy elədiyini duydum. Deyəsən sözlü adama oxşayırsan. Səni üzən nədir de mən də bilim dedim.Abas heç bilmirəm sənə necə deyim. Atam- anam məni başqa bir oğlana vermək istəyirlər. Bu gün bizə bir arvad gəlmişdi. Anamla çox danışdı. Məni oğluna almak istəyir, iki gündən sonra bizə elçiliyə gələcəklər. Arvad anama briliand üzük və briliand qaşlı biləzik gətirib, məni nişanlayacağını dedi. İndi yanına gəldim ki, anana de gəlsin məni isdəsin, onda mən də onlara yox deyərəm. Başqa cür mən ata-anama yox deyə bilməyəcəm” dedi. Gözlənilməz sözdən bərk sarsıldım, özümü itirib, haradan-nədən sözə başlamağımı bilmədim. Tək onu dedim ki, atam müharibədə həlak olubdur. Anam dul arvad məni ancak oxutdurur. İndi mən ona məni evləndir deyə bilmərəm. Özün bir təhər onları qaytar. Ata-anana məni sevdiyini de, bir ilim qalıb İnstitutu qurtaran kimi evlənərik. Sənə söz verirəm, səni qutlu (xoşbəxt) yaşadacam deim. Belə də razılaşıb ayrıldık. İki gündən sonra elçilər gəldilər. Mən evə girə bilmirdim, eşikdə gəzirdim, gözüm, qulağım ovda-quşdadır ki, görüm elçilər nə qılıkla evdən çıxacaklar. Gördüm elçilik uzun çəkdi, bu gecikmədən sümüyüm sancdı. Birazdan gördüm qonaklık gerçəkləndi. Yemək içmək başlandı. Artık ümüdümü üzüb evə girdim ilan vuran yatdı, mən yatmadım. İlk sevgimin niyə daşa dəyib çiliklənməsinin ilgisini, axtarmağa çalışdım. Sonda belə dəngəyə (qərara) gəldim ki, axı mənim qundağım belə qara geyimdə böyüyüb. Bir yaşımdan müharibə atamı əlimdən alıbdır. Qundağımı qara bəliyibdir. Anam qara geyimdə qara saçını ağardıbdır. Demək sevgimin də qara geyinməsi mənim qara taleyimə yazılbdir. Bununla mən barışmalıyam deyib, unutmağa çalışdım. Sentyabrda bir aydı ki, oxuyurdum. Onun toyu başladı. Gördüm onun toy sədasını eşitdikcə halım pisləşir. Unutmak isdəsəm də unuda bilmirəm. Başqa yer tapıb o məhəllədən uzaklaşdım. Onunla ilgili olan bütün anımlarımı (xatirələrimi) unutmağa çalışdım.

İnstitutu bitirdim. Bakı orta məktəblərinin birində dərs deməyə başladım. İki ildir müəllim işləyirəm hər şey öz qaydasında gedir. Özüm kimi ərgən bir ögrətmən (müəllim) yərənim (dostum) var. Bir gün yərənim (dostum) “Ay Abas bu il evlənəcəm, bir qız tapmışam ondan xoşum gəlir, onunla evləmək istəyirəm. Ona deyim sənin üçün də bir yaxşı qız tapsın sən də subaylığın daşını at” dedi. Bir gün dərs arası yərənim, “ay Abas bu gün saat 6-da Nizami kinosunun qabağında səni bir supriz gözləyəcək” dedi. Biz saat 6-da Nizami kino-teatrının qabağında dururduk. Dosdum odur gəlirlər dedi. Əlini qaldırıb, buradayık gəlin deyə yermizi nişanın verdi. Onlar qol-qola tutub bizə sarı gəlirdilər. Bunlar yaxınlaşdıkca mən gözlərimə inana bilmirdim. Gələn o idi. Mələk idi. Yerimdə donub qalmışdım, heç nə eşitmirdim. Mən özümü ələ almağa çalışırdım, ama bacara bilmirdim. Bunlar qarşımızda üzbə-üz durdular. Mən əlimlə üzümü tutub, nə üzlə qarşıma çıxdın deyib, oradan qaçdım. Dostum çağırsa da geri dönmədim.

Səhər dostumla dərsdə görüşdük, “dərsdən sonra mənsiz getmə sözüm var” dedi. Dərsdən sonra dərs otaklarının birində oturub dərtləşdik. Dostum sözə başladı. “Sən qaçanda dalınca səni çağırırdım ki, birdən yanımıza gələn qız şappıltı ilə yıxıldı. Nə qədər calışdık özünə gəlmədi. Təcili yardım maşını çağırıb, xəstəxanaya apardık. Beyn silkələnməsi diaqnozu ilə xəstəxanada yatırtdılar. Nişanlım onun başından keçən ilginc olayı mənə danışdı. O iki ilə yaxın sənin sevgilin olub, sonra varlı bir mağaza müdirinin oğluna ərə veriblər. Oğlanda ənəşə asıllığı olub, qızı hər gün döyürmüş. Bir il bir təhər dözüb, bir ildən sonra oğlandan boşanıbdır. İndi taleə bax ki, yenidən bir də görüşdünüz.  Mələk bizə yalvardı ki, səni onun yanına xəstəxanaya aparım, sənə deyəsi sözü var, gedərsənmi nə deyirsən” dedi. Mən də yox deyə cavab verdim. Üç gün xəstəxanada yatır evinə gəlir.

 Bir gün çıxıb dərsə gedirdim ki, bir oğlan mənə yaxınlaşdı “Abas müəllim sənsənmi” dedi. Mənəm dedim. “Bu bötük (məktub) sənə çatacak” deyib mənə bir bötiy (məktub) verib getdi. bötiyi açdım ki, yazılıb: “Mən ilk sevgimə satqınlık elədim, sənə etibarsız çıxdım. Bu üç ildə özüm sənsiz olsam da ürəyim həmişə səninlə döyünüb. Artık dözə bilmirəm, ona görə də əzgimi (cəzamı) özümə, özüm verirəm. Yalnız səndən diləyim odur ki, üstümə ilk torpağı sən tök. Salamat qal”. Tez taksiyə oturub onlara qaçdım. Gördüm qapıları dolu adamlardır. Yaxınlaşıb birindən soruşdum ki, nə olubdur. Almərdən kişinin qızı sirkə içib ölüm ayağındadır dedilər. İndi haradadır deyəndə, təcilə yardım apardı dedilər. Tez taksiyə oturub xəstəxanaya qaçdım. Həkimlər nə qədər döşümdən itələdilərsə, zorlayıb yanına girdim. Ağılı özündə idi, ama danışa bilmirdi. Başını qucağıma alıb arxasında oturdum. Həkimlər polislə yanıma girdilər ki məni çıxartsınlar. Mələk əlilə həkimə bildirdi ki, məni çıxartmasınlar. Həkim də polisə nə pıçıldadısa polis getdi. Elə başı qucağımda mədəsini yudular. Bir saata yaxın arxasında oturdum. Gördüm get-gedə üzü avazıyır. Qucağımda canını tapşırdı. Elə də basdırılanda qəbrstanlığa gedib, həm ölümünə bais olan bir kəs kimi, həm də ilk sevgilksi kimi üstünə ilk torpağı tökdüm. Bu da mənim ilk qara sevgimin qara tarixcəsi oldu.                    

                                              

                                   VI- Konu: Suçsuz bəylərin acı apatı (faciəsi).

Gürcüstanın Bolnisi rayon xəstəxanasında həkim işləyirdim. İşləməyimin ilk ili idi. Saraclı kəndndən bir xəstəm var idi. Xəstə sağalmaq dönəmində idi. Şirin danışıklı dünyanı görüb-götürmüş  70  yaşlı müdrik bir adam idi. Uzun illər Borçalı (indiki Marneuli) rayonunun milis rəisi işləmişdi. Bir gün xəstəxanada gecə növbəsində idim. Xəstəm yanıma gəldi. Keçmiş bəzi olaylardan danışırdı. Sayğılı və yaşlı olduğu üçün əmi deyirdim (adını unutmuşam). Ay əmi uzun sürə milis başqanı (rəisi) işləyibsən, sovet hökumətini quran ilk adamlardansan. Yəqin ki, yaddaşında çox ilgincli (maraqlı) olaylar var. Onlardan danış gecəni keçirək dedim. Üzümə baxıb yumşaqdan gülümsədi.  “Ay oğul o ki, belə ilginclənirsən (maraqlanırsan) sənə mənim üçün də ilgincli (maraqlı) olan bir keçmiş olayı danışım” dedi və danışmağa başladı:

“Mən bizim rayonda ilk komsomol olanlardan biriyəm 16 yaşımda komsomola üzv oldum. 18 yaşımda komsomol komitəsinin katibi oldum. 20 yaşımda kənd milisi, 25 yaşımda rayon milisi. 30 yaşımda rayon milis başqanı (rəisi) oldum. 30 il o işdə işləyib o qulluqdan da əməkli oldum (təqaüdə çıxdım). Ömürümdə rənga-rəng çeşitli çox olaylarr gördüm. Bizim kəndin bir olayından söz açım dedi.      

Keçmişdə Car hökuməti dönəmində hər elin-obanın özünün ağası-bəyi olurdu. Bizim kəndin də çox yaxşı elin dolandırıcı (xeyirxah) bir ağası var idi. Elin ağ günü üçün çox işlər görərdi. Darda qalanın əlini tutardı. Eldə onu həmişə sayğı ilə qarşılayardı. Dönəm gəldi dolandı Çar hökuməti yıxıldı. Yerinə Şura hökuməti gəldi. Təzə qurulan hökumət ağaların əlində olan var-dövlətin hamısını aldı. Bütün ağalık yarğıları (hökmləri) əlindən alınan ağa bu alçalmaya dözməyib öldü. Üç yaxşı oğlanları qaldı. Onlar da ataları kimi sakit hökumət işinə qarışmayan elsevər oğlanlar idilər. Sovet hökuməti yavaş- yavaş ağaları, bəyləri sıxışdırmağa başlıdı. Hökumətdən narazı olan ağalar- bəylər. İrana, Türkiyəyə qaçmağa, ya da qaçaqlıq eləməyə başladılar. Ama bu qardaşlar heç yana qaçmayıb, öz qayğıları ilə yaşayırdılar. Artıq mən milis başqanı işləyirdim. Bir də adsız bötük (məktub) aldım. Yazılmışdı ki, qonşu kənddən türkiyəyə qaçan ağanı filan qardaşlar öyrədib göndəriblər. O, orada uyğun durum düzəltdikdən sonra bu qardaşlar da qaçıb gedəcəklər. Bu üç qardaşların ikisini tutduq, nə qədər and içdilərsə ki, o ağanın qaçmasından  bizim salıqmız (xəbərimiz) yoxdur. Troykanın ( Partiya, KQB və milis üçlüyü) dəngəliyi (qərarı) ilə hər iki qardaşları kəndin qırağında (kənarında) güllələdik.  Göz qoyuram ki, kiçik qardaş heç nəyə qarışmır, suyu üfürə-üfürə içir.  Ama arvadının gözəlliyi dillərdə dəstandır. Bir gün yenə adsız botük (məktub) aldım ki, kəndin kiçik ağası silah alıb, qardaşlarının qanını almak üçün hökumət adamlarından bir neçəsini öldürüb türkiyəyə qaçacaqdır. Bir-neçə milis götürüb bəyin qapısına getdim. Bizi görəndə bəy yerində qurudu, (gördüm arvadı haqqında eşitdiklərim azdı gözəllikdə tayı-bərabəri yoxdur). Evini aramağa gəlmişik dedim. Evi alt-üst eləmədən silahı ver gedək deim. “Naçalnik  mən ömürümdə əlimə silah almamışam aran tapa bilərsiniz  tutun” dedi. Evi həyəti alt-üst elədik silah tapılmadı. Kəndin də bir ayağı gödək, çolaq komsomolu var idi. Mən bunu həmişə çolaq deyə çağrırdım. Bu da bizimlədir. Mənə yaxınlaşıb “naçəlnik izin ver mən axdarım” dedi. İzin verdim , bir-iki yrə baxdı həyətdəki püş yığınına getdi. Qolunu püş yığınına salıb parçaya bükülmüş rus beşaçılanını çıxartdı. Bunun  belə asan tapması məndə quşqu (şübhə) yaratdı. Mən bəyin üzünə bxdım gördüm dümmağ ağarıb, dili söz tutar-tutmaz “naçalnik bu nə oyundur başıma gəlir” dedi. Bu söz də şübhəmi lap bərkitdi. Bəyi tutub apardıq  troykanın yarğıtayı (məhkəməsi) oldu.  Onu da güllələdilər. Qardaşların adına gələn adsız bötükləri (məktubları) yoxladım ki, ikisini də bir adam yazıbdır. Bu bötüklərin yalan ya doğru olması haqda məndə quşqu yarandı. Olaydan bir ay keçmişdi ki, bəyin gözəl arvadını həmin çolax komsomol apardığını dedilər. Bunu eşidəndə kuşqum (şübhəm) daha da artdı. Bizə işləyən ara qadınlarından birini gəlinin yanına göndərdim ki, ağzını arasın. Niyə belə tez ərə getdiyini öyrənsin, Kəlin danışır ki. “ərimin düşməninə getməkdən ölüm yaxşıdır. Mən ərə yox, gora gəlmişəm. Bunlar məni zorla qaçırdılar. Bu biyabırçılıqdan sonra da haraya qayıda bilərəm” deyir. Bu danışıkdan sonra hər bir nərsə (şey) mənə aydın oldu.

 Bir gün özəkdən (mərkəzdən) salık (xəbər) gəldi ki, sizin ormanda qaçaqlar var. Qaçaqların yerlərini düzgün öyrəndim. Bir xeyli atriyat (O dönəmlərdə hər kənddə, kəndi qoruyan könüllü milislər olurdu. Onlara atriyat deyilirdi) topladım, çolaq komsomolu da götürdüm.  Olay yerinə çatanda  atriyatlara onlar sizdən adam vurmamış siz heç kimi nişan almayın. Yalnız hay-küylü səs salın ki, bizim torpaqdan çıxıb getsınlar dedim. Gördüm sağımda bir kaşan yolu, (cığır) var. Komsomola sən bu cığırla qalx qaçaklardan sənə tuş (rast) gələn olsa qorxudub  atryatların üstünə qaytar dedim. Atriyad ormana dağıldı. Mən cığırla komsomolun dalınca getdim. O məni cığırda görüb dayandı , yaxınlaşıb ayə çolaq köpək oğlu almağa arvad yox idi ki, bir arvad üçün sən üç iyid oğulu bada verdin deyib güləni gövdəsinə doldurdum. İndi ay oğul 40 il silah gəzdirdim. Heç bir dönəmdə bilə-bilə haqqı nahaqqa qurban vermədim. Heç kimi öldürmədim. Yalnız çolaq komsomolu öldürdüm, onu da haqlı olaraq öldürdüm. Məndən sənə nəsihət, hələ gəncsən həyata addımını yeni atırsan. Nahaq davranışdan və nahaq sözdən ağır suç yoxdur. Şərdən, böhtandan  nahaq davranışdan uzaq ol, düşmənə də şər atma ” dedi. Xəstəmin bu nəsihəti qulağımda sırğa oldu. Bir kərə də olsun dilimə şər, böhtan gəlmədi. Ama özüm həmişə şər, böhtan, haqsızlıklar basqısına tuş olmuşam.

                                           VII- konu:  BAKI OLAYI.

         Qonşuluğumuzda iki qonşu gəlin yaşayırdı. Tış görüşlərində bir birinin əksi idilər. Biri gözəl, o birisi isə çirkin idi. Çirkin həmişə gözələ paxıllık edərək kısqançlığını çəkirdi. Ancak üzdə bir bacılık (rəfiqə) kimi şirin görüşürdülər. Bu paxıllıq get-gedə diksintiyə (nifrətə) çevrilir. Ona hər-hansı bir zərər yetirməyi düşünür. Bir gün gəlinin uşaqla başqarışığı (məşğul) olmasından əlinə girəvə düşən qonşu, bişdüş (mətbəx) otağına keçib qaz sobasını açır. Uşaqlarını yerləşdirdikdən sonra gəlin bişdüş otağına keçir. Sobanı yandırmaq istəyərkən otaqda partlayış baş verir. Səsə qonşular yetişir, Gəlini ağır durumda xəstəxanaya aparırlar. Uzun müalicədən sonra xəstə sağalır, Ancaq gözəllikdən heç bir iz qalmır. Ərinin bir neçə kərə plastik əməliyat etdirməsinə baxmayaraq, ilk gözəlliyi qaytara bilmir. Gəlin evinə gələndə qonşusu gözaydınlığı vermək üçün onun yanına gəlir. “Oğul-uşağıyın yanına xoş gəldin” deyir. Qarşılıq olaraq gəlin, “ürəyini lap buz kimi sərin tut, paxıllıq ediləsi bir şeyim qoymadı” deyir. Qonşunun üzü qıp-qırmızı qızarır, xəyanətinin bilindiyini düşünür. Əri isə “heç bir damla düşünmə sən mənim gözümdə həmişəkindən də gözəlsən” deyib könlünü alır.  

         Xalq arasında deyim: “Gözəlin gözəlliyi həmişə özünə düşməndir. Onu yalnız ağıllı gözəl qoruya bilər” deyimi, bu olayda özünü doğruldur.

1 yorum:

  1. Wow, orada olan bütün dostlara mövsümi təbriklər, çox həyəcanlıyam ki, pozulmuş Evliliyim bərpa edildi və həyat yoldaşım iki uşağımla başqa bir qadınla ayrıldıqdan sonra qayıtdı. 8 illik evliliyindən sonra həyat yoldaşım və nəhayət məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Azərbaycana, Bakıya köçənə qədər bir döyüşdə ya da digərində olduq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimi əzab verən ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki həqiqətən ərimə aşiq idim. Hər gün və hər gecə onu düşünürəm və həmişə onun yanına qayıtmasını arzulayırdım, həqiqətən kədərləndim və köməyə ehtiyacım var idi, buna görə də onlayn kömək axtardım və Dr. İgbinovia'nın bir çox insana kömək etdiyini söyləyən bir veb sayt tapdım. əlaqəni geri qaytarmaq üçün, Sonra bir cəhd etməli olduğumu hiss etdim. Mən onunla əlaqə saxladım və o nə edəcəyimi söylədi və mən də etdim, sonra mənim üçün (Sevgi yazısı) etdi. 28 saatdan sonra həyat yoldaşım həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını söylədi, o qədər də heyrətamiz! və eyni gündə o, çox sevgi və sevinclə geri döndü və etdiyi səhv üçün və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən etibarən evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı doktor İgbinovia sayəsində. O qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, doktor İgbinovia, gerçək və güclü sehrbazdır, əgər münasibətiniz geri lazımdırsa və ya əriniz başqa bir qadınla köçürsə, artıq ağlamayın, bu güclü sehr gəmisi ilə əlaqə qurun . Kontaktınız budur: doctorigbinovia93@gmail.com elektron poçtuna bir e-poçt göndərin, onu da zəng edə və ya Whatsapp-a əlavə edə bilərsiniz: +2348144480786 və ya da viber-də +2348144480786 nömrəli telefonla əlaqə saxlaya bilərsiz və lazım olanları götürün Sən.......

    YanıtlaSil