9 Şubat 2016 Salı

Dinlər dönəmə uyğun pilləli yüksəlmə (təkamül) yolu keçməsə yaşamaz. (I-söhbət).


   Ölçüyə gəlməyən ucsuz- bucaqsız kainatda, dünyada və eləcə də təbiətdə olan qanunauyğunluqları, bitkilərdə, canlılarda, ən nəhayət adamların bioloji və fizioloji varlıqlarında olan qanunauyğunluqları görəndə istər istəməz belə bir son qərara gəlinir ki, bəşəriyyətin, saya-hesaba gəlməyən bir çox müxtəlifliklərinin, bir tənzimləyici qüvvəsi var. Bu qüvvənin inkşaf proseslərini, dövriyyələrini, çox müxtəlif olaylarını, müəyyən ölçülü  qanunlar çərçivəsinə salan bir  qüvvə var. Belə bir qüvvə də yalnız və yalnəz hər şeyə qadir olanTanrı ola bilər.
Teizmini müdafiə edən din alimləri həmişə təkamül yolunu inkar etmişlər və hələ də inkar edirlər. Deizmi müdafiə edən din alimləri təkamül yolunu bir ilahi qanun kimi qəbul etmişlər. Ona görə də həmişə onlar dinsiz, kafir adı ilə damğalanmışlar. Çox hallarda edam edilmişlər. Ateistlər isə təbiətdə olan təkamül yolunun həyat üçün vacib, teizmdən və deizmdən kənar bir qanuna uyğunluq olduğunu isbat etməyə çalışmışlar, hələ də çalışırlar. Darvinin təkamül nəzəriyyəsi ateistlərin ideologiyalarına bir dayaq olmuşdur. Ancaq onu qeyd etmək lazımdır ki, Darvinə qədər  bir çox təsəvvüfçü alimlər  ondan öncə pilləli yüksəlmə nəzəriyyəsini  söyləmişlər. Mütəsəvviflərin yazdıqlarına əsasən demək olar ki, təkamül nəzəriyyəsi Darvinin ixtirası olmamışdır. Darvin ondan öncə olan qarışıq pilləli inkişaf nəzəriyyəsini elmi sistemə salmışdır.
 Hələ insanlar mağara həyatında yaşadıqları zaman onlarda dini dünya görüşləri formalaşmağa başlamışdır.Adamların ilk tərbiyələnmələrinin, ilk mədəniyyətlərinin formalaşmasında dinin böyük rolu olmuşdur. Bütün əxlaq normaları ibtidai din əsasında yaradılıb inkşaf etmişdir. İnsanlar arasında din içtimai sosiologiyanın əsasını qoymuşdur. Ona görə də ilk yaradılan elm din ilə bağlı, çox zaman dinə tabe halda inkşaf etmişdir. Ancaq bu birlik müəyyən müddətdən sonra tədricən ayrılmağa başlayır. Elm inkşaf edir özünün yeni kəşfləri ilə dindən uzaqlaşır. Din isə mühafizəkar mövqe tutduğuna görə öz yerində sayır. Tədricən dindarlar arasında elmə qısqanclıq yaranır. Elmi naliyətləri, yeni-yeni kəşfləri ruhanilər şeytan əməli hesab edərək elmə qarşı müharibə elan edirlər. Bu andan da bir çox elm adamları dinin düşməni kimi edam edilirlər. Yaratdıqları kəşflər, əsərlər Allahın hökmünə zidd əsərlər kimi məhv edilir. 
  Dinsiz elmi kəşflər dünyanı məhvə apardığı kimi, elmsiz dində cəmiyyəti məhvə aparar. Yer üzündə əminamanlığın, ədalətin, haqqın qalib gəlməsi üçün, din ilə elmin vəhdəti vacibdir. Bu vəhdətin vacibliyi dünyanı çiçəkləndirə bilər. Elm maddi mədəniyyətin mayası olduğu kimi, din də mənəviyyatın mayasıdır.  
Həm dində, həm də elmdə, ən çox söz-söhbətə səbəb olan mövzu, adamın (insanın) yaranması haqqında olan mifoloji baxışlardır. Bu haqda hər bir xalqın özünə məxsus mifoloji görüşü var. Yüzlərlə olan mifaloji görüşlər arasından biz yalnız iki, Semit xlqının və Türk xalqının mifoloji görüşlərini araşdırmağa çalışacağıq.
I-.Semit (Yəhudi,Xristian, İslam) dinlərinin  mifoloqiyası.Tövratda  deyilir ki,  “Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”. (Yaradılış 2/7). "O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə doldurdu. (yaradılış 2/21)" "Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. (yaradılış 2/22)" Bunların evliliyindən də dünya insanları yarandı. Bu dini dünyagörüşünü Xristianlıq və İslam dinləri də müdafiə edirlər.
II-.Türk mifologiyası: İnsanın yaranması haqqında Türkün üç əfsanəsi (nağılı) var. Üçü də bir birindən zəngindir. Mifdə deyilir: “Göy üzündə tək olan Tanrı Qaraxan darıxırdı. Nə yaradım ki darıxmayım və həmişə anılım dedi. Bu zaman dənizin ağ köbükləri arasından bir qadın xəyalı göründü. Məni yarat dedi. Tanrı yerə yağışlar yağdırdı. Dağların palçıqlı sel-suları, mağaralara doldu, yağış kəsdi, günəş doğdu. Üzü günəşə olan mağaralaradakı, isti palçıqdan qadını yaratdı. Ona gözəllik, incəlik,naz verdi. Ovucuna palçıq qoyub sevib-sevilməyini özün yarat dedi. Günəş az düşən mağaradakı palçıqdan kişini yaratdı. Ona güc, qüvvət məğrurluq verdi. Qadını qoru dedi. Ovcuna palçıq qoyub, xoşbəxtliyini özün yarat dedi. Onlar Mağaralardan  çıxıb görüşdülər, çoxalıb dünyaya yayıldılar. Türkün ulu dədəsi və nənəsi belə yarandı.(M. Seyidov “ Azərbaycan mifik təfəkkürünün qaynaqları” 1983) və (N.S.Banarlı”Türk ədəbiyatı tarixi”İstanbul 1971).  
III-.Çağdaş mifologiya.  Zamanımızın bir çox alimləri ( Rus arxiologiya alimi Qeorqiy Sidorov ) yeni mif yaratmışlar. Onların yaratdıqları fərziyyəyə görə, bir çox milyon illər öncə yad planetlərdən gələn adamlar olmuşlar. Onlar yerdə nəhəng mədəniyyətlər qurmuşlar. Yer Meymunları ilə çütləşərək, bu günkü insanların əcdadlarını yaratmışlar. Yer insanları da onlara allah demişlər. onlar  bir zaman yerdə allahlıq etmişlər  və sonralar hər hansı səbəbdənsə məhv olmuşlar. Bu dırnaqarası alimlər öz fərziyələrini yer üzündə rast gələn nəhəng tikililərin olması ilə və arxioloji qazıntılar zamanı nəhəng insan sümüklərinin tapılması ilə izah edirlər.
Elmin çağdaş nailiyyətləri və təfəkkürün  bu günkü yüksəlişləri qarşısında belə bir sadəlöhv,ağıla batmaz fərziyyəni eşidəndə adamı təəccüb götürür. Belə bir alimləri hansı zamanın adamlarına aid etmək olar deyə fikirləşirsən.. Alimlərin dedikləri fərziyəni, başqa planetlərdən “allah adamların” gəlməsi ideyasını,  yetgin təfəkkür ona görə inkar edir ki, əyər yad planetlərdən  allah adamlar gəlib yerdə mədəniyyət yaratsaydılar, o zaman yerdə mədəniyyət birdən- birə yaranmış olaradı. Bu gün biz bildiyimiz daş dövründən başlamış pilləli təkamül yolunu, atom dövrünə qədər olan bu uzun yolu keçməzdi.
 Arxeoloqların aşkar etdikləri nəhəng adam sümüklərini sübut gətirən alimlərə bildirmək lazımdır ki, nəhəng Dinazavrları yetişdirən, 1500 kq. Ağırlığında yumurta doğan nəhəng quşu yetişdirən torpaq, nəhəng adamları da yetişdirə bilərdi.Tapılan nəhəng adamlar Dinazavr dövrünün adamlarıdır. Çaşıb onları nahaq yerə başqa planetlərə göndərməsinlər.
 Başqa planetlərdən gələn allah adamlarla meymunların  çütləşməsindən insanların yaranmaları isə insanları təhqir edən bir cəfəngiyyatdır. Çünkü ulu tanrının genetika qanununa görə, uyğunliğu olmayan genlərin qondarma yolla birləşmələrindən yaranan varlıqların yaradıcılıq (nəsilvermə) qabiliyətləri olmur. Bunu min illərdir adamlar öz həyatlarında sınaqdan çıxartmışlar.10 min ildir insanlar Qatrdan istifadə edirlər. Ama hələ də ondan nəsil almamışlar.  Buyruqqulu adam yaratmaq istəyi ilə Hitler və Stalin insanların meymunla çütləşməsindən Meymun-insan almışlar. Ancaq nəsil vermə bacarıqları olmamışdır.  
      Yuxarda gösərilən miflərin deyilişlərindən, onların bir-birindən fərqliliyi çox aydın görünür. Birinin digərindən mükəmməlliyi, yüksək pilləliyi, tədricən inkişaf etməsi özünü göstərir. İbtidai Misir-Ərəb əfsanəsindən, Türk əfsanəsi daha da mükəmməl və ağılabatan olduğu aydın görünür. Çağdaş mif isə boş uydurmadır.
        Bibliiyada  yer alan misir- ərəb əfsanəsi təfəkkür baxımından o qədər də inandırıcı görünmür. Deyildiyi kimi, Allah, insanın qabırğasından Həvvanı yaratdığı üçün, gərək bu gün də insanların artımı qabrqaları vasitsi ilə ola idi. Kişi ilə qadının qabrqasında fərq olmalı idi. Bu gün bu uyğunsuzluq  yoxdur. Semit dinlərinə görə Adəmin yaranması 8000 ildir. Ancaq elm sübut edir ki, Adamın yaranması milyon ildən artıqdır.
  Quranda deyilir: “ Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü”.(7/22). Demək ərəb əfsanəsində insanın yaranmasında Şeytan Allahla ortaqdır. İnsan orqanının bir hissəsinin yaranması Allahın, ayıb yerlərinin yaranması isə Şeytanın xidmətidir. Belə görünür ki, mif Səbaizmdəndə istifadə etmişdir.  Bu mif Şeytana, Allahla yanaşı durma hüququ verir. Bu isə  Allahın ol dedi oldu doktrinasına ziddir. Belə olan halda insan Allaha xidmət etdiyi kimi Şeytana da xidmət etməlidir.  Türk əfsanəsində isə  insanın yaranmasında Şeytan iştirak etmir.  Həm də Quranda göstərildiyi kimi, Tanrı insanı qoxumuş köhnə palçıqdan yaradır.
        Əyər, bütün xalqların bir ata-anadan yarandığını qəbul ediriksə, onda bütün adamlar bir-birinə oxşamalı idi. Bir dildə danışmalı idi. Biz xalqların müxtəlif rənglərdə, müxtəlif  boylarda, müxtəlif xasiyyətlərdə, müxtəlif adət-ənənələrdə, müxtılif dillərdə olduqlarını bilirik və görürük. Afrikalılar,uzaq asyalılar və avropalılar, heç cür bir atadan,bir anadan ola bilməzlər. Bunların hamısı əfsanədir.
        Ancaq biz  Türk mifologiyasını araşdırdıqda, içərisində bir çox ağlabatan görüşlərin olduğunu aşkarlayırıq. Eyni zamanda mifin deyilişi elmi dəlillərə uyğun gəlir.
      Müqəddəs dini kitabların hamısı (Tövrat,İncil,Quran) ilk adamın yaranmasını insan deyə təqdim edir. Söhbət ümumi varlıq olan insandan gedir. Orada Adəm peyğəmbərin adı çəkilmir. Belə olan halda, aydın olmayan səbəbə görə şəriətdə və hədisdə ilk insan kimi Adəm peyğəmbərin adı çəkilir və ilk yaradıcı kimi Adəm
təbliğ olunur. Azı 3000 illərdir  dində olan bu yanlışlıq, rəvayət və hədislərdə höküm sürür.Tək bu deyil dini hədislərdə Quranla təstiq olunmayan bir çox belə yanlışlıqlar hədislərdə çoxdur.
Heç şübhəsiz ki,124 min peyğəmbərin də 124 min dini olmuşdur. Onlar öz dövrlərini yaşamışlar. Tədricən hamısı da unudulmuşdur. Bu gün,  başlıca olaraq, dörd əsas Buddaçılıq, Yahudilik, Xristianlıq və İslamçılıq dinləri bir səma dini kimi yaşamaqdadırlar. Hər bir din, öz növbəsində doğru ilahi yol olmuş, hər biri öz  dönəmində aparıcı din olaraq yaşamışdır və bu gün də yaşayır.
       Avstraliyada aparılan qazıntıların elmi açıxlamaları nəticəsində alimlər belə bir qərara gəlmişlər ki,ən azı tək hüceyrəlilərin əmələ gəlmə prosesi 3,5 milyard il, tək hüceyrəlilərin çox hüceyrəlilərə keçmə prosesi 800 milyon il,çox hüceyrəlilərdən skeletin əmələ gəlmə prosesi 550 milyon il, onurğalıların yaranması halı 300 milyon il, insanın yaranması isə 4 milyon il öncələrdə baş vermişdir. Elmi axtarışların çıxartdıqları nətəcələrə fikir versək, təkamülün ardıcıllığı tədricən qısalır. Bu da ilahi qanunların getdikcə təkmilləşdiyini göstərir. Azərbaycanın Azıx mağarasında yaşayan insanın 400  min il öncədən yaşamasını elm təstiqləmişdir.
Eyni zamanda Darvinizm tərəfdarları balığın genetik oxşarlığının meymuna yaxın olduğunu, Meymunun da geninin insan geninə yaxın olduğunu, insan xromosomunun 46, meymun xromosomunun 48 olmasını və insanla meymunun bətn dölünün 8 aya qədər eyni yollarla inkişaf etməsini sübut kimi gətirərək, bütün canlıların bir kökdən olduğunu isbat etməyə çalışırlar. (Az.wikipedia.org /wiki/təkamül nəzəriyəsi)
Onu qeyd etmək lazımdır ki, döldə olan ilk oxşarlıqların, genetik kodun və ya D.N.T-nin, D.N.K.nın, xromosomun oxşarlığı o demək deyil ki, onların hamısı bir kökdən yaranmışlar. Bu oxşarlıq ona görə var ki, bütün canlılar eyni görünməz varlıqların və eyni torpağın məhsuludular. Yaradıcı isə tək bir Tanrıdır. Mütləq varlıq olan Tanrının torpaqdan yaratdığı bütün canlılarda hər hansı bir uyğunluğun olması şübhəsizdir. Çünkü bu hadisədə iki böyük varlıq Tanrı və torpaq vəhdət halında iştirak edirlər. Ona görə də təbiətdə olan bütün varlıqların az və ya çox dərəcədə oxşarlığı olacaqdır və olmalıdır. Min kilometrlərlə bir- birindən aralı olan soxulcanların, palçıq qurdlarının, milçəklərin bütün genetik kodları ya eyni, ya da çox yaxındır.
       Yuxarda göstərilən elmi sübutlar,dini kitablarda olan bəzi qeydlərin əfsanə olmasını göstərməsi, ona zəmanət vermir ki, yuxarda qeyd olunan hadisələr öz-özünə tanrının iştirakı olmadan yaranmış və inkişaf etmişlər. Bütün bu proseslərin hamısı Tanrı qanunları əsasında inkişaf etmişdir. Həmin ilahi  qanun bu gün də dəvam edir və inkişafdadır. Biz kainatla müqaisədə o qədər qısa ömürlüyük kü, belə qısa müşahidələrmizlə onu heç zaman dərk edə bilmərik.
Yaranmış varlığın ən alisi olan insanın mənşəyi, uzun əsrlərdən bəri elmi axtarışların diqqət mərkəzində duran, hələ də mütləq həllini tapmayan məsələlərdəndir. Heç cür qəbul etmək olmaz ki, afrikalılar, kitaylar və avropalılar biogenetik və antripoloji cəhətdən bir kökdən gəlmə gələn varlıqlar olsunlar. Onların hər biri ayrılıqda yaranmışlar və təkamül yolu keçmişlər. Ancaq ümumiləşmiş genetik uyğunluqları olmalıdır ona görə ki, hər üçünün yaradıcısi Tanrı, yaranşı torpaq olmuşdur. Hər üçü də Tanrı ilə torpağın vəhdətinin məhsuludular.
        Mövlanə Rumi yazır: “İnsan cansız olan varlıqdan nəbati halına, nəbati halından heyvani halına, oradan da insanət halına ulaşdı.”
Nəimi deyir: “Bu aləm əbədi, dövrü inkşaf prosesindədir. Hər bir canlı varlığın əvvəlki pilləsi özündən sonra gələn pillənin başlanğıcıdır.”Nəiminin bu fəlsəfi dünyagörüşü heçdə dinin varlığını inkar etmir. Nəsimi “Kainat yalnız dövrü inkişaf prosesidir” deməklkə, vacibül-vücud fəlsəfəsini inkar edərək, vəhdəti-vücud fəlsəfəsini qəbul edir. 
İbn Xəldun yazır: “Bitkilərin ən yüksək növündən heyvanların ən sadə növü, heyvanların sadə növündən mürəkkəb heyvanlar, ən yüksək növ heyvanlardan da insanlar törəmişlər.”
Fərabi “İdeal cəmiyyətə baxışlar”,Qəzvini”Əcaib əl-məxluqat”əsərində insanın təkamül yolu ilə yaranmasını qəbul etmişlər.Fərabi, Qəzvini və  İbn Xəldun  eyni ilə vəhdəti- vücud fəlsəfəsini müdafiə etmişdir.
Adları və fikirləri yuxarda qeyd olunan müdriklərin hamısı insanın yaranma prosesini dini kitablara uyğun izah edirlər. Ancaq hədislərdə göstərilən ehkamları inkar edirlər və hamısı vahid bir ideyadan çıxış edərək bütün varlıqların, o cümlədən də insanın uzun müddətli təkamül yolu ilə yarandığını təsdiqləyirlər.
        Bəhdəti- vücud təriqətçiləri bildirirlər ki Tanrının iradəsində olan  bir gün, yerin 50 min ilinə bərabərdir. Bu fikiri Quran da təstiqləyir. Quranda deyilir. ”Rəbbin dərgahında bir gün sizin saydığınızın min ili kimidir” (22/47). “O göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə ona yüksəlir.”(32/5) “ Mələklər və Ruh (Cəbrail), onun dərgahına 50 min il olan, bir gündə qalxarlar”.(70/4). Bu ayələr açıq-aydın təkamül qanununun olduğunu təstiqləyir. Quranda bir çox belə “ Vəhdəti-vücud dünyagörüşlü ayələr var. Ancaq çox yazıqlar olsun ki, din alimləri tərəfindən düzgün və geniş işıqlandırılmayır. Quranın təvsirçiləri yozumları ilk baxışdan yanləş olaraq, vacibül-vücud dünyagörüşünə uyğun yozmuşlar və bu günə qədər də səhv olaraq təbliğ edilir. Bu ilahi qanunu hər bir müşahidəci insan, öz həyatında sınaya bilər. Elmi dəlillərə görə kainatda bir cox günəş sistemi var. Demək Tanrının cazibə qanununa görə günəş sistemi də bir- biri ilə əlaqəlidir. Mənim gözlə gördüyüm günəş sisteminə tabe olan Quyryqlu ylduzu ikinci kərə 20 ildən sonra gördüm və belə bir nəticəyə gəldim ki, Quyruqlu ulduzun bir ili yerin 20 ilinə bərabərdir. Belə olan halda bir çox günəşli olan kainatın bir günü heç şübhəsiz ki, yerin 50 min ilinə bəlkə də daha çox ilinə bərabər ola bilər. Demək Qurani- kərinin bildirdiyi kimi Allah insanı öznün bir günündə,yerin isə 50 min ilində yaratmışdır. Bu təkamül yoludur. Bu gün elm daha irəli gedərək, Tanrının bir gününün yerin 230 milyon gününə bərabər olmasını dəqiq hesablaməşdır. Bu baxımdan Quranla elmin nəticələri bir- birini tamamlayır. Yazıqlar olsun ki, ruhanilər Qurandakı bu möcüzəni görməyərək, hədislərə tövratda olan yalanları, nağılları salmışlar. 1400 ildir ki xalqa yalan danışırlar.
           Şübhəsiz ki, din də belə bir tədrici və pilləli bir inkişaf yolu keçmişdir. Din də başqa ictimai proseslər kimi, ibtidaidən aliliyə doğru inkişaf etmişdir. Sonra yaranan din, özündən əvvəlki dinə nisbətən daha mükəmməl və daha inandırıcı olmuşdur.
Tarixi mənbələrdən göründüyü kimi, ilk yaranan antik mədəniyət tanrılarla sıx əlaqəli halda yaranır.Yaranan ilk sivilizasiya Tanrı varlığını qəbul edir. Onun bütün kainata hökmüran olduğuna inanır. Ancaq onun harada olduğunu bilmir. Onun varlığını, kimi göylərdə, kimi də yerdə, təbiətdə axtarmışlar. Son halda insan kainatın ən geniş hüdudu olan göy üzünü özünə Tanrı seçmişdir. Beləliklə də təkallahlıq dünyagörüşü yaranmışdır. Demək təkallahlıq  dünyagörüşü yəhudilikdən yox tanrıçılıqdan gəlmədir.     
Onu da qeyd etmək lazşmdır ki,  sonra yaranan bütün dinlər Tanrıçılıqdan qidalanaraq tədricən təkamül yolu ilə inkişaf etmişlər. İlk təkallahlığın  yer üzərindəki, ilk carçıları da Quranda adları çəkilən peyğəmbərlərdən öncə Xızır bilqamıs, Beqa (peyğəmbərlər) və başqaları olmuşlar. Sonralar Allahla insanlar arasında olan əlaqəni bütlər əvəz etmişdir. Tədricən bütləri də insan sifətində Allahlar əvəz etmişdir.
 Allahlar,  göylərdə məskən salmaqlarına baxmayaraq, vaxtaşırı yerə, insanlar arasına gəlirlər, peyğəmbərlərlə söhbət edirlər, onlara öyüd-nəsihət verirlər.
          Bu mifoloji qaynaqların izlərini biz Xızırla əlaqəli rəvayətlərdə, Bhaqavata-Gitada, Tövratda, İncildə və Quranda görürük. İnsanlarda şüur inkşaf etdikcə, içtimai formasiya mükəmməlləşdikcə, din də pilləli olaraq, mükəmməlləşmiş və təkminləşmiş, ən nahəyət, yeni və son din olan islam dini yaranmışdır.        
 Başqa içtimai formasiyalar kimi, dinin də tədricən inkşafını göstərən amillərdən biri də odur ki, ən ibtidai dini dünyagörüşlərinin bəzi atributlarını dinlər hələ də özlərində qoruyub saxlamışlar. Mağara zamanından qalma od və daş kultu, hələ də müasir dinlərdə yaşayır. Buddizm məbədlərində, yəhudi sinoqoqlarında, xristian kilsələrində, az da olsa, islam dini mərasimlərində hələ də oda pərəstiş adəti şam yandırma vasitsi ilə yaşayır. Buddizmdə daş heykəllərə, yəhudilikdə dindarların boynundan asılan daşa (sekkelə), xristianlıqda daşdan düzəldilmiş xaçlara, islamda qara daşa və namazlıq möhürünə pərəstiş bu gün də davam etməkdədir.
        Heç bir ilahi din, vahid çərçivədə yaranmamışdır. Bütün dinlər ibtidaidən aliliyə doğru daima biri-birindən istifadə edərək, inkişaf etmiş, zənginləşmiş və mükəmməlləşmişdir. Ancaq ruhanilər dində olan bu təkamülü qəbul etmək istəmədiklərinə görə, dinlər arasında etibarsızlığın, biri-birini inkar etmə cəhdinin olması, aralarında sədlərin, uçurumların yaranması bu günün dünyagörüşünə  uyğun gəlməyən yanlış baxışdır.
Dini kitablarda olan qatların, kabbaların, maddələrin, ayələrin məzmunlarına fikir verdikdə, bütün dinlərin bir məqsədə qulluq etdikləri aydın görünür və onlar bir tək ağacın müxtəlif yollara sarı uzanan budaqlarına oxşayır.
Hər bir din öz zamanının güzgüsüdür. Hər bir peyğəmbər isə, öz zamanının ilahi elçisidir. Zaman keçdikcə, bu elçilər bir-birini əvəz etmişlər.
Aydındır ki, bir-birinə yaxın olan, bir mənbədən tədricən inkişaf edib təkmilləşən, bir məqsəd uğrunda fəaliyyət göstərən dinlər, uzun bir təkamül yolu keçərək, bugünkü görkəmlərini almışlar.
          Bu gün səma kitablarındakı bəzi ilahi ayələr müasir insanlar tərəfindən qəbul edilmir. Ona görə yox ki, müasir insanlar Allaha inanmırlar, əksinə, daha çox inanırlar. Yalnız bu müddəaları ona görə qəbul etmirlər ki, ilahi göstərişlərin bəziləri köhnəldiyi üçün onu müasir cəmiyyət qəbul etmir, ya da müasir insanların dünyagörüşündə belə müddəalar təhqir kimi görünür. Doğrudur din xadimləri dində təkamülün olmasını qəbul etmirlər. Təkamüldən söhbət gedəndə onu küfür adlandırırlar. Biz hər hansı bir dinin tarixinə nəzər saldıqda orada təkamülün olduğunu açıq- aydın görürük. Səma dinlərinə qədər olan ibtidai dinlərin bizə qədər gələn ainlərində təkamül yolları aşkar görünür. İlk səma dini kimi qəbul etdiyimiz Yahudilikdə Tanrıçılıqdan gələn bir çox ainlərin izini görürük. Eyni zamanda yəhudilikdə icra olunan bir çox qədim dini ayinlər sonralar cəmiyyətdə ikrah doğurduğu üçün ləğv edilməsi yahudilikdəki takəmüldən xəbər verir.
Dinin tarixini araşdırdıqda görürk ki, bütün  dinlər ibtidaidən aliyə doğru təkamül yolu ilə inkşaf  etmiş  və bir-birinə nisbətən daha da kamilləşmişlər  Ən nəhayətdə təkmilləşən son dini əsər Quran olduğu qəbul edilmişdir. Qurani-Kərim də bir çox ayələr 2/213, 3/33, 10/19, 21/30, 52/45,7/11, 23/12, 25/54, təkamül yolunun da ilahi qanun olduğuna işarə olunaraq yazılmışdır
         Bəşəriyyətin uşaqlıq dövrü arxada qalmışdır. İnsanlar özlərinin təkamül yollarında müəyyən müvəffəqiyyətlər əldə etmişlər. Elmin bir çox sahələri artıq inkşaf etməyə başlamışdır. Bəşəriyyətin inkşafı, elmi kəşflər insanı haqqa yaxınlaşdırdıqca və mədəniyyətə doğru irəllilədikcə, ilahi vəhylərə ehtiyac azaldıqca, ilahi elçilərə, rəsullara da ehtiyac azalmışdır.
Artıq etiraf etmək lazımdır ki, bu günkü insanların mənəviyatlarını, bu günkü hədis və şəriət təmin eləmir. Şəriət qanunlarının çoxu zamanla ayaqlaşmadığı üçün  icra olunmur. Onlar unudulmaqdadır. Quranın yeni müasir təfəkkürə uyğun təvsirinə və müasir şəriət qanunlarına xalqın çox lazımlı ehdiyacları var.
       Deməli, cəmiyyət inkişaf etdikcə, insanların düşüncələrinə uyğun olaraq, dini müddəalarda müasirləşmə zəruridir. Belə bir zərurət gec-tez həyata keçirilməlidir. Əgər bu, baş verməzsə, insanlarda dinə qarşı inam azala bilər. Yalnız miflərdən və əfsanələrdən ibarət olan, elmsiz din, boş bir xəyaldır. Elmlə dinin vəhdəti bəşəriyətin inkişafına və insanlığa xidmət edə bilər.   
Elmi kəşflər, dünya sirlərini aşkar etdikcə, insan psixologiyası da dəyişir və inkişaf edir. Ancaq, dini ideoloji dünyagörüşlərində durğunluq dəvam edir illərdir ki, öz yerində sayır, dini ehkamlar toxunulmaz halda qalır. Bəzən din, elmi kəşflərə qarşı çıxır ki, bu da çox zaman arzuedilməz faciələrə səbəb olur.
 Danılmaz bir həqiqətdir ki, insanın sinir sisteminin təkamülü çoxdan başa çatmışdır. Artıq insan Tanrı varlığının zirvəsində durur. İnsanda olan insani humanistlik hissiyatı, heyvani hissiyatını cilovlaya bilir. O heyvani hissiyatları istədiyi məcraya yönəldə bilir. Heyvani hissiyatları ilahi hissiyatlara tabe edə bilir. İnsan təkamül yolunda bir çox mərhələlərdən keçərək, kamillik yolunda yetginləşir. Yetginləşdikcə də yeni-yeni elmlərə sahib olur. Təbiət təsirlərindən get-gedə sərbəstləşir, qüvvətlənir, müstəqilləşir,  Adam kamilləşdikcə həm maddi, həmdə mənəvi hakimliyini artırır. Onda olan inam, kamillik, onu haqqa yaxınlaşgırır, imanını bərkidir. O mütləq inam sahibi olur.
İnsanda möhkəmlənən ruhun təkamülü cəmiyyətin təkamülünə istiqamət verir. Cəmiyyətdə olan ruhaniyyat, yaxşıya doğru inkşaf edir. İnsan şəxsiyyət ruh və bədən bir-biri ilə vəhdətdə olduğu kimi cəmiyyətdə də maddi və mənəvi aləmlə sıx aləqəli olur. Beləliklə cəmiyyətdə isti ruhani bir harmoniya yaranır. Fərddə və cəmiyyətdə təkamül o dərəcədə inkşaf edir ki, adam yalnız öz nəfsinin yox, əqidə və imanında sahibi olur. Belə olan halda adam heç zaman iqtisadi sıxıntının quluna çevrilə bilməz. Adam öz şüuruna, öz təfəkkürünə inanan müdrik, şüurlu bir varlıq olur. Hər hansı bir mif, əfsanə və rəvayətlərdə ağılın dərk edə biləcəyi, gerçək bir zərrəcik varsa onda həqiqəti axtarmaq bacarığı yaranır. Əyər mif, əfsanə və rəvayətlərdə ağılın dərk edə biləcəyi hər hansı bir gerçəklik yoxdursa o boş xəyaldan başqa bir şey deyil. Əyər hər hansı bir ipucu varsa onu ağıl qəbul edir. Yeri gəldikcə onu inkişaf etdirir.     
         Qurani-kərim iki fəlsəfi dünyagörüşündən qaynaqlanır.1.Vacibül-vücud fəlsəfəsi 2. Vəhdəti-vücud fəlsəfəsi. Hər iki fəlsəfəni müdafiə edən ayələr Quranda çoxdur. Ancaq şəriət və hədislərdə daima vacibül-vücud fəlsəfəsinə geniş yer verilir. Tam əminliklə demək olar ki, vacibül-vücud fəlsəfəsi bu günkü yüksək intelektuallı insanları  təmin etmir. Vəhdəti- vücud fəlsəfəsinin təbliğatçıları da yoxdur. Bu da dində durğunluğa və insanlarda biganəliyə səbəb olur. Bu gün dində yeniliyin ,islahatın vəhdəti-vücud fəlsəfəsi əsasında aparılmasına böyük ehdiyac var. Çünkü vəhdəti-vücud fəısəfəsi həm dini, həm də elmi müdafiə edir.   
  Bu gün din bütünlüklə siyasətə qulluq edir. Siyasət də hər hansı bir qüvvə ilə cilovlanmadıqda, böyük faciələrə gətirib çıxara bilər. Bu gün kainat belə bir faciənin astanasında yaşayır. Bəzi elmi axtarışlar, öz kəşflərini  insanlığın əksinə yönəldirlər. Bir çox təbii varlıqlar, süni varlıqlarla əvəz olunur. Hər şey süniləşir. Elm ilahi qanunların əksinə hərəkət edir. Ən ağır günah sayılan insani irsiyyətlər, cinslər, genlər dəyişdirilir. Elm və texnologiya inkşaf edir, zəhmətin növləri yüngülləşir, insanların iqtisadi durumu yüksəlir. Ancaq bu yüksəliş, mənəvi mədəniyyətdə özünü göstərmir. Yaxın keçmişimiz ilə müqayisədə, çox təzadlı mənzərələr yaranır. Bu gün bütün dünyada maddi durum yaxşılaşır. Mənəvi durum isə pisləşir. Buna görə də, daxili mənlik get-gedə cırlaşır. Yaxın keçmişdə yaşayan aydınlarda maddi durumun aşağı olmasına baxmayaraq, onlarda bu günə nisbətən mənəvi mədəniyyətin çox yüksək olduğunun şahidi olmuşuq.  Elə ziyalılar var idi ki, onların söhbətləri və davranışları insana mənəvi istirahət verirdi. Bu gün milyonçularımız çoxaldıqca, maddi mədəniyyətimiz yüksəldikcə, mənəviyyatımız geriləyir, kütlə cırlaşır, cılızlaşır. Adamlar arasında ağsaqqal-ağbirçək bölgüsü böyük-kiçik yeri, bir-birni dinləmə mədəniyyəti itir. Tarix boyu müqəddəs sayılan ocağın (ailənin) müqəddəsliyi oyuncağa çevrilir. Gənclərimiz internetlə, televiziya ilə sevişir və evlənirlər, internet, televiziya  ilə də boşanırlar. İnsanlığa bayağı olan oyunlar, mahnılar yaranır.
 Bu gün, qloballaşma ideyası insanlar arasında unutqanlığı aşılayır. Ocaq (ailə) və torpaq sevgisi unudulur. Adamlarda kor-koranə dinə meyilliliyin artmasına baxmayaraq, insan saflığı, insan sevgisi, qohumluq əlaqəsi azalır. Hətta onlarla az-çox aparılan  təbliğat da bəhrəsiz qalır. Bu günki gənclər elmi, ibadəti, idarəçiliyi, etik qaydalarını hər şeyi pulda görürlər. Adamlarda Tanrı güzgüsü, Tanrı tərəzisi olan vicdan məhkəməsi unudulur. Heç kim onun qarşısında durub özünə hesabat vermək istəmir.
  İnsan elə bir varlıqdır ki, onun potensial qabiliyyətini öyrənmək, bütün kainatın sirlərini öyrənmək qədər çətindir. Adamda olan bu böyük potensialı görən İmam Rabbani deyir:"İnsan aləmin kiçildilmiş bir xülasəsidir. Buna görə də, aləmdə var olan hər şeyin bir nümunəsi də insanda var." Vaxtilə İmam Rabbaninin dedikləri bu gün həqiqətə çevrilir. Tanrı, adamlara bu böyük kainatın sirlərini öyrənmək bacarığı vermişdir. Bu bacarıq sahibləri, ancaq yetkin insanlar ola bilər. Xalqın daima yetkin insanlara ehtiyacı olmuşdur və həmişə də olacaqdır. Keçmişdə bu ehtiyacları Peyğəmbərlər, vəlilər, övliyalar, sofilər ödəmişlər. Ancaq bu gün, onları əvəz edən, geniş xalq kütləsinin ehtiyacını ödəyə bilən, adamların qəlblərini küfürdən təmizləyən, həm xalqının, həm də Tanrının istəklisi varmı, yoxdursa kim ola bilər? Bu gün bu çətinlikləri aradan qaldırmağı, mənəviyatları itmiş adamların mənliyini qaytarmağı bacaran yüksək intellektuallı adamlara xalqın böyük ehtiyacı var. Demək olar ki bu gün ailələr kiçildiyi üçün ailə məktəbi yoxdur. Bütün  bu ehtiyaclar bu gün yeni təfəkkürlü vəhdəti-vücut fəlsəfəsinə yiyələnmiş din xadimlərinin, uşağın ilk tərbiyəçiləri olan ata-ananın, orta və ali məktəblərdə təlim tərbiyə verən yüksək əxlaqlı,  mədəniyyətə, elmə yiyələnən böyük müəllimlər ordusunun üzərinə düşür.
 Hər hansı bir sosial quruluşun normaları, içtimai cəmiyyətin inkşafına kömək edirsə, xalqın maddi yüksəlişinə, mənəvi yetkinliyinə yarayırsa, cəmiyyət o normaları qəbul edir və tədricən həmin əxlaq normaları adət-ənənə halına çevrilir. Əyər başqa bir sosial quruluşlu cəmiyyətə həmin normalar zərərlidirsə, o cəmiyyət həmin normaları inkar edir. Bu baxımdan din də zaman və cəmiyyətlə ayaqlaşmalı, uyğunlaşmalıdır ki, onu cəmiyyət yaşatsın. Məsələn ən qədim din Zərdüştlük, adamı qurban verməyi, dini norma kimi qəbul edirdisə, səma dinləri  insan qurbanını böyük günah və cinayət hesab edirlər.
  Ulu Tanrı, yaratdığı varlıqların heç birinə dəyişirilməzlik möhürü vurmamışdır. Bu  varlıqların hamısı, zaman və məkanla əlaqədər daima dəyişir, yeniləşir, inkşaf edir. Ancaq bu yeniləşmələr elə gedir ki, onu biz nə görə bilirik, nə də duya bilirik. Çünkü Tanrı zamanı ilə insan zamanı ölçüyə gəlməz dərəcədə kiçikdir. Din də, Tanrı hökmü ilə başqa farmasiyalar kimi,  daima dəyişirilir və yeniləşir. Yoxsa o yaşaya bilməz.Tarixdən silinən 124 min dinlərin də talehi belə olmuşdur.

Hiç yorum yok:

Yorum Gönder