9 Şubat 2016 Salı

Dinin yeniliyə (islahata) ehdiyacı var. (III- söhbət)

         Bildiyimiz kimi, sultani ruh Tanrı zərrəciyi hesab edilir. Ruh ağılı idarə etdiyi kimi, o nəfsi də idarə edir. Sultani ruh,hər şeyə  hakim olduğu halda, bəs necə olur ki,nəfs ruha qalib gəlir. Ağıl şeytana qulluq edir. Ağıllı dediyimiz ilahi ruhu gəzdirən bu adamlar, necə olur ki, yer üzündə bu qədər ağır cinayətlər törədə bilirlər. Günahsız yerə məhv olan minlərlə, milyonlarla ağıllı adamların ruhlarının nalələri necə olur ki, bu faciələrin qabağını ala bilmir. Bu zərbənin ağırlığı böyük bir ölkəni, bəzən də dünyanı silkələyir.
  Ağa Məhəmməd Şah Qacar, Girman şəhərinin bütün kişilərinin gözlərinin çıxarılmasına əmr verdiyi halda, özü də gedib məsciddə namaz qılır, Allahdan bağışlanmasını diləyir. Adolf  Hitler, yüz minlərlə yahudinin ölümünə fərman verir. Günahnı yunaq üçün  kilsəyə gedib Allaha dua edir. Qəddafi, Bəşər Əsəd və başqaları, yüz minlərlə öz xalqının məhvinə əmr verir və girib məscitdə dua edir. Tarixdə yüzlərlə bu cür dəhşətli cinayətkarların törətdikləri faciələrin səbəbkarı kimdir? Əyər bu qanlı faciələri  Allah öncədən planlaşdırmışdırsa, bu səbəbkar Fatehlərin suçu nədir? Quranın Bəqərə surəsinin 255-ci ayəsində deyilir: "Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər. O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir."
Əyər biz, Quranın bu ayəsinə istinad etsək, belə görünür ki, dünyanı qana çalxıyan cəlladlar, qan tökməklə heç bir xəta- günah işlətməmişlər. Onların taleyini Allah necə yazmışdırsa, onlar da elə  hərəkət etmişlər. Eyni zamanda Quranda deyilir ki, insan Allahın ən sevimli bəndəsidir.  Belə olan halda Allahın sevimli bəndəsinə qarşı olan bu uyğunsuzluqlar, bu cinayətlər haqsızlıqlar hardan qaynaqlanır. Doğrudur, dini kitabların hamısında belə suçların-günahların Allah tərəfindən cəzalanmalarından danışılır. Ancaq bu cəzalanmaların vaxtı bilinməz olaraq, qiyamət gününə qədər uzadılır. Belə bir günün gəlişini isə yalnız  Tanrı özü bilir.
 Quran elə bir xəzinədir ki, orada istənilən sorğuya, istənilən cavab tapılır. Quranda 255 ayənin qarşılığı olan bir çox ayələr var. Onlara verilən təvsirlər isə ya köhnəlib, ya da öz dəyərini itiribdir. Onun üçün də belə ayələr yenidən incələnməli və işlənməlidir.
   Elm dərinliklərə nüfuz etdikcə,yeni yeni kəşflər edildikcə Tanrının da yeni-yeni sirləri aşkar edilr. Bütün dinlərin içində bütün göy üzünü ayrılmaz bir Tanrı hesab edən tanrıçılıq dininin ideyasını  bu günün elmin müasir axtarışları da təstiqləməyə başlayır. Elm göydə şüurlu sferanın olmasını qəbul edir  Həmin şüurlu sferaya biz Tanrı deyib vəhyilər qəbul edirik. Elim isə ona  Noosfer deyərək ondan siqnallar qəbul etdiyini deyir.
  Artıq  bütün dinlərin qocaldığını, insanların mənəviyyatlarını, mənəvi ruhlarını, dinin  təmin etmədiklərini adamlar başa düşürlər. Xalq dində, ilahi baxışlarda müasirliyi və mütərəqqiliyi təmin edən dinin varlığını görmək istəyir. Bu istəyi də bu günkü dinlərdəki, müasirləşmələr, islahatlar yerinə yetirə bilər.
           Bəzən bu günkü zamanımızda bizim din alimlərimiz, elə səviyyəsiz, ağıl kəsməz, hətda sağlamlığa zərərli hədislər edirlər ki, adam dinləmək belə istəmir. 2015 il mayın 2-sində, Kanal 12 TV-də din alimi hədisində insanların yüksək hərarət verməklə gedən ağır xəstəliklərinə bəraət qazandırarak, dedi ki, xəstələr nə qədər yüksək hərarətlə çox yatsalar, ağır xəstəliklərdən əziyyət çəksələr, bir o qədər də günahlarının tökülməsi çox olar. Belə ağır və uzun müddətli yatan xəstələr öləndə onların cənnətə getməsindən ağız dolusu danışdı. Bu günkü ruhanilərmizin belə yanlış təbliğatları, dindar insanların xəstəliklərə qarşı mübarizə ruhlarını öldürmək  təbliğatından başqa bir şey deyil. Mən heç cür inana bilmirəm ki, elmin belə yüksək zirvədə olan bir zamanında, ölüm gətirən xəstəliklərə bəraət verən, insan tapılsın. Ancaq onları bu gün aramızda görürük. Belə hədislərin xalq arasında aparılması, ən zərərli bir təbliğatdır. Belə hədislərin dini təbliğatlardan çıxarılması şox vacib bir məsələdir. Belə hallarda bütün aydınlar öz etirazlarını bildirməlidilər. Elə bunun üçün də dində yeniləşməyə (islahata) ehdiyac var.
Bütün dinlərdə bu cür ağılın dərk edə bilmədiyi uyğunsuzluqlar mövcuddur.  Bu günkü insanların təfəkkürü, ayələri təhlil edən zaman, bir çox ayələrin hədislərdəki, yanlış açıqlamalarını  qəbul etmir. Ona görə də bu gün dinlərdə islahatların aparılması çox vacib şərtlərdən biridir.
        Qurani kərimin əl- Maidə surəsinin 33-cü ayəsində deyilir:”Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi, Allahdan cəza olaraq sağ əllərini kəsin”. Quranda zina edən qadının daş-qalaqla öldürülməsinə verilən göstəriş haqda bir neçə yerdə ayə var. Bu gün Quranın bu ayəlri işləyirmi? Bunlar bu günkü islam əhlinə lazımdırmı? Əlbətdə yox, lazım deyil. Demək xalqın özü yazısız olaraq  Quran ayələrində islahat aparır. Bu gün bu qanun həyata keçirilsə gündə minlərlə insanın əli kəsilər ya da minlərlə insan daş-qalaqla öldürülər. Demək Quranda bir çox belə qanunlar var ki, onların işlək dövrü çoxdan keçibdir. Onların saxlanılması qeyri mümkündür. Bunlar üçün dini islahatlar lazımdır. Onsuz da öz-özlüyündə islahatlar hissolunmadan gedir. Ancaq belə islahatların elə də yararlı əhəmiyyəti olmur.
Göründüyü kimi, VII-VIII- əsrlərdə formalaşmış islam dini dünyagörüşü öz dövrünün təfəkkür məntiqinə uyğun olduğu üçün o qəbul olunmuşdur. Bu gün isə XXI əsr insanının dünyagörüşünü hazırkı elmi nailiyyətlər formalaşdırır. Ancaq dini dayaqlar, dini təfəkkür isə VII-VIII- əsr dini dünyagörüşü ilə öz varlığını yaşatmağa çalışır. Bunun nəticəsidir ki, elmlə dinin vəhdətində olan boşluğu doldurmaq olmur. Özünün dini ehtiyacını ödəməyə çalışan gənc təfəkkür sahibi isə öz dini psixoloji təfəkkür mənəviyyatının ehtiyacını ödəyə bilən dini yollar axtarır. Bu səbəbdən də, son zamanlar yağışdan sonrakı göbələk kimi, meydana çıxan bir çox məshəblərdən,  eləsinə rast gəlinir ki, son halda hətta gəncləri fanatikliyə aparır. Bu günkü gənclik hər bir hadisənin təhlilində onu qane edən dəlil axtarır. Hər hansı bir dini məzhəb onların müasir dini dünyagörüşünə uyğun gəlmədikdə, yenidən başqa bir məzhəb axtarışına çıxırlar. Bu axtarışların da son nəticəsini biz görürük. Gənclərimizin sədaları ya da meyitləri, Əfqanıstandan, Ərəbistandan gəlir.
Bəs görəsən gənclərdə yaranmış bu dini biganəliyin, boşluğun səbəbi nədir? Məlumdur ki, bu günkü gənclər yüksək təhlil qabiliyyətinə malik olan yüksək intellektual səviyyəli  gənclərdir. Ona görə də, hər bir sadəlövh inanclar onların dini mənəviyyatını ödəmir.
Bunun da səbəbi odur ki, bütün dinlər öz təbliğatlarını “Vacibül-Vücud” fəlsəfi dünyagörüşü çərçivəsində aparırlar. Ona görə də elmlə din arasında uçurumlu boşluq yaranır. Təfsirçilər Quran ayələrini də Vacibül-Vücud dünyagörüşü anlamında dindarlara izah edirlər. Bu da bu günkü elmi baxışlarla bir çox hallarda ziddiyyətlilik təşkil edir. Vacibül-Vücud dini-fəlsəfi dünyagörüşü, bu günkü sivilizasiyanın iştirakçısı olan yüksək intellektual təfəkkürə malik gənclərimizi qane etmir.
Müasir zamana cavab verən Vəhdəti-Vücud dini-fəlsəfi dünyagörüşü çərçivəsində,  elmi baxışlara əsaslanan Quran ayələrinin izahına bu günkü dindarların xüsusilə gənclərin böyük ehtiyacı var. Belə olan halda elmlə dinin vəhdətindən qidalanan müqəddəs ayələrdəki zəngin mənalar həm də gənclərə düzgün çatdırılar, həm də gənclərdə dinə inamın artırılması yaranar. Belə  olan halda gənclər ilahi dinin varlığını  daha da dərindən qəbul edərlər. Bu gün Allahı tanımağın, onu dərk etməyin yolu,yalnız Vəhdəti-Vücud fəlsəfi dünyagörüşündən keçir. Vəhdəti-Vücud (varlığın birliyi) fəlsəfəsinin əsasını qoyan Mənsur Həllacın, İbn Ərəbinin, Ş.Suhraverdinin, İbn Xəldunun F. Nəiminin,S.Y.Bakuvinin, Asif atanın əsərlərinin çap olunmasına xalq arasında,xüsusilə elm adamları, aydınlar arasında ehtiyac duyulur. Elə bu səbəbdən  də dində islahatın olması zərurəti yaranır. İslahatın olmasını zəruri edən bəzi məsələləri də qeyd etmək  lazımdır.
Qurani-kərimin 7/34 ayəsini “Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər” deyilir. 13/39 ayəsini “Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar”deyilir. Ayələrin açıqlama hədisi, vacibül-vücud fəlsəfəsinin tərəfdarı olan din xadimlərinə görə şərhi, verildikdə deyilir ki, Allahın qəza-qədəri dəyişməzdir. Məsələ əgər yazıda qəza- qədərin gəlib çatıbsa, həmin anda da Əzrail o canı alacaqdır. Bir an nə geri, nə də irəli ola bilməz. Bu təvsirə, bu hədisə qarşı çıxan dinsiz hesab edilir və islama düşmən kimi damğalanır. Bəzi çağdaş din xadimləri, zamana uyğun olaraq vəhdəti- vücud fəlsəfəsi çərçivəsində şərh edirlər. Din alimlərindən Şeyxül islam ibn Kamal Paşazadə və Nihat  Xatiboğlu Qurani- kərimin həmin ayəsini şərh edərkən yazırlar: Allah insanın etdiyi dualara və verdiyi sədəqələrə görə o şəxsin ömrünü dəyişdirər. Etdiyi dualardan Allah razı qalarsa və verdiyi sədəqə ilə insanları sevindirərsə, yaxşılıqların dərəcəsindən asılı olaraq allah o şəxsin ömrünü uzadar.” Göründüyü kimi cavabda vacibül –vücud fəlsəfəsinin əksi olan vəhdəti –vücud fəlsəfəsinin dünya görüşündən istifsdə edilmişdir. Bu ideyanın özü hədisdə  islahatdır. Qəza və qədər anlayışına yeni baxış deməkdır.
 Qurana görə dinimizdə haram buyrulan, bəzi yeməklərin yeyilməsi, bəzilərinin məişətdə işlədilməsi məsləhət bilinməyən bir çox hallarla müasir müsəlman razılaşmır. Quranın hökmünə görə müsəlman qız başqa dinə qulluq edən kişiyə ərə gedə bilməz. Müsəlman qadını çadralı olar. Qadınların yalnız topuğu və gözü açıq olar. Müsəlman musiqi dinləməz. Müsəlman nə qədər çox ibadət etsə bir o qədər qazancda, savabda olar. Müsəlman gündə 5 kərə fərz namazı, 19 kərə (dəfə) naflə namazı qılmalıdır. Bu gün bu hökmlər qorunurmu? Əlbətdə yox qorunmur. Bu gün  toylarımız, digər yığıncaqlarımız qadağan olan yeməklərsiz keçmir. əhalinin 80-90%-i sarımsaq işlədir. Cəmiyyətin intellektual təfəkkürü və tələbi ilə istər-istəməz razılaşmalı olunur. Islam dinində olan cəza qanunlarının çoxu bu gün ləğv edilmişdir. O qanunları cəmiyyət qəbul etmir.
Islam şəriətində qədağan olunmuş qidaların yeyilməsi, bayat xörəklərin yeyilməsi, musiqinin çalınması,  kişi yığıncaqlarında (məclislərində) qadınların olması və qadınların bədənlərinin çox hissələrinin görünməsi haram, günah və qadağa sayılır. Dinimizdəki qadağalara baxmayaraq, bu gün şənliklərimizi musiqisiz, və qadınsız təsəvvür etmək mümkün deyil. Soyuducularda həftələrlə bayat xörəklər saxlanılır.  Bunlar artıq məişətmizə ənənə kimi daxil olmuşdur. Bu gün qəbul elədiymiz məişət yenilikləri, xalqın dində elədikləri islahatlar deyilmi?
       Musiqi Tanrının insana verdiyi şadlıq instinqti tərəfindən yaradılmışdır. Demək insanda olan musiqi duyğusu da insana Allah tərəfindən verilmişdir.Bu da maddi qida kimi mənəvi qidadır. Musiqisiz şadlıq  ola bilməz. Musiqini ləğv etmək Allaha qarşı üsyan etməyə bərabərdir.
        Hələ XVI-əsrdə Çişti təriqətinə qulluq edən Hindistsnın sultanı,Sultan Əkbər Cəlaləddin Məhəmməd ölkəsində qadınların çadra örtmələrini qədqğan eləmişdir. Çadrasız gəzməyin islam dininə heç bir pozqunluq (ziyan) vermədiyini demişdir. O gündən də hindistan müsəlmanlarında çadra görükmür. Belə bir göstəriş XVI-cı y.y. üçün böyük yenilik, islahat olmuşdur. Eyni zamanda o dünyanın hər yerindən alimləri hindistana toplamış, Hindistanı elm mərkəzi eləmişdir. Dinlər arasındakı rəqabəti ləğv eləmişdir. Bütün dinlərin bir-birinə hörmətlə yanaşı yaşamaqlarına fərman vermişdir. Özü buddistlə evlənməklə, müxtəlif dinlərin evliliynə icazə vermişdir. İslam dinini zamanının tələblərinə uyğunlaşdırmışdı. Hindli müsəlmanlar bu gün də Sultan Əkbərin etdiyi yenilklə islam dinini yaşadırlar. Bu hal özü dində islahat deməkdir. Vəhdəti-vücud nəzəriyyəsinin tərəftarı olan təriqət əhliləri, dini zamanla əlaqədar yaşatmaq üçün, təriqətlər içərisində dinə bir çox yeniliklər gətirdilər. bunun köməyi ilə islam dini altında islam dünyasında bir çox yeniliklər kəşflər oldu.  Böyük kitabxanalar yarandı Tibb eliminə, təbiət elimlərinə, astranomiyaya aid elmi mərkəzlər yarandı. Islam dünyası çiçəklənməyə başladı.
       Vacibül-vücud fəlsəfəsi tərəfdarları, öz tənəzzüllərini gördükdə Hökmüranların əllərilə vəhdəti-vücudçu alimləri  M.Həllacı, İbn Fərabini, Suhraverdiləri, Nəimini, Nəsimini və başqa bir çoxlarını məhv edilir. Birçox elm mərkəzləri kitabxanalar dağıdıldı, yandırıldı.  
       Bir çox adlı-sanlı təriqət başçıları yox edildi. XVI-əsrdə hökmüran olan şah Təhmasibin 1533 ildə verdiyi fərmanın bir bəndinə nəzər salaq “Ney çalanların barmağı qırılsın.Təbil çalanlar, təbil çubuqları ilə döyülsün”.  “Quranda olmayan elimlər qədağan edilsin”. Bu səbədən də, Şah İsmailin yaratdığı, şərqin bilik  mərkəzi sayılan Şah kitabxanası 1534-cü ildə bağlanır. Kitabxanadan istifadə qadağan edilir. Son halda kitabxana ləğv olundu. Marağa və Uluqbəy rəsədxanaları dağıdıldı. Fateh sultan Məhəmmədin göstərişilə gələcəyin alimləri  olan 5000 yenilikçi vəhdəti-vücut təriqətçiləri yandırılır. Sultan Süleyman qanuni, vəhdəti-vücud təriqət mürşidini 12 müridi ilə birlikdə edam edir. Yalnlız ruhani biliyin öyrənilməsi təbliğ olunur. Bununla da İslam dünyası dünya bilik ocaqlarından məhrum olurlar, yenidən fanatikliyə yuvarlanır. Şübhəsiz ki, bu da islam mədəniyyətinin geriləməsinə, tənəzzülünə, xüsusilə  türk dünyası elminin şərqdə geriləməsinə  səbəb olmuşdur. Bu geriləmənin səbəbidir ki, bu gün Avropa şərqə kinayəli baxır.
Islahatların vacibliyini göstərən səbəblərdən biri də odur ki, dində qədər və qəzanı alın yazısı kimi zəruri olan, ilahi hökm kimi qəbul edilən bir çox hallar, bu gün dindarların çoxları tərəfindən qəbul edilmir. Şəriətdə xəstəliklər günahların tökülməsi və ya bağışlanması üçün Allahdan gəldiyi, Allahın insanlara sınaq üçün göndərdiyi bəla hesab edilir. Onlara qarşı peyvənd və müalicə yolları günah sayılır. Uzun müddət meyiti yarıb iç orqanlarını öyrənmək böyük günah (ağır cinayət) sayılmışdır. Bu gün şəriətin bu qanunlarını müdafiə etməyin özü  böyük cinayətdir.
 Tanrının özü insana  100 il ilə 140 il arası ömür vermişdir. Tanrı qanununa görə 100 yaşdan aşağa baş verən ölümlərin hamısı, əcəlsiz ölüm  hesab edilir.100 dən yuxarı isə Tanrı qədəri əcəl ölümü hesab edilir. Tanrının dəyşirilməz bu qanunu bütün canlılara aitdir.
 Bu gün elm də həmin ideyanı təstiq edərək, isbat etmiçdir ki, insanın orqanizması 100-140 il yaşamağa qadirdir. Elmin indi təstəqlədiyi bu sübutu Tanrı milyon il bundan öncə qanunlaşdırmışdır. Tanrının bu inkar edilməz qanununu dindarlar hələ də qəbul eləmək istəmirlər. Bununla da dindarlar Allahın yaratdığı çox vacib bir qanuna qarşı çıxırlar.
Dinin bu zərurəti, bu günkü dünyagörüşü ilə həmahəng görünmür. Bu zərurəti qəbul edən şəxs, istər-istəməz, həyatını qədərin ixtiyarına verdiyi üçün çox hallarda sağlamlığını və yaşamını itirir. Yaşamaq uğurunda mübarizə qanununa qarşı çıxır.
Bir həkim kimi 50 illik təcrübəmdə bir çox ölüm ayağında olanların (kliniki ölümün) inadkar tibbi yardımı nəticəsində, yenidən həyata qayıtmalarının şahidi olmuşam. Kliniki ölümdən qayıdanların, yenidən  40-50 il yaşamaları dində olan qədər zərurətini inkar edir.
Artıq zaman yetişmişdir. Dinin təməlini möhkəmlətmək və eyni zamanda insanların sağlamlığını müdafiə etmək üçün, dində yeniliyin, islahatın aparılmasına ehtiyac var və bu edilməlidir!
    Quranın 11-ci surəsinin 114-cü ayəsində deyilir: "Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl!" Quranın bu ayəsindən aydın olur ki, Peyğəmbər (s.v.s.) beş vaxt namaz qılsa da, o bir hökm kimi Quranda namazın vaxtını təyin edən zaman çox ağıllı, müdrikliyi ilə gələcəyi görmüş,  gələcək insanların, möminlərin həyat şəraitini öncədən bilmişdir.  “Namazı gündüzün hər iki başında”, yəni gün çıxan və gün batan zaman, eləcədə “gecənin istənilən vaxtında” qılınsın demişdir.
       Bir çox din alimləri hədislərdə Peyğəmbərin və səhabələrinin 5 vaxt namaz qıldığını söyləmişlər. Elə də sünnəyə əsasən bu gün dindarlar 5 vaxt namaz qılırlar.
       Dünyanın surətlə dəyişdiyi bir vaxtda bütün günü işlə məşğul olan dindarın beş dəfə namaz qılmaq imkanının məhdud olduğunu o öncədən görmüşdür.. Belə bir zamanı düşünən dindarların dindən uzaqlaşmamaları üçün üç dəfə namaz qılmağı da doğru bilmişdir. Dindar beş vaxt namazın qılınmasının mümkünsüz olduğunu biləndə ondan imtina da edə bilər. Bu da tədricən İslamdan uzaqlaşmağa səbəb olar. Bu gün zamanla ayaqlaşmaq gərək. Gənclərin psixologiyasını nəzərə alaraq dində islahatın həyata keçirilməsi məsləhətdir və zəruridir.  Sovet dövləti zamanında 1930-35-ci illərə qədər, 9 yaşından yuxarı hamı namaz qılarmış, Bu gün əhalinin ancaq bir, iki %-i namaz qılır. Bu hal dindən uzaqlaşma deyilmi?
 Din ən qədim və ən mürəkkəb bir inam yolu olduğu üçün onda islahatın aparılması çətin bir məsələdir. Ancaq bu gün bunun aparılması vacibdir.
  Məndən qabaq bir çox müdriklərimiz, aydınlarımız İslam dinində olan mühafizəkarlıqları görmüşlər. Müəyyən təkliflər də vermişlər ancaq bu təkliflərə Vacibül-Vücut dünyagörüşlü mühafizəkar ruhanilər saldrqan (aqressiv) yanaşaraq, onları allahsızlar kimi damğalamışlar, öldürmüşlər, edam edilmişlər. M.F. Axundazə yazır: "Bir də müəllif istəmir ki, xalq ateist olsun, dinsiz və imansız olsun. Müəllifin məqsədi İslam dininin əsrə və zəmanəyə müvafiq olaraq protestantinizmə (İslahata-yeniliyə İ.M.) möhtac olduğunu göstərməkdir."  (Kamalidd Dövlə məktubları. B. 1985 s-164) Axundzadə hələ öz zamanında dinin islahata ehdiyacının olmasını göstərir. O, ən böyük islahatı sünnü və şiyə məshəbləri arasında aparmağı məsləhət görərək yazır: " Dini birliyin əldə edilməsi vasitələrindən biri də iki məshəbin (sünnü və şiyə) arasındakı, dini təəssübü aradan qaldırmaqdır. Buna da mollaların və ruhanilərin köməyi ilə nail olmaq mümkündür." (M.F. Axundzadə "Aldanmış Kəvakib" B. 1985, s-74)                .    Axundzadənin bu mütərəqqi ideyası, fikiri bu gündə lazımlı olaraq qalır.         Dində mühafizəkarlıq qüvvətli bir yol olduğu üçün, ayrı-ayrı məshəb ruhanilərinin vahid ideyadan çıxış etmələri çətin məsələdir. Bu ideyanın həyata keçirilməsi üçün “din üzrə dövlət qurumunun” qarışması və vahid bir konsepsiya vasitəsi ilə tədricən onların birliyinə nail olunması mümkündür. Bu birliyi də yalnız Vəhdəti-Vücut fəlsəfəsinin təbliği çərçivəsində həyata keçirmək olar.
Ailədən başlamış hələ uşaqlıq, gənclik və yetginlik yaşlarında dini tərbiyəni, elmin tərəqqisi yolu ilə yanaşı aparmaq dinin  müasirləşməsinə yardım edə bilər. Ailədə tərbiyə alan gənc bu günkü dini dünyagörüşün elmdən geri qaldığını görərək, məktəb həyatında elmi tərbiyə alan zaman onda istər-istəməz ikili dünyagörüşü yaranır, gənc ikiləşir. Bu aldığı tərbiyənin hansı düzgündür deyə fikirləşir, düşünür və özündə sorğu-suval yaradır. O zaman o həqiqəti axtarır. Bu axtarış onu bəzən yanlış yollara aparır. Bu hallar olmasın deyə, din ocaqlarında elə bir dini mühid yaranmalıdır, dini dünyagörüşü formalaşmalıdır ki, bu hal elmlə dinin sıx vəhdəti əsasında formalaşsın. Elə ona görə də dində islahatın aparılması üçün hazırkı dini tərbiyə və təbliğat üsulu olan Vacibül-Vücut fəlsəfəsindən imtina edərək, Vəhdəti-Vücut fəlsəfəsi çərçivəsində dini təbliğatlara keçməyin çoxdan zamanı çatmışdır.
 Bu gün Vəhdəti-Vücut dünyagörüşünün təbliği mümkündürmü? Onu qeyd etmək lazımdır ki, bu gün dünya müsəlmanlarının din xadimləri, mütəsəvvüfləri, dini məktəblər, dini institutlar və dini akademiyalar hamısı Vacibül-Vücut fəlsəfəsinin çərçivəsində çıxış edirlər. Bütün şəriət və hədislər Vacibül-Vücut din ehkam yolu ilə edilir. Ancaq buna baxmayaraq, bu günkü ruhanilərin də təfəkkürü XXI- əsrin məhsuludur. Elmin nailiyyətlərini onlara göstərən zaman onlar bu nailiyyətləri qəbul edirlər. Artıq elm adamlarının tonqalda yandırılma, şaqqalanma və asılma üsulları keçmişdə qaldı. Bu gün yalnız o qalır ki,vəhdəti-vücut fəlsəfəsinin təbliği başlansın, onun doğru yol olduğu göstərilsin və inandırılsın..
  Demək olar ki, bu gün Vəhdəti-Vücut banilərinin M. Həllacın, İbn Ərəbinin, Suhraverdinin, Xunəçinin, Bakuvinin, Nəiminin davamçıları yoxdur. Onların yaratdıqları haqqa ulaşma yolu olan Vəhdəti-Vücut fəlsəfəsi unudulmuşdur. Ona görə də Vəhdəti-Vücut fəlsəfəsini yenidən canlandırmaq üçün , adları çəkilən müdriklərin əsərlərindən istifadə edərək  yeni zamanla ayaqlaşan vəhdəti-vücudçular yaranmalıdılar. Bu günkü mənəviyyətə uyğun olaraq, təriqətin yenidən canlaması və quranın vəhdəti-vücud fəlsəfəsi əsasında yeni təvsiri lazımdır. Bu sahədə davamlı və inatkar iş aparılarsa, müasir elmlə dinin vəhdətini yaradan bir dini dünyagörüşü yaranacaqdır ki, bu da gənclərin beynəlmiləl tərbiyəsinə müsbət təsir edə bilər. Bu gün istifadə olunan dini ehkamlar VIII-X yüzilliyin dünyagörüşü əsasında yaradılmışlar və bu gündə olduğu kimi həmin ehkamlar davam etdirilir. Artıq biz XXI yüzillikdə yaşayırıq. İnsanların təfəkkürləri inkşaf edən elmlə əlaqədar tamamilə dəyişmişdir. Zamanın hökmünü dindarlar başa düşməli, zamanla ayaqlaşmalı və Vacibül-Vücut fəlsəfəsinin dövrünün qurtardığını qəbul etməlidilər və özlərini Vəhdəti-Vücut dünyagörüşü əsasında hazırlamalıdılar.

Hiç yorum yok:

Yorum Gönder