9 Şubat 2016 Salı

Dinin yeniliyə (islahata) ehtiyacı var. (II-ci söhbət)

         Hər bir din özündən öncəki dindən mütərəqqi olsa da, bir çox hallarda öz ibtidailiyini saxlamaqdadır. Bu gün heç bir din çağdaş dönəmlə ayaqlaşa bilmir. O səbəbdən də, dinlərin hamısının zamanla ayaqlaşan yeniliklərə ehdiyaci var. Bunlara baxmayaraq insanlarda mütləq varlığa inam ehdiycı həmişə olmuşdur, gələcəkdə də olmalıdır. Ancaq dində hər hansı bir yeniliklərdən söhbət gedən zaman, ruhanilər, dində yeniliklərin aparılmasının mümkünsüzlüyünü deyərək, qəti etirazlarını bildirirlər. Ancaq onu dərk eləmirlər ki, elə bir din yoxdur ki, ona yeniliklər əlavə edilməsin. Bir müsəlman kimi mən yalnız islamda vaxtaşarı yaranan yeniliklərdən söhbət açmaq məqsədindəyəm.
          İslamın ilk illərində Peyğəmbərin (s.v.s), və dörd xəlifələrin vaxtında yalnız qurana əsaslanan şəriət hökm sürürdü. Hətda belə bir sərəncam da verilmişdi ki, Quranda olmayan əlavələr bidət sayılsın. İslam imperiyası yarananda, imperiya idarəçiliyinin idarə etməsində boşluqlar yarandıqca, bu boşluqları doldurmaq üçün hədisçilər yarandı. Hədisçilər də şəriətdə söz demək hüququna malik oldular. Bax bu islamda ilk yenilik oldu. İslam imperiyası, şərqə, qərbə yayıldıqca hədislər də azlıq təşkil elədi. Bu zaman imamların Qurana əsaslanan ideoloji şəriətləri yəni, məzhəbləri yarandı. Beləliklə bir Allahın, bir quranın beş məzhəbi yarandı. Hər bir məzhəb özünə məxsus yol-şəriət seçdi. Bu da islam dininin ikinci yeniliyi (islahatı) oldu. İslam imperiyası böyüdükcə, genişləndikcə  artıq məzhəblər də dini görüşlərin ehdiyacını ödəyə bilmədi. Yaranan çətinliklər, yeni bir islam yolunun olmasına ehdiyac duydu və bu ehdiyacı, təriqətlər ödədilər. Hər bir təriqət başcısı dinə yeni bir təriqət yolu gətirdi. Bu da dinə olan üçüncü böyük yenilik (islahat) idi. Bundan sonra da, dinə bir çox yeniliklər daxil oldu. İslamın ilk dövrlərində yaradılmış bir çox şəriət qadağaları (musiqi, rəsm, bəzi ölkələrdə çadranın ləğvi və s.) tədricən unuduldu. Bunların hamısı dinə gətirilən yeniliklərdir. Bu zamanın tələbidir. Belə də olmalıdır. Yeri gəldikcə onlar haqqında söhbət ediləcəkdir.
         Təxminən 2000-ci illərdə, bir yas məclisində molla, Adəm (ə.s.) haqqında hədis söyləyirdi. O, insanların əcdadı olan Adəm peyğəmbərin, Tanrı tərəfindən 8 min il öncə yaradıldığını, onun qabırğasından isə Həvvanı düzəlddiyini və onlardan  da bütün xalqların yarandığını   söyləyirdi. Məclisdən bir müəllim, mollanın hədisinə etiraz edərək, insanın yaranışının, bir neçə yüz min illər öncə olmasının və qadının kişi qabrqasından yaranmasının nağıl, (əfsanə)  olmsını  bildirərək dedi ki, “ay molla xahiş edirəm cavan, qoca olan belə böyük məclislərdə elə söhbətlər edin ki,xalqda sizə qarşı inam yaransın. Məclisdə mənim tələbələrim oturur. Onlara mən deyirəm ki, 300-400 min il öncə bizim ulu babalarımız Azıx mağarasında yaşamışlar. Sizin söznüzü eşidən gənc tələbələrim yəqin ki, tərəddüd içərisində qalıblar. Onlar sən deyənəmi inansınlar, yosa mən deyənəmi inansınlar. Bayaqda 60 yaşlı Züleyxanı 20 yaşlı qız eləyib, Yusif peyğəmbərə verdin. Sizin söhbətinizi etika xətrinə dinləyirik. Artıq zamanla ayaqlaşmaq lazımdır. Belə ağlabatmaz nağılları həqiqət kimi danışmayın.” 
Mollanın hədisini bayaqdan çox sakit və nəzakətlə dinləyənlərin çoxunun müəllimin sözünə dayaq olduqlarını gördüm. Evə gəldim Quranın tərcüməsini açıb yenidən bir də oxudum, gördüm müəllim haqlı imiş. Adəmin və Həvvanın yaranması, haqqında Quranda tamamilə başqa cür yazılar var.. Dini hədisdə deylənlərin  heç biri Quranda yoxdur. Quranın 15-ci surəsinin  26-cı ayəsində deyilir: “Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq”.Ayənin deyilişindən aydın görünür ki, burada söhbət Adəm peyğəmbərdən yox, İnsanın yaranmasından gedir. 7-ci surənin 189-cu ayəsində deyilir: “Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət eləmək üçün ondan zövcəsini yaradan odur”Yəni Allahdır..Yenə də burada söz aydınlaşmamışdır “ondan” sözünü müxtəlif cür başa düşmək olar. Quranda deyilən “ondan zövcəsini yaradan odur.”O yaratdığını palçıqdanmı, yoxsa ki,  insandanmı yaratdı? Bu məsələ Quranda örtülü qalır. Eyni zamanda Qyranda Züleyxanın yenidən cavanlaşması və Yusifə ərə getməsi haqqında söhbət edilmir.      Bəs Quranda göstərilmədiyi halda hədislərimizdə geniş yer alan, müasir təfəkkürün məntiqinə sığışmayan bu nağıllar, rəvayətlər haradan qaynaqlanmışdır?
Bu sorğuların cavabını tapmaq üçün Tövratı vərəqlədim. Tövratda “Yaradılış kitabı”nın, “Dünyanın yaradılması” başlığında deyilir: 2/7-də “”Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”.2/21-də deyilir: “O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o, yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasından birini götürdü və yerini ətlə örtdü.” 2/22-də deyilir: “Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.” Göründüyü kimi, Tövratda açıq aydın insan yaratdıq deyir Adəm ə.s. ın adı Tövratda da çəkilmir.
Tövratda olan bir çox rəvayət və mifləri oxuduqda məlum olur ki, Tövrat özündən öncə Misir və Mesopotomiya xalqı arasında mövcud olan bir çox əfsanə və nağıllardan istifadə etmişdir.  Yəni Tövratda olanlar əfsanə və mifdən başqa bir şey deyil. Bu zaman belə bir sorğu yaranır. Tövratda olan nağılı, Quran təsdiq eləmədiyi halda, ruhanilər o yalan nağılı bizə niyi sırıyırlar.
Məlumdur ki, adamın yaranması haqqında hər bir xalqın özünə məxsus əfsanəsi (nağılı) var. Odur ki, adam haqqında olan Şumer  əfsanəsi, qədim Misir əfsanəsilə çarpazlaşaraq, e. ə. 6-cı minillikdə yaşamş şəxsiyyət olan Adəm peğəmbər əfsanələşmiş və mifoloji obraz şəklini almışdır.
Quranın təfsirçiləri tərəfindən, Quran ayələri izah edilən zaman, hədisçilər Quran ayələrinə fikir vermədən, Tövratda qeyd olunan mifoloji dünyagörüşləri, olduğu kimi islam hədislərinə köçürmüşlər. Hədisçilər Quranın ayəsində olan çox dəyərli   bir incəliyə, insanın yaranması haqqında olan Quran ayələrinin Tövratla, tamam fərqli  olmalarına fikir verməmişlər. Tövratdakı ayələr elmi dəlillərə tamamilə yad olduğu halda, Qurandakı ayələr  ilahi qanuna uyğun verilir və insanın təfəkküründə inam yaradır, həm də elmi dəlillərə uyğun gəlir.
Quranda deyilir ki, “Biz insanı qoxumuş qara palçıqdan yaratdıq”.( 15/26) Bu ayə nə dərəcədə həqiqətə uyğundur? Onu araşdırmağa çalışaq.  Onlardan Quranın ayəsinə ən yaxın olanı, türk xalq əfsanəsidir.
Alim mifoloq Mirəli Seyidov “Qam-Şam və onun qaynaqlarına baxış” əsərində yazır ki, qədim türklərin miflərində adamın yaranması haqqında deyilir ki, buludlar çaxnaşdı, şimşək oynadı, yağış yağdı, yerdə palçıqlı sular əmələ gəldi, mağaralara doldu. Günəşin istisi mağaradakı sulu palçığı qızdırdı, Həmin palçıqdanTanrı adamı yaratdı.Türklərin ulu babaları belə yarandı.”
Göründüyü kimi, qədim türk mifinin ideoloji ruhu, Misir mifinə nisbətən, Quran ayəsinin ruhuna daha yaxındır. Mifdən aydın olur ki, dünya varlıqlarının yaranmasında Allahin yaratdığı dörd müqəddəs varlıqların (odun, torpağın, havanın, suyun) hamısı iştirak edir. Uzun müddət mağaralarda qalıb qoxumuş palçıqdan Allah insanı yaradır. Bu dünyagörüşü həm Allahın varlığını bizə bildirir, həm də elmi nəzəriyyəyə  çox uyğun gəlir və özünü təsdiqləyir. Aydın olur ki, Peyğəmbər semit yox, türk mifinə yaxın ayə buyurmuşdur. Bu da aydın deyil ki, nə səbəbə hədisçilər insanın yaranması hədisində Quranı yox Tövratı əsas götürmüşlər. Axı islam dinində Tövrat yox, Quran əsas dəlildir.  
Tövratın 2/7-də, Quranın 7/189-da “Sizi tək bir nəfərdən xəlq edən odur”deyilən ayənin də əksinə olaraq, bütün dünya xalqlarının bir adamdan yaranmalarını inkar edən bir çox dindar müdriklər və alimlər olmuşlar. Belə inkarçı dəlillərdən biri də odur ki, insanların rənglərinə, antrapoloji quruluşlarına, boylarına, xasiyyətlərinə, adət-ənənələrinə, dillərinə və sair göstəricilərinə görə o qədər müxtəlifdilər ki, Tövratın dediyi,onların tək bir insandan yox, Quranın dediyi kimi, Allahın kəraməti ilə, qoxumuş köhnə palçıqdan yaranmalarına inanmaq olar.  Demək islamın təfsirçiləri və hədisçiləri, hədislərini Quranın hökmünə zidd olaraq, Tövratın əsasənda yaratmışlar. Bununla da çaşqınlığa yol vermişlər.1400 ildən artıq bir zamandı ki, bu yanlış dini baxış təbliğatı gedir. İndi Quran ayələrinə uyğun yeni hədis yaradılsa, bu şəriətə yenilik deyilmi. Əlbətdə yenilikdir.
2015-ci ilin Aprel ayında Ərəbistanın Suriya ölkəsində din yolunda vuruşan Azərbaycanlıların məhkəməsində dindirmə (istintaq) zamanı tutsaqlardan (məhkumlardan) biri dedi ki, “mən oraya din qardaşlarıma yardımda şəhid olmaq üçün getmişdim”.Soruşanda ki, bəs nə üçün şəhid olmadın. Cavabında “əsir düşdüyüm üçün öldürmədilər” dedi. İkinci tutsaq daha dəhşətli mənzərə yaratdı. “Mən ailəliklə şəhid olmağa getmişdim” dedi. Bu görünən mənzərə bizə nəyi deyir. Demək ölkədə  gənclər din yolunda şəhidlik rütbəsini vətən yolunda şəhid olmaqdan üstün tuturlar. Ona görə də belə bir acınacaqlı mənzərə yaranır. Gənclər arasında belə bir dini baxışın yaranması da səbəbsiz deyil. Quranı- kərimdə deyilir:” "Qoy dünyanı verib, əvəzində axirəti satın alanlar. Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat veriləcək”(4/74) (22/58).Yəni şəhidlik mükafatı veriləcək.
“Allah yolunda öldürülənlərə (şəhid olanlara),ölü deməyin,əksinə onlar (Allah dərgahında) diridilər.(2/154) (3/156).“Ey mömünlər kafirlərlə qarşılaşdığınız zaman boyunlarını vurun. Onları məğlub etdikdə əl-ayaqlarını bağlayın. Müharibə bitdikdən sonra onları fidyə (mal və pul) müqabilində azad edin.”
Ayələrin deyiliş formalarından da görünür kü, Quran insanları Allah yolunda, din yolunda ölümə çağırır. Deyir əgər sən Allah və din yolunda ölürsənsə, o zaman əbədi yaşar olursan, cənnətdə yüksək məqam tutursan. Bu məzmunlu ayələrdən də pis niyətli  mövhumatçılar özlərinin siyasətlərinə uyğun istifadə edirlər.
İslamı milli ideologiya səviyyəsinə qaldırmaq üçün, belə bir təbliğat islamın imperiya dövründə  lazım idi və onu həyata keçirirdilər. Döyüşçünü Allah və din yolunda ölmək üçün imperiyanın bir ucundan başqa ucuna döyüşə aparırdılar. Bu gün islam imperiyası yoxdur. Bu gün bir çox islam-müsəlman dövlətləri var. Bu gün islam din xadimlərinin özləri, Quranın 4/93 “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası,əbədi qalacağı Cəhənnəmdir”. Ayəsini tapdalayırlar. Bu gün islam, islama qarşı vuruşur. Bu gün müsəlman, müsəlmanı öldürür. Belə bir zamanda vahid islam cihadının təbliğatı, müsəlmanlar üçün zərər verməkdən başqa heç bir xeyir verə bilməz. Din xadimləri, din uğurunda aparılan ölüm-dirim təbliğatını, elə bir yöndə aparırlar ki, orada vətən, oğul-uşaq sevgisi söhbəti olmur. By günkü dini təbliğat vətənsiz Allah, vətənsiz din yğurunda ölümü təbliğ edir.  Belə təbliğat əksinə gənclərdə vətən sevgisini öldürür. Onun əvəzinə ümumi islam sevgisi yaradır ki, nəticədə də gənclər vətən uğurunda yox, vətəndən uzaqlarda ölürlər. Demək şəhidlik məqamının  təbliğatını başqa məqama yönəltmək lazımdır. Qurani- kərimdə torpağı, oğul –uşağı müdafiə ətməyə çağıran ayələr də var. Nə səbəbdənsə onlar təbliğ olunmurlar. Quranda deyilir:” Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan, və çıxartmağa kömək edən kimsələrlə dostluq etməyinizi qadağan edir.”(60/9) Quran çox aydın halda səni yurdundan qovanla, qovmağa çalışanla vuruş deyir. Əgər yurdunu və yurdundakıları qoruyan zaman ölərsənsə şəhid olarsan deyir. Demək Quran  vətəni, torpağı, ailəni qorumaq məqamında  ölməyi şəhidlik hesab edir. Onun üçün də dini hədisləri müasir zaman və şəraitə uyğun məcralara yönəltmək lazımdır. Artıq bizim din alimlərimiz başa düşməlidilər ki, İslam imperiyası yoxdur. Bu gün islam dininə qulluq edən millətlər bir-birini qırır. Islam millətinin özü bir-birinin düşməni olubdur. Ona görə də, zaman dində islahatların aparılmasını tələb edir.  
  Çağdaş din xadimləri heç cür dində islahatların aparılmasını qəbul etmirlər. 7-8-ci yüzillikdə yazılmış dini ehkamları, hədisləri 21-yüzillikdə yaşatmağa çalışırlar. O din xadimlərinə bildirmək lazımdır ki, islam dininin yaradıcısı olan Məhəmməd (s.v.s.) dən 100 il sonra Quranın hökmü ilə islam imperiyasını idarə etmək mümkün olmadığını görən, islam mütəfəkkirləri dində islahata başlamışlar və sonrakı 100 il ərzində 5-6 kərə dində islahatlar aparılmışdır. Bu islahatların icra olunma yollarına məzhəblər deyilmişdir.
 İslamda yeniliyin ehdiyacını duyan İmam Əzəm 80-150 (699-767). İmam Malik 93-179 (711-793). İmam Əl- Şafi 150/240 (767-240). İmam Hənbəli 164-241 (780-855).və nəhyət İmam Əlidən sonra yaranmış Şiəlik məzhəblərini yaratmışlar. Bu məzhəblərin banilərinin hər biri özünə məxsus dində yeniliklər (islahatlar) etmişlər. Bundan sonra da vaxtaşırı bir çox xırda islahatlar həyata keçirilmişdir. Məsələ şəriətlə yasaq hesab edilən musiqi qadağaları təsəvvüfçü sofilərin səyləri nəticəsində unudulmuşdur. Qədim Tanrıçılıq dininin ibadət yolu olan səma oynunu Mövlanə Rumi islamlaşdırmışdır. Şeytan yemi hesab edilən, bayat xörəklərin qadağaları, 20-ci yüzillikdə soyuducunun ixtirası nəticəsində unudulmuşdur. Zamanla əlaqədar təharət unudulmaqdadır. Şeytan yuvası hesab edilən dırnağın kəsilməsi qadınlar arasında unudulmaqdadır. Bunların hamısı islama gətirilən xırda islahatlardır. Hər bir həyat hadisələrinin zamanla əlaqədar yenilikləşməyə ehdiyacı var. Yoxsa o yaşaya bilməz. Məhv olmağa məhkumdur.

Hiç yorum yok:

Yorum Gönder