Gəl! Gəl! Nə olursan ol gəl!
Kafir, bütpərəst, atəşə tapan,
Mccusi olsanda gəl!
Yüz kərə tövbəni
pozmuş olsan da gəl!
Qapımız ümid qapısıdır
nasılsan elə gəl!
(Mövlanə Rumi)
İslam Təsəvvüfündəki “Varlığın-birliyi”
(Vəhdəti-
vücud) fəlsəfəsinin yaranma
kökü.
Əsər, təsəvvüf ideoloji dünyagörüşünə tamamilə
yeni fəlsəfi baxış gətirir. Əsərin yazılmasında yararlı ilgi gənclərin egitimində,
dinlərdə aparıcı qolu olan Varlığın- birliyi (Vəhdəti-Vücud) fəlsəfəsinin
rolunu işıqlandırmaq və toplumda (cəmiyyətdə) gənclərin mənliklərinin düzgün yönətimində
onun gərəkliyini göstərməkdir. Elmin bu günkü gəlişmələrindən (nəaliyyətlərindən),
dini dünyagörüşünün geri qalması, xurafatın geniş qol-qanad açması, gənclərdə mənlik
cılızlığını, boşluğunu yaradır. Bu boşluğun doldurulmasında, elmlə dinin vəhdət
halında ulaşdırılmasında (təbliğ edilməsində) və gəlişməsində Varlığın-birliyi (Vəhdəti-Vücud)
fəlsəfəsinin ulaşdırılması və çatdırılması daha düzgün yol olduğu göstərilir.
Ön söz
Azərbaycan
Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçi
işləyən oğlum Azər Mehdioğlu Azərbaycanda ilk dəfə “İbn Xəldun və onun fəlsəfəsi”
üzrə filosof-alim dərəcəsi almaq üçün konusunu (mövzusunu) Elmi Şuraya sunmuşdur
(təqdim etmişdir).
Bir
çox çək-cevirdən, 5 illik süründürməçilikdən və yersiz baş ağrılarından sonra son
anda Elmi Müdafiə Şurasında 2006-cı il aprelin 22-nədə baş tutdu. “filosof alim” adını qazandı. Ancaq aprelin 23-ndə
gözlənilmədən həmişəlik olaraq bu dünyaya gözlərini yumdu. Bu gözlənilməz ağrı-acı
(faciə) ata-anasının irahını (ruhnu) əlindən alıb özü ilə apardı. qohum-qardaşlarını
və dostlarını bərk sarsıtdı.
Azər
tez-tez deyərdi: “Müdafiədən sonra Azərbaycan sofilər haqqında sanballı bir
kitab yazmağa qərar vermişəm”. Onun sofilik haqqında qəzet və jurnallarda bir
çox məqalələri çıxmışdı. Bu ağır dağdan (faciədən) 2 il sonra tuşumda (yuxumda)
gördüm ki, Azər əlində kağızlar mənə sarı gəlir və yanıma çatanda kağızlar əlindən
yerə töküldü. Mən ona deyəndə ki, kağızların töküldü, o, “İstəmirəm, onsuz da
hamısı yarımçıq qaldı”, dedi. Mən əyilib kağızları götürmək istəyəndə yuxudan
oyandım. “Onsuz da yazım yarımçıq qaldı” səsi illərdir qulağımda səslənir.
Sonda qərara gəldim ki, onun yarımçıq qalmış arzusunu həyata keçirim.
Yaşımın
səksəni keçməsi məni bu istəkdən çəkindirsə də, bir gün dəngələdim (qərara gəldim)
ki, oğlumun istədiyi kasıtı (niyəti), Azərbaycan sofiləri haqqında kitabı mən
yazacam. Əgər yaza bilməsəm oğlumun həyatı, istəyi, arzusu yarımçıq qaldığı
kimi, qoy mənim də yazdığım yazılar yarımçıq qalsın. Bəlkə ömür izin verdi istəyimi
başa çatdırdım.
Bu
andan təsəvvüf ədəbiyyatlarını yığmağa, bacardığım dək əldə etməyə, incələməyə,
araşdırmağa və uyğun bildiyim bilgiləri yazmağa başladım. Beləliklə, bu kitabı ərsəyə
gətirə bildim. Ona görə də bu kitabı oğlum Azərin yarımşıq qalan istəyinə,
ruhuna həsr edirəm.
İstəkli oxucular, əsəri oxuyanda dilçilərimizin
qapantıya (arxivə) göndərdikkəri, unudulmaqda olan azərbaycan sözlərinə tuş (rast)
gəldikdə təəccüb etməyin. Çünki bacardığım dək yad sözlərini işlətməməyə
çalışmışam.İşlətdiyim yad sözlərin qarşılığını tapa bilmədiyim üçün saxlamışam.
Oğlumun istək və diləyini nə dərəcədə yerinə
yetirə bilmişəmsə, onu oxucular daha yaxşı qiymətləndirərlər
Giriş.
Sovet
dövləti dönəmində başqa dinlər kimi islam dini də yetmiş il ateizim ulaşımı (təbliğı)
altında təpgiçilik, geriçilik din kimi alımlanmışdır. Dinlərin çox yüksək mənəvi
egitim bazası olduğu unudulmuşdur. Dini dünyagörüşünün carçıları olan mütəsəvvüflər
(Quran ayələrini şərh edənlər), o yöndən də təsəvvüfçülər izlənərək, sürgün
edilir ya da öldürülürdülər.
Mütəsəvvüflər insanların yaxşılığa, doğruluğa,
yetkinliyə, və haqqa ulaşmak, yaxınlaşmaq yolunu iki önəmli, “Varlığın –gərəkliyi"
(Vacibül-Vücut) və “Varlığın- birliyi" (Vəhdəti-Vücut) fəlsəfi
dünyagörüşündə görmüşlər. Varlığın -birliyi (Vəhdəti-Vücut) fəlsəfəsi özünün
haqq yolunu bilim tutamalarında (dəlillərində) tapdığı üçün istəyimiz Varlığın-birliyi
(Vəhdəti-Vücut) fəlsəfəsinin doğruluğunu və onun insanın yetkinliyinin, dərinbilikliyinin,
ən düzgün yol olduğunu göstərməkdir.
Kitab iki bölməlidir: I- bölümdə sofiliyin
yaranma tarixindən, Vəhdəti-Vücut fəlsəfəsinin yaradıcıları və carçıları olan
sofilərin həyat və yaradıcılıqlarından qısa bilgilər (məlumatlar) verilir.
II- bölümdə Varlığın-birliyi (Vəhdəti-Vücut) fəlsəfi
dünyagörüşünün diləyi, sofinin yetginliyi və haqqa qovuşma yolları haqqında
yeni fikirlər sölənilir. Dinin elmlə birlikdə (vəhdət halında) yaşamasından,
basamalala yüksəklikliyə gəlişməsindən, çağdaş yetkin toplumun (cəmiyyətin)
biçimlənməsindən (formalaşmasından) danışılır.
Bilimin erişgənliklərinin (nəaliyyətlərinin)
genişlənmələrilə ilgili həm də dinin gəlişməsinin, evrimləşməsinin (təkamüllüyünün) gərəkliyindən
onun dönəmlə ayaqlaşa bilməsi üçün dəyərli gənəşiklik verilir. Bilimin gəlişmələrindən
(nəaliyyətlərindən) qondarma, quraşdırma yollarla, Allahın yaratdığı doğa kurallarına
adamların girişmələrinə (müdaxiləsinə) yol verməmək ögütlənir (tövsiyə olunur).
Əsərdə irəli sürülən yeni ideyaların, bilimlə dinin birliyi çəmbərində egitim alan gənclərin dünyagörüşlərinin
dolğun və düzgün biçimlənməsində, mənliyin, təmizliyin, ucalığın, yaxşılığın egitimliyində
əsərin böyük yararlığının ola bilməsi ögütlənir.
I-bölüm.
XX əsrin əvvəllərindən Sovet imperiyasında
kommunizmin ateizm təbliğatı ilə ilgili, dini ideologiyanın ulaşdırılma yolları
qadağan edilirdi. Məktəblilərin və gənclərin döşlərinə allahsızlıq döş
nişanları taxılırdı. Dövlət siyasətinə baş əyməyənlər ya güllələnirdi ya da
Sibirə və orta Asiyaya sürgün edilirdilər. O yöndən də təsəvvüf yolunun
yolçuları olan sofilər də yox edilirdilər. Ona görə də, 70 illik ateizm ulaşdırmalarının
ürünü olaraq, başqa dini təriqətlər kimi təsəvvüf dünyagörüşü də unuduldu.
Sovet imperiyasının dağılmasından sonra Azərbaycanın
müstəqilliyinin yaranması, dini azadlığın aşkarlığı, xalqı öz keçmiş adət-ənənələrinin
yenidən qayıtmasına şərait yaratdı. Beləliklə, unudulmuş təriqətlərin yenidən
xatırlanması və yaradılması gərəkliyi ortaya çıxdı. Ölkədə bir çox dini təriqətlər
yayılmağa başladı.
Bu gün özgür (sərbəst) dini dünyagörüşlərinə
yiyələnməyə alışmayan gənclərimiz birdən-birə məzhəb və təriqət çoxluğundan
çaşaraq, bəziləri dini aşırıçılığa (fanatikliyə) daha çox meyl edirlər. Dini aşırıçılığın
etgisi altına düşən gənclərimiz, çox hallarda toplumda (cəmiyyətdə) və ya
evlilikdə gözlənilməz çətinliklərə və acılara ilgi olurlar.
Bu gün, aşırı dini pozuqluğun qarşısını almaq
üçün, düzgün dini egitimə böyük gərəklik vardır. Bilimlə din arasında nə halda
böyük aşılmaz duvar olursa, dini egitim boşluğu da bir eləgeniş olur və dini aşırıçılıq (fanatiklik)
daha da artır.
Bütün tarix boyu belə boşluqları,
Varlığın-birliyi (Vəhdəti-Vücud) fəlsəfəsinin yayıcısı olan sofilər doldurmağa,
bilimlə dinin vəhdət halında yaşamasına ilgi olmağa çalışmışdır. Ona görə də,
bu gün, təsəvvüf elminin təbliğatına daha böyük asıllığın olduğu görünür.
Hələ ən əski dönəmlərdən,
adamlar arasında seçilmiş bilginlər həmişə var
olmuş və öz bilginliyi ilə yan-yöndəkilərdən
seçilərək, onlara başçılıq etmişlər. Bu adamlara, hələ ana gövdəsində ikən
onlara verilən tanrı dənəciyinin çeşitliyi onların daha güclü, daha həryanlı sözükeçən
olmalarını kəsinləmişdir. Bir çox tarixi bilgilərdən görünür ki, bu bilgunlər, adamların
ilkin dönəmlərindən sənətlərində, həyatlarında və toplumda etik davranışların
yollarını, tanrıya qulluq düzgülərini (normalarını) öyrətməklə görəvilikdə
olmuşlar. Tanrının sevimlisi olan belələri həmişə bilqamıslar-yalavaclar (nəbilər),
övliyalar, vəlilər, sofilər sayılmışlar. Bunların önəmli ögrətim və egitimləri
dini ulaşma yolları ilə olmuşdur.
Son dönəmlərdə çağdaş dindarlar dönəmin
çağrışına uyğunlaşmağa çalışaraq yeni daha qabaqcıl, daha gəlişmiş dövüzlər
(şuarlar)irəli sürürlər. Belə dövüzlərdən birini yada salaq. “Allahın yaratdığı
hər bir fərd faili muxtardır. Yəni öz davranış və düşüncələrində özgürdür
(azaddır). (H.F.Qurbanov. “Azərbaycana göndərilən peyğəmbərlər” Bakı 2017. s.
4). Vaxtilə islamın imperya dönəmində bu düşüncə alın yazısına qarşı çıxdığı Qədriyyə
təriqətinin üyələrini öldürdülər. 705-ci ildə Təriqətin başcısı M. Cühənin əl və
ayaqlarını kəsərək çarmıxa çəkdilər. Cəhmilər (cəbərilər) təriqətinin üyələri
“Quranın yaradılmış olan peyğəmbərin əsəridir” deməyin üstündə bütün təriqət üyələri
öldürüldü.Təriqət başcısı Cəhm 745-ci ildə Mərvdə dar ağacına asıldı.(Füzuli “Mətlə
əl-etiqad” Bakı 1987.s 93-94).
Bu gün Quranın peyğəmbərin
yaratdığı əsər olduğunu, hədislərin çoxunun peyğəmbərin sözləri olmadığını deyən
minlərlə adam var. Onların heç biri asılmır.
Bilginlik, yeni- yeni “kəşflər edənləri işragici adı verərək
küfür yolunda olanlar” adlndıraraq öldürürdülər. 1191-ci ildə İşragiliyin
başcısı Ş. Suhraverdini Bağdat unverstitetində tələbələr qarşısında 37 yaşında
asdılar. Bu gün kəşfçilər urvatda tutularaq ödül alırlar.
Bu islam ideoloqiyasında bilimin tanınması və çağdaş düşüncənin gəlişməsidir.
Din nədir? Tanrının varlığını tanımaq üçün Ona sarı uzanan kutsal yoldur.
Bu yol, elə bir duyğuüstü (fövqəlbəşəri) yoldur ki, bütün evrənin (kainatın)
varlıqlarını düzənləyərək, Tanrıya sarı uzanır.
Duyğuüstlüyü
və kutsallığı ilə özünə tapınaklık (pərəstişlik) yaradan və qazanan din,
toplumdakı (cəmiyyətdəki) etgi gücünü yalnız tanrılaşdirici güc ilə deyil, həm
də acun (dünya) və doğa varlıqları kurallarının (qanunlarının) vəhdətindən götürmüşdür. Dini inam, dini
bilincin (şüurun) var olması və çeşitlənməsi üçün önəmli koşullardan (şərtlərdən)
biridir.
Dini
hiss və coşqunluk, ayrıca mənlikdən qırakda olmayıb, həm də toplumun
yavaş-yavaş biçimləşmiş qanuna uyğun gəlişmə yolunun ürünüdür (məhsuludur). İlk
uyğarlıq dönəmindən ilgili, ən əskilərdən bu günədək bir çox dinlər yaranmış və
sonradan unudulmuşdur. Ancaq bəzi dinlər - Buddizm, Yəhudilik, Xristianlıq və İslam,
dünya dinləri kimi özlərini cəmiyyətdə yaşatmış və hər biri özünə uyğun otrum
tutmuşlar. Beləliklə, din, sosial olağandışı (fenomen) olmaqla yanaşı, sosial
durumda düzənlənən inam və düşüncə sistemlərindən də yararlanmışdır. Adamların
mənəvi və psixoloji dünyagörüşləri, inam və düşüncələri, doğa qanuna uyğunluqları
əsasında gəlişir. Dini dünyagörüşü çoxyönlü olduğu kimi, onun öyməsi (tərifi) də
çoxyönlü olmuşdur. Ateizm durumundan, onu yox *inkar) edənlər də, bir geriliyə
aparan yol kimi qələmə verənlər də olmuşdur və onlar bu gün də var. Hətta bəzən
ona toplumun gəlişməsinə əngəl olan bir ideologiya kimi baxanlar də var. Ancaq unutmaq
olmaz ki, din adamların həm qavramına (idrakına), həm mənəvi irahına (ruhiyyata),
həm də ilk uyğarlıklara,bilimin gəlişməsinə yarar verən güclü ideoloji funksiyadır.
Dünyanın mənəvi durumunun gəlişməsində dini bilinc özünə yetgin bir yer tutur.
Bütün xalqların dünyagörüşündə dinlə yanaşı miflər, əfsanələr, rəvayətlər də
yaşamışdır. Miflər, əfsanələr, rəvayətlər ibtidai dövrdən başlamış, dinlə yanaşı
yaşayaraq, bu günədək gəlib çıxmışlar. İlk
dini ulaşdıran bir çox alplar, canlı simğələr miflər və əfsanələrlə ölümsüzlüyə
qovuşaraq, əbədiyaşar olmuşlar. Hind mifologiyasında Brahma, Krişna, türk
mifologiyasında Xızır, Yunan mifologiyasında Prometey və bir çox kimsələr mifik
qılık almışlar. Beləliklə də, gerçək dini dünyagörüşünə bir çox mifoloji qılık
və simğələr girmiş, dində kök salmış və
bu gün də yaşamaqdadılar. Bəzi kimsələr gerçək dinə elə sıx qarışmışlar ki, son
anda onu allah düzəyinədək qaldırmışlar. Belə ki, Misir kahini olan Hermes (İdris)
yunan mifoloqiyasına keçəndə allah düzəyinə qalxmışdır. Danılmaz bir həqiqətdir
ki, bu gün Tanrı ideyası, dünya mədəniyyəti sisteminə adət-ənənə ilə birgə daxil
olmuşdur. Ona görə də, dinə birmənalı və düzxətli yanaşmaq olmaz.
Təsəvvüflə
fəlsəfənin, ən önəmli ortaq cəhətləri odur ki, onların hər ikisi dünyanın
anlaşılması dönəminə qatılırlar. , Eyni dönəmdə də toplumsal düşüncənin çeşitlənməsində
də təsəvvüflə fəlsəfə, bilinc və anlamın evrimləşməsinə (təkamülünə) yardım
edir. Təsəvvüf və fəlsəfə - hər iki elm, dərinbilik axtarmağı və acun (dünya) gizlərini
incələməyi (təhlil etməyi) qarşılarına istək qoyub və onları yerinə yetirməkdədir.
Təsəvvüfün Varlığın gərəkliyi dünya görüşündən ayrınclı olaraq, Varlığın
birliyi (Vəhədti-Vücud) dünyagörüşü, acunun (dünyanın) anlaşılmasında usa (ağıla),
bilincə (şüura), qavrama (təfəkkürə) və anlaka (intellektə) arxalanır.
Vacibül-Vücud
(varlığın zəruriliyi) dünyagörüşü tədricən
Vəhdəti-Vücud (varlığın birliyi) dünyagörüşünü sıxışdırmağa çalışsa da, o, bir
fəlsəfi baxış kimi bütün dinlər içərisində yaşayaraq, günümüzədək gəlib
çıxmışdır.
Torpağın
üstündən başlamış, dərin qatlarınadək, suyun səthindən başlamış, okeanların
dibinədək, ucsuz-bucaqsız kainatın gözəgörünməz varlıqlarınadək olan,
saysız-hesabsız Tanrı gizlərini, adamın ağılı açdıqca, onu tapdıqca, adam Tanrıya
daha da yaxınlaşır və yeni-yeni gizlərlə
qarşılaşır. Bu gizlərin açılması, çox az halda allahın sevdiyi açıqgözlü (bəsirətli)
adamlara azık (qismət) olur.
Bununla
ilgili, bilimdə də yeni terminlər yaranır, bilim acununda gələcəyi salq verən
adamlara inam çoxalır. Tanrı gizini öyrənən adamları yandırmaq, asmaq əvəzinə,indi
onlardan yararlanırlar, beləliklə də yeni bilimlər ortalığa çıxır. İndiyədək “Vəhdəti-Vücud”
fəlsəfəsindən söz düşəndə, həmişə 4 ünsürdən (od, su, hava, torpaq), onların
qanunauyğun birliyindən danışılırdısa, bu gün bu baxış artıq sofiləri qane
etmir.
Tanrı varlığı olan günəşin, torpağın, havanın
və suyun vəhdətləri özü-özlüyündə bir Tanrı qanunudur. Günəşin işığı altında
olan bir çox müxtəlif mineralların suya qarışması, havanın daima suyu
çalxalaması, palçıqlı suların qarışmasını yaradır və bunların sonluğu olaraq
yaranan xaotik hərəkətin özü də bir tanrı qanundur. Bu xaotik davranışlar,
çalxalanmalar ilgisində palçıqlı, minerallı suda və ya palçıqda kuaservatlar
yaranır ki, bu Tanrının yaratdığı ilk canlıdır. Beləliklə də yavaş-yavaş nəbatət,
heyvanat acunu yaranır bu acunların yaranmasında el çox ağıla gəlməz qarışıqlar
qatılır ki, onu adamın ağlı qavraya bilmir. Evrəndə olan bu rəngarəngliyin həddən
artıq incə qanuna uyğun olan bu çoxlukları yaradan o kəsin varlık biz alımladığımız
ulu tanrıdır. Bu gün bilimin dediyi yaşamaq uğrunda savaş qanunu da Tanrı qanunlarının
biridir. Ancaq Tanrı qanunları ilə bilimin aşkar etdiyi qanunlar yenilik
yaratdığını doğru düzgün bilməyən ateistlərlə,
teistlər arasında uçrumlu durum yaranır ki, bu da onların bir-biri ilə
barışmazlığına ilgi olur.
Bu günkü təsəvvüfçilərin dünyagörüşü, tamamilə
yeni baxışlarla zənginləşir. Tək (Mütləq) varlığın bir çox qanunauyğun və insanlığı
(bəşəriyyəti) yaşadan gizləri aşkarlanır, beləliklə də, bəzi yeni bilimlər
yaranır.
Bilim, ulu tanrının evrəndə (kainatda) olan
gizlərinin çox az bir payını bu gün açmışdır. Hələ göydə, yerdə, suda bir çox tanrı
gizləri açılmamış halda öznün aşgarlanmasını gözləyir. Tanrı gizlərini adam aşkar
etdikcə, o, tanrıya daha da yaxınlaşır, onun varlığına inanır.
Milyardlarla
canlı varlıqların birliyini özündə birləşdirən bioaləmlə görəvi (məşğul) olan, biosferanı
öyrənən, ekosistemi öyrənən və s. varlıqların qanunauyğunluqlarını öyrənən bilimlər
yaranır. Bilimin son gəlişmələri (nailiyyətləri) onu göstərir ki, Tanrı
varlığında dördlüyün (od, torpaq, hava, su) vəhdəti tək deyil. Bundan başqa, bilim,
özgə dördlük birliklərinin (vəhdətinin) də olmasını aşkar etmişdir. Bilim
axtarışlarında aydın olmuşdur ki, bütün qalaktikanı dörd əvəzsiz varlıq yönətir
(idarə edir).
Cazibə
qanunu
Elektrik-maqnitləşmə
qanunu
Zəif nüvə
qanunu
Güclü
nüvə qanunu.
Bu
qanunların sıx birliyi bütün qalaktikanı yönətir (idarə edir). Burada göstərilən
qanunun üçü (cazibə, elektrik-maqnitləşmə, zəif nüvə) toxunulan (cisimli)
varlıqların davranışları ilə yarandığı halda, biri (güclü nüvə qanunu) toxunulmaz
(cisimsiz) varlıq olan tanrı qanunudur ki, bunsuz öncəki qanunların gücü heç nə
edə bilməz. Bütün varlıqlar, həm də evrənlə (kainatla) sıx bağlıdır. Əlçatmaz,
ün yetməz evrənin (kainatın) düzəngəlliyi, ağlın çözə bilmədiyi gizlərə bağlılığı,
bizi bir sonluğa gəlməyə vadar edir. Bu giz nədir? Nə ilə bağlıdır? Bu
bağlılığın ilgisi nədir? Göründüyü kim bir çox sorular üzə çıxır. Həmin sorğuları
sofilər, “eşq” sözü ilə salklandırırlar. Doğrudan da, bu boyda evrəni (kainatı),
bu genişlikdə adamlığı bir-biri ilə bağlayan sofilərin dediyi o eşq nədir?
Yerin ən dərin qatlarında olan filizlər də,
hansısa bir qanuna tabedir. Hər birinin nüvəsi və molekulları var ki, bunlar da
qanunauyğun davranırlar. Sanki bu evrən, qabaqcadan hər hansı bir sehrli gücün
hazırladığı layihə üzərində qurulmuşdur. Elə “Varlığın-birliyi” (Vəhdəti-Vücud)
fəlsəfəsində xatırlanan eşq də budur, bu gücdür. Evrənin bütün varlıqlarında,
canlılarda və cansızlarda eşqin nişanəsi olan gizi (cazibəni) görməmək heç
olmaz. Deməli, bizim axtardığımız tək varlaq gücü, bütün canlı və cansız
varlıqların öz içərisindədir. Adamın içərisində olan tanrı irahı (ruhu), onu
yaşatdığı kimi, hər hansı bir üyəsi (orqanı) çıxanda onunla birlikdə tanrı irahı da gövdədən çıxır.
Belə olan halda, tanrı irahının yeri haradır? Bu sorğu da bu günədək qarşılıksızdır.
Bunun bilimdə hələlik qarşılığı olmasa da, dində var. Hər bir dinin özünün
ayrılıqda qarşılığı var.Semit dinləri irahın ürəkdə (qəlbdə) yerləşdiyini
deyir. Tanrıçılıq və buddizm başda yerləşdiyini deyir.
Bütün
bilim tutamaları (dəlilləri) aydınlaşdırmışdır ki, canlı-cansız evrənin varlığı
bu varlıqların birlikdə davranışından asılıdır. Bu varlıqların Varlığın-birliyi
(Vəhdəti-Vücud) çəmbərində harmonik varlığı evrəni yaşadır. Varlığın- birliyi dünyagörüşündə, cansız varlıq yoxdur. Koşul (Şərti)
olaraq dediyimiz cansız varlıqları yaşadan yer kürəsi də canlı varlıqdır. O,
daima təzələnməkdə və davranışdadır.
Təsəvvüf
biliminin və sofiliyin yaranmasını tarixçilər və din adamları İslam dini ilə ilgiləndirirlər.
İslam mütəsəvvüfləri, sofiliyin yaranmasını VIII əsrdən və “sufi” sözünün
kökündə “suf” (yun) sözünün varlığı və yundan toxunmuş xirqə (arxalıq, çuxa)
geyimləri ilə bağlayırlar. Tarixin dərin qatlarını çözdükcə, təsəvvüf biliminin
və sofilik təriqətinin izlərinin çox-çox əskilərə gedib çıxdığını görürük.
İbn Teymiyyə “Rəsail” əsərində, sofi sözünün yaranmasını
öz düşüncəsində belə bildirir: “İslam tarixinin sonrakı dövrlərində yetişmiş elm
adamlarına, alimlərə, Allaha sülük (yaxınlıq) edənlərə, “fəqir” və ya “sofi”
deyirdilər. Getdikcə “sofi” təbiri daha geniş işlənməyə başlanmışdır. Bu kəlmənin
kökü ilə bağlı mübahisələr artır. Hicri II əsrdə zöhdə sarınanlara (dini
qadağaya riayət edənlər) “sufi” dedilər. Çünki onlar suf (yun) geyinməyə çox rəğbət
göstərirdilər”.
Adamoğlu
yarandığı gündən bəri, adamın varlığı, onun evrənə olan ilgincli düşüncələri, bir giz kimi bütün acun (dünya) düşünürlərini
düşündürən önəmli çözüm (problem) olaraq qalmaqdadır. Adamoğlu həmişə evrənin, doğa
və toplumun ilişgisinə qatılan proseslərin aydınlaşmasına çalışır. Dünyagörüşləri
bir-birini əvəz etdikcə, yeniləşdikcə, düşüncə yönü də həmişə evrimləşmə (təkamül)
yolu keçir. Yer üzündə adamoğlu boy göstərdiyi gündən bu sorğular adamların
ağıllarında yer almış, “mən kiməm, niyə yaranmışam, varlığımın ilgisi və dərinqatlığı
(hikməti) nədədir? Bu tansıklı (möcüzəli)
evrənin yiyəsi varmı, varsa, o kimdir, necədir və haradadır?” Bütün bu
sorğuları ilə adamın düşüncəsi, ən əskilərdən bəri bu evrəni axtarışlar,
araşdırmalar xırmanına çevirmişdir. Bu sonu görünməyən sorğuların diləyi
ucu-bucağı görünməyən qaranlıq acunda gerçəkliyi axtarmaqdır və bu gün də axtarır. Bu geniş axtarışlar yurdunda,
bilimin əlçatmaz yeniliklər yaratmasına baxmayaraq, ilahiyyat bilimində min illərin
durğunluğunda böyük boşluq yaranmışdır.
Bu boşluqların doldurulması və sorğuların düzgün qarşılaşdırılması üçün, zəngin düşüncəlilər
yetişdirilməlidir. Aristotel tərəfindən təməli qoyulmuş hikmət (sofos) elmini,
çağdaş dünyagörüşü ilə ayaqlaşan bilim düzəyinə qaldırmaq üçün təsəvvüf biliminin gəlişməsinə asıllıq
duyulur. İlk sofilik dünyagörüşü həm ilahi, həm də dünyəvi bilimləri özündə
birləşdirmiş, doğanın və adamlığın məhəng daşı olan, Varlığın –birliyi (Vəhdəti-Vücud)
fəlsəfəsi önəmilə adam yetginləşmişdir. Təsəvvüf dünyagörüşünün istəyi, adamı
saflaşdırmaqla, yaradılanların ən şərəflisinə çevirmək, Allahın xəlifəsi tüzəyinə
çıxartmaq, yetginliyin ucalıq təpəsinə çatdırmaq, son halda Allaha
qovuşdurmaqdır.
Ən əskilərdən
bu günədək dini, psixoloji dünyagörüşləri, iki böyük dini ögrimə ayrılmış və
qarşı-qarşıya durmuşlar. 1. Ateist dünyagörüşü. 2. Teist dünyagörüşü.
Ateizm dünyagörüşü dinlə
ilgili olan bütün dünyagörüşlərini, soyut varlıqların olmasını danır. Ateistlər,
öz dünyagörüşlərini evrəndə olan somut varlıqlardan yaranan olayları,
materialist baxışlarla çözür, aydınlaşdırır və materiyanın varlıqlarının kəsinləməsində
soyut varlıqların qatıldığını, tutulmaz (cisimsiz) varlıqların olmasını
danırlar.
Teizm dünyagörüşü isə,
bütün özdəksel (maddi) və mənəvi varlıqların var olmasını, yaşamasını və gəlişməsini
tanrının içgücündə (iradəsində) görür. Materiyanın qanunauyğunluqlarını, tanrı
qanunu kimi onun içgücündən asılı olmasında görür. Bütün acun (dünya) olaylarında
tanrı, kəsin (mütləq) və tək alımlandığını kəsinləyir.
Teizm
baxışları, bütün dinlərdə iki ayrıntılı fəlsəfi dünyagörüşü bazasında gəlişdiyini
deyir. a) Varlığın- gərəkliyi (Vacibül-Vücud)
fəlsəfəsi: Bu dini dünyagörüşünə görə, gərəkli olan varlığı tanımaq üçün heç
bir tutamalı araşdırmaya gərəklik olmadan yaranan inam, dinin özəyini yaradır. Sınaksız doğa
varlıqlarını tanrının əsəri kimi alımlayır.
b) Varlığın-
birliyi (Vəhdəti-Vücud) fəlsəfəsi: Bu dini inama görə, böyük və tək varliq olan
Tanrı başqa özdəksel (maddi) varlıqlarla birlik yaratdıqda, özünün varlığını daha aydın göstərir.
Varlığın-
birliyi (Vəhdəti-Vücud) fəlsəfəsi, bilimlə dini özündə birləşdirdiyi üçün, dönəm
kəsiyində onun yönətimləri həmişə izlənmişlər, sıxışdırılmışlar, O ilgidən də
bir çox təsəvvüfçü sofi filosoflar, Vacibül-Vücudçuların savları (fətvaları) ilə ya boğulub, yada başları əsilmişdir.
Qatı
Vacibül-Vücudçuların izləmələrindən uzaq
olmağa çalışan böyük qavramçı (müdrik) sofi bilgin təsəvvüfçü imam Rabbani,
yeni fəlsəfi termin olan Vəhdəti-Şühüt fəlsəfi anlayışını işlətmişdir. Vəhdəti-Şühüt
fəlsəfi dünyagörüşü də anlam və dirəngəllik (ideya) baxımından Vəhdəti-Vücud fəlsəfi
anlayışı ilə eynilik yaradır.
Varlığın-
birliyi (Vəhdəti-Vücud) dünyagörüşü toxunulmaz (cisimsiz) varlıqla, toxunulan
(cisimli) varlıqların sıx birliyini kəsinlədiyi, bütün dinlərin yaradıcılıq ürünü
olduğunu göstərdiyi, adamları yetkinliyə, dolğunluğa doğru çağırdığı üçün o bir
dini-əxlaqi fəlsəfədir.
Varlığın-
birliyi (Vəhdəti-Vücud) fəlsəfəsi, evrəndə tanrı varlığı ilə, toxunulan varlıqların
birliyinin (vəhdətinin) sonucu olaraq canlı varlıqların yaşama və gəlişmə
basamalarını, aşamalarını öyrənməkdədir. Bu fəlsəfənin ilk toxum dənələrini biz
acunun ən əski dini və bilik qaynaklarında yarandığını görürük. Tanrıçılığın
ilk kurallarında, əski hind vedalarında tanrının adamlarla sıx ilişgidə olmalarını, Misir əsatirlərində, yunan hikmətlərində
(sofos), türk nağıllarında (miflərində Vəhdəti-Vücud
fəlsəfəsindən geniş yararlandığını aydın görürük. Evrənin dörd ünsürün (od,
hava, torpaq və suyun) birliyindən yarandığını deyən kutsal kitab, “Bhaqavata
Gita”da (11-ci fəsil, 39-cu maddə) göstərilir ki, Arcuna ulu Tanrı ilə
danışmasında: “Sən havasan, sən od, sən su və aysan (yəni ulduz), sən kainatın
ilk məxluqu Brahmasan”deyir. Misir kahinlərindən Hermes Toht (İdris peyğəmbər),
kimya biliminin ilk yaradıcısı somut və soyut varlıqların birliyində kimyanın
qatıldığını göstərərək, Vəhdəti-Vücud fəlsəfəsini elmi baxış düzeyinə (səviyyəsinə) qaldırmışdır. Əski türk
mifologiyasında adamlar odun, torpağın, havanın, suyun birliyini evrənin ilkin
yaradıcısı saymışlar. Türk dünyasının ilk bilqamısı olan Xızır İlyaz
mifoloqiyasında onun dərvişsayağı gəzməsi ilgisilə, dörd nəsnənin qarşılıqlı
birliyindən acun varlıqlarının yarandığı deyilir. Xızır İlyaz mifologiyasının
ürünü olan “Novruz bayramı”nda 4 kutsal çərşənbənin bayram edilməsində günəş, torpaq,
hava və suyun qatılması bu düşüncədən irəli
gələn sonucudur. Əski Yunan şairi Orfein və pifaqorun əsərlərində təsəvvüf
dünya görüşünün izləri olsa da, bu dünyagörüşünün bütün atributları onlardan
çox-çox öncələrdə yaranmış olan tanrıçılıq dini görüşünün hər bir kuralında
ondan danışılır.
Adamları
düşündürən bir sorğu ortalığa çıxır: bu 4 varlığın hansı ilkindir? Bu dördlüyün
hamısı, bir-birinin varlığında qatqılandığından, bir-birini tamamladığından, bu
sorğuya bir anlamlı qarşılıq vermək çətindir. Bunlardan hər hansı biri sıradan
çıxarsa, obiri varlıqlar da yox olar. Bu varlıqların hər biri acunun (dünyanın)
evrimləşməsində (təkamülündə) yaradıcı
varlıq kimi önəmli yer tutur.
Hippas
və Heraklit işığı (odu) acun (dünya) varlıqlarının başlanğıcı sayırlar.
Anaksimen və Diaqon isə havanı ilkin sayaraq, suyun yaranmasında havanın qatılmasının
önəmli olmasını demişlər. Yunan fəlsəfəsinin banisi sayılan Miletli Fales ilkin
yaradıcının su olduğunu və hər şeyin sudan yarandığı düşüncəsini irəli sürür. Uyğarlığın
ilk beşiyi sayılan Sümer mifində də “ilk anda hər yer su idi” deyilir.
Bu
dörd varlıqda hamısının ilkin olması, düşüncəsi bilim acununda bir çox qarışıqlıqlar
yaratmışdır və bu gün də yaradır. Falesdən 13 əsr sonra yazılmış kutsal “Qurani-Kərim”də
də deyilir: “Hər şeyi biz sudan yaratdıq”
Ancaq tanrıçılıq dünyagörüşü yaradılışda ilkin
varlıq kimi günəşi və günəşin ışını olan işıq götürür və günəşin qatqılığı
ilgisilə başqa varlıqların torpaq, yel, suyun da qatıldığı deyilir.Belə ki, əgər
günəş bütün planetlərin ilki olmasa planetləri o ilgidən də yeri öz cazibə gücü
çəmbərində saxlaya bilməz. Demək günəş yerdən əski və güclüdür. Günəş ışını
yeri isitməsindən yerin soluğu olan yel əmələ gəlir. Yelin soymasının ürünü olaraq
buğ və buğdan da su yaranır. Tanrının gizlərini gözəl bilən uzmzn şair Ə.
Firdovsi bu dörd nəsnəni Tanrı kuralına uyğun sıraladığını,yaratdığını “Şahnamə”
əsərində bir düşünür bilim adamı kimi belə aydınlaşdırır:
“Ən əvvəl od başladı
yanmağa,
O, verdi hərarət soyuq torpağa.
Külək qalxdı sönüncə odun şöləsi,
Sərinlikdə axdı, suyun çeşməsi.”
Bu
dört ünsür hazır olduqca bilin.
Əsası qoyuldu
bütün aləmin”.
(Ə. Firdovsi “ Şahnamə” Bakı.1982)
Firdovsi ən axırda
suyun varolması ilə bütün canlıların yaranma birliyinin başa çatdığını və beləliklə
də canlıların yaranmağa başladığını hələ o dönəmdə çox doğru düzgün bildirmişdir.
Ancaq yazıqlar olsun ki, XXI-əsrdə yaşasaqda bizim bilginlərimiz, aydınlarımız
hələ də nağılların, miflərin basqısı
altında ulu bayramlarını çaş-baş keçirirlər.
Acunun (dünyanın) yaranmasında ilgili olan dörd varlığın ikisi toxunulmayan
(cisimsiz) - yəni görünməyən (işıq, yel) dir. İkisi isə toxunulan (cisimli)
(su, torpaq) dır.
Özdəklikdən
uzaq olan toxunulmayan (görünməyən) varlıq – işıq, yel acunun yaranmasında önəmli
rol oynamışdır və bu da tək varlığın, tək irahın (ruhun), tanrılılığın özülünü qoymuşdur. Bununla da, adamın
bilinci (şüuru) toxunulmaz (cisimsiz) varlığı daimayaşar və ölümsüz varlıq kimi
alımlamışdır. Beləliklə, bir-birindən ayrıntılı iki dünyagörüşü yaranmışdır.Toxunulmaz
tanrı varlığı əbədi və ölməz, toxunulan tanrı varlıqları isə amanat və ölümlü
sayılmışdır. “Qurani-Kərim”də deyilir: “Allah bir nurdur. Onu görmək mümkün
deyil”.
Bir sözlə, “Vəhdəti-Vücud” dünyagörüşü bu 4 nəsnə
varlıqlarının birliyində tanrı varlığını axtarmağı qarşısına görəv qoymuşdur və
onu elə bu gün də axtarır.
Razim Əliyev öz əsərində haqlı olaraq yazır: “Başlanğıcı
cisimsiz göy və işıq kimi mütləq kənar vəziyyətlə
bağlayanlar, onu mütləq ideya, ruh və Allahla eyniləşdirir. Başlanğıcı su və
hava ilə, yəni mütləq maddiləşmənin (əslində cisimləşmənin) kənar vəziyyəti ilə
əlaqələndirənlər isə mütləq materiallaşmış vəziyyəti əsas götürür”. (R. Əliyev.
“Məxfilik qrifi yaxud mif, fəlsəfə, din və dil düyünü” Bakı 2002. S. 69).
R.Əliyevin
söylədiyi bu düşüncə qısa və yığcam olaraq, idealizm ilə materializmin
bir-birindən ayrılmasında önmli sınır olmasını kəsinləyir. Hər halda, bu gün təsəvvüf
bilimi, toxunulan (cisimli) varlıqla, toxunulmaz (cisimsiz) varlıqların birliyini
acunun (dünyanın) ilk başlanğıcı olmasını alımlayır. Təsəvvüf biliminin əskidən
var olmasını göstərmək üçün, Mövlanə Hüsamoğlu Mustafanın söylədiyi bir əfsanəni yada salmaq istəyirəm.Onun sözünə
görə, “ilk sofi Adam əleyhissalam olmuşdur. Cənnətdən çılpaq qovulan Adəm əleyhissalam,
yer üzünə düşəndə gördüyü hər ağacdan bir yarpaq istəmiş, beləliklə də otuz
yarpaq toplamışdır. Yarpaqları bir-birinə ilişdirərək özünə bir xirqə (arxalıq)
tikmişdir. Qeyd olunur ki, həmin xirqə Üzeyir əleyhissalamadək gəlib çatmışdır.”
(Yaradılış inter)
Yeri gəlmişkən, türk ellərinin (xalqlarının)
mifologiyasında da deyilir ki, ilk dərviş Adəm ata olmuşdur. Türk ellərində Adəm
ata haqqında olan söyləntiyə (rəvayətə) görə, bir gün göy guruldayır, şimşək
çaxır, yağış yağır, gilli-lilli sel gəlir və mağaralara dolur. Günəş ışınları (şüaları)
mağaranı isidir. Ulu Tanrı mağaradakı palçıqdan adamı, qadını Ay-va ananı
yaradır, saçına ətir verir, gövdəsinə həyat gülü bağışlayır. Günəşin ışını az
düşən, az isinən mağaradakı palçıqdan adam atanı yaradır. Ona güc-dözüm verir.
Bunlar mağaradan çıxıb evlənirlər. Bu
evlilikdən türklər yaranır. Söyləntiyə görə, Adəm atanın boyu hündür, uzunluğu
qırx dirsək olmuşdur. O, dünyanı dolaşaraq, tanrının varlığını elə tanıtdırır, min il ömür
sürür və soon halda ölüm vaxtı çatır.
Ulu Tanrı, Hala (ölüm Allahı) Adam atanın canını almasını tapşırır. Hal, öz əyələri
ilə Adam atanın yolunda gömüt qazır və o, yanlarından keçəndə,əyələr bir-biri
ilə dalaşmağa başlayırlar. Adam ata onlara yaxınlaşır və dartışmalarının ilgisini
soruşur. Onlar deyirlər ki, bizim bir qohumumuz ölüb, onun üçün gömüt qazırıq,
amma boyunu ölçməyi unutmuşuq. İndi onun boyunu ölçməyə getməyin üstündə
dalaşırıq. Bu vaxt Hal, Adama deyir: “Bizim qohum da səni boyda idi. Əgər sənin
boyuna uyğun olarsa, onun da boyuna uyğun gələr” deyir. Adam ata onun sözü ilə
razılaşaraq, qazılmış gömütə uzanır. Hal tez döşündə oturub oturub deyir: “Ulu tanrı
sənin canını almağı mənə əmr edib, ölüm anındır” deyir. Adam ata, tanrının
sözünü yerə salmır və özünün ölümünə razılığını verir. Beləliklə, elə oradaca
Hal, Adam atanın canını alır. (Borçalı söyləntisi)
Xalqın
yaddaşında yaşayan bu türk əfsanəsi, Misir əfsanəsinin qarşığı kimi səslənsə də
önəmli yeri tanrıçılıq ideoloqiyası tutur. “Varlığın-birliyi (Vəhdəti-Vücud) fəlsəfəsi
çəmbərində yarandığı açıq-aşkar görünür. Söyləntidən aydın olur ki, Adam ata, həm
göydən göndərilmiş bir varlıq kimi, tək Allahlığı erişdirən (təbliğ edən)
bilqamıs (peyğəmbər), həm də dünyanı dolaşan bir yalavacdır (dərvişdir). Əəfsanədə
hər iki doğa varlıqları, cisimsiz varlıqla cisimli varlıqlar birliyə (vəhdətə) qatılmakda
ilgilənirlər.
Ola
bilsin ki, Misir söyləntisi, öz ilk çəkirdəyini (rüşeymini) türk söyləntisindən
almışdır. Söyləntidə qatqılanan (iştirak edən) ana (Ay-va), Misir söyləntində
Yeva, ərəb söyləntisində isə Həvva olmuşdur. “Qurani-Kərim”də Adəm sözü bir ad
kimi 25 kərə səslənir. Ad bir isim kimi çəkilir. Bu düşüncəyə görə, onu demək
olar ki, insan anlamında işlənən “adam” sözü ərəblərə ilgi ola bilməz. Adam
sözü əski Sümer yazılarında dönə-dönə səslənir. Demək adam sümür sözüdür.Bu gün
də adam sözü yalnız Ön Asiya və Qafqaz türkləri
arasında işlənir.
Sümer mifalogiyasında deyilir ki, tin (tan
İ.M.) Ra yerdən on dörd parça palçıq götürür, yeddisini sağ yanına, yeddisini
sol yanına qoyur. Onlardan yoğurub adamı yaradır. Onlara üfürərək, irah (ruh) verir.
Onlar erkək və dişi bir cüt adam olurlar.
Bir
az dəyişikliklə, Adəm ata haqqında olan söyləntiyə (rəvayətə) uyğun olay “Bilqamıs” dastanında da danışılır. Enkidunun
yaranması fəslində bir müdrik insan kimi, dastanın I lövhəsinin I maddəsində
deyilir:
“Dünyanın
bu başından o başına dolaşmış,
Dənizləri
adlamış, uca dağları aşmış
Müdrikliyə
yetişmiş, dünyanı dərk etmiş
Bir
insan haqqındadır bizim bu dastan.”
Göründüyü
kimi, bu sözlər türk söyləntisilə uyğun səslənir. Dünyanı dolaşan bir müdrikdən
danışılır.
34a.
maddəsində deyilir:
“Gildən
bir şey yoğurub, göylərdən yerə atdı.
Qüvvətli
bir qəhrəman Enkidunu yaratdı”.
Bu beyt isə ərəb söyləntisi ilə uyğun səslənir. Odur ki, bu söylənilənlərdən
belə bir sonluq çıxartmaq olar ki, Adəm ata haqqında olan söyləntilərin (rəvayətlərin)
hamısı, bir özüldən Sümer söyləntilərindən qaynaqlanmışdır.
Onu deyim ki, ən əski nağıllarımızda “adam”
sözü işlənmişdir. Bu gün də “adam-adam iysi gəlir, yağlı badam iysi gəlir” sözləri
nağıllarımızda yaşayır. Nə yazıq ki, dilçilərmiz, bilginlərmiz, aydınlarımız azər
türkcəsinin bir çox sözləri kimi “adam”
sözünü də ərəbləşdirərək “adəm” ediblər.
“Varlığın
birliyi” (“Vəhdəti-Vücud”) fəlsəfəsindən danışarkən, varlıq anlamının
araşdırılmasına asıllıq duyulur. Odur ki, varlıq sözünün anlamını araşdıraq.
Varlıq nədir? O necə yaranır və ya yaradılır?
Yoxsa, heç bir ilgidən asılı deyilmi?
İlginliklə
doğada olan varlıqları iki çeşidə bölmək olar:
1. Bilincdən
(Şüurdan) asılı olmayan özdəksel (maddi) varlıklar. Bu da iki cür olur.
a)
Özdəksel və ya fiziki var olan şeylərin varlığı;
b) Özdəksel
olmayan, toxunulmayan var olan varlıqlar.
2. Bilincdən
(Şüurdan) asılı olan toxunulmaz varlıqlar. Bu varlığı da iki anlamda düşünmək
mümkündür:
Özətsel
və ya fiziki var olan şeylərin varlığı, yəni bunlar gözlə görünən, toxunmaqla
duyulan varlıqlardır. Acunun (dünyanın) istənilən varlıqları bu çeşidə
ilgilidir. Belə varlıqların tanıta (sübuta) gərəkliyi (ehdiyacı) yoxdur.
Özətsel
olmayan, toxunulmayan varlıqlara isə gözlə görünməyən, toxunmaqla duyulmayan
varlıqlar daxildir. Bu varlıqlar da iki cür olur:
Bilinciçi
(Şüuriçi) olan varlıqlar
Bilincdışı
(Şüurdışı) olan varlıqlar.
Biliniçiçi
varlıqlara, beynin ürünü (məhsulu) olan, ancaq gözlə görünməyən, toxunmaqla
duyulmayan varlıqlar daxildir. Bu varlıqlara ağıl, yaddaş, təfəkkür, məntiq
daha başqa varlıqlar ilgi edilər. Elə ki, beyin çalışmakdadır, bu varlıqlar
yaşamaqdadır, beynin ölümü ilə onlar da ölyrlər.
Bilincdın
(Şüurdan) dış olan varlıqlar özləri də iki cürdür: 1.Maddi aləmdə varlığı olan,
ancaq bizdən asılı olmayan varlıqlar. Məsələn, su bir varlıq kimi bizdən asılı
olmadan, bizli də, bizsiz də var. O, gözlə görünməklə, əllə toxunmaqla, adı çəkilməklə
varlığı kəsinlənir. Belə varlıqların tanıta (sübuta) gərəkliyi yoxdur.
Bizə elə gəlir ki, görüb bildiklərmizdən başqa
hər hansı bir varlıq yoxluqdur. Ancaq, bu yoxluqlar arasında gizli, bir çox
toxunulmaz varlıqlar da var. Özətlikdən qırakda var olan bu toxunulmaz (cisimsiz)
varlıq, suyun daxilində odu yaradan ildırım dediyimiz varlıqdır. Özü də elə bir
ölçüyəgəlməz varlıq ki, onun enerjisi bir çox elektrik stansiyalarının
enerjisindən çox olur.
Varlığın-
birliyi (Vəhdəti-Vücud) fəlsəfəsinin yaradıcılarına nə üçün sofi deyilir?
“Sofi” sözünün qaynağı haradandır? Bu sözün bir neçə kökdən götürüldüyü düşünülür.
Sözün kökündə “saf” sözünün durduğunu deyənlər, onların təmizliyi, saflığı, içistəyi (nəfsi) hər bir pisliklərdən yüksək tutduqlarını
bildirənlər sofi kəlməsinin “saf” sözündən yarandığını deyirlər. Ərəb mütəsəvvüfləri
isə, ilkin sofilərin geyindikləri yundan toxunmuş xirqənin (arxalığın) adı ilə əlaqələndirirlər.
Ərəbcə “suf” yun deməkdir və sofiliyin “suf” sözündən yarandığını, bəziləri isə,
sofiliyin yunan sözü olan “sof”, yəni, hikmət anlamında işlənən “sof” sözündən götürüldüyünü
deyirlər. “Sof” sözü, əski yunan toplumunda işlənmişdir və yunan düşünürləri (hikmətciləri),
(sofoslar) həmişə yüksək kürsülərdən çıxış edərək, öz hikmətlərini göstərmişlər.
Belə bilik yiyələrinə, sofos demişlər. Sofiliyin əsasında “sof” sözü durduğu
üçün biz, Aristotelin “Sofos” əsərinin əsas qayəsini gözdən keçirək. Yunan sözü
olan “sofos” ağıllı, müdrik, hikmətli mənasını verir. Aristotelə görə, qavramlı
(müdriklik-sofos) nə deməkdir? Qavramlılıq (Müdriklik) dünya biliklərinə yiyələnmək,
dünya sirlərini dərk etməkdir. Müdriklik pis niyyətliyə qarşı yıxılmaz qaladır,
nikbinliyin mənbəyidir. O, həmişə yalanı, yaramazlığı özündən qovur, həqiqəti,
gözəlliyi, doğruluğu özündə birləşdirir. Müdriklik, həyatın fəlsəfəsidir – deyən
Aristotel, əsərində bu yığcam fikirlərin üstündə dayanaraq, hər birinin geniş
açıqlamasını verir. Yuxarıda deyilən hikmətləri özündə birləşdirən bu bilikli
adamlar, öz dönəmlərində toplumun gəlişməsi
üçün bilim və uyğarlıq alanında çalışqanlıq etmiş, ağılabatan (məntiqi) sözlərlə
el yığıncaqlarında çıxış etmişlər. Biliyin həryönlü gəlişməsində, sofilərin
böyük əməkləri olmuşdur. Bu yüksək əmək ona gətirib çıxartmışdır ki, düşüncə (təfəkkür)
mifologiyasından, bilim fəlsəfi dünya görüşünə yol açmışlar. Onlar yarğıtaylarda
(məhkəmələrdə) kürsülərdən çıxış edəndə, senatlar kimi rəmzi paltar geyinmişlər.
Bu rəmzi paltarlar yundan hazırlanmış xirqələr (arxalıq) olmuşdur. Zaman
keçdikcə, bu geyim forması Misirə, oradan Ərəbistana və bütün islam dünyasına
yayılmışdır. Böyük Yunan mütəfəkkiri Pifaqor, tələbələrə mühazirə oxuyanda, ona
vurğun olan bir tələbə ayağa qalxaraq səslənir: “Ey Pifaqor, sən sofisən (yəni
müdriksən). Pifaqor isə təmkinlə, sakit
halda cavab verir ki, mən sofi yox (müdrik yox), sadəcə, filosofam (filo – sevən,
sof – müdrik), yəni, müdrikliyi sevənəm demişdi.
Pifoqorun,
tələbələrə təbiət və ulduzlar aləmindən dərs verdiyini bilən kahinlər, onu dinsiz adlandıraraq, çar
Leontiyə onun haqqında şikayət edirlər. Çar Leonti filosofu çağırtdırıb onunla
söhbət edir, onun yüksək usu (zəkası) qarşısında acizliyini hiss edən Leonti “sən
böyük sofisən” deyir. Bunun qarşılığında Pifaqor, tələbələrinə dediyi kimi çara
da “sofilik yüksək məqamdır mən ancaq filosof ola bilərəm” deyir.
Pifaqorun verdiyi qarşılıdan aydın olur ki,
“sof” sözü onun üçün necədə dəyərlidir. Bununla o özünün sof (müdrik) olmağa yetişmədiyini
demək istəyir. Deməli, sofilik sözünün kökündə yun mənasını verən “suf” yox, qavramlılıq,
düşünürlük (müdriklik) mənasını verən “sof” sözünü durur. Belə adamlara, yun
geyinənlər deməklə, ədalətsizliyə yol vermiş oluruqsa, qavramlı (müdrik) (sofi)
deməklə, tarixi ədaləti bərpa etmiş oluruq. Belə olan halda, biz ədəbiyyatlarımızda
nə üçün “sofi” yox, “sufi” sözünü işlədirik.
Çağdaş
filosoflar, sofizm sözü ilə sufizm sözünün bir-birindən ayrı anlayışlar olduğunu
deyirlər. Sofiliyin, qədim yunan sofistikasından ayıraraq, VIII əsrdən özgür (sərbəst)
olan ərəb fəlsəfəsi baxışının ürünü kimi yarandığını da deyirlər.
Bilim
alanına aydındır ki, VII-VIII əsrlərdə hızla (sürətlə) yayılan İslam din fatehləri
İranı, Misiri, Yunanıstanı tutan dönəmlərdə həmin ölkələrin dəyərli kitablarını
ərəb dilinə çevirərək, bu bilik incilərindən yararlanmışlar. O dövrün filosofları,
yunan fəlsəfi əsərlərini öyrənəndə və çevirəndə, ərəb
dilində sofi sözünün qarşılığı olmadığı üçün sofi sözünü islam dini fəlsəfi
görüşündə olduğu kimi saxlamışlar. Islamda varlığın- gərəkliyi (Vacibül-vücud)fəlsəfəsi
görüşü yörəsində ilk çalışanlara da islam sofiləri demişlər. İslam
imperiyasında ərəbləşmə ideyası yarananda sofi sözünün ərəbləşdirilməsi ilgisilə
suf (yun) terminini işlətməyə başlamışlar.
Aydındır
ki, ərəb dilində “o” səsi yoxdur. Ona görə də tərcümə zamanı ərəb danışığına köçürülən
“o” səsini ərəblər, “u” səsi ilə əvəz etmişlər. Buna görə də, bütün İslam
dünyasında “sofi” sözü “sufi” kimi işlənmişdir. Daha yaxşı olar ki, biz dilimizə
ərəb təsiri altında gələn və özünün ilkin anlamını verməyən “sufi” sözünün əvəzinə
özünün düzgün anlamını verən, sofi sözünü işlədək. Sofi sözünün işlənməsi bir də
ona görə diləyə uyğundur ki, hələ ən əskilərdən, bəlkə də islamiyyətdən də öncə,
dilimizdə kök salan sofi sözünü bu gün xalqımız bir el deyimi kimi işlədirlər.
Bəzən çox təmizkar adama “sofilik eləmə”, deyirlər. Bəzən də el arasında keçərli
söz danışan adama “Sofi kimi bir adamdır” deyilməsi də, bu sözün dilimizdə
islamdan da öncə işlədildiyini kəsinləyir.
Təsəvvüf
dini dünya görüşünün istəyi və düşüncəsi nədir?
Ş.
Suhraverdinin düşüncəsinə görə, təsəvvüfün mindən çox öyməsi (tərifi) vardır. Hər
bir təsəvvüfçü öz dünyagörüşünə uyğun öymə vermişdir. Onları sadalamağa gərəklik
yoxdur.
Tanrıçılığın
Təsəvvüf
bilimi, Varlığın-birliyi (Vəhdəti-Vücud) çəmbərində bütün hal və olayların
yaranmasında kanıta (dəlilə) arxalanan bilimdir. Kanıt varsa gerçəkdir, kanıt
yoxdursa mövhumatdır. Təsəvvüf, mövhümatla din arasındakı fərqi aydınlaşdıran, onların
aralarındakı sınırı (sərhədi) göstərən dini dünyagörüşdür. Təsəvvüfdə Vəhdəti-Vücud
fəlsəfəsi, dinin mövhümat və söylətilərdən təmizlənməsini ulaşdırır və evrənin varlığında, onun gəlişməsində Tanrının
qatqısını (iştirakını) öyrənən bir bilimdir.
O, hal və olayları kor-korana ilahi gücün öhdəsinə vermir, Doğa alanlarına
tanrı gücünün qatqısını kanıtlarla aydınlaşdırır. Doğa olaylarında tanrı gücünü
bilim qatqıları ilə işıqlandırır və kəsinləyir. Təsəvvüfün Vəhdəti-Vücut fəlsəfəsindən
gələn köklü qanunların necə və nə cür qavranılmasını adamlara öyrədir.
Bir
çox təsəvvüfçilər, təsəvvüf bilimini, bir bilim kimi tanısalar da, onun fəlsəfədən
ayrı olan bir təriqət yolu olduğunu deyirlər. M.A.Ayni yazır: “...təsəvvuf, kəndi
mənsubları qatında hikmət elmi sayılır. Fəqət bu hikmətin bildiyimiz fəlsəfəylə
bir ilgisi yoxdur.”
Ibrahim Haqqı, təsəvvüfü qiymətləndirərək,
deyir: “Hikmət elmi billahdır kı, həqiqət elmidir və hal elmidir, irfan
elmidir, aşk elmidir, batın (görünməz) elmidir, lədun elmidir, könül elmidir, qəlblər
elmidir, Allaha yaxınlığın kəşfidir, ayıbların örtülməsi, günahların kəffaratıdır”
(bağışlanmasıdır İ.M.).
M.A.Ayni hikməti, elmdən ayrı təsəvvür edərək,
yazır: “Elm, öyrənmək və öyrətmək yolu ilə olur, hikmət isə özünü ac saxlamaqla
olur. O halda elm, dildən- dilə gəlir, hikmət isə qeybdən qəlbə gəlir, zahir
(görünən) elm, dildən çıxır ancaq qulaq dəliyinə gedir. Batın elmi könlün dərinliyindən
çıxır, nəfsə təsir edib, qəlbin içinə axır. Elm, təfəkkürlə bilinir, hikmət, anlamaqla
bilinir.”
Göründüyü kimi bir çox təsəvvüfçülər, hikmət
elminin yalnız ilahi varlıqla bağlı olduğunu düşünürlər. İbrahin Haqqı deyir:
“Hikmət lədun elmidir ki, Rabbani ilhamdır. Hikmət az yemək, az içmək və az
yatmaqdır. Haqqa güvənmə, Allaha təslim, rizadır (razılıq).”
Belə təsəvvüfçülər hikmətin varlığını tamamilə
ilahi gücün öhdəsinə verərək, özdəksel (maddi) varlıqla ilgisini danırlar.
Ancaq qavramlılıq (hikmət) elə bir anlamdır ki, o fəlsəfə anlayışı ilə eynilik yaradır.
Onları bir-birindən ayrılıqda düşünmək
yanlışlıqdır. Tək ilahi varlıqlar deyil, bütün özdəksel varlıqların var olması
da hikmətlə doludur. Özdəksel olan evrənin varlığı, dönəmin rəngarəngliyi hər
yerdə hikmətlərilə doludur. Fəlsəfə ilə təsəvvüfün birliyi (vəhdəti), toxunulmaz
(cisimsiz) və toxunulan (cisimli) varlıqlar içərisində açıq-aşkar var olan Varlığın-birliyi
(Vəhdəti-Vücud) fəlsəfəsidir. Eyni dönəmdə də varlığın-birliyi çəmbərində fəlsəfə
və hikməti birlikdə, öyrənən bilim təsəvvüf bilimidir.
Bu
günkü islam təsəvvüfçiləri, Varlığın-birliyi (Vəhdəti-Vücud) fəlsəfəsini təsəvvüf
bilimindən uzaqlaşdırmaq üçün, bilim alanını iki böyük yola ayırmağa, aralarına
sınır çəkməyə çalışırlar. Onlar oxuyub, biliklə öyrənilən bilimə husuli (ögrənilən)
bilim, oxumadan, bilik almadan qeybdən gələn bilimə huzuri (qəlbə gələn) bilim
adını verirlər.
Husuli (ögrənilən) bilimlər dində, dini ögpətmələrdə
işıqlandırılmır. Huzuri (qəlbə gələn) bilim yönəticiləri Məhəmməd (s.a.v.)-in
“bir kimsə elm alırsa, Allah ona bilmədiyi elmləri də miras buraxır” buyurduğu
hədisi önəm götürərək, deyirlər ki, doğru bilim qavramlılara (müdriklərə-sofilərə)
Allahdan miras buraxılan huzur bieilmidir. Ona görə də, son dönəmlərdə yazılan
təsəvvüf əsərlərində, Vəhdəti-Vücud fəlsəfəsindən danışılmır. Çağdaş təsəvvüfçilər
əsərlərini Varlığın-gərəkliyi (Vacibül-Vücud)
fəlsəfəsi çəmbərində yaradırlar və bu fəlsəfəni, İslam dininin özəyi dayağı
sayırlar.
Bir çox təsəvvüfçilər, təsəvvüfün ana xəttini
Vacibül-Vücud fəlsəfəsinə dayanıqlı apararaq, hər bir hal və olayları Tanrının
zatı, sifəti, qəza, qədəri, bir söz haqqın gizləri çəmbərində aydınlaşdırmağa
çalışırlar. Vacibül-Vücud fəlsəfəsi yöntəmçilərinin dünyayagörüşündə, adamın
rolu undulur və varlıqların ən önəmlisi olan adamın yüksəkliyi, güclülüyü heçə
endirilir. Bu da adamın egitimində, duyğuluğunda yanlış yollara düşməsində,
yaşamaq uğurunda savaşında yenilməyə gətirib çıxardır.
Birtakım təsəvvüfçilər, təsəvvüfü nə bilimə, nə
də dinə ilişgi edirlər. Onlar təsəvvüfə adi görgü (əxlaq), ədəb, iman düzgüsü (norması)
kimi baxırlar. Əbul-Hüseyin ən-Nuri yazır: “Təsəvvüf nə şəkil (şəkil sözü din mənasında
işlənmişdir), nə də bir elmdir. O, sadəcə gözəl əxlaqdan ibarətdir. Əgər şəkil
olsaydı, mücahidə (din uğurunda vuruşma) ilə, elm olsaydı, öyrənməklə əldə etmək
olardı. Təsəvvüf haqqın əxlaqına bürünməkdir.” (Osman Nuri “Təsəvvüf” Bakı 2009
səh.36).
Göründüyü kimi Əbul-Hüseyin təsəvvüfü bilim
saymır. Ona gözəl əxlaqdır deyir. Ancaq
onu bilməliyik ki, görgü (əxlaq) elə bir mənəvi varlıqdır ki, onu adam bütün
ömrü boyu öyrənir. Onun bütün yaxşı çalarlarını toplumda öyrənməklə qazanır.
Son halda toplumun görgülü kimsəsinə çevrilir. Toplumsal görgü ilə egitimlənməyən,
onu özününkü bilməyən kimsə heç bir anda
yüksək görgüyə yiyələnə bilməz. Görgü (Əxlaq) öyrənilməklə qazanılırsa
demək o mənəvi bir bilimdir. Əgər görgü bilimdirsə demək təsəvvüfdə
bilimdir.
Əgər təsvvüf nə din, nə də bilim deyilsə, o
sadəcə bir görgü (əxlaq) və ya huydursa (ədəbdirsə), belə olan halda, onlar necə
yarana və ya yaradıla bilər.? Əxlaq və ədəb düzgüləri (normaları) anadangəlmə tanrı
pay deyil. O, toplumun (cəmiyyətin) yaratdığı yaşam yolu olaraq, toplumun çeşitlənməsində
yaranmış bir iç sifətidir (keyfiyyətdir). Onların çeşitlənməsi üçün ağlın, düşüncənin
çalışqanlığı gərəklidir. Əgər hər hansı bir özdəksel (maddi) və mənəvi
varlıqların var olmasında, ağıl və düşüncə birliyi olursa, demək o, bilimdir. Görgü
(Əxlaq), elə bir mənəvi varlığı olan bilimdir ki, onu adam, ilk günlərindən toplumda
(cəmiyyətdə) öyrənir. Əgər öyrənirsə, demək o bilimdir. Toplum əxlaqı ilə
egitimlənməyən, egitim yollarını öyrənməyən adam, heç bir görgü (əxlaq) və huy
(ədəb) yiyəsi ola bilməz. Bu alanı öyrənən
bilimə dində Təsəvvüf bilimi deyilir. Ancaq doğ bilimləri içərisində bu alanı
hansı bilim ocağı öyrədir, o bilim alanı bu gün geriləmədədir (tənəzzüldədir).
Həzrəti Mövlanə
buyurur: “İnsan oğlunda ədəb olmasa, o əslində insan deyil, insan ilə heyvan
arasındakı fərq ədəbdir..... Ağlım qəlbimdən soruşdu: İman nədir? Qəlbim isə
ağlımın qulağına dedi: -İman ədəbdən ibarətdir.” (Osman Nuri səh.39) Həzrət
mövlanın huya (ədəbə) verdiyi bu öym elə geniş anlamdadır ki, onun haqqında saatlarla
danışmaq olar. Bu öymə bir çox kilidli anlamların açarıdır.
Vəhdəti-Vücud fəlsəfəsini açıqlayan bir çox təsəvvüfçilər
təsəvvüfün özdəksel (maddi) acunla (aləmlə), mənəvi acunun (aləmin) birliyinin
(vəhdətinin) ayrılmazlığını aydınlaşdıran bir bilim olduğunu kəsinləmişkər (təsdiqləmişlər).
Tasavvüf bilimi nədir? Mənim baxış bucağıma görə, təsəvvüf adamın mənliyini, irahını (ruhunu),
içistəyini (nəfsini), görgüsünü, (əxlaqını) egitimləyən (tərbiyə edən) kutsal bieilmdir.
Çox yazıklar olsun ki, bu bilim alanını çağdaş bilim ocakları ögrətmir. Bu gün
təsəvvüf bilimini yalnız din ocaqları ögrədir. Ama dinin öyrətdiyi təsəvvef
dünyagörüşe də yalnız vacibül- vücud fəlsəfi bucağında öyrənildiyi üçün bu
günkü çağlarla ayaqlaşa bilmir. Öna görə də 21-Y.Y-də vacibül-vücud fəlsəfəsilə
egitimlənmə topluma, ilginliklə gənclərin egitimnə xeyirdən çox zərər verir. Bu gün Təsəvvüf bilimi
İdris Peyğəmbər özülünü qoyduğu, M.Həllacın,
Ş. Suhraverdinin, V.Bektaşinin yaşatdığı vəhdəti- vücud fəlsəfəsi çəmbərində
aparılmalıdır. Ancaq Varlığın-birliy fəlsəfəsinin egitim yolu din ilə bilimi barışdıra
bilən, gəlişdirə bilən çıxış yoludur. Təsəvvüf bilimi, adamın iç və tış acununu
(dünysını) təmizləyən, adamləğı örgədən, bilimlə tanrını tanıyan bilik
qaynağıdır. Bu baxımdan, təsəvvüf bilimi, bütün bilimlərdən ən əskisi və mənəvi
biliyidir.
Təsəvvüf haqqında bir çox yazarlar öymələr (təriflər) vermişlər. Onlardan birtakımnı yada
salaq.
Təsəvvüf
- yüksək mənəvi bir ədəbdir.
Təsəvvüf
- yüksək əxlaq ilə arınlanmaqdır, təmizlənməkdir.
Təsəvvüf
- Tanrı ilə bilavasitə əlaqə olmadan,
onunla mənəvi birlikdə olmaqdır.
Təsəvvüf
- başı elmdir, ortası saf olan əməldir, sonu Allahla bağlıdır.
Təsəvvüf- insanın öz
varlığını haqqın varlığında yox etməkdir.
Təsəvvüf- meerac evində,
haqq yanında yox olmağa deyirlər.
Təsəvvüfdə
Vəhdəti-Vücut fəlsəfəsi acunda (aləmdə) olan bütün özdəksel (maddi) və mənəvi
varlıqların gizlərinin necə və nə cür olmalarını, bu varlıqlar hansı dayaqdan
qaynaqlandığını öyrənmək üçün bütün maniələri keçməyə çalışır. Təsəvvüfün Vəhdət-Vücut
fəlsəfəsi özdəksel acun ilə mənəvi acunun birlikdə varlığın aydınlaşdırır. Bilimlə
dinin tarazlığını saxlamağa çalışır.
Təsəvvüf
dünyagörüşü, bütün dinlərdə bir enerji kimi iştirak edir. Təsəvvüfdə olan Vəhdəti-Vücud
və Vacibül-Vücud dünyagörüşləri bir-biri ilə qarşıdurmalar yaradır. Bu qarşıdurmalar da bəzən acınacaklı olaylar
yaradır.
Dönəm keçdikcə təsəvvüf dünyagörüşü genişləndikcə
bir çox qollar yaranmışdır ki, bu qollara Təriqətlər deyilmişdir. Dönəm yenilikləri
ilə ilgili adamların dünyagörüşü ilə islsm dini arasında olan bu boşluqları təriqətlər
doldurmuşdur.
Təsəvvüfçü
sofilərdəki eşq nədir? Eşq elə bir mənəvi varlıqdır ki, onsuz acun var ola bilməz.
Səma dinlərində deyilir ki, ulu Tanrı, hər şeydən öncə böyük eşqi yaratmışdır.
Böyük eşq aşamalarla kainatı və onun varlıqlarını yaratmışdır.
Bu
böyük eşqə, bilim alanında cazibə gücü deyilir. Cazibə və ya böyük eşq qanunu, bütün
tanrı varlıqların arasında yaşamaqdadır və bu varlıqlar eşqlə ilgili həmişəyaşardır.
Türkiyə
təsəvvüfçiləri, eşqə “aşk” deyirlər, ona görə də bəzi təsəvvüfçilər “aşk” sözünə
ilgincli açıqlama vermişlər. Belə ki, sözdə olan səslərin hər biri baş hərf
kimi aydınlaşır. A – Allah, ş – ona şükür, k – ona kulluq kimi verilir və eşq –
“Allaha şükür və qulluq etməkdir”, deyirlər.
Qənaətimizə
görə, təsəvvüfçilərin dedikləri böyük eşq, ilahi enerjidir ki, bu evrəni yönətir.
Bir də kiçik enerli bar, bu adamlarda yaşayarak, onları böyük eşqə sarı yönətir.
Bəs sofilikdə eşq nədir? Eşk sofiliyin əsas
qayəsidir, onun amalıdır, bütün ömrü boyu aradığı ilahi həqiqətə qovuşmaq yoludur. Eşq, “Vəhdəti- Vücud” fəlsəfəsinin harmonik
birlikdə olan varlığın bütün təzahürlərinə doğru yönəlmiş ilahi gücdür. Sofilik
basamasının son dayanacağıdır. Böyük eşqlə adam öz böyüklüyünü tanrıya tanıdır.
Böyük eşq, sofinin millət, din və məzhəb fərqinə varmadan, son ən yüksək
basamada olan haqqa qovuşmaq amalıdır.
Adamı
bir kimsə kimi ən dəyərli yüksəkliyə qaldıran, onun mənəvi uyğarlığıdır. Adamda
olan mənəvi uyğarlığın zənginliyi, bir çox amillərdən asılıdır. Bu amillərdən ən
özəti kimsənin irsiyyəti (geni), dini və biliyidir. Bu amillər birlik halında,
adamın mənəviyyatında, onun insani hissiyatlarının və cəmiyyətdəki
davranışlarının formalaşmasında, az və ya çox dərəcədə rol oynayır. İnsanın
formalaşmasında ən əsas rolu, onun irsiyyəti oynayır.
Soy (İrs-gen) nədir? İnsanın özündən asılı
olmayaraq, Tanrının bəxş etdiyi mənəvi damğadır (möhrdır). Bu damğa, insanın
bütün varlığı boyu dəyişməz halda qalır və onun bütün varlığını, həyatını yönətir.
Soyun (Genin) varlıq gücündən (güclü, orta, zəif) asılı olaraq, adam toplumda
öz yerini tapır. Soyun rolu mənəvi uyğarlıq bazasında gələnək və görənəyin, dinin,
incəsənətin, bilimin bütün alanlarında olan olayları çözə bilməsi danılmazdır.
Bunların düzənlənməsində də, yenə soyun (irsin-genin) rolu danılmazdır.
Bilimin
hər bir shlanının özünə uyar aydınlaşdırma (izah etmə) yolları var olduğu kimi, dini dünyagörüşünün də çözüm
yolu var və bu yolu bilim, “metofizika” adlandırır. Metofizikanın hərfi mənası,
“fizikadan sonra gələn” kimi işlənən mürəkkəb sözdür. Bu termini hələ e.ö. IV əsrdə
Aristotel işlədilmişdir və onun bütün bilim alanlarında var olduğunu göstərmişdir.
Yalnız XIII əsrdən teoloqiyada yer alan metofizika termini dini fəlsəfi termin
kimi işlədilmişdir.
Metofizika
termini, təbiət üzərində olan güc, duyğuüstü (fövqəlbəşəri) güc kimi də
anılmışdır. Bu anlamlardan belə aydın olur ki, metofizika Vəhdəti-Vücud fəlsəfəsinə
uyğun olan bir termindir. Metofizika, təbiətin, bəşəriyyətin görünməz
alanlarını, olaylarını, olağanüstü (fövqəladi) güclərini öyrənir və böyük ölçüdə
olan sorğulara qarşılıq axtarır.
Metofizika
dünyagörüşündə, təkcə toxunulmaz (cisimsiz) varlıqlardan söhbət getmir,Burada
bir çox toxunulan (cisimli) varlıqlardanda, onların hal və hadisələrindən də danışılır.
Belə ki, usla (ağılla) uzay, evrən və doğa qavranılır. Usla tış varlıqlar, eləcədə
iç varlıqlar qavranılır. Bütün bu varlıqlar incələnir və çözülür.Us,olayların
necə və nə cür olmaları haqda qərar çıxarılır. Metofizikada var olan bütün
varlıqlar, duyğu üyələri ilə duyulur, onun özəllkləri öyrənilir. Materiyanın elə
varlıqları da var ki, onlar duyğu üyələri ilə öyrənilmir.Belə ki,
elektro-maqnit, radiyo-televiziya dalğaları, ağlın funksiyaları və s. Bu hallar
da, elmin aşkar etdiyi cihazlarla öyrənilir və varlığı kəsinlənir. Tanrı varlığının var olması isə, yalnız us
(ağıl), qavrama (təfəkkür), duyğu və qavrama yolu ilə tanınır. Us toxunulan varlıq olan materiyanın, yəni,
beynin ürünüdur. Bu baxımdan demək olar ki, materializm və idealizm metofizika
dünyagörüşündə birləşir və birlikdə davranırlar. Onlar bir-birini tamamlayır.
Metofizikada materializm ilə idealizm birlikdə ilgiləndikləri üçün, o da, Vəhdəti-Vücud
fəlsəfəsinin ürünlərindən biridir..
Bu
günün təsəvvüf əsərlərində Vacibül-Vücud dünyagörüşü üstünlük təşkil etdiyi
üçün, gənclərin çağdaş dünyagörüşlərinə uyğun gəlmir. Bilimlə din arasında olan
boşluq daha da genişlənir.
Hindlilərdə təsəvvüf
Hind
mifoloji dünyagörüşündə öldükdən sonra Bhaqvata-Qitanın bütün kurallarını yerinə
yetirən, ən dəyərli təmiz olan suçsuz 1-ci dərəcəli adamlar göyə qalxıb orada
Brahmaya qovuşacaqlar və həmişəlik gözəl ömür sürərək yaşıyacaqlar. Yxşı əməlli
suçsuz 2-ci dərəcəli adamlar yenidən dirilib, bu dünyaya qayldaraq, yeni
doğulan körpələrin irahına (ruhuna) keçib, təmiz irahla yenidən yaşayacaqlar. Suçlular
isə suçlarının ağırlağından asılı olaraq,iki çeşidə ayrılacaqlar.1-cilər adamlara qazanc verən yararlı otların,
ağacların, heyvanların irahına keçəcəklər. 2-cilər xatalı və ağılı otların,
ağacların, heyvanların irahlarına keçəcəklər. 3-cülər ən ağır suçlular yeraltı
qaranlıq dünyada pisliklər içində həmişəlik qalacaqlar.
Qədim
hindlilərin dörd önəmli kutsal kitab toplusuna vedalar deyilir. (Veda-müdriklik
anlamını verir) Vedaların e.ə. XIII-VII əsrlərdə yaradıldığı qeyd edilir. Bütün
vedalarda Allah, insan, təbiət anlayışları, bir-biri ilə birlik halında ön plana çəkilir. Vedalarda
olan dünyagörüşlər, Varlığın birliyi (Vəhdəti-Vücud) fəlsəfəsindən
qaynaqlanmışdır. Oradakı, evrən varlıqlarının və adamın hızlı davranışının ilginlikləri
(səbəbləri) və istəkləri (məqsədləri) Varlığın-birliyi (Vəhdəti-Vücud) fəlsəfəs
çəmbərində irəli sürülür və incələnir. Vedalarda göstərilir ki, Hindistanın ən əski
yerliləri olan arilər, yabanı (vəhşi) halda yaşayanda günəşə, onun yerdəki simğəsi
olan oda (aqni), havaya (indra), inanmışlar. Arilər yavaş-yavaş evsəlləşdikcə (əhliləşdikcə),
Qanq çayının yanlarında olan verimli torpaqlardan qazanıldıqca, torpağın və
suyun yaşam verici olmasına inanılmağa başlandı. Beləliklə torpaqvə su kutsal
varlık oldular. Bununlada yaşam verici dört nəsnənin kutsal tamlığı başa çatdı.
Bu dünyagörüşü də Varlığın-birliyi (Vəhdəti-Vücud) fəlsəfəsinin təməlini qoydu.
Bu dörd Tanrı varlıqlarının bir-biri ilə vəhdətini anladılar və bütün bunların
da, kiməsə tabe olduğuna inandılar. Bu inanc yiyəsini “Brahma” (Allah) adlandırdılar.
Hind dini dünyagörüşünə görə, bütün evrəndə (kainat) yaranan olaylar Brahmanın içgücü
(iradəsi) ilə yaranır və Onun irahı (ruhu)
bütün varlıqlarda yaşayır. İrah (Ruh), ali varlıq olduğu üçün o heç vaxt ölmür,
daima yaşayır və təzələnir. Adam öldükdə, irah köhnə gövdədən çıxaraq, yeni
körpə gövdəyə keçir. Əgər bu irah, öncəki gövdədə kosmos (Brahma) qanunlarına
tabe olubsa, yeni gövdədə, daha yüksək ətgiyə (nüfuza) yiyələnə bilər. Əgər
köhnə gvdədə pisliklərlə ömür sürübsə, o yeni gövdədə daha aşağı düzeyli ətgidə
(nüfuzda) ola bilər. Yox əgər, irah həmişə yüksələrsə, o son həddə Brahmaya
qarışar onda həll olar və Brahmada əbədi qalar. Pis əməllə məşğul olan irah isə,
həmişəlik olaraq böcəklərdə, ağaclarda və heyvanlarda qalar.
Veda təlimlərindən təsəvvüf dünyagörüşünə ən
yaxın olanı Aranyakadır. Aranyaka mürşid və müridləri, bütün dini vəzifələrini
yerinə yetirdikdən sonra, zahidlik üçün Aranyaya (yəni ormanlara) çəkilərək, dərvişsayağı
(yoq) ömür sürürlər. Aranyakanın ən ünlüsü, Opanişad adı ilə tanınır. “Opanişad”
sözü müdrik mənasını verir. Opanişadlar vedaların fəlsəfi baxışlarından ibarətdir.
E.ə VIII-VII əsrlərdə yaradıldığı qeyd olunan Opanişadların əsas fəlsəfi xətti
odur ki, "ey adam, həqiqət sənin öz daxilindədir. Sən özünü tanımağı öyrənsən
Tanrını daha yaxşı tanımağı bacararsan."(Qunnar. Fəlsəfə tarixi səh.40) Opanişadlar ilə Musəvilikdə olan Kabbala
arasında bir çox bənzərliklər vardır. Brahmaya çatmaq üçün gediləcək yolu,
Opanişad fəlsəfəsi öyrədir. Qədim Hind Vedaları, Allah, təbiət və insan
haqqında ümumi düşüncələri ön plana çəkərək, “Vəhdəti-Vücud” fəlsəfəsinin
rüşeymini yaratmışdır. “Veda” sözü eyni zamanda, müdriklik mənasında da işlədilir.
Vedantaya görə, Allahla təbiətin qarşılıqlı vəhdəti sayəsində, kainatın
mövcudluğu yaranır. Bu kainat mövcudluğunun məhsulu da, bəşəriyyətin əşrəfi
olan insandır. Vedantanın bu dünyagörüşü, “Vəhdəti-Vücud” fəlsəfəsinin eynidir.
Qədim hind təlimi olan Açivikaya görə, varlığın dörd ünsürü işıq, torpaq, su,
havanın vəhdəti, enerji vasitəsi ilə daima bir-biri ilə ünsiyyətdədir. İdeya cəhətdən,
bu sofiliyin eynidir.
Opanişad
vedalarında Brahma bir ruhdur. O, hər şeydir, onun surəti ABM-dir. ABM nədir?
Veda izahına görə, ABM, üç rəmzi birləşmədir. A – yay, B – ox, M – hədəfdir.
Eyni zamanda, yay insandır, ox ruhdur, hədəf Brahmadır (Allahdır). Yaydan çıxan
ox, hədəflə birləşdikdə, məqsəd yerinə yetirildiyi kimi, insan da ruh vasitəsilə
Brahma ilə birləşir. Canlı varlıqla cansız varlığın, yəni ruh vasitəsilə görünən
varlıqla görünməz varlığın birliyi “Vəhdəti-Vücud”
ideoloji dünyagörüşü yaranır.
Vedalardan
sonra, Puranah əsərləri yarandı ki, onlar da vedalar kimi, Brahma əsəri
sayıldılar. Puranahlarda təsəvvüf elminə aid daha önəmli ideyalar meydana gəldi.
Ondan sonra Bhaqavata yarandı. Bhaqavata bilgilərində, Tanrı özünün yerdəki
elçilərinə nəsihət verir, onları məqsədləri uğrunda əzmlə mübarizəyə çağırır.
“Ölərsən, göy üzünə qalxarsan, qalib gələrsən, yer üzündə hökmranlıq edərsən.
Ona görə, qalx, qətiyyətlə vuruş!”. “Bhaqavata-Gita” həmişə ağıla üstünlük
verir. Orada deyilir: (fəsil 6, maddə 5)“İnsan
öz ağlını düşkünlük üçün deyil, qurtuluş üçün işlətməlidir. Ağıl, cana həm
dost, həm də düşməndir”. Vedantaya görə, hər bir insanın ruhu, Brahmanın bir
hissəciyi yox, bütünlüklə bölünməz olan Brahmanın özüdür. Vedantaya görə,
ağıllı insan, elə Allahın özüdür. Brahma məzhəbinin ən kamil şəxslərindən biri
də Krişnadır. İsa peyğəmbərdən üç min il öncə bir qız, bakirə ikən hamilə olmuş
və Krişna atasız doğulmuşdur. Elə ona görə də, İsavi xristian mütəsəvvüfləri
Krişnanın da, İsa kimi atasız
doğulmasına görə, Krişnanı kəlimətullah,
ruhullah sayılmasına böyük önəm vermiş və üçləmə inancının ilk öncə Krişna tərəfindən
qəbul edildiyini rəvayət etmişlər. Krişna deyir: ”İnsan köhnə paltarını çıxarıb,
təzə paltar geyindiyi kimi, can da, qoca və faydasız bədəni tərk edib, təzə
maddi bədən alır”. Burada deyildiyi kimi, ruhun vaxtaşırı müxtəlif canlılara
daxil olmasını, onun ölməzliyini, Brahma məzhəbi qəbul edir. Bu da, maddi
varlıq olmayan cisimsiz ruhun, maddi varlıq olan cisimlərlə vəhdəti olan “Vəhdəti-Vücud” fəlsəfəsidir. “Bhaqavata-Gita”da
deyilir: (fəsil 4, maddə 7) “Din tənəzzülə
uğradıqda, dinsizlik artıq üstünlük təşkil etdikdə, mən özüm nazil oluram”, (Fəsil
4, maddə 8) “Möminləri xilas, cinayətkarları məhv etmək üçün mən hər minillikdən-minilliyə
zühur edirəm”. Beytlərdən məlum olur ki, Tanrı min ildən bir yerə enir. Yerdə əmin-amanlıq
yaradır və öz yerinə qayıdır. Krişna (Allah), Brahma (hər şeyə nüfuz edən ruh)
və Budda məzhəblərinin ən qədim dini kitabı olan “Bhaqavata Gita”nın bir çox
beytlərində sistemli şəkildə olmasa da, təsdiqləyici halda “Vəhdəti-vucüd” fəlsəfəsinin
olmasını görürük. “Bhaqavata Gita”nın, 9-cu fəsil, 20-ci maddəsində deyilir:
“Ulu Tanrı göyün bütün qatlarını, planetlərin və yerin varlıqlarını Arcunaya
göstərdikdən sonra deyir: Ey Arcuna, istiliyi verən mənəm, yağışı yağdıran və
dayandıran mənəm, ölməzlik də, ölüm də mənəm. Həm ruh, həm də materiya mənim
daxilimdədir”. Bu beytdə Ulu Tanrı həm cansız cisim olan oddur, həm də maddi təbiətin
varlıqları olan (su, hava, torpaq) materiyadır. Krişna özünün müxtəlif enerjiləri
ilə istilik, yağış, ölməzlik rəmzi olur, ölüm olur, materiyanın varlığı insan
olur. Bir sözlə, Krişna varlıqların vəhdəti olur. Burada “Vəhdəti-Vücud” fəlsəfəsinin
özü olur.
11 fəslin
39-cu maddəsində Ulu Tanrı-Krişnaya müraciətində Arcuna deyir: “Sən havasan, sən
od, su və aysan, sən kainatın ilk məxluqu Brahmasan”. Burada Arcuna, Krişnaya
Brahma deməklə, dördüncü ünsür olan torpağı nəzərdə tutur. İlk hind fəlsəfəsi,
bəşəriyyətin ilk mənbəyi sayılan dörd varlığı qəbul edir və bunların vəhdətini
Krişnanın daxilində görür.
Qədim
hind fəlsəfəsi dörd ünsürün hər birinin müdrik Tanrılarının olduğu və bu dörd
müdrik Tanrıların vəhdətini yenə də Ulu Tanrı Krişnada görərək, Arcunaya (fəsil
10, maddə 6) deyir: “Yeddi böyük müdrik, onlardan əvvəlcə dörd böyük müdrik və
manular (bəşəriyyətin əcdadları) məndən törəyirlər”.
Beytdə
deyilən 4 böyük müdrik - od, su, hava, torpaq - Tanrıçılarına aid deyildiyi
kimi, 7 böyük müdrik bu 4 müdrikin vəhdətindən 7 müdrik, onların vəhdətindən 25
müdrik törəmişdir ki, bu 25 müdrikin vəhdətindən də bütün bəşəriyyət
yaranmışdır. “Bhaqavata-Gita”nın izahından aydın olur ki, həm dörd böyük
müdrikdən, həm də 7 böyük müdrikdən törəmiş 25 müdrik bütün yaradıcıları olan
cisimsiz varlıqlardır. Bütün bu 25 cisimsiz varlıqlar da, cisimsiz enerjisi
olan Krişnanın hökmü altındadır. Görünür, 7 müdrik fəlsəfəsi Hindistandan Misirə
və Misirdən Yunanıstana yayılmış, Yunanıstanda isə 7 müdrik canlı varlıq olaraq,
ölkənin idarəçiliyi ilə məşğul olmuşdur.
Fəsil
10, Maddə 20-də Ulu Tanrı deyir: “Mən bütün canlı varlıqların ürəyində yerləşən
yüksək canam, ey Arcuna, mən onların əvvəli, ortası və axırıyam”. Bu beytdə Ulu
Tanrı (Krişna) göstərir ki, o, bütün canlıların ürəyində yerləşir. İnsanlar
doğulan zaman Tanrının ona bəxş etdiyi ilkin hissəcik, Tanrı nuru və ruh, ürəkdə
yerləşir. Burada yenə də, cisimsiz varlıq cisimli varlıqla vəhdət yaradır. Yəni
“Vəhdəti-Vücud”dur.
“Bhaqavata-Gita”dan (Fəsil 11, Maddə 47) aydın olur ki, Arcunaya qədər yer üzünün
insanlarından heç kim, Ulu Tanrının yanına (meraca) qalxmamışdır və Tanrı ilə həmsöhbət
edən ilk varlıq Arcuna olmuşdur.
Fəsil 11, Maddə 47-də deyilir: “Sənə qədər heç
kəs bu ilkin, hüdudsuz və gözqamaşdırıcı parıltısı olan formamı görməmişdir”.
İnsanda Tanrının hissəciyi olan üç cisimsiz varlığın, cisimli varlıqda, yəni
insan bədənində yaşamasını təsdiqləyərək Ulu Tanrı (Krişna) deyir (F .13,
M-28): “Hər bir bədəndə fərdi canla yanaşı, yüksək canın mövcud olduğunu bilən
və bu fani bədənin daxilində yerləşən canla, yüksək canın heç vaxt məhv
olmadıqlarını anlayan insan, həqiqi bilik sahibidir”. Bu beytdən belə məlum
olur ki, fani bədəndə olan candan (ruhdan) başqa, Tanrı hissəciyi olan yüksək
can (ruh) da yerləşir. İnsan öldükdə, yüksək can (ruh) məhv olmur.
Fəsil 14, Maddə 11 - “Bədənin bütün qapıları
biliklə nurlandıqda, xeyirxahlıq qunasının (keyfiyyətinin) təsirini hiss etmək
olar”.
“Bhaqavata-Gita” təliminə görə, bədənin 9
qapısı var. Bu qapılar xeyirə də, şərə də xidmət edə bilər. Əgər bu 9 qapı
daima xeyirə xidmət edərsə, insan həm eşikdən (yəni ruhən), həm də içdən (yəni
cismən) təmiz olarsa, bu insan kamil və haqqa yaxın insan olar. Bu beytdən də
sofiliyin məqamlarının izi duyulur, bu məqamları qoruyan sofi, kamil insan
olur.
Fəsil 16, Maddə 1-3. Allah ali şəxsə dedi:
“Qorxmazlıq, həyatını təmizləmə, ruhi biliyə yiyələnmə, xeyriyyəçilik, özünə nəzarət,
qurbanların icrası, vedaların öyrənilməsi, zahidlik, sadəlik, başqalarında
nöqsan
axtarmamaq, mərhəmətlilik, tamahkar olmamaq,
xeyirxahlıq, təvazökarlıq, qətiyyətlilik, çalışqanlıq, rəhmlilik, əzmkarlıq, təmizlik,
paxıl və şöhrətpərəst olmamaq. Ey Bhaqavata övladı, bütün bu transsendental
(ilahi) keyfiyyətlər, ilahi təbiətli möminlərə xasdır”.
Yuxarıda sadalanan yüksək insani keyfiyyətlər,
sofilikdə kamil insanların haqqa çatması üçün sadalanan keyfiyyətlərin eynidir.
Bu sözləri yerinə yetirənlər, əsl hikmət sahibidir. Hikmət sahibi isə sofidir.
Elə ona görə də, hikmətin (sofosun) ilk rüşeymlərini biz, Yunan fəlsəfəsində
yox, hind fəlsəfəsində axtarsaq, daha düzgün olar.
Fəsil 7, Maddə 6. “Qəti bil ki, mən bu
dünyadakı həm maddi, həm də ruhi şeylərin hamısının əvvəli və sonuyam”.
Maddə 14. “Torpaq, su, od, hava mənim ayrılmış
maddi enerjimdir”.
Göründüyü kimi, maddi varlıqlarla ilahi enerji
vəhdət təşkil edir. Cisimsiz enreji bütün maddi varlıqların həm əvvəli, həm də
sonu olur.
Bu maddə, demək olar ki, “Vəhdəti-Vücud” fəlsəfəsinin
başlanğıcıdır.
“Bhaqavata-Gita” - Fəsil 9, Maddə 34. “Həmişə mənim
haqqımda düşün, mənim fədaim ol, mənə ehtiram göstər! Tamamilə mənə qapıldıqda
hökmən mənə gələcəksən”;Fəsil 9, Maddə 4. “Bütün varlıqlar mənim daxilimdə olsa
da, mən onların daxilində deyiləm”.
“Bhaqavata-Gita” təliminə görə, insan maddi
varlıq olsa da, bütünlüklə haqqa qapılsa, o, hökmən Tanrının yanına yüksələ bilər.
Digər beytdən aydın olur ki, Tanrının böyüklüyünü heç bir ölçü ilə ölçmək
olmaz. Bu bəşəri böyüklüyünə görə də, o, heç bir insan daxilinə sığa bilməz.
Ancaq ən böyük ölçüyə gələ bilməyən Tanrı ilə, xırda varlıq olan insan “Vəhdəti-Vücud”
yarada bilər.
Miladdan 600 il öncə Hindistanda yeni bir məzhəb
yarandı ki, buna Budha (Budda) deyildi. Sanskrit dilində Budda – hakim, bilici,
hikmətli mənasını verir. Bəzən də nur mənasında işlənir. Buddanın adı
Qautamadır. E.ə 623-544-cü illərdə Nepalın hökmdar ailəsində böyüyən gənc
Qautama, elə bilirdi ki, bütün uşaq və gənclər onun kimi xoşbəxt və qayğısız
yaşayırlar. Saray mühitindən uzağa çıxmayan gənc Qautama 6 il Hindistanın ən
bilikli müdriklərindən dərs aldıqdan sonra, təsadüf nəticəsində geniş xalq kütləsinə
qoşulur. Cəmiyyətdə mövcud olan bütün haqsızlıqları, yaramazlıqları görüb
sarsıntılar keçirir. Ən nəhayət, taleyi onu monastıra gətirib çıxarır və
orada yerləşən dünyanın ən qədim, ən zəngin
kitabxanası ilə tanış olur, qiymətli kitablar mütaliə edir. Monastırda geniş
dünya görüşlü elm adamları ilə, müdriklərlə görüşür. Bu mütaliə və görüşlər, onun dünyagörüşünü yeniləşdirir. O, Buddizmin
yaradıcısı olur və müridləri sonralar bütün Hindistana yayılır.
Daha mütərəqqi və daha şanlı Buddizm məzhəbi
belə yaranır.
Buddizmdə əsas üç inanc mövcddur. 1. Buddaya
inam, buddaya inam əsasında haqqa qovuşma yolu tapıla bilər. 2. Dhammaya inam,
buddadan öncə yazılan öyüd kitablarına inamdır. Buna inanmaqla da haqqa
qovuşmaq olar. 3. Sinqhaya inam, müqəddəs məbədlərə və rahiblərə inam. Nə
simiçliyə, nə də israfçılığa yol verməmək. Bundan əlavə Buddizmin əsas şuarı
adamın özünə inamıdır. Budda deyir:Özünüz özünüzə çıraq olun. Göründüyü kimi
buddizmdə də üç varlığın vəhdəti dinin əsas dayağı sayılır. Demək xristian
dinində qabul eliyən üçlük ola bilsin ki, öz qidasını buddizmdən alıb.
Buddizmdə qoşa iki ana xətt bir-biri ilə
mübarizə aparır. Ağıl və zəhmət daima alqışlanır. Acgözlük və nəfs qınanılır. Budda təliminin dini fəlsəfi ideyasını qısa olaraq belə cəmləşdirmək
olar.
1. İnsanın qarşısına çıxan çətinliklərlə
mübarizə əzmi yaradır, zəif insanı mətnli, möhkəm iradəli, ali ruhlu insanlıq səviyyəsinə
qaldırır. Kim həyatda çətinliklə üzləşməsə, o, başqasının çətinliyini duya bilməz.
Ağrıları öz üzərində görməyən adam,
başqasının ağrısını başa düşə bilməz. Bütün çətinliklər toplusu insanı daima
kamilləşdirir.
2. Nə vaxt ki, insanın istək və arzuları
reallaşmır, o vaxt özünü çətinliklərin məngənəsində sıxılmış halda görür.
3. İnsanın məntiqə böyük ehtiyacı var. Əgər o
düzgün məntiq yürüdə bilirsə, özünü çətinlikdən qurtarır. Əgər məntiqində səhv
nəticə çıxarırsa, son halda o sarsılır və ya caniləşir.
4. Nəfsi üzərində ağlının təmkinliliyini
qoruyub saxlayaraq qalib gələ bilirsə, iradəsini möhkəmləndirirsə, kamilləşir və
Brahmaya qovuşur.
Buddizm təlimində ağlın hökmü ilə nəfsi cilovda
saxlamaq olur. Onun hökmü ilə insan bütün çətinliklərə üstün gəlir. Ağıl adamı
kamilləşdirir, haqqa yaxınlaşdırır. Zəhmət insanı, insanlıq zirvəsinə qaldırır.
O, möhtaclığa üstün gəlir, insanı kamilləşdirir. Acgözlük, hərislik daima insanı
əyri, çirkin yollara aparır, insanlıq üçün vacib olan bütün keyfiyyətləri itirir.
Nəfs daima cilovda, arzular daima möhkəm ölçülüb-biçilmiş çərçivə daxilində
saxlanmalıdır. İnsan öz üzərində hökmranlıq etməyi bacarmalıdır.
Buddizmdə yoqa eytiminin çox önəmli yeri var. Bir takım
tarixçi yazarlar buddizmə yoqa eytiminin Qafqazdan tanrıçılıq inancından gəldiyini
söyləyirlər. Polyak bilgini Kount Stefan kolonna “Qafqaz yoqası sistemi” adlı
kitabında yoqa sisteminin Qafqazda çox əski dönəmlərdən maqlarda işləndiyini
deyir. (F. Qurbansoy “Azərbaycana göndərilən peyğəmbərlər” Bakı 2017. S.51).
Bhaqavata-Gitanın maddələrində qeyd olunan təlimlərdə
göründüyü kimi, buddizm dünya görüşü, ağıla və ağılın fəaliyyətinə geniş yer
verir. Tanrı fədaisi olan yoqa Maharaça Kulaşekhara, ölüm ayağında dua edərək
deyir: "Ey əziz Tanrı nə qədər ki, mən sağlamam ölməyimə izin ver ki,
ağlımın Qu quşu sənin Nilufər qədəmlərinə yol
tapa bilsin."
Yoqalar Tanrıya müraciəti, buddalar vasitəsi ilə
yox, zikr vasitəsi ilə edirlər. Yoqa təlimiə görə, zikr zamanı adam Tanrıya
daha yaxın olur və arzularını daha tez çatdırır.
Bəzi
yoqalar isə yerin fırlanma qanununa uyğun olaraq sağdan sola fırlanma
formasında oynuyaraq cəzb olurlar. Bu cəzb olma zamanı Tanrı Şivaya qovuşurlar.
Tanrı Şivanı müqəddəs ruhların hamisi sayırlar. Bu cür oyun formasını türk
şamanlarında da görürük.
Yoqa təlimində əsas məqsəd, üç arzu olunan amala
çatamqdır.
1. Nəfsə və hisslərə nəzarət etmək.
2. Ruhun və bədənin təmizlənməsi.
3. Zikr vasitsi ilə Tanrıya bağlanmaq.
Yoqa təlimində dörd pilləli yaşayış mərhələləri
tövsiyyə olunur.
1. Ruhu (canı) düzgün dərk etməyə yönəlmiş
şagird həyatı.
2. Düzgün və müqəddəs ailə qurmaq həyatı.
3. İbadət və ziyarət həyatı.
4. Hər şeydən uzaqlaşaraq, tərki-dünya həyatı.
Bütün göstərilənlər, yoqa təlimində həyata
keçirilir. Buddizmin icra yollarından olan yoqa təlimində insan, Tanrı ilə
üz-üzə durur, xeyirxah niyyətlərlə zikr edilir. Yoqlar da, Tanrı Krişna kimi,
özünün böyüklüyünü, güclülüyünü insanlara xidmətdə, onlara xidmətçi olmaqda
görür. Yoqa təlimi “ağlın kamilliyi haqqa yaxınlaşmağın son həddidir” deyir.
Krişna deyir: “Ağlını özünə tabe etmiş insan sakitliyə qovuşduğu üçün, artıq
ali cana nail olmuşdur”. Kamil yoqa da, kamil sofi kimi, məqamlar keçir və bu məqamlar,
çox vaxt bir-birinə çox bənzəyir.
Hindli müsəlmanlar arasında da, təsəvvüf elmi
ilə, “Vəhdəti-Vücud” fəlsəfəsi daxilində kamilliyə yetişən sofilər olmuşdur.
Onların içərisində ən geniş hörmət tapmış sofilər, Xvaca Moinuddin Çişti, Faiq
Qazi və başqaları olmuşlar. Çişti bir mütəsəvvüf sofi kimi, Hindistanda sofilik
təriqətinə başçılıq etmiş, sofi məktəbini
yaratmışdır. Bu məktəbinin davamçıları bütün Hindistana yayılmış və bu gün də
Çişti təriqətini yaşatmaqdadırlar.
Hindli sofilərlə,yoqların dünyagörüşündə mahiyyətcə
elə bir fərq yoxdur. Hər iki təriqət müdrikliyi, saflığı və ilahi eşqin
kamilliyini təlqin edir. Onlar arasında olan fərq yalnız icra olunma formasıdır.
Çində təsəvvüf
Uzaq
şərq fəlsəfəsi sərbəst yaranaraq, qərb fəlsəfəsindən tamamilə fərqli yaranmış və
inkişaf etdirilmişdir. Çində təxminən e.ə XX əsrlərdə göy inancı ilə yanaşı,
yerdə də atalar ruhu (kultu) inancı yaranır və tədricən hər iki inanc birləşərək,
yer-göy inancı yaranır. Bu inancın özü ilk Vəhdəti-Vücud fəlsəfəsidir. Çin inancına
görə hökmdar, göy oğludur. Onun da ruhu (kultu) göydə olduğu üçün, ona toxunmaq
qadağandır. Beləliklə, Tao (Tabu-qadağa) inancı yaranır. Tao, kainatın ruhudur
və bu ruh, kainatı idarə edir.
Çin fəlsəfi
dünyagörüşündə, hər hansı bir varlıqdan asılı olmayan cisimsiz varlıq olan
işığın, bəşəriyyətin yaranmasında əsas rol oynadığı yazılır. Qədim Çin fəlsəfəsində,
bəşəriyyətin varlığının ilkin səbəbi beş ünsürün (od, su, hava, torpaq və dəmir)
vəhdətindən yarandığı iddia edilir. Qədim çinlilərin aparıcı ideyası olan
Konfusiçilik cərəyanı öz adını, onun ilk yaradıcısı olan Konfusidən (e.ə.
551-479-cu illər) almışdır. Tarixi sima olan Konfusi, tədricən əfsanələşərək,
ilahi varlıq səviyyəsinə qədər yüksəlmiş və müqəddəsləşmişdir.
Konfusiçiliyin
əsas ideyası insanpərvərlikdir. İnsanın taleyı səma idarəçiliyi ilə bərabər,
onun özündən də asılı olduğu deyilir. Buna baxmayaraq, həm də sosial bərabərsizlik,
“Səma idarəçiliyi” ilə əlaqələndirilir.Bu təlimin əsas anlayışı, “qarşılıqlı məhəbbət
və insana sevgidir. İnsanın bütün ideya və duyğuları, səma varlıqlarından çox, insan ağlının, insan fəaliyətinin
ixtiyarına verilir. Çin fəlsəfəsində idealizm ilə materializm bir vəhdət təşkil
edir.
İbtidai
konfusiçilik cərayanı əsasında, VII əsrdən “yeni konfusiçilik” məktəbi yaranır.
Bəşəriyyətin yaranmasında, o cümlədən beş ünsürün varlığında, ilkin başlanğıc,
qeyri-müəyyən varlıq olan “Li”nin olması əsas amil sayılır. Kainatda olan bütün
varlıqlar kortəbii olaraq, “Li”nin ixtiyarına verilsə də. var olan maddi
varlıqlar vəhdət təşkil edir. Konfusiçilik dünyagörüşündə, Vəhdəti-Vücud fəlsəfəsi
əsas rol oynayır. O, Daosizm dünyagörüşündən tamamilə fərqlidir. Çin fəlsəfəsində
geniş yayılmış olan Daosizm, kainatın varlığının ilk başlanğıcını ilkin xaosun
varlığında görür. Xaosdan bir-birinin əksi olan ilk iki qüvvənin - İn və Yan
(dişi və erkək) varlıqların vəhdəti olan
beş ünsürün (od, torpaq, su, metal və hava)
yarandığını qeyd edir. Bu dünyagörüşün, sofilikdə olan dünyagörüşü ilə
eyniliyinin təsdiqini görürük.
İlk
Çin fəlsəfəsi, beşinci ünsür kimi metalı, fəlsəfi dünyagörüşünə əlavə edir. Çin,
qarışıq dinlər ölkəsidir. İslam dinini qəbul edən ikiyüz milyondan çox çinlilər
arasında, təsəvvüf baxışlı sofilər var və onlar xüsusi imtiyazlara malikdirlər.
Çin fəlsəfəsində geniş yer tutan İn və Yan fəlsəfi baxışı, işıq- qaranlıq, bərk-yumşaq,
soyuq-isti, kişi-qadın, müsbət-mənfi başlanğıclarını özündə cəmləşdirir və hər
birinin fəaliyyətini ön plana çəkir. Bu dünyagörüşü də, təsəvvüf elminin mayası
sayırlar.
Misirdə
təsəvvüf
Əski
Misirlilər ulu dədələrinin göydən, göy ulduzundan gəldiklərini, öləndən sonra
Ozirisin yarğıtayından (məhkəməsindən) üzü ağ çıxanların yenidən ulduzlara
qayıdacağını, orada gözəl varlı, xöşbəxt həyat sürəsi olduqlarını, Yarğıtaydan
qurtula bilməyənlər yerdə zülmət içində qalmaqlarını düşünürdülər.
Qədim
Misirin daş kitabələrindən məlum olur ki, Misir, elmin yüksəlişi üçün bir qala
və insanların gələcəyi üçün bir sığınacaq olmuşdur. Bəşəri elmin ilk ustası və
Misir kahinlərinin ən böyük hamisi və mürşidi Hermes Toh (İdris ə.s.)
bir takım söyləntilərə görə Misirin Memfis şəhərində doğylduğu, bir takım söyləntiyə
görə isə Babildə doğulduğu deyilir. Babil kahinlərindən dərs almış və bir ustad
(mürşid) kimi Misirə köçmüşdür. Onun haqqında çox az bilgi var. O, hər üç
elmin: təbiət, təbabət və ilahi elmin banisi sayılır. Hermes, hind Brahmanı və
Budda kimi adamoğlu olduğu halda, o aşamalarla ilahiləşmiş, əfsanələşmiş bir
varlıq olmuşdur. Yunanlar onun adına, üç dəfə böyük anlamında olan Trismeqist
(tirismeqistre) demişlər. Hermesin yaşadığı dövr dəqiq bilinmir, ancaq, onun dünya elminə aid,
42 cildlik kitab yazdığı deyilir. Bu külliyyatın çox az bir hissəsi yunan dilinə
tərcümə olunsa da, yunan elminin inkişafına böyük təkan vermişdir. Pifaqorun,
Əflatunun Hermesdən bilik aldıqları, onların əsərlərində aydın görünür. Hermesi
qədim yunanlar, ticarət və gəlir Allahı kimi tanıyırlar. Onun təlimlərində
(kitablarında) dini-fəlsəfi vəhylər, həmçinin kainatın sirləri haqqında
astrologiyaya, əlkimyaya, magiyaya dair traktatlar olduğu göstərilir.
Hermesin yunanlara çatan elminin əsas qayəsi, təsəvvüf
elminin kökü olan saflığı, təmizliyi, görünməz və görünən varlıqların vəhdətini
tərənnüm etməkdədir. Hermesin təlimləri, həm heyvani (maddi – ehtidas) təmizliyi,
həm də sultani (ilahi – ruhi) təmizliyi tərbiyə etmək məqsədi daşıyır. Qurani-Kərimin
Məryəm surəsinin 56-cı ayəsində deyilir: “kitabda İdrisi də xatırla. Həqiqətən
o, düz danışan adam və bir peyğəmbər idi.” Qurani-Kərim İdris (ə.s.)in düz danışan
bir peyğəmbər olduğunu təsdiqləyir. Misir rəvayətində deyilir ki, İdris( ə.s) –
Hermes, insanlara yazı yazmağı, torpaq şumlamağı, paltar tikməyi, atı əhliləşdirməyi,
araba düzəltməyi, düz danışmağı, ədalətli olmağı və s. öyrətdi. Ona görə də, o,
Allahın sevimli qulu kimi göylərə qalxdı. Məryəm surəsinin 57-ci ayəsində İdris
(ə.s.) Allahın yanına qalxdığını təsdiq edərək, deyir: “biz onu yüksək bir məqama
ucaltdıq”. İlahi kitablar İdris (ə.s)-ın 360 il ömür sürdüyünü yazırlar. Ancaq
həqiqətdə isə, İdris (ə.s.)-nın yaratdığı ilahi din, təkAllahlıq dini, 360 il
insanlar arasında Allahın varlığını təbliğ edərək, yaşamışdır. Ona 30 səhifəlik
ilahi vəhy gəlmişdir.
Dövrünün
böyük mütəfəkkir filosofu, Eskulab (Askelopios) Hermesə istinad edərək yazır:
“Düşüncələrimizdən heç biri Allahı təsvir etmir. Heç bir dil ilə Allah təsvir
olunmur. Cismani olmayan, görünməyən, şəkilsiz olan bir varlıq, duyğularımızla
idrak olunmaz. Əbədi olan bir şey, zaman kimi qısa bir ölçü ilə ölçülə bilməz. Allah,
o halda, təsvir edilə bilinməyən bir varlıqdır”. Misir təsəvvüf təlimində,
insan, nəfsə hakim olmaq üçün əxlaqi və fikrən dəyişməlidir. Bu dəyişmə, ilahi
varlığın enerjisi yerləşən ağılı kamilləşdirir. Qədim Misir yazılarında bədənin,
ruhun, qəlbin, nəfsin dəyişdirilməsi üçün, gələcək kahin çox məşəqqətli sınaq
yolu keçməlidir. Bu sınağa bir növ imtahan demək olar. Ancaq bu sınaq o dərəcədə
ağırdır ki, bu gün onu həyəcansız oxumaq olmur.
Edvard Şure (Edvard Schure) Hermesin
kitablarına və yunan rəvayətlərinə, Misirin heroqlif və işarətlərinə dayanaraq,
1300 il Miladdan öncə, Misir məbədlərində əxlaqi tərbiyələrin necə və nə cür
meydana gəldiyini bir miras kimi kitabında yazıb qoymuşdur. “Köhnə zamanlarda
Misirin parlaq mədəniyyətlərinin cazibəsinə
vurulan insanlar, ondan xəbərdar olmaq arzusu ilə ya Təb, ya da Menfisdəki ibadətgaha
baş vurar və istəklərini bildirərdilər. Misir sirlərini öyrənmək istəyən tələbəni,
Ozirisin rahibi sorğuya tuturdu. Kim olduğunu, haradan gəldiyini, harada bilik
aldığını soruşardı. Sorğu-sual vasitəsilə tələbənin qabiliyyətini yoxlayardı.
Əgər tələbənin elmə, biliyə qarşı bacarığı (qabiliyyəti) varsa, onu saxlayardı,
bacarığı olmazdısa, elə qapıdan qaytarardı. Tələbələrdə həqiqət eşqi görünürdüsə,
böyük rahib onu arxasınca aparardı. Bu yol böyük qapılardan, dəhlizlərdən, qaya
içində asılmış üstü açıq keçidlərdən keçirdi. Bu keçidin hər iki yanına
sütunlardan və qorxulu heykəllərdən ibarət Sfinkslər düzülmüşdü. Keçidin
sonunda isə, kiçik bir ibadətxana var idi. Bura, yer altında olan bir məzarlığın
girişi durumunda idi. Bu məbədin qapısını pərdə yerinə İzisin təbii böyüklüyündə
bir heykəli qapamışdı. İzis oturmuş bir durumda və onun dizləri üstündə qapalı
bir kitab var idi. Özü isə, dalğın və düşüncəli bir halda canlandırılmışdı. Bu
məbudənin üzündə bir örtük (niqab) var idi. Heykəlin altında bu cümlə
yazılmışdır: “heç bir fani mənim niqabımı qaldırmamışdır”.
Qeyd:
İzis qədim misirlilərin qadın “döllənmə
allahlarıdır” qədim misirlilər ildə bir dəfə İzisin şərəfinə “Xiyeros qomos”
bayramı keçirərmişlər. Bu bayramda mərasim çılpaq keçirilərmiş bir neçə
ritualdan sonra mərasim iştirakçıları olan cinslər cütləşmə ilə mərasimə son
verərmişlər. Bu halı Allaha qovuşma kimi qəbul edərmişlər. Sonralar təkallahlıq
ideyası zamanı bu mərasim yahudilikdə də davam etdirilmişdir. Bəzi məlumatlara
görə xristianlığın ilk vaxtlarında da xristianlığın bir qolu olan “triorat”
dini icması bu xiyeros qomos mərasimini qəbul etmişlər. (Dan Brown “Davinçi şifrəsi” Bakı
2012 s -- )
Buraya
gəlincə, böyük rahib sirləri öyrənmək istəyən tələbəyə xitabən: “Bura gizli və ən
əziz yerdir. Bu iki sütuna bax! Qırmızı olanı ruhun, Ozirisin nuruna yüksəlişini
canlandırır, ağ olanı isə, ruhun maddə içində tutsaklığına (dustaqlığına) və əsirliyinə
dəlalət edir. Bizim biliklərimizə və inancımıza sahib olmaq istəyən, kim
olursa-olsun, həyatını təhlükəyə qarşı qoymuş sayılır. Əgər tələbə zəif qəlbli
və ya pis niyyətli və xain bir kimsə isə, burada ölümdən qurtarmaz. Yalnız qüvvətlilər,
qəlbi təmiz olanlar həyat və qurtuluş tapırlar. Bura elə bir uçurumdur ki,
ancaq mətin və cəsur olanlar çıxa bilərlər”. Bundan sonra öyrənci sakit yerində
durar, niyyətindən dönməzsə, böyük rahiblə başqa bir otağa girib rahiblərin yanına girər.
Öyrənci burada bir həftə rahiblərlə qalar. Zikr edər, bədənini təmizlər, mənasız
işlərlə məşğul olmaz. Heç kimlə dünya kəlamı etməmək əmri alar. Sonunda, çilə
gecəsi, iki rahib yardımçısı öyrəncini müqəddəs yerin qapısına aparar. Sonsuz
qaranlığı olan bir dəhlizə girər. Bu dəhlizin iki tərəfində məşəlin işığı
altında sıra ilə başı insan, bədəni heyvan şəklində olan aslan, buğa, ov
quşları, ilan və s. heykəllər görünərdi. Bunlar sanki, öyrəncinin necə keçməsini
izləyərdilər. Öyrənci, bu uğursuz keçidi heç bir söz demədən keçməli idi. Bu
yolun sonunda mumiyalanmış və skelet halında olan iki insan üz-üzə dayanmışdı.
Yardımçılar öyrənciyə qarşılarındakı divarın içində olan bir dəliyi göstərərək,
deyərlər ki, bu o qədər dar bir keçidin girişidir ki, yerdə sürünməyincə içinə
girmək mümkün deyil. Yardımçılardan biri öyrənciyə deyər: “İstəsən, buradan
qayıda bilərsən”.
Öyrənci
özündə cəsarət taparaq, deyərdi: “Qalacağam”. Bundan sonra öyrəncinin əlinə bir
kiçik çıraq verərlər və yardımçılar geri dönüb müqəddəs yerin qapısını
bağlayarlar. Artıq tərəddüdə yer yoxdur, dəhlizə girmək lazımdır. Öyrənci yerə
diz çöküb iməkləyərək, içəriyə girər-girməz yerin dərinliyindən qulağına səs gəlir:
“Biliyə və gücə əməl edən dəlilər burada həlak olurlar”. Bu səs fasilələrlə
yeddi dəfə gəlir. Dəhliz getdikcə genişlənir. Nəhayət, saleh (təsəvvüf yolunu
tutan öyrənci, dərviş, mürid) bir otağın qarşısına gəlir. Onun içində dəmirdən
bir nərdivan olur. Öyrənci bu nərdivanla dırmanır. Nərdivanın sonunda onun
qarşısına qorxunc bir quyu çıxır. Öyrənci titrək əllərindəki zəif işıqla bu
dibsiz quyunu azca işıqlandırır. Bu sıxıntı içində öyrənci, sol tərəfdə bir
yarıq görür, çıraq ilə onu işıqlandırır. Yarıqda pilləkənlər görünür. Deməli,
burada nərdivan var imiş. Bu, qurtuluş, salamatlıq deməkdir. Öyrənci, nərdivanla
qalxanda, qarşısına kişi və qadın heykəlləri ilə sütunlaşmış geniş bir zal
çıxır. Zalın divarları üzərində iki sıra naxış görünür. Bu naxışların hamısı
ayrılıqda məcazi anlamda olan şifrələr idi. Zalın hər iki tərəfində 11, naxış var idi. Gözəl heykəllərin
əllərindəki şam, bu naxışları aydınladırdı. Bir rahib, öyrəncini görüb
barmaqlığı açar və təbəssümlə öyrəncini qarşılayar. İlk sınağı (çiləyi) qürurla
(mutlu) keçdiyi üçün, öyrəncini təbrik edər və zalın arxasına gətirərək, müqəddəs
naxışların məcazi anlamını açıqlayar. Rahib hər bir naxışın məcazi sirlərini
açdıqca, öyrənci bu müqəddəs yerdə həqiqətin ilk parıltılarını görməyə
başlayar. Fəqət, sınaq yenə də davam edərdi. Bir qapı açılar, burada isti bir
fırın görünər. Öyrənci onun içindən keçməli idi, fırını görən kimi, onu titrəmə
tutar. Bu vaxt rahib: “Mən onu, gülüstanı keçən kimi keçmişəm”, deyərdi.
Arxadan qapı bağlanar, öyrənci fırından keçmək məcburiyyətində qalardı.
Yaxınlaşanda görərdi ki, fırın göz aldadıcı bir mənzərə imiş və arxasında dar
bir keçid varmış. Bundan sonra su sınağı gələrdi. Öyrənci durduğu qara bir
gölün içindən keçərdi. Bundan sonra iki rahib gəlib salehi (öyrənci)qaranlıq
bir mağaraya aparardı. Orada yumşaq yataqdan başqa bir şey görünməzdi. Burada
öyrəncinin bədənini silib qurudardılar. Ona gözəl qoxulu ətirlər sürtərdilər. Kətandan
bir əlbisə (arxalıq) geyindirib deyərdilər ki, rahatlan və böyük rahibi gözlə.
Saleh yatağa girib, keçdiyi sirli
yolları, keçdiyi sütunların arasında gördüyü sorulu heykəlləri xatırlayırdı.
İki sütun arasında bir tərəfdə gözəl Hermanibus (xeyir əməl vəkili olan cin),
digər tərəfdə isə Tuphon (şər əməl vəkili olan cin) yüksəklikdən başını aşağı əyərək,
yuvarlanırdı. Bunların arasında pəncəsində bir qılınc tutan sfenks (əfsanəvi
heykəl) oturmuşdur. Saleh bu xəyallar içərisində ikən, mağaranın sonundan gözəl
musiqi səsi gələrdi. Bu vaxt yanına bir qadın gələr. Bu qadın şəffaf qırmızı
tüldən əyninə bir əlbisə geyinər, boynuna gərdanlıq taxar, əlində güllərin
içində bir qədəh tutardı. Dodaqları qırmızı ləzzətli bir meyvə kimi idi. Saleh
nə edəcəyini bilməyərək, yerindən durar, əllərini sinəsinə bağlayaraq gözləyər.
Bu vaxt qadın – gözəl yolçu, məndən qorxma, sənə qaliblərə yaraşan mükafat, əzab-əziyyətinin
unudulması üçün xoşbəxtlik qədəhini gətirdim – deyərdi. Əgər saleh tərəddüd edərsə,
qadın yatağa oturub onu qədəhi içməyə təhrik edərdi. Saleh aldanıb əl uzadar, qədəhi
içərsə, vay halına, məst olub vaxtını qadınla keçirərdi. Oyandığı vaxt özünü
yalqız görərdi. Bu vaxt böyük rahib yanına gələrdi və ona deyərdi: “İlk
sınaqları keçmişdin. Ölümə, oda, suya qalib gəlmişdin. Ancaq öz nəfsinə qalib gələ
bilmədin. Sən ki, biliyin və ruhların yüksək pilləkənlərinə çıxmaq istəyirdin.
Duyğuların səni çaşdırdı. Nəfsinin şəhvətlərinə əsir oldun. Nəfsə əsir olan
kimsə, qaranlıqlar içərisində ömrünü keçirir. Sən qaranlığı nurdan üstün
tutdun. Elə isə, qaranlıqda qal. Həyatını qurtardın, fəqət hürriyyətini
itirdin. Bundan sonra ibadətxanada əsir olacaqsan. Qaçarsansa, öldürülərsən”.
Əgər
öyrənci qədəhi tökər, işvəli gözəli rədd edərsə, əllərində məşəl 12 rahib gələr,
onu alar və təntənə ilə İzisin hərəminə götürərdilər. Orada ağ əlbisə geyinmiş
mürşidlər onu İzisin heykəlinin yanına aparardılar. İzis qolları üzərində oğlu
Horusi tutardı. Bu heykəlin qarşısında böyük rahib öyrəncini qəbul edər və
gördükləri haqda susması və itaət etməsi üçün and içdirərdi. Bu mərasim bitdikdən
sonra, məclis adından bir qardaş və bir mürşid sifəti ilə salamlanardı. Bundan
sonra öyrənci elmi, dini dərsləri ilə məşğul olardı. O, tam bilik alandan sonra,
yenə də bir çox sınaqlardan çıxardı, sonda yenə də böyük rahibin yanında
olardı. Böyük rahib onu məbədin qülləsinə çıxardar və oradan Hermesin kəşfini
hekayət edərək, ən böyük sirri öyrədərdi. (Hermes islam dini ədəbiyyatlarında və
“Qurani-Kərim”də İdris (ə.s.) adı ilə qeyd olunur). Böyük rahib deyərdi: “Bir
gecə Hermes Ozirisdən (Oziris – Allahın yaxın mələklərindən birinin adıdır)
kainatdakı varlıqların qaynağını (mənbəyini) göstərməsini və Allahı tanıtmasını
xahiş edir. Oziris də Hermesi (İdris ə.s.) göyə qaldırır. O, göyün yeddi qatını
və göyün yeddinci qatının qurşağı olan saman yolunu görür. Onları göyün hər
qatında dəyişik nurlu bir mələk izləməkdə idi. Bu yeddi mələk nurun yeddi
işığından ibarət idi. Hər biri müqəddəs ruhun bir hissəsi idi. Mələklərin hərəsi ruhların həyatının bir sahəsinə
baxırdılar. İnsana ən yaxın olan ayın üstündəki mələk, əlində gümüşdən bir oraq
tuturdu. O, doğuma və ölümə nəzarət edirdi. Onun üstündə Merkuri (itarid) gəzəgəni
(planeti) idi. Merkuri, elm sahibi olan ruhlara yol göstərirdi. Onun üstündə
Venera (Zura-Dan) ulduzu idi və o, əlində eşq güzgüsünü tuturdu. Onun üstündə
Günəş mələyi əlində gözəllik sirlərini tuturdu. Ondan yuxarıda Mars (Merih) mələyinin
əlində ədalət qılıncı sallanmaqda idi. Ondan yuxarıda Yupiter (müştəri) mələyinə
ağıl əsası verilmişdir. Onun üstündə Saturn (zihal) mələyi idi və hikmət
(bilik) onun ixtiyarında idi. Hermes (İdris) Ozirisin köməyi ilə görünən və
görünməyən 7 aləmi görmüş, hər birində bir ilahi varlığın möcüzələrini
görmüşdür. Hermes Ozirisə bir-birindən maraqlı bir çox suallar vermiş və hər
biri haqda cavablar almışdır”.
Böyük rahib bütün bu hadisələri öyrənciyə nəql
edib, rahiblik rütbəsi verərdi. Rahiblər də bir-bir, yalnız söz vasitəsilə
(yazısız) yaddaşlara ötürdüklərini bildirirdilər.
İdris (Hermes) (ə.s.) adı “Qurani-Kərim”də çəkilərək
deyilir: “İdris (ə.s.) dərziçiliklə məşğul olmuş, insanlara paltar geyinməyi
öyrətmişdir. Onu mələklər bir peyğəmbər kimi Tanrının yanına (Meraca)
aparırlar. Ulu Tanrı ona bir çox sirlər öyrədir və son nəticədə o, Cənnətdə
qalaraq dərziçiliklə məşğul olur”.
Türklərdə təsəvvüf.
Təxminən 3-4 il öncə bir qəzetdə belə bir
başlıqla məqalə çıxmışdı “Qafqaz türkləri atəşpərəst olmamışlar”. Məqaləni
oxudum düzü məqalə ilə razılaşmadım.mənim üçün mübahisə mövzusu olmadığı üçündə
qəzeti saxlamadım .2013-ildə Borcalı məsələsilə
əlaqədər Akademiyanın tarix instituna getmişdim.
Borçalı türklərinin Borcalıda eradan əvvəl yaşadıqlarını oradakı abidələrdə
atəçpərəstlik nişanələrinin olduğunu deyəndə
institutun elmi işçilərindən biri dediki,türklər qafqaza sonralar gəlmişər. Ola
bilsinki o abidələr başqa xalqa aitdir. Tarixçi olmadığım üçün o qədər də
inadkarlıq eləmədim. Bu yaxınlarda əlmə
düşən “Qədim türk eli” kitabında F.Ağasıoğlu Bir çox antiq müəlliflərə
arxalanaraq yazır:”Saqa boylarının m. ö.XYI-XY- əsrlərdə Araz çayı yaxasında
yaşadığını və sonralar Azov dənizi yaxalarına getdiyini qeyd etmişlər.Saqa
boyları kimi Qəmər boylarının daAnadoluda Homer çağında və ya daha qədim
çağlarda görünməsi haqqında bilgilər vardır”.(Ağasıoğlu “ Qədim tük eli” Bakı
2006. s.3) Taryel Azərtürk ondanda qabağa gedərək yazır: “İlk dəfə biz Hunların
adını Bida Hun qızı Həmmadaninin Həmmadan
kuku adlə şerinin mixi yazılarında “ Kaşki Bida sağala Həmmadan kuku” şeirində
rast gəlirik. Azərtürk həmin mixi yazısıni e.ə. 6-5-ci minilliyə aid edirı”Bu
yazıları oxuyandan sonra başa düşdümkü alimim səhv edir.Borçalılar Araz çayı yaxasında yaşayan Hynların və
saqaların bu günkü dəvamçılarıdır.Bizim tarixçi alnmimizin Azərbaycanlıları qafqaza gəlmə hesab eləməsi
məni bu yazını yazmağa vadar elədi.Tarixçilərmizin
Yeni əsərləri məni bir daha inandırdıki borçalıda olan tarixi abidələr və orda
olan atəşpərəstlik nişanələri bizin ulu babalarmızın armağanlarıdır. Elə o səbəbdən də bu gün Borçalıda atəşpərəstliyin
yaşaması haqqında bəzi məlumatlar vermək istəyirəm.
Uşaqlıq yaddaşım:-Bizim kənddə”Qaranər
ocağı” adlı bir nəsil yaşayır.
Deyilənə görə ocaqları çox qədim ziyaratdır.Bu
gün də bütün Borçalının hər tərəfindən ocağın üstünə ziyarata gələnlər olur.O
evdə ocaq əbədi yanar halda saxlanılır. Deyilənə görə ocağı sönənlər, niyət edənlər,
ilk ayrılıb ailə olanlar.Yeni ailə quranlar, ilk közü o ocaqdan apararlarmış.Bu
adət müharibədən sonra kibrit bolluğu ilə ğlaqədar unudulmuşdur Ocağın üstündə
müqəddəs qız oturardı. Ocağın ziyaratına gələn zəvvarlar əvvəlcə ocağa sonrada
qıza ziyarat edərdilər. Deyilənə görə mən gördüyüm qızdan öncə ziyarata Gülü nənə
adlı bir nəfər qulluq edərmiş.Gülü nənə Ocaqoğlu Vəlinin maması (atasının
bacısı) olmuşdur. Vəli kişinin üçqızı, üç oğlu olur.Ortancı qızı olanda Gülü nənə
deyrki duşumda bir dərviş mənə yaxınlaşdı dediki nəvənə öz
adını qoyarsan. İndi mən bu qızın adını Gülü qoyuram Elədə uşağın adını Gülü
qoyurlar Gülünün 9 yaşı olanda HGülü nənə dünyasını dəyişir arvadı haq yerinə
qoyurlar axşamı evə bir qoca kişi qonaq
olur.Gülü nənınin adna quran oxuyur.Səhəri səhər yeməyi yeyirlər .Qonaq vəli kişiyə
deyiki icazə ver bir təklif eləyom Vəli kişi icazə verir.Qonaq balaca gülünün əlindən
tutur ziyaratın taxtının üstünə qoyur.O
gündən balaca gülü ziyarata qulluq edit.Çox tezliklə gülünün ağıllı yüksək zəkalı
qız olmasıonun camata xüsusi qulluğu bütün borcalıya yayılır. Ocaqoğullarının
dediyinə görə,ocağa qulluq eləyən qızın ərə getməyə ixtiyarı yoxdur. Əgər ərə
getmək istəsə, o müqəddəslikdən çıxır.Yerinə həmin nəsildən bir qız uşağı qoyub
getməlidir. Soruşdum elə hal olubdurmu ocağa qulluq edən ərə getsin.Dedi
eşitmişikki, həmişə ocağa qulluq edən qız, ocağın üstündədə qocalıb ölür.Dedim
indi ocağın üstündə qız yoxdu.Dedi əvvala
indi həmişəki kimi gecə- kündüz ocağa ziyarata gələnlər yoxdur.Vaxtilə gündə yüzlərlə ziyarata gələn,
niyət edib gecələr qalanlar, indi yoxdu. . Gündə bir neçə nəfər gəlir.
Zamandakı maşın zamanıdı qalan olmur. Tək-tək olurki, niyət edənlər qalırlar.
Onlarada evin kəlinləri qulluq edir. Ocağa qulluq edən bütün ulularmız ərə gətməmişlər
Axırıncı ocağa qulluq edən qız küllü olmuşdur, o da cavan ölmüşdür. Ondan sonra ocağa qulluq
edən qızmız yoxdur. Ondan qabaq ocağa
qulluq edən Gülü nənə də ərəgetməyən qız olubdur, təxminən 80-90 yaşlarında da ölübdür.
Ziyaratın üstündə oturan axırıncı qızi
Gülünü mən gördüm ərə getməmişdi təxminən 30-35 yaşlarında olardı. Hacı mahmud əfəndinin tələbəsi və müridi Sadaxlı Mahmud əfəndinin
müridiydi. Gözəl quran oxuyurdu, həmdə Mir Həmzə seyid nikarinin divanını əzbər
bilirdi.Ocağa gələn zəvvzrlar ona quran və seyid nikaridən oxtdurardılar. Elə
vaxt olurduki, zəvvarlar səhərə qədər şadlıq edirdilər. O, 1952-ci
ildə öldü. Gülü öləndən sonra ocağa qulluq edən qız olmadı. O gündən sonra
ocağa gəlinlər qulluq edirlər.O nəslin
ocağının külü də müqəddəs sayılır. kül kümbəzə yığılır ziyarata gələnlər küldən
tütiyə kimi aparıb bəzi xəstəliklərin müalicəsində işlədirlər.Kimidə külü öz
ocağının üstünə tökür. kümbəzin üstünə çıxmaq böyük günah sayılır.1950-ilə qədər
Borçalının hər tərəfindən həftənin iki gününü çərşənbə və cümə günləri çoxlu zəvvarlar
gələrdilər.Hər kəs öz niyətinə uyğun ziyarət edərdilər.Bu gündə ziyarata gələnlər
olur ama o zamankı kimi yox.Bu gün zəvvarların sayı. çox azdır.
Ocaxıllıların özlərinə məxsus adətləri var.Onlar həm müsəlman
kimi oruc tutub namaz qılırlar. Həmdə ocağa ziyarət edirdilər. Təxminən 1935-36
ilər olardı.Ocaqoğlu Hovruz kişinin toyu idi.Gündüz kənd adətilə toy oldu,şah gəldi
toy qurtardı.Axşam xalq birdə yığıldıki,ziyarətin öz adətinə görə nigah bağlama
olacaqdır.Anamla məndə getdim,böyük xırmanları var idi.,xırmanda tonqal
qalanmışdı, qırmızı kalağayla Novruz kişinin əli nişanlısının əli bir-birinə
bağlı idi.Qızın başna uzun saçaqlı qırmızı şərf örtülmüşdü.Ocağın başına
dolanırdılar. .Gündüz dəf vuran toyçu toy çalırdı. Ocaxıllı nəslinin bir qoca
kişisi də mahnıya oxşar şeir oxuyurdu.7 kərə ocağın başına hərləndilər
bununlada nigah məclisi qurtardı.
1988-ci ildə Novruz kişinin qoca vaxtında onunla görüşdüm. Keçmişi onun
toy gününü əmisinin, kağız oxuduğunu xatırlatdım.Oxunan onun nikah kağızı
olduğunu dedi.O kağızı mənə verməsini xahiş elədim, söz verdi və sözünüdə yerinə
yetirdi. Ertəsi günü iki dənə kağız verdi və kağızların onun üçün çox əziz
olduğunu deyib,qaytarmağımı xahiş elədi.Kağızlara baxıb gördümki, doğrudanda
çox əziz və maraqlı kağızlardır.Biri mollanın nkah kağızıdı,indiki mollaların
nikah kağızından çox fərqli idi.Obiri kağız müsəlmanlıqdan uzaq .tamamilə fərqli
alqış kağızı idi.
Həmin alxış nəğməsi
aşağdakıdır.
Göz açıban görən,könül verib sevən olun. Gen ürəkli,bol çörəkli,dolu
bucaqlı olun. Odnuz-ocağınız
pis gözlərdən uzaq olsu. Təzə gəlin doğar qarınlı bol südlü olsun.
Əlvan beşiyinizdən uşaq səsi kəsilməsin. Evinizdən yeddi oğul bir qız səsi gəlsin.
Qonaqlı,qaralı,naxırlı ağır eviniz olsun. Ocağınız gur yansın hər yan
işıqlansın Damodu sizi heç zaman
yandırmasın
Hər an qapınızda kəhər atlar kişnəsin.
Yaylağınızda
qoyun-quzular mələsin.
Hiylədən,yalandan,xatadan
uzaq olun.
Xoş niyətli
Ağ saçlı,ağ birçəkli olun.
Çaşqınlara,
azqınlara yol göstərən olun.
Ulu Tanrı verən
yüz yaş sizə az olsun Tanrı verən canınız həmişə saz olsun.
Oğul-
uşaq nəvə- nəticə bol olsun,
El
tökdük düyün etdik bu şülənliyə
Allı-
çadır qurduq bəyliyə- gəlinliyə
Ərlər ərənlər
enib gəldilər bu şənliyə.
Əl
qaldırıb alqış etdilər toy-düyünlüyə
Novruz kişi mollalıq eləmirdi. Ama bütün ömrü
boyu mollalarla gəzərdi. Namazı da o biri mollalardan uzun qılardı.Bir dəfə onun
namazını uzun qılmasının səbəbini
soruşdum. O dediki Babam atama, atamda mənə
vəsiyət etmişdir ki, hər zaman səhər
axşam və gecə namazlarından sonra bu duanı oxuyaq və bizdə özmüzdən sonralara vəsiyət
edək.S0ruşdumki indi uşaqlarını örgədibsənmi? Namaz qılanı varki öyrədim dedi.
Daha nəsildə namaz qılan yoxdu.dedi.Xahiş elədimki, duaları oxusun dinləyim.Gördüm
dualar bir birindən fərqli oxunur.Xahiş elədimki desin yazım. Dedi yazmaqda məqsədin
nədir.Dedim namazda oxuduğumuz dualarda nə deyilir heç birini bilmirik. Dua mənim
çox xoşma gəldi mən namazdan sonar bu duaları oxuyaram. Çox razılıqla dedi məndə
yazdım.
Tanrıya sabah alxışı =səhər
namazından sonra.
Ulu Tanrım sən mənim sabahlarımı uğurlu
elə.Səndən güc,bacarıq alım.Heç bir əyriliyin, pisliyin,yalanın dalınca getməyim.Ulu
Tanrım sənin qarşında,and içirəm. Pis, çirkin duyğuların baş qaldırmasına yol
vermərəm.Sənin gücünə arxalanıb qazanclı əməllərə qulluq edərəm.Sənin altında
yetginlik taxtına çatmaq üçün doğruluğu, haqqı ədaləti qoruyaram
Axşam alxışı=axşam namazından
sonra
Ulu Tanrım bu günümü təmiz istəklə,təmiz
arzu ilə,sənə razılıqla başa vurdum.Hərəkətlərimdə xatalara yol vermədim.Günümü
yaxşı əməllərə qulluq eləməkdə keçirdim.Pis əməlləri özümdən qovdum.Sənə
yetginlik yolunda büdrəmədim.Sənə güvəndim bu günümü də başa vurdum.
Gecə alxışı.=yatsı namazından
sonra
Ulu tanrım sənə sarı yol gedən,atamın,anamın,qohumlarımın,oğul-uşağımın
suçlarını bağışla.Mənə verdiyin ağılı məndən alma.Pis duyğuları məndən uzaq elə.
Mənə ağıl verdinki,səni tanıyım.Sənə sarı gedim. həmişə sənə yalvarım.
Yuxarda söylədiyim gələnəklər onu
göstərirki, müsəlman şəriəti içərisində hələdə odsevərlik inamı yaşamaqdadır.
Tanrıçılıq
(atəşpərəstlik) türklərin ilk dini inancı olmaqla bərabər, eynizamanda təkallahləq
ideologiyası lmuşdur.Səma dinləri və bir
çox tədqiqatçılar.Tanrıçılığı çoxallahlıq kimi qəbul edirlər.Bu baxımdan onlar
səhvə yol verirlər.Təkallahlıq carçısı olan səma dinlərinin hamsında tək olan
Allahın yerdə müqəddəs rəmzləri var.Ancaq yenədə özlərini təkallahlıq dini kimi
təqdim edirlər. Məsələ Uahudulikdə od,və daş, xristianlıqda od,xaç və İsa,müsəlmanlıqda
qaradaş Allahla əlaqələndirilərək müqəddəs hesab edilirlər.Demək bütün dinlərdə
Allahın yerdə əvəzləyicisi var.O cümlədən Tanrınında əvəzləyicisi oddur.Bu gün
Azərbaycanda oda pərəsdişlik heçdə qaradaşa pərəstişlikdən geri qalmır.Bunun
özü bizim atəşpərəstliyimizin canlı şahididir.
Türk
Tanrıçılıq mifologiyasında deyilir: Ulu Tanrı ilk dəfə canlı günəşi
yaratdı,ondan sonra torpağı yaratdı sonra günləri yaratdı,çərşənbə gününü günlərin
əziz günü elədi.Tanrı hər çərşənbədə bir yeni möcüzə yaradırdı.İlk çərşənbədə Günəşə dediki,torpağa can ver. Torpaq cana gəldi.Torpağa
can gəldikcə ondan buxar qalxdı ondanda
hava yarandı.Ulu Tanrı hvaya dediki, buludları yarad, buludlar yarandı. Tanrı
buluda dediki, yeri su ilə doldur. Buludlar çalxandı şümşəd oynadı o vaxta qədər
yağış yağdıki, dağlardan dərələrdən sellər, sular axdı, çayları yaratdı, çaylar axdı.dənizləri, dəryaları yaratdı,palcıplı
sular dağlarda, dərələrdə mağaralara doldu,Günəşə dedi, suları, palçıqları
qızdır.Tanrı suya, palçığa dedi yer üzünü canlılarla doldur. Sulardan
palçıqlardan canlılar yarandı.Dağların gün döyən mağaralarından (güneydən) Adam
ata yarandı. Gün görməyən (quzoy) mağaradan
Eyva ana yarandı. Onlar görüşüb evləndilər. Oğul uşaqla dünyanı doldurdular.
Ulu Tanrı
yeri rəngarəng edib gözəlləşdirmək üçün,yerdəki adamlara yaşamağı, Tanrını
tanımağı, sevib, sevilməyi öyrətmək üçün, Xızır İlyazı və atını yağışlı-ildırımla
yerə göndərir.Tanrı yaratdığı dört kutsal
varlıqların günəşin, torpağın, yelin, suyun kutsallığını Xızır İlyazın öhdəsinə
verir. Xızır İlyaz dörd nəsnənin köməyilə acunu (dünyanı) gözəlləşdirir.
Tanrını adamlara tanıtdırır.. Xızır İlyaz ilin altı aylıq təqvimini yaradır. İlin
birinci 6 ayna Xızır ili deyilir. Ikinci 6 ayna
çilə ili deyilir.İlin aylarına ad verir.1950 illərədək. Borçalı ağsaqqlları,
ağbirçəkləri ayları, illəri,günləri Xızır ilsırası (təqvimi) ilə hesablayırdılar.
Hayıfki onlar bu gün unudulmuşdur. Xızır ili kiçik çilə (çilə sözü təmiz türkcə
olub, əzab-əziət deməkdir, Bu gün də Borcaıda
yaşlı uruk (nəsl) əziyətdəyəm deyəndə çilədəyəm deyir).ilə başlayır. Kiçik çilədən
sonra Xızır ayı gəlir. Çünkü Xızır ayının ikinci çərşənbəsi (14-19 arası)
Xızırın doğum günüdür. Bozay, Danaqran, Yağmur, Peşqut, ayları Xızır ilinə
ilgilidir. (Atam deyirdi peşqut azık (qismət), şadlıq , deməkdir. Bu ayda təzə
ürün (Məhsul) bar yetişir bütün acların qarnı doyur. Tanrı bu ayda hamıya bol
azık verir) Qalan 6 ay (Qorabişirən unudulmudur.) Çilə ili
adlanır. Qafqaz və ön Asiya türklərində xristianlığın yayılmasınadək 6 aylıq
ilsırası (təqvimi) işlənmişdir. Aydın olmayan hansı ilgidənsə türkiyə türkləri
Xızır ilini yanlış olaraq 6 Mayda qarşılayırlar. Çilə ilnin adınada Qasım ili
deirlər. Xızır və Çilə ilinin ən azı 7-8 min il tarixi var. Türklərin o dönəmlərdə
ərəblərlə heç bir ilgiləri olmayan halda, ərəbin qasım sözü necə gəlib türk
ilsırasınıa ad ola bilərdi. Bu konuya türkiyə bilim adamları yenidən baxsalar
yaxıdır.
Qafqazın doğasına ən uyğun gələn Xızır və Çilə
ilsırasıdır (təqvimidir). Xızır gələnək və görənəklərinin hamısı odsevərliklə ilgili olduğuna görə bir daha deyə bilərik ki,
odsevərliyin yaradıcısi Ön-Asiya və Qafqaz türkləridir.
Bütün
türk tarixi ədəbiyatlarında elə də dərsliklərdə bildirilir ki, ilk türk ilsırası
(təqvimi) yaklaşık (təqribən) II-I minilliklərdə heyvanlarla əlaqəli on iki
aylıq və on iki illik türk ilsırası yaranır və bu ilsırası (təqvim) uzun sürə davranmada
olur.
Türklər
dünyanın çox böyük torpağına yayılmış eldir. Bu ilsırası doğu Asiyada geniş
yayılmış ilsırasıdır. Hər şey elin yaddaşı ilə əsrlərlə yol gəlit. Qafqazda
heyvanlar təqviminin işləndiyini kəsinləyən heç bir tarixi kanıt (dəlil)
yoxdur. Bu ilsırası haqqında gözalma (təsəvvür) ilk dəfə 60 illərdən sonra bilim
adamları arasında yaranmağa başladı və basamalarla (tədricən) geniş el arasında
yayıldı. Qafqaz türklərində nə buddizmin
nə də hevan təqviminin izi görünmür.
Türkün
mifik əfsanələri yazıya alınmasa da, bəziləri xalq deyimləri, ilkin nağıl və
dastanlar, mifoloji qılıqlar (obrazlar), vasitəsi ilə bizim çağlaradək gəlib
çıxmışdır.
Bir takım
filosoflar, Azərbaycan folklorunda dərin iz salmış dörd ünsürün (od, torpaq,
su, hava) kutsal varlıq kimi adamların yaşam tərzinə daxil olmasını, əski yunan
filosofu A. Empedoklun (e.ə 490-430) “Təbiət haqqında” fəlsəfi poemasının
etgisi altında el arasında yayılaraq, kutsal törən düzeyində yerinə yetirilməsini
inatlayırlar (iddia edirlər). Tamamilə yalnış olan bu düşüncəni bir çox filoloq
və tarixçilər yadsılayırlar (inkar edirlər). Hələ ən əskilərdən adamların yaşamları
ilə çox sıx yaxınlıqda olan dörd nəsnənin (od, torpaq, hava, su) varlığı,
onların kutsallığı A.Empedokldan çox-çox öncə türklər arasında var olmuşdur.
Tanrıçılıq
mifologiyasında deyilir ki, ulu Tanrı oğlu günəşə dedi ki, yerə od göndər orada
olan adamlar onunla yemlənib, isinib məni tanısınlar. Od yerə enəndə ruhunu təmiz,
pak qızda gizlətdi. Həmin gündən də odun ruhu qızda, qızın ruhu da odda
yaşayır. Bu inama görə odun qoruyucusu olan qızlar kutsal sayılmışlar. Biz burada tanrıçılıqda da önəli dirəngəl (ideya)
olan üçlüyün-Allah+od+adam kutsallığını görürük. Bu baxımdan tanrıçılıqda, kutsal üçlük dirəngəlliyi (ideyası) xristianlıqdan ən azı 2000 il öncə tanrıçılıqda
yaranmışdır.
30-cu
illərdə qocalar Xıdırnəbi byramna, Xızır bayramı da deyirdilər.Xızırın adnı həmişə
Tanrı bilicisi kim,Tanrıdan göndərilən bilici elci kim Xızırla yanaşı çəkərdilər. Borçalıda Xıdır nəbi
bayramı, çərşənbələr və novruz bayramı çox böyük şadlıqlarla keçirdi. Adamlar
birbirinə novruzluq aparmaq üçün sıraya dururdular.Mənə aydındır ki, o dönəmlərdə
altı çərşənbə keçirirdilər.
”Bilqamus”
dastanını oxuyandan sonra qocaların Xızıra bilici demələri məndə belə bir duyğu
yaratdı ki, bəlkə biz kecmişdə peyğəmbərlərimizə bilici vəya bilqamus demişik. Bəlkə dastanın ilk
qaynağında bilqamus peyğəmbər kimi verilmişdir. Bəlkə Bilqamus,Tövratda adı çəkilə
Bilam və ya Xızırdır. Bəlkə bu sorğular özünün araşdırıcısını gözləyir.
Qarşılığı olmasa da bəlkələr çoxdur. Türk elləri arasında Xızır İlyaz haqqında bir
çox rəvayətlər və miflər yaşamaqdadır. Bilqamıs sözü tam olaraq bu gün dilimizdə işlənən, fars sözü olan Peyğəmbər anlamını açıq-qydın
verir.
Biz
bu gün Bilqamus dastanının qəhrəmanı olan Bilqamusu ad kimi başa düşürük. Ancaq
əsəri özənlə (diqqətlə)oxuduqda dastanda Bilqamıs peyğəmbər, kahin kimi verildiyi
görünür. Bəlkə çevirməçi (tərcüməçi) ad kimi veribdir.Bəlkə qaynakda (mətndə)
doğrudan da peyğəmbər mənasındadı.Əslində kahində peyğəmbərə bir növ yaxındır. Dastanda
deyilir
“Özü-öz başına gecə-gündüz açar
iş,
O, hasarlı Urkun kahinimi Bilqamıs.” (I lövhənin
10. sırası)
Əsərdə
o hadisələri peyğəmbərcəsinə qabaqcadan yuxuda görür.
“Sən dağdan enməmişdən, gəlməmişdən buraya,
O Urukda Bilqamıs səni yuxuda
görmüş.” (I lövhə 20. sətr)
Burada Bilqamıs bir peyğəmbər kimi verilir. Bəzənə
də Bilqamıs həm adam, həm də Tanrı kimi verilir:
“Sənin
bədənində həm Tanrı, həmdə insan canı var” deyilir. (X lövhə 35. Sətr)
Bilqamıs
Uruk şəhərində yaşasa da özünün günəş doğan ölkədən olduğunu, Uruka gəldiyini
bildirir,
“Mən
səfərə çıxmışam günəş doğan tərəfdən” deyir.
Urukun günəş doğan yanı isə xəritədə əski
turukku (türk) ölkəsi, Urmiyadır.
Sümerşunas Müazzəz İlmiyənin söylədiyi bilgilərdə deyir Sümerlərin
IV-III minilliklərə ilişgi (aid) edilən tablet yazılarında Xızırın adı çəkilir.
Sümerlərin İlk ölümsüzlük qazanan yarı tanrı kahini Utnapişdi Xasisatranın atasıdır. Xasisatra da Xızırın
doğma adıdır. Xızır isə onun xız, qızğınlıq-istilik verən anlamda
ayaması-takmasıdır. (Vikipediya Dəniz Karakurt “Türk söyləncə sözlüyü” 2012).
Bu sanmanı (fərziyəni) alımlasaq, Utnapişdi Xızırın atasıdır. Xızırda
Bilqamısın atasıdır.Tarixçi araşdırıcı bilgin
X.Ə. Babayevanın da dediyinə görə Xasisatra Bilqamısın atasıdır. (X.Ə.
Babayeva. “Azərbaycan folklorunda Xızır nəbi obrazı” Bakı. 2013 s.57).
Xızırın
və atının gəlişi, Tanrının göstərişilə həftənin xas (çərşənbə) günü olur. Ona
görə də, tanrıçı türklər Xızır ilsırasındakı,
çərşənbə gününü həftənin kutsal günü dincəlmək, tanrıya alqış və tapınak günü kimi
önəmləmişlər. Xas (çərşənbə) gününün kutsallığı el arasında bu gün də
yaşamaqdadır.
Baxmayaraq ki, islamın şəriətində cərşənbə
gaünü nəs gün, şeytanlar günü kimi lənətlənir. Səma dinlərinin basqılarına
baxmayaraq, bu gün də xas (çərşənbə)
türklərin kutsal günüdür. Odsevərliyi danan bilginlərimizin yalnız onu çözmələri
bəsdir ki, min il xristan olan, min dörd
yüz il də müsəlman olan Qafqaz türkləri, tanrıçılıqla ilgili olan bayramları
unutmamışlar. Bu gün də türklər inanırlar ki, Xızır
İlyaz, hər il özünün göy atını fevral-mart aylarında minib doğanı cana gətirir.
İlin başqa zamanlarında da dara düşənlərin hayına-dadına çatır. Sevgililərin əlinə
buta verərək, onların yollarına işıq salıb, arzularına çatdırır.
V.Vəliyev
yazır: Qədim inanca görə, at göydən enmişdir. O, günəşdən odla gəlmişdir. O, həm
uçur, həm də üzür. Onu da deyək ki, göydən işıqla gələn mifik obrazlar çoxdur.
Məsələn, “Oğuznamə”də Oğuzun arvadı, “Tapdıq”
nağılında Tapdıq və b.
Tanrıçılıq
ilsırasının.ilk günü olan Günəşin doğum (22-24 Dekabr) tanrıcı türklər çox coşqu ilə keçirmişlər. Bu
bayramın önəmli qılığı iki arıq və kök öküzlərin savaş alanı olurmuş. İkinci Xızır
(14-19) bayramında hamı qovud halvası və şirin içgilərlə Xızırın gəlişini gözləyərlər. Xızırın gəlişi yaklaşık olaraq
saat 5-6 anlarına, Dan ulduzunun görünməsinə düşür. Bu an çox hallarda səhərə
yaxın bir dönəmə düşür. Adamlar qalxıb niyət edər şərbətlə hazırlanmış qovut
halvası yeyərlər.Üçüncü Çilə ilinin (ilaxır gecəsi) çıxması bayramıdır. Bu
bayramda da törənlər qurulur, şadlıqlar keçirilir. Dördüncü Yazın gəlişi,
doğanın canlanması (Novruz) bayramıdır Heyvanlar kəsməklə, yeyib içməklə səhəri açardılar
Xalqın sərbəstliyi üçün iki yerdə oğlan və qız məclisi qurulardı.Hər ikisidə
toylu aşıqlı olardı. Qızların törəni də oğlanların öhdəsində olardı.Yadda olan bütün
ölmüş qohumlar varsa hamısının adına
ayrılıqda tonqal qalanardı adlarına ayrılıqda alqışlar, yalvarış oxunardı
Bilginlərin dediklərinə görə tanrıçılıq dini, Xızır İlyaz dini dünyagörüşü,
bütün dinlərdən uludur, əskidir. Sonrakı dinlər tanrıçılığın bilgiləri altında
doğulub, gəlişmişlər. Xızır İlyaz dini təlimi, olduğu kimi bizə gəlib çatmamışdır.
Xızır İlyaz ayinlərinin izlərini zərdüştlük, yahudilik, xristianlıq və islam
kural və ainlərində görürük. Bu kitabin yazarının atası, Molla Mahmud Əfəndi,
ilaxır gecəsinin səhəri, tezdən hündür bir yerə çıxardı, günəş görünən zaman,
ucadan təkbir alar, azan oxuyar, salavat çəkərdi və gəlib evdə iki rükət namaz
qılardı. Borçalı türkləri, səhər tezdən günəşin ışını (şüası) düşən yel (yıl) dağına
ziyarat edərdilər. O dağa bu gün də tapınırlar.
2010 cu ildə gürcülər Yeldağının başında əzəmətli bir kilsə tikdilər. Dağa və
tapınağa yiyələndilər.
Təmizlənmək, arınlanmak istəyilə alovun
üstündən hoppanarkən oxunan alqış,( mahnı) çox diqqətəlayiq görünür.Çox
aydınlığı ilə odun kutsallığını açıq, aydın göstərir.
Al qırmızı al alovum,
Həmişəlik qal alovum.
Qırmızılığını ver mənə,
Sarılığımı al alovum.
Bayatı
formasında deyilən bu mahnıda alov tanrı kimi yox, həm həmişəyaşar, yəni
ölümsüz, həm də sayrıları (xəstələri) sağaldan kutsal varlıq kimi alımlanır.
Mahnı əski
türk inanclarından "Hal" əyəsi inancını yada salır. Türk inancına görə,
Hal, ölüm əyəsidir. Gennəlliklə, doğada olan bütün canlı varlıqların (otun,
yarpağın, heyvanın, adamın) ölüm anında saraldığını görən adam düşüncəsi ölüm əyəsi
olan Halı da sarı sifətli, sarı saçlı, sarı geyimli düşünür. Bu gözalmaya (təsəvvürə)
uyğun da bayatıda çağrılan al alovum sarılığımı al, deməsi alovun bir daha
kutsallığını kəsinləyir.
Bu gün, Borçalı
elinin toy-düyün şənliklərində, “şax gətirmə” törəni var. Bu törəndə şaxın
qabağında yanar çıra aparırlar. Bu çıranın aparılması yeni qurulan evliliyin gələcəyinə
işıqlı yol verən butanın simğəsidir.
.
Əfsanədə Xızırın atı da, geyindiyi paltar da, bığının rəngi də göy rəngdə
verilir. Bu da qarşıgələ deyil. Tanrıçılıq inancına görə, göy rəng harda olur
olsun kutsaldır.
“Xızır”
sözü istilik, qızğınlıq anlamını verdiyi kimi, “İlyaz” da yazı gətirən il
anlamını verir. Hər iki adın anlamını biz yazın gəlişində görürük. Yaz özü ilə
həm xız (istilik), həm də yaşıllıq gətirir. Hər iki ad isti yazın gəlişinin
daşıyıcısı olduğunu düşünsək, onların bir varlıqda tam olduğunu görərik. Ona
görə də, Xızır İlyaz bir kimsənin adı
olduğunu deyə bilərik. Ancaq dönəm keçdikcə, Xızır ilyaz gələnəyi müsəlmanlığın
təpkisi altına düşdükcə, adlar təklənərək ayrılmış, hər biri ayrılıqda iki kimsə
kimi işlənmişdir. Sonda iki ayrı-ayrı qılıqlar şəklini almışlar. Müsəlmanlıqla
ilgili, bu gün biz, Xızır İlyaza, Xıdır Nəbi deyirik. “Xızır” sözü, az qala bu
gün unudulmaqdadır.
Çingiz
Qacar yazır: "Əski türklər Sentyabr ayının 21-22 də bayram şənlikləri edərdilər.
Türklər barış və dinclik əyəsi olan Romananun doğumu öyümünə (şərəfinə) çox coşqulu
(təntənəli) bayram keçirirdilər." (çevirmə İ.M.) (Ç. Qadjar “Выдаюшися
Сыны древнего и средневекового Азербайджана Б-1995 ст-11) Bu gün
Rom ananın bayramı islam dini ilə ilgili tamam unudulmuşdur.
Dolayısı ilə e.ö. 505-ci ildə Zərdüşt dinini alımlayan
fars eltəpəri (hökmdarı), Xızır ilini dövlətin rəsmi ili kimi alımlamışdır,
Xızır bayramının adını dəyişdirərək “Novruz” (“Yeni gün”) bayramı
adlandırmışdır.
Uzun sürə fars dövlətinin tabeliyində yaşayan
türklər, aşamalarla (tədricən) Xızır adını unudaraq, bu bayrama “Novruz bayramı”
demişlər. Ancaq, onlar bu günədək gələn gələnək, görənəklərində, şənlik və
alqışlarında Xızır adını bir bilqamıs kimi yaşatmışlar.
İlaxır
xaslarında (çərşənbədə) çilə çıxarma şənliyində oxunan mahnıda belə deyilir:
Xızır, Xızır, xız gətir,
Var obadan köz gətir.
Xızır, Xızır İlyaz,
Bitdi çiçək, gəldi yaz.
Xızır,
uzaq küçmişin tarixi kimsəsi olsa da, o bütün olaylarda nağıl qılığı (mifik obraz)
kimi alımlanır. O, bu mahnıda tanrının adamlara bağışladığı odu gətirməyə
gedir. İstini gətirməklə yazı gətirir. Elə bu mahnının özü bütünlüklə Varlığın-birliyi ( “Vəhdəti-Vücud”) fəlsəfəsinidən
yararlandığını göstərir.
Azərbaycanın bölgələrindən asılı olaraq kutsal xaslara (çərşənbələrə)
çeçitli adların verilməsi haqqında olan ədəbiyyatlarda bir çox yazılara tuş gəlinir.
Onlardan birini göstərmək yerinə düşər.
Güllü Yoloğlunun ”Novruz çərşənbələrində nədə
səhv edirik” adlı elmi publisistik məqaləsində
göstərilən çərşənbələrin sıralarını sadalayaraq yadınıza salaq :1-yalançı çərşənbə
(əzəl kül). 2-xəbərçi çərşənbə (cıdırçı, müjdəçi, gül) 3-qara çərşənbə (ölü çərşənbəsi,
ölülər bayramı, ata-ana günü) 4-axır çərşənbə (ilaxır çərşənbə, ilin-ayın axır
çərşənbəsi) – Qarapapaqlar dərgisi 2010-cu il,N 3, səh. 36.
Öncədən
onu deyim ki, bayram sözü özlüyündə şənliyin simğəsidir. Ölü sözü isə mütləq
qara günü (yası) yada salır. Belə olan halda “ölülər bayramı” nə sayaq məntiqə
uyğun gəlir. Burada yazar, hər bir çərşənbənin
adına uyğun doğruluğunu kəsinləməyə çalışır. Onu bildirim ki, çərşənbələrin hər
biri, gələnək və görənəklərmizdə kutsal
bir varlıq kimi önə çəkilir. Hər bir çərşənbəninin içərisində tanrı
varlıqlarının (günəşin, torpağın, yel və suyun) kutsallığı önə çəkilir. Eeyni dönəmdə də çərşənbələr Xızır İlyazla ilgiləndirilir.
Ancaq, alimin məqaləsində çərşənbələrin yuxarda sadalanan görəvlərilə uyğun gəlmir.
Ola bilsin ki, bu adları hər hansı bir bölgənin xalqları işlədir, amma bütün
türk dünyasına ilgi etmək düzgün olmazdı. Həm də çərşənbə törəninin önəmli ideyasınauyğun gəlmir.Bu çərşənbələrdə
gərəkli olan dörd nəsnənin kutsallığını qorunub saxlanmaq istəyi durur. Bunlar bilginin
(alimin) yazısında duyulmur.
Tanrıçılıq inancında xas (çərşənbə) günü
kutsal gün kimi alımlanmışdır. Tanrının tansıkları (möcüzələri) ancaq bu günlərdə
yaranır. Bu ilgidən də bütün nağıllarda, miflərdə, dini kitablarda “biz hər
şeyi sudan yaratdıq” deyilir.
Işınlar-Işını (Nurlar nuru) olan Tanrı, ilk xasda
(çərşənbədə) evrəni yaradır. İkinci xasda öz nurundan Günəşi yaradır.Üçüncü
xasda (çərşənbədə) Yeri yaradır və günəşə öz istisini yerə verməyi əmr edir,
Dördüncü xasda (çərşənbədə) xızın köməyilə yerdən buxar qalxır, qalxan buxar
yel olur. Yeli yaradır. Beşinci xasda (çərşənbədə) qalxan buxar toplusu bulud
olur, buludu Tanrı öz şimşək qamçısı ilə suya döndərir və yerə göndərir. Su ilə
acunun (dünyanın) yetginliyini yaradır. Su qurandada var “ Biz bütün canlıları sudan yaratdıq” deyilir. Tanrıçılar
bu inancı önəm götürərək, birinci xasda (çərşənbə) günəşin yerdə simğəsi olan
odu, ikinci xasda (çərşənbə) torpağı, üçüncü xasda (çərşənbədə) yeli, dördüncü xasda
(çərşənbədə) isə suyu, beşinci xasda Çilə ilinin çıxışnı qarşılayaraq, şənlik
etməliyik. İlin axır çərşənbəsi hər 5
ildən bir 6-cı ili Bayramla birlikdə qarşılanır. Bu, göstərilən dörd
varlıqların birliyi, (vəhdəti) Varlığın- birliyi (Vəhdəti-Vücud) fəlsəfəsinin
tanrıçılığa ilişgin olmasını özəlliklə kəsinləyir.
İslam dini çərşənbə gününü uğursuz, cin,
şeytan günü, cümə gününü isə uğurlu, tapınak gün hesab edir. Kuşkusuz (Şübhəsiz)
ki, əski türk ilsırasında (təqvimində) günlərin özlərinə ilgili adları
olmuşdur. Çünki çərşənbə sözü bizə farslardan gəlmişdir Bizim bəzi bölgələrdə
xas günü işlənir. Xas sözünü də biz təmiz, arınlayan anlamında işlədirik. Bir
çox yazarlar xas sözünün ərəblərə ilgi olduğunu deyirlər. Xas sözü ərəblərdə də
var ancaq onlarda tamamilə başqa anlamda işlənir. Doğrudur ərəblərdə də “xass”
sözü var. Ancaq onlarda bu söz , kutsal söz kimi işlənmir “ayrıca”, “şəxsi” və
ya “ordu dəstəsi” anlamını verir və qoşa sərt səslənir. Türklərdə isə bu söz
kutsal anlamında işlənir, həm də yumşaq səslənir. Söz hər iki eldə (xalqda)
oxşar olsa da, eyni anlamı vermədiyi
üçün ayrılıqda yaranmışlar. “Xas” sözü türk dilində baş, önəmli anlamlarda işlənir. “Dədə Qorqud”da “24 xas bəylər” deyilməsi,
xas sözünün dəyərli olmasından salıq verir.
Səlcuq və Osmanlı şahlarının oturduğu otağa “xas oda” deyilmişdir. Bunlardan
başqa Xas sözü Sümerlərə də var. Ola bilsin ki, həm ərəblərə, həm də türklərə
sümerlərdən keçmişdir. Elə bu ilgidən də Sümer sözlərini ərəbləşdirmək
yanlışlıqdır. Dilçilərmiz bir çox Sümer sözlərinin anlamını göz önünə almadan
onu fars və ərəbləşdirmələri yanlışdır..
Axır çərşənbənin gəlişi həmişə bayram şənliklərilə
keçirilir. Bunu aşağdakı bayatımızdan da görmək olar.
“Ələklər ay ələklər,
Çərmənir ağ biləklər.
Gəlir axır çərşənbə,
Hasil olur diləklər.”
Bu bayatıda çərşənbə
gününün pisliyi (nəsliyi) danılır (inkar edilir) və onun kutsallığı öyülür.
S. Mutəbərizli
yazır: “Novruz bayramının nə əfsanəvi şəxsiyyətlərlə, nə atəşpərəstliklə, nə zərdüştlüklə,
nə də İslamla Mənşə etibarı ilə bağlılığı yoxdur.” (Elmi axtarışlar 14. Jurnal
səh. 15 )
S. Mutəbərizli çox haklı olaraq Novriz
bayramına düzgün öymə veribdir. Bu bayram təmiz tanrıçılığın bayramıdır.
Bayrama qatılan alov zərdüştilik kimi tanrı deyil, ondan bir əyə kimi dilək istənir.
Bütün bilim acununa (dünyasına) aydındır ki, zərdüştlikdən çox-çox öncə var
olan yaz bayramı e.ö. V-əsrdə farc eltəpəri bi bayramı yeni il kimi götürmüş
adını da Novruz qoymuşdur. Novruz bayramında
keçirilən bütün gələnək-görənəklərdən çox
aydın görünür ki, Novruz bayramı tanrıçılıqla, və Xızırla sıx bağlantılıdır.
Sonlaradək yaşlı uruk (nəsil) Novruz bayramını Xızır bayramı adlandırırdılar.
Azərbaycan tarixi ədəbiyyatlarında
Novruz bayramı sözünə yalnız 12-ci.yüzildən sonra tuş (rast) gəlinir. 1950-cı
illərədək Novruz bayramına keçəl və kosa ilə birlikdə keçi də qatılırdı. Kosa,
keçəl və keçi birlikdə oyun şənlikləri edirdilər. Novruz bayramı şənliklərində
keçi kosanın qarnını buynuzu ilə deşib öldürürdü. Buda yazın qışla olan
savaşının simğəsi sayılırdı.
Folklorçu
bilgin Məhərrəm Qasımlı çərşənbələrin sonralar mərasimə gətirildiyini
deyir. Onun bu düşüncəsitamamilə
yanlışdır. Günlərin adları olmadan aylar illər yarana bilməz. İlk kəz çərşənbə
yaranıbdır ki, dalınca həftə, ay, il yaranıbdır. Yuxarıda dediyimiz kimi çərşənbənin
kutsallığı tanrçılıq və Xızırla sıx ilgilidir. Məntiqə görə çərşənbənin kutsallığı
bayramından öncə olmalıdır.
Xızır
bilqamıslığını (peyğəmbərliyini) bir də onunla kəsinləyir ki, bayram olmayan dönəmlərdə
də bir çox dini tapınaklarda ya da gələnək-görənəklərdə Xızırın adı çəkilir və ondan yardım, kömək istənilir.
Ana
uşağını çimizdirəndə ona Xızır alqışı verərək deyir:
Üzün gülsün, qızarsın,
Bəxtin qızıl yazılsın,
Xızır sənə su versin
Ömrün uzun uzansın.
Ölümsüzlük arzusu ilə bağlı türk xalqlarında
bir çox nağıllar dastanlar və mahnılar var. Yuxarıda oxunan mahnı da Xızırın
ölümsüzlük suyu içməsinə və onun həmişəyaşar olmasına işarədir. Görünür,
keçmişdə bu inanc, adamların yaşamları ilə ilgili, onların dolanacaqlarına çox
yaxın olmuşdur. Xızır nəin ki, adamlara xız-istilik gətirir, o həm də eşq (aşk),
butası verib, onların yollarını işıqlandırır. O, adamları çilədən-yanlışlıklardan
da qoruyan kutsal bir varlıq olmuşdur. Adamları qorxulu ölüm saçan ilandan
qorumaq üçün oxunan alqış yönlü Xızır mahnısı bu gün də azərbaycanın bəzi bölgələrində
oxunur.
“İlan-ilan,
şah ilan,
Şahmar ilan, şah ilan
Xızır
İlyaz, o kişi,
Bağlayar
ilan dişi.”
El arası deyimlərə
görə, Xızırın 40 sayı ilə ilgili bir çox söyləntiləri yaşamaqdadır. Söyləntiyə
görə, Xızırın 40 müridi olmuşdur. Güney (Cənubi) Azərbaycan türklərinin söyləntilərində
deyilir ki, Xızır Tanrının tapşırığı ilə doğanı canlandırdıqdan sonra, 40
müridi ilə birlikdə Savalan dağındakı “Qırxlar” mağarasına girərək, adamların
gözündən uzaqlaşırlar. İldə bir kərə mağaradan çıxır, göy atını minib yazı gətirir
xaslarda (çərşənbələrdə) ellə bir yerdə olurlar. Bayramdan sonra Savalan dağına
gəlib Qırxlar mağarasında yenə yox olurlar. Ancaq bütün ili onları çağıranların
dadına, köməyinə çatırlar. Türkiyə türklərinin söyləntilərinə görə türkiyənin
bir neçə yerində Xızır mağarası var. Qaraca çoban Xızırın qırx müridinə qoşulub
dağ mağarasında yox olmuşdur.
Borçalı
söyləntilərində deyilir ki, Xızır öz qırxları ilə birlikdə 40 gün mömin
insanların gözünə görünür, onu çağıranların dadına çatır, xalqla birlikdə olur
və bayram şənliklərində iştirak edir.
Onu
yada salaq ki, islam ilk çağlarından doğu söyləntilərinin görkəmli qılıklarını
çox ustalıkla özününküləşdirmişdir. O baxımdan da, əski türklərin söylənti
qılıqları olan Zülqədəri, Zülqəreyn, Xızırı, Xıdır və Novruz bayramını Əli
bayramı kimi özününküləşdirmişdir ki, bu gün də bir çox türklər, onları İslam
dini ideoloqiyasının ürünü kimi anır.
“Qurani-Kərim”də deyilir: “Hər bir xalqa izah
etsin deyə, biz (Allah) həmin xalqın dilində danışan elçi göndərmişik (14\.4).
Və bilmədiklərinizi öyrənmək üçün sizə öz içərinizdən biz Peyğəmbər göndərdik.”
( 2,\ 250)
“Qurani-Kərim”in bu ayəsindən aydın olur ki,
Ulu Tanrı, hər bir xalqla öz dilində danışan, tanrını elə ulaşdıran elçi göndərmişdir.
Ən
ulu və əski ellərdən biri olan türk elinə, Tanrı onların dilində danışan elçi,
bilqamıs, (peyğəmbər) göndəribmi?
“Peyğəmbər” fars sözü olub lüğəti anlamı “hər
şeyi bilən” deməkdir. Bu anlamda, Bilqamıs sözü də türk-azərbaycan dilində “hər
şeyi bilən” anlamını verir. Ola bilsin ki, Tövratda adı çəkilən Bilam, əski türklərin
peyğəmbəri olmuşdur. Türklər, erkən dönəmlərdən xristianlıq və islam dinlərinə
yiyələndikləri üçün, öz peyğəmbərlərini unutmuşlar.
Bir
çox folklorçu və tarixçi yazarlar, Oğuzun əfsanəvi qılıq olduğunu kəsinləyirlər.
Belə ki, Pr. Dr. Faruk Sümer yazır:
“Oğuz kəlməsi konuda ən keçərli olanı, oymak manasına gələn “ok” kəlməsinə
çoxul əki olan “z” hərifinin əklənməsi və zamanla “k” hərifinin “ğ”ya dönüşərək
Oğuz kəliməsini oluşdurmasıdır”. (Pr. Dr. F. Sümür “Oğuzlar tarixləri” İstanbul
1992.s.1).
Ancaq bir çox bilginlər, tarixcilər Oğuz xanın
tarixi kimsə olmasını çoxdan kəsinləmişlər. Elə də Xızır İlyazın tarixi kimsə
olmasını tutamalarla (dəlillərlə) kəsinləyən bir çox folkulorçu tarixçilər
olmuşlar və bu gün də var. Belə ki, Çində Konfisi, hindlilərdə Brahma, misirlilərdə
Oziris, türklərdə Oğuz xan, Dədə-Qorqut əfsanələşdiyi kimi, Xızır İlyaz da aşamalarla söylənti (mifik) qılıq halına salınaraq əfsanələşmişdir.
“Qurani-Kərim”də (18 \ 63) yazılana görə, Musa
(ə.s.) Xızır ilə görüşmüş, onu özünə ustad (mürşid) etmiş, bilmədiyi gizli
(hülül) biliyini ondan öyrənmişdir. Tarixçi bilgilər də aşkarlamışlar ki, Musa (ə.s.)
tarixin yaratdığı kimsədir. Demək Musa Tarixi kimsə olduğu halda onun ustadı
(mürşudi) də tarixi kimsə olmalıdır.
Xızır İlyazın dünyaya gəldiyi çağ bilinməsə də
“Qurani- Kərim”də Musa peyğəmbərin ustadı (mürşidi) kimi verilən Xızırı, tarixi
kimsə kimi tanımağa önəm verir. Bununla da, “Qurani-Kərim”, onun Lədun (ilahi
bilgi) biliyinin (elminin) özülünü (əsasını) qoyan bir peyğəmbər kimi
tanınmasını kəsunləyir.
Xızır İlyazın Musa (a.s.) ilə görüşü, onun yanında
Musanın müridliyi və aralarında bir çox söyləntisayağı söhbətlərin olması,
Talmutda geniş işıqlandırılmışdır.. Xızırı Musanın çağdaşı (müasiri) saysak,
onun ən azı, e.ö. IV-III minillikdə yaşamasını düşünə bilərik. Bu da Sümer
tabletlərində yazılan Xızırın (Xasisatranın) haqqında olan söyləntilərə çox
uyğun gəlir.
Azərbaycanda yaşayan bəzi söyləntilərə (rəvayətlərə)
və Tövratda verilən bilgilərin varsaymına (ehtimalına) görə, Xızır İlyazla
Musanın görüşü və ondan bilgi öyrənməsi, Bərbəc (İndiki beş barmaq) dağındakı
mağarada olmuşdur. Adamın yaddaşında kı, söylənti qılıqları, bəzi hallarda
tarixi kimsələrə mifik qılıq verir.Bəzən də onları tanrılaşdırır. Mahmud
Qaşqarlı “Tanrı” sözünün açıklamasında yazır: “Türklər bilici kimsəyə
“tenriqan” (Tanrıxan) deyirlər”.
“Oğuznamə”də
yazılır: “Yenə günlərin birində Oğuz xaqan bir yerdə, göy Tanrısına tapındı.
Qaranlıq oldu və göydən bir işıq düşdü. O, gündən də işıqlı, aydan parlaq idi.
Oğuz xaqan yüyürdü və gördü ki, bu şüanın arasında bir qız var, tək oturub”.
Bu
söyləntidə də yenə də soyut varlığın, somut varlıqla birliyini, tanrı gücü olan
işığın, doğa varlıqları birliyini yəni “Vəhdəti-Vücud” fəlsəfəsinin qatqısını
görürük.
Tarixi
şəxsiyyət olan Məhəmməd (ə.s)-ın mövludu bir neçə şairlər tərəfindən qələmə
alınmışdır. Onlar Peyğəmbərin mövludunu (doğumnu) o qədər əfsanələşdirmişlər
ki, bu gün onların içərisindən doğrunu tapmaq çox çətindir.
Xızır
haqqında ən çox əfsanə və rəvayət, türk xalqları yaşayan bölgələrdə
yayılmışdır. Bu bölgələrdə, onun adı ilə bağlı yer adları var və onların bəziləri
kutsallaşmışlar. Orta Asiyanın Amu-dərya ətrafında “Xızırxan” adında torpak var.
Vaxtilə həmin yer kutsal torpaq sayılmışdır.
Ə. Xəqani əsərlərində Xızırın xilaskar bir kimsə
və bir peyğəmbər kimi tez-tez adını çəkir. Həmişə onda yardım istəyərək deyir..
“Bəta, Adəm, Xızır və Musa
üçün,
Məna naxışları vurdum hər gün.”
Burada
Xızır peyğəmbərlər sırasındadır. Görünür Xaqaninin dönəmində peyğəmbər kimi
Xızırın bilqamıslıq (peyğəmbərlik inancı
varimiş. (Ə. Xəqani “Seçilmiş əsərləri”
B. 1987 s. 79)
Azərbaycanda
“Xızır-Zinda” mağarası, yerli xalqın ziyarətgahı və ibadətgahıdır. Türkiyənin
Tarsus bölgəsindəki “Əsabül-Kəhf” mağarası da, Naxçıvandakı "Əshabi-Kəhf"
mağarası da, Xızırın adı ilə bağlıdır.
Yerli xalq beşbarmaq dağına Xızır dağı, oradakı mağaraya Xızır mağarası, bulağa
isə Xızır bulağı deyirlər. Bu gün də həmin dağ Xızır dağı adı ilə Dağıstan və
Azərbaycan türklərinin tapınak yeridir. Quba ətrafında da dağ mağarasında Xızır
zında adı ilə tapınak var.
Xızırın
doğrudan da bu mağaralarla ilişgisi olubdurmu? Xızır bu mağaralarda
yaşayıbdırmı? Bu sorğuların doğruluğuna inanmaq üçün bir də Xızır İlyazın Musa əleyhissalam
ilə görüşünü xatırlayaq.
“Qurani-Kərim”in
Kəhf (18) surəsinin 65-ci ayəsindən, 82-ci ayəsinə qədər Xızırla Musanın əhvalatı
nəql edilir. Ayələrdən aydın olur ki, Xızırın nə yeri-yurdu, nə də daimi məskəni
var. O da Adəm peyğəmbər kimi, tərki-dünya olub, öz dinini yaymaq üçün gəzən
bir dərvişdir və böyük kəramət sahibi və Tanrının ən yaxın bəndəsidir. Belə bir
şəxs dağlarda da, mağaralarda da yaşaya bilərdi. Müqəddəs “Qurani-Kərim”dən
aydındır ki, Musa əleyhissalam Türi-sinada, Məhəmməd (ə.s.) Hiradağ mağarasında
zikr etmişlər.
Misir
kahinlərinin bizə gəlib çatan yazılarından aydın olur ki, ilk panteist və
dualist dini mərkəzlər, daima mağaralarda fəaliyyət göstərmişlər. Xızırla əlaqəli
olan mifoloji təfəkkürün məhsulları olan ideya və deyimlər qədim hind
Brahmanlarının ideyalarına bir çox hallarda uyğun gəlir. Belə olan halda, nə
üçün şəxsiyyət olan Brahma ilahiləşsin, Xızır isə yox? Azərbaycanda qədim və
müqəddəs mağaralardan biri də, “Əshabi-Kəhf”dir. “Əshabi-Kəhf” mağarası ətrafında
yaranan əfsanəyə, “İncil”də də rast gəlinir. Onun əsasında da “Efesin yeddi
yuxulayanları” adlı əfsanəvi hekayə yaranmışdır. Guya mağarada yeddi canlı
varlıq 309 il yatmışdır. Ancaq “Qurani-Kərim”in Kəhf surəsini diqqətlə oxuyanda,
tamamilə başqa nəticə çıxarmaq olur. Əvvəla, 18-ci surənin 10-cu ayətində
deyilir: “Xatırla ki, o zaman gənclər mağaraya sığınıb “Ey Rəbbimiz! Bizə öz dərgahından
mərhəmət bəxş et və işimizə fərəh ver”- demişlər”. Ayətin məzmunundan belə qənaətə
gəlmək olar ki, gənclər mağaraya toplaşaraq, ora sığınmaqda məqsədləri yatmaq
yox, hər hansı bir fəal işlə məşğul olmaq olub. Ona görə də, Tanrıdan işlərinə
fərəh vermək arzulamışdır.
16-cı
ayədə deyilir: "Onların Allahdan başqa tapındıqları Tanrıları tərk edib
getdiyi zaman, mağaraya çəkilin ki, Rəbbiniz sizə öz mərhəmətindən əta etsin və
işinizdə sizin üçün fayda hazırlasın." Ayədən açıq-aydın görünür ki,
mağaradakılara tövsiyyə verilir, Allahın mərhəməti istənilir, onlara Allahdan
fayda hazırlanması arzu edilir.
17-ci
ayədə deyilir: “Günəşin doğduğu zaman, onların mağaranın sağ tərəfinə meyl
etdiyini, batdığı zaman isə, onları tərk edib sol tərəfə yönəldiyini, onların
da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin.”
Bu ayədə
mağaranın səmti və böyüklüyü çox aydın göstərilmişdir. Bu ayəyə əsaslanaraq,
asanlıqla təsdiq etmək olar ki, əfsanələşmiş bu üç mağaradan (Efes, Tarsu və
Naxçıvan) hansı 309 il dini fəallıq göstərmiş, Xızır və Musa kimi mürşidlər və
bir çox müridlər yetirmişdir.
Surənin
25-ci ayəsində deyilir: “Onlar mağarada 309 il qaldılar”. Diqqət yetirsək görərik
ki, ayədə “yatdılar” yox, “qaldılar” deyilir. Həm də mağarada olan gənclərin
sayı göstərilmir. Deməli, “Qurani-Kərim”in ayələrinə istinad edərək, deyə bilərik
ki, Əshabi-kəhf mağarası 309 il yatmaq yeri olmayıb, dövrünün məşhur dinini təbliğ
edən ruhanilər yurdu olmuşdur və o zamanın bir çox kahinləri Əshabu-Kəhf
mağarasında yaşamış və fəaliyyət göstərmişlər. Ancaq, tədricən əfsanələşərək,
“yeddi yuxulayanlar” olmuşlar. Beləliklə, deyə bilərik ki, ilk sofi müdriklərimiz,
həmin mağarada yatanlar yox, fəaliyyət göstərənlər olmuşlar
Türk
xalq dastanlarının söylənti (mifik) qılıqları (obrazları,) toxunulmaz (cisimsiz)
varlıqların (işığın) toxunulan (cisimli) varlıqlarla (su, torpaq) birliyindən (vəhdətindən
) “Varlığın-birliyi“ (Vəhdəti-Vücud) fəlsəfəsindən yararlanmışdır. “Vəhdəti-Vücud”
fəlsəfəsi, “Oğuznamə”də, Öləng, Anahad söylətisində, “Tapdıq” nağılında bizim
çağmızadək gəlib çıxmışdır.
Yeri gəlmişkən, Qafqaz elləri, türklər, gürcülər
və ermənilər, hər biri ayrılıqda, doğum ilahəsi olan Anahadı özlərinin ilk Tanrılarından
biri hesab edirlər. Allahlar Allahı olan Anahadı, Misir məbədinin baş ilahəsi
İzislə müqayisə etmək olar. Bəzi məlumatlara görə, Misirdə İzis məbədi kimi
Güney (Cənubi) Azərbaycanda da Anahad məbədi olmuşdur. Öz zamanında həmin məbəddən
ilahi və dünyəvi elmlərlə məşğul olan ruhanilər çıxmışdır. Böyük mütəfəkkir
Pifaqor Dara dövründə əsir düşdükdə, bu ölkədəki Anahad tapınağından zəngin
bilik aldığını yazır.
Bəzi ədəbiyyatların
verdikləri bilgilərə görə, Pifaqor əsirlikdə olarkən, Vavilonada Zərdüşt ilə dəfələrlə
görüşmüş və ondan ulduzlar haqqında zəngin bilik almışdır. Görünür bu sətirin yazarı
yanlışlığa yol vermişdir. Tarixi bilgilərə görə, Zərdüşt Pifaqordan bir neçə
yüz il (dolayısı ilə 300 il) öncə yaşamışdır. Belə olan halda, Pifaqor Zərdüştlə
yox, Zərdüştlüyü ulaşdıran, yayan, onu yaşadan kahinlərlə görüşə və elmini zənginləşdirə
bilərdi.
Doğum
Allahı olan Anahadı araşdırmaçı alim, Hikmət Məmmədzadə, fars xalqının Tanrısı
olduğunu zənn edir. Adından da anlaşılır ki, “Anahad” təmiz türk sözüdür. Bu
gün Borçalıda “mamaça”lara “anahadıq” deyirlər. “Hadıq” sözü əski türklərdə “həkim” anlamını verən söz kimi işlənmişdir.
Bu söz “ana” və “hadıq” sözlərindən əmələ gəlmişdir, yəni hadıq ana (həkim ana)
və tədricən dəyişərək “Anahad” olmuşdur. Türklər yaşayan bir çox bölgələrdə Anahadıq və ya Anahad sözlərini
yaşlı urukdan (nəsildən) tez-tez eşitmək olar. Aydın olmayan hansısa ilgidən, ən
əski türk sözü olan Anahad, ədəbiyyata və bilim acununa (dünyasına) yanlış
olaraq Anahid kimi düşmüşdür. Görünür, bilginlərimiz və aydınlarımız bu sözün
ilkini ədəbiyyata gətirəndə, ya erməni, ya da gürcü qaynaqlarından alaraq, Anahid
yazmışlar. Bununla da böyük yanlışlığa yol vermişlər Anahadığı anahid eləməklə onu ermniləşdirmişlər. Bu gün
əski türk anakı olan Anahadı bütün dünya bilginləri erməni ilahəsi Anahid anlkl
kimi tanıyırlar
Türk
xalqında yeddi və qırx sayları həmişə kutsal olmuşdur. Xızır İlyazın da adı bir çox hallarda yeddi və qırx sayları
ilə birlikdə çəkilir. Xızır İlyazın bilqaıslıq dönəmində odun, torpağın, suyun,
havanın öz əyələri olmuşdur və onlar, ulu tanrıya (işıqlar işığına) bağlı
olaraq, Varlığın birliyi (Vəhdəti-Vücud) fəlsəfəsi çəmbərində davranmışlar.
Yuxarıda sadalanan düşüncələrə arxalanaraq, belə gümana gələ bilərik ki, Xızır
İlyaz tanrıdan türk ellərinə göndərilən bilqamıs (peyğəmbər) olmuşdur. O, öz
panteist dini ehkamlarını, deyimlərlə (şifahi) elinə yaymışdır.
Biz
dedik ki, Sofi “müdrik” deməkdir. Elə isə,
türk dünyasında ilk sofi kimə demək olar? Miflərlə dönəmimizədək yaşadılan ilk
sofi Xızır İlyaza və “Qurani-Kərim”də adı çəkilən “Əshabi-Kəhf” mağarasında çalışan
kimsələrə demək olar.
“Müdrik”
sözünü ilk kərə “Bilqamıs” əsərinin yazarı işlətmişdir. O, yazır:
Divar
bişmiş kərpicdən bərk hörülüb başa-baş,
Yeddi
müdrikmi qoyub qalanın himinə daş?
Eramızdan
öncə III-II miniillikdə yazılmış bu sözbitiyindən aydın olur ki, hələ çox əskilərdən
qavramlı bilginlərə (müdriklərə) urvatla yanaşmışlar. Hətta qalaların özülündə
də, bu müdriklər çalışmışlar. Tarixdən bilinir ki, keçmişdə elin, boyun,soyun,
urukun, ölkəni qavramlı bilginlər (müdriklər) yönətmişlər. Tomris ana gərəkli işlərdə
qavramlı bilginlərlə gənəşikli yığıncaqlar keçirmiş ölkəni qurultayla yönətmişdir.
Bəs bilim
acununa aydın olan ilk türk sofisi (müdriki) kim olmuşdur? Yunan tarixçisi
Plutarx, 7 qavramçının (müdrikin) yığıncaq törənindən (məclisindən) yazarkən,
onların adlarını sadalayır. O yazır: “Yeddi müdrik Solon, Biait, Fales, Anaxarsis,
Kleobul, Pittak, Xilon yığıncağa toplanır. Söhbət və dartışmalardan sonra yemək-içmək süfrası açılır”.
Öz dönəminin
sofosu adını daşıyan, böyük qavramçılar arasında onlarla dartışan qavramçı
Anaxarsis kim idi? Yunan tarixçisi Heradot yazır: “Anaxarsis çox ölkələr gəzmiş
və oralarda özünün əzəmətli qavramını göstərmişdir. Anaxarsis xaqan soylu
İskitdir (türkdür İ.M.), ata yönündən İskit hökmdarı Qnurun oğlu, İdanfirsin
dayısıdır”.
Efor
Anaxarsisi qavramcı adlandırır. O deyir: “Anaxarsis öz əksiksiz görgüsü (əxlaqı),
təmizliyi, ağlı ilə yeddi qavramçıdan (müdrikdən) biridir”.
L.Diogen yazır: “Anaxarsis iskitdir, Qnurun
oğludur, İskit hökmdarı Kadundin qardaşıdır. Ana tərəfdən isə ellindir. Ona görə
də iki dil bilirdi. Anaxarsis bir dönəmdən sonra Skifiyaya (İskitlərin
arasınaİ.M.) qayıdır, lakin onda yunanlara olan böyük “sevgiyə” görə kuşku (şübhə)
altına alınır və ovda öz qardaşının oxu
ilə öldürülür. Ölərkən bu sözləri deyir: “Ağıl məni aparıb Elladaya qavramlar
sırasına çıxardı, həsəd isə məni öz vətənim, ölkəmdə öldürdü”.
Göründüyü
kimi, Anaxarsis, əslən oğuz (skit) türküdür. Yazılı qaynaqlara görə, Herodot türkləri
Quz (Oğuz) adlandırmış, slavyanlar isə, İskit demişlər. Anaxarsisin adına gəldikdə
isə, öz vətənində Anakar olmuşdur. Buradan o gümana gəlmək olar ki, Anakarın
anası yunan qızı olduğu üçün, ola bilsin ki, doğrudan da oğlunun adını
Anaxarsis qoymuşdur. Adlar, milliliyi heç vaxt kəsinləmir. Türklərin ilk
tanrıçılıq adlarından demək olar ki tamam uzaqlaşmışlar. Gələn hər bir din özü
ilə yeni adlar gətirdiAtəşpərəstlik vaxtı qoyulan adları, xristianlıqda yeniləndi,
müsəlmanlıqda 80-90 % ərəbləşdi, Sovet beynəlmiləlçiliyində ruslaşdı və
avropalaşdı. Ad dəyişə bilər, ancaq türkün irahı dəyişməz.
Tarixçilərin
yazdıqlarına görə, Anaxarsisin 800 misralıq şeri olmuşdur. Fales, Solon, Ezon
kimi sofoslarla, (müdriklərlə) dartışmalarda o, öz dərin düşüncəsilə seçilmişdir. Plutarx yazır:
“Hakimiyyəti və dövləti çox az adam idarə edə bildiyi halda, evi və onun
ocağını hər bir kəs idarə edir - deyə, kişilərə müraciət etdim. Ezon buna güldü
və “hər bir kəs” deyirsənsə, yəqin sən burada Anaxarsisi hesaba almırsan. Onun
evi yoxdur. O, öz evsizliyi ilə də fəxr edir. Axı o, arabada yaşayır, necə deyərlər,
öz təkərləri üstündə, günəş kimi gah bir, gah da o biri tərəfində gəzib
dolaşır”. Burada Anaxarsis oxun hansı hədəfə tuşlandığını dərhal duyur, onun vətəndaşlıq
hissi cuşa gəlir və Ezona belə bir qəti cavab verir: “Ona görə də bu Tanrı ya yeganə azaddır, ya da Tanrılar
sırasında ən azad olanıdır. O, öz qanunu ilə yaşayır. O, külli ixtiyar
sahibidir və heç kəsə tabe deyildir. O, hökmranlıq edir və hakimiyyətini sürür.
Sən bunu anlamazsan” deyir. Hər şeydən öncə bu sözlər, yetgin adamın dərin
biliyinin olmasını kəsinləyir
Bu dartışmalı
görüş onu kəsinləyir ki, Anaxarsis dərvişsayağı evsiz-eşiksiz, arabada, təkər
üstündə, calayi-vətən gəzərək, öz biliyini ulaşdırır. O, kutsallığı var-dövlətdə,
evdə yox, azadlıqda, azad düşüncədə görür. İnamla deyə bilərik ki, ilk türk sofi
şairi, filosofu, Anaxarsis – Anakar olmuşdur.
B.Adnan yazır: “Hekayələr Dədə Qorqud adında
bir sənətçi tərəfindən toplanmışdır” (“Dədə Qorqud” jurnalı. 1993 № 1, səhifə
119-120).
Bu
dastanda Dədə Qorqudun həm Məhəmməd Peyğəmbəri gördüyündən, həm də onun Osman Qazinin
nəslindən olduğundan danışılır. Bəzi tarixçilər Həsən padşahın məclisində Dədə Qorqudun
qopuz çaldığını da yazırlar. Bu məlumatları nəzərə alsaq, onun ən azı,
600 il yaşadığı güman edilə bilər.
Bütün
Qorqudşünaslar Qorqud Dədənin 300-500 il yaşadığını yazırlar. Ancaq onu qeyd
etmək lazımdır ki, ulu Tanrının canlı varlıqlar üçün qoyduğu bir qanun var,
bütün canlı varlıqların doğumu ilə yetkinliyi arasında nə qədər müddət keçərsə,
o canlı varlığın ömür müddəti həmin həddin on mislinə bərabərdir. İnsanın
yetkin yaşı, ümumiyyətlə, on iki ilə on dörd arasında olduğu üçün, onun yaş
müddəti ən çox yüz, yüz qırx arasında ola bilər. Bu qanundan kənara çıxmaq
anomaliya sayılır. Bu baxımdan Dədə Qorqudun 300-500 il yaşaması, məntiqə uyğun
gəlmir. Ola bilsin ki, xalq arasında müdrik söz sahibi olan bir soy kimi, Dədə
Qorqud soyunda bir neçə şəxs yaşamışdır. Bu müdrik söz sahibi olan soy
davamçıları, tarixdə uzun müddət yüksək nüfuz sahibi olmuşlar. Ona görə də, bu
gün Dədə Qorqutun səsi, III əsrdən başlamış, XVI əsrədək davam etmişdir. Onun türk dünyasının bir çox yerlərində qəbrinin
olması və dövlət başçısı, patişahların vəziri , dərviş və ozan olması haqqında
bir çox yazılı qaynaqların olması Dədə Qorqudun, eyni soydan bir neçə kimsələrin
olmasını bir daha kəsinləyir. Biz isə Dədə-Qorqudun təsəvvüfi dünya görüşlərini
araşdırmağa çalışacağıq. “Dədə-Qorqud” dastanında müqəddəs varlıq kimi işlənən
Qorqud Dədəni təhlil etdikdə, görünür ki, Qor - cisimli varlıq (cisimli varlıq
ona görə deyirik ki, burada ağac, odun bilavasitə iştirak edir), qut isə
cisimsiz varlıqdır (can - ruh). Deməli, bu adda Tanrının hissəciyi, onun
enerjisi yerləşmişdir. Qorqut adının özündə geniş təhlilə ehtiyacı olmadan, “Təsəvvüf”
elminin “Vəhdəti-Vücud” fəlsəfəsi yerləşmişdir. Bu fəlsəfəyə uyğun olaraq, Dədə
Qorqud bəzən ozan, bəzən həkim, bəzən dərviş, bəzən xalqa yol göstərən, məsləhətlər
verən bir ağsaqqal olur. “Dədə Qorqud”da olan Tanrı varlığını təsdiqləyən fəlsəfi
çalarlardan birini yada salaq. Bay-börənin oğlu Bamsı Beyrək boyunda deyilir:
“Banuçiçəyi Bamsı Beyrəyə almaq üçün, Dədə Qorqud elçiliyə gedir. Qızın qardaşı
Dəli Qarçar ata minib, Qorqudu qovur və ona çatır. “Dəli Qarçar qılıncını əlinə
aldı. Qolunu yuxarı qaldırıb hücum etdi. Dəli bəy Dədəni təpərlə vurmaq istədi.
Dədə Qorqud dedi: “Vursan, əlin qurusun!”. Dəli Qarçarın əli yuxarıdan asılı
qaldı”. Burada Dədə Qorqud sofilikdən də, dərvişlikdən də yuxarıda duraraq ulu
Göy Tanrının, yerdəki Tanrılarından biri səviyyəsinə qalxır. Ölümsüz Tanrıların
biri olur. Ən qədim təsəvvüf dünyagörüşü olan bu görüş, bizim dastanlarımızda hələ
də yaşamaqdadır.
Dədə Qorqudla bağlı bir fikri də
aydınlaşdırmaq məqsədə uyğun olardı. Dədə Qorqud eposunda və eləcə də Qorqudşünasların
yazılarında “iç oğuz” və “taş oğuz” sözlərinə rast gəlirik. Əgər söhbət iç
oğuzdan gedirsə, onun qarşılığı “taş oğuz” yox, “tış oğuz” olmalıdır. Çünki
“tış” sözü türk dilində işlədilir və mənası anlaşılandır. İç oğuz deyildiyi
halda, taş oğuz sözünü işlətmək yerinə düşmür. Ola bilsin ki, bu söz, mətndə
“ta” (ط) hərfi ilə
yazılmışdır. “Ta” səsi qalın olduğu üçün, türk sözlərinin mənasına uyğun
olaraq, həm “ta”, həm də “tı” səslərinin işlədilməsi mümkündür. Ola bilsin ki,
bu, səhv ərəb yazısının oxunması ilə meydana çıxmışdır və məntiqlə “tış oğuz” oxunması daha
uyğundur.
Ümumiyyətlə
öz tarixi ənənəsi, çox əsirlik tarixi, öz dini və ədəbiyyatı olan hər bir xalq
başqa bir xalqla təmasda olduqda onun maddi və mənəvi mədəniyyətinin təsirinə məruz
qalır. Keçmiş ənənələr və qədim dinlərlə yeniləri arasında şiddətli mübarizələr
başlayır. Keçmişlə indi arasında orta bir səviyyə alınır. İki dinin bir növ
birləşməsi yaranır. Gələcək din keçmişdən lazımi qaydada nə varsa götürür. Qədim
tanrıçılığın peyğəmbəri yeni il bayramını e.ə. V əsrdə İran şahı Cəmşid
götürmüş adını yeni gün (Novruz) bayramı elan etmişdir. İslamdan sonra Novruz
bayramını iranlılar Əlinin taxta çıxma bayramı kimi elan etmişlər. Ona uyğun təbrik
mahnısı da yaratmışlar. Mahnının farscadan tərcüməsi belədir.
“Gəl
ey bahar bizə səadət gətir.
Gəl ey günəş qov bu qəmi, qüssəni,
Gəl ey iranın sahibi Əli
Çöllərimizin sahibəsi Şahrubanu
Alçaldılmış xəlifələrin yası olan Novruz səhəri
Əli al geyimlə taxta çıx.” (Türk eli jurnalı 2012 fevral N.2 s. 24)
Ədəbiyyatlarda
odun müqəddəsliyini zərdüştlüklə əlaqələndirirlər. Ancaq Azərbaycan adət-ənənələrində
olan buta rəmzi hər yerdə tək dilli verilir. Ancaq zərdüştlükdə od üç dilli
verilir. Ona görə də demək olar ki, odun bir dilli olan buta zərdüştlükdən əvvəl olan tanrıçılığın rəmzidir.
Üç dilli alov isə zərdüştlüyün rəmzidir. Bundan başqa da Tanrıçılıqda göy rəng,
mavi göyün rəngi müqəddəs sayılmış zərdüştlükdə isə ağ rəng müqəddəs sayılır.
Din Tanrıdan gələn ideoloji, mənəvi
saflıqdırsa, elm Tanrının sirlərini insanlara bəxş edən kəşfdir, yenilikdir. Həm
din, həmdə elm insan cəmiyyətinin varlığını yaşatmaq üçün zəruri bir vasitədir.
Yunanlarda təsəvvüf
Başqa xalqlar kimi, yunan dini dünyagörüşünün
və ilk yazılı ədəbiyyatının inkşafında da, yunan mifologiyasının böyük təsiri
olmuşdur.
Yunan mifologiyasında Poseydon, yağışın,
suyun, bərəkətin və faciələrin hamisidir. Poseydonun arvadı Demetri, yerin,
dünyanın anasıdır. Onlar birlikdə, kainatın varlıqlarını o cümlədən insanları
yaradır. Yunan mifologiyasında Allah, ilk insanı odla torpağın vəhdətindən
yaratmışdır.
Zefs, kainatın bütün xoşbəxtliklərində və faciələrində
iştirak edir. O, yer üzündəki bütün
insanları məhv edib, yeni, daha mükəmməl insan yaratmaq istədikdə, Prometey ona
qarşı çıxır. Prometey, insanlara ağılı və odu verir, oddan istifadə yollarını
öyrədir, insanları zəhmətə alışdırır.
Esxlin “Prometey” poemasında Prometey deyir: “Mən
insanlara ağıl verdim, düşünməyi fikirləşməyi öyrətdim. Yeraltı mağaralardan,
günəşli yer üstünə çıxartdım. Danışmağı, saymağı, at qoşmağı, araba, gəmi
qayırmağı öyrətdim.” Göründüyü kimi, yunan mifologiyasında da, Allah insanlar
arasında yaşayır, insanlara kömək edir, onlara bilik və mədəniyyət öyrədir, bəzən
də uzaq göylərdən insanlara məsləhət göndərir. Insanların xoşbəxtliyi üçün Allahlar
arasında mübarizə gedir Zevs, Prometeyi qayalıqlarda çarmıxa çəkir, qartallar
gündüzlər onu didir, qaraciyərini yeyib öldürür, gecələr isə o yenidən dirilir.
Yunan mifologiyasında da, insanların ölümsüzlük arzusu həmişə olmuşdur. Ona görə
də Prometey kimi qəhramanlar ölmür. Herakl ölümsüzlük almasını axtarır. Askilep
ölən insanları diriltməyə çalışır, amma, heç biri arzusuna çata bilmir. Çünki,
bu yol Tanrının qədər yoludur və zəruridir. Yunanlarda da tədricən təkAllahlığa
inam genişlənməyə başlayır və bunda
xüsusilə Misir inanclarının böyük təsiri olur.
Misirin
böyük düşünürü və kahini olan Hermes e ö V yüzillikdən yunan mifoloqiyasında
tanrı düzəyinə (səviyyəsinə) qaldırılır. Yunan mifində deyilir ki, adamlar öləndən
sonra ruhlarını Hermes Toh, Hades deyilən yerə yığacaq, orada ruhlar sorğuya
tutulacaq, suçsuzlarla suçlular ayrılacaq, suçsuzlar gözəl dünyada ömür sürəcək,
suçlularda zülmət içində yaşayacaqlar.
Misir
qaynaqlarına görə 48, yunan qaynaqlarına görə 42 cild olanHermesin əsərlərinin
yunancaya çevrilməsi (tərcüməsi) və bundan sonra təsəvvüf dünyagörüşlərinin
geniş yayılması, Yunanıstanda bir çox mütəsəvvüflərin yaranmasına zəmin olur. (Ona
misirlilər Hermes, yunanlar Ermis, islam aləmində isə İdris deyirlər). İdris əleyhissalama
otuz səhifəlik dininin təbliği üçün kitab enib. İdris əleyhissalam göydə Tanrının
sifətini, onun bir çox möcüzələrini görür və sonra Tanrının icazəsi ilə cənnətdə
qalıb, dərziliklə məşğul olur.
Yunan
fəlsəfəsinin banisi hesab edilən Fales, (e.ə. 625-547) kainatın yaranmasında
dörd ünsürün (od, torpaq, su, hava) vəhdət halında iştirak etməsində, suyun əsas
rol oynadığını deyir. Bununla da o, yunan elmində “Vəhdəti-Vücud” fəlsəfəsinin əsasını
qoyur.
Falesin
“bütün şeylər Allahla doludur” deməsi, Allahın dünya varlıqları ilə birlikdə
var olmalarını təsdiqləyən bir önəmli fikirdir. Bu dünya görüşündə, o, kainatın
yaradıcısı olan Allahın yerdəki varlıqlarla vəhdətinin olması, fikrini irəli
sürür. Falesdən öncə Allahın varlığını söyləyən mütəfəkkirlər çox olmuşlar,
ancaq onlar Allahı insan sifətli təsvir etmişlər. Fales, ilk dəfə Allahın mücərrəd,
gözə görünməz bir varlıq olduğunu və onun maddi aləmlə vəhdətdə olduğunu söyləmişdir.
Bu dünyagörüşü də, “Vəhədəti-Vücud” fəlsəfəsindən qaynaqlanan ideyadır.
Anaksimandr (e.ə. 610-540 ) “Təbiət haqqında” əsərində, təbiəti təhlil edərək, yazır: “Kainatın ilk başlanğıcı tədricən
istilik (od) və soyuğun (su) vəhdətindən yaranmışdır”. İstilik və soyuğun vəhdəti
nəzəriyyəsi də “Vəhdəti-Vücud” fəlsəfəsinin təzahürüdür. O, tarixdə ilk dəfə
olaraq təkamül ideyasını irəli sürür. İnsan digər canlı varlıqlar kimi, tədricən
balıqdan yaranmışdır deyir.
Anaksimen
(e.ə. 588-521) deyir: “Dörd ünsürün (od, su, torpaq, hava) vəhdətində ilkin
olaraq hava yaranmışdır. Sıxılma nəticəsində bulud, su, torpaq və od
yaranmışdır ki, bunların da vəhdəti kainatı yaratmışdır.
Yunan
filosofu Stratonun öyrənci olan Aristarxus (e.ö. IV-əsr) Astonomiyaya böyük armağanlar
vermişdir. Günəşin, Yerin, Ayın ilkinliklərini öyrənməyə çalışmış, Günəşin yerdən
18kərə, Yerim Aydan 3 kərə böyük olduğunu demişdir. Aralarındakı uzunluq yolunu
öyrənmişdir. Yerin günəş ətrafında fırlandığını demişdir. (A.Əlizadə “Antiq fəlsəfə
tarixi” Bakı 2016 s.151) Heraklit (e.
ö IV-əsr) Aristarxusun dünyagörüşünü dəstəkləmiş,dahada
gəlişdirmişdir. Evrəndə yerin tək olmadığını, bir çox ulduzların yerə oxşar
olduqlarını demişdir (A. Əlizadə kitabı s. 202)
Yunan
filosofları, Pifaqorun və Əflatunun (Platon) əsərlərindən aydın olur ki, onlara
Hermesin böyük təsiri olmuşdur. Pifaqor yunan tarixində təsəvvüf elminin
yaradıcısı sayılır. Onun baxışına görə, cəmiyyətin inkişafında ağıl başlıca rol
oynamışdır. İnsan öz ağlı sayəsində heyvanlardan ayrılmış və odu ram etmişdir.
Odun möcüzəsi sayəsində insan böyük nailiyyət qazanmışdır. Pifaqorun bu düşüncələrində
deyilir ki, Prometey, odu Qafqazdan oğurlayaraq, yunanlara çatdırmışdır.
Qafqazın, xüsusilə də Azərbaycanın lap qədimlərdən odlar yurdu olması fikri,
bir daha bu mifdə öz təsdiqini tapmışdır.
Pifaqora
görə, ümumi həqiqət olmur, qavramadan asılı olaraq, həqiqətlər də dəyişdirilə
bilir. O, deyir: Bir varlıq və ya əşya haqda bir-birinin əksi olan hallar
mövcuddur. Onların heç biri tam həqiqəti göstərə bilməz. “Eyni yemək birinə
acı, digərinə isə şirin dad verə bilər”. Eramızdan əvvəl V əsrdə “Vəhdəti-Vücud”
fəlsəfəsinin müdafiəçisi olan bir çox müdriklər (sofilər) yarandı. Ona görə də,
həmin dövr, yunan tarixinin qızıl əsri adlandırılır. Müdriklərin (sofilərin)
ideya mərkəzində əsasən hüquq, siyasət, insani mənlik və natiqlik məsələlərinin
sübutu və onun müdafiəsi dururdu. Zamanın ünlü müdriklərindən Pifaqor, Antifon
və Alkidament, demokratik inkişaf pillələrinin yüksəlməsinə qiymətli töhvələr
vermişlər. Yunan müdrikləri (sofiləri) deyir: “Biliyin və ədalətin daşıyıcıları
tək müdriklər (sofilər) yox, hər bir adi adam da ola bilər. Alkidament deyir:
“Ulu Tanrı hamını azad yaratdı, təbiət də heç kimi qul etmədi”. Bu sözü yunan
müdrikləri (sofiləri), ədalət naminə bir şüar kimi işlətməklə bərabər, Tanrı ilə
təbiətin vəhdətinin mövcudluğunu qəbul edirlər. Burada “nəfsinə qalib gələn
azad insan, Tanrı dərgahına yüksələ bilər” ideyası özünü təsdiqləyir.
Yunan
cəmiyyətində əxlaq və hüquq normalarını müdafiə edənlərə sofilər (müdriklər)
demişlər və onlar yüksək nüfuz sahibi olmuşlar.Sokratın, Əflatunun və Ərəstunun
daima hörmətlə yad etdikləri Pifaqor (Pisaqor) təxminən e.ə. 584-cü ildə
Sisamda anadan olmuşdur. İlk təhsilini zamanın böyük müdriki (sofosu) Hermadomusdan
almışdır. Sisam hökmdarı Polikartın misir faraonu Amazisə yazdığı bir tövsiyə məktubunu
Misirə aparmış və Misirdə də qalmışdır. Misirdə Memfisdəki İzis məbədgahına
girmək üçün böyük sınaqdan üzüağ çıxmış və məbədgaha daxil olaraq 22 il orada
elm öyrənmişdir. Böyük rahib Sonçisin ruhani başçılığı zamanında elmini
tamamlamışdı. Elmin bir çox növünü, o cümlədən riyaziyyatı mükəmməl öyrənmişdir.
Bu zaman Misiri tutan İran hökmdarı, Keykavus bir çox rahiblərlə birlikdə,
Pifaqoru da əsir alıb Babilə aparmışdır. Babil o zaman Kəldanilərin, Musəvilərin,
Zərdüştilərin bilik mərkəzi idi. (İ.Dyakonov babillilərlə midyalıları bir xalq
sayır. (İşDyakonov “İstoriya Midii” M-L.1956 st.276-78). Pifaqor bu əsirlikdən
yararlanaraq, elmini daha da dərinləşdirdi, gəldaniliyi və zərdüştlüyü də öyrəndi.
Babil məbədlərində öyrədilən dünya elmlərinə, o cümlədən ulduz elminə yiyələndi
və 12 il əsirlikdə qaldı. Nəhayət, 34 illik ayrılıqdan sonra Sisama qayıtdı. O,
bu zaman köhnə ustadlarını elm sahəsində qat-qat ötüb keçmişdi. Pifaqor
İtaliyanın Krotona şəhərində yurd salaraq, özünün təriqətini yaratdı. Onun təriqət
yoluna hər kəs, istər kişi, istərsə də qadın, gələ bilərdi. Onun nüfuzu getdikcə
yüksəldi və təriqəti o dərəcədə genişləndi ki, dövlət içində dövlət səviyyəsinə
qalxdı. Təriqətin qəbul şərtləri ağırlaşdı və arzu edənlərdən hər kəs qəbul ola
bilmirdi. Bununla da, zəngin təbəqələrdən olanlarda düşmənçilik hissi
yaranırdı. Belə ki, bir gün Silon adlı zəngin bir əslzadənin göstərişi ilə xalq,
təlim, dərs mərkəzi olan məbədi yandırdı. Məbəddə olan müridlərdən bir çoxu da yandı. Bu hadisə, miladdan öncə 500-cü ildə
oldu (qeyd etmək lazımdır ki, Silon sınağa dözə bilməyib, qaçanlardan idi).
Pifaqor Misir sınaqlarından təcrübələndiyi üçün, onun qayda-qanunlarını yaxşı
bilirdi. Ona görə də, onun təriqətinə gələnləri sınaqdan keçirirdi. Pifaqorun
düşüncəsinə görə, Allah Adəmi yaradanda onu özünə oxşatmışsa, o vaxt Tanrıda da
diadlıq (ikili-erkək-dişi) olmuşdur. Elə ona görə də, Adəmdə də erkək-dişilik
olduğu üçün, Həvva onun bədənindən ayrılmışdır. Bundan əlavə, Pifaqor Allahı təbiətdən
ayrı görmür. Allahın zatında da triadın olduğunu deyir. O deyir: “Kainatın
yaranmasında triad (üçlük - təbiət aləmi, heyvanlar aləmi və ilahi varlıq aləmi)
qüvvələrinin birliyi əsas rol oynayaraq, tək mərkəzdən idarə edilir. Göründüyü
kimi, Pifaqorun dünyagörüşündə “Vəhdəti-Vücud” fəlsəfəsi, özünü daha aydın göstərir.
Ruhi varlıqla, maddi varlıq kainatda birləşmiş halda fəaliyyət göstərir.
Aristotelin
(Ərəstunun) qeydlərindən aydın olur ki, Pifaqor astronomiyanı öz müridilərinə
(tələbələrinə) şifahi halda, yazısız öyrədirdi. O, dövrünün qatı dindarlarından
cəza alacağından ehtiyat edirdi. Dindarlar onu çoxAllahlılığı qəbul etdiyinə
görə qınayırdılar. Pifaqor isə, təkAllahlığı qəbul edir, ancaq onu təbiətdən ayrı görmürdü. O, Allahı “Vəhdəti-Vücud”
həddində görür, təbiət elmləri ilə, ilahi elmin sıx vəhdətini təbliğ edir, nəticədə
də pifaqorçuların sayı sürətlə artırdı.
İrşad təriqətinin sürətlə yayılmasını görən qatı dindarlar, yüksək zadəgan təbəqəsi
ilə birləşərək, e.ə. 504-cü ildə onu öldürdülər. Pifaqorçular bütün Yunanıstana
səpələnərək, onun İrşad təriqətinin təlimini təbliğ edirdilər ki, bu da ancaq “Vəhdəti-Vücud” fəlsəfəsi çərçivəsində
olurdu. Bu, tövhidçilərin ideyalarına uyğun gəlmədiyi üçün, Pifaqorçuları daima
təqib edir, yeri gəldikdə, onları öldürürdülər. İrşad təliminə görə, insanın
xarici görünüşünə və üzünün cizgilərinə, eləcə də gülməyinə görə, onların
daxili mənəviyyatlarını təyin etmək mümkündür. Pifaqor deyir: “İnsanlıqdan uzaq,
xain adam özünü nə qədər gülərüzlü göstərsə də, o heç bir vaxt gözəlləşməyəcək”.
Pifaqorun bu dahiyanə fikrini bu gün, genetika elmi dəstəkləməkdədir. İnsan
hüceyrəsində yerləşən genetik 23 cüt xromosom Tanrı tərəfindən insana bəxş edilən
ilahi bir möhürdür, damğadır və o, heç zaman dəyişmir.
Yunan
fəlsəfəsi, kainatın varlığının ilkinliyini, müxtəlif ilkin varlıqlardan
yaranmasında görür. Belə ki, Tales (thales) varlıqların ilki su, Anaksimen hava, Heraklit günəşdir deyir. Pifaqor isə,
bunların hamısını inkar edərək, hər şeyin başlanğıcını sayda (rəqəmdə) görür.
O, bütün əşyaların başlanğıc və çıxış yerinin say olduğunu demiş və bir çox fərziyyələrlə
onun isbatına nail olmuşdur. Onun müridləri də bu ideyanı davam etdirmişlər.
Sokrat (e.ə.
469-399). Təsəvvüf tarixində Sokrat, əxlaq fəlsəfəsinin qurucusu sayılır. Hər
şeyin dəlil yolunu ağılda görən Sokrat, əxlaqı da ağlın məhsulu sayır. O, hər
şeydən öncə, öz nəfsini cilovlamaq bacarığını öyrədir və “özünü bil”, “özünü dərk
et” kəlməsini hikmətin ilki kimi qəbul edir. Ədaləti Tanrının tanınmasının ilki
sayır. Sokrat, kamil insanı ədaləti və düzgünlýyü qoruyanlar arasında axtarır. O,
çətin anlarda gözünə kəslərin göründüyünü, səó eşitdiyini, ona gözüîmə聺dਖ਼ köməolər
oldu脟unu deyiࡲ.
Tələbələri Sokratın eşitdiyi səsi, ilahi varlıq kimi qəbul etmişlər (qeyd etmək
lazımdır ki, psixikası pozulmuş ruhi xəstələrin söhbətlərində halsunasiyaların,
yəni qeybdən görmələrin və eşitmələrin olması danılmazdır.)
Sokratın
fəlsəfəsinə görə, insan kainatın mərkəzidir. Allah nə yaratmışsa, hamısını
insan üçün yaratmışdır. O, ruhda ağlın varlığını, ağılda isə məfkurənin
olduğunu görür. Pifaqorun davamçısı kimi, Sokrat da, İrşad təriqətini müridlər
arasında təbliğ edir. Bu təbliğat nəticəsində, zadəganlar tərəfindən Sokrata qarşı
hücumlar başlayır. Sokratı ölkə qanunlarına tabesizlikdə, dinsizlikdə,
inqilabçılıqda ittiham edirlər və məhkəmə onun edamına qərar verir. Tələbələri
onu zindandan qaçırmağa çalışsalar da, Sokrat buna öz razılığını vermir. Edam
günü, tələbələrlə görüş zamanı, cəllad əlində zəhər kasası ona yaxınlaşır.
Sokrat ayağa qalxaraq, zəhəri onun əlindən alaraq, məharətlə içir və son nəfəsinədək
müridləri ilə vidalaşır. Bu faciə e.ə. 399-cu ilin mayında olmuşdur.
Platon (Əflatun) -
e.ə. 429-cu ildə Afinada (Atina) anadan olmuşdur. Afinada ədəbiyyatdan,
riyaziyyatdan, musiqidən və s. dərs almışdır. Heraklitin və Pifaqorun əsərlərini
oxumuş, Sokratın ən hörmətli tələbəsi, bir müddət sonra isə dostu olmuşdur. Bu
dostluqdan səkkiz il sonra, Sokrat Afinanın Areopaps (Areopage) məhkəməsinin qərarı
ilə etam olunmuşdur. Bu`hadisədən sonra, Əflatun vətəni Afinanı tərk edir. Məşhur
filosoflardal Oklit və Hermuqsen ilə görüşür. Misirə gedir, üç il orada qalır,
oradan da Finykiyaya keçir və zərdüştlük f≙lsəfəsini, keldanilərdən ulduz
elmini öyrənir. Sonra yenidən İtaliyaya gedib, pifaqorçulardan İrşad təlimini və
ədəb elmini öyrənir. Oradan Sirakuzaya gedir. Hökmdar Denis ilə dostlaşır. Çox
keçmədən, hökmdar onun siyasi görüşlərindən qorxaraq, qətlinə fərman verir.
Ancaq, yeznəsi Dionun köməyi ilə ölüm hökmü ləğv olunur və müharibə əsiri adı
ilə Spartanın elçilərinə satılır. Əflatunun zadəgan dostlarından biri, onu
böyük miqdarda pulla satın alır və azad edir. Əflatun yenidən Afinaya qayıdır.
Afina Akademiyasının gimnaziyasında fəlsəfədən 聤ərs dem͙yə ɢaşlayır və 80 ɹaşında e.ə. 349-cu ildə vəfat edir.
E.ə.
ɉV əsrdə yunan fəlsəfɹsi iki əqidəyə qulluq edirdi: 1) “Eleya” filosoflarının
görüşləri;†2) “Təbiətçilər” (yoniya). Eleya filosoflࡡrı, həm varlığın
birliyini, həm də hərəkətin yoxluğunu iddia edirdilər. Təbiətçilər isə, əşyanın
bir haldan başqa hala keçməsini qəbul edirdilər. Əflatun da təbiətçilərin
mövqeyini müdafiə edirdi. O, “Sofist” (sofilik) adlı əsərində “Eleya” filosoflarına
qarşı çıxış edirdi. Əflatun deyir: “Ruhun arabası ağıldır, ağıl beynin məhsuludur”
və, kainatın bütün fəaliyyətləri Allahın əsəridir. İnsan da Allahın əsəridir.
İnsanın bütün fəaliyyətlərini düzənləyən ağıldır. Əflatun elmə 46 sanballı əsər
qoyub getmişdir. Onlardan “Sofist” (sofilik), yaxud “Vücud” (varlıq) əsərində “Vəhdəti-Vücud”
fəlsəfəsinin geniş təhlili verilmişdir.
Aristotel (Ərəstun) e.ə. (384-322-ci illər)
Stakir şəhərində anadan olmuşdur. 17 yaşında Əflatunun mühazirələrini dinləmişdir.
Əflatun onu ən yaxşı tələbəsi hesab etmiş, ona məktəbinin “döyünən qəlbi”
demişdir. Ərəstunun fəlsəfəsində “Vəhdəti-Vücud”a meylə elmi toplum halında
rast gəlinməsə də, əsərlərində pərakəndə halda bu fəlsəfəni təsdiq edən bir çox
fikirlər mövcuddur. Ərəstun Sokratın “Müdriklik və ədalətlilik insanlarda anadangəlmədir”
fikrinə qarşı çıxaraq deyir: “Müdriklik və ədalətlilik elmin, dinin və
ulularımızın yaratdığı qanunların öyrənilməsi sayəsində yaranır”. Ərəstun
Sokratın müdriklik və ədalətlilik haqqındakı fikrinə qarşı çıxmır. O, Sokratın
yarımçıq olan fikrini tamamlayır. Sokrat, müdriklik və ədalətliliyin Tanrıdan gəldiyini
hesab etdiyi halda, Ərəstun ədalətlilik və müdrikliliyi Tanrı qüvvəsi ilə elmi
biliklərin vəhdətində görür. Ərəstuna görə ruh 3 növə bölünür:
Bitkilər ruhu: Artıma və qidalanmaya xidmət edir.
Heyvani ruh: Hərəkətin növlərinə xidmət edir.
Ağlı ruh
ikilidir – 1) ruhun təfəkkür hissəsi; 2) ruhun hissiyat hissəsi.
Ruhun təfəkkür hissəsi ölməzdir, əbədidir,
insan öləndən sonra, o öz yurduna qayıdır. Ruhun hissiyyat hissəsi isə, adam öləndən
sonra parçalanıb yox olur. O, əbədi ruhun beyində təfəkkürü yaratdığını düşünməklə,
xaliq ilə xalqın vəhdətini qəbul edir. Bu ideyanın özü də “Vəhdəti-Vücud” fəlsəfəsidir.
Aristotel
canlı varlıqların ilk başlanğıcı, cansız varlıqlardan yarandığını söyləmişdir.
Aristotelə görə, bütün kainat bütöv bir vəhdət halında olan varlıqdır. Vəhdət
halında varlıqlar bir-birini yaşadır və yaşayırlar. O deyir: “Bütün canlı
varlıqlar pillə-pillə inkşaf edərək, təbiət nərdivanı kimi yüksəlir, yaxşıya,
kamilliyə doğru inkşaf edir.” O, duyğu və düşüncə mərkəzinin ürəkdə olduğunu
deyir. Aristotel məktəbinin bu ideyası, XVIII əsrə qədər əsas ideya kimi elmdə
yaşamışdır. Aristotel, Platonun əksinə olaraq, ilahi varlıqlar çərçivəsində
maddi varlıqları qəbul edir. O, əsərlərində
açıqladığı və təhlil etdiyi ideyaları, bütünlüklə Vəhdəti-Vücud fəlsəfəsi
daxilində bir sofi filosof kimi izah edir.
Bir
çox antik yunan filosofları ruh tanrı dənəciyi olduğu üçün torpaqdan yaranmış
gövdəyə tabe ola bilməz deyirlər. Onların düşüncələrinə görə ruh duyöular vasitəsilə
tanınır. Gövdə ruha tabedir deyirlər. (A.Əlizadə “Antik fəlsəfə tarixi” Bakı
2016.s. 261).
Dinlərdə təsəvvüf
Zərdüştlükdə
təsəvvüf: Bir çox tarixi bilgilərə görə,
“Avesta” ilahi kitabının yazarı (müəllifi) Zərdüşt e.ö. VIII-VII əsrlərdə
yaşamışdır. Ancaq taricçi yazar Fı Qurbansoy yunan tarixçilərinin verdikləri
qaynaqlara arxalanaraq, Zərdüştün 6480 il öncədə yaşamış bir tarixi kimsə
olduğunu deyir. Təbərinin bildirdiyi bilgiyə görə Zərdüştün atasının adı Pourişəspdir.
O, Üzeyir peyğəmbərin öyrənci olmuş, ondan ilahi bilgilər almışdır. (F.
Qurbansoy “Azərbaycana göndərilən peyğəmbərlər” Bakı 2017.s.49)
Bir çox tarixçi araşdırmaçı biginlər (F.
İ. Qarkovenko), Zərdüştü mifik qılıq (obraz) kimi alımlayırlar. Ancaq bir çox
tarixçi yazarlar (F. Qurbansoy) da Zərdüştü tarixi kimsə sayır və Xivədə Zərdüştün
Avesta muzeyinin olduğunu deyirlər. (F. Qurbansoy.”Azərbaycana göndərilən peyğəmbərlər”
Bakı 2017.s. 41).
Zərdüşt təkallahlılıq ideyasını yürütməsinə
baxmayaraq, “Avesta”da ardıcıl göstərilən dualizm ideyaları onun təbliğatında,
iki əzəli başlanğıcın, xeyir və şərin qarşılıqlı savaşında dayanan bir ideyadır.
Onu da qeyd etmək lazımdır ki, Zərdüşt bir tarixi şəxsiyyət kimi, tarixçilər tərəfindən
qəbul edilmişdir. Lakin zaman keçdikcə, o da bir çoxları kimi, mifik obraza
çevrilmişdir. Onu da inkar etmək olmaz ki “Avesta”da yer alan miflər və əfsanələr
Zərdüştdən öncə, xalq arasında ağızlarda yaşamış, Zərdüşt isə onları toplayaraq,
ilahi kitaba salmışdır.
Bəzi
tarixi məlumatlara görə, şərqdə Zərdüştlükdən öncə, kökünü Brahma təlimindən
alan Zərvanilik (Zorvani) adlı din yayılmışdır. Zərvani “zər” (zoro) sözündən
olub, Hind-ariya dillərində “dörd ünsür” mənasını daşıyır. İşıq (od), bu dörd
ünsürün ən başlıcası və fəal bir hissəsi olduğu üçün, insanlar işığa, oda və
onun mənbəyi olan günəşə böyük Tanrı kimi tapınmış, qalan üç ünsürü isə kiçik Tanrılar
saymışlar. Sasanilər dövründə Zərvanilik, bidət (küfr) təlimi kimi qadağan
edilmiş və o, öz yerini Zərdüştlüyə
vermişdir.
Zərvanilik dini dünyagörüşü, dünyanı sonsuz
zaman içində görür. Dünyanın başlanğıcının vahid bir mənbədən yarandığını, Hürmüzdün
və Əhrimanın (əkiz oğulları) ulu babası mücərrəd olan tale Allahının var
olduğunu qəbul edir.
“Avesta”nın
müəllifi, Zərvanilikdən istifadə etmiş və
əsasən günəşə sitaiş etmişdir. Hər
iki dünyagörüşünü öz adında əbədiləşdirmiş, zər və sitaro (ulduz) tərkiblərindən
yaranmış “Zərdüşt” təxəllüsünü
götürmüşdür. Tarixi məlumatlara görə, Zərdüşt 10 il uca dağ mağarasında
zikr etdikdən sonra, kamilliyə çatmış və ulu Tanrıdan ona vəhy alma səadəti nəsib olmuşdur. O,
insanlara müraciətində deyir: “Eşidin, mən şimşəkdən yaranan canam, buluddan
düşən ağır damlayam, bu şimşəyin özü isə kamil insandır”.
Zərdüştə
görə, kamil insanlar, Göy Tanrının yaratdığı şimşək, su vasitəsilə yerə enir və
kamilliyi (yetkinliyi) təbliğ edir. O, üzünü günəşə tutub deyir: “Sən düz on il
sərasər, bu dağdakı mağarada işığını məndən əsirgəmədin. Ulu bürcüm, xeyir-dua
ver mənə, sənin şəfəqlərinin zərrələrini aləmə yayım”.
Zərdüşt
günəşə hansı inamla baxırsa, torpağa da o inamla baxır. “Avesta”da xeyir və şər
qüvvələrin mübarizəsi yer üzərində gedir. “Zərdüşt belə dedi” fəslində yazılıb:
“Zərdüşt xalqa müraciət edərək, deyir: mən sizə and verirəm, mənim qardaşlarım,
yerə sadiq qalın və sizə yerin üzərindən kənarda ümidlər barədə danışanlara
inanmayın! Onlar zəhər verənlərdir. Onlar bunu bilsələr də, bilməsələr də,
onlar ölməkdə olanlar və özləri artıq zəhərlənmiş olanlar həyata nifrət edirlər,
onlardan artıq torpaq da yorulmuşdur. Qoy onlar yox olsunlar.” Göründüyü kimi, Zərdüştlükdə
əsas diqqət real aləmə verilir. Insan fəal olmağa çağırılır. Günəşlə torpağın vəhdətində
insan, əsas bağ hesab edilir. Bu da “Vəhdəti-Vücud” fəlsəfəsidir.
Avestanın
III fəslində Hürmüz (Tanrı), günəş şüalarının içində yerə enir, Zərdüştlə
görüşür, onunla söhbət edir. Ona öyüd-nəsihət verir. Tanrı deyir: “Ey canlı
insan, hansı torpaq yer üzündə ən bərəkətli varlıq hesab olunur?” Hürmüz (Tanrı)
özü də cavab verir: “Doğrudan da, ey Zərdüşt, harada daha çox taxıl, ot, bitki
və yeyilən meyvə becərilir, harada quru torpaq suvarılır, harada xırda və iri
buynuzlu mal-qara yetişdirilir, o torpaq bərəkətlidir”.
Zərdüştlükdə adamın rolu fəal varlıq kimi ön
plana çəkilir. Maddi aləmlə xəyal dünyası üz-üzə durur, son halda real aləm
qalib gəlir. Mənəvi varlıq olan həqiqət, xeyirxah fikir, doğru söz, xeyir əməl
qalib gəlir. Adam özünə güvənir, şər qüvvələri öz əməyi ilə məğlub edir.
“Avesta”da
torpaq da Zərdüştlə söhbət edir. O deyir: “Ey insan, nə qədər ki məni becərmirsən,
həqiqətən də sən əbədi olaraq yad qapılarda dilənəcəksən”.
Tanrı
da, torpaq da insana nəsihət verir, onu halal zəhmətlə yaşamağa çağırır. Burada
da təsəvvüfün “Vəhdəti-Vücud” fəlsəfəsi tam aydınlığı ilə görünür.
Zərdüşt,
insanları əmin-amanlığa, təmizliyə, aralarındakı kin və ədavətin götürülməsinə
çağırır. O insanlara müraciət edərək deyir: “Siz soxulcandan insana dönəli, nə
qədər sellər-sular axıb, amma gör içinizdəki qurd xislətindən qurtula bilməmisiniz.
Bir vaxtlar siz meymun idiniz, indinin özündə də insan təbiətində meymunluğunuz
hər bir meymunu mat qoyur. Mən sizi kamilliyə (yetkinliyə) çağırıram. Kamil
insan Kürreyi-ərzin mənasıdır”.
Zərdüştün
bu baxışında qeyd olunan ideyalarda, təbiətin təkamül yolu ilə inkişafının ilk
rüşeymləri görünür. Bu baxışın özü, təsəvvüf baxışları ilə üst-üstə düşür. Zərdüşt
deyir: “Mən o adamları sevirəm ki, onlar dünyaya kor gəlib, kor getmirlər. Az
da olsa ruhlarını kamilləşdirə bilirlər”. Bu cümlədən aydın görünür ki, Zərdüşt
insan fəallığına böyük qiymət verir.
“Avesta”ya
görə, kainat Ulu Hürmüzün iradəsi ilə daima nizamlanır və tənzimlənir. Kainat hər
on iki ildən bir, yeni ilahi lahiyə üzrə formalaşır.
Zərdüştlükdə
xeyir və şərin, doğru və yalanın, yaxşı və pisin qarşı-qarşıya qoyulmasında,
insanın fəal iştirak etməsini “Vəhdəti-Vücud” fəlsəfəsinin ilk qığılcımı hesab
etmək olar. Zərdüştlük dini dünyagörüşündə, qarşı-qarşıya qoyulan maddi aləmlə,
mənəvi (ruhi) aləm arasında, xeyirlə şər arasında olan mübarizədə adamın xeyirxah
fikri, xeyirxah əməli və sozü həlledici rol oynayır. “Avesta”da insan zikr,
dua, ibadət yolu ilə yox, maddi aləmdə olan həyat tərzi ilə, halal zəhmətlə,
torpağı sevməklə, onu becərməklə, mal-qara yetişdirməklə və s. şər qüvələrə
qalib gəlir ki, bu da tam aydınlığı ilə “Vəhdəti-Vücud” fəlsəfəsidir.
“Avesta”da
olan təsəvvüf ideyaları, “Bhaqavata-Gita” ilə də uyğunluq təşkil edir. Onların eyni
mənbədən qaynaqlandığı aydın görünür. Hər ikisinin dünyabaxışları görünməz
enerjidən qaynaqlanır. Hər ikisndə də Tanrı, lazım gəldikdə, insanların arasına
enir, onlarla söhbət edir, düzgünlüyü, təmizliyi, halal zəhmətə alışmağı,
insanların insanlığa olan xidmətlərini, bəşəriyyətə olan ilahi eşqi yaxındır, həm də iştirak edən obrazlar
bir-birinə bənzəyir.
Bir
çox adlar ya bir-birinə uyğundur, ya da eynidir. “Avesta”da – Arta, “Bhaqavata-Gita”da
– Arça, Arçuna, “Avesta”da – Mintra, “Bhaqavata-Gita”da – Mahamintra, “ Avesta”da
– Bohman, “Bhaqavata-Gita”da – Bahuşpava və s.
“Avesta”da
Tanrı, insanları kamilləşdirmək üçün kamil insan axtarır və o, Zərdüştü seçir.
Göründüyü kimi, təbiətin canlanması, torpağın bərəkətliliyi, bilavasitə Tanrı
ilə insanın vəhdəti sayəsində yaranır. Tanrının nuru, Zərdüştdə təcəlli tapır.
Bu hal “Vəhdəti-Vücud” fəlsəfəsi içərisində yaranır.
Zərdüştlikdə
Hürmüzə tapınmaq 5 kaha (yola) ayrılır. Bu tapınmaq dinin önəmli yolu sayılır. 1.
Havangah- Dan (səhər) tezdən günortaya, kölgənin ən kiçik şağınadək.
2.Panitvingah- Günortadan kölgənin həmin adam boyuna, saat 15-ədək. 3. Üzəringah-Saat
15-dən günbatanadək. 4. Ayvusrutrimgah- Gün batandan gecə yarısınadək. 5.
Uşahingah- Gecəyarısından danadək. Sonra Zərdüştliyin bu 5 gahını Məhəmməd peyğəmbər
islamada özgütləmişdir.
Zərdüştlükdə
ölənlərin ruhları ölümün dördüncü günü Hürmüzün yanında olur. Ruhları Hürmüz
sapğuya (sorğuya) tutur. Suçsuz irahlar Sinvat (sirat) körpüsündən keçib
azadlıq dünyasına gedirlər.Suçlular körpüdən keçə bilmirlər. Şər dünyasına
düşüb əbədi orada qalırlar.
Son
olaraq demək olar ki, “Avesta” “Vəhdəti-Vücud” fəlsəfəsindən geniş istifadə
etmiş və bütün dini olaylarının gedişində ondan qaynaqlanmışdır.
Yəhudilikdə təsəvvüf:TəkAllahlıq haqqında ilk mükəmməl kitab sahibi, Musa (ə.s.)
olmuşdur. TəkAllahlılıq təbliği ilə bərabər, Tövratın bəzi kitablarında təsəvvüfün
“Vəhdəti-Vücud” fəlsəfəsi ilə səsləşən yazılara rast gəlmək olur. Musa (ə.s.)
İsrail övladlarını Misirdən çıxartdıqdan sonra, onlara uzun bir xütbə
oxumuşdur. Buna qulaq asan israillilərdən biri, Musadan (ə.s.) soruşur: “Ya Musa, ən bilikli
kimdir?”
Musa
(ə.s.) “mənəm”- deyə cavab vermişdir. Dərhal Allah tərəfindən səs gəlir ki, sən
bilmədiyin elmi bilən bir qulum var, qulumun adı Xızırdır və onun elmi “Lədun”
elmidir.
Xızırı tapmaq və ondan “Lədun” elmini öyrənmək
üçün Musa əleyhissəllam qohumu Yuşa ilə onu axtarmağa yola düşür və onu tapır.
Lədun elmini öyrənmək üçün uzun müddət ona şəyird (mürid) olur. Bu biliyə yiyələndikdən
sonra, İsrailə qayıdaraq, tayfasına peyğəmbərlik edir. (Lədun elmi, ilahi
varlığı maddi varlıqlar içərisində axtaran bir elmdir).
“Qurani-Kərim”in “Taha” surəsində (10-cu ayə)
deyilir: “O zaman (Musa) bir od görüb ailəsinə belə demişdi: Siz durun, mənim
gözümə bir od sataşdı. Bəlkə ondan sizə bir köz gətirim, yaxud odun yanında bir
bələdçi tapdım”.
11-ci ayə: “Odun yanına yetişdikdə belə bir nida
gəldi, “Ya Musa!”.
12-ci ayə: “ Mən, həqiqətən, sənin Rəbbinəm!”.
14-cü ayə: “Mən, həqiqətən, Allaham! Məndən
başqa heç bir Tanrı yoxdur. Mənə ibadət et!”.
22-ci ayə: “Əlini qoltuğunun altına qoy ki, əlin
başqa bir möcüzə olaraq, eyibsiz-qüsursuz ağappaq çıxsın”. Əl-Qəsəs surəsinin
29, 30, 32-ci ayələrində də eyni hadisə təkrarlanır, yalnız, fərq ondanır ki,
30-cu ayədə od yox, ağac dilə gəlib danışır.
Ayələrdən
göründüyü kimi, Musa (ə.s.) Misirə qayıdan zaman, yolda gecələmiş, uzaqda bir
od görmüş, odu götürmək üçün oraya getmişdir. Yanan od, Musaya “Mən Allaham, mənə
ibadət et!” – deyə müraciət etmiş və həmin anda da möcüzə baş vermiş,
qoltuğundakı əlinin ağardığını görmüşdür. Bu ayələrə əsaslanan bəzi mütəsəvvüflər,
Allahın od sifətində Musa (ə.s.) ilə söhbət etdiyini söyləyirlər. Ancaq hadisədə
tək od iştirak etmir. Burada təsəvvüf elminin əsası olan müqəddəs varlıq od və
torpaq vəhdət halında çıxış edir. “Vəhdəti-Vücud” fəlsəfəsi iştirak edir.
Əl-Əraf (7) surəsi, 143-cü ayə: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi
onunla danışdı - “Ey Rəbbim, üzünü mənə göstər, sənə baxım” – dedi. Allah “Sən
məni əsla görə bilməzsən, lakin dağa bax”. Musanın Allahı görmək istəyinə cavab
olaraq Allah, öz əksini dağa salmış və dağ darmadağın olaraq yox olmuş, Musa (ə.s.)
isə özündən gedərək bir müddət huşsuz qalmışdı”.
Bu ayədə, hind Brahmanın dediyi kimi, Allah
enerji sifətində özünü göstərmiş və dağı məhv etmişdir. Musa (ə.s.) Tur dağında
qırx gün çilədə olmuş, yəni, qırx gün zikr etmişdir. Bir çox mütəsəvvüflər peyğəmbərlərin,
mütəssəvüflərin və dərvişlərin zikr adətlərinin Musa əleyhissalamdan qaldığını
yazırlar. Ancaq qeyd etmək lazımdır ki, xalq deyimlərində, rəvayətlərdə Xızır
İlyazın dağ mağaralarında qırxları ilə birlikdə çilə (zikr) etməsi haqda rəvayətlər
hələ də yaşayır. Tövratın və Quranın yazdıqlarına əsaslanaraq demək olar ki,
Xızır İlyaz Musanın (ə.s.) müəllimi (mürşidi) olmuşdur. O halda deyə bilərik
ki, zikr (çilə) adəti Musaya da Xızır İlyazdan keçmişdir. Tövrat kitablarında təsəvvüf
elmindən danışan kitablar “Sefirot” və “Zahar”dır. “Sefirot” İbrahimdən (ə.s.)
bəhs edən bir əsərdir. Onun məzmunundan çıxan nəticə budur ki, “bütün ruhlar və
cisimlər, mələklər və cəmaatlar, anlaşılması qəbul olunmayan varlıqların həm
başlanğıcı, həm də sonu olan görünməz birliyin zatından dərəcələrlə (tədricən)
çıxmışlar”. Burada söhbət, birdən yox, birlikdən gedir. Varlıqların birliyindən
(vəhdətindən) danışılır ki, bu da “Vəhdəti-Vücud” fəlsəfəsidir. Burada 10 sefirotdan (havadan, sudan, oddan,
torpaqdan, dörd cəhətdən və iki qütbdən) yaranan ruhun və Tanrının varlığından
danışılır. Bu kitaba görə, kainat Allahın kəlamının surət və ifadəsidir. Kəlam
isə, hərflərdən meydana gəlmişdir və hərflərin sayı ibrani əlifbasında 22-dir.
Deməli, hürufilik təriqətinin banisi Musa (ə.s.) olmuşdur. Sefirotlardan söhbət
edən zaman, iki sefirot: ağıl və hikmət ilahi varlığın əsası kimi hesab edilir.
Hikmət, başlanğıc kimi birinci, ağıl isə qəbuledici kimi ikinci hesab edilir.
Tövrat, hikməti ona görə birinci qəbul edir ki,
kainatın bütün sirlərini hikmət kimi qəbul edib, onların açılmazlığını düşünür.
Ağıl bu gün kainatın bir çox hikmət sayılan sirlərini özünün elmi kəşfləri ilə
açmış və açmaqdadır. Bu açılan hikmət sirlərinin arxasında, yenə də mərkəzdən
idarə olunma ideyası durur.
Bu gün, elmi kəşflərin sayəsində açılan bir çox
sirlərin varlığını, “Sefirot”da deyildiyi kimi, tamamilə hikmətin ixtiyarına
verməyimiz səhv olardı. Çünki hikmət iki əsas varlığı özündə birləşdirir:
İrşad hikmətləri
Varlıqda olan
hikmətlər.
Ağıl, İrşad hikmətləri çözə bilmədiyi halda,
varlıqda olan hikmətləri çözməyə (kəşf etməyə) qadirdir.
“Zahar”da insanın mənəvi
varlıqlarının tərbiyəsindən, ağıldan, hikmətdən, ədalətdən, gözəllikdən və sair
tərbiyə yollarından danışılır. Oradakı bu söhbətlər, təsəvvüfdə olan kamillik
yollarına, kamil insan yetişdirmə məqamlarına uyğun gəlir. Kitab, Allahı məkan
və zamanın bütün çevrələrində bildirməyi, istədiyi vaxt bir çox sifətlərini
insanlara göstərməyi təbliğ edir. Bu məqamlar da təsəvvüf elminin məqamları ilə
həmahəng səslənir. “Zahar”ın ruh və insana aid yerləri ən önəmlisidir. Tanrının
yaratdıqları arasında insan ən mükəmməl əsərdir. İnsan bütün ilahi sifətlərə
sahibdir.
“Zahar”da da ruh üç qismə bölünür. Birinci, danışan
ruh, (neşama) ağıl və düşüncənin sahibidir. İkinci, insani ruh, (revah) hiss və
əxlaqa sahibdir. Üçüncü, heyvani ruh, nəfsdə olan hissiyata sahibdir. Tövratda
olan bu qisimlər, təsəvvüfdə olan izafi ruha (qüdsi ruha), heyvani ruha və
insani ruha uyğun gəlir.
Xristianlıqda təsəvvüf: Bizim Eradan əvvəl, Romada bir çox dinlər öz varlığını qoruyub
saxlayırdı. Xristianlıq dini, yahudilikdən qidalanan yeni bir din kimi yaranmağa başladı. Yahudilikdən xristianlığın üstün cəhəti ondan
ibarət idi ki, ona inam gətirənin, başqa dinə keçməsi qadağan idi. İmperator Konstantinin
(306-332) hökmranlığı zamanında, xristian dini genişlənərək, rəsmi din elan
edildi. Xristian Papazları, Yunan rahiblərini təqib edir, bəzən də öldürürdülər.
Zamanının ən böyük elm ocağı olan İsgəndəriyyə Akedemiyasını xristianlar 529-cu
ildə bağladılar. Eyni zamanda dünyanın ən
böyük kitabxanası olan İsgəndəriyyə kitabxanasını da yandırdılar. Beləliklə də,
xristianlığın çiçəklənməsi ilə yanaşı, yunan mədəniyyəti tənəzzülə uğradı.
Romada bütün hökm və qanunlar xristian keşişlərinin ixtiyarına keçdi.
Xiristianlığın
təlim və təbliğinə nəzər yetirdikdə, bu din, yahudiliyin davamı kimi başa
düşülür. Yahudilik mühitində doğulan və xiristianlığın bünövrəsini qoyan Peyğəmbər
İsa (ə.s) və onun həvariləri, yeni din təbliğatı ilə əlaqədar, uzun müddət
yahudi kahinləri tərəfindən daima təqib olunmuşlar. Bu çətinliklərə baxmayaraq,
xristian sektaları genişlənməyə və artmağa başlamışdır. Ən nəhayət, IV əsrdə
böyük Konstantin tərəfindən xiristianlıq, dövlət dini elan edilmişdir.
Xristianlığa
qədər istər Buddizmdə, istərsə də Yəhudilikdə Təsəvvüf fəlsəfəsini müdafiə və təbliğ
edən bir çox mənbələr mövcud olmuşdur və yeri gəldikcə, hər birində qeyd
olunmuşdur. Xristianlıqda isə bu ideya, daha qabarıq olaraq, “İncil”in bir çox
fəsillərində özünü büruzə verməkdədir. Fikrimizin təsdiqi üçün “İncil”ə müraciət
edək:
Matta
- Fəsil 1, Maddə 18. “İsa Məsihin doğulması belə oldu: Anası Məryəm Yusifə
nişanlanmış olduğu halda, nikah kəsilmədən (qızlıq itmədən) müqəddəs ruhdan
hamilə qaldığı aşkar oldu”.
Matta
- Fəsil 3, Maddə 17. “Və budur göylərdən bir səs dedi: bu mənim sevimli
oğlumdur. Ondan çox məmnunam”.
Matta
- Fəsil 5, Maddə 48. “Beləliklə, Səmavi Atanız kamil olduğu kimi, siz də kamil
olun”.
Yəhyanın
birinci məktubunda (Fəsil 4, Maddə 15) deyilir: “İsa Allahın oğludur, Allah
onda o, Allahda yaşayır”.
Həvari
Pavelin Filippinlərə məktubunda (fəsil 2, maddə 11) deyilir: “Və ata Allahın
izzəti üçün hər dil etiraf etsin ki, İsa Məsih Rəbbidir”. Yəni “Allahdır” və s
Ümumiyyətlə,
“İncil”də otuzdan çox maddə var ki, onlar “Vəhdəti-Vücud” ideyasının məhsuludur.
Xristian filosofu S.Paul deyir: “Mən yaşayıram, amma məndə yaşayan mən,
İsadır”.
İndidə
Qurana müraciət edək. Quran həmişə İsaya hörmətlə yanaşır. Onun peyğəmbərliyini
tanıyır. Ancaq onun Allahın oğlu olmasını inkar edərək ona müraciətdə “Allah
yanında İsa da Adəm kimidir” (3/59) “O ancaq nemət (peyğəmbərlik) verdiyimiz və
İsrail oğullarına örnək etdyimiz bir bəndədir” deyir. İsa (ə)nın ölümü haqqında da İncillə Quranın
görüşləri fərqlidir. İncilin “Matta”
f-27 m-35-də “əsgərlər çarmıxa çəkdilər və püşk ataraq paltarını
aralarında böldülər. O zaman İsa ilə birlikdə biri sağda biri solda iki
quldurda çarmıxa çəkildi”. Bu qeydlərdən çox aydın görünür ki, İsa (ə) çarmıxa
çəkilmişdir.
Quranda
deyilir: “Onlar İsanı nə öldürdülər, nədə çarmıxa çəkdilər. Onlarda yalnız belə
təsəvvür yarandı. Onlar ancaq zənnə qapıldılar.” (4/157) Quran ayətindən də
aydın olur ki, İsa (ə) öldürülməmişdir. Quranda deyilir: “Ya İsa həqiqətən mən
sənin ömrünü tamam edib öz dərgahıma qaldırdım.” (3/55) Qurana görə Tanrı İsanı
öz yanına qaldırmışdır. İndi də İncildə və Quranda olan bilgiləri ağlımızın
hökmünə uyğun təhlil edək. Vacibül-Vücut fəlsəfəsinə görə Allah hər şeyə
qadirdir. O nə istəsə oda olar. Bu fəlsəfəyə görə Allah insana uşaq verə bilər.
Yəni Allahın nəfəsi ilə Məryəmdən İsa doğula bilər. Vəhdəti-Vücut fəlsəfəsinə
görə isə Allah bütün kainatın yaradıcısı, kainatdan uca və böyük bir təsəvvürə
gətirilməyən bir genişlikdə olan nurdur. Nur hər bir varlığa özünün daimilik
damğası olan zərrəciyini dünya varlıqlarına vermişdir. O cümlədən insana da
insanın yaranma yollarını dəqiqləyərək artıq çoxdan vermişdir. Belə olan halda,
Allahın insanla canlı əlaqəsi mümkün
deyildir. Demək İsanın Allah oğlu olması əfsanədir. Vacibül-Vücutçular İsanın
Allah oğlu olmasını möcüzə kimi qəbul edərək, müasir elmin kəşf etdiyi
“partenoz” (mayalanmadan yaranma) qanunu əsasında doğulma kimi izah edirlər. Bu
səbəbdəndə İsa Məsihin doğulmasını ilahi möcüzə kimi qəbul edirlər. Ancaq elm
isbat etmişdir ki, partenogez qanunu yalnız tək hüceyrəlilərə aiddir. Çox
hüceyrəlilər bu qanuna tabe deyillər. Bir çoxhüceyrəli qanun kimi insanda bu
qanuna tabe ola bilməz.
“Vəhdəti-Vücud”
fəlsəfəsinin əsasında cisimsiz varlıqla, cisimli varlığın vəhdətinin olmasıdır.
Başqa sözlə, görünməz varlıqla, görünən varlığın vəhdətidir. Elə isə, Məsihin
doğulmasına nəzər salaq. Torpağın məhsulu olan Məryəmlə, görünməz varlıq olan Tanrının
vəhdətindən doğulan İsa Məsih, həm görünən insan Məryəmin oğludur, həm də
görünməz ruhun, Tanrının oğludur. Deməli, İsa hər iki varlığın vəhdətidir. Yəni
“Vəhdəti-Vücud” fəlsəfəsinin məhsuludur. Canlı insan, Tanrının oğludur. Təsəvvüf
elmi bu fəlsəfəni qəbul edir və daima onu müdafiə edir. Beləliklə, bu fəlsəfə,
İsa Məsihi Allah oğlu kimi tanıyır. Ona görə də mütəsəvvüflər İsa Məsihini
“Ruhullah, kəlimətillah” kimi qəbul edirlər. Bu yuxarıdakı qeydlərə əsaslanan
böyük mütəsəvvüf Şeyx Əkbər Muhiddin bin Ərəbi, İsa Məsihini “Hatəmul-Evliya”
adlandırır.
“İncil”də
bu qədər təsəvvüfü müdafiə və təbliğ edən maddələrə baxmayaraq, xristian
(İsavi) alimləri, xristianlıq dini ilə xristian təsəvvüfünün (mistikasının)
bir-biri ilə qarışdırılmasının qəti əleyhinədirlər. Elə bu səbəblərdən də,
xristianlığın ilk vaxtlarından xristian dindarları xristian mütəsəvvüflərini
(mistikləri) şiddətli təqib etmişlər və vaxtaşırı bəzilərini ya edam etmişlər,
ya da odda yandırmışlar.
Yalnız
onu qeyd etmək lazımdır ki, orta əsrlərdə inkivizisiya zamanı, dualist din
adamlarının və mistiklərin edamlarından başqa, cadugərlik və şər ruh (qara ruh)
gəzdirənlər adı ilə 8 mindən artıq qız və qadın odda yandırılmış ya da
asılmışlar.
Xristianlıqda
təsəvvüf dünyagörüşü ilk öncə Denisin əsərlərində görünür. Bu şəxs, ilk havarilərdən
olan Pavlosun əli ilə xristianlığı qəbul etmiş və Afina (Atina) yepiskopluğuna
keçmişdir. O, əsərlərində təsəvvüf baxışlarını geniş izah edərək, onu Mistisizm
(susmaq, ağız və gözünü qapamaq mənasını verir) adlandırmışdır. Denis, əsərində
ruhun, duyğular aləmini tərk edərək, özünü unutmaqla haqqa qovuşmanın mümkün
ola biləcəyini demişdir. Xristianlığın ilk vaxtlarından başlamış, bir çox
xristian mütəsəvvüfləri tərəfindən Mistisizmə aid kitablar yazılmış, lakin
bununla birlikdə, xristian Papalığı tərəfindən də bir çox mistik əsərlər odda
yandırılmışdır. Bu gün, xristian aləmində olan bir çox cərəyanlar içərisində, təsəvvüf
dünyagörüşünü yaşadan cərəyan, Mistisizmdir. O, heç nə ilə, heç bir dünyagörüşü
və fəlsəfi baxışı ilə sofizmdən fərqlənmir. Papalıq tərəfindən güclü təqiblərə
baxmayaraq, XVII əsrdə yenidən Mistisizm təbliğatçıları və mistik fəlsəfi görüş
yenidən canlandı. Almaniyalı Yakob Bohmen Mistisizmə aid sanballı əsər yazdı.
Bohmenə görə, bədəndə ruh necə yerləşmişsə, Allah da aləmdə elə yerləşmişdir. Sən
Allahda yaşayırsan, Allah da səndə yaşayır. Əgər sən təmizlənmişsənsə,
arınmışsansa, sən Allaha dönmüşsən. Bəşər mövcudluğunda iştirak edən dörd
varlığın (işıq, hava, su, torpaq) hamısı Allahdır. Ulduzlara, yerə, göyə
baxdığın vaxt sən Allahı görürsən. Allah, təbiət varlıqlarının hamısının içində
gizli, örtülü yaşayır, demişdir. Bohmen Mistisizm baxışı ilə bütün müasirlərindən
qabağa getmişdir. Ancaq o da bəzi yanlışlığa yol vermişdir. O hər şeyə, ən
böyük evrənə də, ən kiçik damla olan iraha da allahdır deyir. Bohmenin düşüncəsinin
əksinə olaraq hər şey Allahdadır demək daha düzgündür, çenke Allahdan geniş
böyüklüyü olan varlıq yoxdur. Bohmenin bu kiçik yanlışlığı onun böyüklüyünə
kölgə salmır. Bu gün onun bir çox davamçıları yaşamaqdadır.
Pnoret
(1646) Mistisizmə aid, 30-dan artıq əsər yazmışdır. Xristian aləmində bu gün, Mistisizm
bir qədər zəifləsə də, onun tərəfdarlarına, ideya təbliğatçılarına yenə də rast gəlmək olur. Mistisizm cərəyanında,
təbliğ olunan anlayışlar mahiyyət etibarilə, bütün dinlərdə təxminən üst-üstə
düşür. Fərqləri yalnız mistiklərin mənəvi həyatları və apardıqları təbliğatların
yozulmasındadır. Mistisizmin əsas ideyası, insan əxlaqını yüksəltməyə və mənəviyyatını
təmizləməyə xidmət edir. Hər bir mistik sistemin, bir sıra əxlaqi dəyərləri
mövcuddur. Məsələn, “Nəfsin paklığı bütün mistik ideyaların əsas şərtidir”.
Təsəvvüf
ideyalarını təbliğ edən təriqətlərdən biri də, Massonçuluqdur. Massonçular təriqətinin ilk mərkəzi
Yerusəlimdə yaranmışdır. Rəvayətə görə, Massonlar Çar Solomonun (Süleyman peyğəmbərin)
məbədini tapmışlar. Məbəddəki xəzinədən istifadə edərək, tezliklə xristian
dünyasında böyük nüfuz sahibi olmuşlar.
Massonçular,
qədim dini dünyagörüşü olan Misir ilahəsi Ozirisin ölüb-dirilməsini qəbul edirlər.
Oziris ehkamlarında olan sınaqlara uyğun, özlərinin qardaşlıq cəmiyyətinə qəbul
etdikləri yeni təriqət üzvlərini də böyük sınaqdan keçirirlər. Sınaqdan üzüağ
çıxanlar, qardaşlıq cəmiyyətinin sıralarına qatılırlar.
Xristianlığın
Qərbə - Avropaya yayılması ilə əlaqədər, Massonçuluq təriqəti də Avropaya
yayılırdı. Massonların təmiz zəhmətlə yaşamaq şüarına əsasən, onlar hər hansı
bir zəhmətlə məşğul olurdular. Buna uyğun olaraq, ən çox bənnaçılıqla məşğul olduqları üçün “Qardaşlıq
cəmiyyəti” ilə yanaşı, “Azad bənnaçılar” cəmiyyəti də yaratmışlar. “Azad bənnaçılar”
cəmiyyəti, əsasən kilsələr tikməklə məşğul olmuşdur. Bu gün, XVII əsrə qədər
Avropada tikilən bir çox kilsələrin əksəriyyətində, massonçuların izlərini görmək
olur. Kilsə xadimləri, onları həmişə dinsiz, Allahsız hesab edirlər. Ancaq
onlar, Allahı inkar etmirlər. Tanrını ilahi varlıq kimi qəbul edərək, ona sitayiş
edirlər, bununla belə, kilsə ehkamını tanımırlar. Masson təriqətinə görə, hər
bir massonun daxilində İsa Məsihin ruhu məskən salmışdır. Onların ideyasına görə,
İsa Məsihin dinini təbliğ edən ən düzgün təriqət Massonçuluq təriqətidir.
Masson
təriqətinin əsas ana xətti, ruhun təmizliyini qorumaq üçün, maddi və mənəvi
saflığı qorumaq, doğrunu, düzlüyü, ədaləti müdafiə etməkdir. Yalana, pisliyə, şərə
qarşı mübarizə aparmaq, İsa Məsih kimi, insanların günahlarının təmizlənməsi
üçün, özlərini Allah yolunda qurban verməyə hazır olmaqdır.
Massonçularla
kilsə xadimləri arasında həmişə ideloji mübarizə yaşanmışdır. Kilsə xadimləri
massonçuları şeytana xidmət etməkdə günahlandıraraq, yeri gəldikdə, onları cəzalandırmışlar.
XVII əsrdə massonçuların xalq arasında nüfuzlarının yüksəlməsini görən kilsə
xadimləri, onları bədənlərində şeytan gəzdirən bir varlıq kimi kütləvi surətdə
edam etmişlər. Jiordano Bruno, Molyen və bir çoxları inkvizisiyaçılar tərəfindən
tonqalda yandırılmışlar. J. Brunonun suçu onda olmuşdur ki, o Yer yumrudur, Oxu
ətrafında və Günəşin başına fırlanır demişdir.
Təqib
və ölümlərə baxmayaraq, Masson təriqəti geniş yayılmış, İngiltərədən Amerikaya
keçmişdir. Massonçular Amerikada özlərini azadlıq carçısı saymışlar. Amerikanın
ilk prezidenti Corc Vaşinqton Massonçu olmuşdur. İlk dövlət quruluşunda, Massonçular
fəal iştirak etmişlər, ilk senatorlardan bir çoxu massonçular olmuşlar. Masson
təliminə görə, bəşər övladı, ancaq öz ağlına və biliyinə arxalanmalıdır. Bilik,
insana Allahı dərk etməyi öyrədir. XIX əsrdən yenidən kilsə xadimləri Massonçulara
qarşı aktivləşmiş, onları dinin düşməni elan etmiş və dövlət idarəçiliyindən uzaqlaşdırmağa nail
olmuşlar.
İslamda təsəvvüf: İslam dünyası sürətlə genişləndikcə, hökmlərin və qanunların
icrası da genişlənməyə başladı. Həzrət Osman tərəfindən Quran-Kərim tərtib
olunduqdan sonra, islam qanunları Quranın hökmü əsasında işləməyə başladı.
İslamiyyətin ilk illərindən, 200 il ərzində Peyğəmbər həzrətlərinin kəlamından
və hədislərindən istifadə etmək qadağan olunmuşdur. Bunu da onunla əlaqələndirirdilər ki, dini
hökmün Qurani-Kərim və hədisi-şərif ilə birlikdə verilməsi, qanunlarda
qarışıqlıq yarada bilər. Ancaq, islam imperyası böyüdükcə, Quranın ayələri ilə
tənzimləmək çətinlikləri yarandı. Bu cətinlikləri ardan qaldırmaq üçün, Peyğəmbərin
hədisi-şərifinə ehtiyac duyuldu və ondan istifadə edilməyə başlandı. Xüsusi ilə
də İslam dünyasının mədəniyyəti xəlifə Harun ər-Rəşidin (763-809) zamanında
yüksəlməyə başladı. O Yunan elminə və mədəniyyətinə yiyələnmək üçün qərbə
adamlar göndərib, qiymətli əsərləri seçərək ərəb dilinə tərcümə etdirdi. Yunan
mədəniyyəti İslam mədəniyyəti ilə qarışdıqdan sonra tədricən dində bir çox təriqətlilik
yaranmağa başladı. Yeni yaranan məshəb və təriqətlər, Qurani-Kərimlə bərabər, hədisi-şərifdən
də istifadə etməyə başladılar. Geniş islam dünyası ərazisində bir çox təriqətlər
yarandı, onlardan ən geniş yayılanlardan və islam qanun-qaydalarında geniş işlənən
təriqətlərdən bir neçəsinin haqqında qısa məlumat verək: 1. Cəbərilik 2.Sifətlik
3 Qədərilik 4.Sofilik
Cəbərilik: Cəbərilik
dini fəlsəfi təlim, VII əsrin sonu, XIII əsrin əvvəllərindən yaranmağa
başlamışdır. Cəbərilik dini təlimi, Allahı tanıdığı və onu qəbul etdiyi halda,
onun atributlarını tanımır. Onlar Quranın vəhy vasitəsi ilə Məhəmməd peyğəmbərə
endiyini qəbul etdiyi halda, onun Məhəmmədin (s.a.s) əsəri olduğunu təsdiq
edirlər. Hədisləri isə, sonralar yardılmış böyük vəlilərin və övliyaların əsəri
hesab edirlər. Cəbərilərin əqidəsinə görə, insanlar, gördükləri işləri yalnız Allahın
təsiri altında görür, yəni, bütün kainatı idarə edən Allah, insanı da idarə
edir. Onlar Allahın sifətlərini tanımamaqla, sifətlik təriqətinə qarşı
çıxırlar. Onların əqidəsində Allah, elə bir qüvvətli varlıqdır ki, onun heç bir
sifəti yoxdur. Göründüyü kimi, Cəbərilik, insan fəaliyyətini heçə endirir onu
bir robot səviyyəsinə salır. Cəbərilik cərəyanının başcılarından biri olan Cəhm
ibn Səhvvan Səmərqəndi, o zamanın islam ideologlarına qarşı çıxdığına görə,
745-ci ildə dinsizlikdə suçlanaraq, öldürülmüşdür.
Sifətlik: Sifətlik
dini fəlsəfi təlimi, Qurana və hədislərə əsaslanaraq, Allahın bütün sifətlərini,
atributlarını tanıyır, onları qəbul edir. Sifətlik, Allahın hər şeyə qadir
olduğunu, onun bir çox sifətlərinin olduğunu, Onun bir cisim kimi var
olduğunu, həddinin və sonunun olduğunu
deyir. Sifətlik təlimində, Quranın Allahın kəlamı olduğunu, insan tərəfindən
yaradılmadığını, onun işarələri də, hərfləri də, sözləri də Allahdan olduğunu, əzəli
və qədimi olduğunu deyir.
Qədərilik: İslamın ilk dövrlərində insanın alın yazısı
onun qədərini, taleyini özündə əks etdirir deyə təbliğ edənlərə, Qədərilər
deyilmişdir. Qədərilərin dini təliminə görə, Allah hər şeyə qadirdir. Qədərilər,
insanda iradə azadlığının olmasını da qəbul edirdilər. XIII əsrdə Qədərilərin təlimini
mötəzililər daha da genişləndirdilər. Ərəbcədə mötəzillilər “kənar durmaq” mənasını
verən sözdən götürülmüşdür. Mötəzililərin təriqət başında Həsən əl-Bəsri
(642-728) durmuş və bir çox müridlər yetişdirmişdir. Onlardan Vasil ibn Əta və
Əmr ibn Übeyd mötəzilik məktəbinin banilərindən sayılırlar. Mötəzililər, Allahın
təkliyini və onun mənəvi varlıq olduğunu təbliğ edirlər. Qurani-Kərimi dini təriqətlərin
mənbəyi hesab edirlər və eyni zamanda onu sonradan yaradılmış Məhəmməd (ə.s.ə)in
əsəri olduğunu qəbul edirlər. Mötəzililər hədis və rəvayətlərə kor-koranə riyayət
olunmasını rədd edirlər. Xəlifə Məmun (813-833) mötəzilik dini təlimi, ən mükəmməl
ilahi din hesab edərək, ilahiyyat sistemi kimi, dövlət dini elan etmişdir. Bu
vaxt mötəzililər özlərinin ehkamlar sistemini yaratmışlar. Ancaq bu dini təlim,
çox uzun ömürlü olmadı. Xəlifə Əl-Mütəvəkkilin (847-861) dövründə mötəzililik
yenidən küfr elan edildi, təbliğatçıları cəzalandırıldı. Islamiyyətin sürətlə
imperiya halına gəlməsi ilə əlaqədər, genişlənən müsəlman ölkəsində dini dünyagörüşlər
və təriqətlər artdı. Ancaq, bu yaranan təriqətlərin
heç birində, təsəvvüfdə olduğu kimi Vəhdəti-Vücud fəlsəfəsi özünü göstərmədi.
Yuxarıda adı çəkilən Cəbərilik, Sifətlik, Qədərilik dini təriqətlərdə də Vəhdəti-Vücud fəlsəfəsi
görünmür. Bəziləri maddi aləmdən tamamilə təcrid olunaraq, mənəvi aləmi, ilahi
varlığı qəbul edir, bəziləri isə ilahi varlıqları kor-koranə tanımağı inkar
edirlər. Ona görə də, onların mürşidlərinə sofi deyilmir. Çünki onlar sofilik məqamına
yüksələ bilmirlər.
“Vəhdəti-Vücud” fəlsəfəsi, tam varlığı ilə
özünü daima sofilik təriqətində göstərir və yaşadır.Təsəvvüf elmi, insanlıq qədər
qədim olsa da, o, başqa dinlərə nisbətən islamiyyətdə geniş yayılaraq, ilahi
elm kimi yetkinləşmişdir. İslam dini ədəbiyyatlarında qeyd edilir ki, islamiyyətin
II əsrinin ikinci yarısına qədər, sofi sözünə rast gəlinmir. Ancaq, dini ədəbiyyatlardan
o da məlumdur ki, hələ gənc yaşlarından Məhəmməd əleyhissalam Hira dağına gedər,
orada Hira mağarasında bir həftə, bəzən də bir ay zikr edərmiş. Rəvayətə görə,
Məhəmməd (s.ə.) zikr zamanı İbrahimin (ə.s.) dini təriqətinin əsasları üzrə
ibadətlə məşğul olarmış. İbadət zamanı Hira mağarasında ona Peyğəmbərlik (nəbilik)
verilmişdir.
Məhəmməd (ə.s.) ilk dəfə Səfa dağında moizə
oxumuş, islam dinini aşkar etmişdir. Onun çağırışına ilk səs verənlərə, onunla
həmfikir olanlara “Səfa qardaşlığı” deyilmişdir. Bu moizədən sonra Səfa
qardaşları hər cümə məclis qurub Məhəmmədin (ə.s.) moizəsini dinləmişlər. Bu məclis
əhlinə “Əhli Səfa” da deyilir. Səfa məclisinin əsas məqsədi və ideyası “Özünü dərk
et, onda sən Allahı dərk etmiş olarsan!” idi. Tanrını dərk edən bu qardaşlar,
sözün əsl mənasında, sofilikdə olan ideyaları dərk etmiş və onu dindarlar
arasında yaymağa çalışmışlar. Səfa qardaşlıq məclisi, tədricən genişlənərək, “Peyğəmbərin
əshabları” adlandılar. Onlar peyğəmbərə yaxınlıq sıralarına görə, doqquz dərəcəyə
ayrıldılar. Bu baxımdan cənnətlə müjdələnən birinci təbəqəli on kişi bütün əshabdan
üstün sayıldılar. O cümlədən ilk dörd xəlifə, yəni Əbu Bəkr, Ömər, Osman və Əli
həzrətləri bu onluğa daxildilər. İkinci dərəcə, Həzrəti Ömərin islam olmasından
sonra müsəlmanlığı qəbul edənlər olmuşlar. Üçüncü və dördüncü təbəqələri, ilk
öncə biat (biət-şəxsi hökmranlığı tanıma, ona itaət etmə) edən ənsar təşkil
edir. Beşinci təbəqə, hicrətdə rəsulullaha Kubada yetişən mühacirlər, altıncı təbəqə,
bədr savaşında olan muhacirlər və ənsarlar, yedinci təbəqə, bədr savaşı ilə
hüdeybiyə səfəri arasında hicrət edənlər, səkkizinci təbəqə, səcəreyi Ridvan
(xoşnutluq ağacı) altında ibadət edən əshabdan, doqquzuncu təbəqə, hüdeybiyə
anlaşmasından sonra gələn mühacirlər təşkil etmişdir.
Ancaq, Səfa qardaşlıq məclisi ilə sofilik təriqətinin
heç bir əlaqəsi yoxdur. Səfa qardaşları məclisi, islamın ilk günlərində
yarandığı halda, sofilik təriqəti islamdan 200 il sonra yaranmağa başlamışdır.
Qeyd
etmək lazımdır ki, Məhəmməd (ə.s.) da dini təbliğata bir təriqət başçısı kimi
başlamışdır. Elə ona görə də, haqlı olaraq Suhraverdi deyir: “Qurani-Kərimdə deyilən
“mükarrabun (Allaha yaxın olanlar) elə islamın ilk sofiləridir. Onlara edilən
işarədir”.
İslamın ilk vaxtlarından, Abbasi xəlifəsi
zamanı, yüzlərlə tərcüməçilər sanskritcədən, suryanıcadan, yunancadan, farscadan
öz dövrünün elmi əsərlərini ərəbcəyə çevirmiş və ünlü əcnəbi sənətkarlarının Ərəbistana
axınına şərait yaratmışlar. Tərcümə zamanı, ərəb dilində olmayan bəzi sözləri
olduğu kimi saxlayırdılar. Xüsusilə, Harun ər-Rəşidin (766-809) hökmranlığı
dövründə, dilmançlıq (tərcüməçilik) geniş inkşaf etdirildi. Bununla əlaqədar,
müdriklərin (sofilərin) axını, sofilik dünyagörüşünü də özləri ilə Ərəbistana gətirmişlər.
Beləliklə, Ərəbistanda elmi zümrələr və mərkəzlər yaranmağa başlamışdır. Misir
və Yunan təsəvvüf ideyalarından bəhrələnən bəzi islam zahidləri, təsəvvüf
elmini də inkişaf etdirmişlər. Kuşeyrinin rəvayətinə görə, zahidlər içərisindən
ilk dəfə sofi adını alan Kufəli Əbu Haşim (hicri 160-cı ildə doğulub) olmuşdur.
İslam aləmində ilk dəfə o, xirqə (əlbisə - arxalıq) geyinmişdir. Sofizm bir təriqət
kimi, ilk dəfə Kufədə, sonra isə Bağdadda yayılmışdı. Hicri III əsrdən “xirqə”
(arxalıq) sofilərin rəmzi geyimi olmuşdur. Sonralar islam dünyası genişləndikcə,
təriqətlər çoxaldıqca, təriqət başçılarının hər biri öz dünyagörüşlərinə uyğun
və şəxsi təcrübələrindən asılı olaraq, yeni-yeni təriqət yolları yaradırdılar,
bunların da Quran ayələrindən
götürüldüyünü iddia edirdiər. Geyindikləri xirqə (arxalıq) və tacları da rəmzləşdirmişlər.
Qədirilər yaşıl xirqə, yaşıl tac, yaşıl qurşaq və ya yaşıl kəmər geyinirdilər.
Rufayilər qara rəngi, Bədəvilər qırmızı rəngi özlərinə rəmz seçmişdilər. (M.A.A
səh.222). Təriqətə girərkən, edilən mərasimlər də bir-birinə bənzəmirdi. Buna
baxmayaraq, bütün təriqətlərin ali məqsədləri, məqamları, haqqa qovuşma yolları
bir-birindən seçilmirdi. Allaha qovuşmaq amalı, bütün təriqətlərin əsas qayəsi
sayılırdı. İslam imperiyası genişləndikcə, sofilik təriqətlərinin genişlənməsi
ilə əlaqədar, bir çox firqələr də yaranırdı. Hicrətin 555-ci (m. 1145) ilində
sofilik təriqəti içərisində on iki firqə mövcud idi.
1.Sunniyə: Ən böyük firqə idi. İslam ölkəsinin
hər yerində onlara rast gəlmək mümkün
idi. Onlar Məhəmməd (s.ə.)-in sünnətini özləri üçün ən gərəkli yol hesab edirlər.
2. Hululiyyə: Onlar gözəl sifətlərdə, haqqın
sifətinin olduğunu bildirirlər. Onlara baxmağı caiz (savab) hesab edirlər.
3. Haliyyə: Onlar islamın şəriətinin qəbul
etmədiyi bəzi halları, rəqs etməyi, dınqır vurmağı, çalğı çalmağı halal bilirlər.
4. Evliyaiyyə: Onlar vəlilik dərəcəsinə kimsələrə evliyalıq düşür
deyirlər.
5.Şimrahiyyə: Firqənin yaradıcısı Abdullah
Şimrahinin adı ilə bağlıdır. Onlara görə, Mövlananın başçılığı ilə dəf və ney sədaları
altında səma oyunu etmək, gözəl qoxulu ətirlər işlətmək caizdir.
6.Hubbiyyə: Qul, Allahın məhəbbətini
qazandıqda, onları sevdiyi üçün onlarda olan oruc, namaz və s. əmrlərin qəzasını
bağışlayır deyirlər.
7.Huriyyə: Onlar deyirlər ki, biz hər bir
zövqdən keçdiyimiz üçün, cənnətdə bizə hüri qızları qulluq edir. Ona görə də,
özümüzdən gedəndən (cəzb olandan) sonra özümüzə gələn zaman, bizə böyük qusulun
alınması lazım olur.
8.İbahiyyə: Onlar əmr və yasağı tərk edib,
haramı halal bilir, və iştahları çəkən hər şeyi yeyirlər.
9.Mutəkəsiliyyə: Rizqilərini zəhmətlə qazanmağı
özlərinə qüsur hesab edirələr. Qapı-qapı dilənməyi qazancların ən üstünü
tuturlar.
10.Mütacəhilə: Guya riya və göstərişdən
qaçınmaq üçün, əyinlərinə aşıqların əlbisəsini geyinib, içlərində taqva
(günahdan uzaqlaşma) olanlardır.
11.Vaqifiyyə: Onlar Allahı tanımaqla, heç bir ibadətlə
məşğul olmurlar, haqqı ancaq haqq bilir, deyirlər.
12.İlhamiyyə: Onlar şeri, qəzəli Quranla bərabər
tuturlar və insana bütün ilhamı Tanrı verir deyirlər.
İSLAM
İslam sofiləri bütün ideyalarını “Qurani-Kərim”də
olan ayələrə əsaslanaraq, yaradırdılar. Qurani-Kərimdə belə ayələr çoxdur, bu
ayələrdə cisimsiz (ilahi) varlıqla, cisimli (maddi) varlıqların vəhdəti
(birliyi) fəal olaraq iştirak edir. Biz onlardan bəzilərini aydınlaşdırmağa
çalışaq: Qurani-Kərimin 6-cı surəsinin başlanğıcı olan əlif(ə), lam(l), mim(m)
səslərini cisimsiz varlıqla, cisimli varlığın vəhdəti olan “Vəhdəti-Vücud” fəlsəfəsi
daxilində izah etmək olar. Əlif-nur - işıq olan Allah, mim – torpağın məhsulu,
canlı varlıq olan Məhəmməd, lam isə - lövfhi-məhfuzla əlaqələndirilir. Yəni,
bütün ilahi həqiqətlər Əlifdən (Tanrıdan), Lam (Lövhü-Məhfuz) dalğaları
(nurları) vasitəsi ilə, Mim maddi varlıq olan Məhəmmədə (s.ə.) göndərilir ki,
bu da Quranda öz təsdiqini tapır. Başqa surədə olan ayə Əlif, Lam, Mam, Ra isə Tanrının
həqiqətləri tək Məhəmmədə (s.ə.)yox, eyni zamanda onun Radi Allahu Ənhu
adlandırılan ilk dörd xəlifələrinə işarədir. Göründüyü kimi, Allahla Məhəmməd (s.ə.)
vəhdətinin özü də “Vəhdəti-Vücud” fəlsəfəsidir.
Qurani-Kərim, İsa (ə.s.) haqqında İncildə olan
təsəvvüf görüşü bir daha təsdiqləyərək deyir: “Mələklər deyirlər: ya Məryəm, həqiqətən
Allah öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa
Əl-Məsihidir ki, O, bu dünyada və axirətdə şan-şöhrət və (Allaha) yaxın olacaqdır”
(Ali-İmran-45).
Təsəvvüfdə deyildiyi kimi, bu ayədə də cisimsiz
varlıqla, cisimli varlığın tam vəhdətinin aydın nişanəsi İsa Məsihidir. Qurani-Kərimin
Ən-Nur surəsinin 35 ayəsində deyilir: “Allah göylərin və yerin nurudur. Onun
nuru içində çıraq olan bir taxçaya bənzər; o qəndil isə sanki parlaq bir
ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından
yandırılır”.
Ayədən göründüyü kimi, cisimsiz varlıq olan nur,
cisimli varlıq olan zeytun ağacından yandırılır. Bu ağac isə adi zeytun ağacı
deyil, bütün kainatın yaradıcısı olan həyat ağacıdır. Bu da “Vəhdəti-Vücud” fəlsəfəsidir.
Qurani-Kərimin 52-ci surəsinin aşağıdakı ayələrində
deyilir:
“And olsun Tur dağına!”; 2) “And olsun yazılmış
kitaba!”; 3) “Açıq dəri üzərində”; 4) “And olsun Beytul-Məura!”; 5) “And olsun
yüksək tavana!”; 6) “Və dolub boşalan dənizə ki”; 7) “Rəbbin əzabı Mütləq vaqe
olacaq”.
Göründüyü kimi, bütün andlar, cisimsiz varlıqla
cisimli varlıqların vəhdəti ilə həmahəng səslənir. Yuxarıda söylənən Allah kəlamları,
“Vəhdəti-Vücud” fəlsəfəsinin təməlidir.
İslam şəriətində, ruhun bir varlıqdan digər
varlığa keçməsi qəbul edilmir. Qurana görə ruh daimi olaraq ya cənnətdə ya da cəhənnəmdə
qalır. Ancaq Qurani-Kərimdə ruhun bir varlıqdan başqasına keçməsinə eyham
olaraq, Bəqərə surəsinin 65-ci ayəsində deyilir: “Siz artıq içərinizdən şənbə
günü həddi aşanları tanıyırsınınz, biz də onlara “mənfur meymunlar olun”
dedik.” Bu ayədə “mənfur meymunlar olun” deyimindən belə nəticə çıxarmaq olar
ki, bu ayə, ruhun insandan meymuna keçə bilməsinə bir işarədir.
Sahih Buxarinin hədisində Allahın dili ilə
deyilir: “Qulum ancaq nafilələrlə mənə yaxınlaşar və onu sevərəm. Mən qulumu
sevdiyim vaxt, onun qulağı, gözü, əli, ayağı və dili oluram. O, mənimlə eşidir,
mənimlə görür, mənimlə tutur, mənimlə uyuyur, mənimlə danışır”.
Sahih Buxari öz yazılarında deyir: Allah
sevdiyi qulu ilə istənilən vaxt vəhdət yaradır, onunla istənilən mövzularda
söhbət edir. İncildə deyildiyi kimi, “O mən olur, mən də o oluram”.
VIII əsrdən başlayaraq, islam mütəsəvvüfləri,
öz ideya və məqsədlərini xalq arasında geniş yaymağa başlayırlar. İlk dəfə müsəlman
sofilik hərəkatı, 815-ci ildə xristian monastırlığının beşiyi sayılan Misirdə
yarandı. Misir Kadisi İbn. əl-Munkadirin (827) himayəliyi ilə sofi məclisi
yarandı. Məclisə sofi Abr ar Rahman başçılıq edirdi. Məclis, tezliklə cəmiyyət
halında geniş nüfuz qazanaraq, ətrafına çoxlu müdriklər (sofilər) cəmləşdirir.
Zəmanəsinin məşhur əl-kimyaçısı Zu-n-nun, (859) Misirin sofilər məclisini böyük
nüfuzlu bir cəmiyyətə çevirdi. Ondan sonra cəmiyyətə Az-zakkak başçılıq etdi. Fəqət,
o, öldükdən sonra Misir sofilik cəmiyyəti zəifləməyə başladı. Tədricən cəmiyyətin
mərkəzləşməsi Bağdada keçdi. Sofi Səri as Sakati ( 867) ilk dəfə Bağdad sofi cəmiyyətinə
başçılıq etdi. Onun vaxtında sofi təriqəti, sürətlə ərəblər arasında yayıldı.
Bağdad, sofilər mərkəzinə çevrildi.
Sofi Əbu Həmzə əs-Sədafi (-882) təriqətə
başçlıq edən zaman, təriqətçilikdə həmrəylik, dostluq, təmizlik, ilahi eşq və dərvişlik
kimi terminlər yarandı və sofilər arasında işlədilməyə başlandı.
Bəzi tarixi mənbələrdə yazılır ki, səma oyunu
İmam Cəfər Sadıq (-m.765)-dan qalmışdır. Sofilərin dediklərinə görə, İmam Cəfər
Sadıq, səma oyunu zamanı sol əli torpağa, sağ əli isə haqqa uzanmış oynamağı öz
müridlərinə tövsiyyə etmişdir.
Çin sınırlarından başlamış, Atlantik okeanı
sınırlarına qədər, Təsəvvüfdə Vəhdəti-Vücud fəlsəfəsi ideyaları təbliğ olunaraq
yayılır. Mükəmməl elm mərkəzləri, dərgahlar yaranır. Nüfuzlu mütəsəvvüflər,
mürşidlər, minlərlə müridlər yetişir. Xüsusilə türk dünyasında, mürşidlərin əzəmətli
türbələri yaradılır. Sofizmin və təsəvvüf fəlsəfi nəzəriyyəsinin geniş
yayılması, xalq arasında müqəddəsləşdirilməsi, ucsuz-bucaqsız müsəlman
dünyasına ayaq açması, islam mühafizəkarları olan Vacibül-Vücudçular arasında
şübhə və qorxu yaratmağa başlayır. Bu şübhələrin sonucu olaraq, sofi mürşidlərə
qarşı sıxıntılar və təzyiqlər çoxalır. Mütəsəvvüflərə qarşı təqiblər başlanır.
Nəticədə Vəhdəti-Vücud Sofi ədəbiyyatları qadağan edilir, təsəvvüf kitabları
yandırılır. Mütəsəvvüflər, təriqət başçıları edam edilir. Bütün bu təzyiqlərə
baxmayaraq, təriqətçilər daha da artır.
Mütəsəvvüflərə qarşı olan təqib və təzyiqlərin
bir neçə səbəbi var idi.
Birinci səbəb: Bəzi mütəsəvvüf baxışlarının şəriətə
uyğun gəlməməsi, hərəkətlərinin (ayaqda, ayaqlarını sallayaraq, əllərini
çarpazlayaraq zikr etmələri) bidad sayılması, zikr zamanı dəf, tambur, güdüm
kimi musiqi alətləri çalmaları və s. ilə əlaqədar qatı dindarlardan çoxlu
müxalifətçilər qazandılar.
İkinci səbəb: Qatı dindarlar tərəfindən “Vəhdəti-Vücud”
fəlsəfəsinin ilahi elm kimi qəbul edilməməsi idi.
Üçüncü səbəb: Sofilər arasında bir çox rəmzlərin
(mürşidə - sultan deyə müraciət etmələri), bənzətmələrin, işarələrin
yaradılması idi.
Dördüncü səbəb: Təriqətdən istifadə edərək, bir
çox pis niyyətlilər, sofi və ya dərviş qiyafəsində neçə-neçə saf niyyətli
adamları yollarından azdırmaları və pis əməllərlə məşğul olmaları olmuşdur.
Əli ibn əl-Müvvafiq (- 878) təriqətə başçılıq edən
zaman, təriqətçilər arasında dua edərkən deyirdi: “Ey Tanrı, əgər mən cəhənnəmdən
qorxaraq, sənə qulluq edirəmsə, məni cəhənnəmdə yandır. Əgər cənnətə düşmək
xatirinə qulluq edirəmsə, məni o istəkdən uzaq et. Əgər mən sənə təmiz məhəbbətlə
qulluq edirəmsə, o vaxt mənə özün bildiyini et”.
Bağdadlı Əbu Səid əl-Xariz (- 890) zamanı, təriqətdə
fanatiklik meylliyi çoxalmağa və sofilər arasında elmə yiyələnmək istəyi tədricən
zəifləməyə başladı. Panteist sofilərlə islam tövhidi ideyalı dindarlar arasında
qarşıdurmalar yaranırdı. Zamanın belə qarışıq dövründə, ünlü sofi alim olan Mənsur
Həllac (858-922) yetişdi.
Mənsur Həllac (858-915/22) Təbrizdə
doğmuşdur. Təsəvvüfə aid bir çox əsərlərin müəllifi olmuşdur. O, dünya və
mövcud dinlərə açıq gözlə baxmış, dində olan qaranlıq məqamları elmi dəlillərlə
izah etməyə çalışmışdır. Panteizmə güclü meyl göstərmişdir. Misir və Yunan
müdriklərinin yaratdıqları Hüluliyyə təlimini qəbul etmişdir.
Hüluliyyə (daxil olma, ərimə) Allahın insanda həll
olması, təcəssüm etməsi haqqında dini-fəlsəfi təlimdir. Bir çox dini etiqadlara
və təlimlərə görə, Allah ardıcıl surətdə bütün peyğəmbərlərdə həll olaraq, bu və
ya digər şəxslərdə özünü büruzə verir. “Allah-təala hər bir məkanda mövcuddur,
hər bir dildə danışır, bəşərin hər bir şəxsində zühur edir”. Bu cəhət, sofi
müdrikləri üçün səciyyəvidir. M.Həllacın fikrinə görə, kim öz nəfsini boğub, şəhvətinin
məhrumiyyətinə dözüb, yüksək məqama - “ali” mərtəbəyə çatarsa, heyvani keyfiyyətdən
arınar, ilahinin ruhu onda təcəssüm (yaranar) edər. Bu vaxt onun bütün işi Allahın
şəxsi işinə bərabər olar. IX əsrin böyük mütəsəvvüfü olan Mənsur Həllacın “Haqq
mənəm, haqq məndədir” sözü Bağdadda böyük narazılığa səbəb olmuşdur. Başqa bir səbəbsə, onun “Qurani-Kərim” Tanrının vəhyi olsa da o, Məhəmmədin
(ə.s) əsəri olması ideyasını irəli sürməsi olmuşdur. Bütün bunlara görə,
dindarlar onu mühakimə etmişlər.
X əsrdə Ərəb xilafətində zəifləmə, dağılma meylləri
artmağa başlayır. Belə bir şərait, şübhəsiz ki, M.Həllacın dünyagörüşünə təsir
etməyə bilməzdi. Həlləcın dünyagörüşündə, dualizm baxışlarından doğan yeni-yeni
ideyalar yaranırdı. Qurani-Kərimi dərindən şərh edən Həllac, onda olan bəzi
ziddiyətləri görür və buna biganə qala bilmir. Quranda Məhəmməd (s.ə.)-in özünəməxsus
ideyasını görür. Ona görə də, bəzi ayələri Məhəmməd (s.ə.)-in təfəkkürünün məhsulu
olduğunu deyir. Hər bir yeniliyə qarşı çıxan mühafizəkarlar, Həllacın yeni
fikirlərinə qarşı çıxırlar və onu dinsiz elan edirlər. Öz əsərlərində Məhəmməd (s.ə.s)-in ruhunu ilahi ruhla eyniləşdirən,
“bütün peyğəmbərlər öz ruhunu Məhəmmədin(s.ə.) ruhundan almışdır” deyən Həllacın belə bir mülahizə üstündə dinsiz elan edilməsi
və edam olunması heç bir məntiqə sığmır. Onu qeyd etmək lazımdır ki, M. Həllacın
lahut və nasut (ilahilik və insanlıq) nəzəriyyəsini Vacibül-Vücutçular heç cür
qəbul edə bilmirdilər.
Qeyd etmək lazımdır ki, M. Həllac bütün əsərlərində
“Varlığın- gərəkliyi (vacibül-vücud) fəlsəfəsinə qarşı çıxmış, “Varlığın-
birliyi fəlsəfəsini qorumuşdur. O əsərində Məhəmməddə (ə.s.) Tanrı ruhunun təcəlli
tapması haqqında fikir söyləyir. Onu bütün peyğəmbərlərdən haqqa daha yaxın
peyğəmbər kimi tanıyır. O deyir: “Ulu Tanrı bir ruh kimi özünü Məhəmmədin (ə.s.)
sifətində təcəlli etmişdir. O da, möminlərə haqqın yolunu göstərmişdir. Həllaca
görə, Məhəmməd (ə.s.) sofilərin qəlbində yanan bir nurdur. Bütün vəlilər və
övliyalar öz ilahi nurlarını peyğəmbərin nurundan almışlar. Bununla M.Həllac Tanrı
ilə adamı eyniləşdirir.
M.Həllac “Kitabət-təvasin” əsərində yazır: “
Kim desə ki, özümü itirməklə Onu tanıdım, itmiş var olanı necə tanıya bilər?
Kim desə ki, varlığımla Onu tanıdım, iki əzəli var ola bilməz. Kim desə ki,
“cahil olmaqla Onu tanıdım”. Cəhalət pərdədir, pərdə arxasındakını tanımaq
olmaz. Kim desə ki, “adla onu tanıdım” Ad məxluq deyil, məxluq olmayanı tanımaq
olmaz. Qəribədir! Bədənində bir tükün necə qara və ağ olduğunu bilməyən əşyaları
yaradanı necə tanıya bilər.(M. Həllac və S. Tusi Bakı 2007. 4950) .M Həllac bu
ideyası ilə bir çox dini dünyagörüşlərə və hədislərə qarşı çıxır.
Həllac, hətta
dustaq olan zaman belə ibadətdən qalmamış, daima öz Tanrısına xidmət etmişdir.
Ancaq o, “Qurani-Kərim”in bəzi ayələri ilə razılaşmamış, onların Tanrı sözü
olmasını inkar etmişdir. Məsələn, “Ali-İmran” surəsinin 25-ci ayəsində deyilir:
“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul
olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”. “Bəqərə” surəsinin 250-ci
ayəsində deyilir: “.... Bizə kafir qövm üzərində qələbə qazandır”. “Qurani-Kərim”də
buna oxşar bir çox ayələr mövcuddur. O, Quran ayələrinin çoxunda Allahla Məhəmmədin
(ə.s.) vəhdətini görür, hz. Məhəmmədin huluhiyyəti üzərində dayanaraq, onun əbədi
və əzəliliyini qəbul edən ilk sofilərdəndir. M.Həllac deyir: “Səninlə mənim
aramda ilahilik və rabbilikdən başqa heç bir fərq yoxdur. Göründüyü kimi, Həllac
iki varlığın – cisimsiz və cisimli varlığın vəhdətini ortaya qoyur. Bu da təsadüfi
deyil. “Qurani-Kərim”də deyilir: “Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra
ona ol dedi, o da oldu”. (3-59) “Sizi yaratdıq, sonra sizə surət verdik” (İmran
- 49, 7-11).
Həllac deyir: “Mən sevdiyim o, o sevdiyi isə mənəm.
Məni görürsənsə, onu görürsən, onu görürsənsə, hər ikimizi görürsən. Biz bir bədəndə
yerləşən iki ruhuq”. Həllaca görə, Quran ayələrində verilən fikirlər onu deməyə
imkan yaradır ki, Allah insanı özünə oxşadıb. Əgər Quran ayələrindən belə bir
baxış meydana çıxırsa, onda Həllacın dinsiz elan edilərək, edam edilməsi nə dərəcədə
düzgündür? Belə məlum olur ki, Həllacın edam edilməsinin əsas səbəbi, onun
bütün dinlərə hörmətlə yanaşması olmuşdur. Lakin o, “ən əl həqq” ideyasının
Quran ayələrindən yarandığını söyləyərək, fikrindən dönməmişdir. Nəhayət, 20
illik həbsdən sonra ona hicri 309, miladi 915-ci il zülqədə ayının 22-də
Bağdadda mollaların fitvası ilə ölüm hökmü kəsilmişdir. Əvvəl şallaqla
döyülmüş, əlləri, ayaqları kəsilmiş, cəsədi isə Bağdad şəhər meydanından
asılmışdır. Onun qəbrinin xalq tərəfindən müqəddəsləşdirilməsindən qorxan
Vacibül-Vücudçu ruhanilər, bununla kifayətlənməyərək, onu yandırıb külünün
yarısını havaya sovurmuşlar, yarısını Dəclə çayına səpmişlər. Məsləkdaşlarından
bəziləri onu rədd etsələr də, çoxları onu müdafiə etmişlər. Bunlardan Qoven əzəm
Abdülqadir Geylani “Behrətül-əsrar” əsərində Mənsurun “ən əl həqq” sözünü cəzb
halındaykən huşu, qəlbi haq yanındaykən dili ilə söylədiyini deyir.
İbn Arabi “Həllacın sözünün açıqlamasında ən
parlaq yol” adlı kitabında Həllacın, cəzb zamanı, haqqın qucağında olduğunu yazır.
Mövlanə Cəlaləddin Rumi, Mənsur Həllac haqqında düşüncələrində söyləmişdir ki,
“Allahın vəliləri cəzb halında çox vaxt belə sözlər söyləyirlər, sonra
ayıldıqları vaxt, bunlar üçün üzr istəyirlər”. Mənsurun sözləri də o qəbildəndir
və Mənsur Həllacın öldürülməsinin səbəbi “Mən haqqam, haqq məndədir” deməsi
olmamışdır. O, bir gün küstahlıq edərək, demişdir: “Rəsullahla görüşsəydim,
Mirac gecəsində nə üçün yalnız öz ümməti üçün bağışlanma istədiyini soruşardım.
Bütün kafirlər və fasiqlər üçün də mərhəmət istəsəydi, əlbəttə əsirgəməzdi”. Əgər
bu sözü döğrudan da Həllac söyləmişsə, deməli,
o, dinindən və millətindən asılı olmayaraq, bütün millətləri eyni dərəcədə
sevmişdir.
Nəsrəddin Tusi öz araşdırmalarında deyir:
"M. Həllac heç vaxt dinsiz olmamışdır." O, Həllaca müraciət edən
zaman ona Radi Allahu Ənhu deməklə, onu Peyğəmbər (s.v.s) əshabələri ilə eyni səviyyədə
tutmuşdur. O, Həllacdan misal gətirərək deyir: "Həllac" (R.Ə) "mən
bizim aramızda sıxışdırılmaqdayam və sən öz lütfünlə bu ənahiyyəti (xüdpəsəndliyi)
aradan qaldır" deməklə, Tanrıya olan müraciəti, onun Tanrını sevdiyini və Tanrının
sevimlisi olduğunu bir daha təsdiqləyir." Tusi deyir: "Ən-Əl həqq"
deyənlər, huluhiyyət, yəni Allahlıq iddiasında olmamışlar, əksinə, öz fərdi mənini
fəna etməklə, təkcə Allahın vücudunun bəqasını etiraf etmişlər. (Xacə Nəsrəddin
Tusi. "Övsafül-Əşraf"-Şərafət sahiblərinin vəsfi-Bakı 2002 səh. 32)
Dövrünün bir çox müdrikləri Əbu-l Abbas Əzdi
(-ö. 1517), İbn Xəfif Şirazi (-ö.1575), Əbül Qasim Nəsrəbadi (-ö. 1570), Fasis
Dinəvəri (-ö. 1546) və b. öz əsərlərində, Həllacın haqq yolunda qurban
getdiyini demişlər.
Mənsur Həllacın bu əyilməzliyi, ilahi
dözümlülüyü özündən sonra qəhrəmanlıq rəmzinə çevrilmişdir. Mehmet Ali Ayni, “Təsəvvüf tarixi” əsərində yazır: “Yusif adlı bir yazıçı, M.Həllacın
bu iradəsini, qəhrəmanlığını tərənnüm edən əsər yazmışdır”. Bir çox şairlər onu
mədh etmişlər. Onun ölümü davamçılarını daha da mətinləşdirmiş və qürurlu
etmişdir. Bu mətinliyin nəticəsi olaraq, sofi təriqəti bütün İslam dünyasına yayılmışdır.
Bağdad sofiləri ilə Bəsrə sofiləri arasında
bir-birindən fərqli olan dünyagörüşləri yarandı. Təriqət iki yola ayrıldı.
As-safi təriqəti tədricən genişləndi, Bağdadda və eləcə də bütün İslam aləmində
yayılmağa başladı. Bir çox təriqət mərkəzləri yarandı.
Musa əl-Ənsari ( - 932) Xorasanda, ər-Ruzabarn
( - 934) Misirdə, əbu-Zaid əl-Adami ( - 952) Məkkədə, Əs-Sakkafi ( - 940)
Nişapurda sofi təriqətinin başında dururdular.
X əsrdə Şiraz, sofi təriqətinin mərkəzinə
çevrilmişdi. XI əsrdə müsəlman imperiyasında 300 sofi şeyxi var idi.
Şeyx Fixr İbn Cabir ( - 936) müsəlman ölkələrindən
başqa bir çox xristian ölkələrində monaxlar ilə görüşmüş, İslam ilə Xristianlıq
arasında olan oxşarlıqları müzakirə etmişdir. O, bütün dinlərin vəhdətinə
çalışırdı. Buna nail ola bilməyən Şeyx, 50 yaşında Dəməşq yaxınlığındakı dağda
tənhalığa çəkilərək, xristian monarxlarının həyat tərzi haqqında kitab yazdı.
Cəlal Əbu İshaq əl-Bağdadi özünün qırx müridi ilə birlikdə
Suriya dağlarında ibadətlə məşğul olmuşdur.
Muhammad ibn
Karrami
insanlardan uzaqlaşaraq, rahiblik həyatı sürdü. Karraminin davamçısı olan Sofi
Karramilər böyük rahiblik təşkilatı yaratdılar. Onlar İranda, Məvarinnəhrdə,
Misirdə, Yerusəlimdə və s. yerlərdə rahiblik mərkəzləri yaratdılar. Əl-Müqəddəsinin
bildirdiyinə görə, Karramilərin 700 rahib məbədləri olmuşdur.
Fərabi Əbunəsr Məhəmməd
ibn Məhəmməd əl Türki (879-950). Fərabi zamanının mütərəqqi və azad fikirli filosofu olmuşdur.
O, əvvəlki islam filosoflarından fərqli olaraq, islam fəlsəfəsində dünyanın bir
ilahi hökm ilə (dedi “ol”, oldu) xəlq olunması haqqındakı ideoloji təlimi qəbul
etməmişdir. O, dünyanın tədricən vəhdət nəticəsində yarandığını demişdir.
Fərabiyə görə, bütün varlıq, səbəb və nəticə əlaqəsində
yaranıb, mövcud olmuşdur. Fərabinin idrak nəzəriyyəsində, idrakın hissi və əqli
mərhələləri geniş işıqlandırılır. O şeylərin mahiyyətinin yalnız ağılla dərk
oluna bilməsini söyləyir. Onun fikrincə, məntiq ağılı kamilləşdirən, idrak,
insanı düzgün yola, həqiqətə yönəldən, onu yanılmaqdan qoruyan bir amildir. Fərabiyə
görə Tanrı, əsl gerçəklik, doğruluq,
yaxşılıq və gözəllikdir. Tanrı varlıqda əzəli və əbədidir, bütün varlıqların səbəbidir.
Fərabi “Məşşai” fəlsəf nəzəriyyəni yaradır. Məşşai fəlsəfəsində müsəlman,
xristian, yahudi, buddist arasında heç bir fərq yoxdur. Bütün dinlər bir Allahın
iradəsinə tabedir. Fərabiyə görə fəlsəfə ağlın, din isə vəhyin sayəsində
yaranır.
İbn Sina (980-1037) İslam dini, bir Fateh kimi ölkələrə
yayıldığı zaman, dünya şöhrətli təbib və filosof İbn Sinanın fəlsəfi dünya
görüşü, Vəhdəti-Vücud ideyalı sofiləri daha da ruhlandırdı. İbn Sina Fərabinin
Məşşai fəlsəfəsini daha da yetginləşdirir. Həqiqətin kəşf olunması yalnız əqli
yollara istinad etməkdən ibarətdir deyir. İbn Sinaya görə, Allah ilk səbəb və
ya yaradıcıdır. Ancaq, yaradılmış dünyanı o, Allahdan gələn şüalanma
(emanasiya) kimi başa düşür. İnsan ruhu nurdan doğulur, insan həyatı isə,
insanın nura, Allaha doğru bir səyahət etməsi kimi görünür deyir. İbn sinaya
görə dünya fani deyil, o əbədi və məhv edilməzdir. Dünyanın heç nədən yaranması
cəfəngiyatdır deyir. İbn Sinanın materiyanın əbədiliyini qəbul etməsi, ilahi
nurun şüalanması materiyanı doldurur, lakin, əmələ gətirmir deməsi, dolayısı ilə
Allahın maddəni yoxdan yaratması fikrini rədd etmiş olur. Elə ona görə də əl-Qazali
ibn Sinanın bu cür fəlsəfi dünyagörüşlərini tənqid edərək, deyir: “Əgər fəlsəfə,
Quranala qarşı-qarşıya gələrsə, (Quranda yazılanı təsdiq etməzsə) o, geri çəkilməlidir.”
Bu fikri ilə əl-Qazalinin özü də səhvə yol
verir. Hər bir dünya görüşü öz zəmanəsinin insanlarının məntiqi təfəkkürünün məhsuludur.
XXI əsrin insanlarının təfəkkürü, VII-VIII əsr insanlarının təfəkkürü ilə
müqayisə edilə bilməz. Elm daima Quranda olmayan bir çox kəşflər edir və bu gün
də davam edir. Əl-Qəzaliyə görə isə, elm,
öz kəşfindən imtina etməlidir.
Bakuvi əbu Abdulla
Məhəmməd ibn Abdulla Şirazi ( -- 1037). Azərbaycanın sofi mütəfəkkiri Şirazinin
babası Ubeydulla bakılı olduğu üçün Bakuvi ayaması (təxəllüs) götürmüş, ancaq Şirazda
yaşayıb, yaratdığı üçün, ona Şirazi deyilmişdir. Zamanının tarixçilərinin
yazdığına görə, Bakuvi hədis və sofiliyə dair hekayələr toplayıb yazan, sofi
alimlərdən olmuşdur. Bakuvi Şirazi, böyük sofi mütəfəkkiri M.Həllacın fikirlərinə
tərəfdar olmuş və onun ideyalarını yayan ünlü sofilərdəndir. Onun “Həllacın həyatının
başlanğıcı və sonu”, “ Ariflərin xəbərləri”, adlı traktatları və “Sofilərin
hekayətləri” əsərləri, mütəfəkkir və müdrik sofilər arasında məhşur olmuşdur.
Dünyanın bir çox kitabxanalarında onun əsərləri qorunub saxlanılır. Şirazi
ömrünün axırında, doxsan yaşını keçdikdən sonra, Şiraz yaxınlığındakı mağarada zikr edərək
yaşamışdır və öləndə də həmin mağarada basdırılmışdır. Bakuvinin qəbiri Babakuhi adı ilə ziyarətgahdır.
Əbu Əli Farmədi (1016-1084) - Tus şəhərinin, Farməz qəsəbəsində 1016-cı ildə anadan olmuşdur.
İlk təhsilini Nişapurda Mürşid Əbu Səid Əbu-Hairdən almış, sonra Əbul Qasım əl-Kuşeyri,
daha sonra isə Əbul Qasım Kurqaninin tələbəsi olmuşdur. İmam Qəzalinin, Yusif Həmədaninin
mürşidi və təsəvvüfdə İrşad elminin işıqlı nümayəndələrindən olmuşdur. Fərmadi,
əsərlərində Vəhdəti-Vücud dünyagörüşünü müdafiə etmişdir. O, 1084-cü ildə axirət
dünyasına qovuşmuşdur.
Bəhmənyar ibn Mərzban ( - 1066) İbn Sinadan dərs
almışdır. Bəhmənyarın "Mövcudatın mərtəbələri",
"Metafizika", "Gözəllik və Səadət" və s. əsərləri, onu,
bütün şərq dünyasına tanıtdırmışdır. O, “Vəhdəti-Vücud” nəzəriyyəsinə əsaslanaraq:
“Hər bir nəticənin varlığı, öz səbəbinin varlığı ilə birlikdə zəruridir”,
deyir. Bəhmənyar, kainatın vəhdət halında mövcudluğuna işarə edərək, “Təhsil”
kitabında deyir: “Göy sferasında heç nə yoxdur, bu, materiya ilə formanın vəhdəti,
onlardan birinin digərsiz mövcud olmaması ilə əlaqədardır”. O, deyir: “Göy və
dörd ünsürdən (hava, su, od, torpaq) təşəkkül tapmış yer cisimləri, maddi aləmi
təşkil edir. Minerallar, bitkilər və heyvanlar həmin ünsürlərin qarışığından əmələ
gəlmişdir. Canlı varlıqlar nəfsə malikdir. Bütün canlılardan üstün olan
insanlar, əqli qüvvə ilə bütün canlılardan yüksəkdir”. O, “mövcudatın mərtəbələri”
traktatında ağlın üstünlüyünü göstərərək, yazır: “hər bir dərk edilən şey, dərk
edəndə özünü göstərir. Eləcə də, hər bir ayrıca şəxsin əqllə dərk etdiyi, onun
hissi ilə dərk etdiyinə uyğun olur”. Bəhmənyarın fikrincə, qazanılmış hər bir
bilik insanın mənəviyyatını zənginləşdirməyə, onda gözəl məziyyətlər aşılamağa
xidmət edir. Sonda haqqa yaxın kamil insan yetişir.
Bəhmənyarın
ağıl və nəfsə ideal substansiya kimi baxması, onların, cisimsiz varlıqlar
sırasında özünü biruzə verməsindən irəli gəlir. Əslində, onlar da, maddi
varlığın məhsulu kimi daima fəaliyətdədirlər. Bəhmənyar, idrak nəzəriyyəsində həm
hissi, həm ağlı mərhələlərin bir-biri ilə sıx əlaqədə olduğunu qeyd edir, biliyə
yüksək qiymət verir, onun fikrincə, qazanılmış hər bir bilik insanın mənəviyyatını
zənginləşdirir və kamilləşdirir.
Pir Hüseyn (- 1071) Nişapurda Sofi təriqətinə
Şeyx Əbu Səid Əbu-L-Xeyri başçılıq etdiyi zaman, onun ətrafına dövrünün ünlü Azərbaycan
sofiləri, o cümlədən Əbu Abdullah İbn Xəfifi, Əbu Seyidin oğlu İbn Bakuyyə,
Baba Kuhi, Məhəmmədəli Bakuyi və onun qardaşı Pir Hüseyn Şirvani də
toplanmışlar. Mürşidlərindən sofi-irfan dərsi almışlar. Hər birisi sofilik məqamına
çatdıqdan sonra, öz ideyalarını Azərbaycanda yaymaqla məşğul olmuşlar.
Tarixçi Məhəmməd İbn Münəvvərin məlumatına görə, təkcə Şirvanda
Əbu Səid Əbu-L-Xeyrin nəzəriyyəsini təbliğ edən 400-dən artıq Xanəgahlar mövcud
olmuşdur. Yüksək nüfuza malik olan sofi filosof Pir Hüseyn, islam fəlsəfi
dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
Məşədixanım
Nemətin qeydinə görə, Pir Hüseyn kitabəsində yazılan “Əl- Salik” kəlməsi onun
çox nüfuzlu, 3-cü dərəcəli sofi olduğunu göstərir. İran tarixçisi Vəssafın
(1264-1334) verdiyi məlumata görə, Pir Hüseyn Xanəgahının zəngin kitabxanası və
həmişə kifayət qədər oxucusu olmuşdur.
Türk dünyasının hər tərəfində onun müridləri fəaliyyət göstərmişlər.
(Adı çəkilən abidələrdəki yazıların tərcüməsi və oxunuşu tarixçi alim Məşədixanım
Nemətindir).
Qəzali əbu Hamid Məhəmməd
ibn Məhəmməd
(1059-1111). Böyük sofizm nümayəndəsi Qəzali, maddi aləmin əbədiliyi və
qanunauyğun inkişafı, ideyasına qarşı çıxmışdır. Qəzaliyə görə, dünya Allahın
iradəsi sayəsində, pilləli, qarışıq proseslər yolu ilə mövcud olmuşdur. Qəzaliyə
qədər islamiyyətdə bidət (qəbul edilməz) sayılan sofizmi, islam təliminin
sisteminə ilk dəfə o daxil etmişdir. Qəzali intuisiyanı, mütləq həqiqətin dərkində
yeganə vasitə saymış, şəxsi emosional etiqada üstünlük vermiş, Allahın
intuisiya, ekstaz (cəzb) yolu ilə dərk olunmasını mümkün hesab etmişdir. Qəzalinin
fikrincə, cəmiyyət ilə insanın harmoniyası mümkün deyil. Qəzali, insanın mistik
halını, dini həyatın mahiyyəti kimi başa düşürdü. Sonralar bir çox mütəsəvvüflər
(Ömər Xəyyam, İbn Tufeyl, İbn Rüşd və b.) Qəzalinin mistizm baxışlarını əsaslandıran
fəlsəfəsini tənqid etmişlər. İdris Şah isə yazır: “İmam əl-Qəzalinin əsərləri
Avropaya yayılan zamandan əlli il keçmədiki onun sxolastik (mistik) dünyagörüşü
yahudi və xristian mistik ideyalı mütəfəkkirlərə çox böyük təsir etdi. Avropa
müdrikləri arasında Qəzali ideyasına rəğbətlə yanaşanların sayı çoxaldı.”
(İdris Şah, “Sufi”, Moskva 1999, s.179)
Qəzali “tahafut” əsərində Fərabinin və İbn
Sinanın dini görüşlərinə qarşı çıxır. Qəzali,
öz dünyagörüşündə kəlamçıların görüşlərinə daha çox meyl edir. Kəlamçılara görə,
kainat ağırlıqları olmayan, gəlib keçici, bir çox sifətləri olan, sayı bilinməz
qədər çox olan, bir çox parçaların, boşluqlara üst-üstə qoyulması ilə meydana gəlmişdir.
Tanrı, azad iradəsi ilə istədiyi qədər parçaları, istədiyi sifətlərdə, istədiyi
anda yarada bilər. Zamanı isə “an” deyilən parçalardan yaradır. Tanrı bütün bu
parçaları yaratmaqdan vaz keçərsə, onlar yox olar. Varlığa gəlməsini əmr edərsə,
onlar yaranar və var olar. Tanrı zidd olanları, pislikləri heç vaxt əmr etməz.
Qəzali təbiətin varlıqlarının bir-birinə
bağlılığını qəbul edir. Qəzaliyə görə Tanrı sifətləri öz iradəsi ilə ağlın
sınırlarını aşa bilməz. Adam ağlının varlıqları, aləmində çeşidli imkanlara
malikdir. Bu imkanların çeşidliyinin vəhydən asılı olduğunu deyir. Qəzali də
özündən öncəki sofilər kimi, açıq-aydın “ən əl-həqq” demirdi. O, dolayısı ilə
ağılda olan varlqları Allahla yanaşı tutur. “Tanrı ağlın sınırlarını aşa bilməz”
deməklə, insanı Tanrı səviyyəsinə qaldırır.
Eynəlqüzzət Əbulməali
Abdulla İbn Məhəmməd Miyanəçi (1099-1131) - XII əsrdə Güney Azərbaycanın Miyanə şəhərində
doğulmuşdur. Azərbaycan filosofu, sofilikdə panteist sisteminin yaradıcısı
olmuşdur. O, Həmədanın baş qazisi olmuş, dərin hörmət qazandığı üçün ona “qazilərin
gözü” ləqəbini vermişlər.
O, idrak nəzəriyyəsinin hiss və ağıl mərhələsinin
şərhindən başqa, sofilərdən fərqli olaraq, ağlın məhdudluğunu söyləyir. “Hissi
idrak məhdud olduğu kimi, ağlı idrak da məhduddur”, deyir. O, Tanrının zərrəciyi
yerləşən ağlın maddiliyini qəbul edir. Tanrıya yaxınlaşmaqda ilahi “eşq”
anlayışının mühüm yer tutduğunu söyləyir. Onun fəlsəfəsində müşahidə edən
müşahidə edilənə, müşahidə edilən müşahidə edənə çevrilir.
Burada, ideya tam mənası ilə M. Həllacın
ideyasının eynidir. Yalnız deyiliş formasında fərq var. Mövcud ideoloji
konsepsiyalara tənqidi münasibət bəsləyən Eynəlqüzzəti, nə ortodoksal müsəlman
sxolastikası (kəlam), nə də müxtəlif dini cərəyanlar qane etməmişdir. O, yazır:
“Təqlidin ətəyindən bəsirət zirvəsinə yüksəlmək axtarışı ilə kəlam kitablarını
mütaliə etdim, məqsədimə çata bilmədim, bütün məzhəblərin yanlışlarını gördüm”.
Filosof bütün dinlərin eyni mahiyyət daşıdıqlarını deyir. O, sofiliyin orijinal
panteist təlimini hazırlamış, öz sistemində sofilərin panteist əhval-ruhiyyəli
müddəaları ilə ərəbdilli peripatetiklərin elmi fikirlərini məharətlə birləşdirmişdir.
(Peripateistik (açıq səma altında gəzinti) məktəbin əsasını Aristotel qoymuşdu,
onların baxışlarını müsəlman aləmində Məşşanilər davam və inkişaf etdirmişlər).
Eynəlqüzzət, panteist sistemində həm varlıq təlimini,
həm də idrak məsələlərini, orijinal olaraq həll etmişdir. Onun panteist fəlsəfəsində,
ən ümumi mənada götürülən “varlıq” anlayışı, son məqamda Allah anlayışı ilə
eyniləşdirilir. Bununla bərabər, Allah, varlığın mənbəyi və çıxış yeri sayılır.
Eynəlqüzzətin baxışlarında, Allah saysız-hesabsız atributları olan varlıqdır.
Atributlar mövcud şeylərin Allaha nisbətini ifadə edir. Filosofun varlıq təlimində
atributlar həm bütöv halda Allahın xassələrini, onun mahiyyətini, həm də şeylər
aləmini təşkil edir. Mövcudatın varlığı, haqqın varlığından xaricdə ola bilməz,
əksinə, o elə odur ki, var. Yəni, mövcudatın varlığı Allahın varlığıdır. Eynəlqüzzət,
hissi idrak kimi, ağlı idrakın da müəyyən imkan həddi olduğunu bildirir. Onun
yaradıcılığına qədim şərq mütəfəkkirlərinin dini fəlsəfi baxışları qədim yunan
filosoflarının təlimləri, böyük təsir etmişdir. Eynəlqüzzət, Allahı bütün
varlığın mənbəyi və çıxışı sayır. “Ayrı-ayrı şeylər aləmi bütövlükdə həm vahid,
həm də çox olan mütləq varlığın, yəni Allahın xarici təzahürüdür, günəş vahid
olsa da, ondan çıxan şüalar çoxdur, saysız-hesabsızdır” deyir.
Eynəlqüzzətin
dünya görüşünə görə, Allah saysız-hesabsız atributları olan ölçüsüz və çəkisiz
substansiyadır. Filosofun varlıq təqvimində atributlar həm bütöv halda Allahın
xassələrini, onun mahiyyətini, həm də şeylər aləmini təşkil edir. Eynəlqüzzətin
fikrincə, ən bəsit anlayışlar yalnız hissi orqanlar vasitəsilə əldə
edilir. Filosof, insan ağlının, gerçəkliyi
dərk etməkdə böyük imkanlara malik olduğunu yazır. “Bilgi ağılın düzgün tərəzisidir.
Onun hökmləri yalana yol verməyən doğru yəqinlikdir. O adildir, onda heç zaman
ağılsızlıq təsəvvür edilməz.”
Eynəlqüzzətin bu sözündə həqiqət var, fəqət
yalnız o halda ki, ağıl düzgün bir tərəzi kimi insanlığı, ədaləti müdafiə
etsin. Əgər ağıl şərə xidmət edərsə, onun tərəzisi də şərə, zərərə, eybəcərliyə
xidmət edəcəkdir. Eynəlqüzzətin bu fikrindən belə bir nəticəyə gəlmək olar ki,
hər bir şəxsiyyəti də yüksək ağıl yetişdirir.
Eynəlqüzzat Miyanəçi qədəri, alın yazısını qəbul
etmir, hər şeyi ağılda görür. Ağılı Tanrı varlığının məhsulu hesab edərək deyir
:
“Səbr
eylə deyirsənki işin yaxşı olar,
Qəlb ola, ona qabil ola, o yoxdur.
Tamam pozmalıdır yazdısa hər nə,
Atıb getməlidir yığdıqca hər nə.
Səbr edə bilməyib dözümsüzlüyündən,
Yazını pozmağa cəhtindən.”
(Qədim və Orta əsr Az. ədəbiyyatı.
Bakı-1982. s.43)
Eynəlqüzzət, azad fikirlilik üstündə 31 yaşında
kafir elan edilib, müsəlman qanunlarının təqibinə məruz qalmışdır. O, tutularaq,
bir müddət Bağdad zindanında saxlandıqdan sonra, ölümünə fitva verilmiş, Həmədanda
dərs dediyi mədrəsədə edam olunmuşdur.
Əhməd Yasəvi (1102-1165). Əhməd ibn İbrahim ibn İlyaz Yasəvi Piri Sultan (Sultanın Piri,
Xoca Əhməd də deyilir) təxminən 1102-ci ildə doğulmuşdur. Atası İbrahim, gənc
yaşlarında ölmüşdür. Arslan baba adlı bir sofi, gənc Əhmədi Yasi kəndində öz
himayəsinə götürmüş və ona ilk bilik vermişdir. Arslan babanın ölümündən sonra
o, Buxaraya gedərək, biliyini Yusif Həmədaninin yanında davam etdirmiş, 1140-cı
ildə təhsilini tamamlamışdır.
Dövrünün ünlü alimi, mütəsəvvüfü olan Yasəvi,
yüzlərlə mürşüd və müridlər yetişdirmişdir. “Divani Hikmət” adlı qiymətli əsər
yazmış və 63 yaşında diri ikən yerin altında hücrə qazdırmış, ömrünün qalan hissəsini
burada keçirmişdir. Əhməd Yasəvi yerin altında yaşamağının səbəbini özünün “Hikmətlər”ində Məhəmməd (ə.s.) 63
yaşında vəfat edərək, yer altına basdırıldığını və bu səbəbdən özünün yer üzərində
peyğəmbərdən artıq gəzməkdən həya etməsini ilə izah edir. Hörmət əlaməti
olaraq, sofilər ona “Həzrəti Türküstan” və ya “Şahi Türküstan” adı vermişlər.
O, 1165-ci ildə haqq dünyasına qovuşmuşdur. Onun türbəsi Qazaxıstanın Türküstan
şəhərindəki Türküstan kəndindədir və türk dünyasının ziyarətgahıdır. Türbəni
böyük və qüdrətli hökmdar əmir Teymur öz mürşidinə olan rəğbətinin rəmzi kimi
tikdirmişdir.
Əhməd Yasəvi bir pir kimi, sofilikdə özünün
yeri olan “Yasəvilik” təriqətini yaratmışdır. Sofiliyi aşılayan, bir çox dini və
əxlaqi öyüdlər verən şerlər yazmışdır. Onun “Divani Hikmət” əsəri, Ural-Altay mədəniyyətinin
incisi kimi Anadoluda “təsəvvüf” mədəniyyətinin özülünü qoymuşdur. O, 144 “Hikmət”
şerlərin və 1 minacatın müəllifidir.
Yunis İmrə, Hacı Bektaşı Vəli, Pir Sultan
Abdal, Qayğısız Abdal kimi ünlü sofi şairlərin dünyagörüşləri onun “Divani Hikmət”indən
mənəvi qida almışdır. Yasəvinin bütün hikmətlərinin hamısı, sofiliyi təbliğ edən
şerlərdən ibarətdir. Onun hikmətlərindən:
Birdən-birə durduğum yerdə bütün
ulular
Haqq eşqini könlüm içinə saldı,
dostlar.
Xızır babam hazır olub, lütf edərək
Yardım edib, əlim tutub aldı,
dostlar.
Otuz dörddə
alim olub bilgə oldum
Hikmət
söylə, dedi rəbbim! Söylər oldum,
Qırxlar
ilə şərab içdim, yoldan oldum
İç və
dışım hak nuruna doldu dostlar.
Piri Kamil içkisindən damla
daddım
Yol bulayım deyib, başım ilə gecələrə
dondum
Allaha həmd olsun, lütf eylədi,
nura batdım
Könül quşu laməkana ulaşdı, dostlar.
Peyğəmbərin (ə.s.) ölümündən sonra yaşamaq istəməməsini
belə söyləyir:
Yer üstündə dostların matəm tutdu
Bütün aləm “Sultanım deyib nərə çəkdi”
Haqqı bulan gerçək sofilər kanlar
yurudu,
Mustafaya matəm tutub girdim yerə.
Əbülqədir Gilani (Geylani) Güney Azərbaycanda
Giyan ölkəsinin(1077-1166)Neyf köyündə doğdu. Soy düzümünü həz. Əlinin oğlu Həsənə
aparırlar. Kiçik yaşlarında atasını itirən Abdulkadiri babası Savman böyüdür. Qədriyyə
məktəbinin banisi Əbdülqədir Gilani 18 yaşında Bağdada gəlmiş, bir neçə bilginlərdən
hədis, hüquq və dilçilikdən bilik alır. Təsəvvüfçü bilgin Mühəmməd bin Müslümdən
təsəvvüf biliyinə yiyələnir. Berilən bilgilərə görə ustad Müslüm əd-Dəbbasın
qızı ilə evlənir.Qayınatasının əli ilə də təriqətci xirğəsini geyinir.Məzhəblərdən
hənbəli hüquq sisteminə yiyələnmiş və 50 il Ön Asiya ölkəsini zahid kimi gəzib-dolaşmışdır.
Nəhayət, 1127-ci ildə Bağdadda dayanaraq, vaiz kimi şöhrət tapmışdır və müridləri
tərəfindən 1133-cü ildə onun üçün Mədrəsə tikilmişdir. MƏdrəsədə hədis, təvsir,
qiraət, fikihdən dərs deyir. Onun müridləri Qədriyyə təriqətini təbliğ etmək
üçün Ərəb ölkələrinə, Afrika, Hindistan və Türküstana yayılmışlar. Xüsusilə
Afrikada, Sudan, İrak və Pakistanda çox güclü nüfuza malik olmuşlar. Sudanda, Dəməşqdə
Qədriyyə mərkəzləri yaradılmış və fəaliyyət göstərmişdir. Təsəvvüflə ilgili bir
çox əsərlər yazmışdşr. Onlardan 50-dən çox əsəri dönəmimizədək gəlib çatmışdır.
Tarixci alim Məşədixanımın yazdığına görə, Gilani
Cəbrayıl rayonunda doğulmuşdur. Şeyx Əbdülqədir Gilaninin qəbri Cəbrayıl rayonu
ermənilər tərəfindən 1993-cü ildə işğal olunanadək Şıxlar kəndində ziyarətgah
olmuşdur. Rəvayətə görə, şeyx Gilaninin bu kənddə təriqət mərkəzi olmuş və
Şıxlar kəndi də öz adını bu mərkəzdən almışdır. Əbdülqədir Gilaninin mübarək məqbərəsi
yerli xalq arasında “Şıx Baba Piri” adı ilə məşhurdur.
Ancaq böyük türk mütəsəvvifi M.A.Ayni şeyx
Gilaninin qəbrinin Bağdadda olduğunu və pərəstişkarlarının ziyarətgah ocağı olduğunu
yazır.
Suhraverdi
Əbunnəcib Əbdülqahir ibn Abdulla (1097-1168). Azərbaycan
mütəfəkkiri, sofiliyin görkəmli numayəndəsidir. Bağdadda Nizamiyyə mədrəsəsində
təhsil almışdır və həmin mədrəsədə də dərs
demişdir. On iki il Nizamiyyə mədrəsəsinə başçılıq etmişdir. Suhraverdi “Təsəvvüfə
dair müridlərin əxlaqı”, “Çıraqların qəribəsi” və s. traktatların müəllifidir.
Suhraverdinin sofilik dünya görüşü sofiliyin möötəzil (aza qanə olmaq) qoluna mənsub
olmuşdur. Onun fikrincə, təsəvvüf şəriətdən başlayıb təriqətdən keçərək həqiqətdə
sona yetir. Şəriət mərhələsində elmə yiyələnmək, təriqət mərhələsində gözəl əməllərə
sahib olmaq, həqiqət mərhələsində isə, ilahi vergilərlə haqqa yaxınlaşmaqdır.
İslam dini daxilində VII əsrdə möötəzillilər cərəyanı
yaranmağa başlamış, ilk möötəzili məktəbinin banisi Əmir ibn Übeyt sayılır.
Möötəzililər antropomorfizmə (insana xas olan xassə və sifətlərin Allaha və
ruha köçürülməsi) qarşı çıxırlar.
Möötəzillilər Allahın təkliyini, onun mənəvi varlığını qəbul edirlər, onu kainatın varlığı sayırlar. Qurani-Kərimi
dini həqiqət mənbəyi kimi tanımaqla, onu müqəddəs bilməklə bərabər, eyni
zamanda, onu sonradan yaradılmış Məhəmməd (s.ə.)-ın əsəri sayırlar. Möötəzililər
Qurani-Kərimdəki rəvayətlərə kor-koranə riayət olunmasını qəbul etmirlər. İnsan
təfəkkürünün iradəsinin azadlığı haqqında qədərilərin təlimini qəbul edirlər. Qədərilərin
bu təlimini möötəzililər daha da inkşaf etdirmişlər.
Xəlifə Məəmun (813-833) möötəzilizmi, ən mükəmməl
ilahiyyat sistemi kimi qəbul etmiş və onu dövlət dini elan etmişdir. Xəlifə Əl
Mütəfəkkilin dövründə isə (847-861), möötəzililik dini küfr din elan edilmiş, təbliğatçıları
təqib edilərək, cəzalandırılmışlar.
Suhraverdi Şihabəddin
Əbülfət Yəhya ibn Həbəş (1154-1191). Azərbaycan filosofu, şair, işraqilik (parıltılıq) təliminin
banisidir. İlk təhsilini doğulduğu Marağada almış, İsfahan, Diyarbəkir, Konya və
s. şəhərlərdə yaşamışdır. Şərqin filosofu, nəqşibəndilik təriqətinin
davamçılarından biri olan şeyx Sədi ilə yaxından dost olmuşdur. O, ikinci
qılınc Aslanın ən yaxın adamı olmuşdur. Şahın uşaqları, Nəsrəddinə və Qiyasəddinə
dərs demişdir. Saraydakı hörməti və şaha yaxınlığı da, onu, qatı mövhumatcı
dindarların fitvasından qurtara biməmişdir. Dünyəvi baxışlarına görə, dinsizlikdə günahlandırılaraq, ölümünə fitva
verilmiş və Hələb şəhərində edam edilmişdir.
Bəzi tarixi mənbələrdə yazılır ki,
Suhraverdinin şah sarayında yüksək nüfuza sahib olduğunu görən ruhanilər və şəhər
üləmaları onun dinə zidd ideyada olduğu haqqında Misir, Yəmən, Suriya vilayətlərinin
hökmdarı Səlahəddin Əyyubiyə şikayət etmişlər. Səlahəddin Əyyubi üləmaların dəstəyindən
məhrum olmamaq üçün oğlu Məlik Zahirə Suhraverdini öldürmək əmri verir. Məlik
Zahir atasının bu qərardan əl çəkməsi üçün nə qədər çalışırsa onu qərarından
döndərə bilmir. Son halda istəməyərəkdən atasının əmrini yerinə yetirmək zorunda
qalır, Suhraverdini öldürtdürür. Suhraverdinin necə öldürüldüyü bu günə qədər
müəmmalıdır. Bəziləri onun qılıncla, bəziləri boğulmaqla, bəziləridə ac-susuz
saxlanılmaqla öldürüldüyünü yazırlar. Ancaq onun tələbəsi Şahzuri onun həyatından
danışan zaman yazır: “Suhraverdi ac-susuzluqla öldürüldü.
Məlik Zahir atasının yerinə taxtda oturduğu
zaman Suhraverdi haqqında atası Səlahətdin Eyyubiyə şikayət edərək öldürülməsinə
fitva verdirən alimlərdən bəzilərini öldürdü, bəzilərini də mülklərini əllərindən
alaraq özlərini zindana saldı.
Suhraverdiyə görə həqiqətin kəşf olunması üçün
iki yol olmalıdır. 1. İnandırıcı aydın dəlil və sübut olmalıdır. 2. Əməli mərhələlər
olmalıdır.
Dönməz əqidəsi uğrunda mübarizə üçün ölümü qəbul
etdiyinə görə, tarix ədəbiyyatlarında “öldürülmüş filosof” kimi əbədiləşdirilmişdir.
Böyük sofi filosof Suhraverdinin sofilikdə işraqiliyə dair əllidən çox sanballı
əsəri elmə məlumdur. Suhraverdinin sofi-fəlsəfi risalələrində varlıq təlimi,
idrak nəzəriyyəsi, əsasən, təsəvvüfdə işlənən rəmzlərlə əlaqəli sübut kimi ifadə
edilmişdir. Onun fikrincə, sofilər müəllimi
Həllac, özünün diriliyini yalnız belə ölümündə görür. Suhraverdi özünün risalələrində
açıqladığı işraqilik fəlsəfəsinə görə, daha məşhur olmuşdur. O, bu əsərində
sofilik üçün yeni bir təlimin əsasını işləyib hazırlamışdır. İşraqilik “aydınlanma” “parlanma”və ya “işıqlanma” anlamını verən
sözdür. İşraqilik elə bir nəzəriyyədir ki, insan qəlbini günəş kimi isidir və
onu nurlar-nuruna (Allaha) qovuşdurur. Filosofun zəngin irsi, orta əsrlər
boyu geniş təbliğ edilmişdir. Bütün şərq və qərb ölkələrində Suhraverdinin əsərlərinə
bir çox müdrik mütəfəkkirlər müraciət etmişlər.
Suhraverdi, “Vəhdəti-Vücud” nəzəriyyəsindəki
“varlıq” və “yoxluq” anlayışlarını “işıq” və “qaranlıq” anlayışları ilə ifadə
edir. Vacib varlıq haqqında irəli sürülən bəzi müddəaları müəyyən mənada,
işıqlar işığına (nurlar nuruna) aid edir. Suhraverdi fəlsəfəsində işıqlar işığı
bütün mövcud şeylərin varlığının səbəbidir. Mövcudatın mənbəyi işıqlar işığıdırsa
və işıq da mövcuddursa, o, şüalanmalıdır. İşraqilik fəlsəfəsi ilə tanışlıqdan
sonra, yəqin etmək olur ki, Babəkilik hərakatındakı Xürrəmilik “işıqlar
işığından çıxan mənəvi işıq” mənasında işlədilmişdir. İşraqilik fəlsəfəsinə görə,
hiss və ağıl vasitəsilə maddi aləmin şeyləri və hadisələri haqqında bilik əldə
edilir. İşraqilərə görə, həqiqətin bilgisi, mənəvi kamillik, Tanrı işığının
yerləşdiyi ağıla gələn işrak yolu ilə əldə edilir. Bütün nurlar, nurlar nuru
olan nur əl-ənbardan süzülür. Bu, nur-işıq Tanrısının özüdür. Suhraverdi, müsəlman
hüquqşünaslarının ciddi tələblərinə görə, Misir, Yəmən, Suriyanın hökmdarı olan
Səlahəddin Əyyubinin əmri ilə hicri 541, miladi 1191-ci ildə 37 yaşında dərs dediyi mədrəsənin meydanında öldürülmüşdür.
Suhraverdi “Əl-Məşari” adlı kitabında hər şeyin
ağılla çözüləbiləcəyini, ağılla tək xaric yox daxili aləmində çözüləbiləcəyini
deyir. O İşraqilik fəlsəfəsinin qaynaqlarını İdris (Hermes) peyğəmbərdən gəldiyini
bildirərək deyir: “İdris (ə.s.) işraqiliyin babasıdır (banisidir), sonra isə
işraqiliyin sahibi Əflatundur.” İdris fəlsəfəsi sonralar iki qola iran və yunan
qollarına ayrılır. Hər biri ayrı fəlsəfə kimi sərbəst inkşaf etdirilir. Ancaq
sonralar Suhraverdi bu iki qolu yenidən “İşraqi Hikmət” fəlsəfəsində birləştirir.
O “Mutahirrat” kitabında bu qolların təhlilini verərək hər iki qolun eyni fəlsəfi
fikir düşüncəsi olduğunu söyləyir. Bu fəlsəfi dünyagörüşünü ibn Sina, Fərabi,
Kindi, Qəzali inkşaf etdirərək Vəhdəti-Vücut fəlsəfəsində yaşatmışlar.
Suhraverdi bir müsəlman filosofu kimi bütün görüşlərini Quran ayələrinə istinad
edərək onun əsasında yazıldığını deyir. Onun “Hikməti İşra” adlı kitabında
işraqi hikmətlərinin dərinliklərini Quran ayələrindəki “mən yer üzünün və göy
üzünün nuruyam” (24/35) ayəsi ilə əlaqələndirmişdir. Suhraveridyə görə bütün
ilahi dinlərin hamısında tək hədəf olan bir Tanrı iştirak edir. Bu tək hədəfə
qovuşmağın yollarıda İşraqilikdə göstərilən bilginlikdən və kamillikdən keçir.
Suhraverdi, öz nəzəriyyəsində işığı (ən-nur)
qaranlıqla (əz-zülm) qarşı qarşıya qoymur, onları bir biri ilə əlaqələndirilir.
Onaların ikisi birlikdə, tamamlanmış Vəhdəti- Vücud fəlsəfəsində bir varlıq
yaratdıqlarını qeyd edir.
Suhraverdi
deyir: “Aksident işıq, öz-özlüyündə olan işıq deyildir, onun varlığı başqasına
məxsusdur, o başqasının işığıdır. Xalis
işığın heç bir cisimlərlə əlaqəsi yoxdur. İşığı həmişəlik davam edən cisim,
daimi qalır. Cisimdən ziya (işıq) kəsildikdə zülmət baş verir. Günəş də belə
bir cisimdir. Ali (ən-nur) olan cisim, efirdən ibarət olan göy sferalarının
aşağı cisimlər (dörd ünsürdən ibarət olan cisimlər) isə, ay səmasının altındakı
aləmi təşkil edir. Ən ali zirvədə işıqlar işığı (nur əl-ənvar) durur.
Suhraverdi
“İşraq fəlsəfəsi” kitabında deyir: “ Bu aləmdə istər xalis, istərsə də aksident
işıq olmasaydı, kainatdakı hərəkət əsla baş verməzdi. İşıq, hərəkətlərin və hərarətlərin
səbəbidir.”
Suhraveridyə görə, ən yaxın işığın sayəsində
bir bərzəx (iki aləm arası - o dünya bu dünya arası) və bir mücərrəd işığın
hasil olması mütləqdir və labuddur.
Ş, Suhraverdi “filosofların görüşü” əsərində
yazır: “İlk materiya (Allah) elə bir substansiyadan ibarətdir ki, o gah od
formasına, gah hava formasına, gah su
formasına, gah da torpaq formasına keçir”. (R. Əliyev.”Məxvilikqrifi yaxud mif,
fəlsəfə, din və dil düyünü” Bakı 2002). Demək Suhraverdi allahı hər şeyin
yaradıcısı olduğu kimi hər şeyə çevrilə bilməsini də alımlayır.
Suhraverdi nəfsi heyvan və insani nəfslərə
ayırır. İnsani nəfsi düşüncəli nəfs adlandırır. O deyir: “Bədənmizin düşüncəli
nəfsi olduğu kimi, göylərində diri, bilici, öz yaradıcısına aşiq, əbədi
ehdirasla sevilən düşüncəli nəfsləri vardır ki,
onlar həmişə vəcd, aramsız həzz içindədilər.(Ş.Suhraverdi. “
Filosofların görüşü” Bakı 1980 s.13).
Suhraverdi hal ilə məqam arasınada möhkəm həddin
olmadığını bildirərək deyir: “Bəzilərinə hal halında görünən şey başqalarına məqam
halında görünə bilər.” Demək, hal, hər
bir məqamı tam anlayan yolçunu, yeni məqamlara hazırlayan həqiqətə, haqqa
qovuşduran ilahi bir vergidir. Məqam isə, sofilərin ciddi cəhdləri sayəsində
çatdıqları yüksək kamillik mərtəbəsidir.
İşragilik
nəzəriyyəsinə görə, ali işığın yaratdığı ilk xaotik varlıq kainat olmuşdur. Tədricən
xaotik materiyadan, ilk cismli varlıqlar, o cümlədən yer yaranmışdır. Yer süxurlarında
olan su ilə işığın vəhdəti, palçıqlı suda ilk koaservatları yaratmışdır.
Yaranan koaservatların fəaliyəti nəticəsində, dördüncü ünsür olan hava
yaranmışıdır ki, bununla da, kainatın ilk mənbəyi olan dörd ünsürün vəhdəti tədricən
canlı varlıqları yaratmışdır. O cümlədən də tədrici pilləli yol ilə, bəşəriyyətin
əşrəfi olan insan yaranmışdır. Suhraverdinin bu ideyası və nəzəriyyəsi,
Darvinin təkamül nəzəriyyəsindən öncə verilmişdir. Ola bilsin ki, Darvin, şərqə
səyahəti zamanı Suhraverdinin nəzəriyyəsi ilə tanış olmuş və sonralar onu
sistemli halda işləmişdir.
Bir çox müəlliflərin qeydlərinə görə,
Suhraverdi, öz nəzəriyyəsini zərdüştlük təlimi əsasında yaratmışdır. Ancaq onu
qeyd etmək lazımdır ki, Suhraverdinin işrakilik nəzəriyyəsi, zərdüştlüyün
tamamilə əksini təbliğ edən bir nəzəriyyədi. Zərdüştlükdən fərqli olaraq,
israqilikdə işıqla qaranlıq bir-biri ilə əks mübarizə aparmır, əksinə, vəhdət
yaradaraq, bir-birini tamamlayır.
Suhraverdinin
işraqilik nəzəriyyəsi zərdüştlükdən
çox tanrıçılığa yaxındır. Tanrıçılıqda da işıqla qaranlıq vəhdət təşkil edir.
İşığın itməsi qaranlığı yaradır. Ama qaranlıq işığı yaratmaq bacarığında deyil. Suhraverdi eyni tanrıçılıq
dünyagörüşünü “ İşraq fəlsəfəsi” əsərində
dərindən işlənmiş və fəlsəfi nəzəriyə səviyyəsinə qədər qaldırmışdır.
Zülfüqar Şirvani (- 1192) Azərbaycanın mütəfəkkir
şairi Zülfüqar Şirvani məntiq, astronomiya və fəlsəfəni dərindən bilmiş, şerlərində
öz dünyagörüşünü daima açıqlamışdır. Onun şerlərində, dünyagörüşlərində sofilik
ideyaları əsas yer tutur. Şerlərində real gözəlliklər və ilahi məhəbbətlə tərənnüm
olunan baxışları ilə bərabər, dini mistik meyillər də bəzən özünü göstərir.
Şeyx Əbu Bəkr ( - 1197) Şeyx Əbu Bəkr şeyxlərin
məliki (başçısı) sofilikdə üçüncü dərəcəyə çatmış, sofi təriqətinin başçısı Əbu
Bəkrin türbəsi, Dəvəçi raonunun Uqah kəndində “Sultan Baba Piri” adı ilə yerli
xalqın ziyarətgahıdır. Şeyx Əbu Bəkr bir ruhani alim kimi bir çox müridlər
yetişdirmiş və onlar ətraf bölgələrdə Şabran, Quba, Xaçmaz, Qonaqkənd və s.
bölgələrdə fəaliyyət göstərmişlər. Bu sofi təriqətçilərin bir çoxunun qəbirləri
hələ də xalq arasında müqəddəs sayılır.
İbn Rüşd əbu-l-Valid
Məhəmməd ibn Əhməd (1126-1198) xristian ədəbiyyatlarında Averroes kimi qəbul edilmişdir.
İspaniyada doğulmuşdur. “Averroizm” təliminin yaradıcısı kimi xristianlıqda da
böyük nüfuza malik olmuşdur. Filosof İbn Rüşd ikili həqiqət nəzəriyyəsini
müdafiə etmişdir. Bu nəzəriyyənin müdafiəsi əsasında, özünün Averrizm təlimini
yaratmışdır. “Fəlsəfə və din arasındakı əlaqəyə dair qərar çıxardan mühakimə” əsərinin
müəllifidir. O, əsərində ruhun ölməzliyini və axirət həyatını inkar etmişdir.
İkili (dualist) baxışına görə, həm müsəlman, həm də xristian qatı dindarları
daima onu təqib etmişlər. Averroizm təlimi XIII əsrdə hakim kilsə və eləcə də
tövhid İslam ehkamlarına qarşı yönəldilmiş mütərəqqi bir cərəyan olmuşdur.
XIV–XVI əsrlərdə Fransada və İtaliyada Averroizm təlimindən, xalq üsyanında
kilsəyə qarşı istifadə etmişlər. Averroizm, dualist baxışları, ideya cəhətdən
sofilik baxışlarına yaxın olan bir dünyagörüşüdür. Sonralar İbn Rüşdü müdafiə
edən bir çox dualist davamçıları olmuşdur.
İbn Rüşdə görə, kainatda heç zaman “maddə” surətdən
ayrı ola bilməz. O halda Tanrının da maddədən ayrı olması mümkün deyil. Belə
olan halda maddə surətlə birlikdə olan varlıqdır. İbn Rüşdə görə adamdakı fərdi
ruh keçicidir, ölümlüdü. Əzəli ruh, “küllü ruh” ölməzdir. İbn Rüşd bu küllü
ruha ortaq ağıl deyir. Fərdi ruh ortaq ruha (ortaq ağıla) nisbətən maddidir,
maddə kimidir. Ortaq ruh da ( ortaq ağılda) maddi ruha nisbətən “surətdir”.
Maddi ruh “ağıl”, küllü ruhdan “surət” pay “zərrə” alır. Göründüyü kimi, İbn Rüşd
fərdi ruhu maddi aləmin yəni maddənin bir parçası hesab edir.
Sühraverdi Şihabəddin
Əbuhəfs Ömər ibn Məhəmməd (1145-1234) - Azərbaycanın müdrik (sofi) mütəfəkkir hüquqşünas alimidir.
Böyük sofi nəzəriyyəçisi Suhraverdi hicri 495, miladi 1145-ci ildə Suhraverd şəhərində
doğulmuşdur. Suhraverdi şərqdə ən nüfuzlu və ilk universitet olan
"Nizamiyyəni" bitirmişdir. Zamanının ünlü alimlərindən, həm dünyəvi,
həm də dini biliklər almışdır. Fuad Köprülünün “Türk ədəbiyyatında ilk təsəvvüflər”
əsərində Suhraverdinin ən məşhur əsəri olan “Biliklərin töhvələri” kitabını,
“mükəmməl bir əxlaqi sofiyyə məcmusu” adlandırır. Onun əsərləri, sofizmin mötədil
qolunu öyrənmək üçün qiymətli mənbədir. Suhraverdi sofilərin təbiətini, daxili
aləmini onların geyimləri və zahiri cəhətləri ilə əlaqələndirir. “Ağ onların əlaməti,
Allaha görə, elm onların sifəti, ibadət onların bəzəyi, möminlik onların şüarı
və haqqın həqiqətləri, onların sifətləridir” deyir. Suhraverdinin ağıla əhəmiyyət
verməsi, onun sofizm təliminin məziyyətidir. O, deyir: “Təsəvvüf yolçusu, hər
şeydən öncə, öz nəfsini paklaşdırmalıdır”. Suhraverdi “Biliklərin töhvələri”
kitabında “tövbə”, “zühud”, “ehtiyatkarlıq”, “fəqirlik”, “səbirlilik”,
“razılıq” və s. məqamların geniş çözümünü Vəhdəti-vücud çəmbərində verir və
aydınlaşdırır.
Bu
terminlər “Qurani-Kərim”in ayələrindən götürülmüş olsa da, sofilər, xüsusilə,
tövhdçi ifrat sofilər, onları tamamilə özlərinə məxsus bir anlamda yozmuşlar. Belə
ki, əgər şəriətdə tövbə günahı boynuna almağı, onu təkrarlamamaq arzusunu
bildirirsə, təsəvvüfdə tövbə, Allahdan başqa bütün hər şeydən tövbə etməkdir.
Çünki sofilərin nəzərində yeganə gerçəklik Allahdır.
Sonralar Suhraverdi Bağdada köçmüş və qısa müddət
ərzində Bağdadın baş şeyxi rütbəsini tutmuş və ictimai-siyasi həyatda fəal
iştirak etmişdir. Onun “Təsəvvüfə dair risalə” və “Ruha dair risalə” əsərləri,
sofilikdən bəhs edən ən sanballı əsərlərdir. Sofi mütəfəkkirə görə, fəlsəfə elə
dərin bir dəryadır ki, hər filosof onda üzə bilməz. Suhraverdinin
yaradıcılığında təsəvvüfün, demək olar ki, bütün başlıca məsələləri və məqamları,
sofi sözünün təfsiri, insanın özünü dərk etməsi, ən nəhayət, insanın kamillik
rütbəsinə qalxması və s. hallar geniş işıqlandırılmışdır. O, əsərlərində əxlaqi
keyfiyyətlərin işıqlandırılmasına geniş yer vermişdir. Suhraverdi deyir: təsəvvüf hər bir yüksək əxlaqi xasiyyətə
yiyələnmək və hər bir alçaq xasiyyətdən uzaqlaşmaqdır. Suhraverdiyə görə,
sofilik edən kəs, özünə hesabat, nəzarət və daxili müşahidə yolu ilə bütün rəzilliklərdən
çəkinib, paklaşdmalı və kamilləşməlidir.
O, insanla Allahın birliyini, eyniliyini qəbul edən panteist əhval-ruhiyyəyə
qarşı çıxaraq, sofiliyin monoteist sistemini yaratmışdır. Azərbaycan sofi alimlərindən
Əhməd ibn İsmail Nakili, Mühyiddin Ərdəbil və Baba Məzid Təbrizi Suhraverdidən
bilik almış, Sədi Şirazi, Bəhaəddin Girmani, Nəcibəddin Bozquş Şirazi və
başqaları onun sofi ideyalarını geniş təbliğ etmişdir.
Suhraverdi nəslindən yetişmiş başqa bir ünlü
sofi şeyxi, “Heyakilin-Nur” əsərinin müəllifi Suhraverdi Maktul da din alimləri
tərəfindən dinsiz küfr elan edilərək, 1227-ci ildə hələb şəhərində edam edildi.
Nəcməddin Sabit
Tiflisi (-- 1234) Tiflisin sofi mütəsəvvüfü Nəcməddin Tiflisinin həyatı haqqında geniş bilgilər
olmasa da, onun böyük sofi şair olması haqqında, zamanının məhşur sofi mütəssəvvüfləri
söz açmış şeirlərindən örnəklər vermişlər. Hələ sağlığında (1215) ünlü sofi Əbu
Talib əl Məkkin öz əsərində onun iki şeirini, sofi Əbul Fərəc dörd şeirini öz
traktatlarına salmışlar.
XII əsrdə islam dünyasının hər yerində olduğu
kimi, Tiflisdə də təsəvvüf elminə yiyələnmiş mütəsəvvüflər yetişmişdir. İbn əl
Ruminin, əl-Mütənəbbinin yaradıcılıqlarının təhlilinə həsr etdiyi ədəbi tənqidi
risaləsində Nəcməddin Tiflisi, özünü bir mütəsəvvif kimi, sofi təriqətinin
bilicisi kimi göstərmişdir. O irşad elminin yaradıcısı, mürşidi Suhraverdinin
ideyalarının davamçısı olmuşdur. Nəcməddin Sabit Tiflisinin poeziyasında
halallıqla əldə olunan qazancın həmişə haram qazancdan üstün olduğunu deyir.
İnsanları haramdan qaçmağa çağıraraq, yazır:
“Haram qazancındır ən ziyanlı şey,
Özündə
bilmirsən qazandın niyə;
Dərk
etdin o vaxt ki, var-dövlətlisən,
Xərcləyib
xeyrini verərsən yelə.”
“Bu
gün heç kəs bilməz nə vaxt gələcək gündəlik ruzun,
Haramla halalı bir tərəziyə qoymaq heç olmaz.
Ancaq ki, birinin əli gödəkdir, birinin uzun.”
(Ədəbi
tərcümə A. Binnətoğlunundur.)
Nəcməddin Tiflisi Şam (Dəməşq) şəhərində bir
müddət imam olmuşdur. 1215-ci ildə əbədiyyətə qovuşmuş və Dəməşqdə məşhur olan
sofilər qəbirstanlığında dəfn edilmişdir.
İbn əl-Ərəbi
(Arabi) Mühiəddin Məhəmməd ibn Əli (1165-1240) - böyük mütəsəvvüf İspaniyanın Andalus şəhərində
doğulmuşdur. Babası və əmisi zamanın bəlli sofilərindən olmuşdur. O, ilk
islamlığa aid biliyini Lizbonda şeyx Əbu Bəkr ibn Xalafidən almış, sonra Əndəlus
sofilərinin mərkəzi olan İşbiliyə getmiş, orada 30 il yaşamışdır. O, çox erkən
islam dünyasında böyük nüfuz qazanmışdır. Sofi dünyagörüşünə görə, qatı
dindarlar onu bir neçə dəfə zəhərləmiş, zəhərlənmədən ölmədiyini görəndə, onu
öldürməyə cəhd göstərmişlər. O, hörmətli bir Misir şeyxinin himayəsi və yardımı
ilə bu dəfə də ölümdən qurtulmuşdur və
miladi 1240-cı ildə Şam şəhərinə gəlmiş, ölənə qədər orada yaşamışdır. Mühiddin
ibn Arabi, beş yüzə qədər əsərin müəllifidir.
Təsəvvüfün ən inandırıcı qolu olan Vəhdəti-vücud
fəlsəfəsinin ilk kıkləri insanlıqla bərabər yaransa da, onu bir sistemli fəlsəfi
təlim halına gətirən İbn əl Ərəbi olmuşdur. Ərəbiyə görə bu fəlsəfə “Allahın
dünyadakı varlığında təzahür etməsidir. Allah özünün yaratdığı varlıqlarla vəhdət
təşkil edir.” İbn Ərəbi iradə azadlığının nisbiliyini qəbul edir. “Kamil
insanda Allah və insan vəhdət təşkil edir”deyir. Vacibül-vücud fəlsəfəsinə
qarşı olan bu görüş də onun ölümünə səbəb olmuşdur.
Onun sofiliklə əlaqəli düşüncələri və əsərlərində
təbliği, təsəvvüf müxaliflərini həmişə rahatsız etmiş, təsəvvüf dünyagörüşünün
qatı düşməni olan Ali Yur Kari onun ölümünə fitva vermiş və bunun nəticəsi
olaraq da, öldürülmüşdür. Böyük sofi
filosofu-şair Suriya, İran, Hicaz və digər ölkələrə səyahət etmişdir. O, dövrünün
fəlsəfi təlimlərini dərindən öyrənmişdir. Bir çox fəlsəfi və sofi əsərlərin müəllifidir.
İbn Ərəbinin dünyagörüşü panteist məzmun daşıyır. Ərəbiyə görə, məxluqatın
varlığı xalqın varlığı ilə eynidir. Ərəbi deyir: “Şübhəsiz, yaradılanların olma
varlıqları yaradıcının varlığının görünüşüdür”, “Qul rəbbdir, rəbb də quldur”,
“Fürqan mənəm və yeddi cüt fatihə surəsi
də mənəm”.
Şeirinin birində deyir:
Mən haqqın sirriyəm, haqq`məndən ibarət deyil,
Bəlkə mən də haqqam, aramızdakı farkı böylə
bil,
Mən Allahın eyniyəm əşya içində,
Onun üçün varmı kainatda görünən,
Bir şey bizim eynimizdən başqa?
Şeirdəki fəlsəfi dünyagörüşlərinə nəzər salsaq
Həllacın ideyasının eyni olduğunu görürük.
İbn Ərəbi zamanının sofiləri arasında çox
sevilmişdir və bu sevgi əlaməti olaraq, ona, Şeyxi Əkbər (böyük şeyx) demişlər.
Şeyx Əkbərin ideyalarına qarşı çıxan dindarlar, onun ölümünə fitva vermişlər.
1240-cı ildə Şam şəhərində edam edilmişdir. Onun qəbrinin xalq tərəfindən müqəddəsləşdirilməsindən
qorxan mollalar, qəbrini murdarlamışlar. Şair və bilik sahibi olan böyük
komandan Sultan Səlim, Şam şəhərini tutduqdan sonra, Şeyx Əkbərin qəbrini
tapdırmış, onu təmizlətmiş, üstündə türbə tikdirmişdir. Şeyx Əkbərin ittihamına
yenidən baxılması üçün, Sultan Səlim fərman vermişdir. Fərmanın icrası məkkəli
Şeyx Əbul-Feth Mühəmmədə həvalə edilmişdir. Məkkəli şeyx, İbn Ərəbinin
ittihamlarına yenidən baxaraq, ona bəraət vermişdir.
İbn Ərəbinin mürşid və müridləri, bütün İslam
aləminə yayılmışlar. Bir çox görkəmli sofilər, o cümlədən Cəlaləddin Rumi,
Konyalı Sədrəddin, İraki Cami, Cili, Şəbüstəri və digəri, İbn Ərəbinin elmindən
bəhrələnmişlər. İbn Ərəbinin sofi dünyagörüşündən xristian filosofları və
mistikləri də öz əsərlərində istifadə etmişlər. O cümlədən Lulley, Dante, Em.
Palaçiosun əsərlərində İbn Ərəbinin təsiri
aydın duyulmaqdadır. E.A.Əffifi yazır: “Doğuda da çeşidli yazarlar İbn
Ərəbiyi incələmiş və haqqında bir çox risalələr yazmışlar. Onun sofi yönlü fəlsəfəsi
nə dərəcədə İslamın şəriəti ilə uyğunluğu məsələsi ələ alınmışdır. Bu haqda
münaqişələr müsəlmanların zehinlərini əsrlərcə məşğul etmiş və İbn Teymiyyə, Cəlaləddin,
Əs-Suyüti, Firuzəbədi, Mahzumi, Tafdazəni və başqaları kimi, insanlar tərəfindən,
İbn Ərəbinin sünnüliyini müdafiə etmiş və ya inancsızlığını (küfrünü) isbat etmək
üçün kitablar yazmışlar. Bəziləri ona İslamın ən böyük vəlilərindən biri nəzəri
ilə baxmışlar”.
İbn Ərəbinin fəlsəfəsində 3 ayrı-ayrı ünsür bir
araya gətirilmişdir.
a)
Əşarilərin “Külli-Cövhər” nəzəriyyəsi
b)
Həllacın “Lahud” (İlahi) və “Nasud” (İnsanlıq) nəzəriyyəsi
c) Yeni əflatunçuların
nəzəriyyəsi.
İbn Ərəbinn şəsi dünyagörüşü arılıqda u nəzəriyyələrin
heç birinə bənzəməsə də, bu üç nəzəriyyənin birlikdə olan tərkib hissəsidir.
İbn Ərəbinin dünyagörüşündə onun mütləq monizmi və Həllacın dualizmi birləşmişdir.
Xüsusilə Həllacın dünyagörüşü İbn Ərəbinin “Vəhdəti-Vücud” fəlsəfi görüşünün
formalaşmasında böyük təsiri olmuşdur. İbn Ərəbinin baxışında yaranan qeyb
ruhlar və mənalar aləmi, Həllacın “Lahud” (İlahi), xalq, təbiət, cəsədlər aləmi, “Nasud” (İnsanlıq) ideyası ilə eynilik təşkil
edir. Bir çox mütəsəvvüflər və araşdırıcılar İbn Ərəbini munist sofi kimi qələmə
vermələrinə baxmayaraq, onun ideyalarından və əsərlərindən görünür ki, o,
dualist bir sofidir.
Həllac ideyasına uyğun olaraq, İbn Ərəbi yazır:
“Böyük varlığın (aləmin) ruhu bu kiçik varlıqdır (insandır). Onsuz Allah deməzdi,
ən böyük, qüdrətli mənəm”.
İbn Ərəbiyə görə, böyük varlıq olan Allah, ona
görə güclü və qüvvətlidir ki, o, insanı özünə bənzər yaratmışdır. İbn Ərəbi deyir: “Yetkin (kamil) insan Həqiqətin (Allahın) kiçildilmiş bir
surətidir”. Bununla o, kamil insanın, Allahın aləmdə bütün sirlərə yiyələnmək
gücünə sahib olmaq bacarığında olduğunu göstərməkdədir. Başqa bir halda İbn Ərəbi
deyir: “İnsana ehtiram göstərən kimsə, Allaha ehtiram göstərmiş olur. Allah
insanı o dərəcədə yüksəltmişdir ki, ən yüksəkdən ən aşağıya qədər göylərdə və
yerdə olan hər şeyi onun şərəfinə yaratmışdır”. İbn Ərəbinin bu fikri “Qurani-Kərim”in
8-61, 14-33, 16-12, 29-61, 31-20 ayələri ilə təsdiqlənir.
İbn Ərəbi, yetkin insanlar arasına peyğəmbərləri,
övliyaları, vəliləri daxil edir. Ona görə, yaradıcı varlıq və ağıl bir-birini
tamamlayır və özünün “Kəlam” nəzəriyyəsini sistemli şəkildə təhlil etməklə, M.Həllacın
fikirlərindən geniş istifadə etmişdir.
İbn Ərəbi yetkin (kamil) insan olmaq üçün,
bilgi qazanmaqda altı hiss orqanlarının iştirakından danışır. Ona qədər məlum
olan beş hiss orqanlarına ağılı da əlavə edir və kamilliyin ən yüksək məqamında
ağılın durduğunu deyir. Elm ilə insani tərbiyə birlikdə nə qədər aşılanarsa, o
qədər ilahi nura yaxınlaşar, kamilləşər. İnsan kamilləşdikcə arınlaşar, təmizlənər.
Bu zaman o, sofilik məqamına yaxınlaşar. İbn Ərəbiyə görə, Allahın insan əzaları
kimi əzalarının olması təşbih anlamındadır. Çünki Quranda deyilir: “Allah bir
nurdur”. Nur isə daima vəhy halında təcəlli olur. İbn Ərəbi xristianlıqda böyük
nüfuz qazanmış “Hülul” nəzəriyyəsini (İsanın Allah olma nəzəriyyəsini) də inkar
edir. O, deyir: “İsanın Allah olduğunu söyləmək, hər şeyin Allah olduğu
anlamında doğru olur. İsanın Məryəmin oğlu olduğunu söyləmək də doğrudur. Fəqət,
Allahın Məryəmin oğlu İsa olduğunu söyləmək yanlışlıqdır”.
İbn Ərəbi, Allahı sınırsız bir varlıq kimi
tanıyaraq, Allahın hər şeydə olduğunu aşağıdakı fikrində göstərir:
“Tənzihdən bəhs edərsən, Allahı sınırlamış
olursan,
Təşbihdən bəhs edərsən, onu incitmiş olursan,
Fəqət, hər ikisini birdən irəli sürərsən,
Doğru yolu izləmiş olursan,
Və sən irfanda bir mürşid və bir şeyx olursan”.
Şeyxin bir çox əsərləri içərisində 5 böyük
külliyyatı mövcuddur. O, əsərlərində “Vəhdəti-Vücud” (varlığın birliyi) nəzəriyyəsində
varlığın iki anlamını açıqlayır.
1.Qavram olaraq olan varlıq
2.Var olan varlıq.
Qavram olaraq olan varlığı, ağılın məhsulu olan
fikri varlıq kimi izah edirlər. Var olan varlığı isə “külli” mütləq varlıq və
ya daimi olan ilahi varlıq kimi qəbul edir. O, deyir:
O, məni övər, mən də
onu,
O, mənə tapınar, mən
də ona.
Bir durumda onu
etiraf edər,
Ayanda isə inkar edərəm.
Bu misralarda hər iki varlığın birliyi
bir-birini tamamlayır. O da Həllac kimi haqq ilə xalqı birləşdirir. Burada iki
ünsür - ilahi varlıqla insani varlıq birləşir. Şeyx deyir:
Mən haqqın sirriyəm,
haqq məndən ibarət deyil,
Bəlkə mən də
haqqam, aramızdakı fərqi böylə bil.
Göründüyü kimi, Ərəbi də Mənsur kimi, Allahı
özündə görür. Ancaq bir qədər fərqli olaraq, Mənsur “Haqq mənəm, haqq məndədir”
dediyi halda, Ərəbi “Mən haqqın sirriyəm, bəlkə mən də haqqam” deyir. Həllac “Mən
haqqam” deyərkən, özünü birinin qoynunda görür, İbn Ərəbi “Mən haqqın sirriyəm”
deyərkən isə, özünü haqqın geniş sirlər aləmində görür. “Bəlkə mən də haqqam”
deyərkən, özünü birlə çoxun arasında görür. İbn Ərəbiyə görə, dünyada xalqlar tərəfindən
qəbul olunan bütün dinlər, Allaha doğru yönələn bir doğru yoldur. Müxtəlif
yollarla və formalarla olan ibadətlərin hamısı, bəsit formada olan bütlərdən
tutmuş ən mükəmməl dini fəlsəfəyə qədər hamısında yalnız bir Allaha ibadət
olunur. O, deyir: “Qul rəbbidir, rəbbi də quldur”, “tək Tanrıçılıqla çox Tanrıçılıq
arasında fərq birlə çox arasındakı fərqə bərabərdir”. İbn Ərəbi fəlsəfəsində “Vəhdəti-Vücud”
fəlsəfi görüşü çox böyük dolğunluq təşkil edir. O, maddi varlığı dörd növə
bölür:
Bir şeyin dış aləmdə varlığı (gözlə görünən
bütün varlıqlar)
Ağılda olan varlıqlar (yaddaş, təfəkkür və s.)
Bi r şeyin yazıda olan varlığı
Şeyin sözlərdə olan varlıqları.
qoyduğu varlıq xalqdır. Bir tək mənasını
verdiyi halda, birlik çoxun toplusudur, ikilik çoxluğun başlanğıcıdır. Ancaq
ondan sonra yetişən mütəsəvvüflər, öz fəlsəfələrində tədricən monoteistliyi
(tövhidi) sofiliyə gətirirlər.
Şeyx Nizami Gəncəvi (1141-1209). Zamanının alim və şairləri daima təsəvvüf dünyagörüşündən bəhrələnərək, öz əsərlərində
ondan istifadə etmişlər.N.Gəncəvi Varlığın-birliyi fəlsəəsinin haradan, hansı
eldən qaynaklandığını əsərində açıqlayarak deyir:
“Onların
ki, vahid bir sahibi var,
Atası
hindlidir, anası türükkən,
İki
irqdən doğmuş naxışa bax sən”
(N.Gəncəvi. “Xosrov və Şirin Bakı 1947.s.375). İslamın qılıncının iti dönəmində
Nizami “vəhdəti- vücud” fəlsəfəsinin yaradıcıları Hindlilərlə türklərdir deyir.
Nizami Gəncəvi ol dedi o da oldu demir. Tanrı
ilə doğa varlıqlarının günəşlə yerin birlikdə birlikdə çalışmalarından
danışaraq deyir:
Altı yaxa açdı tərəflərə
o,
Dörd gövhər bəxş
etdi qara yerə o.
Nizami Tanrının yerə bağışladığı dörd ünsürün
(od, hava, su, torpaq) vəhdətini cisimsiz (ilahi) varlığın cisimli (maddi)
varlıqla vəhdətini Tanrı varlığı kimi qəbul edir.
Eşqdən başqa söz könlümə yaddır,
Eşq könül quşuna bir qanaddır.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin.
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarımazdı böyük cahanı.
Burada
Nizami Vəhdəti-Vücut fəlsəfəsini dolğunluğunca göstərmişdir. Nizami özünü Təsəvvüfçü
sofi saymasada əsərlərində bir çox Vəhdəti-Vücut nəzəriyyəsini təsdiqləyən
ideyalar olduqca çoxdur.
Hər sadə damcının əsl cövhəri
Dəryaya meyl edir əzəldən bəri
Şair dünya hikmətlərinin, varlıqlarının zərrəciklərini,
damcılarını və s. hamısı küllü varlığın vəhdətidir deyir. Damcı ilə dəniz
arasında olan vəhdət, kainatda olan vəhdətin bir parçasıdır və bu vəhdət heç
bir zaman pozulmur deyir.
Bir qara pul olsun bir arpa əgər,
Onda dört gövhərdən tapılar əsər
Şair deyir ki, varlıqların hamısının ilk mənbəyi
dört ünsürdür. Həyatda olan varlıqların hamısını yoxlasaq onun tərkibində bu
dörd ünsürdən pay olacaqdır.
Bu yeddi örtüklü, altı barmaqlı,
Bir gözlü, dört əlli, doqquz ayaqlı.
Şair burada bütün kainatın, yəni yeddi qat
göyün, altı yönlü yerin, doqquz tərəfli fələyin, eləcədə onda olan varlıqların
hamısı günəşlə aralarında olan vəhdətə, Vəhdəti-Vücut fəlsəfəsinə bağlı
olduğunu deyir.
Yeddi xəzinəni açaraq birdən,
Dörd gövhər üstünə basmısan qədəm.
Şair
deyir ki, ey ulu Tanrı yeddi qat göyünlə, dörd müqəddəs gövhərin üstünə qədəm
qoymusan burada da yenə demək istəyir ki, vəhdət yaratmısan. Bu vəhdət heç vaxt
pozulmaz.
Bu fala mən qurrə atdığım anda,
Ulduzlar keçirmiş eyni zamanda.
Burada Nizami İslamdan əvvəl türk xalqlarında
olan Tanrıçılıq mifologiyasına müraciət etmişdi. Tanrıçılıq inancına görə hər
bir uşaq doğulanda onun göydə ulduzu da doğulur və ona nəzarət edir. Öləndə
onunla bərabər ulduzu da ölür. Tanrıçılıq ideyasına sadiq olan Nizami deyir.
“Ulduz falıma baxdığım zaman bəxt ulduzumun düşdüyünü gördüm.”
Saqi ver şərabı, dərdimə bir qal,
Söz mənim oduma nal oldu nal.
Şair yenə də qədim Tanrıçılığa müraciət edərək
Xızırın müqəddəs nalına müraciət edir. Qədim türk inancına görə at və nal
Tanrıdan gəlmə müqəddəs varlıqdır. O səbəbdən də bu inanca görə evdən səfərə
çıxan türkün atının nalını yanar oda atarlarmış və igid qayıdana qədər nal müqəddəs
odda qalarmış.Burada Nizami özünü od
sözünü isə nal hesab edir. Türklərdə olan bu adət bu gün unudulmuşdur. Hər
hansı səbəbdən isə Avropaya keçmişdir.
Biz kimik, nəçiyik, aç göstər artıq,
Büt qayıranmıyıq, yoxsa büt
qıranmıyıq.?
Burada Nizamini dinin ehkamları təmin etmədiyini
görürük. Nizami öz etirazını bildirərək deyir: “Biz müsəlmanmıyıq yoxsa bütpərəstmiyik.
Eyni zamanda Nizami bu şeir ilə bütün xalqları birliyə çağırır.
Libasım ətrimlə süslənir mudam!
Buyam ya Dirəmnə
yada Udam!
Şeirdə deyilən Dirəmnə pis qoxulu
otdur, Ud isə yaxşı qoxulu otdur. Şair yenədə öz etirazını səsləndirir. Pis
olsamda, yaxşı olsamda sən yaratmısan deyir.
Dərdini danan kəs, birdə sağalmaz,
Çərşənbə cinlisi
ağıllı olmaz.
İslam
inancına görə çərşənbə günü nəs gün sayılır. Cəhənnəmin rəmzi kimi verilir ki,
çərşənbə günü ölənlər guya cəhənnəmlikdir. İslam inancına görə çərşənbə günü
şeytanlar fəallaşır. Ona görə Nizami deyir ki, çərşənbə günü cin vuran
sağalmaz. Yeri gəlmişkən onuda qeyd edim ki, qədim türk Tanrıçılıq inancına görə
çərşənbə günü bütün günlərdən müqəddəs və əzizdir. Ona görə Tanrıçılıqda
Xızırın doğum gününü, müqəddəs ünsürlər (od, torpaq, hava, su) gününü və novruz
bayramını türklər çərşənbə günü bayram edirər.
Dörd atdan sən piyada qalsan əgər,
Bu düyün o zaman
açıla bilər.
Burada
Nizami bir sofi kimi müdriklik göstərərək “Çox yeməkdən, çox danışmaqdan, çox
yatmaqdan, çox şəhvətdən uzaq olun!” deyir. Eyni zamanda elmlə məşğul olan
müdrik ən çətin açılan düyünü də aça bilər deyir.
Böyük yaradanı düymağa meyyar,
Dəlildən, qiyasdan başqa nə var?
Ağıl
qiyas ilə çalışıb durar,
Onu dərk etmək üçün dəlil axtarar.
Sənin ağlın bir candır,onun da
cismi sənsən,
Canın bir xəzinədir,onun tilisimi sənsən.
(N.Gəncəvi”Sirlər xəzinəsi” Bakı
1947.s.126).
Nizami də özündən qabaqkı mütəsəvvüflər kimi,
insana bəxş edilən Tanrı varlığını ağılda görür, onun tədqiq edilməsi üçün dəlil
axtarır. Bi dəlili yenə adamın özündə onun cismində görür.
Nizami Gəncəvi, insan üçün aşkar görünən bütün
varlıqları ilahi sirrinin möcüzələri hesab edir. Bütün aşkar olan varlıqların
daxilində bizə aydın olmayan ilahi sirləri görən şair deyir:
“Hər şey ki bizə
aşikardır,
Orada da gizli bir xəzinə vardır.”
Nizami adamı Allah səviyyəsində tutur əgər
ağlını yaxşıya işlədərsənsə allahla yanaşı olarsan deyir:
“Çalış həqiqətlə özünü bil sən,
Allahı bilərsən özünü bilsən”.
(N.G. “Xosrov və Şirin” Bakı
1947.s.339)
Burada Nizami iki gizli düyünü çözür. Bir
yandan allahla adamı yanaşı qoyur. Başqa yandan da allahın dərk edilməzliyini
çözərək, adamoğlu özünü dərk edərsə, allahı dərk etmiş olduğunu deyir.
Şeyx Nizami, bütün əsərlərində Tanrı varlığını Vəhdəti-Vücud
fəlsəfəsində görür, adamın yetkinləşməsində, kamilləşməsində Allahın hədiyyəsi
olan ağıla geniş yer verir. Ağılla elmə yiyələnməyi, zəhmətlə çörək qazanmağı
haqqa yaxınlaşmanın ən yaxın yolu hesab edir. Bu da, təriqətin əsas məqamlarından
biridir.
Əfzələddin Xunaçi.
(1193-1248) Böyük
filosof Xunəçi 1193-1248-ci ildə Azərbaycanın Xalxal bölgəsinin Xunəçi şəhərində anadan
olmuşdur. Ona ərəb mənbələrində hörmət mənasında “alim və filosofların cənabı”
deyə müraciət edilir. Zamanın tibb elminə yiyələnmiş, şərqdə tibb alimi kimi
tanınmaqla bərabər, İslam fəlsəfəsini də öyrənmişdir. Məntiqə aid sanballı əsərlər
yazmışdır. O, Qahirədə və uzun müddət
Misirdə yaşamışdır. Orada dövlət işlərində, Misirdə və onun bir çox əyalətlərində
baş qazi vəzifələrində çalışmışdır. Qahirə şəhərində vəfat etmiş və orada da dəfn
olunmuşdur. Ə.Xunəçi, orta əsr mənbələrində ən çox məntiqçi filosof kimi yad
edilir. O, idrakın hissi və ağlın mərhələlərini vəhdətdə görür. Hisslərin vasitəsilə
qazanılan anlayışları “birinci ağlı məlumatlar” adlandırır. Bunların əsasında qəbul
edilən anlayış və müddəaları isə “ikinci ağlı müddəalar” adlandırır. Xunəçi
İdrak hissi ilə ağlın funksiyalarının vəhdətini qəbul etməklə, “Vəhdəti-Vücud”
fəlsəfəsini də qəbul etmiş olur. Elə ən böyük sofilik də budur. Ümumiyyətlə,
XII əsrdə təsəvvüf elminin bir çox ünlü mütəsəvvüflərinin yetişdirdiyi mürşid və
müridlər islam dünyasının hər yerində yüksək nüfuz sahibi olmuşdur.
Hacı Bektaşi Vəli. (1209-1271) Seyid Mahmud ibn
İbrahim Bektaşi Vəli 1209-cu ildə Xorasanın Nişapur şəhərində doğulmuşdur. Atası
Xorasan eltəpəri (hökmdarı) İbrahim əs-Sai, anası Nişapurlu şeyx Əhmədin
qızıdır. O, zamanının ən nüfuzlu mütəsəvvifi
olan Əhməd Yəsvinin xəlifəsi şeyx İshakın xəlifəsi, şeyx Loğmanın tələbəsi
olmuşdur. Əhməd Yasəvi məktəbinin aydın simalarından biri olmuş Bektaşi “Yasəvilik”
təriqətinin xəlifəsi seçilmişdir. Bu, onun sofilər arasında yüksək nüfuza malik
olmasını göstərir. Hacı Bektaşi Vəli Anadoluya gəldikdən sonra, qısa bir
zamanda tanınmış və bir çox mürşid və müridlər yetişdirmişdir. O, Karasahoyükdə
1271-ci ildə axirətə qovuşmuşdur və burada da torpağa tapşırılmışdır. Qəbri üzərində
türbə ucaldılmış və bu türbə tezliklə dərgaha çevrilmişdir. Hacı Bektaşi Vəli,
Osmanlı dövlətində, sadəcə, təriqət xəlifəsi kimi qalmamış, həm də dövlət
quruculuğunda fəal iştirak etmiş, siyasi xadim kimi tanınmışdır. Bəzi sofilər
ona, Bektaşı soyadının müridləri tərəfindən verildiyini söyləyirlər. “Bəytaş” mənasını
verən bu söz, onun yüksək nüfuza malik bir sofi olduğunu göstərir. Hacı Bektaşi
Vəli, Tapdıq İmrənin, Tapdıq İmrə də Yunus İmrənin mürşidi olmuşdur. Hacı
Bektaşinin təriqətinə qulluq edən dərvişələr, başqa təriqət dərvişlərindən
seçilmək üçün qulaqlarına həlqə taxırdılar.
Gögxan
Yılmaz yazır: Qanı islamdan öncəki türk tanrıçılıq uyğarlığı ilə yoğrulmuş
Bektaşilik yeni bir sintez olaraq, Anadolu xalqının qonuşduğu dillə yeni inanc,
yeni təriqət gətirdi. Bu təriqət tezliklə Anadolu və balkanlara yayıldı. Sonra
bektaşilik bir-birinə rəqib iki ana qola ayrıldı. Çələbilər qolu və babalar
qoluna ayrıldılar.Bu qollar dort qapı ilə örgütləndilər.
1.
Şəriət qapısı. Bu qapı Yel və ya abitlər qapısı adlanır.
2.
Tarikat qapısı. Bu qapı od, ya da zahitlər qapısı adlanır.
3.
Marifat qapısı. Bu qapı su, və ya ariflər qapısı adlanır.
4.
Həqiqət qapısı. Bu qapı torpaq və ya muhiplər (dost və sevənlər İ.M. qapısı adlanır. Yazar hər qapının geniş
açıqlamasını verir.(Gögxan Yılmaz İnter 04.01. 2004)
Burada tanrıçılıq dini dünyagörüşünün izi açıq-aşkar
ortalığa çıxır. Tanrıçılıqdan başqa heç bir dində 4 nəsnənin (ünsürün) birlikdə
qatqısından danışılmır. Ancaq Bektaşilik təriqətinə aparıcı qollar kimi qatılırlar.
Tarixçi Xaqan Kutlay yazır:Təriqətin
yaradılışı H.B. Vəlidən başlasa da sonralar təriqətin qoluna və yoluna bir çox
dəyşiriklər edilmişdir. Təriqət mürşid olaraq, H. Muhəmmədi, rəhbər
olaraq,H.Əlini, pir olaraq, H. B.Vəlini tanıyan bu təriqət tamamən batinidir.
H.B.Vəli Monqol basqılarında xalqa
öndərlik etmiş, xalqı birliyə çağırmış, Monqol basqılarının qarşısının
alınmasında onun böyük əməyi olmuşdur. XVI əsrdə təriqətə Sultan Balım başçılıq
etmiş, Onun dönəmində təriqət “Əhli-beyid”ə baölanmış və bu günədək o yolla
gedir. 1826-cı ildə islama batini təriqət kimi bağlanmış, Sultan Abduləzizin
dönəmində yenidən açılmışdır.
Ümrəvi Siracəddin
Mahmud ibn Əbu Bəkr (1198-1283). Azərbaycan filosofu sofi təriqətçiliyinin müdafiəçisi
olmuşdur. Ədaləti bütün hökmlərdən, xidmətlərdən yüksək tutaraq deyir: “İbadətsiz
ömrü başa vurmaq olar, ədalətsiz ömrü başa vurmaq olmaz”. “Ədalət ibadəti əvəz edə bilər, ibadət isə yox. Hökmran bir saat ərzində on
naib təyin edə bilər, ancaq bir xarabalığın abadlığına illər lazımdır”.
Mövlanə Cəlaləddin
Rumi
(1207-1273). Məhəmməd Cəlaləddin Bəhaəddin Rumi, 1207-ci ildə Əfqanıstanın Bəlx
şəhərində doğulmuşdur. Atası Bəhaəddin Vələd Xarəzimşahlara gedib çıxan əsilzadələrdən
olmuşdur. Monqol istilası zamanı ailəsi ilə birlikdə Bəlxdən Nişapura
getmişdir. Nişapurda məşhur mütəsəvvüf olan Fəriduddin Əttarla görüşmüşdür. Bəhaədddin
Vələd sonra ailəsi ilə birlikdə Nişapurdan Bağdada, sonra Kəbəyə, oradan Şama,
Malataya, Ərzincana, Sivasa, Kayseriyə, Karamana getmişdir. Nəhayət, Bəhaəddin
Vələd, 1222-ci ildə Karamanda Əmr Musanın mədrəsəsində yeddi il dərs demişdir.
Mövlana Cəlaləddin 1225-ci ildə Şərafəddin Lalanın qızı Gövhər xanım ilə evlənmişdir.
Bu evlilikdən Mövlanənin Sultan Vələd və Əlaəddin Çələbi adlı iki oğlu
olmuşdur. Mövlanənin birinci arvadı öldükdən sonra, ikinci dəfə evlənmiş və bu
evlilikdən də Müzəffərəddin və Əmr Alim Çələbi adlı iki oğlu olmuşdur.
Səlcuqlar Sultanı Cəlaəddin Keyqubad, Üləma Bəhaəddin
Vələdi Karamandan Konyaya dəvət edir. Bəhaəddin Vələd, Sultanın dəvətini qəbul
edir və 1228-ci ildə Konyaya köçür. Sultan Cəlaəddinin yanında 3 il yaşadıqdan
sonra 1231-ci ildə vəfat edir. Mövlanə Cəlaləddin, atasının xəlifəsi olmuş,
Seid Burxanəddin Tirmizidən doqquz il dərs almışdır. Təsəvvüf elmini, Vəhdəti-Vücud
fəlsəfəsinin sirlərini öyrənmiş, müridlər arasında yüksək nüfuz sahibi
olmuşdur. Atası Bəhaəddin Vələd öldükdən sonra, üləmanın müridləri oğlu Mövlanə
Cəlaləddinin ətrafına toplanıb onu, atasının varisi kimi görmək istəmişlər.
Tezliklə Mövlanə Cəlaləddin şöhrətlənərək, bir din alimi kimi mədrəsələrdə dərs
demişdir. Mövlanə Cəlaləddin, könül xoşluğunun qorunmasını, könül qırmağı kəbədən
və ibadətdən üstün tutur. O, deyir: "Əgər səndə bəsirət varsa könül kəbəsini
təvaf et! Torpaqdan tikilmiş sandığın-kəbənin əsl mənası könüldür. Sən Allah nəzərgahı
olan bir könülü incidib qırsan, Kəbəyə yayaq getsən də, qazandığın savab könül
qırmağın günahını əvəz edə bilməz.(Osman Nuri. Təsəvvüf səh.261).
İdris Şah yazır: “Ruminin qərbdə şöhrət tapmış
mistiklərə onların dünyagörüşünə çox böyük ideoloji və ədəbi təsiri olmuşdur.
Ona görə ki, onun bir çox əsərləri qərblilərin dilinə tərcümə olunmuşdur.”
(İdris Şah. “Sufi”. Mosk 1999. s. 147)
Mövlanə Cəlaləddin 1273-cü ildə Konyada əbədiyyətə
qovuşan zaman, ölümünü yenidən doğum kimi qəbul edir, Allaha qovuşmaq yolunda
olduğunu deyərək dostlarına, müridlərinə ağlamamağı vəsiyyət edir. Mövlanənin
ölüm gününü hər il onu sevənlər bayram şənliyi ilə yad edirlər. Onun "Məsnəvi","Divani-Kəbiri",
"Məclisi-Səba" əsərləri dünya kitabxanalarını bəziyir.
Mövlana Cəlaləddinin təsəvvüf dünyagörüşü bu əsərlərdə
özünə yer almışdır. O, burada doğru
yoldan ayrılmamağı, ağıl yolu ilə qəflətdən oyanmağı, inancda olan ilahi qüdrəti,
tövbə edib, doğru yolu tutmağı və biliyin dəyərləri ilə Allahın sevgili qulları
olmağı haqqında geniş danışaraq, nəsihətlər vermişdir. (www.kimkimdir.gen.tr) M. Rumi deyir: “Bir dinin digərindən üstünlüyü
yoxdur. Bütün insanlar dünyaya eşit olaraq gəlirlər”.
Bütün millətləri bir Allah sevərəkdən
yaratdığını və bütün dinlərin bir Allah tərəfindən yaradıldığını deyən Mövlanə,
“Genə gəl, Genə, nə olursan ol, istər kafir ol, istər atəşə tap, istər buta,
istər yüz kərə tövbə etmiş ol, istər yüz kərə tövbəni pozmuş ol, umutsuzluq
qapısı deyil bu qapı, necəsən elə gəl” deyərək, millətləri və dinləri birliyə
çağırır. Ancaq o böyük şəxsiyyətin çağırışından yeddi əsr keçməsinə baxmayaraq,
hələ də insanlar birləşməmişlər, əksinə, didişmələr daha da geniş meydan almağa
davam edir. Həzrət Mövlanə, ünlü bir mürşid kimi milliyətindən, din və məshəbindən
asılı olmayaraq, hər bir şəxsin güvənlik və öyüdçülük tərbiyəçisi olmuşdur.
“Kim olursan ol yenədə gəl” deyə hamını haqq yoluna, ədalət yoluna çağırır. Təxminən
iyirmi altı min beytdən artıq olan “Məsnəvi”si, islam dünyası mütəsəvviflərin incisi
hesab edilir. O Tanrını insandan ayrılırıqda görmür. “Tanrı kainatda hər an, hər
yerdə, hər zərrədə, eyni anda hər insanın içindədir.” deyir.
Mövlanə öz “Məsnəvi”sinin 3640-cı bəndində
deyir: "İnsan başlanğıcdan etibarən yaradaılış halları, cansız oluşdan nəbat
(bitki) halına ulaşdı. Nəbat halından heyvani halına ulaşdı. Heyvani halına gəlincə,
nəbat halı heç xatirinə gəlməz. Burada o inkarın inkar qanunun olmasına işarə
edir. Demək inkarın inkar qanunu da, Allahın qanunudur, demək istəyir. Eyni
zamanda, onun bu dünyagörüşü dində Adəmin yaranma əfsanəsini də inkar edir.
Cəlaləddin Rumi 1244-cü ilin 26 noyabrda Konya
karvansarasında Şəmsəddim Məhəmməd ibn Əli Təbrizi ilə görüşmüşdür. Bu görüş,
onların dostluğunun başlanğıcı olur. Təbrizi, Rumini özünə mənəvi mürşid qəbul
edir. Rumi də gənc Şəmsəddinin zəngin biliyindən bəhrələndiyini əsərlərində dönə-dönə
qeyd edir. Şəmsəddinin zəngin hafizəsinə bağlanan qızı Kimyəni, Şəmsəddinə
verir. Onun şərəfinə silsilə şerlər yazır.
Mövlanənin həddən artıq Şəmsəddinə bağlılığını
görən müridlər, xoşagəlməz dedi-qodu yayırlar. Bunu eşidən Şəmsəddin, Rumidən
gizli 1246-cı ildə Konyadan Dəməşqə köçür. Rumi, oğlu Sultan Vələdi bir xahişnamə
məktubu ilə Dəməşqə göndərir. Şəmsəddin məktubu oxuyandan sonra geri Konyaya
qayıdır. Hər iki mürşidin görüşlərindən xoşhal olmayan müridlər yenidən
dedi-qoduya başlayırlar. Dedi-qodudan cana gələn Şəmsəddin, ikinci dəfə Konyanı
həmişəlik olaraq tərk edir. Şəmsəddin Təbrizinin anadan olduğu il, gün bilinmədiyi
kimi, öldüyü il,gün və yer də bilinmir.
Onun zəngin biliyi də, yazdığı əsərlər də izsiz soraqsız itir.
Həzrət Mövlanə ilə Həzrət Şəmsi Təbrizinin
görüşlərini xatırlayan oğlu Sultan Vələd nəzmə çəkərək buyurur:
Gördükü Mövlanənin
kitabları var,
Mövlanə otururkən,
bir hovuz kənarında,
Gəldi Şəmsi Təbrizi
və oturdu yanında.
Onları göstərərək, sordu ki, “nədir
onlar”?
Arz etdi ki;
“Babamın yazdığı kitablardır,
Hamsı da inci kimi
qiymətdə bi-bahadır.”
Şəms onları istəyib
aldı öz əlinə,
Və qaldırıb
hamısını, atdı suyun içinə.
Mövlanə çox üzülüb,
dedi: “Eyvah pədərdən,
Qalan kitablarımın,
tamamı getdi əldən.”
Lakin Şəmsi Təbrizi,
əlini uzadaraq,
Çıxartdı hər
birini, sudan quru olaraq.
Mövlanə görüncə də,
ondan bu kəraməti,
Daha da sağlam
oldu, ona təslimiyyəti.
Evladı Sultan Vələd
deyir ki, “Şəmsi Təbrizi,
Birdən gəlib gördü
ki, bir gün pədərimizi.
Öyləki babam onu,
dinlərkən hüzurunda,
Yok olmuşdur kölgəsi,
o Vəlinin nurunda.
Bu şəkildə aylarca,
davam etdi bu söhbət,
Çok yüksək məqamlara
çatdı babam nəhayət.
Yenə bir gün gecənin,
bir mehrablı anında,
Söhbət edirlərkən,
mədrəsənin damında.
Baxdı Şəmsi Təbrizi
ətrafına bir azacıq,
Buyurdu: “Heç bir
evdə görünməyir az işıq.
Ölü kimi qəflətlə,
uyuyur bu kimsələr,
Keşkə qalxıb Allaha
ibadət eyləsələr.”
O böylə söyləyincə,
Həzrət Mövlana da
Əllərini qaldırıb
dua etdi o anda.
Dedi: “Şəmsi Təbrizi
hörmətinə ilahi,
Oyandır ölü kimi,
yatan bu əhaliyi.”
Mövlanə həzrətləri
edincə böylə dua
Başladı göy üzündə,
bulutlar toplanmağa.
Şimşək çaxıb, qüvvətlə
göy gürlədi peşindən,
Oyandı şəhər xalqı
bu göy gürləməsindən.
Ətrafdakı evlərdən,
səslər yüksəlirdi,
Hər kəs qorxularından,
“Allah! Allah! Deyirdi.”
Bir çox ədəbiyyatlarda Şəmsi Təbrizinin
ölümünün vaxtı və yeri, qəbri bilinmədiyini yazırlar. Möhsün Nağısoylu yazır: “Ziya bəy bizi ayrıca olaraq, şəhərlə tanış
etməyi öz öhdəsinə götürdü. O, sübh tezdən öz maşını ilə gəlib bizi əvvəlcə
Konyadakı Şəmsi Təbrizinin türbəsinə apardı.” (M. Nağısoy “Ömürdən anılar,
yadda qalanlar.” Bakı 2011. s.210)
M. Nağısoyun yazdığından görünür ki, Şəmsi Təbrizinin
qəbri Konyadadır.
Şeyx Babi Yaqubi (- 1273) Sofilikdə ən yüksək dərəcəyə,
üçüncü dərəcəyə çatmış Şeyx Babi Yaqubin türbəsi Füzuli rayonunun Babi kəndindədir.
Şeyx Babi Yaqubinin nüfuzlu bir mürşid olması, bir çox müridlər yetişdirməsi, məşhur
din alimi olması ilə bərabər, onun siyasi nüfuza da malik olmasını haqqında
yazılan xatirələrdən də görmək olar.
Rəşiddəndin yazır: “Sultan Əhməd Hulaki xanın
oğlu Təkadur, Şeyx Babi Yaqubun müridlərinə çox hörmət edirdi. Sultan Əhmədin
qardaşı Arqun, onun əleyhinə çıxış edən zaman Sultan Əhmədin özü də Şeyx Babi
Yaqubidən və onun müridlərindən kömək istəmişdir”. Bu cümlədən aydın olur ki,
Şeyx Yaqubinin yüksək nüfuzu tək sıravi xalq arasında olmamışdır, onun nüfuzu
ilə ölkənin sultanı da hesablaşmışdır.
Şeyx Tacəddin
İbrahim Zahid
(-1300). Şeyx Zahidin mübarək türbəsi vaxtı ilə Lənkaran rayonunun Şıxakəran kəndində
olmuşdur. Onun qəbrini ziyarət edən Məşədixanım Nemət yazır: “Şeyx Zahidin türbəsinin
yerində biz 1966-cı ildə ancaq bir yığın torpaq qalığı, tikinti tör-töküntüsü
görmüşdük”. Məşədixanımın dediklərindən görünür ki, baxımsızlıq ucbatından,
böyük şeyxin məzarı dağılıb yox olmuşdur.
Ömrünün çox hissəsini Gilanda, Muğanda keçirən
Şeyx Zahidin Azərbaycanda bir çox müridləri olmuşdur. O, Səfəvilərin ulu babası
Şeyx Səfiəddinin mürşidi olmuşdur və eyni zamanda onun qızı Bibifatimə ilə evləndirmişdir.
Bu evlilik Səfəvilər sülaləsinin əsasını qoymuşdur.
Seyid Əli ibn Kazımbəy “Cavahirnamei Lənkəran” əsərində
yazır: “Qədim adı Heyləkəran olan kənd, Şeyx Zahidin irşad etdiyi kənddir ki,
şeyxin zühurundan sonra onun adı ilə Şeyxəkəran adlanmışdır”.
Şeyx Zahidin irşad elmini Azərbaycana yayan bir
çox müridlərin adları bu gün də xalqın yaddaşında yaşamaqdadır. Onlardan Şeyx Səfiəddin,
onun oğlu Şeyx Cəmaləddin Zahid və Mir İsmayılın adları çəkilir.
Yunis İmrə (Əmrə) (1238-1320). Türkiyə ədəbiyyatlarında
Yunisin təxəllüsü Əmrə, Azərbaycan ədəbiyyatında isə İmrə deyildiyinə görə, bu
adın açıqlanmasına aydınlıq gətirək. Aydındir ki, “əmrə” sözünün kökündə “əmr”
sözü durur. Bu söz ərəb mənşəli olub, iş, şey mənasını verir. Farsca isə, “hökm” mənasını verən sözdür.
F.Köprülü “Türk ədəbiyyatında ilk mütəsəvvüflər”
əsərində yazır: “Əmrəm, əmirəm, əmir, əmrə kimi təsadüf olunan söz, bəzi fikrə
görə aşiq, şair, digər fikrə görə qardaş mənasındadır”.
Bu sözə sofilərin baxışı ilə yanaşsaq, görərik
ki, “Əmrə” sözü təsəvvüf ideyalarına yad olan sözdür. İmrə sözünə nəzər salsaq,
bu sözün ən qədimlərdən Qafqaz türkləri arasında işləndiyini görərik. İmrənmə
sözü bu gün də yaşlı nəsillər və maldarlar arasında işlənməkdədir. İmrənmə yəni
“yaxınlaşma”, “meyl etmə” anlamını verir. “İmrənmək” sözü xalq arasında bu gün
də işlədilir.
Bu baxımdan, demək olar ki, Tapdıq İmrə haqqa
yaxınlaşma, haqqa meyl etmə mənasını verən “imrənmə” sözünü Tanrı eşqinə
yaxınlaşmaq üçün özünə ayama (təxəllüs) götürmüşdür. Onun müridi Yunis İmrə də
eyni məqsədlə imrənmə sözünü ayama kimi qəbul etmişdir.
Belə isə, bəs nə üçün İmrə, Əmrə ilə əvəz
olunmuşdur? İmrənmə sözü ərəb yazısında “ayın” hərfi ilə yazılır. “Ayın” hərfi
qalın səsli olduğu üçün ərəb danışığında “a”, “ı” səsini qəbul edir, ancaq
farslarda isə “ayın” incə səs kimi qəbul edilmişdir. Ona görə də “ayın” “ə”,
“i” səsləri ilə səsləndirilir. Görünür, dilimizdə olan fərqli deyim də buradan
irəli gəlmişdir. Ərəb yazısından yaranma yanlışlıqdır ki, bu gün türkiyyə türkləri
işlədirlər. Bu gün məntiqi araşdırma aparmadan Azır türklıri də yanlış olaraq əmrə
sözünü işlətməyə başlamışlar.
Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığı,
yerli əhali tərəfindən müqəddəs sayılan ən önəmli ziyarət yerlərindən biridir.
Meşənin içərisində yerləşmiş Oğuz qəbiristanı, Hacı Taptıq baba və ondan bir
neçə addım yuxarıda olan Şeyx Yunisin baş daşındakı kitabədə yazılmışdır: “Bu qəbri
mərhum Şeyx Yunisin xatirəsini əziz tutmaq üçün Mirzə ibn Çələbi, məşhur Sultan
ibn Saleh ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn imam Əli-Allah onları bağışlasın
– 821 (1411) tarixində bina etdi”.
Hacı Tapdıq babanın qəbri üzərindəki baş
daşında yazılmış kitabənin tərcüməsi belədir. “Bu evi (qəbri) Şeyx Mirzə ibn Çələbi
və Şeyx Səlman ibn Saleh 1207-ci (1790) ildə bina etmişdir”.
Kitabədəki yazıların heç birində “dəfn olundu”
kəlməsi yoxdur, hər ikisində də bina etdi deyilir. Ancaq ölümlərindən nə qədər
sonra bu abidələrin bina edildiyi göstərilmir.
Məşədixanım Nemət, özünün elmi araşdırmalarında
Yunis İmrənin doğumu və ölümünü dəqiqləşdirərək, yazır: “Onun vəfatı hicri 720,
ömür müddəti 72 ildir. Bu qaydaya görə, Yunisin hicri 648-də (m. 1250) doğulub,
hicri 720-də (m. 1320) vəfat etdiyi anlaşılmaqdadır. Ola bilsin ki, qəbirüstü
abidədə olan tarix abidənin tikilmə tarixidir və bu səbəbdən, fərqli illər göstərilmişdir”.
Yunis İmrə dünyagörüşündə olan “Vəhdəti-Vücud”
fəlsəfəsi, onun şerləri vasitəsilə bütün dünyaya yayılmışdır. Ondan sonra gələn
bir çox sofi mütəsəvvüflərdə onun ideyasından bəhrələnmiş və dönə-dönə onun şerlərinə
baş vurmuşlar. O, “Vəhdət-Vücud” fəlsəfəsinin sofi ideyalarını sadə şer dili ilə
xalqa çatdırmaq bacarığında olan bir sofi dərviş şair olmuşdur.
O şeirlərində Mənsur Həllacın ideyalarına
bağlandığını deməklə tanrının, haqqın adamda yaşadığın dilə gətirərək deyir:
Mənsur
idim mən əzəldən,
Onun
üçün gəldim bura.
Ver
külümü sovur göyə,
Mən “ənəl-
həq” oldum axı.
*********
O
eşqin bir zərrəsin,
Buraxdı Mənsur könlümə.
Daşdı
“ənəl-həq” deyərək,
Haykırdı fəryad eylədi.
(Y. İmrə “Güldəstə”
Ankara 1990 s.90-92)
O ənəl həq deməklə özünün M.Həllacın təriqətini
yaşatdığını demək istəyir.
Yunis İmrə deyir:
Əvvəl mənəm,
axır mənəm,
Canlılara can olan mənəm.
Ağ üstünə qara düzən mənəm,
O yazılan Quran mənəm.
Bu şerində Yunis həm canlı varlıq olan insan
olur, həm ilahi varlıq olur, həm də hər iki varlığın arasında vəhdət yaradan “Qurani-Kərim”
olur.
Yunis İmrə “Vəhdəti-Vücud” fəlsəfəsində vəhdət
yaradan dörd ünsürü öz fəlsəfəsinə uyğun olaraq seçir. O deyir:
O dördün biri can,
Biri din, biri iman,
Biri nəfsimdir düşman,
Yolda savaşıb gəldim.
Yunis İmrə nəfsini özünə düşmən saymasına
baxmayaraq, onu yalnız ilahi varlığın ixtiyarına vermir, nəfsi ağlına tabe etməyə
çalışır. Nəfsi ilə savaşır, vuruşur, ona qalib gəlir. O, ağılı insan fəaliyyətində
ön plana çəkir.
Yunus İmrə, daima haqqa imrənərək onu özünə
maşuq hesab edir. Bu aşıq-məşuqliyi fəxrlə şerlərində işıqlandırır. O deyir:
Halal
qıldı maşuqa aşıq öz qanını,
Maşuq naqşından
oxuyar eşq yeri Quranını.
Yunis aşiq olduğu haqqın yolunda canını, qanını
verməyə hazır olduğunu, maşuqun nişanı olan eşq yerinin müqəddəs “Qurani-Kərim”
olduğunu deyir. O, maşuqun yolunda aşıqın ölməsini dirilik hesab edir. Harada
olur-olsun, haqq yolunda ölməyi cənnət bilir. Cənnətə girmək üçün arzu etmədiyini
bildirərək deyir:
Bu gün canım yolda qoyan,
Yarın ivazın versin.
Arzu eyləmə uçmağını heç,
Arzum yox uçmaq üçün.
(İslamiyyətdən öncə qədim türklərin dini
baxışlarında cənnətə “uçmaq”, cəhənnəmə isə “damodu” deyilmişdir).
Yunus İmrə deyir: "Dost üzü qiblədir,
daimidir salat".
O döstun
üzünü görməyi qiblə ilə bərabər tutur.
Yunis İmrə deyir: “Yaradılanı sevirik biz
yaradandan ötrü”.
Bu cümlədən aydın olur ki, Yunis, bütün
yaradılanları, o cümlədən bütün insanları eyni məhəbbətlə, haqq məhəbbəti ilə
sevir. Heç kimə ayrı-seçkilik niyyəti ilə baxmır. Onun şerlərində saysız qədər
təsəvvüfün “Vəhdəti-Vücud” baxışlı ideyaları yaşamaqdadır.
Yunis İmrə bir müddət Hacı Baktaşi Vəlinin dərgahında
qulluq etmiş və öləndə də Hacı Bektaşi Vəlinin vətəni olan Sarıköydə dəfn
edilmişdir. Bu gün Yunis İmrənin türbəsi onu sevənlərin ziyarət yeri olaraq
yaşayır.
Yunis İmrənin Azərbaycanın Qax rayonunda Tapdıq
İmrənin qəbri ilə yanaşı da qəbri mövcuddur. Hər iki qəbir ziyarətgah yeridir.
Türk ədəbiyyatlarında Yunus İmrənin bir çox yerlərdə qəbrinin olduğu deyilir.
Sağlığında mürşidi Bektaşi ilə çox yaxın olduğu üçün Yunus İmrənin də türbəsi,
Bektaşinin türbəsi yanında olduğu bir çox mütəsəvviflər tərəfindən qəbul
edilmişdir.
Şeyx Ədəbalı
(1206-1326) Türkiyənin
Karaman şəhərində doğulmuşdur. Osmanlı dövlətinin qurucusu olan Osman Qazinin
müəllimi (hocası), həm də qaynatası olmuşdur. Şeyx Ədəbalı ilk təhsilini
Karamanda aldıqdan sonra, Şama gedir, orada yüksək təhsil alaraq təvsir, fikih
və hədisi-şərif elmlərinə yiyələnir. Təsəvvüf elminin sirlərinə bələd olur.
Şeyxlik rütbəsinə çatır. Ölkəsinə qayıtdıqdan sonra, Cəlaləddin Rumi həzrətləri
ilə tanış olur, onun dərya biliyindən kamala çatır, Biləcikdə məktəb açır,
başqa elmlərlə bərabər, təsəvvüf dünyagörüşünü də tələbələrinə öyrədir, xeyriyəçiliklə
məşğul olur, ehtiyacı olanlara fağur-fuğaralara təmənnasız hər köməkliyi
göstərir.
Alim və sofiləri sevən Osman Qazi, Şeyx Ədəbalı
ilə tanış olur, onun məktəbinə gedir, hədis və qiymətli məsləhətlərinə qulaq
asır, tez-tez kitabxanasında olan kitablarla məşğul olur. Rəvayatə görə Osman Qazi,
bir gün Şeyxin kitabxanasında məşğul olan zaman, maraqlı bir kitabdan
ayrılmayaraq, gecəni orda qalır. Kitabxanada yatan zaman, tuşunda (yuxuda görmə)
görür ki, Şeyxin qoynundan (qoltuğundan) doğan bir ay, onun qoynuna girdi, bu
anda göbəyindən bir ağac bitdi və bu ağacın kölgəsi dünyaya yayıldı, altından
dağlar yüksəldi, dağların altından da sular fəvvarə verib çıxdı. Səhər ayılan
zaman Osman Qazi tuşunu Şeyxə danışır, Şeyx Ədəbalı da Osman Qazini diqqətlə
dinlədikdən sonra deyir: “Haq-tala sənə və nəslinə padşahlıq verdi, mübarək
olsun. Qızım Malxatun da sənin halallın oldu.” Çox keçmir ki Osman Qazi, Malxatun
ilə evlənir. Tuşda deyildiyi kimi Osman Qazi, Osmanlı dövlətini qurur,
qaynatası Şeyx Ədəbalı da, Osmanlı dövlətinin ilk qazısı və müftisi olur. Bir
çox mürşid və müridlər yetişdirir, dövlətin qurulmasında yaxından iştirak edir.
Onun tələbələri təsəvvüf dünyagörüşünü Osmanlı imperyası genişləndikcə ətrafa
yayır. Şeyx Ədəbalı 1326-cı ildə ilk mədrəsə açdığı Biləcikdə yüz iyirmi
yaşında vəfat edir və orada da haqqa tapşırılır.
Nəqşibəndi Məhəmməd
Bəhaəddin (1317-1389)
Buxaranın Kəsri Arifan adlanan kəndlərinin birində andan olmuşdur. (Nəqşibənd
naxış vuran deməkdir). O, hələ uşaq ikən Şeyx Məhəmməd Babi Səmmasi (-ö. 1339)
tərəfindən mənəvi övladlığa götürülmüş və tərbiyəsi ilə şeyx əmir Gülal məşğul
olmuşdur. Bəhaəddin əmir Gülalın elmindən bəhrələnsə də, onu özünə mürşid hesab
etsə də, bir çox qaynaqlarda özündən xeyli öncə vəfat etmiş şeyx Əbdulxaliq
Gücduvani onun mürşidi olduğunu bildirmişdir. Təsəvvüfdə bu cür tərbiyə yoluna
"Üveysilik yolu" deyilir. Mürşidi əmir Gülal Nəqşibəndiyə belə bir
tövsiyə edir ki, "sən könül al, gücsüzlərə xidmət et, könlü qırıqları, zəifləri
qoru. Belə kimsələri axtarıb tap və onlara xidmət et!". Nəqşibəndi mürşidinin vəsiyətinə əməl edərək,
əsərində yazır. "Xocamın əmr etdiyi yolda yeddi il çalışdım. Bütün xidmətləri
yerinə yetirdim. Bu xidmətin müqabilində elə bir hal təcalla etdi ki, onların
inilti şəklində həzin-həzin səslər çıxardıb haqqa yalvardıqlarını duymağa
başladım." Nəqşibəndi bir çox şeyxlərlə görüşmüş, dərviş məclislərində
iştirak etmiş, onlarla bir çox fikir mübadiləsi aparmışdır. Tez-tez mürşidi
şeyx əmir Gülal ilə görüşmək üçün onun yanına getməsini mütəsəvvüflər əsərlərində
yazmışlar. Şeyx Nəqşibəndi mənəvi mürşidi hesab etdiyi Xacə Abdulxaliq Gücduvanin
tərtib etdiyi təriqət şərtlərini, nəqşibəndilik təriqətinin əsas yolu kimi qəbul
etmiş və müridlərinə də bu 11 prinsipə riayət etmələrini tövsiyə etmişdir. Hənəfi
məhsəbinə bağlı olan Bəhaəddin Nəqşibəndi bir çox müridləri mürşidlik məqamına
yüksəltmişdir. O, 72 yaşında 1389-cu ildə Kəsri Arifanda vəfat etmiş və
tikdirdiyi məscidin həyətində haqq yerinə qoyulmuşdur.
Nəqşibəndinin vəfatından sonra onun tələbələri
Əlaəddin Əttar, Zahid Bədaqşi və Məhəmməd Parsa tərəfinədn Nəqşibəndilik təriqəti
geniş yayılmağa başladı. Təriqət imam Rabbanin dövründə Hindistana və ona yaxın
olan ölkələrə də yayıldı. İmam Rabbanidən sonra, oğlu Məhəmməd Məsum atasının
yolunu davam etdirərək, daha da genişləndirdi. O, Yasəvi şeyxlərindən, şeyx Küsəm
və Xəlil Atay ilə görüşüb, elmini daha da kamilləşdirir. İki dəfə Həcc ziyarətinə
gedir. Sultan 2-ci Mehmet Fatehin hakimiyyəti zamanı, təriqəti molla İlahi,
İstanbulda yaymağa başlayır. Molla İlahidən sonra təriqətə başılıq edən Mövlanə
Ziyəddin Bağdadinin zamanında təriqət, bütün Osmanlı ərazisinə yayılır və yüksək
nüfuza malik olur. Nəqşibəndi təriqəti türk dünyasının bəzi bölgələrində bu gün
də yaşayır.
Şeyx Səfi Əd-Din
İshaq Ərdəbili (1252-1334)
Şeyx Səfi güney Azərbaycanın Ərdəbil şəhərində, dindar ailəsində anadan
olmşdur. İlk biliyini ailədə almış, sonra Şiraza gedərək, təhsilini davam
etdirmişdir. Uzun müddət şeyx Zahidi Gilaninin müridi olmuş, ondan elmin sirlərini
öyrənmişdir. Şeyx Zahidinin qızı Bibi Fatimə ilə evlənmişdir. 1294-cü ildə Şeyx
Gilani axirətə qovuşduqdan sonra, onun yerinə keçərək, təriqətin mürşidi olur.
Şeyx, müridlər arasında yüksək nüfuza sahin olur və özünün Səfəviyyə təriqətini
yaradır. Şərqdə geniş yayılan Səfəviyyə təriqəti Azərbaycanda yaranan siyasi
qarışıqlıqdan kənarda qala bilmir. Səfəviyyə təriqəti Azərbaycanda siyasi və mədəni
dünyagörüşlərinin formalaşmasında böyük rol oynayır. Səfəviyyə təriqəti, bir
dini ideoloji təriqət kimi bütün islam dünyasına yayılır.
Əbu Səid Əbu Xeyri ( - 1357) XIV əsr sofi təriqətinin
başçılarından biri olan Əbu Səid Əbu Xeyri, Azərbaycanda islam fəlsəfi
dünyagörüşünün formalaşmasına böyük töhfə vermiş və eləcə də Azərbaycanın
suverenliyi uğrunda Monqol işğalçılarına qarşı olan xalq hərəkatına başçılıq
etmiş, bir çox sofilərin mürşidi Şeyx alim Xorasanlı Əbu Səid Əbul Xeyrinin
yeddinci arxa nəvəsidir. Əbu Səid XIV əsrdə Ordubad bölgəsində şeyxülislamlıq
etmişdir. Onun müridləri Azərbaycanın bir çox yerlərində sofi təriqətini
yaymaqla xaliq və xalq vəhdətini təbliğ etmişdir.
Fəzlullah Nəimi Təbrizi
(Astarabadi).
(1339-1393) (1340-1386) Nəimi ilk təhsilini doğulduğu şəhər Astarabadda alır.
Sonra Təbrizdə təhsilini dəvam etdirir.. Gənc illərində çətin dolanışığı ilə əlaqədar
Təbrizdə papaqçılıqla məşğul olur. Nəimi zamanının görkəmli sofi şeyxi Şiblinin
ideyalarına yiyələnir. Onun dəvamçısı kimi, ilk vaxtlar mütərəqqi sufilik
mövqeyindən çıxış edir. Həm fikirliləri arasında sofizm ideyası olan “Vəhdəti-Vücud”
fəlsəfəsini təbliğ edir. Sonra isə o, Hürufilik təriqəti ilə məşğul olur.1386
–cı ildə Təbrizdə hürufilik təriqətini elan etməklə onun əsasını qoymuş və
Hürufilik məktəbini yaratmışdır.. Ona görə də “Əl-Hürufən” adı ilə məşhur
olmuşdur. O bir çox müridlər, mürşidlər yetişdirirə Sonra Təbrizdən Bakıya gələrək,
Bakıda Hürufilik mərkəzi yaradır. Mərkəzə, müridi Əli ül-Əla başçılıq edir. Nəimi
Azərbaycanı hürufilik təriqətinin oyanış mərkəzi adlandırır. Bakı sofilik təriqətinin
başcısı Əli ul- Əla özünün “Kürsünamə” əsərində
yazır: “ Sevimli Fəzlin vəhdət günəşi ilk dəfə Azərbaycanda doğdu. O, müqəddəs
ölkəmizdən biridir”. Sonra “Qiyamətnamə”əsərində göstərir ki, “Fəzl Bakıdan
getdikdən sonra onun ardıcılları fəaliyyətlərini dayandırmadılar”. Nəiminin Nəsimi
və başqa müridləri tərəfindən hürufilik təriqəti İrana, İraqa, Türkiyəyə,
Suriyaya və başqa müsəlman ölkələrinə yayıldı”.
Hürufilik təriqətinin əsas ideyası odur ki,
“Allah özünün bənzəri kimi, yaratdığı insanın simasında özünü və adını təcəlla
edir. İnsanın sifətində Allah adının yazılması insinda allahın təcəllasıdır
deyir. İnsanın düz bədəni əlif “ə-a” hərfidir. İnsanın burunu “L” lam hərfidir. İnsanın qoşa gözü, hey hərifidir.
Beləliklə ƏLLƏH insanın sifətinə həkk olunmuşdur deyir. Hürufilər sözləri
varlığın əsası kimi götürürlər. Qurandakı sözlər Allahın varlığı ilə insana təcəlla
edir deyirlər.
Nəimi Hürufilik ideyalarının ona tuşunda
(yuxusunda) gəldiyini deyir. “Əlimdə
par-par yanan bir qılınc tutmuşam və bir
münəccim öz elminə uyğun olaraq, onun üzərində yazıb ki, “bir neçə üsyan
olacaq”. Bu üsyan sözündən sonra bir neçə dəfə
“Astarabatlı Fəzl” sözləri yazılmışdı və həmin qılınc mənim əlimdə idi” deyir.
Nəimi həbsdə
olan zaman, "Cavidan-Namə" (əbədiyyət haqqında kitab) əsərini yazır və
orada hürufilik təriqətinin yollarının icra olunması haqqında məlumatlar verir.
Fəzlullah gələcək taleyini yuxusunda görməsi
haqqında əsərində yazır. "Cümadi-əl-Üla ayında tuşumda gördüm ki, çərşənbə
günü bir çolaq adam məni edam etməyə gətirdi. O məni öldürdü. Ancaq gördüm ki,
mən ölməmişəm, sağam."Nəimi “Vəsiyyət-namə” əsərini də tustaq olan, ölmünə
hökm veriləcəyinə inanandan sonra yazmışdır.
Qeyd etmək
lazımdır ki, Nəimi hürufilik təriqətini təsadüfi yaratmamışdır. Bu gün elmə məlumdur
ki, müqəddəs ilahi hərflərin mövcudluğu dini kitablarda, “Brahma”da, “Tövrat”da və “Qurani-Kərim”də dəfələrlə
qeyd edilmişdir. Nəimi isə “Qurani-Kərim”də olan Hürufi işarələrdən istifadə
etməklə, onu genişləndirərək, təriqət səviyyəsinə qaldırmışdır. Nəiminin hürufi
görüşləri bütün insanların dinindən, irqindən asılı olmayaraq, bir ilahi eşqlə
sevilməsini və qorunmasını təbliğ edirdi. Nəimiyə görə, Allahın sifətindəki
varlığının təbiətdə, əşyada, xüsusilə insanda təcəssümü mövcuddur. Nəimi hürufilik dünyagörüşünü vəhdəti-vücud fəlsəfəsi
əsasında izah eləməyə çalışmışdır.
Hürufilik təlimində, ulu Tanrı, özünü həm özünə
bənzətdiyi insan sifətində, həm də ilahi səsdə və hərflərdə təcəlla edir. Nəiminin
hürufilik dünyagörüşündə Tanrının nitqi müqəddəs Qurandır. Qurani-Kərim bütün
şeylərin varlığının səbəbidir. Dünyanın vəhdəti haqqında təlimində o, əsasən
materialist mövqedən çıxış etmişdir. Nəimi idrak prosesində nitqdə hərflərin,
ağlın, ruhun roluna xüsusi yer vermişdir.
Nəimi “Cavidannamə”, “Cavidani-Kəbir” (böyük əbədilik)
, “Cavidani-Səğir” əsərlərində təsəvvüf baxışlarından istifadə etmişdir. O, təsəvvüf
və hikmət elmlərində yüksək rütbəyə çatmış, hürufiliyin sirləri haqqında tədqiqat
aparmışdır.
Bu gün Nəiminin davamçısı kimi, Nəimi ideyasına
uyğun açıqlamalar verərək, “Qurani-Kərim”də olan surələrin başlanğıclarında
yazılmış hərflər haqqında izah verərək, surələrin əvvəlində olan əlif, lam, mim
və s. hərflərin sirlərini “Vəhdəti-Vücud” fəlsəfəsi çərçivəsində izah edən
zaman, Allahla insan arasındakı vəhdəti görürük. Bu da vəhdəti-vücud fəlsəfəsidir.
Nəimi, dünyanın yaradılışında özündən əvvəlki
sofilərin qəbul etdiyi dörd ünsürün varlığını qəbul edərək, deyir: “Dörd
ünsürün vəhdəti olan aləm dərk ediləndir və onu insan dərk etməlidir”. O,
deyir: “Bu aləm, əbədi dövrü inkişaf prosesindədir. Hər bir əvvəlki pillə özündən
sonrakının başlanğıcıdır”. Nəiminin bu dünyagörüşü, aləmin tədricən, təkamül
yolu ilə yaranma ideyasına dayanır.. İslamın və “Qurani-Kərim”in şərhçisi kimi
tanınan Nəimi, əslində daha çox onların qismən inkarı meylində durur. Nəiminin
ideya mərkəzində ilahiləşdirilmiş və hər şeyə qadir insanın ağlını ön plana çəkən
nəzəriyyə durur.
Nəimi dönəmində xalq arasında sofilərin nüfuzu
o dərəcədə yüksək olmuşdur ki, onlara “işıq tayfası” (burada işıq Allaha yaxın,
nur mənasında işlənir) adını vermişlər. Sofilərin nüfuzunu xalq arasında
azaltmağa çalışan ruhanilər, onlara şər atmaqdanda çəkinmirdilər. İslam
tarixcisi Əbd-ür-Rəhman əsərində yazır:
“ Nəiminin yaratdığı bu təriqət çoxlu tərəfdar toplamış, o öz küfrü ilə
Cığatayların və başqa qeyri ərəb xalqlarının əksər qismini zəhərləmişdi”. Bir
çox belə şərlərdən sonra, Əmir Teymur onu dinsizlikdə suçlandıraraq1393 cü ildə
Əlincə qalasında edam edilir. Nəimi orada da dəfn edilir. Nəiminin ölümündən
sonra da ruhanilər onun dəvamçəlarını dövlətin əli ilə əllərindən gələni edirlər,
onların kitablarını yandırır, özlərini öldürürdülər.
Deyilənə görə Nəiminin canlı yadigarı olan
başdaşı hələ də Əlincə qalasında durur. Çox yazıqlar olsun ki, onu sevərlər qəbri
üzərində ona yaraşası türbə ucaltmırlar. Bir də təssüblənirəm ona görə ki, onun
əsərlərini bu gün Azərbaycanlılar oxuya bilmirlər. Əldə heç bir tərcüməsi
yoxdur.
İbn Xəldun –(Əbu Zeyid Vəluyuddin Əbdurrəhman ibn Xəldun əl-Maliki əl-Hədrami)
(1332-1406) Tunisdə doğulmuşdur. Xəldun, onun IX babasının adıdır. Bu şəxs, Peyğəmbər
əfəndimizdən yetmişə qədər hədis və rəvayət etmişdir. Bu nəsildən bir çox məşhur
şəxsiyyətlər yetişmişdir. Xəldun soyundan olan İbn Xəldun, ilk təhsilini
atasından almışdır, sonralar isə, bir çox ünlü alimlərdən müxtəlif biliklərə
aid dərslər almış, 18 yaşında o, artıq dövrünün bütün elmlərindən halı
olmuşdur. İbn Xəldunun elmi dünyagörüşü bir-birini əvəz etdikcə, düşüncə tərzi
də bir təkamül yolu keçmişdir, özünü mütəsəvvif
hesab etməsə də, təsəvvüf elminə aid bir çox qiymətli fikirlər söyləmişdir. O,
“Şəfaüs-Səil, Li-təhzibil-məsail” adlı əsərində təsəvvüf görüşlərini geniş
işıqlandırmışdır. Filosof, təsəvvüfi görüşlərini “Şəfaüs-səil” əsərində dörd
müqəddimədə izah edir. Birinci müqəddimədə o, nəfs, ruh, qəlb və ağılın nə demək
olduğunu, necə yarandığını izah edir, ilahi bilgilərin necə meydana gəldiyini
aydınlaşdırır. İkinci müqəddimədə, elmlə biliklər almaq istəyən qəlbin, maddi və
mənəvi olmaq etibari ilə, elmə yiyələnməsi, elmə yiyələnmək istəyinin ruha,
qeyb aləmdən necə verilməsini açıqlayır. Üçüncü müqəddimədə, səadətin nə demək
olduğunu, onun mərtəbələrini və növlərini göstərir. Allahın təcəlilərinin bu
dünyada müşahidə edilməsini göstərir. Bu dünyada Allahı müşahidə edən, axirətdə
də Allahı müşahidə edər. Bu dünyada müşahidə etməyən, Allahı axirətdə də
müşahidə edə bilməz deyir. Dördüncü müqəddimədə, kəşflə əldə edilən elmlərdən
danışır. Nəfsdə saflığın və təmizliklərin dərəcələrini anladır, əxlaqi keyfiyətləri
qiymətləndirir.
İbn Xəldunun müqəddimələrdə aşkarlanan fikirləri,
Vəhdəti-Vücud fəlsəfəsinin məzmunları ilə eynilik təşkil edir. O, varlığın
yaranmasını izah edən zaman deyir: “Biri digərinə necə bağlı olaraq tədricən
torpaqdan suya, sonra havaya, sonra oda necə çevrilməkdə, bunlardan hər biri
özündən sonra gələn bir alt və bir üstdəki varlıq halına çevrilmə qabiliyətinə
dönməkdədir. Daha yuxarıdakı, özündən aşağıdakına nisbətən daha incə, daha lətifdir.”
İbn Xəldun fələklərin də göydə ibtidaidən aliyə
doğru sıralanaraq, daha yüksəkdəkinin özündən aşağıdakına nisbətən daha şərəfli
olduğunu göstərir.
İnsanın yaranma prosesindəki təkamülü izah edərək
deyir: “Bitkilərin ən yüksək növü olan xurmadan, heyvanların ən sadəsi olan böcəklər,
sadə heyvanlardan mürəkkəb heyvanlar, ən yüksək heyvanlardan da insanlar törəmişdir.”
İnsanı ən ali varlıq hesab edərək deyir: “Dünyanın bu xırda məxluqu insan
özünün ağıl fəaliyyətinin, imkanlarının, arzularının, duyğularının, niyyətlərinin,
düşüncələrinin genişliyinə və rəngarəngliyinə görə özüdə bir kainatdır.”
İbn Xəldun
elmi axtarışlarındakı dünyabxışlarında Vəhdəti-Vücut və Vacibül-Vücut
baxışlarını tənqid edir. O təsəvvüfi hökmləri iki hökmə (əmələ) bölür. 1.
Zahiri hökm: Buraya görünən və icra olunan əməlləri aid edir. Məsələn namaz
vaxtı edilən hərəkətlər və dualar.
2. Batini hökm: Buraya imanı və qəlbdə yaranan
hökmləri daxil edir. Batini əməlləri insanın iradəsindən kənarda görür. Bu əməlləri
təhlil edən zaman batini əməllərə üstünlük verir. Bu üstünlükləri də Quran
hökmləri və hədislərdə olan rəvayətlərlə əlaqələndirir. Ali varlıq olan ağlın və
təfəkkürün fəaliyyətini unudur.
İbn Xəldun maddi varlıqların təhlili ilə yanaşı,
o dünya varlığı olan mələklərlə əlaqəli verdiyi təhlili fikirlər, onun Vəhdəti-Vücud
fəlsəfəsini qəbul edən böyük bir filosof olduğundan xəbər verir. Eyni zamanda
Darvinin təkamül nəzəriyyəsini, ondan
dörd əsr əvvəl İbn Xəldun olduğu kimi vermişdir.
Seyid İmadəddin Nəsimi (1369-1417). Seyid Əli İmadəddin
Nəsimi 1369-cu ildə Şirvanşahların mərkəzi olan Şamaxıda doğulmuşdur. İlk
biliyini Şamaxıda atasından almışdır. Nəsimi mürəkkəb yaradıcılıq yolu
keçmişdir. Gəncliyini lirik şeirlərlə başlayan Nəsimi, sonralar sofiyyə hərəkatına
qoşulmuş, aşiqanə ilahi əsərləri ilə məşhur olmuşdur. Nəsimi ayaması ilə bağlı
bir neçə tür var. Onlardan biri F. Nəiminin adına uyğun olaraq, özünə “Nəsimi”
təxəllüs götürmüşdür. Başqasına görə nəsim ərəb sözü olub “səhər yeli” anlamını
verir.
F.Salimin araşdırmasına görə “Nəsimi hürufi
şairidir və hürufilik təriqəti də Sufi (təsəvvüf) fəlsəfəsinin bir qoludur. Şərq
filosoflarının yazdıqlarına görə “nəsim Allahın insanda əks olunması” deməkdir.
(F. Salim “Milli yaddaş sistemində ürfan və təsəvvüf” Bakı2010 s. 213).
Nəsimi,
təmiz ana dilində yazılan fəlsəfi şeirlərin ilk yaradıcısı olmuşdur. Nəsimi də
Nəimi kimi, ardıcıl olaraq, həmişə panteizm mövqeyindən çıxış edir. İlahi
varlığın əşrəfi olan insan zəkasının, bütün sirləri açmağa qadir olduğuna
inanan Nəsimi, insanları həqiqəti dərk etməyə çağırır. O, insanı yaradıcı bir
varlıq kimi ucaldır. İnsan gözəlliklərinin tərənnümü, şeirlərində xüsusi yer
tutur. Nəsimi acgözlülük, paxıllıq, riyakarlıq kimi sifətləri tənqid edir,
hakim təbəqənin zülüm və ədalətsizliyini, onların ilahi hökmlərdən qorxmayaraq,
özbaşnalığını cəsarətlə qamçılayır. Teymur hakimiyyətinə qarşı üsyancasına
çıxış edir. Nəsimi bir çox yerləri Türkiyəni, Misiri, Surianı gəzir. O, Bursada
böyük sofi alimi Mürşid Hacı Bektaşı Vəli ilə görüşür. Nəhayət Hələb şəhərinəd
dayanır.
Nəsimi kainata sığmayan bir varlıq kimi, hər
şeyi insan oğlunun həyatı ilə bağlayır.
“Məndə
sığar iki cahan,
Mən bu cahana sığmazam”.
“Yüzün müshafdı, ey
ruhi müsəvvər,
Təala şaneyhu Allahu əkbər!”
Allahın günəşlə yerin vəhdətini yaratdığı, günəş
ışınlarının həmişəlik qırılmazlığını görən
Nəsimi, gözəlin də zülfünün tellərini günəş ışını (şuası) kimi qırılmaz
və həmişəlik olduğunu deyir.
Vəhdətin simi
qırılmaz silsilə yar zülfüdür.
Mən o zülfə bağlıyam, etməz rəha xoşdur mənə.
Adamın varlığını Tanrı varlığı ilə yanaşı
tutaraq deyir:
“Hər kim səni bildi, buldu haqqı,
Hər kim həqqi bildi, Adəm oldu.”
Ya da
“Haqqı təala adəm oğlu özüdür,
32 hərfi kəlamı özüdür”
Deyən Nəsimi, insanı ilahiləşdirir. Özündən
qabaqkı mütəsəvvüflər kimi, Nəsiminin də sofi təsəvvüfü ruhaniləri narahat
edir. Onlarda Nəsimiyə qarşı kin yaranır və nəticədə onun ölümünə fitva verirlər.
Türk alimi İbrahimoğlunun verdiyi məlumata görə, ərəb tarixçisi Əhməd ibn
İbrahim Əl-Hələbi “Kunuzüz-zəhəb, tarixi Hələb” adlı əsərində yazır: “Mühakiməni
aparan Hələbin ülaması ibn Şanqatül-həmədan Nəsiminin dinsizliyini sübut edə
bilmədiyi üçün, mühakimədən geri çəkilir. Sonra mühakiməyə Şəhabəddin ibn Hilal
gəlir. O, qazi Malikdən soruşur ki, nə üçün Nəsimini öldürmək olmaz. Malik ona
cavab verir ki, sən öz əlinlə “öldürülməyi lazımdır” sözünü yaza bilərsənmi? O
isə “bəli” deyib, fitvanı yazır. Bundan sonra onun xətti, o biri qazilərə və məclislərdəki
din xadimlərinə göstərilsə də, onlar Nəsiminin öldürülməsi qərarından çəkinirlər.
Bir qədər sonra Sultan Müəyyəddindən əmr gəldi: “Dərisi soyulsun və yeddi gün Hələbdə
göstərilsin, sonra əl-ayağı kəsilsin, bir parçası Zülqədioğlu (Zülqədəroğlu)
Əlibəyə, qardaşı Nəsrəddin və Osman Qarayolükə göndərilsin”.
Çingiz Qacar yazır: "Bundan sonra Dar-ül
Ədildə (ali məhkəmə binasında) şeyx ibn Xatib Ən-Nasir, Naib baş qazı şeyx
İzuiddin Şəmuiddin ibn Amin-ud Dövl, baş qazı Fatxuddin əl-Maliki və baş qazı
Şixabuddin əl-Xanbalinin iştiraki ilə məhkəmə işə başladı və məktubun hökmü
yerinə yetirildi.
Nəsimi Allahı dərk etməklə, hər şeyin vahid
varlığın təzahürü olaraq, qalması fikrinə şərik olur. Nəsiminin əsərlərində
“haqq” ilə “cümlə aləm” arasındakı eyniyyət üçün “insan” anlayışından istifadə
olunur. Nəsimi, Allahı təbiətdən ayrı hesab etməyi korluq sayır. Ruhun cansız
aləmdən nəbatət və heyvanatdan keçərək, tədricən insana doğru inkşafını qəbul
edir. Nəsimi, yaradıcılığının ilk dövrlərindən sofizm mövqeyində dayanır. Şeirlərini
X əsr sofi şair-filosofu Hüseyn Həllac Mansura olan sevgisi sayəsində “Hüseyni”
və ya “Seyid Hüseyni” ayaması ilə yazır. Əqidəsi uğrunda fədakarlıq göstərməyə
hazır olan Nəsimi, Mansuru özünə mürşid saymış və əsərlərində onu tərənnüm
etmişdir. Şair, hürufi təlimini qəbul etdikdən sonra da, Həllaca vurğunluğundan
qalmamışdır. Elə taleyi də onun taleyi kimi faciəli qurtarmışdır. Nəsimi
eşqinin mərkəzində Allah dayanır. O, bu yoldan çəkinmir, çünki yalnız bu yol
insanı Tanrıya, Tanrı həqiqətlərinə çatdırır. 1417-ci ildə bir çox təsəvvüf əsərlərinin
müəllifi Siməvəli şeyx Bədrəddin Mahmud da ruhanilərin fitvası ilə asdırılır.
Şeyx Dursun ( - 1399). Şeyx Dursun XIV əsrdə
sofi təriqətinin başında durmuş və onun müridləri Azərbaycanın hər yerində fəaliyyət
göstərmişlər.
Ağsu şəhəri yaxınlığında olan şeyx Dursun türbəsini
hələ də, yerli xalq ziyarətgah hesab edərək, orada yatanın böyük hörmətli
övliya, sofilərin mürşidi olduğunu qeyd edirlər. Onun bu günə qədər xalqın
yaddaşında yaşaması, onun böyük nüfuza malik olmasını göstərir. Onun türbəsi üzərindəki
ərəbcə yazıda deyilir: “Bu xoş riyahəli müqəddəs və işıqlı məqbərə övliyaların
görkəmlisi Şeyx Dursun ibn Əhməd Padarındır. Onun vəfatı 821-ci ildə (1399) baş
vermişdir.
Akademik B.Dornun fondunda, Şamaxı şeyxləri
haqqında bir arayış saxlanılır. Arayışda yazılıb: “Şeyx Dursunun əsli Şirvan əhlindən,
Xançobanı mahalından padar tayfasındandır. Şeyx Dursun ibn Əhməd Padar şərəfli
bir adam olub ki, qoşun hissəsindən Kələxana qəryəsinin qərbində vaqe olan məşhur
7 günbəz bu Şeyx Dursunun övladlarındandır”.
Şamaxı rayonunun Kələxana kəndində olan 7 günbəz
qəbiristanlığındakı türbələrin birinin kitabəsində Çilğari şeyxlərindən Şeyx
İsrafilin oğlu, Əmir Əhmədin oğlu Şeyx İbrahimin adı çəkilir. O, h. 1074-cü
(1663) ildə vəfat etmişdir.
Kitabələri oxuyan Məşədixanımın mülahizəsinə
görə, Şeyx Dursunun və onun nəslindən olan şeyxlərin məqbərələrinin ziyarətgaha
çevrilməsi, onların şeyx ləqəbi daşıması, arayışda onların hərbçi
adlandırılması, sofiliklə bağlı cərəyanın və yaxud xalq hərəkatının başçıları
olduqlarına dəlalət edir.
Hacı Bayrami Vəli (1352-1430). Ankaranın Çibuq çayı
üzərindəki Solfasol (zül-fadal) kəndində dünyaya gəlmişdir. Əsl adı, Numan Əhmədoğludur.
İlk biliyini öz kəndində aldıqdan sonra, Ankarada davam etdirmişdir. Bursanın
tanınmış alimlərindən dərs almışdır. Ankara və Bursada Kadı (qazı)lıq etmiş,
sonradan isə orada müdərisslik etmişdir. Müdərissliyi buraxıb, həyatını təsəvvüf
elminə bağlamışdır. Böyük təsəvvüf mürşidi Somunçu babanın müridi olmuş, ondan
təsəvvüfün sirlərini öyrənmişdir. Ağ Şəmsəddin, Yazıçızadə, Əhməd kimi alimlərlə
yaxın dostluq etmişdir. Molla Fənari, şeyx Ağbıyıq və Fatehin müəllimi
olmuşdur. Onun ilahilərinin çox az bir hissəsi zamanımıza gəlib çıxmışdır. Minlərlə
tələbə yetişdirən, bir çox mürşid və müridlər yetişdirən Hacı Bayrami Vəli 1430-cu ildə Ankarada axirətə
qovuşmuşdur. Mübarək türbəsi, Ankaradakı Hacı Bayram camesinin bağçasında ziyarətgahdır.
Qeyd: Şeyx Hamiduddin Aksarayi, Kayseridə
dünyaya gəlmişdir. O elm almaq üçün Kayseridən Şama, Şamdan Təbrizə, Təbrizdən
Ərdəbilə gedib, təhsilini davam etdirmişdir. Ərdəbildə Şeyx Səfiəddin İshaqın Nəvəsi
Xacə Əlaüddin Ərdəbiliyə mürid olmuşdur. Müəllimindən zahiri (dünyavi) və
batini (qeyb) elmləri öyrənmişdir. Elmini davam etdirmək üçün Anadoluya gəlmiş,
Bursada sofi təriqətinə başçılıq etmiş, eyni zamanda Bursada iki somu (qalın
çörək) fırını tiktirərək, somu bişirməklə məşğul olduğu üçün, ona xalq arasında
Somunçu Baba ayaması verilmişdir.
Ağ Şəmsəddin—Şəmsəddin
Muhamməd bin Hamza (1390-1459). Saçının, saqqalının və geyindiyi arxalığın (əlbisənin) ağ
olması üzündən, Ağ Şeyx və ya Ağ Şəmsəddin deyilir. O, Şamda (Dəməşq) doğulmuş,
kiçik yaşlarından biliyin həvəskarı olduğu üçün, yeddi yaşında ikən Qurani-Kərimi əzbərləyərək, hafiz olmuşdur. 1397-ci ildə
ailəsi ilə Anadoluya köçən Ağ Şəmsəddin, Türk dünyasının böyük mütəsəvvifi Hacı
Bayrami Vəlinin müridi olmuş, ondan təsəvvüf elminin Vəhdəti-Vücud sirlərini
öyrənmiş, mürşidlik zirvəsinə qədər yüksəlmişdir. Ağ Şəmsəddin dini elmlə bərabər,
tibb elmi ilə də məşğul olmuş, tibb elminə bir çox yeniliklər vermiş. Tibbə aid
sanballı əsərlərin müəllifidir. O, eyni zamanda istedadlı bir şair kimi
tanınmışdır. Osmanlı imperyasının fəxri olan Sultan Mehmet Fatehin müəllimi
olmuşdur. Fateh zamanında dövlət işlərində siyasi xadim kimi də tanınmışdır.
Bir çox mürşid və müridlərin mürşidi olmuşdur. Təsəvvüfə aid bir neçə əsər
yazmış, böyük mütəsəvvüf kimi islam dünyasında tanınmışdır. Dünyanın qapısı
olan istanbulun fəthində iştirak etmiş, Ayasofya kilsəsində ilk xütbə oxumuş, Fatehlə
yanaşı ilk cümə namazını qılmışdır. Sultan Mehmet Fatehin vəfatından sonra, Göynüyə
gələrək, ömrünün axırına qədər orada yaşamış, 1459-cu ildə orada da vəfat
etmişdir. Süleyman paşa camesinin bağçasında haqqa tapşırılmışdır. Mübarək türbəsi
onu sevərlərin ziyarət yeri olmuşdur.
Yusif Hamidi Sinanəddin
Şeyxi h.775
(m.1428) ildə anadan olmuşdur. Ərdəbilin ünlü mürşidlərindən, sofi ədəbiyatının
böyük nümayəndələrindən olan təsəvvüfçü şeyx Hacı Bayram Vəlinin Şeyxiyyə təriqərinə
mənsub olmuş və bu münasibətlə də Şeyxi təxəllüsünü götürmüşdür. Yusif Şeyxi təsəvvüf
elmilə yanaşı dönəminin böyük həkim bilgini və şairi olmuşdur. Lətifi adlı bir
yazarın təzkirəsində deyilir: “Yusif Şeyxi elmin bütün sahələrinin və təsəvvüfün
uzmanı idi. Onun biliyinə, kamilliyinə, müdrikliyinə tay tapılmazdı. Hikmət və
nücum elmlərində çox hazır və mahir idi.
Həkimlikdə ad-san qazanmışdı. H.818-ildə Anadoluda sultan Çələbi Məhəmmədi ağır
xəstəlikdən sağaltmışdı. El arasında şairliyi ilə ad çıxarmışdı”. O, Nizaminin
“Xorov və Şirin poemasını türkcəyə çevirmiş, bəzi yerlərinə əlavələr etməklə
daha da zənginləşdirmişdir. H.838 (m.1474)-ci ildə vəfat etmişdir.
Həzrət Şeyx Mənsur (- Ö. XIV əsr). Qəbələ rayonunun
Həzrə kəndində meşəlik içərisində yerləşmiş
qədim qəbiristanlıqda bir neçə övliya türbəsi var ki, onlardan ikisinə yerli
xalq, pir deyə ziyarət edirlər. Birinci qəbrin üzərindəki sanduqədə ərəbcə belə
bir mətnli yazı var - “Ən böyük xalqın, əzəmətli Sultan Şeyx İbrahimin – yüksək
Allah onun hökmranlığını əbədiləşdirsin – hakimiyyəti zamanında, mərhəmətli Həzrəti
Şeyx, Şeyx Mənsurun məqbərəsi tikilmişdir. Allah onun qəbrini nurlandırsın!”.
Şeyx Mənsur türbəsinin arxa hissəsində oğlu mövlana Bəkirin də dəfn olunduğunu,
tarixçi alim Məşədixanım Nemət müəyyənləşdirmişdir. Kitabədə Şeyx İbrahimin adı
çəkilir və ona dua edilir. Bu yazı onu göstərir ki, Şeyx Mənsur, onun
hökmranlığı zamanında dəfn olunmuşdur. Şeyx İbrahimin hakimiyyəti zamanı,
1382-1417-ci illər qeyd olunduğu üçün tam əminliklə demək olar ki, Şeyx Mənsur
da bu dövrdə yaşamışdır.
Şeyx Mənsurun müridləri, oğlu Mövlana Bəkir,
Şeyx Bədrəddin, Şeyx Məhəmməd və digərləri onun sofi ideyalarını Qafqazda
yayaraq, daha da genişləndirmişlər.
Seyid Cəmaləddin
Gilani (XIII əsr).
Eynəzzəman Cəmaləddin Gilaninin Lənkəran-Astara şose yolunun üstündəki Pensar kənd
qəbiristanlığında olan “Seyid Cəmaləddin” pirindəki yazılı kitabənin məhv
olması ucbatından, onun yaşadığı zaman məlum deyil. Məşədixanımın verdiyi məlumata
görə o, Şeyx Səfi Ərdəbinin Şeyx Zahid adı ilə tanınmış ustadı, Tacəddin İbrahimin
mürşidi olmuşdur - deməsinə və eyni zamanda Bakının İçərişəhərində XIV əsrə aid
olan kitabədə oxuduğu “Bu xeyriyyə idarəsinin bina olmasına peyğəmbərin məşəli,
risalətin tacı, Seyid Cəmaləddinin oğlu, seyidlərin görkəmlisi, xeyrat sahibi, Allahın
mərhəmətinə çatmış Seyid Sədulla əmr etmişdir.” Buradakı yazılara əsaslanaraq,
Seyid Cəmaləddin Gilanin yaşadığı zamanı XIII əsrin ikinci yarısına aid etmək
olar.
Ömrünün çox hissəsini Astarada keçirmiş ətrafına
çoxlu mürid toplamış və sofizmin təbliği ilə məşğul olan Seyid Cəmaləddin
Gilaninin öz dünyagörüşünə uyğun təriqət nəzəriyyəsi olmuşdur. Ancaq bu nəzəriyyənin
məzmun və məqsədindən heç nə qalmamışdır.
Seyid Cəmaləddin Gilani təriqət nəzəriyyəsini
Azərbaycanda geniş yaymaq üçün, sofilikdə mürşidlik dərəcəsinə çatmış oğlu,
müridi Seyid Sədullanı Bakıya göndərmişdir. O, Bakıda və Şirvanda sofiliyin
yayılmasında müridlərə mürşidlik etmiş, eyni zamanda xeyriyyəçiliklə məşğul
olmuşdur.
Siməvnəli Şeyx Bədrəddin
Mahmud (--1440).
Şeyx Bədrəddin Mahmud Siməvnədə doğulduğu üçün, bu adı almışdır. İlk təhsilini
Misirdə dini məktəbdə almışdır. Təsəvvüfə aid bir neçə kitabın müəllifidir.
Misir sultanı Fərəc bin Bərkuka dərs demiş, ona
müəllimlik etmişdir. Bir müddət Misirdə yaşadıqdan sonra, Türkiyəyə qayıtmışdır.
Sultan Musa Çələbiyə Kazaskar (qazilər başçısı) olmuşdur. Musa Çələbidən sonra
Çələbi sultan Mahmud xanın zamanında təsəvvüf baxışlarının Quranla uzlaşmadığı
üçün, ruhanilər başçısı Burhanəddin Heydar Hərvaninin fitvası ilə 1440-cı ildə
Sirozda asılaraq edam edilmişdir. Ancaq onun təsəvvüf dünyagörüşü müridləri tərəfindən
uzun müddət yaşamışdır.
Bakuvi Seyid Yəhya
Cəlaləddin ibn Bəhauddin Şirvani (1410-1463) - təxminən 1410-cu ildə Şamaxıda
anadan olmuşdur. İlk təhsilini Şamaxıda aldıqdan sonra, Təbrizdə davam etdirmiş
və bir müddət orada yaşamışdır. Xəlvətiyyə təriqətinin mürşidi Həzrət Sədrəddin,
hocadan xəlvətiyyə təriqətinin sirlərinin yolunu öyrənmişdir. Xəlvətiyyə təriqətinin
inkişaf etməsində göstərdiyi böyük xidmətinə görə, ona təriqətin “Piri-sani”si
(ikinci Piri) ayaması verilmişdir. O, filosof, ilahiyyatçı və sofi mütəfəkkir
kimi şərqdə şöhrət qazanmışdır.
Bakuvi Şirvanşahlar dövlətinin mərkəzi olan
Şamaxıda, sonra Bakıda Şah Xəlilullah sarayında yaşamışdır. Bir təsəvvüf alimi
kimi, xəlvətiliyin orta şərqdə yayılmasında Yəhya Şirvaninin böyük xidməti
olmuşdur. O, Bakıda ilahiyyat-fəlsəfə məktəbi açmış, Azərbaycanın Bərdə, Təbriz
və digər şəhərlərində şöbələr yaratmışdır.
Bakuvinin irşad ocağında minlərlə müridlər
yetişmiş və bütün türk dünyasına yayılmışlar. Mürşidlik dərəcəsinə yetişmiş
müridlərindən Pir Şükürullah, mürşidi Bakuvinin ölümündən sonra onun təriqətinə
başçılıq etmişdir. Şeyx Ələddin ər-Rumi, Yəhya Şirvaninin əmri ilə Ruma irşadı
yaymaq üçün xəlifə göndərilmişdir. Şeyx Həbibi Qaramani yenə də Ruma mürşid
göndərilmişdir. Şeyx Pir Məhəmməd Ərzincani, Ərzincanda irşad elminin təbliği
üçün mürşidindən icazə almışdır. Dədə Ömər Rövşəni, Gəncə, Bərdə, Qarabağ bölgələrində
xəlifəliyi yaymaq üçün, icazə almışdır. Həbib Ömər Xəlvəti Qaraman və Anadolu
vilayətlərində irşadla məşğul olmuşdur. Əli Xəlvəti Sultan Məhəmməd Fateh
zamanında İstanbulda dövlət vəzifələrində çalışmışdır.
Bakuvinin təsəvvüf, təfsir və hədis sahəsindəki
əsərləri onun nə qədər geniş dünyagörüşünə sahib olduğundan xəbər verir. O,
elmlə bərabər, Ağqoyunlular və Şirvanşahlar sarayında dövlət xidmətlərində də
qulluq etmişdir.
Azərbaycanın böyük maarifçisi Abbasqulu Ağa
Bakıxanov yazır: “Seyid Yəhya Bakuvi XV əsrin böyük din müəllimi idi. Onun adı
bir çox gizli elmlərdə məşhurdur. Fəzilətləri və gözəl xasiyyəti olan böyük
alimdir”.
Seyid Bakuvi sofilər mürşidi olmuş, onun təlimlərindən
bir çox mürşidlər kam almışlar. Onun “Həqiqət axtaranların sirri” əsərində təsəvvüf
elminin başlıca məsələlərində ədalət və etika əsas yer tutur. İnsan mənəviyyatının
saflığı, təmizliyi, xeyirxahlıq, düzlük və s. qiymətləndirilir. Təkəbbürlük,
kin, həsəd, xəsislik, şöhrətpərəstlik, yalan, qeybət və s. pis keyfiyyətlər tənqid
olunur. İnsanları onlardan uzaq olmağa çağırır. Əsər bütünlüklə kamil insan
ideyasını ön plana çəkir. Tarixçilərin yazdığına görə, Bakuvinin on minə qədər
şagirdi olmuşdur və onlar bütün şərqə yayılmışlar. O, mütləq varlıqdan doğan,
işıqdan bütün kainatın yarandığını təbliğ etməklə, Suhraverdinin İşraqilik fəlsəfəsini
davam etdirmişdir. Bakuvinin məqbərəsi Bakıda İçəri Şəhər Şirvanşahlar
kompleksinin həyətində yerləşir. Ora bu gün də bakuvisevənlərin inanc yeri kimi
qəbul edilir.
Əhməd Taşköprüzadə (1495-1561) yazır ki,
Bakuvinin başına on minə qədər adam toplaşmışdı. Davamçıları ətraf ölkələrə
yayılmışdı. O, başçılıq etdiyi təriqət vasitəsi ilə şiəliyin Səfəvilər tərəfindən
dövlət dini kimi qəbul edilməsinə qarşı mübarizə aparırdı.
Bakuvinin “Həqiqət axtaranların sirri” (“Əsrar ət-talibin”)
əsərində təsəvvüf və etika məsələləri başlıca yer tutur, insan mənəviyyatının
saflığına, təmizliyinə, ədalətin müdafiəsinə çalışmaq, təkəbbürlülük, kin, həsəd,
xəsislik, şöhrətpərəstlik, yalan, qeybət və bu kimi mənfi keyfiyyətlərdən uzaq
olmaq ideyaları təbliğ edilir. O, mütləq varlıqdan bir işığın meydana çıxdığını
və bütün mövcudatın bu işıqdan mərtəbə-mərtəbə vücuda gəldiyini söyləməklə,
Şihabəddin Yəhya Suhraverdinin işragilik fəlsəfəsinə tərəfdar çıxmışdır.
Məhəmməd Füzuli
Süleyman oğlu (1494-1556)
Bağdad yaxınlğındakı Kərbəla qəsəbəsində anadan olmuşdur. Kərbalada və Bağdadda
təhsil almışdır. Füzulinin həyat və yaradıcılığını araşdıran yazarların bəziləri,
onun əsərlərindəki eşqi, nalələri və musiqiyə rəğbətinin olmasını görüb, onu
bir sofi şair kimi təqdim edirlər. Bəziləri də onun islamdaki tövhid ideyaları
müdafiə etməklə İslam ehkamlarına bağlılığını, eyni zamanda şiə məshəbinə
sadiqliyini dilə gətirərək, sofilikdən uzaq bir şair olmasını bildirirlər.
Füzuli
elə bir dərin dəryadır ki, onun dəryaya səpdiyi xəzinələr içərisindən istədiyin
incini tapmaq olar. Bunun üçün də onun əsərlərinə baş vumak gərəklidir.
Şair, "Mətlə əl-Etiqad" əsərində irahın
(ruhun) varlığından danışaraq deyir: İrah (ruh) kayıtsız (mütləq) varlıqdır. O,
gövdədə dad və ağrı-sancıları duyma bacarığında olur və itirmir. O, gövdədən
öncə də, sonra da vardır. Duyma və qavrama bacarığındadır. O, irahln (ruhun)
ölməzliyini alımlamaqla yanaşı, adamın bütün davranışını irahda (ruhda) görür. Adamın
özünü özündəki irahla (ruhla) tanıdığını deyir. “Ruh xoşbəxt bir bədəndən,
özününkündən daha yaxşısına, layiqlisinə keçir və bu keçidə tənasüx (irahın
yerdəyişməsi İ.M.) deyilir” deyir.(M. Füzuli. “Mətlə əl- Etiqad” Bakı
1987.s.34).
Füzuli yazır: “Aksidensiyalar (toxunulan
varlıqda olan bütün nitəniklər) mürəkkəb varlıqlarda, mürəkkəb varlıqlar bəsit
varlıqlarda, bəsit varlıqlar mücərrət varlıqlarda, mücərrət varlıqlar ilk
ünsürlərdə (mayalarda İ.M.) mövcud olur”. Bu düşüncə bütünlüklə evrimləşmədir,
Varlığın-birliyi fəlsəfəsidir.Tanrı ilə doğanın
O, deyir: “Adamların bir parası deyir, bütün
işlərin gedişində bizim heç bir qarışacağımız yoxdur. Çünkü lap başlanğıcdan
indiyədək bizim varlığımızın maddəsi-heç bir iradəmiz, ixtiyarımız olmadan-müxtəlif
şəkillər və tez-tez dəyişən hallar almışdır. Bizim nə bir ixtiyarımız, nə də hərəkətləri
idarə etmə qüdrətimiz var. Onlar beləliklə özlərini qəzavü-qədərin ixtiyarına
vermişlər. Digərləri isə söyləmişlər: “Bütün işlərin gedişində bizim
ixtiyarımız və iradəmiz vardır. Insanların çoxu bu cürdür və düzü də budur” (M.
Füzuli “Mətlə əl-Etiqad” Bakı 1987.s. 31-32).
Füzuli əsərlərində
yoxdan var oldu, yarandı düşüncəsinə qarşı çıxaraq
deyir: “İlkinlik anlamının özü zamanın olmasını tələb edir. Zaman isə yoxluqla bir araya
sığmayan mövcudluqdur. Buna görə də ondan (Allahdan) əvvəl yoxluq olmamışdır”.
(M.Füzuli “Mətlə əl- Etiqad” Bakı 1987. s.45).
Bu düşüncə
ilə də o monoteist dünyagörüşlü, ancaq qəzavü-qədəri alımlamayan “Vəhdəti-vücud”
fəlsəfəsinə bağlı bir təsəvvfçi şair olduğunu bildirir.
"Hər kim özünü tanıyırsa, Tanrısını da tanıyır"
deyən şair göstərir ki, ruh nə qədər bədəndən kənardır, o, heç bir zaman kamilləşə
bilməz. Ruh, bədənlə birlikdə ağlın fəaliyətində olduqda o kamil bir varlıq ola
bilər. Bu ideyaya əsaslanaraq, demək olar ki, Füzuli Allahın nurlar nuru
olduğunu və onun bir nur kimi varlığını qəbul edir. Füzulinin bu ideyası, Vəhdəti-Vücud
fəlsəfəsindən yarandığı görünür.
Füzuli sofi təriqətində olan dörd mərhələyə; şəriət,
təriqət, mərifət, həqiqətə böyük önəm verir və mərhələlərin məqamlarından
danışır. Füzuli gövdəni nəfslə eyniləşdirir. İrahın (ruhun) gövdədə dustaq
olduğunu deyir:
"Həbsi-Həvadə qoyma
füzulisifət əsir,
Ya rəbb hidayət eylə
təriqi fəna məni."
(İlahi məni nəfsin zindanında füzulisifət əsir
saxlama, mənə yox olma yolunu göstər.)
Füzuli mənə yox olma yolunu göstər yolunu deməklə,
sofilikdə olan “Fəna-Fillah” dünyagörüşünə işarə edir. O, nəfsinə qalib gəlməyin ən böyük hünər
olduğunu deyir.
“Ol deyildir qəni ki yetmiş ola,
Mal ilə bir məqami-əlayə,
Qəni oldur ki, mütləqa nəfsi,
İltifat etməyə bu dünyayə.”
Yəni mal, dövlət, yüksək fəzivə sahibi varlı
deyil, varlı odur ki, o heç zaman nəfsinə bu dünyada meydan vermiyə.
Füzuli eşqi adi eşq saymır, ilahi bir cazibə
sayaraq deyir:
"Qəd ənarəl-eşqə-lil
uşaqi min hacəl hüda,
Saliki-rahi-həqiqət
eşqə eylər iqtida"
(Eşq aşiqlər üçün düzgün qurulmuş yolu
işıqlandırdı, həqiqət yolunun yolçuları eşqi başçı bilib onun dalınca gedər)
Füzuli eşqi ilahi kamilliyin dərdi bilir. Onu
qiyamət günündə də inkar etmədiyini deyir.
“Eşqdən canımda bir
pünhan mərəz var ey həkim!
Var imiş ruzi-qiyamət,
qılma inkar ey həkim.”
Füzuli ilahi eşqi Xızırın dirilik suyu
adlandıraraq deyir:
“Fani ol eşq içrə
kim, bənzər fanisi aşiqin,
Feyzi-cavid ilə
Xızırın çeşmeyi heyvanına.”
Yəni eşq içərisində əriyən yoxluğa bənzər özünü
Xızırın dirilik bulağında görər.
Füzuli
real varlıq olan insan gözəlliyinin qarşısında səcdə etməyi dini ibadətlərə bərabər
tutur. İnsan gözəlliyinə səcdə etməyi ilahi bir qanun sayır.
“Səcdədir hər qanda bir büt görsəm ayinim mənim,
Gah mömin, gah kafir tut,
budur dinim imanım mənim.”-deyir
Füzuli ilahi eşqi çox böyük hesab
edərək, hər kəsin bu yükün altına girə bilmədiyini deyir.
“Möhnəti eşq ey dil, asandır deyib, çox vurma
laf,
Eşq bir yükdür ki, xəm olmuş
onun altında Qaf.”
Yəni-Eşq aşiqiyəm deyə özünü öymə,
eşq elə bir ağır yükdür ki, onun ağırlığından Qaf dağı əzilib qaf hərifi kimi əyilmişdir.
Füzuli deyir ki, bu ilahi eşqə Qaf dağı dözə bilməz ancaq mən dözürəm.
Füzuli
eşqi kainatın məhvəri, mənbəyi gövhəri adlandırır.
“Sər mənzili-hər burada rəhbərdir eşq.
Keyfiyyəti-hər kamala məzhərdir eşq.
Gəncineyi-kainata gövhərdir eşq.
Hər sadir olan nəşəyə məsdərdir eşq.
Füzulinin
əsərlərində riyakarlıq, paxıllıq, yaltaqlıq, ikiüzlülük, rüşvətxorluq kimi əxlaq
normalarından uzaq olan qeyri insani sifətlər tənqid edilir.
“Yalan söz söyləyənlərin gərək,
Ağıl yanında etibarı
olmasın.”
Cahillərə nisbətən elm sahiblərinə öz rəğbətini
belə bildirir.
“Elm bir dəryadır
ki, ondan,
Haqqı tanımaq gövhəri hasil olar.
Elmin rütbəsini ağıllılardan sor,
Elmin ləzzətini cahil nə qanar.”
"Səhət və Mərəz" əsərində də, o, bu
ideyaya sadiq qalaraq, eşqi ruha başçı, bələdçi kimi verir. Eşq ruha bələdçilik
edib aşiq-məşuq ölkəsini gəzdirir.
"Vadeyi Vəhdət Həqiqətdə məqam eşqdir
Kim müşəxxəs olmaz ol vadidə sultandan gəda."
(Birlik dərəsi həqiqətdə eşqin məqamıdır ki, o
dərədə gəda şahdan fərqləndirilməz.)
Burada Füzuli eşq ümmanında gəda ilə şahın fərqlənmədiyini,
yəni Allah yanında gəda da, şah da birdir deyir.
"Eləməz xəlvət
səray-sirri-vəhtəd məhrəmi,
Aşiqi məşuqdən, məşuqu
aşiqdən cüda."
(Birlikdə, Allahla bəndənin sirləri saxlanılan
gizli bir evin sirdaşı olanlar, heç vaxt aşiqi məşuqdan, məşuqu aşiqdən
ayırmaz.)
Füzulinin məşuqu Allahdır, onu bu məşuqdan
ayırmağı heç kim bacarmaz.
Kamilliyin son yolu birlikdir, vəhdətdir,
qovuşmaqdır. Füzuli yuxarıda vəhdət deməklə Vəhdəti-Vücud fəlsəfəsini yada
salır.
Eşqi həmişə çalğı və musiqi ilə yanaşı tutan
şair deyir: "Eşq bir gizli sirdir, sailə aşkar olur."
Füzuli "Rindü Zahid" əsərində Rindlə
Zahidin Allah yolundan uzaq olmalarına işarə edərək deyir.
"İlahi sən məni
məğrur zahid etmə
Səndən uzaq olan
bir Rind də etmə
Elə et ki, yoxluqda
ikən bir ad çıxarım.
Məni Rindilik və
Zahidliklə məşhur etmə."
Füzuli həmişə elmlə dinin vəhdətini təbliğ edərək
deyir:
"Elm bir dəryadır
tapdın gövhər hasil olar.
Elmin rütbəsini
ağıllılardan soruş,
Elmin ləzzətini
cahillər nə bilər."
Füzuli deyir:
"Məscid
əhli hamısı qalmaqal, mübahisə əhlidir.
Onların söhbətinə rəğbət
göstərmək ağıla ziddir."
Füzuli əsərlərində İslamın bəzi ayinlərini tənqid
etməsinə baxmayaraq, o, əsl İslamçıdır. Məhəmməd Peyğəmbərin qatı pərəstişkarıdır.
O, əsərlərində dini yox, din ilə oynayan ruhani aləmini tənqid edir. Onların
İslam yolundan çıxdıqlarını söyləyir. Füzuli özünün müdrik kəlamlrı ilə nəinki
sofidir, o, mürşidi sofi kimi hər bir ada layiqdir.
Sofi Həmid (XV əsr). Şirvan rayonunun ərazisində
olan Sofi Həmid türbəsində yazılı kitabə olmasa da, ətrafında uyuyan seyidlərin,
şeyxlərin kitabələrindən aydın olur ki, bura şəhid olmuş şeyxlərin, seyidlərin
müqəddəs türbə kompleksi olmuşdur. Bu gün də onların bir övliya sayılmaları, qəbirlərinin
ziyarət edilməsi, onların xalq arasında yüksək hörmətə layiq olmalarından xəbər
verir.
Tarixçi alim Məşədixanım Nemət yazır: “Yazılı
abidələrin ardıcıl öyrənilməsi bir daha göstərir ki, sofilik ən geniş yayılmış
ictimai-fəlsəfi cərəyanlardan biri olmuşdur. Sofi şeyxləri dərviş təşkilatları
ilə gizli əlaqə saxlamışlar. Azərbaycanın suverenliyi uğrunda daima xarici
işğalçılara qarşı mübarizə mərkəzləri olan sofi ocaqları, xalqı öz dalınca
apara bildiyi üçün, Çar Rusiyasının işğalçılıq siyasətinə zidd idi. Odur ki, bu
abidələr dağıdılır, şeyxlər ciddi təqib olunur, əksəriyyəti Sibirə sürgün
edilirdi”.
Məşədixanımın qeydlərindən belə aydın olur ki,
sofi Həmid abidə kompleksi də belə bir işğalçılıq siyasətinin qurbanı olaraq,
dağıdılmışdır. Kompleksin ətrafında olan kitabələrdən aydın olur ki, burada bir
çox sofi şeyxləri uyuyur. Vəliyullah Şeyx Səfi Qulu 1712-ci ildə, şeyx Nur Məhəmməd
ibn Şeyx Məhəmməd 1827-ci ildə, Yusif ibn Şeyx Əli 1840-cı ildə, Sofi Xudaverdi
ibn şeyx Zaman 1845-ci ildə, Şeyx Molla Cəbrayıl, İbn Şeyx Tahir 1853-cü ildə və
başqaları da orada dəfn olunmuşlar. Kompleksdəki yazılardan belə məlum olur ki,
sofilər burada 200 ildən çox fəaliyyətdə olmuşlar.
Seyid Əhməd ( - 1471). Lənkəran-Astara
yolunun üstündə Maşxan kəndindəki qəbiristanlıqda yerli əhali “Seyid Əhməd”
pirini ziyarət edir. Yerli əhalinin dediyinə görə, burada yatan zəmanəsinin
ünlü sofilərindən olan Sultan Əhməddir.
Qəbrin üzərindəki kitabələrdən görünür ki, o, həm
müdrik bir sofi, həm də sofi ideyalı şair olmuşdur. Tarixdən məlumdur ki, təriqət
başçısı olan mürşidlərə onların müridləri, bir hörmət rəmzi kimi, “Sultan” deyərək,
müraciət etmişlər. Sultan Əhmədin adında olan “Sultan” da ola bilsin ki, müridlərin
müraciətlərinin məhsulu olmuşdur.
Sultan Əhmədin aşağıda oxuduğumuz bu rübaisi
onun çox geniş məlumatlı sofi olduğunu bir daha təsdiqləyir.
Qılmadı ruzigar kimsəyə vəfa,
Aqilə etməz xəta tiri-cəfa.
Əyninə kimsənin dünya dərzisi,
Köynək tikmədi ki, etməsin
qəba.
Yəni dünya dərzisi olan Allah, insanı ona görə
çılpaq yaratdı ki, o, öləndə onun əyin köynəyini cırıb çıxartmasınlar.
Göründüyü kimi, bu rübaidə çox mükəmməl bir sofi kəlamı canlanmışdır.
Mövlana Şəmsəddin Məhəmməd (- 1487) Ordubad rayonun Aza kəndinin
qəbiristanlığında yerli xalqın ziyarətgahı olan “Aza” pirinin üzərindəki kitabədə
yazılır: “Əbədi pərvərdigar olan Allahın yaxınlığına möhtac, xoşbəxt, mömin, rəhmətlik,
əzəmətli mövlana Şəmsəddin Məhəmməd 892-ci il zülhiccə ayında fani dünyadan əbədi
dünyaya köçdü. Allah onun qəbrini nurlandırsın, Amin!”. (Kitabələrdə ərəbcə
olan yazıların tərcüməsi hörmətli tarixçi alim Məşədixanım Nemətindir).
Kitabədə qeyd olunan “əzəmətli”, “mövlana”,
“mömin” adları onun görkəmli sofi alimi, qəbrinin ziyarətgaha çevrilməsi, onun
xalq arasında yüksək nüfuza malik olmasından xəbər verir. Bu gün Aza piri adı
ilə Mövlanənin qəbri yad edilir.
XVI əsrin ünlü təsəvvüf alimi Pir Məhəmməd Gəncəvi, mürşüdi Şeyx Abdul Qafar həzrətlərinin müridi
olmuş, ondan təsəvvüf elminin sirlərini öyrənmiş, mürşidlik dərəcəsinə yüksəlmişdir.
Şeyx Suhraverdinin işragilik təliminin ünlü davamçısı olmuşdur.
Şeyx Məziəddin (- 1533). Quba rayonunun Ağbil kəndindəki
köhnə qəbiristanlıqda ziyarətgah yeri olan şeyx Məziəddin türbəsinin kitabəsində
yazılmışdır: “Bu bina ...... sofi Rəfiəddinin oğlu ağıllı şeyx, Şeyx Məziəddinin
məzarı üzərində doqquz yüz qırxıncı il tarixində tikilmişdir”. Yazıdan aydındır
ki, şeyx Məziəddin sofilər sülaləsindən olmuşdur. Bundan başqa, Quba rayonunun
Pirvahid kəndində olan “altmış altı övliyalar” adlanan ziyarətgahın olması da
bu rayonda nə qədər sofilərin yetişdiyini göstərir.
Dərviş Baba Samit (- 1585). Bütün Ön
Asiyada, o cümlədən Azərbaycanda böyük nüfuza malik olan “Bektaşiyyə” cəmiyyətinin
müridləri elə bir mövqe tutmuşlar ki, zamanının hökmranları bu təriqət
başçıları ilə hesablaşmalı olurdular. Onların istək və arzularına müxalif
olmaqdan uzaq durmağa çalışırdılar. Sofilikdə bütün dinlərin eyni səviyyədə
tutulmasına baxmayaraq, Bektaşiyyə təriqəti öz ideyalarını şiə məzhəbi
dünyagörüşünə uyğun yayırdılar. Bekatşiliyin ən müqəddəs duası olan “Hadi Əliyyən”
(“Əlini çağır”) duasını Bektaşi müridlərinin hamısı bilir, onu əzbərdən
oxuyurdular. Bu duanı bir çox Bektaşiyyə müridlərinin qəbirüstü kitabələrində
Azərbaycanın və Naxçıvanın bir çox yerlərində görmək olar. Belə sofi dərvişlərdən
biri də Baba Samitdir. Sabirabad rayonunun Şıxlar kəndindəki Baba Samit pirinin
kitabəsini oxuyan Məşədixanım Nemətin verdiyi məlumata görə, Hacı Bektaşi Vəli
kitabədə Baba Samitin atası adlandırılır. Hacı Bektaşinin Baba Samitin doğma
atası, ya da mənəvi atası olmağı yazıdan məlum olmur. Ancaq qeyd etmək lazımdır
ki, Hacı Bektaşi 1271-ci ildə vəfat etdiyi halda, Baba Samit 1585-ci ildə vəfat
etmişdir. Övliyalar arasında 300 il fərqin olması, Hacı Bektaşinin, kitabədə mənəvi
ata kimi verilməsini göstərir.
Hamza Bali Dədə (-- 1589). Bosniyada Bayramiyyə təriqətinin
başçısı olmuşdur. İslam təsəvvüf dünyagörüşünü avropa müsəlmanları arasında ilk
yayanlardan olmuşdur. Onun müridləri içərisində Bayramiyyə təriqətinə rəğbət bəsləyən
bir çox yahudi və xiristian müridləri də olmuşdur. Bütün dinlərə eyni rəğbət bəsləyən
belə bir təriqət başçısı ilə razılaşmayan Əbu Səyid əfəndinin fitvası ilə
bosniyadan Türkiyəyə gətirilib və 1589-cu ildə edam edilmişdir.
Şeyx İsmayıl ( - 1601) Naxçıvanın Ordubad
rayonunda, Xanağa kəndinin qədim qəbiristanlığında olan “Xanağa Piri”nin daş
kitabəsində ərəbcə yazılmış yazıda deyilir: “Bu bağ (qəbir) Şeyx Nurəddinin
oğlu rəhmətlik, bağışlanmış, xoşbəxt şəhid, 1010-cu ildə Allah rəhmətinə
getmiş, Şeyxlər nəslindən olan Şeyx İsmayılındır”. Kitabədə olan yazıdan məlum
olur ki, Şeyx, hər hansı bir səbəb nəticəsində şəhid olmuşdur. Kitabədə 55-ci
surənin 26 və 27-ci Quran ayələrinin yazılması, pirin “Xanağa” adlandırılması, ətrafında
olan Xanagah xarabalarının olması onu göstərir ki, vaxtı ilə Şeyx İsmayıl
nüfuzlu təriqət başçısı və əzəmətli Xanagah sahibi olmuşdur.
Mövlana Şeyx Sədrəddin ( - 1603). Qəbələ rayonunun Həmzəli
kəndindəki qədim qəbiristanlıqda uyuyan Mövlana Şeyx Sədrəddinin qəbrinin bu
günə qədər ziyarətgah kimi pərəstiş yeri olması, onun yerli xalq arasında böyük
nüfuza sahib olmasını göstərir. Onun Mövlana adlandırılması, sofi mürşidlərindən
olmasına işarədir. Mövlanənin qəbrinin üzərində yazılan kitabədə deyilir: “Bu qəbir
alim, fazil, Mövlana Sədrəddinindir. Hicri 1012-ci il”.
Şeyx Bədrəddin
Mahmud - vaxtilə
sultan sarayında Misir sultanı Fərəc bin Bərkura dərs demişdir. Ancaq bu xidmət
də onun ölüm fitvasının qabağını almadı. 1585-ci ildə Bayramiyyə təriqətinin
başçısı Şeyx Bədrəddin ruhanilərin fitvasının qurbanı oldu. Onun yerinə
Bayramiyyə təriqətinə xəlifə seçilən Şeyx
Hamza Bali isə, 1619-cu ildə öldürüldü. Təriqətçi Südçü Bəkir ağa da Əhməd Paşa tərəfindən öldürüldü.
İmam Rabbani Mücəddidi
Əlifi Sani (1561-1624)
İmam Rabbani həzrətləri Hindistanda Sərhənd şəhərində doğulmuşdur. O, dərin
alim, böyük vəli və müştehid kimi şöhrət qazanmışdır. Nəqşibəndiyyə, Qədriyyə,
Çeştiyyə, Kübrəviyyə, Suhraverdiyyə təriqətlərində ad qazanan böyük mürşid
olmuşdur. Təsəvvüfün məqam və mərifətlərini açıqlayan üç cildlik “Məktubbat” kitabının müəllifidir. Kitabda
tövsiyyə, tərbiyə, nəsihət yollarını geniş işıqlandıran 536 məktub yazmış və gələcək
nəsil üçün böyük bir xəzinə armağanı qoymuşdur. Bir çox mürşid və müridlər
yetişdirmişdir. Müridləri tərəfindən onun ölümünə yazılmış mərsiyyənin məzmunundan
da aydın olur ki, o zamanın böyük sofi mürşidi olmuşdur.
İmam Rabbani 1624-cü ildə Sərhənd şəhərində axirətə
qovuşmuş və orada da dəfn edilmişdir. İmam Rabbaniyə həsr edilmiş mərsiyyədən:
İmam Rabbani ki, vəlilərin
baş tacı,
Sözləri xəstə olan
könüllərin əlacı.
Məktubat adında,
bir var ki, böyük əsəri,
Etdirdi hidayətə,
çox sapık kimsələri.
Altmış üç yaşda min
otuz dörd sənəsi,
Təqvimlər göstərirkən
səfər iyirmi səkkizi.
Günlərdən Sali idi
quşluq vaxtı gəlincə,
Rabbinə qovuşmanın
erişdi sevincinə.
O nurlu bədənini tənəşirə
qoydular,
Sonra əlbisəsini ədəb
ilə soydular.
O anda föqalədə
oldu ki, bir hadisə,
Heyrətlə gördü bunu
orda olan hər kimsə.
Qaldırıb sağ əli ilə
tutdu sol biləyini,
Sanki namazda kimi
bağladı əllərini.
Bir-birindən ayırıb
bağlanan əllərini,
Yaxalayıcı
yanlarına uzatdı hər birini.
Öncə sola yatırıb
yaxaladı sağ yanını,
Sonra sağa yönəldib
yaxalarkən sol yanını.
Bağladı əllərini
yenə bir hərəkətlə
Gördülər ordakıllar
bunu dahi heyrətlə.
Kəfənə sarımaq üçün
ona hizmət edənlər,
Çözüb iki yanına təkrar
salı verdilər.
Vəlakin akabində
qaldırıb sağ əlini
Qavradı qüvvətlicə
yenə sol biləyini.
Ayırmaq məqsədi ilə
uğraşdılar isə də,
Vəlakin bir-birindən
ayrılmadı yenə də.
(10 aralık 2007-ci il təqvimi)
Qarabaği Yusif (- 1645). Qarabaği ilk təhsilini
Qarabağda almışdır. Fars və ərəb dillərini mükəmməl bilən Qarabaği, Səmərqənddə
dərs demişdir. O, fəlsəfəyə və məntiqə aid sanballı əsərlər yazmışdır. Yaxın və
Orta Şərqdə “Böyük axund” ayaması ilə geniş şöhrət qazanmışdır. Qarabağinin
dünyagörüşü, sofi-panteist dünyagörüşündən qidalanaraq, sofi təriqətini daha da
zənginləşdirmişdir. O, bəşəriyyətin varlığını obyektiv olaraq, ayrılmaz bir vəhdət
halında “Vəhdəti-Vücud” fəlsəfəsi daxilində görmüşdür. Qarabağiyə görə, zəruri
varlıqla, insan arasında münasibət, tək ilə cəm, hissə ilə tam arasındakı
münasibətə oxşayır. Bunlar bir-biri ilə ayrılıqda mövcud olmadığı, bir tam təşkil
etdiyi kimi, bütün varlıq da vəhdət halında tamdır. Kiçik aləm olan insan,
böyük aləmin surətidir. Qarabağinin təlimində 5 xarici və 5 daxili hisslər
mövcuddur. Xarici hisslər toxunma, dadma, eşitmə, görmə, iy bilmə; daxili hisslər
ruhi hiss, xəyal, təsəvvür, fəhm, yaddaş, bir vəhdət halında fəaliyyət göstərir.
Təbrizi Rəcəbəli (- 1669). Azərbaycan sofi
filosofu Təbrizi Aristotel ənənələrinin davamçılarındandır. Onun dünyagörüşünə
sofilik, işraqilik təriqətlərinin təsiri olmuşdur. Filosofun fikrincə, səbəbin
varlığı nəticənin varlığına görə tədqiq edilir. Çünki, səbəbin varlığı mütləq
isbata möhtacdır. Mütəfəkkir, əsərində bütün mürəkkəb cisimlərin od, su, hava və
torpaqdan əmələ gəlməsini göstərmişdir. Mürəkkəb varlıq olan insan, özünün
düşüncə nəfsinə görə başqa yaradılmışlardan yüksəkdə durur. Nəfsin yüksəkliyinə
dair Təbrizinin fikri, bütün mövcud fikirlərdən seçilir. Onun “Həkimanə əsaslar”
əsərində “nəfs” anlayışına “varlıq” anlayışı qədər geniş məzmun verilmişdir. O,
qeyd edir ki, nəfs böyük Allahın adlarından biridir.
Bakıxanov Abbasqulu
Ağa Mirzə Məhəmməd oğlu (1794-1847). Bakının Xilə (Əmircan) kəndində, zadəgan ailəsində anadan
olmuşdur. Bakıxanov fars, ərəb və rus dillərini, klassik ədəbiyyatı, ilahiyyatı
dərindən bilən alim, şairdir. Dini, fəlsəfi, əxlaqi və tarixi mövzulara aid əsərlərin
müəllifidir. Bakıxanova görə, Allah əvvəlcə üç başlanğıcın – ağıl, qələm və
nurun vəhdətindən yaranmışdır. Bakıxanov “Vəhdəti-Vücud” fəlsəfəsinə tərəfdar
çıxaraq, belə mülahizə yürüdür ki, varlığı mümkün olan – gerçək dünya, varlığı
“zəruri” olan - Allahdır. Mümkün varlıq, zəruri varlıqdan, yəni, çoxluq təkdən
yaranmışdır. Yaranma və məhv olma, gerçək dünyaya aiddir. Çünki hərəkət, gerçək
varlığın ayrılmaz sifətidir. Bununla yanaşı, Bakıxanov göstərmişdir ki, bütün
cisimlər və göylər dörd ünsürün - hava, od, su, torpağın qatılığından ibarətdir.
Burada təbii “nizam”, “müvazinət”, “səbəbiyyət” var. Bakıxanov, əsas diqqəti əxlaqi
keyfiyyətlərin şərhinə yönəltmişdir. O, doğruluq, vicdan, namus, ədalət, təvazökarlıq,
dostluq, qənaətçilik və alicənablığı gözəl sifətlər hesab edir və ilahi
varlığın ağılda olmasını düşünərək, məntiqə ağlın meyarı kimi baxmış, onun
idrakdakı roluna böyük əhəmiyyət vermişdir.
Hacı Hüseyn əfəndi
Şirvani (- 1879). Ağsu rayonunun Qaraqoyunlu kəndində
“Ağ kümbəz” pirinin kitabəsindəki yazının bəzi yerləri pozulduğuna görə, yalnız
bunlar oxunur: “yüksək məqbərə Əl-hacc Hüseyn əfəndi Şirvaninindir. H. 1297-ci
(1879) ildə vəfat etmişdir.” Yanında başqa bir kitabədə yazılır ki, Nəqşibəndiyyə
təriqətinin şeyxi, Əl-Hacc Hüseyn əfəndinin yüksək türbəsinin təmir olunmasına
1327-ci ildə (1909) əmr edilmişdir. Kitabədən göründüyü kimi, Hacı Hüseyn əfəndinin
türbəsi 170 ildən sonra yenidən təmir olunub. Bu da onun bir sofi kimi yüksək
nüfuza malik olmasını göstərir.
Mir Həmzə Seyid
Nigari Qarabaği - 1805-ci ildə Qarabağ xanlığı Bərgüşad mahalının Cicimli kəndində dünyaya gəlmişdir.
İlk biliyini Şəkinin Dəhnə kəndində almışdır. Bilgisini artırmaq üçün Sivasa,
Şama getmiş, sonra da Kürdəmirə qayıdaraq, İsmail Şirvaniyə mürid olmuşdur.
Şeyx İsmail Şirvani ilə yenidən Anadoluya qayıdan Mir Həmzə, orada 20 ildən çox
mürşidinin yanında yaşamışdır. Mürşidi İsmail Şirvanidən Xilfətnamə alaraq,
Şeyxlik rütbəsinə yüksəlmişdir.
Şeyx Mir Həmzə Seyid Nigari, bir çox ölkələri,
o cümlədən Konya, Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə səyahət etmiş və Azərbaycana
qayıtmışdır. Azərbaycanda Bərgüşad və Bərdə bölgələrində “Sofiliyin İrşad” təriqətini
davam etdirmişdir. Çar Rusiyasından təzyiqlərə məruz qalan Şeyx, yenidən
Osmanlıya qayıtmış, Bəkrar Məhəllə məscidində 3 il dərs demiş, bir çox “İrşad”
davamçıları yetişdirmişdir. O, 1866-cı ildə axirət dünyasına qovuşmuşdur. Vəsiyyətinə
əsasən, Amasiyada mürşidi Şeyx İsmail Şirvaninin yanında dəfn olunmuşdur.
Çar Rusiyasının işğalını Şeyx öz qəzəlində belə
işıqlandırır:
“Bir yerdənəm ki, isim Qarabağ,
Cənnət yeri vü abı şirü
qaymaq.
Bir mövziyi xoş fərah fəzadır,
Dünyaya behişt desəm cəzadır.
Cənnət kibi hər
mahalıdır bağ,
Hər bir tərəfində bağu
ırmaq.”
“Rusların işğalından sonra,
Sinəmə çəkilən qara
dağımdır.
Qan əkər, odlar tökər Miri Nigari məgər,
Yadlar yenə Qarabağımda
qanlar tökər.”
Seyid Nigari Qarabağiyə ehtiram əlaməti olaraq,
müridi Haci Mahmud əfəndi, onun qəbrinin üstündə əzəmətli türbə tikdirmişdir.
Seyidin türbəsi onu sevənlərin ziyarətgah yeri olmuşdur.
Mir Həmzənin Seyid Nigari təxəllüsü haqqında
müridi Sayalıoğlu Dəli Cəfər Təyyarın dediyinə görə, o, Qarabağda seyidlər nəslindən
Nigar adlı bir qıza aşiq olmuşdur. O, Şamda oxuyan zaman, Nigarı başqa birisinə
ərə verirlər. Nigar isə, etiraz əlaməti olaraq, özünü öldürmüşdür. Təhsilini
başa vurub Şamdan qayıdan Mir Həmzə, ilk öncə Nigarın qəbrini ziyarətə getmiş və
həmin gündən də Nigarı özündə əbədiləşdirmək niyyəti ilə şerlərini Seyid Nigari
adı ilə yazmağa başlamışdır.
Seyid Nigarinin xəlifələrindən oğlu Siracəddin əfəndi,
Hacı Mahmud əfəndi, Cəfər Teyyar, Ömər Kəşfi Dağıstani, Mehmet Zakir əfəndi,
Xoca Hafiz Osman Siraci, Mirseyid Həsən Hüsnü əfəndi, Ağa Rəhimağa Dilbazi, Şah
Nigar xanım Rəncur və digər müridləri onun nəqşibəndlik təriqətini yaşatmışlar.
Şeyx Hacı Ramazan (
- 1890).
Zaqatala rayonu ərazisində sofilik təriqətini təbliğ edən mövlana və şeyxlərin
bir çoxlarının qəbirləri yerli xalq arasında ziyarətgah kimi qorunub
saxlanılır. Tala kəndindəki qəbiristanlıqda olan türbənin kitabəsində
yazılmışdır: “Bu məqbərə Bəsil nəslindən olan Şeyx ... Əlinin oğlu rəhmətlik,
bağışlanmış, iki müqəddəs ziyarətgahın hacısı, yüksək Allahın rəhmətinə çatmış
Hacı Ramazanındır. ...... Hicri 1308-ci ildə dünya evindən axirət dünyasına
köçmüşdür”.
Başqa bir abidədə yazılıb: “Bu qəbir alim,
fazil, kamil, şeyx, əl-hac, Əbdüssalam Əfəndi ibn Molla Əhməd Əlbəyanindir,
hicri 1325-ci ildə vəfat etmişdir.”
Hacı Mahmud əfəndi (1835-1896). Qazax
rayonu Aslanbəyli kəndində sofilər ocağı yaratmış, Borçalı-Qazax mahalının
müridlərinə mürşidlik etmişdir. 1896-cı ildə əbədiyyətə qovuşmuş Hacı Mahmud əfəndinin
türbəsi, Borçalı-Qazax mahalının təriqət ocağı olmuş, xalqın ziyarətgahına
çevrilmişdir.
Qafqazda çar Rusiyasının işğalına qarşı azadlıq
hərəkatına başçılıq edən şeyx Şamilə, Hacı Mahmud əfəndi daima mənəvi və maddi
köməklik etmişdir. Çar Rusiyası güney Qafqazı işğal etdiyi zaman, Hacı Mahmud əfəndi
Rusiyaya qarşı azadlıq hərəkatına başçılıq etmiş, ona görə də o çar Rusiyası tərəfindən
həbs edilmişdir. Bir müddət həbsdə qaldıqdan sonra, azadlığa buraxılsa da,
Tiflis quberniyasının nəzarəti altında saxlanılmışdır.
Sünnülük və şiyəlik məshəbləri arasında olan
uyğunsuzluqdan istifadə edən çar Rusiyası Qafqazda qardaş qırğınının yaradılması
planını hazırlamışdır. Bunu başa düşən Hacı Mahmud əfəndi Şiə təriqətinin
başçısı Seyid Yasin ilə yaxından dostluq etmişdir. Hər ikisi nəqşibəndilik təriqətində
birləşərək sünnü-şiə qardaşlıq ocağı yaratmışlar. Bununla da, qardaş qırğınının
qarşısını ala bilmişlər. Seyid Yasin 1892-ci ildə axirət dünyasına qovuşmuş və
Aslanbəyli kəndində dəfn olunmuşdur. Hacı Mahmud əfəndinin vəsiyətinə görə, o da,
Seyid Yəhyanın yanında dəfn olunmuşdur.
Borçalı mahalının Bolus-Kəpənəkçi kəndindəki
sofilər ocağı olan “Qara Nər” ocağında Hacı Mahmud əfəndinin müridi, Mahmud əfəndi
nəqşibəndi təriqətini 1946-cı ilə qədər yaşatmış və bir çox Borçalı müridlərinə
mürşidlik etmişdir. Hacı Mahmud Əfəndinin
müridlərindən olan Molla Mahmud əfəndi 1937-ci ildə Sovet hakimiyyəti tərəfindən tutulur və dini
təbliğatlardan imtina etməsi haqqında dilindən qəbz alındıqdan sonra, azadlığa
buraxılır. Ancaq təqiblərə baxmayaraq, Bolus Kəpənəkçi və Arıxlı kəndlərində
sofi ideyalı bir çox müridlər yetişmiş, Nəqşibəndi təriqətini 1950-ci illərə qədər
yaşatmışlar.
Qeyd: Hacı Mahmud əfəndi haqqında bir rəvayət.
Bolus Kəpənəkçi kəndindən olan Hacı Mahmud əfəndinin müridi Yolçuoğlu Adıgözəl
məsciddə namaz qılan zaman kəndlisi Xotan Mustafa ona sataşır, xalq arasında
onu utandırır. Hadisə əfəndiyə ayan olur. Kəntdən ziyarətə gedənlərdən ismarıc
göndərir. “Mustafa kişiyə deyinki mənim Adıgözəlimə sataşmasın yoxsa ona elə
qarğış edərəm ki, əti itlərə qismət olar.” Doğurdanda kəntdə ən ağıllı adam
hesab edilən Xotan Mustafa bir müddətdən sonra ağlını itirir, evdən qaçır. Bir
neçə gündən sonra onu cəmdəyi itlər yeyən zaman meşədə tapılır.
Oğuz rayonunun Padar kəndində “Qalayeri” qəbiristanlığında
olan türbənin kitabəsində yazılır: “Şeyx
Hacı Abdulla İbn Dursun Əl-Padari yerini təzələyərək, fani dünyadan baqi
dünyaya köçdü. 22 səfər 1323-cü ildə (1905)”.
Padar kəndi qəbiristanlığında başqa bir abidənin
kitabəsində yazılır: “Bu kamilləşmiş, ruhani alim Əl-Həmədani, mərhum Yusif əfəndi ibn Yusif əfəndi Əl-Bəyani.
Hicri 1325-ci (1907) ildə xəstələndi və 1333-cü (1914) ildə xəstəlikdən nəfəsi
dayandı və mənim Yusifim bu dünyadan köçdü”.
Vardanlı kəndindəki Baba Həlim pirinin kitabəsində
yazılır: “Şeyx Səət ibn Şeyx Həlim,
dərviş Həlim ibn İshak, ibn Qədir Zruçi Əs-Səmburi. Hicri 1323-cü (1905) ildə vəfat
etmişdir”.
Kitabələrdən görünür ki, Azərbaycanın sofi
şeyxləri bütün islam dünyasının alim, şeyx və sofi təşkilatları ilə sıx əlaqədə
olmuşlar.
Yevlax rayonunun Ərəbbəsrə kəndindəki Şeyx Yusif pirinin kitabəsində yazılır:
“Bu məqbərə məşhur şeyx, böyük və ləyaqətli mürşid, müqəddəs övliyanın görkəmlisi,
əzəmətli seyidlərin başçısı mövlana, iki müqəddəs ziyarətgahda olmuş Əl-Hac,
insanların və əcinnələrin başçısı Əl-Hac Yusif əfəndi ibn mərhum Məhəmməd İbn
Molla Yusif Əl-Bəsrənindir. Rəcəb ayı 1324-cü (1906) ildə dünyadan köçmüşdür”.
Zaqatala rayonunun Aşağı Car kəndindəki ziyarət
yeri olan məzarın üstündəki kitabədə deyilir: Bu qəbir Carda özünü şəriət
elminin yayılmasına həsr etmiş, bu cənnət bağı və zəka meydanında qələbə
çalmış, müdriklərin başçısı, hacıların zinəti, müqəddəs Allah evinin hacısı,
beşikdən qəbir evinə qədər bütün mənalı ömrünü bu Zaqatala mədrəsəsində elmin
xidmətinə sərf etmiş, .... və bu fəaliyyəti qəbir ilə kəsilmiş mövlana Məhəmməd əfəndi Davudunundur. Əfv edən Allah
onu bağışlasın! Hicri 1334-cü (1915) il”.
Kitabədə “Qurani-Kərim”in 55-ci surəsinin 26 və
27-ci ayələrinin yazılması Məhəmməd əfəndinin sofiliklə bağlı olduğunu göstərir.
Özünə Davudu ayamasını (təxəllüs) götürməsi onun “Nəqşibəndiyə” təriqəti ilə
bağlı olduğunu göstərir. Çünki Davud Ət-Tai (H. 781) sofi Nəqşibəndiyə təriqəti
silsiləsində qeyd olunan dördüncü şəxsdir. Çar Rusiyası Azərbaycanı işğal
etdikdən sonra, sofilikdə olan Nəqşibəndiyə qolunun müridləri, işğalçılara
qarşı daha fəal olduqlarına görə, Nəqşibəndiliyə qarşı çarın xüsusi fərmanı
olmuşdur.
Mövlana Şeyx Əl-Hac
Mustafa əfəndi (
- 1900). İslam dünyasının bir çox ölkələrində uyuyan sofi Nəqşibəndiyyə mürşid
və müridlərinin daş kitabələrindən göründüyü kimi onların mövlana və mürşidləri
azərbaycanlı olmuşlar. Bu qeydlər onu təsdiqləyir ki, Nəqşibəndiyyə təriqətinin
əsas təkkə və ocaqları Azərbaycanda olmuşdur. Azərbaycanın Qazax, Borçalı, Qax,
Zaqatala, Qəbələ, Şirvan və s. bölgələrindəki sofi abidələri Nəqşibəndiyyə
qardaşlıq cəmiyyətinin beşiyi olmuş və XX əsrin əvvəllərinə qədər fəaliyyət
göstərmişdir.
Qax rayonunun Malax kəndində olan Mustafa əfəndinin
məqbərəsinin daş kitabəsindəki yazıda deyilir: “Bu məşhur şeyx, bacarıqlı
mürşid, sofilərdə 3-cü dərəcəyə çatmışların başçısı, iki müqəddəs şəhəri ziyarət
etmiş, şərəflilərin və zəvvarların, insanların və iblislərin başçısı Əl-Hac
Mustafa əfəndi Əl-Əhmədi, Əl-Mahmudi, Əl-Xalidi, Əl-Xədra Nəqşibəndi, Şeyx
Əl-Hac Mustafa əfəndi Bin Hacı İsgəndərin qəbridir. Rəhmətlik Cumadi Əl-əvvəl
ayı 1337-ci (1919) ildə cənnət otağına köçmüşdür”.
Kitabədə sofiliyin dayağı hesab edilən “Qurani-Kərim”in
26 və 27-ci ayələri də həkk olunmuşdur. Hacı Mustafa əfəndiyə verilmiş bir çox
yüksək dərəcəli adlar onun Nəqşibəndiyyə nəzəriyyəsinin şöhrətli alimi olduğunu
göstərir.
Şeyx Hacı Xoda (Əhəd)
əfəndi (- 1904).
Zaqatala rayonun Tala kəndi qəbiristanlığında “Talababa piri” adlanan qəbrin
daş kitabəsində yazılıb: “Bu məzar pirlik məqamına çatmışların çırağı, xalqın
günəşi, böyük xilaskarın və əzəmətli şəxslərin qütbü, qüdrətli və hakimiyyət
sahibi, Allaha qovuşanların və ariflərin tacı, öz əsrinin Vahidi, zəmanəsinin
yeganəsi, Allahı dərk etmiş, Allahın rəsulunun canişini, xalqın və dinin
mürşidi, 14 məsumənin dini uğrunda zəhmət çəkən alim, Əl Məhəmmədi, Əl Xərdan,
Əl Nəqşibəndi, Əl Mocəddədi Əl Xalidi Əl Mahmudi Talalı şeyx Hacı Xoda (Əhəd) əfəndi
1321-ci (1904) ildə vəfat etmişdir. Başqa bir abidənin baş daşının kitabəsində
yazılmışdır: “Bu qəbir islamın çırağı, xalqların mürşidi, qüdrət və hakimiyyətə
sahibi, ariflərin və Allaha qovuşanların son dərəcə yaxşısı və layiqlisi, əsrinin
yeganəsi, zəmanəsinin vahidi, Allahı tanıyan, Allahın rəsulunun canişini, 14 məsumənin
(imamın) dini uğrunda çalışan görkəmli alim Hacı əfəndi Əl Məhəmmədi, Əl Xədran
Nəqşibəndi Əl Mücəddədi Əl-Xalidi, Əş-Şəkuyi Dağıstanlı hicri 1367-ci (1948)
ildə vəfat edib”. Burada yatan övliyaların bir çox fəxri adlarının olması
onların sofilik, xüsusilə Nəqşibəndi təriqətində ən yüksək nüfuza malik
olmalarını göstərir.
Hər iki övliyaların ölümləri arasında 36 il
keçməsinə baxmayaraq, yazıların məzmunlarının bir-birinə yaxın olmaları onu
göstərir ki, hər iki qəbrin xəttatı eyni adam olmuşdur.
Ağ Pir: Gürcüstanın
Borçalı bölgəsinin Arıxlı və Kolagir kəndlərinin yaxınlığında, Xram çayının sol
sahilində Qazan xanın tikdirdiyi dörd künclü böyük və əzəmətli Ağqalanın
(Ağcaqala) içərisində 5-6 metr hündürlüyündə ağ çini kərpiclərlə bəzədilmiş,
üstü Quran ayələri ilə yazılmış gözəl bir məqbərə var idi. Müqəddəs pir kimi
Qazax, Borçalı mahalı “Ağpir”ə ziyarət edirdi. 1935-36-cı illərdə Gürcüstana məxsus
ekspedisiya Ağpiri söküb arabalarla Xram çayına tökdü. Pir sökülən ərəfələrdə, xalq yas içində idi. Yazılar köçürülmədiyi
üçün pirdə uyuyan övlüyanın kimliyini bu gün heç kim bilmir.
Sofinin kamillik amalı
Fəsil II
Kamil
insanın yetişməsi üçün, ona yetkin kamil mühit lazımdır. Kamil insanı zaman özü
yetişdirir. Əgər sosial mühit cırlaşmışsa, belə bir mühitdə kamil insan yetişmək
əvəzinə o, əzilir, sıxılır, öz yerini tapa bilmir. Yetkinlərin də yaranması
üçün mühit, şərait yoxdursa, son halda bütün cəmiyyət özü cılızlaşır. Heç bir halda bütün var-dövlət sahibi yetkin insan olmur. Hər şeydən
öncə, ictimai mühitdə yetişən insanın genetik keçmişi kamil olsa da, uyğun mühit,
münbit şərait yoxdursa, cəmiyyətdə eybəcər mühit hökm sürürsə, bu mühitdə yetişən
insan, var- dövlətin içində üzsə belə, yetkinləşə, kamilləşə bilməz. Yalnız,
zamanının həqiqətlərini dərk edən, doğru- düzgün tərbiyə ilə ayaqlaşa bilən insan,kamil
şəxsiyyət ola bilər . Düzgün təribiyə kamilliyə doğru gedən yoldur. Həqiqəti dərk
edə bilən hər bir sağlam şəxs, əxlaqi və
mənəvi kamillik sahibidir. Varlıq və idrak, yalnız kamillikdə vəhdət təşkil edə
bilər. Dolğun və bənzərsiz idrak hissi zənginliyin, kamilliyin meyarıdır.
Kamilliyə yüksəlmək, yetkin insani mahiyyəti dərk etmək deməkdir. Mənəvi gözəlliklərin
şəxsiyyətdə aşkarlanması, kamilliyin təcəssümüdür. Kamillik şərə, böhtana,
yaltaqlığa qarşı çəkilən bir sədddir. Əgər şəxsiyyət kamildirsə, onun qarşısında
aydın səmalı həyat üfüqləri açılır, onun
ruhani aydınlığı aşkara çıxır. Yetkin şəxsiyyət, yetkin cəmiyyətdə ali varlıq
kimi qiymətli olur. Cəmiyyət yetkin deyilsə, belə şəxsiyyət məhv olur. Şəxsin
gerçəkliyi, doğruluğu, mənliyinin müdafiəsi, sadəliyi onu kamilliyə yüksəldir.
Kamillik insasnın dünyaya baxışını, çirkin nəfsini təmizləmək, ruhani mərhələyə
qovuşdurmaqdır. Kamil insan, elm və əməl sahibi, eyni zamanda hikmət sahibidir.
Hikmətin də əsas meyarı kamillikdir. Kamilliyin xarici və daxili görüşləri
mövcuddur. Xarici kamilliyə gözəllik də deyilir. Söhbət gözəllikdən gedən zaman,
yalnız əxlaqi, mənəvi, daxili gözəlliyi nəzərdə tutmaq səhv olar. Dünyanın əşrəfi
olan insanı, Tanrı tam qüsursuz kamil və gözəl yaratmışdır. Ona görə də,
insanın xarici görünüşünü də kamil - gözəl yaratmışdır. Gözəllikdən söhbət
getdiyi üçün, bir neçə kəlmə xarici gözəllikdən də söhbət açmağa ehtiyac
duyulur.
Ulu Tanrı adamı elə yaratmışdır ki, onun
xarici görünüşü daxili görünüşdən öndədir. O səbəbdən də, ilk növbədə onun
xarici görünüşünü gözəl və kamil yaratmışdır. Bunlar
təbiətin qanunu, Allahın insana verdiyi gözəllik ölçüsüdür. Ancaq bu gün, kişi
ilə qadın arasında əmək uyğunsuzluğu, cəmiyyətdə davranış qayda-qanunları,
Tanrının bu qanunauyğunluğunu pozmuşdur. Kişilər qadın, qadınlar isə kişi
fizioloji formasını almışlar. Bunun da başlıca səbəbi, Tanrı qanunlarına daxil
olmayan sosialoji uyğunsuzluqlarla əlaqələndirmək olar. İnsanın xarici gözəlliyi
gözə, qəlbə yatdıqdan sonra, tədricən daxili gözəllik, mənəvi gözəllik özünü
göstərir ki, buna da kamillik deyilir. Kamilliyin bir çox meyarları mövcud
olduğu halda, burada yalnız əxlaqi gözəllik və kamillikdən, saflıqdan söhbət
açılacaqdır. Əxlaqi kamillik ilk növbədə özünü mənəvi saflıqda göstərir
Bütün dini kitablarda ruhun insanda olan ilahi
zərrəciyi hesab edilir. Ancaq bir həqiqəti dərk etmək lazımdır ki, ruh bədəndən
ayrı fəaliyyət göstərə bilməz. Bəzən ruh bədəndən müvəqqəti olaraq, yuxu və
hipnoz zamanı ayrılır, buna həqiqi ayrılıq (ölümdə olduğu kimi) demək düzgün
deyil. Yuxu və hipnoz zamanı ruhun
ayrılmasını, günəş şüasının günəşdən ayrılıb yerə gəlməsinə bənzətmək olar. Günəş
şüası nə qədər uzağa gedirsə getsin - günəşdən əlaqəsini kəsmir. Şüa bir cərəyan
axını kimi daima hərəkətdə olur. Ruh da istər yuxu, istərsə də hipnoz zamanı
heç vaxt fəaliyyətdə olan bədəndən (beyindən) ayrılmır. Bu baxımdan, demək olar
ki, bədən ruhun sərbəst saxlanan yeri yox, onun qidalanma , var olma mənbəyidir.
Ruh bədənsiz mövcud deyil. Ruhu tamamilə sərbəst, bədəndən ayrı hesab edənlər səhvə
yol verirlər. Ruhun məskəninin ağılda, ağılın məskəni isə beyində olmasını son
zamanın kəşfi olan internetin varlığı bir daha təsdiqləyir.
Kainatın yaranması haqqında iki əsas dünyagörüşü, teizm və ateizm
baxışları mövcuddur. Materiyalizmdən söhbət gedən zaman, təhlilçilər daima
ateizm dünya görüşü bucağından baxaraq, onu ateizm meyilli izah edirlər. Belə
bir baxış da, təhlilçiləri səhv sonluğa aparıb çıxardır. Materiya bir çox növbə-növ
maddi aləmdən ibarət olduğu üçün bu materiya varlıqlarının (cisimli varlıqların
cismsiz varlıqlarla) vəhdəti (birliyi) sayəsində də Vəhdəti-Vücud fəlsəfəsi
özünü aydın göstərir ki, bu fəlsəfə də birmənalı olaraq, Allahın varlığını qəbul
edir və tanıyır. Belə olduğu halda, materyalizmi yalnız ateist baxışlarla təhlil
etmək yalnış olar. Materiyalizmi eyni zamanda da, teizmi baxışlarının təhlili
zamanı, Tanrının varlığının isbatında iştirak edir. Demək materistlər həm teist,
həm də ateist ola bilərlər.
Bütün
səma dinləri maddi dünyamızı fani sayırlar. İlk baxışdan Allahın qədərinə əsaslanan
bu dini təlimə haqq qazandırmaq olar. Ancaq dünyanın bir maddi varlıq olduğunu
qəbul etdikdə, “maddənin itməməsi” qanununa əsaslanaraq, deyə bilərik ki, dünya
fani deyil o da daimidir. Ulu Tanrı daimi olduğu kimi, maddi varlıqlar da
daimidir, daima dəyişirilir, bu daimi varlıqlar formadan-formaya, sifətdən-sifətə,
tərkibdən-tərkibə dəyişirilərək yaşayır, yeniləşir və yeni-yeni maddi varlıqlar
yaradır.
Teist
dünyagörüşünün, ateist dünya görüşündən üstün cəhəti yalnız ondan ibarətdir ki,
teistlər fikirlərinin təhlili zamanı, dəlil üçün hər hansı bir varlığa
dayanırlar. Ateistlərdə isə belə bir dəlil nöqtəsi yoxdur.
Tanrıını
yalnız insanlarla təmasda görənlər, onu daima hər hansı bir hal, hərəkət üçün
insanlar arasında axtaranlar, Tanrının varlığını kiçildirlər. Bütün şüurlu və
şüursuz varlıqların yaradıcısı olan Tanrı, o qədər böyük bir varlıqdır ki, onu
maddi varlıqlar səviyyəsinə endirmək yanlış bir baxışdır. Bütün kainatda olan
canlı və cansız, şüurlu və şüursuz, hətta cisimsiz olan bütün varlıqlar belə, Tanrıda
doğulur. Kainatda baş verən bütün hadisələrin əlaqələri bir-biri ilə Tanrı
cazibəsi sayəsində yaranır. Tanrı, kainatı cazibə qüvvəsi ilə idarə edirsə, demək,
enerjidir. Buradan belə çıxır ki, insana Tanrıdan gələn zərrəcik də enerjidir.
Bu ilahi enerji vasitəsi ilə insan, kainatın cisimsiz və cisimli olan bütün
varlıqları ilə təmasda olur. Qurani-Kərimdə “Allah nurdur” deyilməsində çox
ehtimal ki, enerji nəzərdə tutulur. Çünki, nur yalnız ali enerjidən yarana bilər.
Ali enerji, eyni zamanda, ali ilahi varlıqdır. Bu ali varlıq, bizim qəbul
etdiyimiz ulu Tanrıdır. İnsanın bütün fəaliyyətləri bu ali enerjinin “Tanrının”
təsiri sayəsində baş verdiyi üçün, insanda müsbət mən (mənlik) üstünlük təşkil
edir. Tanrı zərrəcciyi sayəsində insanda yaranan müsbət mənin fəaliyyəti nəticəsində, insan, cəmiyyətdə yetkinləşir, cəmiyyətin
xeyirli şəxsiyyətinə çevrilir. İnsanlığa xas olan bütün yaxşı cəhətləri özündə
cəmləşdirir. Belə insan, cəmiyyətin xeyirlisi, insanların ümid yeri və Tanrının
da istəkli qulu olur. İnsanda olan bu ali mənlik, özündə haqqa yaxınlaşma yolu
olan “vicdan” deyilən bir mənəvi varlıq da yaradır. Ali mənliklə, vicdanın vəhdəti
şəxsiyyətin mənəvi durumunu zənginləşdirir, Tanrıya tapınma yolunun əsas xəttini
yaradır. Bu məqam da, sofinin son amalıdır. Yuxarıda qeyd edilən mən və ya mənlik,
mənəvi varlığının anlamı necədir?
Mənəvi
varlıqlardan biri də insanda olan inamdır. Dində inama iman çərçivəsindən baxılır. İman lüğəti mənada
inam sözünün eynidir. O inam anlayışını versədə islam dünyagörüşündə bir-birindən
xeyli fərqli olan anlayış forması almışdır. İman dedikdə Tanrı tanımanın
vacibliyi kimi düşünülür.
Mənəvi
mənliyi məhv edən amillərdən biri də nəfsdir.
Ona görə də nəfsin tərbiyəsi lap körpəlikdən təlqin edilməlidir. İnsani
saflığın, saflaşmanın yollarından biri olan nəfsin tərbiyə olunması mənəvi tərbiyənin
əsasını təşkil edir. İlahi zərrəciyin yerləşdiyi beyində ilk günlərdən düzgün tərbiyə
olunmadıqda cəmiyyətdə davranma nəfs sahibinə pislikdən və alçaqlıqdan başqa
heçnə verə bilməz. Nəfsinin düzgün tərbiyəsi
olmuyan adamlarda heç zaman yüksək əxlaqi keyfiyyətlər ola bilməz.
Pisliklərlə məşğul olan adama suçunu deyəndə çox zaman suçu özündə görmür. Lənət
şeytana deyərək suçu öz üzərindən atır. Onu dərk eləmir ki, bütün günahlar
düzgün tərbiyə olunmamasının səbəbidir. Nəfs heyvani varlıq olduğu üçün onu heç
zaman tamamilə yox etmək mümkün deyil. Onu ancaq cilovda saxlamaq, cilovu
boşaltmamaq lazımdır. Əgər cilovu boşaltsan mütləq baş qaldıracaqdır. Nəfsin tərbiyəsi
ruhun bəşəri tərbiyəsinə xidmət edir. Şəxsiyyət ən yüksək mənəviyyata və mədəniyyətə
sahib olur.
Bəzi
mütəsəvviflər ağılla nəfsi eyniləşdirirlər. Hər ikisinin ilahi zərrəciklərdən
yarandığını bildirirlər. Onu qeyd etmək lazımdır ki, ağıl dediyimiz mənəvi
varlıq, maddi varlıq olan beyinin məhsuludur. Tanrıdan bəxş edilən ilahi zarrəcik,
beyində yerləşdiyi üçün, ağıl eyni zamanda haqdan verilmiş bir psixoloji
funksiyadır. İbtidaidən aliyə doğru bütün canlılarda, pilləli olaraq, ağılın
izlərini elm kəşf etmişdir. Ancaq, ağlın ən yüksək fəaliyyəti geniş yaddaş
bacarığı, hadisələri diferensasiya etmək və təfəkkür qabiliyyəti yalnız insana
verilmişdir ki, bu geniş mənəvi varlığın birliyini ağıl adlandırırıq. Ağıl,
eyni zamanda azad seçim bacarığı, geniş təhlil qabiliyyətidir.
Ağıla
yüksək qiymət verən, onun varlığında möcüzələr görən Firdovsi deyir:
“Ağıl
nur saçar, qəlbə ziynət verər,
Çətin
gündə, iqbala yol göstərər,
Ağıl
ağladandır, ağıl güldürəndir,
Ağıl
qaldırandır, ağıl endirəndir.” (Firdovsi “Şahnamə”
Bakı 1982 s.16)
Şərqin
düşüncə adamı N.Tusi yazır:”İnsanın məənəvi ehdiyacları, məənəvi qüvvələri,
kamalı, fəzilətlərinin şərafəti-fikir, əql, şüur, iradə vasitəsilə təəmin və
idarə edilir. İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik
sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Əgər düzgün və ardıcıl məqsədə
uyğun xətlə hərəkət etsə, tədricən elm, mədəniyyət, bilik və hikmətə yiyələnsə
təkamülə qadir olan fitri istedadı hədləri
aşaraq onu bir mərtəbədən başqa bir mərtəbəyə yüksəldər” (F. Salim. “Milli
yaddaş sistemində ürfan və təsəvvüf”Bakı 2010)
Mövlanə
Rumi ağlın təsadüflərdə iştirakından danışaraq deyir: “Ovçunun ovuna bir quş
düşür. Ovçu tordan quşu çıxardan zaman quş dilə gəlib deyir, məni buraxsan sənə
üç möcüzəli söz deyərəm. O sözlərin xəzinəsi sənə də sənin uşaqlarına da yetər.
Ovçu deyir, danış buraxım. Quş deyir: 1. Görmədiklərinə eşitməklə inanma; 2.
Keçirdiyin fürsəti sonra yada salıb peşman olma. İndi məni burax üçüncünü
deyim. Ovçu quşu buraxır, quş ağacın budağına qonub deyir: Qanadımın altında on
misqal inci var idi, o sənə qismət olmadı. Bunu eşidən ovçu quşu buraxmağına
peşman olur. Quş deyir ağlama, dediyim sözləri yadına sal. Ağlını işlət gör. Üç
misqal çəkim olduğu halda, on misqal inci necə gəzdirə bilərəm?
Ruminin
bu alleqorik təmsili Vacibül-Vücudçular, Allah istəsə quş danışar da, on misqal yox, iyirmi misqal gəzdirə
də bilər deyirlər. Vəhdəti-Vücudçular isə Allah quşda nəyin olmasını vacib
bilibsə, ona hamısını veribdir. Allah hər bir varlığa özünə uyğun ağıl verir və
burada istəsə, istəməsə sözü artıqdır.
Mövlanə
Rumi eyn zamandaTanrının insanlara bəxş
etdiyi ən qimətli hədiyyə ağıl olduğunu, insanın bütün fəaliyyətlərinin aparıcısı,
bütün xoşbəxtlik və bədbəxtliklərin səbəbkarı ağıl olduğunu deyir:
“Ağılın dəvəçiyə bənzər, sənsə dəvəsən,
Səni əmrinə bağlar; istər istəməz,
Dilədiyi yerə çəkər götürər.
Cahilin sonradan görəcəyi şeyi,
Ağıllı kişilər öncədən görər.
Ağıl ona deyirlər ki; bir yol açsın,
Yol ona deyirlər ki; Allaha varsın.”
Mövlanə
Rumiyə görə Allaha çatma yolu olan kamillik ancaq ağıldan keçir.
İçistək
(Nəfs) nədir ? İslam hədisində
deyilir ki, nəfs Adəmdən iki min il öncədən yaradılıbAdəmin gəlməsini gözləmişdir.Vacibül-vücud
fəlsəfəsinin təsəvvüfçülərinin sevdikləri bir inam deyimi var.”ölümdən əvvəl
ölmək sünnətdir”.Yəni özün sağ ikən içistəyini (nəfsini) tamam öldür ki,
yeraltı (axirət) dünyan tamam suçsuz (günahsız) olsun.Onu qeyd etmək lazımdır
ki, içistək nəfs heyvanı duyğuların yaratdığı mənəvi varlıqdır ki, o daima usla
(ağılla) savaşdadır. Sultani (İlahi) irah
(ruh) usda (ağılda) yerləşdiyi halda, heyvani irah (ruh) isə, içistəkdə (nəfsdə)
şeytanla eyniləşdirirlər. İçistəyi (Nəfsi)
şeytanla eyniləşdirmək kökündən yanlış düşüncədir. Şeytani irah dediyimiz
cisimsiz varlıq, elə içistəyin (nəfsin) özüdür. Ona görə də o, daima usla (ağılla) savaşdadır. Mənəvi
saflığın ən başlıca önəmi olan usun (ağılın) nəfsə üstün gəlməsində adamın egitimlənməsi
böyük rol oynayır. Çünki, sultani irahın uduzmağının başlıca gərəkli yolu, güclü
içistəyin (nəfsin) olmasıdır. İran (Ruh), nə cür qarışıq bir varlıqdırsa, içistək
(nəfs) də, bir elə qarışıqdır. O aydın olmayan (qeyri -müəyyən) bəlirsiz mənəvi
bir varlıqdır. Ancaq içistək adamın həyatında çox güclü və eltəpətlidir
(hökümlüdür). Bu da, us (ağıl) kimi, beynin biyoloji, görəvili bir ürünüdür. Usun
içistəyilə savaşında usun içistəyinə üstün gəlməsinin önəmli yolu dərin
yetkinlikdir.
Nəfs heyvani hissiyatlardan doğan bir mənəvi
duyğu olduğu üçün o daima insanla bərabər ömür sürür. Adam yaşamaq üçün dünya
nemətlərindən daima istifadə edir. Dünya nemətlərinin varlıqları da nəfslə sıx əlaqəli
olduğu üçün ağlın onunla mübarizəsi həmişə çətinliklərlə üzləşir. Belə hallarda
şeytanda nəfsə kömək eləyir. Burada bir üçlük yaranır. Ağıl, nəfs və şeytan vəhdəti.
Ağılda olan Tanrı zərrəciyinin qüvvəsi burada öz fəaliyyətini azaldarsa nəfs
ağıla qalib gələr. İnsan öz kəmilliyini itirə bilər. Əgər Tanrı zərrəciyinin fəaliyyəti
sayəsində ağıl qalib gəlib haqq yoldan uzaqlaşmazsa, kamillik dərəcəsi bir o qədər
yüksələr, saflaşar və təmizlənər, haqqa yaxınlıq yaranar. Bütün dinlərdə mənəvi
hissiyatların ürəkdə (qəlbdə) yerləşdiyi qeyd olunur. Ona görə də dini
kitablarda ilahi zərrəciyin yeri qəlb olduğu göstərilir. O cümlədən ağlında yeri qəlb olduğu
bildirilir. İlahi vergi olan ağıl düzgün tərbiyələnən zaman o heç bir vaxt nəfsin
əsiri ola bilməz. Ağlın düzgün tərbiyəsi Vəhdəti-Vücut çərçivəsində olarsa yəni
insani tərbiyə ilə sultani tərbiyə birləşərsə belə bir mühitdə yetişən şəxs heç
zaman cəmiyyətin, insanlığın və axirət dünyasının zərərinə davrana bilməz. O
daima nəfsini cilovda saxlamağı bacarar. Quranda deyilir: “Məgər biz sənin
köksünü açıb genişləndirmədikmi?” (94/1) Və ya “Allah kimi düz yola yönəltmək
istəsə onun köksünü islam üçün açıb genişləndirər” (6/125). Göründüyü kimi hər
iki ayədə eyni fikir səslənir. Birində şəxsi müraciət kimi, digərində isə cəm
halında səslənir. Təfsirçilər 1-ci ayəni Məhəmməd peyğəmbərə, ikinci ayəni isə
bütün insanlığa aid edirlər.
Nəsrəddin Tusi nəfsi iki qola - adi nəfs və
nitqi nəfsə bölür. Adi nəfsin bədənlə bərabər ölüb məhvini, çürüyüb yox
olmasını qəbul eləyir. O deyir ki, nitqi nəfs, bədən öldükdən sonra olduğu kimi
qalır, o heç vaxt ölmür. Görünür N.Tusi sultani nəfsi (ruhu) nitqi nəfs hesab
edir. Eyni zamanda N.Tusi nəfsi "ruh" adlandırır. (N.Tusi
"Əxlaqi Nasir" Bakı, 1989, s.47) Bəzi mütəsəvüflər, nəfsi (ruhu) bədəndən
asılı olmayan bir varlıq, bədəni isə onun saxlandığı sandıq hesab edirlər. Bəziləri
də bu sirri, Allah bilir, deyə susurlar.
Nəsrəddin Tusi “Əxlaqi-Nasir” əsərində yazır: “İnsanı nəfs elə
bir sadə cövhərə deyilir ki, özü də daxil olmaqla, ağılın dərk etdiyi, hər nə
varsa, hamısı onun sayəsində olur. O cövhər nə cisimdir, nə də cismani, o, hiss
orqanlarının heç biri ilə hiss edilə bilməz.”
Nəsrəddin
Tusi, heç də nəfsi ağıldan aşağı hesab etmir. Nəfsin çox qüvvəli bir mənəvi
varlıq olduğunu, onun heç bir orqan ilə hiss edilmədiyini deyir.
Nəfs, heyvani hiss duyğularından yaranan bir mənəvi varlıqdır. Elə
bu səbəbdən də, bəzən ilahi varlıq olan ağıl, nəfsi cilovlaya bilmir. Nəfs,
heyvani hissiyatların məhsulu olduğu üçün, şeytani əməllərin təsiri altına
düşür. Ona görə də, insanın yaxşı və pis, bütün əməlləri, onun nəfsi ilə
ölçülür. Əgər ağıl nəfsi cilovlayaraq, onu yaxşı əməllərə, insani xidmətlərə
yönəldərsə, belə insanlar cəmiyyətdə yaxşı, xeyirxah adam kimi tanınır və axirət
dünyasını da qazanmış olur. Əgər ağıl, nəfsi cilovlaya bilməzsə, nəfs insanı
şeytani əməllərə yönəldir. Belə insan cəmiyyətdə pis, yaramaz adam kimi tanınır
və axirət dünyasını cəhənnəm əzabında keçirir.
Adamlar
çox zaman pis əməllərinin, çirkin hərəkətlərinin səbəbini şeytanın üstünə
ataraq, özlərini bir növ günahsız hesab edirlər. Şeytanın, onları
azdırmalarından danışaraq, üstəlik “lənət şeytana” da deyirlər. Halbuki, düzgün
tərbiyəli ailədən çıxan şəxsi, nəfsini cilovlamağı bacaran şəxsi, heç bir zaman
şeytan azdıra bilməz.
Buddizm
dünyagörüşü nəfsin varlığını mədədə, bütün səma dinləri isə nəfsin varlığını qəlbdə
görür. Osman Nuri deyir: “Nəfsiyyətin çirkabı içində olan qəlblər küfür, şirk, əxlaqsızlıq,
şəhvi ehtiraslar və vəsvəsə ilə doludur.” (O. Nuri “Təsəvvüf” s. 177) Ancaq elm çoxdan isbat etmişdir ki, qəlb
yalnız bədənin qan-damar sistemini qanla təchiz edən, onun hərəktini tənzim edən
orqandır. Ruhani fəaliyytələrin hamısı mərkəzi sinir sisteminin məhsuludur.
İmam
Qəzali deyir: "Nəfs ruhun miniyidir. Əgər insan nəfsinin cilovunu boş
buraxarsa və özünü onun getdiyi istiqamətdə təslim edərsə, mütləq həlak olar.
Əgər onu öldürməyə çalışarsa, bu dəfə də, həqiqət yolunda miniksiz qalar. Demək,
nəfsin cilovunu əlində bərk tut və miniyindən istifade et!" (Osman Nuri. Təsəvvüf
. Səh. 130)
İmam
Qəzalinin bu cümləsi nəfsi cilovlamağın ən düzgün yoludur.
Adamda
olan sultani ruh, özünü heyvani ruha təslim edərsə, o zaman nəfsin cilovu
sultani ruhun əlindən çıxar, nəfs cilovsuz ata bənziyər. Ona görə də, ilahi
hökm sahibi olan ruh, daima nəfsi cilovda saxlamağı bacarmalıdır. Sultani ruhun
borcu nəfsin heyvani istəklərini azaltmaq, nəfsə qarşı iradəni möhkəmləndirmək,
beləliklə də, nəfsin istəklərini müəyyən çərçivə içərisində saxlamağı
bacarmalıdır. Bu bacarığı, ruh özündə yaratmaq üçün, ilk növbədə ruha ailənin,
cəmiyyətin düzgün tərbiyəvi təsiri olmalıdır. Cəmiyətdəki etik və estetik tərbiyəyə,
davranış mədəniyətinə yiyələnmək, əsas şərtlərdən biridir. Bu hallar kimdə möhkəm
olarsa, onun nəfsi qol-qanad açıb, insani hissiyatları alçalda bilməz.
Nəfsin
düzgün tərbiyəsi, təmizlənib saflaşması, təkcə şəxsi formalaşdırmır. O, bəşəri
aqibəti də formalaşdırır. Ruhi təmizlik, saflıq insanlığın, bəşəriyyətin çiçəklənməsinə
xidmət etdiyi halda, ruhi çirkinlik insanlığa, o cümlədən bəşəriyyətə ağır
suçlar, faciələr gətirə bilər. Heyvani ruh çox qüvvətli olduğu üçün, sultani
ruhun tərbiyəsi ilk yaşdan başlayaraq, insanın həyatının bütün dövrlərində, hətta
ahıl yaşlarında da vacibdir. Ona görə də, Quranın 12-ci surəsinin 53-cü ayəsində
deyilir: "Nəfs pis işlər görməyi əmr edər."
Nəfsi,
böyük cihad hesab edən Peyğəmbər əfəndimiz, Təbuq (Bizans) savaşından qayıdarkən,
demişdir: "İndi kiçik cihaddan ən böyük cihada, nəfsin istəklərilə mübarizəyə
qayıdırıq."
Nəfslə
mübarizə etməyi, ona qalib gəlməyi Rəsulullah ağır mübarizələrdən də ağır
bilirsə, onda, nəfsimizin ram edilməsi üçün, nə dərəcədə çətin sınaq yolundan
keçməyimiz göz qabağındadır. Ona görə də, hər bir ağıllı şəxs, nəfsinin
qarşısında yaranan çətin yolu götür-qoy edib, vicdan məhkəməsində ona qarşı
qalib gəlmək yolunu tapmalıdır. Nəfslə mübarizənin çox çətin yol olduğunu bilən
Rəsulullah buyurur: 24-cü surə, 21-ci ayət "Ey iman gətirənlər! Şeytanın
yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə, o çirkin, pis işlər
görməyi əmr edər."
Bu
gün zirvə kürsüsündə oturanlar nəfslərini boğmağı, kamilləşməyi bacara bilirlərmi?
Zirvə kürsüsündə oturanların demək olar ki, əksəriyyəti nəfslərinin əsirinə
çevrilirlər. Həyat təcrübələri göstərmişdir ki, həmişə təntənəli qarşılamalar,
tərif və mədhiyyələr, adamın daxilində olan mənfi məni və yatmış heyvani nəfsi
oyadır. Heyvani nəfsə meydan verir. Beləliklə də, onlar, özünü bəyənmə, özünü
sevmə, xutbinlik, təkəbbürlük və məğrurluq azarına tutulurlar. Bu hallar
olmasın deyə, ulu Tanrı adama ən gözəl əxlaq nümunələri olan təmkinlik, hövsələlik,
zəriflik, incəlik, yüksək istedad vermişdir ki, ağılı ilə onu qoruyub saxlaya
bilsin. Cəmiyyətin istəkli və Tanrının sevimli bəndəsi olsun. Qüvvətli ağıl
rüşeymi ilə doğulan uşaq, təmiz, saf tərbiyə ilə böyüdükdə, bir şəxsiyyət kimi
son halda cəmiyyətin yüksək əxlaqlı nümayəndəsi və Tanrının sevimli qulu olur.
Vicdan nədir? Vicdan
yetkin, kamil adamın iç səsidir. Onun içərisində yaranan əyrilikdən, pis
yollardan uzaqlaşdırmaq üçün, hökmverici məhkəmədir. Vicdan, nəfsi təmiz, imanı
möhkəm halda saxlayan mənəvi varlıqdır. Vicdan, adamı ən yüksək məqama, Tanrı məqamına
çatdıran, Tanrıya yaxınlaşdıran mükəmməl imandır. İmanın aliliyini duyam Məhəmməd
Akif deyir:
"İmandır
o cövhər ki, ilahi nə böyükdür?
İmansız
olan paslı ürək sinədə bir yükdür.!"
Vicdan
adamı etik normalar daxilində davranmağa məcbur edən tərbiyə formasıdır. Vicdan
yetkinləşdikcə, kamilləşdikcə insanı haqqın düz yoluna çəkir və onu ədalətə məcbur
edir. Ağıllı müdriklər vicdanı suçlardan, xəta və günahlardan uzaqlaşdıran müqəddəs
kompas hesab etmişlər.
Bir
qrup şəxslər hər bir şeyin, hər bir varlıqların Tanrının ixitiyarında olduğunu,
onun göstərişi olmadan bir udum suyun da içilməsi mümkün olmadığını bildirirlər.
Tanrını hər şeydə görən belə şəxslər, özlərinin və ağıllarının fəaliyyətlərini
unudurlar. Bu unutqanlığın nəticəsi
olaraq, belələrinin arasında bəzən dini fanatiklər yaranır ki, bu fanatiklər, tədricən
cəmiyyətin arzu olunmaz şəxslərinə çevrilirlər.
Günah: Günah bilə-bilə
və ya bilmədən işlənən suçdur. Bilmədən işlənən suç Tanrı tərəfindən kiçik
günah kimi qəbul edilib, peşmançılıqdan sonra bağışlana bilər. Bilə-bilə işlənən
suç isə Tanrıya qarşı üsyan kimi qəbul edilib, bağışlanmaz böyük günahlar
sırasında ola bilər.
Günah o zaman işlənir ki, sultani (ağlı) ruh,
nəfsi-hüyvani ruha tabe olur. Onun təsiri altına düşür. Belə günahların da
ağırlıq dərəcəsi, cəhənnəmin mərtəbəsi, ancaq ərasət məhkəməsində aydınlaşır və
təyin edilir.
Ərasət
məhkəməsi:Ərasət məhkəməsi və onun vəzifələri haqqında ilk dəfə Avestada məlumat
verilir.Sultani ruhla şeytani ruhun mübarizəsi olan, uçmaq (cənnət) və dam odu
( cəhənnəm) olan yerdə sözsüz ki, ilahi məhkəmə olan ərasət məhkəməsi mövcuddur və o daima fəaliyyətdədir. Dini kitablar ərasət gününü bilinməyən bir
vaxtda, yerinin isə məchul bir məkanda olmasını göstərirlər. Ancaq Pifaqora görə
ruhların və ərasət məhkəməsinin məskəni planetdədir.və daima fəaliyətdədir.Ruhun
bədəndən çıxması ilə məhkəmə başlyır və qırxıncı günü məkəmə qurtarır.
Aydındır
ki, bütün dinlərdə ölülərin ruhları üçün qırx günlük yas saxlanılır, dualar oxunur və qırxıncı günü mərasim
keçirilir. Ancaq heç bir din açıq-aydın bu mərasimin səbəbini aydınlaşdırmır.
Dini hədislərdə bildirilir ki, fani dünyada adam nə qədər sağdır, sultani ruhla
şeytani ruhun mübarizəsi mövcuddur. Sultani ruh əbədidir, ölməzdir şeytani ruh
isə bədənlə birlikdə ölümlüdür. Sultani ruhun qələbəsi savab, məğlubiyyəti isə
günah sayılır. Ərasət məhkəməsində yalnız sultani ruh məhkum edilir. Sultani
ruh bədəni tərk edən zaman, o, özünün daimi yurduna getmək üçün ərasət
meydanından keçməlidir və ərasət məhkəməsinin qarşısında hesabat verməlidir. O
maddi aləmdə gördüyü pis və yaxşı əməlləri haqqında hesabat verir. Ruhun əməllərinin
müzakirəsi qırx gün çəkir və qırxıncı gün məhkəmə ruhun xeyir əməllərinin və ya
suçunun ağırlığından asılı olaraq yerini təyin edir. Əgər cənnətə göndərilirsə
cənnətdə, əgər cəhənnəmə göndərilirsə cəhənnəmdə yeri təsdiqlənir.
Ey
insanlar ruhunuzun cənnətə və ya cəhənnəmə getməsi ağılınızın fəaliyyətindən
asılı olaraq sizin öz əlinizdədir. Nə qədər ki, yaxşılıqla, xeyir əməllərlə
özünüzü yetkinləşdirərsiniz cənnətdə bir o qədər yüksək pillə, yüksək məqam
tuta bilərsiniz.
Mərifət: Mərifət
insanlıq qateqoriyasının ən zəngin, etik normalarının ən keyfiyyətlisi olan mənəvi
varlıqdır. Hissiyat orqanları ilə dərk edilən maddi və mənəvi varlıqlara cavab
olaraq verilən reaksiyadır. Əgər bu reaksiya etikaya və ədalətə uyğun olarsa mərifətlilik,
əgər uyğun olmazsa mərifətsizlik
sayılır. Kamil insan o insandır ki, o mərifət sahibi olur.
Xurafat: Lüğətdə
uydurma, yalan və rəvayət anlamlarına gələn xurafat təsəvvürü insanlıq tarixi qədər
qədimdir. Bütün dinlər xurafatlardan istifadə etmişlər və bu gün də xurafatdan
azad ola bilmirlər. Xalqın çoxu xurafatla dini inancları bir-birindən seçə bilmədikləri
üçün çox zaman xurafatı dinin kökü kimi qəbul edirlər və onu böyük sevinclə həyata
keçirirlər. Belə bir səhv baxışın səbəbi də xalqın dini inancların köklərini
bilməmələrindən irəli gəlir.
Bidət: Bidət bəyənilməyən
bir yeniliyə başlamaq, dində küfür anlamına gələn sözdür. Sonradan dinə və dini
ayinlərə daxil olan söz kimi qəbul edilmişdir. Bəzi bidət adətlər sonralar dində
möhkəm kök salaraq dinin əsas ayinlərindən birinə çevrilmişdir. Məsələn şiəlik
məshəbində imamların qırılmalarının dini ayin kimi geniş mərasim halında
keçirilməsi, namaz vaxtı alın daşından istifadə olunması, peyğəmbərin
doğumunun, mövludun bayram edilməsi və s. kimi hallar yaşamaqdadır.
Elmi
kəşflər dünya sirlərini aşkar etdikcə, insan psixologiyası da dəyişir və inkşaf
edir. Ancaq dini ideoloji dünyagörüşlərdə durqunluq davam edir və illərdir ki,
öz yerində sayır, dini ehkamlar toxunulmaz qalır. Bəzən din elmi kəşflərə qarşı
çıxır ki, buda çox zaman arzu edilməz faciələrə səbəb olur.
Hansı
dinə mənsub olmalarına baxmayaraq bir qrup şəxslər Allahın varlığını hər şeydən yüksəkdə tuturlar,
Allah məhəbbətini qəlblərində yaşadırlar. Allahdan başqa heç bir ibadətgahları
tanımırlar. Dinindən, irqindən, cinsindən asılı olmayaraq, bütün insanları Allahın
sevimlisi kimi sevirlər. İnsanları Allahın sifətlərini özündə gəzdirən varlıq
hesab edərək, onlarla nəzakətli davranırlar. Belə insanların çoxları təsəvvüf
sahibi olanlardır ki, onlara işıqlı şəxslər deyilir. Müsəlman sofilər də bu qəbildən
olanlardır.
Sofi kimdir: Sofi
maddi və mənəvi dünyaların elminə, biliklərinə, dünya sirlərinə yiyələnən
müdrikdir.
Sofi, pis niyyətlərdən, yalanlardan, şərdən
və böhtandan uzaq olan müdrikdir. Sofi, insaniliyi, gözəlliyi, həqiqəti,
doğruluğu qoruyan müdrikdir.
Sofi,
dinindən, dilindən, milliyətindən, asılı olmayaraq, bütün xalqları bir eşqlə,
bir məhəbbətlə sevəndir.
Sofi,
qarşısına çıxan hər bir insanı Allahın onda təcəlli edən zərrəciyinin elçisi
kimi qarşılayandır.
Sofi,
qəlbi, hədisi, kəlamı ilə insanlara Tanrını sevdirən və insanla tanrı arasında
eşq körpüsünü salandır.
Sofi,
ədalətdə, mərifətdə, qəlbləri işıqlandıran və isidən varlıqdır.
Sofi,
özünə qarşı təqsirləri və qüsurları bağışlamağı bacaran insandır.
Sofi,
təvazökar və mərifətli olmaqda başqalarına örnək olmaqdır.
Sofi,
kamilliyi və ağlı ilə başqalarından seçilərək nəfsi cilovda saxlamağı bacaran
müdrikdir.
Sofi,
məhəbbətini zikri və ibadəti ilə Tanrıya çatdıran seçilmişdir.
Sofilik
dünyagörüşünün 2 min ildən artıq tarixinin olmasına baxmayaraq, onların sabit
(dəqiq) düstur üzrə fəlsəfi baxışlarının olmadığı üçün, onların ideologiyasında
bir-birindən fərqli dünyagörüşləri yaranır.
Bəzilərində
politeist, bəzilərində dualist, bəzilərində isə monoteist ruhlu ideoloji
baxışlar, onları bir-birindən ayırır. Onlarda olan bu müxtəlif baxışlar, çox az
bir fərqliliklə özünü göstərir. Çünki, son məqamda onlar Tanrı birliyini bütün
varlıqlardan üstün bilərək, Tanrını özlərinin ilham mənbəyi hesab edirlər.
“Vəhdəti-Vücud”
fəlsəfəsindəki dünyagörüşü bütün dinlərdə özünü eyni məqsəd və məzmunda göstərir.
Sofilərin “Vəhdəti-Vücud” çərçivəsində irəli sürdükləri ilahi məqamlar yığcam
halda heç bir dinin proqramına sığmadan, bütün dinlərdə fəal iştirak etdiyi
üçün, sofilərdəki bu ideoloji baxışı bəşəri ideya saymaq daha düzgün olar.
Dünyanın
yaranması haqqındaki son qipotezdə deyilir ki, bu dünya böyük bir partlayışın nəticəsində
əmələ gəlmişdir. Əgər biz belə bir qipotezi qəbul ediriksə, deməli, böyük
partlayışa qədər, böyük bir maddi varlıq mövcud olmuşdur ki, partlayış da baş
vermişdir.
Belə
bir sual ortaya çıxır ki, partlayışa qədər olan maddi varlığın yaradıcısı kim
olmuşdur? Bəlkə bu partlayış planlı surətdə Allahın layihəsi əsasında
yaradılmışdır? Bəlkə kainatın yaradılması üçün əvvəlki maddi varlığın
parçalanması zəruri idi?
Göründüyü
kimi, sorğular çox, izahlar, aydın cavablar azdır. Ancaq bir şey aydındır ki,
elmi kəşfə qədər bir çox sofilər kainatın və varlıqlarının tədricən yarandığını
söyləmişlər.
Sofi
mütəsəvvüflər deyirlər ki, bütün kainat, o cümlədən yer də, üzərindəki bitkilər
də, canlı varlıqlar da, canlıların əşrəfi olan insan da, tədriciən və pilləli
inkişaf etmiş, özündən sonrakı canlı, əvvəlkindən daha mükəmməl yaranmışdır.
Ulu Tanrı
öz layihəsini elə qurmuşdur ki, kainatın bütün varlıqları bir-biri ilə vəhdət
halında yaşayır, artır və inkişaf edir. Biri digərinin mövcudluğunda mübadilə
yolu ilə iştirak edir.
Tədricən
və pilləli şəkildə təkamül yolu ilə yeniləşən insan, öz mənliyini başa düşən
zamanlarda, Tanrı da özünü tanıtmaq və sevdirmək üçün elçilərini insanların arasına göndərmişdir.
Bütün
xalqlar arasında mövcud olan mifaloji dünya görüşlərini araşdıraran zaman belə nticəyə gəlinmişdirki, insanlar arasına
gələn peyğəmbər\Bilqamıs\ Xızır İlyaz olmuşlur.Xızır İlyazı ona görə göndərmişdir
ki, Tanrının memarlıq əsəri olan kainatı diriltsin, cana gətirsin, dünyanın
müxtəlifliyini, rəngarəngliyini insanlara sevdirsin.
Zərdüştü
ona görə göndərmişdirki, insanlar
torpağı,zəhməti sevsinlər.
Adəmi
ona görə göndərmişdir ki, Tanrının birliyini insanlara öyrətsin, Tanrı insanı
sevən kimi, insanlar da Tanrını sevsin.
İdrisi
ona görə göndərmişdir ki, Tanrının sayı-hesabı bilinməyən sirlərinin kəşf
yollarını insanlara öyrətsin.
Süleymanı
ona görə göndərmişdir ki, dünya xaosla yox, qanun-qaydalarla idarə edilsin.
Davudu
ona görə göndərmişdir ki, insanlar, mənəvi zövqlər vasitəsilə mənəvi qida
alsınlar.
Yusifi
ona görə göndərmişdir ki, insanlar ilahi gözəllikləri özlərində görsünlər,
ilahi eşq ilə bir-birini sevsinlər.
Musanı
ona görə göndərmişdir ki, insanlar rəngarəng olan ilahi nemətlərdən istifadə edən
zaman Allaha şükür etsinlər.
İsanı
ona görə göndərmişdir ki, insanların ruhları arınlaşsın, saflaşsın.
Məhəmmədi
ona görə göndərmişdir ki, bəşəriyyətdə əmin-amanlıq olsun və insanlar dinc,
xoşbəxt yaşasınlar.
İnsanların
ağıl səviyyəsi ilə əlaqədar müxtəlif zaman çərçivəsində göndərilən peyğəmbərlərin
yaratdığı dinlər müxtəlif olsa da, onlar bir Allahdan vəhy almışlar, bir Allaha
da dua etmişlər. Elə bu səbəbdən də, təsəvvüf elmində, sofi üçün
ayrı-ayrılıqda, bir-biri ilə qarşı-qarşıya duran din yoxdur. Təsəvvüf elmi,
bütün dinlərdəki ilahi və insani sevgi üçün mövcud olan həqiqətləri sevir, qəbul
edir, yer üzünün əşrəfi olan insanlıq ləyaqətlərini qoruyan, təbliğ edən dinlərin
hamısını bir din çərçivəsində tanıyır.
Sofilik
dinlər arasında vəhdət körpüsü quran, qardaşlığı təbliğ edən, ilahi təriqətdir.
Sofi üçün sinaqoq, kilsə, məscid arasında fərq yoxdur, hər üçü Allah evidir.
Sofinin əbədi ibadət evi qəlbidir ki, orada onun ilahi sevgisi yurd salıbdır.
Təsəvvüf
elmi bütün peyğəmbərlərdə olan insani keyfiyyətləri sofilik (müdriklik)
dünyagörüşündə cəmləşdirir və yetkin (kamil) insan cəmiyyətinin yaradılması
uğrunda mübarizə aparır.
Sofilərin
təbiət varlıqlarına olan sevgisi Zərdüşt təliminin təbiətə vurğunluğundan irəli
gəlir. Gələcəyi görmək bacarığı Nuhun uzaqgörənliyindən, zahidliyə nifrəti,
İdrisin zəhmətsevərliyindən, musiqini müqəddəs saymaları, Davudun musiqisevərliyindən,
özlərini Tanrı qurbanlığı saymaları, İbrahimin İsmayılı qurban kəsməsi və
İsanın özünü qurban verməsindən, İnsanın Allah dərgahına qaldırılması və Məhəmməd
(s.a.v)-in insanpərvərlik duyğularından irəli gəlir.
Əgər
bir kimsə təsəvvüf elmi vasitəsilə, Allah eşqinə bağlanar və kamilləşərsə, onun
üçün sofilik ilahi bir təriqətdir. Əgər bir kimsə insanlığı qoruyan müdrikliyi
öyrənirsə, onun üçün sofilik fəlsəfədir. Əgər bir kimsə arınlaşır, saflaşır, təmizlənirsə,
sofilik onun üçün təsəvvüfdür. Əgər bir sofi şərə-böhtana, qeybətə, yalana,
yaltaqlığa, ikiüzlülüyə qarşı çıxıb, Tanrı qulluğuna, ədalətə, xeyirxahlığa,
vicdan azadlığına xidmət edərsə, o kəs haqqa yaxın mürşiddir.
İnsan
o vaxt fəzilətli olur ki, ona verilmiş insani qabiliyyətlərə uyğun davranır.
Sofilər bütün davranışlarında fəzilətli olan kimsələrdir. Sofi, Tanrıya və
insanlara qarşı yalnız dostcasına münasibəti ilə deyil, eyni zamanda qızğın və
səmimi məhəbbəti ilə də fəzilətliliyini qoruyub saxlaya bilir.
Bütün
gözəlliklər sofinin ruhi qidasıdır. Sofilik, insanı Tanrı məqamına ucaldan
ilahi eşq işığıdır. Bu eşq, onun qəlbində oturan əbədi və əzəli Tanrı işığıdır.
Sofilikdə
dörd böyük cərəyan mövcuddur: Sofilərin dünyagörüşünə görə, Allaha qovuşmaq məqamları
əsasən Fənafillah, Bəqabillah, Salehlər və Rindlər yolu ilə olur.
1)Fənafillah:
Hüluliyyə təliminin əksinə olaraq, Fənafillah,
Allahda yox olmaq, ərimək yoludur. Fənafillah zamanı, iki varlığın bir-birinə
olan məhəbbəti ilə əlaqədar mənəvi hissiyatlar xətti yaranır. Belə halda, ruhi
görüşlərin birləşməsi sayəsində böyük enerjinin qarşılığı olaraq, maddi
varlıqla, mənəvi varlığın enerji birliyi yaranır. Quranda olan surələrin ayələrindəki
hərif birləşmələrinin sirri bu enerji birliyinin məhsuludur. Mənəvi məhəbbətin
gücü ilə yaranan bu ünsiyyət, sonda o hala gəlir ki, sevən sevdiyinin
varlığında əriyir və birləşir. Bu birlikdən söz açan Fənafillahı özünə amal bilən
Həzrəti Mövlanə deyir: "Dənizə qovuşan bir çayda çay olmaq xüsusiyyəti yox
olar. Sevən bir kimsənin varlığı da, məhəbbətinin şiddəti ölçüsündə sevdiyində
yox olar."(Osman Nuri. Təsəvvüf səh.250)
Hərəti Mövlanənin dediyi bu kəlam, Peyğəmbərlərin Tanrı enerjisində yox
olmasının nəticəsidir.
2) Bəqabillah:
Bəqabillah
yolu nəfsdə olan bütün çirkin əlamətlərdən təmizlənmək, arınlanmaq, yüksək tərbiyəyə
və yüksək əxlaq sahibi olmaqdır. Bütün vəlilər, övliyalar, mövlanələr, şeyxlər
Bəqabillah tərbiyəsi və əxlaqının sahibi olmaqla bərabər, xalq arasında da bu
ilahi keyfiyyətlərin carçısı olmuşlar.
3) Salehlər:
Salehlər
Allah sevgisini bütün bəşəri sevgilərdən üstün tutur. Tanrı və insanlıq
sevgisinə xas olan etik normalar çərçivəsində yaşayaraq, möminlik və məhdudluq
içərisində ibadətlə məşğul olurlar. Salehin yolu, etiqad etdiyi dinin mahiyyətinə
yiyələnmək və bu yolda ilahi kamilliyə çatmaqdır.
4)Rindlər:
Rindin
həyatı, salehin həyatı kimi buxovlanmamışdır. Onlar, insanlıq üçün mənəvi qida
olan etik və estetik normalar üzərində hakim olan hər cür fanatizmdən, ehkam, əmr
və göstərişlərdən azaddırlar.
Onlar
nə keçmiş, nə də gələcəklə yaşamaq arzusunda olmayıb, əbədiyyətə qovuşmaq,
ilahi inamla yaşamaq arzusunda olanlardır. Onların pərəstiş etdiyi varlıq
yalnız Allahdır. Sofi Ömər Xəyyam da belə nümayəndələrdəndir.
Bir
çox təriqətlərə və qollara ayrılan sofilik, əsasən, 4 böyük məktəbə
ayrılmışdır. Hər bir məktəb, onun yaradıcısı olan mürşidin adı ilə
adlandırılır.
1. Nəqşibəndi – Nəqş və bənd kəlmələrindən
yaranmış mürəkkəb sözdür. Lakin, yarandığı zamandan o, ad kimi işlədilmişdir.
Bu təriqətə qulluq edənlər, həyatlarını zikr və dua etməklə, eyni zamanda öz əllərinin
zəhməti vasitəsi ilə yaşamışlar.
Rəvayətə
görə, nəqşibəndilik, bütün təriqətlərdən öncə yaranmışdır. İslam aləmində ilk dəfə
Həzrəti Əbubəkr Siddik, öz əlinin əməyi ilə yaşamış, məişət əşyaları düzəldib
satmaqla çorək qazanmış və ailəsini saxlamışdır. Eyni zamanda, Həzrəti Əbubəkr
zikri sakit, səssiz etdiyinə görə, səssiz zikr yolu nəqşibəndi təriqətinin şərtlərindən
biri olmuşdur. Həzrət Əbubəkr Siddikdən ibrət alan əshablardan bəziləri, onun
yolu ilə getmişlər və belə şəxslərə siddiklər demişlər. Rəvayətə görə Həzrət Ömər
də siddikiyə yolunun davamçısı olmuşdur. Bu yolu tutanlar tədricən çoxalmış, nəticədə
siddikiyyə bir təriqət yoluna çevrilmişdir. Bir təriqət kimi, buna Həzrət
Tayfur Bəyazid Bistami başçılıq etmiş, tədricən təriqətə Tayfuriyyə
deyilmişdir. Tayfuriyyə təriqətinə Hacı Abdulxaliq Gücdəvani başçılıq edən
zamandan, təriqətə onun adı ilə Hacıqaiyyə deyilmişdir. Abdulxaliq Gücduvanidən
sonra mürşidlik Əmiri Gülala keçmiş, ondan sonra isə, Məhəmməd Bəhaəddin təriqətə
başçılıq etmişdir. Məhəmməd Bəhaəddin təriqətçilərin sənəti olan nəqşibəndliyi,
özünə təxəllüs götürmüş və təriqət Bəhaəddin Nəqşibəndinin adı ilə
adlandırılmışdır. Nəqşibəndilik təriqəti genişlənib İslam dünyasına yayılmış və
səkkiz qola ayrılmışdır: 1) Əhrariyyə. 2)
Haciyyə. 3)Kəsaniyyə 4) Muradiyyə 5)Məsxəriyyə. 6) Cəlaliyyə. 7) Xalidiyyə. 8) Mücadiyyə.
Bu qollar içərisində ən çox yayılanlar Xalidiyyə və Mücadiyyədir. Mücadiyyə “Mücəddidi əlfi-sani” (islam dinini təzələyən)
mənasını verən sözdən götürülmüşdür. Bu qol, Əhməd Faruki Səhri (-1563) tərəfindən
yaradılmışdır. Farukinin təriqət zənciri altı soydan ibarət olan Bəhaəddin Nəqşibəndiyə
gedib çıxır. Farukinin təsəvvüf əsərləri olan “Kitabul-ənharil-ərbai” və “Məktubat”
(məktublar toplusu) kitablarında sofi ideyalarından geniş danışılır.
Nəqşibəndiliyin
ən çox yayılan ikinci qolu Xalidiyyədir. Mövlanə Xalid 1776-cı ildə İraqın
Süleymaniyyə şəhərinin Qaradağ qəsəbəsində anadan olmuşdur. İlk təhsilini
Bağdadda almış, sonra Hindistana gedərək, Abdullah Dəhləviyə mürid olmuşdur.
Daha sonra, Şam (Dəməşq) şəhərinə köçərək, orada yurd salmışdır. Mövlanə Xalidin
islam dünyasında Mövlanə Cəlaləddin Rumidən sonra Mövlanə ləqəbi alması, onun
yüksək nüfuza malik bir şəxs olmasından xəbər verir. Mövlanə Xalid sünniliyin
şafi məshəbinə qulluq etmiş və onun təbliğatçısı olmuşdur. O, 1826-cı ildə haqq
dünyasına qovuşmuşdur. Xalidiyyə qolunun
müridləri və mürşidləri Osmanlı, Livan, İran, İraq və Misirdə geniş fəaliyyət
göstərmişlər. Şeyx Xalidin müridləri fəaliyyətdə olduqları hər yerdə, Osmanlı
dövlətinin mənafeyini və nüfuzunu qorumuşlar. Xalidilər Osmanlı dövləti və
Türkiyə Cumhuriyyətinin siyasi və mədəni yüksəlişində fəal iştirak etmişlər. Bu
gün də Türkiyənin sosial rifahının yaxşılaşması üçün fəal iştirak edirlər.
Nəqşibəndiliyin
Xalidiyyə qolu, bu gün də Anadoluda, Qazaxda, Borçalıda yaşamaqdadır. Qazax
rayonunun Aslanbəyli kəndində olan Hacı Mahmud Əfəndinin türbəsində nəqşibəndi
müridləri təriqətini bu gün də yaşadırlar, vaxtaşırı müridlər toplanaraq, zikr
edirlər və Mir Həmzə Seyid Nigarinin qəzəlini oxuyurlar. Nəqşibəndi mütəsəvvüfləri
təriqətin əsas yollarını dörd yolda cəmləşdirmişlər.
a) Şəriətlə (zahiri) təmizlənmək: Şəriət
qanunlarına əsaslanan can, bədən, əza təmizliyini qorumaq və özünü daima təmiz
saxlamaq yolu.
b) Təriqətlə (batini) təmizlənmək: Ruhu və nəfsi, zikr, ibadət
ilə təmizlənmək yolu.
c) Həqiqətlə təmizlənmək: Əyriliyə,
yalana, böhtana qarşı mübarizə ilə, doğruluğu, düzgünlüyü, ədaləti qorumaqla, Tanrıya
yaxınlaşmağa nail olmaq yolu.
d) Mərifətlə təmizlənmək: Cəmiyyət qəbul edə
biləcək dərəcədə xeyriyyəçilikdə mərifət qazanmaq və Allahın dərgahına qovuşmaq
yolu.
Nəqşibəndilik
təriqətinin Tanrı qarşısında yüksək məqama çatmağın da müxtəlif dərəcələri
mövcuddur.
a) Fəna fi-ş Şeyx: Aşağı dərəcədə olan
mürşid və müridlərin rabitə vasitəsi ilə haqqa yaxınlaşma yolu. Bu dərəcədə
mürşid və müridlər, nəbilərin, övliya və şeyxlərin ruhlarının çağrılması yolu
ilə rabitə yaradılır.
b) Fəna fi-r Rəsul: Rabitə yolunda Məhəmmədin
(ə.s.) mübarək ruhundan rabitə yaradılır.
c) Fəna fi-llah: Tanrı qarşısında fani
olmaq yolu. Bu məqamda rabitədən istifadə olunmur və insan ruhu, bilavasitə Tanrı ilə əlaqələnir.
İnsan ruhu, Tanrı ruhunda həll olunur. Bu məqama xüsusilə insanlardan yalnız
seçilənləri yüksəlir. Krişna, İdris (ə.s.), Musa (ə.s), İsa (ə.s.) və Məhəmməd (s.v.s.)
olmuşlar.
Nəqşibəndi
təriqətinin tarixdə bir çox qolları olmuşdur. Məsələn Əhrariyyə, Naciyyə, Kəsaniyyə,
Muradiyyə, Məzxəriyyə, Cəlaliyyə, Xalidiyyə, Mücadidiyyə qolları. Bu qolların
içində ən çox yayılanı Mücadiyyə və Xalidiyyə qollarıdır.
Mücadiyyə: “Mücəddidi
əlfi-sani” (islam dinini təzəlyən) mənasını verən sözdən götürülmüşdür. Bu qol
Əhməd Faruki Səhri (-1563) tərəfindən yaradılmışdır. Farukinin təriqət zənciri
altı soydan ibarət olan bəhaəddin nəqşibəndiyə gedib çıxır. Farukinin təsəvvüf əsərləri
olan “Kitabul-ənharil-ərbayi” və “Məktubat” (məktublar toplusu) kitablarında
sofi ideyalarından geniş danışılır. Xalidiyyə:
Nəqşibəndiliyin ən çox yayılan qolu Xalidiyyədir. Mövlanə Xalid 1776-cı ildə
İraqın Süleymaniyyə şəhərinin Qaradağ qəsəbəsində anadan olmuşdur. İlk təhsilini
Bağdatda almış, sonra Hindistana gedərək Abdullah Dəhləviyə mürid olmuşdur.
Daha sonra Şam (Dəməşq) şəhərinə köçərək orada yurd salmışdır. Mövlanə Xalidin
İslam dünyasında Mövlanə Cəlaləddin Rumidən sonra mövlanə ayaması alması onun
yüksək nüfuza malik bir şəxs olmasından xəbər verir. Mövlanə Xalid sünniliyin
Şafi məzhəbinə qulluq etmiş və onun təbliğatçısı olmuşdur. O 1826-cı ildə vəfat
etmişdir. Xalidiyyə qolunun müridləri və mürşidləri Osmanlı, Livan, İran, İraq
və Misirdə geniş fəaliyyət göstərmişlər. Şeyx Xalidin müridləri fəaliyytədə
olduqları hər yerdə Osmanlı dövlətinin mənafeyini və nüfuzunu qorumuşlar.
Xalidilər Osmanlı dövləti və Türkiyə cumhuriyyətinin siyasi və mədəni yüksəlişində
fəal iştirak etmişlər. Bu gün də Türkiyənin sosial rifahının yaxşılaşması üçün
fəal iştirak edirlər.
Azərbaycanda
Nəqşibəndiyyə təriqəti, XV əsrdən yayılmağa başlayır. Naxçıvanda Neymətullah
Naxçıvani (-1497), Təbrizdə Nəcməddin Bərqbafdər (-1506), Şirvanda Əbusəid ibn
Sünnah (-1572).
Nəqşibəndiliyin
sürətlə yayılmasını görən Vacibul-Vücud tərəfdarları, bu təriqət sahiblərinə təziq göstərməyə başlayırlar və nəticədə
onların bir çoxları Hindistana, Misirə, Anadoluya və Türküstana (Orta Asiya)
köçməyə məcbur olurlar. XVIII əsrdə Azərbaycanda yenidən Nəqşibəndiyyə təriqəti
güclənməyə başlayır. Şirvanda şeyx İsmayıl Şirvani, Mövlanə Şeyx əl-hac Mustafa
əfəndi, Ağsuda Hacı Hüseyin əfəndi, Şəki bölgəsində Qutqaşınlı Yahya əfəndi,
Qazax-Borçalı bölgəsində Mir Həmzə Seyid Nigari, Hacı Mahmud əfəndi Nəqşibəndiyyə
təriqəti ocağına başçılıq edərək, Vəhdəti-Vücud ideyalarını yaymışlar. Təriqət
Sovetlər dönəminin repressiyası zamanı, başqa dini qurumlar kimi, tənəzzülə
uğramış, təriqət carçıları ya güllələnmiş ya da Sibirə sürgün edilmişlər. Buna
baxmayaraq, gizli halda 1950-ci ilə qədər bəzi bölgələrdə yaşamışdır.
2.Qədri (Qədiriyyə). Bu məktəbin adı XII əsrdə
yaşamış və onun yaradıcısı Əbdül Qadir Əl-Cilaninin adından götürülmüşdür. Qədiriyyə
qardaşlıq təriqəti olaraq fəaliyyət göstərmişdir. Əbdül Qadirin məqbərəsi
Bağdad şəhərində onun davamçıları tərəfindən ziyarətgaha çevrilmişdir Qədiriyyə
məktəbinin fəaliyyətini XVI əsrdə Səfəvilər hakimiyyəti qadağan etmişdir. XIX əsrdə
yenidən canlanma yaransa da, bu zaman onlar Fransa işğalçılarına qarşı Qədriyyə
azadlıq qardaşlığı kimi fəaliyyət göstərmişlər.
4. Çişti.
Hindi sofi filosofu Xbara Moinuddin Çiştinin adı ilə bağlıdır. Çişti məktəbinin
ideyasına görə, sofinin mənəvi ruhu poeziya və musiqi ilə zənginləşir və kamilləşir.
Ona görə də, Çişti məktəbinin təriqətçiləri öz təbliğatlarını məclislərdə
oxumaq, çalmaq və oynamaqla keçirirlər. Bu məktəblərin bir çox qolları
mövcuddur və bütün islam dünyasına yayılmışdır.
Qəza və Qədər .İslamda
əsas meyarlardan biri də, qəza və qədər inanc anlayışıdır. Qurani-Kərimdə Bəqərə
surəsinin 255-ci ayəsində deyilir: “Allahdan başqa heç bir Tanrı yoxdur. “Zatı
və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən,
bəndələrini dolandıran və onların işlərini yoluna qoyan” əbədi, əzəli olaraq
odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı)
onundur. Allahın izni olmadan “qiyamətdə” onun yanında “hüzurunda” kim şəfaət
“bu və ya digər şəxsin günahlarının bağışlanmasını xaiş” edə bilər? O, bütün
yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir.
Onlar “yaranmışlar” Allahın elmindən onun özünün istədiyindən başqa heç bir şey
qavraya bilməzlər. Onun kürsüsü “elmi qüdrət və səltənəti” göyləri və yeri əhatə
etmişdir. Bunları mühafizə etmək onun üçün heç də çətin deyildir. Ən uca, ən
böyük varlıqda odur.!”
Qurandaki
belə ayələrə arxalanaaq Təsəvvüfçü sofi Əbülhəsən əl-Əşəri: ”Bütün işlərin
hamısı Allaha aiddir. Xeyir və şər də ona aiddir. Bəndənin isə yalnız əldə etmək
istəyi vardır. İstək bəndənin, etməyə qüdrət isə allahındır” deyir. (F.
Qurbansoy “Azərbaycana göndərilən peyğəmbərlər” Bakı 2017 s. 62) Göründüyü kimi həm Quran ayəsi, həm də sofi
düşüncəsi tər-təmiz “Varlığın-gərəkliyi” fəlsəfəsinin ürünüdür.
Belə
məzmunlu bir çox ayələr, onu təsdiqləyir ki, insan hələ doğulmamışdan əvvəl, ən
xırda hadisələrinə qədər onun tale kitabına yazılmışdır. Onun yazısından bir
addım belə insanın kənara çıxması mümkün deyil, hər bir hal və hadisələr onun
göstərişi ilə həyata keçir. Bir sözlə, insanın bütün fəaliyyəti özündən öncə
proqramlaşmış halda mövcddur. Bu ayədə insanın sərbəst fəaliyyəti heçə
endirilir. Belə olan halda qeyd etdiyimiz qədər və qəza bütünlüklə insan fəaliyətindən
qıraqda qalır. Müasir dillə desək insan tam mənasında tanrının robotudur.Elə ona
görədə Vəhdət-Vücud nəzəriyyəçiləri bu ayəyə bir qədər fərqli baxırlar
Qəza-qədər
terminini sofilər bir qədər şəriətdə deyiləndən fərqli olarq başqa cür izah edirlər. İslam dini dünyagörüşü, Allah əmri
mənasında başa düşülən qəza-qədər anlayışının Allahın iradəsi ilə olduğunu,
Allahın iradəsi olmadan, hətta artıq olan dırnağın kəsilməsinin belə mümkün
olmadığını qəbul edir.
“Varlığın-birliyi” dünyagörüşlü sofilər isə, qədər
Allah iradəsinin əmri, göstərişi kimi başa düşüldüyü halda, qəza anlayışı təsadüflərlə
əlaqələndirilərək, ağılın səhv nəticəsi kimi qəbul edilir. Zərurətin yaratdığı
qədər, Allahın hökmü olduğu halda, qəza insanların fəaliyyətindən doğan bir
haldır deyilir.
Eynəlqüzzat Miyanəçi qədər-qəzanın,
alın yazısı olduğunu qəbul etmir, hər şeyi ağılda görür. Ağılı Tanrı varlığının
məhsulu hesab edərək deyir :
“Səbr
eylə deyirsənki işin yaxşı olar,
Qəlb ola, ona qabil ola, o yoxdur.
Tamam pozmalıdır yazdısa hər nə,
Atıb getməlidir yığdıqca hər nə.
Səbr edə bilməyib dözümsüzlüyündən,
Yazını pozmağa cəhtindən.”
(Qədim
və Orta əsr Az. ədəbiyyatı. Bakı-1982. s.43)
Füzuli yazır: “Aksidensiyalar (toxunulan
varlıqda olan bütün nitəniklər İ. M.) mürəkkəb varlıqlarda, mürəkkəb varlıqlar
bəsit varlıqlarda, bəsit varlıqlar mücərrət varlıqlarda, mücərrət varlıqlar ilk
ünsürlərdə (mayalarda İ.M.) mövcud olur”. Bu düşüncə bütünlüklə evrimləşmədir,
Varlığın-birliyi fəlsəfəsidir.Tanrı ilə doğanın birliyinin ürünüdür.
O, deyir: “Adamların bir parası deyir, bütün
işlərin gedişində bizim heç bir qarışacağımız yoxdur. Çünkü lap başlanğıcdan
indiyədək bizim varlığımızın maddəsi-heç bir iradəmiz, ixtiyarımız olmadan-müxtəlif
şəkillər və tez-tez dəyişən hallar almışdır. Bizim nə bir ixtiyarımız, nə də hərəkətləri
idarə etmə qüdrətimiz var. Onlar beləliklə özlərini bütünlüklə qəzavü-qədərin ixtiyarına
vermişlər. Digərləri isə söyləmişlər: “Bütün işlərin gedişində bizim
ixtiyarımız və iradəmiz vardır. Insanların çoxu bu cürdür və düzü də budur” (M.
Füzuli “Mətlə əl-Etiqad” Bakı 1987.s. 31-32). Göründüyü kimi Füzuli Allahın
varlığını alımlamaqla yanaşı, qəza və qədərə qarşı çıxır. Hər şeyi adamın iradəsindən
asılı olduğunu deyir.
Həyat görgüsündən (təcrübəsindən) götürülən
bir olayı yada salaq. 15 min əhalisi olan bir kəndin 1945-ci ildə hər yüz
doğulan uşağa 18 ölüm, 1950-ci ildə hər yüz doğulan uşağa 11 ölüm, 1955-ci ildə
hər yüz nəfərə 7 ölüm, 1960-cı ildə hər yüz uşağa 5 ölüm, 1965-cü ildə isə hər
yüz doğulan uşağa 3 ölüm olmuşdur.
Müharibədən
yeni azad olmuş əhalinin sosial vəziyyəti yaxşılaşdıqca, uşağa qulluq şəraiti də
yaxşılaşmış və ölüm halları da azalmışdır.
Əgər
haqqında söhbət etdiyimiz qəza-qədər dəyişirilməz olsaydı, kəndin sosial vəziyyətindən
asılı olmayaraq, uşaq ölümü eyni səviyyədə qalmalı idi. Adamların sosial vəziyyəti
yaxşılaşdıqca, uşağa qayğılıq artdıqca, uşaq
ölüm də azaldı. Demək qəza-qədər dönəm və davramdan asılı olaraq dəyşiriləndir.
Qəza
lüğətdə suç, yanlışlıq kimi işlənir. Hər hansı bir suçun baş verməsi üçün də
adam ynlışlığa yol verməlidir. Bu yanlışlıqlar adamın ömürü boyu yüzlərlə olur.
Yanlışlıqların ilgisindən də ağrılı-acılı olaylar baş verir.
2013-cü
ilin yanvarında ANS xəbərlərdə göstərdi ki, bir əyalətdə qartal iki yaşlı uşağı
caynağında qaldırır. Ağır olduğu üçün onu apara bilməyəcəyini görən qartal göydən
uşağı buraxır. Bu maraqlı mənzərə bizə bir çox şeyləri deyir.
Televiziyada
İngiltərənin “Titanik” gəmisinin batması haqqında verliş var idi. Axırda
aparıcı ölüm haqqında tamaşaçılardan sorğu apardı. Soruşulanların əksəriyyəti
yazıya pozu yoxdur deyə Titanikdə minlərlə ölən insanların ölümünü alın yazısı
adlandırdılar. Təsəvvür eləmək olmur ki, XXI əsrdə yaşayan insanlar hələ də sadəlövlük,
xurafat buxovundan uzaqlaşa bilməmişlər Minlərlə
insanın bir anda ölümündə gəmi kapitanını günahlandıra bilməmişlər, Titanikin
batmasının səbəbi yalnız gəmi kapitanın hadisəyə qarşı düzgün qərar çıxara bilməməsi
səhvinin nəticəsi olmuşdur. Belə ölümə əcəlsiz ölümdən başqa ayrı ad vermək mümkün.deyl.
Bu misalı çəkməklə mən, heç də Allaha qarşı
çıxmaq fikrində deyiləm, amma onu demək istəyirəm ki, qəzaların yaranmasının və
qarşısının alınmasının əsas səbəbi, insanların aktiv fəaliyyətindən asılıdır.
Sofilər,
ilahi qədəri bir fərz hesab etdikləri halda, elm ilə məşğul olan astroloqlar
isbat edirlərki qədər də dəyişirilə bilər. Anadan olmanın ayının, gününün çevrə
tamlığı doğulduğu bürcdə birləşən zaman qədəri çatmış adam yerini dəyişərsə, o
ölüm qədərini də dəyişdirmiş olur. Bu fikiri bir çox misallarla təsdiq edirlər.
Astroloqların bu hipotezləri bəzi hallarda özünü doğruldur. . Ola bilsin ki, bu
dünyagörüşü də təsadüflərə əsaslanır.
Ulu
tanrının qədəri yalnız doğum və ölüm ilə məhdutlaşmır. Yaşamaq üçün zəruri olan
bütün zərurətlər - instinktlər də insanda anadangəlmə olduğuna görə,
o da Tanrının qədərinə aiddir. İnsanda mövcud olan bütün instinktlər
orqanizmin yaşamasına xidmət etdiyi üçün zəruridir. Ona görə də mövcud olan
bütün instinktləri Tanrı zərrəciyi daxilində olan varlıq kimi qəbul etməliyik.
Sofilərin
təbirincə desək, qəza kainatın varlıqlarının sayı qədər müxtəlif və çoxdur. Qəza,
daima hər hansı bir müxtəlif səbəblər üzündən, ağılın çıxardığı səhv nəticəsində
yaranır. Yüksək intellektual, ağıllı tədbir nəticəsində, insanda qəzadan uzaq
olmaq və ya qarşısını almağı bacarmaq zərurəti yaranır. Əgər bu zərurət
anlayışını qəbul ediriksə, deməli, təsadüfü də qəbul etməliyik. Çünki zərurətin
qarşılıqlı anlamı təsadüfdür. Doğumu, ölümü Tanrı bizə bir zəruri hal kimi
veribsə, bu zərurətlərin qarşılaşdıqları təsadüflər də olmalıdır. İnsanda
mövcud olan bütün instinktlər zəruridir və onlar orqanizmin yaşamasına xidmət
edir. Ona görə də bütün instinktləri Allahın insana bəxş etdiyi zərrəcik
daxilində qəbul edə bilərik.
İlahi
qanunauyğunluqlardan biri də yaranma, yaşama və ölmə fenomenidir. Tanrının qədəri
kimi qəbul edilən ölüm, elə bi varlıqdır ki, heç bir canlı onu qəbul etmək istəmir.
Canlılarda ölümlə mübarizə aparmaq üçün yaranan refleksə, elmdə “instinkt”
deyilir. Adamda olan anadangəlmə (ilahi) instinkt başqa canlılara nisbətən daha
güclü, daha geniş fəaliyyətlidir.
İnstinkt (İçgücü) :
- Tanrının bütün canlılara verdiyi duyğu gücü və canlı varlığın yaşaması üçün əngərəkli
olan qoruma gücüdür. Bəzi ədəbiyyatlarda
qeyd edilir ki, insana xas olan instinktlər (içdücləri) insanın davranışında o
qədər də həll edici rol oynamırlar. Bu fikirlə razılaşmaq yanlışlıqdır. Tanrı,
anadangəlmə olan içgüclərini (instinktləri) əngərəkli hal kimi qədərlə yanaşı
yaratmışdır. İ.P. Pavlov instinktləri, şərtsiz reflekslərə aid edir. Bu fikirdə
gərəkli həqiqət var, ona görə ki, instinktlər anadangəlmə olduğu üçün ilahi
varlıqdır və ilahi varlıq oluğu üçün də onlar, şərtsiz refleksdir. İnsan fəaliyətində
onların böyük rolu var. İnsanda mövcud olan instinktlərin bəziləri bunlardır:
1) Yemək (içgücü) instinkti. Uşağın
yaşaması üçün yem qəbul etməsi zəruridir. Ona görə də heç nədən xəbəri olmayan
körpənin ağzına nə toxunsa, onu udmağa cəhd edir;
2) Ağlamaq (içgücü)instinkti. Ən zəif
varlıq olan uşağın yaşaması üçün qida lazım olan vaxtı o, ağlayır ki, bu da
onun yaşamasını təmin edir;
3) Qorxu (içgücü) instinkti. Uşaq hələ ana bətnində ikən eşitmə instinkti yarandığına görə,
xarici mühitə reaksiya verir və anada və onun ətrafında olan hadisələrə biganə
qalmır. Ana ilə bərabər bütün qorxu hisslərini uşaq da keçirir. Gələcək insanın
necə bir şəxsiyyət olması hələ ana bətnində ikən müəyyənləşdirilir;
4) İyrənmə (içgücü)
instinkti. Canlı varlıqların yaşamasına,
sağlamlığına zərər verə biləcək bütün maddi varlıqlara qarşı iyrənmə hissi
yaranır ki, nəticədə insan həmin şeydən imtina edir;
5) Qusma (içgücü) instinkti. İnsan səhvən sağlamlığına zərər verəcəyi bir şey yeyərsə, bədənin
müdafiə qüvvəsi qusma instinkti yaradır. Nəticədə, qusma vasitəsi ilə orqanizm
öz sağlamlığını qoruyur;
6) Öskürmə (içgücü) instinkti. Tənəffüs yollarında təsadüf nəticəsində sağlamlığa zərər verən
hər hansı bir patologiya baş verərsə, o zaman qoruyucu instinkt olan öskürmə
aktı baş verir;
7) Risk (içgücü) instinkti. Risk çoxşaxəli
ola bilər. Həyəcan, qorxu və s. halların qarşısını almaq üçün, yaranan
özünümüdafiə qüvvəsi vasitəsi ilə risk yaranır. İnsanın həyatı üçün ölüm
qorxusu olarsa və bədənin hər hansı bir hissəsini itirməklə, onun ölümdən azad
olmaq ümidi varsa, o, bunu itirməklə risk edir.
8) Həzzalma (içgücü) instinkti. Həzz
alma instinkti, bütün canlılarda mövcuddur. Başqa instinktlər kimi həzz almada
anadan gəlmədir. Ancaq bunun fərqi ondanır ki, o, həyata gəldikdən sonra ağlın,
təfəkkürün bilik və dünyagörüşü ilə əlaqədər çoxşaxəli olaraq yaranır. Həzz
alma, etik və estetik baxışları özündə cəmləşdirir. Biri təzə yağmış qarın üstü
ilə yeriyərkən ona nifrət etdiyi halda, digəri qarın xışıltısından musiqi kimi
həzz alır. Biri payızda qalın ormanlıqda
yeriyən zaman, xəzədən rahatsız olduğu
halda, digəri xəzəlin həm ətrindən, həm də səsindən həzz alır. Hər gün müxtəlif
insanlar, müxtəlif hallardan həzz alaraq yaşayır.
9) Sevinc-Şadlıq
(içgücü) instinkti: Şadlıq instinkti ruhun mənəvi
dinçliyini təmin edən və yaşamaq üçün gərəkli olan bir bağlılıqdır. Bütün
canlılar üçün gərəklidir. Adamlarda isə bu instinkt fərqli formalarda, geniş
bir anlayış halında həyata keçirilir.
Sofinin amalı: Sofi
bu dünyanı fani saymır, axirət dünyasını bu dünyanın davamı, bu dünyanı Tanrı
eşqinin təzahürü sayır. Sofi, Tanrı eşqinin təzahürünü, hər iki dünyanın vəhdətinin
mayasını bu dünyada görür. O, insanı kamilliyə aparan ilahi eşqin cücərtilərini
hər iki dünyanın vəhdətində görür.
Sofi
bütün kainatın varlıqlarının mövcudluğuna, ilahi hikmət kimi baxır, istər
canlı, istərsə də cansız varlıq olsun, bəsirət gözü ilə baxır və bütün
varlıqlarda vəhdətin olduğunu görür.
Sofi
ilahi bəsirətliliyi də ağıldan kənarda görmür. Hələ ana bətnində ikən verilən
ilahi zərrəcik duyğuları da tərbiyədən asılı olaraq, cəmiyyətdə öz yerini
tutur. Nə qədər ki, insan elmdən uzaq olur, onda olan bəsirətlilik duyğuları
sönük halda mövcud olur. Elmlə əlaqədə isə, elmin qüdrəti ilə bəsirətlilik
duyğuları işıqlanır, ətrafa işıq və istilik verir, insanlığa xidmət edir.
Suhraverdinin işrakilik fəlsəfəsinin məğzi budur.
Sofi
təriqətində, insana ali məqamda duran bir varlıq kimi hörmət edilir və cəmiyyətdə
olan etik normalara da çox yüksək qiymət verilir. Sofinin ali məqsədi, etik
normalara hörmət etmək və bu etik normaları ilahi görüşlərə uyğun icra etməkdir.
Sofi dünyagörüşünə görə, ilahi ruhu özündə gəzdirən insanı alçaltmaq, təhqir
etmək, Allahı təhqir etməyə bərabərdir. Ona görə də sofilər hər hansı bir
insanla görüşdükdə, Allahın sifəti ilə görüşən kimi görüşür və onunla etik
normalara uyğun hərəkət edir.
Sofilər,
müdriklər arasında müdrikliyi, sadələr arasında sadəliyi ilə, ailədə ailə məhəbbətini
ilahi məhəbbət səviyyəsində saxlamağı ilə seçilir. Onlar üçün biliyin son həddi
yoxdur, çünki Məhəmməd (s.ə.s) buyurmuşdur ki, beşikdən qəbrə qədər, daima bilik almaq ən böyük nemətdir.
Ona görə də sofilər, daima bilik almaqla məşğuldurlar. Onların əsas məqsədləri
alın təri ilə qazanılan təmiz nemətləri yeməklə ömür sürməkdir.
Sofi,
Allahdan gələn işığa doğru gedən, saflaşan, arınlaşan, haqqın gerçəkliyini
özündə cəmləşdirən kamil insandır. O, öz müdrikliyi ilə zamanını, ətrafını
işıqlandıran və bu işığın içərisində haqqa qovuşan mürşiddir. Sofinin yolu,
islam düşüncə tərzi çərçivəsində haqqa ulaşmaq, kamilliyə yetişmək yoludur.
Sofilər,
etik baxışlarla bərabər, estetik baxışları da hər şeydən üstün tutur, gözəlliyi
Allahın adlarından biri hesab edirlər. Allah hər şeyi gözəl yaratmışdır, deyirlər.
Sofi mütəsəvvüflər əsərlərində daima gözəlliyi tərənnüm etmişlər. Gözəllik anlayışı, tarixlə, mədəniyyətlə, məişətlə,
təbiətlə əlaqədər olan çox geniş bir anlayışdır. Gözəllik, insana mənəvi qida
verən, göz və könül oxşayan, bütün hiss orqanlarını sakitləşdirci təsir gücünə
malik olan ilahi bir qüvvənin hədiyyəsidir.
M.Həllacdan
başlamış, kamil sofilər, ilahi gözəlliyi yerdəki varlıqların vəhdətində
axtarmış, “Vəhdəti-Vücud” fəlsəfəsini insan faktorunda tapmışlar. Sofi, Allahın
ilahi zərrəciklərini gözəlin sifətində, gözündə, saçında görür. Onu özünə ilahi
məşuq seçir. O, gözəlin ilahi məhəbbətini müqəddəsləşdirir, qəlbindəki ilahi
eşqlə yanaşı qoyur. Məşuqun gözləri içərisində haqqa uçur, kamilləşir.
Sofilər
etikanı, bir əxlaqi norma kimi daima müdafiə edirlər, alicənablığı, insanpərvərliyi,
xeyirxahlığı, nəcibliyi, nəfslərinin aliliyi və s. baxımdan həmişə insanlar
arasında seçilmişlər. Etik davranış kimi, əxlaq kateqoriyası, sofilər arasında
çox məharətlə təbliğ edilir. Sofilərə görə, əxlaq o vaxt yüksək olur ki, insan
özündə olan heyvani hissiyyatları iradəsinə tabe edə bilir, o vaxt əxlaqlı olur
ki, o, insanlıq ləyaqətini qoruyan, şeytani hissiyyatları boğan bütün halları
özündə cəmləşdirə bilir, yüksək əxlaq normalarını özü üçün ülgü (etalon) hesab
edir.
Təsəvvüfdə
əxlaq aparıcı bir etik normadır. Əxlaq kateqoriyasında irsiyyətin böyük rolunun
olmasına baxmayaraq, xarici mühitin və tərbiyənin də rolu az deyildir.
Sofiliyin
son məqamı olan kamilliyin haqqa qovuşma məqamına gəldikdə isə, ona hər kəs
çata bilmir. Ona görə də, sofilər son nəfəslərinə qədər çalışırlar ki, haqqın dərgahına
qədəm qoysunlar. Sofilikdə ali məqama çatmağın bir yolu da, özünü tərbiyədir.
Özünü tərbiyənin iki əsas fəaliyyət yolu vardır: a) fiziki tərbiyə; b) mənəvi tərbiyə.
Fiziki
tərbiyədə salehlər, hərəkətsiz tərbiyəyə üstünlük verərək, ibadətlərini zikr ilə
keçirirlər. İdeyaca sofiliyə yaxın olan mistiklər və yoqlar da ibadətdə hərəkətsizliyə
üstünlük verirlər. Rindlər və başqa təriqət sofiləri isə hərəkətliliyə, çalmaq,
oynamaq, şeyr demək və s. hərəkətlərə üstünlük verirlər.
Mənəvi
tərbiyədə isə sofilər, mənəviyyatlarını saflaşdırmağı əsas götürürlər. Onlar, mənəviyyatı
çirkləndirən və Tanrının xoşuna gəlməyən kin, nifrət, yalan, dedi-qodu, şər, paxıllıq,
qeybət və s. hallardan uzaq olmağı qarşılarına məqsəd qoyurlar. Sofi, mənəvi tərbiyəsini
o qədər təmizləyir, saflaşdırır ki, nəhayət, mənəviyyatını “fənalığa” (özünün
unutqanlığa) qədər yüksəldir, cəzb olur, özünü və ətrafını unudur. Bu vaxt o,
haqqın dərgahında olur.
Sofi
məramlarından biri də, sağlamlığı qorumaqdır. Sağlam bədəndə sağlam da ruh
olar. Əgər bədən hər hansı bir hadisə nəticəsində sağlamlığını itirərək əziyyət
çəkirsə, o zaman ruh da əziyyət çəkər və ilahi borcunu yerinə yetirə bilməz.
İlahi kamilliyə çatmaq üçün, bədən və ruhun sağlamlığı əsas şərtlərdən biridir.
Bədənin və ruhun sağlamlığına riyaət edən, özünə qulluq etməklə bərabər,
Tanrıya qulluq etmiş olur.
Sağlamlığı
itirmək, tək ilahi ibadətdən uzaqlaşmaq deyil, haqdan verilən ömürü gödəltmək,
ölümü isə yaxınlaşdırmaq deməkdir. İlahi zərrəciyin beşiyi saydığımız ağlın fəaliyyətlərindən
biri də sağlamlığı qorumaqdır. Varlığın sonu yoxluq olduğu kimi, doğumun da
sonu ölümdür.
Zərurət
kateqoriyası olan ölüm, hamı üçün zəruridir. Ancaq, onun nə zaman baş verməsi həyatda
bizə rast gələn təsadüflərdən asılıdır. Allah insan hüceyrələrinin ölüm müddətini
kodlaşdıran zaman ona 100-150 il ömür vermişdir. Deməli, insanın ölümü 100 ildən
sonra zəruridir. Ondan tez baş verən ölümü zəruri ölüm saymaq düz fikir deyil.
Belə ölümə dədələr, “əcəlsiz ölüm” demişlər. Əcəlsiz ölüm isə, insanın yaşam tərzində
rast gəldiyi təsadüflərdə və ya etdiyi səhvlər nəticəsində baş verir. Rast gələn
təsadüflərin və səhvlərin qarşısını alan bir qüvvə varsa, o da ağıl və ağlın məhsulları
olan yaddaş, təfəkkür, məntiq, hadisəni təhlil etmək qabiliyyəti və iradə möhkəmliyidir.
Ağıl elə bir varlıqdır ki, o çoxaldıqca,
öz qiymətini zənginləşdirir, sahibinin nüfuzunu yüksəldir. Ağılın
qaynağı olan sultani ruhun amalı da, nəfsi cilovda saxlayaraq, onu gözəl əməllərə
yönəltməkdir. Nəfs isə, elə bir mənəvi varlıqdır ki, daima tərbiyəyə ehtiyacı
var. Nəfs, gözəl tərbiyə olunduqda, insanlığa qulluq edir. Cəmiyyətin
qazancına, xeyrinə tərbiyə olunmadıqda isə, pisliyə qulluq edir.
Şəxsiyyətin
cəmiyyətdəki rolunu, onun gələcək kariyerasını bir mənalı olaraq, qabaqcadan müəyyənləşdirmək
heç cür mümkün deyil. Adamın şəxsiyyəti, ilahi zərrəciyin (genin) nəzarəti əsasında
uşaqlıq, yeniyetməlik zamanı, formalaşır.
Elm,
insanda 300-ə qədər genetik qabiliyyətli hüceyrələrinin olmasını kəşf etmişdir.
Bu genetik qabiliyyətlərin hər biri, müəyyən mənada, şəxsiyyətin
formalaşmasında iştirak edir. Ancaq bu qabiliyyətin üzə çıxması üçün, cəmiyyətdə
olan ətraf mühitin, tərbiyənin çox böyük təsiri olur.
İrsi
(genetik) qanuna görə, bir yumurtadan ayrılan əkiz uşaqlarda xarici görünüşlərin
oxşarlığı kimi, mənəvi aləmləri də oxşar olmalıdır. Ancaq bu uşaqlar,
başqa-başqa mühitə düşdükləri və başqa tərbiyə aldıqları üçün, mənəvi aləmləri
tamamilə müxtəlif olur. Biri alim, dövlət başçısı, xeyirxah şəxs olduğu halda,
digəri isə, onun tam tərsi olaraq, cəmiyyətin tam yaramaz şəxsiyyətinə çevrilə
bilir. Demək, adamın yetişdiyi mühit, heç də ilahi qüvvədən geri qalmır.
Bu
baxımdan, onu qeyd etmək lazımdır ki, şəxsiyyətin yetişməsi üçün, onun uşaqlıq
və yeniyetməlik tərbiyısi azlıq təşkil edir, bunun üçün həm də yetkin irsiyyət,
(ata, ana geni) cəmiyyətdə olan mühit və ailə tərbiyəsi ən vacib yollardan
biridir. Cəmiyyətdə olan sosial mühit, insanın psixoloji durumuna çox böyük təsir
edir və nəticədə sosial psixoloji səviyyədə şəxsiyyət yetişir.
Şəxsiyyətdən
söhbət gedən zaman, şəxsin təkcə fiziki varlığı deyil, eyni zamanda
intellektual, psixoloji və individiual varlıqlarının toplumu da yada düşür.
Şəxsiyyətin
şəxsi məni, mənliyi bir varlıq kimi cəmiyyətdə yetkinləşir. Uşağın və ya
yeniyetmənin, şəxsi məninin yetkinləşməsində, əmr formalı emosional tərbiyələr,
heç bir vaxt yaxşı nəticə vermir. Uşaqda emosiyonal gərginlikləri yaratmaq,
uşağın mənəvi mənliyini yüksəltmək əvəzinə, əksinə olaraq, alçaldır ona görə
ki, uşaqda olan pisxoloji hissiyatın müsbət emosiyonal tərbiyəyə, yetkinlikdə
olan sinir sisteminin müsbət enerjiyə, onun sevilməsinə ehtiyac var. Uşaq bu
enerjini xüsusilə ata-anadan alır. Gəncin, ailədə və cəmiyyətdə aldığı tərbiyədən
asılı olaraq, onun “özünü tənqid məni” tərbiyələnir və yetkinləşir. Şəxsiyyətdə
olan şəxsi mənin zənginləşməsində, dini tərbiyənin və içtimai qınağın da köməyi
vacibdir. Zamanın və içtimai qınağın təsiri ilə əlaqədar, psixoloji dəyişiliklərin sayəsində davranışlarda da dəyişiliklər
gedir. Bu davranışlarla, hərəkətlərlə əlaqədar, insanın fizioloji durumlarında
da dəyişiliklər gedir. Onlarda subyektiv dəyişiliklərlə bərabər, bədəndə də dəyişiliklər
gedir. Tanrının adama bəxş etdiyi gözəllik rəmzi olan yeddi qızıl xətlərdə də,
fizioloji dəyişiliklər yaranır. Nəticədə, bədənin fizioloji quruluşlarında
pataloji dəyişikliklər baş verir. Kişilərin xarici görünüşü qadın, qadınların
xarici görünüşü isə kişi forması alır. Şəxsiyyət, mənəvi formada itdiyi kimi,
maddi-fizioloji formada da itir.
Elm,
ağlın bir çox möcüzələrinin təhlilini, bu gün izah etməkdə acizdir. Məsələn,
beynin funksiyası olan yaddaşın, idrakın, təfəkkürün və s. olacaq hadisələrin
qabaqcadan tuşda (yuxuda) görünməsi hallarının baş vermə mexanizminin izahı,
müxtəlif versiyalar olsa da, tam aydınlığı ilə elmə məlum deyil. Elə bu səbəbdən
də, gənclərimiz arasında mövhumata meyllilik artır.
Ulu
Tanrı, o qədər böyük və bəşəridir ki, onu insan zəkası fiziki varlıq kimi nə
görə bilər, nə də duyğuları vasitəsilə duya bilər. Biz, ancaq onu inamla qəbul
edə bilirik. Doğrudur, ibtidai insanlar yerdə yaradılan bütləri inkar edərək,
günəşi Allah kimi qəbul etmişlər. Bir neçə son peyğəmbərlər isə günəşi də
Allahın yaratdığı möcüzələrdən biri hesab etmişlər. Onu qeyd etmək olar ki, günəş
bütün varlıqların yaradılmasında, onların mövcudluğunda və rəngarəngliyində,
Allahla yer arasında vəhdət yaratmış, bütün inkişaf mərhələlərində, sözün əsl mənasında,
dirijorluq etmişdir.
Renasans
(oyanış) dövrünə qədər elmdə, kainatın mərkəzi (geosentrik) yer sayılırdı.
Sonralar isə, kainatın mərkəzinin (heliosentrik) günəş olması qəbul edildi. Bu
gün elm, kainatda bir neçə günəşin mövcudluğunu təsdiqləmişdir. Demək, günəş də
kainatın mərkəzi deyil. Belə olan halda, kainatın mərkəzində onu tənzimləyən
Allahın olmasını qəbul etmək məcburiyyətindəyik.
Bütün
canlı varlıqlarda az və ya çox dərəcədə iradə mövcuddur. Ancaq elə bir hallar və
ya cansız varlıqlar var ki, onlar iradəyə və dərketməyə tabe olmadan mövcuddur.
O, iradəyə tabe olmadığı üçün, şüura da tabe olmur. O, şüurdan kənarda varlığa
tabe halda, öz varlığını yaşadır. Bu varlıq, bizim enerji kimi qəbul etdiyimiz
Tanrıdır.
Kainatı
biri-biri ilə bağlayan, onu yaşadan qüvvə, əgər biz düşündüyümüz kimi
enerjidirsə, bu, elə bir enerji toplusunun vəhdətidir ki, o, çox dəqiq və
şüurlu halda kainatı tənzimləyir. Bu tənzimləyici qüvvə isə, Tanrıdır.
Kainatda
və cəmiyyətdə bizdən asılı olmayan zərurətlərin yaradıcısı olan varlıq
Tanrıdır, o, zəruridir. Hər bir varlığın mövcudluğu üçün onun ilk səbəbi
olmalıdır. Bu varlıqların ilk səbəbi isə Tanrıdır.
Kainat
elə bir nizamlanmış layihə üzərində dövr edir ki, kainatda o qədər sirli
varlıqlar yaranmış və yaranır ki, o sirli varlıqların yaranma səbəbi dərk edilmir.
Bu böyük sirr və səbəblərin sahibi Tanrıdır.
Bütün
dinlər birmənalı qəbul etmişlər ki, Tanrı, öz nurundan insana bəxş etmişdir və
insanda Tanrı zərrəciyi yaşayır. Belə olan halda, Tanrı enerji olduğu üçün, nur
da enerjidir. Nur, enerji olduğu halda, insana zərrəcik halında verilən ruh da
enerjidir. Bu enerjinin mənbəyi olan beyində olan ağıl da həmin nurun,
enerjinin məhsuludur. İnsanın fəaliyyətini tənzimləyən ağıl, eyni zamanda ilahi
ruhun fəaliyyət mənbəyidir. Fəaliyyət mənbəyi olan ağıl daima rəhmani, ilahi fəaliyyətlərə
üstünlük verə bilər ki, kamilləşsin. Əgər heyvani və şeytani hisslər ağlı fəaliyyətlərə
qalib gələrsə, o zaman ruha da qalib gəlmiş olur. Belə olan hallarda, şeytani
hisslər ruhu çirkləndirir. Çirklənmiş ruh olan yerdə, kamillikdən söhbət gedə
bilməz.
İnsanların
dünyagörüşü inkişaf etdikcə, müdrik ideyalar yarandıqca, bəşəriyyətin
inkişafına təkan verən siyasət də inkişaf etməyə başlayır. Beləliklə, yeni-yeni
ideyalar yaradan müdriklər sofos (hikmət) elmi ilə yanaşı, politikos (siyasət)
elmini də inkişaf etdirmişlər. Bununla, din siyasiləşməyə başlamış, politeist,
dualist, monomenist, ateist dünyagörüşləri yaranmışdır ki, bu dünyagörüşləri
sayəsində yaranan siyasi çəkişmələr, bir çox mərhələli inkişafla bərabər, faciələrə
də səbəb olmuşdur.
Çox
zaman allahların varlığı, yoxluğu haqqında yaranan siyasi çəkişmələr, bir çox
qırğınlara, insanlığa zidd olan bir çox faciələrə səbəb olmuşdur. Dünyaya
ağalıq etmək istəyən hökmranlar, ən qədim zamanlardan bu günə qədər, insanların
zəif və kövrək baxışları olan fərqli dini dünyagörüşündən öz mənafeləri naminə
istifadə etmişlər.
Sovetlər
zamanında sofiliyin bütün təriqətləri qadağan edilmişdir. Sofilik və onunla
bağlı olan bir sıra cərəyanların mahiyyəti çox vaxt düzgün izah edilməmişdir. Ümumiyyətlə,
sofilik təriqətləri siyasətdə mürtəce cərəyan kimi qəbul edildiyi halda, onun nəzəriyyəçiləri
böyük mütəfəkkir kimi qəbul edilmişlər. Hürufilik mürtəce təlim hesab edildiyi
halda, Nəimi, Nəsimi mütərəqqi filosof, nəqşibəndilik təlimi mürtəce hesab
edildiyi halda, onun nəzəriyyəçiləri Əbdürrəhman Came, Əlişir Nəvai mütərəqqi
dünyagörüşü olan alim-şair hesab edilmişlər.
Sofilər
həmişə xalq arasında olmuş, xalqın dar günündə onların mənəvi dayaqlarına
çevrilmişlər. Ölkənin işğalı zamanı, işğalçı hakimiyyətin zülmləri artdığı
vaxtlarda, sofilər bir aparıcı qüvvə kimi iştirak etmişlər. Əmin-amanlıq vaxtı
ibadətlə məşğul olan sofilər, ölkədə baş verən işğalçılıq, haqsızlıq, ədalətsizlik
zamanı zülmə qarşı üsyankar olmuşlar.
Tarixi
mənbələrdən görünür ki, sofilər Əmir Teymurun zülmü zamanı işğala qarşı,
xaçlıların Türkiyə üzərinə yürüşü zamanı xaçlılara qarşı, Rusiyanın Qafqazı
işğalı zamanı ruslara qarşı vahid təşkilatda birləşərək mübarizə aparmışlar.
Sofilər ruslara qarşı mübarizədə “Nəqşibəndi” qardaşlıq cəmiyyətində birləşmişlər.
Muridizm hərəkatının başçısı Şeyx Şamil Çar Rusiyasına qarşı “Azadlıq hərəkatı”nın
başında durmuşdur. Böyük Sofi Mir Həmzə Seyid Nigari Dağıstan azadlıq hərəkatının
başcısı şeyx Şamilə maddi və mənəvi yardımlar etmişdir. Sofi hərəkatının
qadağan olunması haqqında Rus çarı fərman imzalamış və Mir Həmzə həbs
edilmişdir.
Çar
Rusiyası sünni-şiə məzhəblərindən istifadə edərək, Azərbaycanda qardaş qırğını
üçün plan hazırlamışdır. Bu məkrli siyasəti başa düşən sünni məzhəbinin başçısı
Hacı Mahmud Əfəndi ilə şiə məzhəbinin başçısı Seyid Yasin “Nəqşibəndi” təriqəti
altında birləşmiş və bu qırğının qarşısını ala bilmişlər. Bir qardaşlıq rəmzi
kimi, Hacı Mahmud əfəndi və Seyid Yəhya,
Hacı Mahmud əfəndinin türbəsində yanaşı dəfn edilmişlər.
İnsan
beyni o qədər zəngin, müxtəlif ölçülü informasiyaların qəbuluna və ötürücülüyünə
malikdir ki, elmin kəşf etdiyi elektron beynin o səviyyəyə çatmasına bəlkə bir
çox illər lazım gələcəkdir. Əgər belə bir elektron beynə malik maşın yaransa
belə, o heç bir vaxt adamın beynini tam mənası ilə əvəz edə bilməz. Çünki,
elmin yaratdığı elektron beyinli maşının şəxsi məni, mənliyi heç bir vaxt
olmayacaqdır. O, yalnız adamlar tərəfindən ona verilən operativ informasiyaları
yerinə yetirmə qabiliyyətinə malik olacaqdır.
Beynin
elektron yaddaşı (B.E.Y) bu gün elmdə
bir termin kimi işlənir. Bu termin vasitəsi ilə, insan beynində yaddaşın yenidən
canlanma yolu izah edilir. Bu ideyanı, XIX əsrdə İ.P. Pavlov olduğu kimi söyləmiş
və mexanizmini izah etmişdir. Ancaq o, elektron yaddaş əvəzinə qaranlıqda yanan
çıra adlandırmışdır. Sonralar bu fikiri Monreal nevroloji universitetinin
direktoru doktor Uanlıder Penfild tərəfindən beynin avtomatik mərkəzlərinin beyin
qabığında yerləşdiyi, yaddaşların orada, plyonka yazıları kimi həkk olunduqlarını
təsdiqlənmişdir. Doktor Penfild, əməliyyat zamanı xəstənin beyin qabığına
penset vasitəsi ilə toxunur. Həmin anda xəstənin kiçik uşaqlıq zamanında baş
vermiş, ancaq çoxdan unudulmuş hadisələri yenidən canlanır.
Başqa
bir xəstədə doktor Penfild, beyin qabığına toxunan zaman xəstə keçmiş hadisəni
nəinki yada salır, hadisə həmin anda yenidən baş vermiş kimi görünür. Elə bil
çoxdan yazılmış disk yenidən videoya qoyulub oxunur. Beləliklə, elm isbat etdi
ki, Pavlovun fərziyə kimi dediyi bütün hadisələr beyin qabığına həkk olunur və
vaxtaşırı yuxuda elektron dalğalar vasitəsi ilə işıqlandırılır. Demək,
beyin qabığında həkk olunmuş bütün hadisələr
lazım olduqda, insan yaddaşına yenidən qayıdır. Tuş (yuxu)görmə hadisəsi də, həmin
mexanizm üzrə yaranır və bunu zaman yaradır. Bəs gələcəkdə olası hadisələr beyin qabığında
həkk olunmadığı halda, insan onu necə görür? Burada hansı sirri hislər iştirak
edir? Belə bir vəziyyəti aydınlaşdırmaq üçün istər-istəməz ilahi nurun
yaratdığı zərrəciklər vasitəsi ilə insanda olan ilahi ruhu qəbul etməyə məcburuq
və gələcək tuşların görülməsini onun vasitəsi ilə aydınlaşdırmaq mümkün olur.
Beyinin əvəzsiz varlıq olduğu bir də onuunlaaydınlaşır ki, beyin gövdənin
yalnız 3-4%-i olduğu halda, bütün gövdə enerjisinin 28-30%-ni beyin işlədir.
Yaşadığım
və şəxsən şahidi olduğum bəzi hadisələri yada salıb səbəbini aydınlaşdırmağa
çalışaq.
1948-49-cu
illərdə hələ telefonun və başqa elektron əlaqə vasitələrinin olmadığı vaxtlarda,
kənddə yaşayan bir qızın, nişanlısının Bakıdan gəlişini hər dəfə yuxusunda
kiminsə xəbər verməsi özü bir müəmma deyildimi? Həmin qızın çox hadisələri öncədən tuşunda (yuxusunda) görməsi bir sirr idi. 1951
ci ildə həmin qız ailə qurub artıq Bakıda yaşayırdı. Bir səhər yuxudan qalxıb
yoldaşına onun anasını yuxuda gördüyünü və əlimdən tutaraq,“oğlumun əlini buraxma, mən
gedirəm” deyə yalvarmasını danışdı. Kəndə məktub yazıb, hal-əhval soruşduqda, cavab
alındı ki, ana, həmən yuxu gorülən anlarda dünyasını dəyişibdir.
1980-ci ildə istirahətdə olan həmin qadın, gözlənilmədən
qapı dalında “ay ana” deyə oğlunun səsini eşidir. Tez qapıya sarı qaçır ki,
oğlunu qarşılasın, görür heç kim yoxdu, yola çıxır ki, hər yer sakitlikdi. Bir
azdan yenidən “vay ana” deyə oğlunun səsi
gəlir. Gözlənilməz səslərdən bərk qorxan ana, təcili Bakıya yola düşür. Qəzaya
düşmüş oğlunu xəstəxanada tapır. Sonradan məlum oldu ki, hadisə olan anda
oğlunun “ay ana” deməsi və təcili yardım işçiləri xərəyə qoyan zaman “vay ana”
dediyi səsləri 600 kilomter məsafədən anası eşitmişdir.
1995–ci
ildə yenə həmin ailədə gecə yuxudan oyanıb qadını oturan yerdə görən yoldaşı, nə
olduğunu soruşanda “yuxumda gördüm ki, dənizin üstü ilə bir qədər hündürdən bir
tabut mənə sarı gəlir. Yatan kimi bütün gecəni dənizin üstüylə gələn tabutu görürəm
ona görə də yatmağa qorxuram” deyə cavab verib.Səhəri gün Bakıdan xəbər gəldi
ki, ona çox doğma olan bir adam, İstanbulda vəfat edib və bu gecə tabutu
İsanbuldan Bakıya gətiriblər.
2006-cı
il iyirmi bir aprel gecəsi, ana bərk çığıraraq yuxudan oyanır. Səsinə oyanan yoldaşı soruşanda nə olub, dedi ki, “qaynatam
üstümə gəlib sağ çiynimə bərk bir əsa vurdu, ağrıdan çığırıb oyandım”. Tuşda
(yuxuda) vurulan əsanın ağrısından bütün
günü qadın çiynində hiss edib. Günortadan sonra Bakıda oğlu dünyasını dəyişdiyini
eşidib. Həmin anda da anadakı ağrı yox oldu.
Yuxarıda
söylənilən tuş vasitəsi ilə qabaqçadan verilən xəbərlərin möcüzəsinin izahı bir
sirr olaraq qalır. Elm, hələ bu sirli möcüzələrə cavab tapmaqda acizdir. Din isə ruhun varlığını və bu ruhların ilahi
enerji vasitəsi ilə tuşda görüşmələrindən yarandığını izah edir.
Bütün
son ədəbiyyatlarda, eləcə də dilimizdə, dədə-babalardan tuş dediyimiz söz yuxu görmə ilə əvəz olunmuş,
“tuş” sözü isə artıq unudulmuşdur. Onu qeyd etmək lazımdır ki, yuxu, bütün
canlıların yaşaması üçün vacib olan bir fizioloji haldır və beynin fizioloji
funksiyasıdır. Bu fizioloji funksiya, heç vaxt görünə bilməz. Ona görə də “yuxu
görmə” sözü səhv bir anlayışdır. Həyata göz açan gündən, ölənə qədər adam nə ilə
rastlaşırsa, nə edirsə, hamısı beyin qabığında iz buraxır. Yatan zaman, mürgü
vaxtı beyin qabığında tormozlanma gedən zaman, tuş görmələr yaranır. Yuxu dərinləşdikcə
tuş görmə yox olur. Eyni mürgüləmə halı, bir də oyanma zamanı baş verir. Oyanma
zamanı, baş verən tuşlar yadda qalır. Çox zaman, gündüzlər xəyalda yaranan arzu
və fantaziyalar tuşda yenidən canlanır və görünür.
Gerçək tuş olurmu?
İlahi zərrəciyin məhsulu olan sultani ruh, adam yatan zaman daima oyaq olur.
Xaricdən heç bir informasiya almadığı üçün o, çox həssas qüvvəyə malik olur.
Belə halda, hər hansı başqa ruhlardan yaranan informasiyaları asanlıqla qəbul
edir və özü də daima informasiya göndərə bilir. Beləliklə, hər hansı bir məsafədən
göndərilən ruhi informasiyaların birləşməsi yaranır. Və nəticədə gerçək tuş
doğru olur.
İndiyə qədər mütəsəvvüflər təsəvvüflə bağlı
bir çox müxtəlif biçimdə əsərlər yaratmışlar. Yazılan təsəvvüf əsərləri, özünün
humanis ideyalalrı ilə cəmiyyətin bütün təbəqələrinə xitab etmiş, könüllərə
ülvü yol açmış, gözəl əxlaqi keyfiyətlərlə uca zirvələrə yüksələn möminlərə
insanlıq, təvazökarlıq duyğusu aşılamış, möminləri təkəbbürlük, özünü bəyənmək
kimi mənfi duyğulardan qorumuşdur.
Bu gün isə, bütün bəşəriyyət böyük
rahatsızlıqlar, həyəcanlar və qorxular içərisindədir. Elmi texnikanın inkşafı, kəşflərin
və ixtiraların sürətlənməsi, insanların, xüsusi ilə də gənclərin intellektual səviyyələrinin
artmasına zəmin yaratmışdır. Bu intellektual inkşaf, sürətlənmələr, dində olan
bəzi qaranlıq məqamlara işıq salır, miflərin,
mövhumatların, əfsanələrin dində yer aldığını duyan gənclər, dində boşluqların
olduğunu görür və dinə biganə yanaşırlar. Dinin təmiz, saf varlığını mifin,
mövhumatın, əfsanənin dindən ayrı bir xəyali ideyalar olduğunu gənclərə
aşılamaq Vacibul-Vücud dünyagörüşünün, Vəhdəti-Vücud dünyagörüşündən fərqli bir
baxış olduğunu anlatmaq üçün təsəvvüf elminin öyrənilməsi və qavranılması zəruridir.
Ümumiyyətlə
xoşbəxtlik anlayışı cox müxtəlif qollu, müxtəlif səmtli anlayışdır. Hərə xoşbəxtliyi
bir şeydə görür. Kimi xoşbəxtliyini sağlamlıqda görür. Yoxsullar- var -dövlətdə, ad-şan hərisləri - şöhrətdə, acgözlər - eyş -işrətdə, ehtiras sahibləri - şəhvətdə,
zalımlar - fağır üzərində hökmdə, ilham sahibləri - vüsal və məhəbbətdə,
evcanlılar - ailədaxili şirinliklərdə, elmə hərislər- elm və mədəniyyətdə və s.
görürlər. Ancaq onu bildirmək lazımdır ki, bütün xoşbəxtliyin mənbəyi mənəviyyatı
ödəyə biləcək qədər maddi durumun varlığında və kamilliyin sıx vəhdətindədir.
Bunu da Vəhdəti - Vücud dunyagörüşü sayəsində qazanmaq olar. Unutmaq olmaz ki,
maddi durum mənəviyyatdan artıq olarsa, belə xoşbəxtlik yalançı olur. Əslində o
maddi varlıq onu son halda uçuruma aparır. Ancaq mənəviyyatı yüksək olan şəxs
maddi varlıqları tənzimləmək qabiliyyətinə malikdir. İstənilən var- dövləti tənzimləyir,
eyni zamanda da xeyirxah adam adını qazanır. Kim olursa- olsun, hansı dinə
qulluq edirsə etsin, əgər onda insanlıq duyğusu, haqqa inam və əməlində
xeyirxahlıq varsa, o şəxsiyyətin heyvani hissləri, vəhşilik duyğuları daima
ağıl zəncirinə bağlı olur. Onda haqqı dərk etmək meylindən başqa heç bir arzu və
dilək olmur. Bu yol Tanrının ən yüksək yolu və ən yüksək fəzilət dərəcəsidir.
Belə insan Tanrıya yaxın olan şəxs kimi haqq yolunda xeyir əməl gördükdə
Tanrıdan heç bir savab və fəzilət gözləmir. Belə şəxslər cəmiyyətin ən xoşbəxt
adamı sayılır.
Kliniki ölüm
zamanı ruhun varlığı.
Ölüm nədir? Ölüm elə bir olağandışı
(fenomen) ,elə bir hadisədir ki, o bir canlı
varlıq kimi bütünlüklə həyat fəaliyətindən
dayanır. Parçalanma, çürümə prosesi nəticəsində bir varlıq kimi mövcudluğunu
yox edir. Elə ona görə də bütün canlı varlıqlar ölümdən qorxurlar. Hələ ən qədimlərdən
ibtidai insanlara ruhun varlığı məlum
idi. Biz bu gün qədim kurqanlarda bu
dini dünyagörüşün izlərini görürük. Meyidlərin yanlarında qab-qacaqların
,gül-çiçəklərin tapılması ruhla əlaqəli dini şüurun formalaşmasından xəbər
verir.
Bəzi ədəbiyyatlarda müqaisəli
halda ölümü yuxuya bənzədirlər. Yuxuda da insan fəaliyyətinin dayanmasını qeyd
edirlər. Bəzəndə ölümü unutqanlığa bənzədirlər. Onu qeyd etmək lazımdır ki,
ölümü nə yuxuya nədə unutqanlığa bənzətmək olmaz. Bu bənzətmə yalnız məcazi mənada
ola bilər.Çünkü ölüm özündən başqa heç nəyə bənzəməz. O, gedər gəlməz, əbədi
yoxluq yoludur.
Bəs irah (ruh) deyilən bir varlıq varmı.Varsa o harada yerləşir və
necədir? Dünyada bilincli varlıqlar
yarandığı gündən, bu günə dək bilim dünyası irahın varlığı haqqında iki lagerə
bölünmüşlər. Kimisi irahın varlığını alımlayır, kimisi isə onun varlığını
alımlamır. Hələ ən əski dönəmlərdən irahın varlığı carpışma (müzakirə) qaynağı
olmuşdur. E.ö yaşamış bilim adamlarından Aristotelin öyrənci Stration irahın
(ruhun) gövdədən ayrı yaşaya bilmədiyini, gövdə öldekdə irahın da öldüyünü
deyir Epikur vəLukrtsi hər ikisi irahın varlığını alımlasalar da onun
ölümsüzlüyünü danarak, irah gövdə ilə birlikdə ölür demişlər. E.ö. IV-yüzillikdə
yaşayan bilgin Teofrastus tək adamların yox bitgilərin də irahlarının olduğunu
demiş və sözünü 500 çeşit bitgilər üzərində sınakdan keçirmişdir.
Ilahiyatçılar irahı (ruhu) gövdədən asılı
olmayan tanrı dənəciyi sayırlar. Gövdənin irahın qazamatı olduğunu bildirirlər.
Mənim düşüncəmə görə onlar yanılırlar. Gövdədə tanrının yaratdığı varlıqdır.
Gövdə və onun ürünü us(ağıl) olmasa irahın varlığı bilinməz və tanınmaz.Odur
ki, gövdə irahın kazamatı yox, yurdudur. Bütün dinlər eyni anlam olaraq
bildirirlər ki, İrah (ruh) ürəkdə yerləşir. Yalnız tanrıçılıq dini İrahın qanda
yerləşdiyini deyir və o üzdən də qanı kutsal varlıq bilir.
Bilim acununda (dünyasında) isə bir çox çeşitli görüş bucağının olduğunu
görürük. Bir para bilginlər irahın beyində, kimisi, ürəkdə, kimisi qanda,
kimisi də spermada yerləşdiyini (pr. İosif Xersonskiy) deyirlər və hər biri
uyğun tutamalar gətirərək kəsinləməyə çalışırlar.
Kliniki ölüm nədir? Elmi təbabətdə ölüm iki dərəcəyə ayrılır. 1. Kliniki ölüm 2. Bioloji
ölüm. Klinki ölüm zamanı adamda somut (obyektiv) və soyut (subyektiv) nişanələr olan solux (tənəffüs), nəbz, gözdə
və başqa üyələrdə olan təpgilər (reaksiylar) təmiz itir. Qan basqısı (təziqi)
sıfıradək enir. Ancaq fizioloji olaraq duyulmaz dərəcədə gövdə öz çalışqanlığını yaşadır. Orqanizmin fəaliyyəti
o dərəcədə zəyif olur ki, ətrafdakilər
onu hiss edə bilmirlər. Belə olan halda onu ölmüş hesab edirlər. Keçmişdə belə halların səhvən ölmüş kimi basdırıldığı haqqında məlumatlar çoxdur.
Qeyd: 1969 –cu ildə neftçilər xəstəxanasında növbətçi
idim .Yanıma iki nəfər xəstə gəlib xahiş
elədilər ki, onalrın başqa palatada yatmalarına icazə verim.Onlardan səbəbini
soruşduqda bildirdilər ki, yanlarında yatan xəstə yuxuya gedən kimi çox hündür
səslə sayıqlayır bizdə çox zaman səhərə
qədər oyaq qalırıq. İndi o səbəbdəndə sizə xahişə gəlmişik. Məndə onlara
bildirdimki iki nəfəri dəyişməkdənsə bir nəfərin yerini dəyişərəm. Onları yola
salıb həmin xəstəni çağırtdırdım. Xəstə ilə söhbət zamanı ondan sayaqlamasının
səbəbini soruşdum. Xəstə öz sərgüzəştini belə nəql elədi: “Təxminən 10-12
yaşında olardım sovet hökumətinin yeni gələn vaxtları idi.Çox ağır xəstə
olmuşam üstümdə ağlaşırdılar. Qulağıma qarma-qarışıq səslər gəlirdi gördüm yanımdakı
adamlar tərsinə evin tavanında otururlar, evdəkilər hamı elə bil göydə
uçurlar.Sonra huşumu itirirəm heç nə bilmirəm. Birdə onu hiss elədim ki, məni
kimsə sıxır istədim qolumu qaldıram bacarmadım. Gördüm qollrım bağlıdı ana deyə
çığırmağa başladım gücüm çatan qədər qışqırırdım. Qulağıma qarışıq səslər gəlirdi,səs-küy
get-gedə aydınlaşırdı. Birdə üstümə soyuq su töküldü,mən yenə də huşumu
itirdim. Birdə o vaxt ayıldım ki,üzümü açdılar gördüm kəfəndəyəm. Məni bir at
arabasına qoyub xəstəxanaya gətirdilər o, gündən də mən yuxuda sayaqlayıram.
Müasir zamanımızda təbabətin
inkişfı ilə əlaqədar çoxdandır ki kliniki ölüm halında olan xəstələr
bastırılmır. Tibb elimində reanimasiyanın
inkişafı bir çox xəstələri kliniki ölümdən geri həyta qaytarır. Bu gün
elmdə bir çox mübahisələrə səbəb olan Ruhun görünməsi də həmin xəstələrdə baş
verir.
Kliniki ölümdən sonra həyata qayıdan bəzi xəstələrdən
alınan bir neçə müsahibəni qeyd etmək yerinə düşər.
II dünya müharibəsinin ön cəbhəsində ölüm-dirim savaşının qızğın
çağında həkim Əlinin yanına mərmi düşür. Bu halı o belə nəql edir.
Həkim Əlinin dedikləri: “Eləki mərmi yanıma düşdü, mən gördüm
göydəyəm. Göydən yerə para-para olmuş cəmdəkləri, çabalayaraq can verən
insanları, özümün yerdə başımdan necə qan axdığını görürdüm. Mənə elə gəlirdi
ki, yarım saatdır göydə durub yeri seyr eliyirəm. Heç bir ağrı hiss eləmirdim.
Birdə gözümü açdım ki, hərbi xəstəxanadayam. Altı ay müalicədən sonra birinci
qrup əlil kimi hərbidən təsis oldum.”
Əlbətdə insan göydə yarım saat dura bilməz. Mərminin onu göyə
qaldırdığı an ən çoxu ola bir saniyə ola bilər. Ona elə gəlirdi ki, yarım saat
göydə qalıb.
Zahı qadının dedikləri:
“Doğuşum çox ağır keçdi. Güclü qanaxma
başlamışdı. Həkimlər həyəcan içində idi. Tədricən hiss elədim ki, qulaqlarımda
səs əmələ gəlir. Ətrafım qaranlıqlaşır, gözümün qabağında qara ləkələr əmələ gəlir.
Bu qara ləkələr tədricən ağ parlaq rəngli alov topalarına çevrildi. Ancaq
huşumu itirməmişdim. Həkimlərin bütün hərəkətlərini, danışıqlarını eşidirdim. Həkimlər
ölür deyə bir-birinə müraciət etdilər. İstəyirdimdi ki, deyim mən ölməmişəm,
ancaq danışa bilmirdim. Ətrafımdakı tibb işçiləri gözümün önündə olan ağ
topaları yara-yara sağa-sola gedirdilər. Həkimlərdə, məndə hamımız havada
uçurduq. Qulağımın dibində ağ topadan pıçıltı səsi gəlirdi ki, qorxma ölməyəcəksən.
Mən sənə kömək edəcəyəm deyirdi. Bir azdan yavaş-yavaş özümə gəldim. Özümə gələndə
gördüm ki, hər iki qolumda birində qan digərində məhlul sistem asılıdı.
Xəstə M. M. Dedikləri:
“Soyuq dəymədən yatırdım. Deyirdilər sətəlcəm
olmuşan. Qızdırmam qırx dərəcədən aşağı enmirdi. Tədricən nəfəs almağım çətinləşdi,
gözüm qaraldı, huşumu itirdim. Yanıma bir qoca kişi gəldi, əlimdən tutdu və
dedi ki, gəl ananın yanına aparım. Dar bir yolnan getdik və qabağımıza bir gözəl
çəmənlik rast gəldi. Yaşıl çəmənliyin üstdə kişi oturdu və, mənə dedi ki, bura
sənin qəbirindir. Kişi mənə otur dedi. Birdə gördüm ki, anam uzaqdan çığıraraq
deyir ki, oturma. Mən anamı görüb oturmadım. Anam gəldi mənim əlimdən tutub çəkdi.
Anam bir tərəfə, qoca kişi isə bir tərəfə çəkirdi. Əlim qoca kişinin əlindən
çıxdı. Əlim çıxan kimi anam kürəyimdən itələyib dedi ki, qaç. Mən qaçmağa
başladım və bu anda da oyandım. Gördüm ki, ətrafımda həkimlər gəzişir. Ağzımda
nəfəs alma aparatı. Özümə gəlib boylandım ki, mən xəstəxanadayam. Bir qədər
müalicədən sonra sağalıb evə gəldim.”
Xəstə N. O.-nun söhbəti:
“Qripdən xəstə yatırdım. Qızdırmam yüksək idi. Gördüm vəziyyətim
pisləşir yoldaşıma dedim ki, həkim çağır. Təcili həkimlər gəlir ancaq mən o
vaxt huşsuz oluram. Huşumu itirəndən sonra gördüm ki, mən çoxlu ağ pambıqların
üstü ilə gedirəm. By yol getdikcə dar bir tunelə çıxdı. Tunelnən gedirdim ki,
qabaöıma bir cüt qəşəng bəzəkli küçük çıxdı. Küçüklər adam kimi danışmağa
başladılar. Küçükləri görəndə mən çox sevindim, az qalırdım ki, qucağıma alım.
Onlar dedilər ki, burdan o yana sənə yol yoxdu sən geri qayıt. Mən gördüm ki,
tunelin ucundan işıq gəlir. Onlara xaiş elədim ki, buraxın gedim orda dincəlim.
Onlar adam kimi iki ayağının üstünə qalxdılar və döşümdən itələdilər ki, yox səni
buraxmayacağıq. Döşümdən bərk itələdilər, mən arxası üstə yıxıldım. Bu an
ayıldım ki, həkimlər dörd yanımda məni müalicə edirlər. Həm nəfəs verirlər, həmdə
sistem qoyublar.”
Mən xəstədən soruşdum. Sənin ölən körpə uşaqların olub yoxsa
olmuyub. Xəstə cavab verdi ki, ölən uşaqlarım olmuyub ancaq iki dəfə abort elətdirmişəm.
A.M.-nin dediklərindən.
“Mən ruldan tutub, sürətlə
yolumnan gedirdim. Gözlənilmədən qarşıma maşın çıxdı. Hiss elədim ki, qəza edirəm.
Maşınların toqquşduğunu bildim.Bu an məndə həddən artıq bərk ağrı qalxdı və
tezdə yox oldu. Ondan sonra isə heçnə bilmirəm. Tək o yadımdadır ki, buludun
üstü ilə uçuram. Gördüm məni əlimdən tutub qurdalıyırlar. İstədim deyəm ki, mənə
toxunmuyun amma gördüm ki, deyə bilmirəm. Özümə gələndə gördüm ki, ətrafımdakılar
həkimdi. Mənə dedilər ki, sən iki gündü huşsuzsan.”
1960 illəri söhbətidir.
Mənim 15-16 yaşlarında bir qohumum ölmüşdü. Meyidi yumağa
çıxartdıq. Molla yumaq üçün soyunduranda gördüm ki, meyidin bədəni yumşaqdı və
hələ də soyumayıb. Məndə şübhə yarandı. Xəstəni geri qaytardım. Mənimlə mübahisə
elədilər ki, nə üçün qoymursan mən dedim ki, xəstədə hələ ölüm aləmətləri
yaranmayıb. Xəstəni evə gətirdik. Xəstəyə süni tənəffüs verdik, ürəyinə masaj
elədik. Tədricən xəstədə dirilik aləmətləri yarandı, xəstə kirpiklərini
oynatmağa başladı və nəfəs aldı. Xəstə həyata qayıtdı. Sonra mollanı yanıma
çağırıb bildirdim ki, xəstənin kürəyində
qara ləkələr əmələ gəlməmiş onu yuyub kəfənləmə. Həmin xəstə təxminən yetmiş
yaşınadək yaşadı.
Xoşqədəmin dirilməsi: Ortalama 1970 illərdə
Bakıda Xoşqədəm Quluyev adlı 9 yaşlı bir oğlan Trelebusun altında qalır. Həmin
uşağın 50 yaşlarında danışdığı söhbət. “Mən Trelebusun altında qalanda 10- 15
metr uzaqdan özümün təkərin altında qldığımı görürdüm. Bir adamın məni təkərin
altından çıxardıb maşına qoyduğunu, həkimlərin yanına apardığını, məni necə xəstəxanaya
qoyduqlarını, əməliyat olmağımı uzaqdan izləyirdim. Sonra bir ağ xalatlı kişi əlimdən
tutub məni bir tuneldən keçirib yaşıl çəmənliyə gətirdi. Ölmüş qohumlarım çəmənlikdə
otururdular. Onlar məni yanlarına çağırdılar. Yanımdakı ağsaç kişi məni onların
yanına getməyə qoymadı. Əlimdən tutub getdiyim cığırla məni geri qaytardı.
Əlimi buraxıb get dedi. Bundan sonra gözümü açıb ata-anamı bacılarımı yanımda
gördüm. Həmin olayları 50 yaşımda yenidən bir də keçirdim.
Ələddin haqda: Qardaşım Ələddin ağır xəstə idi. Artıq ölüm nişanələri görünürdü.
Evdə belə məsləhətləşdik ki, uzun müddətdir altmış ildir ki, Bakıda yaşayır. Ona
görə də Bakıda basdırmağı qərara aldıq. Bunu hiss eliyən Ələddin qızlarını
yanına çağırır və onlara vəsiət eləyir ki, məni kəndə aparıb anamın yanında dəfn
eləməsəniz mən sizə zəhmətimi hala etmirəm. Bunu biləndə mən bildirdim ki, onda
sağ ikən tez aparaq. Təəcili hazırlaşdıq
ancaq hələlik xəstənin vəziyyət qənəət bəxş idi, huşu özündə idir. Gecə ikən yola çıxdıq və xəstəni
Gürcüstana apardıq. Kəndə təxminən bir kilometr qalmış Ələddin dedi ki, baxın
odur təpənin döşündə atam, anam və oğlum durub məni gözləyirlər. Qızlar baxır
ancaq heçnə görmürlər. Və bu söhbətində üstünü vurmurlar. . Təpənin başında
saxla deyir, ancaq uşaqlar saxlamırlar. Çünki orda heç kəs yoxdur. Evə gəlir və
evdə 15-20 dəqiqədən sonra canını tapşırır.
İndi yuxarıda qeyd elədiyimiz xəstələrin danışıqlarını xatırlayaq
və bu hadisələrin baş vermə səbəbini anlamağa çalışaq. Kliniki ölüm halında
olan xəstələrin ayıldıqdan sonra yadlarında qalan maraqlı söhbətləri necə izah
etmək olar. Bu danılmaz hadisə olan olayları beyinin məhsulu kimimi başa düşmək
olar, yoxsa hər hansı bir olağanüstü (fövqəladi) varlığın-ruhun olması iləmi
izah etmək olar? Bu qaranlıq məqama işıq salmağa çalışaq.
Bir çox ədəbiyyatlarda bizə rast gəlir ki, kliniki ölüm zamanı
ruh xəstələrdən kənara çıxır. Son zamanlar təbabətin inkşafı ilə əlaqədar
reanimasiyadan sonra kliniki ölümdən
ayılan xəstələrin sayı qat-qat çoxalmışdır. Kliniki ölümdən qayıdanların
çoxunun söhbətləində gözə görünmələr, eşitmələr, qarabasmalar kimi hallar olur.
Xəstələr alov şəklində parlaq işıqlı qığılcımlarla, topalarla görüşürlər və
onlarla, söhbət eləyirlər. Bəzən düz, bəzən əyri, bəzən dar tunellərdən keçirlər,
bəzi xəstələr tuneli mağara adlandırır. Bəziləri özlərini qıraqda görür və öz cəsədlərini
seyr edirlər. Xəstələr ayıldıqdan sonra danışdıqları söhbətlər o qədər rəngarəngdir
ki, onu qələmə almaq da çətindir. Elə hallar da olur ki, kliniki ölüm olmadan xəstə
tam şüurlu olduğu halda gözə görünmələr olur. El arasında buna qarabasmalar
deyilir. Bu gözə görünmələr. Kliniki ölüm halında olan adamların söhbətlərinə
çox uyğun gəlir. Məsələn Xəstə M.M. müharibədə kantuziya alır və gözünün birini
də itirir. Uzun müddət müalicədən sonra xəstə həyata qayıdır. Birinci qrup əlil
kimi evinə göndərilir. Xəstə altmış yaşa kimi tam sağlam həyatda fəaliyət göstərir,
kənd soveti sədri olur, kolxoz sədri olur. Altmış yaşından sonra tədricən müxtəlif
gözə görünmələr baş verir. Müxtəlif cür heyvanlar, quşlar hətda bəzən ağacda təbiətdə
olduğu rənglərində, uzaqdan yeriyirlər. Çox zaman bu gözə gözünmələr camış,
öküz halında olur. Uzaqdan oynuya-oynuya gəlir, buna yaxınlaşdıqca kiçilir,
kiçilə-kiçilə gəlib gözünə girir və yox olur. Yaşı artıqca bu vəziyyət çoxalır.
Bir dəfə məcbur olur bu hadisəni evində söhbət edir. Və evdəkilər bunun dediklərini cinlə əlaqələndirərək evdə cin var
deyə bundan uzaqlaşırlar.Hətda vəziyyət o yerə çatırki dəlin evdən qaçmalı
olur. Vəziyyətin belə ağırlaşdığını görən M.M. dərdini mənə söylədi. Məndə onunla birlikdə evinə gedib ailəsini,
arvadını, gəlinini, uşaqlarını yığıb onları inandırmağa çalışdım ki, bunun
gözünə görünən adi qarabasmalardır. Müharibədə aldığı kantuziyanın nəticəsidir,
indi qocalıqla ilgili baş qaldırıbdır. Evinizdə heç bir cin yoxdur. Və onları
inandırdım ki, hadisə yalnız müharibədəki kantuziyanın səbəbidir. Və ailədə
rahatlıq başladı. Bundan sonra M.M. otuz il yaşadı.
Qırx illik həkimlik təcrübəmdə müxtəlfi təhsilli, müxtəlfi dilli,
müxtəlif dini mənsubiyətli millətlərdən olan bir çox xəstələrin kliniki ölümdən
qayıtdıqlarını gördüm. Bunların hamısında da təxminən bir-birinə oxşar söhbətlər
gedirdi. Hamısı topa-topa qığılcım, od görür, səs eşidir, tunel, mağara görür.
Bəzi xəstələr özünün keçirdiyi həyatı kino lenti kimi görür. Bununla belə qərara
gəlmək olar ki, klinki ölümdə baş verən hadisələr heç bir dini, irqi mənsubiyətlə
fərqlənmir.Bütün xallqlarda eyn kliniki əlamətlə baş verir.
Bu tansıklı (möcüzəli) olayları aydınlaşdırmaq üçün dinsizlərin,
dindarların və bilginlərin (Teistlərin, ateistlərin və alimlərin) düşüncələrinə
yanaşaq (müraciət edək). .
Sorğu:
Kliniki ölüm zamanı bəzi xəstələr işıq görürlər. Siz bu işığın görünməsinə necə baxırsınız?
Qarşılıq (Cavab):
Teist: Bütün dini kitablarda Allahın varlığı bir nur kimi verilir. Demək Allahın nuru da insana Allahın zərrəciyi kimi ötürülür. Nurun yerdə simvolu işıqdır.
Ölüm ayağında xəstələrin gördüyü onların gövdələrindən çıxan ruhlarıdır. Gövdə
ölümlə mübarizə aparır. Ona görə də ruh gah gövdədən kənara çıxır, gah da gövdəyə
qayıdır. Kənara çıxanda gövdə onu alov kimi görür. Əgər təmiz ölmüş olarsa onda
o ruhu görmüyəcək,ruh onun yanından uzaqlaşacaq,öz yurduna qayıdacaqdır. Nə qədər
ki, ruh yanındadır o ruhu görəcəkdir.
Ateist: İnsan orqanizması qan vasitəsi ilə
qidalanır. Əgər qanda artıqlıq və ya qatılılıq baş verərsə belə insanlar hərəkət
zamanı, qalxan,və oturan zamanı gözlərinin önündə qara ləkələr görür. Əgər
insanda qan azlığı baş verərsə, hər hansı səbəbdən qan az olarsa, beyin
qidalana bilməzsə belə insanlar hərəkət zamanı, qalxıb, oturan, əyilən, uzanan
zaman gözlərinin önündə parlaq ağ qığılcımlar və ya ləkələr əmələ gəlir.
Kliniki ölüm zamanı ürək fəaliyətini dayandırır, beyində qan təchizatı azalır,
beyin hüceyrələrində qansızlıq əmələ gəlir, bu zaman göz qabağında ağ
qığılcımlar olur. Bu ağ qığılcımlar xəstənin vəziyyəti ağırlaşdıqca, kliniki
ölüm bioloji ölümə keçdikcə ağ topa qığılcımlar yavaş-yavaş qaralır, xəstənin
gözündə bütün dünya qaranlıq olur və beləliklə bioloji ölüm baş verir.
Alim: Canlı varlıqların ən kiçiyi belə evrən
təki kanıtlı (möcüzəli) və gizlidir (sirlidir) Bunların içərisində beyin
ilgincli yer tutur. Beyinin tən ortasında canlı varlığı yaşatmaq üçün mərci
boyda Hipoviz vəzi yerləşir.Bu kiçik vəz gövdənin bütün yönətici üyələrini
yaratdığı bir çox hrmonlarla yönətir. Bizi ilgincləndirən onun yaratdığı
Diemtin (DMT) hormonudur. Bu hormon adamın duyğusallığını düzənləyir. Adamda
yaranan qarabasmaları bu hormon yaradır. Ölüm ayağında yaşamağa çalışan Hipoviz
vəzi diemtini çoxaldır. Bu hormona irahı (ruhu) gəzdirən, yaşadan harmon da
deyilir.Yarı diri yarı ölü olan beyin bu ormonun etgisilə bir çox qarabasmalar
görür. Geri yaşama qayıdanda bu qara basmalar yadında qalır.
Sorğu: Ölüm ayağında bəzi xəstələr dar tunel və
ya mağara görürlər. Bunun sirri nədir?
Qarşılıq
(Cavab):Teist: Ölüm ayağında olan xəstələrin gördükləri o dar tunel bu dünya ilə
o dünyanın arasındakı yoldur, həmən yol daima işıqlı olur və xəstələrin dediyi
kimi tuneldən keçəndə də işıqlı bir dünyaya keçir. Tuneli necə keçməsi isə o şəxslərin
bu dünyadakı əməllərindən asılıdır. Əgər əməli salehdirsə bu dünya ilə o dünya
yolunu asanlıqla keçəcəkdir əgər əməli saleh deyilsə həmən bir anlıq tunel yolu
onun üçün uzun olacaq və bir çox əziyyətlərdən sonra keçəcəkdir.
Ateist:
Beyin iki hissədən ibarətdir. Baş beyin və beyincik. Beyinlə beyinciyi ortalama
(təxmini) 1 sm uzunluğunda olan dar beyin toxumaları ilə birləşdirir. Həmin xəstələrin
gördükləri tunel o darlıqda olan yoldur. Çünki beyindən beyinciyə qansızlıq keçən
zaman xəstələr həmin dar yolu görürlər. Xəstələr əgər dirilərsə, kliniki ölüm vəziyyətindən
çıxarsa xəstələr dar yoldan keçmədən dirilirlər.
Alim:
Hər hansı ilgidən olur-olsun ölüm ürəyin dayanması üzündən baş verir. Beyində
qan azlığı yaranan kimi qarabasmalar başlayır. Qansızlıq beyincikdə yaranandan
sonra bioloji ölüm baş verir. Artıq bu gün reanimasiya o qədər güclənibdir ki,
kliniki ölüm halında olan xəstələr dar yolu keçdikdən sonra da dirilə bilərlər.
Sual:
Bəzi xəstələr aqoniya vəziyyətində qaranlıq yerlər görür, bəziləri isə
yaşıllıqlar görürlər. Buna necə baxırsınız?
Cavab:
Teist: Ölüm ayağında olan xəstələrin Allah qarşısında verdikləri borclardan
asılı olaraq keçid yollarını görürlər. Allaha ibadət üçün öz borcunu ödəyənlər
ölüm ayağında yaşıllıq, çəmənlik, gözəllik görürlər. Allah qarşısında borcunu
ödəməyənlər isə yaşıllığı, çəmənliyi görə bilməzlər. Onlar qaranlıq və başqa
şeylər görürlər.
Ateist: Bu suala elm hələ cavab tapa bilməyib.
Elmin gələcək inkşafı bu suala cavab verə bilər.
Sual: Klinki ölüm zamanı bəzi xəstələr özlərini
kənardan görürlər. Bunu necə izah eləmək olar?
Cavab:
Teist: Yenədə yuxarıda deyildiyi kimi nə qədər ki, tam bioloji ölüm baş verməyib
ruh bədəndən çıxsada bədəni tərk etməyib. Belə olan halda bəzən ruhda olan şəxsiyyət
özünün cəsədini görə bilər.
Ateist: Aqoniya vəziyyətində olan xəstələr reanimasiya
zamanı ona edilən müalicəvi yardımların köməyi sayəsində xəstə bu cür görüntüləri
görür. Həkimin inadkar müalicəsi, xəstəni qaytarmaq əzmi olan zaman xəstələrin
belə özünü görməsi bir neçə dəfə təkrarlana bilər. Ya həyata qayıtmaqla qurtarar,
yada tam bioloji ölüm baş verər.
Sual:
Xəstələr kliniki ölüm zamanı bədənlərini mücərrəd görürlər. Ya özləri bərk maddələrdən
keçirlər, məsələn xəstə divardan keçir, adamın içindən başqa yerə keçir və ya
insanlar xəstənin bədənindən keçir. Bunu necə izah edə bilərsiniz?
Cavab:
Teist: Ruh Allahın nuru oluduğu üçün o bərk maddə deyil. İstənilən hala keçə
bilər. Ona görə də o istədiyi bərk yerdən keçir və yaxudda onun içərisindən
insanlar keçir. Bu belədə olmalıdır.
Ateist:
Kliniki ölüm zamanı xəstələrin gözünə görünənlərin, xəstələr danışanların
hamısı halusinsasiya qrupuna aiddir. Yəni qarabasmalar növünə aiddir.
Halusinativ halda təbii ki, maddi varlıq
deyil. O bir mənəvi varlıq olduğu üçün istənilən haldan-hala keçə bilər.
6.Bəzən
xətələr kliniiki ölüm zamanı yanlarında adam ğörürlər məs. qoca kişi onu necə
izah etmək olar?
Sual:
Burada qeyd olunan hadisələr yalnız gerçək müşahidələrə əsasən yazılmışdır. Heç
bir xəyali təxəyyül iştirak etmir. Yalnız gördüklərimi və bildiklərimi qələmə
almışam. Mən əminəm ki, gələcəkdə elm inkşaf edərək bu gün məlum olmayan bir
çox müəmmalı məsələləri həll edəcəkdir. Ruhun varlığını, ölümdən sonrakı həyatın
varlığını elm təsdiq edərsə o zaman insanların tərbiyə və davranış yolları
tamamilə yeni bambaşqa bir istiqamətdə gedə bilər. Əgər bütün bu yuxarıda deyilənlərin,
hal və hadisələrin hamısı obyektiv olaraq yalnız beyinin məhsuludursa, ölümdən
sonrakı həyat yoxdursa, onda da insanların o istiqamətə uyğun təlim və tərbiyəsi
davam etdiriləcəkdir.
Dində təkamül yolu
Kainatda
bu dünyada və eləcədə təbiətdə olan qanunauyğunluqları, bitkilərdə, bütün canlı
varlıqlarda, ən nəhayət adamların fizioloji varlıqlarında olan
qanunauyğunluqları görəndə istər istəməz belə bir son qərara gəlinir ki, bu
ucsuz, bucaqsız, heç bir ölçüyə sığmayan bəşəriyyətin, saya-hesaba gəlməyən
müxtəlifliklərin bir tənzimləyici qüvvəsi olmalıdır. Bu qüvvənin inkşaf proseslərini,
dövriyyələrini, çox müxtəlif olaylarını, müəyyən qanunlar çərçivəsinə salan
qüvvə olmalıdır. Bu qüvvə ilahi qüvvədir. Bu qüvvənin bir çox qanunları
haqqında öncəki yazılarda söhbət edilmiş, hər birinin qanunauyğunluqları
haqqında qısa bilgilər verilmişdir. Burada isə elmlə din arasında uzun müddətli mübahisəyə səbəb
olan təkamül qanunu haqqında mümükün olduğu qədər qısa aydınlaşdırmalardan söhbət
ediləcəkdir.
Teizmini
müdafiə edən din alimləri təkamül yolunu inkar etmiş və edirlər. Təkamülü qəbul
edən ilahiyyatçılar da dinsiz, kafir adı ilə damğalanmışlar. Ateistlər isə təbiətdə
təkamül yolunun həyat üçün vacib bir qanunauyğunluğunu isbat etməyə
çalışmışlar. Darvinin təkamül nəzəriyyəsi bu nəzəriyyənin tərəfdarları üçün bir
növ ateistlərin əlinə göydən düşmə bir səbəb olmuşdur. Ancaq onu qeyd etmək
lazımdır ki, təkamül nəzəriyyəsi Darvinin ixtirası olmayıb. Ondan öncə bir çox
mütəfəkkirlərin əsərlərində bu haqda geniş danışlımışdır. Hələ insanlar mağara
həyatında yaşadıqları zaman onlarda dini dünyagörüşü formalaşmışdır. Adamların
ilk tərbiyələnmələrinin, ilk mədəniyyətlərinin formalaşmasında dinin vacib rolu
olmuşdur. Bütün əxlaq normaları ibtidai din əsasında yaradılıb inkşaf etmişdir.
İçtimai formasiyaların məhsulu olan insan arasında din içtimai sosiologiyanın əsasını
qoymuşdur. Ona görə də ilk yaradılan elm də din ilə bağlı, çox zaman dinə tabe
halda inkşaf etmişdir. Dində üçüncü peyğəmbər hesab edilən İdris (ə.s.) Tövrat
və Yunan yazılarına görə 42 növ elmi yenilikləri insanların istifadəsinə
vermişdir. Ona görə də İdris (ə.s.) dində ilk elmi kəşflərin banisi sayılır.
Ancaq bu birlik müəyyən müddətdən sonra tədricən aralanmağa başlayır. Elm
inkşaf edir özünün yeni kəşfləri ilə dindən uzaqlaşır. Din isə mühafizəkar
mövqe tutduğuna görə öz yerində sayır. Tədricən dindarlar arasında elmə
qısqanclıq yaranır. Elmi naliyətləri, yeni-yeni kəşfləri ruhanilər şeytan əməli
hesab edərək elmə qarşı müharibə elan edirlər. Bu andan da bir çox elm adamları
dinin düşməni kimi edam edilir. Yaratdıqları kəşflər, əsərlər Allahın hökmünə
zidd əsərlər kimi məhv edilir. Bu qarşıdurmaların nəticəsi olaraq yeni bir elm
ateizm və teizm elmləri yaranır. İnsanların mənəvi durumları iki böyük lagerə
ayrılır. Ateizm mövqeyindən çıxış edənlər elmin və mədəniyyətin inkşafı üçün
dinin zərərli bir ideologiya olduğunu qeyd edirlər. Bir çox dəlilərlə özlərinin
doğru olduqlarını sübut etməyə çalışırlar. Marks dini cəmiyyətin tiryəki
adlandırır. F. Nitçe deyir: “Din zəif və məhrum sinifin ixtirasıdır. Güclülər cəmiyyətin
mütərəqqi təbəqəsi olduqları üçün, din zəifləri himayə etməyə gəlmiş, gerilik və irticanın yaranmasına səbəb
olmuşdur.” (M. Murtuza “islam dünyagörüşü” İstanbul)
Ancaq
bu danılmaz həqiqətdir ki, yuxarıda dediyimiz kimi adamın mənəviyyatının,
ruhaniyyatının zənginləşməsində dinin böyük rolu olmuşdur. Dinsiz elmi kəşflər
dünyanı məhvə apardığı kimi, elmsiz dində cəmiyyəti məhvə aparar. Yer üzündə əminamanlığın,
ədalətin, haqqın qalib gəlməsi üçün, din ilə elmin vəhdəti vacibdir. Bu vəhdətin
vacibliyi dünyanı çiçəkləndirə bilər. Elm maddi mədəniyyətin mayası olduğu
kimi, dində mənəviyyatın mayasıdır.
Həm
dində, həm də elmdə, ən çox söz-söhbətə səbəb olan mövzu, adamın (insanın)
yaranması haqqında olan mifoloji baxışlardır. İlahi varlığı qəbul edən və
ibtidai təfəkkür sahibi olan insan, özünün varlığını da daima düşünmüşdür və
bir çox mifik dünyagörüşü yaratmışdır. Bəzi qədim xalqların mifik dünyagörüşlərini
araşdıraraq, həqiqətə ən yaxın olanını aydınlaşdırmağa çalışaq.
1. Misir-Ərəb mifologiyasında deyilir ki,
Allah, adamı palçıqdan yaratdı. (Yaradılış 2/7). "O zaman Rəbb Allah
insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının
birini götürdü və yerini ətlə doldurdu. (yaradılış 2/21)" "Rəbb Allah
insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.
(yaradılış 2/22)" Bu dünyagörüşü Tövratda, İncildə və Quranda öz təsdiqini
tapmışdır.
2. Hind mifologiyasında deyilir: "Allahlar
şurası çağırılır, şurada onlara sözsüz qulluq edən bir məxluqun palçıqdan
yaradılması qərara alınır. Və beləliklə, ilk adam yaradılır."
3. Şumer mifologiyasında deyilir: "Allah
Nitdi, yerdən on dörd parça palçıq götürdü, yeddisini sağ tərəfinə, yeddisini
sol tərəfinə qoydu. Onlara nəfəs verdi. Onlar erkək və dişi bir cüt varlıq
oldular. Allahlar onun adına adam dedilər və Edem bağında yerləşdirdilər.
4. Yunan mifologiyasında deyilir: I-Mif Zefs
deyir “Hephustosu (Faustu) çağırdım, bir
parça torpaq al, su ilə qarışdır dedim. İçinə insan səsi qoy, insan gücü qoy elə
yap ki, üzü ölümsüz tanrıçılara bənzəsin. Qoca Hephustos dediyimi etdi. Torpağı
bir qız biçiminə sokdu işdə insanı böylə yaratdım”. (Turan Dursun). Göründüyü
kimi Yunan mifoloqiyası da insanı qız (qadın) sifətində yaradır.
II-Mif: "Zevs odun, palçığın qarışığından
adamı yaratdı. Prometey də ona ağıl verdi, düşünməyi, fikirləşməyi öyrətdi.
Adamı mağaradan işıqlı dünyaya çıxartdı”. Burada cins göstərilmir.
5.Fars –mifoloqiysında deyilir.Yer,göy heç
nə yoxidi , yalnız Zurvan bar idi o min il tək yaşadı min ildən sonra o ikiçanlı (hamilə) oldu .Zurvan dediki, ilk dəfə doğulan uşağımdan allahı yaradacağam . Bu sözü eşidən
Əhriman Zurvanın qarnını deşib çıxdı.
Zurvan soruşdu sən kimsən o dedi oğlunam
Zurvan dedi mənim oğlum ağ olmalıdı
sən qarasan , bu vaxt Hürmüz gəldi Zurvan görü o həm ağ həmdə xoşsifətdi.
Onu Allah elədi bundan acıxlanan Əhriman
Hürmüzə düşmən oldu.
5. Türk mifologiyasında deyilir ki, Göydə
şimşək çaxdı, yerə yağışlar yağdı, dağlarda palçıqlı sellər yarandı, palçıqlı
sel suları mağaralara doldu, yağış kəsdi, günəş doğdu, günəşin istisi palçıqlı
mağaraları qızdırdı, palçıqdan yavaş-yavaş canlı varlıqlar yarandı. Ən axırda
palçıqlı mağaradan insan çıxdı.
Miflərin
deyilişlərindən, onların bir-birindən fərqliliyi aydın görünür. Birinin digərindən
mükəmməlliyi, yüksək pilləliyi, tədricən inkişaf etməsi özünü göstərir. Ən
ibtidai Misir-Ərəb əfsanəsindən Hind mifinin, Hind mifindən Şumer mifinin,
Şumer mifindən Yunan və Yunan mifindən Türk mifinin daha mükəmməlliyi və ağılabatan
olduğu aydın görünür.
Doğrudur,
Vəhdəti-Vücud fəlsəfəsi, bütün xalqların mifoloji dünyagörüşündə iştirak edir.
Ancaq, türk mifologiyasında başqalarına nisbətən daha yaxın və inandırıcı görünür.
Qəbul
edilmiş ilahi dinlər, ön Asiyadan təşəkkül tapdığına görə, bütün dinlər, Misir
mifoloji dünyagörüşündən istifadə etmişlər. Başqa xalqların folkloru isə,
yalnız ağız ədəbiyyatı ilə yaşayaraq, bu günə gəlmişdir. Bibliiyada deyildiyi kimi, Allah, Adəmin qabırğasından Həvvanı
yaratdığı üçün, kişillərin bu gün on bir qabırğası olmalı idi. Əgər, bütün
xalqların bir ata-anadan yarandığını qəbul ediriksə, onda bütün adamlar
bir-birinə oxşamalı idi. Biz xalqların müxtəlif rənglərdə, müxtəlif boylarda,
müxtəlif xasiyyətlərdə, müxtəlif adət-ənənələrdə olduqlarını bilirik. Din, ilk
adamın (Adəm peyğəmbərin) yaranmasını altı min ildir ki, qəbul edir. Ancaq bu
baxış da mifoloji dünyagörüşüdür. Çünki elm, çoxdan isbat etmişdir ki, insanın
yaranma tarixi, çox qədimdir. Onu qeyd etmək lazımdır ki, həqiqətən də Adəm
Peyğəmbər olmuşdur və o ilk təkAllahlıq ideyasının yaradıcısır. Adəm Peyğəmbərin
zamanında bir çox müxtəlif Allahlara ibadət edən insanlar olmuşlar. Lakin Adəm Peyğəmbər, onları təkAllahlığı qəbul
etməyə dəvət etmişdir. Onun 50 səhifəlik vəhylər kitabı da olmuşdur.
Adam
və adamlığı müdafiə etmə pisxoloqiyası yaranan zamandan bəri, bir çox dinlər
olmuş, öz dövrlərini yaşamış və yox olaraq unudulmuşlar. Bu gün, başlıca olaraq, dörd əsas Buddaçılıq,
Yahudilik, Xristianlıq və İslamçılıq dinləri bir səma dini kimi yaşamaqdadırlar.
Hər bir din, öz növbəsində doğru ilahi yol olmuş, hər biri öz zamanında aparıcı
din olaraq yaşamışdır və bu gün də yaşayır.
Elm
çoxdan isbat etmişdir ki, dörd ünsürün (su, od, torpaq, hava) vəhdətinin nəticəsi
olaraq, bütün varlıqlar, xüsusi ilə minerallar, bitkilər və heyvanlar tədricən
(təkamül) biri-biri ilə sıx əlaqəli yaranmış və inkişaf etmişlər.
İlk
yaranan minerallardan sonra yaranmış bitkilər mükəmməl, bitkilərdən sonra
yaranmış heyvanlar, daha mükəmməl forma və quruluşa malik olmuşlar. Bu silsilənin
yaranmasında, tədricən inkişaf edən ardıcıllıq bu gün də özünü göstərməkdədir.
Minerallarınn
sonuncu növü olan Mərcanlar ilk bitgi növünə çox oxşayır. Bitgilərin son növü
ilk dəniz heyvanlarına çox oxşardır. Heyvanların son növü olan meymunlar isə,
insanlara oxşardır və s.
Anaksimandr
(E.ə 610-540) demişdir: “Bütün canlı varlıqlar, o cümlədən insan, tədricən (təkamül
yolu) sudan, sudakı balıqlardan yaranmışdır.
Böyük
sofi, mütəfəkkir Fərabi (IX əsr) deyir: Tanrı bütün dünyanı, bütün varlıqları,
o cümlədən insanı tədricən vəhdət (“Vəhdəti-Vücud”) nəticəsində yaratmışdır.
Böyük
şərq müdriki ibn-Ərabi deyir: “Bütün
varlıqlar, səbəb və nəticə əlaqələri sayəsində yaranıb. Sonuncu pillədə
yarananlar, öncəki pilləyə nisbətən daha mükəmməl olmuşlar.
Sofi
mürşidi Qəzzali (X əsr) buyurur: “Dünya və canlılar Allahın iradəsi sayəsində
pilləli, qarışıq proseslər yolu ilə mövcud olmuşdur”.
İbn Rüşt
(XII əsr) də eyni fikri təsdiqləmişdir.
Yaranmış varlığın ən alisi olan insanın mənşəyi,
uzun əsrlərdən bəri elmi axtarışların diqqət mərkəzində duran, hələ də mütləq həllini
tapmayan məsələlərdəndir.
Mövlanə
Rumi yazır: “İnsan cansız olan varlıqdan nəbati halına, nəbati halından heyvani
halına, oradan da insanət halına ulaşdı.”
Nəimi
deyir: “Bu aləm əbədi, dövrü inkşaf prosesindədir. Hər bir canlı varlığın əvvəlki
pilləsi özündən sonra gələn pillənin başlanğıcıdır.”
İbn Xəldun
yazır: “Bitkilərin ən yüksək növündən heyvanların ən sadə növü, heyvanların sadə
növündən mürəkkəb heyvanlar, ən yüksək növ heyvanlardan da insanlar törəmişlər.”
İbn Xəldun (XII əsr) insanın yaranma prosesindəki
təkamülü belə izah edir: Bu, aşağı təbəqədən törəyərək, heyvanın növü və cinsi
çoxalmış, tədrici yolla fikir və düşüncə sahibi olan insanın təkamülünə qədər
yüksəlmişdir. Meymun və şəbək kimi bəzi heyvanlar, anlayış və duyğuları
etibarilə insan dərəcəsinə yüksəlmişsə də, fikir və düşüncədə insan dərəcəsinə
qalxa bilməmişlər (A.Mehdioğlu, “İbn Xəldun və onun fəlsəfəsi”).
Deməli,
təkamül nəzəriyyəsinin banisi olan Darvinə qədər bir çox mütəfəkkir və müdriklər
bütün varlıqların təkamül yolu ilə yarandığı fikrini söyləmişlər.
Şübhəsiz
ki, din də belə bir tədrici inkişaf yolu keçmişdir. Din, fövqəltəbiiliyin
reallığına inamı əsas götürən dünyagörüşüdür. Din də başqa ictimai proseslər
kimi, ibtidaidən aliliyə doğru inkişaf etmişdir. Sonra yaranan din, özündən əvvəlkinə
nisbətən daha mükəmməl və daha inandırıcı olmuşdur.
Tarixi
mənbələrdən göründüyü kimi, yer üzərində ilk din carçıları, ilk kahinlər
qadınlar olmuşlar. Məsələn, misirlilərdə İzis, türklərdə Umay, yunanlarda
Venera və Artamed, şumerlərdə Nənə ilk kahinlər olmuşlar, sonralar isə, onlar Allah
kimi qəbul edilmişlər. Hər birinin əzəmətli, müqəddəs məbədləri olmuşdur, bəzi
məbədlərin izi bu gün də qalmaqdadır. Sonralar Allahla insanlar arasında olan əlaqəni
bütlər əvəz etmişdir. Tədricən bütləri də insan sifətində Allahlar əvəz
etmişdir.
Misir
faraonlarının kitabələrində, “Bilqamıs” dastanında, Yunan ədəbiyyatlarında, Tövratda insanlarla
şəxsi ünsiyyətdə olan Allahların varlığını görürük. Allahlar, göylərdə məskən salmaqlarına baxmayaraq,
vaxtaşırı yerə, insanlar arasına gəlir, peyğəmbərlərlə söhbət edir, onlara öyüd-nəsihət
verir. Belə halları hind vedalarında, Zərdüştlükdə, Yunan ədəbiyyatlarında, yəhudilikdə
görürük.
“Bilqamıs”
dastanında, göy Allahının yerdə insanlar arasında olan Allahdan (İştar) daha
mükəmməl olduğu aydın görünür.
Ən
ibtidai din olan Zərdüştlükdə, hər bir insan
orqanının ayrılıqda ruhunun olduğunu, onların fəaliyyət göstərdiklərini düşünərək
deyilir ki, ağlın günahı, dilin günahı və hərəkətlərin günahı üçün hər bir
orqan öz cəzalarını alacaqlar.
İlk səma
kitabı olan Tövratda Yaqve, gah insan olur, insanlarla söhbət edir, gah da göylərdən
vəhy göndərir. Tövratdan bir qədər mükəmməl olan İncildə, Allah (Yaqve) yerdəki
oğlu İsa ilə söhbət edir, ona ilahi yollar göstərir.
İsanın
Allahın oğlu olduğunu təsdiqləmək üçün Matta deyir: “Və budur göylərdən bir səs
dedi bu mənim sevimli oğlumdur, ondan çox məmnunam.”
Əvvəlkilərə
nisbətən daha mükəmməl və son din olan islamda Allah daima göydə olur və yerlə
xüsusi elçiləri vasitəsilə əlaqə saxlayır.
İlk
ibtidai dinlərdə politeizm dünyagörüşü əsasında, təbiət qüvvələrinə fetişizm,
magizm, totemizm, sehr, ovsun, cadu, falçılıq və s. kimi inam obyektlərinə pərəstiş
yarandığı halda, son səma dinlərində bu kimi hallar, bidət sayılmış, Allahın
işinə qarışmaq hesab edilmişdir. Göründüyü kimi, din də uzun müddətli bir yol
keçmiş, nəhayət ki, son və mükəmməl din olan islam dini yaranmışdır.
İlk
mağara insanlarından başlamış, həmişə topluma, tayfaya, qəbiləyə, icmaya
başçılıq edən şəxslər olmuşlar. Onlar, ona görə başçılıq etmişlər ki, hər bir cəhətdən
ətrafındakılardan seçilmişlər, seçilmişlər ona görə ki, onları Tanrı özü
seçmişdir. Tanrıdan gəlmə zərrəcik onlarda başqalarına nisbətən fərqli, daha zəngin
olmuşdur. Onlar, ilahi vəhyi daha aydın qavramış və həyata daha düzgün tətbiq
etmişlər. Bu şəxslər, bioloji baxımdan da fərqli olmuşlar. Onlarda olan genetik
varlıq daha üstün olmuş və yetkinləşdikdən sonra da haqqa yaxın olmuşlar. Belə bioloji üstünlük, bütün peyğəmbərlərdə
mövcud olmuşdur. Onlar məqsəd və ideyalarını çox asan və dəqiqliyi ilə həyata
keçirə bilmişlər. Hətta arzu və istəklərini həyata keçirmək üçün, münbit şərait
və mühit olmadığı halda belə, istədiklərini təşkil edib, yaratmaq bacarığına
malik olan şəxsiyyətlərdir ki, onlara da peyğəmbər (nəbi) deyilmişdir. Allah tərəfindən
seçilən peyğəmbərlər, öz zamanında yaşayanların şüur səviyyələrinə uyğun olaraq
hərəkət etmişlər. Tanrı ibtidai din carçılarından başlamış, zamanın müdrik peyğəmbərlərinin
ardıcıllığını davam etdirərək, əvvəlkindən daha mükəmməl biliyə sahib peyğəmbərlər
göndərmişdir.Onlar öz fikirlərini xalqa çatdırmaq üçün, mifoloji qaynaqlardan
istifadə etmişlər. Bu mifoloji qaynaqların izlərini biz Xızır İlyazla əlaqəli rəvayətlərdə,
Bhaqavata-Gitada, Tövratda, İncildə və Quranda görürük. İnsanlarda şüur inkşaf
etdikcə, içtimai formasiya mükəmməlləşdikcə, din də pilləli olaraq,mükəmməlləşmiş
və təkminləşmiş, ən nahəyət, yeni və son din olan islam dini yaranmışdır. Hər
bir dinin carçısı - peyğəmbəri mürəkkəb, çətin və əzablı yollar keçmişlər. Bu çətin
yolu uğurla olduqca ağıllı, müdrik və təmkinli şəxslər olan peyğəmbərlər keçmişlər.
Buddanın, Musanın, İsanın, Məhəmməd (s.v.s.)nin keçdikləri əzablı yollar bir
çox tarixi qaynaqlarda işıqlaşdırılmışdır. Başqa içtimai formasiyalar kimi,
dinin də tədricən inkşafını göstərən amillərdən biri də odur ki, ən ibtidai
dini dünyagörüşlərinin bəzi atributlarını müasir dinlər hələ də özlərində
qoruyub saxlamışlar. Mağara zamanından qalma od və daş kultu, hələ də müasir
dinlərdə yaşayır. Buddizm məbədlərində, yəhudi sinoqoqlarında, xristian kilsələrində,
az da olsa, islam dini mərasimlərində hələ də oda pərəstiş adəti şam yandırma
vasitəsi ilə yaşayır. Buddizmdə daş heykəllərə, yəhudilikdə dindarların
boynundan asılan daşa (sekkellərə), xristianlıqda daşdan düzəldilmiş xaçlara,
islamda qara daşa və namazlıq möhürünə pərəstiş bu gün də davam etməkdədir.
İlahi
kitabların hamısında, peyğəmbərlərin Allahla söhbət etmələri haqqında bir çox məlumatlar
var və bu da geniş təbliğ edilir. Ancaq, Tanrı nurdan ibarət olan elə bir böyük varlıqdır ki, o insanlarla (peyğəmbərlərlə)
ancaq vəhy dalğaları vasitəsi ilə təmasda
ola bilər. Belə bir təmasa söhbət demək səhv olar. Günəş Tanrının yaratdığı və
özündən çox-çox kiçik olan bir varlıqdır. Günəşin kainata yayılan şüalarının
sayını bilməyən insan oğlu, günəşdən milyonlarca böyük olan ilahi enerji
varlığı ilə necə və nə cür danışa bilər. Bu anlayış hələ sual altındadır.
Tövratda çox gözəl işıqlandırılan Allahla Musa peyğəmbərin söhbəti verilmişdir.
Bu söhbətdən sonra nəticə olaraq, Allahı görmək istəyən yetmiş min şəxs, kor
olmuşdur. Tövratda olan bu ideya da onu göstərir ki, Allahla bilavasitə ünsiyyət
çox müammalı bir fikirdir.
Miflərdən,
əfsanələrdən ibarət olan elmsiz din, boş bir xəyaldır. Dindən uzaq olan elmdə də
ilahi sevgi olmadığına görəo, insanlığa xidmət etməyən bir faciədir. Məlumdur ki, dinlə elmi birlikdə inkişaf etdirən
H.İdris(Hermes) peyğəmbər 42 ibtidai elm kəşf etmiş və gələcək insanlığa çox
böyük xidmət göstərmişdir.
Elmi
kəşflər, dünya sirlərini aşkar etdikcə, insan psixologiyası da dəyişir və
inkişaf edir. Ancaq, dini ideoloji dünyagörüşlərində durğunluq dəvam edir illərdir
ki, öz yerində sayır, dini ehkamlar toxunulmaz halda qalır. Bəzən din, elmi kəşflərə
qarşı çıxır ki, bu da çox zaman arzuedilməz faciələrə səbəb olur.
Bu
gün səma kitablarındakı bəzi ilahi ayələr müasir insanlar tərəfindən qəbul
edilmir. Ona görə yox ki, müasir insanlar Allaha inanmırlar, əksinə, daha çox
inanırlar. Yalnız bu müddəaları ona görə qəbul etmirlər ki, ilahi göstərişlərn
bəziləri köhnəldiyi üçün müasir cəmiyyət qəbul etmir, ya da müasir insanların
dünyagörüşündə belə müddəalar təhqir kimi görünür. Doğrudur din xadimləri dində
təkamülün olmasını qəbul etmirlər. Təkamüldən söhbət gedəndə onu küfür
adlandırırlar. Biz hər hansı bir dinin tarixinə nəzərəs saldıqda orada təkamülün
olduğunu açıq- aydın görürük. Səma dinlərinə qədər olan ibtidai dinlərin bizə qədər
gələn ainlərində təkamül yolları aşkar görünür. İlk səma dini kimi qəbul
etdiyimiz Yahudilikdə icra olunan bir çox qədim dini ayinlər sonralar cəmiyyətdə
ikrah doğurduğu üçü ləğv edilməsi yahudilikdəki takəmüldən xəbər verir.
Dinin
tarixini araşdırdıqda görürk ki, bütün
dinlər ibtidaidən aliyə doğru təkamül yolu ilə inkşaf etmiş və
bir-birinə nisbətən daha da kamilləşmişlər Ən nəhayətdə təkminləşən son dini əsər
Quran olduğu qəbul edilmişdir.
Bütün
peyğəmbərlərin dünyaya gəlişi ibtidaidən aliyə doğru bütöv bir silsilə təşkil
edir. Qeyd edildiyi kimi dünyaya bir çox peyğəmbərlər gəlmişlər. O peyğəmbərlər
gələcəkdən xəbər verməklə öz
zamanlarının uzaq görənləri və qəbul etdiyi dinin təbliğatçıları olmuşlar. Belə
peyğəmbərlər hər zaman gələ bilər və insanlara düz yol göstərməkdə bir yolçu
ola bilərlər. Ancaq ilahi vəhyi qəbul edən, ilahi elçiliyi edən peyğəmbərlər isə
Məhəmməd (ə.s.)dan sonra hələlik yoxdur.
Çünki
Məhəmməd elə bir zamanda yetmişmişdir ki, insanlar artıq özlərini dərk etməyə,
öz müqəddəratını həll etməyə qadir olmuşlar. İnsanlar öz təfəkkürlərinə
arxalanaraq lazımi inkşaf səviyyəsinə çatmışlar. Bəşəriyyətin uşaqlıq dövrü
arxada qalmışdır. İnsanlar özlərinin təkamül yollarında müəyyən müvəffəqiyyətlər
əldə etmişlər. Elmin bir çox sahələri artıq inkşaf etməyə başlamışdır. Bəşəriyyət
inkşafa və mədəniyyətə doğru irəllilədikcə ilahi vəhylərə ehtiyac azaldıqca,
ilahi elçilərə, rəsullara da ehtiyac azalmışdır.
İqbal
Lahuri yazır: “Vəhy instinktual bir şeydir və onun hidayəti instinkt hidayəti
növündəndir.”
Məncə İqbal səhvə
yol verir. Vəhy insanın beyinə xaricdən gələn impluslar toplusudur ki, onu
beyin qəbul edir və hər hansı bir nəticə çıxardır. İnstink isə ölümə qarşı
bütün canlılarda olan mübarizə reaksiyasıdır. Demək vəhy instink növü ola bilməz.
Deməli,
cəmiyyət inkişaf etdikcə, insanların düşüncələrinə uyğun olaraq, dini müddəalarda
müasirləşmə zəruridir. Belə bir zərurət gec-tez həyata keçirilməlidir. Əgər bu,
baş verməzsə, insanlarda dinə qarşı inam azala bilər.
Heç
bir ilahi din, vahid çərçivədə yaranmamışdır. Bütün dinlər ibtidaidən aliliyə
doğru daima biri-birindən istifadə edərək, inkişaf etmiş və mükəmməlləşmişdir.
İlk
dində olan sadə və yarımçıq dini dünyagörüşü, ondan sonra gələn dini
dünyagörüşündə təkmilləşmiş, mükəmməlləşmiş və tamamlanmışdır. Ona görə də,
dinlər arasında etibarsızlığın, biri-birini inkar etmə cəhdinin olması,
aralarında sədlərin, uçurumların yaranması bu günün dünyagörüşünə uyğun gəlməyən səhv baxışdır.
Dini
kitablarda olan qatların, kabbaların, maddələrin, ayələrin məzmunlarına nəzər
saldıqda, bütün dinlərin bir məqsədə qulluq etdikləri aydın görünür və onlar
bir tək ağacın müxtəlif yollara sarı (tərəf) uzanan budaqlarına oxşayır.
Hər
bir din öz zamanının güzgüsüdür. Hər bir peyğəmbər isə, öz zamanının ilahi
elçisidir. Zaman keçdikcə, bu elçilər bir-birini əvəz etmişlər.
Aydındır
ki, bir-birinə yaxın olan, bir mənbədən tədricən inkişaf edib təkmilləşən, bir
məqsəd uğrunda fəaliyyət göstərən dinlər, uzun bir təkamül yolu keçərək,
bugünkü görkəmlərini almışlar.
İlk
insanların dini dünyagörüşlərindən asılı olaraq, gerçək dinə qarışan, bu gerçək
dini ucuzlaşdıran miflərin, mövhumatların və əfsanələrin varlığı, dində bəzi
ziddiyətləri yaradır. Bununla əlaqədər, müasir dindarlar arasında bəzən
inamsızlıqlar da yaranır. Mif və mövhumatlarda olan uyğunsuzluqları duyan
müasir insan, gerçək dinə də etiqadsız yanaşır. Ona görə də, bu gün, bütün səma
dinlərində dini inanclarının düzgün və vicdanla araşdırılmasına, müasir insanların psixoloji durumuna uyğun
dini təbliğata böyük ehtiyac var. Belə bir ideoloji təbliğat, gerçək dinin
saflığını üzə çıxardar və müasir dünyagörüşlü insanlarda ilahi varlığın düzgün
qəbul edilməsində daha önəmli rol oynayar. Bu gün çox maraq doğuran bir halla
üzləşirik. Elmi kəşflər ağla gəlməz xarüqələr yaratdığı bir zamanda, gənclərimiz
dinimizə yad olan mövhumata çox meyl edirlər. Bu gün gənclərimizin əksəriyyəti
mövhumatın hər hansı bir buxovu altında inanc sahibi olurlar. Dini boşluqlardan
istifadə edən ustad mövhumatcılar, çox asanlıqla gəncləri öz torlarına sala
bilirlər. Yüzlərlə gəncləri sehrçilərin, ovsunçuların, falçıların qapılarında, öz
talelərini onlardan öyrənməyə çalışanların növbəsini görürük. Bu yol isə, gəncliyin
faciəsi deməkdir. Qurani-Kərimin əl-Maidə surəsində deyilir: “Ey iman gətirənlər.!
Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir
şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız “( ayə 90-91).
Çox təəssüf
ki, xalqımız dinlə mövhumatı bir-birindən ayıra bilmirlər. Bunun da əsas səbəbi,
gerçək dini ehkamları bilməməkdir. Gerçək din, əfsanələrdən, miflərdən, mövhumatlardan təmiz olan ilahi
dindir.
Danılmaz
bir həqiqətdir ki, insanın sinir sisteminin təkamülü çoxdan başa çatmışdır.
Artıq insan Tanrı varlığının zirvəsində durur.İnsanda olan insani humanistlik
hissiyatı, heyvani hissiyatını cilovlaya bilir. O heyvani hissiyatları istədiyi
məcraya yönəldə bilir. Heyvani hissiyatları ilahi hissiyatlara tabe edə bilir.
İnsan təkamül yolunda bir çox mərhələlərdən keçərək, kamillik yolunda haqqa
sarı takəmülləşmişdir. Təkamülləşdikcə də yeni-yeni elmlərə sahib olur. Təbiət
təsirlərindən get-gedə sərbəstləşir, qüvvətlənir, müstəqilləşir, haqqa
yaxınlaşır. Adam kamilləşdikcə həm maddi, həmdə mənəvi hakimliyini artırır.
Haqqa yaxınlıq, kamillik, onda olan inamı möhkəmləndirir. O mütləq inam sahibi
olur. İnsanda möhkəmlənən ruhun təkamülü cəmiyyətin təkamülünə istiqamət verir.
Cəmiyyətdə ruhi qazanca, yaxşıya doğru inkşaf edir. İnsan şəxsiyyət ruh və bədən
bir-biri ilə vəhdətdə olduğu kimi cəmiyyətdə də maddi və mənəvi aləmlə sıx aləqəli
olur. Beləliklə cəmiyyətdə isti ruhani bir harmoniya yaranır. Fərtdə və cəmiyyətdə
təkamül o dərəcədə inkşaf edir ki, adam yalnız öz nəfsinin yox, əqidə və
imanında sahibi olur. Belə olan halda adam heç zaman iqtisadi sıxıntının quluna
çevrilə bilməz. Adam öz şüuruna, öz təfəkkürünə inanan müdrik, şüurlu bir
varlıq olur. Hər hansı bir mif, əfsanə və rəvayətlərdə ağılın dərk edə biləcəyi,
gerçək bir zərrəcik varsa onda həqiqəti axtarmaq bacarığı yaranır. Əgər mif, əfsanə
və rəvayətlərdə ağılın dərk edə biləcəyi hər hansı biri yoxdursa o boş xəyaldan
başqa bir şey deyil.Dinin təkamülünü göstərən yoldan biri də dində olan
mifoloji baxışlardır. Bu gün bizə məlum olan mixi yazılı abidələrdəki mifoloji
görüşlər yazıdan öncəki zamanlara aiddir. Misir Faraon yazılarından çox öncə
yazılması qəbul edilən şumer mifologiyasında da bu əhvalatdan danışılır. Bu
miflərin sujet xəttindən belə məlum olur ki, Şumer əfsanəsindəki adamla Misir əfsanəsindəki
Adəm ayrı-ayrı varlıqlardı. Şumer əfsanəsindəki Adam yerdə ilk insan olduğu
halda, Misir əfsanəsindəki Adəm isə insanlar arasında olan və insanları təkallahlığa
dəvət edən bir şəxsiyyətdir. Şumer əfsanəsindəki Adam ibtidaidən aliyə doğru təkamül
yolu keçdiyi, dünya sirlərini yeni-yeni öyrəndiyi halda misir əfsanəsindəki Adəm
zamanın insanlarına peyğəmbərlik edir. Tövartda Allah Adəmi Dəclə çayının aşağı
axırında olan Edem cənnət bağına qoyur.
Adəm və Həvva qadağan olunmuş ağacdan meyvə yedikdən sonra onların övrət
yerləri əmələ gəlir və görünməyə başlayır. Tövratda bu deyilənlərdən belə nəticə
çıxartmaq olar ki, bu günkü insanların varlığında Allahla bərabər şeytanda
iştirak etmişdir. Tövrata görə və eləcədə İslam şəriətinə görə övrət yerlərinin
yaranması və eləcədə nəsil artırma yolu şeytanın xidməti olmuşdur. Bu isə dini
ehkama uyğun gəlmir. Belə çıxır ki, şeytan Allahın səhvini düzəltmişdir. Quran
ayələri Tövrata nisbətən daha mükəmməl və daha realdır. Adəm haqqında olan
Quran ayələri iki müxtəlif dünyagörüşü əsasında verilmişdir. Birinci ayə
ümumiyyətlə adamlar haqqında deyir: “Biz sizi qoxumuş quru palçıqdan yaratdıq.”
Bu ayədə çox açıq-aydın Tövrata istinad edilmədən elmin aşkar etdiyi bir yoldan
danışılır. Quranın bu ayəsi qədim Türk-Şumer əfsanəsi ilə üst-üstə düşür.
Bu gün din bütünlüklə siyasətə qulluq edir. Siyasət də hər hansı
bir qüvvə ilə cilovlanmadıqda, böyük faciələrə gətirib çıxara bilər. Bu gün
kainat belə bir faciənin astanasında yaşayır. Bəzi elmi axtarışlar, öz kəşflərini
insanlığın əksinə yönəldirlər. Bir çox təbii
varlıqlar, süni varlıqlarla əvəz olunur. Hər şey süniləşir. Elm ilahi
qanunların əksinə hərəkət edir. Ən ağır günah sayılan insani irsiyyətlər, cinslər,
genlər dəyişdirilir. Elm və texnologiya inkşaf edir, zəhmətin növləri yüngülləşir,
insanların iqtisadi durumu yüksəlir. Ancaq bu yüksəliş, mənəvi mədəniyyətdə
özünü göstərmir. Yaxın keçmişimiz ilə müqayisədə, çox təzadlı mənzərələr
yaranır. Bu gün bütün dünyada maddi durum yaxşılaşır. Buna baxmayaraq, daxili mənlik
get-gedə cırlaşır. Yaxın keçmişdə yaşayan ziyalılar (aydınlar) arasında maddi
durumun aşağı olmasına baxmayaraq, mənəvi mədəniyyətin bu günə nisbətən çox
yüksək olduğunun şahidi olmuşuq. Elə
ziyalılar var idi ki, onların söhbətləri və davranışları insana mənəvi istirahət
verirdi. Bu gün milyonçularımız çoxaldıqca, maddi mədəniyyətimiz yüksəldikcə, mənəviyyatımız
geriləyir, kütlə cırlaşır, cılızlaşır. Adamlar arasında ağsaqqal-ağbirçək
bölgüsü böyük-kiçik yeri, bir-birni dinləmə mədəniyyəti itir. Tarix boyu müqəddəs
sayılan ocağın (ailənin) müqəddəsliyi oyuncağa çevrilir. Gənclərimiz internetlə,
televiziya ilə sevişir və evlənirlər, televiziya ilə də boşanırlar.
Bu gün, qloballaşma ideyası insanlar arasında
unutqanlığı aşılayır. Ocaq (ailə) və torpaq sevgisi unudulur. Adamlarda
kor-koranə dinə meyilliliyin artmasına baxmayaraq, insan saflığı, insan
sevgisi, qohumluq əlaqəsi azalır. Hətta onlarla az-çox aparılan təbliğat da bəhrəsiz qalır. Bu günki gənclər
hər şeyi, elmi, idarəçiliyi, ibadəti, etik qaydalarını pulda görür. Adamlarda Tanrı
güzgüsü, Tanrı tərəzisi olan vicdan məhkəməsi unudulur. Heç kim onun qarşısında
durub hesabat vermək istəmir. Strabon deyir:”Türklərdə kişi şifahi söz verdi isə yazılı müqavilə lazım deyl”.Bu
gün bu mənlik unudulmuşdur.
İnsan elə bir varlıqdır ki, onun potensial
qabiliyyətini öyrənmək, bütün kainatın sirlərini öyrənmək qədər çətindir.
Adamda olan bu böyük potensialı görən İmam Rabbani deyir:"İnsan aləmin
kiçildilmiş bir xülasəsidir. Buna görə də, aləmdə var olan hər şeyin bir nümunəsi
də insanda var." Vaxtilə İmam Rabbaninin dedikləri bu gün həqiqətə
çevrilir. Tanrı, adamlara bu böyük kainatın sirlərini öyrənmək bacarığı
vermişdir. Bu bacarıq sahibləri, ancaq yetkin insanlar ola bilər. Xalqın daima
yetkin insanlara ehtiyacı olmuşdur və həmişə də olacaqdır. Keçmişdə bu
ehtiyacları Peyğəmbərlər, vəlilər, övliyalar, sofilər ödəmişlər. Ancaq bu gün,
onları əvəz edən, geniş xalq kütləsinin ehtiyacını ödəyə bilən, adamların qəlblərini
küfürdən təmizləyən, həm xalqının, həm də Tanrının istəklisi kim ola bilər? Bu
gün bu çətinlikləri aradan qaldırmağı, mənəviyatları itmiş adamların mənliyini
qaytarmağı bacaran yüksək intellektuallı adamlara xalqın böyük ehtiyacı var. Bu
ehtiyacları ancaq orta və ali məktəblərdə təlim tərbiyə verən yüksək əxlaqi mədəniyyət
sahibi olan dərindən elmə yiyələnən böyük müəllimlər ordusu yerinə yetirə bilər.
Hər hansı bir sosial quruluşun normaları, içtimai cəmiyyətin inkşafına kömək
edirsə, xalqın maddi yüksəlişinə, mənəvi yetkinliyinə yarayırsa, cəmiyyət o
normaları qəbul edir və tədricən həmin əxlaq normaları adət-ənənə halına
çevrilir. Əgər başqa bir sosial quruluşlu cəmiyyətə həmin normalar zərərlidirsə,
o cəmiyyət həmin normaları inkar edir. Bu baxımdan din də zaman və cəmiyyətlə
uyğunlaşmalıdır ki, onu cəmiyyət yaşatsın. Məsələn ən qədim din Zərdüştlük,
adamı qurban verməyi, dini norma kimi qəbul edirdisə, mükəmməl din olan islam,
onu cinayət hesab edir.
Ulu Tanrı, yaratdığı varlıqların heç birinə dəyişirilməzlik
möhürü vurmamışdır. Bu varlıqların
hamısı, zaman və məkanla əlaqədər daima dəyişir, yeniləşir, inkşaf edir. Ancaq
bu yeniləşmələr elə gedir ki, onu biz nə görə bilirik, nə də duya bilirik. Din də,
Tanrı hökmü ilə daima dəyişirilmişdir və yenə də dəyişirilməlidir. Yoxsa yaşaya
bilməz.
Bildiyimiz
kimi, sultani ruh ağılı idarə etdiyi kimi, heyvani ruh da nəfsi idarə edir.
Sultani ruh, hakim ruh olduğu halda, bəs necə olur ki, adamlar yer üzündə bu qədər
ağır cinayətlər törədə bilirlər. Günahsız məhv olan minlərlə, milyonlarla ağıllı
adamların ruhları necə olur ki, bu faciələrin qabağını ala bilmirlər. Bu zərbənin
ağırlığı böyük bir ölkəni, bəzən də dünyanı silkələyir.
Ağa Məhəmməd Şah Qacar, Girman şəhərinin bütün
kişilərinin gözlərinin çıxarılmasına əmr verdiyi halda, özü də gedib məsciddə
namaz qılır, Allahdan bağışlanmasını diləyir. Adolf Hitler, yüz minlərlə yahudinin ölümünə fərman
verir və kilsəyə gedib Allaha dua edir. Qəddafi və Bəşər Əsəd yüz minlərlə öz
xalqının məhvinə əmr verir. Tarixdə yüzlərlə dəhşətli cinayətkarların törətdikləri
faciələrin səbəbkarı kimdir? Bu faciələri əgər Allah öncədən planlaşdırmışdısa,
bu səbəbkar Fatehlərin suçu nədir? Quranın Bəqərə surəsinin 255-ci ayəsində
deyilir: "Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər. O, bütün
yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, onun
özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və
yeri əhatə etmişdir."
Əgər
biz, Quranın bu ayəsinə istinad etsək, belə görünür ki, dünyanı qana çalxıyan cəlladlar,
qan tökməklə heç bir xəta işlətməmişlər. Onların taleyini Allah necə
yazmışdırsa, elə də hərəkət etmişlər. Doğrudur, dini kitabların hamısında belə
suçların Allah tərəfindən cəzalanmalarından danışılır. Ancaq bu cəzalanmaların
vaxtı bilinməz olaraq, qiyamət gününə qədər uzadılır. Belə bir günün gəlişini
isə yalnız Tanrı özü bilir.
Peyğəmbərlik
Ərəb
dilində Nəbi, Fars dilində Peyğəmbər, Türk dilində isə Bilqamıs sözləri eyni məna
daşıyan sözlər olaraq,” hər şeyi əvvəlcədən bilən, görən” anlamında işlənən
sözlərdir. El deyimlərində, eləcə də bəzi dini kitablarda deyilir ki, ibtidai
dövrdən bu günə qədər dünyaya yüz iyirmi min peyğəmbər gəlmiş, yalnız onlardan
bir neçələri Allahın elçiləri kimi tarixə düşmüşlər. Qalanı isə tədricən
unudulmuşdur.
Bibliyada
(vəhlər kitabında) peyğəmbərlər sırasında Bilqamısın adı da çəkilir. Ancaq fəaliyyəti
haqqında bilgi verilmir. Peyğəmbər Fars sözü olub, lüğəti anlamında hər şeyi
bilən deməkdir. Bu mənada, Bilqamıs sözü də hər şeyi bilən mənasını verən türk
sözüdür. Ola bilsin ki, Tövratda adı çəkilən Bilqamıs qədim türklərin peyğəmbərlərinə
verilən ad olmuşdur. Türklər erkən zamanlardan Xristianlıq və İslam dinlərini qəbul
etdikləri və uzun zaman yaşatdıqları üçün öz ulu Peyğəmbərlərini unutmuşlar ki,
indi bu gün həmin söz, yalnız dastanlarda eşidilir.
Quranda
iyirmi beş Peyğəmbərin adı çəkilir və hər bir xalqın öz dilində danışan Peyğəmbərlərinin
olduğu bildirilir. Quranın 14-cü surəsinin 4-cü ayəsində deyilir: "Hər bir
xalqa izah etsin deyə, Biz həmin xalqın dilində danışan elçi göndərmişik" Quranın
ikinci surəsinin 151-ci ayəsində deyilir: "Həmçinin sizə ayələrimizi
oxumaq, sizi təmizləmək, kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə
öz içərinizdən bir Peyğəmbər göndərdik." Peyğəmbərliyin əsas şərtlərindən
biri ,fövqəladi ilahi qüvvədən vəhy almaq və gələcəkdən xəbər verməkdir.
Onlardan bəziləri yuxuda, bəziləri eşitmə, bəziləri görmə, bəziləri də
hissiyatlarının hamısından istifadə etmə bacarıqları olmuşdur. Son Peyğəmbəzimiz olan Məhəmməd (s.v.s.)də bu
ilahi vergi son dərəcə qüvvətli olmuş və bütün vəhy yollarından istifadə
etmişdir. Bu ilahi vergi, onun Hira mağarasında zikr zamanı özünü daha aydın
göstərmişdir.
Vəhy
hərfi mənada fikir deməkdir. Ancaq vəhy sözü dinlərdə özünün ilkin mənasını
itirərək Tanrıdan gələn söz, əmr, göstəriş mənasını almışdır. Hər bir adamda
Tanrı zərrəciyi, ilahi nur olduğu üçün hər bir adama müəyyən mənada vəh gəlir.
Ancaq hər bir adam onu dərk edə bilmir. Kimi fikir kimi, kimi ürəyə damma kimi,
kimi də tuş kimi qəbul edərək əhəmiyyət vermir. Yetkin bəsirətli adamlar isə vəhdən
bəhrələnərək onun ilahi siqnal olduğunu qəbul edib, həyata keçirir. İdris peyğəmbər
ürəyə damma kimi, Sokrat, Musa və İsa səs kimi, Məhəmməd isə üç sahədən görmə,
eşitmə və vəh kimi qəbul etmişdir. Peyğəmbər olmuyan bir çox şəxslər var ki,
onlara gələn fikirlər gələcəyi düzgün xəbər verdiyi üçün vəh adlandırmaq olar.
Yuxu yozanlar, ekstrasenslər belələrindəndir.
Yeri gəlmişkən onu qeyd etmək lazımdır ki,
İslam şəriəti qeyd edir ki, Məhəmməd (s.v.s)-in ruhu meraca yüksələn birinici və
axırıncı ruhdur.
Merac,
ərəb sözü olub, göyə səyahət etmək mənasını verir. Dini kitablarda bir neçə
peyğəmbərlərin meraca səyahətləri haqqında bilgilər verilmişdir. Bhaqavat-Gitanın
11 f. 47 m.-də ulu Tanrı deyir: "Sənə qədər heç kəs bu ilkin, hüdudsuz və
göz qamaşdırıcı parıltısı olan formamı görməmişdir." Buddizmin Tanrısı
olan Krişnanın, Arçunaya etdiyi bu müraciət Arçunanın göyə səyahətindən xəbər
verir. Tanrı Krişna, Arçunaya bir neçə planetlərin varlığından, onların keyfiyyətindən,
onlarda bir çox ruhların seyr etmələrindən danışır, Arçunaya öyüd-nəsihətlər
verdikdən sonra yerə endirir.
Misir
əfsanələrinə görə, İdris (ə)-da növbəti meraca səyahət edən peyğəmbər olmuşdur.
Misir və Yunan ədəbiyyatlarında İdris (Hermes)-in yerin və göyün sirlərini bilməsindən,
adamlara bir çox elm öyrətməsindən, son halda göyə çıxmasından və sağ ikən cənnətdə
qalmasından danışılır. İslam dininə görə də İdris Peyğəmbər, adamlara yazı və dərzilik
öyrətmiş, Allahın əmri ilə göyə çıxmış, cəhənnəmi, cənnəti gəzmiş, Allahdan cənnətdə
qalmasını xahiş etmiş və Allahın icazəsi ilə o cənnətdə dərziliklə məşğul olur.
İncilin
Matta f-28, m-7-də deyilir: "Tez gedin onun şagirdlərinə belə söyləyin.
İsa ölülər arasından dirildi." Maddə 18-də deyilir: "Göydə və yer
üzündə bütün səlahiyyət mənə verilmişdir."
Quranın
3-cü surəsinin 55-ci ayəsində deyilir: "Ya İsa, həqiqətən mən sənin ömrünü
tamam edib öz dərgahıma qaldırdım." Yuxarıda İncilin və Quranın qeydlərindən
İsa peyğəmbərin də göyə (meraca) qalxması aydın göstərilir.
Quranın
17-ci surəsinin 1-ci ayətində deyilir: "Bəzi ayələrimizi göstərmək üçün bəndəsini
bir gecə məscidül-həramdan ətrafını mübarək etdiyimiz məscidül-əqsaya aparan Allah
pakdır, müqəddəsdir." Ayənin deyilişindən aydın olur ki, ayə Məhəmməd Peyğəmbərə
aid edilən sözdür. Məhəmməd Peyğəmbərin ruhu meraca qalxır, orada Allah, onunla
danışır, Allahdan tapşırıqlar alır və yenidən yerə qayıdır. Dini kitabların
dediyinə görə, Məhəmməd Peyğəmbər meraca çıxan dördüncü adamdır. Quranın təfsirçiləri və hədisçilər
Quranda olan 94/1 ayəni “Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?” əsas
götürərək belə bir əfsanə yaratmışlar ki, guya Məhəmməd (ə.s.) cismani olaraq
meraca çıxmış və orada mələklər cərrahi əməliyyat apararaq onun köksünü açmış,
ürəyinin qanını təmizləmiş və yerini ilahi möcüzə ilə doldurmuşlar. 6/125 ayədə
deyilir ki, “Allah kimi düz yola yönəltmək istəsə onun könlünü islam üçün açıb
genişləndirər.” Demək ayətlərdə deyilən açıb genişləndirmək sözü məcazi mənada
işlənmişdir. Həqiqət kimi qəbul etmək səhvdir. Yəni “sənə geniş səbr, geniş
hövsələ vermədik mi?” və ya “Allah kimi istəsə ona geniş dözüm və ya səbr verər
deməkdir.” Demək Peyğəmbərin cismən
meracı səhv fikirdir. Merac yalnız ruhən ola bilər. O, eyni zamanda qüvvətli ilahi hissiyyat
qabiliyyətinə malik olan bir şəxsiyyət kimi əshabələri tərəfindən qeyd
edilmişdir. Həzrəti Ömər deyir ki, şiddətli baş ağrısı olduğu üçün, növbəti
namaz qılmağa gedə bilmədim. Namazdan qayıdan zaman, Peyğəmbər mənim ziyarətimə
gəldi. Başımdakı ağrılardan şikayət etdim. Yanımda oturub, əlini başıma sürtdü əlində
qüvvətli bir istinin başıma keçməsini duydum, həmin anda da başımdakı ağrılar
keçdi.
Salman
Farsi deyir: Qarnımda olan bərk sancılı ağrılarla yatağa düşüb yatırdım. Peyğəmbər
məni yoxlamağa gəldi, şikayətimə qulaq asıb, əlini qarnıma sürtdü, əlindən
qarnıma şiddətli bir isti keçdi həmin anda bütün ağrılarım çəkildi. Əshabələrinin söylədiklərinə
görə, bəzən Peyğəmbərdə bayılmalar olmuş və vəhylərini ayılmadan sonra
vermişdir.
Rəvayətlərdə
və əfsanələrdə deyilən və Bibliyada adları çəkilən bir çox peyğəmbərlər necə
olmuşlar. Tarixi araşdırmalardan aydın görünür ki, Tanrının sevimli qulları,
hadisələri öncədən bilən bəndələri həmişə olmuşlar və bundan sonra da
olacaqlar. Ədəbiyyatların bildirdiklərinə görə, Məhəmməd Peyğəmbərdən sonra, bu
günə qədər 22 nəfər öncədən xəbər verən, gələcəyi bilən (Peyğəmbər) adamlar
olmuşlar. Onlardan bəziləri haqqında qısa açıqlamalar vermək məqsədəuyğun olar.
Fransanın
Monnelje universitetnin professoru, tibb elmləri doktoru, həkim və ostroloq
Nostradamusun (1503-1566) qısa həyatına nəzər salaq.
Amerikanın Ajen şəhərində kilsəni təmir edərkən,
dülgər damdan yıxılır. Keşişlər onu masa üzərinə uzadıb yoxlayırlar və onun
artıq öldüyünü bildirirlər. Təsadüfən Nostradamus da orada olur. Ölünün
qohumlarına yaxınlaşıb, meyidə baxmaq üçün icazə alır. Onun gözlərinə baxdıqdan
sonra, hamını kilsədən çıxardıb, qapını arxadan bağlayır. Bir saatdan sonra
kilsənin qapısı açılır Nostradamus və ölü əl-ələ verib, xalqın qarşısına
çıxırlar. Ölənin dirildiyini görən keşişlər, Nostradamusu cadügər bilib, öldürmək
istəyirlər. Ölünün qohumlarının yardımı ilə o güclə kilsədən qaçır. Ancaq kilsə
xadimləri, Nostradamusu cadügər elan edərək, ölümünə hökm verirlər.
İnqvizasiyaçıların onu öldürməsindən ehtiyatlanan Nostradamus, çıxış yolunu şəhərdən
qaçmaqda görür. O, universiteti və bütün yüksək adları ataraq, Avropada gizlənməli
olur. Altı il gizli yaşıyır. Bu vaxt o, xəstələrin müalicəsi ilə məşğul olur,
eyni zamanda özünün Peyğəmbərlik qabiliyyətinin öncədəngörmələrini yazır. O,
senturilərində gələcəyin proqnozunu verir. Nostradamus, ən düzgün görmələri və
öncədən bilmələri epileptik tutmalarından sonra söyləyir və yazır.
Nostradamusun Peyğəmbərlik qabiliyyətini, dünyanın bir çox elm ocaqları qəbul
etmişdir.
Amerikalı
Edqard Keys (1877-1945). Ameriakada onu yatan peyğəmbər adlandırırlar. Həkimlər
Er Leyn və Ket Cun, Edqard Keysi hipnoz edən zaman, ona, verilən suallara dəqiq
və doğru cavab alırlar. Sonra məlum olur ki, sorğu zamanı ondan soruşulan yerlərdə
o heç vaxt olmamışdır buna baxmayaraq, o, yerlərdə olan binaları, küçələri,
orada baş verən hadisələri olduğu kimi danışmışdır. O, əlavə olaraq
metofizikaya, təbabətə, fəlsəfəyə və digər sınaqlara da doğru cavab vermişdir.
Həkimlər belə nəticəyə gəlmişlər ki, ruhun zamanı, məkanı olmur və ruha verilən
sorğulara uyğun olaraq səyahət edir. Ruh maddi aləmdən başqa mənəvi aləmə də səyahət
edə bilir. Keysinin öncədən bilgilərini elm ocaqları müzakirə edərək, belə bir
qərara gəlirlər ki, hipnoz zamanı Keysidə olan ruh, geniş ensklopedik biliyə
malikdir.
Keysi
ömründə görmədiyi yerləri, bilmədiyi hadisələri, uzaq keçmişdə olanları, gələcəkdə
baş verənləri açıqlayır. Bəs görəsən cavab verən ruh, Keysinin öz ruhudur yoxsa
Keysinin bədəninə hər hansı bir ensklopedik biliyə malik ruhmu daxil olur?
Keysinin üzərində aparılan təcrübələr göstərir ki, ruh var və o, bir bədəndən
başqa bir bədənə keçə bilər. Ruh, hər şeyi bilir, o ölməzdir. Keysi hipnoz seanslarından
başqa vaxtlarda da, görmə və eşitmə vasitəsi ilə də öncədən bilmələri xəbər
vermişdir.
Vangeliya
Dimitrovna (Vanqa 1911-1996). Vanqanın dediyinə görə, onu fövqəladə bir qüvvə
yerə elçi göndərmişdir. O deyir: "Mən bura göndərilimişəm və mənim yerdə
mövcud olacağım müəyyən zamanı ciddi ölçürəm. Mən ümidsizlərə əl uzadıram və
onlara hara getmək lazım olduğunu göstərirəm." O, 12 yaşında hər iki
gözünü itirir və əbədi kor olur. 1940-cı ildə Almaniyanın Bolqarıstana hücum edəcəyini
xəbər verir və sözü düz çıxır. 1952-ci ildə, altı aydan sonra Stalinin öləcəyini
xəbər verir. Ölkədə, şər, dedi-qodu yaydığına görə, Bolqarıstan höküməti onu həbs
edir, lakin Stalinin ölümündən sonra azad edilir. Vanqanın adı "kor Peyğəmbər"
kimi bütün Bolqarıstana yayılır. Onun yanına məsləhət almaq üçün Bolqar çarı
3-cü Baris, Adolf Hitler, L. Brejnyev gəlir.
Baris Yeltsenin numayəndələrinə onun seçkidə qalib gələcəyini söyləyir. Vanqa
"Vanfim" adlı başqa bir planetdən yerə gələnlər haqqında da xəbər
verir. 1979-cu ildə yad planet adamları ilə görüşdüyünü deyir. Vanqanın dediyinə
görə, iki yüz ildən sonra yer adamları yad planet adamları ilə daima görüşəcəklər.
Vanqa deyir: Fikrin oxunmasında məsafənin, zamanın əhəmiyyəti yoxdur. Ali qüvvələri
mən suda görünən şəffaf fiqurlar kimi görürəm.
Rusiyalı
Baba Daşanı 17 yaşında ildırım vurur. Bir neçə ay huşsuz yatır. Ayılanda
yanındakı adamların, yanından keçən heyvanların iç üyələrini (orqanlarını)
görür. Görüşlərini rentgen yoxlamaları ilə sınayırlar.Görüşləri 80-90 % doğru
çıxır. O gündən də dövlətin izini ilə canlı rentgen kimi xalqa qulluq edir.
(13.11.2017 il canlı televerlişdən).
Volf
Messinq bir ekstrases görücü kimi A. Hitlerin yanında qulluq edir.1939-cu ildə
A.Hitler Messiqdən ruslarla müharibə etdərsə müharibənin necə qurtara biləcəyini
soruşur. O da müharibədə Almaniyanın məğlub olacağını deyir. Sözü Hitlerə xoş gəlmir,
onda inciklik yaradır. Bu səbəbdən də Müssinq həbs edilir. 1939-cu ildə həbsdən
qaçaraq, SSRİ-yə keçir. Bu müharibədə
SSRİ-nin qalib gələcəyini Stalinə xəbər verir.
Müharibə qurtarandan sonra dinçlik dönəmində
Messinq yenə Stalinə oğlunun uçacağı təyyarənin qəzaya uğrayacağını və hər kəsin
öləcəyi haqqında salıq verir. Stalin oğluna qatarla getməyi əmr edir doğurdanda
həmin təyyarə qəzaya uğruyur və içindəkilərin hamısı ölür.
Hitleri
müalicə edən latviyalı ekstrasens Sergey Varonskiden Hitler soruşur ki, Stalinqrad
döyüşü nə ilə nəticələnəcəkdeir. O, cavab verir ki, çox böyük qırğından sonra
sizin ordu məğlub olacaqdır. Bu sözdən qəzəblənən Hitler onu ön cəphəyə müharibəyə
göndərir. Cəphədə Varonski təyyarəçini qipnoz edərək təyyarəni SSRİ-ə qaçırır.
SSRİ-də sığınacaq alır. Müharibədən sonra da kosmonvtlarla işləyir. Roketa ixtiraçısı Korolov xəstələnir, təcili əməliyyat
olmasını məsləhət görürlər. Varonski həmin gün onun üçün uğursuz gün olduğunu və
əməliyata getməməyini məsləhət görür. O isə ona inanmır və əməliyyat zamanı
ölür. Qaqarinin uçmağına həmin gün razılıq vermir. Ona da o gün nəs gün
olduğunu deyir. O isə qulaq asmır, həmin uçuş zamanı da ölür. SSRİ-nin
dağılmasını, rusların Qafqazda uzun müddətli müharibəyə qoşulmalarını Qorboçova
xəbər verir. Sözünün Qorboçova xoş gəlmədiyini görən Varonski SSRİ -dən
Latviyaya gedir.
Daşkənd
şəhərindən Nəzirə Rüstəmova xəstələnir.Xəstəxanada ölür. Yuyucunun əlində nəfəs
alır. Geri evə gətirirlər. Yarı ölü halda 16 il yatır.Belə hala çox əzəllərdən
Letarqiya demişlər. Ancaq tibbi baxımdan koma demək daha düzgün olar.16 ildən
sonra ayılır. Adamların gələcəyindən xəbər verməyə başlayır. Sözünün 70-80%-i
doğru çıxır.Yüzlərlə belə bənzərliklər sadalamaq olar.
Düzdür,
bu cür peyğəmbərlik edənlərə dolaysı ilə haqq qazandırırıq. Ancaq elə incəliklər
var ki, onu gözönündən qaçırırıq. Belə ki,bütün görücülər, yanına gələn xəstələrə,
şikayətin nədəndir, haran ağrıyır, neçə vaxtdır xəstəsən, adın nədir, şikayətin
nədir, adın nədir, şikayətin nədir, haralısan deyə soruşurlar. Bu halda belə bir sorğu yaranır. Adamların
uzaq keçmişini bilən, olmayan gələcək olayları görən, nəyə görə və nə üçün
qarşılarındakı adamın adını, dərdini, yaşını, yerini bilmir? Belə düşüncələr
adamda kuşku yaradır. Bir çox belə sorğular hələ öz cavabını tapmayıbdır.
Dinçilər isə bu olağandışı (fenomen) olayları irahın (ruhun) ilahiliyi və
kutsallığı ilə aydınlaşdırırlar. Belə olağandışı olayların hevanlarda da olması
adamların irahında ilahi gücün olmasına kuşku yaradır.
Atın,
itin, pişiyin yerin titrəmələrini, dağların püskürmələrini, yiyəsinin ölümünü
bilmələrini, adamlarla yanaşı onların da yas saxlamalarını görən adamlar çox
olmuşlar və bir çox olayları yazıya da almışlar.
L.İ. Brejnyevin həyatı haqqında internet
saytında deyilir ki, Tibet kahini L. İ. Brejnyeva Lama adlı bir pişik verir və
onu həmişə yanında saxlamağı ögütləyir. Bir gün Brejnyev səhər Kremlə getmək
istəyərkən pişik onun qabağını kəsir, ayağına dolanır getməyə qoymur. Brejnyev
getməyə vadar olduqda pişik ona saldırı edir. Durumu belə görən Brejnyevdə
kuşku yaranır. Kimlik maşınını Kremlə boş göndərir, özü isə başqa maşında
oturur. Qapıdan çıxan kimi Brejnyevin kimlik maşını Avtomat gülləsinə tuş gəlir,
Maşının Brejnyev oturduğy qapı dəlmə-deşik olur. 1969-cu il 21 Dekabrda
Brejnyev Fransa səfirliyinə getməli olur. Yenə pişik onu evdən çıxmağa qoymur.
Olaydan kuşkulanan Brejnyev yoxlatma apardır. Aydın olur ki, Fransa səfirliyində
ona suiqəst hazırlanıbdır. Pişik ikincə kərə Brejnyevi ölümdən qurtarır. Əgər
adamların gələcəyi görməsini peyğəmbərliklərini irahın (ruhun) ilahi gücü ilə
aydınlaşırsa, Heyvanların gələcəyi görmələrini necə aydınlaşdırmaq olar?
Adamlarda peyğəmbərlik bacarıqlarının olmasını
hadıqlıq (tibbi) baxışı ilə aydınlaşdırmağa çalışaq. Bir həkim kimi adamlarda
tanrıdan verilən Tanrı dənəciyinin
olmasını alımlayıram. Öncələrdə yazdığım
yazılarımda da göstərdiyim kimi Tanrı dənəciyi adamın beyninin alt qatında yerləşən
Mərcimək boyda olan Hipofiz vəzində oturur. Mən ona yaşam vəzi deyirəm. Çünki
gövdədə elə bir üyə yoxdur ki, Hipoviz vəzi onu öz qormonu ilə denetləməsin
(kontrolluq eləməsin). O da kəllənin ən bərk dayanıklı sümüyü olan türk yəhərinin
ortasındakı çökəkdə yerləşir. Gövdədə Hipoviz vəzi kimi qorunan üyə yoxdur. Bilimin
axtarışlarına görə Hipoviz vəzi 50-dən çox çeşitdə qarmon yaradır. Bunlardan
üçü çox önəmlidir.Melotonin, serotonin və Dementin (DMT). Bizi ilgincləndirən
DMTdir. Çünki, o adamın mənəvi acununu (dünysını) yönətir. Ola bilsin ki, gələcəyi
salıq verən də bu qarmondur. Bilim sınaqlarında yoxlanıbdır ki, itdə pişikdə və
ilanda DMT adamla araşdırmada daha çoxdur.
Ruhun gövdədən-gövdəyə keçməsi (Reinkarnasiya)
1878-ci
ildə "Danvil Tayms" qazetinin redaktoru A. Smitti yazır ki, Merly Rof
adlı bir şəxsin ruhu, Luransi Vennim adlı yaş yarımlıq bir qıza keçmişdir. Qız,
özünü böyüklər kimi aparırdı. O dil açan zaman, adının Merly olduğunu
deyir. Hər iki qızda, Merlyin də və Luransin də epileptik tutmaları olmuşdur.
1939-cu
ildə İtalianın Siano şəhərində 17 yaşlı Mariya Talariko ruhi xəstəliyə tutulur.
Sağalanda qız, öz qohumlarını tanımır. O, kişi səsi ilə ətrafdakılara anam
Varraqi küçəsində yaşayır, onu yanıma çağırın, onun adı Katerinadır deyir. Öz
adını isə Cuzeppedir deyir. Qızın bu müammalı sözləri ilə psixoloqlar,
ekstrasenslər məşğul olurlar. Məlum olur ki, 3 il əvvəl öldürülüb atılan
Cuzeppenin ruhu Mariyaya keçmişdir. Cuzeppe, Marianın bədəni vasitəsi ilə
qatillərin adını anasına deyir.
1926-cı
ildə Dehlidə bir qız uşağı, Şanti anadan olur. O yaş yarımlığında dil açan
zaman, ərindən və övladından danışır. Bu şübhəli danışıqlarla maraqlanan bir nəfər,
Şantini dindirir. O bildirir ki, Kedermat adlı əri ilə Mutra şəhərində
yaşamışlar. Yoxlama zamanı məlum olmuşdur ki, həqiqətən də Mutra şəhərində
Ketramanın Luisa adlı arvadı olmuş, o, doğuş zamanı ölmüşdür. Məsələni
aydınlaşdırmaq üçün Hindistan parlamentinin üzvü, cənab Quntanın başçılığı ilə
heyət yaradılır. 8 yaşlı Şanti Devi
Mutra şəhərinə aparılır. Orada o heç görmədiyi qohumları ilə köhnə tanış kimi
keçmiş hadisələrdən danışır. Doğuşdan
qabaq əri sında olunmuş yüksək ixtisaslı nümayəndələr, qızda təkrarlanan ruhun
olmasını təsdiqləyirlər.
1973-cü
ildə Fiodelfiyada d-r. Conson arvadının keçmiş həyatını öyrənmək üçün onu
qipnoz edir. Arvadı qipnoz halıda başa düşülməyən bir dildə daışır və sonda həyacalı
çığır-bağır salır. Danışığı və hadisəni yazıya götürür. Sonra da özüü qipnoz
halıa salır (saldırır). O da yad dildə danışır, sonda həyacanlı səs-küy salır.
Hadisə lentə yazılır. Sonra leti sənətkara oxudurlar. Aydın olur ki, hər ikisi Belarus dilində danışırlar. Xatın kəndindəndilər.
Orada da ər-arvaddılar. 1943 cü ildə Almaniya kəndi bombalayır, evləri ilə
birlikdə yanırlar. Həmin həyacanlı halı qipnozda yenidən görürlər.
2000-ci
ildə Şotlandiyada Kameron adlı uşaq doğulur. 2 yaşında onun Barra adasında evlərinin
anasının qardaş bacısının olduğunu deyir.
5 yaşında anasını qardaş-bacısını görmək istəyində olduğunu anasına
deyir. Uşağın maraqlı sorğu-suvalı haqqında anası həkim psixoloqla məsləhətləşir.
Psixoloq uşağı sorğuya tutur. Uşaq evlərinin formasını ətrafınd dənizin
olduğunu deyir. Psixoloq uşaığı anası ilə Marra adasına aparır. Uşaq evi tapır,
evdə nəyin harada olduğunu deyir. Ruhun uşağa yenidən gəldiyi təstiq edilir.
Bir sözlə bu cür oxşar hadisələr lap çoxdur. Bu günədək ruhun yeniliyi ilə əlaqəli
1500 dən çox olaylar aşkarlanmışdır.
Çox
maraqlıdır ki, yuxarıda adları çəkilən öncəbilicilərin əksəriyyəti xristian
olduqları halda,yəhudiliyin, xristianlığın və islamın əksinə olaraq, tanrıçılığın
və buddizmin təbliğ etdiyi ruhun bir bədəndən digər bədənə keçdiyini və bizim
dünyamızda ruhun gəzdiyini deməklə, tanrıçılıqda və buddizmdə olan karma
(reinqarnasiya) fəlsəfəsini təsdiqləyirlər. Eyni zamanda, sofilərin təbliğ
etdikləri ruhun kamilləşmə, yetkinləşmə məqamının olmasını da sınaqlarında təsdiqləyirlər.
Öncədən bilənlərin fəaliyyətlərindən belə bir fikir ortaya çıxır ki, insanın
bütün fəaliyəti ruhun nəzarəti altında olur.
Allahın işinə
qarışmayaq!
Səma
kitablarının hamısında Allah bir enerji (nur) kimi göstərildiyi halda, bəzən də
Allah Vəhdəti-Vücud məhsulu olan insan kimi, öz elçiləri ilə söhbət edir,
onlara yol göstərir. Ona görə də, bir çox dindarlar Allahı bir şəxsiyyət kimi qəbul
edirlər. Uzun zamanlardan bəri hədis və rəvayətlər əsasında formalaşmış bu təsəvürlərə
uyğun olaraq, bu gün qədim əsatirlərdə olduğu kimi Allahı, onun mələklərini bir
şəxsiyyət kimi əsərlərdə, kinolarda canlandırırlar, onları danışdırırlar.
Reallıqdan uzaq olan belə hallar, yeniyetmələrdə, gənclərdə əfsanələrə, əsatirlərə,
miflərə inam yaradır. Onlar həyatın real varlıqları qarşısında çaş-baş
qalırlar. Uzun zaman bölümündə pilləli evalüsyon proses nəticəsində Tanrı, hər
bir cismli və cismsiz varlıqlara özünün qəti möhrünü (damğasını) vurmuşdur.Tanrı
nur olduğu kimi, onun mələkləri də nurdur və nur kimi də davranırlar.
Bu
gün elmə məlum olan bütün müxtəlif tezlikli və ölçülü dalğaların hamısı öz mənbələrini,
ilk məkan nöqtələrini enerjidən
almışlar. Elə ona görə də deyə bilərik ki, nur özü də eyni zamanda enerjidir. Səma
kitablarının dediyi kimi Tanrı və onun mələkləri də enerjidir. Enerji kimi də
öz elçiləri ilə enerji (nur) dili ilə (vəhy) ilə danışa bilərlər. İnsan gözü
enerjini görmək qabiliyyətindən uzq olduğu üçün, nə Tanrını və də onun mələklərini
görmək qabiliyyətində deyildir. Tanrı enerji olduğu üçün, o həm seçkinlərinə
enerji (vəhy) göndərə bilər, həm də seçkinlərində və ya elçilərində olan enerji
(aura) vasitəsilə vəhy dili ilə cavab ala bilər. Çox təəssüf ki, belə
qarşılıqlı münasibətlər bütün insanlarda baş verə bilmir. Milyonda bir insan,
ilahi vəhyi qəbul etmə və göndərmə qabiliyyətinə malik olurlar. Qalan insanlar
isə,Tanrı zərrəcikləri olan ruhları sayəsində fəaliyyət göstərirlər. Bu sərbəst
fəaliyyəti insan, ağlı vasitəsi ilə edir. İnsan ağlının ən çətin işi, fəaliyyəti
zamanı doğru fikirləşməyi bacarmaqdır. İnsanın həyatda uğur qazanması, hansı
sahə olur-olsun, onun düzgün fikirləşməsindən və düzgün yol seçməsindən
asılıdır. Xüsusilə gənclikdə təcrübəsizlik zamanı, düzgün düşüncəyə, düzgün
istiqamətə daha böyük ehtiyac duyulur. Bu vaxt dədələrimizin məsəli köməyə gəlir
“yüz ölç, bir biç.” Təcrübəsiz gəncin fikrincə, o, doğru düşündüyü yolla gedir,
ancaq, nəticədə getdiyi yolun səhv olduğu məlum olur. İnsan həyatında yaranan
uğursuzluqların hamısı insan təfəkürünün çıxartdığı səhv məntiqin nəticəsi kimi
ortaya çıxır.
Bu
gün müasir insanların həyat tərzinə nəzər salsaq, görərik ki, insanların çox
böyük bir hissəsində dini inanc mövcuddur. Ateist dünyagörüşlü insanlar, çox az
bir faiz təşkil edir. Ancaq inancı olanlar arasında da çox böyük müxtəliflik
yaşamaqdadır. Bir qrup insanlar, yalnız dini məbədlərə (məscidə, kilsəyə,
sinaqoqa) gedəndə Allahı yada salırlar, başqa vaxtlarda isə, dindən uzaq olan
bir çox bəd əməllərlə məşğul olurlar. Bir qrup insanlar isə, vaxtlarının çox
hissəsini ibadətdə keçirirlər, dini söhbətlərə qulaq asmaqdan, başqalarına dini
təbliğat etməkdən həzz alırlar. Öz dinlərindən başqa olan dinə qulluq edənlərə
və eləcə də, ateistlərə nifrət edirlər, onlarla ünsiyyər qurmurlar. Belə şəxslər
çox zaman, dini fanatikliyə bağlanırlar və dini hörmətdən salan və dinə zərər
verənlər də belə şəxslərdir.
Bu gün,
şərq ilə qərb arasında və xristianlıq dünyası ilə islam dünyası arasındakı
siyasi çəkişmələr dini çəkişmələrdə də özünü göstərir. Böyük siyasətçilər dinlər
arasında nifaq yaradaraq, məqsədlərini həyata keçirmək üçün, dini düşmənçiliyi
qızışdırmaqla məşğul olurlar.
Bu
gün dünyada böyük dini düşərgələr yaranmış, ayrı-ayrı dini təşkilatlar meydana
gəlmiş və bu təşkilatlar qarşı-qarşıya qoyulmuşlar.
Əgər
bütün dinlər insanları, bir-birinin qardaşları hesab edirlərsə, bu düşmənçilik
haradan qaynaqlanır? Dinlər arasında düşmənçiliyin yaranmasında siyasətçilər nə
dərəcədə suçludurlar? Din nə üçün daima siyasətə qurban gedir?
Nə qədər
ki, siyasi çəkişmələr var, daima dinlər arasında düşmənçilik toxumu səpiləcəkdir.
Məşhur sofilərin irəli sürdüyü ideyalardan görünür ki, onlar həmişə dinlər
arasında yaxınlığın olmasını təbliğ etmişlər və buna görə də siyasətin qurbanı
olmuşlar.
Əmin-amanlığın
yaradılması və qorunması üçün, ilahi dinlərdəki çağırışlara baxmayaraq, hökmran
siyasətçilər bu çağırışlara məhəl qoymurlar. Onlar bu gün dünyanın məhvə getməsini
görsələr də, sürətlə silahlanmada və təbiəti çirkləndirməda sanki yarışa girirlər.
Unudurlar ki, bu yarışa qarşı Tanrının çox sərt və qorxulu cavabı ola bilər.
Hind
vedası olan Brahma dünyagörüşündə, kosmos vahid bir varlıq kimi qəbul edilir və o, həmişəyaşar enerjidir deyilir. Bu birliyi
pozan, onun harmonik fəaliyyətinə qarışan, ilahi enerjidən sərt və ağır cavab
ala bilər. Ona görə də, hind vedalarında Allahın işinə qarışmamaq tövsiyə
olunur. Vedalarda deyilir ki, insanlar dünyanı gözəlləşdirən əməllərlə məşğul
olduğu halda, Tanrı onları yaxşılıqla müjdələyəcəkdir. Pis əməlnən məşğul
olanlara isə, daima pis yollarla getməyi göstərəcəkdir. Vedalarda təbliğ olunan
əməllər yaxşılıqlar və pisliklər ümumbəşəri mənada verilən bir anlamdır. Pisliyə
və yaxşılığa qarşı verilən Tanrı cavabı, islam dinində də göstərilir. Ancaq
vedalarda deyildiyi kimi, bu göstəricilər maddi dünyada yox, axirət aləmində
verildiyi göstərilir. İslamda deyilir ki, adamlar bu dünyadakı əməllərinin cavabını,
axirət dünyasında alacaqlar. Ancaq Allah pis əməl tutanların əvəzini çox vaxt axirətə
qoymur, bu dünyada verir. Pis əməl tutan, cəzasını ya özü çəkir, ya da sevimli
övladları çəkir. Bu da insanlara bir ibrət dərsidir.
Elm
bu gün xarüqələr yaradır, aylarla gedilən yol, indi saatlarla, dəqiqələrlə
gedilir. Dünyanın hər yerindən təzə xəbərlər eşidilir, yeni kainatlar kəşf
edilir. Allahın sirlərinin kəşfi o dərəcəyə çatmışdır ki, xoşməramlı kəşflər bəzən
şər qüvvəyə, şeytani əmələ xidmət edir.
Bu günə
qədər yaradılan gözəlliklərin məhv olma ehtimalı, get-gedə çoxalır və bəşəriyyət
üzərində insani hökmranlığın dərəcəsi artır. Mütəfəkkir və müdriklərin
ideyaları şeytani xidmətlərə qulluq edən siyasətçilərin əlinə keçir. Çox
hallarda heyvani hissiyyatlar ağılı hissiyyatlara üstün gəlir. Var-dövlət, dünyəvi
ad-san hərisliyi çoxalır. Bir çox insani hüquq normaları tapdalanır.
Unudulur
ki, kainatda mövcud olan bütün varlıqlar, Allahın layihəsi üzərində
yaradılmışdır. Bu layihəni ancaq o, dəyişə bilər.
Bu varlıqların
mövcudluğuna insan qarışdıqda, o, ya məqsədinə çata bilməz, ya da ondan bütün bəşəriyyət
zərər çəkə bilər. Elmi kəşfdə olan genetik kodlaşma siyasəti, bitki, heyvanat
aləmində, eləcə də insanlıqda faciələrin yaranmasına səbəb ola bilər.
Allah,
bütün varlıqların həyat fəaliyyətlərini artıq çoxdan kodlaşdırmış, öz damğasını
və möhürünü təsdiqləmişdir. Bu gün, insanın Allahın işinə qarışmaqla bağlı bəzi
cəhdlərinə diqqət yetirək.
Biz
yuxarıda söyləmişdik ki, Allahın ilahi zərrəciyi olan şəxslər bəzən, mənfi “mən”in
təsiri altına düşdükdə, onlar insanlığa zərər verən, insanlara faciələr gətirən
şəxsiyyət olurlar. Belə şəxsiyyətlər, tarix boyu həmişə olmuşlar və indi də
var. Son zamanlar insanların başlarına gətirilən fəlakətlər, qırğınlar, müdrikləri
(sofiləri) düşündürür ki, doğurdanmı bu qırğınların əsas səbəbi insanlarda
yarnan mənfi “mən”dir, yoxsa şeytanın insanlar arasında törətdiyi fitnə-fəsaddır? Bəlkə də bu dözülməz faciələr qabaqcadan Allah
tərəfindən lahiyələndirilmişdir? Sorğular çox, cavablar məçhuldur. Bu gün,
dünyanı olduqca məkrli və ağıllı siyasətcilər idarə edir. Onların acgöz
maraqlarının toqquşması nəticəsində, dünyanı silkələyən bəlalarla adi insanlar
üzləşirlər. Özləri isə cah-cəlallı bəzədilmiş imarətlərdən mənzərəyə tamaşa
edib, zövq alırlar. Onları insan qanına susadan qüvvə nədir? Onlardakı mənfi “mən”,
məkrli şeytan hiyləsi, yoxsa Allahın alın yazısı? Yenə də suallar çox cavablar
məçhul. İnsan oğlunun təfəkkürünün, dünyagörüşünün həyata bəsirətli gözlə
baxışının, elmi kəşflərin inanılmaz dərəcədə yüksəlişinin olduğu zamanda, bu kütləvi
qırğınların, aclıqların, səfalətlərin, faciələrinin qarşısının alınması doğurdanmı
mümkün deyil?! Silah alverçiləri silah satmaq xətrinə, torpaq hərisləri torpaq
tutmaq xətrinə özlərini yalançı din carçıları elan edərək, müxtəlif dini
görüşlü sadə insanları müxtəlif yollarla öz sıralarına çəkir və bir-birlərinə
qarşı qoyurlar, qırğınlar törədirlər, öz arzularına çatırlar. Bütün faciələri
törədən güclülər də, əzilən gücsüzlər də, bütün günahı ya Allahın, ya da
şeytanın boynuna qoyurlar, bununla da, özlərinə bəraət qazandırırlar. Soruşmaq
gərək, doğrudanmı bu faciələrin səbəbkarı Allah, ya da şeytandır? Şeytan
haradadır? Bəlkə də şeytan özümüzün içimizdədir. İçimizdəki şeytan, bəd əməl
üçün, nahaq insan qanı tökmək üçün bizi didib gəmirir və istədiyinə də nail
olur. İnsan ağlı onu təsdiqləyir ki, fövqəlbəşəri olmayan bütün bəlaların
qarşısını insan ala bilər. Ağlın şeytan fitvasına uymaması nəticəsində, ağıl nəfsin
və şeytanın bütün bəlalarına qalib gələ bilər. Amerika və İngiltərə alimləri, 1960-1970-ci
illərdə sensasiyalı elmi işlər haqqında məqalələr yazdılar ki, günəşin enerji
qüvvəsi ildən-ilə azalır və əgər günəş
enerjisi bu sürətlə azalarsa, müəyyən bir vaxtdan sonra, yerə gələn enerji o dərəcədə
sönə bilər ki, yeri, orada olan maddi varlıqları təbii enerji ilə təmin edə
bilməz və nəticədə canlı aləm yox ola bilər. Yer, cansız planetə çevrilə bilər.
Təxminən iyirmi ildən sonra, yenidən sensasiyalı bilgilər yayıldı ki, Günəşdə yeni enerji partlamaları baş verdi və
günəşin enerjisi ildən-ilə artmağa başladı. Alimlər belə qərara gəldilər ki,
vaxtaşırı günəşdə enerji partlayışı olur, bu hal günəşin təbiətindədir. Hal-hazırda
Amerika alimlərinin Marsda kəşf etdikləri maqnit dalğalarının mövcud olması və
bu dalğaların tədricən sönməsi və nəticədə Marsın cansız planet olması, Marsdakı
həyatın məhv olmasını yer ilə müqayisə edirlər. Bu hipotes də, Günəş haqqında
yaranan hipotes kimi, özünü doğrultmaya bilər. Bəlkə alimlərin kəşf etdiyi bu
hipoteslər Allahın yaratdığı kainat qanunlarından biridir. Çünki, kainatda olan
bütün varlıqlar, hərəkətdədir və onlar daima dəyişirilir. Ona görə də, Allahın
işinə insan o vaxt qarışa bilər ki, ona gücü çatsın və insanlığın xeyrinə onu dəyişdirə
bilsin. Əks halda, insanlar bu kəşflərin cəzasını çəkə bilərlər. Necə ki, bu
gün atom kəşfinin cəzasını çəkirik. Naqasaki, Herosima, Çernobl və Yaponiya,
atom elektrostansiyasının faciələrindən bəşəriyyət hələ azad olmamışdır.
Hələ
çox qədimlərdən insanlar, atla eşşəyin birliyindən qatır almağa nail olmuşlar.
Ancaq bu, Allahın qanunlarına zidd olduğundan, bu günə qədər qatır nəsilvermə
qabiliyyətinə malik olmamışdır.
1940-cı
illərdə Adolf Hitler, ucuz və müti insan qüvvəsi yaratmaq xəyalına düşür. Bu məqsədlə,
xüsusi düşərgələr yaradılır və bura alimlər cəlb edilir. Onlara meymunlarla
insanların birliyindən müti insanların yaradılıb artırılması tapşırılır.
Müharibədəki məğlubiyyəti Almaniyanın bu arzusunu yerinə yetirməyə imkan
vermir. Qələbədən sonra, bu təşəbbüs Stalin və onun davamçılarının əlinə keçir.
Təcrübə Sibir meşələrində davam etdirilir. Alimlər meymun və insan birliyindən
tüklü insan yetişdirirlər. Ancaq Allahın qəzəbi özünü göstərir. Rus alimləri nə
qədər cəhd edirlərsə, tüklü, müti insanlarda nəsilvermə qabiliyyətini yarada
bilmirlər və təcrübəni dayandırırlar.
1970-1980
illərdə, Sibir meşələrində tüklü insanın (“qar adamı”) olması barədə mətbuatda,
radio-televiziyalarda sensasiyalı xəbərlər yayılmağa başladı. Ekspedisiya
yaradıldı, izlədilər və şəklini çəkdilər. 5-10 il vaxtaşırı insanlara görünən
tüklü “qar adamı” sonradan yoxa çıxdı. 2000-ci illərdə dövlət sirləri
açıqlandıqda, sirli hadisənin səbəbi məlum oldu. Görünür, Sibir meşələrinin məhsulu
olan meymun-insan, hansısa səbəbdən meşəyə buraxılmış və arabir insanlara rast
gəlmiş, öldükdən sonra isə, bu mifə son qoyulmuşdur.
1930-cu
ildə İngiltərə və Amerikada yaşayan ingilis-sakson əsilli protestant oliqarx
milyarderlərin yığıncağı olur. Burada qərara alınır ki, dünyanı bir mərkəzdən
idarə etmək üçün, vahid dünya höküməti yaradılsın. Dünyanı idarə etmə
bacarığında olan adamlar nəzarətdə saxlanılsın. Dünyanın var-dövləti bir mərkəzdən idarə edilsin. Yaradılan təşkilata rəmzi
olaraq komitet 300 adı verilir. Komitetin proqramı qəbul edilir. Proqramın bəzi
maddələrini nəzərinizə çatdıraq.
1.
Yeni dünya idarəçiliyi
haqqında birləşmiş kilsə və pul sistemi yaradılsın.
2.
Milli ləyaqət və milli
özünüdərk tam şəkildə dağıdılsın.
3.
Dinlər dağıdılsın, təşkilatın
mənafeyinə uyğun yeni din yaradılsın.
4.
Narkomaniya və pornoqrafiya
(homoseksuallıq) leqallaşdırılsın.
5.
Dünya əhalisi müəyyən yol ilə
azaldılsın.
6.
Komitet faydalı bildiyi elmdən
başqa bütün elmlər dayandırılsın.
7.
Kütləvi işsizlik yaratmaqla
millətin mənəvi ruhunu və mübarizə əzmini öldürülsün.
8.
2020-ci ilə “faydasız yeyənlər”
adlanan qoca və əlilləri qırmaq yolu ilə əhali üç milyard azaldılsın.
9.
Terrorçuluğun çoxalması təşkil
edilsin.
10. Təhsilin tamamilə
dağılması və s. bir çox belə maddələr.
Maddələrin məzmunundan aydın görünür ki,
bu təşkilat nə qədər insanlığa zidd Tanrıya qarşı qoyulan qəddar bir qanun
yaratmışdır. Bu ağaların bəd niyyətlərinin həyata keçirilməsi artıq özünü göstərir.
Proqramda göstərilənlərin hamısı bu gün dünyanın hər tərəfində tətbiq olunur.
Bir çox ölkələrdə homoseksuallıq qanunlaşdırılır, narkomaniya dünyanı bürüyür.
Bütün şərq ölkələrində qardaş qırğını qızışdırılır, hər yerdə aclıq terroru səpilir,
gənclərin mənəviyyatı ləğv edilir, qulağa yad olan bayağı musiqilər hər yerdə
meydan oxuyur. Avropa özünün qurduğu torun qurbanı olur. Süni yaratdıqları
böhran toruna indi özləri düşür. Tordan çıxmaq üçün yollar axtarırlar. Bəd əməllərinin
əvəzini indi Allah onlara qaytarır.
Bu
kimi hallar, elmi kəşf edənlər tərəfindən unudulmamalıdır. Allahın sirlərini
açıqlarkən, onun hansı fəsadlar verəcəyini götür-qoy edilməlidir. Dünyanın əşrəfi
olan insanın zərərinə nə kəşf edilərsə, Allah da ona uyğun cavab verər və
bununla da insanlığa qarşı gözlənilməz faciələr baş verə bilər.
1960-cı illərdə “aral gölü” haqqında bir məqalə
oxumuşdum. Dünyada böyüklüyü, suyunun təmizliyi, şəffaflığı, şirin dadı ilə
seçilən ən böyük içməli su anbarı kimi onun qorunmasınıa ehtiyac olduğunu yazan
müəllif, gölün son zamanlar çirkləndirilməsindən xəbər verirdi. O məqalənin
çapından 40-45 il keçməsinə baxmayaraq, bu gün də Aral gölü “ölü göl” adlandırılır.
Buna səbəb isə, allahın insanlara bəxş etdiyi gözəlliklərə onların müdaxilə etməsidir
ki, bütün bu çirkinliklərə qəzəblənən Tanrı, o gözəllikləri insanların əlindən
alır. Böyük pullar xatirinə Xəzər dənizinin də ətrafında sıralanan neft
vışkaları gələcəkdə Xəzərin də ölü dənizə
çevriləcəyindən xəbər vermirmi? Bizsə nə vaxtsa ayılıb, günahkar özümüz
olduğunu biləndə nə qədər Allaha
yalvarsaq da çox gec olacaq.
Elmin və texnologiyanın bu günkü inkişafı texniki tərəqqiyə nail
olsa da, mənəvi tərəqqiyə mənfi təsir göstərir. İnkişaf etməkdə olan
texnologiyanın müsbət cəhətləri göz qabağındadır, şərhə ehtiyac duyulmur. Onu
inkar etmək də mümkün deyil. Ancaq onun başqa mənfi cəhtləri də az deyil. Bu
günkü gənclik lap körpə yaşından müasir texnologiyanın ixtiyarına verilir. Mənəvi
tərbiyə texnologiya vasitləsilə edilir. Məs: Azərbaycanlı ailə, uşağa xaricdə istehsal
olunmuş oyuncaqlar alır, uşaq oynadıqca oyuncaq öz-özünə “rok –pop” musiqisi
çalır, hələ dil açmayan körpə həmin musiqi sədaları altında istirahət edir, əylənir.
Bir az böyüyəndə televiziyada rok- pop musiqisi eşidir və bu musiqi sədaları
altında oynayanları görür. Böyüyən gənc, əyləncə klublarında da rok- pop
musiqisinin iştirakçısı olur. Belə bir gəncə nə istəyirsən elə, milli musiqini
heç yaxına da buraxmayacaqdır. Muğam, saz səsi eşidən kimi oradan uzaqlaşacaq.
Eləcə də, başqa adət-ənənlərimiz həmin
siyasətin qurbanı olaraq məhv olacaqdır. Yeniyetmə gənc özünü dərk edən zaman hər
hansı bir hadisə ilə maraqlansa,internetdən öyrənəcək. Böyüklərinə - nənə,
baba, ata və anaya ehtiyac olmayacaqdır.
Bu da, ailədaxili istəyin, qohumluğun tədricən sönməsinə səbəb olacaqdır.
İnsanlarda ən qədim zamanlardan belə bir dünyagörüşü formalaşmışdır ki, elm və
texnologiya nə qədər inkişaf edərsə, insan bir o qədər yetkinləşər, kamilləşər.
Ancaq mən bu gün başqa mənzərə ilə rastlaşıram. Elmin inkişafı, kəşflər xarüqələr
yaradır. Texnologiya elə bir həddə çatır ki, təbiətdə olan təbii məhsullar - ət,yumurta
, yağ və s. süni yollarla alınır. Yun, pambıq kimi təbii geyim məhsulları
arxivlərə göndərilir, əvəzində süni və kimyəvi geyimlər bazarları doldurur. Cəmiyyətin
min illər ərzində qadağalarını, insalığın təhqiri olan ibtidai adət-ənənələri
leqallaşdırır,qanuniləşdirir. Homoseksuallıq gözəl adət kimi rəğbət qazanır.
Homoseksuallar fəxri ad daşıyanlar kimi qürurla gəzirlər. Bir çox gözəl
davranışlar, dolğun nitq mədəniyyətləri unudulur. Bir sözlə elmin,
texnologiyanın inkişafı illərlə qorunan adət- ənənələrin və mədəniyyətin incəliklərini
tapdalayır, məhv edir. Əgər dünya belə gedərsə texnologiya inqibatoru süni adam
yaradarsa, dünyanın axırı necə ola,r onu da yalnız Tanrı bilər.
Dinlərin yeniliyə (islahata)
asıllğı (ehtiyacı) var.
Bir yas məclisində molla, Adəm (ə.s.)
haqqında hədis eləyirdi. O, insanların əcdadı olan Adəm peyğəmbər, Tanrı tərəfindən
6 min il öncə yaradıldığını, onun qabırğasından isə Həvvanı düzəltdiyini və
onlardan da bütün adamların (bəşəriyyətin)
yarandığını söyləyirdi. Məclisdən bir
müəllim, mollanın hədisinə qarşı çıxaraq, insanın yaranışının yüz min illər öncə
olmasından və insanda da başqa canlılar kimi 12 qabırğanın olduğunu bildirdi.
Mollanın hədisini bayaqdan çox sakit və nəzakətlə dinləyənlərin çoxunun müəllimin
sözünə güc verdiklərini gördüm. Öncədən də
Yusifin sevgi haqqındakı olaydan və Züleyxanının qoca vaxtı cavanlaşıb
25 yaşlı qız olmasından danışmışdı. Zülexa obrazının da əfsanə olmasını dilə gətirdilər.
Mən evə gəldim Quranı açıb yenidən bir də oxudum, gördüm doğrudanda Adəmin
qabrqasından Həvvanın yaranması və eləcə də Züleyxanın cavanlaşması və Yusifə
getməsi haqqında Quranda heç bir yazı yoxdur. Quranın 15-ci surəsinin 26-cı ayəsində deyilir: “Biz insanı quru və
qoxulu qara palçıqdan yaratdıq”.
7-ci surənin 189-cu ayəsində deyilir:
“Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət eləmək üçün ondan zövcəsini
yaradan Odur”. “Ondan” sözü qaranlıq qalır. Palçıqdan da yaradıldığını yozmaq
olar.
Ancaq Adəmin özündən Həvvanın necə
yaranması haqqında Quranda açıq-aydın heç nə deyilmir. Bəs o halda hədislərimizdə
geniş yer alan rəvayətlər haradan qaynaqlanır?
Sorumuzun cavabını tapmaq üçün Tövratı vərəqləyək.
Tövratda “Yaradılmış kitabı”nın, “Dünyanın yaradılması” başlığında deyilir:
2/7-də “”Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi
üfürdü”. 2/21-də deyilir: “O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o,
yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasından birini götürdü və yerini ətlə
örtdü. 2/22-də Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın
yanına gətirdi.”
Tövratda olan bir çox rəvayət və mifləri
oxuduqda məlum olur ki, Tövrat özündən öncə Misir xalqı arasında yaşayan bir
çox mifoloji dünyagörüşlü qaynaqlardan yararlanmışdır. Misir mifi də Sümer
qaynaqlarından alındığı kəsinlənmişdir. Adəm haqqında olan əhvalatlar da qədim Sümer-Misir
mifinin Tövrata köçürülməsidir.
Quranın təfsirçiləri də Quran ayəsinə
söykənmədən Tövratda yazılan mifoloji dünyagörüşü olduğu kimi öz hədislərində
vermişlər. Amma Quranın ayəsində deyilən
bir incəliyə fikir verilməmişdir.
Quranda deyilir ki, “Biz insanı qoxumuş
qara palçıqdan yaratdıq” Allahın Rəsulunun dediyi bu ayə nə dərəcədə həqiqətə
uyğundur?
Alim mifoloq Mirəli Seyidov “Qam-Şam və
onun qaynaqlarına baxış” əsərində yazır ki, qədim türklərin miflərində adamın
yaranması haqda deyilir ki, buludlar çaxnaşdı, şimşək oynadı, yağış yağdı, yerdə
palçıqlı sular əmələ gəldi, mağaralara doldu. Günəş döğdu, mağaradakı sulu
palçığı qızdırdı, palçıqdan canlılar və insanlar əmələ gəldi.
Göründüyü kimi, qədim türk mifinin
ideoloji ruhu, Misir mifinə nisbətən, Quran ayəsinin ruhuna daha yaxındır. Mifdən
aydın olur ki, dünya varlıqlarının yaranmasında Allahin yaratdığı dörd müqəddəs
varlıqların (odun, torpağın, havanın, suyun) hamısı iştirak edir. Uzun müddət
mağarada qalıb qoxmuş palçıqdan Allah insanı tədricən yaratmıışdır. Bu
dünyagörüşü həm Allahın varlığını bizə bildirir, həm də elmi nəzəriyyə ilə
özünü doğruldur.
Tövratın 2/7-də, Quranın 7/189-da
deyildiyi kimi, bütün dünya xalqlarının bir adamdan yaranmalarını inkar edən dəlillərdən
biri də odur ki, insanların rənglərinə, antrapoloji quruluşlarına, boylarına,
xasiyyətlərinə, adət-ənənələrinə, dillərinə və sair göstəricilərinə görə elə
bir qarışıq çeşitdədilər ki, onların yalnız bir ata-anadan yaranmasına inanmaq
olmur. Ancaq Tanrının gücü ilə mağaralardakı qoxmuş palçıqdan yaranmalarına
inanmaq olur.
Bütün dinlərdə bu cür ağılın dərk edə
bilmədiyi miflər olmuş və bu gündə var.. Ona görə də bu gün dinlərdə yeniliyin
(islahatın) aparılması çox vacib şərtdir.
Göründüyü kimi, VII əsrdə formalaşmış
islam dini dünyagörüşü öz dövrünün düşüncə və məntiqinə uyğun olduğu üçün o dönəmlərdə
qəbul olunmuşdur. Bu gün isə XXI əsr insanının dünyagörüşünü hazırkı düşüncə
ağılkəsməsi (məntiqi) formalaşdırır. Ancaq dini dayaqlar, dini təfəkkür isə VII
əsr dini dünyagörüşü ilə öz varlığını yaşatmağa çalışır. Bunun sonucudur ki,
bilimlə dinin vəhdətində olan boşluğu doldurmaq olmur. Özünün dini asıllığını
ödəməyə çalışan gənc düşüncə yiyəsi isə düşüncə asıllığını ödəyə bilən dini
yollar axtarır. Bu ilgidən də, son dönəmlər yağışdan sonrakı göbələk kimi, bir
çox məzhəblər meydana çıxıb. Bunlardan
eləsinə rast gəlinir ki, son halda hətta gəncləri çürüklüyə (fanatikliyə)
aparır. Bu günkü gənclik hər bir olayın incələnməsində onu inandıran tutama
axtarır. Hər hansı bir dini məzhəb onların çağdaş dini dünyagörüşünə uyğun gəlmədikdə,
yenidən başqa bir məzhəb axtarışına çıxırlar.
Bəs görəsən gənclərdə bu dini boşluğun
ilgisi nədir? Aydındır ki, bu günkü gənclər yüksək araşdırma bacarığında olan
yüksək intellektual düzeyli (səviyyəli)
gənclərdir. Ona görə də, hər bir inanılmaz inanclar onların dini mənliyini
ödəmir.
Bunun da ilgisi odur ki, bütün dinlər öz
çatdırmalarını (təbliğatlarını) “Vacibül-Vücud” fəlsəfi dünyagörüşü çənbərində
aparırlar. Ona görə də bilimlə din arasında uçurumlu boşluq yaranır. Təfsirçilər Quran ayələrini
də dindarlara Vacibül-Vücud dünyagörüşü anlamında aydınlaşdırırlar. Bütün dinlərdə
olduğu kimi, İslam dinində də olan boşluqları duyan qavramlılar (müdriklər)
dinin dəyəri önəmində bir çox məzhəblər yaratmışlar. Yaradılan məzhəblərin
ideyaları Qurandan götürülsə də, təsəvvüfçü Mütəsəvvüflər ayələrin anlamını
Vacibül-Vücud (zərurətin varlığı) fəlsəfəsini
gərəkli varlıq kimi götürmüşlər. Bu da bir çox hallarda bu günkü bilim
baxışlarıilə uyuşmazlıq yaradır. Elə bu ilgidən də Vacibül-Vücud dini-fəlsəfi
dünyagörüşü, bu günkü yetgin düşüncəli və yüksək intellektual dünyagörüşlü gənclərimizin
inamını sağlamlr.
Çağdaş dönəmə qarşılıq verən Vəhdəti-Vücud
dini-fəlsəfi dünyagörüşü çəmbərində,
bilim dünyagörüşlərinə arxalanan Quran ayələrinin açıqlamalarına bu günkü
dindarların ilginliklə də gənclərin böyük asıllığı var. Belə olan halda bilimlə
dinin vəhdətindən önəm alan ayələrdəki dolğun anlamlar gənclərə düzgün çatdırılar,
həm də gənclərdə dinə inamın artırılması yaranır. Belə olan halda gənclər ilahi dinin varlığını daha da dərindən alımlayarlar. Bu gün Allahı
tanımağın, onu önəmləməyin Vəhdəti-Vücud fəlsəfi dünyagörüşündən keçər. Bu gün
orta əsrlərdə yazılmış, təfsirçilərin, o
cümlədən Zəməxşərinin “Kəşşafı”, Cəlaləddin Süitinin “Təsvir əl-Cəlaleyn”i,
Şeyx Təbərsinin “Məcmə əl-bəyan”ı və s. əsərlərdən önəmli qaynaq kimi yararlanılır.
Ancaq onlar Vacibül-Vücud fəlsəfi dünyagörüşünə uyğun yazıldığı üçün çağdaş
dindarları tam sağlamır.
Vəhdəti-Vücud (varlığın birliyi)fəlsəfəsinin
əsasını qoyan Mənsur Həllacın, İbn Ərəbinin, Ş.Suhraverdinin, F. Nəiminin çap
olunmasına və Quranın Vəhdəti-Vücud fəlsəfəsi əsasında təfsirinə xalq arasında
ehtiyac duyulur. Ona görə də dində islahatın olması zərurəti yaranır. İslahatın
olmasını zəruri edən bəzi məsələləri qeyd etmək də yerinə düşər. Dinimizdə
haram buyurulan, həyata keçirilməsi, yeyilməsi, işlədilməsi məsləhət bilinməyən
bir çox hallarla müasir müsəlman razılaşmır. Cəmiyyətin tələbi ilə istər-istəməz
razılaşmalı olur. Islam dinində olan cəza qanunlarının çoxu bu gün ləğv
edilmişdir. O qanunları cəmiyyət qəbul etmir.
Islam şəriətində musiqinin çalınması,
spirtli içkilərin içilməsi, qadağan olunmuş bəzi qidaların yeyilməsi, məclislərdə
qadınların bədənlərinin çox hissələrinin görünməsi haramdı, qadağandır.
Dinimizdəki qadağalara baxmayaraq, bu
gün şənliklərimizi musiqisiz, içkisiz və qadınsız təsəvvür etmək mümkün deyil.
Islahatların vacibliyini qəbul edən səbəblərdən
biri də odur ki, dində qəza-qədər, alın yazısı kimi zəruri olan ilahi hökm kimi
qəbul edildiyi halda, bu gün dindarların çoxu buna şübhə ilə baxır.
Dinin bu zərurəti, bu günkü dünyagörüşü
ilə həmahəng görünmür. Bu zərurəti qəbul edən şəxs, istər-istəməz, həyatını qədərin
ixtiyarına verdiyi üçün çox hallarda sağlamlığını itirir. Yaşamaq uğurunda
mübarizə qanununa qarşı çıxır.
Bir həkim kimi 50 illik təcrübəmdə bir
çox ölüm ayağında olanların (kliniki ölümün) inadkar tibbi yardım nəticəsində,
yenidən həyata qayıtmalarının şahidi olmuşam.Kliniki ölümdən qayıdanlardan 40-50 il yaşayanlar olurdu.
Artıq zaman yetişmişdir. Dinin təməlini
möhkəmlətmək və eyni zamanda insanların sağlamlığını müdafiə etmək üçün, dində
islahatın aparılmasına ehtiyac var və bu edilməlidir!
Böyük
mürşid imam Səhi Müslim "İman"
kitabının 62-ci bəndində deyir. Peyğəmbər ona "gecə və gündüzün 5 namazını
qıl" deyə cavab verdi. İmam Müslimdən başqa bir çox din alimləri və Peyğəmbərin
səhabələri onun 5 vaxt namaz qıldığını söyləmişlər. Ancaq Quranın 11-ci surəsinin
114-cü ayəsində deyilir: "Namazı gündüzü iki başında və gecənin bəzi
saatlarında qıl!" Quranın bu ayəsindən aydın olur ki, Peyğəmbər (s.v.s.) həzrətləri
beş vaxt namaz qılsada o bir hökm kimi Quranda namazın vaxtını təyin edən zaman
çox ağıllı, müdriklik etmiş və gələcəyi görən olmuşdur - namazı gündüzün hər
iki başında yəni gün çıxan və gün batan zaman eləcədə gecənin istənilən
vaxtında qıla bilərsən demişdir. Dünyanın surətlə dəyişdiyi bir vaxtda bütün
günü işlə məşğul olan dindarın beş dəfə namaz qılmaq imkanının məhdut olduğunu
görmüşdür. Belə bir zamanı düşünən dindarların dindən uzaqlaşmamaları üçün üç dəfə
namaz qılmağıda doğru bilmişdir. Dindar beş vaxt namazın qılınmasının mümkünsüz
olduğunu biləndə ondan imtina da edə bilər. Buda tədricən İslamdan uzaqlaşmağa
səbəb olar. Bu gün zamanla ayaqlaşmaq gərək. Gənclərin psixologiyasını nəzə
alaraq dində islahatın həyata keçirilməsi məsləhətdir. Din ən qədim və ən mürəkkəb
bir inam yolu olduğu üçün onda islahatın aparılması çətin bir məsələdir. Ancaq
bu gün bunun aparılması vacibdir. İslahatın aparılmasında məshəblər arasında
narazılıq yaratmamaq üçün hər bir müxtəlif görüşlü məshəb başçıları ilə diyaloq
aparmaq məsləhətdir.
Məndən
qabaq bir çox müdriklərimiz, aydınlarımız İslam dinində olan mühafizəkarlıqları
görmüşlər. Müəyyən təkliflərdə vermişlər ancaq bu təkliflərə Vacibül-Vücut
dünyagörüşlü ruhanilər aqressiv yanaşaraq onları Allahsızlar kimi
damğalamışlar. M.F. Axundazə yazır: "Birdə müəllif istəmir ki, xalq ateist
olsun, dinsiz və imansız olsun. Müəllifin məqsədi İslam dinin əsrə və zəmanəyə
müvafiq olaraq protestantinizmə (İslahata) möhtac olduğunu göstərməkdir."
(Kamalidd Dövlə məktubları. B. 1985 s-164) Axundzadə ən böyük islahatı sünnü və
şiyə məshəbləri arasında aparmağı məsləhət görərək yazır: " Dini birliyin əldə
edilməsi vasitələrindən biri də iki məshəbin (sünnü və şiyə) arasındakı, dini təəssübü
aradan qaldırmaqdır. Buna da mollaların və ruhanilərin köməyi ilə nail olmaq
mümkündür." (M.F. Axundzadə "Aldanmış Kəvakib" B. 1985, s-74)
Dində
mühafizəkarlıq qüvvətli bir yol olduğu üçün, ayrı-ayrı məshəb ruhanilərinin
vahid ideyadan çıxış etmələri çətin məsələdir. Bu ideyanı həyata keçirməm üçün
dövlətin qarışması və vahid bir konsepsiya vasitəsi ilə tədricən onların
birliyinə nail olmaq mümkündür. Bu birliyi də siz yalnız Vəhdəti-Vücut fəlsəfəsinin
təbliği ilə yarada bilərsiniz. Ailədən başkamış hələ uşaqlıq, yetkinlik və gənclik
yaşlarında dini tərbiyəni, elmi tərəqqi ilə yanaşı aparmaq lazımdır. Ailədə tərbiyə
alan gənc bu günkü dini dünyagörüşün elmdən geri qaldığını görərək, məktəb həyatında
elmi tərbiyə alan zaman onda istər-istəməz ikili dünyagörüşü yaranır, gənc ikiləşir.
Bu aldığı tərbiyənin hansı düzgündür deyə fikirləşir, düşünür. O zaman o həqiqəti
axtarır. Bu axtarış onu bəzən səhv yollara aparır. Bu hallar olmasın deyə, ailədə
elə bir dinni dünyagörüşü formalaşmalıdır ki, bu hal elmlə dinin sıx vəhdəti əsasında
formalaşsın. Elə ona görə də dində islahatın aparılması üçün hazırdakı dini tərbiyə
və təbliğat üsulu olan Vacibül-Vücut fəlsəfəsindən imtina edərək, Vəhdəti-Vücut
fəlsəfəsi çərçivəsində dini təbliğatlara keçməyin çoxdan zamanı çatmışdır. Bu
gün Vəhdəti-Vücut dünyagörüşünün təbliği mümkündürmü? Onu qeyd etmək lazımdır
ki, bu gün dünya müsəlmanlarının din xadimləri, mütəsəvvüfləri, dini məktəblər,
dini institutlar və dini akademiyalar hamısı Vacibül-Vücut fəlsəfəsinin çərçivəsində
çıxış edirlər. Bütün ibadətlər Vacibül-Vücut din ehkam yolu ilə edilir.
Demək
olar ki, bu gün Vəhdəti-Vücut banilərinin M. Həllacın, İbn Ərəbinin,
Suhraverdinin, Xunəçinin, Bakuvinin, Nəiminin davamçıları yoxdur. Onların
yaratdıqları haqqa ulaşma yolu olan Vəhdəti-Vücut fəlsəfəsi unudulmuşdur. Ona
görə də Vəhdəti-Vücut fəlsəfəsini yenidən yaratmaq üçün , adları çəkilən
müdriklərin əsərlərindən istifadə edərək təriqəti yenidən canlandırmaq
lazımdır. Bu sahədə davamlı və inatkar iş aparılarsa, müasir elmlə dinin vəhdətini
yaradan bir dini dünyagörüşü yarnacaqdır ki, buda gənclərin beynəlmiləl tərbiyəsinə
müsbət təsir edə bilər. Bu gün istifadə olunan dini ehkamlar 8-10-cu əsr
dünyagörüşü əsasında yaradılmışlar və bu gündə olduğu kimi həmin ehkamlar davam
edir. Artıq biz 20-ci əsrdə yaşayırıq. İnsanların təfəkkürləri inkşaf edən elmlə
əlaqədar tamamilə dəyişmişdir. Zamanın hökmünü dindarlar başa düşməli, zamanla
ayaqlaşmalı və Vacibül-Vücut fəlsəfəsinin dörünün qurtardığını qəbul etməlidir
və özlərini Vəhdəti-Vücut dünyagörüşü əsasında hazırlamalıdırlar.
Ey insan oğlu: Ruhunuzun cənnətə və ya cəhənnəmə getməsi ağılınızın fəaliyətindən
asılı olaraq, sizin öz əlinizdədir. Nə qədər ki, yaxşılıqla, xeyir əməllərlə
özünüzü yetkinləşdirər, kamilləşdirərsinizsə cənnətdə yüksək pillə, yüksək məqam
tuta biləsiniz. .
Ədalət yolunda insanlara xas olan kamil insan ruhunda tərbiyələnin!
70 illik ideoloji qadağalardan sonra, qarşınızda açılmış geniş
imkanlardan düzgün istifadə etməyə çalışın!
İslamda yer alan cəhalətə, mövhumata, əfsanələrə yox deyin!
Gəncləri dini fanatiklikdən uzaqlaşdırın! Sağlam, saf yolları
onlara göstərin!
Din ilə elm arasında olan ziddiyyətli anlaşılmazlıqları aradan
qaldırmağa nail olun!
Elmin dindən və dinin də elmdən güc almaqla, qoşa yaşamalarına
qadir olduqlarını təsdiq edin!
Bütün dinlərin tək bir Allahın yolu olduğunu sübut
edin!
Hər gün axşam-sabah iki hakimin - Tanrının və içsəsiyin
(vicdanının) qarşısında hesabat verin ki, mən bu dünyaya gəldiyim üçün,
insanlığa dəyərli nə vermişəm? Yalnız onda öz dəyərinizi biləcəksiniz. İnsanın ən
dəyərli var-dövləti onun insanoğluna etdiyi yaxşılıklı (xeyirxah) qullukdur.
İÇİNDƏKİLƏR
1
|
1.Giriş-7
|
|
2
|
2 Təsəvvüfündə Vəhdəti-Vücut fəlsəfəsi-9
|
|
3
|
3.Hindistanda təsəvvüf-23
|
|
4
|
4.Çində təsəvvüf-29
|
|
5
|
5.Misirdə təsəvvüf-30
|
|
6
|
6.Türklərdə təsəvvüf-34
|
|
7
|
7.Yunanlarda təsəvvüf-46
|
|
|
8.Dinlərdə təsəvvüf-52
|
|
8
|
9.Zərdüştlükdə təsəvvüf baxışları-52
|
|
9
|
10.Yəhudilikdə təsəvvüf-54
|
|
|
11.Xristianlıqda təsəvvüf-57
|
|
|
12.İslamda təsəvvüf-61
|
|
|
13.Sofinin kamillik amalı-113
|
|
|
14.Kliniki ölüm zamanı ruhun varlığı -136
15.Dində təkamül yolu-143
|
|
|
16.Peyğəmbərlik-153
|
|
17.Allahın
işinə qarışmayaq-158
18.Dinlərin
islahata ehtiyacı var-163
İstifadə
olunan ədəbiyyatlar:
|
1.
V.Vəliyev, “Azərbaycan
folkloru”. Bakı, 1985
|
|
2. Mirəli
Seyidov, “Tam-Şaman və onun qaynaqlarına baxış”,
3. Bakı,
1994
|
|
4. Abu´l-əla
Affifi, “Muhuddin İbnu´l-Arabidə Tasavvuf”,
5. İstanbul,
1994
|
|
6. Mehmet
Ali Ayni, “Təsəvvüf tarixi”, İstanbul, 2000
|
|
7.Sədrəddin
Bəlaği, “Quran qissələri”, Bakı, 1992
|
|
8.“Fəlsəfə
ensiklopedik lüğəti”, Bakı, 1997
|
|
9.Qunnar
Skirberq, Hile Gilye, “Fəlsəfə tarixi”, Bakı, 2007
|
|
10.Nəsir
Rzayev, “Əcdadların izi ilə”, Bakı,
1992
|
|
11.Razim
Əliyev, “Gənc türk jurnalı”, Şumer, Bakı, 2005
|
|
12.Məşədixanım
Nemət, “Azərbaycanda pirlər”, Bakı, 1992
|
|
13.“Bilqamıs”,
Bakı, 1985
|
|
14.Nizami
Gəncəvi, “Xosrov və Şirin”, Bakı, 1983
|
|
15.“Dədə-Qorqud”
jurnalı, № 1, Bakı, 1993
|
|
16.“Qurani-Kərim”
(tərcümə), Bakı, 2004
|
|
17.“Bhaqavata
Gita” (tərcümə), Bakı, 1991
|
|
18.“İncil”
(tərcümə), Stokholm, 1991
|
|
19.“Meydan”
jurnalı, Marneuli, № 2, 2009; № 2, 3, 2010
|
|
20.“Azərbaycan
təbiəti” jurnalı, № 4, Bakı, 1990
|
|
21.Azər
Mehdioğlu, “İbn Xəldun və onun fəlsəfəsi”, Bakı, 2006
|
22. Nizamülmülk Ə.Ə "Siyasətnamə",
Bakı 1989
23.
Osman Nuri Topbaş "İmandan Ehsana Təsəvvüf" Bakı 2009
24.
Əhli Beyit jurnal 2011 №5
25. Salim F. “Milli yaddaş sistemində ürfan və təsəvvüf.
Bakı 2010.
İsa Mehdioğlu (Mehdiyev
İsa Molla Mahmud Əfəndi oğlu)
|
1929-cu ildə Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi
(Bolus-Kəpənəkçi) kəndində ruhani ailəsində anadan olub. Orta təhsilini Kəpənəkçi
və Borçalı (indiki Marneuli) rayonun Sarvan kəndində alıb. 1948-ci ildə Azərbaycan Dövlət
Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1954-cü ildə
institutu bitirib.
|
1954-1964-cü
illərdə Kəpənəkçi kəndində həkim-terapevt, 1964-1969-cu illərdə Azərbaycanın Şəki
şəhərində məktəb sanatoriyasında baş həkim, 1969-1992-ci illərdə Bakıda
Hematologiya və Qanköçürmə İnstitutunda Diaqnostika şöbəsinin müdiri vəzifəsində
işləyib.
1992-ci
ildən təqaüdə çıxmış və o illərdə Borçalıda baş verən milli qarşıdurmalar
zamanı xalq hərəkatında fəal iştirak etmək məqsədilə dədə-baba yurdu Kəpənəkçiyə
köçmüşdür.
Çap
olunmuş kitabları:
·
Tibb jurnalında hemotologiya
mövzusunda 22 məqalə çap olunmuşdur.
·
1975-ci ildə “Azərbaycanda
donorluğun tarixi və qanköçürmədə əhəmiyyəti”,
·
1977- ci ildə “Hemotoloji xəstəliklərin
diaqostikası və müalicəsi”,
·
2014 –cü ildə “Ailənin
sağlamlıq kitabı” adlı kitab.
2008-ci ildən sofilik təriqəti ilə məşğuldur.
·
2010-cu ildə “Təsəvvüf
tarixinə yeni baxış”
·
2018- ci ildə “Türk
dünyasında Zülqerneyn olağandışı (fenomeni)”
·
2018-ci ildə “Türk
dünyasında Xızır olağandışı (fenomeni)” adlı kitablar.
·
Bir çox dini mövzuda məqalələrin
yazarıdır.
Gününüz yaxşı olan dostlar, mənim adım Mika Qəhrəmanova, Bakı, Azərbaycan, mən peşə üzrə həkiməm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Grønseth ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu məni sevmək üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, mən əlimdə olan hər şeyi soruşdum, söz verdim amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi, Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon danışığına cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. bu şəkildə hər hansı bir yardıma ehtiyac duyduğunuzda doctorigbinovia93@gmail.com ya da whatsapp +2349014523836 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz, ya da viberlə +2348144480786 nömrəli telefonla əlaqə saxlaya bilərsiz və lazımlı şeyləri götürərsiniz ......
YanıtlaSilSalam, doktor Amiso adlı böyük bir insanın köməyi ilə hsnabdımı necə geri qaytardığım haqqında bir az danışmaq üçün buradayam bütün dostlarımı salamlayıram. Mənim adım Nana Tahir, Sumqayıtdan, Azərbaycan. On il evləndikdən sonra həyat yoldaşımla nəhayət ki, məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Texas şəhərinə köçənə qədər bir mübahisə və ya digər vəziyyətdə qaldıq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Mən yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimə vuran ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki ərimə həqiqətən aşiq idim. Hər gün və gecə onun haqqında düşünürəm və həmişə onun yanıma gəlməsini arzulayıram, həqiqətən kədərləndim və köməyimə ehtiyacım var idi, ona görə də onlayn kömək axtardım və Dr.Amiso-nun əşyaların geri qaytarılmasına kömək edə biləcəyini təklif edən bir veb saytına rast gəldim. tez. Ona görə də sınayacağımı hiss etdim. Mən onunla əlaqə saxladım və o, nə edəcəyimi söylədi və mən bunu etdim və o zaman mənim üçün bir sevgi yazısı etdi. 48 saatdan sonra ərim həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını, bu qədər heyrətləndirdiyini söylədi! Beləliklə, eyni gündə çoxlu sevgi və sevinclə geri döndü və səhvinə görə və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən bəri, evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı Dr.Amiso sayəsində. o qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, Dr.Amiso həqiqi və güclü çubuq kəsicisi, problemlər zamanı uşaqlarına kömək etmək üçün uzun yaşamaq üçün dua edəcəyəm, əgər buradasınızsa və sizin Ex ehtiyacınız varsa geri və ya əriniz başqa bir qadına köçdü, dünyada və ya Xərçəng məsələsində tanımaq istədiniz, seçdiyiniz sevgilinizlə evlənmək və ya Boşanma halları, Sağlamlıq və ya Ailə problemləriniz, İş təklifləri və Uğurlar, ümumiyyətlə heç nə etmə imtina et, daha ağlama, indi bu güclü sehrlə əlaqə qur. Budur onun şəxsi e-poçt ünvanı: herbalisthome01@gmail.com
YanıtlaSilMənim adım Lituaniyalı Eva
YanıtlaSilMən dünyaya tez bir zamanda həqiqətən güclü və həqiqi bir sehr çarxının olduğunu söyləmək istəyirəm. Burada Dr.pellar ilə əlaqə saxlaya bilərsiniz. Bu yaxınlarda məni tərk edən adamla birləşməyimə kömək etdi. Dr.pellar ilə əlaqə saxladığım zaman. mənə olan sevgi tilsimi və ərim bir daha işi olmadığını söyləyərək məni çağırdı və geri dönməyim üçün yalvarmağa başladı. indi belə bir sevgi və qayğı ilə geri döndü. bu gün sizə bu sehr yazımının pozulmuş bir əlaqəni bərpa etmək gücünə sahib olduğunu bildirməkdən məmnunam. çünki indi ərimdən razıyam. Bu yazını oxuyan və köməyə ehtiyacı olanlar üçün Dr.pellar, hər cür xəstəlik üçün müalicə, məhkəmə işləri, hamiləlik sehrləri, mənəvi qoruma və daha çox kimi hər cür yardımı da təklif edə bilər. Onunla elektron poçtla əlaqə qura bilərsiniz. drpellar@gmail.com
Bu məqaləni güclü bir sehr üçün Dr.Sago-ya təşəkkür etmək üçün yazıram. adım Ani, mən son 8 ildə heç bir səbəb olmadan məni başqa bir qadın üçün tərk etmiş keçmiş sevgilimi geri gətirməyimə kömək edən Serbiya Dr.Sago-dan. Dr.Saqonun evliliyini yenidən birləşdirməsində ona necə kömək etdiyinə dair ABŞ-dan Jenna'dan onlayn mesaj gördükdən sonra sevdiyimi və xoşbəxtliyimi bərpa etməkdən başqa çarəm olmadığı üçün kömək üçün ona müraciət etmək qərarına gəldim. Ən çox təəccübləndirdiyim kimi, sevdiyim insan onu bağışlamaq üçün ürəyində bir yer tapmaq üçün dizləri üstə evə qayıtdı, sevgilimin bağışlanma diləyində diz çökdüyündə və onu qəbul edəcəyimə görə həqiqətən heyrətə gəldim və şok oldum. Mən ifadələrdə çox çatışmıram və sizə təşəkkürümü nə qədər çatdıracağımı bilmirəm, Dr.Sago. Pozulmuş bir əlaqəni bərpa etmək üçün göndərilən bir Tanrısınız və indi mən şən bir qadınam. onun əlaqə məlumatları; spellspecialistcaster937@gmail.com
YanıtlaSil