29 Eylül 2019 Pazar

Düşüncələr


                                                 DÜŞÜNCƏLƏRİM.

                                                   Tanrı ilə söhbət.

        Qocaman dönəmim dolanır, gün keçir, ay keçir bir gün, Tanrı ilə üz-üzə oturub, söhbət edirəm. Ondan tale dəftərimi soruşuram. Bircə anlığa ona baxmaq istədiyimi bildirirəm. Orada yazılanları, 80 illik keçdiyim yolla müqaisə eləmək istəyirəm. Ulu Tanrı da xətrimə dəyməyib, mənə bir dəftər verir. Dəftəri nə qədər vərəqləyirəmsə, oyan-buyana çevirirəmsə heç nədən baş açmıram. Hansı dildə yazıldığını qana bilmirəm. Onun üçündə heç nə oxuya bilmirəm. Axırda dəftərimi qaytarıb, özündən soruşuram. Allahım sən deyirsən, “Həqiqətən Allah heç kəsə zərrədək zülüm etməz” (Quran 4/40) Bəs bu edilən zülümlər, sitəmlər haradandır? Hamısı da sənin adınla ilgilənir. Tanrının gözündən bir an belə qaçmır deyirlər deyə soruşuram.  O da, ” Mən yaradıcı varlığam, yaratdığım hər şeyi gözəl yaratmışam. Hər bir yaratdığım varlıqların taleylərini özləri kimi gözəl, qismətlərini gen-bol vermişəm. Bütün ehdiyaclarını ödəmişəm. Mən sizin hamınızı sevmişəm, sevib-seçib yaratmışam. Sizin üçün uçmağı- cənnəti sizə bağışlamışam (hədiyə eləmişəm). Mənim dəftərimdə yarımçıq ömür, əcəlsiz ölüm, ağır işgəncələr Allaha qurbanlar yoxdur, onlara ehdiycım da yoxdur. Deyilənlərə inanma, mənim dəftərimdə insanlara sağlam ömür, gözəl yaşam var. Mən yaratdıqlarıma heç bir halda xor baxmaram. Yaratdığıma yazdığım kimi də zərrə qədər zülüm etmərəm. Səni yaradanda kutsallığını (xoşbəxtliyini) öz öhdənə vermişəm. Sənə verdiyim ağılı özün düzgün işlətmirsən. Onun üçün də yolunu azmısan, addımlarını daşlı- kəsəkli hamar olmayan cığırdan salmısan. Suçu məndə yox, özündə gör”deyir.

           Bəs belə olan halda bu dünyada baş verən göz yaşları, qırğınlar, gözəlliklərin dağıdılıb veran edilməsi hardandır. Niyə baş verir. Bunları kim yaradır.? Deyə soruşuram.

          “Mən bəndələrə zülüm edən deyiləm” (Quran 50/29). Onların hamısının nədəni sizin özünüzün içinizin qurtluluğudur, yaramazlıqlarınızdır, bir- birinizi bəyənməməkliyinizdir. Bir-birinizin yeməyinizi, azığınızı zorla almağınızdır. Eli, hətda dünyanı idarə edən öz içərinizdən çıxan quduzlaşmış adamlardır. Mən onlara bol us-ağıl verməklə sürüyə çoban etmişəm. Əyər o bol ağlını qurmağa, yaratmağa, gözəlliyə işlətmirsə, yandırmağa, dağıtmağa, yox etməyə işlədirsə onda mənim suçum yoxdur. Bu eybecərlikləri sizin özünüz yaradırsınız, ama mənim adıma yazırsınız. Sizin pis əməllərinizdən mənim yaratdığım gözəl dünyam əziyyət çəkir. Mənim dünyamda gözəl yaşamaq üçün içinizin kin-kifirini çıxardın, atın. Yoxsa aləmlə birlikdə sizdə məhv olcaqsınız” deyir.

            Deyirəm: Ey ulu Tanrım sevgilə yaratdığınız adamların çoxunu son düşərgəyə çatmağa, son basamada oturmağa qoymursunuz. Kimini aləmə göz açmamış, kimini igidlik yaşına çatmamış, kimini gözü yolda, kimini sarsıntılı aparırsan niyə?

           Tanrı: “ Sən mənə qarayaxırsan, mənim kuralım çözülməzdir. Mənim yazılı qanunum budur: Yaratdığım dünyamın qurluşuna uyğun adamlara 100- 140 yaş arası ömür vermişəm. Mən sevib yaratdığımı zülümlə aparmaram. Körpə uşaqların, gənclərin sürəsiz (vaxtsız) getmələrinin suçunu siz özünüzdə, özünüzün işlədiyiniz pis əməllərinizdə, etdiyiniz yaramazlıklarda,yanılmalarınızda görün” deyir.

             Deyirəm: Ey Tanrım eləisə, göndərdiyin kəlamda hər addım başı“Yalnız məndən qorxun, ”(Quran 2\40). “Ancaq məndən qorxun” (Quran 2\41). Sizi cəhənnəmimdə yandıraram deyirsiniz. Biz də ömrümüzü, günümüzü qorxu və həyacan içində keçiririk. Sizin xeyirxahlıqlığınızla, qəddarlığınızı necə  seçmık olar?

               Tanrı: “Mənim kitabımda yalnız insanlara veriləsi sevgi uzun və sağlam ömür var, sevinc var. Cənnət baxşeyişləri (hədiyələri) var. Gözəl axirət dünyası var. Mən o sözləri şeytana qulluq edənlər üçün demişəm. Şeytana qulluq etməyin mənim qəzəbimə də tuş gəlməyin. Qalan bütün olayları, bədəməlləri siz düzüb qoşdunuz. Şeytanın əməllərini mənim adıma yazıbsınız. Sizi suçunuz ondadır ki, Şeytanı mənə tay sayırsınız. Sizə verdiyim ağılı yetərincə işlətsəniz mənim dolandırıcılığımı (xeyirxahlığımı) çox yaxşı və aydın görərsiniz. Siz ağlınızın çoxunu Şeytanın öhdəsinə verirsiniz, Ağlınızı özünüz işlətmirsiniz. Onun üçün də cəhənnəm odunda yanırsınız  Bunun üçün də siz suçlu (günahkar) olubsunuz. Şeytanın yoluna qulluq etdiyiniz üçün, pisəməlləri, ləkəni- qarayaxmanı (şəri-böhtanı) yaydığınız, yalanları, doğru yerinə keçirdiyiniz üçün, sizin yolunuz Şeytanın yaratdığı Cəhənnəm odundan, Qıl körpüsündən, qır qazanından keçən yoldur”.

           Soruşuram: Ey Tanrım deyirsən “Şeytanı mən yaratdım.” İndi o da hər işdə sənin tərsinə gedir, sözünə baxmır. Özünə yağımı (düşmənmi) yaratdın, yaratmasan olmazdımı?

         Allah: “Aləmdə hər şeyi qoşa yaratmışam. Çütlük, qoşalıq yaşam üçün gəlişmə qaynağıdır, yoludur, qoşalık yaşam kuralıdır. Təklik olan yerdə ağıl işlətməsi, gəlişmə ola bilməz. Elə də Şeytansız gəlişmə ola bilməz. Mən Cənnəti yalnız  Adəm və Həvva üçün yaratdım. “Biz dedik ey Adəm sən zövcənlə Cənnətdə qal (Quran 2\35, 4\11, 7\13), Amma adamların artıb, coxalmaları Şeytanın işidir, onun əməlidir. (Quran: 7/22) adamların ayıb, doğum yerlərini Şeytan yaratdı (Quran 20\121). O ilgidən də adamlar artıb çoxaldılar, dünyanı tutdular. İndi də Şeytan qalıb qırakda, adamlar hər bir nərsədə, yaxşılığı da, pisliyi də mənim ayağıma yazırlar. Hal bu ki, mən yalnız yaxşılıklarla uğraşmadayam (məşğulam). Azdımı ata- anasına ağ olan oğul-qız. Şeytan da elələrindəndir, mənə ağ oldu. Şeytanın olmasının gərəkliyinin biri də odur ki, o məni adamlara tanıdır. Onun pisliyi olmasa mənim yaxşılığımı görməzlər.  Çox yazıklar ki, bu ayrıntılığı siz seçmirsiniz.

          Soruşuram: Ulu Tanrım Adəm və Həvvanın ayıb yerinin yaranması Şeytanın işidirsə, adamların artıb dünyanı tutmalarının nədəni şeytandırsa, belə görünür ki, bizim varlığımızda səninlə yanaşı Şeytanın da yarğısı (hökmü) var. Belə olan halda biz varlığımız üçün sizinlə yanaşı Şeytana da borcluyuq. Demək ona yaramağımızda, ona qulluq etməyimizdə biz suçlu deyilik.

          Tanrı: “ Sən çox doğru düşünürsən, sizin törəmələr verməyinizin ilgisi Şeytandır. Artım mənim yadımdan çıxmışdı o yaratdı. Ona sayğılı olmağınızı bəyənirəm. Ancaq unutmayın ki, Şeytanın xəmiri pislik yaradan oddan yoğrulubdur. Sizin xəmiriniz isə su və torpakdan yoğrulubdur. Onun amacı pislik olduğu kimi, sizin amacınız yaxşılık olmalıdır. Şeytana da yaxşılıkla yanaşın, könlünü almağa çalışın ki, o sizə pislik etməsin. 

          Soruşuram: Ey Tanrım bu nə sirdir: İki qardaşın biri uyğulu (ədalətli) olur, biri uyğusuz (ədalətsiz) olur. Biri qan yuyur, o biri qan tökür. Biri həyalıdı, o biri həyasızdı. Biri gülür, o biri ağlayır. Biri süd gölündə üzür, o biri bir loxma yemədən ac yatır. Birinə cəh-cəlallı saraylar azlıq edir, o biri üstünə örtməyə yorğan tapmır. Biri bazardan ən bahalısını alır, o biri bazarın zibilliyini axtarır. Biri tanrıya var deyir, o biri yoxdu deyir. Bunların hansı düz yoldur, hansı doğrudur?.

          Tanrı: Uyğu (Ədalət) paylayan, qan yuyan, hayalı davranan, dünya nemətlərini yetərincə yığan ağlını həmişə yaxşıya sarı işlədən məndəndir. Süd gölündə üzən, cəh-cəlallı sarayda gəzən, bahalı nemətlər sahibi olan, göz yaşı ilə var yığan, Şeytandandır. O yığılanın hamısını Hinkir-Minkir sıxıb selik kimi burnundan axıdacaqdır.

          Geridə qalanlar da verdiyim ağılı düzgün işlətmirlər onun üçün də əziyətini şəkirlər.  Mən hər şeyi uyğuluqla (ədalətlə) və uyğuluğun başarılı işlədilməsi üçün yaratmışam. Siz irəli gedənə badalaq verib yıxırsınız, yararlıların əlini kəsirsiniz. Kasıbın azıqına (qismətinə) göz tikirsiniz. Bütün uyğuluqsuzluqları siz özünüz yaradırsınız. Mənə də qarayaxmalar atıb, yamanlıq edirsiniz.

           Ulu Tanrım mən  ömür yolumun çoxunu yanlışlıqlarla keçirdim. Etdiyim yanlışlıqları düzəltmək üçün yenidən yaşamaq istəyirəm. Ona görə də öləndən sonra məni yenidən dirildib bu dünyaya qaytarmağınızı Sizdən diləyirəm.

         Tanrı: “Səni adam yaratmışam. sənə bolluca us-ağıl vermişəm ki, düşünəsən, usunu düzgün işlədəsən, yanlışlıqlara yol verməyəsən, Sənə verdiyim usun ağırlığını heç dünyanın ən böyük dağı olan Qaf dağına verməmişəm. Mövlanə Rumi boş yerə insan  ağlını Qaf dağı ilə ələşdirməyibdirki (müqaisə etməyibdir). Sizə Qaf dağı ağırlığında ağılı mən vermişəm. Ağıl dənizini yerində və düzgün işlədəydin ki, sonradan öküngön (peşman) olmayaydın.Acgöz olma, ömür adama bir kərə verilir. Bir daha verilməz” deyir.

 

                                           Tanrıya çatma- anma (zikr) haqqında.

 Din baxımından  Tanrıya ulaşmanın kökləri çox uzaq keçmişlərə gedib çıxır. Bu dini cansal (psixoloji) yol, ululuğu (qədimliyi) ilə yanaşı həm də çox çətin yerinə yetirilən bir duyğusal yoldur.  Bu yolu yaşamaq üçün keçmişin ən öncələrində Tanrıya ulaşma tapınak ocaqlarını hündür dağ zağalarında (mağaralarında), sonralar isə tapınaqlar yanında tikilmiş köşklərdə keçirmişlər. İslam dini də öncəki dinlər kimi tanrıya çatmanı (zikri) ulaşmlarla yaşatmışdır. Bu yolda çalışan adam ilk öncə  sakit, səs-küydən yzaq bir  yer seçir. Bu yolun yolçusu olan kimsə ilk öncə özünü aşılama (təlqin) bacarığına yiyələnməni öyrənir. Bunun üçün öyrətmən (mürşid) yanında egitim keçməlidir. Özünü yönətmə (idarə etmə) bacarığı yarandıqdan sonra o kimsə anlamını, düşüncəsini, bütün davranışını bir yana yönəldir, Bütün dış düşüncələri özündən uzaqlaşdırır və özünü basqısız hala gətirir. Bu halda  qarşısında yalnız Tanrını görür və onu düşünür. Beyin dışdan (xaricdən)  heç bir qıcıq, yayımı almır. Yalnız Tanrı siqnalını gözləyir. Belə bir durumda üyələrin (orqanların), ilginliklə beyinin alımlama (qəbul etmə) gücü bir neçə kərə artmış olur. Bütün duyğu üyələri (orqanları) dış aləmin, Tanrının öhdəsinə verilir. Bunu bir parası sakitlikdə, bir parası qaranlıqda, bir parası sakitləşdirici xoş hava (musiqi) səsləri altında, bir parası isə goy (səma)oyunu düzəni (ritimi) (Böyük və kiçik ayı bürclərinin Cobanulduzu yörəsinə həmişə sağa doğru fırlanması, dolanma törəni) ilə  keçirilir. Bütün beyin hüceyrələrinin iş bacarığı yalnız qoyulan istək  və duyğu yörəsində (ətrafında) cəmlənir. Belə olan halda beyin qoyulan sorunu daha dolğun, daha düzgün yerinə yetirmiş olur. Belə bir anma (zikir) halında olanın, tanrı orta və yüngül suçlarıni təmizləyir.

 Anma-çatma (zikir) halında olanda Tanrıya imrənmə yolu açılır adamda üçüncü göz  və ya 6-cı duyğu oyanır, beyin geniş bilgilər alır. Bununla adamlar kosmosla, Tanrı dediymiz bilinməz (məchul) varlıqla bağlılıq yarada bilirlər. Belə halda dış varlıqlarla, kosmosla ilgi yaradan varlıq adamın içində olan candır (ruhdur). Kosmosla əlaqə yaranarkən kosmik can (ruh)  gövdədən tamam çıxmır. Günəşin ışını ilə yerin ilişgiliyinə bənzər bir ulaşma ilə aralanır və dışdan istənilən olayları beyinə ötürür. Beləliklə Tanrıya ulaşma ipucu  yaranır. Adam özünü Tanrı yanında görür.  Tanrıçılıqdan gəlmə olan bu yolu sonralar bütün dinlər öznünküləşdirmişlər.  İslamiyyətdən sonra türk sofiləri tanrıçılıkdan gəlmə çobanulduzu oyununu islam təriqətinə gətirmişlər. Bu yolda Bektaşinin böyük xidməti olmuşdur. Tanrıçılığın bir çox gələnəklərilə yanaşı “Səma” oyunu da islam təriqətinə gətirmiş, bununla da islamda haqqa qovuşma məqamını yaratmışdır. 

 Anmanın (zikrin) dini suçlardan başqa, bilik dünyasında da önəmli yeri var. Anma bir sıra psixiki pozqunluqları, sayrılıqları da sağaldır, sağlamlığı qoruyur. Əgər gövdədə toplanmış pis (neqativ) enerji varsa anma (zikr) onu dərmansız, özünü aşılama yolu ilə sağaltmaq gücündə olur.

                                         Ağıl- Us haqqında.

Osman Nuri yazır: “Əgər ağıl bütün işləri görə biləcək qüdrətdə olsa idi, hidayət rəhbəri olan peyğəmbərlərə ehtiyac olmaz idi. Bu baxımdan ağıl vəhyin liderliyinə möhdacdır” (Osman N. “İmandan ehsana təsəvvüf”.Bakı 2009 s.-108). Göründüyü kimi Osman N. adamı heyvan düzəynədək endirir. Sözünün deyilişindən belə çıxır ki, us-ağıl yalnız peyğəmbərlərdə olmuşdur. Qalan adamların usu-ağlı peyğəmbərlərin vəhyilərinə borcludur. Daha sonra o yazır: “Qəlbi həyat və onun mənəvi duyğu və hissiləri olmadan, ancaq ağılla sonsuz həqiqətlər aləminə getmək olmaz.” (s.-109). O qəlbin ağıldan yüksəkdə durduğunu, daha geniş düşüncə bacarığında olduğunu deyir. Usun-Ağılın sınırının dar olduğunu, qəlbin (ürəyin) isə sınırsız düşüncəli olduğunu deyir.

Fazıl Kısakürək yazır: ” Gördüm ki, hər şey peyğəmbərlər peyğəmbərinin ruh feyzinə sığınmaqdan ibarətdir, yerdə qalan yalan, qorxu və xəyaldır! Ağıl isə bir heçdir”.(O.N.s.109).

 Osman Nuri Topbaşın və Fazil  Kısakürəyin yazılarını oxuyanda onların usa (ağıla) verdikləri tanıtma (tərif) məni sarsıtdı. O üzdən də bu yazını yazmalı oldum. Bizim bu yazarlar 20-21-ci yüzillikdə yaşasalar da, onların duyğu və düşüncələri hələ də 8-9-cu yüzillikdədir. Görün onların dedikləri necə də aşağa, ucuz düşüncədir. Heç bir incələməyə (təhlilə) və tutamalı gerçəkliyə (dəlilə)  sığmayan geniş ölçülü usa- ağıla alçaldıcı bir sonluq verir, usa-ağıla heçdir deyir. Belə düşüncəli yazarlar hələ də çoxdur. Hər şeydən öncə onu unudurlar ki,  adam yalnız usu- ağılı ilə heyvandan seçilir. Ona heçdir demək aşırılığa, çürüklüyə (fanatikliyə) sarı yuvarlanmakdan başqa bir nəsnə (şey) deyildir.

Ağıl sınırsız bir talaydır (okyandır), bilik ona sarı axan çaydır. Yeniyetmə isə dağ ətəyindəki bulakdır. Bulaklardan axanları çaylar, çaylardan axanları dənizlər, dənizləri talaylar (okyanlar) qucağına aldığı kim, biliyi də ağıl o cür öz qoynuna alır, yetginləşdirir, ellər arasında parlayan  günəşə çevrilir.

Ağıl doğanın bir çox çeşitli olaylarını beyinin qavram, bilinc və anlam yolu ilə olayları incələyən görəvdir (funksiyasıdır). Ağıl elə bir güclü, gizəmli (sirli) varlıqdır ki, Hələ bu gün bilik (elm), ağlın bir çox tansıklarının (möcüzələrinin) incələnmələrini, çözmələrini (təhlilini),  açıqlamaqda gücsüzdür. Belə ki, beynin görəvisı olan anakın- yaddaşın, anlamın (idrakın), düşüncənən (təfəkkürün) və b. soyut olayların yaranma yolları bir giz kimi hələ də bilik aləmində anlaşımsız və açıqlanmamış qalır. Gələcək olayların qabaqcadan duşda (yuxuda) görünməsi və qipnozda gələcək gizlərin açıqlanma hallarının baş vermə kurallarının (qaydalarının) aydınlaşdırılmasında, çeşitli düşüncələr  olsa da, hələ ki, bilik dolğunluğu və aydınlığı ilə açıqlamamışdır. Bunların hamısı usun-ağılın açılmamış gizləridir. Belə bir tansıklı (möcüzəli) varlığa necə heçdir demək olar.

Yuxarda adları çəkilən təsəvvüfçülər, ağıla yox, yalnız duyğulara üstünlük verirlər. Salıkları (xəbərləri) yoxdur ki, duyğu və ağıl hər ikisi də bir qaynağın, maddi varlıq olan beyinin ürünüdür (məhsuludur). Bilginlərimiz çoxdan kanıtlamışlar (sübut etmişdir) ki, qəlbdə (ürəkdə) heç bir mənəvi duyğu və hissiyyat yoxdur. O yalnız ət parçası olaraq yaşamaq üçün yararlı olan qanı üyələrə (orqanlara) ötürücülük görəvilərini yerinə yetirir.

 Yuxarıda adları çəkilən yazarlar, böyüklüyü ölçüyə gəlməyən, bu aləmin yiyəsi olan Tanrı ilə, aləmdən ölçüsüz dərəcədə kiçik olan adamı  qarşılaşdırırlar və gülünc sonluq çıxardaraq ağıla heçdir deyirlər. Ağıl hər nəsnəni özündə birləşdirən geniş anlamda beyinin çox çeşitli olan görəvilərinə (funksiyalarına) verilən addır. Ağıl anlamdır, bilincdir, düşüncədir, dərinbilikdir, anakdır, yaddaşdır, sözlərdən cümlə yaradan tansıkdır (möcüzədir) və başqa bir çox halların görəvlik qaynağıdır.

XXI-əsr bilim adamlarından ayrıntılı (fərqli) olaraq , hələ X- Y.Y.də yaşamış böyük düşünür şair  Firdovsi ağıla necə də Tanrı kuralına uyğun, yeri–yerində yüksək və düzgün öymə (tərif) vermişdir. O, deyir: 

                        “Ağıl nur saçar, qəlbə ziynət verər,                                                                                                         Çətin gündə, iqbala yol göstərər,

                        Ağıl ağladandır, ağıl güldürəndir,

                         Ağıl qaldırandır, ağıl endirəndir.”                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      (Firdovsi “Şahnamə” Bakı 1982 s.16).

Burada Firdovsi ürəyin bütün hızlarının (fəaliyyətlərinin) ağıldan asılı olduğunu deyir.

Firdovsinin bu yığcam öyməsinə saylarla və çeşitlərlə bitik (kitab) yazmaq olar. Başqa qaynaqlar görək usa-ağıla nə tanıtım (tərif) verirlər.

Dinin usa-(ağıla verdiyi ən  son tanıtım (tərif): ”Yaxşını pisdən, xeyri şərdən ayırd etməyə yarayan, zehni qüvvələr baxımından kafi olan şəxsi məfhum əql sahibi məfhumlarıdır”. (İntellekt Az. Dini anlam. Vikipediya)

 Bilimin (elmin) ağıla verdiyi son tanıtma (tərif): “Ağıl yüksək inkişaf etmiş və mürəkkəb diferensasiya edilmiş beyinə malik orqanizmlərin psixiki fəaliyyətinin xüsusi funksiyası; informasiyanı almaq, saxlamaq, dəyişdirmək və qərar vermək...qabiliyətidir” (Fəlsəfə ensiklopedik luğəti. Bakı 1997. s. 12).

Dinin verdiyi tanıtma tamamilə usayatmayan (ağlabatmayan) yersiz və əksiklidir. Bilimin verdiyi tanıtma geniş önəmli və həryönlü olsa da, yenə usun- ağılın tam dəyərini ödəmir.

 Ağıl beynin fizioloji- bioloji,  görəvinin soyut (subyektiv) varlığıdır. Ağıl somut (obyektiv) varlıq olan beyinin psixiki çalışmasının (fəaliyyətinin) çox çeşitli görəvisidir. Ağıl kimsənin öz adını qanmaq anaqından (yaddaşından) tutmuş, aləmin (kainatın) gizləmini (sirrini) aşkarlamağa çalışan geniş ölçülü, geniş sınırlı, geniş görəvili varlıqdır.

Olanayda (tarixdə) ağıla bir çox öymələr, tanıtmalar (təriflər) və bitimləmələr verilibdir. Ancaq ingilis tarixci sosioloqu Henri Tomas (1821-1862) kimi şişirdilmiş və ürəyə yatan öymə deyən  yoxdur. O deyir: “Göyün ən böyük nur saçanı olan Günəş öz əzəməti və cəlalı ilə insan ağılının qarşısında bərabərlik iddiasını edə bilməz.”. ( M. F. Axundov “Kamalüddövlə məktubları” Bakı 1985 s.93).

Dini dünyagörüşü, ağıla iki fəlsəfi yöndən baxaraq ona çeşitli anlam verir. 1. Varlığın-gərəkliyi (Vacibül-vücud) dini fəlsəfi dünyagörüşlü Tövhidçi təsəvvüfçülər ağılın gücünü, çalışqanlığını (fəaliyyətini) alçaldaraq, onu heçə endirirlər. “Hər bir nəsnəni alın yazısı, qəza, qədər həll edir, ağıl o görəvilərin yerinə yetiricisi və  gerçəkləyicisidir” (Osman nuri) deyirlər.

2-ci Varlığın-birliyi (Vəhdəti- vücud) çu təsəvvüfçülər usu- ağılı beyində yerləşən İlahi dənəciyin (zərrəciyin) görəvisidir deyirlər. Bu kiçik adamın ağılı  çox-çox böyük və güclü bir varlıqdır. Tanrını tanıyan və tanıdan yeganə varlıq ağıldır deyirlər.

 Bütün tış və iç aləmin varlığını duyan, duyğular da beyinin varı olan ağılla tanınır və bilinir. Tanrı gizlərini  açıqlayan Tanrını tanıdan, onun varlığını duyan ağıldır. Peyğəmbərlər ona görə peyğəmbərlik etmişlər ki, onlar dönəminin ən ağıllı adamları arasından seçilənlər olmuşlar. Duyğunu usdan öndə və yüksəkdə tutanlar yanılırlar. Bütün duyğular ağılla yönətilir (tənzimlənir). Ağıl olmadıqda duyğular heçdir. Qəlbin və duyğuların  çalışqanlığı ağılla ölçülür.       

İlkdən yucalığa doğru bütün canlılarda, basamalı olaraq, ağılın izlərini görürük. Bilim adamları da bunu çoxdan açıqlamışlar. Ancaq, ən yüksək çalışma, geniş anaklı yaddaş bacarığı, olayları incələmək və araşdırmaq bacarığı, yalnız adama verilmişdir. Biz bu geniş mənəvi varlığın birliyini ağıl adlandırırıq. Ağıl, eyni dönəmdə də özgür seçim və geniş çözüm bacarığıdır.  Yaşamda iz qoymaq üçün  ağılla içgücünün (iradənin) birliyi çox gərəklidir. Ən ağıllı adamda içgücü aşağı olarsa, o kimsə güclü ağlını işlətmədən bu aləmdən köçəndə onu özü ilə aparacaqdır. Güclü usu ağılı ilə güclü içgücü(iradəsi) birləşmiş olan kimsə dünyada silinməz iz buraxır və belələrinə işıqlı kimsələr deyilir.

 Mövlanə Rumi ağılın qarşıgələ (təsadüfi) qatqısından (iştirakından) danışanda, alleqorik bənzətmə çəkərək deyir: “Ovçunun ovuna bir quş düşür. Ovçu tordan quşu çıxardanda quş dilə gəlib deyir: “Məni buraxsan sənə üç tansıqlı (möcüzəli) söz deyərəm. O sözlərin xəzinəsi sənə də sənin uşaqlarına da yetər”. Ovçu razılaşır. Quş deyir: 1. “Görmədiklərinə yalnız eşitməklə inanma. 2. Keçirdiyin yanlış girəvəni sonra yada salıb peşman olma. İndi məni burax üçüncünü deyim”deyir. Ovçu quşu buraxır, quş ağacın budağına qonub deyir: “Qanadımın altında on misqal inci var idi, o sənə azık (qismət) olmadı”. Bunu eşidən ovçu quşu buraxmağına öküngön (peşman) olub ağlayır. Quş da onun ağlına gülərək deyir: ağlama, dediyim sözləri yadına sal. Ağlını işlət, gör üç misqal çəkim olmadığı halda, on misqal incini mən necə gəzdirə bilərəm?” (M.Rumi “Məsnəvi” Ankara 2012. s.355) Ağlın varlığının araşdırılmasına ilgi (səbəb) olan bu bənzətmədən gözəl örnək ola bilməz.

Ruminin bənzətməsindən belə anlamaq olur ki, ağıl olsa da, onu necə və harada  işlətmək  çox böyük bacarıqlı içgüşü ilə işlədilməlidir. M. Rumi böyük din xadimi kimi dolayı yolla çəkdiyi bənzətmədə (təmsildə) varlığın- gərəkliyi fəlsəfəsinə yox, varlığın-birliyi fəlsəfəsinə üstünlük verir. 

Rumi bu alleqorik bənzətməsini (təmsilini), Varlığın- gərəkliyi fəlsəfəsinə dayanaraq aydınlaşdırmır. “Əgər Allah istərsə,  quş on misqal yox, iyirmi misqal gəzdirər demir.  O öz görüşünü varlığın -birliyi baxımından aydınlaşdırır.“  Allah yaratdığı hər bir varlığa onun özünə uyğun us və güc verir. Burada istəsə, istəməsə sözü artıqdır”, deyə qarşılandırır . Mövlanə bununla özünün sofiliyini kəsinləyir. Burada islamçılığa yox, Tanrıçılığa üstünlük verir. Rumi məsnəvinin başqa bir yerində də Tanrıçılıq yönəmindən çıxış edərək, “Nerəyə dönərsiniz orada Allah üzü var” deyir. ( M.Rumi “Məsnəvi Ankara 2012 b. 3640).                                                                                                                                                                                                                                      

Mövlanə Rumi  eyni dönəmdə də Tanrının adamlara bəxş etdiyi ən dəyərli varlığın ağıl  olduğunu kəsinləyərək, bütün çalışmaların, uğurlu və uğursuz olma ilgilərinin  öndəri  olan  ağılı düzgün işlətmək öyüdünü verir.

                        “Ağılın dəvəçiyə bənzər, sənsə dəvəsən,

                             Səni əmrinə bağlar; ; istər istəməz,

                          Dilədiyi yerə çəkər götürər.

                          Cahilin sonradan görəcəyi işi,

                          Ağıllı kişilər öncədən görər.

                          Ağıl ona deyirlər ki; bir yol açsın,

 Yol ona deyirlər ki; Allaha varsın.”- deyir.                                                                                                                                             

                                   (“Mövlanə fəlsəfəsi” İstanbul 2010 s.106) 

Mövlanə Rumiyə görə “Allaha çatma, ona qovuşma yolunu yalnız us- ağıl açır. Adamda olan yetginliyi, kamilliyi ancaq ağıl yaradır, ağıl verir”.

Bütün səma dinlərinin inamlarında və düşüncələrində mənəvi duyğuların hamısının, o ilgidən ağılın da ürəkdə (qəlbdə) yerləşdiyi göstərilir. Ona görə də din bitiklərində ilahi dənəciyin yeri qəlb  olduğu deyilir. Bu cür alımlanmış dini doktrina artıq çoxdan köhnəlmişdir. Adamların bu günkü  düşüncəsi ilə sayselləşmək (hesablaşmaq) gərəkdir. Bilik və us necə diktə edir, olayları elə də açıqlamaq gərəkdir.  Artıq  bütün dindarlar alımlamalıdılar (qəbul etməlidilər) ki, bu gün X-əsr dünyagörüşü köhnəlmişdir. Bu gün XXI-əsrdir. Mənliyin bütün çalışmaları ürəyin yox, beyinin geniş duyğularının ürünüdür və o duyğularla gələcəyə getmək gərəklidir.   

                                        Özdük- İçistəyi (Nəfs) haqqında.

Bir sıra təsəvvüfçülər usla- ağılla içistəyi (nəfsi) eyniləşdirirlər. Hər ikisinin ilahi zərrəciklərdən yarandığını bildirirlər. Burada da yanlışlığa yol verirlər. İnamla onu demək olar ki, us- ağıl dediyimiz mənlik varlığı, somut varlıq olan beyinin ürünüdür. Tanrıdan bəxş edilən kutsal dənəcik, beyində yerləşdiyi üçün, us-ağıl həm də tanrıdan verilmiş bir cansal  (psixoloji) görəvdir. İçistəyi (nəfs) isə ulaksal (heyvani) duyğunun ürünüdür. Bunlar tamamilı ayrıntılı (fərqli) soyut varlıklardır.

Nəfs ərəb sözü olub, can, güc, özdük, içistəyi anlamını verən, eyni dönəmdə də ərəb dilində bir çox çeşitli anlamlarda işlənən sözdür. Dində isə canın  (ruhun) qarşılığı kimi işlənir. Dində can (ruh) Tanrı dənəciyi (zərrəciyi) kimi, özdük-içistəyi (nəfs) isə şeytan dənəciyi (zərrəciyi) kimi başa düşülür. Mənlik qürurunu öldürən (məhv edən) nərsələrdən (amillərdən) ən başlıcası özdük-içistəyi (nəfs) sayılır. Ona görə də din özdüyə-içistəyinə (nəfsə) şeytana dayaq duran bir varlıq kimi baxır. Odur ki, adamlıqda təmizliyin, təmizləşmənin əngəlli  yollarından biri olan özdüyün-içistəyin egitimlənməsi (tərbiyələnməsi) mənlik egitimnin özülü (əsası) sayılır. Tanrı dənəciyinin beyinə verdiyi usla- ağılla yanaşı işistəyi də gəlişir və yetişir. Us- ağıl  egitimin ilk günündən içistəyini öz cilovunda saxlamağı bacarmalıdır.

Adam düzgün egitimlənmədikdə (tərbiyələnmədikdə), içistəyi (nəfsi) cilovlanmadıqda,  içistəyi (nəfs) usa- ağıla üstün gələr, pislikdən və alçaqlıqdan başqa heç nə verməz. İçistəyinin düzgün egitimi olmayan adamlarda heç bir halda yüksək görgü (əxlaq) durumu ola bilməz. İçistəyini qoruya bilməyən, pisliklər edən adamın suçunu qarşısına qoyub göstərəndə belə, o çox halda suçu özündə görmür. Lənət şeytana deyərək suçu öz üzərindən şeytanın üstünə atır.  Gördüyü işdə şeytanı suçlu tutur. Onu dərk eləmir ki, bütün suçlar onun yanlış egitimli (tərbiyəli) olmasının üzündən baş verir.

İçistəyi (Nəfs) anadangəlmə ulaksal (heyvani) duyğuların ürünü (məhsulu) olduğu üçün onu heç halda tamamilə yox etmək olanak (mümkün) deyil. Onu ancaq həmişəlik cilovda saxlamaq, heç bir halda cilovunu boşaltmamaq gərəklidir. Əgər cilovu boşalarsa o kayıtsız (mütləq) baş qaldıracaqdır. İçistəyin egitimi (tərbiyəsi) adamlıqda canın (ruhun) egitimlənməsi deməkdir. Adam İçistəyi egitimləndirərək, usun- ağılın cilovunda saxlandıqda, o ən yüksək mənliyə  və sayğılığa yiyələnmiş olur.

Onu bildirməliyəm  ki, içistəyi (nəfs) anadan gəlmə içgücüdür (instinktdir). Duyğuların bioloji və mənlik görəvidir. Elə ki, adamda duyğu yaşayır  içistəyi də onunla yanaşı yaşamalıdır. Bir bioloji varlıq kimi adam öləndə içistəyi də ölür. Elə ki, içistəyi usun- ağlın cilovundadır, o həmişəyaşar olub  dünyanın gözəlləşməsinə, yaxşılığına, gəlişməsinə qatılır. Elə ki, içistəyi ağılın cilavundan çıxır o, dönəmdə də pisliklərə ağalıq edir. Bu hal gückeçərdə (hökmüranda) baş verərsə o, dünyanı qana çalxalaya bilər.

Adamoğlu çox qarışıq çeşitli varlıqdır. O bir takım halda elə bir yüksək ali düşüncələrə, yararlı olaylara  qulluq edir ki, onu Allaha yaxın bilib ən sevimli adam sayırsan. Bir takım halda da o özünü elə alçaldır ki, onu heyvanlardan da aşağa səviyyəli bir durumda görməli olursan.  Adamı bu düzeyə salan nədir, hansı  gücdür? Bu güc haradan yararlanır?

 Mənim gəldiyim son inama,  görə, adamı kutsal düzəyə qaldıran da, onu heyvan düzəyinə endirən də, onun ağılı və içistəyidir (nəfsidir). İçistəyi ilə ərdəmi (əxlaqı) qoruyan us- ağıl, əgər içistəyi (nəfsi) ağılın cilovunda saxlayarsa o həmişə özündə adamlıq sifətini qoruyub saxlayarsa, adamlığın (insanlığın) ucalığında durar. Həm də Tanrının istəklisi və sevimlisi olar. Əgər ağılın ipi içgücünün əlində olarsa onda o bütün ulaksel (heyvani) duyğulara yiyələnər. Adamlıkdan çıxıb ulak (heyvan) düzeyinə (səviyyəsinə) enər. Bu aşağaləğın, alçaklığın qarşısını yalnız yüksək və yetgin egitim (tərbiyə), ya da təmiz dindarlık ala bilər.

Bir çox ilahiyarçılar canla (ruhla) içistəyin (nəfsin) bir-biri ilə savaşda olduklarını deyirlər. Ancaq içistəklə canın (ruhun) savaşı inandırıcı görükmür, ona görə ki, can (ruh) gövdənin bütün üyələrilə, üyələrin ürünlərilə və içistəyilə ilgili olan tanrı qaynağıdır. Can (ruh) gövdənin bütün ürünlərilə ilgilidir. İçistəyin (nəfsin) savaşı ancak usla- ağılla ola bilər və olur. Çünkü ağıl həmişə içistəyi cilovunda saxlamağa çalışır.

Can (ruh) bütün hüceyrə və toxumalarda yerləşdiyi halda, içistəyini duyğular yaradır. Bu inama uyğun olaraq, bir takım təfsirçilər içistəyini şeytanla  eyniləşdirirlər. İçistəyi şeytanla eyniləşdirmək kökündən yanlış düşüncədir . Şeytan dediyimiz bəlirsiz (qeyri müəyyən) cisimsiz varlıqdır. O, ancaq içistəyilə yaxınlıq edə bilər. Ona  görə də içistəyi kimi şeytan da həmişə usla- ağılla savaşdadır. Mənlik saflığının ən başlıca ölçüsü olan usun- ağılın  içistəyə qalib gəlməsində, yarğılı (sultani) canın (ruhun), usun və ərkin (iradənin) birliyi danılmazdır. Bu birliyin olmaması, ərkin gücünü azldır . Bu da içistəyin güclənməsi deməkdir.  İçistəyi də ağıl kimi, beynin bio-kimyəvi duyğular görəvisinin ürünüdür. Usun içistəyi ilə savaşında, usun içistəyə üstün gəlməsi, o kimsənin yetkinlik  bacarığından və ərkinin (iradəsinin)gücündən asılıdır.       

Nəsrəddin Tusi içistəyi (nəfsi) iki qola - adi nəfsə və nitqi nəfsə bölür. Adi nəfsin gövdə ilə birlikdə ölüb, çürüyüb yox olmasını deyir. “Nitqi nəfs isə, bədən öldükdən sonra olduğu kimi qalır, o heç vaxt ölmür” deyir. O həm də canı (ruhu) nəfs adlandırır. N. Tusi canı (ruhu) bədəndən asılı olmayan bir varlıq, bədəni isə onun saxlandığı sandıq adlandırır. (N.Tusi "Əxlaqi Nasir" Bakı, 1989, s.47)

Nəsrəddin Tusi “Əxlaqi-Nasir” əsərində yazır: “İnsanı nəfs elə bir sadə cövhərə deyilir ki, özü də daxil olmaqla, ağılın dərk etdiyi, hər nə varsa, hamısı onun sayəsində olur. O cövhər nə cisimdir, nə də cismani, o, hiss orqanlarının heç biri ilə hiss edilə bilməz.”  Tanıtmadan (tərifdən) görünür ki, N. Tusi içistəyi (nəfsi) ağıldan yüksəkdə tutur. “Ağlın dərk etdiyi, hər nə varsa, hamısı onun sayəsində olur. O hiss orqanlarının heç biri ilə hiss edilə bilməz” deyir. 

N. Tusinin içistəyə (nəfsə) verdiyi bu tanıtma (tərif) təmiz aydınlığı ilə cana (ruha) verilən  tanıtmadır. Demək N. Tusiyə görə can (ruh) ilə içistık(nəfs) eyni soyut varlıqdır (cövhərdir). Nəsrəddin Tusi, heç də içistəyiı (nəfsi) ağıldan aşağı saymır. İçistəyin (Nəfsin) çox güclü bir  varlıq (cövhər) olduğunu, onun heç bir orqan ilə duyula bilinmədiyini deyir. O burada da yanlışlığa yol verir.

Bir çox təvsirçilər, ideoloqlar içistəyin (nəfsin) heyvanlarda olmadığını, onun yalnız adama xas olduğunu deyirlər. Ancak mənə görə bu düşüncə də yanlışdır. İçistık (nəfs) duyğulardan yarandəğı üçün o ulaklarda (heyvanlarda) da  olmaqdadır. Ancaq adamlar yüksək bilincli (şüurlu) varlıq oldukları üçün, onlar içistəyilə (nəfslə) mübarizə aparmaq bacarığındadılar, ulaklar isə yox. Adamda olan bu durum usun- ağlın, içistəyi (nəfsi) cilovlamağı bacarmaqda ona köməklik edir. Ulakda (heyvanda) isə  bu bacarıq yoxdur. Onu bildirim ki, aclık duyğusu içistəyi (nəfsin) köməyilə yaranır. Heyvanın aclık duyğusu, içistəyi (nəfsi) yarandıqda o, onun dalınca gedir. Qurani-kərimdə deyilir:”Nəfs pis işlər görməyi əmr edər.”(12\53)

İmam Qəzali içistəyi (nəfsi) öldürməyin əleyhinə çıxış edir. Adam nə qədər sağdı, içistəyin (nəfsin) də onunla yaşamasını bildirir. Ancaq onun cilovda saxlanılmasını gərəkli sayır. O deyir: “İnsanda olan sultani ruh, özünü  nəfsə təslim edərsə, o zaman nəfsin cilovu sultani ruhun əlindən çıxar, nəfs cilovsuz ata bənziyər. Səni istədiyi yerə aparar. Ona görə də, ilahi hökm sahibi olan ruh, daima nəfsi cilovda saxlamağı bacarmalıdır. Sultani ruhun borcu nəfsin heyvani istəklərini azaltmaq, nəfsə qarşı iradəni möhkəmləndirməkdir”.

 Toplumdakı adamlık (etik) və gözəllik (estetik) egitimlərinə, davranış uyğarlıqlarına  yiyələnmək, yetginliyin (kamilliyin) özül (əsas) koşullarından (şərtlərdən) biridir. Bu hallar kimdə bol  olarsa, onun içistəyi (nəfsi) qol-qanad açıb, onun  adamlıq duyğularını alçalda bilməz. İçistəyi (nəfsin) düzgün egitimi, təmizlənməsi, təkcə o kimsəni biçimləndirmir (formalaşdırmır). Onun, adamlık dəyərlərini də biçimləndirir (formalaşdırır).

İçistəyi (nəfsi), böyük cihad sayan Məhəmməd peyğəmbər, Təbuq (Bizans) savaşından qayıdarkən, demişdir: "İndi kiçik cihaddan ən böyük cihada, nəfsin istəklərilə savaşa  (mübarizəyə) qayıdırıq." (Hədisi şərif)

İçistəklə (nəfslə) savaşa girməyi, ona üstün gəlməyi özünə borc bilən Rəsulullah nəfsi ən böyük cihad sayırsa, onu ağır savaş bilirsə, onda, içistəyimizinn (nəfsimizin) cilovlanması üçün, necə çətin sınaq yolundan keçməyimiz göz qabağındadır. Ona görə də, hər bir uslu- ağıllı adam, içistəyinin (nəfsinin) qarşısında yaranan çətin yolu göz önünə almalıdır. Bu savaşın çox çətin yol olduğunu bilən Rəsulullah buyurur: "Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə, o çirkin, pis işlər görməyi əmr edər."(24\21)

Biz yuxarda dedik ki, içistəyi (nəfs), duyğuların ürünüdür (məhsuludur). Elə ona görə də, yuxarı qatlardakı koltuklarda oturan kimsələrin içistəkləri (nəfsləri) üstünlük yaratdığı hallarda onlar harınlanırlar. Onlar içistəklərinin əsirinə çevrilirlər. Bu durum onlarda olan adamlıq (etik) duyğularını boğur, itirir və yaramazlıq duyğularına üstünlük yaradır. Beləliklə də, onlar, özünü bəyənmə, özünü sevmə və lovğalık (xutbinlik, təkəbbürlük və məğrurluq) sayrısına (azarına) tutulurlar. Belə üzdən irak öndərlər həmişə toplumu uçruma aparırlar. Bu hallar olmasın deyə, ulu Tanrı adama ən gözəl ərdəm (əxlaq) nümunələri olan dözümlük, hövsələlik,  incəlik, başarılık və yetənək vermişdir ki, usu- ağılı ilə onu qoruyub saxlaya bilsin.  Bu yaxşı yönəlişləri (cəhətləri) adam o halda özündə aşılaya bilər ki, o anadan gəlmə güclü us- ağıl və ərk (iradə) dölütü (rüşeymi) ilə doğulsun, təmiz, egitim ilə böyüsün. Belə halda o yetgin bir kimsə kimi  toplumun yüksək ərdəmli (əxlaqlı) yönətməni (nümayəndəsi) və tanrının sevimlisi olar.

                                            Ərdəm- Görgü (Əxlaq) haqqında.

 Ərdəm-Görgü (əxlaq) içgücünün (instinktin) yaratdığı yüksək uyğarlıqlara qulluq edən, öyrənilməklə qazanılan görəvdir. Ərdəm adamın iç aləmindəki mənliklərinə, huylarına, davranışına verilən addır, adamın ilginc (maraq) aləmidir. Adamın ilginc aləmi ərdəm çəmbərindən qırağa çıxmadıqda, itmədikdə ərdəmlilik (əxlaqlılıq) sayılır. Adamlık ilgisindən qırağa çıxarsa, itərsə, ərdəmlik düzgüsü (norması) pozular və ərdəmsizlik- görgüsüzlük (əxlaqsızlıq) yaranır. Ulu olanaydan (tarixdən) bəri ərdəm- görgü ilə ilgili bir çox əsərlər yazılmış, öymələr, tanıtmalar deyilmişdir.

İmam Qəzalinin ərdəm haqqında dediyi düşüncəsi, islam dünyasının ideologiyası sayılır. Qəzali deyir: “Əxlaq, insan nəfsində yerləşən heç bir məcburiyyətə, tərəddüdə yol vermədən asanlıqla və öz-özündən onun əməllərini meydana gətirən görüşdür. Əxlaq insan nəfsində yerləşən elə bir yetənəkdir ki, o heç bir zorlama olmadan, düşünüb daşınmadan, bu yetənək nədənilə kolaylıqla ortaya çıkar”.( (Mustafa Çağrışçı “Anaxatalarla islam axlaqı” İstanbul.1991 s. 20 və “İslam əxlaq elmi”)

 İmam Qəzalinin bu tanıtması (tərifi) göründüyü kimi, çox yönümlü dolğun egitim norması kimi verilsə də, ərdəm (əxlaq) normalarını  olduğu kimi tamam sağlamır (təmin eləmir). O ərdəmi (əxlaqı) yalnız  nəfsi fiillərdə görür. Ərdəmin (əxlaqın) öz-özünə yarandığını deyir. Əgər ərdəm (əxlak) öz-özünə yaransa idi o ulakda (heyvanda) da olardı. O, ərdəmlikdə böyük görəvisi olan egitimi (tərbiyəni) və toplumu (cəmiyəti) unudur. Ona görə də Qəzqlinin tanıtması (tərifi) əksiklidir (noksanlıdır).

Bir sıra sosialoq filosoflar deyirlər: ”Ərdəmin (Əxlaqın) inkişafını ona görə mənəvi tərəqqi kimi başa düşmək olar ki, hər bir sonrakı pillə əvvəlkindən yüksəkdədir. Daha yüksəkdəki pilləyə keçid ictimai münasibətlərin daha çox humanistləşməsi, əxlaqi şüurun daha da inkişafı, təkmilləşməsi deməkdir.” (Marksist etikası” Bakı 1985 s. 85)

Burada da önəmli düşüncə odur ki, ərdəm düzgüsü (norması) pilləli gəlişmə (təkamül) kuralına (qanununa) qatılır, toplum (cəmiyyət) unudulur. Pilləli gəlişmə kuralı (qanunu), təkamül kuralıdır. Bu kural eyni dönəmdə də Tanrı kuralı sayılır. Pilləli gəlişmə kuralı həmişə yüksələrək, irəliyə sarı gəlişməkdədir. Orada geriləmə (tənəzzül) yoxdur. Onun toplumla heç bir bağlılığı yoxdur, ola da bilməz və onu topluma ilgi etmək yanlışlıqdır. Çünkü basamalı gəlişmə kuralı toplumu gəlişdirir. ərdəm (əxlaq) isə toplumun gələnəklərinin  yaratdığı bağlantısız (nisbi) düzgüdür (normadır). Bir toplumda ərdəmlik (əxlaqlılıq) düzgüsü (norması) olan nərsə (şey), ertəsi (sabah) günü və ya başqa toplum kuralında ərdəmsizlik (əxlaqsızlıq) sayıla bilər. Demək sosioloqların tanıtımı da əksiklidir, noksanlıdır.

Adamın etdiyi bütün yaxşılıqlar, adamlığı qoruyan və adamlığa qulluq edən bütün davranışlar ərdəmlik sayılır. Bütün pisliklər, egitimsizliklər, arsızlıqlar ərdəmsizlik (əxlaqsızlıq) sayılır. Ərdəmlilik ulamı (kateqoriyası) ulak (heyvan) duyğusunun, özünü sevmənin (xüdbinliyin), mənəmliyin, çiləliyin (zülümkarlığın) qarşısına çəpər çəkən, güclü bir cansal (psixoloji) buxovdur. Bu buxov ailə və toplum egitimində yaradılır. Bu egitimin yaradılmasında dini inamın da böyük gücü var. Belə ki, kiçik yaşlarından dini egitim (tərbiyə) ilə böyüyən uşaq, böyüdükdə dini qadağalardan, pislikdən, oğurluqdan, yalançılıqdan və başqa əyriliklərdən çəkinir, inanclara bağlanır və sonda o, toplumun düzgün egitimli (tərbiyəli) bir üyəsi (üzvü) olur.

Ərdəm ağılın, düşüncənin (təfəkkürün), egitimin (tərbiyənin) ürünü (məhsulu) olduğuna görə ulaksal (heyvani) duyğulara ilgi edilmir. Ərdəm adamın duyğularının ürünü olduğu üçün o, evliliyin, ocağın (ailənin) və  toplumun egitimində  qazanılır. Ərdəm kuralları toplumun bütün çalışqanlığına (fəaliyyətinə) qatılır. Qədimlərdən toplumda dərin kök salmış Ərdəmlik kuralları, bu gün pozulmaqdadır. Adamlar arasında olan qohumluq bağlarında, yavaş-yavaş yadlaşma, uzaqlaşma meyilləri çoxalır, qohumluq çəmbəri kiçilir və cılızlaşır. Bunu bilginlər, (müdriklər), son dönəmlərdə dini inamların azlığı və boşluğu ilə ilgiləndirirlər .  Ancaq bunu yalnız dini görüşlərin üzərinə atmaq yanlışdır. Gəlişmədə (İnkişafda) olan uyğarlığın  və toplumun da suçu kimi alımlamaq (qəbul etmək) olar. Toplumda evlilik ocağının kiçilməsi, radio, televizor, internet, telefonun yaşam (məişətinə) girməsi ilə, evlilik üyələri arasında soyuqluq, özünə qapanmalar yaradır və gücləndirir. Eviçi bağlılıq nənə-babaya, ata-anaya, qohumlara sevgi azalır. Demək texnoloqiya yüksəldikcə artdıqca, uyğarlıqda da dəyşiriklər gedir, mənlik azalır və qohumluq duyğuları sönür.  2016-cı il statistikasına görə, boşanmalar evlənmələrin 30 %-nə çatmışdır.  Bu da olanayda (tarixdə) görünməmuş çöküşlü (faciəli) bir olaydan salıq verir. Qadına baxış cılızlaşır, qızın, qadının kutsallığı itir. Toplumun cılızlaşması tək evlik, qadın cılızlığı ilı bitmir. Cılızlık toplumun başqa alanlarında da gedir. Xüsusilə cansallıkda (psixikada), cansallıkda (ruhsallıkda), duyğularda gedən cılızlaşma çox qorxuludur.

Bu gün texnoloqiya gələnəklərinin gəlişməsinə uyğun, dini kurallar gəlişə bilmir. Bu ilgidən də adamların ulaksal (heyvani) duyğuları güclənmişdir. Bu gün uyğarlıq və mənlik geriləməyə yönəlir. Bu gün davranış yollarını,  mənlikdə yaranan cılızlıq tutur. Demək ərdəm cılızlaşır, toplum ərdəmsizləşir (əxlaqsızlaşır).

Bu gün biz kapitalizm qurluşu içərisində yaşayırıq. Kapital bolluğunun olması həmişə ulaksal (heyvani) duyğuların oyanmasına, harınlaşmasına koşul (şərait) yaradır. Ulaksal duyğular baş qaldırdıqca adamlıq duyğuları sönməyə başlayır. Belə hallarda ərdəm (əxlaq) düzgüləri (normaları) pozulur. Toplumda ərdəmsizlik bolluğu yarananda, yaşam düzgülərində üstünlük qazanır və dolayısı ilə toplumun ərdəm kuralına (normasına) çevrilir. Demək  dünən el ərdəmsizlik saydığı hər hansı bir davranış, bu gün ərdəm kuralı (norması) ola bilir. Belə bir cılızlığın yaranmaması üçün, ağılın, düşüncənin və dini inamın birlikdə davranışı böyük tutqac (rol) oynaya bilər. Kapitalizmin oyatdığı cılızlığın və harınlaşmış içistəyin (nəfsin) qarşısını yalnız  yüksək egitimlənmiş us- ağıl və din birlyi ala bilər və ərdəmlik kuralını bollandıra bilər. Bununla da ərdəmsizliyin, cılızlaşmanın qabağını almak olar.                   

Ərdəmlik də, ərdəmsizlik də çox çeşitlidir. Ona dönəmin hər bir davranışında tuş (rast) gəlinir. Bir çox yüksək uyğarlı islam ölkələrində qadınların gövdələrinin demək olar ki, yarısının açıq olması ərdəmlik kuralı (norması) sayıldığı halda, bir sıra islam ölkələrində ərdəmsizlik sayılır. Ölçüsündən və dəyərindən artıq gərəksiz yerə paylaşmalar (israfçılıq) da, gərəksiz yerə sıxmalar (xəsislik) da ərdəmlik kuralının pozulması sayılır.

                                            Ar- utanma (həya) haqqında. 

Həya, ərəb sözü olub açıqlaması utanmaq, arlanmak deməkdir. Ama toplumun dəyərində, danışığmızda həya (utanma) çox geniş alanlı yer almaqdadır.  Arlanma, ərdəm (əxlaq) kurallarını qoruyan mənlik etkənidir (amilidir). Arlanma- utanma (həyalanma) adamdan asılı olmayaraq, duyğu üyələri (orqanları) ilə yaranan bioloji təpgidir (reaksiyadır). Utanma ərdəmi  (əxlaqı) dəyərləndirən aracdır (vasitədir). Ərdəm kimi, ar- utanma da dəyşirilə bilər. Artıb, azala bilər, ancaq yox olmaz. Çünki o istəkdən asılı olmadan, gövdənin, içgücünün (instinktin) verdiyi bioloji təpgidir. Utanma gözəl ərdəmlik deməkdir,  adamın iç dünyasının, mənliyini gözəlləşdirən bir etkəndir (amildir). Arlanmak- utanmak (həya) özəllik takımı olduğu üçün ona bir yönlü yanaşmaq düzgün olmaz.

Əl- Buxari “Səhih”in 77-ci bölümündə, Səhih əl-Müslüm isə “İman”ın 10-cu bölümündə “ Həya insanın başına xeyirxahlıqdan başqa bir şey gətirməz” deyirlər. Onların düşüncələrində önəmli doğruluq var, ona görə ki, ar- utanma ərdəmliyi (əxlaqı) gözəlləşdirir. Ama bu doğruluq bir yönlüdür. Onların düşüncələri  yalnız yüksək uyğarlıqlı toplum üçün keçərlidir. Yüksək ərdəmli uyğarlığı olan toplumda utanma  adamı gözəlləşdirdiyi halda, ərdəmsiz (əxlaqsız), cılız toplumda utanma  adamın yaşamasına ziyan verən bir bağlılığa çevrilir. Adamı gücsüzləşdirir, acizləşdirir. Utancaqlar, utanmazların tapdağı altında qalırlar. Demək utancaq olmaq gözəllik sayılsa da, həmişə özünü doğrultmur. Utanmazlar toplumunda utancaqlar həmişə taptanmış olurlar. Utancaqlıq uyğarlı toplumda gözəllik, uyğarsız toplumda çirkinlik sayılır.

                                               Uyat- İçsəsi (Vicdan) haqqında.

Ərdəm (əxlaq) anlayışını düzənləyən (tənzimləyən) mənlik varlıqlarından biri də içsəsidir (vicdandır). İçsəsi adamı yetkinliyə,(kamilliyə) çağıran haray- ün səsidir. İçsəsi adamın içərisində, iç  aləmində baş qaldıran əyriliklərdən, yaramazlıqlardan, pis yollardan uzaqlaşdırmaq üçün, yaranmış  yarğı (hökm) verici yarğıtaydır (məhkəmədir). İçsəsi (vicdan), içistəyi (nəfsi) cilovda saxlayan mənlik yarğıtayıdır (məhkəməsidir). İçsəsi (vicdan), adamı ən yüksək duruma çatdıran, Tanrıya yaxınlaşdıran əksiksiz (mükəmməl) inamdır. İnam içsəsin-uyatın istəyindən doğulan yüksək durumdur (məqamdır). İçsəsin-uytın yarğıtayı (məhkəməsi) adamı adamlık (etik) kurallar içərisində davranmağa  vadar edən egitim (tərbiyə) çeşidididir. İçsəsi- uyat (vicdan) yetkin olduqca adamı düz yola çəkir və onu haqqın yolunu tutmağa vadar (məcbur) edir.  Uslu- ağıllı, qavramlı adamlar içsəsini, suçlardan, uğursuzluk və yanlışlıklardan uzaqlaşdıran kompasa oxşadırlar.

 M. Lütherə (1483-1546) görə də,  “vicdan dindir. Allah insanın vicdanındadır. Vicdan azadlığı, dini etiqad azadlığıdır” deyir. (M. Lüther. Vikirediya). M. Lütherin düşüncəsini yalnız məcazi anlamda yozmaqla, ona haqq qazandırmaq olar. Belə ki,  Tanrıya inamla bağlı olan kimsələr, özlərinin vicdan yarğıtayında  vicdanından gələn səsləri Tanrının səsilə yanaşı tuturlar və onun yarğısı (hökmü) ilə  davranırlar. Belə halda doğrudan da vicdan dindir.  Ama canlı aləmdə bir çox vicdansızlıqlarla qarşılaşdıqda Lütherin dünyagörüşü özünü doğrultmur. Əgər vicdan din olsa idi. Dinsizlərin (ateistlərin) hamısı vicdansız (cani) olardılar. Ancaq biz ömür yolumuzda vicdansız dindarlara və vicdanlı dinsizlərə çox tuş  gəlirik. Demək, vicdan din deyl.  Vicdan yetgin adamın duyğularından yaranan özünü yarğılama mənliyidir,  adamlıkla, ulaklığı (heyvaniliyi)  bir-birindən ayran dəyərli cızdır (xətdir). Vicdan adamın davranışını və mənliyini uyarlayan (tənzimləyən)  duyğu anlayışıdır, iç yarğıtayıdır (məhkəməsidir).

Ağalar  Məmmədov yazır: ”Azərbaycanlıların vicdan anlayışı dindir. Toraya (Tövrata) görə müqəddəs kitabdakı əmr və qadağalar Allah tərəfindən adamın qəlbinə anadangəlmə nəqş erilmişdir. Vicdan Allah vergisidir. Vicdan, hiss yox, bilikdir.” ( A. Məmmədov vikiped) A. Məmmədovun düşüncəsi ilə razılaşmaq çətindir. Ona görə ki, Allah vergisi heç bir halda sönməz. Əgər uyat-içsəsi (vicdan) Allah vergisidirsə, belə olan halda, uyatsızlık (vicdansızlıq) kimin vergisidir. Biz ömür yolumuzda elə adam görürük kü,  onda içsəsi (vicdan) deyilən nəsnədən əsər-əlamət olmur. A. Məmmədov yazır: “Vicdan Alah tərəfindən insanın qəlbinə anadangəlmə nəkş edilmişdir”. O burada da yanılır, Anadangəlmə Allah vergisi heç bir halda sönməz. Əgər sönürsə o Allah vergisi ola bilməz. Həm də, A. Məmmədov “vicdana bilikdir” deyir. Yenə yanılır İçsəsi- uyat (vicdan) bilik də deyil. Əgər uyat (vicdan) bilik olsa idi, o halda onu adamlar bilik almakla, oxumaqla, öyrənməklə qazana bilərdilər.  Odur ki, deyirəm, uyat- içsəsi (vicdan) bilik yox, egitim (tərbiyə) yolu ilə güclənən duyğularmızın ünlü ürünlərindən yaranan  yarğıtaydır (məhkəmədir).

Uyatla (Vicdanla) yanaşı duran başqa bir duyğu da adamda olan mənlik borcudur. Mənlik borcu da adamın iç duyğularından yaranır . Adam  necə  yetginləşirsə, bir elə də mənlik borcunun səsini, Tanrı səsi sayır və onu yerinə yetirməyə çalışır. Mən yaxşı tanıdığım bir adam Novruz bayramında yetim uşaq evinə və qocalar evinə xeyriyəçilik elədi. Onlara yaxşı bol bayramlıq baxşeyişi, şənlik üçün çalğıçılar göndərdi. Bu yaxşılığın (xeyirxahlığın) qarşısında mən ona duva edərək, sənin bu yaxşılığını Allah verər,bu dünyada da o, dünyada da qarşına çıxardar dedim. O,  mənliyini heç kəsdən gizlətmədən, özünün ateist olduğunu bildirdi. Heç bir dini etiqada tapınmdığını deyərək, “mən Allah yolu üçün yox, adamlıq yolu üçün, gözü qapıda qalan adamların bir anlıq da olsa sevinməkləri və özümün içsəsimin (vicdanımın) dincliyi üçün edirəm” dedi. Sonra ilgincləndim (maraqlandım) ki, o adam, onu tanıyanlar arasında ən vicdanlı, ən ərdəmli (əxlaqlı), öncül xeyriyyəçi, haqqın qoruyucusu olan və mənəvi borcu, mənliyi ilə yanaşı tutan bir adam kimi tanınır. O, təxminən 50 yaşnda olmasına baxmayaraq, oğul-uşağa, arvada güvənmədən (etibar etmədən), ata-anasına qul kimi qulluq edir. Nifrətlə damğaladığımız ateisti belə gördüm.                                      

                                Yazqı (qədər) haqqında.

Bir yay günü işdən evə gələndə evə girdim ki, biş-düş odasında (kuxnada) qadınım, qohumu olan bir qadınla danışır. Kadınım “bu parçadan bir toplum (dəst) da sən götür”dedi. O da, “doğrudu parça çox gözəldir. Can sağlığıilə geyin. Sən geyinib kişi gələndə qapını açacaqsan, parçanın gözəlliyi sənə, sənin gözəlliyin parçaya qarışacaqdır. Bir-birinizə yaraşdığınızı görüb  kişiyin canı (ruhu) göylərə uçacaq, Mən geyinib kimə göstərəcəm, mən hər şeyi qorxa-qorxa geyinirəm ki, el (xalq) görüb mənə zınqrov qoşmasın. Belə parçaları geyinmək mənim anığma (taleyimə), azığma (qədərmə) yazılmayıbdır.” dedi. Kadınım :“Canım, gözüm məndən incimə söz gəlib deyirəm. Elə isə ağıl səndə, gözəllik səndə niyə kora ərə gedirdin. Eşitdiyimə görə kişimin əmisi oğlu sənin üçün dəli- divanə imiş. Sən ərə getməyincə o evlənməyib ki, bəlkə razılaşdın deyirlər” dedi. “Ay bacı ilan vuran ala çatıdan da qorxur. Onun da analığı olduğu üçün, qorxdum ki, yağışdan çıxıb, yağmura düşərəm. Allah mənim yazğımı (bəxtimi) o çağda qara yazdı ki. Qundakda ikən yetim qaldım. Qızlığım analık əli altında keçdi, gəlinliyimi də analık əli altında keçirmək istəmədim. İstərdim ki, Allah özümü çirkin, yazğımı (bəxtimi) gözəl yazaydı” dedi. Aləmdə elə çox özü çirkin yazğısı  (qədəri) gözəl kutlu (xoşbəxt) sanıklılar (bəxtəvərlər) var ki, mənimki də onların tərsi oldu. Onu bilirəm ki, bəxtimin çirkinliyi mənimlə yanaşı doğulubdur. Analıq az imiş kimi sonda da kora azıq (qismət) edibdir” dedi. Etdikləri danışıkları eşitməyimi bilməməkləri üçün ehtiyatla həyətə çıxıb, eşitdiklərimi götür-qoy etməyə başladım. Bu dünyanın gəliş-gedişinə, adamların azıklarının (qismətlərinin) çox çeşitli olduğunun ilgiləri haqda kimə isə sorğular vermək istədim. Çox çeşitli ödgələrin (talelərin) necə verilməsinin, paylanmasının ilkin sonluğuna varmağa çalışdım. Bu çütlüyün hər ikisinə yazığım gəldi. Əgər doğrudan da adamın azığı (taleyi) qabaqcadan yazılırsa bu uğursuz adamların suçları nədir ki, doğulan gündən ağır çirkablı sanıq (bəxt) altında çürüsünlər, yanıb-yakılsınlar. Bunların ah-vaylarının suçu nədir ki, kor ərdə, gözəl arvatda ömürləri boyu qısqanclıkla, səysəkəliklə yaşasınlar. Heç cür axtardığım sorğuya qarşılıq (cavab) tapa bilmədim.  Yüzlərlə, minlərlə qaragünlü doğulanlar niyə  qaragün sanığından (bəxtndən) gileylənsinlər. Əgər bu yazıdırsa çox böyük haqsızlıqdır, uyğusuzlukdur (ədalətsizlikdir). Tanrının belə bir acınacaklı yazısına inanmıran. O yaratdığını sevib yaradır. Demək bu acıların başqa ilgisi (səbəbi) var ki, onu mən bilmirəm.

                                                      Yuxu haqqında.

Yuxu yuxuda görmə: Adamın beyni  elə bir çox görəvili (fuksiyalı) özdəksel (maddi-  obyektiv) aləmdir ki, çeşitli ölçüdə bilgilərin alınmasını və ötürülməsini bacaran elə bir bioloji varlıqdır ki, onun gizinin (sirrinin) tam açıqlanmasınqda hələlik bilim aləmi bacarıqsızdır (acizdir). Biliyin açıqladığı elektron beynin o düzəyə (səviyyəyə) çatmasına bəlkə bir çox yüz illər gərəkli olacakdır. Əgər belə bir elektron beyn yaranarsa, o heç bir halda adamın beynini tam anlamında ödəyə bilməz. Çünki, biliyin (elmin) yaratdığı elektron beyinli aracın (maşının) kimsəlik məni və mənliyi heç bir halda olmayacaqdır. Onda yalnız adamların  verdikləri çevik (operativ) bilgilərı yerinə yetirmə bacarığı olacaqdır. 

Beynin elektron yaddaşı (B.E.Y)  bu gün elmdə bir termin kimi işlənir. Bu termin ilə, adamın beynində yaddaşın yenidən canlanma yolu aydınlaşdırılır. Bu ideyanı, XIX əsrdə İ.P. Pavlov olduğu kimi söyləmiş və yaranma yolunu da açıqlamışdır. Ancaq o onu elektron yaddaş yerinə “qaranlıqda yanan çıra” adlandırmışdır. Sonralar bu imgəni (ideyanı) Monreal nevroloji universitetinin direktoru doktor Uanlıder Penfild sınakda yoxlamış və İ.P.Pavlovun düşüncələrini kəsinləmişdir. Beynin özöznəlik (avtomatik) ocaklarının beyin qabığında yerləşdiyi, yaddaşların orada, plyonka yazıları kimi oymalandığını bir daha kəsinləmişdir. Doktor Penfild, əməliyyatında xəstənin beyin qabığına pensetlə toxunur. Həmin anda xəstənin uşaqlıqda baş vermiş, ancaq çoxdan unudulmuş olayları yenidən canlanır.

Başqa bir xəstədə doktor Penfild, beyin qabığına toxunan kimi xəstə keçmiş olayları nəin ki, yada salır, həmin anda yenidən baş vermiş kimi gözünə görünür. Elə bil çoxdan yazılmış disk yenidən videoya qoyulub oxunur. Beləliklə, bilim kəsinləmişdir ki, Pavlovun  sanma kimi dediyi bütün olaylar beyin qabığına oymalanır və vaxtaşırı yuxuda bioloji dalğalar kimi yenidən işıqlandırılır. Demək, beyin  qabığında oymalanmış bütün olaylar yeri gəldikdə, adamın yaddaşına yenidən qayıdır.

Hələ çox ilkinliklərdən bu günədək bir çox yazılı ədəbiyatlarda yaşamın gələcək olaylarının tuşda (yuxuda görmə) göründüyü və onların gerçəkləşdiyi göstərilmişdir. Dini ədəbiyatlarda tuşların gerçək olması, bir çox olanay (tarixi) kimsələrin, ən ilkinlərdə Bibliyada  Daniel peyğəmbərin, Quranda Yusif peyğəmbərin yozduğu tuşların gerçəkliyi haqqında danışıklarla üzləşilir. Şeyx Şamil hərəkatının yaradıcısı Qazi Məhəmməd  yuxuda görür kü, sel gəldi iki kötüyü axarına götürdü, kötüyün biri sudan çıxdı quruda qaldı, birini isə sel apardı. Yuxudan oyanıb qalxır. Şeyx Şamili çağırır. Ona deyir ki, bu gün mən öləcəyəm, Qazavatı sənə tapşırıram. Son soluğuna (nəfəsinə) dək azadlığımızı qoru. Elə də həmin günü rus süngülərinin ucunda deçik- deşik olaraq can verir. 

Yaşadığım və görgüsü olduğum bir sıra olayları yada salıb nədənini aydınlaşdırmağa çalışaq. 1948-49-cu illərdə hələ telefonun və başqa elektron ilşgi  araclarının olmadığı dönəmdə, kənddə yaşayan bir qızın, nişanlısının hər dönüş Bakıdan gəlişini yuxusunda bir qızın xəbər verməsinin,  özünü doğrultması (düz çıxması) olağanüstü (fövqəladi) gücün ya da canın (ruhun) varlığından xəbər verir. Həmin qızın bir çox olacaq olayları öncədən  tuşunda (yuxusunda) görməsini hamı bilirdi . 1951 ci ildə həmin qız ailə qurur. Ailə qurduqdan sonra olayları qız yox, gəlinin salıq (xəbər) verdiyini görür. Alınan salıqlardan belə bir sonluğa gəlmək olar ki, doğru duşları qabaqcadan salıq verən, tuş görən kimsənin özünün canıdır (ruhudur). Ancaq doğru tuşun bilim yolu ilə açıqlanma kuralı bilim dünyasında bir giz kimi hələ qalmaqdadır. Elm, hələ bu gizli tansıklara (möcüzələrə) qarşılıq (cavab) tapmaqda gücsüzdür.  Din isə bu gizi (sirri) canın (ruhun) varlığını və bu  canın (ruhun) ilahi enerji kimi tuşda görüşmələrindən yarandığını kəsinləməkdədir (təstikləməkdədir).

Uzun dönəmlər adamlarla sıx görüşlərdə olduğum və adamlar üzədində apardığım sınaqlar, mənə olanak (imkan) verir ki, mənlik varlığı kimi adamlarda bir-birindən ayrı olan iki canın (ruhun) varlığına inanım. Birinci canı olağanüstü (fövqəladi) güc ilə (yəni Tanrı ilə) ilişgiləndirmək olar. və  ona olağanüstü can (ruh) deyə bilərik. Bunu bir sıra bilginlər (müdriklər) Tanrı dənəciyi, bir sırası isə sultani ruh adlandırırlar. İkinci canı isə adamın gövdəsi (bədəni) ilə sıx bağlı olan bioloji varlıq olmasına inanmalı oluruq. Bunları bir-birindən ayırmak çox çətindir. Ancaq  adamın bioloji-fizioloji çalışmasını (fəaliyətini) dərindən izlədikdə bunların hər birinin ayrı- ayrı görəvilərinin olduğu üzə çıxır. İlahi dənəciyin ürünü olan sultani can adam yatanda  oyaq qalması ilə yanaşı, onda gövdədən uzaqlaşma görəvisi də var. Beyinin bio- fizioloji ürünü olan  can da həmişə oyaq olur və gövdənin bütün fizioloji çalışqanlığını yönətir. O gövdədən uzağa getmir.  Birinci can Tanrı enerjisi və mənliyi ilə ilgili olduğu üçün salğılar (informasiyalar) ocağını (mərkəzini) yönətir. İkinci can isə gövdənin üyələrini yönətir. Adam yatanda qıraxdan heç bir salğılar  almadığı üçün birinci can çox duyarlı, sezgili gücdə olur. Belə halda, hər hansı başqa canlardan (ruhladan) yaranan salğıları (informasiyaları) alımlayır ( qəbul edir) və özü də həmişə salğılar göndərə bilir. Beləliklə, hər hansı bir uzaqlıqdan göndərilən salğıların (informasiyaların) birləşməsi yaranır və sonda gerçək tuş, doğru olan olaylarla özünü doğruldur. Demək haradasa olmuş olaylar gerçək tuş kimi başqa bir yerdə özünü göstərir. Bəs gələcəkdə baş verə biləcək olan olayın tuşda (röyada) görünməsi necə baş verir. Bu sorğuya hələlik bilim aləmi yararlı, dəyərli qarşılıq (cavab)  tapmayıbdır.

                                         Ölüm haqqında                   

Bhaqvatada Budda deyir: “İnsan özünü həyatdan və ömrünün bütün imkanlarından qurtarmaq məcburiyyətindədir”.. Aydındır ki, həyatın imkanlarından qurtulmaq məcburiyyəti ölümü istəməkdir, onu çağırmaqdır. Bu cümlədən aydın olur ki, Budda ölümü yaşamdan üstün tutur Sokrat deyir:”Maddi həyat bir dərd və yalandır. Bu üzdən də maddi yaşamın yox edilməsi bir xoşbəxtlikdir və biz bunu diləməliyik”. Sokrat kimi bir dahi kimsənin ölümü diləməsi çox kuşkulu görünür. Doğrudur o ölümün üstünə alpyana getdi və zəhəri götürüb içdi. Ancaq bu ona verilən bir yarğı (hökm) idi, o yarğını yerinə yetirirdi.  Bu davranış maddi həyat yalandır deməyini doğrultmur. Şopenhayyer deyir: “Həyatın olması gərəkən bir dərtdir. Heçliyə gediş həyatdakı yeganə xoşbəxtlikdir.” Hansı dahi heçliyə yoxluğa gedən yolu xoşçəxtlik adlandırar. Bu sözün arxasında hansı istək, duyğu gizlənib o mənə çatmır.   L.Tolstoy deyir: “Ölüm yaşamaqdan daha yaxşı bir şeydir”. Heç cür inana bilmirəm ki, bu adamlar ölümü yaşamakdan yüksəkdə tutsunlar. Hər halda bu aləmin gözəlliklərini düşündükdə, mən heç cür bu dahilərə haq qazndıra bilmirəm. 

Quran ayəsinə arxalanan dindarlar ölümü yuxuya bənzədirlər. Quranda deyilir: “Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman, əcəli çatmayanların canını isə yuxuda olduğu vaxt alır. Ölümü hökm olmuş kimsələrin canını saxlayır, digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarır”. Bir çox yazarlar da, müqaisəli halda ölümü yuxuya bənzədirlər. Yuxuda da insan fəaliyyətinin dayanmasını qeyd edirlər. Bəzən də ölümü unutqanlığa bənzədirlər. Onu qeyd etmək lazımdır ki, ölümü nə yuxuya nə də unutqanlığa bənzətmək olmaz. Bu bənzətmə yalnız məcazi mənada ola bilər. Çünkü ölüm özündən başqa heç nəyə bənzəmir. O, gedər gəlməz, əbədi yoxluq yoludur.

Kliniki ölüm nədir? Kliniki ölüm diaqnoz deyil. O komanın ağır bir çeşididir. Adi komada ağıl, qavram itir. Gövdənin istiliyi, soluk, nəbz qalır. Ağır komada (Klinki ölümdə)  adamda somut (obyektiv)və soyut (subyektiv)  varlıqlar olan soluq (nəfəs), ürək təpgisi (nəbz), gözdə və başqa üyələrdə olan qarşılıkların (reaksiyaların) itməsi yaranır. Qan basqısı (təziqi) sıfıradək  enir. Gövdənin istiliyi aşağa düşür. Ancaq fizioloji olaraq duyulmaz halda gövdə  öz çalışqanlığını yaşadır. Gövdənin çalışqanlığı o dərəcədə azalır ki,  yan-yörədəkilər onu qavraya, duya bilmirlər. Belə hallar dəqiqələr də, saatlar da, günlər də çəkə bilər. Çox hallarda belə xəstələri ölmüş bilib basdırmışlar. Keçmişdə  belə yanlış hallar üzündən yüzlərlə, minlərlə adamlar, diri-diri basdırılmışlar. Bir çox ədəbiyatlarda oxumuşuq və deyimlərdə eşitmişik. Bəzən də belə olayların görəvisi (şahidi) olmuşuq. 

Çağdaş dönəmdə  təbabətin yüksəlişi ilə ilgili çoxdandır ki, kliniki ölüm halında olan xəstələr bastırılmır. Bu gün tibb eliminin erişgənliklərindən (nailiyyətlərindən) yaranan diriltmənin (reanimasiyanın) önəmliyi bir çox xəstələri kliniki ölümdən geri qaytarır. Diriltmədən (reanimasiyadan) sonra kliniki ölümdən geri qayıdan sayrıların (xəstələrin) varlığı, can (ruh) varlığını  yenidən gündəmə gətirdi. Bu gün elmdə bir çox dartışmalara (mübahisələrə) ilgi olan canın (ruhun) görünməsi də həmin sayrılarda (xəstələrdə) baş verir.

Qeyd:  1969 –cu ildə neftçilər xəstəxanasında növbətçi idim .Yanıma iki sayrı (xəstə) gəlib diləklədilər (xahiş elədilər) ki, onalrın başqa palatada yatmalarına ayqın ( izin) verim. Onlardan niyəliyini (səbəbini) soruşduqda bildirdilər ki, yanlarında yatan sayrı (xəstə) yuxuya gedən kimi çox hündür səslə  sayıqlayır, onlar da danadək (səhərə kimi) oyaq qalırlar.  Onlara bildirdim ki, iki adamın yerini dəyişməkdənsə bir adamın yerini dəyişərəm. Onları yola salıb, həmin sayrını (xəstəni) çağırtdırdım. Aydın oldu ki, dolayısı ilə 12-13 yaşında olarkən. Ağır sayrılanmışdır (xəstələnmişdir). Sayrı huşunu itirir və  son halda ölür. Onu basdırırlar. Qəbrdə öznə gəlir, gücü çatanadək qışqırır. Səsni eşidib qəbrdən çıxardırlar. Uzun ilcdan (müalicədən) sonra sağalır. O, gündən də  yuxuda yüksək səslə sayaqlayır.

1955- ci ilin konusudur: 15-16 yaşlarında bir gənc ölmüşdü. Meyidi yumağa çıxartdıq. Molla yumaq üçün soyunduranda gördüm ki, iki gündür ölən meyidin bədəni çox yumşaqdı kürəyində də heç bir meyid ləkəsi görükmür. Gövdəsini əllədikdə gördüm, bədənində meyd soyuqluğu uoxdur. Məndə şübhə yarandı. Meyidi geri evə  qaytardım. Mənimlə razılaşmayanlar çox oldu, ancaq mən inadımı, hırçınlığımı yerinə yetirdim. Yan-yörəsinə isidicilər düzdük. Yapma soluk verdik, ürəyini masaj elədik. Birazdan sayrıda (xəstədə) dirilik bəlirtiləri yarandı, sayrı (xəstə) kirpiklərini oynatmağa başladı və soluq aldı. Sayrı öz yaşamına qayıtdı. Xəstədən ölü halında olanda nə gördüyünü soruşdum. Heç nə görmədiyini, bütün danışıqları eşitdiyini, ama cavab verə bilmədiyini dedi. Mollanı yanıma çağırıb  bildirdim ki, xəstənin kürəyində göyərmələr, ölüm ləkəsi əmələ gəlməmiş onu yuyub kəfənləmək olmaz. Həmin xəstə 70 il yaşadı. 

2014 il 15 mayda televiziyada 20 yaşlı bir qızı göstərdilər. Qız özünü öldürmək diləyilə ilac (dərman) içib ölür. Bioloji ölüm baş vermədiyi üçün, həkimlər onu diriltmədən (renimasiyadan) aparmağ. ayqınlamırlar (izin vermirlər). Bu halla qız bir ay ölmüş halda qalır. Sonda ölü qohumların basqısı ilə çıxardılır. Meyid yuyulan zaman qız ayılır. Qızı geri sayrısaraya (xəstəxanaya) qaytarırlar. Qızın didar ata- anası, qohumları qızı evə qoymurlar. ki, qız xortlayıbdır, o dünyadan qayıdıbdır.  Polis və Televiziya işçiləri işə qarışır. Ekran qarşısında qız ağlayırdı ki, mən ölüm acısını duydum. Bir də özümü öldürmək istəmirəm. Ata-anam da evə qoymur indi mən nə etməliyəm.

Aydındır ki, qız bir ay kliniki ölüm halında  olur. Ancaq heç cür inana bilmirəm ki,  XXI -əsrdə biz. hələ də mövhumata inanan belə adamlara tuş (rast) gəlirik. Bu olay hələ də bizim bir el kimi yetişmədiyimizin, yalan və boşluklar (faciələr) içərisində boğulmağımızın göstəricisidir. Başqa xalq illərlə kliniki ölümdə olan adamını saxlayır ki, bəlkə dirildi. Biz isə dirimizi öldürməyə çalışırıq. Bu mədəniyətlə biz haraya gedirik bilinmir. Tanrının özü bu xalqa kömək olsun. Hadisədən xəbəri olanlar artıq başa düşdülər ki, o qız nələr çəkibdir. Hansı sarsıntılı hallar keçiribdir. Onun bir kəlmə mən bir daha özümü öldürmək istəmirəm deməsi onun keçirdiyi iç üzüntülərini ağırlığından soluq verir. Belə halda bütün qohum- tanış o qızın yanında birləşib, onda yaşamaq istəyini yaratmaq  yerinə, onu evdən qovmaq, bir el kimi onun sönməsi deməkdir. Qızın ata-anası və qohumları onun nazı ilə oynamaq yerinə onu öldürmək yolunu seçmişlər. Artıq o  ölüm acısını keçiribdir. Onun etdiyi bütün yanlışlıqlar bağışlanmalıdır.

Kliniki ölümdən sonra yaşamına qayıdan  bir neçə sayrılardan (xəstələrdən) alınan qarşılıkları (cavabları) açıklamak yerinə düşər.

İkinci dünya savaşının ön sıralarında ölüm-dirim qırğınının qızğın çağında həkim Əlinin yanına mərmi düşür. Bu halı o belə danışır: “Elə ki, mərmi yanıma düşdü, mən gördüm göydəyəm. Mən göydən yerə para-para olmuş cəmdəkləri, çabalayaraq can verən adamları, özümün yerdə başımdan necə qan axdığını aydın, aşkar görürdüm. Mənə elə gəlirdi ki, yarım saatdır göydə durub yerdə olanlara baxıram. Heç bir ağrı-acı duymurdum. Başqa heç nə yadımda deyil. Bir də gözümü açdım ki, ordu ( hərbi) sayrısarayındayam (xəstəxanadayam). Dedilər 10 gündür huşsuz yatıram. Altı ay müalicədən sonra birinci qrup əlil kimi ordudan (hərbidən) özgürləşdim (azad olundum)”                   

Bu adam göydən özünün yerdəki gövdəsini tanıyıb, başından axan qanı görübdür.  Əlbətdə göydə adam yarım saat dura bilməz. Mərminin onu göyə qaldırdığı an, ən çoxu bir ya iki saniyə ola bilər. Ona elə gəlir ki, yarım saat göydə qalıbdır. Bunu necə izah etmək olar. Öz gövdəsini özündən qırakda necə görmək ular? Bu sorğular adamı canın (ruhun) varlığı haqqında düşündürür və belə sonluğa gəlir ki, özünün canı (ruhu) o anda gövdədən çıxıb və qıraxdan özü- özünü görübdür.

Zahı qadının dediklri:.  “Doğuşum çox ağır keçdi. Güclü qanaxma başlamışdı. Hadıklar (həkimlər) dalğınc (həyəcan) içində idilər. Yavaş-yavaş ağlım dumanlanmağa başladı qandım ki, qulaqlarımda səs əmələ gəlir. Hər yan qaranlıqlaşır, gözümün qabağında qara ləkələr əmələ gəlir. Bu qara ləkələr ağ parlaq rəngli alov topalarına çevrildi. Ancaq ağılımı itirməmişdim. Hadıkların (həkimlərin) bütün davranışlarını duyur, danışıqlarını eşidirdim. Hadıklar (Həkimlər) ölür deyə bir-birinə pıçıldayırdılar. İstəyirdim ki, ölməmişəm deyəm. Ancaq danışa bilmirdim. Həndəvərimdəki (ətrafımdakı) sağlık (tibb) işçiləri gözümün önündə olan ağ topaları yara-yara sağa-sola gedirdilər. Həkimlər də, mən də hamımız havada uçurduq. Qulağımın dibindəki ağ topa parıltıdan  pıçıltı səsi gəlirdi. Deyirdi qorxma ölməyəcəksən. Mən sənə kömək edəcəyəm. Bir azdan yavaş-yavaş özümə gəldim. Hadıklar (həkimlər) özünə gəlir, nəfəs alır dediklərini eşitdim. Özümə gələndə gördüm ki, hər iki qolumda birində qan obirində sıvı (məhlul) düzəmi (sistemi) asılıdı.”

Xəstə M. A. dedikləri: Soyuq dəymədən yatırdım. Deyirdilər sətəlcəm olmuşan. Qızdırmam qırx dərəcədən aşağı enmirdi, nəfəs almağım çətinləşirdi, gözüm qaraldı, ağılımı itirirəm. Yanıma bir qoca kişi gəldi, əlimdən tutdu və dedi ki, gəl ananın yanına aparım.  Bir qaranlıq yolnan getdik və qabağımıza  gözəl çəmənlik çıxdı. Yaşıl çəmənliyin üstündə kişi oturdu və, mənə dedi ki, bura sənin qəbirindir. Kişi mənə otur dedi. Oturmaq istəyirdim ki, gördüm, anam uzaqdan çığıraraq, oturma-oturma deyir. Mən anamı görüb oturmadım. Anam gəldi mənim əlimdən tutub çəkdi. Məni anam bir yana, qoca kişi də bir yana çəkirdi. Əlim qoca kişinin əlindən çıxdı. Əlim çıxan kimi anam kürəyimdən itələyib qaç dedi. Mən qaçmağa başladım və bu anda da oyandım. Gördüm ki, həndəvərimdə (ətrafımda) sağlık işçiləri  gəzirlər. Danışmak istədim gördüm ağzım bağlıdır. Özümə gəlib boylandım ki, mən sayrısaraydayam (xəstəxanadayam). Bir aylık ilacdan sonra sağalıb evə gəldim.”                       

Xəstənin gördüyü qoca kişini, qaranlıq dar tuneli və yaşıl çəmənliyi necə açıklamak olar? Bu alan hələ bilim dünyasında bir giz kimi qalmakdadır.

 Xəstə O. N.nin dedikləri: “Qripdən xəstə yatırdım. Qızdırmam yüksək idi. Gördüm vəziyyətim pisləşir yoldaşıma həkim çağır dedim, bununla da bilincimi- ağılımı itirirəm. Sonra gördüm ki, mən çoxlu ağ pambıqların üstü ilə yeryirəm. By yol getdikcə dar bir tunelə çevrildi. Tunel ilə gedirdim ki, qabağma bir cüt qəşəng bəzəkli küçüklər çıxdı. Küçükləri görəndə mən çox sevindim, az qalırdım ki, qucağıma alım. Onlar adam kimi danışmağa başladılar.  dedilər ki, burdan o yana səni buraxmarıq geri qayıt. Mən gördüm ki, tunelin ucundan işıq gəlir. Onlara dedim ki, buraxın gedim orada o göylükdə oturub dincəlim. Onlar iki ayağının üstünə qalxdılar və qabaq ayakları ilə döşümdən itələdilər ki, yox səni buraxmarıq deyib, döşümdən bərk itələdilər, mən arxası üstə yıxıldım. Bu an ayıldım ki, hər yanımda sağlık işçiləri , qolumda da sıvı düzəmi (sistemi) ilcdayam”.  Xəstənin havada panbığın üstü ilə getməsi, gördüyü daryolu, onu qaytaran çüt küçükləri necə aydınlaşdırmak olar?

M. nin dedikləri: “Mən ruldan tutub, sürətlə yolumla gedirdim. Gözlənilmədən qarşıma avtomaşın çıxdı. Maşınların toqquşduğunu bildim. Bu an məndə həddən artıq bərk ağrı qalxdı və tez də yox oldu. Ondan sonra gördüm ki, buludun üstü ilə uçuram. Kimsə  əlimdən tutub harayasa çəkir. İstədim deyəm mənə toxunmuyun amma, deyə bilmirəm. Özümə gələndə gördüm ki, həndəvərimdə hərlənənlər sağlık işçiləridir.. Mənə dedilər ki,  iki gündür bilincsiz  (huşsuz) yatıram.        

Burada da ilgincli düşüncə yaranır. Uğursuzluğun (Qəzanın) belə bir durumunda göylə getməyi görmək olar. Ama niyə maşınların üstü ilə yox, buludun üstü ilə getmək görünür?

Tatyananın dedikləri: Peterburq sakini Tatyana beyin şişi diaqnozu ilə 1991-ci ildə yarılmağa (əməliyyata) götürülür. Beynindəki şiş götürüləndə sayrı (xəstə) ölür. Xəstəni ölüxanaya qoyurlar. Xəstə iki gün ölüxanada qalır. Ölünü götürməyə gedəndə ölünün oturduğunu görürlər. Yenidən sayrısaraya (xəstəxanaya) qoyub başının tikişlərini yenidən səliqə ilə tikirlər. İki aydan sonra sayrı (xəstə) ayılıb, özünə gəlir.

 Tatyananın salıkçıya (müxbirə) dedikləri: “Hadıklar (həkimlər) narkozu verdikdən sonra mən yerimdən qalxıb, hadığın sol yanında durdum. Onların başımı kəsmələrinə baxırdım. Sonra məni  götürüb ölüxanaya qoydular. Ağ geyimli bir mələk mənim əlimdən tutub uzun bir tunellə bir güllü- çiçəkli ormanlığa apardı. Orada çəmənlikdə çarmıxa çəkilmiş İsanı gördüm. Gözlərindən qanlı yaş axırdı. Sonra mələk məni Yərüssəlimə apardı. Orada çoxlu adamları gördüm. Kiçik yaşında ölən oğlum da onların arasında idı. Oğlum mənə dedi sən geri qayıt. Mən oyanıb boylandım ki, ölülərin arasındayam. Qorxub oturdum”.

Alek Petroviçin dedikləri: (1998-ci il) “Mən döşəməyə uzanmışdım, ama tavandan özümə baxırdım. yanımdakılar ölübdür deyirdilər. Mən tavandan yox mən ölməmişəm deyirdim, ama məni eşitmirdilər.  Düşündüm ki, mən öləndə şirkət öcağımı (ailəmi) bu evdən çıxardacakdır. Şirkət başcısının yanına getdim, gördüm o, bir neçə adamla yeyib-içir. Ona başqan mən ölürəm. Sizdən tavakkam (xahişim) odur ki, ocağımı (ailəmi) yaşadıkları evdən çıxartmayın. Bir neçə kərə sadaladım (təkrarladım) gördüm o məni eşitmir. Geri qayıdıb, özümə baxırdım. Qonşum qulağını ürəyimə söykəyib, yox ölməyib dedi. Çevik yardım aracı çağırııb, məni sayrısaraya apardılar.  Məni götürüb, yataklığa (çarpayıya) qoydular. Üç gündən sonra özümə gəldim.

Valentina Romanovnanın dedikləri: “2014- cü ildə qəzaya uğradım. Bir an bərk ağrım oldu tez də çəkildi. Özümün bir başqa gövdədə olduğumu gördem. Göydə gəzirdim. Məni maşından necə çıxardırdılar onu görürdüm. Başımı necə kəsirdilər, necə tikiirdilər hamısını görürdüm. Öz ruhumu ynımda görürdüm.  Sonra uzun tunellə qaçmağa başladım. Qulağıma qarışıq səslər gəldi. Gözümü açanda yanımda sağlık işçilərinin olduğunu gördüm. Həndəvərimdə (ətrafımda) hərlənən hadıkların (həkimin) içlərində ürəklərinin, ciyərlərinin necə tərpəndiyini görürdüm. O gündən də məndə kuşkulu bir yeniliyin olduğunu başa düşdüm. Kimin şəkilini əlimə alsam onun canı (ruhu) yanımda durur. Onunla danışıram. Leninin şəklinə baxanda canı (ruhu) yanımda yarandı. Ondan harada, cənnətdə yoxsa cəhənnəmdə olduğunu soruçdum. “Mən heçyana getməmişəm həmişə burada olmuşam, məni anamın yanına basırsınlar” dedi  Mədə sağalıb sayrısaraydan çıxan gündən sayrılara əlimdən gələn köməklikləri edirəm reyir.

Vladimir Osipoviçin  beyin görəviliyində (əməliyyatında) ürəyi dayanır. O özünü tuneldə görür. Tunellə gedib bir otağa keçir. Otakda özünün əməliyyat xərəyində uzandığını başında kəsik işinin  aparıldıöını görür. Bu anda bir səs eşidir. Gəl səni keçmiş qohumlarınla görüşdürüm deyir. Tunelin işığından bir səs gəlir. Yox getmə geri qayıt deyir. Səslər qarışığında gözünü açır ki, sayrılar arasında yatır. Ona bir aydır ki, ölümanında (komada) olduğunu deyirlər. Həmin kəsilmə görəviliyindən sonra onda güclü ekstrases bacarığı yaranır.      

Qalina İvanovna qəzaya düşür. Kəsilmə (operasiya) görəvisində (əməliyyatında) ürəyi dəyanır. Sağaldıkdan sonra salıkçıya (müxbirə) verdiyi danışmasından (müsahibəsindən): “Mən qırakdan başımın necə kəsilib açıldığını görürdüm. Sonra gedib bir yaşıllıkda uzandım. Bir səs niyə buraya gəldin dedi. Biraz dincəlmək istəyirəm dedim. “Dincəl ama qalxanda qayıt geri get” dedi. Bir neçə saniyədən sonra qulağıma səslər gəldi. Gözümü açanda yanımda sağlık işçilərinin olduğunu gördüm. “İki aydır sən ölümanındasan (komdasan)” dedilər. Gözümü açan gündən mən divarın arxasında olanları görürəm.  Ömrümdə eşitmədiyim dildə danışa bilirəm. Uzmanların dediyinə görə çox düzgün danlşlram.     

İndi xəstələrin danışıqlarını anımlayaq və bu olayların baş vermə ilgilərini anlamağa çalışaq. Kliniki ölüm halında olan sayrıların ayıldıqdan sonra yadlarında qalan ilgincli (maraqlı) danışıkları, olayları beyinin ürünü (məhsulu) kimi başa düşmək olarmı? Yoxsa ki, hər hansı bir əlçatmaz varlığın  canın (ruhun) olması ilə aydınlaşdırmaq olarmı? Bu qaranlıq duruma (məqama) işıq salmağa çalışaq. 

Son çağlar hadıklığın (təbabətin) gəlişməsilə (inkşafı ilə) ilgili diriltmədən (reanimasiyadan) sonra kliniki  ölümdən ayılan sayrıların (xəstələrin) sayı qat-qat çoxalmışdır. Kliniki ölümdən qayıdanların çoxunun danışıklarında gözə görünmələr, eşitmələr, qarabasmalar kimi hallarşn olması deyilir. Sayrılar (xəstələr) alov şəklində parlaq işıqlı qığılcımlarla, parlak alovla görüşürlər və onlarla, danışırlar. Bəzən düz, bəzən əyri, bəzən dar tunellərdən keçirlər, Bəzi sayrılar (xəstələr) tuneli mağara adlandırırlar. Bəziləri özlərini qıraqdan görürlər və öz gövdələrinin yarıldığına baxırlar. Sayrılar ayıldıqdan sonra danışdıqları sözlər elə çox və elə qarışık boyalıdır ki, onu qələmə almaq da çətindir.

Qırx illik həkimlik sınağımda çeşitli bilikli, çeşitli dilli, çeşitli dinli uluslardan (millətlərdən) olan bir çox sayrıların (xəstələrin) kliniki ölümdən qayıtdıqlarını görmüşəm. Bunların hamısında da bir-birinə oxşar hərəkətlərin, görmələrin, danışıkların görəvisi (şahidi) olmuşam. Hamısı topa-topa qığılcım, od görür, səs eşidir, tunel, mağara, yaşıllık görür. Öz gövdəsinə özü qırakdan tamaşa edir. Bir takım sayrı (xəstə) özünün keçdiyi ömür yolunu kino lenti kimi görür. Bununla belə qərara gəlmək olar ki, klinki ölümdə baş verən olaylar heç bir dini, irqi, milli kimsəliklə (mənsubiyətlə) ayrıntılanmır (fərqlənmir). Bütün elərdə eyn kliniki nişanlar, eyni olaylar baş verir. Bunların hamısı somut (maddi) varlıq olan beyindəmi gedir, beyininmi ürünüdür, yoxsa ki, bunları hər hansı bir əlçatmaz olağandışı (fövqəladi) gücmü yaradır?

Bu sorumlara aydınlıq gətirmək üçün, teistə, deistə və ateistə gənəşiklik edək. Onların düşüncələrini dinləyək. Hər birinin baxışlarını öyrənək.

1..Sorğu: Kliniki ölümdə bəzi sayrılar (xəstələr) işıq görürlər. Siz bu işığın görünməsinə necə baxırsınız?

 Qarşılık: Teist: Bütün dini kitablarda Allahın varlığı bir nur kimi verilir. Demək  Allahın nuru da insana  Allahın dənəciyi (zərrəciyi)  kimi canla (ruhla) ötürülür. Nurun yerdə simğəsi işıqdır. Ölümanı (aqoniya) halında olan sayrıların gördükləri onların bədənlərindən çıxan canın (ruhun) işığıdır. Can ( Ruh) istədiyi halda gövdədən uzaklaşar, bu anda gövdə ölə bilər. İstədiyi halda gövdəyə qayıda bilər. Bu anda gövdə yenidən dirilə bilər.

Deist: Gövdədə iki bioloji və tanrısal  can (ruh) yaşamakdadır. Bioloji can  İlk dölütlə (rüşeymlə) birlikdə yaranır. Bununla ilgili döl boy atır böyüyür. Son dönəmin bioloqiya, fizioloqiya, bilginlərinin dediklərinə görə dölün beşinci ayında ona tanrı dənəciyi olan can (ruh) keçir. Tanrısal can (ruh) istədiyi çağda gövdədən uzaqlaşa bilər. Ama gövdə ölmür, ona görə ki, bioloji can (ruh) gövdənin qoruyucusudur. O, ölümlə savaşır. Gövdədən qırakda görünən işıq həmin Tanrı dənəciyinin (ruhun) işığıdır. Onu görən də gövdədəki bioloji candir (ruhdur). Əgər bioloji can (ruh) ölərsə, tanrısal can (ruh) uçub özünün həmişəlik yurduna qayıdacaqdır. Ölməsə tanrısal can gövdənin yanında qalacakdır. Bioloji can yenidın dirilərsə o öz gövdəsinə qayıdacaqdır.        

Ateist: Bütün canlıların üyələri gövdədə dolanan qanın qatqısı ilə yaşayırlar.  Əgər sayrının qanında artıqlıq və ya qatılılıq varsa, ölüm anında onların gözlərinə qara ləkələr, qara topalar görünəcəkdir. Belə hallar beyin, ürək infarktında. Xroniki ürəkçatmazlığında, qan durqunluğu ilə ölənlərdə baş verir. Əgər adamda hər-hansı bir ilgidən qan azlığı baş verərsə, qanazlığından kliniki ölüm baş verərsə,qan təziqinin birdən birə aşağa düşməsilə kliniki ölüm baş verərsə, göz önündə ağ qığılcımlar yaranır. Bu yaranan ağ qığılcımlar dolayısıilə (tədricən) ağ topalara çevrilir. Belə hal uzun sürərsə çeşitli görmələr yaranır. Bu durumdan qayıdan sayrıların hər şey yadında qalır. Ağ qığılcım və topaların yaranma ilgisi odur ki, beyinin aşkösü (qidalanması) pozulur, Beyində aclıq yaranır və bu aclığın sonluğu olarak, gözlərinin önündə parlaq ağ qığılcımlar və ya ləkələr yaranır. Kliniki ölümdə ürək fiziki olaraq çalışqanlığını  dayandırır, beyində qan işlətimi (təchizatı) azalır, beyin hüceyrələrində qansızlıq əmələ gəlir, bununla ilgili göz qabağında ağ qığılcımlar olur. Bu ağ qığılcımlar ağ topalara dönür. Ağ topalar yavaş- yavaş qaralmağa başlayır. Sayrının halı ağırlaşır. Sayrının (xəstənin) gözündə bütün dünya qaranlıq olur, beləliklə də kliniki ölüm bioloji ölümə keçir. Bununla da ölüm baş verir.

2. Sual: Kliniki ölüm zamanı bəzi xəstələr dar tunel və ya mağara görürlər. Bunun sirri nədir?

Cavab:Teistvə Deistin baxışları eynidir: Ölüm ayağında olan xəstələrin gördükləri o dar tunel bu dünya ilə o dünyanın arasındakı yoldur həmən yol daima işıqlı olur. Ancaq   xəstələrin bu dünyadakı əməllərindən asılı olaraq kimi onu işıqda keçər, kimi də onu qaranlıqda keçər.Sonda tuneldən keçəndə qarşılarına  işıqlı bir dünya çıxar. Tuneli necə keçməsi isə o şəxslərin bu dünyadakı əməllərindən asılıdır. Əyər əməli salehdirsə bu dünya ilə o dünya yolunu asanlıqla keçəcəkdir. Əyər əməli saleh deyilsə həmən bir anlıq tunel yolu onun üçün uzun olacaq və bir çox əziyyətlərdən sonra keçəcəkdir.

Ateist: Beyin iki hissədən ibarətdir. Baş beyin və beyincik. Baş beyinlə beyinciyi təxminən 1 sm uzunluğunda dar sinir yolu birləşdirir. Həmin bu daralmadan bir çox sinirlər keçir. Həmin xəstələrin gördükləri tunel o dar yoldur. Çünki qansızlıq beyindən beyinciyə keçən zaman xəstələr həmin dar yolu görür. Xəstələr əgər dirilərsə, kliniki ölüm vəziyyətindən çıxarsa xəstələr dar yoldan keçmədən dirilirlər. Artıq bu gün reanimasiya o qədər güclənibdir ki, kliniki ölüm halında olan xəstələr dar yolu keçdikdən sonra da dirilə bilərlər. Yəni beyinlə beyincikdə boiloji dəyşiriklik (çürümə) yoxdursa onu ölümdən qaytarmak mümkün olur.

3. Sual: Bəzi xəstələr aqoniya vəziyyətində qaranlıq yerlər görür, bəziləri isə yaşıllıqlar görürlər. Buna necə baxırsınız?

Cavab: Teist: Ölüm ayağında olan xəstələrin Allah qarşısında verdikləri borclardan asılı olaraq keçid yollarını görürlər. Allaha ibadət üçün öz borcunu ödəyənlər ölüm ayağında yaşıllıq, çəmənlik, gözəllik görürlər. Allah qarşısında borcunu ödəməyənlər isə yaşıllığı, çəmənliyi görə bilməzlər. Onlar qaranlıq və başqa şeylər görürlər.

Deist: Ölüm halında bu əlamətlərin hər ikisi də görünür Ancaq xəstənin yadında qalması, onların yaranma və keçmə müddətindən asılıdır. Hansı uzun müddətli olarsa dirildikdə xəstə onu gərmüş kimi deyəcək.

Ateist: Bu suala birinci sorğuda  cavab verilibdir.Bütün əlamətlər beyinin fəaliyyəti ilə əlaqədardır. 

4. Sual: Klinki ölüm zamanı bəzi xəstələr özlərini kənardan görürlər. Bunu necə izah eləmək olar?

Cavab: Teistlə deistin cavabları eynidir: Yenə də yuxarıda deyildiyi kimi nə qədər ki, tam bioloji ölüm baş verməyib ruh bədəndən çıxsa da bədəni tərk etməyib, həmin otaqda durur. Belə olan halda  ruh özünün bədənini görə bilər.

Ateist: Aqoniya vəziyyətində olan xəstələr reanimasiya zamanı ona edilən müalicəvi yardımların köməyi sayəsində xəstə bu cür görüntüləri görür. Həkimin inadkar müalicəsi zamanı xəstələr bəzən özlırinə gəlirlər bu zaman onlarda halsunasiyalar yaranır. Bu görüntülərin hamısı halsunasiyadır. Belə özünü görmələr bir neçə dəfə təkrarlana bilər. Ya  ölümdən qayıtmaqla qurtarar, yada tam bioloji ölüm baş verər.

5. Sual: Xəstələr kliniki ölüm zamanı bədənlərini mücərrəd görürlər. Ya özləri bərk maddələrdən keçirlər, məsələn xəstə divardan keçir, adamın içindən başqa yerə keçir və ya insanlar xəstənin bədənindən keçir. Bunu necə izah edə bilərsiniz?

Cavab: Teistlə Deistin fikirləri eynidir: Ruh Allahın nuru oluduğu üçün o bərk maddə deyil. O enerjidir. İstənilən hala keçə bilər. Ona görə də o istədiyi bərk yerdən keçir və yaxudda onun içərisindən insanlar keçir. Bu belədə olmalıdır.

Ateist: Kliniki ölüm zamanı xəstələrin gözünə görünənlərin, xəstələr danışanların hamısı halusinsiya qrupuna aiddir. Yəni qarabasmalar növünə aiddir. Halusinativ hal da təbii ki, maddi  varlıq deyil. O bir mənəvi varlıq olduğu üçün istənilən haldan-hala keçə bilər.

6. Sual: Bəzən sayrılar (xəstələr) kliniki ölüm anında yanlarında adam, çox hallarda ağsaçlı-saqqallı qocq kişi ğörürlər. Onu necə aydınlaşdırmak, açıklamak olar? 

Cavab: Teistlə Deistin cavabı eynidir- Onlar gördükləri axirət mələkləridir. hər kəs bu dünyadakı    əməlinə uyğun mələk görəcəkdir. əməli saleh xoş sifət, saleh olmayan isə bəd sifət mələk görəcəkdir.

Ateist: Adam bu aləmə yeni gələndə onun beyini təmiz ağ kağıza bənzəyir. Aləmdə olan ilk gördüyü varlıqların hamısının ilk əksi o, ağ kağız beyində oymalanır və istənilən vaxt yenidən canlanır. Kliniki ölüm vaxtı oyanmalar hansı nöktədən keçərsə orada həkk olunan varlıqlar halsunasiyada görünürlər. Həmin görünmələrdəki qalsünasiyalarda. kimi cavan, kimi qoca, kimi qadın, kimi kişi, kimi də danışan heyvan görə bilər.

7. Sual:Müasir tibbin kəşfi olan reanimasiyada kliniki ölümü olan adam bu gün günlərlə bəzən aylarla diri saxlanılır. Kliniki ölümdə uzadılan ömür Tanrı qədəridir yoxsa yox?

Cavab:Teist. Hər bir nərsə (şey), hətda ağızda tüpürcəyi tüpürmək və ya udmaq da Allahın qədərindən asılıdır. O kimsənin (şəxsin) ölüm qədəri hələ çatmayıbdır ki , o kimsə (şəxs) reanimasiyaya düşübdür. Həkim isə allahdan göndərilən ilgidir (səbəbdir). Allahın qədəri çatanadək onu yaşatsınlar. Əyər qədr yetibdirsə yüz həkimdə olsa köməyi yoxdur.

Deist: Allahın qədər qanunu var. Qədər qanununda Allah insanların ömür müddətini 100-130 il arası veribdir. 100-dan sonra olan ölümlər Allah qədəridir. Ona əcəl ölümü deyilir. 100 yaşa çatmayan ölümlərin hamısı acalsız ölümdür. Allah qədəri deyil. Onun da bir çox səbəbləri var.

Ateist: Klinki ölüm baş verən şəxslərin hamısı əslində ölmüş hesab edilməlidir. Çünkü bütün ölənlərin hamısı ilk öncə kliniki ölüm yolundan keçir. Kliniki ölümsüz bioloji ölüm olmaz. Qədər ölümü yoxdur. Xəstəlik ölümü var. Bir də  qocalıq ölümü var. Çünkü qocalıq ölümü bəşər qanununa uyğundur. Təbiətdə hər şey yetişir, qocalır və ölür. Elə də insan bu qanuna tabedir. Buna isə  əcəl ölümü deyilir. Qocalmadan baş verən ölümün hamısı əcəlsiz ölümdür.

Burada alımlanan olaylar yalnız gerçək görüntülərin ürünü olaraq yazılmışdır. Mən əminəm ki, gələcəkdə elm inkşaf edərək bu gün məlum olmayan bir çox müəmmalı məsələləri həll edəcəkdir.  Ruhun varlığını, ölümdən sonrakı yaşamın varlığını elm təsdiq edərsə o zaman adamların tərbiyə və davranış yolları tamamilə yeni bir istiqamətdə gedə bilər. Əyər bütün bu yuxarıda deyilənlərin, hal və hadisələrin hamısı obyektiv olaraq yalnız beyinin məhsuludursa, ölümdən sonrakı yaşam yoxdursa, onda da insanların o istiqamətə uyğun təlim və tərbiyəsi davam etdiriləcəkdir. Mütləq varlıq olan Tanrının olması aksiomadır o var. Ancaq qalan bir çox gizli sirlər hələ açılmamış qalır  

                                                Öz- tin- can (ruh) haqqında.

Son dönəmlərdə tanrının güclü olağanüstü enerji- plazma olduğunu bir çox bilim adamları alımlayırlar (qəbul edirlər) və sınaklarla kəsinləyirlər. Eyni dönəmdə də bütün dinlər bir anlamlı olaraq kəsinləmişlər ki, Tanrı, öz canındən (ruhundan) adama pay  bağışlamışdır və adamda Tanrı işınının (enerjisinin) dənəciyi yaşayır. Belə olan halda, Tanrının bir olağanüstü enerji- plazma  halında olduğunu deyə bilərik. Demək Tanrının adama verdiyi can (ruh) də enerjidir və ya plazmadır. Tanrıdan adama verilən bu enerjinin- plazmanın yurdu- oturacaq yeri  hara ola bilər?

Bu sorğuya qarşılık tapmak üçün, canın (ruhun) varlığını alımlayan bilim adamları bir çox yozumlar (fərziyyələr) irəli sürmüşlər. I- yozum: Bir takım bilginlər canın (ruhun) Hipofiz vəzində yerləşdiyini və oradan gövdəni yönətdiyini ( idarə etdiyini) sınaklarla  kəsinləməyə çalışırlar.  Sınaklarda beyinin geniş işgərliyindən (fəaliyyətindən) yararlanırlar. Hipofizin 6 yaşadək 3-cü göz kimi  və ya keçmiş gövdə yaddaşı kimi uşakda yaşadığını deyirlər. II-yozum Başqa toplum bilginlər  canın (ruhun) ürəkdə yerləşdiyini kəsinləyirlər. Öz sezgilərini ürək köçürmələrindən sonra adamlarda baş verən cansal (psixoloji) və somut dəyşiriklərin olması ilə aydınlaşdırmağa çalışırlar. III- yozum: Özgə bir toplum bilginlər canın (ruhun) qanda yerləşdiyini deyərək , qan köçürülən adamların mənliklərində bir çox dəyşiriklərin  yarandığını deməklə kanıtlamağa (sübut etməyə) çalışırlar. IV- yozum: toplum bilginlər canın  (ruhun) DNK-da yerləşdiyini deyirlər. Yeni doğulan uşaqlarda anadan gəlmə olan qüsurların (patoloqiyaların) varlığını ruhun keçmişdə yaşadığı gövdədən gəldiyini deyirlər. V- yozum: Canın (ruhun) döl toxumu ilə keçdiyini deyirlər. Döl toxumunun diri, tərpənişli olduğunu örnək tuturlar. Mənim düşüncəmə görə isə, canın (ruhun) gövdədə olan hüceyrə və toxumaların hamısında axım (cərəyan) ya da plazma sayağı gövdənin bütün varlıklarında yerləşmişdir.  

Çağdaş bilginlər canın (ruhun) dölə keçmə anının, dölün beş aylığında baş verdiyini deyirlər. Bunu da dölün beş aylığında tış qıcığa qarşılık verməsilə aydınlaşdırırlar. Burada da yanlışlığın olduğunu  düşünürəm. Çünkü bilim çoxdan kəsinləmişdir ki, döl hüceyrələri (yumurta və toxum) diridir, canlıdır, tərpənəndir. Əgər canlı olaraq hüceyrədə tərpənmə, davranış gücü varsa onda can (ruh) da var. Bu da o deməkdir ki, ruh həmin canlı hüceyrələrlə çütləşmə anında dölə keçir.  

Enerji- plazma soyut varlık olduğu üçen onun həmişəlik yeri ola bilməz. Bu baxımdan bütün var olan gövdə onun yeri ola bilər. Ancak hər bir din öz ideoloji görüşünə uyğun tinin gövdədə yerinin olduğunu deyirlər.  Buddizmdə tinin (ruhun) yeri mədə sayılır. Zərdüştlikdə qarının köbəkyanı canın yeri sayılır. Semit dinlərində (yəhudulik, xristian və islamda) can ürəkdə yerləşdiyi deyilir. Tanrıçılıqda isə can bütün gövdəni dolanmakla başda yerləşir. Onun üçün də tanrıçılıq kuralında idıklık (qurbanlıq) boğazlanmır, boğazlanan ulak (heyvan) idıklık (qurbanlıq) sayılmır. Çünkü canın (ruhun) yeri olan baş yaralanmış olur. Tanrıçılıkda qan da canın (ruhun) yeri sayılır. O ilgirən də qan ayaklanmayan bir yerə basdırılır.

Bəs bilim qaynaqları canın varlığını tanıyırmı? Tanıyırsa o haqda bilim adamları nə düşünürlər?  Canın (ruhun) varlığı haqda hələ yeni eradan öncə bir çox bilim adamları öz düşüncələrini, sözlərini demişlər. Belə ki, e.ö. V. Yüzillikdə yaşamış yunan bilgini Alkimson ana gövdəsində dölün gəlişməsindən danışarkən dölün 5- ci həftəliyində canın yaranmasından danışmışdır. O canın (ruhun) beyində yerləşdiyini, gövdə öldükdən sonra can ölmür öz yerinə qayıdır demişdir. A. Demokrit (e.ö. 460- 370) də canın (ruhun) varlığını tanıyır. Onun beyində yerləşdiyini, adamın bütün davranışını cann yerinə yetirir deyir. O canın ölümsüzlüyünü danır, gövdənin ölməsilə birlikdə onunda ölməsini deyir. Pifaqor (e.ö. V.əsr) canın varlığını, onun tanrı dənəciyi olmasını, gövdə öləndən sonra onun yaşamasını və qocalmış gövdədən, yeni gənc gövdəyə keçməsini tanıyır  (A. Əlizadə “Antik fəlsəfə tarixi” Bakı 2016. s. 56-58)  Çağdaş dönəmin düşünürlərinin  bir bölümü dölün 5 həftəsində canın (ruhun) keçdiyini, bir bölümü uşaq doğulan kimi ilk solukda keçdiyini deyir.  Mənim düşüncəmə görə, can (ruh) dölləmə anında diri halda keçir. Çünkü mikroskop altında baxdıkda döl toxumunun tərpənişli olduğu görünür. Toxumun bu davranışı onda canın (ruhun) olmasını göstərir.      

Bu gün bilim dünyası kəsinləmişdir ki, tanrı dənəciyi beyində yerləşmişdir. Beyinin yaratdığı bütün soyut varlıqların hamısı tanrı dənəciyinin ürünüdür. Adamın davranışnı və çalışqanlığını düzənləyən us (ağıl), həm də tanrı canının çalışma qaynağıdır. Çalışma qaynağı  olan us (ağıl)  həmişə acımalara (rəhm etmələrə), yaxşılıqlara üstünlük verir ki, adam yetginləşsin. Əgər heyvani duyğular usun (ağılın) çalışmalarına üstün  gələrsə, onda cana da üstün gəlmiş olar. Belə olan halda, ulak (heyvani) duyğuları kutsal canı çirkləndirir. Çirklənmiş can olan yerdə, yetginlikdən söz  gedə bilməz.

Sorğu yaranır əgər can varsa onu görmək olurmu? Qurani-kərim ayə ilə canın (ruhun) olmasını kəsinləyir (təstikləyir). Quranın 17/85 ayəsində deyilir:” Səndən ruh haqqında soruşarlar. De “Ruh Rəbbinin əmrindədir. Sizə yalnız cüzii bir bilgi verilmişdir.” Ona görə də can haqqında olan hədislərdə deyilir ki, cann (ruh) ilahi hədiyyə olduğu üçün, o haqda düşünməyə dəyməz. Dini hədislərdə də ruhun varlığı bir mənalı olaraq alımlanır (qəbul edilir). Kim o haqda sorğu edərsə suç işlətmiş, günüh yiyəsi olar deyilir.

Canın (ruhun) varlığı Quranda öz kəsinliyini (təsdiqini) tapsa da, bütün olanay (tarix) boyu dartışma olayı olaraq qalmaqdadır. Varlığın-gərəkliyi (Vacibül-vücud) dünygörüşlü teistlər və varlığın- birliyi (vəhdəti-vücud) dünyagörüşlü sofi-teistlər və deistlər də canın tanrı dənəsi olduğunu alımlayırlar. Həm də   canın tanrı egemenliyində (hökmüranlığında) olduğunu və gövdədən qıraqda yaşaya bilməsini alımlayırlar.

Ateistlər isə can (ruh) materiyanın, beyinin yüksək ulamda (dərəcədə) gəlişmiş  mənlik görəvidir deyirlər. Şamanlar canın (ruhun) somut görünən varlıq olduğunu, onları istədikləri vaxt çağıra bildiklərini deyirlər.  Bilim dünyası can haqqında konuşma apardıkda   adamın duyğularının durumunu yada salır.

Son dönəmlərdə bir takım araşdırıcı bilginlər qanda salqı (informasiya) ötürücülük bacarığının olmasını deyirlər. Əgər deyilən özünü doğruldarsa o halda ən ulu din olan tanrıçılığın doğruluğu özünü kəsinləyər.

Genelliklə (ümumiyyətlə) can (ruh) elə bir mənlikli varlıqdır ki, o adamın bütün üyələrində (orqanlarında) olmalıdır. Hər hansı bir orqan götürüldükdə, adam yaşaya bilməyib ölürsə demək o üyənin canla (ruhla) bağlılığı var. Bu baxımdan can  adamın hər yerindədir.  Bilim aləmi kəsinləmişdir ki, beyində yüz milyardlarla neyronlar, neyronyanı mayelərdə milyardlarla impulslar və salqılar (informasiyalar) arakəsilmədən çalışmadadılar (fəaliyyətdədilər). Ulu dədələrmiz bu hıza öz ya da can (ruh) demişlər. Odur ki, can dedikdə bütün gövdənin görəvilik bacarığının çalışqanlığı yada düşür. Son dönəmlərdə təbabətin yüksəlişi ilə ilgili kliniki ölümdən qayıdanlar can (ruh) haqqında bizə önəmli bilgilər verirlər. 

Canın (ruhun) təmizliyi, saflığı  adamlığın və onun çiçəklənməsi yoluna qulluq etdiyi kimi, canın çirkliyi  adamlığa ağır suçlar, çöküşlər (faciələr) gətirə bilər. Ulak (heyvani)  canı (ruhu) çox güclü olduğu üçün, Tanrı canının egitimliyi (tərbiyəsi) adamın  ilk döl aylarından başlayaraq, ömrünün bütün dönəmlərində, hətta ahıl yaşlarında da gərəklidir. Bu gərəkliyi kim unudarsa uduzar.

                                 Kimsənin (şəxsin) toplumda (cəmiyətdə) yeri haqqında.

Özgürlü kimsənin (şəxsiyyətin) toplumda (cəmiyyətdə) ki tutqacının (rolunun) yararlığını, onun gələcək yerini bir  anlamlı olaraq, qabaqcadan aydınlaşdırmaq heç cür olanak (mümkün) deyil. Adamın kimsəliyi Tanrının boyçəkim (genetik) dənəciyinin bazasında, uşaqlıq və yeniyetməlik dönəmində biçimlənir (formalaşır).

Araşdırıcı bilginlər adamda 3000-ə dək boyçəkim (genetik) kodlu hüceyrələrin olmasını aşkar etmişlər. Bu boyçəkim bacarıqlı hüceyrələrin hər biri, bəlirli (müəyyən) anlamda kimsənin (şəxsiyyətin)kimliyinin biçimlənməsinə (formalaşmasına) qatılır. Ancaq bu bacarığın üzə çıxması üçün, toplumda olan durumun, egitimin (tərbiyənin) çox böyük etgisi (təsiri) var. Adamlar bu boyçəkim kodunun çox az payından yararlana bilirlər.

Boyçəkim (genetik) qanununa görə, bir yumurtadan ayrılan ekiz uşaqlarda tış görünüşlərinin oxşarlığı kimi, iç üyələri (orqanları) və mənlik dünyaları da çox oxşar olur. Ancaq bu uşaqlar, başqa-başqa koşula (mühitə) düşdükləri və başqa egitim aldıqları halda, mənlik dünyaları tamamilə başqa biçimdə olur. Biri alim, dövlət başçısı, xeyirxah kimsə olduğu halda, başqası isə, onun tam tərsi olaraq, Toplumun tam yaramaz üyəsinə çevrilə bilir. Demək, adamın yetişdiyi koşul (mühitin) durumu heç də boyçəkimdən geri qalmır.

Bu baxımdan, onu işıqlandırmaq gərəkdir ki, kimsənin (şəxsiyyətin) yetginləşməsi üçün, onun uşaqlıq və yeniyetməlik egitimi azlıq edir, bunun üçün həm də bol yetkinliyi olan boyçəkim (irsiyyət), və toplumda olan durum, bunlarla yanaçı evlik (ailə ) egitimi də çox gərəklidir. Toplumda olan sosial durumun, adamların cansal (psixoloji) durumuna çox böyük etgisi var və sonucda yetgin sosial cansal( psixoloji) durumlu bir özgür kimsə yetişir.

Kimsəlikdən (Şəxsiyyətdən) söhbət gedəndə kimsənin təkcə fiziki varlığı yox, eyni dönəmdə də anlamlı (intellektual), canı (ruhu) cansal( psixiki) və bireyli (individiual) varlıqlarının olması da önəmlidir. Kimsənin kimlik mənliyi bir varlıq kimi toplumda yetkinləşir. Uşağın və ya yeniyetmənin,  özgür məninin yetkinləşməsində, əmr çeşitli duyğusal hal yaradan egitim davranışları, heç bir anda yaxşı və düzgün egitim verə bilməz. Uşaqda duyğusal bacarıkları yaratmaq, uşağın mənəvi mənliyini yüksəltmək əvəzinə, əksinə olaraq, alçalda bilər. Yetişməkdə olan mənliyini koruşlandıra bilər. Ona görə ki, uşaqda olan özlü (ruhi-pisxoloji) duyğunun dəyərli egitimlə yetkinləşməkdə olan sinir düzəminin (sisteminin) üstün (müsbət) enerjiyə, yəni sevilməyə asıllığı, gərəkliyi var. Uşaq bu enerjini ilginliklə (xüsusilə) ata-anadan alır. Gəncin, evdə (ailədə) və toplumda (cəmiyətdə) aldığı egitimdən asılı olaraq, onun “özünü egitimləndirmə məni”  yetkinləşir. Kimsəlikdə olan özgür (azad) mənin bollaşmasında, dini egitimin və toplumsal qınağın da köməyi olur. Dönəmin  və toplumsal egitimin və qınağın ilgisilə bağlı onda gedən psixoloji dəyişiliklər davranışlarında da özünü göstərir. Bu davranışlarla, hərəkətlərlə ilgili, adamın fizioloji durumlarında da dəyişiliklər gedir. Onlarda soyut (subyektiv) dəyişiliklərlə yanaşı, gövdədə də somut (obyektiv) dəyişiliklər gedir. Tanrının adama bəxş etdiyi gözəllik rəmzi olan yeddi qızıl xətlər də, yeniyetməlik dövründə yetginləşərək tamamlanır. Hər bir cins özünə uyğun gözğllik cizgilərini götürür.  Ama bu gün düzgün olmayan egitim (tərbiyə) üzündən asılı olaraq doğa (təbiət)  tanrı kuralından qırağa çıxır. Tanrı kuralının yaratdığı kutsal cizgiləri dəyişir. Kişi qadın ğörkəmini, qadın da kişi görkəmini alır.  Belə uyğunsuzliqlara toplum (cəmiyət) sayımsız (biganə) olmamalıdır.

                                                      Qadın haqqında.

           Ulu Tanrı uzayı və aləmi yaratdı və gözəlləşdirdi. Doğa varlıklarını və canlı varlıqları yaratdı. Ama heç birinə özünü tanıtmadı, özünü sevdirmədi, Heç birini özünə oxşatmadı, bənzətmədi. Yaratdıklarının heç birinə, heç nəyə sevgisini vermədi. Təklikdən darıxdı. “Nə yaradım ki, təkliyimi unudum, nə yaradım k, məni sevsin, mən də onu sevim” dedi. Bu anda dənizin köpükləri arasından bir qadın qılığı göründü “məni yarat” dedi və yenə köbügə döndü. Tanrı bu imgəyə vurulub onu yaratdı. Göyün yuca qatında öz taktında ona yer verdi. Adını Ülgən ana qoydu. Onu özünə eş-yoldaş, tay yaratdı. Yer üzünün baş əyəsi elədi. (Bulqar kutsal bitigindən).    

         Yazılı qədim Türk mifologiyasında deyilir ki, ulu Tanrı yerə çoxlu yağışlar yağdırdı. Dağları, dərələri sellər- sular götürdü. Çaylr, dənizlər dəryalar yer üzünü tutdu. Dağlarda, dərələrdə  palçıqlı sellər zağalara (mağaralara)  doldu. Tanrı günəşə yeri qızdır dedi. Yerə də aləmi canlılarla doldur dedi. Çaylarda, dənizlərdə, dəryalarda, qurularda canlılar yaranmağa başladı.

Sonra da ilk olaraq günəşli zağanın (mağaranın) palçığından qadını yaratdı, Onu özünə oxşatdı, Ona us-ağıl, saçına gözəl qoxu verdi, gövdəsinə qızılgülün ləçəklərini bağışladı.  Qadına zərifliyi, incəliyi, gözəlliyi verib, yaratdığı palçıqdan ovcuna qoydu. Sevib- sevilməyinə mən qarışmıram, onu   özün yarat dedi. Sonra da günəş az düşən qalın palçıklı zağanın “qoxumş köhnə palçığından  kişini yaratdı”. (Quran 15/26 ayə). Ona güc və inam verdı,  qadını qoru dedi. Sonra da plçığından bir ovuc verib kutluluğunu, özgürlüyünü (xoşbəxtliyini) özün yarat dedi. Demək sevib- sevilməyi, qutluluk və özgürlüyü tanrı adamın öz öhdəsinə veribdir. Kim necə bacarırsa elə də yaşayın deyibdir.         

Harada sağlam qadın özü- canı (ruhu) var. Orada sağlam öz (ruh), dəyərli toplum (cəmiyyət) var. Harada qadın var, orada isti soluq (nəfəs), sönməz sevgi var. Qadın adının, gözəlliyi, sevgsi, təmizliyi, görgülüyü (əxlaqlılığıı), ərdəmliyi, mənliyi dağlardan axan billur bulaqların gözü kimi saf və təmizdir. Boş yerə ən qədim din olan tanrıçılığın və buddaçılığın yerdəki qılıkları qadın qılığında yaradılmamışdır.

Tanrıçılıq inancında evə girən kimsə ilk öncə o evdə olan ağbirçəyə, sonra isə ağsaqqala baş əyərmiş. Tanrıçılığın bir çox gələnəklərini, sonralar semid dinləri öznünküləşdirmişlər. Usayatan qavrama (məntiqə) görə Tanrıçılıqda deyilən “ana haqqı Tanrı haqqıdır”, islamda deyilən “cənnət ananın ayağı altındadır” kəlməsindən yüksəkdə durur. Çünkü burada ana tanrı ilə yanaşı durur. Biz ananın necə də yüksəkdə duran kutsal varlıq olduğunu  aydın şəkildə  bir çox ədəbiyatlarda görürük. Yazılı ədəbiyyatlarda qadına- anaya yüksək dəyər berən bir çox dədələr olmuşlar.  “Kitabi Dədə Qorqut” dastanında, Qazan xan evinin yağmalanmasını eşidir. Yağının dalınca gedir. Qazan xan Şöklü Məliyə deyir:

                              “Qırx incə belli qızla Burla xatunu gətirmisən, sənə əsir olsun!

                                Qırx igitlə oğlum Uruzu gətirib gəlmisən, sənin qulun olsun!

                                Qoca anamı gətirmisən, ay kafir, anamı ver mana”!

                                                         (Kitabi-Dədə Qorqud. Bakı, yazıçı 1988 s.147)  

Göründüyü kimi o, gətirdiyinin hamsı sənin olsun, yalnız “anamı ver mana” deyir. Bu söz boş yerə Qazan xanın ağzından çıxmır. Onun üçün ana onun Tanrısıdır.          

M. Həllac: ”Haq mənəm , haq məndədir.” və ya “Mən sevdiyim o, o sevdiyi mənəm” deyir. Burada M. Həllac adamları, yəni kişi və qadını gözönünə alır. Tanrı ilə yanaşı tutur.

 İbn Ərəbi yazır: “Əgər Allah bəndəyə sınaq üçün qadını göndərirsə, bu halda o, Allaha, həmin o, nəfsdən (ovqatdan) də tapınmalıdır. Bu qadınları sevərək, o, anlamalıdır ki, əslində o bütöv olan, öz hissəsini sevir. Odur ki, qadın həmin o, kəs üçün Allahın yaratdığı kamil insan təcəssümü olur. Kim ki, bəndə ehtrasla sevdiyi qadına, bütün varlığı ilə can atarkən, bu qadında öznü görür. Bu qurluş Allahın özünün qurluşudur ki, o qurluşu Allah özünə uyğun yaradıb. Beləliklə, bəndə həmin o, sevdiyi qadında məhz Allahı görür və onun özü o qadında əriyir. “Mən- ehtirasdan közərən kəsəm. Şövqlə sevdiyim bu kəs mən özüməm”-deyir. Bu mərhləyə çatan bir qism isə: “Həqq mənəm”-deyir. (İbn Ərəbi “Məkkə açıqlamaları” 14-cü bənd). “Qadınlar, səbr və yaranış oyuğudular. Odur ki, əgər sən qadını sevirsənsə, ona olan sevgin səni Allaha. çatdırar. Onda sən də bu sınaqdan şəfqət taparsan. Qadına olan sevginlə Allaha tapınarsan”. (İbn Ərəbi ”Məkkə açıqlamaları” 27-ci bənd). 

                İbn Ərəbi: ” O, məni övər,  məndə   onu, O, mənə tapınar, məndə ona.”                        .                                                                  “Mən haqqın sirriyəm, haqq məndən ibarət deyil,                                                                                                     Bəlkə mən haqqam, aramızdakı sirri böylə bil.” deyir.

                        “İblis- şeytan görsəydi Adəmdə onun üzündəki nuru və gözəlliyi,

                         Hec inad edərmiydi, heç geri təpərmiydi Adəmə səcdə etməyi”.

                                                                (İbn Ərəbi.”Arzuların tərcumanı” İstanbul 2002 s.107).

H. Benazus yazır:: “Mövlanə bazarin kənarında duran, bir dəstə qadınların yanından keçəndə onu tanıyan qadın ayağa durub, Mövlanaya secdə edir. Mövlanə də ona qarşı çevrilib ona secdə edir. və deyir,”Allah, Allah, Siz olmasanız bu ilahi duyğuları kim alt edə (işıklandıra İ.M.) bilərdi””? Onunla gəzən müridi deyir. Əfəndim bu qadın özünü bazarda satandır. Sən də ona secdə edirsən. Mövlanə, “ Mən qadına yox, Allahın ilahi nurundan ona verilən gözəlliyə secdə edirəm.”deyir. (H. Benazus “ “Mövlanə  fəlsəfəsi” İstanbul. 2010.s.64)     

Mövlanə Cəlaləddin Rumi: “Allahın yaratdığı varlıqların içərisində ən yksəkdə duran varlıq gözəllikdir.”  deyir.

Mövlanə əsərlərində qadını allahla yanaşı qoyur. Qadına kutsal bir varlıq kimi baxmağı  buyurur (tövsiyə edir.)

        “Kadın yaradılmış bir varlıq degil, yaradan bir qüdrətdir.  

         Kadın bir nurdur, sevgili deyil. Kadın yaradıcıdır, yaradılmış degil” deyir.

                                                                   (H.Benazus “ Mövlanə fəlsəfəsi” İstanbul. 2010. s.295).

İmam  Nəsimi adamı Tanrı yerinə qoyur. ”Tanrı deməyə qorxdular insan dedilər” deyir.

                         “Səni bu hüsnü cəmal ilə, bu lütf ilə görən,

                           Qorxdular həq deməyə, döndülər insan dedilər.”

                         “Mən ərəfna”tanıyan nəfsini ol kimsənədir,

                           Bildi rəbbini, anın adına insan dedilər.”

Nəsimi şeirində qadının saçını, yeri özünə bağlayan günəşin saçına bənzədir.

                          “Vəhdətin simi qırılmaz, silsilə yar zülfündən.

                           Mən o zülfə bağlıyam, etməz rəha xoşdur mənə.”

Günəşin tellərinə bu dünya bağlandığı kimi, mən də gözəlin zülfünün tellərinə bağlıyam deyir.   

Qadını gözəlliklərin tacı sayan, qadın gözəlliyi qarşısında başəyən M. Füzuli deyir:                                    

                        “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,                                               

  Surəti-halım görən, surət xəyal eylər məni.”

 

         Klassik şair Hüseyin Cavid, qadın Günəşdi balası Ay, qadının yoxluğunu insanlığın yoxluğu bilir.  “Qadın Günəş, cocuk Ay, nuru Ay Günəşdən alır”deyir.

O deyir:           “Qadın! Ey sevgili həmşirə oyan!                                                                                                    

                         Ana! Ey nazlı qadın, qalk uyudan.       

                         Ana evladını bəslər, böyütür,

                         Anasız evlad, əvət, öksüzdür,

                        “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək.

                        Sürüklənən bəşəriyət qadınla yüksələcək”! deyir.

                                                                     (H. Cavid. “Əsərləri” Bakı 2005. s. 60). 

Qadın anadır, qadın gələcəyin yaşam qaynağıdır, qadın sönməz sevgi çırasıdır. Buddizmidə və tanrıçılıqda “qadın, xüsusilə qız tanrının yerdəki əksi- qılığıdır” deyilir.. “ Tanrı qadını sağlam evin, sağlam ocağın, toplumun beşiyi olaraq göndərmişdir” deyilir

         Olanayda (tarixdə) iz qoyub gedən peyğəmbərlərdən  heç biri İsa peyğəmbərdək qadına yüksək dəyər verməmişdir. O deyir: “Kainatın anası olan qadına hörmət edin. İlahi yaradılışın bütün həqiqəti ondadır. İnsanın bütün varlığı ondan asılıdır. O sizi əzablar, alın təri içərisində dünyaya gətirir. Həmçinin öz arvadlarınızı da sevin, onlara hörmət edin. çünkü onlar sabah ana, sonra isə bütün nəslin ulu nənəsi olacaqdır. Qadın sizin üçün çox asanlıqla tam səadətə çata biləcəyiniz Allah məbədidir.” (Tibet incili, Bakı. 2002. s.27-28) 

Tarix boyu bütün toplumsal (ictimaiİ) gəlişmələrdə (farmasiyalarda) qadınlarla kişilər arasında həmişə ayrıseçgiliklər olmuşdur. Bu ayrıseçgilik bu gün də sürülməkdədir (dəvam etməkdədir). Ona görə də qadınların təbiətləri, keçmişləri, bu günləri və gələcəkləri haqqında özümün aləm görüşlərimi oxuculara çatdırmak- bildirmək istəyirəm.

Bir çox  qavramlı (müdrik) ərdəmlilər adamlık olaylarını, toplumu quşa, kişi və qadını, admlığın qoşa qanadına bənzədirlər. Quş tək qanatla uça bilmədiyi kimi adamlık toplumunun da qadınsız heç bir yüksəlmə dəyəri yoxdur. Qadınsız nəin ki, adamlık (bəşəriyət) gəlişməz (inkişaf etməz), qadınsız o yox olar. Qadın adamlığın üyəsi (üzvü) olmakla, o həm də adamlığın özülüdür, yuvasıdır. Bütün olanayçılar (tarixçilər) ən yüksək çiçəklənmiş qədim yunan uyğarlığının (mədəniyətinin) çöküşünü (tənəzzülünü) o dönəmdə qadının alçaldılması ilə ilişgiləndirirlər. Toplumun (cəmiyətin) yüksəlişini (inkişafını)  qadınsız göz önünə almak (təsəvvür etmək) olmaz. Qadının alçaldılması toplumun  alçaldılması deməkdir.

Adamlığın ilk çağlarında zağa (mağara) dönəmində çöldə kişi yem toplayanda qadın zağada (mağarada) isti  yuva qoruyur, uşaq böyüdür. Zağada səliqə-səhmanı yaradır. İlk evliliyin özülünü qoyur. Evlilik sevgisinin ilk çəgirdəyi (rüşeymi) də zağa yaşamında cücərir. Evlilik sevgisi olmayan yerdə səliqə-səhman yarana bilməz. O çağlarda qadınlar özgür yaşamışlar. Kişilər də onları qorunmuşlar. Bu olay tanrıçılıkda özünü aydın göstırir. Sinifli toplum (cəmiyət) yarandıqdan sonra aşamalarla (tədricən) qadınların özgürlüyü əllərindən alınmağa başlayır. Qadınların əzilmələri, alçaldırılmaları yaranmağa başlayır. Aləm ellərinin olanaylarına göz yetirsək görəpik ki, sinifli toplum  yarandıqdan sonra bütün ellərdə qadına qarşı davranış pisləşərək alçaldıcı olmuşdur

        Çox yazıqlar olsun ki, sonradan yaranan səma dinləri (Yəhudi, Xristian, İslam) kişilərin acgözlüyünü önə çəkib, qızın-qadının kutsallığını arxaya keçirərək kölgədə saxlamışlar. Adamlarda olan sığır (heyvan) duyğuları ilə, qız- qadın kutsallığını tapdalayaraq, o kutsallığı unutdurmağa çalışmışlar.

         Tanrının yüksək canla (ruhla), sevə- sevə yaratdığı  bu zərif-incə varlığa Tanrı öz yanında yer verdi, Özüilə yanaşı tanrılar kürsüsündə oturtdu. Qadın Umay (Humay) anadır. Qadın sümerlərin Babil qülləsi divarında anıtı (heykəli) qoyulan kutsal, soy və doğum əyəsi Nənədir. Qadın Tanrının bəxşeyişini özündə gəzdirdiyi üçün o kutsaldır. Deyirlər qadının alqışı da, qarğışı da tanrı yanında keçərlidir. Deyirlər qadının gözü qalan evdə kişi bay ola bilməz. Tanrı qadını öz sevgisilə yaratdığı halda, kişilərin onu sevməməyə mənəvi haqları yoxdur. Sən qadını sevsən də, sevməsən də Tanrı onu sevir. Sən də onu sevməyə çalış ki, Tanrı səni də sevsin! Tanrı yanında pis qadın yoxdur. Pisliklərin yaradıcısı, iştirakcısı olan kişilər var. Onu ləkələyən, alçaldan, hər bir alçaltmanı yaradan kişilər var. 

Yuxarlda deyilən söyləntilərdən (miflərdən) görünür kü, Tanrı kişini də qadını da doğa varlıqlarının, birliyindən (vəhdətindən) yaratmışdır. Onlar bir-birni tamamlamaq üçün birinə güc və inam, o birinə isə gözəllik və incəlik veribdir. Həm də Tanrı kişiyə onu qoru və sev deyibdir. Belə bir söyləntini (mifi) yaradan elin (xalqın) kişilərindən,  xüsusilə gənclərindən soruşuram, onların qadını alçaltmağa və onu təhqir etməyə mənəvi haqları varmı? Tanrı qarşısında sayselə (hesabata) duranda  deməyə sözləri olacakmı?

 Nəki sinifli cəmiyət yaranıb, hər bir vaxt kişi və qadın sözgəlimi (məsələsi) dartışma (müzakirə) anması (mövzusu) olmuşdur və bu gün də dartışma anmasıdır. Hər bir yeni yaranan toplumun gəlişmələrində (farmasiyalarlnda) bir çox çeşitli aləm görüşləri yaranmışdır. Bəzən geriçilik (mürtəce) baxışların ilgisi olaraq qadınlar üçün ağır çöküşlük (faciələr) üz vermişdir. Hətda elə hallar olmuşdur ki, qadınlar şeytan ruhunun daşıyıcıları sayılmışlar. Yüz minlərlə qızlar, qadınlar asılmış və odda yandırılmışlar.

Quranda deyilir ki, “Qadın kişinin əkin sahəsidir”Yəni kişi əkin sahəsi olan torpağı ilə necə rəftar edirsə qadını ilə də elə rəftar edə bilər. Belə ayələrlə yanaşı zamanına görə bir çox mütərəqqi, qadınları qoruyan ayələr də var. Məs.” Ey iman gətirənlər!  Qadınlara zorla varis çıxmaq, sizə halal deyildir. Onlarla gözəl rəftar edin.”(Quran: 4\19).  “Cariyələrə həqarətlə baxmayın. Namusnu qoruyun, sahiblərindən icazə alıb evlənin və onların mehirlərini qəbul olunmuş qaydada verin.”  (Quran 4\25). Qul qadınların və kənizlərin ağır və dözülməz qanunlara tabe olan bir zamanında, belə bir ayənin verilməsi, qul qadınların və kənizlərin azadlığı deməkdir. Bu ideya öz zamanının böyük bir islahatıdır. və ya “Dində kişi və qadın eynidir.”(Quran 3\195) ayəsi islamda kişi ilə qadının eyni hüquqda  olması deməkdir. Quranda olan bu gəlişməliyə (mütərəqqiliyə) baxmayaraq, Məhəmməd (ə.s.) dan sonra din yayıcıları (təbliğatçıları) şəriətə qadınları təhqir edən, alçaldan hədislər artırmışlar. Bir hədisdə deyilir ki, qadın əxlaq və fiziki cəhətdən zəif məxluqdur. Buna görə də onlar cənnətə buraxılmırlar. Arvad cənnətə ərinin mərhəməti sayəsində gedə bilər. Hədisin deyilişindən aydındır ki, hədis qadını təhqir edici bir tərzdə deyilmişdir. Həm də peyğəmbər ə.s.ın “cənnət ananın ayağı altındadır” kəlamını danır (inkar edir). Belə hədislər çoxdur və onlar götürümsüzdür (qəbul edilməzdir).

Qız-qadın tək dinin qurbanı yox, bir çox hallarda siyasətin də qurbanı olmuşlar. Bütün Azərbaycan xalqının atası olan, o xalqı yedizdirən, geyindirən, gənclərinə dünya biliklərini verən Hacı Zeynalabidin Taqıyevin qadını Sona xanıma son günlərində yiyə duran bir kişi olmamış, tramvayda yiyəsiz bir nəsnə (əşya) kimi ölmüşdür. Qızı Sara xanımı son günlərində diləndirən adamların alçak siyasəti olmamışmı? Qadını allahın sevimlisi sayan Hüseyin Cavidin qızı Turan xınımın, Azərbaycanın yenilikci professoru Heydər Hüseyinovun qızı Sara xanımın həyatlarını dilənçi durumuna endirən, Onları hər addımbaşı alçaldan, qadın olmalarına öküngön (peşiman) etdirən ikiüzlü yaltaq siyasətçilər olmamışlarmı?

 Bəs bugün, bu günkü qadın öz yerində tanrı kürsüsündə otururmu. Otura bilirmi? Yox otura bilmir. Nədir bu incə varlığı öz yüksək qoltuğundan ayıran. Bu kişi xüdbinliyi, kişi həyasızlığı, kişi mənəmliyidir.Toplumda başalıb gedən mənəvi cılızlıq nəin ki, onu qoltuq ayağının yanında saxladı. Onu qapı çənbərindən də kənara atdı. Ona bir oyuncaq kimi baxdı. Zibillikdə bitən çiçəyə verilən dəyəri də vermədi. Unutdu ki, qarşısındakı qadındır, anadır, anasıdır.

        İstər türk dünyasının ilk inancı olan Tanrıçılıqda, istərsə də müsəlmanlıkdan sonra yetişmiş, türk uluları (dahiləri), qavramlıları (müdrikləri) həmişə çatdırmışlar (təbliğ etmişlər) ki,.Aləmin ən ülvü-yüksək tansıqı (möcüzəsi) qadındır. Tpolumun qaydaları, düzüm-düzgünlükləri (nizam- intizamları,) səliqə-səhmanları qadınların adı ilə bağlıdır. Qadına həmişə kutsal varlıq kimi baxılmışdır. Onu bildirim ki, bütpərəstlər bütləri boş yerə  qadın görkəmində yaratmırlar. Onlar anlamışlar ki, ilahidən göndərilən gözəllik yalnız qadın varlığında ola bilər.

Biz xüsusilə gənclərimiz bu canlı bütə  bu gün necə baxırıq, onun kutsallığını necə qoruyuruq,? Bu sorğuya açıklama axtarmağa gərəklik (ehdiyac) yoxdur. Bu gün televizorlarda , basqılarda, çaplarda (mətbuatlarda) qucağı uşaqlı, boyunu bükük qızlarımıza, gözü yaşlı, üzü cırık  bacılarmıza, analarmıza, nənələrmizə baxıb, onların harylarına, diləklərinə necə açıklama veririk, yarğıtaymızlar (hakimlərimiz) necə seçim  eləyirlər, hamısı bizə aydındır. Bu soyuqqanlık toplumu gec-tez ölkəi  uçuruma aparacakdır. Elin yaşam ıkması (tərzi) belə gedərsə Azərbaycan və türkiyə türklərinin son uğuru (taleyi) qədim yunan respublikaçılarının gününə düşəcəkdir.       

Ey kişilər ana alçaldılmaz, qadınları alçaltmayın.  Tanrı anaya verdiyi dəyəri onlara qaytarın. Tanrı onlara verdiyi qadınlıq mənliyini qoruyun ki, öz mənliyinizi itirməyəsiniz!

 

                                           Mayıf (Əlil) evlik (ailə.) haqqında.

            Mayıflıkdan söz düşəndə nəinsə çatışmazlığı yada düşür. Belə ki, adamın gözünün biri, əlinin biri, ayağının biri və b. üyələri (üzvləri) olmadıqda, o kimsə mayıf sayılır. mayıflık sözünü başqa yerlərə də ilgi (aid) etmək olar. Belə ki, evlilik (ailə) o halda sağlam olur ki, evlilik adını yaradan çeşitli varlıqların hamısı öz yerində olur, tam olur. Tam evlik o evdir ki, ər, arvad, uşaq  bir masa arxasında otururlar. Bu  evlilik kiçik yetgin evlilik (ailə) sayılır. Böyük evlilik (ailə) o evlilik (ailə) sayılır ki, bir masa arxasında dədə, baba, nənə, ata, ana, bala, nəvə, nəticə oturur. Tanrıçılıq inancında kiçik evliliyin kutsallığı  haqqında  bir neçə “qat”lar var. Orada deyilir ki, “Erkək ya dişi hər bir kəs 16 yaşından sonra özünün evliyini (ailəsini) qurmazsa, öləndə onun canı (ruhu)  həmişəlik olaraq, Damuda (Cəhənnəmdə) acılar (zülüm) içində qalacaqdır”. Bir başqasında deyilir: “kim evliliyini (ailəsini) yarımçıq, mayıf edərsə, o öləndə həmişəlik olaraq Uçmaqdan (Cənnətdən) uzaqda qalacaqdır”. Yəni cəhənnəmə gedəcəkdir. Tanrışılık qatlarından birində də deyilir ki, “Əgər yetgin adam kəbinsiz (nikahsız) ölərsə o uçmağa (cənnətə) buraxılmayacakdır”. Bu qatlardan aydın olur ki, kiçik evlilik üyələrindən hər hansı biri yoxdursa o evlilik Tanrı yanında mayıf evlilik sayılır. Tanrıçılıkda deyilir ki uşak evə uçmakdan (cənnətdən) gəlir. Uşak uçmak (cənnət) quşudur. Evlilik haqqında olan bu Tanrı göstərişi evliliyin ən dəyərli varlıq olduğunu bir daha göstərir.

         Qızlarda elə bir kutsal gizləm (sir) var ki, o gizləm tanrıdan yalnız evliliyin varlığı üçün verilmişdir. Bu ilahi gizləm evliliyin birliyini həmişə qoruyur. Qızlarda olan bu gizləm, heç bir canlı varlıqlarda yoxdur. Bu gizləm qızın  tanrı yanında  ən dəyərli varlık olduğunu bir daha kəsinləyir. Bu gizləmdən tanrıçılık bitiyində geniş danışılır. Onun kutsallığı kəsinlənir. Ona görə də demək istəyirəm ki, Tanrının dəyərli varlığı olan evliliyi (ailəni) heç bir halda mayıf (əlil) etməyin. Onun yetgin olmasına çalışın.

 İstər ər olsun, istərsə də arvad olsun dünyaya gətirdikləri balanı egitimləndirməyə (tərbiyələndirməyə), onu böyüdüb ərsəyə gətirməyə, boya-başa çatdırmağa borcludular. Bu borcu ödəməməyə onların mənəvi haqları yokdur. Həm  də onların böyümələrində etdikləri çabalar (əziyyətlər) üçün  onların boyunlarına ərk qoymağa da haqları yokdur. Çünkü hansı egitimi (tərbiyəni) veribsən, ona uyğun da qarşılık alacaqsan. Əgər uşaklar düzgün, yararlı egitim (tərbiyə) alıblarsa, ərksiz də o balalar ata-ana qarşısında  olan borclarını anlayacaqlar və gərəkli halda yerinə yetirəcəklər.

            Evlikdə (ailədə) verilən egitim (tərbiyə) yolunun, nəinki, uşağın uyğarlığına (mədəni həyatna), həm də duyğusal davranışına böyük etgisi (təsiri) var. Hətda onun anadan gəlmə bacarığının üzərə çıxarılmasında da  önəmli tutqac (rol) oynayır. Uşağın bacarığı onun hələ körpə yaşlarından özünü göstörməyə başlayır. Bu gün toplum (cəmiyyət) sosializm qurluşundan tamamilə ayrıntılı (fərqli) olan bir qurluşda, kapitalizm qurluşunda yaşayır. Kapitalizm toplumunda (cəmiyyətində) kapital (pul) daima ön planda olur. Adamın yaşamı, onun sağlamlığı kapitaldan arxa sıraya  keçir. Ona görə də belə bir toplumda (cəmiyyətdə) sağlam yaşamaq uğurunda aparılan savaş yarışı daha da çətinləşir. Belə bir durum ata-anaları ona vadar edir ki, uşağa yaşamaq uğurunda savaş yollarını, hələ körpə yaşlarından öyrətsinlər. Sosializm qurluşu zamanı bütün yeniyetmələr kortəbii böyüyürdülər. Gələcək çətinliklərlə savaş yollarını nə evlik, nə də məktəb vermirdi. Bu gün uşaqların yeniyetmə dövrü kortəbii böyüyərsə onun gələcəyi sorğu altında qalar. Ona görə də bu günkü ata-analar uşaqlarını yaşadıqları qurluşa, topluma uyğun egitim (tərbiyə) verməyə vadardılar. Heç kim özünün gələcəyi haqqında görücülük (münəccimlik) edə bilməz. Alanda gözlənilmədən bir cox çeşitli dəyişmələr (kataklizmalar) olur ki, adamların gələcəkləri gözlənilmədən dəyşirilir. Əgər demokratik quruluş yaranarsa, onun da özünün yasaları, kuralları, kuramları olur. Toplum ona uyğunlaşmağa gərəklidir.

Bu bir bəllilikdir (aksiomadır) ki, elm, bilik ağlın tükənməz yatrımıdır (xəzinəsidir). O hər bir toplumsal (ictimai) qurluşda aparıcı tutqac (pol) oynayır. Sovetlər dönəminin ən yaxşı dolanan bölümü (zümrəsi) elm adamları, bilginlər idilər. Gözlənilmədən sosializm toplumu (cəmiyyəti) dağılan kimi, elm adamları, bilginlər dilənçi durumunda qaldılar. Bazar adamları milyoner oldular. Hətda qəzetlərdə “ Dilən professor dilən” başlıqlı məqalələr də yer aldı. Demək Kapitalizm cəmiyyətindəki bu toplumda (cəmiyyətdə) yaşamaq üçün tək bilik azlık edir. Biliklə yanaşı usu (ağlı) işlətməklə, yeni bir bilik də öyrənmək gərəklidir. Bu bilik bazar biliyidir. Pul qazanma yollarını öyrədən bilikdir. Bu bilik üçün cildlərlə kitab oxumağa gərəklik yoxdur. Bu biliyi bazar adamları yaxşı bilirlər..

Bu gün ata-anaların verdiyi yaxşı oxuyarsan, yaxşı dolanarsan egitim (tərbiyə) yolu azlıq  edir. Artıq bu yol köhnəlmişdir. Bu gün yaxşı bilik almaqla yanaşı, us işlədib, pul qazanmaq yollarını də öyrənmək bilim alanının ön tasarısıdır (planıdır). Çünkü bu yol kapitalizminin yoludur. Sosialazm qurluşunda atalar sözü var idi “ pul əl çirkidir, bu gün var, sabah yoxdur”.Kapitalizm qurluşunun atalar sözündə deyilir,”Pullu adamın ətəyində namaz qılarlar, pulsuzun əlinə süpürgə verərlər”.Bu günkü gəncliyin, bu atalar sözünün çəmbəri içərisində yetişdirilməsi, egitimlənməsi (tərbiyələnməsi) çox gərəklidir.

             Mən 40 illik hızlığımda (fəaliyyətimdə) həmişə qarşılıqlı olan salamı, puldan yüksək tutmuşam və bilmişəm. Puldan dadlı olan salamın qarşılığında bir çox işlər görmüşəm. Ama bu gün Allahın salamı da puldan, kapitaldan asılı olduğunu görürəm. Demək yeni yaşayış yolu tamamilə çeşitlidir və bu yolu yaxşı öyrənən yaxşı yaşayar. Kapitalizm toplumu (cəmiyyəti) özü ilə yeni atalğa (termin) da gətiribdir. “Çirkli pul yığmaq və onu yumaq yolları” kapitalizm bu yolları da öyrədir.

Adam tanrının ən uslu (ağıllı) varlığıdır. O usunun (ağılının) varlıq ölçüsünə uyğun da toplumda (cəmiyyətdə) yer tutur. Ona görə də kapitalizm cəmiyyətinin sayrısı (xəstəliyi) olan pul yığmaq bacarığından danışılanda, adam öz adamlıq dəyərini, görkəmini itirməməlidir. Onu qoruyub saxlamaq, onu itirməmək yolunu da  unutmamalıdır. Heç bir halda adamın alçaldılması sanıkına (hesabına), göz yaşı bahasına, ağır suç (cinayət) yollarıilə yığılan çirkli puldan, danışılmamalıdır. Uslu (ağıllı) adam usunu (ağlını) işlətməklə, uyatı (vicdanı) yol verdiyi yollarla yığılan, halal puldan danışılmalıdır. İnternetdə adını çəkməyə utandığım bir kanal var. Orada pullular, pulsuzların  başlarına pul xətrinə adamlığa yaraşmayan, mənliyi taptalayan necə alçaldıcı oyunlar açırlar. Bu alçaltmaları da internetdə hamı izləyir. Hamı da adi hal kimi alımlayırlar. Bu adamlıqdan qıraq olan olayları toplumun (cəmiyyətin) gəlişməsi (inkişafı), demokratiya kimi, elə (xalqa) sırıyırlar. Bunu mən adamların, adamlığın, toplumun cırlaşması, cılızlaşması, mənliklərinin itməsi  sayıram. Allah bundan betərinlərindən saxlasın.

                               Evrən (kainat) haqqında.

Ünlü bilginlər bu günkü bilimə arxalanaraq bildirirlər ki, evrənin 138 milyar 800 milyon yer ili yaşı var. 13 milyar il günəşin, 6 milyar 400 milyon il yerin yaşı var. Həm də heç bir gücün etgisi olmadan, hər hansı bir partlayışın ilgisinin sonluğu olaraq planetlərin yarandığını deyirlər. Bizim yaşadığımız yer planetində ilk canlı mikroelementlərin əməmlə gəlməsi 3 milyar, 400 milyon il  öncə olmuşdur.

Onu bildirim ki, Tanrının bir neçə pozulmaz kuralı var. Onlardan biri də 10-luq kuralıdır. Ancak heç bir bilgin, bilim (elm) alanında tanrının pozulmaz olan bu onluk kuralına dəyər vermir. Tanrının onluk kuralı evrənin, eləcə də, doğanın bütün varlıklarında alımlanır (iştirak edir).

Bilim (elim) aləminin aşkarladıkları, açıkladıkları bilgilərə görə  yer qabığında aşkarlanan kəhraba, daşkömür və neft kimi üzvü maddələr haçansa var olmuş canlı varlıkların çürüməsindən əmələ gələn ürünlərdir.

 Tanrının 10-luk kuralına görə əgər günəşin işınları 1 milyard ildən sonra merkuridə canlı varllklar yaratma gücünə çatarsa o halda günəşin ömürü 10 milyrd il olmalıdır. Əgər 2 milard ildən sonra çatarsa, o halda günəşin ömürü 20 milyard il olmalıdır. Bu tanrı kuralıdır. Planetlərdəki canlı varlıkların ömürləri Günəşin varlığından asılıdır. Günəş olmasa heç bir planetdə canlı yaşam ola bilməz. Bu günkü bilginlər  Günəşin  yaşının 5 milyard il  olduğunu Yerin isə 4 milyard il olduğunu deyirlər. Beləliklə deyə bilərik ki, əgər Günəş düzəmi (sistemi) bilginlərin dedikləri kimi 5-6 milyard ilə yaxın yaşayırsa, demək günəş  hələ 4-5 milyard il də yaşamalıdır. Eyni dönəmdə də tanrının 10-luk kuralı canlı varlıklarda da özanü göstərir.  Bundan başqa tanrının 4-lük kuralı da var. Tanrının onluk və dörtlük kürallarına görə Günəşin və ona bağıl olan planetlərin yaşı 10 milyard il olmalıdır. Bu gün ildən ilə günəşin istiliyinin artmasını bilginlər kəsinliklə göstrirlər, adamlar da öz uyğulamalarında görürlər. Bu sınakda günəş düzəminin (sisteminin) yaşının 10 milyard il olduöunu göstərir.

 Tanrının dörtlük kuralına bəlli olaraq, yerin yaşının sanıklanmasıdır (hesablanmasıdır). Belə ki, əgər yerin yaşını Tanrı 10 milyard kəsinləmişsə (təsdikləmişsə),  o anda Günəşin də dörtlük kuralına bağlılığını alımlasaq (qəbul etsək), bu dörtlük kuralını belə düşünə bilərik, Yer 1,4 milyard il buzlaşma və ərimə dınəmi, 1,4 milyard il gəlişmə, istiləşmə və varlıkların yaranma dönəmi, 1,4 milyard il varlıkların yaşam və sönmə dönəmi, 1,4 milyard il istiləşmə, və ulduzlaşma dönəmi, 1,4 milyard il sönmə və gəlişmə dönəmi, 1,4 milyart il varlıkların yaşam dönəmi 1,4 milyart il sönmə dönəmi, 1,4 yenidən buzlaşma dönəmi keçirəcəkdir. Mən də bu görüşə önəmlənərək aşağdakı düşüncələrimi açıqlayıram.  

Renesans (oyanış) dönəminədək elmdə, aləmin ortası əfəni (mərkəzi) geosentri, Yer sayılırdı. Sonralar isə, aləmin ortasının, əfəninin (mərkəzinin) heliosentrinin,  günəş olması alımlandı (qəbul edildi). Bu gün bilim dünyası, aləmdə bir neçə günəşin olmasını kəsinləmişdir (təstikləmişdir). Demək, günəş də aləmin ortası deyil. Belə olan halda, aləmin ortasında olan, onu düzənləyən (tənzimləyən) varlığın Tanrı olmasını alımlamalıyıq  (qəbul etməliyik).

Aydındır ki, qalaktikanı yaradan ulu Tanrı onu da özünün yasasına, kuralına uyğun yaratməşdır. Bu günkü son bilim kuramına ( nəzəriyyəsinə) və bilimin son gəlişmələrinin (nailiyətlərinin)  bildirdiyinə görə, günəş düzəmi (sistemi) tək bir güclü partlayışdan yaranmışdır deyilir.  Ancaq bu partlayan varlığın nə olduğu, niyə pattladığı haqqında heç nə deyilmir. Elə ona görə də bilimin bu kuramı (nəzəriyyəsi) inandırıcı görükmür. Ona görə ki, yox yerdən partlayış ola bilməz. Əgər partlama oldu isə o partlayan  varlıq haradan yarandı. Niyə partladı sorğusu ortaya çıxır və qarşılığı (cavabı) açıq qalır. Burada, həm də tanrının “Varlığın- birliyi” fəlsəfəsinin qatılması özünü göstərir.

Bundan başqa qavrama (məntiqə) uyğun olarak deyə bilərik ki, əfəndən (mərkəzdən) qaçma dəngəsinə (qanununa) görə eyni anda partlayan varlığın bir parçası qalan  başqa parçaları öz gücü çəmbərinə yığa bilməz.   Demək planetlər partlama gərəkliyindən yaransa da, Günəş həmin partlayışdan yaranmamışdır. Yarana da bilməzdi. Buradan da belə düşünmək olar ki, çağdaş bilginlərin düşüncələri yanlışdır. Günəş planetlər partlayışınadək olmuşdur.

Əgər Künəş düzəmi (sistemi) bir partlayışdan yaranıbsa, belə olan halda tək, olan eyni bir varlıqdan yaranan Günəş düzəmi (sistemi) tək olan, orqaniki, fiziki və kimyəvi birləşmələrdən (tərkiblərdən) yaranmış olmalı idi. Ancaq elm bunun əksini deyir və kəsinləyir. Belə ki, Günəşin kimyəvi birləşmələri planetlərin birləşmələrindən və başqa özətlərindən (xüsusiyyətlərindən) ayrıntılıdır (fərqlidir).. Ona görə də Günəş düzəminin (sisteminin) bir partlamadan yaranması kuşkulu anlayış olduğu üçün usasığan görükmür. Həm də günəşin bütün planetləri öz çəmbərində (çevrəsində) saxlaması, Günəşin planetlərdən öncə yarandığını aşkar göstərir.

Günəşin enerjisindən asılı olaraq bu planetlərdə dəyşiriklərin getməsi də bilim aləminə bəllidir.  Bu da onu göstərir ki, bilginlərin sanmalarının (fərziyələrinin) tərsinə olaraq partlayış olanda günəş var olmuşdur və partlamadan yaranan planetləri öz güc çəmbərinin içərisinə almışdır.

Günəş düzəminin (sisteminin) çəmbəri elə bir uslu (ağıllı) lahiyə üzərində qurulmuşdur ki, planetlər milyard illərlə tərpənsələr- davransalar (hərəkət etsələr) də bir birinə toxunmadan, bir-birinə ziyan vermədən tərpənişdədilər.  Demək günəş düzəmi anlamlı olaraq bilincli (şüurlu) halda yaradılmışdır və anlamlı olaraq davranışdadır. Bu anlamlı varlık tanrıdır.

Tanrının dəyşirilməz olan bir yaranma və ölmə yasası (qanunu) da var. Bütün varlıqlar bu yasayla ilgilidir. O üzdən günəş də bu yasanın ilişgisindədir. Demək günəş də milyardlarla illərin  aşamaları ilə bilincli (şüurlu) halda yaradılmışdır.  O da doğa kimi 4 dönəm keçməlidir. O da uşaqlıq, gənclik, yetginlik və qocaləq-ölüm dönəmini keçməlidir. 

 Həm Tanrı, həm də bilim kuralına görə, partlayış kuramında, partlamadan yaranan planetləri günəş öz çəkimgücü (cazibə) çəmbərinə saldıqdan sonra, yeni yaranmış günəşin içərisindəki enerji sıfırdan artmağa başlamalıdır. Bu anda günəşə ilgili olan planetlərə istilik çatmadığından onların hamısı buzlaşma dönəmini yaşamalıdılar. Aşama ilə günəşin istiliyi artmağa başlamalıdır. Bu artan enerjinin gücündən asılı olaraq, planetlər sıra ilə cana gəlməlidilər.

Bu gün kü, bilim aləminin verdikləri anlatmaya görə Günəş yaranalı 5 milyard ildir və hazırda Günəşin nüvəsinin istiliyi 15, 6 milyon ulamdır (dərəcədir). Yanlara verdiyi istilik 5500 ulamdır (dərəcədir). Bilimin dediyini ülgü götürsək, yerə gələn istilik hər yüz min ildə 1 dərəcə artmış olur. Bu saysellə (hesabla) 1 milyard ildir ki, yerə istilik gəlir. Demək bir milyard ildir ki, yerdə ilk  varlığın yaranması başlamışdır. Bu da yerin hazırki dönəminə uyğun gəlir. Hələ bir milyard il yerdə canlı varlıklar yaşıyacaklar. Tanrının kuralına görə hələ 5 milyard il Günəş yaşayacaqdır. Bu dönəmədək yerin istiliyi 100 ulamı (dərəcəni) keçəcəkdir. Bu istilikdə də heç bir  varlık ola bilməz. Hər şey külə dönməlidir. Bundan sonra yerin istiliyi daha da qalxarak, o düzənə gələcəkdir ki, yer  ulduz halında olacakdır. 

Bir cox milyard illər öncələr  günəşin gənclik dönəmində  onun ışının (şuasının) istilik gücü indikindən bir neçə yüz min kərə az olmuşdur. O, ilgidən də günəşin çoxalma istiliyi o ulama (dərəcəyə) qalxa bilmişdir ki, günəşə yaxın olan ilk planetə, Merkuriyədək gəlib çata bilmişdir. Milyon illər boyu yüksələn istilik Merkuridə elə bir hala çatmışdır ki, orada canlı varlıqların yaranmasına əlverişli durum yarana bilmişdir. Merkuridə uzun illər canlı varlıqlar yaşamışlar.  Merkuridə canlı varlıqlar o dönəmədək yaşamışlar ki, istilik çox yüksəlib bütün canlı varlıqları yox etmişdir. Merkuri yanar planetə çevriləndə istilik ışını Dan (Ərk)-Venera ulduzuna çatmış olur.  Hazırda Merkuri yanar planetdir.

Bundan sonra aşama ilə (tədricən) günəşdə yüksələn istilik  ışınları artaraq ona yaxın olan  Dan (ərk)-Venera ulduzuna dək çatmışdır. Dan ulduzunda yavaş-yavaş istilik çoxaldıqca buzluklar ərimiş, canlı varlıqların yaranmasına uyğun durum yaranmışdır.  Bununla da milyon illərlə orada canlı varlıqlar yaşamışlar, yüksək uyğarlıqlar yaratmışlar. O dönəmlərdə yer donmuş halda olmuşdur. Dan ulduzunda da aşama ilə istilik artmış elə bir düzeyə gəlib çatmışdır ki, o istilikdə heç bir canlı varlıq yaşaya bilməzdi. Beləliklə də, planetdə yaşam sönmüş, planet yanar ulduza çevrilmişdir.           

Bundan conra günəşin güclənən ışınları yerə çatmış, yerin şaxtasını isidərək isti buxarın yaranmasına şərait yaranmış, isti buxar yüksəkliklərə qalxaraq buludları yaratmış, soymuş buludlardan yağan yağış yerdə su bolluğu okeanları yaratməşdır.  Beləliklə də  aləmdə milyon illər yağan isti yağışlar bitgi aləmini yaratmışdır. Verimli bitgi aləmi hündür yüz bəlkə 500 m. hündürlüyündə qalın ormanlar yaranmışdır. Bu düşüncənin sonucu olaraq bu gün ulusun yararlanaraq kullandığı neft və daşkömür həmin dönəmin ürünüdür. O dönəmlərdə də bol qazlar, hidrogen oksigen, azot və b. qazlar aləmi yaranmışdır. Yağan yağışlar isti bulanlıq sularşn, palçıqların bolluğunu yaranmışdır. Suda və palçıkda biokimyəvi və mineral qarışıqların, mikro, makro elementlərin suda bolluğu ilk görünməz canlı aləmi, mikro aləmi yaratmışdır. Bu görünməzlərin bir-birini udmaları aşamalarla gəlişərək görünən canlı varlıkları yaratmışdır.  

Azı bir milyard ilə yaxındır ki, yerdə ilk canlı varlıklar yaranmışdır. çeşitli canlı varlıqların bolluğuna ortam durum yaranmışdır.  İlk öncə xırda canlı varlıqlar, sonralar get-gedə uyğun durum yarandıqca, Yerin ekvatorunda  bol oksigenli durum yarandıqca, canlı varlıqlar üçün əlverişli durum yarandıqca, iri canlı varlıqlar yaranmğa bşlamışlar. Ekvator zolağında doğanın elə bir verimli durumu olmuşdur ki, bu dönəmdə mikro-makro elementlər və oksigen bolluğu elə çox olmuşdır ki,  bu bolluqlarda  tonlarla ağırlığı olan dinazavrları, 1-2 ton çəkisi olan quşları, 20-15 metr boyu olan adamları yaratmışdır.

Yelena Petrovna Blavatskayanın (1831-1891)  “Taynaya doktrina” (Gizli bilgic ədası) yapıtında (əsərində) “adam tipli 20 metr uzunluğunda olan Lemurilərin 4,5 milyon il öncələrdə yaşadıqlarını deyir. O, yazır Lemurilər Dinazavrlar dönəmində yaşamışlar. Ölçülməz dərəcədə gücləri olmuşlar. 70-80 milyon il öncələrdə 4 qollu 3 gözle lemur adamlar olmuşlar. Onlar telepatik yolla bir-biri ilə danışmışlar. Suda-quruda yaşayan varlıqlar olmuşlar. Önəmli  yemləri meyvə və bitgi ürünləri olmuşdur. Doğada oksugenin azalması 40-dan aşağa faizə düşmə dönəmində yem ürünləri də azalmış, bununla ilgili olaraq Lemurilərin boyları kiçilməyə başlamışdır.   Iki qolu və arxa gözü mutasiyaya uğrayaraq yox olmuşdur. Axırda 5-4 metrədək kiçilmişlər” Y. Blavatskayanın yazdığına görə Mu qitəsində yaşayan adamlar onların törəmələri olmuşlar. Doğada abarayın (iqlimin) dəyşirilməsinin sonucu olaraq iki-üc metrədək kiçilmişlər.

Son dönəmlərdə arxeoloqların qazıntılarında, 9 milyon ilə ilgi edilən 15 m. Uzunluğunda Pakstan-Hindistan və Monqolustan sınırında tapılan adam skeletlərinin olması və dünyanın hər yerində 7-8 milyon ilə ilgi edilən10,9,7,6 metirlik adam skeletinin tapılması  yuxarda göstərilən  anlama (mülahizəyə) açık  tanıtdır (sübutdur) ki, get-gedə doğanın ürünlüyü (məhsuldarlığı) azalmış, bununla ilgili bütün canlılar kiçilmiş, o sıradan adamların da boyları kiçilmiş və gücləri azalmışdır. D. Ö. 12-ci minilliyə aid edilən  4-5 metirlik uzunluğunda Atlantların olması bilim dünyasına tanışdır.    

Bu bolluğun ilgisidir ki, yerin orta zolağında iri heyvanlar, quşlar və 8-9 metr boyunda uslu (ağıllı) adamlar olmuş, yüksək uyğarlıqlar yaratmışlar. Ekvator zolağında olan indiki ucsuz-bucaqsız bozçöllərdə (səhralarda) milyon illər öncələrdə qalın ormanlar, Həddindən böyük canlılar və çox uslu (ağıllı) adamlar olmuşlar. Adamlar hələ bir neçə milyon  il yerdə yaşaya biləcəklər.  Abarayla (İqlimlə) bağlı yerdə oksigen  və yem ürünləri azalacak. Get-gedə adamların boyları kiçiləcək, gücləri azalacakdır.

Bilim adamlarının tasalanmalarından asılı olmayaraq, aləmin öz  yasasına uyğun olaraq, bu gün onun abarayı (iqlimi) istilənməyə sarı getməkdədir  və getməlidir. Son halda 1- milyon ildən sonra istiləşmiş havanın gücündən sularda buxarlanma çoxalacaq, okyanlar, ormanlar azalacaq  dünyanı səhra bürüyəcəkdır. Yalnız qütblərdə verimli durum yaranacaq, bütün canlılar qütblərə çəkiləcəkdir.  Havada oksigen azlığı yaranacaq və  son halda oksigen yox olacaqdır.  Bu da canlı aləmin yox olmasına gətirib çıxardacaqdır.  Ilk istiliyə dözümsüz olan canlı varlıqlarla, istiliyə dözümlü canlı varlıqların yox olmalarının arası azı  0,5-milyon il çəkə bilər. Ondan sonra canlı varlıqlar yerdə yaşaya bilmədikləri üçün yox olacaklar. Yerdə istilik min dərəcələrlə yüksələcək, yer yanar ulduza çevriləcəkdir. O anadək  Marsın istiliyi qalxamağa başlayacaqdır. İlk canlı varlıqların yaranmasına və yaşamasına ortam durum yaranacaqdır.  Bəlkə də Yerdən adamların Marsa köçmə inamı gerçəklənəcəkdir. Marsda yeni yaşam başlayacaqdır. Bu gün Amerika  bilginləri Marsa getmək diləyndədilər. Ancaq yanılırlar, ən tezi 0, 5 milyon ildən sonra Marsada canlı varlık üçün yaşayış durumu başlaya bilər. Adamların gedişi isə 1 milyon ildən sonra ola bilər. Bu dönəm Günəşin yetginlik çağında olacakdır.            

Marsda günəşin istiliyi yararlı sınıradək artacaqdır. Marsda canlı varlıqlar çoxalıb son duruma çatacaqdır. Marsdan o yana olan planetlərdə canlı yaşam olmayacaqdır. Çünkü günəşin işığı çatsa da istilik çatmayacaqdır. Həm də Marsdan o yana olan planetlərin kimyəvi və bioloji birləşmə qarışıkları başqa çeşitlidir. O ilgidən də yerdə yaranan canlılar o planetlərdə yarana bilməzlər. Sonra isə  günəşin qocalma dönəmi başlayacakdır.  Günəş aşama ilə azalmağa sarı gedəcəkdir. 2-3 milyon il dönəmində günəşin işinlarının azalması o duruma çatacakdır ki, marsada canlı varlıklar yox olacaq. Marsda donma-buzlaşma gedəcək. Mars yenə cansız planet olacakdır. O dönəmlərdə  Günəş ışınının azalması ilə yanar ulduz olan yer sönəcək. Yerdə yenidən abaray (iqlim) dəyşiriləcək. Verimli abaray yaranacak. Yerin  ulamı (dərəcəsi) yaşam düzəninə çatanda yerdə yenidən canlı varlıqlar yaranmağa başlayacaqdır.  Beləliklə, yerdə yaşam düzəni söndükdən sonra yerdə yenidən canlı varlıklar yaranacaqdır. Dolayısı ilə Günəş qocaldlkca istilik azalacak, sıra ilə Dan ulduzunda və Merkurudə də ikinci yaşam dönəmi olacakdır. Sonda günəşin 10 milyard yaşının tamamında bütün Günış düzəmində (sistemində) buzlaşma olacakdır. Ondan o yanı Tanrı bilir.

Tanrı yasalarından başqa aləmdə bir də yaklaşıklar (təsadüflər) var.  Yaklaşık heç nə, heç nədən sağdüzən (sığorta) edilməyibdir. Ona görə də yaklaşıkları Tanrı kuralı saymaq olmaz.  Çünki aləmdə görünməz (mikro) və görünən (makro) varlıkların davranışları xaotikdir. Düzdür xaoslu davranışların özü bir Tanrı kuralı olsa da, burada yaklaşık toqquşmalar, birləşmələr və parçalanmalar tanrı kuralı altında yox, yaklaşmalar yolu ilə gedir.

 Elə bu yaklaşmaların (təsadüflərin) ilgisidir ki, planetlər iri meteoritlərlə toqquşa bilərlər. Belə olan halda aləmdə dəyşiriklər baş verə bilər.  Bu hal da unudulmamalıdır. Ama toqquşmada gözlənilməz dəyşiriklər, itgilər, dağıntılar, hətda evalisiyon dəyşirilmələr  olsa da aləmin  sonu olamaz, ola da bilməz. Çünkü aləm varlıklarının sonu yalnız Günəşin sonu ilə ilgilidir. Ama belə evrimlli hallar (evolusiyon proseslər) yer kürəsində bir neçə kərə olmuşdur. Varlıklar da bir neçə kərə dəyşirilərək yaşamışlar. 

Uzun sürələr dini baxışlarda caşqınlıq  yaradan bir olayı açıqlayaq. Dini kitablarda və hədislərdə deyilir ki, Tanrı aləmi altı gündə yaratdı.  (Qyran 25\59). Adamı isə bir gündə yaratdı. Bu haqda uzun –uzadı hədislər danışılır.  Ama Tanrının bir ya altı günü haqqında haqqında heç nə danışmırlar çəkişmələr (müzakirələr) aparılmır. Bu da yeri gəldikcə teistlərlə ateistlər arasında qarşı durmalar, dartışmalar, bilikli adamlarda dinə inamsızlıklar yaradır. Bu günkü bilik ocaqlarının araşdırmaları göstərirlər ki,  Tanrı günü və ya ili heç də dindarların deşündükləri və dedikləri kimi, yer günü ya yer ili ilə ölçülmür. Tanrının öz yasası, öz kuralı və öz günü var, o hər şeyi öz anı ilə ölçür. Aləmin bütün varlıqlarının, elə də Tanrının günü və ili çox çeşitlidir. Belə ki, Tanrı yaratdığı hər bir ulduzun, hər bir planetin yalnız özünə ilgi olan yolu və ilsırası (təqvimi) var ki, bunu da Tanrı düzənləyir (tənzimləyir). (Quran 32\5 və 70\4)

Dönəmimzdə tuş gəldiyimiz quyruqlu ulduzu mən ömürümdə iki kərə hər 20- 25- ildən bir  görmüşəm. Demək quyruqlu ulduzun bir ili yerin 20-25 ilinə uyğundur. Qalley quyruqlu ulduzu hər 75-76 ildən ir yerdən görünür. Demək Qaliley quyruqlu ulduzun bir ili 75 -76 yer ilinə uyğundur.  Qalan ulduzların aşamalarına (dövriyyələrinə) adamın ömürü çatmır.

Astranomiya bilginləri aydınlaşdırmışlar ki,   Günəşin öz qalaktika çəmbərində bir dönəmi, yerin 230 milyon dönminin eynidir (bərabərdir). Yani qalaktikanın 1 ili, yerin 230 milyon ilidir. Demək bizim qalaktikanın bir ili Yerin 230 milyon ilinin eynidir (bərabəridir). Bu baxımdan aləmin bir günü, dolayısı ilə yerin 230 milyon gününə ya da 63 milyon ilinə uyğundur. Belə görünür ki Tanrının bir gündə yaratdım dediyi adamın yaranma dönəmi yerin 63 milyon ili dönəmində olmuşdur.  Demək Tanrı Adamı (adəmi) özünün bir günündə, Yerin isə 63 milyon ilində yaratmışdır. Bu imgə bilimin (elmin) dediyi ilə üst-üstə düşür. Əgər dinçi bilginlərmiz (alimlərimiz) danışıklarını (söhbətlərini)  bu yöndə aparsalar o halda onlara biliklilər də, biliksizlər də, dindarlar da, dinsizlər də inanarlar.

                             *****************************

Bu gün bir çox, milyardlarla canlı varlıqların birliyini özündə yaşadan bioaləmlə görəvli (məşğul) olan, biosferanı öyrənən, ekosistemi öyrənən və s. varlıqların yasalarına uyğunluqlarını öyrənən yeni-yeni bilik ocaqları yaranır. Bilimin son gəlişmələri (nailiyyətləri)  onu göstərir ki, aləmin yaşamasında var olan dördlüklərin özü də Tanrı yasalarından biridir. Belə ki, Tanrı varlığında olan dördlüklərin hamısı bir-biri ilə sıx bağlıdır. Biri o birisiz yaşaya bilməz. Bu Tanrı  kuralları aşağdakılardır.

  I- dördlük kuralı, qalaktikanı idarə edən kurallardır.

 a) Çəkimgücü (Cazibə)  kuralı, bunu bilim aşkarlamışdır.                                                                                                                                                                   b)  Elektrik-maqnitləşmə kuralı, bilim aşkarlamışdır.                                                                                                                               v) Zəif nüvə kuralı, bilim aşkarlamışdır.                                                                                                                                                            q) Güclü nüvə kuralı, bunu hələlik bilim aşkarlamamışdır.

Bunlarsız başqa kuralların gücü heç nə edə bilməz. Eyni halda da bütün varlıqlar aləmlə sıx  ilgilidir. Əlçatmaz, ün yetməz olan bu aləm kurallarının bir-biri ilə bağlılığı usun-ağlın çözə bilmədiyi gizlərin varlığı, bizdə belə bir sorğunu yaradır ki, aləmdə olan bu güclü nüvə kuralı nədir. Bu kuralın gizləmi (sirri) nədədir? Bu gizləm nə ilə bağlıdır? Hələlik bu sorğuların gizini (sirrini) açmaqda bilik ocaqları gücsüzdülər.

Bu ucsuz-bucaqsız aləm, öncədən hər hansı bir büyülü (sehrli) gücün anıkladığı (hazırladığı) tasarı (layihə) üzərində qurulmuşdur. Elə bu deyilən tasarı (layihə) Tanrının çəkimgücü (cazibə) kuralıdır. Aləmin hər yerində bu çəkimgücü (cazibə) özünü göstərməkdədir. Bu çəkimgücü, öz gücünü kayıtsız (ilahi) enerjidən, yada kayıtsız (ilahi) plazmadan  alır. Bilim aləmi bu kayıtsız enerjinin- plazmanıns adına güclü nüvə kuralı deyir. Deməli, bizim axtardığımız Tanrı varlığının, dənəcikləri (zərrəcikləri), bütün canlı və cansız varlıqların öz içərisindədir. Gözə görünməz  dənəciklərdən tutmuş, ölçüyə gəlməz böyüklükdə olan aləmədək, hamsını özündə birləşdirən bu kayıtsız (ilahi) varlıq, bütün dini kitablarda deyilən Tanrıdır (Allahdır).

II- dörtlük  kuralı, aləmin boşluq düzəmilə (sistemilə), Yer qatının birliyini yaradan örtük etkənidir (amilidir).

a) Atmosfer örtüsü,

b) Hidrosfer örtüsü,

v) Biosfer örtüsü,

q) Litosfer örtüsü qatlarının kurallarıdır.

           Atmosfer örtüsü: Ən qalın qat olub yerlə yanaşı fırlanır. Doğanın və doğada olan bütün varlıqların, bitgilər, heyvanlar və adamlar aləminin yaşamaları üçün ödülsüz (əvəzsiz) varlıqdır.

Hidrosfer örtüsü: Yerin su qatıdır (təbəqəsidir), yerüstü, yeraltı və okean sularını birləşdirən ödülsüz etkəndir (amildir). Bütün bilim aləminə aydındır ki, su yaşam qaynağıdır. Sudan qıraqda heç bir yaşam izi ola bilməz.

Biosfer örtüsü: Doğada olan bioloji etgənləri (amilləri) özündə birləşdirir. Bitgilər, heyvanlar  adamlar və mikrovarlıklar aləmininin yaşaması üçün ödülsüz aracdır (vasitədir). Yerüstü aləmin var olması, yaşaması üçün biosfer örtüsü çox önəmlidir.

Litosfer örtüsü: Yer qabığına verilən addır. Yerüstü və yeraltı mineralların varlığından, necəliyindən (kəmiyyətindən) və netəliyindən (keyfiyyətindən) danışan bilimdir. Bu da doğa varlıqlarının yaşaması üçün ödülsüzdür.  Bunlarsız aləm var ola bilməz. Aləmdə olan bu qatların hər  biri ayrılıqda  bir bilim alanıdır.  Bilim aləmində hər bir qatın özünə uyğun geniş özəllikləri  və açıqlamaları var.

III-dörtlük kuralı: Doğa varlıqlarının (günəş, torpaq, yel, su) birliyinin yaradılış kuralıdır ki, bu da Tanrı yasası sayılır. Bu dörd varlıqların da hər birinin özünə uyğun qaydaları və bir-birinə bağlılığı  var. Hər birinin qaydaya uyğunluğu ayrılıqda bir bilim alanıdır. Belə ki, Günəş öz ışınını torpağa verir, torpağı isidir. Torpakdan qalxan buxar yeli yaradır. Yaranmış yel buxarı çoxaldarak buludu yaradır. Buludun çəkicilik tokkuşmalarından əmələ gələn su yer sularını, dənizləri, okeanları yaradır. Bu dört varlığın birliyi bir canlı varlık kimi qatqılanır (iştirak edir). Bu varlıkların qatqısı yerdə və göydə olan bütün varlıkların bir-birinə bağlılığını yaradır və onların yaşamaları üçün gərəkli arac olur.

IV- dörtlük kuralı, doğa kuralıdır. (Yerin Günəş yörəsinə dolanmasıdır). Yer öz çəmbərində fırlananda-dolananda aşağdakı kurallar yaranır.

 a). Günəşin doğum dönəmidir.

b). Günəşin gənclik dönəmidir.             

V(. Günəşin yetginlik dönəmidir.

q). Günəşin qocalıq (ölüm) dönəmidir.

Bu IV kuralı Tanrıçılık dini bayram günləri kimi özünə götürmüşdür. Bu baxımdan “Türk dünyasınd a Xızır olağandışı (fenomeni)” bitiyində (kitabında) bayramlar bölümündə geniş açıklama verilmişdir.

V- dörtlük kuralı: Canlı varlıqların, o cümlədən adamların yaşam biçimidir (tərzidir).

 1. Körpəlik və ərgənlik (döl vermə) dönəmi.

2. Yaılık- dəliqanlık (Gənclik) dönəmi.    

3. Yetginlik dönəmi.

4. Qocalıq və ölüm dönəmidir. 

 Hər bir dönəm haqqında “Ailənin sağlamlık kitabında geniş danışılmışdır. Burada yalnız “körpəlik və ərgənlik dönəmindən danışılacakdır, ona görə ki, bu dönəm tanrının 10-luq kuralı ilə ilgilidir. Eyni halda da döl (nəsil) vermə dönəmi, ömrün kəsinlənmə (təstiqlənmə) dönəmidir. Ona görə də burada yalnız ərgənlik dönəmindən dnışılcakdır. Belə ki, hər bir canlı varlığın ömrü onun dölvermə yaşının 10 qatı sayındadır. Bu görəv Tanrı yasasıdır. Bu yasanı bir az açıqlayaq. Belə ki, Siçan yaranandan 35 gün sonra bala vermə bacarığında olur. Onun yaşamaq ömrü 350 gündür (yəni 1 ildir). Toyuk. Pişik, Qoyun 1 ildən sonra bala verirlər. Onların ömürləri 10 ildir. İt. Aslan. Pələng və bir takım sığırlar 2 yaşında bala verirlər, onların ömrü 20 ildir. Bir cox dırnaqlı ulaklar (heyvanlar) 3 yaşında bala verirlər, onların ömürləri 30 ildir. Dəvə 7 yaşında bala verir, onun ömürü 70 ildir. Adam orta sanıkla (hesabla) 10-14 yaşlarında bala vermək bacarığında olur. Onun ömrü 100-140 il arasıdır. Bu yasa bütün canlılara ilgindir (aiddir). Ömürü bir çox hallar, doğada olan suçlar, sayrılıklar, pis yaşam biçimi (tərzi), abaray (iqlim) və başqa hallar gödəldir. Bu hallar da yaşam dönəmində canlıların başına elə çox tuş gəlir ki, o sürədən də tanrı verən ömürü yaşaya bilən canlılar hələlik görükmür.             

Bu gün bilimin dediyi yaşamaq uğrunda savaş kuralı da Tanrı kurallarının biridir. Göründüyü kimi Tanrı kuralları ilə bilimin açıqladığı kurallar eynilik yaradır. Tanrının gizəmli kurallarını bilim aləmi açıqladıkca onu özününküləşdirir. Canlılarda olan bütün instiktlər Tanrı kuralı olduğu kimi, həm də yaşamak uğurunda savaş kuralıdır.

Bilginlərin aşkarladıkları bütün yeniliklər, tanrının kuralı olmakla, həm də Tanrının gizləmlərinin aşkarlanması sayıla bilər. Bilim adamları ulu tanrının aləmdə olan gizlilərinin çox az çeşidini bu gün açmışlar. Hələ göydə, yerdə, suda bir çox tanrı gizlincləri açılmamış halda öz açıqlamasını gözləyir. Adamlar tanrı gizlərini açıkladıkca, onlar, bir elə də tanrıya yaxınlaşırlar.

                                                 Tanrının (Allahın) işinə qarışmayaq!

Səma kitablarının hamısında Allah nurdur deyilir. Onun bir enerji (nur) kimi olduğu göstərildiyi halda, bəzən də onun adam görkəmində, adamlar arasına gəldiyi, adamlarla danışması göstərilir. Hədislərdə Allah öz elçilərini s0fraya qonaq edir.  Lövhü-məhvuzda sofra açılır və sofraya yer yemişləri (nemətləri) qoyulur. Allah onlara aratlayır (məsləhət verir), yol göstərir. Ona görə də, bir çox dindarlar Allahı bir şəxsiyyət kimi alımlayırlar (qəbul edirlər). Uzun dönəmlərdən bəri hədis və rəvayətlər əsasında formalaşmış bu təsəvürlərə uyğun olaraq, bu gün ulu əsatirlərdə olduğu kimi Allahı, onun mələklərini bir kimsə (şəxsiyyət) kimi əsərlərdə, kinolarda canlandırırlar, onları danışdırırlar. Reallıqdan uzaq olan belə hallar, yeniyetmələrdə, gənclərdə əfsanələrə, əsatirlərə, miflərə, xurafatlara inam yaradır. Onlar həyatın real varlıqları qarşısında çaş-baş qalırlar. Elmin, ixtiraların, arxeloji tapıntıların nailiyətlərini görən gənc nəsil, dində kök salan əfsanə və xurafatlarla rastlaşdıqda onlarda ikiləşmə duyğuları yaranır. Onlar daxilən mənəvi, ideoloji aclıq məcburiyətində qalırlar və özləri üçün yeni ideoloji yollar axtarırlar.                                                                                                                                    

Bütün dini kitabların bildirdiyi kimi Tanrı ölçüyə gəlməz bir nur toplusudur.,  Demək Tanrı nur olduğu kimi, onun mələkləri də nur olmalıdır. Nur dedikdə enerji başa düşülür. Çünkü elm bütün səma varlıqlarının  enerji ilə sıx ilgili (əlaqəli) olduğunu deyirlər. İlahi nurun insanla təmas yaratma yolları həmişə dartışmalar (mübahisələr) anqması (mövzusu) olmuşdur və bu gün də dartışmalıdır (mübahisəlidir).

Bu gün elmə aşikar olan bir çox çeşitli tezlikdə və ölçüdə olan dalğaların hamısı öz  qaynaqlarını, ilk yurt (məkan) ocağı olan  enerjidən almışlar. Elə ona görə də deyə bilərik ki, nur özü də enerjidir. Dini kitablarının dedikləri kimi Tanrı və onun mələkləri də enerjidir. Enerji kimi də öz elçiləri ilə enerji (nur) dili (vəhy) ilə danışa bilərlər. Adamın gözü enerjini görmək qabiliyyətindən uzq olduğu üçün, o nə Tanrını nə də onun mələklərini görmək bacarığında (qabiliyyətində) deyildir. Tanrı enerji olduğu üçün, o həm seçkinlərinə enerji (vəhy) göndərə bilir, həm də seçkinlərində və ya elçilərində olan enerji (aura) vasitəsilə vəhy dili ilə qarşılık (cavab) ala bilir. Demək Allah adamları enerji gücü ilə yönətir (idarə edir). Bu kutsal enerji hər bir kəsə çeşitli halda göndərilir. Aydındır  ki, belə qarşılıqlı davranışlar (münasibətlər) bütün adamlarda eyni cür ola bilməz. Milyonda bir adam, kutsal vəhyi alımlama (qəbul etmə) və göndərmə bacarığınnda ola bilər. Qalan adamlar isə, Tanrı dənəcikləri (zərrəciyi) olan canları (ruhları) ilişgisində çalışqanlık (fəaliyyət) göstərirlər.              

Tanrının adamlara bağışladığı can (ruh) nədir. O harada yerləşir və adamı necə yönətir (idarə edir).? Bu haqda bütün dini kitablarda bir-birinin tərsi (ziddi), biri digərini danan (inkar edən, qatlar, ayələr çoxdur.

Bütün dinlərdə dərin kök salan qəza- qədər sözgəlimini (məsələsini) araşdıraq. Hədislərdə deyilir ki, ilahi qədərə görə yeni doğulmuş uşağın qədər-qisməti o, dünyaya gəlməmişdən Tanrı dərgahında yazılmış olur. O yzıya pozulma yoxdur..Demək doğulan kimi, onun həyatda olan şəxsiyətliyi məlumdur. Onun dövlət başcısı olması, alim olması, varlı-kasıb olması, oğru, əyyaş olması, cənnər və ya cəhənnəmdə oturması, haqqında öncədən uğur (tale)  kitabında yazılıb damğalanmışdır (möhürlənmişdir).  Buradan belə bir sorğu yaranır. Hələ dünyaya gəlməmiş bu körpənin suçu (günahı) nədir ki, bu ömrünün yazqısını, qədər-qismətini əyriliklərdə, kasıblıq və dilənçılikdə başa vursun, axırda da  cəhənnəm odunda yansın. Ya da elə fağır olsun ki, hər keçən bir təpik vursun. Niyə? Demək dinimizdə hələ aşkarlanmamış çoxlu sorğu suvallar var. Elə bu sorğular da adamın ağlını, düşüncəsini  sorğuların açıklanmasına, ona qarşılık (cavab) axtarılmasına yönəldlir. Bu axtarışları dindarlar Allahın işinə qarışmaq kimi açıklayırlar (izah edirlər). Düşüncə (Təfəkkür) yürüdüb, gerçəklik (dəlil) axtaran  ağıllı adamları da dinsiz, kafir adı ilə damğalanırlar.                                                                                                          

Onu bildirək ki, din Allahın varlığı ilə bağlıdır. İstənilən hər hansı bir olağanüstü (fövqəladi) gücə, inama bağlılıq dinə inam deməkdir. Gerçəkliyə və incələməyə, arxalanmadan, kor təbii yaranan  inam çox hallarda yararsızlıklar, acılar, apatlar (faciələr) yaradır. İnam mənliyin dirəyidir demişlər. Ona görə də hər hansı bir  dini inamı incələməkdə ağlın, düşücənin, uylavın (şüurun) qatqısı əvəz edilməzdir. Hər bir hal və olayın çözülməsi üçün ağlın, düşüncənin, uylavın incələmələrii ilə gerçəklik axtarılmalıdır. Ağıl onu alımlayırsa bu dinin dəyərli anlamıdır. Əgər ağıl onu alımlamırsa o dinə girmiş xurafatdır. Adamın ağlının ən çətin işi, çalışmalardan, incələmələrdən çıxan doğrulukları alımlamağı bacarmaqdır. Adamın yaşam yolunda uğur qazanması,  onun düzgün  düşüncəsindən və düzgün yol seçməsindən asılıdır. Genelliklə gəncliyin uyğulamasızlık (təcrübəsizlik)  dönəmində, düzgün düşüncəyə, düzgün yol cızımına daha böyük asıllık duyulur. Dədələrin dedikləri kimi “yüz ölç, bir biç.” uyğulaması köməyə gəlir. Təcrübəsiz gəncin fikrincə, o, doğru düşündüyü yolla gedir, ancaq, sonucda getdiyi yolun yanlış olduğunu görür. Adamın yaşam yolunda yaranan uğursuzluqların hamısı,  onun düşüncəsinin çıxartdığı yanlış anlamın (məntiqin) sonucu kimi ortaya çıxır.

Bu gün çağdaş adamların yaşam yoluna göz gəzdirsək görərik ki, adamların çox böyük bir bölümündə dini inanc yaşamakdadır. Ateist dünyagörüşlü adamlar, çox az bir bölümlüdür. Ancaq inancı olanlar arasında da çox böyük çeşitlilik yaşamaqdadır. Bir qrup adamlar, yalnız dini məbədlərə (məscidə, kilsəyə, sinaqoqa) gedəndə Allahı yada salırlar, başqa hallarda isə, dindən uzaq olan bir çox pis əməlləri yerinə yetirirlər. Bir qrup adamlar isə günlərinin çox payını tapanakda (ibadətdə) keçirirlər, din danışmanlarına  qulaq asmaqdan, başqalarına dini görüşləri yaymakdan (təbliğat etməkdən) irma, coşqu ( həzz, ləzzət) duyurlar. Öz dinlərindən başqa, ayrı dinə qulluq edənlərə və eləcə də, ateistlərə iyrənclik (nifrət edici) gözlə baxırlar, onlarla ilişgi qurmurlar. Belə kimsələr çox halda, dini aşırılığa (fanatikliyə) bağlanırlar. 

Bu gün, doğu ilə batı arasında və xristianlıq dünyası ilə islam dünyası arasındakı, siyasi çəkişmələr, özünü dini çəkişmələrdə də göstərir. Böyük siyasətçilər dinlər arasında dartışmalar yaradaraq, dilək və istəklərinə çatmak üçün, dini yağılığı (düşmənçiliyi) qızışdırmaqdadılar.

Bu gün dünyada böyük dini düşərgələr yaranmışdır. Ayrı-ayrı dini birliklər (təşkilatlar) yaradılmış və bu birliklər qarşı-qarşıya qoyulmuşlar. Əgər bütün dinlər adamları, bir-birinin qardaşları bilirlərsə, bu yağıçılıq (düşmənçilik) hardan qaynaqlanır? Dinlər arasında yağıçılığın (düşmənçiliyin) yaranmasında siyasətçilər nə ulamda (dərəcədə) suçludurlar? Din nə üçün həmişə siyasətə qurban gedir?

Nə sayaq ki, siyasi çəkişmələr var, həmişə dinlər arasında yağılıq (düşmənçilik) toxumu səpiləcəkdir. Dinlər arasındakı bu çəkişmələri görən vəhdəti-vücudçu sofilərin irəli sürdükləri barışdırıcılık ideyalardan görünür ki, onlar həmişə dinlər arasında yaxınlığın olmasına çalışmışlar. Ancak bu günədək bu barışıklığı yerinə yetirə bilməkişlər. Əksinə bir çox Vəhdəti- vücudçu sofilər tovhidçilik siyasətin qurbanı olmuşlar.

Əmin-amanlığın yaradılması və qorunması üçün, kutsal dinlərdə olan çağırışlara baxmayaraq, gückeçər (hökmran) olan siyasi güclər bu çağırışlara qarşı çıxmışlar. Onlar bu gün dünyanın puça (məhvə) getməsini görsələr də, yeyinliklə (sürətlə) yaraklanmada (silahlanmada) və doğanı çrkləndirməda sanki yarışa girirlər. Unudurlar ki, bu yarışa qarşı Tanrının çox sərt və qorxulu qarşılığı ola bilər.

Tanrıçılıq dünyagörüşündə göy üzü bütünlüklə Tanrı olduğu üçün, kosmos tək bir varlıq kimi alımlanır (qəbul edilir) və  o, həmişəyaşar, hər nərsəni (şeyi) yerinə yetirə bilən enerjidir deyilir. Bu enerji harmoniyasını pozan, onun harmonik fəaliyyətinə qarışan, bu kutsal enerjidən sərt və ağır qarşılıq ala bilər. Ona görə də, tanrının işinə qarışmamaq ögütlənir. Tanrıçılıq kuralında deyilir ki, adamlar aləmi gözəlləşdirən əməllərlə görəvili (məşğul) olduqda, Tanrı onları yaxşılıqla dəyərləndirir və ödülləndirir. Pis əməllərlə görəvili oldukda isə, həmşə pis yollarla getməyi göstərir. Tanrıçılıqda edilən yaxşı və pis əməllərə qarşılık (cavab) ölümün qırxıcı günü verilir. Hər bir kəs öz payını alır. Yaxşılıqlar və pisliklər ümumbəşəri mənada verilən bir anlamdır. Pisliyə və yaxşılığa qarşı verilən Tanrı cavabı, islam dinində də var.  Ancaq tanrıçılıqda deyildiyi kimi, qırxıncı günü yox, axirət aləmində verildiyi göstərilir. İslamda deyilir ki, adamlar bu dünyadakı əməllərinin cavabını, axirət dünyasındakı. ərasət məhkəməsində alacaqlar. Ərasət məhkəməsi  nə zaman olacaqdır,onu da Allah özü bilir.                                                                                                                                                                                            Onu bildirim ki, bəzi hallarda tanrıçılıq dünyagörüşü düz çıxır. Allah pis əməl tutanların əvəzini çox vaxt axirətə qoymur, bu dünyada verir. Pis əməl tutan, cəzasını ya özü çəkir, ya da sevimli övladları çəkir. Bu da adamlara bir ibrət dərsi olur. Bir çox belə  halların özünlüklə (şəxsən) görəvisi (şahidi) olmuşam.

Elm bu gün inanılmazlıklar, tansıklar (xariqələr) yaradır, aylarla gedilən yol, indi saatlarla, dəqiqələrlə gedilir. Dünyanın hər yerindən təzə salıklar (xəbərlər) eşidilir, yeni planetlər, ulduzlar aşkarlanır. Allahın sirlərinin aşkarlığı o hala çatmışdır ki, saf görəvili aşkarlanmalar bəzən yavız (şər) güclərə, şeytan əməllərinə qulluq edir. Bu günədək yaradılan gözəlliklərin puç (məhv) olma ehtimalı, gündən-günə, get-gedə çoxalır.  Adamlık (bəşəriyyət) arasında, kurnaz (məkirli) biclik, sırtıklık durmadan artır. Yaradıcı düşünür bilginlərin yararlı, uğurlu (xeyirli) görəviləri (əməlləri), şeytana qulluq edən yötərməçilərin (siyasətçilərin) əllərinə keçir. Çox hallarda ulaklık (heyvani) duyğuları ağıllı duyğulara üstün gəlir. Var-dövlət, dünyəvi ad-san acgözlüyü get-gedə çoxalır. Adamlığın bir çox  yaşam yetgi (hüquq) düzgüləri (normaları) tapdalanır.

1950 ilərdə Amerika ilkaçım (kəşfiyyat) muçaları (orqanları)  tanrının tansusu (möcüzəsi) olan qipnoz sindromundan şipyonaj və caniçilik amacı ilə yararlanmağa başlamışlər. Amerikanın uzman qipnozçuları adamların beyinlərindən yaddaşlarını silərək isdədikləri proqramları beyinlərinə yerləşdirib dünyanın hər yerinə, isdədikləri ölkələrə qaniçər (cani) və ayğakçı (cəsus) kimi göndərmişlər. Belə adamların çoxları Allahın qəzəbinə tuş gələrək 50-60 yaşından sonra ağıllarını tamam itirib, heyvan halına düşmüşlər. Bax budur Allahın qəzəbi. Ama məndə bir kuşku (şübhə) yaranır. Canilər cəzasını alırlar, bəs caniləri hazırlayan baş canilər niyə cəzasız qalırlar. Villada oturub villada qocalır və hörmətlə ölür hörmətlə də basdırılırlar. Budur mənim kuşkum. 

Bütün dinlər kəsinləyirlər ki, adamı Tanrı öz əli ilə yaradıbdır. Belə olan halda adam tarının doğma evladıdır. Evladı olduğu üçün də, adam tanrının ən sevimli varlığıdır. Adam bütün canlıların ağıllısıdır. Adam tanrının ən təmizidir (əşrəfisidir). Belə olan halda ilgisi nədir ki, bütün acılar, qansızlıklar (faciələr) adamın pozqunluklarından, yaramazlıklarından, pisliklərindən (fitnə fəsadından) doğur.Tökülən milyonlarla qanlar adam əlilə olur. Bu gün mərmilərin, bombaların qəlpələri ilə parça-parça olan adam cəmdəklərinin suçu nədir? Adam yararlığını, sayğılığını (ləyaqətini), adam mənliyini ayaq altına atan, onları tapdalayan elə adamın özüdür. Yaradanın  ən istəklisi olan adamın hevanlardan da aşağa qatlarda yer  almasının ilgisini (səbəbini), kimdən soruşaq? Tanrının sevimlilərinə  verilən bu acıları, bu pislikləri görən Tanrı buna necə dözür? Qarşılık (cavab) tapmaq üçün bu sorğunu kimə verək. Adam sayğılığını (ləyaqətini), adam mənliyini, adam saflığını qaytarmaq üçün sorğunu kimə verək? Sorğunun adsalı (ünvanı) yoxdur. Adamlar o adsalı dağıdıb, yox edibdilər. Bəs bu dözülməz incitmələri (sitəmləri) görən tanrı bunların qarşısını niyə almır.

Adamlar unudurlar ki, evrəndə (kainatda) var olan bütün varlıqlar, Tanrının tasarı (layihəsi) üzərində yaradılmışdır. Bu tasarını (layihəni) ancaq onun özü dəyişə bilər. Adam əli bu kutsal varlıqların varolmasını (mövcudluğunu) dəyişdirməyə qarışdıqda,  ondan bütün adamoğlu (bəşəriyyət) ika (zərər) çəkə bilər. Bilim (elmi) ilkaçımlarda (kəşflərdə) baş alıb gedən qondarma (sünii) genetik kodlaşma siyasəti, bitki, heyvanat aləmində, eləcə də adamlıqda acı çöküşlərin (faciələrin) yaranmasına ilgi ola bilər. Tanrı, bütün varlıqların ömür işgərliklərini (fəaliyyətlərini) artıq çoxdan kodlaşdırmışdır. Öz damğasını da vurmuşdur. Bu gün, adamın tanrının işinə qarışmaqda etdiyi  yanlışlıkları gözönünə gətirək.

Biz yuxarıda söyləmişdik ki, tanrının sevimlisi olan adamlar, bəzən, alçaldıcı “mən”in basqısı altına düşdükdə, onlar adamlığa ika (zərər) verən, adamlara acılıklar (faciələr) gətirən kimsələrə çevrilirlər. Belə kimsələr, olanay (tarix) boyu həmişə olmuşlar və indi də var. Son dönəmlər adamların başlarına gətirilən tasalar (fəlakətlər), aləmdə baş verən qırğınlar, bilginləri, qavramlıları (müdrikləri), aydınları düşündürür ki, görəsən bu qırğınların genel ilginci kimdir?. Adamlarda olan yaramaz, adamlık duyğusunu, mənəmimi itirən adalardırmı? Pozqunluk (fitnə)- iğva (fəsad) yaradan şeytanın törətdiyi pis görəvdirmi? Yoxsa ki,  bu dözülməz acılar, pozukluk, iğvalar qabaqcadan tanrının  tasarladığı (layihələndirdiyi) alın yazısıdırmı?                  

Sorğular çoxdur, qarşılığı (cavabı) isə bilinməzdir.. Bu gün, aləmi olduqca kurnaz (məkrli) və ağıllı siyasətcilər idarə edirlər. Onların acgöz maraqlarının toqquşması nəticəsində, dünyanı silkələyən bəlalarla adi insanlar üzləşirlər. Özləri isə cah-cəlallı bəzədilmiş imarətlərdən mənzərəyə tamaşa edib, zövq alırlar. Sorğu-sual yenə təkrarlanır. Onları insan qanına susadan qüvvə nədir? Onlardakı vəhşiləşmiş qürurmu,, məkrli şeytan hiyləsimi, yoxsa Allahın alın yazısımı? Yenə də suallar çox cavablar məçhuldur.

İnsan oğlunun təfəkkürünün, dünyagörüşünün həyata bəsirətli gözlə baxışının,  elmi kəşflərin inanılmaz dərəcədə yüksəlişinin olduğu bir zamanda, bu kütləvi qırğınların, aclıqların, səfalətlərin, faciələrinin qarşısının alınması doğurdanmı mümkün deyil? Silah alverçiləri silah satmaq xətrinə, torpaq hərisləri torpaq tutmaq xətrinə, yalançı din carçıları məqsədlərinə çatmaq xətrinə, sadə insanları müxtəlif yollarla öz sıralarına çəkir və bir-birlərinə qarşı qoyurlar. Heç cür özünü doğrultmayan qırğınlar törədirlər. İnsan qanı hesabına xəzinə toplayırlar. Bununla da öz arzularına çatırlar. Bütün faciələri törədən güclülər də, əzilən gücsüzlər də, bütün günahı ya Allahın, ya da şeytanın boynuna qoyurlar, bununla da, özlərinə bəraət qazandırırlar. Soruşmaq gərək, doğrudanmı bu faciələrin səbəbkarı Allah, ya da şeytandır? Şeytan haradadır? Bəlkə də şeytan sizin özünüzün içinizdədir. İçinizdəki şeytan, bəd əməl üçün, nahaq insan qanı tökmək üçün sizin ağlınızı, qəlbinizi didib gəmirir və istədiyinə də nail olur. Ancaq  insanın ağlı onu təsdiqləyir ki, fövqəlbəşəri olmayan,insanın iradəsinə tabe ola bilən bütün bəlaların qarşısını insan ala bilər. Ağlın şeytan fitvasına uymaması nəticəsində, ağıl nəfsin və şeytanın bütün bəlalarına qalib gələ bilər.

Amerika və İngiltərə alimləri, 1960-1970-ci illərdə sensasiyalı elmi işlər haqqında məqalələr yazdılar ki, günəşin enerji qüvvəsi ildən-ilə azalır və  əgər  günəş enerjisi bu sürətlə azalarsa, müəyyən bir vaxtdan sonra, yerə gələn enerji o dərəcədə sönə bilər ki, yeri, orada olan maddi varlıqları təbii enerji ilə təmin edə bilməz və nəticədə canlı aləm yox ola bilər. Yer, cansız planetə çevrilə bilər. Təxminən iyirmi ildən sonra, yenidən sensasiyalı bilgilər yayıldı ki,  Günəşdə yeni enerji partlamaları baş verdi və günəşin enerjisi ildən-ilə artmağa başladı. Alimlər belə qərara gəldilər ki, vaxtaşırı günəşdə enerji partlayışı olur, bu hal günəşin təbiətindədir. Hal-hazırda Amerika alimlərinin Marsda kəşf etdikləri maqnit dalğalarının mövcud olması və bu dalğaların aşamalarla sönməsi və nəticədə Marsın cansız planet olması, Marsdakı həyatın məhv olmasını yer ilə müqayisə edirlər. Bu hipotez (zənn) də, Günəş haqqında yaranan hipotez kimi, özünü doğrultmaya bilər. Bəlkə alimlərin kəşf etdiyi bu hipotezlər Allahın yaratdığı kainat qanunlarından biridir. Çünki, kainatda olan bütün varlıqlar, hərəkətdədir və onlar daima dəyişirilir. Ona görə də, Allahın işinə insan o vaxt qarışa bilər ki, ona gücü çatsın və insanlığın xeyrinə onu dəyişdirə bilsin. Əks halda, insanlar bu kəşflərin cəzasını çəkə bilərlər. Necə ki, bu gün atom kəşfinin cəzasını çəkirik. Naqasaki, Herosima, Çernobl və Yaponiya, atom elektrostansiyasının faciələrindən bəşəriyyət hələ azad olmamışdır.

Hələ çox qədimlərdən insanlar, atla eşşəyin birliyindən qatır almağa nail olmuşlar. Ancaq bu, Allahın qanunlarına zidd olduğundan, bu günə qədər qatır nəsilvermə qabiliyyətinə malik olmamışdır.

1940-cı illərdə Adolf Hitler, ucuz və müti insan qüvvəsi yaratmaq xəyalına düşür. Bu məqsədlə, xüsusi düşərgələr yaradılır və bura alimlər cəlb edilir. Onlara meymunlarla insanların birliyindən müti insanların yaradılıb artırılması tapşırılır. Müharibədəki məğlubiyyəti Almaniyanın bu arzusunu yerinə yetirməyə imkan vermir. Qələbədən sonra, bu təşəbbüs Stalin və onun davamçılarının əlinə keçir. Təcrübə Sibir ormanlarında davam etdirilir. Alimlər meymun və insan birliyindən tüklü insan yetişdirirlər. Ancaq Allahın qəzəbi özünü göstərir. Rus alimləri nə qədər çalışırlarsa, tüklü, müti insanlarda nəsilvermə qabiliyyətini yarada bilmirlər. uzun sürən elmi axtarışlardan sonra aydın olur ki adamların qen xromosomları 46 olduğu halda, meymunların xromosomları 48 dir. Çütlışmıdın sonra doğulan meymun adamların xromosomları isə 47 dir. Bilimə aydındır ki, tək xromosomlu canlılarda nəsil vermə bacarığı olmur. Odur ki, sınağı ( təcrübəni)  dayandırıb, əldə edilən bütün sonluqları yox etdilər.

1970-1980 illərdə, Sibir ormanlarında tüklü insanın (“qar adamı”) olması barədə mətbuatda, radio-televiziyalarda sensasiyalı xəbərlər yayılmağa başladı. Ekspedisiya yaradıldı, izlədilər və şəklini çəkdilər. 5-10 il vaxtaşırı insanlara görünən tüklü “qar adamı” sonradan yoxa çıxdı. 2000-ci illərdə dövlət sirləri açıqlandıqda, sirli hadisənin səbəbi məlum oldu. Görünür, Sibir ormanlarının məhsulu olan meymun-adam, hansısa səbəbdən ormana buraxılmış və arabir adamlara tuş (rast) gəlmiş, öldükdən sonra isə, bu söyləntiyə (mifə) son qoyulmuşdur.

1930-cu ildə İngiltərə və Amerikada yaşayan ingilis-sakson əsilli protestant oliqarx milyarderlərin yığıncağı olur. Burada qərara alınır ki, dünyanı bir əfəndən (mərkəzdən) yönətmək ( idarə etmək) üçün, tək dünya höküməti yaradılsın. Dünyanı idarə etmə bacarığında olan adamlar nəzarətdə saxlanılsın. Dünyanın var-dövləti bir əfəndən (mərkəzdən) yönətilsin (idarə edilsin). Yaradılan təşkilata rəmzi olaraq komitet 300 adı verilir. Komitetin proqramı qəbul edilir. Proqramın bəzi maddələrini nəzərinizə çatdıraq.

1.      Yeni dünya idarəçiliyi haqqında birləşmiş kilsə və pul düzəmi (sistemi) yaradılsın.

2.      Milli ləyaqət və milli özünüdərk tam şəkildə dağıdılsın.

3.      Dinlər dağıdılsın, təşkilatın mənafeyinə uyğun yeni din yaradılsın.

4.      Narkomaniya və pornoqrafiya (homoseksuallıq) kurallaşdırılsın.

5.      Dünya əhalisi müəyyən yol ilə azaldılsın.

6.      Komitet faydalı bildiyi elmdən başqa bütün elmlər dayandırılsın.

7.      Kütləvi işsizlik yaratmaqla millətin mənəvi ruhu və mübarizə əzmi öldürülsün.

8.      2020-ci ilə “faydasız yeyənlər” adlanan qoca və əlilləri qırmaq yolu ilə əhali üç milyard azaldılsın.

9.      Terrorçuluğun çoxalması təşkil edilsin.

10.   Təhsilin tamamilə dağılması və s. bir çox belə maddələr.proqramda yer almışdır.

      Maddələrin məzmunundan aydın görünür ki, bu təşkilat nə qədər insanlığa zidd Tanrıya qarşı qoyulan qəddar bir qanun yaratmışdır. Bu ağaların bəd niyyətlərinin həyata keçirilməsi artıq özünü göstərir. Proqramda göstərilənlərin hamısı bu gün dünyanın hər yanında işə yarayır. Bir çox ölkələrdə homoseksuallıq qanunlaşdırılır, narkomaniya qanunlaşdırılır, Bu eybecərliyin, çirkinliyin baş alıb getməsi nəinki cəmiyyətin cırlaşmasının səbəbidir. Eyni zamanda Allaha qarşı üsyandır.  Bütün şərq ölkələrində qardaş qırğını qızışdırılır, hər yerdə aclıq terroru səpilir, gənclərin mənəviyyatı ləğv edilir, qulağa yad olan bayağı musiqilər hər yerdə meydan oxuyur. Avropa özünün qurduğu torun qurbanı olur. Süni yaratdıqları böhranın toruna indi özləri düşürlər. Tordan çıxmaq üçün yollar axtarırlar. Bəd əməllərinin əvəzini indi Allah onların özlərinə qaytarır. 

Bu kimi halları, elm adamları unudmamalıdılar. Allahın sirlərini açıqlayarkən, onun adamlara hansı qazanc ya da hansı pozqunluklar (fəsadlar) verəcəyini götür-qoy edilməlidilər. Aləmin sevimlisi olan adamın aykırısına (zərərinə) nə yaradılarsa, allah da ona uyğun qarşılık verər və bununla da adamlığa qarşı gözlənilməz acınacaklar baş verə bilər.

1960-cı illərdə “aral gölü” haqqında bir məqalə oxumuşdum. Dünyada böyüklüyü, suyunun təmizliyi, şəffaflığı, şirin dadı ilə seçilən ən böyük içməli su anbarı kimi onun qorunmasınıa ehtiyac olduğunu yazan müəllif, gölün son zamanlar çirkləndirilməsindən xəbər verirdi. O məqalənin çapından 40-45 il keçməsinə baxmayaraq, bu gün də Aral gölü “ölü göl” adlandırılır. Buna səbəb isə, Allahın insanlara bəxş etdiyi gözəlliklərə insanların düşünmədən müdaxilə etmələridir ki, bütün bu çirkinliklərə qəzəblənən Tanrı, o gözəllikləri insanların əlindən alır. Böyük pullar xatirinə Xəzər dənizinin də ətrafında sıralanan neft vışkaları  gələcəkdə Xəzərin də ölü dənizə çevriləcəyindən xəbər vermirmi? Biz isə nə vaxtsa ayılıb, günahkar özümüz olduğumuzu biləndə  nə qədər Allaha yalvarsaq da çox gec olacaqdır.

Elmin və texnologiyanın bu günkü inkişafı texniki tərəqqiyə nail olsa da mənəvi tərəqqiyə mənfi təsir göstərir. İnkişaf etməkdə olan texnologiyanın müsbət cəhətləri göz qabağındadır, şərhə ehtiyac duyulmur. Onu inkar etmək də mümkün deyil. Ancaq onun başqa mənfi cəhtləri də az deyil. Bu günkü gənclik lap körpə yaşından müasir texnologiyanın ixtiyarına verilir. Mənəvi tərbiyə texnologiya vasitləsilə edilir. Məs: Azərbaycanlı ailə, uşağa xaricdə istehsal olunmuş oyuncaqlar alır, uşaq oynadıqca oyuncaq öz-özünə “rok –pop” musiqisi çalır, hələ dil açmayan körpə həmin musiqi sədaları altında istirahət edir, əylənir. Bir az böyüyəndə televiziyada rok- pop musiqisi eşidir və bu musiqi sədaları altında oynayanları görür. Böyüyən gənc, əyləncə klublarında da rok- pop musiqisinin iştirakçısı olur. Belə bir gəncə nə istəyirsən elə, milli musiqini heç yaxına da buraxmayacaqdır. Muğam, saz səsi eşidən kimi oradan uzaqlaşacaq. Eləcə də, başqa gələnək-görənəklərmiz (adət-ənənlərimiz)  həmin siyasətin qurbanı olaraq puç olacaqdır. Yeniyetmə gənc özünü dərk edən zaman hər hansı bir hadisə ilə maraqlansa,internetdən öyrənəcək. Böyüklərinə - nənə, baba, ata və  anaya ehtiyac olmayacaqdır. Bu da, ailədaxili istəyin, qohumluğun dolayısı ilə (tədricən) sönməsinə ilgi olacaqdır.

İnsanlarda ən qədim zamanlardan belə bir dünyagörüşü formalaşmışdır ki, elm və texnologiya nə qədər inkişaf edərsə, insan bir o qədər yetkinləşər, kamilləşər Allaha yaxınlaşar. Ancaq mən bu gün başqa mənzərə ilə rastlaşıram. Elmin inkişafı, kəşflər xarüqələr yaradır. Texnologiya elə bir həddə çatır ki, təbiətdə olan təbii ürünlər (məhsullar) - ət, yumurta , yağ və s. quraşdırma ( sünii) yollarla alınır. Yun, pambıq kimi təbii geyim ürünləri (məhsulları) qapanağa (arxivə) göndərilir, əvəzində qondarma (sünii) və kimyəvi yemlər,  geyimlər hazırlanır, dünyanı doldurur.

Bu günkü yüksək uyğarlık (mədəniyyət) toplumun (cəmiyyətin) min illər çağında yaratdığı dədəpayı (miras) qoyduğu gələnəklər, qadağalar tapdanır yox  edilir. Toplumun (cəmiyyətin) eybecərlik kimi alımladığı (qəbul etdiyi), adamlığı alçaldan murdarlıqları aşkarlayır (leqallaşdırır), yasalayır (qanunlaşdırırlar). Homoseksuallıq gözəl gələnək kimi adamlar arasında diləkdaşlık (rəğbət) etgi (nüfuz) qazanır. Homoseksuallar güvənlik (fəxri) adı daşıyanlar kimi qürurla gəzirlər. Avropanın  dövlət prlamentlərində (fransa) homoseksuallıq qanunlaşdıtılır, yasalara yazılır. İngiltərədə dövlət səviyəsində qadın itlə nigah bağlayır. Azərbaycanda kişi qomoseksualların toy məclisini televizor tən-tənə ilə xalqa göstərir. Qomosoksual qürurla televiziyada çıxış edir. Bir-biri ilə nigah bağlayan kişilərin, itlə nigah bağlayan arvadların  cinayət hərəkətlərinə demokratik don geyindirənlər gələcək üçün ağrı-acı (faciə) yaratdıqlarının ayrıntısına (fərqinə) varırlarmı?. Adını demokratiya qoyduqları bu eybecərlik demokratiya yox utanc gətirən anarxiya deyilmi? Adamlıqdan qırak heç bir sığırlar (heyvanlar) arasında görünməyən alçaldıcı eybecərliklərdir. Özy də adamın soyuna balta vuran eybecərliklərdir. Belə bir toplumdan (cəmiyətdən) nə gözləmək olar. Bunun sonu qaranlıqlı faciə ilə nəticələnə bilər.  Bir sözlə elmin, texnologiyanın inkişafı illərlə qorunan  gələnək-görənəklərin (adət-ənənələrin) və uyğarlıkların (mədəniyyətlərin) incəliklərini tapdalayır, yox  edir. Əgər aləm belə gedərsə texnologiya inqibatoru quraşdırma (süni) adam yaradarsa, dünyanın axırı necə olar onu da yalnız Tanrı bilər.

1 yorum:

  1. Wow, orada olan bütün dostlara mövsümi təbriklər, çox həyəcanlıyam ki, pozulmuş Evliliyim bərpa edildi və həyat yoldaşım iki uşağımla başqa bir qadınla ayrıldıqdan sonra qayıtdı. 8 illik evliliyindən sonra həyat yoldaşım və nəhayət məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Azərbaycana, Bakıya köçənə qədər bir döyüşdə ya da digərində olduq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimi əzab verən ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki həqiqətən ərimə aşiq idim. Hər gün və hər gecə onu düşünürəm və həmişə onun yanına qayıtmasını arzulayırdım, həqiqətən kədərləndim və köməyə ehtiyacım var idi, buna görə də onlayn kömək axtardım və Dr. İgbinovia'nın bir çox insana kömək etdiyini söyləyən bir veb sayt tapdım. əlaqəni geri qaytarmaq üçün, Sonra bir cəhd etməli olduğumu hiss etdim. Mən onunla əlaqə saxladım və o nə edəcəyimi söylədi və mən də etdim, sonra mənim üçün (Sevgi yazısı) etdi. 28 saatdan sonra həyat yoldaşım həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını söylədi, o qədər də heyrətamiz! və eyni gündə o, çox sevgi və sevinclə geri döndü və etdiyi səhv üçün və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən etibarən evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı doktor İgbinovia sayəsində. O qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, doktor İgbinovia, gerçək və güclü sehrbazdır, əgər münasibətiniz geri lazımdırsa və ya əriniz başqa bir qadınla köçürsə, artıq ağlamayın, bu güclü sehr gəmisi ilə əlaqə qurun . Kontaktınız budur: doctorigbinovia93@gmail.com elektron poçtuna bir e-poçt göndərin, onu da zəng edə və ya Whatsapp-a əlavə edə bilərsiniz: +2348144480786 və ya da viber-də +2348144480786 nömrəli telefonla əlaqə saxlaya bilərsiz və lazım olanları götürün Sən.......

    YanıtlaSil