8 Mart 2018 Perşembe

TÜRK DÜNYASINDA ZÜLQƏRNEYN OLAĞANDIŞI (FENOMENİ).




           Birinci bölümdə istəyim,  Quranda adı çəkilən Zülqərneynin, göy planetinin adamıdır deyənlərə qarşılıq (cavab) olaraq, onun  yerin adamı olduğunu, eyni dönəmdə də güney Azərbaycan türkü olduğunu, 8 min il öncə böyük imperiya qurduğunu  bildirməkdir.  İkinci bölümdə, türkün tarixi haqda qısa arayış verməkdir. Üçüncü bölümdə, türklər öz razılıqları ilə islam oldular deyənlərə ərəb tarixçilərinin dili ilə qısa ismarıcımdır.  Dördüncü  bölümdə bu dünyanın gəlişi, gedişi və adamların urvadlıqlarıı (ləyaqətlikləri) haqqında olan bir neçə düşüncələrimdir.   
                                                                                                                                                                                                  
          TÜRK DÜNYASINDA  ZÜLQƏRNEYN OLAĞANDIŞI (FENOMENİ).                                                                                                                                                                                                                                      
                                      Ön söz 
            Sayğılı oxucular, 2017-ci ilin Martında Nou. tube. Qafqaz İNFO. Kanalında Moskvadan rus dilində bir türkoloqun “Azərbaycanlılar kimdir” verlişini dinlədim. Bir saatdan artıq gedən bu verlişdə aparıcı azərbaycan dilində olan ərəb-fars sözlərini sadaladı. Axırda da belə bir sonluğa gəldi ki, azərbaycanlıların özlərinə ilgili (məxsus) dilləri yoxdur. Danışıq sözlərinin 60%-i ərəb-fars sözləridir. Siyasət və dövlətlə ilgili sözlərinin hamısı ərəbcə, yaşamla (məişətlə) ilgili sözləri farscadır. Geridə qalan 40% aşağa tipli sayılan yaşam sözləridir ki, o da türklərindir. Adlarının 90 % i ərəb-fars kökənlidir. Yazılarına gəldikdə isə özlərinin əlifbaları yoxdur, heç olmayıbdır. Son 100 ildə 5. Kərə əlfbalarını dəyişibdilər. Bir xalq kimi azərbaycanlıların özlərinə xas olan milliliyinin göstəricisi kimi dillləri və adları yoxdur. Azərbaycanlıların etnik köklərini söruşanda  kimisi, biz Albanlardan qalma xalqyıq deyirlər. Albanlar Qafqaz dilli xalq olmuşlar. Soruşuduqda sənin alban dilin hanı, niyə itiribsən? Qarşılıq tapa bilmirlər. Kimisi biz azəriyik deyir. Tarixi qaynaqlardan bilirik ki, azərilər fars dilli xalq olmuşlar. Fars dilli azərilər İranda bu gün də yaşayırlar. Kimisi də biz türkük deyirlər. Danışıqlarının yalnız 35-40%-i türkcədir. Milliliklərini göstərən ad da farscadır. Yaşadıqları yerin adındadır. Doğrudur bütün xalqlarda gəlmə sözlər var. Ancaq  bütün söz toplumunun 10, ən çox 20%-ni kuşatır (təşkil edir). Azərbaycanlıların isə sözlərinin hamısı alınma sözlərdir. Onun 60-%-dən çoxu ərəb-fars, qalanı isə türkdür. Əgər özlərinin dedikləri kimi albanların sonçularıdırlarsa (xələfləridilərsə), dillərini itirmiş Qafqaz xalqıdılar.  Özlərinin və türkiyə türklərinin onları adlandırdıqları kimi azəridilərsə  demək dillərini itirmiş farsdılar. Axırda belə bir sonluq verdi ki, azərbacanlılar ərəb –alban-fars qarışıqlı son zamanlar yaranmış türk dilli xalqdılar.
              Sözün açığı bu söhbəti dinləyəndə  mən utandım çox da üzüldüm. Yəqin ki, bu söhbəti eşidən bilginlərimiz və aydınlarımız da çox  üzüldülər. Ancaq onların söhbəti necə qarşıladıqlarını bilmirəm. Bu söhbət, böyük ictimai xadim İsmail Qaspıralını və Ə. b. Hakverdiyevi  yadıma saldı. İsmail bəy “Tərcuman” qəzetində yazırdı: “Türk xalqı böyük xalqdır. Özü kimi dili də böyükdür. Dilmizdən ərəb fars sözlərini təmizləmək lazımdır. Təmiz türk dili ilə özümüzü dünya alanına çıxartmalıyıq”.  Qəzetində ilk təşəbbüsü özü edir və ziyalıları yeniləşməyə çağırır.  (İsmail Qaspıralı “Türkçülük”  Vikipediya)
            Ə. b. Hakverdiyev “Ədəbi dilmiz haqqında” məqaləsində yazır:”Türk dilində qəzetə və jurnal çıxarılmasına çar hökuməti qəti icazə vermirdi. Oxunan kitablar da yalnız İranda çap olunmuş və əksəri fars dilində yazılmış kitablar idi. Buna görə də fars dili türk dilinə tam mənası ilə ağalıq edirdi. Məktubların hamısı fars dilində yazılırdı. Danışığımız əsnasında işlətdiyimiz cümlələr fars quruluşunda olurdu. Fars dilinin təsiri sayəsində türk istilahlarını itirib, fars istilahını işlətməyə möhtac olmuşduq”. 
                  Yazıqlar olsun ki, İsmail Qaspıralının  və Hakverdiyevin tasalandıqları (narahat olduqları) çağlarda dilmizdə olan ərəb-fars sözləri sonralar sovet vaxtı 2 qat çoxaldı, bu çoxluğu da dilçilərmiz yaratdılar.
             Dəyərli oxucular ilki bilinməyən, sonu görünməyən  tarixin boranlı-qarlı, acılı- şirinli, daşlı-kəsəkli yollarında Azərbaycan türkləri bir çox haqsızlıqlarla üzləşmişlər. Onlardan biri də sovetlər dönəmində dilmizə qarşı edilən haqsızlıqdır.
            Yeni yaradılmış gənc Azərbaycan Xalq Cümhuriyyətinə 1920-ci ildə Rus imperiyasının  basqısından (işğalından) sonra, Azərbaycan Cümhuriyyəti Rus imperiyasının birləşiminə (tərkibinə) qatıldı. Qafqaz türklərilə, Anadolu türklərinin dillərində olan birliyi pozmaq istəyi ilə 1923-cü ildə  Lenin, Qafqaz türklərinin dillərində dəyşikliklərin aparılması haqqında yazısız göstəriş verir. Sonralar Stalin də bu siyasəti sürdürdü. Azərbaycan türklərinin dilindəki bir çox sözlər, ərəb-fars sözlərilə dəyşdirildi. Dilçilərmiz dilimizi ərəb, fars sözlərilə elə doldurdular ki, tamam yeni çeşitli bir azərbaycan dili yarandı. Beləliklə də, ədəbiyyata gələn ərəb, fars sözləri danışıq dilimizdə olan doğma sözlərimizi  yavaş-yavaş el danışığından da çıxardıb unutdurdu. Odur ki, bu gün onun acısını çəkirik. Bizə özünün dili olmayan yeni formalaşmış 100 illik xalq deyirlər.   
           Gör dilimiz nə vəziyyətə düşübdür ki, Fars yazarı Əbdül Əli Karəng 1959-cu ildə İranda basqılatdırdığı bir əsərində Azərbaycan dilində olan fars sözlərinin çoxluğundan danışaraq, Fars dilini Azərbaycan türk dilinin anası, onun özülü hesab edir.  Qədim Azərbaycanlıların dilinin Tat və Hərzani ləhcələri olduğunu deyir.(B. Xəlilov “Dil mədəniyəti”məqalə vikiped.)
            Əhmər Kəsrəvi “Azəri dili” risaləsində həmişə fars milətci mövqeyindən çıxış etmiş, İranda yaşayan Azərbaycanlıların fars dilli azərilərin olduğunu deyir. O, Azərilərin Səlcuqların irana gəlməsilə türkləşmələrini deyir.
           Akademik İqrar Əliyevdə “Atropaten tarixi” əsərində azərbaycanlıların fars dilli azərilərin sonçuları olduğunu deməklə Kəsrəviçiliyə meyil etmişdir.
           Doğrudur, elə bir dil olmaz ki, onda gəlmə-yad sözlər olmasın, bu doğanın, toplumun (cəmiyyətin) gəlişmə (inkişaf) qanunudur. Ancaq bu gəlmə sözlər o dönəmlərdə olur ki, ona asılılıq yaranır, hər hansı bir yeni texnologiya və ya yeni siyasətlə  istər-istəməz dilə girir. Belə olan halda, söz ehtiyatı daha da bollanır. Bundan başqa toplumda yaranan yeni gəlişmələr ilə ilgili köhnəlmiş, işlənməyən sözlər yavaş-yavaş unudulur, danışıqdan çıxır.  Amma min illərlə işlədilən və işlənməsinə asıllıq duyulan sözləri atıb, yerinə həmin anlamda olan yad gəlmə sözləri danışığa gətirmək, yumşaq desək, dədələrmizin irahını (ruhunu) incitmək və sayqısızlıqdır. Eyni çağda da dili ölümə aparan bir yanlış yoldur ki, bunu da həm özmüzün dilçilərmiz, həm də ərəb, fars, rus şovinistləri başımıza gətirmişlər.
            27 ildən artıqdır bağımsızlığımızı əldə etməyimizə baxmayaraq, dilçilərimiz hələ də rus-fars oyununu yürüdürlər, onların dəyirmanlarına su tökürlər. Dönəmlərlə danışığmıza, dilmizə yeni-yeni yad sözlər gətirirlər. Bu gün ərəb-fars sözləri dilimizə elə hopubdur ki, yad söz olduğunu unuduruq və öz sözlərimiz kimi qavrayırıq. Amma Kəsrəviçilər “ sizin  sözlərinizin çoxu bizim sözlərimizdir. Siz farsdan dönməsiniz”deyəndə qarşılıq (cavab) tapa bilmirik, susmağa üstünlük veririk. Son çağlar  Avropa dilləri də dilimizə  gəlməkdədir. Dilçilərmiz isə hər şeyə razılaşıb susmağa üstünlük verirlər.
           Azərbaycanlılar haqqında deyilən bu təpələyici (təhqiramiz) sözləri eşitdikdən sonra Dədə Qorqutun sözlərini özümə özəl götürməklə, üstəlik də yadımda qalan doğma  sözlərimizi yeri gəldikcə bu yazıda işlətməyi qarşıma istək qoydum. Bir sıra aydınlarımız dirəngəllik (inadkarlıq) edərək, ərəb-fars sözləri olmayanda sözbitiyi (cümlə) cılızlaşır deyərək məni qınayırlar. Bu düşüncə yanlışdır.  Azərbaycan türkcəsi, ən varlı və ən şirin dildir. Təki, sözlər yeri-yerində işlədə biləsən.
            Bu gün unudulmaqda olan, sizə tanış olmayan doğma sözləri oxuduqda, onlara yad söz kimi baxmayın, qulağınız alışdıqdan sonra bəyənəcəksiniz. Çünkü onlar dədələrmizin sözləridir. Bu bitikdə (kitabda) yazılan  unudulmuş sözləri anlamayanlar üçün işlətdiyimiz yad (əcnəbi) sözləri ayrac (mötərzə) içərisində göstərmişəm. İşlətdiyim yad sözlərin isə qarşılığını tapa bilmədiyim üçün saxlamağa vadar (məcbur) olmuşam.
          Unutmayın ki, doğma dilin itməsi ulusun (millətin) itməsi deməkdir. Özümüzə qayıtmağın aşırı (vaxtı) çoxdan gəlibdir. Ama biz hələ də yeni yaranma xalq kimi yadların ağzında saqqız olmuşuq.  İndi mən bacardığım dəkin unudulmuş azər türkcəsində olan sözləri yazı dilimizə qaytarıram inanıram ki, mənimlə razı olanlar da, razılaşmayanlar da olacaqdır.  Bilirəm ki, bəlli halda mənimlə razılaşmayanlar dilçilərmiz olacaqlar. Çünkü onlar danışıqlarında ərəb-fars sözlərini təntənəli söz bitiklərində işlətməkdə alışqandılar. Dilmiz haqqında çoxlu qınaqlar eşitdiyim üçün bitikdə bacardığımdək öz doğma sözmüzü işlətdim ki, aydınlarımız ərəb, fars sözləri işlədilmədən də azər türkcəsində bitik yazmaq çətin olmadığını görsünlər                                                         
                                                   Giriş.    
           Ermənilərin azqınlıqlarından irahlanan (ruhlanan) şovinist gürcülərin də 1989-90-ci illərdə “Gürcüstan gürcülərin yurdudur” çağrışı (şuarı) altında türk (azərbaycanlı) kəndlərinə  dövlət düzeyində (səviyyəsində) basqınları oldu, xeyli adamlarımızı  öldürdülər. Gürcü ulusçuları (millətçiləri)  bizə A.M.E.A-sının ensiklopediyasından çıxardılan yazını göstərərək, ”Budur, siz XVII-əsrdə kütləvi halda bizim torpağa gəlmisiniz . İndi öz yurdunuza qayıdın” deyirdilər. Bunların sözlərinə qarşılıq olaraq, əgər biz XVII-əsrdə gəlmişiksə, niyə bizim bu torpaq XII-əsrdə çar Davidin xəritəsində “didi türkoba” kimi göstərilibdir dedikdə. Qarşılıq olaraq siz türk yox, Azərbaycan Tatarısınız Azərbaycana da gedin dedilər.  
              Gürcülər yazdıqları həmin baratı (sənədi) götürüb  A.M.E.A.-nın Tarix İnstutuna gəldim və  İnstitutun direktoru ilə görüşdüm. Ensiklopediyanı varaqladıq, doğrudan da Borçalı başlığı altında yazılmışdı “ Borçalıya azərbaycanlılar XVII əsrdə kütləvi surətdə köçürülmüşlər”.  Aydın oldu ki, Borçalı türklərinin belinə daşı qoyan elə bizim bu ensiklapediyanı anıklayan (hazırlayan) bilginlərimiz olmuşlar. Mən hırçınlığımı (narazılığımı) bildirdikdə, direktor söz verdi ki, Gürcüstan Akademiyası ilə danışarıq, XII əsr yazılmasına çalışarıq. Mən yenə  hırçınlığımı bildirdim (razılaşmadım) ki, biz eradan öncə o yurdların yerli elliləriyik (xalqlarıyıq). Borçalının hər yeri,  addımbaşı bizim keçmiş dədələrmizin ulu (qədim) anıtları (abidələri) ilə  doludur. Siz  gürcülərlə birlikdə arxeoloji ekspedisiya yaradın, bilim gerçəkliyi (dəlillər) ilə bizim yerli və ya gəlmə olmağımızı araşdırın. Bu halda İnstitutun başqa bir işcisi, “ XII -əsrdən öncə Borçalıda türklər yaşamamışlar, oralardakı anıtların türklərlə heç bir  ilişgisi yoxdur” dedi. Bir bilim adamının belə bilgisizliyi məni çox üzdü. Qınadığım gürcülər də elə bizim bu cür düşünən bilim adamlarımızdan  yararlanıb, “buralar sizin deyil” deyirlər. Axı mən uşaqlığımda babalarmızın dediklərindən eşitmişəm ki, keçmişdə buralar ulu dədəmiz Oğuz Xanın  (Zülqərneynin) yurdu, torpağı olubdur.  O haqda bizim “Oğuz xan” dastanımız var və Oğuz xanın gömütü (qəbri) də Borçalıdadır.  XI-əsr Gürcü Çarı (Mepesi) qurucu Davidin xəritəsinin güney yarısına, indiki  Borçalı ölkəsinə  yazılan ”Didi türkoba” (Böyük türk eli) yazısı hələ də durur. Xəritə Borçalıda türklərin yaşadıqlarını kəsinləyən dəyərli baratdır.   
                 Tarixçi araşdırıcı Ağasıoğlu yazır ki, Pompey Borçalıdan kecərkən  Ağsakada (Axskada) qışlamış, oralarda  türklərin yaşadığını görmüşdür. Roma tarixçisi Dion Kassinin verdiyi bilgiyə görə Romalı Pompey Qafqaz Albaniyasına yürş edəndə Kür cayının sağ sahilindəki (Borçalıda İ.M.) Anahid (Anahad İ.M.) məbədinin yanında düşərgə salmışdır. (Anahid kilsəsi məqalə vikiped.).
               Mən özüm də gürcülərin alban kilsə divarlarında olan yazıları, işarələrı dəyişmələrinin, yazılı daşları divardan söküb yerə basdırmalarının tanıqı (şahidi) olmuşam. Aşkar edilən gömütlərdəki skeletlərin büküşlü (hələ müsəlmançılıqdan öncə Tanrıçılıq dinində ölüləri, dizi qatlanmış sağ üzü üstə gömmüşlər) halda yatdıqlarını görmüşəm.
         Borçalı bölgəsində 100-dən çox tarixi anıt (abidə), azı 5 hektarlıq alanı (sahəni) tutan şəhərlərin yıxılmış kalafalarını, saysız olan qoç bədizli (heykəlli) gömütlər (qəbirlər) və qolu bir-birinə çarpazlaşmış döş-öykən (sinə) daşları var. Oralardan tapılmış kitabələrin hansı dildə yazıldığı hələ də aydınlaşdırılmayıbdır. Abdallı (Kveşi) qalasının qapısı üzərindəki  türkcə yazılı kitabəni 1940-1950-ci illərdə çox çətinliklə söküb hara isə apardlar.1970-ci illərdə Quzeykilsədə buldozerçi meşəyə yol açarkən 3 metr uzunluğunda dördkünc, hər tərəfi yazılı daş aşkar etmişdi. Gürcüstan Akademiyasının işçiləri  daşın üzərindəki yazını  oxuduqdan sonra,  yeri daha dərin eşdirib, basdırmışlar, həmin işçiyə də  bu daş haqqında kimsəyə söyləməməsini tapşırmışlar. 1980-ci illərin axırında Sarıkilsədə türkcə yazılı öykən (sinə) daşı aşkar edilmişdir. Tarixçi Xaləddin İbrahimlinin yazdığına görə indiki Bolnisi şəhərinin yerində  “Qaratəpə” adlı yaşayış yurdu olmuşdur.
             Tarixçi F. Ağasıoğlunun  “Qədim Türk eli” “Doqquz bitik” və T. Azərtürkün “Mixi yazılı azəri türk dilinin qrammatikası” kitablarını oxumağım, Borçalıların keçmişləri haqqında düşünməyə və çalışmağa mənə ipucu verdi.  Ağasıoğlu yazır: Qədim Saka türkləri e.ö. VIII minilliklərdə Araz çayı ətrafından qalxıb, Qafqazdan keçməklə Azaq (Azıq İ.M.) dənizi ətrafında yurd salmışlar. Azov ətrafında çoxaldıqdan sonra, geri köhnə yurdlarına  qayıtmışlar.
             T. Azərtürk də Sümerlərin türk olduqlarını, Ön Asya və Qafqaz türkləri Sümerlərin qalıqları olduğunu yazır. O, öz kitabında 400-ə dək Sümer sözlərini göstərir. Həmin sözləri özəlliklə (diqqətlə) oxuyanda onların çoxunun bu gün Borçalıda işlənən sözlər olduöunu görürük. Qədim Sümerlərin dillərinin Borçalı kəndlərində belə geniş yayılaraq, bu günə dək gəlməsindən aydın olur ki, Araz, Azıx, Azov (Azık) arasında gediş- gəliş yolu olan Borçalıda qalan Sakalar, kapanaklar ən azı 6-7 min ildir ki, Borçalı xalqının ulu dədələridir. Hər halda Sakaların Azov (Azıq) ətrafına- Krıma gediş-gəliş yollarının üstündə olan borçalılarla, ilginliklə kəpənəkçilərlə, sümerlər-sakalar-kapanaklar arasında keçmiş çağlarda hər hansı bir yaxınlığın  olması danılmazdır. Bilginlərmizin  bu yaxınlığı, uyğarlığı araşdırmaları çox gərəkli olar.
         Ancaq nə Türkiyə, nə də Azərbaycan bilginləri bu uzun illərdə bir kərə də olsun Borçalı türklərinin yazğıları (taleləri) ilə ilginclənməmişlər (maraqlanmamışlar).  Bu yiyəsizlik bu gün də yaşanmaqdadır. Hələ bir kərə də olsun, Gürcüstan-Azərbaycan-Türkiyə arxeoloqları Borçalıda  birlikdə arxeoloji qazıntılar aparmamışlar, Borçalı xalqının doğru, düzgün tarixini araşdırıb aydınlaşdırmamışlar. Türk bilim adamları, aydınları unutmamalıdılar ki, Borçalıya ögey baxmaq gələcəkdə Borçalının yoxluğu deməkdir!
         Bu gün də Qaramanlı, Bolus, Kapanaklı, Sakındur (Sakadur) şəhərlərinin kalafalıqları, Oğuz basırqanlıkları (qəbristanlıqları) öz qədim türk  adlarını qoruyub saxlayırlar. Bütün Borçalı torpağında  olan toponimlərin hamısı qədim türk adlarıdır. Bu tutamalara dirənərək deyə bilərik  ki, türklər Borçalının ilk yerli xalqı olmuşlar.
            Belə bir sorğu yaranır: Əgər  bilginlərimizin dedikləri düzdürsə, Türklər XII-əsrdə Qafqaza gəlmişlərsə Borçalıda III-əsrə ilişgi edilən türk dilli yazı niyə olsun? O halda Borçalıda arxeoloji qazıntılar zamanı tapılan, tarixi ta eradan bir neçə min il qabağa gedib çıxan yüksək uyğarlıqlı yurd yerləri kimlərin, hansı xalqın yurd yerləridir? Borçalının Xram çayının üzərində Makedoniyalı İsgəndərin yerlə yeksan elədiyi Bun türklərinin şəhərinin, Sakaların və Kapanakların Bolus bölgəsində Sakadur və Kapanak şəhərlərinin kalafalıqları hələ də durur. Türk dilində yazılı III- əsrə ilgili qəbir daşı Borçalının Bolus dərəsində aşkar edildi. Borçalıya türklərin XVII-əsrdə kütləvi surətdə köçdüklərini söyləyən bilginlərimiz tarixə bir də göz gəzdirsinlər, Ağasıoğlunun “QədimTürk eli” və  “9 bitik” kitablarını,  T. Azərtürkün “Mixi yazılı Azəri Türk dilinin qrammatikası” kitabını oxusunlar. O zaman Urmiya dağlarında miladdan 6 min il öncəyə ilişgi (aid) edilən, mixi yazılarını və Həmədan qızı Bidanın mixi yazılı türk dilindəki, şeiri oxuyanda Qafqaz  türklərinin nə zamandan bu torpaqlarda yaşadıqlarını anlayarlar və Borçalılara gəlməsiniz deməzlər.
             Fars tarixcisi S. Bəlağinin “Quran qissələri” əsərini  oxuyanda uşaqlığımda  babamdan eşitdiyim “Oğuz xan” dastanı yadıma düşdü. Cünki Bəlaği həmin dastanda olan olayları olduğu kimi əsərində yazır, Qurandakı Zülqərneynin fars şahı Kureş olduğunu deyir, Qurandakı ayələri Küreşin yürüşlərilə ilişgiləndirir. İranda tapılan,  buynyzlu bədizi (heykəli) onun adına yazır və Kureşin Zülqərneyn olmasını  ustalıqla kəsinləyir (təstiqləyir).
           Dastanda deyilən, Oğuz xan yürüş etdiyi ölkələrdə fars dilli xalqın yox, türk dilli xalqın olmasını,  o yerlərə türk adlarının verilməsini düşünərsək, Kureşin Zülqərneyn olmasına kuşku yaranır. Belə sakınqanlığa gəlmək olur ki,  Qurandakı Zülqərneyn Kureş yox,  Oğuz xaqandır.
            1992-ci ildə “Hürriyyət” qəzetinə “Qurandakı Zülqərneyn kimdir?” başlığı altında “Oğuz xan” dastanının Borçalı bölgəsində bilinən çeşitinin qısa özətini verdim və bilim adamlarından dastanın araşdırılmasını, Onun Zülqərneyn olmasının üzə çıxarılmasını dilədim.
              F. Rəşidəddinin “Oğuznamə”sinində də  Oğuz-Zülqədər dastanında olan olaylardan danışılır. Ama burada olaylar eşitdiyimdən ayrıntılı (fərqli) olaraq verilmişdi.  Borçalı çeşitində  Oğuz xan batıdan doğuya gedir, yollarda çoxlu yabanılarla qarşılaşır. Sözbilməzlərə söz, geyim və uyğarlıq öyrədir. Heç bir ölkə ilə qarşılaşmadan davasız, qırğınsız Çinədək yol gedir və qoca vaxtı qaranlıq dünyaya  yollanır. “Oğuznamə”də isə Oğuz xan, doğudan batıya yürüş edir. Yüksək uyğarlı  dövlətlərlə vuruşur, gənc yaşlarında qaranlıq dünyaya gedir. “Oğuznamə”ni oxuduqdan sonra “Oğuz xan” dastanın bir çox qollarının olduğu anlaşılır.
             2013-cü ildə  Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutunun  çap etdiyi  “Dini və tarixi mənbələrdə Zülqərneynin şəxsiyyəti” adlı dissertasiynın  avtoreferatını oxudum. Disertant  avtoreferatında Zülqərneynin  qeyb aləmindən olmasını,  deyərək yazır: ”Zülqərneyn barədə Quranda bəhs edilən səyahətlərin bizim planetdə deyil, digər səyyarələrdə baş verdiyi fərziyyəsinə üstünlük verilmişdir” deyir.
              Akademiyanın folklor institutna məktub göndərərək bildirdim ki, araşdırmanız yanlışdır, Zülqərneyn tarixi kimsədir və doğru adı Oğuzdur, gömütü isə Borçalı xalqının tapınaq (ziyarət) yeridir.  Eyni zamanda  “Oğuz xan” dastanının Borçalı çeşidnin  də qısa özətini (məzmununu) yazıb göndərdim.
             Son zamanlar Türkiyənin İnternet və televiziya kanallarında,  eyni dönəmdə də tarixi əsərlərdə Zülqərneyindən çox danışılır. Bir neçə Azərbaycan alimləri kimi, onlar da  Zülqərneyni göy planetinin adamı sayırlar. Türkiyəli bilim adamı Mehmed Ali Bulud və İsgəndər Tülə  Zülqərneynin göy planetinin adamı olduğunu deyirlər. Yad planetdə  Zülqərneynin gücükeçər (məğlubedilməz) ordusunun olduğunu, çeşitli boylarla görüşdüyünü, göydə Yəcuc, Məcucilərin önlərinə qaz buludlarından sədd çəkdiyini deyirlər. Zülqərneynin həm keçmişin həm də gələcəyin göy adamı olduğunu, sədd dağılıb Yəcuc- Məcuc yerə gələndə onun da gələcəyini söyləyirlər.  Ərəb bilim adamları isə əksinə, Zülqərneynin yer adamı olduğunu, qədimlərdə Yəmən ölkəsində padşahlıq etdiyini desələr də kəsinləmək üçün heç bir tutamalı qaynaq göstərmirlər.
             Bir çox türk tarixçiləri də Zülqərneynin ərəb olduğunu kəsinləməyə (təstiqləməyə) çalışırlar. Ən azı 6 min il tarixi olan ilk türk xaqanlığını quran, türkün 2-ci peyğəmbəri olan Oğuz xan haqqında olan “Oğuz (Zülqərneyn) xan dastanını unudaraq, onu ərəbləşdirməkdə görəsən, türk bilim adamlarının istəkləri nədir?
            Zülqərneynlə bağlı Quranda göstərilən olaylar, 1400 ildir ki, türk xalqının  yaddaşında yaşamaqdadır. Ən azı 7-8 yüz ildir ki, “Oğuznamə” lər yazılı halda dillərdə dastandır. Ancaq heç kim dasdandakı olayların, qurandakı ayələrlə eynilik yaratdıqlarını demir. Zülqərneynin türk xalqının peyğəmbəri olduğunu, İslam dünyasında Zülqərneynyn adının peyğəmbərlər sırasında yazılmalı olduğunu din bilginlərinə qanıtlamırlar.
            Quranı araşdıran bilim adamları,  keçmiş çağlarda Zülqərneyni Makedoniyalı İsgəndər kimi dünyaya tanıtmışlar. Sonda gördülər ki, Makedoniyalı İsgəndərlə Zülqərneynin olayları bir-biri ilə uyğun gəlmir, indi də çağdaş din bilginlərimiz onu göy planetinin adamı kimi dünyaya tanıtmağa çalışırlar. Yalanlarla dolu cildlərlə bitiklər (kitablar) yazırlar. Dastanlarda və “Oğuznamə” lərdə olan bir çox bilgilərin Quran ayələri ilə oxşar olmasına baxmayaraq, bilim adamlarımızın bu cür yad yanaşmaları,  məni Zülqərneynin kimliyi ilə yaxından ilgilənməyimə (maraqlanmağıma)  vadar (məcbur) etdi.  Əgər bilim adamlarımız bu dastanı araşdırıb, türk xalqının,  tarixinin üstünə  yığılmış tozu təmizləyə bilsələr, bir çox minilliklərin gizləri üzərə çıxar.
                                                                   I-BÖLÜM                                             
                                        Oğuz xan -Zülqədər (Zülqərneyn) dastanı.   
             Genəlliklə (Ümumiyyətlə) hər bir nağılın, əfsanənin, mifin və dastanın içərisində, hər hansı bir, nəsnənin doğruluğunu göstərən dənəciklər  olur və bu dənəciklərin yan-yörələrinə yaddaşın, düşüncənin, bilincin və anlamın yaratdığı bir çox ilgincli olaylar düzülür. Beləliklə də nağıl, əfsanə, dastan və mif yaranır. Bu çoxlu yalanlar içərisindən doğru dənəni tapmaq və onun kökündə düşüncə yürütmək çox çətindir. Mənim söz açdığım “Oğuz xan-Zülqədər” (Zülqərneyn) dastanında da bu cür bənzətmələr və bəzəmələr var. Ama eyni dönəmdə də  7-8 min il yol gələn böyük bir olmuş, oturuşmuş doğru və dəyərli olayın dənəsi var. Odur ki, mən unudulmuş bu dənəciyin üzərindəki tozu gücüm çatanadək təmizləməyə  və doğrunu üzə çıxartmağa çalışacam. İstəyimə necə erişə bilmişəmsə onu oxucu kəsinləyəcəkdir.
           Tarixçilər Zülqərneynin kimliyi haqqında elə çox qarma-qarışıq, bir-birinə tərs olaylar yazıb qoymuşlar ki, elə çoz çeşitli tarixi kimsələri  Zülqərneyn adlandırmışlar ki, bu çoxluqlar arasından doğrunu tapmaq çətinliklər yaradır. 
              “Oğuz xan” dastanını türk xalqının ən əzəli dastanı saymaq olar, ona görə ki, burada dil bilməz, yabanı adamların gəlişmələrindən (əhliləşmələrindən) söhbət gedir. Qafqaz türkləri arasında “Oğuz xan” dastanının Borçalı çeşitnin (variantının) qısaca özətini yada salaq. Borçalıda bu günədək  yaşayan “Oğuz- Zülqədər” dastanında deyilir:
                                          =========================
           Hun ölkəsinin ulu xaqanı Qara xanın arvadı bir oğlan doğdu. Oğlan, ağ  üzlü, göy gözlü, at ağızlı, qara qaşlı, qara saçlı, gen kürəkli  bir oğlan idi. Oğlan bir gündə bir aylıq boy atıb böyüyürdü. Odur ki, doğulan kimi anasının südü ona  azlıq elədi, o yemək yedi, içmək içdi. Doğumundan 6-ay sonra dil açdı danışdı, ayaq tutub yeridi. Oğlan üç yaşında “mənə at verin minim” dedi. Qara xan, ölkənin ən ağıllı bilgini olan Xasatayı ona Lələ tutdu.
               O, gündən də lələ Xasatay   Oğuz xanı bilik, egitim verməklə böyüdür. Lələnin egitimi altında Oğuz xan  kürəyi yerə dəyməz, qolu bükülməz, dizi qatlanmaz bir igid kimi və dönəmini bilgini kimi böyüdü. Kürəyi öküz kürəyi kimi enli oldu. Ormanda oymağın, el-obanın,  malını-atını yeyən qanadlı qurd yaşayırdı. Puskuda durub onu öldürdü, eldə ad-san qazandı, iyidlər arasında sayılıb- seçilən bir iyid oldu. Qara xan eli yığdı “oğluma ad verin” dedi. Hamılıqla bir ağızdan onun  adını güc anlamını verən  Oğuz (öğüz-öküz) qoydular. (Bu gün də Borçalıda öküzə “öğüz” deyən böyük bir kənd var.)
            Bir gün Oğuz yuxusunda duş gördü. O gördü ki, bir qanadlı atla yol gedir. Qarşısına iki başlı bir aslan çıxdı, ona sarı yürüdü. Onun atı aslanı tapdaladı, əzib üstündən keçdi, Oğuz aslanın başını kəsdi. Yoluna davam elədi, qarşısına ucu-bucağı  görünməz dəniz çıxdı. Oğuz üzünü gündoğana çevirib yol getdi, yol boyu çoxlu bəbirlər düzülüb Oğuza baş əydilər. Qarşısına yenə dəniz çıxdı. Sonra Oğuz üzünü güneyə çevirdi, qarşısına bir öküz çıxdı. Atı öküzün başını üzüb, qopartdı, öküzün başı tac oldu. At tacı Oğuzun başına qoydu. O, yenə yolunu getdi,  qarşısına dəniz çıxdı. Oğuz üzünü qaranlığa (quzeyə) tutub dağa çıxmağa başladı. Dağdan bir qara qarğa endi, Oğuzun tacını vurub yerə saldı. Tac dığırlanıb, dağın ətəyi dərədə parça-parça oldu. Dan açıldı, Oğuz duşunu bilici Lələsi Xasataya danışdı. Lələsi, “bu dünya dənizlər üzərində böyük bir parçadır. Sən dənizlərədək dünyanın hər yanını tutan bir xaqan olacaqsan, qocalanda bütün adamların başına gələn üzüntü sənin də başına gələcək” deyib duşu yozdu.
            Oğuzun atası Qara xan qocalmışdı. Bütün xanları çağırıb qurultay topladı. Oğlunun yetginləşib, xaqanlığa layiq olduğunu dedi və xaqanlığı oğluna verdi. Qardaşı Or xanı da Hun alplarına başbuğ qoydu.  Ömrü boyu yenilməyən Or xan Oğuz xana güvənikli bir başbuğ (sərkərdə) oldu. O gündən Oğuz xan xaqanlığı yönəltməyə başladı.
              Bir gün Oğuz xan alplarını götürüb ova çıxdı. Ovda olarkən yağış yağmağa başladı. şimşək çaxdı, ormanlığa ildırım düşdü. Oğuz xan ildırım düşən yerdə bir qızın oturduğunu gördü. O, alplarına “Tanrım mənim ovumu göndərdi” dedi. Qızı götürüb evinə gətirdi. Adını Ülkər qoydu. Onunla evləndi. Ona 40 dənə qaravaş qız bağışladı. Bir gün yenə Oğuz xan alpları ilə gündoğan ormanlığına yön alıb ova getdi. Ovda bir maralı qova-qova bir çəmənliyə apardı, maral  qalın hündür otlar arasından çıxa  bilmədi. Xan kəmənd atıb ovu diri tutdu. alplarına burada dincəlmək göstərişini verdi. Xan çəmənlikdə dincələn sürədə, ormanın gözəlliyi, yaylaları, sərin bulaqları xoşuna gəldi. O, alpları ilə gənəşiklik  elədi, burada bir kənd (şəhər) salmağı təpərlədi (qərara aldı) və kəndin tikilməsinə göstəriş verdi. Bütün alplar toparlaşıb tezliklə orada gözəl bir kənd saldılar, adını  Ökbatan (keçmişdə “ök” sözü ana anlamında işlənmişdir. Türkiyənin bəzi ellərində anadan yetim olan uşaqlara bu gündə “öksüz” (anasız) deyilir). Görünür ökbatan ana ilə bağlı kutsal söz olmuşdur. Həmədan adı yunan qaynaklarında rast gəlir. Xaqan buranı  özünə başkənt (paytaxt) elədi.
          Xanın gənclik  egimi (məğrurluğu) ona sakitlik vermirdi. Özünü dünyanın xaqanı görürdü.  Bu istəklə də  Hun (dastanda hun boy adı kimi gedir) alplarından opdu  toplayıb günbatana sarı yürüş elədi. Rum elini və bir çox  ölkələri yendi, onları öz yarğısı (hökmranlığı) altına aldı. Ölkələri yenə-yenə getdiyi yolda qarşısına dəniz çıxdı. Axşam oldu, xan günəşin gümüş kimi parıldayan dənizdə batdığını gördü. O, quru dünyanın burada qurtardığını dedi və dənizin adını Ağ dəniz qoydu. Dənizin qırağındakı dağın ətəyində dincəldi, dağın adına da Ağ dağ dedi. Oradakı xanlarla dostluq anlaşması və öhdəçiliyi bağladı geri ölkəsinə döndü. Bir sürə (müddət) dinçəldikdən sonra, üzünü gündoğana tutdu. Dünyanın axırınadək getməyi təpərlədi  (qərara aldı). Xan bir sürə yol getdikdən sonra, qalın ormanlıqlarda yabanıların, dilbilməz çöllü adamların olduğunu gördü. Bu adamların onun hunlarına çox oxşadığını görən xan, “bunlar da məndəndir” dedi. Onların adlarını “Türkmən“ qoydu,  yanlarında alplarından xeyli adam saxlayıb onlara paltar geyindirməyi, dil öyrətməyi tapşırdı. Bir ay yol getdikdən sonra yenə, yabanı çöl adamları ilə qarşılaşdı. Xan onları bir araya toplamağa göstəriş verdi. Çöllülərə paltar geyindirmək və  dil öyrətmək üçün alplarından bir sıra hunlu alp ayırdı. Özü isə yolçuluğuna üz qoydu. Bir sürə getdikdən sonra, yenə də yabanı, çılpaq gəzən, dilbilməz,  dağ mağaralarında yaşayan adamlarla  qarşılaşdı. Bunların qadınlarını çox, kişilərini az görən Xan, onlara Qırxqızlar dedi. Kişilərin az olmalarının gizini soruşdu. Kişilər: “yarımız qalıb yurdumuzu yağılardan qoruyuruq, yarımız yem üçün  ova gedirik” dedilər. Qırxqızlara da , geyinmək, danışmaq öyrətmək üçün hunlardan alplar ayırıb qoydu . Özü isə yenə yoluna üz tutdu.
            Qeyd: yeri gəlmişkən bildirim ki, belə bir yazılı rəvayət də var. Suyan xanın bir qızı olur və  onun 39 qaravaşı olur. Xan qızı ilə birlikdə qaravaşları da evləndirir. Bunlardan törəyən boya  Qırğızlar deyilir. Başqa bir rəvayətdə də Buman xanın 40 qızı olur oğlu olmur. Bu qızların evliliyindən Qırğızlar törəyir. (Dəniz Karakurt. T.S.S. s-176) Ama bu deyilənlərdən ən ağıla səğanı dastanın olayı ola bilər.
            Ordu gəlib gözəl çəmənli-çiçəkli, sərin bulaqlı, bol ovlaqlı bir dağa  çatır. Çoxlu ov ovlayırlar,  dincəlirlər. Günəşin enib dağda batdığını görən xan, Tanrının da bu dağa enib yatdığını düşünür. Bu dağın adını Tanrı dağı qoyur. Dağın çəmənliyində dincəlib yorğunluğunu aldıqdan sonra yenə yol getməyə başlayır. Qarşılarına at minən yay-ox ilə silahlanmış, dəstə başçıları olan,   qoçaq və bacarıqlı  bir ölkə çıxır. Oğuz xan onların başçıları ilə dil tapıb dost olur, ona dəyərli bir yay- ox bağışlayır. Bu yaxşılıqları görən yarı-yabanılar, Oğuz xana qarşılarındakı Çin ölkəsinin  güclü ordusunun olduğunu deyib, onlara qarışmaqlarını istəyirlər. Xaqan qarşı çıxır (razılıq vermir). Xan onlara “Uyğur” (Uyğur ulu türk dilində bizə uyanlar, qoşulanlar deməkdir) adını verir, onların da gəlişmələri üçün orada hunlarından bir bölüm alplar qoyur.
            Çin sınırına çatanda düzənli ordulu,  Çin  xaqanlığının olduğunu görür. Çin Xaqanı Oğuz Xanı sarayına qonaq aparır.  Qonşu xaqanlar kimi dost olurlar. Çin xaqanı  dostluq nişanəsi olaraq, ona qızıl yəhərli at bağışlayır. Oğuz xan da qarşılıq olaraq ona bir göz qamaşdıran ləl bağışlayır. Xaqanlar gəzməyə çıxırlar. Oğuz xan kölgəsinin olmadığını görəndə ilgiclənir (maraqlanır) və bunun nədənini soruşur. Çin xaqanı “bizim yalnız səhər və axşam kölgəmiz olur” deyir. Ancaq nədənini aydınlşdıra bilməyəndə, Lələ söhbətə qarışır. “Biz dünyanın ortasında olduğumuz üçün, durduğumuz yerdə günəş düz başımız üstündə durur. Onun üçün də kölgəmiz olmur”deyir.
                  Çin xaqanı Oğuz xana “ xan, görünür Xasata çox şey bilir. Hər gizdən salıqladır (xəbərdardır), izin ver mənim adamlarımdan öyrəncilər götürsün” deyir. Xan razılıq verir. Lələ bunlardan öyrəncilər götürür, 5 ildən sonra qayıdacaqlarını deyir.  Xaqan razılaşır. Onlar dənizə gəzməyə çıxırlar. Oğuz  Xan günəşin göy rəngli dənizdən çıxdığını görüb, ona Göy dəniz adını verir və burada dünyanın qurtardığını deyir, Çin  xanı ilə dostluq öhdəçiliyi bağlayır. Aralarında sınırlarını bölüşdürürlər. Xaqan geriuyğurların olduğu yerə, hunlarının yanına gəlir. Bir sürə burada qalır. Uyğurlar üçün bir başkənt tikdirir. Uyğurlara başçılıq, öndərlik etmək üçün evli (ailəli) hunlarından  alplar ayırır. (O dönəmlərdə ordu illərlə yol gedib gəldiklərindən, onlar savaş yoluna evli (ailəli) çıxarmışlar).  Başkəntin  adını Hunqar qoyur. Bir sürə dincəlib, geriyə öz yurduna yola düşür. Qayıdan dönəmdə başı qarlı bir dağın güllü, cicəkli ətəyində dincəlir. Dağ xoşuna gəlir. Dağın təpəsinə alplar göndərmək istəyir. Ancaq  Lələ razılaşmır. “Bu vaxtlar dağa çıxmaq qorxuludur, yalnız 6 aydan sonra dağın təpəsinə çıxmaq olar” deyir. Oğuz xan dağın adını Altay dağı qoyur. Gedəndə yollarda qoyduğu yabanıların artıq  gəlişdiklərini görüb, bunlar üçün də yeni bir başkənt tikdirir. Adını Sumerkənt (Səmərqənd) qoyur. Sonra da ölkəsinə - Həmədana gəlir. Gəlişi namına böyük qonaqlıq törəni  düzəldir. Bütün qonşu xaqanları, xanları qonaq çağırır. Dünyanın hər iki ucunadək getdiyini bildirir. Özünü dünyanin hər iki ucunun xaqanı olduğunu aşkarlayır. Başına iki  buynuzlu tac qoyur. O gündən də bütün qonşu xalqlar ona Zülqarneyn (iki buynuzlu), öz xalqı isə Zülqədər xaqan deyirlər.
            Zülqədər bir az dincəlir və üzünü güneyə, günəş ortamına tutub yola çıxır. O qədər gedir ki, axırda qarşısına ucu-bucağı görünməyən dəniz çıxır. Qızarmış günəşin dənizdə batdığını görən Zülqədər, burada dünyanın qurtardığını deyir və dənizin adını “Qırmızı dəniz” qoyur. 
           Zülqədər  xan xaqanlığını daha da genişləndirir böyüdür, xalqını bolluq, varlıq içərisində yaşadır. Son halda qocaldığını görüb, ölkəsində olan göybilimçiləri (münəccimiləri) yanına  çağırır. Onlara ölümsüzlük üçün bir yol göstərmələrini əmr edir. Onlar da  bildirirlər ki, dirilik suyu qaranlıq dünyadadır. Onun yolunu heç kim bilmir. Xan bilici Lələni yanına çağırır. Dirilik suyunu tapmaq üçün ondan gənəşik alır. Lələ ölümün qarşısının alınmaz olduğunu deyir. Xan razılaşmır. Getməyi təpərə (qərara) alır.  Lələ  yolda çətinliklərin olacağını xana bildirirsə də xan, öz təpərindən dönməyərək, suyu axtarmaq  üçün yolçuluğa çıxmağa göstəriş verir. Ancaq xaqan bu kəz yolçuluğa evliyini (ailəsini) götürmür. Ülkərbəyim Tanrıya yalvarır ki, onu yenidən ulduza çevirsin, göydən xaqanı izləsin. Tanrı onun səsini eşidir. Onu qırx qaravaşları ilə birlikdə ulduza çevirir. Ülkərbəyim göydən xanın yolunu izləyir.  Xan qaranlıq dünyanın yolunda bir yanar dənizlə qarşılaşır. Dənizin suyunun od tutub yandığını görür. Adını “Odlu dəniz” qoyur. Odlu dənizi keçəndə Xan, göylərədək ucalan, başı qarlı dağla qarşılaşır. Dağın adına Qaf dağ deyir. Zülqədər Qaf dağının ətəyinin dənizədək endiyini görür. Ordu dağı çətinliklə aşıb keçir. Xaqan bu yerin adına çətinlik anlamını verən Çolqan demişdir. Çolqanda şoxlu yabanılar görür. Onları bir yerə toplayıb, onlara bir kənd (şəhər) tikdirir adını Çola qoyur.  Bu xalqı gəlişdirmək (əhliləşdirmək) üçün Hunlarından alplar ayırıb qoyur.
           Açıqlama: Gəziçilərin (Səyyahların) verdikləri bilgilərə görə İran şahı II-Yəzdəkird V- əsrdə Çola”nı basqıladıqdan sonra şəhərin gözəlliyinə vurulmuş, halayna hündür hasar çəkərək onu alınmaz qalaya çevirmiş adını dı dəyişərək Dərbənd qoymuşdur. Tarixçi F. Ağasıoğlunun bildirdiyinə görə Çola ayrıca şəhər olmuşdur.
                  Burda dincələn sürədə sevimli atı dağa qaçır. Oğuz xanın alpları atı nə qədər axtarırlar tapa bilmirlər. Dağda yaşayan yerli adamlar atı tutub xana verirlər və  onu bizim dağda yaşayan dağ Sonalarının qoruyucusu olan yarı quş yarı adam qılığında olan Toğrul quşunun ilətgənliyi (bələdçiliyi) ilə tapdıq deyirlər. Xan qarlı dağda yaşayan bu xeyirxah adamların adlarını Qarluk qoyur.
               Bu xeyirxah quş Qaf dağının  Albuz təpəsində (indiki Elbruc zirvəsində) oturur, dağı və onun Sona qızlarını qoruyur.  Xan “Toğrul quşuna dünyanın ən parlaq ləlini bağışlayır. Pəvayətə görə Toğrul quşunun başındakı Ləlin parlaqlığı Qaf  dağını gecələr işıqlandırır.
        Qaf  dağınım bəycisi  Toğrul  quşunun adına qoyulmuş quzey (şimali) Qafqazdakı  bədizi (heykəli)             
              Xaqan qarluqlara uyğarlıq (mədəniyyət) və dil öyrətmək ücün alplar qoyub yolçuluğunu sürür.  Qarşılarına böyük, enli bir çay çıxır. Çaydan keçə biləcəklərini  sınamaq üçün, çaya atlı alp salır.  Alpların çayın ortasında itdiklərini görür. Çayın adını İtil qoyur.  Bu anda yerli adamlar bunlara köməyə  gəlirlər. Onlar çayı keçməyin yolunu öyrədirlər. Köməkliklə ormanın ağaçlarından doğrayıb sal düzəldirlər. Salların köməyi ilə ordu İtil cayını keçir. Bu yerli xalqın adına Kıpcak ( qədim türkcə kıpçak sözü, kömək edən anlamını verir deyirlər) deyir və onlara dil öyrədib  gəlişdirmək (əhliləşdirmək) üçün yanlarında hunlarından alplar qoyur və qaranlıq dünyaya yola düşür.
             Qeyd: O. Süleymanov Kıpçak sözünü belə aydınlaşdırır.”Bir çox türk etnonimləri, tayfa damğasının adını daşıyır. Tilik tayfasının damğasının adı bir xətdir, (yəni bıçak tiliyi) Qazax dilində xəttə “tilik” deyilir. Tilik sapsız bıçak anlamında işlənir.(Borçalı türkləri də sapsız bıçağa tiyə deyir - İ.M.). Çox güman ki, “iki üfüqü xət” damğası bir vaxtlar iki bıçaq adlanmış və sonralar bu söz, cümlə qovuşma prosesində kıpçaka çevrilmişdir.( O. Süleymanov “AZ-YA” Bakı 1993 s.134-135) 
            Qaranlıq dünyanın yolu ilə gedərkən qarşılarına bir dağ çıxır. Heç cür bu dağı keçə bilmirlər. Axırda Xaqan  Lələdən soruşur “Lələ bu nə gizdir (sirdir) atları tər basdı, taqətdən düşdülər bir addım belə gedə bilmirlər,  bir çarə tap” deyir. Lələ barmağını alnına qoyub biraz  düşündükdən sonra, qılncını çıxardıb yanındakı qayaya yapışdırır. Qılınc qayadan asılı qalır. Bunu görən Oğuz xan, “Lələ bu gizi bizə anlat” deyir. Lələ “bu dağa dəmir dağ deyilır. Atların nallarını sökün gedək, qayıdıb buradan keçəndən sonra yenə də nallarsınız” deyir.  Atların nallarını söküb, rahat dağı keçirlər. Qaranlıqda alplar azmasınlar deyə Lələ  “yeni doğmuş bir atın balasını burada kəsin, qayıdan başı həmin atı önə salın öndərlik eləsin. Sizi gətirib ölən balasının üstünə çıxardacaqdır” deyir. Onun dediyi kimi edib yola düşürlər. Axırda gəlib sıx güllü-çiçəkli, çoxlu bulaqlı bir çəmənliyə çatırlar. Çiçəklərdən səs gəlir bizi tapdayıb keçməyin həmişəlik sayrılı (xəstə) etməyin, biz həmişəyaşar çiçəklərik. Dirilik suyunu əmmişik. Zülqədər Lələdən soruşur, lələ çiçəklərin səsini eşidirsənmi nə deyir. Lələ eşidirəm dirilik suyunun olduğu yerə çatmışıq indi dayanıb axtarmalıyıq deyir. Zülqədər bir yana, Lələ də bir yana, dirilik suyunu axtarmağa gedirər. Zülqədər qarşısına gələn bulaqlardan içirsədə onlar dirilik suyu olmur. Bir alp gəlib xana salıq (xəbər) verir ki, Xasatayın (Lələnin) qolları quş qanadı oldu uçub göyə qalxdı. Xan  onun haradan göyə qalxdığı yeri göstərmələrini deyir. Alplar xanı həmin yerə aparırlar, Xan orada suyu qurumuş bir bulaq yerinin olduğunu görür və başa düşür kü, dirilik suyu ona yox, Lələyə (Xasataya) azık (qismət) olmuşdur. Üzüntü keçirərək, (peşimançalıqla) geri qayıdır. Ordu üzünü geri çevirəndə görürlər, gəldikləri daşlı-kəsəkli qaranlıq yol yaşıllaşıb işıq verir. Zülqədər eşidir ki, yol qırağındakı daşlar Xızır deyə-deyə səcdə edirlər. Zülqədər  xan başa düşür ki,  Xasatay ölümsüzlük qazanıb, bütün daşlar ağaclar  Xızır deyə onu çağırırlar. O gündən də Xızır türklərin ölməz, həmişəyaşar bilqamısı (peyğəmbəri) olur. Dastanda xan hər şeyin, dağın, ağacın, suyun, daşın, quşun dilini bilən bir xan kimi verilir, yol boyu heyvanlarla, quşlarla, ağaclarla söhbət edir. Qayıtdığı yolda dil bilməz bir xalqala qarşılaşır. Zülqədər xan onların adına Bulqar deyir. Onları bir yerə yığıb şəhər tikdirir adına Bun (Bunqar) çəhəri deyir. Hunlardan alplar qoyub onlara dil öyrətməyi tapşırıb yola düşür.
              Qayıdarkən xan Qaf dağından keçməli olur. Dağı keçmək üçün yol axtarırlar, axırda bir dar dərəli yal tapırlar.  Ordu dağın yalından aşıb, keçir. Qarşılarına az sözlü dağ xalqı çıxır. Böyük ordulu Zülqədəri görən xalq, ona  deyir ki, quzeydə, (şimalda) yaşayan Anqut- Manqut (çox yeyənlər) adlı xalq onlara yağı kəsilib, vaxtaşırı gəlib mallarını, varlarını talayıb aparırlar. Onların qarşılarını almaq üçün bizə bir köməklik eləyə bilərsənmi deyirlər?. Zülqədər  ordusuna bu iki dağ arasına divar çəkməyi əmr edir.  Ordu dəmir-mis qarışıqlı torpaqla iki dağın arasını doldurur. 700 öküz dərisindən 700 körük anıklayırlar (hazırlayır). 700 yerdən od vurub 7 gün körükləyirlər torpaqdakı dəmir mis əriyib, hər iki dağ arasındakı keçidi bağlayır. Dərəni keçilməz bir yal edir. Adını da Daryal qoyur. Sonra yenə yolunu gedir. Yolda bir dənizə rast gəlir uzaqdan dəniz qara görünür, yaxınlaşanda suyun dupduru olduğunu görür, dənizin adını Qara dəniz qoyur. 
             Yerli  xalq  Xana bildirirlər ki, “burada iki qoşa dağ var, ( bir rəvayətə görə də  iki qoşa ağac var) hər xas (çərşənbə axşamı) günü onlar bir- biri ilə danışırlar. Amma onların söhbətlərini biz anlamırıq”. Zülqədər xan dağların (ağacların) söhbətini dinləmək üçün dağa gedir. Xas günü iki dağın arasında  çadırını qurdurub onların söhbətlərinə qulaq asır. Gecənin bir çağında dağlar (ağaclar) dilə gəlib danışırlar. Biri o birinə deyir ki, “gözün aydın olsun,  Zülqədər xan bizə qonaq gəlibdir”. O biri də qarşılığında: “qonağımız dünyaya  mənimdi deyir, yenə gözü doymur. Amma salığı yoxdur ki, onun özü bu dünyanın yemidir. Gələn xas günü dünya onu udacaq və həmişəlik gözünü doyduracaqdır” deyir. Bu söhbəti eşidən xan, tez çadırına qayıdır və orduya tez yola düşməyi əmr edir. Xan yolda sayrılayır (xəstələnir). Ölüm ayağında ordu başçılarını çağırıb onlara tutsu (vəsiyyət) edir. “ Xas günü mən öləcəm.  Öləndə sağ əlimi tabutdan eşikdə saxlayın. Harada əlimi çəksəm orada da  basdırın” deyir. Xan ölür tutsuya görə sağ əlini tabutdan eşikdə aparırlar. Bir dağın yanından keçəndə qoyun otaran  çoban soruşur, “bu ölünün  suçu nədir ki, əlini qırağa çıxmış aparırsınız?”. “Bu bizim xanımızdır, öləndə özü belə  tutsulamışdır” deyə qarşılıq verirlər. Bilici çoban, iki başlı söhbəti anlayır. Yerdən bir ovuc torpaq götürüb, xanın ovucuna tökür. Həmin anda xan əlini çəkir. Ordu başçıları xanı həmin dağın təpəsinə (zirvəsinə) basdırmağa təpər (qərar) verirlər. Çobandan dağın adını soruşurlar. Çoban “Yel dağı” deyir. Zülqədəri çıxardıb Yel dağının təpəsinə basdırırlar. Ülkərbəyim də 40 qaravaşı ilə birlikdə göydə parlaq Ülkər ulduzu olub, sonsuzluğa qovuşur. Dastan bununla tamamlanır, bitir.
              Bir çox tarixçilər Oğuz xanın gömütünün (qəbrinin) Göycə gölünün yan-yörələrində olduğunu yazırlar. Göcə gölü ilə Yel dağının arası yaklaşıq (təxminən)40-50 km olar.  Həmin Yel dağı, Borçalının Bolnisi şəhəri ilə Kəpənəkçi kəndi arasındadır və Xalqın kutsal dağıdır. Yan-yörəsində yaşayan türklər və qreklər (yunanlar) dağa tapınaklarını bu gün də yaşadırlar.  Çox acınacaqlı haldır ki, Oğuzun-Zülqərneynin kutsal gömütünün üstündə  gürcülər 2010 ildə uca bir kilsə tikdilər və böyük bir xaç işarəsi qoydular.  Dağa, gömütə və hər şeyə yiyələndilər.
             Dastanı araşdırmadan öncə, bir düşüncəni vurğulamaq yerinə düşər. Həmədandan yürüşə çıxan Oğuz xan, Həmədanı dünyanın ortası hesab edir. Qarşılaşdığı dənizlərə verdiyi ad bu düşüncəni kəsinləyir. Həmədanın günbatanındakı dənizə Ağ dəniz, gündoğanındakı dənizə Göy dəniz, güneyindəki dənizə Qırmızı dəniz, quzeyindəki dənizə Qara dəniz deyir. Görünür ən əzəlilərdə ulu dədələrmiz qütbləri rənglərlə adlandırmışlar.  Bu gün qütblərin belə adlandırılması unudulsa da, tək-tək hallarda qaranlıq adına rast gəlinir belə ki, Borçalı xalqı maldarlıqla bağlı yayda yaylağa gedirlər. Saldıqları yurdun qapısını həmişə güneyə sarı qoyurlar.  Yurdun önünə güney, arxasına qaranlıq deyirlər. Çox qədim tarixi olan bu adı hələ də yaşadırlar.
             İlk öncə onu işıqlandırmağa çalışaq ki, dastanda adı çəkilən Zülqədərlə, Qurandakı Zülqərneynin  aralarında hər-hansı bir oxşarlıq, uyğunluq varmı? Bu qaranlığı aydınlaşdırmaq üçün dastanda səslənən olaylarla, Quran ayələrini araşdırıb gözdən keçirək. Onu bildirim ki, dastanda Oğuz-Zülqədər xan həm xaqan, həm də peyğəmbər kimi verilir. Quranda da Zülqərneyn haqqında eyni durum öz kəsinliyni (təsdiqini) tapır. 
         Quranın 18-ci surəsinin 83-cü ayəsində deyilir: “Səndən Zülqərneyn barəsində soruşurlar. De onun barəsində sizə hekayət söyləyəcəyəm.” Ayənin yazılışından aydın olur ki, kimlərsə Peyğəmbərdən Zülqərneyn haqqında soruşubdur, Peyğəmbər (ə.s.) də onun adının Zülqərneyn olduğunu deyir. Çünki, Zülqədərlə Zülqərneyn arasında çox yaxın oxşarlıq var.  Yuxarda dediyim kimi, qonşu xalq zülqərneyn, türklər Zülqədər demişlər.  Demək, Zülqədəri Zülqərneyn deyə adlandırmaq  elə də böyük yanlışlıq deyildir. Hər iki adın bir adama ilgi ola bilməsi inandırıcıdır. Eyni zamanda peyğəmbər ayədə rəvayət, nağıl, mif yox, “hekayət söyləyəcəyəm” deyir. Nağıl, mif və rəvayət ağlın, düşüncənin, təfəkkürün verimi kimi yaradılır. Hekayə isə həmişə doğruluqla, bağlı olan olaylardan danışır. Demək, Peyğəmbər (ə.s.) Zülqərneyni nağıl  kimi yox, doğruluq olaraq, bir olay kimi bilir və onun hekayəsini danışır. Zülqərneyni Peyğəmbər nağıl kimi yox,  bir kimsə  (şəxsiyyət) kimi göstərir.
            Ayəni  açıqlayan hədisçilər deyirlər: ”Yahudilər soruşdular ki, Talmutda adı bir kərə çəkilən  buynuzlu peyğəmbər kimdir?” Peyğəmbər (ə.s.) buynuzlu peyğəmbərin adının Zülqərneyn olduğunu, davranışlarını və getdiyi yolları ayələrdə çox aydın və dürüst göstərir. Sorğu edənlər də islam olurlar. Dastanda deyilənlər Quran ayəsində deyilənlərlə tam üst-üstə düşür. Onları açıqlamağa çalışaq.
           18\85 ayədə deyilir:”O yola çıxdı.” Hansı yola, hansı yana bilinmir. Ama 86-cı ayə ona aydınlıq gətirərək deyir: “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda qara palçıqlı bir çeşmədə batan gördü. O çeşmənin yanında bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzab da verə bilərsən, onlarla yaxşı rəftar da edə bilərsən”!
          Ayənin deyilişindən aydın olur ki, Zülqərneyn günbatana yola çıxıbdır. Eyni halda da bu ayədə Tanrının ona vəhy göndərməsi, onun peyğəmbərliyini kəsinləyir (təstiqləyir). Ayədə yol getdi, günəşin bir çeşmədə batdı deməsi, dastanın hekayəsi ilə üst-üstə düşür. Dastanda da Oğuz xan ilk yürüşünü günbatana edir. Günbatan yerdə ordusu, Rum dövlətinə rast gəlir. Quranda deyildiyi kimi Zülqərneyn bunlara “əzab da verə bilərdi” Ama davasız-qırğınsız andlaşma bağlayıb qayıdır.  Oğuz xanın ilk yürüşü Quran ayəsinə uyğun gəlir. Dastanda günəş ağ dənizdə batdığı söylənilir. Quranda isə “qara palçıqlı bir çeşmədə batır” deyilir.  Burada bir az  kuşqulu yer var. Ayədə olan “aynin hamiyyə” sözü  “qara palçıqlı bir çeşmə”kimi çevrilmişdi. Buradakı “ayın” sözü çeşmədən başqa “mənbə-bəlgə anlamını da verir. Mənbəə-bəlgə sözü çox anlamlı sözdür. Çox çeşitli yozmaq olar. “Hamiyə” sözü də “palçıqdan” başqa “bulanlıq” anlamını da verir. Sözü “qara palçıqlı çeşmə” yerinə “bulanlıq bəlgədə”(suda)kimi də yozmaq olar. Başqa yozumu da ola bilər.
     Dastanda Oğuz xan oranı dünyanın axırı olduğunu zənn edib geri qayıdır. Çeşmənin olması dünyanın sonu demək deyil, ama ucu-bucağı görünməyən dənizin olması dünyanın sonu deməkdir. Eyni halda da çeşmə yaxın mənzildə görünər, gün batan uzaqlığında isə çeşmə  görünməz. Quranda yanlışlıq ola bilməz. Ancaq ayənin sözlərinin çevirməsində, açıqlamasında, yozumunda hər hansı bir yanlışlıq ola bilər.
              18\89 ayədə deyilir “Sonra o başqa bir yola tərəf üz tutub getdi”, yəni, gündoğana getdi. 18\90- ayədə: “Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona qarşı heç bir sipər yaratmamışdıq”. Bu ayə Oğuz xanın Çin padşahı ilə görüşünə uyğun gəlir. Dastanda deyilən kimi, Çin ölkəsi gündoğandadır. Qızmar günəş  Çin qövmünün üzərində doğur. Onların başları üzərində olduğundan kölgələri olmur.  Demək, dastanla Quran ayəsinin konusu (mövzusu) eynidir.
              18/93-ci ayədə deyilir: “Nəhayət iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfa gördü.” Tayfa dedikdə söz yox ki, adamlar anlaşılır.  Həm də Peyğəmbərin (ə.s.) ”az qala söz anlamayan bir tayfa gördü” deməsi, onu göstərir ki, Peyğəmbər danışdığı olay, ondan çox-çox qədimlikdən, hələ adamların söz anlamadıqları bir dönəmdə onlara peyğəmbərlik edən bir kimsədən danışır. Bu fikir olduğu kimi dastanda bir neçə kərə səslənir. Oğuz xan doğuya gedəndə bir çox sözbilməzlərlə görüşür. Qaranlıq dünyaya gedəndə Zülqədər xan Qaf dağında da belə sözbilməz adamlarla görüşür. Göründüyü kimi, Quran ayəsilə dastan olayları eyni səslənir.
               18\94-cü ayə: ”Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc, Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onların arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?”18\95-ci ayədə deyilir:”O dedi: Rəbbimizin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin. Mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim”!
              Onu deyim ki, Yəcuc və Məcuc ərəbləşdirilmiş sözdür. Dastanda bu xalq Anqut-Manqut adlanır. (Anqut-Manqut sözü Borçalı atalar sözündə bu gün də çox yeyən kimi, alçaldıcı anlamında işlənir). Söhbət quzey Qfqazda yaşayan hər hansı bir yabanı xalqdan gedir.  Quzey Qafqazda Yəcuc, Məcuc adlı xalq yoxdur. Yəqin ona görə də ilahiyyat adamları onları göy ulduzlarının adamları sayırlar. Sonunda Zülqərneynin “Rəbbimizin mənə verdiyi daha yaxşıdır” deməsi onun tək Tanrılı olduğunu göstərir. Xalq ona körük düzəltmək üçün 700 öküz dərisi verir.
              18\96-ayədə deyilir: ”Mənə dəmir parçaları gətirin!” (onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi “(körükləri) üfürün!”-dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: mənə ərimiş mis gətirin, onun üstünə töküm!” dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu. Və beləliklə, möhkəm bir sədd əmələ gəldi)”.
              Ayədə deyildiyi kimi, Zülqərneyn hasarı (səddi) xalqla birlikdə çəkir.  Qurandakı bu ayə, dastanda deyilən söhbətlə tam eynilik yaradır.  Göründüyü kimi, Quranın ayəsi ilə dastanda Daryal (Devdoraki) dərəsi, hasarının bağlanması haqqında deyilənlər bir-birinə uyğun gəlir. Hər ikisində olan düşüncə tamam eynidir və  heç bir açıqlama, incələmə yeri qalmır.
            Tarixçi Səid Nursi Zülqərneyni yerdə gückeçər (hökmüran) xaqan kimi görür. O, yazır: “Hind və Çindəki əkvami məzlumiyə təcavüzlərini dayandırmaq üçün o Himalay silsilələrinə yaxın iki dağ ortasında uzun bir sədd çəkdi və o əhkami vəhşiyənin hücumlarına mane oldu”. (Bədiüzzəman Səid Nursi 16. Lema. S. 101-vikiped Axırzaman.)
            Göründüyü kimi Səid Nursi  səddin Himalay dağ silsiləsində tikildiyini deyir. Onu yada salaq ki, Zülqərneyn (Oğuz xan) II- doğuya (şərqə) olan yürüşündə Himalay dağından keçib Çinə getmişdi. Onun ikinci yürüşündə sədd tikmə söhbəti yoxdur. Zülqərneyn (Oğuz xan) səddi Qaranlıqdan (zülmətdən-şimaldan) qayıdanda çəkir.  Bu yanlışlıq ondan irəli gəlir ki, S. Nursi xalq dastanını bilmir. Yalnız Quran ayələrinə görə zənn yürüdür.
             Yalnız Əhməd Tomor xoca, Zülqərneynin bizim planetimizdə yaşamış və yerin adamı olduğunu deyir. Hasarın isə Asya ilə Amerika qitələrinin ən yaxın olan yerində axtarmağı ögütləyir (tövsiyə edir). Yazıçı Əhməd Yozkat da  Zülqərneynin yer adamı olduğunu, Yəcuc- Məcucu adnın qədim türklərə deyildiyini, Zülqərneynin tikdirdiyi hasarı ya Çin ya da Dərbənd hasarının olduğunu deyir. (Yəcuc- Məcuc haqqında söhbət-Vikipediya).  Çox güman ki, Əhməd Tomor və Əhməd Yozkat  xalq dastanını bilmədiklərinə görə, Zülqərneyn tikdiyi hasarın yerini yanlış demişlər.
           Həmin surənin 98- ci ayəsində deyilir: “ Bu Tanrının mənə olan mərhəmətidir. Tanrının verdiyi vədə başa çatdıqda onu dağıdacaqdır.”  Həmin eyni sözbitiyi olduğu kimi dastanda da deyilir. Dastanda “bu sədd Allahın izni oluncaya dək duracaq. Allahın izinindən sonra dağılacaqdır” deyilir.  Doğrudan da dastanda və Quranda deyilən dönəm (vədə) bizim çağmızda gəlib başa çatır. O hasarı, sovet höküməti dağıtdı. Dastanda adı çəkilən həmin Daryal (Devdoraki) dərəsindən sovet hökuməti hərbi Gürcüstan yolunu saldı. Lağımla (tunellə) salınan yeraltı yolla Gürcüstan Rusiya ilə birləşdi. Yol çəkilənədək 1950-ci ilədək) Gürcülərdə daryal deyirdilər. Yol çəkiləndən sonra adını Devdoraki qoydular. Dastanda olan bütün olaylar Quranda öz doğruluğunu tapır. Demək Qurandaki Zülqərnein, dastandakı Zülqədərdir, yəni,  Oğuz xandır. Ancaq nədənsə 1992 ildən bəri bir neçə kərə mətbuatda gedən yazılara baxmayaraq, bizim tarixçilər ən qədim dastanmız olan və e. ö.IV- minilliyə ilgi edilən “Oğuz xan” dastanını  tanımaq istəmirlər. Ən ilgincli hal budur ki, 1400 ildir həm dastanda, həm də Quranda eyni olayları oxuyan türk bilginləri və din adamları, aydınlar bu gün də Zülqərneynə  yiyəlik etmirlər.
             Yuxarda qeyd etdiyim kimi, 1992 ildə “Hürriyət” qəzetinə “Quranda adı çəkilən Zülqərneyn kimdir?” adlı baş yazı vermişdim. Yazıda Akademiyanın bilginlərindən    Zülqərneynin kimliyini araşdırmalarını, onun Oğuz xan olduğunu bilim yönümü baxımdam kəsinləmələrini diləmişdim. 2013-cü ildə  Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutunun çap etdiyi “Dini və tarixi mənbələrdə Zülqərneynin şəxsiyyəti. (Bakı 2007”) adlı dissertasiyanın  avtoreferatını araşdırıb, incələdim. Əsəri oxuduqca həm ilgincli (maraqlı), həm də çaşqınlı (təəccüblü)  duyğular keçirirdim.  Əsərin kapsamından (məzmunundan) görünürdü ki, yazar (müəllif)  axtarışlar aparmışdır. Amma Türkiyəli bilginlər kimi o da, yanlışlığa sarı yönəlmişdir. Yazar (müəllif) öz xalqının nağıl və folklorunda bu günədək  yaşayan, “Oğuz xan-Zülqədər”  xalq  dastanını, Quran ayələrilə qarşılaşdırmamış (müqaisə etməmiş),Türkiyənin və Azərbaycanın geniş bölgələrinə yayılmış Zülqədərilər soyunu  yada salmamışdır. Bu Zülqədərilər (Oğuzlar) soyunun Qurandakı Zülqərneyn ilə bağlı olub-olmaması haqda heç bir axtarış aparmamışdır.  Borçalı türkləri arasında geniş yayılmış Oğuz-Zülqədər dastanının haradan qaynaqlandığı haqqında heç bir bilgi söyləməmiş  və bilmək üçün də heç bir çaba göstərməmişdir. O ilgidən (səbəbdən) də bilginlərmiz axtardığını tapa  bilmədiklərindən, onu  göyün ulduzlarında, qaz planetində axtarmışlar.
           Türkiyə alimlərinin düşüncələri ilə razılaşan avtoreferatın yazarı (müəllifi) avtoreferatın 7-ci səhifəsində yazır: “Zülqərneyn haqqında olan xəbərlər qeyb xəbərlərinə aiddir”. O, 24-cü səhifədə  isə maraqlı bir sonluğa gəlmişdir:“Teoloji araşdırmalar nəticəsində Zülqərneyn barədə Quranda bəhs edilən səyahətlərin bizim planetdə deyil, digər səyyarələrdə baş verdiyi fərziyyəsinə üstünlük verilmişdir” deyir. Yazıdan belə anlaşılır ki, yazar, Zülqərneynin qeyb aləmindən olmasını düşünür və bu düşüncəni kəsinləyir.   
           Genəlliklə (ümumiyyətlə) bütün ayələri burada sadalamağa dəyməz. 83-cü ayədən  99-ayəyədək  bütün ayələr Zülqərneyn haqqındakı olaylardan danışır. Ayələrin heç birində də qeyb aləminə uyğun gələn heç bir bilgi görünmür. Hamısı bu dünya ilə sıx bağlı  olan ayələrdir. Onların yalnız düzgün açıqlanması  gərəklidir.
          Din  və bilim adamlarının çoxları Zülqərneyn tikdiyi hasarın də bizim planetdə deyil, göy səyyarələrində olan qaz buludlarından salındığını deyirlər.
           Yuxarıda haqqında danışılan avtorefaratda da müəllif, Zülqərneynin tikdirdiyi səddi  qeyb aləmində görür.  Türkiyənin və Azərbaycanın əksər bilim adamları,  yazılı və ya  elektron KİV-lərdə gəldikləri sonuclar güman və zənn ilə Zülqərneynin qeyb aləminin adamı olmasını dəyərincə kəsinləyirlər. Oğuz dastanındakı Zülqədər haqqında söhbət getmədiyindən, heç biri inandırıcı görünmür. Hər şeyin arxasında gerçəkliyi axtarmaq (dəlil) durur, əgər gerçəklik yoxdursa, orada yanlışlıq və nağıl var.
             Tarixçi araşdırıcı Olğan Aydoğlu da Zülqərneynin göy planetində yaşadığını, Göy məxlıuqları olan Yəcuc-Məcucun qiyamət günü qayıdarkən, Zülqərneynin də qayıdacağını deyir. 
             İsgəndər Türən və Əhməd Tap da Zülqərneyni göy planetinin adamı hesab edirlər. Zülqərneynin bütün hərəkətlərinin və Yəcuc-Məcucun göydə olduqlarını deyirlər. (Kuranda uzaya səhayət. Vikiprdiya)
              Dastanda deyilir.“Zülqədərin xeyirxahlığını görən xalq, ona  deyir ki, quzeydən, (şimal tərəfdən)  gələn Anqut- Manqut adlı xalq onlara yağı kəsilibdir. Vaxtaşırı keçib mallarını, varlarını talayıb aparırlar. Zülqədər Qaf dağındakı Daryal (indi Devdoraki) dərəsindən hunlarını keçirir və sonra iki dağ arasındakı keçidi dəmir, mis əritdirib dərəni doldurtdurur, keçilməz hasar edir.”  Qaf dağı bu gün Qafqaz  dediyimız dağdır. Hasar (Sədd) çəkilən Daryal dərəsidi. Gürcüstanla Rusiya sınırındadır və dünyamızın bir parçasıdır. Bu gün Daryalın güneyində Kartlilər, quzeyində isə Bulqar türkləri yaşayır. N.Gəncəvi də “İsgəndərnamə”də Bulqar terklərindən söhbət açır. Ola bilsin ki, düşmənciliklə deyilən anqut Bulqarlara deyilmişdir.   Demək bunları göydə yox yerdə axtamalıyıq.  
               Bir sıra tarixçilər  Zülqərneyn  doğu Türküstanda doğulan və imperiya quran Mete xanın olduğunu deyirlər.  (N.S.Banarlı “Türk ədəbiyatı tarixi”. İstanbul 1971 s. 21). Ama Mete xanın  ömür və yürüş yolunu araşdırdıqda, “Oğuz xan” dastanının çəmbərinə  uyğun gəlmir. Çünki Mete xan  tarixi şəxsiyyətdir və olaylar da öz adı ilə verilir. Həm də Mete xanın imperiyası Çinlə Balxaş gölü yorələri arasında olubdur və batıyadək  gəlməmişdir.            Bir para mənbələrdə deyilir: “Oğuz xan Mete xanın məhz özüdür”( Pr.Dr. Buğra Ekinçi. Vikipediya-Kayzen). Həm “Mete xan” , həm də “Oğuz xan” dastanında  bir çox oxşarlıqlar olduğunu kanıtlamağa (sübut etməyə) çalışırlar. Ancaq  xalq dastanında olan qədimiliyi yada salmırlar. Oğuz xan dastanında hadisələrin gedişi uzaq keçmişlərə, adamların mağara dönəmlərinə gedib çıxır. Mete xan  dastanı isə, yer üzünün yüksək uyğarlığa (mədəniyyətə) yiyələndiyi dönəmdə e.ö. II-yüzildə, güclü dövlətlərin olduğu bir dönəmdə yarandığı aydındır. Bundan başqa dastanda Oğuzun Qara xanın oğlu olduğu deyilir. Eyni dönəmdə də türk mifologiyasında Qara xan yaradıcı Tanrı kimi verilir. Demək Oğuz xan həm də bir Tanrı oğlu kimi verilir. Dastanda olan bu ideya onun qədimliyini kəsinləyir .  Mete xan, tarixdə kimliyi aydın olan Tümən xanın oğlu olduğu aşkardır. Demək bunlar fərqli adamlardılar və onları eyniləşdirmək türkün tarixini saxtalaşdırmaqdır.  Demək  Zülqərneyn Mete xan ola bilməz.
              Bir para tarixçilər Alp Ər Tunqanın Oğuz xan qılığında  verildiyini düşünürlər. Çünki onun e. ö. VI-V əsrdə yaşaması zənn (ehtimal) edilir və böyük imperiya qurduğu deyilir. Onun imperiyasının böyüklüyünü göstərən  Təbəri yazır: “O çox vaxt Babil və Mihrican-Kazıkda otururdu”. Ağasıoğlu da yazır ki, Əfrasiyabı (Alp Ər Tunqanı) təqib edən iranlılar, onu Azərbaycanda Bərdə bölgəsindəki qalasında öldürdülər. (Ağasıoğlu I-bitik Bakı 2014 s. 216). Çox güman ki, onunla olan olayları Oğuznaməçilər “Oğuznamə”lərində qarışdırmışlar. Ona görə də Rəşidəddin öz “Oğuznamə”sində Alp ər Tunqanın uğurlarını Oğuz xanın adı ilə vermişdir. Ümumiyyətlə, dastançılarda belə bir gələnək var ki, bir  olayı dastana salanda, xalq arasında tanınmış igidin adına bağlayırlar. Demək Oğuznamələrdə Alp ər Tnqanın yürüşlərinin əksinin olması inandırıcıdır. Ama Alp ər Tunqa Zülqərneyn ola bilməz ona görə ki, Zülqərneyn batıdan doğuya yürüş edir. Bir çox yabanı xalqları uyğarlayır, dil öyrədir. Alp ər Tunqa isə doğudan batıya yürüş edir bir çox yüksək uyğarlı ölkələrlə qarşılaşır və savaşır.    
          Bir çox din və bilim adamları  Tövratda adı çəkilən Hanokun Zülqərneyn olduğunu, İslam bilkinləri isə onun İdris peyğəmbər olduğunu söyləyirlər. (Avtoreferat səh. 11).  Onu da qeyd etmək lazımdı ki, qədim yunan ədəbiyyatlarında qədim Misir kahini olan və sonralar yunan Allahlarından biri olan Hermes,   islamda  İdris peyğəmbər kimi  göstərilir. Quranın dörd ayəsində İdrisin (ə.s.) adı çəkilir, Quranda  İdris və Zülqərneyn hər biri ayrı kimsə kimi verilir. Əgər bunlar eyni adam olsaydılar, Quranda adları ayrılıqda çəkilməzdi. Demək, İdrislə (Hanokla) Zülqərneynin ayrı-ayrı kimsələr olduqlarını Quran kəsinləyir. 
          Hanok kimdir? Tövratın “Yaradılış” kitabında Hanok (Xanok) İbrahim peyğəmbərin nəvəsidir. O, 3-cü arvadından olan  Midyanın oğludur (bax  “Yaradılış” 25/1, 2, 6). Əgər Hanok Zülqərneyn olsaydı, o zaman, yəhudi kahinləri Hanoku yaxşı tanıdıqlarından Peyğəmbərdən onun kimliyini soruşmazdılar. Çünki Tövratda Hanokun adı və kimliyi aydın verilir. Demək,  Zülqərneyn Hanok ola bilməz. Həm də tarixci araşdırıcılar İbrahimi 5.min il öncənin,  Oğuzu (Zülqərneyni) isə 7-8 min il öncənin adamı hesab edirlər.
          Haşiyə: Yeri gəlmişkən, bizim bilim adamları dərslik kitablarında Hanokun varlığını e.ö. VIII əsrə gətirib çıxardırlar. Həmadan şəhərini də onun saldığını deyirlər. Halbuki, bilim adamları  İbrahim peyğəmbərin dünyaya gəlməsini e.ö. III- minilliyin başlanğıcına (2018-ci ilə) ilgi (aid) edilir. Bu baxımdan, Hanok da İbrahim ə.s.nın nəvəsi olduğundan o da e.ö. III- minilliyin adamı ola bilər. Demək dərslikdə Hanokun yaşam tarixi düzgün verilməyibdir. Ən azı iki min il önə çəkilibdir.  Amma e.ö.VII- minilliyə ilgili olan mixi yazılarında Həmədanın adı çəkilir. Əgər Həmədanı salan Hanokdursa (Oğuz) demək, onun yaşı 8 min ildir. Alimlərimiz isə Həmədanın 8 min illik yaşını gətirib e.ö.VIII əsrə çıxardırlar.
           Türkün ən əsgi soyu olan Zülqədərilər ilə dastandakı Zülqədər xan və ya Zülqərneyn arasında hər hansı bir qohumluq, yaxınlıq ola bilərmi? Güney,  quzey Azərbaycanında və Türkiyədə bir çox Zülqədərilər soyu yaşayır. Eyni zamanda Azərbaycanda yaşayan Zülqədərilər  haqqında çoxlu ədəbiyyatlar  var. Tarixi qaynaqlarda Azərbaycan, İran və Osmanlı ölkələrinin bir çox yerlərində Zülqədərilərin bəylikləri, bu  bəyliklərdə Zülqədər soyundan bir çox bəylərin olduğu göstərilir.  Nizami Cəfərov yazır: “Səfəvi dövlətinin yaranmasında və möhkəmlənməsində Zülqədər tayfasının da böyük xidməti olmuşdur”. (N. Cəfərov“Azərbaycanşünaslığa giriş” Bakı,2002-il.) Zülqədərilər haqqında olan  eyni fikri başqa yazarlar da əsərlərində göstərmişlər. Mirəli Seyidov “Azərbaycan mifik təfəkkür qaynaqları” əsərində, M.S.İvanov. ”Oçerk istorii İrana” məqaləsində,  İ.P.Petruşevski,” Sbornik statii po istorii Azerbaydjana”əsərində,  Əhməd Kəsrəvi və s. yazarlar əsərlərində Zülqədərilər haqqında söz açmışlar.
             Dastanın qəhrəmanının adı ilk başlanğıcda Oğuzdur. Dünyanın hər iki ucuna getdiyi və bir çox bacarıqlı ilgilərə görə, başına iki buynuzlu tac qoyduğundan, ərəblər ona Zülqərneyn, türklər isə Zülqədər demişlər. Demək bu günkü Zülqədərilər Qurandakı Zülqərneynin həm də türkün ulu dədəsi Oğuz xanın soyundan törəmələrdilər.
              “Oğuz xan” dastanı bu gün yazıda yoxdur, unudulmuşdur. Ancaq, bu qədim dastandan klassik ədəbiyatlarda bir çox tarixçilər, yazar və şairlər, azca əlavələrlə dəyşiriklik edərək əsərlarində ondan yararlanmışlar.
             Bertels yazır:”Nizami Gəncəvi əsərlərini yazarkən, Midya və Atropatenalıların əski əsatirlərinin keyfiyyətlərindən istifadə etmişdir. ”(Y.E.Bertels” Nizami ”M. 1956. S.157).
             Yunan tarixçisi Flavi Arrian yazır: “ İsgəndərin şəxsiyətinin ilahiləşdirilməsi şərq xalqlarının folklorunda İsgəndərə yeni xasiyətlər verilmiş, tarixi İsgəndərin əksinə olaraq onda olmayan ədalətli bir insan kimi peyğəmbər dərəcəsinə belə yüksəldilmişdir”. (İsgəndərnamə vikiped.)   
             Ə.Abbasov yazır: “Azərbaycan folklorunda İsgəndər haqqında geniş yayılmış rəvayətlər N.Gəncəviyə zəngin materiallar vermiş və onu həmin mövzuda əsər yazmağa ruhlandırmışdır. (Ə. Abbasov “N.Gəncəvi İsgəndərnamə poeması” Bakı  1966)
            Gerçəkliklə də Nizami Gəncəvi Oğuz dastanını bütünlüklə  “İsgəndərnamə”sində vermişdir. Ancaq baş qəhrəmanın adını Oğuz , Zülqədər, və ya Zülqərneyn yox, İsgəndər qoymuşdur. O, əsərində  Makedoniyalı  İsgəndəri tamamilə  türkləşdirmişdir. Ayrı cür də ola bilməzdi, çünki əsərin önəmli tiliyi-cızı (xətti) kimi götürdüyü dastan türkündür.  O,yazır:                                                                                                                               
                            “Əlinə yay alsa nişançı türklər,
                            Atdığı hər oxla bir ordu yenər.                                                                                                                                                                  
                            Zorba türk borusu etdikcə şiddət,                                                                                             
                           Türklərin qoluna gəlirdi qüvvət”. 
                                                                 (“Şərəfnamə” Bakı 1941.s.321)
              İsgəndərnaməni oxuyanda aydın başa düşülür ki, o Oğuz dastanını türkün olduğunu bilə -bilə onu Makedoniyalı İsgəndərin adına bağlamışdır. İsgəndəri bir türk kimi Çin ölkəsinədək və qüzey qafqazadək aparır.  Əsərində yazır:
                          “Yoxsa Rum papaqlı bir türk nə sayak,
                            Çinə Hindistana basardı ayak?”
                                                                (N.G.”İsgəndərnamə” Bakı 1982 s.432)
             Nizami türkün-Oğuz xanın başına Rum papağını qoymaqla Oğuzu İsgəndər edir. Bilə-bilə türkün ən qədim dastanının qəhramanı Oğuzun-Zülqədərin (Zülqərneynin) adını dəyişib İsgəndər qoyması, N. Gəncəvinin bağışlanmaz suçudur. Bütün şərq dünyasına bu yanlışlığı yayan Oğuz xanı peyğəmbərlikdən uzaqlaşdıran Nizaminin İsgəndərnamə poemasıdır. Nizami, Oğuzu-Zülqədəri (Zülqərneyni) yox,  İsgəndəri şərq ədəbiyyatında əbədi ölməz qəhrəmanlığa ucaltdı. Farsların və hindlilərin  qədim ədəbiyyatlarının qaynaqlarında amansız, qaniçən yaramaz  və mənliksiz  gückeçər (hökmdar) kimi tanınan İsgəndəri, Nizami  özünün ölümsüz, həmişəyaşar əsərində Oğuzun peyğəmbərliyini bütpərəst İsgəndərə verir. Onu dünyaya peyğəmbər kimi tanıdır. Nizami yazır:
                           “Bir mələk göndərib bir gecə Allah,
                            Etdi o bihuşu özündən agah.
                            O səni dünyada şahlıqla birgə,
                            Ləyaqətli bildi peyğəmbərliyə.
                           Kim sənə xoşluqla itaət etsə
                           İşıq bəxş edərsən səndə o şəxsə.
                           Qasitdən peğamı qəbul eylədi,
                         “Allaha biz büti bəndəyik” dedi.”                                     
                                                               (N.G. ”İsgəndərnamə” Bakı 1982. S. 503-506)         
           Nizami Oğuzun savaşda uzun saçını iki hörük edib arxasına bağlamasını, İsgəndərin adına yazaraq deyir:
                            “Deyirlər qoşa hörüyü varmış,
                             Onu daim kürəyinə atarmış.”
                                                                   (N. G. “İsgəndərnamə” Bakı 1982 s. 435)
            Tarixi yazılardan aydındır ki, Nizaminin dediyinin əksinə olaraq İsgəndər özünün və ordusunun saçını-saqqalını qırxdırarmış. Oda aydındır ki, ən qədimlərdən türklər saçı hörüklü xalq kimi tanınmışlar.  Bu da Oğuz xana xas olan sifətdir hayıf ki onu İsgəndərə verir.  Nizami deyir:
                           “Başqa rəvayətdə deyirlər yenə,
                            İsgəndər yaşamış iki qərinə”.
           Bilim dünyasına aydındır ki, 36 il bir qərinədir İsgəndər isə bir qərinədən də az 33 il (356-323) yaşamışdır.  Ama Oğuz xan qocalmış iki qərinə yaşayıb ölmüşdür. Demək Bertelsin dediyi doğrudur. Nizami “Oğuz xan” dastanını bütünlüklə “İsgəndərnamə”yə köçürmüşdür.                          
           Nizaminin  əsərində  İsgəndər (Aleksandr) heç olmadığı günbatana və qaranlıq dünyaya gedir. Yanar dənizdən, Qaf dağından keçir. Qaf dağında  yabanı adamlarla görüşür.  Onları bir yerə yığıb Bulqar kəndini tikdirir.  Anqut (Yəcuc)- Manqut (Məcuc) ların qarşılarına keçilməz hasar (sədd) hördürür.
              Bilginlərimiz və yazıçılarmız  hələ də qədim əfsanə və rəvaiətlrimizi Azərbaycanda heç cür olmayan İsgəndərlə bağlayırlar. İnternet yazılarında oxuyuruq, “Azərbaycan folklorunda İsgəndərlə bağlı əfsanələrin və rəvayətlərin çoxunda İsgəndərin fəaliyəti Bakı, şirvan, şamaxı, Dərbəndlə əlaqələndirilir.( İsgəndərnamə haqda məqalə, inter.) 
             Bunların hamısı Oğuz-Zülqədər-Zülqərneyn dastanından götürülmüş olaylardır. Nizami bunları İsgəndərin adına yazmaqla Türkün tarixi qəhramanı və peyğəmbəri olan Oğuzu, eyni zamanda Qurandakı Zülqərneyni türk xalqına unutdurdu. Elə o baxımdan da bu günədək türk xalqı Zülqərnenə yiyə çıxmır.
            Əlbəttə bu yanlışlıq tək Nizamidən yox, ondan öncə olan bilginlərdən, Firdovsidən, İbn Sinadan və başqalarından gəlir. Onlar  Qurandakı Zülqərneyni, bütpərəst, mənliksiz İsgəndərdir deyə, bütün İslam dünyasını inandırmışlar. Bununla da Zülqərneynin-Oğuzun adı peyğəmbərlər sırasından çıxarılmışdır. Ama Nizami bütün doğu dünyasına İsgəndəri elə özülləmişdir ki, ondan sonra gələn bütün bilginlər, aydınlar o özüldən qırağa çıxa bilməmişlər.  Şərqin bütün qələm adamları, dastandakı Oğuz xanın sifətlərini İsgəndərə vermişlər və bu gün də verənlər var.
              M.Ə. Rəsulzadə yazır: ”İsgəndər dünyanın dörd tərəfini gəzmiş bir padşahdır. Güzgünü icad edən odur. Çinlilərə gəmiçilik öyrətmiş, 27 yaşında ona peyğəmbərlik verilmişdir. Onun peyğəmbər olduğu gün tarixin başlanğıcı sayılmışdır. Dərbəndi ilk dəfə “Dərbənd” edən odur. Bulqarlar yaranışları üçün İsgəndərə borcludular.” (“Azərbaycan şairi Nizami” Bakı 1991 s. 129). Yazısından göründüyü kimi M. Rəsulzadədə İsgəndərin qüzey qafqazadək gəldiyinə inanır. M. E Rəsulzadənin sadaladığı olayların heç biri İsgəndərlə ilgili deyildir. İsgəndər dünyanın dörd tərəfini gəzməmiş, İsgəndərdən dört min il öncə güzgünü Oğuz xan yaratmışdır. Oğuz xan qaranlıqdan (qüzeydən) qayıdında Bulqarlar üçün Bulqar kəndini (şəhərini) tikdirir. Bu olayların hamısı Oğuzun qaranlığa gedişində gördüyü olaylardır. Oğuz xan dastanda Çola (Dərbənd) və Bun (Bulqar) şəhərlərinin ilk özülünü yaradır. M. Ə Rəsulzadə Nizaminin yalanlarına ianaraq yanlışlığa yol verir. Unudur ki, Nizami tarix yox, tarix alplarından bədii əsər yaratmışdır.         
             Ağrılı-acılı hal odur ki, bu gün də bilginlərimiz, aydınlarımız özlərinin elmi əsərlərində hələ də  Oğuz xanın dastanlardakı olaylarını qaniçən mənliksiz İsgəndərə verirlər və təbliğ edirlər. X.Ə. Babayeva yazır: ”Qərbə və şərqə hərbi səfərlər etmiş, hər döyüşdən zəfərlə çıxaraq qələbələr qazanmış, şöhrətli bir fateh olması dolayısı ilə bir əfsanənin böyük İsgəndərin adı ətrafında təşəkkül tapdığını deməyə əsas verir.” Daha sonra yazır: “Allah tərəfindən bir səs ona “ey İsgəndər sənə peyğəmbərlik verildi. Bütün dünyanı Allah yoluna çağıracaq, insanları təkallahlığa doğru istiqamətləndirəcəksən. Möcüzən budur ki, bütün millətlərin dilini tərcüməsiz anlayacaqsan” deyir. (X.Ə.Babayeva “Azərbaycan folklorunda Xızır Nəbi obrazı”Bakı 2013 s. 62 və s.111) Alimin yazdığı sözlər adamı çaşdırır. Axı Nizami bədii əsər yazıb. Sən ki elmi əsər yazırsan oxucu onu doğruluq kimi alımlayacaqdır. İsgəndərin bir tarixi kimsə kimi bütpərəst olduğunu, bütpərəstlərdən peyğəmbər olmadığını bilirsən. Belə olan halda oxucunu niyə çaşdırırsan. X.Ə. Babayevanın dediklərinin heç biri İsgəndərdə yoxdur. Hamısı Oğuz xanın olaylarıdır. Babayeva da əsərində çıxartdığı bu sonucla yanlışlığa yol verərək Oğuz xanın  İsgəndər olmasını kəsinləyir.       
             Nizaminin “İsgəndərnamə”sinin ön sözündə Qəzənfər Əliyev yazır: “İsgəndərnamə” də işıqlandırılan bir para olayların əksini biz Talmut rəvayətlərində və qədim Yəhudu (İbrani) dilində olan ayrı-ayrı kitablarda görə bilirik”. (N. Gəncəvi “İsgəndərnamə” Bakı1982.s. 8) Q. Əliyev dastanın qaynağının haradan gəldiyini çox düzgün aydınlaşdırır. Çünki, Peyğəmbəri sorğuya tutanlar da, elə talmutçu kahinlər olmuşlar. Ancaq o da özündən öncəki yazarlar kimi, onu unudur ki, Talmut Makedoniyalı Aleksandrdan (İsgəndərdən) çox illər öncə yazılmışdır. Ona görə də Makedoniyalı İsgəndərin  olayları Talmuta düşə bilməzdi. Demək, həm Talmutda həm də Quranda adı çəkilən iki buynuzlu adam, Makedoniylı İsgəndər ola bilməzdi. Talmutda və Quranda olan  olaylar, açıq-aşkar Oğuz xan dastanının eynidirsə, demək,  Qurandakı Zülqərneynin dartışmasız və çəkişməsiz Oğuz xan olduğu bilinir.  Hətda bu gün də bizim bir para tarixçilərminz Yanlış olaraq Zülqərneyni İsgəndər bilirlər.
             Biliyinə sayğı ilə yanaşdığım F. Ağasoğlu yazır: “Makedoniyalı İsgəndərin yürüş yolunun Quzey Azərbaycana gəlməsinə aid tarixi sənəd olmasa da, Dərbənd qalasını onun tikməsi fikiri xalqın içində geniş yayılməşdır.” (F.Ağasıoğlu II-bitik Bakı 2014 s. 43). F. Ağasoğlu  Oğuz xan-Zülqədər xalq dastanını bilməsə də, mən inanıram ki, o Zülqərneynin İsgəndər olmadığını İsgəndərin Dərbəntdə olmadığını çox yxşı bilir. Ancaq yenə də özündən öncəki soydaşları kimi bilə-bilə oxucularda çaşqınlıq yaradır. Zülqərneyni İsgəndər kimi təqdim edir. Dastanda aydın deyilir ki, Zülqədər (Zülqərneyn) Qaranlığa (Quzeyə) gedəndə Çola ( Dərbənd) şəhərinin özülünü o tikdirdi.
            Tarixçi-filoloq  Dəniz Karakurt yazır ki, “türklərin qədim rəvayətlərinə görə dünyanın bir ucunda Ağ dəniz, bir ucunda göy dəniz, ortasında da odlu-atəş dəniz vardır”. (Dəniz Karakurt “Türk söyləncə sözlüyü”2012 s.98).  Əsgi “Oğuz-Zülqədər” dastanında da həmin dənizlərin adları çəkilir. Dastanın Borçalı çeşidində həmin dənizlərin adlarını Oğuz xanın qoyduğu deyilir. Ağ dəniz- Türkiyə sınırında, Yanar dəniz (Odlu dəniz) –Xəzər dənizi  Azərbaycan sınırında, Göy dəniz  Çin dənizi, Qırmızı dəniz Afrikada, Qaf dağı və Buz dağı bu günkü Qafqaz dağıdır,  İtil şayı bu günkü Volqa çayıdır. Dəmirli dağ Rusiyanın ən böyük dəmir yatağı olan Maqnitaqor dağıdır. Tanrı dağı və Altay dağı Orta Asyadadır. Dastanda adı çəkilən xalqlar bu gün yaşayan türkdilli xalqlardır.  

              1.E.ö.7-ci minillikdə 1-ci Oğuz xanın saldığı Həmədan şəhəri.
               ___ ____I-ci Oğuz xanın yürüş etdiyi yollar. 
               .o. Yel dağı, I-ci Oğuz xanın gömütnün (qəbrinin) yeri.
               2. İnanc şəhəri, e. ö. 4-cü minillikdə 2-ci Oğuz xanın doğulduğu yer.
               _______2-ci Oğuz xanın yürüş yolu.
 o. 2-ci Oğuz xanın gömütünün (qəbrinin) və heykəlinin olduğu  Çin ağ piramidinin      yeri.
                                                        *******************
              İbn Sina X- yüzillikdə “ Şəfa” kitabında yazır ki, Quranda adı çəkilən Zülqərneyn   Makedonyalı İsgəndərdir. X yüzillikdə Firdovsi də Qurandakı Zülqərneynin Makedoniyalı İsgəndər olduğunu deyir və hər ikisi yanlışlığa  yol verirlər. Çünki, Makedoniyalı İsgəndər bütpərəst olmuşdur. Quran  nə bütpərəstliyi, nə də onun peyğəmbərini tanıyır. Qurandakı Zülqərneyn isə təkallahlıdır. İki kərə Tanrıdan ona vəhy gəlir. Dastandakı Oğuz-Zülqədər də təkallahlıdır, Goy Tanrının birliyinə inanır, Tanrıdan vəhy alır. Dağın, ağacın , quşun dilini bilir. Okeanlar arasının  xaqanıdır.  Tövratda adı çəkilən və Tövratın xəritəsinə düşən Türükkü ölkəsinin, Həmmədan (Hamədan) şəhərinin xaqanıdır.      
             İnternetin müsəlmanlar sayıtında deyilir: “ Quranda adı çəkilən, peyğəmbərlikdə kuşkulu (şübhəli) bilinən Zülqərneyn, Akkad hökmüdarı  “Naram-sin”dir. O, e. ö. 2230-2174 ci illərdə yaşamışdır. Şimali ərəbistanın yarısını, Misiri, Fələstini, Livanı, Suriyanı, Anadolunu gückeçərliyi (hökmürünlığı) altına almışdır.
           Görünür yazar Oğuz dastanını bilmir, Zülqərneynin tarixi ilə də geniş bilgisi yoxdur onun üçün də yanlışlığa yol verir. Bütün dünya tarixçiləri kəsinləmişlər ki, Zülqərneyn  doğu asyanı Çinədək, Quzeyi-Qaranlığı (şimalı) qütbədək və üstəlik olaraq bütün on Asyanı tutmuşdur. Naram-sin isə Çini, Qaranlığı (şimalı) görməmiş, Yalnız ön Asyanı tutmuşdur. Başına iki buynuzlu tac qoymamışdır. Demək Naram- Sin Zülqərneyn ola bilməz.
             İlginc (maraq) doğuran belə bir sorğu ortalığa çıxır, Peyğəmbər (s.v.s.) Zülqərneynə vəhyin gəlməsini  bir neçə kərə Quran ayələrində yada salır. Bəs belə olan halda, Zülqərneynin adı peyğəmbərlər sırasında niyə yoxdur?
             Aydındır ki, peyğəmbərlərin siyahısı Məhəmməd Peyğəmbərdən (s.v.s.) xeyli sonralar dolayısı ilə 150-200 il sonra, Quran ayələrinin təfsiri ilə bağlı yaradılmışdır.  Elə bu çağlarda da təfsirçilər yanlışlığa yol verərək, Makedoniyalı İsgəndərin Zülqərneyn olduğuna inanmışlar. Makedoniyalı İsgəndərin də bütpərəstliyi və düşgünlüyü tarixdən aydındır. Odur ki, İslamın şəriət qanununa görə peyğəmbər ola bilməzdi. Ona görə də təfsirçilər Zülqərneynin adını peyğəmbərlər sırasına salınmamışlar. Ama ayələrdə göstərilən kimi iki kərə Allahdan vəhy alırsa, demək, peyğəmbər kimi göstərilməyə  dəyər. Qurana adı düşən elə peyğəmbər var ki, ona vəhyin gəlməsi haqqında bilgi yoxdur.
             S.Bəlaği bir çox tarixi araşdırmalara söykənərək kəsinləyir ki, Quranda adı çəkilən Zülqərneyn eradan öncə  yaşamış fars hökmdarı Kureşdir (başqa fars qaynaqlarına görə e.ö. 6-cı yüzildə yaşamış fars şahı Sirusdur). Kureşin batıya, doğuya, quzeyə yürüşündən, çox inandırıcı bilgilər verir. (S.Bəlaği “Quran qissələri” Bakı 1992 .s.284).  Ama burada bir kuşqu (şübhə) yeri var. S. Bəlaği yazır: ”E.ə. 559-cu ildə fars əmirləri Həxaminişlər nəslindən olan cavan Kureşi özlərinə hökmüdar seçdilər.”(  S. Bəlaği “Quran qissələri” Bakı 1992 s.192)  Bəlağinin dediyi kimi Kureş e.ö.VI-yüzildə yaşamışdır. Bu dönəmlər Tövratın geniş yayılmış çağna düşür. Aydındır ki, bu çağlar tövrata ya da talmuta bir rəvayət kimi düşə bilməzdi. Belə olan halda Yahudi kahinləri onlara tanış olan Kureş haqqında bilgi soruşmazdılar. Onların soruşduqları Talmutda rəvayət kimi verilən iki buynuzlu adam haqqında olmuşdur. Eyni zamanda tarixçilərin yazılarına görə e.ö. VI yüzildə dilbilməzlər olmamışlar Asyanın hər yerində gəlişmiş dövlətlər olmuşdur. Demək Qurandakı Zülqərneyn nə Kureş, nə də Sirus ola bilməz. Araşdırıcıların dediklərinə görə Zülqərneyin  onlardan ən azı 3 minil öncə yaşamış adamdır.  
             Quranda  dil bilməzlərdən də söhbət gedir. Oğuz dastanında Zülqədər doğuya və qaranlığa yürüşü zamanı rast gəldiyi dinsiz, dilsiz xalqlara din, dil, geyim öyrədir. Həmin yerlərdəki xalqlar, bu gün bizə aydındır, tanışdır.  Alpların o xalqa öyrətdiyi dillərin heç biri farsca deyil, Zülqədərin (Oğuzun) getdiyi yerlərdəki xalqların hamısı indi türk dillidirlər, dastanda adı çəkilən Zülqərneynin saldığı şəhərlərin hamısı türk şəhərləridir. Əgər o yolları Kureş ya da Sirus getsə idi, bu gün o xalq, fars dilində danışmalı idilər.  Bu baxımdan da deyə bilərik ki, Zülqərneyn Kureş və ya Sirus deyil. Eyni halda da Kureş hər yürüşündə ordulu dövlətlərlə rastlaşır, heç yerdə dilbilməzlərə rast gəlmir.  Quranın 18/93-ci ayəsində deyilir: “Nəhayət iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfa gördü”. Demək, Quran Kureşdən çox öncəki bir olaydan danışır. Dilbilməz xalqla Kureş yox, Oğuz-Zülqərneyn rastlaşmışdır.
                  S. Bəlağinin Kureş hesab elədiyi iki buynuzlu daş heykəli araşdıraq, heykəlin tapıldığı yeri yada salaq. Bəlaği yazır: ”Heykəl XIX-yüzillikdə İstərx yaxınlığındakı Mürğab çayında tapılmışdır. Tarixçilərin yazdıqlarına görə, e.ö 9-cu yüzilliyədək farslar ön Asyada olmamışlar. 9-cu yüzillikdən ön Asyaya gəlmişlər və indiki İranın şərqində yaşamışlar. İstərx bölgəsində və Murğab çayı ətrafında e.ö. farslar yaşamamışlar. Bu gün həmin yörədə (nahiyədə) türklərlə yanaşı farsların da yaşamasına baxmayaraq, o yerlərin toponimlərinin adlarının  hamısı türkcədir. Farsların yaşamadığı bir yörədə fars şahının bədizi (heykəli) nədən olmalıydı? Aydındır ki, o iki buynuzlu bədiz  Oğuz xanındır. Demək, Qurandakı Zülqərneyn Kureş yox,  Oğuz xandır. Çox yazıqlar olsun ki,  bilim adamlarımızın, tarixçilərmizin 1400 ildir susmaqları azmış kimi, indi də Zülqərneynin-Oğuzun göy planetlərinin adamı olduğunu kəsinləməyə çalışırlar.  Onu da bildirim ki, bu günkü bilik aləminin yüksək olduğu bir dönəmdə, karbon testi ilə çox asanlıqla kəsinləmək olar ki, tapılan bədiz hansı dönəmindir. Əgər e. ö. VI əsirindirsə Kureşindir. Əgər e.ö. IV-V- minillikləri göstərərsə Oğuz xanındır.  
               “Oğuznamə “ yazarlarının hamısı, özlərindən öncə olan, hər hansı bir “Oğuznamə” yə  əsaslanaraq yazdıqlarını bildirirlər. “Oğuznamə”lərin yazılmasından qabaq bütün türk dünyasını dolaşan “Oğuz” dastanı var idi. Sonrakı yazarlar isə dastana hər kəs öz istədiyi kimi qatmalar etmişlər.
                 Adnan Menders Kaya, “Oğuznamə”çilər  Oğuzun tarixini ondan öncə olan “Oğuznamə”yə dayanaraq yazdığını deyir və Oğuzun kimliyini incələməyə çalışır: ”Oğuz ok+z-dan törəmiş bir sözdür. Ok-oymak+ z- isə çoxluq şəkilçisidir. Oğuz sözü “oymaklar” anlamına gəlir. Sonralar ilkin anlamını itirib və türklərin əfsanəvi babası Oğuzun adına çevrilib” deyir. (A.M.Kaya“Oğuz tarixi şəxsiyyətdirmi?” Vikipediya)
               Aydın görünür ki, A. Menders Kaya, Oğuzun tarixi kimsə olduğuna inanmır və onun nağıl kimi (əfsanəvi) qılıq (obraz) olduğuna inanır. Bir çox araşdırıcı tarixçilər Oğuz adının yaranması haqqında çeşitli düşüncələr söyləmişlər. Elə Oğuz qılığının çox çeşitli  olması və nağıllaşması da onun kimsəliyinin çox qədimliyindən xəbər verir.
              Dəniz Qaradağ yazır: “Oğuz elinin lap qədimdən, artıq əfsanələşmiş Oğuz xan zamanından bəri dəyişməz olaraq eyni bir yurtda yaşaması, eramızdan əvvəlki birinci minilliyin ortalarında, mükəmməl epos yaratması, dünyanın ən ciddi alimləri tərəfindən birmənalı olaraq qəbul edilmişdir”. (Dəniz Qaradağ “Oğuz xan tarixi şəxsiyyətdirmi?)     
             Mendersin əksinə olaraq, Dəniz Qaradağ Oğuz xanın varlığını-tarixi kimliyini, ululuğunu, qədimliyini tanıyır. Elə ona görə də,  ermızdan öncə birinci minillikdə onun haqqında eposun yarandığını deyir.
            Mövlanə Cəlaləddin Rumi öz “Məsnəvi”sində yeri gəldikcə Oğuz xan dastanının olaylarından yararlanır. Dastanın alpını peyğəmbər kimi verərək  yazır: ”Zülqərneyn Qaf dağına getdi, dağla söhbət etdi. Dedi ki, sən dağsan o biri dağlar nə? Qaf dağı dedi: O dağlar  mənim damarlarımdır. Onlar gözəllikdə mənə tay olmazlar” (M.C.Rumi. ”Məsnəvi”.Ankara 2012 s.388). Dastanda da Oğuz xan dağla söhbət edir. Dağlar onun ölüm gününün yetişdiyini deyir. Mövlanə dastandakı Oğuzun- Zülqədərin, Qurandakı  Zülqərneyn olduğuna inandığındən, onu  Zülqədər adı ilə yox, Qurana söykənərək, Zülqərneyn adı ilə məsnəvisinə salmışdır. Cəlaləddin Rumiyə görə Zülqərneyinlə, Zülqədər eyni adamın adıdır. Zülqədərin Qurandakı Zülqərneyn olmasına isə heç bir kuşku (şübhə) yeri yoxdur.
              Xivəli Əbülqazi xan bildirir: “Oğuz xan tarixi şəxsiyyət olub və Məhəmməd Peyğəmbərdən 4000 il əvvəl, yəni eramızdan əvvəl  IV- minilliyində yaklaşıq olaraq (təxminən) 3400-3500-ci illərdə yaşayıbdır”.
             Dastanda olan olayları, gedişatları göz önünə gətirib incələdikdə, Xivəli Əbülqazinin dedikləri  daha doğru görünür.  Oğuz xanın dünyanı dolanarkən getdiyi yolda yabanıları, dilbilməzləri görməsini və onlara dil öyrətməsini, çılpaqları geydirməsini göz önünə gətirdikdə, hətta Əbülqazinin dediyindən də çox uzaq keçmişlərin adamı olduğuna inam yaranır.
           İ.Y. Biçurin də Oğuz xanın tarixi  kimsə olmasını birmənalı halda kəsinləyir  və onun eramızdan əvvəlki IV-minilliklərdə yaşadığını göstərir.”  (İ.Y.Biçurin İakinaf, “Sbornıe svedeniy o narodax, obitavşix v sredney Azii v drevnıe vremena.” Moskva L.1950 st. 225). Biçurinin  düşüncəsi, Əbülqazinin düşüncəsilə üst-üstə düşür.
             Tarixçi Qafarov, Oğuzları Sakaların, Mannalıların varisləri (dəvamçıları.İ. M)  sayır. (Qafarov “Tarix Şumerlərdən başlayır”. Bakı 2010.s.18).
           Rüstəm Paşa əsərində “Qurandakı Zülqərneyn adlı müqəddəs adam, Oğuz Xandır, çünki o, çütbuynuzlu tacı ilə tanınmışdır” deyir. (Vikipediya. Oğuz Xan).  Tarixçi  araşdırmaçılardan V.Q.Kotov,Ç.Stiuar, D.Karakurt və b. ulu Oğuz xanın bayrağında Qaf dağının qoruyucusu Toğrul quşunun əksinin olduğunu deyirlər. Bu yazılardan aydın olur ki, Qaf dağı və Toğrul quşu haqqında olan nağıllar çox qədimlərə VIL-VIIL minilliklərə, Zülqərneynin dönəmlərinə gedib çıxır və Zülqərneynin  Qaf  yönələrindən olduğunu kəsinləyir.
                Bir çox araşdırıcı tarixçilər Oğuz xanın. e.ö.IV-minillikdə yaşamış Xaqan olduğunu deyirlər. Tarixçilərin  düşüncələri  Borçalı çeşidi olan Oğuz-Zülqədər dastanının varlığını bir daha kəsinləyir. Demək, eradan öncə IV- minillikdə dövlətinin sınırları bütün Asyanı tutmuş Oğuz- Zülqədər,  Qurandakı Zülqərneyndir. 
            Tarixçi Fəzlullah Rəşidəddin “Oğuznamə” əsərində “Oğuz” xan dastanından yararlanmış və bir çox  yeniliklər gətirmişdir. F.Rəşidəddin “Oğuznamə”sində dörd ayrıntlı (fərqli) olan Oğuz qılığını birləşdirərək, bir dastan yaratmışdır. O, Oğuz xandan, onun bütün Asyanı tutmuş imperiyasından danışır. Oğuz xanı bəzən nağıllaşdırır, bəzən də tarixiləşdirib VII əsrin xanı kimi onu bütün Asiyanın, Avropanın, Afrikanın bir hissəsinin xaqanı kimi verir. Rəşidəddin XI-əsrdə Şamaxının xarabalığa dönməsini, ərəblər arasında yaranmış, kiçik Asiya və Suriya torpaqlarında olan real olayları Oğuzun adına yazır. Bir sözlə, o  bəzən qocaman olayları minillər qabağa çəkir, bəzən də min illərlə geriyə aparır.  
             Rəşidəddinin yazdığı kimi, əgər VII-IX- əsrlərdə elə bir güclü Xaqan imperiyası olsaydı, döyüşgən türk dünyası bir ovuc ərəblərə yenilməzdi və Oğuz sözsüz ki, ərəb tarixçilərinin yazılarında işıqlandırılardı. Tarixi bilgilərə görə 711-ci ildə Səmərkənt xaqanı Oğuz xan olmuşdur. Onu ərəb tarixçiləri zəif özgürlü (iradəli), amma ağıllı bir xan  kimi verirlər, Oğuz xanın çox ağır şərtlərlə müsəlman olmasını yazırlar. (Zəkəryyə Kitabçı.”Orta Asiyada İslamiyyətin yayılması”Bakı. 1998.s.201-202).    Ama Rəşidəddin bu olayı “Oğuznamə”sində ümumiləşdirərək bir Oğuz xaqan adı ilə verir.
             Yuxarıda deyilənlərdən belə aydın olur ki, bir çox tarixçilərin dedikləri kimi, tarixdə Oğuz xan adlı  bir neçə böyük imperiya qurmuş xaqan olmuşdur. Bunlardan, dastanda Həmadan şəhərinin ilk qurucusu kimi verilən, Həmədanın mixi yazılarında e.ö. 6500 illərə ilgi adı çəkilən I- Oğuz xanı  8-9-cu minilliyin xaqanı saymaq olar.  Buna ayama-takım  (təxəllüs)  kimi, yəhudilər, ərəblər, farslar Zülqərneyn, türklər Zülqədər demişlər.  Əgər Oğuz xan, Mu boyunun uyğarlığından yararlanmışsa, onun IX- minilliyə ilgili olması inandırıcıdır. Çünki o, dövlətini  Asya qitəsində heç bir dövlət olmayan bir vaxtda, yabanılıq (vəhşilik) dönəmlərində qurmuşdur. Muların gəlişindən sonra yaranan ilk dövlətdir. Onu dünyanın ilk dövləti saymaq olar. Nağıllaşmış dastan da I- Oğuzla ilgilidir və Qurandakı Zülqərneyn də I- Oğuzdur.  Onun Xaqanlığının baş kəndi Həmədan olmuşdur.  Gömütü isə Gürcüstanın Borçalı bölgəsində Yel dağının təpəsində tapınaqdır.  II-Oğuz xan tarixcilərin araşdırmalarına görə e.ö. IV- minillikdə  böyük imperiya qurmuş, Asynı və Afrikanın bir paynı impriyasına qatmışdır.  Başkəndi Hunqar şəhəri olmuşdur. Əfsanəyə görə Hunqar şəhərinin xarabalıqları  Çinin batı bölgəsində olmalıdır. II- Oğuzun mumyalanmış  gömütü və iki metirlik bədizi (heykəli) Çin respublikasının batısında yüksələn  ağ piramitdədir.  III- Oğuz xan, Oğuz xan kimi nağılaşmış Alp ər Tunqadır. IV- Oğuz xan isə aydındır, eramızın VI-əsrin sonunda yazılı tarixlərə düşmüş, Məhəmməd Peyğəmbərin zamanında yaşadığı göstərilən mərkəzi Asyada Səmərkənt dövlətinin başcısı Oğuz xandır. Oğuz xan, Ərəb xəlifəsinə elçilər göndərmiş, əlindən alınan Səmərkənt xanlığını geri almışdır. (Zəkəriyya Kitapçı.”Orta Asyada islamiyətin yayılışı və türklər” Konya 1998-ci il, s. 201-210) Bu qılıqların olaylarından Rəşidəddin öz “Oğuznamə”sində yararlanmışdır.
          “Oğuznamə”çilər dillərdə dastan olan  ulu Oğuzların həyat və yaradıcılıqlarını, qarışdıraraq, çarpazlaşmış halda bir neçə çeşitli “Oğuznamə”lər yaratmışlar. Son halda yarı  gerçək, yarı nağıl “Oğuznamə” lər ortaya çıxmışdır. Bu da  çaş-baş konuların yaranmasına və yayılmasına ilgi olmuşdur.
           F. Rəşidəddin Oğuzun anadan olmasını iki başlı verir. Bir yandan Oğuzu Nuh peyğəmdərin nəticəsi kimi, onu nağıllar dünyasına aparır. Onun  soyçəkimini Nuhun oğlu Yafəs (Olcay) xanın oğlu Dib Tabqu xan, onun oğlu Qara xanın oğlu Oğuz olduğunu deyir.(F.Rəşidəddin. “Oğuznamə”Bakı 1992 s.10). Bu tür I-Oğuz xanla ilişgilidir. Bütün bunlar xalq dastanında da var. II-Oğuz xan tarixçilərin yazdıqları və  oğuznamələrdə olduğu kimi, e.ö. IV minillikdə doğudan, batıya  Misirədək  gəlmiş, böyük imperiya yaratmış Oğuz xandır.  
                Rəşidəddinin yazdığına görə, Oğuz,  doğulanda müsəlman doğulur. O yazır: “Üç gün və üç gecə bu uşaq anasının südünü əmmədi. Bir gecə yuxusunda oğlu anasına dedi: “Əgər sən istəyirsən ki, mən sənin döşündən süd əmim, onda bir olan yaradana inam gətir, onu tanı və onun haqqını üzərində bil.” (Oğuznamə”s.12).  Yazar aydın deyir ki, Oğuz islamlığın hökm sürdüyü bir zamanda doğulmuşdur.  Əbu-l-Qazi Oğuz xanı monqollaşdırır. Oğuzun babasının adı  Moğul (Moqol) olduğu deyilir. (Əbu-l Qazi “Oğuznamə”.s.63).   
              F. Rəşidəddin yazır: “Onun padşahlığı dövründə Peyğəmbərimiz həzrət Məhəmməd Mustafa əleyhissalam zühür etmişdir. Hökmüdar Oğuz xan da Bayat Dədə Kerençiki elçi sifətilə onun hüzuruna göndərmiş və müsəlman olmuşdur. Bu Qorqud Bayat nəslindən olub Qara Xocanın oğlu idi.” Yazar Oğuzu müsəlmanlığı Türküstana yayan bir xan kimi verir. O ata-anasına və qohumlarına deyir: “Əgər siz Allahı və onun birliyini qəbul etsəniz, onda sizə aman veriləcək, mən sizin Türküstanda yaşamağınıza razılıq verəcəyəm”. ( F.Rəşidəddin “Oğuznamə” Bakı 1992. s.43).  Burada söhbət Səmərkənt xaqanı IV- Oğuz xandan gedir. O xəlifə Ömərin yanına elçi göndərir. Çox ağır şərtlərlə müsəlman olan Səmərkənt xaqanı Oğuz xan, onun və xalqının Səmərkəntdən çıxarılıb 7 fərsəng səhrada yerləşdirilməsi və şəhərin əsl sahiblərinə qaytarılması haqqında məktub yazıb, elçilərlə xəlifə Ömərə göndərir.( Zəkəriyyə Kitabçı.” İslamiyətin yayılışı”Bakı 1998.s.266)  Səmərkənt xaqanı Oğuz xanın İslam xəlifəsinə elçi göndərməsinin Oğuznamədə yer alması, (Məktubun konusu “Türklər necə islam oldular” başlığında verilmişdir)  bir daha hər üç Oğuzun bir qılıqda birləşməsindən salıq verir.
               Ancaq bütün əsər boyu olayları danışarkən heç bir yerdə tarix göstərmir. Əsərin çox yerində tarixi kimsələrin adlarının çəkilməməsi oxucunu çaş-baş salır. Əsərin hansı dönəmdən danışdığı bilinmir. Rəşidəddin, 766-cı ildə Göy türklərə qarşı olan çıxışları, ilk Karluq hökmüdarı İnal-sır Yabqunun  olaylarını Oğuzun olayı kimi verir. Firdovsinin “Şahnamə”sində olan bir takım qılıqları Oğuznaməyə gətirir.( F.Rəşidəddin “Oğuznamə” Bakı 1992. s. 68-70)  və s.   Əsərdə hadisələr elə verilir ki, guya türklər yeni yaranır. Halbu ki, VII-ci əsrdə türklər dünyanı tutmuşdular. 
               Dastanının alpı I- Oğuz xanı- Zülqərneyni, bir çox tarixçilər tarixi kimsə kimi alqılayırlar. Onun 8000 il öncələrdə batıdan,  ön Asyadan doğuya Çinədək getmiş və böyük bir imperiya yaratdığını deyirlər. F.Rəşidəddinin Oğuz xanı isə doğudan batıya önasyaya qədər gəlib böyük imperiya yaradır. Onun   Oğuz xanı ərgən (gənc) vaxtı qaranlıq dünyaya gedir. Qıl-Baraqla döyüşür, dastanda isə Oğuz xan, qoca vaxtı dirilik suyunu içmək üçün qaranlıq dünyaya gedir.  F.Rəşidəddinin Oğuzu hara gedir, qurulu dövlətlə, düzənli ordu ilə üzləşir. Dastanın Oğuzu isə, hara gedirsə yabanılarla, qanmaz, dilbilməzlərlə üzləşir, onları gəlişdirir, dil öyrədir paltar geydirir, dövlət qurur, özü isə adi adamlar kimi qocalır ölür. Demək, Rəşidəddinin hər dörd Oğuz xan haqqında bilgisi olmuşdur. Elə bu ilgidən də Rəşidəddinin Oğuzu min il yaşayıb, ömür sürdükdən sonra dünyasını dəyişir.(“Oğuznamə” s. 38).
           Bu danışılan olaylarda ilginc (maraqlı) bir giz (sir) var. X əsr bütün türk dünyasına yayılmış Oğuz dastanını türk aydınları bilməmiş olmazdılar.  Din bilginləri heç bir incələmə (təhlil) aparmadan, gerçəklik (dəlil) tapmadan Firdovsinin“Qurandakı Zülqərneyn Makedoniyalı İsgəndərdir” deməsini bütün ilahiyyat bilginləri dinməz-söyləməz alımlamışlar. Zülqərneyni peyğəmbərlər sırasından çıxardmışlar.  Amma açıq-aydın Quranla səslənən Oğuz dastanında olan olayları, Mövlanə Ruminin, Mahmud Qaşqarlının Oğuza Zülqərneyn demələrini  1400 ildir ki,  gözardına atılmışdır. Zülqərneyn öz dəyərini tapmamışdır.  
         Tarixçilərin yazdıqları kimi, Zülqərneyn–Zülqədər, doğrudan da Oğuz xan ola bilərmi? Bütün Oğuznamələrdə Oğuzun kimliyi və onun getdiyi yollar, dastandakı Oğuzun getdiyi yollarla tamam eynilik yaradır.  Xaqan olan gənc Oğuz xana, sonralar  Zülqədər- Zülqərneyn deyilməsi dastanda açıq-aydın göstəriliir. Qədim Assur qaynaqlarında Oğuzun adının çəkilməsi, Oğuz xan haqqında tarixçilərin araşdırmalarında üzə çıxan hadisələrin Quran ayələrinə uyğun gəlməsi  Oğuz xanla Zülqərneynin eyni kimsə olması heç bir kuşku doğurmur. Oğuz xanın kiçik Asyada Zülqərneyn ayaması daşıması da təsadüfü deyil. İlk  öncə  Rüstəm Paşanın dediyi kimi, Oğuz xanın tacının iki buynuzlu olması və iki yönə, doğuya və batıya sarı yön alıb, yürüş etməsi, yəhudilər və ərəblər tərəfindən bu ayamanın verilməsinə ilgi ola bilər.
             İlk yaranmış ağız dastanı olan “Oğuz xan” dastanı ilə, müsəlmanlıqdan sonra yazıya alınan “Oğuznamə”lərin  arasıında xeyli  çeşitli dəyşikliklər var. Belə ki, Oğuzun Nuhun nəvəsi olması, atasına yağı olub onu öldürməsi, ağac oyuğundan uşağın doğulması və s. olaylar, dastanda olmadığı üçün, demək olar ki, bunlar Oğuznamələrə qədim türk nağıllarından gətirilmişdir.  
            “Oğuznamə”lərdə Oğuzun uşaqlarından söhbət getdiyi halda, Dastanın Borçalı çeşidində onun uşaqları haqqında heç nə deyilmir.
          Oğuznamədə Oğuzun taleyini göstərən duşu (yuxunu) Oğuzun vəziri Bilgə xan görür. Dastanda isə  Oğuzun özü görür, Lələsi isə duşu yozur.
              Araşdırıcı bilgin, tarixçi  D.Y.Yermeyev çox qədimlərdən şimali Qafqazda Hun tayfalarının yurd saldıqlarını, Hunların mədəni əşyalarının şimali Qafqazın hər tərəfindən aşkar edildiyini yazır. (D.Y.Yermeyev   ”Enoqenez turok” M. 1970.s.53-54) 
Yermeyevin bu araşdırması da dastanın boşuna yaranmadığının kanıtıdır (sübutudur). Çünki, dastanda bütün yürüşlərində Oğuz xan oradakı xalqı gəlişdirmək üçün ordusundan hun ailələrini ayırdığını görürük. Elə bunun ilgisidir ki, hər yerdə aparıcı güc kimi hunlar öz adlarını və uyğarlıqlarını qoruyub saxlamışlar.
              Oljas Süleymanov yazır: ”Assuriya hökmüdarı Assarxadın dövrünə aid edilən Assuriya xronikalarında iç Oğuz və onun hökmdarları haqqında bir çox bilgilərin olduğu göstərilmişdir. (O.S.”AZ-YA” Bakı 1993.s.224) Tarixi qaynaqlardan aydındır ki, Assuriya dövləti e.ö. IV- minillikllərdə yaşamışdır. O. Süleymanovun yazısı Çələbinin yazısını bir daha doğruldur. E.ö. IV-minillikdə Oğuzların Assur, Sümer qonşuluğunda yaşadıqlarını kəsinləyir. I-Oğuzun-Zülqərneynin imperyası Assuriya gückeçərliyindən (hökmdarlığından) ən azı min il öncədən olmuşdur. Assuriya xanı Assarxadın gückeçərliyi II- Oğuz xanın dönəmində olmuşdur.
             Sonda genel (yekun) olaraq, bir çox tarixi baratlara arxalanıb kəsinliklə deyə bilərik ki, Quranda adı çəkilən Zülqərneyn  Qara xanın oğlu Ön Asyada ilk Turan imperiyasını yaradan Oğuz xandır. Din bilginlərinin Zülqərneynin peyğəmbərlər sırasına qatmaları gərəklidir.  Yeri gəlmişkən onu bildirim ki, Turan türk mifaloqiyasında gözəllik sevgi və doğum əyəsi sayılmışdır.
            Şu dastanı: Onu aydınlaşdırmaq gərəklidir ki, tarixçilərmiz, dastançılarmız ”Şu” dastanını da Makedoniyalı İsgəndərin adına çıxırlar. Burada da yanlışlığa yol verirlər. Çünki Şu dastanında adı çəkilən yerlərdə İsgəndər olmamışdır. Sözsüz ki, bu  da Oğuz xanla, yəni gömüdü Çin piramidində saxlanılan II- Oğuz xanla  ilgili olan dastandır. Mahmud Qaşqarlı əsərində Oğuz dastanında olan olaylardan danışarkən, Oğuz xan yerinə həmişə  Zülqərneyn deyir. Bu da onu göstərir ki, M.Qaşqarlı Zülqərneynin Oğuz xan olduğunu açıq-aşkar bilirmiş. O, yazır: “ Zülqərneyn uyğur illərinə gəldikdə, Türk xaqanı ona 4  min ər göndərmiş. Bunlar önə ox atdıqları kibi arkaya da ok atarlarmış. Zülqərneyn bunlara şaşı qalmış”.   “Zülqərneyn by vilayətə Hudhur adı vermiş, sonralar “H” hərfi düşmüş Udhur, daha sonralar isə Uyğur olmuş” deyir. (N.S.Banarlı “Türk ədəbiyatı tarixi” İstanbul 1971 s 254-255). Amma araşdırıcı bilginlərimiz “Şu” dastanından danışarkən, Zülqərneyni İsgəndər eləmişlər. Yazırlar: “İsgəndər onların üzlərinə baxıb, kimsədən soruşmadan “Türk manənd” dedi. İsgəndərin həmin sözü ilə bu kişilərin adı Türkmən olaraq qaldı”. (Bax.N.S.Banarlı “Türk ədəbiyat tarixi” Bakı 1971.s.16) (Bax. Nizami Cəfərov” Qədim türk ədəbiyatı” Bakı 2004.s. 41). Folklorçularmızdan və yazarlarmızdan soruşmaq gərək , sizcə Fateh İsgəndər öz əsgərləri  ilə farsca danışmağa nə tez başlamışdır. Bizim Bilginlərimiz və aydınlarımız 1000 ildir bu yalanı tutu quşu kimi  bir daha (təkrar) deyirlər. Aydındır ki, əldə olan Şu dastanı ilk qaynaq deyil. Oraya İsgəndər sözü sonralar əlavə olunubdur.  Eyni dönəmdə də dilmanclar  ilk qaynaq kimi fars qaynağından götürmüşlər. Çünki,  “Oğuz xan” dastanında həmin adamlara  “türkə bənzəyirlər” demişdir.  Ona görə də mənim türküm anlamını verən “Türkmən” deyilibdir. Sonra da “Şu ordusu ilə birlikdə Çin tərəfə keçdi İsgəndər də arkasından yürüdü“ və s. (N.S.Banarlı. s.16). Amma yol xəritəsinə görə İsgəndər Çində olmayıbdır.  Demək,  Çinə gedən İsgəndər yox, Oğuz xan, yəni Zülqərneyn olmuşdur.  Sonra yazırlar: “İsgəndər Uyğurlar üçün şəhər də yapdı”. (N.S.Banarlı Qədim Türk tarixi İstanbul1971. s.16) Bayaq göstərdiyim kimi, İsgəndər Cində olmayıb. Olmadığı yerdə necə şəhər yapa bilərdi. Ancaq I- Oğuz xan dastanında “Oğuz (Zülqərneyn) Uyğurlar üçün ilk şəhər yapır adını da  Hunların namına“Hunqar” qoyur.
           Uyğur adının yaranmasında da  M. Qaşqarlının yazdığı ilə Oğuz xanın uyğurlara ad verməsində çox yaxın oxşarlıq var.  M. Qaşqarlı da uyğurlara bu adı Zülqərneyn verdiyini deyir,  dastanda da “”uyğur” adını Oğuz xan verir.
            Belə bir ilgincli sorğu yaranır, Makedoniyalı İsgəndər Uyğurustanda, Çində olmuşmu, İtil, Hucənd çaylarından keçmişmi? Qaranlığa , Qaf dağına, Dəmir dağına getmişmi? Dünyanın hər hansı bir yerində sədd tikdirmişmi? Bütün bu sorulara yalnız “yox” deyə qarşılıq verə bilərik.
             Bu gün İsgəndərin yürüş cızı (xətti) bilik dünyasına aydındır. Tarixi qaynaqlardan görünür ki, İsgəndər Makedoniyadan batıya-doğuya yürüş etməmişdir. Onun yürüşü yalnız güneyə (cənuba) sarı olmuşdur, Orta Asiyaya yürüşü Soqdinyaya, Səmərkəntədək getmişdir. Tacikistandan, Əfqanstandan keçərək, üzünü Hindistana tutmuşdur. Demək, İsgəndər Özbəkistan sınırından, Səmərkəntdən o yana getməmişdir. Belə olan halda yenə sorğu yaranır? Bəs  Çinə dək gedən, Hucənd çayını keçən, Qaranlığa gedən adam kimdir? Bu sorğuya Oğuz-Zülqədər dastanı çox aydın cavab verir. O Xaqan  8 min ildir xalqın yaddaşında yaşayan Zülqərneyn- Oğuz Xandır. Demək Zülqərneyn heç cür İsgəndər ola bilməz. Tarixçilərimiz böyük yanlışlığa yol verirlər. Bu yanlışlığı da düzəltmək istəmirlər. Min ildir bir-birinə ötürərək yaşatmaqla  xalqın yaddaşından Oğuz xanı-Zülqərneyni silirlər.
            F. Ağasıoğlu yazır: “Türklərdə Oğuz xanın İbrahim peyğəmbər çağında yaşaması inancı var.” (F.Ağasıoğlu III-bitik Bakı 2014 s. 17) Elmi qaynaqlarda İbrahim peyğəmbərin 5- min il öncələrdə yaşadığı deyilir. Bu baxımdan,  Ağasoğlunun adını çəkdiyi Oğuz xan doğudan batıya gələn, oğuznamələrdə geniş yer alan II- Oğuz xan İbrahim peyğəmbərin çağının adamı olan Oğuz xanın olmasını kəsinləyən bir kanıtdır.
             Belə bir düşüncəni araşdıraq: Dünyanun hər bir yanından səsi-sədası gələn ulu Hunların bir-biri ilə ilişgiləri varmı, yoxsa fərqli kökdənmi gəlirlər? 400 ildən artıqdır ki, dünya bilginlərinin  kimisi  Hunları doğuda, kimisi də batıda axtarır, amma heç bir sonluğa vara bilmirlər. Bu sorğunun qarşılığını biz yenə “Oğuz-Zülqədər” dastanında tapa bilirik. Dastanda, Oğuz xan, doğuda, quzeydə öz hunlarını ailəsi ilə birlikdə dilbilməzlərə dil, din və b. uyğarlıqlar öyrətmək üçün   onların yanlarında qoyduğu deyilir. (Qədimlərdə döyüşçülərin yürüşə evli (ailəli) çıxdıqlarını Oğuznamələr də dönə-dönə kəsinlənmişdir). Oğuz xan getdiyi yerlərdə qoyduğu hunlarını həm də  həmişəlik o yerli xalqa öndərlik etmək üçün qoyulduğu bildirilir. Eyni dönəmdə də, Zaqros dağlarında  doqquzuncu minilliyə ilgi edilən,  mixi yazılarında  adı çəkilən Hunların Asyanın hər yerindən, Avropanın doğusundan səslərinin gəlməsi də,  Asyanın hər iki ucunda aparılan arxeoloji  qazıntılarda tapılan əşyaların oxşarlığı da Hunların eyni kökdən olduqlarını kəsinləyir. Demək Oğuz xan (Zülqərneyn) dünyanın hər yerinə yayılmış hunların ulu dədəsidir.
            Oğuz  xan və onun hunları ən azı 8-9 min il öncə batı Asya uyğarlığını doğu Asya xalqına gətirmiş və bu gələnəkləri doğu Türküstanda yaşatmışlar. Beləliklə, dil baxımından bütün Asya xalqları qarışıq bir ulus (millət) halını almışdır. Hunların uyğarlıqları (mədəniyətləri) yerlilərdən üstün olduğu üçün, ölkədə aparıcı güc hunlar olmuşlar və aşamalarla bütün xalq Hun adlanmış, sonralar isə böyük Hun ölkəsini, imperiyasını yaratmışlar.  Urmiyada mixi yazılarında adı çəkilən Hunların tarixi 8500 ilə getdiyi halda, doğu Asyada ilk Hun adı 3000 il öncəyə çatır. Bu gün bütün türklər, dünyanın böyük bir alanını kapsayan xalq, eyni dildə danışmalarına görə Oğuz xana (Zülqərneynə) borcludular.                                                                                                                                       
            Türk tarixinin bir çox bilginləri Turan ölkəsinin yalnız Orta Asyaya ilişgi olduğunu deyirlər. Onu da onunla aydınlaşdırırlar ki, guya ilk kərə turan sözünü tarixə İran tarixçiləri gətirmişlər. 6-cı Y-ildə Göytürk impriyasına iranlıların verdikləri addır. Ama tarixi araşdırdıqda turan sözünün çox qədim qaynaqlardan gəldiyini görürük. Belə ki, M. İlmiyə deyir:  Sümer tabletlərində geniş yer alan sevgi və yaşam tanrısının adı Turandır. D. Karakurt da bir daha deyir. “Etrüsklərin sevgı və yaşam (artım) tanrılarının adı Turandır. (D. Karakurt. T.S.S. Vikiped.). ”. F. Ağasıoğlu yazır: “ Etrüsklər günəşə, Dan ulduzuna və onun qızı Turana tapınmışlar”   İngilis bilgin araşdırıcıları S. L .Loud və Q. Seyld yazırlar: ”Dəclə çayı axarında Turanlılar çox qədim dönəmlərdən 10-12 min il öncələrdən yurt salmışlar.  Onların yurt yerlərindən tapılan şeylərin 10-12 min il yaşları var”.
              Kazım Mirşan yazır: “e.ö. IV- minillikdə  Ağ dənizlə Cin arasını, Ural, Dunay, Hindistan sınırlarını kapsayan bir Turan imperiyası olmuşdir. Runik və Mixi yazılarını da Urmiya ətrafında e.ö. VII-VI minilliklərdə onlar yaratmışlar. (K. Mirşan “ Prototürk yazıtlar 1993)
              Yuxarda adları çəkilən araşdırıcıların dediklərindən aydın olur ki, Turan adı 6-cı-yüzillikdə yox, 12-14-cü minillikdən prototürklərin tanrıları kimi Ön Asyada önəmli yer tutmuşdur. İllər, dönəmlər keçdikcə türk dili  və dini Orta- Asyaya yayıldıqca Turançılıq da hunlarla doğu Asyayadək getmiş və Orta Asyada həmişəyaşarlıq qazanmışdır. Ön Asyada isə unudularaq yalnız Etrusklərdə saxlanılmışdır. Bilginlərin verdikləri bilgilərə görə etrüsklərlə türklərin bir kökdən ayrıldıqlarını alımlasaq. Turançılığın ilk yurdu Ön Asyadır deyə bilərik. 
            Məni ilgiləndirən bir olayı açıqlayım. Necə olur ki,  ön Asyada kökü 10-12 minilliklərə gedən, bir çox tarixçilərin dönə-dönə adını çəkdikləri Turan ölkəsini və turan tanrıçılığını bizim bilginlər görmürlər. Ama VI-əsrdə göytürk turanlılarını və tanrılarını görüb dünyaya car çəkirlər ki. Turan sözü ilk kərə göytürk imperiyası dönəmində yaranmışdır. Tanrıçılığında yurdu Altaydır. Burada ilgili bir giz var. O da  Türk bilginlərinin Avropa və Rus tarixçilərinin yedəyi ilə getmələridir. 
           Kazım Mirşanın göstərdiyi dövlətin sınırlarını gözdən keçirdikdə, Oğuz dastanındakı olaylarla çox uyğun gəlir. Demək, həmin Turan imperiyası dastanda adı çəkilən Oğuz xan imperiyasıdır, yaradıcısı da Zülqərneyndir-Oğuz xandır.  Xalqın dilində bir zərb-məsəli kimi, bu gün də Zülqərneynin adı ordu başcısı kimi səslənir.  Türkiyə istehsalı olan “Diriliş” filmində Candar bəy deyir: “ Zülqərneynin ordusu kimi, Toğrul bəyin ordusu adım-adım dünyanı tutacaqdır” Demək, xalq yaddaşında Zülqərneyn  bir türk xaqanı kimi hələ də yaşayır.  Yazıqlar olsun ki, bilim aləmi, yazarlarımız hələ də Zülqərneyni türk xaqanı, türk peğəmbəri kimi görmək istəmirlər. 
           Həm doğu, həm batı Asyada arxeoloqların  açdıqları gömütdə yatan adamların sümüklərinin antropoloji qurluşu onu göstərir ki, türklər bir neçə genetik köklərdən yaranmışlar. Onların kimisi Hun-Qafqaz, kimisi Qıpçak, kimisi Monqoloid, kimilərinin isə qarışıq tip olmaları, bu xalqın çox əsgidən qarışıq el olmalarından salıq verir. F.Ağasıoğlu deyir: “Türk dilli xalqlar Anropoloji baxımdan çox yönlü olduqları üçün onların bəzisi türk, bəzisi türkləşmiş xalqdır.....Prototürk dilindən qalma bazis sözlər türk xalqının qohumluğunu dil baxımından sübut edən önəmli sözlərdir.... Türk və Monqol xalqlarının genetik baxışdan qohum olmadıqları, məhz bazis sözlərin etmioloqiyası və statistik təhlil ilə sübut olunmuşdur”. (F.Ağasoğlu “I-bitik” Bakı 214 s.15)             
              Son zamanlar  Uyğurustanda aparılan qazıntı işləri sürəsində e.ö. 4-cü min illiyə  ilişgi edilən gömütdə yatan mumiyalanmış qadının  və Altayda tapılan 25 yaşlı mumiyalanmış qadının  antrapologiyasına və sümük qurluşlarına dayanıqlanarak (əsaslanaraq,) Qafqaz kökənli olmasını bilginlər önəmliklə kəsinləmişlər (təstiqləmişlər). Demək, həmin gömütlərdə yatanlar  ya Oğuzun vaxtilə orada qoyduğu hunlarıdır, ya da onların törəmələridir. Genetik qarışıq olmalarına baxmayaraq, gömütlərdə tapılan əşyaların, gömütlərin basdırılma qaydalarının eyniliyi,  xüsusi ilə sayğı göstərilən at gömütlərinin tapılması, hər şeydan öncə, günəşin simğəsi kimi götürülən, e.ö.VI-V-minilliyə ilişgi edilən  “çarxlı xaç”ın (çarxıfələk) tapılması, Asyanın hər iki ucunda  türk uyğarlıqlarının, dini gələnəklərinin eyni olmasından salıx (xəbər) verir. Bütün bu tapılan  arxeoloji qazıntılar, qədim Borçalı  Oğuz dastanının doğru bir örnək oldiğunu və Quranda adı çəkilən Zülqərneynin türklərin Oğuz xanı olduğunu bir daha kəsinləyir.

                                                                 II-Bölüm.
                                               TÜRKÜN TARİXİNDƏN QISA ARAYIŞ.
             Evrənin yarandığı dönəmlərdən bəri, adamlar bu dünyanı qavramağa çalışmışlar. Onun dünyaya olan ilişgisi və adamoğlunun harada, necə yetginliyi, kimliyi həmişə onu düşündürmüşdür. Bu gün bir giz kimi bütün dünya aydınlarını, bilik adamlarını düşündürən bir çox konular  hələ də araşdırılmamış, çözülməmiş qalmaqdadır. Adamoğlu həmişə  evrənin, doğanın və toplumun ilişgisinə qatılma yollarını aydınlaşdırmağa çalışmışdır.              
            Evrənlə ilgili dünyagörüşlər yeniləşdikcə,  düşüncələr də yenilləşir və dəyişirilir. Belə bir sorğu adamoğlunu hər an düşündürmüşdür: “Mən kiməm, niyə, nə üçün yaranmışam, varlığımın nədəni və dərinbiliyi (hikməti) nədədir? Bu  tansıklı (möcüzəli) evrənin yiyəsi varmı, varsa, o kimdir, nəçidir, necədir və haradadır?” Bütün bu sorğular illərdən bəri dünyanı axtarışlar, araşdırmalar xırmanına (meydanına) çevirmişdir. Bu sonsuz sorğuların kökünü,  ucu-bucağı görünməyən dünyada gerçəkliyi  axtarmaqdır və  bu gün də axtarır.
            XIX-XX-yüzilliklərdə Rus və Avropa tarixçilərinin yazılarında deyilir ki, türklərin əski uyğarlıq yurtları doğu Asyada, Altayda olmuşdur. Son dönəmlarin uyğarlıqlarına yiyələnmiş xalqdır. Onlar Ərəb və Fars uyğarlıqlarının etgisi ilə uyğarlaşmışlar. Son araşdırıcı  antrapoloqlar və tarixçilər kəsinləyirlər ki, onların bu düşüncələri kökündən yanlışdır. Əski türklərin ulu yurtları Dəclə çayının solu və Urmiy. Yönləridir.
           Tarixçilər türkün yaranma tarixini çox rəngarəng  çeşitdə verirlər. Talmutda göstərilir ki, türklər Nuhun oğly Yafəsin 8-ci oğlu Türükdən (türkdən) törəmədilər.  Tarixdə türklər bir çox çeşitli adlarla tanınmışlar.  Oğuz xalq dastanında xalqın adına “Hun” deyilir. Herodot “İskit” demişdir. Hind qaynaklarında “Turukha” deyilir. Çin qaynaqlarında “Tukiu”  sözü kimi işlənmişdir. Sümer qaynaqlarında “Türükkü”, F. Ağasıoğlu ilk türklərə “Saka” deyir. Bir sıra ədəbiyatlarda “Azık-Azı-Azak” deyə adlanmışlar.  Din qaynaqlarının dedikləri kimi Nuhun nəvəsi Türkdən törəmiş olsa idilər, belə çox ceşitli adlar daşımazdılar. Görünür bu mif, yəhudiliklə ilgili, Adəmin yaradılış mifnin etgisi altında yaradılmışdır.  
          Ön Asya mixi yazılarında hunların adlarının çəkilməsi m.ö. 8-ci minilliyə ilişgi edilir. Çin ədəbiyatlarında isə  hunların adı m.ö.3-cü əsrdə çəkilir. Türk sözünün Sümer yazılarında işlədilməsi m.ö. 4-cü minilliyə ilişgi edilir. Çin yazılarında isə Tukiu (türk) sözü m.ö. 1328-ci ildə işlənmişdir. İskit-Saka sözünün qədimliyini Ağasıoğlu m.ö. 8-ci minilliyə ilişgi edir. Azık adına gəldikdə isə elə qədimdir ki, onun yaşını aydınlaşdırmak  çox çətindir. Yaşı Azık (Azıx) mağarası kimi əskidir.  Çox güman ki, Oğuzların ilk Atayurdu elə Azık mağarası olmuşdur. Onları nahaq yerə zorla çəkib orta Asyaya aparırlar. Çünkü onların antropoloji görkəmləri də doğu Asya xalqlarına oxşamır.
              Bolinis- Dumanıs yolunun 10-12 km-də təpə başında V-VI-əsrə ilgi edilən Abdallı (Kveşi) qalası yüksəlir. Qala qapısının üstündə böyük bir kitabə var idi. Kitabəni oxuyanlar onun qədim türk dilli yazı olduğunu deyirdilər. 1940-50 illər arası sökülərək haraya isə aparıldı. Qazıntıda tapılan anıtlar da gürcü anıtı kimi muzeylərə verildi.       
             1960 illərdə Borçalının Bolus dərəsində Çataq bölgəsinin Almabağında gürcülər arxeoloji qazıntılar aparırdılar.  Yaklaşık (təsadüfən) mən də həmin yörədəydim (ərazidəydim). Bir gömütü açarkən skeletin bükülmüş halda yatdığını gördüm və mən: “Skeletin duruşundan bunun  türk gömütü (qəbri) olduğu görünür” dedim. Ekspedisiyanın başcısı mənə baxdı və üzünü yanındakı gürcülərə tutub, “kənar adamları bura niyə buraxırsınız?” dedi və  məni oradan uzaqlaşdırmalarına göstəriş verdi.
           Bolus (Bolnisi) rayonun Kəpənəkçi kəndinin gündoğanında "Sarı kilsə" adlı yarı uçmuş kilsədə 1987-88-ci illərdə Gürcüstan arxeoloji ekspedisiyası qazma işləri aparanda  iki metr dərinlikdə III-əsrə ilgili edilən gənc oğlan gömütü (qəbri) tapılmış, daş sandığın üstünə qoyulan qapaqda qədim türk dilində yazı aşkar edilmişdir. Yazıda deyilir: "Kapanakçı xaqanın gənci, Kapanak çayında boğulub öldü". Həmin daş iki il Tiflis tarix muzeyində saxlanıldı, iki ildən sonra muzeydən götürüldü. (Ekspediyada iştirak etmiş, “Sovet Gürcüstanı “qəzetinin müxbiri Ocaqov İsaxanın dedikləri.)
             2016 ilin avqust ayında  televiziyada  “Biz kimik, doğru adımız nədir?” adı ilə gedən verilişə  üç bilim adamını çağırıb gətirmişdilər. Üçü də ayrılıqda özünü ulus olaraq ayrınclı göstərdi. Biri azərbaycanlı, o biri azərbaycan türkü, üçüncü isə azəri olduğunu söylədilər. İki saatlıq söhbətdən sonra alimlərin hər birinin ayrınclı düşüncələrini  görən aparıcı bir az ürəklənərək, sizi bilmirəm mən türk ulusuyam (millətiyəm), Azəbaycan dövlətinin vətəndaşıyam deyərək, verlişi bitirdi.
            Mən də kökünü, kimliyini axtaranlara onu demək istəyirəm ki, 1936 –cı ilədək doğulan ata-analarının, qohumlarının doğum bəlgəsinə (şəhadətnaməsinə) baxsalar, orada ulus (millət) olaraq türk yazıldığını görərlər. Heç kimə gizli deyil ki, 1936-37 illərdə  kim başbaratını (pasportunu) dəyişib ulusunu (milliyətini) Azərbaycanlı yazdırmadı hamısı xalq yağısı (düşməni) ya pantürküst adı ilə güllələndilər ya da Sibirə sürgün edildilər.
           Bu gün xalqımız özünə çox uyğunsuz alçaldıcı bir ad götürmüşdür. Xalqımızın çoxu, hətda bilim adamlarımız da özlərini Azəri adlandırırlar. Türkiyəli türklər uzun illərdir bizə azəri deyirlər.  M.F. Köprülüzadə yazır: “ Xorasandan Anadoluya və Qafqazdan Bağdada qədər geniş bir sahədə XIV-əsrdən bəri hakim olan üçüncü bir ədəbi ləhcə də var. Bu da “azəri” ləhcəsidir”. (M.F.Köprülüzadə “Azəri”Bakı 2000 s.22). B Xəlilov yazır: “Azəri sözü cənubi və şimali Azərbaycanda yaşayan türklərin adı olmuşdur. Bu ləhcəni IX-XIII-əsrlərdə ərəb islam müəllifləri, azər sözünü farslaşdıraraq  azəri kimi işlətmişlər”.
            B. Xəlilov azəri sözünə haqq qazandırmaq üçün X. Təbrizi ilə Ə. Məərrinin söhbətlərini örnək gətirərək Təbrizinin “azərbi” sözünü “azəri” kimi açıqlayır, azərbi sözü azəri sözünün fonetik variantıdır” deyir. O burada yanlışlığa yol verir. Azərbi sözü azəri sözünün yox, azərcə sözünün fonetik varyantıdır. Belə ki, ərəb dilində işlədilən “bi” əki (şəkilçisi), təstiqçi anlamında işlənir. Necə ki, “ərəbi” sözü ərəb (ibn ərəbi- ərəb oğlu) anlamını verdiyi kimi azərbi sözü də azər anlamını verir və danışıqda bi əkini götürdükdə azərcə sözünü yaradır. Azər sözü isə Az ər anlamında hələ çox əzəllərdən Ön Asiya xalqlarınıb yazılarında işlənmişdir.  F Ağasıoğlunun araşdırmalarında deyilir: “Miladdan öncə XXII- əsrə aid edilən Bibil yazılarında “Azaz (Azər) Yazısına rast gəlirik” (F.Ağasıoğlu. III-bitik Bakı 2014 s.150)
           Bu ad bizə sovetlər vaxdı Fars və Rus siyasətindən doğan qondarma ad kimi verilib təstiqlənmişdir. Yazıqlar olsun ki,  aydınlarımız bu sayğısızlığa, təpələnmələrə dözüb susurlar. Hətda baxımsız bir dövlətimiz olan dönəmdə də özlərinə Azəri, dillərinə Azəri dili deyən bilginlərimiz var. Bu günkü dərslik kitablarında dilimiz Azəri dili kimi göstərilir. (Bax. X-sinif Azərbaycan dili dərsliyi. Türk dilləri səcərəsi, Oğuz budağı- Azəri dili. “B. Xəlilov. Dil mədəniyəti-vikiped).
            Bilginlərmizə, elə də hamıya bəllidir ki, azərilər fars dilli atəşpərəstliyə qulluq edən xalqdır. Azərbycan türkləri özlərini azəri adlandırmaqla  özlərini təpələmiş, alçaltmış olurlar.  Azəri adını götürmək, öz kökündən uzaqlaşaraq  Farsların və Rusların istəyini yerinə yetirmək deməkdir.
             Bilim dünyası çoxdan kəsinləmişdir ki, Azərbaycan torpağında türkün böyük bir qolu olan Az boyu yaşamışdır.  Azərbaycanda Az boyunun varlığını kəsinləmək üçün ulu keçmişimizə yolçuluq edək. 300-400 minil öncələrdə  kiçik Qafqazın Azık (Azıx) mağarasından çıxan ilk ulu dədələrmiz  bir çox minillər Azık (Azıx) boyu adını daşımışlar. Azık boyu Qafqazda çoxalmış, çoxaldıqca da “Azık xalqı” adı ilə bütün ön Asyaya yayılmışlar.
          Hələ antik dönəmdə Roma tarixçisi Dion Kassiy, Bütün Qafqaz bölgəsində Azık tayfalarlnln geniş yayılmasından, onların başcıları olan Alplardan söz açır. Azık boyndan aralanan xalqın bir bölüyü güney Qafqazdan keçərək Azık (azak-azov) dənizinin  yan-yörəsində yurt salmışlar. Adlarını da Azık (Azak) dənizinə vermişlər.  İllər keçdikcə Krım və Ukrayna torpaklarına  yayılmış və orada yurt salmışlar. Onlar Krım və Ukrayna, Rusiya torpaqlarında bir xalq kimi, XII-əsrədək Azık xalqı adı ilə yaşamışlar. Sonralar xristian dünyasına qarışaraq, bir çox türk boyları kimi dönəm keçdikcə ilk adlarını  və dillərini itirmiş ukrayınlaşmışlar.( Karakurt T.S.S. və Azık vikiped). A. Bakıxanov yazır Əmir Teymur Qara dəniz sahilində salınmış Azak şəhərini tutdu və onu xarabalığa çevirdi. (“Gülüstani İrəm” Bakı çapı  s. 58) Azıkların bir payı quzey Qafqazın batı alanından Krım-Kıpcak çöllərilə Ural alanlarınadək Azak xalqı adı ilə  yayılmışlar. Dönəm keçdikcə azak “Kazak” adını almış. Bu günkü Kazaların ulu dədələri Azov-Azak dənizi yörəsindən çıxan azaklardır.  
            Krım-Rus basqısından sonra da Ruslar dillərinə uyğun olaraq Azık dənizinin adını dəyişib Azov dənizi eləmişlər. Ukrayna və rusiyanın güney yarısı Azık və Saka  kurqanları ilə doludur. Çox yazıqlar olsun ki, onları bu gün ruslar slavyanlaşdırırlar.
              Qafqazda qalan Azıklar isə artıb çoxalmışlar, dönəm keçdikcə “k”səsi düşmüç “azı” adı ilə yaşamışlar. B. B. Bartold yazır: “ İli,  Su çaylarının arasındakı torpaqlada  “azılar”,  “azaklar “ yaşamışlar.” (B.B. Bartold “Soceneniye” II tom.I.s. Mosva s. 485). Sonralar “ı” səsi də düşmüş “Az” boyu adını almışdır. Bartold  “Az” boyu haqqında geniş bilgilər  verməkdədir.   Beləlilə də Az boyunun kişiləri anlamını  verən Az+ər (Azər) boy adı kimi dünyada tanınmışdır. Bu düşüncə Tonikuk kitabəsində də öz əksini tapmışdır. Kitabədə deyilir ”Yerçi tilədim Az əri buldum. Özüm Az yerim”  (Yerli istədim Az kişisi tapdım. Özüm Az yerindənəm). Özünün Az boyundan olduğunu deyir. Az+ər sözü bu günkü Azərbaycan adında hələ də yaşayır.  Bir para tarixçilərmiz hələ da ərəb siyasətini sürdürərək  admızı farslaşdırıb azəri edirlər.
               F.Ağasoğlu yazır: Etrusk mifoloqiyasında baş tanrılarının adı Tin kimi verilir, O tanrılar şurasına başçılıq edir. Başqa bir tanrılarının adı da “As” (Az) adlandırılır və Azər ölkəsində yaşadığı bildirilir. (F.Ağasıoğlu Etrus dini) Sümerlər də Yanrıya Tin demişlər. Olabilsin ki, Azıq mağarasından çıxanların yaddaşlarında Azık mağarasının kutsallığı Az-As tanrı düzəynədək qaldırılmışdır. Bu ilgidən də Etrüsklərdə Az-As tanrı inancı uzun dönəm qalmışdır. Etrusklərdə Turan da kutsal gözəllik, doğum (artım) və sevgi tanrısı kimi alımlanır. Bir çox mifoloqlar, tanrıça Turanı Yunan mifoloqiyasında olan Venera və Afrotida ilə qarşılaşdırırlar (müqaisə edirlər).   Bu açıklama adama ilgincli ipucu verir. Türklər ilk baş tanrılarına Tan demişlər.  Ola bilsin ki, ulu keçmişdə Tan ilə Tin sözləri bir qaynaqdan yararlanmış olsunlar. Eyni dönəmdə də az və as sözlərində də bir oxşarlıq var. Bunlarda eyni kökdən yararlana bilərlər. Bu tanrıların Azər ölkəsində yaşaması düüncəsi və başqa bir çox gələnəklərin uyğunlukların olması, türklərlə etruskların bir kökdən olma gümanını kəsinləyir.
               Pr. Buludxan Xəlilov “Dil mədəniyyəti əsərində “az” sözünü çox aydın bir anlamla açıklayır. O, yazır: “Az sözü özünün ilkin variantını azık sözündən götürə bilər”. Onun bu baxışı inandırıcıdır. Sonra yazır “Azık variantı Krım tatarlarının dilində “azuqə” anlamında verilir. Demək  azık sözü türk dilində tarixən “ruzulu olan” “azuqəli olan” və s. anlamlarında olmuşdur”deyir. Bu gündə borçalıda yaşlı nəsl azuqə ilə yanaşı qismət anlamında azık sözünü işlədirlər.
                Azıx (Azık) adında Borçalıda dərə və qaya var. Qaya sığınacaq yeri kimidir. Tarixdə yaşayış yeri olan elə bir mağara tanımıram ki, onun adı ilə tanınan boy olsun. Ama Azıq mağarasından çıxan Azıklar bir çox minillər adlarını Azıklar kimi və sonradan da Az+ərlər kimi yaşatmışlar. Bu gündə yaşayırlar. Az+ ərlərə Qafqaza gəlmədir deyənlər, Azıx (Azık) mağarasını yadlarına salıb sussunlar.  Amma yazıqlar olsun ki, islamlaşmaqla ilgili biz bu gün əcdadlarmızın mağara yurtlarının kutsallığını bir yurt yeri kimi unutmuşuq.
               Bu baxımdan Azərbaycan türklərinə Azəri yox  Az+ər (azər) türkləri demək daha uyğundur.  Ya da türkmənlər kimi “Türkaz” (türkün az boyu) demək daha doğru olar. Türk sözünə hansı sözü artırsaq,  yaraşır və özünü doğruldur. Azərbaycanlı demək yanlışdır ona görə ki, “azəbaycan” sözü, qıraqdan farsların verdikləri (od qoruyucusu) anlamında verilən coğrafi addır., Azərbaycanda yaşayan istənilən millət azərbaycanlı sayılır.
         XIV-əsr Fransız tarixçisi Monteskiyu yazır:  “Dünyanın heç bir xalqı fatehlik ünü və ululuğu ilə Tatarlarla yarışamaz.  Onlar həmişə Türk adlanmışlar. Türk  bəyliyi və ağalığı yapmışlar. Bu başarılı xalqın tarixçiləri, onların ağılagəlməz yenmələrinin  ününü yazmağa çalışmamışlar.” (Pr.Dr. Muhamməd Takı  Zehtabi “İran türklərinin əski tarixi” İstanbul 2010 s.16).
            Tarixçinin sözündən aydın olur ki, türklər ulu xalq olsalar da, tarix yaratsalar da, öz tarixlərini yazmağı bacarmamışlar. Onların tarixlərini  özləri yox, özgələri yazmışlar. Türklər tarixlərini Çin, Ərəb, Fars, Bizans və Yunan qaynaqlarından götürüb yenidən öyrənirlər.  Elə ona görədir ki, əlifbalarının başlanğıcını eranın VI-əsrinə ilgiləyirlər.  Avropa, Rus və bir sıra türk bilginləri türkün yazılı tarixini 552-ci ildən, Göytürk imperiyasından götürürlər. Bir para  boyların əlifbalarının heç olmadığını deyirlər.Türk tarixçiləri unudurlar ki, adları çəkilən xalqın aydınları həmişə türklərə yağı (düşmən) gözü ilə baxmış və baxırlar. Ona görə də onlar türkün tarixinə qısqanclıqla yanaşmışlar və yanaşırlar. Yeri gəlmişkən onu da bildirim ki, türklərin yaradılışlarının və gəlişmələrinin Ön Asiyada kök salmalarına heç cür razılaşmayan Avropa və Rusiya bilginləri Ön Asiyada və güney-doğu Avropada əzəli türk uyğarlıqlarının (kurqanların) aşikar edilməsini çox qısqançılıqla qarşılamışlar. Bacardıqlarıdək onları başqa xalqların (Farsların və Osetinlərin) adına yazmağa çalışmışlar və bu gün də çalışırlar.
          200 ildir ki, Bisutin və Zaqros dağlarında türk dilində olan mixi yazılarının 8 min illik  yaşının olmasının aşkarlanmasına baxmayaraq, bilim adamları hələ də susurlar. Türkün yazılı tarixini bilim dünyasına tanıtmağı bacarmırlar.
        Türk tarixindən danışan Avropa, Rusiya və Türk dünyasının tanınmış tarixçi, dilçi, dinçi, araşdırıcı bilginləri həmişə ilk başlanğıc kimi doğu Türküstandan danışırlar, türklərin Çin, Monqol sınırlarından gəldiklərini deyirlər. Hətta Sümerlərin də doğu Asyadan gəlmə bir xalq olduqlarını kəsinləmək üçün çabalıq edən bilim adamları çoxdur. Onlar kəsinləməyə çalışırlar ki, Sümerlilərin dili Ural-Altay dilinə bənzəyir. Çox ilgincli bir bənzətmədir. Bu kuramı (nəzəriyyəni) irəli sürənlər necə olur ki, Sümerlilərlə yanaşı yaşayan ön Asya türklərinin dilininin yaxınlığını görmürlər. Ama min km.lərlə uzaqda olan Altaylıların dilinin uyğunluğunu çox tez görürlər. Burada açıq-aşkar qısqanclığın olduğu görünür. Çünkü, Sümerlilərlə qonşu olan türklərin nəinki, onlarla dil oxşarlığı var, hətda onlarla antropoloji quruluş oxşarlıqları da var.
            Bu qısqanclığın ilgisini tarixçi F. Ağasıoğlu çox gözəl aydınlaşdırır. Onun bildirdiyinə görə, XIX-yüzilliyin başlanğıclarından Dunay  yanlarından başlamış Ukrayna və Rusiya torpaqlarında  çoxlu kurqanlar (yuvarlaq yaradılmış gömütlük) tapılmağa, aşkarlanmağa başladı. Buradan çoxlu qədim və dəyərli qızıl sənət əsərlər tapıldı. Sakaların (Skitlərin) belə yüksək uyğarlığa yiyələnmələrinə inanmayan Avropa və Rus bilginləri, kimə isə yad bir xalqın uyğarlığı (mədəniyyəti) olduğunu aşkar etməyə çalışdılar. İlk öncə Monqol uyğarlığıdır dedilər. Monqollara uyğun olmadığını görəndə. Osetinlərin əcdadları ilə ilgiləndirməyə başladılar.  Son halda istər-istəməz Saka uyğarlığı olmasını tanıdılar.
            Əlbəttə 10 min illiyə ilişgi edilən yüksək uyğarlığı və gömütü olan Altay xalqı, öz ululuğu uyğarlığı və gömütü ilə öyünməyə  və qürurla danışmağa haqqı var. Ural-Altay uyğarlıqlarını heç kim aşağalamaq istəmir. Ancaq Sümerlilərın, Elamlıların və urmiyalıların dil, uyğarlıqlarını və antropolji yaxınlıqlarını danıb,  doğu Asya türklərinin uyğarlığı ilə qarşılaşdırmağın özü hakslz və gülünc görünür.  
             Həsən Həsənov yazır: “Bir çox tarixçilər türklərin müxtəlif çağlarda Azərbaycana gəlmə xalq olması fikirinin irəli sürülməsini yazırlar”. (H.Həsənov. Türkşunaslığın bəzi problemləri” Bakı 2002 s.143)
              Bir sıra alimlərimiz hələ də düşünürlər ki, Qafqaz türkləri VI- VII əsrdə doğudun gələn xalqdır. Nizami Cəfərov Azərbaycan  türklərinin oluşmasının Altaydan başlandığını yazır: “Qədim türklərin vətəni ilk orta əsrlərdən bəri Türküstan kimi tanınan geniş çöllərdir. Türk sözü ilk dəfə Göytürk dövlətinin adında rast gəlinir”, deyir. (Nizami Cəfərov “Qədim türk ədəbiyyatı” Bakı  2004).  
             İnternetin İslam başlıqlı saytında yazırlar ki, “Tarixçilər Zərdüştün türk (azərbaycanlı)  olduğunu və bilavasitə Novruz bayramnın türk bayramı olduğunu isbat etməyə çalışmaqdadılar. Halbu ki, bu cür ideyalar tarixin vaqiyələri ilə üst-üstə düşməməkdədir. Çünki Zərdüşt miladdan əvvəl VI əsrdə yaşamış, Asyadan gələn türk boyları isə, yüz illər ondan sonra indiki Azərbaycan ərazisinə yerləşmişlər”.
            Cox yazıqlar olsun ki, istər Türkiyədə, istəsə də Azərbaycanda hələ də bu düşüncədə olan bilim adamlarımız çoxdur. Bu cür zənnlər rusların və farsların çoxdan köhnəlmiş yanlış və qərəzli dünyagörüşlərinə dayanır.
               Yüz illərdir, araşdırıcı tarixçilər, arxeoloqlar türklərin ulu babalarını Monqol, Çin sınırlarında axtarırlar.  Avropa və Rus bilginləri Qafqaz, Ön-Asya türklərindən söz düşəndə, onların oluşmalarını tam kəsinliklə VII əsrlə ilişgiləyirlər. Qafqaz və Ön-Asya türklərinin qədimliyini, 8 min illik türk mixi yazılarını yazanların yerli xalq olmalarını  heç cür alımlamaq istəmirlər. Bu qısqanclığın ilgisi nədir və nədən  bizim bilginlərimiz Rus, Avropa bilginlərinin  yedəklərincə gedirlər?  Onların öz köklərindən uzaqlaşmaları adamda çaşqınlıq yaradır.
             Bu gün türklərin  tamamilə yeni tarixləri, dini ideologiyaları və yeni dünyagörüşləri formalaşır.  5 min illk tarixi olan Bibliyadakı xəritəyə baxsaq, orada Türükkü ölkəsinin olduğunu görərik.       
                F.Ağasıoğlunun “Qədim türk eli”, “9 bitik”   və T. Azərtürkün “Mixi yazılı Azəri türk dilinin qrammatikası” kitablarında da  dədələrimizin yurdu Ön Asya və Qafqaz olduğu  aydın göstərilir. F.Ağasıoğlu yazır: “Aydın oldu ki, türk etnosunun Atayurdu Ön Asyanın  gözəl guşəsi olan Azərbaycandır. Bundan doğu yönə (tərəfə) köç edən türklər Türküstan və Altayı ikinci Atayurduna, quzeyə köçən türklər İtil Azak arasını üçüncü Atayurduna çevirmişlər”. (F.Ağasıoğlu I-bitik Bakı2014 s.18). Ümumi türk görüş bucağından baxdıqda Ağasıoğlunun dedikləri çox doğru və inandırıcı görünür.. Belə  ki, deyilən Atayurdun üçü də Ön Asya türklərinin Atayurdlarıdır. Ama Ağasıoğlu türklərin antropoloji qurluşlarına fikir vermir.  Andropoloji baxımdan yozulduqda yazıda yanlışlıq var. Azərbaycan Azık mağarası  Ön Asya türkləri Oğuzların, İtil Azak arası Qıpcak  türklərin,  Altay Monqoloid türklərin ilk Atayurdlarıdır.
             Doğu türkləri ilə batı türklərinin tamamilə başqa antrapoloji tip olduqları aydınca görünür. Onu qəti deyə bilərik ki, qıpcaqların, oğuzların və monqolların görkəmlərinə baxdıqda, çox aydın bilmək olur ki, onların antropoloji görnüşləri, genezlərindəki soyçəkim, irq ilişikləri heç cür eyni olamaz. Türk xalqı ən azı 3-4 soyçəkiminin (genetik köklərin) irqlərin birləşməsindən yaranmışlar. Bəzi tarixçilərin dedikləri kimi bəlkə, güc anlamını verən türk sözü bu xalqın birləşmiş toplumuna verilən adıdır.  Bu türk boylarının isə hansının lap qədim, hansının isə daha  gənc  olduğunu  arxeoloqlar və tarixçilər hələ də araşdırırlar.      
            Palentropoloqlar, antropoloqlar altay kuramını (nəzəriyəsini) inamla yadsılayırlar. Belə ki, “arxeoloji araşdırmaların sonuclarına görə əski türklərin və türk xalqlarının antropoloji yapısı artıq çözülmüşdür. Beləcə əski türklərin tam moğol tipli olmadıqları və önəmli dərəcədə Avropa tipinin karışımından oluşduqları isbatlanmışdır”.( Türk araşdırmaları dərgisi.”Çağdaş türk ləhcələri və ədəbiyyatları. İnter.)

          Sümerşunas E. Əlibəyzadə yazır: “Akkatlarla müharibədə Şumerlərin məğlubiyyətindən  sonra görünür Şumerlərin tarixi yeni səmtə yön almışdır. Onlar yenidən bir neçə min il sonra doğma “ulu baba” yurdlarına çəkilmiş, öz əcdadlarının torpaqlarına  qayıtmışlar”  (E. Əlibəyzadə “Ulu dil, Şumerlər vikipediya). Əlibəyzadənin bu açıqlaması bir daha Sümerlərin yenidən geri ulu yurdları olan Qafqaza (Borçalıya) qayıtmalarına bir kanıtdır ki, izləri bu gün Borçalıda görünməkdədir.
              Tarixçi bilginimiz  F. Ağasıoğlunun çəkdiyi gediş-gəliş yol xəritəsinə görə, türklərin Araz çayı  üzərindən Qarabağ, Borçalı, Qara dəniz ətrafı yollarla eradan öncə 900-ci illərdə Azov dənizinin kənarlarına gediş-gəlişi, Borçalı türklərinin hansı dönəmlərdən o torpaqlarda yaşadıqlarından xəbər verir. Eyni dönəmdə də, ən qədim xalq dastanı olan “Oğuz xan - Zülqədər- Zülqərneyn” dastanının doğruluğunu, tarixçi   Ağasıoğlunun xəritəsi,  bir daha kəsinləyir.
                                                                                                                                                                                                                                                                   E. Əlibəyzadənin, F. Ağasıoğlunun və T. Azərtürkün araşdırmalarından çıxardılan sonuca göpə demək  olar ki, Borçalı xalqının bir çoxu  ilginliklə Kəpənəkcilər Sümerlərin soylarından gəlmə xalqdılar.   İlginc doğuran hal odur ki, bütün kəpənəkçi eli (5- kənd) kiçik Qafqaz dağının Arazla-Kür çayları arasında yurd  salmışlar.  Bir-birindən aralı, dağınıq olsalar da hmısı eyni ağızla danışırlar.
            Araşırıcı Bahaəddin Ögəl türk tarixinin 5 min il yaşı olduğunu önə çəkərək, “Altay dağlarındakı  Bazırlıq yaylağında aparılıan arxeoloji qazıntılarda tapılan e.ö. III minilliyə ilişgi (aid) edilən Oğuz tipindəki skeletin türk millətinin ilk atası olduğuna dirəngəllik (iddia) etmişdir.”(F.Mustafa “Azərbaycanda dini mənşəy haqqında”.İnter) Ama yanlışlığa yol verir, türk ulusnun (millətinin) ilk               (Ağasıoğlunun yol xəritəsi                                     atasının azı 8 min il yaşı var. Çünki, türk                                                                                              “Qədim türk eli” Bakı 2006 s.24)                         ulusunun (millətinin) ilk atası Oğuz xanın atası Qara xandır.  F. Ağasıoğlu T. Azərtürk hələ 8 min il öncələrdə Araz üzərində, Urmiyada türkcə danışan türk ataların olduğunu deyirlər. Zaqros dağlarında  8500 il öncə türkcə şeir yazan Bida Hun qızı kimi türkün ulu anası var.  Bundan başqa Azık mağarasından çıxan Azık (Az) boyunun yaşı  daha uzaqlara gedir.
              Doğu Asyada türkün ilkin tarixi e.ö V-IV minilliyə gedir. Amma Dəclə-Araz çayları arasında olan 10-8 min illik ilkin uyğarlığı ( mədəniyyəti), mixi yazılı  anıtları nədənsə gözardı edirlər. Türk araşdırıcı tarixçilərin dediklərinə görə Sümer anıklarında 40 minədək Sümer tabletləri aşkar edilmişdir. E.ö IV- minilliyə ilişgi edilən sümer yazılarında Turanın adı tanrı kimi çəkilir. Dr. F. Qəzənfəroğlu yazır: “Turan Etrüsk tayfa ittifaqının (birləşməsinin İ.M.) sevgi ilahəsidir. T. Azərtürk, kitabında  verdiyi 400-ə dək Sümer sözlərinin 80 %-i bu gün Borçalı kəndlərində işlədilir. Bütün türk dilləri arasında Sümer dilinə ən yaxın olan, ona çox uyğun gələn Azər türkcəsidir.
             Bəxtiyar Tuncay yazır: “Övliya Çələbi Oğuzların ilkin ata yurdu kimi qələmə verdiyi məkanın  Mahan adına eynilə qədim Şumer mənbələrində də  rastlanılır. Burada rast gəldiyimiz Mahan toponimi haqqında Övliya Çələbi yazır: “Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Həm Şumer dastanında, həm də Çələbinin yazılarında söhbət eyni ölkədən gedir ”. Çələbidə həm Oğuzların, həm də ölkənin adı çəkilir. XVI-əsrdə Çələbi  Oğuzların Şumerlərə qonşu olduğunu, hətta onlara tabe olduğunu deyir”. (Azərbaycan mifoloji mətnləri)  Çələbinin dediyi Mahan ölkəsi coğrafi cəhətdən Manna ölkəsinə uyğun gəlir. Ola bilsin ki, Mahan və Manna eyni ölkədir. Vaxtilə Mahan adlanmış və dönəm keçdikcə manna əksini almışdır. Çələbi dediyi Oğuzlar isə  Mannalılıardır. Ö. Çələbinin və B. Tuncayın yazılarından  aydın görünür ki, ilk Oğuzlar,  Şumer ölkəsilə qonşu olmuş və Şumerlərlə bağımlı ilgiləri olmuşdur. Çələbinin XVI əsrdə dediklərinə göz yuman türk bilginləri  aydın olmayan nədənlərə görə, öz köklərini Monqolustan sınırında axtarırlar bu giz bilinmir.
               Son dönəmlərdə bir çox araşdırıcı tarixçilər  bu yüksək uyğarlığı Şumerlər yad planetlərin adamlarından aldıqlarını sübut etməyə çalışırlar. “Şumerlərin əcdadları “Ananakilər” 445 min il öncələrdə göyün Niburi planetindən yerə enmiş, yerdən qızıl yığıb aparmışlar. Afrikada qızıl şaxtalarının yeri bu gün də qalmaqdadır.  Göy adamları yerdəkiləri kodlaşdırıb getmişlər”. (Mahal Bomonti “Yad planetin övladları” vikiped). Yad planetdən gələnərin yerdə 50-100 tonluq daş bloklu tikililərin, piramidlərın onların yaratdıqları anıtlar olduğunu deyirlər.  
              Ola bilsin ki yad planetdən gələn canlı varlıqlar olmuşdur, bəlkə yer filizindən də  yararlanmışlar. Çünki ulu Tanrı heç nəyi tək yaratmayıbdır. Amerikaya düşən yad planet adamları bunu kanıtladılar ki, yer tək yaşayış yurdu deyil. (Doğrudan da əgər düşübərsə)  Amma onların yerdə meymunları kodlaşdıraraq, adam yaratmaları  zənni kökündən yanlışdır. Çünki, yer dünyasının özünə xas olan dəyişməz kuralları var. 445 min il öncələr  yad planetdən gələn adamlar haqqında danışan bilginlər nədən düşünmürlər ki, nəhəng dinazavrları, nəhəg quşları  yaradan bir güc, nəhəng adamları da yarada bilərdi. Nəhəng uyğarlıq anıtlarını yaradan adamlar da nəhəng olmuşlar. Bəlkə o nəhəng adamların biz bilmədiyimiz nəhəng kəşfləri, yenilikləri də olmuşdur.
              Eyni zamanda dünyanın bütün canlı varlıqları beş barmaqlıq qanuna tabedir. Bu qanuna “ilahi qanun” da demək olar. Heyvanlarda olan bu qanun  adamlara da xasdır. Demək, adam heç bir başqa planetdən gəlmə ola bilməz. O yalnız Tanrı gizləmilə (sirrilə) yerin yetşdirdiyi varlıqdır.                 
            Mahal Bomontinin zənninə görə, Şumerlərin ulu köklərinin 445 min il öncədən gəlmiş planet adamı Ananakilərin sayəsində, dünyanın başqa yabançılarından daha tez alışqanlaşaraq (əhliləşərək) yüksək uyğarıq yaratmışlar. M. Bomontinin bu zənni elə də ağılasığan deyil. Çünki  Şumerlərin başqa yabançılar qarşılığında (nisbətən) tez uyğarlıq qazanması 445 min il yox, ən çoxu 12 -14 min ilə gedib çıxır. Ona görə də demək olar ki, Şumerlərin alışqanlıqları və uyğarlıqlarının yüksəlməsi göy adamlarının yox, Mu qitəsindən gələnlərin yardımları ilə olmuşdur.
           Samvel Kramer “Tarix Şumerlərdən başlayır” əsərində yazır: “Mezopotomiya imperatorluğu  Xəzər dənizindən, Kafkasiyadan gəldiyi təxmin edilən, ilkəl və köçəbə Şumerlər ilə qarşılaşır və Şumer imperatopluğunu  yaradırlar”. Kramerin düşüncəsinə görə, Şumerlər Kafkasiyadan Xəzər dənizi ətrafından Önasyaya köç etmişlər. Orada yerlilərlə qaynayıb qarışmış, son halda böyük Mezopotomiya imperatorluğunu qurmuşlar. Əgər biz Kramerin düşüncəsi ilə razılaşarsaq, demək, Sümerlərin türk olmaları kuşkusuzdur.
             İ. Nyuton Türklərin ilk gəlişmə yurdunun Ön Asya olduğunu qeyd edərək yazır: “Türklər Fərat çayı boyunca gəzişən zamanlarda, dünyaya uyğarlıq gətirmələrinin fərqinə varmırdılar”. (Aytunc Altındal - Vikipediya).  Yazarların zənnlərində həqiqətə uyğunluq var. Arxeoloji axtarışlarda Sümer mədəniyəti ilə, Kür-Araz mədəniyətində bir çox yaxınlığın, oxşarlıqların olması kəsinlənmişdir (təstiqlənmişdir).
            İngilis alimləri S.L.Loyd və Q Ceyld yazırlar: “Dəclə çayı axarında Turanlılar çox qədim dönəmlərdən yurd salmışlar və yüksək uyğarlıqlar  yaratmışlar. Yaklaşıq olaraq (təxminən) 10-12 min il bundan qabaq Dəclə və Fərat çaylarının qovşağında yerləşmiş türklər ətraflarında yaşayan saysız-hesabsız yabançı tayfaların arasında ulu bir uyğarlıq yaratdılar. Çox çəkmədi ki, qoca Asyanın münbit torpaqlarını cana gətirdilər. İndiki Kərkük yaxınlığında aşkar edilmiş e.ö.-8 min ilə ilişgi edilən yurd yerləri, onların qədim yurd yerləridir. Dəclə çayının orta axarında aşkar edilmiş, e.ö. 6-minilliyə ilişgi Samarra uyğarlığı iki çay arasının ilk özül, təməl yaşayış yerləridir.” (Şumerlər. Vikiped). Loyd və Ceyldin apardıqları araşdırmalar və söylədikləri düşüncələr, C. Coocvaldın və Mayatəpənin düşüncələri ilə üst-üstə düşür. Türklərin 14 min il öncədən Mu qitəsindən gələnlərlə qohumluqlarının, uyğarlıqlarının (mədəniyyətlərinin) oxşar olmaları gümanını artırır. Bunlardan başqa da bir çox araşdırıcı bilginlər, 400 ildir ki, Türkün kökünün Önasya və Qafqazdan  10-12 min il əvvəl dünyaya yayıldıqlarını deyirlər.
             Göründüyü kimi, bir çox tarixçi bilim adamları (Çələbi və b.) XVI-əsrdən bu yana türklərin Elamdan, Mezopotomiyadan, Urmiyaya və Araz ətraflarından dünyaya yayıldığını demişlər.   Belə olan halda bəs necə oldu ki, birdən- birə XIX-əsrdə türklərin gəlişmə, oluşma (təşəkkül) köklərini doğu Asyaya aparıb, Monqolustanda və Uyğurustanda axtarışlarının kanıtları (dəlilləri) çox qarmaqarışıqdır. Buradan açıq-aydın görünür ki, Avropa  bilginlərinin türklər haqqında apardıqları araşdırmalar həmişə qərəzli olmuşdur. Ona görə də türkün tarixini türkün özü araşdırmalı və türkün ilk atayurdunun ön Asya olduğunu tanıtmalıdır (sübut etməlidir).
             Tarixçilik qaynaqlarından bizə aydındır ki, keçmişdə bir çox yüksək uyğarlıqlar olmişdur və dönəm keçdikcə itib getmişlər. Çox yüksək uyğarlıqlı Atlantların, Mumların, Latınların nəinki uyğarlıqları itmişdir. Özləri də tarix alanından silinmişlər. Aydın olmayan hər hansı ilgidənsə, ən qədim türk xalqınında ilk ön Asya uyğarlıqları itmişdir. Ama bir xalq kimi özləri tarix alanından silinməmişlər. Yenidən dirçəlməyi bacarmışlar. Ona görə də bu gün ön Asya türklərinin tarixi və gələnəyi bir çox dartışmalara ilgi olmuşdur.
             Oğuz  xan və onun hunları ən azı 8-9 min il öncə batı Asya uyğarlığını doğu Asya xalqına gətirmiş və bu gələnəkləri doğu Türküstanda yaşatmışlar. Beləliklə, dil baxımından bütün Asya xalqları qarışıq bir ulus (millət) halını almışdır. Hunların uyğarlıqları (mədəniyətləri) yerlilərdən üstün olduğu üçün, ölkədə aparıcı güc hunlar olmuşlar və aşamalarla bütün xalq Hun adlanmış, sonralar isə böyük Hun ölkəsini, imperiyasını yaratmışlar.  Urmiyada mixi yazılarında adı çəkilən Hunların tarixi 8500 ilə getdiyi halda, doğu Asyada ilk Hun adı 3000 il öncəyə çatır. Bu gün bütün türklər, dünyanın böyük bir alanını kapsayan xalq, eyni dildə danışmalarına görə Oğuz xana (Zülqərneynə) borcludular.                                                                                                                                                                                                                      
                Türk torpaqları çox geniş, xalqı çox çeşitli olduğu üçün, onların dünyagörüşləri də çox çeşitli olmuşdur. Bir çox qarışıq köklərə özgün (aid) olan türk xalqını bir inam və bir gələnək çəmbərinə (çevrəsinə) salmağın özü inanılmazdır. Belə ki, Tanrıçılığın ən qədim inam simgəsi sayılan çarxlı xaçı (çarxıfələk), eyni görkəmdə həm Önasyada, həm doğu Türküstanda, həm Dunay sınırlarında, həm də Avstaliyaya yaxın Mu adalarında aşkar edilməsi, bu geniş torpaqlarda yaşayan türklərin bir gələnəyə qulluq etmələrinin göstəricisidir. Demək, hansı dönəmdəisə doğu və batı Türküstanı bir inam altında, bəlkə də bir dövlət sınırında yaşamışlar. Bu da yalnız dastanlarda yaşayan Oğuz xan imperiyasının olması zənnini yaradır.
           Mixi yazılarının şifrələrini oxuyan tanınmış bilgin Yulius Oppert 1869-cu ildə yazır: “Mixi yazısının yaradıcıları olan xalq, heç də  deyildiyi kimi, sami mənşəli xalq deyil, bu yazıların sahibinin Türk, Fin , Hunqar dilləri ilə çox yaxın əlaqələri var.(T.Azərtürk “Mixi yazılı azəri türk dilinin qramatikası” Bakı 2004 s.41). 
            Hitler də  Sümer tarixinə ilgisiz qalmamışdır. O:”Sümer dili ümumi əlamətlərinə görə türk dillərinə daha yaxın olan dildir. Semit və Fars dillərilə heç bir əlaqəsi yoxdur”deyir.  (Vikipediya-Kayzen).                                                     
           Sümerşunas Müazzəz İlmiyə bildirir ki, Sümer sözü bu gün  Orta Asya dağ sıralarında  və Semerkənt şəhərinin adında  işlənir. Sümer təpəlik anlamında işlənən sözdür. Sümer xalqının doğru adı “Kingir”(Kəngər) olmuşdur deyir.(vikipediya).
         F. Ağasıoğlunun düşüncəsinə görə Kəngərlilərə  Subarlılarda deyilmiş. Ona görə də Akkatlar Subarlara Sumerlər demişlər. Sumer tabletlərində e.ö. XXV- əsrdə Kəngər adına rast gəlinir. (F.Ağasıoğlu. III bitik s 175) Sümer xalqının adının Kəngər olması, Azərbaycanın ən qədim xalqı olan Kəngərlərlə Sümer Kəngərlərinin qohumluğuna bir kanıtdır.
          T. Azərtürk  yazır:“Şumer-Sümer adlı xalq olmamışdır. Bu ad sonralar qondarma düzəldilmiş addır. Şumer adına heç bir keçmiş yazılarda, nə şumer mixi yazılarında nə Tövratda, nə İncildə rast gəlinmir.  Amma Türk adına bir çox Şumer yazılarında və Tövratda rast gəlinir. Tövratın 3 minillik tarixi olan xəritəsində Türük dövlətinin yeri də göstərilir. Şumer adı, 1850 ildə iki çay arası türklərinə verilən addır”. (T.Azərtürk. Şumerlər. Vikiped)
          T.Azərtürk, ”Mixi yazılı Azəri türk dilinin qrammatikası” əsərində (Bakı 2004 s.16) yazır: “Neçə on illərdir Azərbaycanın  itigörən alim təbəqəsinin  “Şumerlər bizim ulu babalarmızdır” fərziyyəsi öz həyatiliyi ilə indi ortalığa çıxır. Bu isə e. ö. 6500-ci ildə   yaşamış Enlil İsmə  Dağandan başlayan həqiqətdir.... İndi gil lövhələrdə dəfələrlə rast gəldiyimiz Turuk, Türk etnonimi sübut edir ki, Babilan və qədim İran ərazisində yaşamış həmin türükkülər bizim ulu əcdadlarımız, türklər olmuşlar”.
             F,Ağasıoğlu türklərin Araz çayı qırağında yurd salmalarını e.ö. VIII minilliyə aparıb çıxardır: “ Saqa-Qəmər boyları Araz qırağında yaşamırşlar” deyir.(F.Ağasıoğlu “Qədim türk eli” s.- 73). (Kür, Araz çaylarının başlanğıcı yuxarı dağ Borçalıdan başlayır -İ.M.)  Ağasıoğlu əlavə edərək yazır ki,Türklərin ata yurdunu yalnız  Altayda axtaranlar həqiqəti görmək istəmirlər. (Qədim türk eli s.-68). Yazar türklərin  Altaya köcmələri və sonradan geriyə qayıtmaları haqqında xəritə də verir. Xəritədə Saqa-Qəmər türklərin Azaq (Azov) dənizi ətrafına gediş –gəliş yolunu Qarabağ- Borçalı-Qara dəniz sahili  ilə göstərir.( s.69) Ağasıoğlunun zənnini qəbul etsək, Qarabağ-Borçalı türklərinin tarixi 7-8 min ilə gedib çıxır. T.Azərtürk isə, “bizim ulu dədələrimiz qədim Sümerlərdir” deyir. Borçalı xalqının arasında Sümer sözlərinin geniş işlənməsi Azərtürkün zənnini bir daha kəsinləyir. Bu gün Borçalıda işlək halda olan 400 Sümer sözlərindən bəzilərini yada salaq.
Sümercə                Azərbaycanca                   Sümercə.                            Azərbaycanca
Acımaq                        Acımaq                          Elat                                                 Elat
Adam                           Adam                              Eren                                               Ərən
Ada                               Ata                                   Erə                                                 Ərə
An                                 An                                     İggə                                              Higgə       
Appak                          Ağappak                          Genə                                            Gənə                                                   
Bəəm                           Bəyəm                              Hala                                             Hələ       
Qutum                         Qutum                              Höllə                                           Höllə, Hellə
Cajim                            Cejim                               İrrah                                            İrah                                                                                                                                                                                                                                                                                Karsız                           Karsız                             Çatı                                               Çatı
Çiçi                               Çiçi                                    Matım                                          Matım      
Dugə                             Dügə                                 Veyl                                              Veyil         
Elam                             Elam                                  Yak                                               Yak, Yax və s.    
             Ö.Çələbinin açıqlamasına baxmayaraq, 400 ildən artıqdır ki, bu dartışma gedir. Hələ də aydın deyl ki, bilginlərimiz haçan  türklərin oluşma (təşəkkül) tarixini aydınlaşdırıb, bu xalqın kimliyni doğru-düzgün xalqa çatdıracaqlar.
            Azərbaycanda olan Azıx mağarasını ermənilər,  az bir zaman içərisində onların ilk oluşma  yurdları kimi dünyaya yaymağa nail oldular. Ama bizim bilim adamlarımız hələ də üzlərini doğudan, Monqolustan sınırlarından çevirmək istəmirlər. N. Cəfərov yazır: ”Qədim türklərin vətəni ilk orta əsrlərdən bəri Türküstan kimi tanınan  geniş çöllərdir..... Azərbaycan xalqının  təşəkkül formalaşma tarixi eramızın ilk əvvəllərindən başlayan bu proses orta əsrin sonu XVI-XVII-əsrlərdə başa çatmışdı.” (N. Cəfərov “Qədim türk ədəbiyyatı” Bakı  2004 s.-46)
              Sonda ulu dədələrimizin bir neçə qədim şeirini qədim dildə də oxucuların öhdəsinə verirəm. I-Arazın sağında Urmiya torpağında tapılan 8 – min il öncəyə ilgili edilən, mixi yazıları ilə qayalara yazılmış bir şeiri, Taryel Azərtürkün açıqlamasında verirəm.                                                                                                                        
“Ərudü udsuz Kür deyə kü, Arazu deyə,                                                                                                                                      Gələ edə saab barı Hunca deyə, Hunca deyə.                                                                                                             Kaşki Bida sağala, Həmmadan kuku,                                                                                                                            Kaşki Bida Nukuş ürə, Həmmədan kuku.                                                           
           (T.Azərtürk “Mixi yazılı azəri türk dilinin qrammatikası” SEATTLE.Baku 2004 s.199)           
Çevirməsi  (tərcüməsi):                                                                                                                                            Əridim odsuz Kür deyə, Araz deyə,                                                                                                                                Gələ edə yardım Hunca deyə, Hunca deyə,                                                                                                             Keşgə Bida sağala Həmmədan kuku,                                                                                                                              Keşgə Bida naxış vura Həmmədan kuku.
                                                                          *Kuk, Tutu kuşunun adıdır.                                                                                                          
           1970 illərdə İravan arxeoloji qazıntılarında tapılan  ox üzərindəki yazıların 4 min il öncələrdən yazıldığı deyilir. Yazını oxumuşlar orada deyilir:
“Sar deyə, əyir iyə, gejdi səba                                                                                                                                                                 Sar deyə əyir iyə durisə üstünü”.
          T.Azərtürk. “ mixi yazılı azəri türk dilinin qrammatikası” Bakı 2004 s.15
           Sar sözü danışığmızdan çıxsa da, mahnılarmızda “yağı, quldur” anlamında hələ də işlənir. Yazının cevirməsinə (tərcüməsinə) də gərək yoxdur. Azərbaycan dili olduğu aydındır.
Yazı hansı dilə ilgin olmasına baxmayaraq, ermənilər həmin yazını əllərində örnək tutaraq, erməni şəhəri kimi İravanın 4 min illiyini keçirdilər.
          Şeirlər 8 min və 4 min il öncədən yazılmasına baxmayaraq,  oxucu anlamı çox aydın başa düşür. Kür-Araz üzərində böyümüş  ulu nənəmiz olan Bida Hun qızı Həmadaninin bu şeyrindən Hun türklərinin xüsusilə Borçalı Anadolu türklərinin hansı dönəmdən yerli xalq olmaları açıq aydın  görünür. 
         İndi doğu Türküstan Uyğur  türkünün şeirini oxuyaq: E.ö. V-əsrdə yaşamış Alp Ər Tonqanın ölümünə deyilmiş şeirdən:                                                                                                                                                                          
“Ödlək küni tavratur,                                                                                                                                                Yalnquk küçin kəvrətür,                                                                                                                          Ərdin ayün sevritür,                                                                                                                                                          Qaçsa taki ertilür.”                                                                                                                                                       
Qaynağın dilini azərbaycan türkləri heç cür anlaya bilmir.   
Çevirməsi (tərcüməsi)                                                                                                                                       
“Fələk fürsət gözlədi                                                                                                                                                Gizlicə tələ qurdu,                                                                                                                                              Bəylər bəyini apardı.                                                                                                                                                  Qaçsa necə qurtulacaqdı”.           
(N.Cəfərov “Qədim türk ədəbiyatı” Bakı  AzAtaM.2004.s 81.)          
            Bu şeirləri oxucu özü incələyib aydınlaşdırsın.  8-min il öncədən yazılan dilmi,  yoxsa 2500 il öncədən yazılan dilmi Qafqaz türklərinin dilinə yaxındır. Bu zaman o hansı türkün törəməsi olduğunu, Qafqaza gəlməmi, yoxsa yerlimi olduğunu yaxşı  anlayar.  Görəsən, “Qafqaz və Önasya türklərinin doğudan Monqol sınırlarından gəlib” deyənlər bu yazıları oxumurlarmı?
              Bu tarixi anıtlardan açıq-aydın görünür ki, 8 min il öncədən danışılan türk dili ilə çağdaş dilmiz arasında çox az ayrınc var.  “Doğu prototürk arxeoloji qaynaqları ilə bağlı bu qısa xatırlamalardan aydın olur ki, prototürk etnosunun ilk Atayurdunu mərkəzi Asyada yerləşdirməyin heç bir arxeoloji əsası yoxdur”. (F.Ağasoğlu I-bitik Bakı 2014 s.112)             
             Bir çox tarixçilərin yazılarını araşdırdıqda belə düşünmək olar ki, Dəclə-Fərat çayları, Kür-Araz çayları    Ceyhun-Seyhan çayları arası eyni uyğarlığa (mədəniyətə) ilişikdir (aiddir) və bu xalq türk xalqıdır. Ona görə də  doğu türk ellərilə, batı türk elləri arasında  ümumi gələnəklərlə bərabər, hər boyun özünə uyğun gələnəyi də olmuşdir. Onu deyim ki, soyçəkiminin çeşitliyi necə olur-olsun, xalqın birliyində  dil və din böyük rol oynayır. Doğu Asya ilə batı Asya arasındakı, dinin və dilin birliyi qarşılıqlı bir uyğarlıq yaratmışdır. Odur ki, harada Hun adı var, orada türkün sümüyü yatır. Harada alp sözü var, orada ulu türkün ayaq izi var.     
           1868-ci  ildə Ceyms Coocvad adlı ingilis arxeoloqu Hindistan monastrının birində çoxlu yazılı tabletlərin olduğunu görmüşdür. Monaxlardan biri bu tabletlərin  14 min il öncədən Sakit okeanında batmış Mulara ilişgi (aid) olduğunu söyləmişdir. Ceymis Coocvad həmin tabletləri oxumağı təpərləyir (qərara alır). Bu yolda 50 il ömür itirir. Son anda (Nəhayət) 1916-cı ildə tabletləri oxumağı bacarır, bununla da tarixdə yeni səhifə açır. Yazının üç müxtəlif əlifbada yazıldığı, amma hamısının eyni dildə olduğunu aşkar edir. Yazıdan aydın olur ki, vaxtilə Sakit okeanında Mu adlı qitə olmuşdur. Qitədə 200 min il yüksək uyğarlıq hökm sürmüşdür. E.ö.12-ci minillikdə  qitə bataraq Sakit okeanın dibinə getmişdir. Orada  yaşayanların çox az bir bölümü qaçaraq qurtula bilmişlər. Qaçanların bir bölümü Bəsrə (Fars) körfəzinə çıxaraq, Dəclə-Fərat çaynın axarında yerləşmiş, bir bölümü Sakit okeandan qədim Uyğur torpaqlarına çıxmış, bir bölümü isə güney Amerikanın Meksikadakı,  Mayaların torpağına çıxmışlar.
             Sonralar İngilis, yapon arxeoloqları Avstaliya yaxınlığındakı adalarda axtarışlar aparmışlar. Adalardan çoxlu uyğarlıq qalıqları aşkar etmişlər. Həmin adaların Mu qitəsindəki dağların yüksəklikləri, təpələri olduğu kəsinlənmişdir. Yapon arxeoloqları Sakit okeanın dibində yüksək uyğarlığı olan şəhər və piramidlər aşkar etmişlər.  
  C. Coocvad üç cilddə bitik (kitab) yazmışdır. Bizi ilgiləndirən (maraqlandıran) onun cıxardığı son olğunluklardır (nəticələrdir). O, yazır:
1. Yer üzərində ilk sivilizasiya Mu qitəsində olmuşdur.
2. Mu qitəsində yaranmış olan təktanrıçılıq inancının 70 min il yaşı var.
3. Qitədə 4 irq yaşamış, hər bir irqin özünün ayrı əlifbası olmuşdur. Əlifbalar ayrı olmalarına baxmayaraq, irqlərin dilləri eyni olmuşdur.
4. Ölkə RaMu İmperatorluğu adlanmışdır.
5. Qitədə 200 min il yüksək uyğarlıq olmuşdur.
6.Qitə adamları cağdaş dönəmin adamlarından üstün bilikdə və uyğarlıqda olmuşlar. (T.Mayatəpək itmiş sivilizasiya)
               Dəclə- Fərat axarına gələn bölüm haqqında  Tahsin Mayatepek yazır:  “ Əski türklərin ilk yurtları Orta Asya deyildir. Sakit okyanında 200 min il mövcudluğunu qoruyub saxlamış və sonra okeanda batmış Mular olmuşlar. Onlar Bəsrə (fars- İ.M.) körfəzi ilə Mezopotomiyaya, Fərat çaynın qovuşmasına, (deltasına) gəlmişlər. Burada Mu qitəsinin yüksək uyğarlığını yaratmışlar. Sonralar Misirə də yiyələnmiş, Misir uyğarlıqlarını yaratmışlar, özlərinin dilini və dini inancını yaymışlar. Akkat və Sümer adı ilə tanınmışlar. Ola bilsin ki, bu ilgidən də Sümer və Mayya arasında olan bir çox oxşarlıqlara rast gəlinir”. (Tahsin Mayatepek “ İtmiş sivilizasiya” vikipediya)
               20-ci əsrin ortalarında Yapon arxeoloqlarının Sakit okeanda aşkar etdikləri şəhər  və piramid  Mayatepegin zənninin doğru olduğunu kəsinləyir.  Mayatəpəgin gəldiyi son olğunlıqdan belə başa düşülür ki, Mular Sümerlərin, həm də Türklərin ulu dədələridir. Onlar özlərilə dillərini və dinlərini yeni yurtda onlara verərək yaşatmışlar. Tanrıçılıq dininin yaradıcısı mulardır. Belə bir sanma irəli sürmək olar ki,  Oğuz xanın atası Qara xan da Muların törəməsidir. Çünki  mifdə Qara xan Tanrı kimi, dastanda isə xaqan kimi verilir. Mu qitəsinin xalqının dili türk dili, dini Tanrıçılıq olmuşdur. Tarixçinin gəldiyi sakınqanlığı (qənaəti) bir də ona görə doğru saymaq olar ki, Mular Mezopotomiyaya və Misirə gələndə buradakı yerli xalq, onları Allahlar kimi qarşılamışlar. Çox güman ki, o dönəmlərdə Afrika xalqının da gəlişmiş dilləri və dinləri olmuşdur. Ona görə də mularla qaynayıb qarışmamışlar, Bu gün də burada çoxlu dillərin və dinlərin yaşadığını görürük.
               Ömrünün bütün çalışqanlıq illərini Mayya uyğarlığı yolunda keçirmiş  Mayatepekin Uyğurlar haqqında olan  düşüncəsində də doğruluğun olduğu görünür, ona görə ki, xalq dastanında Oğuz xan aylarla getdiyi yürüşündə həmişə yabanılara, dilbilməzlərə rast gəldiyi halda, birdən qarşısında at minən ox atan, dil bilən xalqın olduğunu görür. Adlarına da “Uyğur” deyir.
               Araşdırmaçı Okkan Keleş  yazır:  “Qin Linq Şan dağlarının ətəyində irili ufaqlı (xırdalı) 100 ədəd öyükü ilə (kurqan ilə İ.M.) bərabər 300 metr  yüksəkliyində bəyaz piramid yerləşir. Piramidin10-6 min illik yaşının (tarixinin) olduğu deyilir. Piramidin içində mumiyalanmış  bir qadın yatır. Boyuna və görkəminə görə Çinlilərə oxşamır. Antropoloqlar qadının Qafqaz irqində olduğunu deyirlər.  Mumyanın yanında 2 metr boyunda başı iki buynuzlu bir bədiz (heykəl) var.  Bu buynuzlu bədiz kimindir deyə soruşduq. “Bu bədiz sizin ulu babanız Oğuz xanın bədizidir. Oğuz xanın gömütü aşağıda, alt qatdadır” dedilər.   Alt qata pilləkən enirdi. Cox dilək etdik ama enməyə izin vermədilər”.
               Okkan Keleşin söhbəti bir çox  gizlərin  üstünü açır. İlk öncə Oğuz Xanın nağıl yox, tarixi kimsə olduğunu göstərir. İndiki Çin ölkəsinin batısı qədim türklərin torpağı olduğunu kəsinləyir.  Oğuz xanın gömütünün bir neçə yerdə olması  Oğuz adında bir neçə xaqanın olmasını göstərir. Ən dəyərlisi də odur isə, Zülqərneynin  yeroğlu olduğunu  kəsinləyir.                        
               Amma burada yenə bir kuşqu yeri var. Bütün araşdırıcı tarixçilər Muların Uyğurlarla görüşdüklərini, uyğurların yüksək uyğarlıqlara yiyələndiklərini, Çinlilərin ilk uyğarlığı, at yetişdirməyi, yay-ox düzəltməyi, ordu reformasını və bir çox uyğarlıqları Uyğurlardan öyrəndiklərini yazırlar. (F. Ağasıoğlu I-bitik Bakı 2014 s.330)  Amma biz bu gün  Çinlilərin uyğarlıqlarının Uyğurlardan daha yüksək  olduğunu görürürük. Çində ən qədimdən hər yönlü yaranmış yüksək uyğarlığın tanıkı (şahidi) oluruq. Dastanda da çinlilərdə yüksək uyğarlığın olması deyilir. Görünür qaçqınların yüksək uyğarlıqlarından  çinlilər daha yaxşı yararlanıblar. Çində olan yüksək gələnək,  bu gümanı kəsinləyir. Görünür Mular az olduqları üçün çox tez Uyğurlar və Çinlilər arasında ərimiş, Onlardan qalan yadigar yalnız Çin piramidləri olmuşdur. Dünyanın ən yüksək və qədim ağ piramidi Çində olduğu bilinir. Bu zənn Çinin həmin bölgəsinə beynəlxalq arxeologiya təşkilatının buraxılmamasında özünü kəsinləyir. Eyni halda da böyük Çin səddinin tikilməsində həmin gəlmələrin yüksək uyğarlıqlarının etgisi olmuşdur deyilir
               İlk sivilizasiyanın dünyanın müxtəlif səmtlərində bir- birindən xəbərsiz uyğarlığın  cicəklənməsi və bir-birinə tam oxşar olması Mu olayları zənnini artırır və kəsinləyir. Çinin isə yan-yörələri (ətrafları) yabanı (vəhşi) xalqla kuşatılmış olduğundan, uyğarlıq qapalı gəlişmişdir.
              Aydındır ki, dünyanın hər iki ucunda yaradılan bu uyğarlığın bir-birinə belə oxşarlığı heç bir halda yaklaşık (təsadüfü) ola bilməz. Belə olmasa 14 min il bundan öncə yoxa çıxmış bir xalqın mədəniyyətinin izi dünyanın iki ucunda olan Misir, Babil, Uyğur və Çində eyn dönəmdə niyə olsun? Yetgin uyğarlığa yiyələnməyən çılpaq qul halında olan Babillilər Babil qülləsinin 12 metr hündürlüyü olan  İştar qapısında hələ də gözəlliyini, parlaqlığını itirməyən çini kərpicləri hansı texnoloqiya ilə, kimlər anıklamışlar (hazırlamışlar)?  Bəlkə Babil qülləsi Muların yadigarlarıdır?. 
           Eyni dönəmdə də Mu qitəsinin yox olma dönəmi ilə, Mezopotomiyanın ciçəklənməsinin  eyni dönəmə düşməsi, doğrudan da Muların varlığından xəbər verir.  Uyğarlıqlarının və simğələrinin bir-birinə oxşar olmaları bu xalqın bir uyğarlığa yiyələnmələrindən salıq (xəbər) verir.
          İstər-istəməz belə bir gümana gəlinir ki, bizdən öncəki dönəmlərdə yer kürəsində yüksək uyğarlıq olmuşdur. Bu yüksək uyğarlığın çiçəklənməsi və birdən birə batması sorğusu hələ də öz qarşılığını tapmamışdır.
             Tam yetgin bilgi verməyən Mu yazılarından belə anlamaq olur ki, 70 min il yaşayan bir imperiyanın sözsüz ki, yüksək uyğarlığı olmuşdur. Ola bilsin ki, hətta hər cür çeşit aracları və texnikaları da olmuşdur. Doğada dəyişikliklər baş verən anlarda onlar çox güman ki, gəmilər və göy aracları ilə, özlərinə quru sığınacaq yeri axtarıb tapmış və dayandıqları yerdə yenidən yüksək uyğarlıqlar yaratmğa çalışmışlar. Yalnız tikililər və piramidlər qoymuşlar. Onlar göydələn piramidləri hələ də bilinməyən bir texnoloqiya ilə  yaratmış və  hansı bir dyərlə yararlandıqları da aydın deyil.
           Belə olan halda bəs niyə yalnız daş tikililərdən başqa yüksək texnoloqiyalı heç bir uyğarlıq izi qoymamışlar? Yazarların dedikləri kimi, Mu adasından gələnlərin  uyğarlıqları, gəlib düşdükləri yerli xalq qarşılığında (nisbətən) yüksək olmuşdur. Ama hər hansı ilişgidənsə, bəlkə texnaloqiyanın itməsi ucbatından, özlərinin öncəki uyğarlıqlarınadək yüksəldə bilməmişlər. Dönəm keçdikcə də aşamalarla unudulmuşdur.   
            Mu anıtlarındakı yazıya görə 14 min il öncə qitədən çıxan xalq, yalnız  aracları tutacaq sayda adamları ölümdən qurtara bilərdilər. Az olduğu üçün də bu yüksək ağıllı adamları yerlilər tanrının göndərdiyi kutsal adamlar kimi onlara tapınmışlar. Onların Allah dedikləri Nəmrudlar, Faraonlar ola bilsin ki, Mu boyundandılar. Nəmrudun törəmələri 700 il, Faraonun törəmələri isə 1500 il gückeçərlik (hökmranlıq) etmişlər və təbabətin kəsinlədiyi ilgidən, yəni Qemofiliya  sayrılığından (xəstəliyindən) soyları kəsilmişdir. Öz uyğarlıqlarını  yerli xalqa verərək, yavaş-yavaş xalqın arasında ərimiş, yox olmuşlar. Demək  Mezopotomiya və Misir uyğarlıqlarını 14 min il öncədən Mular gətirmişlər.  Ön Asyada gəlişmiş, uyğarlıq oradan da həm batıya, həm doğuya yayılmışdır.
            Açıklama: İnstitutda oxuyanda təbabət tarixindən dərs deyən müəllımimiz deyirdi: “Hələ yer kürəsində yeni-yeni toplumsal (icma) dönəmi yarananda Babildə tibb eliminin hər  yönəmli yüksək basamaya qalxmş bir dönəmi olmuşdur. Ən incə göz əməliyyatları, ən ağır orqan əməliyyatları edilmişdir. Hammurabinin verdiyi qanunlar bizə bu sözü deməyə ipycu verir. E. ö.1800-ci illərdə yazılmış Hammurabi qanununda deyilir ki, əməliyyat zamanı gözü kor edən həkimin bir gözü çıxarılsın, sənətdən qovulsun, yanlış əməliyyat edən cərrahın əli kəsilsin. Hammurabinin diş protezi elə incə düzəldilmişdir ki, onun düzəlmə gizi bu gün də bilinmir. Babildən sonra tibb elimi Misirdə yüksəliş etmişdir. Bu yüksək uyğarlılıq (mədəniyyət) sonralar tam itmişdir. Bizim bu günki təbabət hələ Hammurabi dönəminə gəlib çatmayıbdır. Misir faraonlarının sümüklərini yoxlayan bilginlər onların sümüklərində Hemofiliya sayrılığının patoloqiyasını aşkar etmişlər. Hemofiliya sayrılığı da Nəmrudların və Faraonların kişi nəslinin kəsilməsinə nədən olmuşdur.”
              Yazılarından aydın olur ki,  onlar ari, təmiz qanlı soydan olduqlarına görə yalnız öz soyları ilə, qanlarından olanlarla evlənmişlər. Qanda da onların bilmədikləri genetik-irsi Hemofiliya sayrılığı olmuşdur. Nə qədər özlərini qorusalar da, oğlanlar gənc ikən ölmüşlər. Son halda oğul nəsli kəsilmişdir. Qadınlar da yerli xalqla evlənərək, əriyib yox olmuşlar.     
             Ola bilsin ki, dəmirin tapılması muların gətirdiyi yenilikdir. Çünkü dəmir uyğarlığı  bir birindən 10 min kilometrlərlə aralı olan dünyanın hır iki ucunda Çində və Mezopotomiyada  eyni dönəmdə aşkar edilmişdir.  Mulardan gələn uyğarlıq (mədəniyyət) Mezopotomiyada yüksəlmiş, Çində və Babildə elmin bütün sahələri çiçəklənmişdir, Bilik dünyasının bütün alanları yüksəlmiş və son halda  Hammurabi qanunları yaradılmışdır. Axırda da yabançı tayfa olan Xettilərin basqıları Babil uyğarlığını yer üzündən silmişdir.
            Xettilərin basqısından qurtulan bilim adamları qaçıb Mədainə (Persepola) sığınmışlar. O dönəmlərdə Mədain bilginlər ocağına çevrilmişdir. Dönəmin dünya namlı  tanınmış Anahad anıtı, bilik ocağı (mərkəzi) olmuşdur. Yavaş- yavaş Mədaində  uyğarlıq yüksəlməyə başlamış, bir çox çeşitli bilik ocaqları yaranmışdır. Belə bir ünlü bilim ocağını e. ö.IV-əsrdə  Makodoniyalı İsgəndər dağıdaraq, yer üzündən silmişdir.
           Yeri gəlmişkən, sağlıq və doğum Allahı olan Anahadı araşdırıçı bilgin, Hikmət Məmmədzadə, Anahad sözün anlamına aydınlıq gətirmədən onun fars xalqının Tanrısı olduğunu deyir.  Adından da anlaşılır ki, “Anahad” təmiz  türk sözüdür. Yaxın keçmişdə Borçalıda  həkimə, “hadıq”, uşaq tutan mamaçalara da “anahadıq” demişlər. Bəlkə bu gündə deyilir “Hadıq” sözü qədim türklərdə “həkim” anlamını verən söz kimi işlənmişdir. Bu gün də ucqar kəndlərdə həkimə hadlq deyənlər var. Türkün “ana” və “hadıq” sözlərindən əmələ gəlmiş anahadıq sözü aşamalarla (tədricən) dəyşirilərək “Anahad” olmuşdur. Anahad anıtnın türklərə ilgin olması bir də onunla kəsinlənir ki, Anahad anıtına at qurbanı verilməsini bir çox tarixçilər əsərlərində göstərmişlər.  At qurbanı gələnəyi  yalnız türklərdə olan gələnəkdir.
            Aydın olmayan hansı ilgidənsə, ən qədim sözümüz olan Anahad, ədəbiyyatmıza və bilim dünyasına yanlış olaraq, Anahid kimi girmişdir. Görünür, bizim bilginlərimiz, bu sözün ilkini ədəbiyyata gətirəndə xalqın dilindən yox, yad qaynaqlardan, fars, erməni, ya da gürcü qaynaqlarından (mənbələrindən) götürmüşlər. Çünki onlar da Anahadı özlərinin sağlıq və doğum Allahı bilirlər. Amma onlar adına  Anahid deyirlər.
          Qafqaz xalqları, türklər, gürcülər və ermənilər, hər biri ayrılıqda, doğum və sevgi ilahəsi olan Anahadı özlərinin ilk Tanrılarından biri sayırlar. Bilim dünyası da Anahadın (Anahidin) Saturn ulduzuna verilən ad olduğunu deyir. Ən qədim türk əyəsi olan Anahadı, Misir anıtının baş ilahəsi İzislə qarşılaşdırmaq olar. Tarixi qaynaqlardan bildiyimizə görə, Misirdə İzis anıtı kimi, Güney (Cənubi) Azərbaycanda da Anahad anıtı (məbədi) dünya ünlü bilik ocağı olmuşdur. Bu anıtda kahinlərlə bərabər, dünya elmlərinin bilikləri də öyrədilmişdir.Tarixçi yazarların verdiyi bilgilərə görə, böyük  bilgin Pifaqor Dara dövründə əsir düşdüyü dönəmlərdə, bu məbəddə 8 il astralogiyadan geniş bilik alaraq, ölkəsinə qayıtmışdır. Bir sıra tarixçilərin verdikləri bilgilərə görə, Pifaqor əsirlikdə olarkən, Vavilonada Zərdüşt ilə  görüşmüş və ondan ulduzlar haqqında  bilik almışdır. Bu düşüncəni yazan tarixçilər yanlışlığa yol vermişlər. Tarixi bilgilərə görə, Zərdüşt Pifaqordan bir neçə yüz il (dolaysilə 300 il) öncə yaşamışdır. Belə olan halda, Pifaqor Zərdüştlə yox, Zərdüştlüyü öyrədən, onu yaşadan kahinlərlə görüşə bilərdi və onların köməklikləri ilə biliyini artıra bilərdi.
              Babillilərlə Mu uyğarlığı Misirədə yayılmış, bundan yararlanan Misir uyğarlığı getdikcə çiçəklənmiş,Yərüssəlim Misirin bilik ocağına çevrilmişdir. Getdikcə ətgi (nüfuz) qazanan xristianlıq yöntəmi (hərəkatı), dünya  elmlərinə basqılar etməklə, onu sıxışdırmağa başlamış və bilim adamları məktəbi Yərüssəlimdən İsgəndəriyyəyə köçürməyə  vadar olmuşlar. İsgəndəriyyədə biliyin bütün alanlarına  uyğun fakültələr yaradılmış, bilim loborotoriyaları açılmışdır. Bilik dünyasının çiçəkləndiyi bir dönəmdə, xristianlığın da ətgisi artmağa başlayır. Bu dönəmdə İsgəndəriyyədə yahudi və xristian qırğını yaradılır.  İsgəndəriyyə Universtetinin astronomiya, astrologiya, riyaziyat bilgini filosof Hipatiya (370-415) bu hqsız, anlamsız və yersiz din qırğınının qarşısını almağa çalışmış, hər iki yağı düşərgəsinin ortasında çıxış edərək, onları barışığa çağırmışdır: “ Boş inancları gerçək deyə xalqa öyrətməkdən daha qorxunc  bir şey ola bilməz. İnsanların boş inanclara bir gerçək kimi inanıb, uğurunda döyüşüb ölmək dəlilikdir. Bu dəliliyə uymayın” (Hipatiya internet) deyə onları barışığa çağırmışdır. Bundan öfkələnən (hiddətlənən) xristiyan din xadimi,  “O dinsiz ifritədir ulduzlarla danışır Allaha qaşı çıxır, o ölməlidir” deyərək, xalqı onu öldürməyə çağırır. Xalq İlk qadın bilginini (alimini) soyundurur, dərisini soyur və oda atırlar. Dinə qarşı çıxan  bilgin filosof  Hipatiya dinin ilk qurbanı olur. Filosofun rəsədxanası və məktəbi dağıdılır. Bundan sonra yüzlərlə, bəlkə də minlərlə bilginlər dinin qurbanları olmuşlar.
           İsgəndəriyyədən qaçan bilim adamları Hələbdə dünyəvi məktəb açırlar. Tezliklə bu məktəb, çox böyük etgi qazanır. Bundan qısqanclıq çəkən xristian rahibləri Hələb məktəbini də yandırır, ələ keçən ögrətmənləri öldürürlər. Ordan qacmağı bacaran ögrətmənlər, Bağdadda yenidən məktəb yaradırlar. VII-əsrdə Bağdad məktəbinin şöhrətli vaxtı İslam impreriyası Bağdadı tutur. Bağdad islam dünyasının mərkəzi olur. 
           VIII-əsrdə islam imperiyası sürətlə genişləndiyi dönəmdə  Bağdadda yaradılan dünyavi bilik məktəbləri bağladılır. İşıqçıların ocaqları yandırılır. IX əsrdə İşıqçılıq- tanrıçılıq yenidən öz namını (şöhrətini) qaytarır. Yenidən dünyəvi məktəblər açılır.  Dünyəvi biliklərin yüksəldiyini görən ilahiyat üləmaları işragilik (işıqçı) məktəblərini bağlatmış, ustadları (mürşidləri) Mənsur Həllac  Bağdadda 922-ci ildə öldürülmüşdür. XII-əsrin əvvəllərində İşragiçilik (işıqçı-tanrıçı) kuramasının (nəzəriyyəsinin) yaradıcısı Şəhabəddin Suhraverdi yenidən canlandırmış, bundan hırçınlanan, tasalanan (məmnun olmayan) üləmalar, Ş. Suhraverdini 36 yaşında 1191 ildə Bağdad mədrəsəsinin qarşısında öyrənclər önündə asmışlar. Butun dünyəvi bilik ocaqları bağlanmış, bilginlər öldürülmüş sağ qalanlar  İsfahana qaçmış, Alamut  qalasında okul (məktəb) açmışlar. Okul 200 il dünyanın bilik ocağı  olmuşdur, Humanitar, təbabət, riyaziyat, Astraloqiya və bir çox dünyəvi biliklər öyrədilmişdir. Riyaziyatda Əl Birunu, coğrafiyada, astranomiyada Uluq bəy dünya namlı açıqlamalar (kəşflər) etmişlər. Ancaq bütün bunları islam dünyası boğur, açıqlamalar kağız üzərində qalır.  Bağdad üləmaları Alamut okul ocağının ünlənməsinə qısqanaraq tasalanırlar. Onu şeytan yuvası adlandırıb, xəlifəyə sızlıq (şikayət) edirlər. Xəlifə, Alamut okul ocağının bağlanmasına fərman verir. Okul  bağlanır, tanınmış öyrətmənlər öldürülür. Sağ qalanlar İtaliyaya etrüsklərin yanına qaçırlar. O dönəmlərdə etrüsklər tanrıçı olmuşlar. Günəşə, Dan (tan) ulduzuna və onun qızı Turana tapınmışlar.  Eyni dönəmdə də  türklərlə etrüsklərin dil və runuk yazı əlifba yaxınlıqları olmuşdur. Bəlkə kökənlik yaxınlığı da olmuşdur. Çünkü almanlar etrüsklərə “türk”  deyirlər.  (F. Ağasıoğlu I-bitik Bakı 2014 s.252)  
             İslam dünysında  bilik ocaqları sayılan Buxara, Təbriz, İsfahan, Səmərqənd  Xarəzm şəhərlərində də dünyəlik okullar bağlanır, kitabxanalar yandırılır. Bundan sonra bütün bilik alanında nəin ki, durqunluq yaranır, hətta olanlar unudulur.Yalnız dini oxullara (məktəb) izin verilir.  Son halda da islam dünyası indiki duruma düşür.  “ Elmə kor baxan iki gözdən olar.”       
          Bu şəhərlərdən qaçan bilim adamları da İtaliyaya qaçır və İtaliya dövləti bu ünlü  bilik adamlarına sığınacaq verir.  Onlar İtalyada etrusların başkəndi Florensiya şəhərində okul acırlar. Doğu dünyasının düşünən beyni Avropaya köçürülür. Florensiya məktəbi tezliklə  dünyanın ən nüfuzlu məktəbi olur, Avropanın bilik ocağına çevrilir. Rəssam Leonardo Da Vinçi, ünlü filosof F. Bakon, ünlü astronom Kepler, rəssam Bottiçelli, fizik İ. Nyuton, astronom N Kopernik və dünyada tanınmış bir çox bilim adamları Florensiya məktəbinin yetirmələridilər.  Türküstan bilginlərinin İtalyaya qaçmaları ilə Avropa bilik dünyasının yeni erası başlayır. Florensiya Amerika və Avropa  bilginlərinin ilk akademiyası olur. Əl Biruninin etdiyi kəşfləri yalnız 500 ildən sonra Kopernik yenidən aşkarlayır  və dünya şöhrəti qazanır.  Bundan sonra doğu dünyası nə qədər dahilər yetirsə də,  Avropa və Amerikada yaranan bilim dünyasından geri qalır.
            Yeri gəlmişkən onu da bildirim ki, XIX əsrdə Avropada elm, texnika, xüsusilə dəqiq elmlər surətlə inkişaf etdiyi, odlu silahların, parovozlatın, avtomobillərin yaradıldığı  bir dönəmdə  Avropada ali təhsil alıb vətəninə qayıdan Mirzə həsən Rüşti 1883-cü ildə İravanda  ilk yeni tipli dünyəvi məktəb açır. Mollalar kafir damğası vurub məktəbi yandırırlar.  Ölümün əlindənTəbtizə qaçan mirzə Həsən Təbrizdə dünyəvi məktəb açır. !888-də mollalar məktəbi dağıdırlar. Mirzə Həsəni daşa basıb ağır yaralayırlar. 1894-cü ildə türk dünyasında ilk “Vətən dili” adlı dərslik kitabını yazır. Kitab işıq üzü görəndı. Mirzə Həsən Rüşti cahiliyin qurbanı olur, öldürülür. Budur islamın türklərə verdiyi  yüksək uyğarlıq. (Bao. Az. Əlirza Amanbəyli inter.)
                         ===============================   
           Son dönəmlərdə bilim adamları bilim dünyasında  adamın yaranması haqqında yeni kuram (Nəzəriyə) yaratmışlar.  Adamların başqa bir göy planetindən kəlməsi kuramını irəli sürmüşlər. Dünyanın adlı- sanlı tanınmış bilim adamları  K.İ.V.də (Radio, televiziya, internetdə) kəsinləməyə çalışırlar ki, guya başqa planetdən gələn adamlar yerdə ağıla sığmaz yüksək uyğarlıq yaratmışlar, yerdə özlərindən kodlaşdıraraq bu günkü adamların ulularını yaratmışlar və sonda da yox olmuşlar.
           Çağdaş bilim adamlarının yaratdıqları bu küramda (nəzəriyyədə) dönəmin düşüncəsinə (təfəkkürünə), bilincinə sığmayan bir sıra yalanlar, yanlışlıqlar düzüb, qoşmuşlar. Bilginlər öz zənnlərini yer üzərində rast gəldikləri nəhəng tikililərin olması ilə və arxioloji qazıntılar zamanı nəhəng adam sümüklərinin tapılması ilə açıqlayaraq belə düşünürlər ki, guya bu nəhəng adamlar başqa planetdən gəlmişlər və nəhəng tikililər, piramidlər qoyub getmişlər. Biliyin çağdaş erişmələrinin (nailiyyətlərinin) və düşüncənin  bu günkü yüksəlişləri qarşısında belə bir sadəlövh, ağıla sığmaz  zənni (fərziyyəni) eşidəndə adamı şaşqınlıq götürür.
           Bilginlərin dediklərini, düşündüklərini, başqa planetdən gələn “qonaqların-Allah adamlarının” olmalarını mən danmıram. Gəlmələrin gəlib-getmə ideyası yerdə olan bir çox anıtların olması ilə qəbul edilə bilər. Ancaq yerdə olan bir çox çeşitlikləri və yerdə olan yüksək uyğarlıqları onların adlarına çıxmaq kuramı yanlışlıqdır.  Günəşin və yerin milyard illərlə ölçülən yaşını, günəşdə və yerdə baş berən evrimçilik (evaliyusiyon) sürəcləri (prosesləri), bu yerdə bizdən öncələrdə bir neçə kərə  yaranmış yüksək uyğarlıqların olmasını unudurlar. Bizdən öncələrdə bir neçə kərə yüksək uyğarlıqların olmasını  incələyib çözdükdə yüksək uyğarlığı yad planet adamlarının adına çıxmaq dünyagörüşünün yanlış olduğu görünür.  Adamın başqa planetdən gəldiyini  qəbul ediriksə, onda adamdan tutmuş, böcəklərə, soğulcanlaradək bütün canlı varlıqların hamısının da başq planetdən gəldiyini alımlamalıyıq.  Çünkü yerdə olan bütün canlı varlıqların kimyəvi, bioloji və fizioloji quruluşları zəncirvari bir- birinə bağlıdır.  Bu gündə yerdə evrimçilik sürəcləri getməkdədir. Yeni-yeni çeşitli varlıqlar yaranmaqdadır.  Ama biz onu duya bilmirik. Demək yer adamlarını göy adamlarının yaratması ideyasını adamın yetgin anlamlı düşüncəsi alımlamır.  Ağıl onu yadsılayır, danır. Əgər yad planetlərdən  Allah adamları gəlib yerdə uyğarlıq, yaratsaydılar, o zaman yerdə yüksək uyğarlıq birdən- birə yaranmış olaradı. Bu gün isə biz  daş dövründən başlamış basamalı evrim (təkamül) yolunun, atom dönəminədək gələn bir uzun yol keçdiyini görürük. Əgər adamları yad planetlərdən gələnlər yaratsaydılar, insan bu uzun gəlişmə yolunu keçməzdi. Heyvanlar aləmindən köklü halda ayrılmış olardı. Ancaq bu hal görünmür.
             Bilm adamları planetmizin gəlişmə və oluşma yollarını hələ də yetərincə dolğun araşdıra bilməmişlər. Darvinin evrim kuramının danılmasını kəsinləyən,  dünyanın orta zonasında tapılan, 45-60 milyon illik yaşı olan yaşam uyğarlıq yerlərinin və yaşayış yurdlarının olması, Ayı böyüklüyündə tarakan qalıqlarının, Nəhəng Dinazavr və quşlar skeletlərinin tapılması, Pakistanda 9 milyon illik yaşı olan 15 metr böyüklüyündə nəhəng adam skeletinin tapılması, bundan başqa dünyanın hər yerindən 7-8-9 metr  böyüklüyündə adam skeletlərinin tapılması o dönəmlərdə ki nəhəng varlıqların olmalarına, yer üzərində nəhəng anıtların qoyub getmələrinə inam yaradır. Eyni dönəmdə də başqa planetdən gələn varlıqların yerdə həmişəlik anıtlar yaradıb getmələrini  kəsinləmir, yadsılayır (inkar edir). Ancaq bizdən öncə yaşamış, nəhəng adamların olmalarını, nəhəng anıtlar, yüksək uyğarlıqlar qoyub getmələrini, sonralar da bir çox çeşitli ilgilər üzündən itib yox olmalarını  bir daha kəsinləyir.
            2017-ci ildə arxeoloqların Çində  aşkar etdikləri nəhəng dinazavrların 1500 kq. ağırlığında yumurtalarının olması kəsinlənmişdir. Belə nəhəng yumurtası olan quşu yetişdirən evrən, quşqusuz olaraq nəhəng adamları da yetişdirə bilər və yetişdiribdir. Kuşkusuz olaraq deyə bilərik ki, tapılan yekə adamlar Dinazavr dönəminin adamlarıdır. Vaxtaşarı evrəndə elə bir dəyşiriklik gedibdir ki, yaradıcılığına inanmadığımız anıtları yadigar qoymuşlar. Evrəndə dəyişmələr bu gün də gedir. Ama gödək ömürlü adamın ağılı onu çözə bilmir.
            Başqa planetlərdən gələn adamlarla meymunların  çütləşməsindən adamların  yaranmaları isə adamları alçaldan bir boşboğazlıqdır (cəfəngiyyatdır).  Çünki ulu Tanrının genetika qanununa görə, uyğunluğu olmayan genlərin birləşmələri yaradıcılıq bacarığında olmurlar. İnsanlar tərəfindən yaradılmış, quraşdırma, genlər artım (nəsil) vermə  bacarığında deyillər. Bunu biz genetika elminin geni dəyşirilmlş ürünlərində (məhsullarında) görürük. Demək adamla meymunun gen birləşmələri adam nəsli verə bilməz. Bu da bir saçmadır (cəfəngiyatdır.)

                                                        III-Bölüm
                                       Türklər necə islam oldular  
             Bir çox araşdırıcı tarixçilər yazırlar ki, türklər islamla qarşılaşdıqda onların böyük çoxluğu demək olar ki, hamısı birlikdə və daxildən gələn bir istəklə islam gininə dönmüşlər.  Türklərin ilk dinləri təktanrıçılıq olduğuna görə təkallahçı olan islamı asanlıqla götürmüşlər. Bu düşüncə doğru olsa idi, o halda yəhudilik və xristianlıqda təkallahlıdır. Ərəblərlə bir kökənli, bir gələnəkli xalqdır, onlar daha asan İslama dönə bilərdilər. Ama belə olmadı.
             Rəsul Hüseyinli yazır: ”Müsəlmanlar yalnız özünü müdafiə üçün son zərurət vasitəsi olarak cihatdan istifadə edə bilərlər......Göründüyü kimi ərəblər Azərbaycan əhalisi qarşısında islamı qəbul etmək tələbi qoymurdular. Türk soylarından hər hansı birinin islamı məcburən qəbul etmələri barədə mənbələrdə heç bir məlumata rast gəlinmir”. (R. Hüseyinli “Azərbaycan ruhaniliyi” Bakı 2002 s.20-21)
            Maraqlı məntiqdir Ərəblər ərəbistandan minlərlə km. Uzaqlarda Azərbaycan və Orta Asya torpaqlarında özünümüdafiə üçün vuruşmuşlar. Eyni zamanda türklərin islama dönmələri üçün, qan çanağında boğulmaları haqqında yüzlərlə mənbələr olduğu halda, R.Hüseyinli “mənbələrdə heç bir məlumata rast gəlinmir” deyir.  Bu yoxdur deyilən mənbələrdən bir neçəsini aşağıda oxucuya çatdırılacaqdır.
             Fazil Qəzənfəroğlu yazır: “ Türklərdə tanrıçılıq, bütpərəstlik dini olmamış, ona görə də türklər sonralar asanlıqla islam dinini qəbul eləmişlər.  Türklər islam dinini qəbul etməklə, türkün ata-baba dinindən imtina etmir, tək tanrıçılıq dini sisteminin yeni məlhələsinə qədəm qoyulmasına təkan verir. Bununla da türklərin islamda özlərini tapacaqlarına müdrikcəsinə qərar vermiş olur. (F. Qəzənfər. inter.)  
           Bir çox basınlarda (mətbuatlarda) “Dinlər tarixi”, “Türklərdə inanc”, “ Türkün qızıl kitabı”, ”İslamiyətin yayılışı və türklər” və bir çox başqa əsərlərdə, həm də bu günkü türk tarixçilərinin çıxışlarında,  ruhanilərin hədislərində, yazılı və elektron medialar basımlarında  (mətbuatlarda), adamları inandırmağa  çalışırlar ki, türklər öz xoşları ilə islam dinini qəbul etmişlər. Guya türklər islam dininə keçmək üçün ərəblərə diləyə də getmişlər.  Onların dediklərinə görə, Dədə Qorqut Məhəmməd peyğəmbərlə görüşüb. İslam dinini yaymaq üçün türklərə  din başcıları göndərməyi diləmişdir. Hətta onu da deyirlər ki, türklər bir xalq kimi milli varlıqları üçün islam dininə borcludular.
            Bir çox din bilginləri islamlığın ilk illərindən,  islam dinini bir ulusal (milli) ideologiya kimi alımlamış  və dini qüruru, ulusal qürurdan yüksəkdə tutmuşlar.  İslam dinini ulus (millət) düzeynə (səviyəsinə) qaldıraraq, biz islam ulusuyuq (millətiyik) demişlər və deyənlər bu gündə çoxdur.  Hələ VII əsrdə Xorasanlı türk kökənli filosof Sabit Kutna İslam dinini alımlayan (qəbul edən) bütün millətləri, islam milləti adlandırmışdır. O islam dinini vahid bir insan gövdəsinə bənzədir. Çeşitli dillərdə danışan müsəlmanların tək islam milləti olmalarını erişdirir (təbliğ edir). Bu yanlış düşüncə türk aydınları arasında bu gün də səsləndirilir. Bu da türkün türklüyünü unutmaq və unutdurmaq  siyasətindən irəli gələn yanlış bir erişdirmədir (təbliğatdır).     
           Elə (xalqa) soyunuun başına gələn gerçəklikləri, olduğu kimi, doğru və düzgün çatdırmaq çox böyük haklılık olar. Elin (xalqın) öz keçmişini doğru- düzgün bilməsi onun mənlik haqqıdır. Yaşamaq uğurunda doğru-düzgün olan olayları bilməyin  özü elə haklılık deməkdir. Hər bir kəs öz keçmişini bilsə, özünün dinini danmaz və dinini dəyişməyə də asılılıq duymaz.  Adamların öz keçmişni bilməsi, özünün kimliyini doğru-düzgün anlaması çox önəmlidir.  Bu önəm özünü, kimliyini tanımaq deməkdir. Elə bu kasıtla da (niyyətlə ) Azərbaycanda gedən bir sıra ərəb-türk dini savaşlarından qısa açıqlamalar vermək istəyi yaranmaqdadır. 
          Çox yazıqlar olsun ki, türkün özünün islamadək olan tarixini işıqlandıran yazılı kanıtlar yox edildiyindən, bu gün tarixçilərmiz başqa xalqların tarixçilərinin yazılarından  yararlanırlar.
                 Tarix yazılarından göründüyü kimi, bol və geniş dövlətçiliyi olan türklərdə nə baş verdi ki, onlar bir ovuc ərəbə yenildilər. Bunun nədənləri ərəb tarixçilərinin əsərlərini oxuyanda aydın görünür. İlk öncə  onu demək olar ki, Ərəb tarixçilərinin dedikləri kimi türklərdə ağız birliyi olmadığından, yadların basqılarına tab gətirə bilməyib,  uduzmuş, dinlərindən dönmək zorunda qalmış və olan uyğarlıqlarını da itirmişlər.     
           Ərəblərdən qat-qat çox olan və dünyada döyüşgən ei (xalq) kimi tanınan türklərin yenilmələrinin ilgilərini, çox qısaldılmış halda sizə çatdırırıq. Doğrudan da türklər nehrlərlə axan qan bahasına, özündən qat- qat az olan bədəvi ərəblərə çox ağır koşullarla (şərtlərlə) yenilmişlər.  
               Türklərin özlərinin ilbitikçiləri (salnaməçiləri) olmadığı üçün, ərəb ilbitikçilərinin  əsərlərindən yararlanmağa vadarıq (məcburuq). Bir çox ərəb tarixçiləri,  türklərin yenilmələrini (məğlubiyyətlərini) öz əsərlərində yazıb qoymuşlar. Ərəb ilbitikçilərinin yazılarından aydın olur ki, türklərin, “biz qılınc müsəlmanıyıq” deyimləri boş yerə yaranmayıbdır. Ama bu gün ilahiyatçı tarixçilərmiz bu deyimi danmaqdan ötürü  istənilən yalanları yazırlar.
             Türklərin həm də Azərbaycan türklərinin 1400 ildən artıqdır ki, müsəlman olmalarına baxmayaraq,  onların necə, nə cür, hansı yolla müsəlman olmaları haqqında doğru düzgün anıtsal (məlumatlı) əsər hələ də yazılmayıbdır. Çox haqlı olaraq, d-r Zəkəriyə yazır: “İslam dininin yolunda, milyonlarca şəhid verən, bu uğurda qanı nehirlər kimi axan, gemikləri dağlar kimi yığılıb qalan türk millətinin nasıl və hanki şərtlər altında müsülman olduğu hələ də bilinməməkdədir” (Zəkəriyə Kitabçı “Orta Asyada islamiyətin yayılması Bakı 1998. s.57)
              Əl-Biruni yazır: “Küteybə xarəzmlilərin kitabxanalarını, yazılı dilini bilənləri, (yəni
yazı bilənləri - İ.M.) ənənələrini qoruyanları, bütün məlumatlı olanları məhv etdi. Beləliklə, hər şey qaranlığa qərq edildi. İslam xarəzmlilərə gələrkən, onlar üçün öz tarixləri haqqında məlumatları öyrənməyə yer qalmadı. Ərəblər yendikləri ölkələri talan etdikdən sonra, islamı qəbul etməyə çağırırdılar. Qəbul etməyənə 3-5 qat artıq can vergisi qoyurdular. Bunu bacarmayan xalq, islamı qəbul etməyə məcbur olurdular”. (Zəkəriyə Kitabçı “Orta Asyada islamiyətin yayılması Bakı 1998).
              Onu unutmayaq ki, Əl-Biruninin yazdığı acı olaylar (faciə), yalnız xarəzmlilərin başına gətirilməyibdir, bütün türk xalqı bu acı olayın qurbanı olubdur. Ona görə də türkün özünün bir dənə də olsun islamadək olan yazılı tarixi yoxdur. Odur ki, ərəb tarixçilərinin yazılarından götürülmüş qısa bilgilərdən örnəklər verməyə vadarıq.
           Ziyadxan Nəbibəyli yazır: “İslamiyyətin yaranmasının ilk illərində ərəblər 635-640-cı illərdə Ərdəbil və Təbriz şəhərlərinə basqın edib tutdular. İslamlıq, böyük qavğalar və qanlar bahasına yavaş-yavaş Azərbaycana ayaq açmağa başladı. 1060-cı ildə Qafqazda xristian türklərin islamlaşmaları ilə bitdi”.( Ziyadxan Nəbibəyli “Əxlaq” s.158)  Azərbaycan türkləri arasında müsəlmanlaşma 400 ilədək sürmüşdür. İslam 400 il boyu ölçüyə gəlməz qanlı ağrı-acılar (faciələr) bahasına yayıldı və bərkidi. 1060 ildə Alp Arslanın dönəmində Qafqazda axırıncı Borçalı xaçlı türkləri müsəlmanlaşdılar.
          Tarixci Turan Dursun yazır: “Xəlifə Osmanaın zamanında ərəblər islamı yaymaq bəhanəsiylə türk torpaqlarını talan etməyə başladılar. 705 ci ildə Qafqaza hücum, aramsız şəkil alır bu faciənin qarşısını almaq üçün, türk feodal bəyləri birləşməyə can atsalar da, bir-biri ilə ümumi dil tapa bilmədilər, bir komanda altına toplaşa bilmədilər. Bu birləşməmək ərəblərin basqınlarının asanlaşmasına çox kömək elədi. Ərəblər türkləri qırır, var dövlətlərini talan edir, şəhər və kəndləri yerlə yeksən edirdilər. Uşaq, qadın və qocalar şəhərlə birlikdə yandırılır, ölməyənləri isə əsir alırdılar. Bu talandan hər bir ərəb döyüşcüsü 2400 dirhəm qazanırdı. (bir kölənin satış dəyəri 300 dirhəm idi). Sərkərdə Küteybə hər bir türk başı üçün 100 dirhəm verməyi vəd eləyir. Pul hərisliyi ilə canfəşanlıq edən ərəblər, bütün dirənən türkləri qılıncdan keçirərək sözün əsl mənasında qətliyam  törədirdilər. Çoxsaylı türklərin ümumi dil tapıb birləşməmələri ərəblərin işlərini çox asanlaşdırmışdı. Bütün bəyliklər talan olmuş, xalq qırılmışdır. Kuteybə Dəmirqapının önünədək getmişdir. Küteybə tutduğu 4000 türk əsirlərini ətrafına düzdürür, məğrurla ortada hündür bir yerdə oturur, hamısının başının birdən kəsilməsini əmr edir. Bu xalqın sayları çox olsa da, onlar heç bir zaman birdilək uğurunda ağızbir olub, bir məqsəd uğurunda savaşmamışlar, vuruşmamışlar”.  (Vikipediya. “Polemika.din və dinşunaslıq”).
             Ərəb tarixcisi yazır: 716-cı ildə Yezid ibn Muhalləb Türklərin qalasına basqın eləyir. Heç cür qalanı ala bilməyən Yezid, and içir ki qalanı alanda türklərin qanını dəyirmana axıdıb üyütdüyüm undan çörək bişirtdirib əsgərlərə yedirəcəm .7 ay sürən döyüşdən sonra türklər məglub olurlar. Yezid andına sadiq qalır. Dəyirman arxının üstündə saysız boğazlanan gənc türklərin qanı ilə dəyirmanda un üyütdürür, çörək bişirtdirib əsgərinə yedirir.
            IX-əsr ərəb tarixcisi yazır: “Xilafət Tiflisin üzərinə 20 minlik ordu göndərdi. Çox ağır qanlı savaş oldu. Savaşda biz məğlub olduq. Fədakarlıqla vuruşan, ölümdən qorxmayan türklər bizi Tiflisdən 70 fərsəng qovdular. Bizdən çoxlu əsir tutdular. Yenidən biz güclü ordu ilə anıklanıb (hazırlanıb) Tiflisə girdik, Tiflis xalqını böyük-kiçik demədən qan içində boğduq”. ( prof. Kərəm Məmmədli, qazet məqaləsindən) 
          Açıqlama: Ərəb tarixçisinin “ölümdən qorxmayan türklər bizi Tiflisdən 70 fərsəng qovdular” deməsi ona işarə verərək kəsinləyir ki, IX-əsrədək Tiflis xalqı türk olmuşdur. Çox güman ki, ərəblər iki kərə dalbadal Tiflis türklərini böyük-kiçik demədən qılıncdan keçirdikdən sonra, özlərini düzəldə bilməyən türklərə Msxetidən gürcülər basqın etmişlər. Gürcülərin bu basqılarının qarşısında dayana bilməyən türklər yenilmişlər. Gürcülər şəhəri tutmuşlar. O gündən də Tiflis gürcülərin əlində qalmışdır.  Gürcülər də paytaxtı mağaralar şəhəri olan Msxetidən Tiflisə köçürmüşlər.
          İlbitikçilərin (salnaməçilərin) yazılarından belə aydın olur ki, Tiflis  Xəzər xaqanlığının şəhəri olması haqqında olan yazılar doğrudur. Gürcü tarixçilərinin bildirdiyinə görə  Gürcü çarı Georgesali IX-əsrdə  çarlığı Mcxetidən Tiflisə köçürmüşdür və oranı paytaxt elan etmişdir.
         Tarixçi Kərəm Məmmədli yazır:”Əhalini qorxutmaq məqsədi ilə əmir Cərrah ibn Abdulla tutduğu əsirləri Sulak çayında boğdurdu. 730- cu ildə Ərdəbil yaxınlığında ölüm –dirim qırğını oldu.” “732-ci ildə Dərbəndi tuta bilməyən ərəblər, şəhərin su kəmərinə zəhər tökməyi qərara aldılar. Mərvan, Türk xaqanın və bütün xalqının müsəlmanlığı qəbul etmləri üçün 3 gün möhlət verdi. Əks təqdirdə oğul- uşaq, qoca- cavan seçilmədən hamının zəhərlənib kütləliklə ölmələrini bildirdi. Xalq aclıqdan-susuzluqdan ölüm ayağında olanda  islam dinini qəbul etməyə məcbur oldu”.
          Cavanşir 637-665- ci illər boyu ərəblərlə  ölüm-qalım savaşı aparan dönəmdə, Xəzər xaqanı dönə-dönə arxadan Cavanşirə basqı edəndə, onun yenilməsində ərəblərə yardım edəndə, Xəzər xaqanı düşünmürdümü Cavanşirdən sonra  ərəblərin qılıncı onun da başının üstündə parıldayacaqdır.  Türkün türkə yağıçılığı (düşmənçiliyi) budur.
         Ərəb ensiklopediyaçısı əl-Məsud yazır: “Zaqafqaziyada Xilafətlə yerli xalq arasında olan qanlı qırğınlar illərlə davam edirdi. Xüsusi ilə, Xəzər-ərəb münasibətləri əzəl başdan bir qayda olaraq, düşmənçilik  əhval-ruhiyyəsində idi. IX-əsrin 50-illərində Zaqafqaziyada ərəblərə qarşı üsyan baş qaldırdı. Xəlifə üsyanı boğmaq üçün sərkərdə Buğa başda olmaqla qoşun göndərdi. Üsyan çox qanlı-qadalı zülümkarlıqla yatırıldı. Uşaq, böyük, qadın, qoca demədən hamı qılıncdan keçirildi.”
          Zəkəriya yazır: “Küteybə 708-ci ildə Buxaranı tutur. Buxaradakı dərin bilik ocaqlarını, yüksək uyğarlığı (mədəniyyəti) görən ərəblər, Buxaranı “elmin Kəbəsi” adlandırırlar. İslam dinini qəbul etmək istəməyən Buxara xalqı uzun döyüşdən sonra yenildi. Ərəblər Buxaradan 50 min gənci əsir götürdülər. Oğlanlar axtalanır qul kimi, qızlarda kəniz kimi, dünyanın hər yerinə  satılırlar”. (Zəkəriya Kitabçı “Orta Asyada islamiyətin yayılşı və türklər” Konya 1998 s.164)
             Küteybə 711-ci ildə Səmərqəndi sarmaya (mühasirəyə) aldı. Uzun çəkən sarmada  şəhər xalqı acından qırılmağa başladı. Oğuz xan Küteybə ilə danışığa getməyə zorunlandı (məcbur oldu). Küteybənin koşulluğu (şərti) alımlanmaz (qəbul edilməz) ölçüdə ağır idi. Koşulluğa görə, “Xalq öz gücü ilə böyük bir anak (məscid) tikib ona verməlidir. Bütün şəhər xalqı şəhərdən çıxmalıdır, şəhər ərəb döyüşçülərinə verilməlidir, şəhərin sahibi ərəblər olmalıdır. Şəhər xalqından 30 min sağlam adam əsir verilməlidir.” Xalq bütünlüklə acından ölməsin deyə, Oğuz xan bu ölümdən də pis olan ağır koşullukla razılaşmağa zorlandı (məcbur oldu”). (Zəkəriyya O. A..İ.Y.s.202)
            917-ci ildə Sacoğlu Yusifin 7 minlik ordusunun üstünə Xilafət 20 minlik ordu göndərir. Ölüm kəfənini geynmiş türklər 7 min ordu ilə, xilafətin 20 minlik  ordusunu yendi, darmadağın etdi.  Hər iki tərəf təmiz qırıldı”. Pr. Kərəm Məmmədli məqalə)
             Gaah əl-Əşkari adlı ərəb şairi yazır.: “Qorxudan bir-birinə sarılmış zavallı türkləri, öldürdüyünüz gecələri hələ bir xatırlayın, Hər kəsi qılıncdan keçirdiniz. Sadəcə ata minə bilməyəcək yaşda kiçik uşaqlar qaldı.”(Vikipediya. Polemika) 
            Ərəblərin uzun illər talançılığına, ağır vergilərə dözə bilməyən xalq, Cavidanın başcılığı ilə üsyan hərəkatına başlayır. Cavidanla başlayan azadlıq hərəkatını,  Babək davam etdirir və bu müharibə 22 il sürür. Girdman çayı düzündə ərəblərlə azərbaycanlıların tarixdə görünməmiş qırğınları olur. Azərbycanlılar məğlub olurlar. Ərəblər 10 min gənc oğlanları əsir tutub Bağdada aparırlar. Əsirlərin hamısı axtalanır və dünyanın hər tərəfinə qul kimi satılır. Ondan ərəb xilafəti çox böyük gəlir əldə edir və yenidən ordu toplayaraq Azərbaycanın üstünə basqı edir.
               Təbəri yazır: “Ömər ibn Xəttab Suraqə ibn Əmiri Azərbaycanı tutmağa göndərdi. O bu ölkənin bir çox şəhərlərini verana qoydu. Sonra 644-cü ildə Bəkir ibn Abdullahı Şirvan səmtinin fəthinə göndərdi. Azərbaycanın bir çox şəhərlərilə birlikdə Bərdə şəhəri də yağmalandı, yerlə yeksan edildi. Bərdə şəhərinin xarabalığı bir daha düzəlmədi. (A. Bakıxanov  “Gülüstani irəm” Bakı 2001 s.34).
              662 ildə Səlman4000 qoşunla Dərbəndə doğru yürüş etdi. Dərbəndin Narın qala mühafizəçiləri öldürüldü 5 gün şiddətli qırğın oldu sonda Ərəb ordusu 40 sərkərdələrilə birlikdə tamam qırıldı. Yenidən iknci hücuma gələn Ərəb ordusu Dərbənd qalasını aldılar. Öldürülən 40 sərkərdəni dəfn edib qırxlar deyə qəbirlərini ziyarət elədilər. Bu gün də onların qəbrləri anım yeridir. (A.Bakıxanov “Gülüstani-irəm” Bakı 2001 s.35)
               705-ci ildə Ərəb sərkərdəsi Müslimə 40 min ordu ilə Naxcivan ölkəsinə basqı edir. Naxcıvan şəhərini və Araz çayı üzərində olan bütün el-obaları talayıb veran qoyur. Naxcıvan, Lahıcan şəhərlərini və İnci qalasını tutdu. Bu şəhərlərin xarabalıqları bu gün də var olmaqdadır. Müslimə Dərbəndədək getdi. 12 min baş qaramal, 40 min baş qoyun, 2700 əsir alaraq geri döndü. (A. Bakıxanov  “Gülüstani-irəm”Bakı 2001 s.36)    
              “Ərəblər haranı tuturdular, haraya basqın edirdilər, ya oranı talan edir, xaraba qoyur, ya da xalqın evlərinə zorla ərəb döyüşcüsü yerləşdirirdilər. Bir ərəb ölərdisə, yerinə beş türk öldürülürdü. Ona görə də onlar həmin evdə öz istədikləri kimi davranırdılar. Ərəblərin türklərə ilk şərtləri o idi ki, onlar islam olsunlar”.  ( Zəkəriyya. O.A. İ.Y. s.192).
               D-r. Zəkəriya türk ellərində bir neçə yüz minlərlə türkün başını kəsən, özü dediyi kimi nehirlərlə (çaylarla) qanlar tökən Küteybəni, tökdüyü qanlara kəsdiyi başlarıa görə övərək yazır: “Zira Səmərkənt xalqı, islama gedən yolun, bütün gözəlliyi ilə gəndilərinə açıldlğını görüncə dərhal müsulman olmaya və Allahın hidayətinə qovuşmaya qərar vermişlər” (Zəkəriyya İ.Y.s.249) Başqa yerdə yazır: “ İslam dininin yayılması üçün, Küteybə kafir türklərə böyük güc və qüvvət etmişdir. Allah bu böyük xeyrin savabını onun axirət həyatının azığı qılsın, Amin!” ( Zəkəriyya. O.A.İ.Y və T. Konya 1998. s.228)
             D-r Zəkəriyə yazır: “İslam millətləri bu böyük mədəniyəti yaratmış isə, bu Türklərin müsəlman olmaları ilə mümkün olmuşdur.” (Zəkəriyə Orta-Asyada İslamiyyətin yayılışı və Türklər  Konya 1998 s.53) Müsəlmanlığa dönən bütün xalqları tək İslam milləti səviyəsinə qaldıran d-r. Zəkəriyə  daha da irəli gedərək , türkün dədə-baba dininin, onun gələnək və görənəklərinin necə tapdandığından, yeni din yolunda türkün öz türkünü necə öldürüb qırmasından qürurla danışaraq yazır: “Yeni dinin verdiyi inam coşqusu ilə “kafir türklərə” qarşı sənələrlə sürən böyük cihad və mücadilələri, onları islama zorlamaları və bunda böyük ölçüdə başarılı olmalarıdır. Bu oluşum isə, tam üç yüz sənə  sürmüşdür.” (Zəkəriyə.O.A.İ.Y.s.61). Ulusu (Milləti) dinə qurban verən belə bilginlərmiz hələ də aramızda olmaqdadır.
               Bu gün də aramızda dini milliyətindən yüksəkdə tutan alimlərimiz çoxdur. Bu ulusun ən böyük acısı (faciəsi) da budur. Ərəb baş kəsənləri nə edirdilərsə, onu Allah adı ilə etdiklərini deyirdilər. Dini ruhaniyyatı, milli qürurdan, milli ruhaniyyatdan yüksəkdə tutan  üzdəniraq türklərimizdə onların soyğunçuluğuna haqq qazandırırlar.  
            Təbəri “Tarixi Təbəri” əsərində yazır: “Küteybənin öz qoşununa ilk sözü belə olub, “Allah öz dininin əziz olması üçün, sizə bu türk torpaqlarını halal etmişdir deyib.”  Təbəri Küteybənin bu sözünü yaxşı kasıt (niyət) kimi qarşılayır. Ama əksinə olaraq  Küteybənin Arsızlığının gücünə bir bax ki, o bununla “türkləri körpədən, qocaya hamısını qırın, öldürün onların torpaqlarını Allah sizə halal buyurubdur” deyir. 
            İstər türk, istərsə yadelli bir çox tarixçilər, türklərin yenilmələrinin nədənini onların bir-birinə tabe olmamalarında görürlər. Bağışlanmaz suçlarının, tarixi yenilmələrinin ilgisi bax budur. Əfsanələrə çevrilən 8 min və 6 min illər öncə  tarixdə ilk imperiya yaratmış, Oğuz xanı (Zülqərneyni), Alp Ər Tunqanı, Mete xanı, Atillanı, Osman Qazini, Fatehi, Əmir Teymuru, Şah Ismayılı,  Nadir şahı, Şah Qacarı  verən xalqın sonçuları,  bir- birini didməkləri, bəyənməməkləri, dar gündə bir-birinə arxa durmamaqları üzündən minillərlə farsların, ərəblərin, rusların tapdağı altında yaşadılar. 
           Elə bu saymazlığın acısıdır ki, ərəblər yendikləri farsları adam sayaraq, onlara fars dilində quran oxumağa izin verdilər. Bir nəfər də olsun ərəb döyüşçüsünü fars evlərinə yerləşdirməyi bacarmadılar. Türklərin isə torpaqlarını özlərinə halal bildilər. Öz dilində danışmağa izin vermədilər. Ərəbləşdirmək istəyi ilə 90 mindən cox ərəb döyüşçüsü türk ailələrinə yerləşdirildi. 100 min ərəb ailəsi türk ellərinə köçürüldü. (Zekeriyya Kitapçı “Ort Asyada İslamiyətin yayılışı və türklər. Konya 1998 s. 129-180)
             Yerli televiziyada  dilçi alimlərdən biri tələbələrə mühazirə söyləyirdi. Tələbələrdən biri  soruşdu : “Professor, Qafqazda üç xalq yaşayır. Dediyinizə görə bu xalqın üçü də uzun illər boyu ərəblərin imperiyası altında qalmışlar. Bəs  nəyə görə erməni,  gürcü öz dinlərini atıb müsəlman olmadılar, biz isə öz dinmizi atıb müsəlmanlaşdıq”.  Professor qısa olaraq qarşılıq (cavab) verdi ki, onlar xristan dininə qulluq edirdilər, biz isə Atəşpərəst idik. Bilmirəm hansı ilgidənsə  ərəblərin qafqaza gəlişi zamanı, Qafqaz türklərinin xristian olmalarını professor dandı, yalan danışdı.  Doğrudur,  ərəblər atəşpərəstliyi din kimi tanımırdılar. Ancaq o zaman Qafqazda yaşayan türklər də  qonşuları kimi,  artıq 500 il  idi ki, xaçinançlı (xaçpərəst) idilər.
           Düzünü axtarsaq sorğunun qarşılığı belə olmalı idi: Qafqazda erməni və gürcülərdə ağız birliyi var idi. Onlar yararlı anlaşma bağlantıları ilə koşulluq (şərtlər) altında ərəb xilafətinə qarışdılar. Ona görə də din və mədəniyyətlərini qoruyub saxladılar. Azərbaycan türklərində isə ağızbirliyi olmadı, hər kəs ayrılıqda “mənəm” dedi. Elə ona görə də bu mənəm-mənəmlik, onlara baha başa gəldi. Ərəblərin İrana yürüşünü görsələr də, ondan dərs alıb,  bir-birinə arxa olmadılar. Təkə-tək  olan savaşda da uduzdular, yenildilər və sonda ərəblərin şərtlərini sözsüz alımlamağa vadar oldular. Beləliklə də dinlərini, uyğarlıqlarını (mədəniyyətlərini) itirdilər.                             
              F. Ağasoığlu yazır: “Azər türklərinin Zərdüşti, Məzdəki və Mani dininə tapınması haqqında tarixi bəlgə yoxdur. Bir çox türk boyu əsas türk dini olan tanrıçılığı saxlasa da bəzi türk boyları Musəvi, xristian dinlərini qəbul etməsi bəllidir. (F.Ağasıoğlu III bitik Bakı. 2014 s.17). Ağasıoğlunun dediyinə görə Azərbaycanda Atəşpərəstlik olmayıbdır. Bu gün Azərbaycanda keçmişin gələnək-görənəklərinin  tanrıçılıqdan gəlmə olması Ağasoğlunun düşüncəsini bir daha kəsinləyir.
              Din adamlarımız hədislərində həmişə vurğulayırlar ki, guya peyğəmbər türkləri tərifləmişdir. Ama mən səhihçilərin əsərlərində peyğəmbərin tamam fərqli söhbətini görürəm. Peyğəmbər (ə.s.): “Sizinlə kiçik gözlü türklər savaşacaqdır. Siz onları üç kəz önünüzə qatıb sürəcəksiniz. Birincidə onlardan qaçan qurtulur. İkincidə kimi qurtulur, kimi yox olur (ölür). Üçüncüdə isə onların hamısı qırılacaqdır” deyir. (Əbu Davud ”Sünnın hədisi” n.4305)  Yazıdan aydın görünür ki, peyğəmbər öz əshabələrinə türklərin hamısı qırılacaqdır, deməsi dolayısı ilə Küteybənin “türklərin torpaqları sizə halaldır” deməsini kəsinləyir.
             Tarixdən də bəllidir ki, uduzan xalq, bir xalq kimi qalsa da kimliyini, qazandığı bütün milli dəyərlərini, uyğarlıqlarını itirir. Bir yenilik yaratsa belə, onun olmur, ona eltəpərlik (hökmranlıq) edən xalqın adına olur. Necə ki, minillərlə türklərin yaratdıqları  milli dəyərlər gah fars, gah ərəb, gah rus uyğarlıq dəyərləri kimi dünyada tanındı.                               
             Elektron KİV-lərdən oxuyuram yazırlar: “Ərəblərin türklərə qalib gəlmələrinin səbəblərindən biri də, yüksək mədəni sivilizasiyanın, aşağı mədəni sivilizasiyaya qalib gəlməsidir. Məğlub olan üzərində, qalib olan öz yüksək mədəniyətini yaymaq bu dünyanın qanunudur. Həmişə də belə olubdur”. ( Tenqriyanstvo Vikipediya)
            Tarix qaynaqladından aydın görünür ki, türklərin dövlətçilik tarixi olanda ərəblər  bir xalq kimi yetginləşməmişdilər  qəbilə birləşmələri halında yaşayırdılar. Türklərdə əkinçilik olanda, ərəblər çöldən çəyirtkə yığıb yeyirdilər. Batı dünyasını tutan Cingiz xanın uyğarlığı batı dünyasından yüksək deyildi. Gördüyümüz, şahidi olduğumuz  Hitler Almaniyasını yenən Sovetlərin uyğarlığı Almaniyadan yüksək deyildi.  Yalnız ağıllı başbuğ (sərkərdə) və imgili (tədbirli) davranış qalib gələ bilər. Bu birliyi ərəblər yarada bilmişdilər. ona görə də yenmişdilər.
            Özünü böyük xalq sayan  türklərin yazılı qaynaqlarda özlərinin özəl uyğarlıqları haqqında hər hansı bir barat olmuşdurmu, varmı?
            Olabilsin ki, bu günkü yazılı arxiv baratlarında türk uyğarlıqları haqqında heç bir yazılı barat qarşılanmır. Yalnız  XIX-əsrdən sonra  türk- islam ya da islam-türk uyğarlıqları (mədəniyətləri) termini qarşılanır. Bu termini bu gün də bilginlərimiz və aydınlarımız bəzən işlədirlər.  Bu termini işlətmək türk xalqının tarixini əks etdirmir. Çünkü islam uyğarlığı dedikdə çox halda ərəb uyğarlığı yada düşür. Bu sorğunu aydınlaşdırmaq üçün  xristian dünyasını gözdən keçirək. İslam dini kimi xristianlıq da çox çeşitli xalqların dinidir. Ama onlarda hər bir xalqın yalnlız özünə xas uyğarlığı var. Onlarda xristian-nemes, xristian ingilis, xristian –rus termini yoxdur. Demək islam-türk termini yanlışdır. Bu terminin yaradılmasında yenə də türkün öz suçunun olduğu görünür. Uzun bir dönəmdə dünyanın 3-də birinə 700 yl ağalıq edən Osmanlı dövləti, özünü dünyaya islam-türk dövləti kimi tanıtdı. Yazılı dövlət dili kimi ərəb dilini yaşatdı. Bu ideoloji baxış da islam-türk uyğarlığını yaratdı. Ancaq ayrımına (fərqinə) varmadılar ki, bu termin islam dini anlayışı içərisində türk uyğarlığının əriyib yox olmasına qulluq edir. Bilginlərmiz və aydınlarmız bu yanlış yolu hələ də yaşadırlar. Onların bu yoldan çəkinmələri və xalqı bənzətən (təmsil edən) düzgün olan türk uyğarlığı” terminini yaratmağın onəmi çoxdan çatmışdır. Bu gün biz elə bir dönəmə çatmışıq ki, dinlə ulus (millət) bir birini ödülləmə (əvəzləmə) yolu ilə yox, yanaşı yaşama, yanaşı gəlişmə yolu ilə getməlidir.                                                              

                                                               IV-bölüm
                                                        DÜŞÜNCƏLƏRİM.     
                                              Tanrıya ulaşma, anma (zikr) yolu.
               Din baxımından  Tanrıya ulaşmanın kökləri çox uzaq keçmişlərə gedib çıxır. Bu dini psixoloji yol, ululuğu(qədimliyi) ilə yanaşı həm də çox çətin yerinə yetirilən bir duyğusal yoldur.  Bu yolu yaşamaq üçün keçmişin ilk öncələrində Tanrıya ulaşma tapınak ocaqlarını hündür dağ mağaralarında, sonralar isə tapınaqlar yanında tikilmiş köşklərdə keçirmişlər. Bu yolda çalışan adam ilk öncə  sakit, səs-küydən yzaq bir  yer seçir. Bu yolun yolçusu olan kimsə ilk öncə özünü aşılama (təlqin) bacarığına yiyələnməlidir. Bunun üçün öyrətmən (mürşid) yanında egitim keçməlidir. Özünü yönətmə (idarə etmə) bacarığı yarandıqdan sonra o kimsə zehnini, düşüncəsini, bütün davranışını bir yana yönəldir, bütün düşüncələri özündən uzaqlaşdırır və özünü  tam basqısız hala salır.  Qarşısında yalnız Tanrını görür. Beyin dışdan (xaricdən)  heç bir qıcıq, yayımı almır. Yalnız Tanrı siqnalını gözləyir. Belə bir durumda orqanların, ilginliklə beyinin alımlama (qəbul etmə) gücü bir neçə kərə artmış olur. Bütün duyğu orqanları dış aləmin, Tanrının öhdəsinə verilir. Bunu bir parası tam sakitlikdə, bir parası qaranlıqda, bir parası sakitləşdirici xoş musiqi səsi altında, bir parası isə oyun ritimləri ilə  keçirir. Bütün beyin hüceyrələrinin iş bacarığı yalnız qoyulan istək  yörəsində (ətrafında) cəmlənir. Belə olan halda beyin qoyulan sorunu daha dolğun, daha düzgün yerinə yetirmiş olur. Belə bir anma (zikir) halında olanın,  bu yolla tanrı orta və yüngül suçlarıni təmizləyir.
               Anma (zikir) halında olanda Tanrıya imrənmə yolu açılır adamda üçüncü göz  və ya 6-cı duyğu oyanır, beyin geniş bilgilər alır. Bununla adamlar kosmosla,Tanrı varlıqları ilə  bağlılıq yarada bilirlər. Belə halda dış varlıqlarla, kosmosla ilgi yaradan varlıq adamın içində olan irahdır (ruhdur). Kosmosla əlaqə yaranarkən kosmik irah  gövdədən tamam çıxmır. Günəşin ışını ilə yerin ilişgiliyinə bənzər bir ulaşma ilə aralanır və dışdan istənilən olayları beyinə ötürür. Beləliklə Tanrıya ulaşma ipi yaranır. Adam özünü Tanrı yanında görür. Hər bir adam özünə məxsus ulaşma yolu secir.  Tanrıçılıqdan gəlmə olan bu yolu sonralar bütün dinlər öznünküləşdirmişlər.  İslamiyyətdən sonra türk sofiləri bu yolu  islam təriqətinə gətirmişlər və haqqa qovuşma məqamı kimi işlətmişlər. 
          Anmanın (zikrin) dini suçlardan başqa, bilik dünyasında da önəmli yeri var. Anma bir sıra psixiki pozqunluqları, sayrılıqları da sağaldır, sağlamlığı qoruyur. Əgər gövdədə toplanmış pis (neqativ) enerji varsa onu dərmansız, özünü aşılama yolu ilə sağaltmaq olur.

                                           Evrən (kainat) haqqında düşüncə.
           Dünyanın ünlü bilginləri evrənin (kainatın) yaşını hələ olduğu kimi düzgün bilməyərək 4-6 milyard, kimiləri 13 milyard il göstərirlər. Onu bildirim ki, Tanrının bir neçə pozulmaz kuralı var. Onlardan biri də 10-luq kuralıdır. Tanrının 10-luq kuralını evrənə ilgi etsək onun yaşının 10 milyard il olmasını deyə bilərik. Bu baxımdan bu gün  günəş sisteminin yaşını bilginlər 6 milyard il hesab edirlərsə, demək günəş sistemi hələ 4 milyard il yaşamalıdır. Bu baxımdan Tanrının dörtlük kuralına bəlli olaraq yerin aşama (dövriyə) yaşını saysel etmək asan olur. Belə ki, Yer 2,5 milyard il buzlaşma, 2,5 milyard il gəlişmə, 2,5 milyard il yetişmə (canlı varlıqları yaratma), 2.5 milyard il odlanma, ulduz olma aşamasını (dövriyyəsini) keçirməlidir. Mən də bu görüşə önəmlənərək aşağdakı düşüncələrimi açıqlayıram.   
          Renesans (oyanış) dönəminədək elmdə, evrənin ortası (mərkəzi -geosentrik) yer sayılırdı. Sonralar isə, evrənin ortasının (mərkəzinin-heliosentrik) günəş olması alımlandı (qəbul edildi). Bu gün bilim dünyası, evrəndə bir neçə günəşin olmasını kəsinləmişdir. Demək, günəş də evrənin ortası deyil. Belə olan halda, evrənin ortasında olan, onu düzənləyən (tənzimləyən) varlığın necə, nəcür olmasından asılı olmayaraq onun Tanrı olmasını alımlamalıyıq.
         Aydındır ki, qalaktikanı yaradan ulu Tanrı onu da özünün yasasına, kuralına uyğun bilimin son kuramına (elmi nəzəriyyəsinə) və bilimin son gəlişmələrinin  bildirdiyinə görə, günəş sistemi ilk güclü partlayışdan yaranmışdır.  Ancaq bu partlayan varlığın nə olduğu, niyə pattladığı haqqında heç nə deyilmir. Elə ona görə də bilimin bu kuramı (nəzəriyyəsi) inandırıcı görükmür. Ona görə ki, yox yerdən partlayış ola bilməz. Əgər partlama oldu isə o partlayan  varlıq haradan yarandı. Niyə partladı sorğusu ortaya çıxır?
             Çağdaş kurama görə  günəş də eyni partlamadan yaranmışdır deyilir.  Demək bütün günəş sistemi tək bir varlıqdan yaranmışdır.  Belə olan halda bütün günəş sistemi bircə orqaniki, fiziki və kimyəvi birləşimdən (tərkibdən) olmalı idi. Ancaq elm bunun əksini deyir və kəsinləyir. Belə ki, hər bir planetin özünə xas olan fiziki qurluşu və kimyəvi birləşimi (tərkibi) var deyilir. Ona görə də günəş sisteminin bir partlamadan yaranması da kuşkulu anlayış olduğu üçün ağıla sığan görükmür. Ama günəşin bütün planetləri öz çəmbərində (çevrəsində) saxlaması  bəllidir, aydındır.  Bunu bilim dünyası alımladığı kimi dini görüş də alımlayır.
          Günəşin enerjisindən asılı olaraq bu planetlərdə dəyşiriklərin getməsi də bəllidir.  Bu da onu göstərir ki, bilginlərin sanmalarının (fərziyələrinin) tərsinə olaraq partlayış olanda günəş olmuşdur və partlamadan yaranan planetləri öz gücü içərisinə almışdır. Demək, partlama kuramı (nəzəriyyəsi) kuşkuludur. Ona görə də yeni aydınlaşdırıcı kuramaya gərəklik var.
           Günəş sisteminin çəmbəri elə bir ağıllı lahiyə üzərində qurulmuşdur ki, planetlər milyard illərlə hərəkət etsələr də bir birinə toxunmadan, bir-birinə ziyan vermədən hərəkətdədilər.  Demək günəş sistemi anlamlı olaraq bilincli (şüurlu) halda yaradılmışdır.
             Tanrının dəyşirilməz olan bir yaranma və ölmə yasası (qanunu) da var. Bütün varlıqlar bu yasaya ilgilidir. O üzdən günəş də bu yasanın ilişgisindədir. Demək günəş də milyardlarla illərin  aşamaları ilə bilincli halda yaradılmışdır.  O da doğa kimi 4 dönəm keçməlidir. O da uşaqlıq, gənclik, ahılləq və qocaləq-ölüm dönəmini keçməlidir. 
          Əgər partlayış kuramı doğrudursa bu partlamadan günəş yaranıbdırsa. belə olan halda günəşin cazibə çəmbərinə düzülən planetləri öz cazibə çəmbərinə saldıqdan sonra yeni yaranmış günəşin içərisindəki enerji sıfırdan artmağa başlamalıdır. Bu anda günəşə ilgili olan planetlərə istilik çatmadığından onlar buzlaşma dönəmini yaşamalıdılar. Aşama ilə günəşin istiliyi artmağa başlamalıdır. Bu artan enerjinin gücündən asılı olaraq, planetlər sıra ilə cana gəlməlidir. Bir cox milyard illər öncələr  günəşin gənclik dönəmində  onun ışının (şuasının) istilik gücü indikindən bir neçə yüz min kərə az olmuşdur. O, ilgidən də bilginlərin saysellərinə (hesablamasına) görə günəşin istilik enerjisi yüzmin ildə bir dərəcə çoxalır. Bu çoxalma istiliyi o dərəcəyə qalxmışdır ki, günəşə yaxın olan ilk planetə, Merkuriyə dək gəlib çata bilmişdir. Milyon illər boyu yüksələn istilik Merkuridə elə bir  dərəcəyə çatmışdır ki, orada canlı varlıqların yaranmasına əlverişli durum olmuşdur. Merkuridə uzun illər canlı varlıqlar yaşamışlar. Merkuridə canlı varlıqlar o dönəmədək yaşamışlar ki, istilik çox yüksəlib bütün canlı varlıqları yox etmişdir. Merkuri yanar planetə çevrilmişdir. Bundan sonra aşama ilə günəşdə yüksələn istilik  ışınları artaraq Tan-Dan ulduzuna (Veneraya) dək çatmışdır. Dan-Tan ulduzunda yavaş-yavaş istilik çoxaldıqca canlı varlıqların yaranmasına uyğun durum yaranmışdır.  Bununla da milyon illərlə orada canlı varlıqlar yaşamışlar, yüksək uyğarlıqlar yaratmışlar. O dönəmlərdə yer donmuş halda olmuşdur. Ola bilsin ki 445 min il öncələrdə yerə gəlmələri guman edilən adamlar  Tan ulduzundan gələnlər olmuşlar. Tan ulduzunda da aşama ilə istilik artmış elə bir ölçüyə gəlib çatmışdır ki, o istilikdə heç bir canlı varlıq yaşaya bilməzdi. Beləliklə də, planetdə həyat sönmüş, planet yanar ulduza çevrilmişdir.           
               Bundan conra günəşin güclənən ışınları yerə çatmış, yerin şaxtasını isidərək isti buxarın yaranmasına şərait yaranmış, isti buxar yüksəkliklərə qalxaraq buludları yaratmış, soymuş buludlardan yağan yağış yerdə su bolluğu okeanları yaratməşdır.  Beləliklə də  bulanlıq suların, palçıqların, biokimyəvi qarışıqların, mikro, makro elementlərin suda bolluğu olmuşdur. Bu bolluq bitgilər aləmini və suda ilk canlı mikroorqanizmləri yaratmışdır.  Bununla da doğada oksigen bolluğu yaranmağa başlamışdır.
              Azı bir milyard ilə yaxındır ki, yerdə ilk canlı varlığlar yaranmışdır. çeşitli canlı varlıqların bolluğuna ortam durum yaranmışdır.  İlk öncə xırda canlı varlıqlar, Sonralar get-gedə uyğun durum yarandıqca, Yerin ekvatorunda  bol oksigenli durum yarandıqca, canlı varlıqlar üçün əlverişli durum yarandıqca, iri canlı varlıqlar yaranmğa bşlamışlar. Ekvator zolağında doğanın elə bir verimli durumu olmuşdur ki, bu dönəmdə mikro-makro elementlər və oksigen bolluğu yaranmışdır.  Bu bolluqlar da iri varlıqları,  tonlarla ağırlığı olan dinazavrları, ton-tonyarım çəkisi olan quşları, 20-15 metr boyu olan adamları yaratmışdır.
               Yelena Blavatskayanım  “Taynaya doktrina” (Gizli bilgic ədası) əsərində “adam tipli 20 metr uzunluğunda olan Lemurilərin 4,5 milyon il yaşadıqlarını deyir. O, yazır Lemurilər dinazavrlar dönəmində yaşamışlar. Ölçülməz dərəcədə gücləri olmuşdur. 70-80 milyon il öncələrdə 4 qollu 3 gözle lemur adamlar olmuşlar. Onlar telepatik yolla bir-biri ilə danışmışlar. Suda-quruda yaşayan varlıqlar olmuşlar. Əsas yemləri bitgi ürünləri olmuşdur. Doğada oksugenin azalması 40-dan aşağa faizə düşmə dönəmində yem ürünləri də azalmış, bununla ilgili olaraq Lemurilərin boyları kiçilməyə başlamışdır.   Iki qolu və arxa gözü mutasiyaya uğrayaraq yox olmuşdur. Axırda 10 metrədək kiçilmişlər”
              15 m. Uzunluğunda Pakstan-Hindistan sınırında tapılmış adam skeleti və dünyanın hər yerində 9-10 metirlik adam skeletinin tapılması buna tanıkdır. Get-gedə doğanın ürünlüyü azalmış, bununla ilgili adamların da boyları kiçilmiş və gücləri azalmışdır.   7-8 milyon ilə ilgi ediləm 6-7 metrlik adamların skeletəri tapılmışdır. Ən son halda e.ö. 12-ci minilliyə aid edilən  4-6 metirlik uzunluğunda Atlantların olması bilim dünyasına tanışdır.     
            Bu bolluğun ilgisidir ki, yerin orta zolağında iri heyvanlar, quşlar, 8-9 metr boyunda ağıllı adamlar olmuş, yüksək uyğarlıqlar yaratmışlar. Ekvator zolağında olan indiki ucsuz-bucaqsız bozqırlarda  yüzmin illər qalın meşələr, Həddindən böyük canlılar və çox ağıllı adamlar olmuşlar.  Əgər biz yerin yaşını yetgin yaş hesab etsək, o halda hələ yerdə dörd milyon il canlı varlıqlar yaşamalı olacaqlar. Adamlar isə hələ bir milyon  il yerdə yaşaya biləcəklər.
         Bilim adamlarının tasalanmalarından asılı olmayaraq, evrənin öz  yasasına uyğun olaraq, bu gün onun iqlimi istilənməyə sarı getməkdədir  və getməlidir. Son halda 1- milyon ildən sonra istiləşmiş havanın gücündən sularda buxarlanma çoxalacaq  dünyanı səhra bürüyəcək, meşələr quruyacaqdır. Yalnız qütblərdə verimli durum yaranacaq, bütün canlılar qütblərə çəkiləcəkdir.  Havada oksigen azlığı yaranacaq və  son halda oksigen yox olacaqdır.  Bu da canlı aləmin yox olmasına gətirib çıxardacaqdır.  Ilk istiliyə dözümsüz olan canlı varlıqlarla, istiliyə dözümlü canlı varlıqların yox olmalarının arası azı  0,5-milyon il çəkə bilər. Ondan sonra yerdə canlı varlıqların yaşamaları  mümkün olmayacaqdır. Yerdə istilik min dərəcələrlə yüksələcək, yer yanar ulduza çevriləcəkdir. O anadək  Marsın istiliyi qalxamağa başlayacaqdır. İlk canlı varlıqların yaranmasına və yaşamasına ortam durum yaranacaqdır.  Bəlkə də Yerdən adamların Marsa köçmə inamı gerçəklənəcəkdir. Marsda yeni yaşam başlayacaqdır. Bu gün Amerika  bilginləri Marsa getmək diləyndədilər. Ancaq yanılırlar, ən tezi 50 min ildən sonra Marsada adam üçün yaşayış durumu başlaya bilər.              
              Marsda günəşin istiliyi yararlı sınıradək artacaqdır. Marsda canlı varlıqlar çoxalıb son duruma çatacaqdır. Marsdan o yana olan planetlərdə həyat olmayacaqdır. Çünkü günəşin işığı çatsa da istilik çatmayacaqdır. Marsda həyat olanda yer qaynar ulduz olacaqdır. Sonra isə aşama ilə azalmağa başlayacaqdır. Yerə sıra gələndə yerdə yenidən canlı varlıqlar yaranmağa başlayacaqdır. Marsda isə  buzlaşma olacaqdır. Beləliklə, evrənin qanunu yenidən bir daha təkrarlanacaqdır. Bu Tanrı yasasıdır. Yerdə canlı varlıq bir də 10 milyard ildən sonra yenidən yaranacaqdır. Əgər bilginlər Marsda keçmişin yaşam izlərini tapsalar, bu o deməkdir ki, bizim bu günki yaşam durumumuz dünyanın bir daha gəlişmə (təkrarlanma) dönəmindədir.  Bizdən öncə evrəm bir 10 milyard illik dönəmini keçmişdir. Belə halda qütüblərdə də yaşam izləri olmalıdır. Ola bilsin ki, evrənin yaşam dönəmi bir neçə kərə yeniləşmişdir.
         Tanrı yasalarından başqa evrəndə bir də yaklaşıklar (təsadüflər) var.  Yaklaşık heç nəyi, heç nədən sığorta eləmir. Ona görə də yaklaşıkları Tanrı kuralı saymaq olmaz.  Çünki evrəndə meteoritlərin davranışları xaotikdir. Düzdür xaotik davranışların özü Tanrı kuralı olsa da, burada yaklaşık toqquşmalar, birləşmələr və parçalanmalar ola bilər.  Bir çox ilişgilərdən planetlər iri meteoritlərlə toqquşa bilərlər. Belə halda dünyada dəyşiriklər baş verə bilər.  Bu hal da unudulmamalıdır. Ama  toqquşmada gözlənilməz dəyşiriklər olsa da dünyanın sonu olmaz. Dünyanın sonu yalnız günəşlə ilgilidir. 
        Uzun sürələr dini baxışlarda caşqınlıq  yaradan bir olayı açıqlayaq. Dini kitablarda və hədislərdə deyilir ki, Tanrı evrəni altı gündə yaratdı.  (Qyran 25\59). Adamı isə bir gündə yaratdı. Bu haqda uzun –uzadı hədislər danışılır.  Ama Tanrının altı günü haqqında çəkişmələr (müzakirələr) aparılmır. Bu da yeri gəldikcə teistlərlə ateistlər arasında qarşı durmalar, dartışmalar yaradır. Bu günkü bilik ocaqları göstərirlər ki,  Tanrı günü və ya ili heç də yer ili ölçüləri ilə ölçülmür. Tanrının öz yasası, kuralı və öz günü var, hər şeyi öz anı ilə ölçür. Evrənin bütün varlıqlarının, elə də Tanrının günü və ili çox çeşitlidir. Belə ki, Tanrı yaratdığı hər bir ulduzun, hər bir planetin yalnız özünə xas olan yolu və ilsırası var ki, bunu da Tanrı düzənləyir (tənzimləyir). (Quran 32\5 və 70\4)
            Dönəmimzdə rast gəldiyimiz quyruqlu ulduzu mən ömürümdə iki kərə hər 20- 25- ildən bir  görmüşəm. Demək quyruqlu ulduzun bir ili yerin 20-25 ilinə bərabərdir. Halley quyruqlu ulduzun bir ili isə yerin 75 -76 ilinə bərabərdir.  Qalan ulduzların aşamalarına (dövriyyələrinə) adamın ömürü çatmır.
             Astranomiya bilginləri aydınlaşdırmışlar ki,   Günəşin qalaktika mərkəzi çəmbərində 1 dönəmi (1 ili), yerin 230 milyon ilinə bərabərdir. Demək bizim qalaktikanın bir ili Yerin 230 milyon ilinə bərabərdir. Bilim adamları bilginlər 250-dən çox qalaktikanın olduğunu deyirlər. Bu baxımdan Tanrının bir günü, dolayısı ilə yerin 250  milyon ilinə bərabər olur. Belə görünür ki Tanrının bir gündə yaratdım dediyi adamın yaranma dönəmi yerin 250 milyion ili dönəmində olmuşdur. Əgər dinçi alimlərimiz söhbətlərini  bu yöndə aparsalar o halda onlara dindarlar da, dinsizlər də inanarlar.
                             *****************************
            Bu gün bir çox, milyardlarla canlı varlıqların birliyini özündə yaşadan bioaləmlə məşğul olan, biosferanı öyrənən, ekosistemi öyrənən və s. varlıqların yasalarına uyğunluqlarını öyrənən bilik ocaqları yaranır. Bilimin son gəlişmələri (nailiyyətləri)  onu göstərir ki, evrənin yaşamasında var olan dördlüklərin özü də Tanrı yasalarından biridir. Belə ki, Tanrı varlığında olan dördlüklərin hamısı bir-biri ilə sıx bağlıdır. Biri o birisiz yaşaya bilməz. Bu Tanrı  kuralları aşağdakılardır.
  I- dördlük kuralı, qalaktikanı idarə edən kurallardır.
 1. Cazibə  kuralıdır.                                                                                                                                                                    2. Elektrik-maqnitləşmə kuralıdır.                                                                                                                               3. Zəif nüvə kuralıdır.                                                                                                                                                            4. Güclü nüvə kuralıdır.
           Bunlarsız başqa kuralların gücü heç nə edə bilməz. Eyni halda da bütün varlıqlar evrənlə sıx  ilgilidir. Əlçatmaz, ün yetməz olan bu evrən kurallarının bir-biri ilə bağlılığı  ağlın çözə bilmədiyi gizlərin varlığı, bizdə belə bir sorğunu yaradır ki, evrəndə olan bu güclü nüvə kuralı nədir. Bu kuralın gizləmi (sirri) nədədir? Bu gizləm nə ilə bağlıdır? Hələlik bu sorğuların gizini açmaqda bilik ocaqları gücsüzdülər.
           Bu ucsuz-bucaqsız evrən, əvvəlcədən hər hansı bir sehrli gücün anıkladığı (hazırladığı) layihə üzərində qurulmuşdur. Elə bu deyilən lahiyə Tanrının cazibə kuralıdır. Evrənin hər yerində bu cazibə gücü özünü göstərməkdədir. Deməli, bizim axtardığımız Tanrı varlığının, dənəcikləri (zərrəcikləri), bütün canlı və cansız varlıqların öz içərisindədir. Gözə görünməz  dənəciklərdən tutmuş, ölçüyə gəlməz böyüklükdə olan evrənədək, hamsını özündə birləşdirən bu Mütləq varlıq, bütün dini kitablarda deyilən Allahdır, Tanrıdır, Mütləq enerjidir. Bilim isə bu mütləq enerjinin adına güclü nüvə kuralı deyir.
     II- dörtlük kuralı dünyanın boşluq düzəmilə (sistemilə) Yer qatının birliyini yaradan etkəndir (amildir).
1. Atmosfer
2.Hidrosfer,
3 Biosfer,
4. Litosfer qatlarının kurallarıdır.
           Atmosfer: Ən qalın qat olub yerlə bərabər fırlanır. Doğanın və doğada olan bütün varlıqların, bitgilər, heyvanlar və adamlar dünyasının yaşamaları üçün ödülsüz (əvəzsiz) varlıqdır.
           Hidrosfer: Yerin su təbəqəsidir, yerüstü, yeraltı və okean sularını birləşdirən addır. Bütün bilim dünyasına aydındır ki, sudan qıraqda heç bir həyat izi ola bilməz.
           Biosfer: Doğada olan bioloji dünyanı özündə birləşdirir. Bitgilər, heyvanlar və adamlar dünyasının yaşaması üçün ödülsüz varlıqdır.
           Litosfer: Yer qabığına verilən addır. Yerüstü və yeraltı mineralların varlığından, necəliyindən (kəmiyyətindən) və netəliyindən (keyfiyyətindən) danışan bilimdir. Bu da doğa varlıqlarının yaşaması üçün ödülsüzdür.  
           Evrəndə olan bu qatların hər  biri ayrılıqda  bir bilim alanıdır. Hər bir qatın özünə uyğun geniş özəllikləri  və açıqlamaları var.
          III-dörtlük kuralı: Doğa varlıqlarının (günəş, torpaq, yel, su) birliyinin yaradılış qanunudur ki, bu da Tanrı qanunu sayılır. Bu dörd varlıqların da hər birinin özünə uyğun qanunları var. Hər birinin qanuna uyğunluğu ayrılıqda bir bilim alanıdır.
          IV- dörtlük kuralı doğa kuralıdır. (Yerin günəş yörəsinə dövr etməsidir). Yer öz çəmbərilə fırlanan zaman yaranan kural milyard illərdir dəyişməz qalır.  Bunlar:
 1. Günəşin doğum dönəmidir.
2. Günəşin gənclik dönəmidir.            
3. Günəşin yetginlik dönəmidir.
4. Günəşin qocalıq dönəmidir.
             Bu dönəmlərin də hər birinin özünə uyğun kuralları var. Bu kuraldan yararlanan  Tanrıçılıq dini özünün 4 kutsal bayramını yaratmışdır.
            V- dörtlük kuralı: Canlı varlıqların, o cümlədən adamların yaşam kuralıdır.  Canlılar da doğa kimi 4 dönəm keçirir.
 1. Körpəlik və ərgənlik dönəmi.
2. Gənclik dönəmi.     
3. Yetginlik dönəmi.
4. Qocalıq və ölüm dönəmidir. 
           Bu dönəmlərdən ən önəmlisi ərgənlik dönəmidir. Bu dönəm tanrının 10-luq kuralına ilgilidir. Eyni halda da kuşak (nəsil) vermə və ömrün kəsinlənmə dönəmidir. Belə ki, hər bir varlığın ömrü onun ərgənlik yaşının 10 qatına bərabərdir. Bu görəv Tanrıdan kəsinlənmiş görəvdir, Tanrı yasasıdır. Bu yasanı bir az açıqlayaq. Belə ki, Siçan yaranandan 35 gün sonra bala vermə bacarığında olur. Onun yaşamaq ömrü 350 gündür(yəni 1 ildir). Pişik, qoyun 1 ildən sonra bala verirlər. Onların ömürləri 10 ildir. İt 2 yaşında bala verir, onun ömrü 20 ildir. Bir cox dırnaqlı heyvanlar 3 yaşında bala verir, onların ömürləri 30 ildir. Dəvə 7 yaşında bala verir yaşı 70 ildir. Adam orta hesabla 12-13 yaşlarında bala vermək bacarığında olur. Onun ömrü 120-130 ildir. Bu yasa bütün canlılara xasdır. Ömürü bir çox hallar, doğada olan xatalar, xəstəliklər, pis yaşam biçimi (tərzi) və başqa hallar gödəldir. Bu sürədən də tanrı verən ömürü yaşaya bilmirlər..              
           Tanrıçılıqda deyilir, ulu Tanrı Günəşi, torpağı, yeli və suyu yaratdıqdan sonra  tanrı doğa varlıqlarını yaratdı. Bu yaradıcılığın hamısı özlüyündə Tanrı qanunudur. Dünyada yaranan xaotik hərəkətin özü bir Tanrı qanunudur. Xaotik varlıqların calxalanmaları  sonucunda aşamalarla doğanın nəbatət, heyvanat aləmi yarandı, bu aləmlərin yaranmasında elə ağıla gəlməz qarışıqlar qatqılar olur ki, onu yalnız Tanrı özü bilir.
             Bu gün bilimin dediyi yaşamaq uğrunda savaş kuralı da Tanrı kurallarının biridir. Göründüyü kimi Tanrı kuralları ilə bilimin açıqladığı kurallar eynilik yaradır. Tanrının gizəmli kurallarını bilim dünyası açıqlayır və özününküləşdirir. Ancaq bu kuralların doğru-düzgünlüyünü ayırd etməyi bacara bilməyən ateistlərlə, teistlər arasında həmişə uçurumlar  yaranmış və yaranır. Deizm dini dünyagörüşündə isə bu uçurumlar yoxdur. Deizm elmlə dini bir-birinə  yaxınlaşdıran dini dünyagörüşüdür.
             Deizm dünyagörüşündə düşüncə, davranış və məntiqlə təbiət varlıqları arasında yaranan sıx birliyi görmək Tanrını qavramağın ən düzgün yoludur.
            Bu günkü bilginlərin dünyagörüşlərinin, tamamilə yeni baxışlarla güclənməsi üçün, Tanrının bir çox kuralauyğun bilinmə yenilikləri Tanrının gizləmlərinin aşkarlanması sayıla bilər. Bilim adamları ulu Tanrının evrəndə olan gizlilərinin çox az çeşidini bu gün açmışlar. Hələ göydə, yerdə, suda bir çox Tanrı gizlincləri açılmamış halda öz açıqlamasını gözləyir.

                                               Ağıl haqqında düşüncə.
           Osman N. yazır: “Əgər ağıl bütün işləri görə biləcək qüdrətdə olsa idi, hidayət rəhbəri olan peyğəmbərlərə ehtiyac olmaz idi. Bu baxımdan ağıl vəhyin liderlərinə möhdacdır” (Osman N. “İmandan ehsana təsəvvüf”.Bakı 2009 s.-108). Göründüyü kimi Osman N. adamı heyvan düzəynədək endirir. Sözünün deyilişindən belə çıxır ki, ağıl yalnız peyğəmbərlərdə olmuşdur. Qalan adamların ağlı peyğəmbərlərin vəhyilərinə borcludur. Daha sonra yazır:“ Qəlbi həyat və onun mənəvi duyğu və hissiləri olmadan, ancaq ağılla sonsuz həqiqətlər aləminə getmək olmaz.” (s.-109). O qəlbin ağıldan yüksəkdə durduğunu, daha geniş düşüncə bacarığının olduğunu deyir. Ağlın sınırının dar olduğunu, qəlbin (ürəyin) isə sınırsız düşüncəli olduğunu deyir.
          Fazıl Kısakürək isə yazır: ” Gördüm ki, hər şey peyğəmbərlər peyğəmbərinin ruh feyzinə sığınmaqdan ibarətdir, yerdə qalan yalan, qorxu və xəyaldır! Ağıl isə bir heçdir”.(O.N.s.109).  Bizim bu yazarlar XXI yüzillikdə yaşasalar da, onların duyğu və düşüncə görüşləri hələ də X yüzillikdədir. Necə də ucuz düşüncədir. Heç bir incələməyə (təhlilə) və gerçəkliyə (dəlilə)  sığmayan geniş ölçülü ağıla  alçaldıcı bir sonluq verir. Hər şeydən öncə onu unutmaq olmaz ki,  adam yalnız ağılı ilə heyvanlardan seçilir. Ona heçdir demək çürüklüyə yuvarlanmakdan başqa bir şey deyildir. 
            Osman Nuri Topbaşın və Fazil  Kısakürəyin yazılarını oxuyanda onların ağıla verdikləri Tanımlama (tərif) məni sarsıtdı. O üzdən də bu yazını yazmalı oldum.                      
            Ağıl nədir?: Ağıl doğanın bir çox çeşitli olaylarını beyinin qavram, bilinc və anlamları ilə özündə birləşdirən və incələyən görəvdir (funksiyasıdır). Ağıl elə bir güclü, gizəmli varlıqdır ki, Hələ bilik (elm), ağlın bir çox tansıklarının (möcüzələrinin) incələnmələrini (təhlilini),  açıqlamaqda  bu gün gücsüzdür. Belə ki, beynin görəvisı olan anakın (yaddaşın), anlamın (idrakın), düşüncənən (təfəkkürün) və s. olayların yaranma yolları bir giz kimi hələ də bilik dünysında anlaşılmaz və açıqlanmamış qalır. Gələcək olayların qabaqcadan duşda (yuxuda) görünməsi və qipnoz vaxtı gələcək gizlərin açıqlanma hallarının baş vermə kurallarının (qaydalarının) aydınlaşdırılmasında, çeşitli düşüncələr  olsa da, hələ ki bilik tam aydınlığı ilə açıqlamamışdır.
          Yuxarda adları çəkilən təsəvvüfçülər, ağıla yox, yalnız duyğulara üstünlük verirlər. Salıkları (xəbərləri) yoxdur ki, duyğu və ağıl hər ikisi də bir qaynağın, maddi varlıq olan beyinin ürünüdür. Bilginlərimiz çoxdan kanıtlamışlar (sübut etmişdir) ki, qəlbdə (ürəkdə) heç bir mənəvi duyğu və hissiyyat yoxdur. O yalnız ət parçası olaraq yaşamaq üçün yararlı olan ötürücülük görəvilərini yerinə yetirir. 
             Yuxarıda adları çəkilən yazarlar, böyüklüyü ölçüyə gəlməyən, bu evrənin yiyəsi olan Tanrı ilə, evrəndən ölçüsüz dərəcədə kiçik olan adamı  qarşılaşdırırlar və gülünc sonluq çıxardaraq ağıla heçdir deyirlər. Ağıl hər şeyi özündə birləşdirən geniş anlamda beyinin çox çeşitli olan görəvilərinə (funksiyalarına) verilən addır. Ağıl anlamdır, bilincdir, düşüncədir, dərinbilikdir, anakdır, sözlərdən sözbitiyi (cümlə) yaradan tansıkdır (möcüzədir) və s halların birlik varlığıdır.         
             XXI-əsr bilim adamlarından ayrımtılı (fərqli) olaraq , X-əsrdə yaşamış böyük  Firdovsi  ağıla necə də yüksək, yeri –yerində düzgün öymə (tərif) vermişdir. O, deyir:  
               “Ağıl nur saçar, qəlbə ziynət verər,
               Çətin gündə, iqbala yol göstərər,
               Ağıl ağladandır, ağıl güldürəndir,
             Ağıl qaldırandır, ağıl endirəndir.”                                                                                                                                               
                                                   (Firdovsi “Şahnamə” Bakı 1982 s.16)
    .Firdovsinin bu yığcam öyməsinə saylarla və çeşitlərlə bitik (kitab) yazmaq olar.
              Başqa qaynaqlar görək ağıla nə tanıtma verirlər. Dinin ağıla verdiyi ən  son tanıtma (tərif): ”Yaxşını pisdən, xeyri şərdən ayırd etməyə yarayan, zehni qüvvələr baxımından kafi olan şəxsi məfhum əql sahibi məfhumlarıdır”. (İntellekt Az. Anlam. Vikipediya)
              Bilimin (elmin) ağıla verdiyi son tanıtma (tərif): “Ağıl yüksək inkişaf etmiş və mürəkkəb diferensasiya edilmiş beyinə malik orqanizmlərin psixiki fəaliyyətinin xüsusi funksiyası; informasiyanı almaq, saxlamaq, dəyişdirmək və qərar vermək...qabiliyətidir” (Fəlsəfə ensiklopedik luğəti. Bakı 1997. s. 12).
           Dinin verdiyi tanıtma tamamən yersiz və əksiklidir. Bilimin verdiyi tanıtma geniş önəmli və həryönlü olsa da yenə ağılın tam dəyərini ödəmir.
              Ağıl beynin fizioloji- bioloji,  görəvinin soyut (subyektiv) varlığıdır. Ağıl somut (obyektiv) varlıq olan beyinin psixiki hızının (fəaliyyətinin) çox çeşitli görəvisidir. Ağıl kimsənin öz adını qanmaq anaqından (yaddaşından) tutmuş, evrənin (kainatın) gizləmini (sirrini) aşkarlamağa çalışan geniş ölçülü, geniş sınırlı bir görəvi varlıqdır.
             Tarixdə ağıla bir çox öymələr, tanıtmalar və bitimləmələr verilibdir. Ancaq ingilis tarixci sosioloqu Henri Tomas (1821-1862) kimi şişirdilmiş və ürəyə yatan öymə deyən  yoxdur. O deyir: “Göyün ən böyük nur saçanı olan Günəş öz əzəməti və cəlalı ilə insan ağlının qarşısında bərabərlik iddiasını edə bilməz.”( M. F. Axundov “Kamalüddövlə məktubları” Bakı 1985 s.93).
             Dini dünyagörüşü, ağıla iki fəlsəfi yöndən baxaraq ona çeşitli anlam verir. 1.Vacibül-vücud dini fəlsəfi dünyagörüşlü Tövhidçi təsəvvüfçülər ağılın gücünü, çalışqanlığını (fəaliyyətini) alçaldaldaraq, onu heçə endirirlər. Hər şeyi alın yazısı, qəza, qədər həll edir, ağıl onun yerinə yetiricisi və  gerçəkləyicisidir deyirlər.
              2-ci Vəhdəti- vücudçu təsəvvüfçülər ağılı beyində yerləşən İlahi dənəciyin (zərrəciyin) görəvidir deyirlər. Bu kiçik adamın ağılı  çox-çox böyük və əzəmətli bir varlıqdır. Tanrını tanıyan və tanıdan yeganə varlıq ağıldır deyilir. Bütün tış və iç aləmin varlığını duyan, duyğular da beyinin varı olan ağılla tanınır və bilinir. Tanrı gizlərini  açıqlayan Tanrını tanıdan, onun varlığını duyan ağıldır. Peyğəmbərlər ona görə peyğəmbərlik etmişlər ki, onlar dönəminin ən ağıllı adamları arasından seçilənlər olmuşlar. Bütün duyğular ağılla  çalışmaqdadır. Ağıl olmadıqda duyğular heçdir. Qəlbin və duyğuların  çalışqanlığı ağılla ölçülür.       
               Bir sıra təsəvvüfçülər ağılla nəfsi eyniləşdirirlər. Hər ikisinin ilahi zərrəciklərdən yarandığını bildirirlər. Burada da yanlışlığa yol verirlər. İnamla onu demək olar ki, ağıl dediyimiz mənlik varlığı, maddi varlıq olan beyinin ürünüdür. Tanrıdan bəxş edilən ilahi dənəcik, beyində yerləşdiyi üçün, ağıl eyni zaman da haqdan verilmiş bir psixoloji görəvdir. İbtidaidən aliyə doğru bütün canlılarda, basamalı olaraq, ağılın izlərini görürük. Bilim adamları da bunu çoxdan açıqlamışlar. Ancaq, ən yüksək çalışma, geniş anak (yaddaş) bacarığı, olayları incələmək və araşdırmaq bacarığı, yalnız adama verilmişdir. Biz bu geniş mənəvi varlığın birliyini ağıl adlandırırıq. Ağıl, eyni dönəmdə də özgür seçim bacarığı, geniş çözüm bacarığıdır.  Yaşamda iz qoymaq üçün  ağılla işsəsinin (iradənin) birliyi gərəklidir. Ən ağıllı adamda içsəsi aşağı olarsa, o kimsə güclü ağlını işlətmədən özü ilə aparacaqdır. Güclü ağılı ilə güclü içsəsi birləşmiş olan kimsə dünyada silinməz iz buraxır və belələrinə işıqlı kimsələr deyilir.
           Mövlanə Rumi ağlın qarşıgələ (təsadüfi) qatqısından (iştirakından) danışanda, alleqorik bənzətmə çəkərək deyir: “Ovçunun ovuna bir quş düşür. Ovçu tordan quşu çıxardanda quş dilə gəlib deyir: “məni buraxsan sənə üç tansıqlı (möcüzəli) söz deyərəm. O sözlərin xəzinəsi sənə də sənin uşaqlarına da yetər”. Ovçu razılaşır. Quş deyir: 1. “Görmədiklərinə yalnız eşitməklə inanma. 2. Keçirdiyin girəvəni sonra yada salıb peşman olma. İndi məni burax üçüncünü deyim”deyir. Ovçu quşu buraxır, quş ağacın budağına qonub deyir: “Qanadımın altında on misqal inci var idi, o sənə azık (qismət) olmadı”. Bunu eşidən ovçu quşu buraxmağına peşman olub ağlayır. Quş da onun ağlına gülərək deyir: ağlama, dediyim sözləri yadına sal. Ağlını işlət, gör üç misqal çəkim olmadığı halda, on misqal incini mən necə gəzdirə bilərəm?” (M.Rumi “Məsnəvi” Ankara 2012. s.355) Ağlın araşdırılmasına ilgin olan bundan gözəl örnək ola bilməz.
Ruminin bənzətməsindən belə anlamaq olur ki, ağıl olsa da, onu necə və harada  işlətmək  çox böyük bacarıqlıq istəyir. M. Rumi böyük din xadimi kimi dolayı yolla çəkdiyi bənzətmədə (təmsildə) varlığın- gərəkliyi fəlsəfəsinə yox, varlığın-birliyi fəlsəfəsinə üstünlük verir.  
         Rumi bu alleqorik bənzətməsini (təmsilini), Varlığın- gərəkliyi fəlsəfəsinə dayanaraq aydınlaşdırmır. “Əgər Allah istərsə,  quş danışar da, on misqal yox, iyirmi misqal gəzdirər də demir.  O öz görüşünü varlığın -birliyi baxımından aydınlaşdırır.“  Allah yaratdığı hər bir varlığa onun özünə uyğun ağıl və güc verir. Burada istəsə, istəməsə sözü artıqdır”, deyə qarşılandırır . Mövlanə bununla özünün sofiliyini kəsinləyir. Burada islamçılığa yox, Tanrıçılığa üstünlük verir. Rumi məsnəvinin başqa bir yerində də Tanrıçılıq yönəmindən çıxış edərək, “Nerəyə dönərsiniz orada Allah üzü var” deyir. ( M.Rumi “Məsnəvi Ankara 2012 b.3640).                                                                                                                                                                                                                                       
Mövlanə Rumi  eyni dönəmdə də Tanrının adamlara bəxş etdiyi ən dəyərli varlığın ağıl olduğunu kəsinləyərək, bütün çalışmaların, uğurlu və uğursuz olma ilgilərinin  öndəri  olan ağılı düzgün işlətmək öyüdünü verir.
               “Ağılın dəvəçiyə bənzər, sənsə dəvəsən,
                  Səni əmrinə bağlar; ; istər istəməz,
                 Dilədiyi yerə çəkər götürər.
                 Cahilin sonradan görəcəyi işi,
                 Ağıllı kişilər öncədən görər.
                 Ağıl ona deyirlər ki; bir yol açsın,
 Yol ona deyirlər ki; Allaha varsın.”- deyir. .                                                                                                                                            
                                   (“Mövlanə fəlsəfəsi” İstanbul 2010 s.106) 
Mövlanə Rumiyə görə “Allaha çatma, ona qovuşma yolunu yalnız ağıl açır. Adamda olan yetginliyi, kamilliyi ancaq ağıl yaradır, ağıl verir”.
            Bütün dinlərin inamlarına görə, mənəvi duyğuların hamısının, o ilgidən ağılın da ürəkdə (qəlbdə) yerləşdiyi göstərilir. Ona görə də din bitiklərində ilahi dənəciyin yeri qəlb  olduğu deyilir. Bu cür qəbul olunmuş dini doktrina artıq çoxdan köhnəlmişdir. Adamların bu günkü  düşüncəsi ilə sayselləşmək gərəkdir. Bilik və ağıl necə diktə edir, olayları elə də açıqlamaq gərəkdir.  Artıq  bütün dindarlar alımlamalıdılar ki, bu gün X-əsr dünyagörüşü köhnəlmişdir. Bu gün XXI-əsrdir. Mənliyin bütün çalışmaları ürəyin yox, beyinin geniş duyğularının ürünüdür və o duyğularla gələcəyə getmək gərəklidir.    

                                                     İçistəyi (Nəfs) haqqında düşüncə
             Nəfs ərəb sözü olub, can, güc anlamını verən, eyni zamanda ərəb dilində bir çox çeşitli anlamlarda işlənən sözdür. Dində isə ruhun qarşılığı kimi işlənir. Dində ruh Tanrı zərrəciyi kimi, nəfs isə şeytan zərrəciyi kimi başa düşülür. Mənəvi mənliyi öldürən (məhv edən) etgənlərdən (amillərdən) ən başlıcası içistəyi sayılır. Ona görə də din içistəyinə (nəfsə) Şeytana dayaq duran bir varlıq kimi baxır. Odur ki, adamlıqda saflığın, saflaşmanın əngəlli  yollarından biri olan içistəyin egitimlənməsi mənəvi mənlik egitimnin əsası sayılır. İlahi dənəciyin beyinə verdiyi ağıl egitimin ilk günündən içistəyi öz cilovunda saxlamağı bacarmalıdır.
            Adam düzgün egitimlənmədikdə, içistəyi cilovlanmadıqda,  içistəyi ağıla pislikdən və alçaqlıqdan başqa heç nə verə bilməz. İçistəyinin düzgün egitimlənməsi  olunmayan adamlarda heç bir halda yüksək əxlaqi durum ola bilməz. İçistəyini qoruya bilməyən, pisliklər edən adamın suçunu qarşısına qoyub göstərəndə belə, o çox halda suçu özündə görmür. Lənət şeytana deyərək suçu öz üzərindən atır. Şeytanı günahkar tutur. Onu dərk eləmir ki, bütün günahlar onun düzgün egitimli olunmamasının üzündən baş verir.
           Nəfs heyvani duyğuların ürünü olduğu üçün onu heç halda tamamilə yox etmək mümkün deyil. Onu ancaq həmişəlik cilovda saxlamaq, heç bir halda cilovunu boşaltmamaq lazımdır. Əgər cilovu boşalrsa o mütləq baş qaldıracaqdır. İçistəyin egitimi (Tərbiyəsi) adamlıqda irahın egitimlənməsi deməkdir. İçistəyi egitimlənərək ağılın cilovunda saxlandıqda ağılın yiyəsi olan  kimsə ən yüksək mənliyə  və egitimliyə yiyələnir.
            Onu bildirməliyəm  ki, içistəyi anadan gəlmə içgücüdür (instinktdir). Duyğuların boioloji və mənlik görəvidir. Elə ki, adamda duyğu yaşayır  içistəyi də onunla bərabər yaşamalıdır.Bir bioloji varlıq kimi adam öləndə içistəyi də ölür. Elə ki, içistəyi ağlın cilovundadır,o daimayaşar olub  dünyanın gözəlləşməsində, xeyirxahlıqda iştirak edəcəkdir. Elə ki, ağılın cilavundan çıxar o, dönəmdə içistəyi pisliklərə ağalıq edər, dünyanı qana çalxalaya bilər.
              Adamoğlu çox qarışıq çeşitli varlıqdır. O bəzən elə bir yüksək ali düşüncələrə, xeyirxah əməllərə  qulluq edir ki, onu Allaha yaxın bilib onu sevməli olursan. Bəzən də o dərəcədə özünü alçaldır ki, onu heyvanlardan da aşağa səviyyəli bir durumda görməli olursan.  Adamı bu düzeyə salan nədir, hansı  gücdür? Bu güc haradan yararlanır? Mənim gəldiyim son inama,  görə, adamı kutsal düzəyə qaldıran da, onu heyvan düzəyinə endirən də, onun içistəyidir. İçistəyi ilə görgünü (əxlaqı) qoruyan ağıl həmişə özündə adamlıq sifətini qoruyub aşılayar. Adamlığın ucalığında durar. Həm də Tanrının istəklisi və sevimlisi olar.
             Sultani irah (ruh) ağılda yerləşdiyi halda, heyvani (şeytani) içistəyi duyğu varlığı ilə yaranır. Ona görə də bir takım təfsirçilər içistəyi şeytanla  eyniləşdirirlər. İçistəyi şeytanla eyniləşdirmək kökündən yanlış fikirdir . Şeytan dediyimiz qeyri müəyyən cisimsiz varlıqdır. O, ancaq içistəyilə yaxınlıq edə bilər. Ona  görə də içistəyi kimi şeytan da daima ağılla savaşdadır. Mənlik saflığının ən başlıca ölçüsü olan ağılın  içistəyə qalib gəlməsində  sultani irahın (ruhun), ağlın və içgücün (iradənin) birliyi danılmazdır. İçgücün azlığı, içistəyin güclənməsi deməkdir.  İçistəyi də ağıl kimi, beynin bio-kimyəvi duyğular görəvisinin ürünüdür. Ağlın içistəyi ilə savaşında, ağılın içistəyə üstün gəlməsi o kimsənin yetkinlik  bacarığından asılıdır.       
               Nəsrəddin Tusi nəfsi iki qola - adi nəfs və nitqi nəfsə bölür. Adi nəfsin gövdə ilə bərabər ölüb, çürüyüb yox olmasını deyir. O “nitqi nəfs, bədən öldükdən sonra olduğu kimi qalır, o heç vaxt ölmür” deyir. O həm də ruhu nəfs adlandırır. (N.Tusi "Əxlaqi Nasir" Bakı, 1989, s.47) N. Tusi ruhu insani nəfs adlandırır. Onu bədəndən asılı olmayan bir varlıq, bədəni isə onun saxlandığı sandıq hesab edir.
               Nəsrəddin Tusi “Əxlaqi-Nasir” əsərində yazır: “İnsanı nəfs elə bir sadə cövhərə deyilir ki, özü də daxil olmaqla, ağılın dərk etdiyi, hər nə varsa, hamısı onun sayəsində olur. O cövhər nə cisimdir, nə də cismani, o, hiss orqanlarının heç biri ilə hiss edilə bilməz.”
        N.Tusinin nəfsə verdiyi bu tanımlama (tərif) təmiz aydınlığı ilə iraha (ruha) verilən  tanımlamadır. Demək Tusiyə görə irah ilə nəfs eyni mənəvi varlıqdır. Nəsrəddin Tusi, heç də nəfsi ağıldan aşağı saymır. Nəfsin çox güclü bir  varlıq olduğunu, onun heç bir orqan ilə duyula bilinmədiyini deyir.
            İçistəyi duyğulardan yarandəğı üçün o heyvanlarda da  olmaqdadır. Ancaq adamlar şüurlu varlıq olduğu üçün, onlar içistəyilə mabarizə aparmaq bacarığındadılar. İnsanda olan bu bacarıq, ağlın içistəyi cilovlamağı bacarmaqda ona köməklik edir.
          İmam Qəzali nəfsi öldürməyin əleyhinə çıxış edir. Adam nə qədər sağdı, nəfsin də onunla yaşamasını bildirir. Ancaq onun cilovda saxlanılmasını lazımlı bilir.
              Adamda olan sultani irah, özünü  içistəyə təslim edərsə, o zaman içistəyin cilovu sultani  irahın əlindən çıxar, içistəyi cilovsuz ata bənziyər. Səni istədiyi yerə aparar. Ona görə də, ilahi hökm sahibi olan ruh, daima nəfsi cilovda saxlamağı bacarmalıdır. Sultani ruhun borcu nəfsin heyvani istəklərini azaltmaq, nəfsə qarşı iradəni möhkəmləndirməkdir. Qurani-kərimdə deyilir:”Nəfs pis işlər görməyi əmr edər.”(12\53)
              Toplumdakı etik və estetik egitimlərə, davranış uyğarlıqlarına  yiyələnmək, yetginliyin, kamilliyin əsas şərtlərdən biridir. Bu hallar kimdə möhkəm olarsa, onun içistəyi qol-qanad açıb, onun  adamlıq duyğularını alçalda bilməz. İçistəyin (Nəfsin) düzgün tərbiyəsi, təmizlənib saflaşması, təkcə şəxsi formalaşdırmır. O, bəşəri dəyərləri də formalaşdırır.
           İrahın (ruhun) təmizliyi, saflığı  adamlığın və onun çiçəklənməsi yoluna qulluq etdiyi kimi, irahın çirkliyi, çirkinliyi  adamlığa ağır suçlar, faciələr gətirə bilər. Heyvani  irah çox güclü olduğu üçün, sultani irahın egitimi adamlıqda ilk yaşdan başlayaraq, adamın həyatının bütün dövrlərində, hətta ahıl yaşlarında da lazımlıdır.
             İçistəyi (Nəfsi), böyük cihad hesab edən Məhəmməd peyğəmbər, Təbuq (Bizans) savaşından qayıdarkən, demişdir: "İndi kiçik cihaddan ən böyük cihada, nəfsin istəklərilə savaşa  (mübarizəyə) qayıdırıq."
              İçistəklə (Nəfslə) mübarizə etməyi, ona üstün gəlməyi Rəsulullah ağır savaşlardan da ağır bilirsə, onda, nəfsimizin ram edilməsi üçün, nə dərəcədə çətin sınaq yolundan keçməyimiz göz qabağındadır. Ona görə də, hər bir ağıllı adam, içistəyinin qarşısında yaranan çətin yolu savaşın çox çətin yol olduğunu bilən Rəsulullah buyurur: "Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə, o çirkin, pis işlər görməyi əmr edər."(24\21)
               Biz yuxarda dedik ki, içistəyi duyğuların ürünüdür. Elə ona görə də yuxarılardakı kürsülərdə oturanların içistəkləri üstünlük etdiyi hallarda onlar harınlaşırlar. Onlar içistəklərinin əsirinə çevrilirlər. Bu zaman onlarda olan adamlıq duyğuları boğulur, itir və yaramazlıq duyğuları üstünlük yaradır. Beləliklə də, onlar, özünü bəyənmə, özünü sevmə, xutbinlik, təkəbbürlük və məğrurluq azarına tutulurlar. Belə  öndərlər həmişə toplumu uçruma aparır. Bu hallar olmasın deyə, ulu Tanrı adama ən gözəl görgü (əxlaq) nümunələri olan dözüm, səbr, təmkinlik, hövsələlik, zəriflik, incəlik, yüksək istedad vermişdir ki, ağılı ilə onu qoruyub saxlaya bilsin.  Bu yaxşı cəhətləri adam o vaxt özündə aşılaya bilər ki, o anadan gəlmə güclü ağıl rüşeymi ilə doğulsun, təmiz, saf egitim ilə böyüsün. Belə halda o yetgin bir kimsə kimi  toplumun yüksək əxlaqlı nümayəndəsi və Tanrının sevimli qulu olar.

                                            Görgü (Əxlaq) haqqında düşüncə.
                Əxlaq ərəb sözü olub, görgü, huy anlamını verir. Görgü (əxlaq) içgücünün (instinktin) yaratdığı yüksək uyğarlıqlara qulluq edən, öyrənilməklə qazanılan görəvdir. Görgü adamın iç aləmindəki mənliklərinə, huylarına, davranışına verilən addır, adamın ilginc (maraq) dünyasıdır. Adamın ilginc dünyası  görgü çəmbərindən qırağa çıxmadıqda  görgülülük (əxlaqlılıq) sayılır. Çıxarsa görgü norması pozular və görgüsüzlük (əxlaqsızlıq) yaranır. Tarixdə görgü ilə ilgili bir çox əsərlər yazılmış, öymələr, tanıtmalar verilmişdir. Tanrıçılıq kuralları doğa ilə sıx bağlı olduğu üçün, görgü normalarını da doğadan qıraqda görmür.
               İmam Qəzalinin görgü haqqında dediyi düşüncəsi, islam dünyasının ideologiyası sayılır. Qəzali deyir: “Əxlaq, insan nəfsində yerləşən heç bir məcburiyyətə, tərəddüdə yol vermədən asanlıqla və öz-özündən onun əməllərini meydana gətirən görüşdür. Əxlaq insan nəfsində yerləşən elə bir yetənəkdir ki, o heç bir zorlama olmadan, düşünüb daşınmadan, bu yetənək nədənilə kolaylıqla ortaya çıkar”.( (Mustafa Çağrışçı “Anaxatalarla islam axlaqı” İstanbul1991 s. 20 və “İslam əxlaq elmi”)
              İmam Qəzalinin bu tanıtması (tərifi) göründüyü kimi, çox yönümlü dolğun egitim norması kimi verilsə də, görgü (əxlaq) normalarını  olduğu kimi tamam sağlamır (təmin eləmir). O görgünü (əxlaqı) yalnız  nəfsi fiillərdə görür.  Görgüdə böyük görəvisi olan egitimi (tərbiyəni) və toplumu (cəmiyəti) unudur. Ona görə də Qəzqlinin tanıtması əksiklidir.
             Bir sıra sosialoq filosoflar deyirlər: ”Görgünün (Əxlaqın) inkişafını ona görə mənəvi tərəqqi kimi başa düşmək olar ki, hər bir sonrakı pillə əvvəlkindən yüksəkdədir. Daha yüksəkdəki pilləyə keçid ictimai münasibətlərin daha çox humanistləşməsi, əxlaqi şüurun daha da inkişafı, təkmilləşməsi deməkdir.” (Marksist etikası” Bakı 1985 s. 85)
               Burada da önəmli düşüncə ondadır ki, görgü norması pilləli gəlişmə (təkamül) qanununa qatılır. Bu düşüncə ilə də razılaşmaq olmaz. Ona görə ki, ilk öncə pilləli gəlişmə qanunu, təkamül qanunudur. Bu qanun eyni dönəmdə də Tanrı qanunu sayılır. Pilləli inkişaf qanunu daima yüksələrək, irəliyə sarı gəlişmədədir. Orada geriləmə (tənəzzül) yoxdur. Onun toplumla heç bir bağlılığı yoxdur, ola da bilməz və onu topluma ilgi etmək yanlışlıqdır. Çünkü basamalı gəlişmə qanunu toplumu gəlişdirir. Görgü (əxlaq) isə toplumun gələnəkərinin  yaratdığı bağlantısız (nisbi) normadır. Bir toplumda görgülük (əxlaqlılıq) norması olan şey sabah və ya başqa toplum kuralında görgüsüzlük (əxlaqsızlıq) sayıla bilər. Demək sosioloqların tanıtımı da əksiklidir.
               Adamın etdikləri yaxşılıqlar, adamlığı qoruyan və adamlığa qulluq edən bütün hərəkətlər görgülük sayılır. Bütün pisliklər, egitimsizliklər, arsızlıqlar görgüsüzlük (əxlaqsızlıq) sayılır. Görgü kateqoriyası heyvani duyğuların, xüdbinliyin, mənəmliyin, zülümkarlığın qarşısına çəpər çəkən, mənliyin, psixoloji buxovdur. Məsələn, kiçik yaşlarından dini tərbiyə ilə böyüyən uşaq, böyüdükdə dini qadağalardan, oğurluqdan, yalançılıqdan və başqa əyriliklərdən çəkinir, inanclara bağlanır və sonda toplumun düzgün egitimli (tərbiyəli) bir üyəsi (üzvü) olur.
             Görgü ağılın, düşüncənin (təfəkkürün), egitimin (tərbiyənin) ürünü (məhsulu) olduğuna görə heyvani duyğulara ilgi edilmir. Görgü adamın duyğularının ürünü olduğu üçün ocağın (ailənin) və  toplumun egitimində  qazanılır. Görgü normaları toplumun bütün çalışqanlığında (fəaliyyətində) iştirak edir. Qədimlərdən toplumda dərin kök salmış görgü normaları, bu gün pozulmaqdadır. Adamlar arasında olan qohumluq bağlarında, yavaş-yavaş yadlaşma, uzaqlaşma meyilləri çoxalır, qohumluq çəmbəri kiçilir və cılızlaşır. Bunu bilginlər, müdriklər, son zamanlar dini inamların azlığı və boşluğu ilə ilgiləndirirlər .  Ancaq bunu tamamilə dini görüşlərin üzərinə atmaq yanlışdır. İnkişafda olan uyğarlığın  və toplumun suçu kimi də alqınlamaq (qəbul etmək) olar. Toplumda evlilik ocağının kiçilməsi, radio, televizor, internet, telefonun yaşama (məişətə) girməsi ilə, evlilik üyələri arasında soyuqluq, özünə qapanmalar yaradır və gücləndirir. Eviçi bağlılıq nənə-babaya, ata-anaya, qohumlara sevgi azalır. Demək texnoloqiya yüksəldikcə artdıqca, uyğarlıqda cılızlaşma gedir, mənlik azalır və qohumluq duyğuları sönür.  2016-cı il statistikasına görə, boşanmalar evlənmələrin 30 %-nə çatmışdır.  Bu da tarixdə görünməmuş acılı (faciəli) bir olaydan salıq verir. Toplumun cılızlaşması tək evlilik cılızlığı ilı bitmir. Toplumun başqa alanlarında da gedir. Xüsusilə duyğularda gedən cılızlaşma çox qorxuludur.
                 Bu gün texnoloqiya gələnəklərinin gəlişməsinə uyğun, dini kurallar gəlişə bilmir. Bu ilgidən də insanlarda heyvani duyğular qüvvətlənmişdir. Bu gün uyğarlıq və mənlik geriləməyə yönəlir. Bu gün davranış yollarını,  mənlikdə yaranan cılızlıq tutur. Demək görgü cılızlaşır, toplum görgüsüzləşir (əxlaqsızlaşır).
               Bu gün biz kapitalizm qurluşu içərisində yaşayırıq. Kapital bolluğunun olması həmişə heyvani duyğuların oyanmasına, harınlaşmasına vadar edir. Heyvani duyğular baş qaldırdıqca adamlıq duyğuları sönməyə başlayır. Belə hallarda görgü (əxlaq) normaları pozulur. Toplumda görgüsüzlük bolluğu-çoxluğu yarananda, yaşamda üstünlük qazanır və sonda o toplumun görgü normasına çevrilir. Demək dünənki görgüsüz hər hansı bir davranış, bu gün görgü norması ola bilir. Görgüsüzlüyün görgü normasına keçməməsi üçün, ağılın, düşüncənin və dini inamın birlikdə davranışı böyük rol oynaya bilər. Kapitalın oyatdığı harınlaşmış içistəyi (nəfsi), yüksək egitimlənmiş ağıl, din isə görgüsüzlüyü  haqqın qorxusu ilə cilovda saxlaya bilər.                   
             Dayanıqlı duyğu etgili olan dini inam  adamda damu (cəhənnəm) qorxusu yaradır və sonda görgü normaları pozulmaz halda qalır. Kapitallı adam görgüsüzlük toplumunda olarsa, belə yerdə acı (faciəli) olaylar həmişə yarğıda (hökmdə) olacaqdır.
            Görgülük də, görgüsüzlük də çox çeşitlidir. Dönəmin hər bir davranışında rast gəlinir. Bir çox yüksək uyğarlı islam ölkələrində qadınların gövdələrinin demək olar ki, yarısının açıq olması görgü norması sayıldığı halda, bir sıra islam ölkələrində görgüsüzlük sayılır. Ölçüsündən və dəyərindən artıq gərəksiz yerə paylaşmalar (israfçılıq) da, gərəksiz yerə sıxmalar (xəsislik) da görgü normasının  pozulması sayılır.

                                                     Utanma (ar-həya) haqqında düşüncə. 
              Həya, ar hər ikisi ərəb sözü olub açıqlaması utanmaq, deməkdir. Ama toplumun dəyərində, danışığmızda həya (utanma) çox geniş alanlı yer almaqdadır.  Utanma görg (əxlaq) normalarını qoruyan mənlik etkənidir (amilidir). Utanma (həyalanma) adamdan asılı olmayaraq, duyğu üyələri (orqanları) ilə yaranan bioloji təpgidir (reaksiyadır). Utanma görgünü (əxlaqı) yararlayan aracdır (vasitədir).  Görgüdən ayrıntılı olaraq utanma azala bilər, ancaq yox olmaz. Çünki o istəkdən asılı olmadan, gövdənin, içgücünün verdiyi bioloji təpgidir. Utanma gözəl görgü deməkdir,  adamın iç dünyasının, mənliyini gözəlləşdirən bir etkəndir (amildir). Utanma özəllik takımı olduğu üçün ona bir yönlü yanaşmaq düzgün olmaz.
            Buxari “Səhih”in 77 bölümündə, Müslüm “İman”ın 10 bölümündə “ Həya insanın başına xeyirxahlıqdan başqa bir şey gətirməz” deyirlər. Onların düşüncələrində önəmli doğruluq var, ona görə ki, utanma görgünü (əxlaqı) gözəlləşdirir. Ama bu doğruluq bir yönlüdür. Onların düşüncələri  yalnız yüksək uyğarlıqlı toplum üçün keçərlidir. Yüksək  görgülü uyğarlıqlı toplumda utanma  adamı gözəlləşdirdiyi halda, görgüsüz (əxlaqsız), cılız toplumda utanma  adamın yaşamasına ziyan verən bir bağlılığa çevrilir. Adamı gücsüzləşdirir, acizləşdirir. Utancaqlar, utanmazların tapdağı altında qalırlar. Demək utancaq olmaq gözəllik sayılsa da, həmişə özünü doğrultmur. Utanmazlar toplumunda utancaqlar həmişə taptanmış olurlar. Utancaqlıq yüksək uyğarlı toplumda gözəllik, uyğarsız toplumda çirkinlik sayılır.
                  
                                                İçsəsi (Vicdan) haqda.
               Görgü (əxlaq) anlayışını düzənləyən (tənzimləyən) mənlik varlıqlarından biri də içsəsidir (vicdandır). İçsəsi adamı yetkinliyə,(kamilliyə) çağıran ün səsidir. İçsəsi adamın içərisində, iç dünyasında baş qaldıran əyriliklərdən, yaramazlıqlardan, pis yollardan uzaqlaşdırmaq üçün, yaranmış  yarğı (hökm) verici yarğıtaydır (məhkəmədir). Adamın içsəsi (vicdanı), içistəyi (nəfsi), qoruyan, onu cilovda saxlayan mənlik yarğıtayıdır. İçsəsi, adamı ən yüksək duruma çatdıran, Tanrıya yaxınlaşdıran əksiksiz (mükəmməl) inamdır, imandır. İnam içsəsin istəyindən doğulan ali durumdur (məqamdır). İçsəsin yarğıtayı (məhkəməsi) adamı etik normalar içərisində davranmağa  vadar edən egitim (tərbiyə) formasıdır. İçsəsi yetkin olduqca adamı  düz yola çəkir və onu haqqın yolunu tutmağa vadar (məcbur) edir. Ağıllı, qavramlı adamlar içsəsini, suçlardan, xəta və günahlardan uzaqlaşdıran kompasa oxşadırlar
            Ağalar  Məmmədov yazır:”Azərbaycanlıların vicdan anlayışı dindir. Toraya (Tövrata) görə müqəddəs kitabdakı əmr və qadağalar Allah tərəfindən insanın qəlbinə anadangəlmə nəkş edilmişdir. Vicdan Allah vergisidir. Vicdan, hiss yox, bilikdir.” ( A. Məmmədov vikiped) A. Məmmədovun düşüncəsi ilə razılaşmaq çətindir. Ona görə ki, Allah vergisi heç bir halda sönməz. Əgər vicdan Allah vergisidirsə, belə olan halda, vicdansızlıq kimin vergisidir. Biz həyatda elə adam görürük kü,  onda içsəsi (vicdan) deyilən şeydən əsər-əlamət olmur. Demək vicdan Allah vergisi yox, duyğularmızdan yaranan mənlık halıdır. Həm də, A. Məmmədov “vicdana bilikdir” deyir. O burada da yanılır, vicdan bilik də deyil. Əgər vicdan bilik olsa idi, belə halda vicdanı insanlar oxumaq, öyrənmək yolu ilə qazana bilərdilər.  Odur ki, deyirəm, vicdan bilik yox, duyğularmızın içsəsinin ürünlərindən yaranan  yarğıtaydır (məhkəmədir).
             M. Lütherə (1483-1546) görə də,  “vicdan dindir. Allah insanın vicdanındadır. Vicdan azadlığı, dini etiqad azadlığıdır” deyir.(M.Lüther.Vikirediya). M. Lütherin düşüncəsini yalnız məcazi anlamda yozmaqla, ona haqq qazandırmaq olar. Belə ki,  Tanrıya inamla bağlı olan kimsələr, özlərinin vicdan yarğıtayında  vicdanından gələn səsləri Tanrının səsinə bərabər tuturlar və onun yarğısı (hökmü) ilə  davranırlar. Belə halda vicdan dindir.  Ama canlı həyatda bir çox vicdansızlıqlarla qarşılaşdıqda Lütherin dünyagörüşü özünü doğrultmur. Əgər vicdan din olsa idi. Dinsizlərin (ateistlərin) hamısı vicdansız (cani) olardılar. Ancaq biz həyatda vicdansız dindarlara və vicdanlı dinsizlərə çox rast gəlirik. Demək, vicdan din deyl.  Vicdan yetgin adamın duyğularından yaranan özünü yarğılama mənliyidir,  adamla heyvanı bir-birindən ayran cızdır(xətdir). Vicdan adamın davranışını və mənliyini uyarlayan (tənzimləyən)  duyğu anlayışıdır, iç yarğıtayıdır (məhkəməsidir)
             İçsəsilə (Vicdanla) yanaşı duran başqa bir duyğu da adamda olan mənlik borcudur. Mənlik borcu da adamın iç dünyası duyğularından yaranır . Adam  necə  yetginləşirsə, necə kamilləşirsə, bir elə də mənlik borcunun səsini, Tanrı səsi sayır və onu yerinə yetirməyə çalışır. Mən yaxşı tanıdığım bir adam Novruz bayramında yetim uşaq evinə və qocalar evinə xeyriyəçilik elədi. Onlara yaxşı bol bayramlıq armağanı, şənlik üçün çalğıçılar göndərdi. Bu yaxşılığın (xeyirxahlığın) qarşısında mən ona duva edərək, sənin bu yaxşılığını Allah bu dünyada da o, dünyada da qarşına çıxartsın dedim. O,  mənliyini heç kəsdən gizlətmədən, özünün ateist olduğunu dedi. Heç bir dini etiqada tapınmdığını bildirib, “mən Allah yolu üçün yox, insanlıq yolu üçün, gözü qapıda qalan insanların bir anlıq da olsa sevinməkləri və özümün vicdanımın sakitliyi xatirinə edirəm” dedi. Sonra ilgincləndim (maraqlandım) ki, o adam, onu tanıyanlar arasında ən vicdanlı, ən görgülü (əxlaqlı), öncül xeyriyyəçi, haqqın qoruyucusu olan və mənəvi borcu, mənliyi ilə yanaşı tutan bir adam kimi tanınır. O, təxminən 50 yaşnda olmasına baxmayaraq, oğul-uşağa, arvada güvənmədən (etibar etmədən), ata-anasına qul kimi qulluq edir. Nifrətlə damğaladığımız ateisti belə gördüm.                     
                 
                                         Kimsənin (şəxsin) toplumda (cəmiyətdə) yeri.
             Özgürlü kimsənin (şəxsiyyətin) toplumda (cəmiyyətdə) ki rolunu, onun gələcək yerini bir  anlamlı olaraq, qabaqcadan aydınlaşdırmaq heç cür mümkün deyil. Adamın kimsəliyi Tanrının soyçəkim (genetik) dənəciyinin bazası uşaqlıq və yeniyetməlik dönəmində biçimlənir (formalaşır).
              Araşdırıcı bilginlər adamda 3000-ə dək soyçəkim (genetik) kod bacarıqlı hüceyrələrin olmasını aşkar etmişlər. Bu soyçəkim bacarıqların hər biri, bəlirli (müəyyən) anlamda özgürlüyün (şəxsiyyətin) biçimlənməsinə (formalaşmasına) qatılır. Ancaq bu bacarığın üzə çıxması üçün, toplumda olan durumun, egitimin (tərbiyənin) çox böyük etgisi (təsiri) olur. Adamlar bu soyçəkim kodunun çox az payından yararlana bilirlər.
           Soyçəkim (genetik) qanununa görə, bir yumurtadan ayrılan ekiz uşaqlarda tış görünüşlərinin oxşarlığı kimi, iç üyələri (orqanları) və mənlik dünyaları da oxşar olur. Ancaq bu uşaqlar, başqa-başqa koşula (mühitə) düşdükləri və başqa egitim aldıqları halda, mənlik dünyaları tamamilə başqa biçimdə olur. Biri alim, dövlət başçısı, xeyirxah kimsə olduğu halda, başqası isə, onun tam tərsi olaraq, Toplumun tam yaramaz üyəsinə çevrilə bilir. Demək, adamın yetişdiyi koşul (mühitin) durumu heç də soyçəkimdən geri qalmır.
              Bu baxımdan, onu işıqlandırmaq gərəkdir ki, kimsənin (şəxsiyyətin) yetişməsi üçün, onun uşaqlıq və yeniyetməlik egitimi azlıq edir, bunun üçün həm də bol yetkinliyi olan soyçəkim (irsiyyət), və toplumda olan durum və evlik (ailə ) egitimi çox gərəklidir. Toplumda olan sosial durumun, adamların psixoloji durumuna çox böyük etgisi var və sonucda sosial psixoloji durumlu bir özgür kimsə yetişir.
              Kimsəlikdən (Şəxsiyyətdən) söhbət gedəndə kimsənin təkcə fiziki varlığı yox, eyni dönəmdə də intellektual, psixoloji və individiual varlıqlarının olması da önəmlidir. Kimsənin kimlik mənliyi bir varlıq kimi toplumda yetkinləşir. Uşağın və ya yeniyetmənin,  özgür məninin yetkinləşməsində, əmr çeşitli duyğular yaradan egitim davranışları, heç bir anda yaxşı və düzgün sonluq vermir. Uşaqda duyğulu gərginlikləri yaratmaq, uşağın mənəvi mənliyini yüksəltmək əvəzinə, əksinə olaraq, alçaldır ona görə ki, uşaqda olan pisxoloji duyğunun dəyərli egitimlə yetkinləşməkdə olan sinir sisteminin müsbət enerjiyə, sevilməyə asıllığı, gərəkliyi var. Uşaq bu enerjini xüsusilə ata-anadan alır. Gəncin, evdə (ailədə) və toplumda (cəmiyətdə) aldığı egitimdən asılı olaraq, onun “özünü egitimləndirmə məni”  yetkinləşir. Kimsəlikdə olan özgür (azad) mənin bollaşmasında, dini egitimin və toplumsal qınağın da köməyi olur. Dönəmin  və toplumsal egitimin və qınağın ilgisilə bağlı onda gedən psixoloji dəyişiliklər davranışlarında da özünü göstərir. Bu davranışlarla, hərəkətlərlə ilgili, adamın fizioloji durumlarında da dəyişiliklər gedir. Onlarda soyut (subyektiv) dəyişiliklərlə bərabər, gövdədə də somut (obyektiv) dəyişiliklər gedir. Tanrının adama bəxş etdiyi gözəllik rəmzi olan yeddi qızıl xətlər də, yeniyetməlik dövründə yetginləşərək tamamlanır. Hər bir cins özünə uyğun gözğllik cizgilərini götürür.  Ama bu gün düzgün olmayan egitim (tərbiyə) üzündən asılı olaraq doğa (təbiət)  tanrı kuralından qırağa çıxır. Tanrı kuralının yaratdığı kutsal cizgiləri dəyişir. Kişi qadın ğörkəmini, qadın da kişi görkəmini alır.  Belə uyğunsuzliqlara toplum (cəmiyət) ilgisiz (biganə) olmamalıdır.
                                    
                                                      Yuxu nədir?
              Yuxu yuxuda görmə: Adamın beyni  elə bir varlılığın yiyəsidir ki, çeşitli ölçüdə bilgilərin alınmasını və ötürülməsini bacaran elə bir bioloji varlıqdır ki, onun gizini açıqlamaqda bilim bacarıqsızdır. Biliyin açıqladığı elektron beynin o düzəyə (səviyyəyə) çatmasına bəlkə bir çox illər lazım gələcəkdir. Əgər belə bir elektron beyn yaransa belə, o heç bir vaxt adamın beynini tam anlamda ödəyə (əvəz edə) bilməz. Çünki, elmin yaratdığı elektron beyinli maşının şəxsi məni, mənliyi heç bir vaxt olmayacaqdır. Onda yalnız adamların  verdikləri operativ bilgilərı yerinə yetirmə bacarığı olacaqdır. 
            Beynin elektron yaddaşı (B.E.Y)  bu gün elmdə bir termin kimi işlənir. Bu termin ilə, adamın beynində yaddaşın yenidən canlanma yolu aydınlaşdırılır. Bu ideyanı, XIX əsrdə İ.P. Pavlov olduğu kimi söyləmiş və yaranma yolunu da açıqlamışdır. Ancaq o onu elektron yaddaş yerinə qaranlıqda yanan çıra adlandırmışdır. Sonralar bu fikiri Monreal nevroloji universitetinin direktoru doktor Uanlıder Penfild beynin avtomatik mərkəzlərinin beyin qabığında yerləşdiyi, yaddaşların orada, plyonka yazıları kimi oymalandığını kəsinləmişdir. Doktor Penfild, əməliyyat zamanı xəstənin beyin qabığına pensetlə toxunur. Həmin anda xəstənin uşaqlıqda baş vermiş, ancaq çoxdan unudulmuş olayları yenidən canlanır.
               Başqa bir xəstədə doktor Penfild, beyin qabığına toxunan kimi xəstə keçmiş olayları nəin ki yada salır, həmin anda yenidən baş vermiş kimi gözünə görünür. Elə bil çoxdan yazılmış disk yenidən videoya qoyulub oxunur. Beləliklə, bilim kəsinləmişdir ki, Pavlovun  sanma kimi dediyi bütün olaylar beyin qabığına oymalanır və vaxtaşırı yuxuda bioloji dalğalar kimi yenidən işıqlandırılır. Demək, beyin  qabığında oymalanmış bütün olaylar lazım olduqda, adamın yaddaşına yenidən qayıdır.
         Hələ çox qədimlərdən bu günə dək bir çox ədəbiyatlarda gələcək həyat olaylarının tuşda (yuxuda görmə) göründüyü olayların gerçəkləşdiyi göstərilmişdir. Dini ədəbiyatlarda tuşların gerçək olması, bir çox tarixi simaların tuşlarının gerçəkliyi haqqında söhbətlərə  gəlinir. Məsələ şeyx Şamil hərəkatının yaradıcısı Qazi Məhəmməd  yuxuda görür kü, sel gəldi iki kötüyü axarına götürdü, kötüyün biri sudan çıxdı quruda qaldı, birini isə sel apardı. Yuxudan oyanıb qalxır. Şeyx Şamili çağırır. Ona deyir ki, bu gün mən öləcəyəm, Qazavatı sənə tapşırıram. Son soluğuna (nəfəsinə) dək azadlığımızı qoru. Elə də həmin günü rus süngülərinin ucunda deçik- deşik olaraq can verir. 
          Yaşadığım və görgüsü olduğum bir sıra olayları yada salıb nədənini aydınlaşdırmağa çalışaq.
         1948-49-cu illərdə hələ telefonun və başqa elektron ilşgi  araclarının olmadığı vaxtlarda, kənddə yaşayan bir qızın, nişanlısının Bakıdan gəlişini hər dönüş yuxusunda bir qızın xəbər verməsinin,  özünü doğrultması (düz çıxması) olağanüstü (fövqəladi) gücün ya da irahın (ruhun) varlığından xəbər verir. Həmin qızın bir çox olacaq olayları öncədən  tuşunda (yuxusunda) görməsini hamı bilirdi . 1951 ci ildə həmin qız ailə qurur. Ailə qurduqdan sonra olayları qız yox, gəlinin salıq (xəbər) verdiyini görür. Alınan salıqlardan belə bir sonluğa gəlmək olar ki, doğru duşları qabaqcadan salıq verən, tuş görən kimsənin özünün irahıdır (ruhudur). Ancaq doğru tuşun bilim yolu ilə açıqlanma kuralı bilim dünyasında bir giz kimi hələ qalmaqdadır. Elm, hələ bu gizli tansıklara (möcüzələrə) qarşılıq (cavab) tapmaqda gücsüzdür.  Din isə irahın varlığını və bu irahların ilahi enerji kimi tuşda görüşmələrindən yarandığını kəsinləməkdədir.
           Uzun dönəmlər adamlarla sıx görüşlərdə olduğum və adamlar üzədində apardığım sınaqlar, mənə olanak (imkan) verir ki, mənəvi varlıq kimi adamlarda bir-birindən ayrı olan iki irahın (ruhun) varlığına inanım. Birinci irahı olağanüstü (fövqəladi) güc ilə (yəni Tanrı ilə) ilişgiləndirmək olar. və  ona olağanüstü irah (ruh) deyə bilərik. Bunu bir sıra bilginlər (müdriklər) Tanrı dənəciyi, bir sırası isə sultani irah adlandırırlar. İkinci irahı isə adamın gövdəsi (bədəni) ilə sıx bağlı olan və adamın beynində yerləşən bioloji varlıq olmasına inanmalı oluruq və onu can adlandıra bilərik. Cox hallarda bilginlər (müdriklər) xüsusilə ruhanilər canı da ruh kimi təqdim edirlər. Ancaq  adamın bioloji-fizioloji çalışmasını (fəaliyətini) dərindən izlədikdə bunların hər birinin ayrı-ayrı görəvilərinin olduğu üzə çıxır. İlahi dənəciyin ürünü olan sultani irah, adam yatanda  oyaq qalması ilə bərabər, onda gövdədən uzaqlaşma görəvisi də var. Beyinin bio-fizioloji ürünü olan can da həmişə oyaq olur və bədənin bütün fizioloji hərəkətlərini yönətir. O gövdədən uzağa getmir. İlahi irah Tanrı enerjisi və mənəviyatı ilə ilgili olduğu üçün salğılar (informasiyalar) ocağını (mərkəzini) yönətir. Can isə orqanizmin üyələrini yönətir. Adam yatanda qıraxdan heç bir salğılar  almadığı üçün irah, çox həssas  gücdə olur. Belə halda, hər hansı başqa irahlardan yaranan salğıları (informasiyaları) alımlayır( qəbul edir) və özü də həmişə salğılar göndərə bilir. Beləliklə, hər hansı bir uzaqlıqdan göndərilən ruhi informasiyaların birləşməsi yaranır və sonda gerçək tuş, doğru olan olaylarla özünü doğruldur. Demək haradasa olmuş olaylar gerçək tuş kimi başqa bir yerdə özünü göstərir. Bəs gələcəkdə olan hadisələr tuşda necə özünü göstərir. Bu sorğuya hələlik bilim dünyası yararlı qarşılıq tapmayıbdır.

                                         Ölüm haqda bilirik?                  
            Bhaqvatada Budda deyir: “İnsan özünü həyatdan və yaşamın bütün imkanlarından qurtarmaq məcburiyyətindədir”. Bu sözbitiyindən (cümlədən) aydın olur ki, Budda ölümü həyatdan üstün tutur. Aydındır ki, həyatın imkanlarından qurtulmaq məcburiyyəti ölümü istəməkdir, onu çağırmaqdır. Sokrat deyir:”Maddi həyat bir dərd və yalandır. Bu üzdən də maddi yaşamın yox edilməsi bir xoşbəxtlikdir və biz bunu diləməliyik”. Sokrat kimi bir dahi kimsənin ölümü diləməsi çox kuşkulu görünür. Doğrudur o ölümün üstünə alpyana getdi və zəhəri götürüb içdi. Ancaq bu ona verilən bir yarğı (hökm) idi, o yarğını yerinə yetirirdi.  Bu davranış maddi həyat yalandır deməyini doğrultmur. Şopenhayyer deyir: “Həyatın olması gərəkən bir dərtdir. Heçliyə gediş həyatdakı yeganə xoşbəxtlikdir.” Hansı dahi heçliyə yoxluğa gedən yolu xoşçəxtlik adlandırar. Bu sözün arxasında hansı istək, duyğu gizlənib o mənə çatmır.   L.Tolstoy deyir: “Ölüm yaşamaqdan daha yaxşı bir şeydir”. Heç cür inana bilmirəm ki, bu insanlar ölümü həyatdan yüksəkdə tutsunlar. Hər halda həyatın, bu dünyanın gözəlliklərini düşündükdə mən bu dahilərə haq qazndıra bilmirəm.
Quran ayəsinə arxalanan dindarlar ölümü yuxuya bənzədirlər. Quranda deyilir: “Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman, əcəli çatmayanların canını isə yuxuda olduğu vaxt alır. Ölümü hökm olmuş kimsələrin canını saxlayır, digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarır”. Bir çox yazarlar da, müqaisəli halda ölümü yuxuya bənzədirlər. Yuxuda da insan fəaliyyətinin dayanmasını qeyd edirlər. Bəzən də ölümü unutqanlığa bənzədirlər. Onu qeyd etmək lazımdır ki, ölümü nə yuxuya nə də unutqanlığa bənzətmək olmaz. Bu bənzətmə yalnız məcazi mənada ola bilər. Çünkü ölüm özündən başqa heç nəyə bənzəmir. O, gedər gəlməz, əbədi yoxluq yoludur.
Kliniki ölüm nədir? Kliniki ölüm diaqnoz deyil. O komanın ağır bir çeşididir. Adi komada ağıl, qavram itir. Gövdənin istiliyi, soluk, nəbz qalır. Ağır komada (Klinki ölümdə)  adamda somut (obyektiv)və soyut (subyektiv)  uyğunluqlar olan soluq (nəfəs), nəbz, gözdə və başqa üyələrdə olan təpgilərin (reaksiyaların) itməsi yaranır. Qan təziqi sıfıradək  enir. Gövdənin istiliyi aşağa düşür. Ancaq fizioloji olaraq duyulmaz halda gövdə  öz çalışqanlığını yaşadır. Gövdənin çalışqanlığı o dərəcədə azalır ki,  yan-yörədəkilər onu qavraya, duya bilmirlər. Belə hallar dəqiqələr də, saatlar da, günlər də çəkə bilər. Çox hallarda belə xəstələri ölmüş bilib basdırmışlar. Keçmişdə  belə yanlış hallar üzündən yüzlərlə, minlərlə olmuş, diri-diri basdırılmışlar. Bir çox ədəbiyatlarda oxumuşuq və deyimlərdə eşitmişik. Bəzən də belə olayların tanıqı (şahidi) olmuşuq. 
             Müasir zamanımızda  təbabətin yüksəlişi ilə ilgili çoxdandır ki, kliniki ölüm halında olan xəstələr bastırılmır. Bu gün tibb eliminin nailiyyətlərindən yaranan reanimasiyanın önəmliyi bir çox xəstələri kliniki ölümdən geri həyta qaytarır. Reanimasiya nəticəsində kliniki ölümdən geri qayıdan xəstələrin varlığı. Ruh məsələsini yenidən gündəmə gətirdi. Bu gün elmdə bir çox mübahisələrə səbəb olan Ruhun görünməsi də həmin xəstələrdə baş verir.
Qeyd:  1969 –cu ildə neftçilər xəstəxanasında növbətçi idim .Yanıma iki nəfər  xəstə gəlib xahiş elədilər ki, onalrın başqa palatada yatmalarına izin verim. Onlardan səbəbini soruşduqda bildirdilər ki, yanlarında yatan xəstə yuxuya gedən kimi çox hündür səslə  sayıqlayır, onlar da  səhərə kimi oyaq qalırlar.  Onlara bildirdim ki, iki nəfərin yerini dəyişməkdənsə bir nəfərin yerini dəyişərəm. Onları yola salıb, həmin xəstəni çağırtdırdım. Məlum oldu ki, Təxminən 12-13 yaşında olarkən. ağır xəstələnir. Huşunu itirir və  son halda ölür. Onu basdırırlar. Qəbrdə öznə gəlir, gücü çatan dək qışqırır. Səsni eşidib qəbrdən çıxardırlar. Uzun müalicədən sonra sağalır. O, gündən də  yuxuda yüksək səslə sayaqlayır.
1955- ci ilin söhbəti: 15-16 yaşlarında bir gənc ölmüşdü. Meyidi yumağa çıxartdıq. Molla yumaq üçün soyunduranda gördüm ki, iki gündür ölən meyidin bədəni çox yumşaqdı kürəyində də heç bir meyid ləkəsi görükmür. Gövdəsini əllədikdə gördüm, bədənində meyd soyuqluğu uoxdur. Məndə şübhə yarandı. Meyidi geri evə  qaytardım. Mənimlə razılaşmayanlar çox oldu, ancaq mən hırçınlığımı yerinə yetirdim. Ətrafına isidicilər düzdük. Süni tənəffüs verdik, ürəyinə masaj elədik. Tədricən xəstədə dirilik aləmətləri yarandı, xəstə kirpiklərini oynatmağa başladı və soluq aldı. Xəstə həyata qayıtdı. Xəstədən ölü halında olanda nə gördüyünü soruşdum. Heç nə görmədiyini, bütün danışıqları eşitdiyini, ama cavab verə bilmədiyini dedi. Mollanı yanıma çağırıb  bildirdim ki, xəstənin kürəyində göyərmələr, ölüm ləkəsi əmələ gəlməmiş onu yuyub kəfənləmək olmaz. Həmin xəstə 70 il yaşadı. 
2014 il 15 mayda televiziyada təxminəi 20 yaşlı qızı göstərdilər. Qız özünü öldürmək məqsədilə dərman içir ölür. Bioloji ölüm baş vermədiyi üçün,həkimlər onu renimasiyadan aparmağa izin vermirlər bu halla qız bir ay ölmüş halda qalır. Sonda ölü qohumların basqısı ilə çıxardılır. Meyid yuyulan zaman qız ayılır. Qızı geri xəstəxanaya aparırlar. Qızın ata anası qohum əqrəbələri qızı evə qoymurlar.ki, qız xortlayıbdır, o dünyadan qayıdıbdır.  Polis və Televiziya işçiləri işə qarışır. Ekran qarşısında qız ağlayırdı ki, mən ölüm acısını duydum. Bir də özümü öldürmək istəmirəm. Ata-anam da evə qoymur indi mən nə etməliyəm.
Aydındır ki, qız bir ay kliniki ölüm halında  olur. Ancaq heç cür inana bilmirəm ki, bu zamanda XXI -əsrdə biz. hələ də mövhumata inanan belə insanlara rast gəlirik. Bu bizim facəmizdir. Başqa xalq illərlə kliniki ölümdə adamını saxlayır ki, bəlkə dirildi. Biz isə dirimizi öldürməyə çalışırıq. Bu mədəniyətlə biz haraya gedirik bilinmir. Tanrının özü bu xalqa kömək olsun. Hadisədən xəbəri olanlar artıq başa düşdülərki o qız nələr çəkibdir. Hansı dəhşətli həyacan keçiribdir. Onun bir kəlmə mən bir daha özümü öldürmək istəmirəm deməsi onun daxili əzabından xəbər verir. Bu gün üçün bu hal xalqın böyük facəsidir. Belə halda bütün qohum- əqrəba o qızın ətrafında birləşib, ona ruh vermək  yerinə, onu evdən qovmaq bizim facəmizdir . Qızın ata-anası və bütün qohumları onun nazı ilə oynamaq onu öldürmək yolunu seçmişlər. Artıq o  ölüm acısını keçiribdir. Onun etdiyi bütün yanlışlıqlar, səhvlər bağışlanmalıdır.
Kliniki ölümdən sonra həyata qayıdan  bəzi  xəstələrdən alınan bir neçə müsahibəni qeyd etmək yerinə düşər.
II dünya müharibəsinin ön cəbhəsində ölüm-dirim savaşının qızğın çağında həkim Əlinin yanına mərmi düşür. Bu halı o belə nəql edir.
     “Elə ki, mərmi yanıma düşdü, mən gördüm göydəyəm. Mən göydən yerə para-para olmuş cəmdəkləri, çabalayaraq can verən adamları, özümün yerdə başımdan necə qan axdığını aydın, aşkar görürdüm. Mənə elə gəlirdi ki, yarım saatdır göydə durub yerdə olanlara baxıram. Heç bir ağrı-acı duymurdum. Başqa heç nə yadımda deyil. Bir də gözümü açdım ki, hərbi xəstəxanadayam. Dedilər 10 gündür huşsuz yatıram. Altı ay müalicədən sonra birinci qrup əlil kimi hərbidən azad  olundum.”                
Bu adam göydən özünün yerdəki gövdəsini tanıyıb, başından axan qanı görübdür.  Əlbətdə göydə adam yarım saat dura bilməz. Mərminin onu göyə qaldırdığı an, ən çoxu bir saniyə ola bilər. Ona elə gəlir ki, yarım saat göydə qalıbdır. Bunu necə izah etmək olar. Öz gövdəsini özündən kənarda necə görmək ular? Bu sorğular adamı ruhun varlığı haqqında düşündürür və belə sonluğa gəlir ki, özünün I-ci dərəcəli ilahi irahı o anda gövdədən çıxıb və qıraxdan özünü görübdür.
Zahı qadının dediklri:.  “Doğuşum çox ağır keçdi. Güclü qanaxma başlamışdı. Həkimlər həyəcan içində idi. Yavaş-yavaş ağlım dumanlanmağa başladı qandım ki, qulaqlarımda səs əmələ gəlir. Ətrafım qaranlıqlaşır, gözümün qabağında qara ləkələr əmələ gəlir. Bu qara ləkələr ağ parlaq rəngli alov topalarına çevrildi. Ancaq huşumu itirməmişdim. Həkimlərin bütün hərəkətlərini, danışıqlarını eşidirdim. Həkimlər ölür deyə bir-birinə pıçıldayırdılar. İstəyirdimdi ki, ölməmişəm deyəm. Ancaq danışa bilmirdim. Ətrafımdakı tibb işçiləri gözümün önündə olan ağ topaları yara-yara sağa-sola gedirdilər. Həkimlər də, mən də hamımız havada uçurduq. Qulağımın dibindəki ağ topa parıltıdan  pıçıltı səsi gəlirdi. Deyirdi qorxma ölməyəcəksən. Mən sənə kömək edəcəyəm. Bir azdan yavaş-yavaş özümə gəldim. Həkimlər özünə gəlir, nəfəs alır dediklərini eşitdim. Özümə gələndə gördüm ki, hər iki qolumda birində qan obirində məhlul sistemi asılıdı.”
               Xəstə M. A. dedikləri: Soyuq dəymədən yatırdım. Deyirdilər sətəlcəm olmuşan. Qızdırmam qırx dərəcədən aşağı enmirdi, nəfəs almağım çətinləşirdi, gözüm qaraldı, huşumu itirirəm. Yanıma bir qoca kişi gəldi, əlimdən tutdu və dedi ki, gəl ananın yanına aparım.  Bir qaranlıq yolnan getdik və qabağımıza  gözəl çəmənlik çıxdı. Yaşıl çəmənliyin üstündə kişi oturdu və, mənə dedi ki, bura sənin qəbirindir. Kişi mənə otur dedi. Oturmaq istəyirdim ki, gördüm, anam uzaqdan çığıraraq, oturma-oturma deyir. Mən anamı görüb oturmadım. Anam gəldi mənim əlimdən tutub çəkdi. Məni anam bir tərəfə, qoca kişi də bir tərəfə çəkirdi. Əlim qoca kişinin əlindən çıxdı. Əlim çıxan kimi anam kürəyimdən itələyib qaç dedi. Mən qaçmağa başladım və bu anda da oyandım. Gördüm ki, ətrafımda həkimlər gəzişir. Ağzımda nəfəs alma aparatı. Özümə gəlib boylandım ki, mən xəstəxanadayam. Bir qədər müalicədən sonra sağalıb evə gəldim.”                  
Xəstənin gördüyü qoca kişini, qaranlıq dar tuneli və yaşıl çəmənliyi necə açıklamak olar? Bu alan hələ bilim dünyasına bir giz kimi qalır.
 Xəstə O.N.nin dedikləri: “Qripdən xəstə yatırdım. Qızdırmam yüksək idi. Gördüm vəziyyətim pisləşir yoldaşıma həkim çağır dedim, bununla da huşumu itirirəm. Sonra gördüm ki, mən çoxlu ağ pambıqların üstü ilə yeryirəm. By yol getdikcə dar bir tunelə çıxdı. Tunel ilə gedirdim ki, qabağma bir cüt qəşəng bəzəkli küçüklər çıxdı. Küçüklər adam kimi danışmağa başladılar. Küçükləri görəndə mən çox sevindim, az qalırdım ki, qucağıma alım. Onlar dedilər ki, burdan o yana səni buraxmarıq geri qayıt. Mən gördüm ki, tunelin ucundan işıq gəlir. Onlara xaiş elədim ki, buraxın gedim orada o göylükdə oturub dincəlim. Onlar adam kimi iki ayağının üstünə qalxdılar və döşümdən itələdilər ki, yox səni buraxmarıq. Döşümdən bərk itələdilər, mən arxası üstə yıxıldım. Bu an ayıldım ki, dörd yanımda həkimlər, qolumda da sistem  müalicədəyəm.” Xəstənin havada panbığın üstü ilə getməsi, gördüyü daryolu, onu qaytaran çüt küçükləri necə aydınlaşdırmak olar?
  A.M.nin dedikləri: “Mən ruldan tutub, sürətlə yolumla gedirdim. Gözlənilmədən qarşıma maşın çıxdı. Maşınların toqquşduğunu bildim. Bu an məndə həddən artıq bərk ağrı qalxdı və tez də yox oldu. Ondan sonra gördüm ki, buludun üstü ilə uçuram. Kimsə  əlimdən tutub harayasa çəkir. İstədim deyəm mənə toxunmuyun amma, deyə bilmirəm. Özümə gələndə gördüm ki, ətrafımdakılar həkimdi. Mənə dedilər ki, sən iki gündü huşsuzsam. Qəzanın belə bir vəziyətində göylə getməyi görmək olar. Ama niyə maşınların üstü ilə yox, buludun üstü ilə getməyi görübdür?
        İndi xəstələrin danışıqlarını anımlayaq və bu olayların baş vermə ilgilərini anlamağa çalışaq. Kliniki ölüm halında olan xəstələrin ayıldıqdan sonra yadlarında qalan maraqlı söhbətləri, olayları beyinin ürünü (məhsulu) kimi başa düşmək olarmı? Yoxsa ki, hər hansı bir əlçatmaz varlığın-ruhun olması ilə aydınlaşdırmaq olarmı? Bu qaranlıq duruma (məqama) işıq salmağa çalışaq. 
              Son zamanlar təbabətin inkşafı ilə əlaqədar reanimasiyadan sonra kliniki  ölümdən ayılan xəstələrin sayı qat-qat çoxalmışdır. Kliniki ölümdən qayıdanların çoxunun söhbətləində gözə görünmələr, eşitmələr, qarabasmalar kimi hallar olur. Xəstələr alov şəklində parlaq işıqlı qığılcımlarla, parlak alovla görüşürlər və onlarla, söhbət edirlər. Bəzən düz, bəzən əyri, bəzən dar tunellərdən keçirlər, Bəzi xəstələr tuneli mağara adlandırırlar. Bəziləri özlərini qıraqda görürlər və öz gövdələrini seyr edirlər. Xəstələr ayıldıqdan sonra danışdıqları söhbətlər o qədər rəngarəngdir ki, onu qələmə almaq da çətindir.
Qırx illik həkimlik sınağımda çeşitli bilikli, çeşitli dilli, çeşitli dinli millətlərdən olan bir çox xəstələrin kliniki ölümdən qayıtdıqlarını görmüşəm. Bunların hamısında da bir-birinə oxşar hərəkətlərin, görmələrin, söhbətlərin tanıqı (şahidi) olmuşam. Hamısı topa-topa qığılcım, od görür, səs eşidir, tunel, mağara görür. Bəzi xəstələr özünün keçirdiyi həyatı kino lenti kimi görür. Bununla belə qərara gəlmək olar ki, klinki ölümdə baş verən olaylar heç bir dini, irqi mənsubiyətlə fərqlənmir. Bütün xallqlarda eyn kliniki işartəlar, eyni olaylar baş verir. Bunların hamısı somut (maddi) varlıq olan beyindəmi gedir. Yoxsa ki, bunları hər hansı bir əlçatmaz gücmü yaradır?
Bu sorumlara aydınlıq gətirmək üçün, teistə, deistə və ateistə gənəşiklik edək. Onların düşüncələrini dinləyək.Hər birinin baxışlarını öyrənək.
         1..Sual: Kliniki ölümdə bəzi xəstələr işıq görürlər. Siz bu işığın görünməsinə necə baxırsınız?
         Cavab: Teist: Bütün dini kitablarda Allahın varlığı bir nur kimi verilir. Demək  Allahın nuru da insana  Allahın zərrəciyi  kimi ötürülür. Nurun yerdə simvolu işıqdır. Aqoniya vəziyyətində xəstələrin gördüyü onların bədənlərindən çıxan ruhun işığıdır. Ruh istədiyi zaman bədəni tərk edər, bu zaman bədən ölür. İstədiyi zaman bədənə qayıdır. bu zaman bədən yenidən dirilir.
          Deist: Bədəndə iki ruh mövcutdur. İlk öncə bədənin özünün ruhu olan bioloji ruh yaranır. Bu bioloji ruh dölün 12-ci həftəsi döldən yaranır.Bunun sayəsində döl boy atır böyüyür. Uşaq doğulan anda, sultani ruh uşağın gövdəsinə daxil olur. Sultani ruh istədiyi zaman bədəni tərk edir, ama bədən ölmür. Bioloji ruh gövdənin qoruyucusudur. O, ölümlə savaşır.  Bədəndən kənarda görünən işıq sultani ruhun işığıdır. Onu görən də gövdədəki bioloji ruhdur. Əyər bioloji ruh ölərsə, sultani ruh uçub öz əbədi yurduna qayıdacaqdır.
Ölməsə sultani ruh yenidın öz bədəninə qayıdacaqdır.         
            Ateist: İnsan orqanizması qan vasitəsi ilə qidalanır. Əgər ölüm anında qanda artıqlıq və ya qatılılıq varsa, onların gözlərinə qara ləkələr, qara topalar görünəcəkdir. Belə hallar beyin, ürək infarktında. Xroniki ürəkçatmazlığından qan durqunluğu ilə ölənlərdə baş verir. Əyər insanda hər-hansı səbəbdən qan azlığı baş verərsə, qan təziqinin birdən birə aşağa düşməsi nəticəsində ölüm baş verəndə göz önündə yaranan ağ qığılcımlar tədricən ağ topalara keçəcək. Bu vəziyyətdən qayıdarsa hər şey yadında olacaqdır.  beynin qidalanması pozulur, Beyində aclıq yaranır, belə insanlar hərəkət zamanı, qalxıb, oturan, əyilən, uzanan zaman gözlərinin önündə parlaq ağ qığılcımlar və ya ləkələr görəcəklər. Kliniki ölüm zamanı ürək fəaliyətini dayandırır, beyində qan təchizatı azalır, beyin hüceyrələrində qansızlıq əmələ gəlir, bu zaman göz qabağında ağ qığılcımlar olur. Bu ağ qığılcımlar xəstənin vəziyyəti ağırlaşdıqca, kliniki ölüm bioloji ölümə keçdikcə ağ qığılclmlar topalara çevrilir. Ölüm halları dərinləşdikcə yavaş-yavaş ağ topalar qaralır, xəstənin gözündə bütün dünya qaranlıq olur, beləliklə də bioloji ölüm baş verir.
         2.Sual: Kliniki ölüm zamanı bəzi xəstələr dar tunel və ya mağara görürlər. Bunun sirri nədir?
         Cavab:Teistvə Deistin baxışları eynidir: Ölüm ayağında olan xəstələrin gördükləri o dar tunel bu dünya ilə o dünyanın arasındakı yoldur həmən yol daima işıqlı olur. Ancaq   xəstələrin bu dünyadakı əməllərindən asılı olaraq kimi onu işıqda keçər, kimi də onu qaranlıqda keçər.Sonda tuneldən keçəndə qarşılarına  işıqlı bir dünya çıxar. Tuneli necə keçməsi isə o şəxslərin bu dünyadakı əməllərindən asılıdır. Əyər əməli salehdirsə bu dünya ilə o dünya yolunu asanlıqla keçəcəkdir. Əyər əməli saleh deyilsə həmən bir anlıq tunel yolu onun üçün uzun olacaq və bir çox əziyyətlərdən sonra keçəcəkdir.
         Ateist: Beyin iki hissədən ibarətdir. Baş beyin və beyincik. Baş beyinlə beyinciyi təxminən 1 sm uzunluğunda dar sinir yolu birləşdirir. Həmin bu daralmadan bir çox sinirlər keçir. Həmin xəstələrin gördükləri tunel o dar yoldur. Çünki qansızlıq beyindən beyinciyə keçən zaman xəstələr həmin dar yolu görür. Xəstələr əgər dirilərsə, kliniki ölüm vəziyyətindən çıxarsa xəstələr dar yoldan keçmədən dirilirlər. Artıq bu gün reanimasiya o qədər güclənibdir ki, kliniki ölüm halında olan xəstələr dar yolu keçdikdən sonra da dirilə bilərlər. Yəni beyinlə beyincikdə boiloji dəyşiriklik (çürümə) yoxdursa həyata qaytarma mümkün olur.
          3. Sual: Bəzi xəstələr aqoniya vəziyyətində qaranlıq yerlər görür, bəziləri isə yaşıllıqlar görürlər. Buna necə baxırsınız?
          Cavab: Teist: Ölüm ayağında olan xəstələrin Allah qarşısında verdikləri borclardan asılı olaraq keçid yollarını görürlər. Allaha ibadət üçün öz borcunu ödəyənlər ölüm ayağında yaşıllıq, çəmənlik, gözəllik görürlər. Allah qarşısında borcunu ödəməyənlər isə yaşıllığı, çəmənliyi görə bilməzlər. Onlar qaranlıq və başqa şeylər görürlər.
          Deist: Ölüm halında bu əlamətlərin hər ikisi də görünür Ancaq xəstənin yadında qalması, onların yaranma və keçmə müddətindən asılıdır. Hansı uzun müddətli olarsa dirildikdə xəstə onu gərmüş kimi deyəcək.
         Ateist: Bu suala birinci sorğuda  cavab verilibdir.Bütün əlamətlər beyinin fəaliyyəti ilə əlaqədardır. 
4.Sual: Klinki ölüm zamanı bəzi xəstələr özlərini kənardan görürlər. Bunu necə izah eləmək olar?
           Cavab: Teistlə deistin cavabları eynidir: Yenə də yuxarıda deyildiyi kimi nə qədər ki, tam bioloji ölüm baş verməyib ruh bədəndən çıxsa da bədəni tərk etməyib, həmin otaqda durur. Belə olan halda  ruh özünün bədənini görə bilər.
          Ateist: Aqoniya vəziyyətində olan xəstələr reanimasiya zamanı ona edilən müalicəvi yardımların köməyi sayəsində xəstə bu cür görüntüləri görür. Həkimin inadkar müalicəsi zamanı xəstələr bəzən özlırinə gəlirlər bu zaman onlarda halsunasiyalar yaranır. Bu görüntülərin hamısı halsunasiyadır. Belə özünü görmələr bir neçə dəfə təkrarlana bilər. Ya həyata qayıtmaqla qurtarar, yada tam bioloji ölüm baş verər.
         5. Sual: Xəstələr kliniki ölüm zamanı bədənlərini mücərrəd görürlər. Ya özləri bərk maddələrdən keçirlər, məsələn xəstə divardan keçir, adamın içindən başqa yerə keçir və ya insanlar xəstənin bədənindən keçir. Bunu necə izah edə bilərsiniz?
         Cavab: Teistlə Deistin fikirləri eynidir: Ruh Allahın nuru oluduğu üçün o bərk maddə deyil. O enerjidir. İstənilən hala keçə bilər. Ona görə də o istədiyi bərk yerdən keçir və yaxudda onun içərisindən insanlar keçir. Bu belədə olmalıdır.
        Ateist: Kliniki ölüm zamanı xəstələrin gözünə görünənlərin, xəstələr danışanların hamısı halusinsiya qrupuna aiddir. Yəni qarabasmalar növünə aiddir. Halusinativ hal da təbii ki, maddi  varlıq deyil. O bir mənəvi varlıq olduğu üçün istənilən haldan-hala keçə bilər.
        6.Sual:Bəzən xəstələr kliniki ölüm zamanı yanlarında adam ğörürlər
 məs. qoca kişi onu necə izah etmək olar? 
        Cavab:Teistlə Deistin cavabı eynidir- Onlar gördükləri axirət mələkləridir. hər kəs bu dünyadakı    əməlinə uyğun mələk görəcəkdir. əməli saleh xoş sifət, saleh olmayan isə bəd sifət mələk görəcəkdir.
        Ateist:Adam bu dünyaya yeni gələndə onun beyini təmiz ağ kağıza bənzəyir. Həyatda olan ilk gördüyü varlıqların hamısının ilk şəkili o ağ kağız beyində həkk olunur və istənilən vaxt yenidən canlanır. Kliniki ölüm vaxtı oyanmalar hansı nöktədən keçərsə orada həkk olunan varlıqlar halsunasiyada görünürlər. Həmin görünmələrdəki qalsünasiyalarda. kimi cavan, kimi qoca, kimi qadın, kimi kişi, kimi də danışan heyvan görə bilər.
       7. Sual:Müasir tibbin kəşfi olan reanimasiyada kliniki ölümü olan adam bu gün günlərlə bəzən aylarla diri saxlanılır. Kliniki ölümdə uzadılan ömür Tanrı qədəridir yoxsa yox?
        Cavab:Teist. Hər bir şey, hətda ağızda tüpürcəyi tüpürmək və ya udmaq da Allah qədərindən asılıdır. O şəxsin ölüm qədəri hələ çatmayıbdır ki ,o şəxs reanimasiyaya düşübdür. Həkimlər isə allah tərəfindən göndərilən səbəbdir. Allahın qədəri çatana qədər onu yaşatsınlar. Əyər qədr yetibdirsə yüz həkimdə olsa xeyri yoxdur.
          Deist: Allahın qədər qanunu var. Qədər qanununda Allah insanların ömür müddətini 100-130 il arası veribdir. 100-dan sonra olan ölümlər Allah qədəridir. Ona əcəl ölümü deyilir. 100 yaşa çatmayan ölümlərin hamısı acalsız ölümdür. Allah qədəri deyil. Onun da bir çox səbəbləri var.
          Ateist: Klinki ölüm baş verən şəxslərin hamısı əslində ölmüş hesab edilməlidir. Çünkü bütün ölənlərin hamısı ilk öncə kliniki ölüm yolundan keçir. Kliniki ölümsüz bioloji ölüm olmaz. Qədər ölümü yoxdur. Xəstəlik ölümü var. Bir də  qocalıq ölümü var. Çünkü qocalıq ölümü bəşər qanununa uyğundur. Təbiətdə hər şey yetişir, qocalır və ölür. Elə də insan bu qanuna tabedir. Buna isə  əcəl ölümü deyilir. Qocalmadan baş verən ölümün hamısı əcəlsiz ölümdür.
Burada qeyd olunan hadisələr yalnız gerçək müşahidələrə əsasən yazılmışdır. Mən əminəm ki, gələcəkdə elm inkşaf edərək bu gün məlum olmayan bir çox müəmmalı məsələləri həll edəcəkdir.  Ruhun varlığını, ölümdən sonrakı həyatın varlığını elm təsdiq edərsə o zaman insanların tərbiyə və davranış yolları tamamilə yeni bir istiqamətdə gedə bilər. Əyər bütün bu yuxarıda deyilənlərin, hal və hadisələrin hamısı obyektiv olaraq yalnız beyinin məhsuludursa, ölümdən sonrakı həyat yoxdursa, onda da insanların o istiqamətə uyğun təlim və tərbiyəsi davam etdiriləcəkdir. Mütləq varlıq olan Tanrının olması aksiomadır o var. Ancaq qalan bir çox gizli sirlər hələ açılmamış qalır  

           Ölüm essesi: Ömür dediyimiz varlıq Tanrıdan adamlara verilən amanat baxşeyişdir. Tanrı onu verəndə 100-140 illik anlaşma ilə verir və deyir, bu illəri yaşamasan suç sənin özündədir. Tez getsən məni suçlamayasan. Ama ömürün qarşılığı olan ölüm, doğulan gündən adamı daban-dabana izləyir. Hər addım başı aparmağa çalışır. Ona görə də deyilir. “Ölüm qaşla göz arasındadır”.  “Ölüm çağrılmır, onun özü gəlir”. Ölüm çox  qorxunc, yöndəmsiz varlıqdır. Onu görəndə adam qaçmaq istəyir, ama dizləri əsir qaça bilmir. Dillənmək istəyir, dillənə bilmir. Yanındakı adamı köməyə çağırmaq istəyir, çağıra bilmir. Elə ki, döşünün üstündə oturur, itələyib salmaq istəyir, ama sala bilmir. Üstündəki balaca varlığın ağırlağı Qaf dağından da ağır olur. Gözü gözünə sataşır üzünə baxmağa qorxur. İncəliklə ölüm şərbətini uzadır, adam içmək istəmir, ama içir. Deyirlər ölüm şərbəti zəhər kimidi, yox o zəhərdən də acıdı. Elə ki can verir, dodağının səyriməsindən elə bilirlər ki, sayaqlayır. Ama yox, sayaqlamır, ayrılmaq istəmədiyi dünya ilə vidalaşır. Ölüm deyir çiynimə min o minmək istəmir, ama minir, son mənzilə yola düşür.
           Ölüm həyata gəlişin, gedişi deməkdir. Varlığın yoxluğu deməkdir. Onun gəlişinə bəxtəvərlik verməyin özü cinayətdi. Ama bəzən bu qorxulu hala bəxtəvərlik verilir. Bəzi hallarda ölüm gələndə adama dözümsüz işgəncə verməyi özünə əyləncə seçir. Adama əzab,əziyət verir. Verdiyi əziyətdən ləzət alır. Verdiyi işgəncələrə gerdən baxıb gülür. Belə bir xəstənin yanında  deyib gülənin birinin  gözlənilmədən  öldüyünü eşidəndə ölüm axtaran xəstə ona bəxtəvər verir. Demək ölümə bəxtəvəlik vermək olarmış. 
         Çalışın, ölüm ayağına, son mənzilə vaxtından tez getməyin. Sizə deyirəm yaşamağın 70/80 %-i sizin öz əlinizdədir. Ölümlə diribaş vuruşun, ömrünüzü zorla onun əlindən alın. O sizi aparmaq üçün, sizə yalan danışır, ömrünüz burada yetdi deyir. Bir də deyirəm. O yalan deyir. Allah sizə 100-140 il ömür yazıb və öz möhrünü də vurubdur. Bu onun qoyduğu qanundur. Onu yaşamağa çalışın. Çünkü o Tanrıdan verilən bir borcdur. Borcu vaxtında verərlər.     

                                         İrah (Ruh)
              Son dönəmlərdə tanrının güclü olağanüstü enerji olduğunu bir çox din bilginləri kəsinləyirlər. Eyni dönəmdə də bütün dinlər biranlamlı olaraq kəsinləmişlər ki, Tanrı, öz irahndan (ruhundan-enerjisindən) adama pay  bağışlamışdır və adamda Tanrı işığının dənəciyi yaşayır. Belə olan halda, Tanrının bir olağanüstü enerji halında olduğunu deyə bilərik. Demək Tanrının adama verdiyi irah da enerjidir. Tanrıdan adama verilən bu enerjinin qaynağı hara ola bilər. Neçə din var o qədər də gövdədə irahın yeri var.  Buddizmdə irahın yeri mədə sayılır. Zərdüştlikdə Bütün qarın köbəkətrafı irahın yeri sayılır. Semit dinlərində (yəhudulik, xristian və islamda) irah ürəkdə yerləşir və ürək bütün iç üyələrindən dəyərli sayılır. Tanrıçılıqda isə irah qanda hərəkət edir, üyələri cana gətirir və başda dincəlir. Onun üçün də tanrıçılıq kuralında qurbanlıq boğazlanmır, boğazlanan heyvan qurbanlıq sayılmır. Çünkü irahın yeri olan baş yaralanmış olur.
            Bu gün bilim dünyası kəsinləmişdir ki, tanrı dənəciyi beyində yerləşmişdir. Beyinin yaratdığı bütün soyut varlıqların hamısı tanrı dənəciyinin ürünüdür. Adamın davranışnı və çalışqanlığını düzənləyən ağıl, həm də tanrı irahının çalışma qaynağıdır. Çalışma qaynağı  olan ağıl  həmişə acımalara (rəhm etmələrə), yaxşılıqlara üstünlük verir ki, adam yetginləşsin. Əgər heyvani və şeytani duyğular ağılın çalışmalarına üstün  gələrsə, onda iraha da üstün gəlmiş olar. Belə olan halda, şeytani duyğular irahı çirkləndirir. Çirklənmiş irah olan yerdə, yetginlikdən söhbət gedə bilməz.
            Sorğu yaranır irah varmı və onu görmək olurmu? Qurani-kərim ayə ilə irahın (ruhun) olmasını kəsinləyir. Quranın 17/85 ayəsində deyilir:” Səndən ruh haqqında soruşarlar. De “Ruh Rəbbinin əmrindədir. Sizə yalnız cüzii bir bilgi verilmişdir.” Ona görə də dini təlimdə və hədislərdə deyilir ki, irah (ruh) ilahi hədiyyə olduğu üçün, o haqda düşünməyə dəyməz. Dini hədislərdə də ruhun varlığı bir mənalı olaraq qəbul edilmişdir. Kim o haqda sorğu edərsə suç işlətmiş olar.
İrahın varlığı Quranda öz kəsinliyini (təsdiqini) tapsa da, bütün tarix boyu dartışma somutu olaraq qalmaqdadır. Varlığın-gərəkliyi (Vacibül-vücud) dünygörüşlü teistlər və varlığın-birliyi (vəhdəti-vücud) dünyagörüşlü sofilər vədeistlər də irahın tanrı dənəsi olduğunu alımlayırlar, İrahın tanrı gückeçərliyində (iradəsində) olduğunu və gövdədən qıraqda yaşaya bilməsini alımlayırlar.
 Ateistlər isə irah (ruh) materiyanın, beyinin yüksək dərəcədə oluşum tapmış mənəvi görəvidir deyirlər. Şamanlar irahın (uhun) somut görünən varlıq olduğunu, onları istədikləri vaxt çağıra bildiklərini deyirlər.  Bilim dünyası irahdan söhbət gedəndə adamın psixoloji durumunu yada salır.
 Son dönəmlərdə bir takım araşdırıcı bilginlər qanda salqı (informasiya) ötürücülük bacarığının olmasını deyirlər. Əgər deyilən özünü doğruldarsa o halda ən ulu din olan tanrıçılığın doğruluğu özünü kəsinləyər.
Genelliklə (ümumiyyətlə) irah (ruh) elə bir mənəvi varlıqdır ki, o adamın bütün orqanlarında olmalıdır. Hər hansı bir orqan götüründükdə, adam yaşaya bilməyib ölürsə demək o üyənin irahla ağlılığı var. Bu baxımdan irah adamın hər yerindədir.  Elm kəsinləmişdir ki, beyində yüz milyardlarla neyronlar, neyronyanı mayelərdə milyardlarla impulslar və informasiyalar daimi hızdadır (fəaliyyətdədilər). Ulu dədələrmiz bu hıza irah (ruh) demişlər. Odur ki, irah dedikdə beyinin görəvilik çalışqanlığı yada düşür. Son zamanlar təbabətin inkişafı ilə ilgili kliniki ölümdən qayıdanlar irah (ruh) haqqında bizə maraqlı bilgilər verirlər.  

                                                 Allahın işinə qarışmayaq!
Səma kitablarının hamısında Allah nurdur deyilir. Onun bir enerji (nur) kimi olduğu göstərildiyi halda, bəzən də onun insan sifətində, insanlar arasına gəldiyi, insanla söhbət etməsi göstərilir. Hədislərdə Allah öz elçilərini süfrəyə qonaq edir.  Lövhü-məhvuzda süfrəyə yer nemətləri qoyulur. Allah onlara məsləhət verir, yol göstərir. Ona görə də, bir çox dindarlar Allahı bir şəxsiyyət kimi qəbul edirlər. Uzun zamanlardan bəri hədis və rəvayətlər əsasında formalaşmış bu təsəvürlərə uyğun olaraq, bu gün qədim əsatirlərdə olduğu kimi Allahı, onun mələklərini bir şəxsiyyət kimi əsərlərdə, kinolarda canlandırırlar, onları danışdırırlar. Reallıqdan uzaq olan belə hallar, yeniyetmələrdə, gənclərdə əfsanələrə, əsatirlərə, miflərə inam yaradır. Onlar həyatın real varlıqları qarşısında çaş-baş qalırlar. Elmin, ixtiraların, arxeloji tapıntıların nailiyətlərini görən gənc nəsil, dində kök salan əfsanə və xurafatlarla rastlaşdıqda onlarda ikiləşmə duyğuları yaranır. Onlar daxilən mənəvi, ideoloji aclıq məcburiyətində qalırlar və özləri üçün yeni ideoloji yollar axtarırlar.                                                                                                                                     
              Bütün dini kitabların bildirdiyi kimi Tanrı ölçüyə gəlməz bir nur toplusudur.,  Demək Tanrı nur olduğu kimi, onun mələkləri də nur olmalıdır. Nur dedikdə enerji başa düşülür. Çünkü elm bütün səma varlıqlarının  enerji ilə sıx əlaqəli olduğunu deyir. İlahi nurun insanla təmas yaratma yolları həmişə mübahisələr mövzusu olmuşdur və bu gün də mübahisəlidir.
            Bu gün elmə məlum olan bütün müxtəlif tezlikli və ölçülü dalğaların hamısı öz  qaynaqlarını, ilk məkan nöqtəsi olan  enerjidən almışlar. Elə ona görə də deyə bilərik ki, nur özü də enerjidir. Səma kitablarının dediyi kimi Tanrı və onun mələkləri də enerjidir. Enerji kimi də öz elçiləri ilə enerji (nur) dili ilə (vəhy) ilə danışa bilər. İnsanın gözü enerjini görmək qabiliyyətindən uzq olduğu üçün, o nə Tanrını nə də onun mələklərini görmək qabiliyyətində deyildir. Tanrı enerji olduğu üçün, o həm seçkinlərinə enerji (vəhy) göndərə bilir, həm də seçkinlərində və ya elçilərində olan enerji (aura) vasitəsilə vəhy dili ilə cavab ala bilir. Allah insanları enerji vasitəsi ilə idarə edir. Bu ilahi enerji hər bir kəsə müxtəlif səviyyədə verilir. Aydındır  ki, belə qarşılıqlı münasibətlər bütün insanlarda eyni cür ola bilməz. Milyonda bir insan, ilahi vəhyi qəbul etmə və göndərmə qabiliyyətinə malik ola bilər. Qalan insanlar isə, Tanrı zərrəcikləri olan ruhları sayəsində fəaliyyət göstərirlər.              
            Tanrının insanlara bəxş elədiyi ilahi ruh nədi o harada yerləşir İnsanı necə idarə edir.? Bu haqda bütün dini kitablarda bir-birinə zidd, biri digərini inkar edən ayələr mövcuddur.
            Bütün dinlərdə möhkəm yer alanqəza- qədər məsələsini araşdıraq. Hədislərdə deyilir ki, ilahi qədərə görə yeni doğulmuş uşağın qədər-qisməti o, dünyaya gəlməmişdən Tanrı dərgahında yazılmış olur. O yzıya pozulma yoxdur..Demək doğulan kimi, onun həyatda olan şəxsiyətliyi məlumdur. Onun dövlət başcısı olması, alim olması, varlı-kasıb olması, oğru, əyyaş olması, cənnər və va cəhənnəmdə oturması, haqqında öncə ilahi kitabda yazılıb möhürlənmişdir.  Buradan belə bir sorğu yaranır. Hələ dünyaya gəlməmiş bu körpənin suçu- günahı nədir ki, bu ömrünün qədər-qismətini kasıblıq dilənçıliklə başa vursun, axırda da  cəhənnəm odunda yansın. Ya da o qədər fağır olsun ki, hər keçən bir təpik vursun? Demək dinimizdə hələ aşkarlanmamış çoxlu sorğu suvallar var. Elə bu sorğular da insan ağlını, zəkasını, təfəkkürünü bu sorğuların izahına, ona cavab axtarmağa yönəldir. Bu axtarışları dindarlar Allahın işinə qarışmaq kimi izah edirlər. Təfəkkür yürüdüb, dəlil axtaran  ağıl, sahibləri də kafir adı ilə damğalanırlar.                                                                                                      .       Onu qeyd etmək lazımdır ki, din Allahın varlığı ilə bağlıdır. İstənilən hər hansı bir fövqəladi qüvvəyə, inama bağlılıq dinə inam deməkdir. Heç bir təhlilə, dəlilə arxalanmadan, kor təbii yaranan  inam çox hallarda faciələr yaradır, fanatiklər yaradır. İnam mənliyin dirəyi hesab edilir. Mənlikdə inam yarandı isə onun qabağını almaq çox çətindir. Ona görə də hər hansı bir  dini inamı təhlil etməkdə ağlın, şüurun təfəkkürün iştirakı əvəz edilməzdir. Hər bir hal və hadisənin çözülməsi üçün ağlın təhlili ilə dəlil axtarılmalıdır.Ağıl onu alımlayırsa bu dini anlamdır. Əgər ağıl onu alımlamırsa o dinə daxil olmuş xurafatdır.    Bu sərbəst fəaliyyəti insan, ağlı vasitəsi ilə edir. İnsan ağlının ən çətin işi, onun fəaliyyət zamanı doğru fikirləşməyi bacarmaqdır. İnsanın həyatda uğur qazanması, hansı sahə olur-olsun, onun düzgün fikirləşməsindən və düzgün yol seçməsindən asılıdır. Xüsusilə gənclikdə təcrübəsizlik zamanı, düzgün düşüncəyə, düzgün istiqamətə daha böyük ehtiyac duyulur. Bu vaxt dədələrimizin məsəli köməyə gəlir “yüz ölç, bir biç.” Təcrübəsiz gəncin fikrincə, o, doğru düşündüyü yolla gedir, ancaq, nəticədə getdiyi yolun yanlış olduğu məlum olur. İnsanın həyatında yaranan uğursuzluqların hamısı, insan təfəkürünün çıxartdığı yanlış məntiqin nəticəsi kimi ortaya çıxır.
               Bu gün çağdaş insanların həyat tərzinə nəzər salsaq, görərik ki, insanların çox böyük bir hissəsində dini inanc mövcuddur. Ateist dünyagörüşlü insanlar, çox az bir faiz təşkil edir. Ancaq inancı olanlar arasında da çox böyük müxtəliflik yaşamaqdadır. Bir qrup insanlar, yalnız dini məbədlərə (məscidə, kilsəyə, sinaqoqa) gedəndə Allahı yada salırlar, başqa vaxtlarda isə, dindən uzaq olan bir çox bəd əməllərlə məşğul olurlar. Bir qrup insanlar isə, vaxtlarının çox hissəsini ibadətdə keçirirlər, dini söhbətlərə qulaq asmaqdan, başqalarına dini təbliğat etməkdən həzz alırlar. Öz dinlərindən başqa, ayrı dinə qulluq edənlərə və eləcə də, ateistlərə nifrət edirlər, onlarla ünsiyyər qurmurlar. Belə şəxslər çox zaman, dini fanatikliyə bağlanırlar və dini hörmətdən salırlar. 
               Bu gün, şərq ilə qərb arasında və xristianlıq dünyası ilə islam dünyası arasındakı, siyasi çəkişmələr, özünü dini çəkişmələrdə də göstərir. Böyük siyasətçilər dinlər arasında nifaq yaradaraq, məqsədlərini həyata keçirmək üçün, dini yağılığı (düşmənçiliyi) qızışdırmaqla məşğul olurlar.
                  Bu gün dünyada böyük dini düşərgələr yaranmışdır. Ayrı-ayrı dini təşkilatlar meydana gəlmiş və bu təşkilatlar qarşı-qarşıya qoyulmuşlar. Əgər bütün dinlər insanları, bir-birinin qardaşları hesab edirlərsə, bu yağıçılıq (düşmənçilik) hardan qaynaqlanır? Dinlər arasında yağıçılığın (düşmənçiliyin) yaranmasında siyasətçilər nə dərəcədə suçludurlar? Din nə üçün həmişə siyasətə qurban gedir?
            Nə qədər ki, siyasi çəkişmələr var, daima dinlər arasında yağılıq (düşmənçilik) toxumu səpiləcəkdir. Tanınmış vəhdəti-vücudçuların irəli sürdükləri ideyalardan görünür ki, onlar həmişə dinlər arasında yaxınlığın olmasını təbliğ etmişlər və buna görə də siyasətin qurbanı olmuşlar.
          Əmin-amanlığın yaradılması və qorunması üçün, ilahi dinlərdə olan çağırışlara baxmayaraq, hökmran olan siyasi qüvvələr bu çağırışlara məhəl qoymurlar. Onlar bu gün dünyanın məhvə getməsini görsələr də, sürətlə silahlanmada və təbiəti çirkləndirməda sanki yarışa girirlər. Unudurlar ki, bu yarışa qarşı Tanrının çox sərt və qorxulu qarşılığı ola bilər.
          Tanrıçılıq dünyagörüşündə göy üzü bütünlüklə Tanrı olduğu üçün, kosmos vahid bir varlıq kimi qəbul edilir və  o, həmişəyaşar, hər şeyə qadir olan enerjidir deyilir. Bu enerji harmoniyasını pozan, onun harmonik fəaliyyətinə qarışan, bu ilahi enerjidən sərt və ağır qarşılıq ala bilər. Ona görə də, tanrının işinə qarışmamaq tövsiyə olunur. Tanrıçılıq kuralında deyilir ki, insanlar dünyanı gözəlləşdirən əməllərlə məşğul olduqları zaman, Tanrı onları yaxşılıqla müjdələyəcəkdir. Pis əməllərlə məşğul olanlara isə, daima pis yollarla getməyi göstərəcəkdir. Tanrıçılıqda təbliğ olunan əməllərə cavab bu dünyada verilir. Hər bir kəs öz payını bu dünyada alır. Yaxşılıqlar və pisliklər ümumbəşəri mənada verilən bir anlamdır. Pisliyə və yaxşılığa qarşı verilən Tanrı cavabı, islam dinində də var. 
Ancaq tanrıçılıqda deyildiyi kimi, bu cavablar, bizim maddi dünyamızda yox, axirət aləmində verildiyi göstərilir. İslamda deyilir ki, adamlar bu dünyadakı əməllərinin cavabını, axirət dünyasındakı. ərasət məhkəməsində alacaqlar. Ərasət məhkəməsi  nə zaman olacaqdır,onu da Allah özü bilir.                                                                                                                                                                                    .        Ancaq onu qeyd edim ki, bəzi hallarda tanrıçılıq dünyagörüşü düz çıxır. Allah pis əməl tutanların əvəzini çox vaxt axirətə qoymur, bu dünyada verir. Pis əməl tutan, cəzasını ya özü çəkir, ya da sevimli övladları çəkir. Bu da insanlara bir ibrət dərsi olur. Bir çox belə  halların şəxsən şahidi olmuşam.
           Elm bu gün xarüqələr yaradır, aylarla gedilən yol, indi saatlarla, dəqiqələrlə gedilir. Dünyanın hər yerindən təzə xəbərlər eşidilir, yeni kainatlar kəşf edilir. Allahın sirlərinin kəşfi o dərəcəyə çatmışdır ki, xoşməramlı kəşflər bəzən şər qüvvəyə, şeytan əməlinə xidmət edir. Bu günə qədər yaradılan gözəlliklərin məhv olma ehtimalı, get-gedə çoxalır.  Bəşəriyyət üzərində, məkirli insanların hökmranlığının dərəcəsi artır. Mütəfəkkir alimlərin xeyir əməlləri, şeytana xidmət- qulluq edən siyasətçilərin əlinə keçir. Çox hallarda heyvani hissiyyatlar ağılı hissiyyatlara üstün gəlir. Var-dövlət, dünyəvi ad-san hərisliyi get-gedə çoxalır. Bir çox insani hüquq normaları tapdalanır.
             1950 ilərdə Amerika kəşfiyyat orqanları  Allahın öz ixtirası olan Qipnoz sindromundan şipyonaj və caniçilik məqsəilə istifadə etməyə başlamışlər. Amerikanın uzman qipnozçuları adamların beyinlərindən yaddaşlarını silərək isdədikləri proqramları beyinlərinə yerləşdirib dünyanın hər yerinə, isdədikləri ölkələrə cani və şpion kimi göndərmişlər. Belə adamların çoxları Allahın qəzəbinə tuş gələrək 50-60 yaşından sonra ağıllarını tamam itirib, heyvan halına düşmüşlər. Bax budur Allahın qəzəbi. Ama məndə bir şübhə yaranır. Canilər cəzasını alırlar, bəs caniləri hazırlayan baş canilər niyə cəzasız qalırlar. Villada oturub villada qocalır və hörmətlə ölür hörmətlə də basdırılırlar. Budur mənim şübhəm. 
            Bütün dinlər təstiq edirlər ki, insanı Allah öz əli ilə yaradıbdır. Belə olan halda insan Allahın doğma evladıdır. Evladı olduğu üçün də, insan Allahın ən sevimli bəndəsidir. İnsan bütün canlıların ağıllısıdır. Insan Allahın əşrəfisidir. Belə olduğu halda səbəb nədir ki, bütün faciələr insanın fitnə fəsadından doğur.Tökülən milyonlarla qanlar insan əlilə olur. Bu gün mərmilərin ,bombaların qəlpələri ilə parça-parça olan insan cəmdəklərinin suçu, günahı nədir? İnsan ləyaqətini, insan mənliyini ayaq altına atan, onları tapdalayan insan özüdür. Yaradanın  ən şərəflisi olan insanın, hevanlardan da aşağa qatlarda yer  almasının səbəbini, kimdən soruşaq? Allahın evladlarına verilən bu zülümləri, bu cəzaları görən Allah necə dözür? Cavab tapmaq üçün bu sorğunu kimə verək. İnsan ləyaqətini, insan mənliyini, İnsan şərəfini, şanını qaytarmaq üçün sorğunu kimə verək? Sorğunun ünvanı yoxdur. İnsanlar o ünvanı dağıdıb, məhv edibdilər. Bəs bu sitəmlərə Allah necə baxır?
              İnsanlar unudurlar ki, kainatda mövcud olan bütün varlıqlar, Allahın layihəsi üzərində yaradılmışdır. Bu layihəni ancaq o, dəyişə bilər. İnsan əli bu ilahi  varlıqların mövcudluğunu dəyişdirməyə qarışdıqda,  ondan bütün bəşəriyyət zərər çəkə bilər. Elmi kəşflərdə baş alıb gedən qondarma (sünii) genetik kodlaşma siyasəti, bitki, heyvanat aləmində, eləcə də insanlıqda faciələrin yaranmasına səbəb ola bilər. Allah, bütün varlıqların həyat fəaliyyətlərini artıq çoxdan kodlaşdırmışdır. Öz damğasını və möhürünü təsdiqləmişdir. Bu gün, insanın Allahın işinə qarışmaqda elədiyi bəzi yanlış  cəhdləriə diqqət yetirək.
                 Biz yuxarıda söyləmişdik ki, Allahın sevimli bəndəsi olan insanlar, bəzən, alçaldıcı “mən”in təsiri altına düşdükdə, onlar insanlığa zərər verən, insanlara faciələr gətirən şəxsiyyətə çevrilirlər. Belə şəxsiyyətlər, tarix boyu həmişə olmuşlar və indi də var. Son zamanlar insanların başlarına gətirilən fəlakətlər, dünyəvi qırğınlar, bilginləri, müdrikləri düşündürür ki, görəsən bu qırğınların əsas səbəbkarı kimdir?. İnsanlarda olan yaramaz-insanlığı itirən mənəmmi, şeytanın insanlar arasında törətdiyi fitnə-fəsatdırmı? Yoxsa ki,  bu dözülməz faciələr qabaqcadan Allah tərəfindən lahiyələndirilmiş alın yazısıdırmı?                   
              Sorğular çox, cavablar məçhuldur. Bu gün, dünyanı olduqca məkrli və ağıllı siyasətcilər idarə edirlər. Onların acgöz maraqlarının toqquşması nəticəsində, dünyanı silkələyən bəlalarla adi insanlar üzləşirlər. Özləri isə cah-cəlallı bəzədilmiş imarətlərdən mənzərəyə tamaşa edib, zövq alırlar. Sorğu-sual yenə təkrarlanır. Onları insan qanına susadan qüvvə nədir? Onlardakı vəhşiləşmiş qürurmu,, məkrli şeytan hiyləsimi, yoxsa Allahın alın yazısımı? Yenə də suallar çox cavablar məçhuldur.
             İnsan oğlunun təfəkkürünün, dünyagörüşünün həyata bəsirətli gözlə baxışının,  elmi kəşflərin inanılmaz dərəcədə yüksəlişinin olduğu bir zamanda, bu kütləvi qırğınların, aclıqların, səfalətlərin, faciələrinin qarşısının alınması doğurdanmı mümkün deyil? Silah alverçiləri silah satmaq xətrinə, torpaq hərisləri torpaq tutmaq xətrinə, yalançı din carçıları məqsədlərinə çatmaq xətrinə, sadə insanları müxtəlif yollarla öz sıralarına çəkir və bir-birlərinə qarşı qoyurlar. Heç cür özünü doğrultmayan qırğınlar törədirlər. İnsan qanı hesabına xəzinə toplayırlar. Bununla da öz arzularına çatırlar. Bütün faciələri törədən güclülər də, əzilən gücsüzlər də, bütün günahı ya Allahın, ya da şeytanın boynuna qoyurlar, bununla da, özlərinə bəraət qazandırırlar. Soruşmaq gərək, doğrudanmı bu faciələrin səbəbkarı Allah, ya da şeytandır? Şeytan haradadır? Bəlkə də şeytan sizin özünüzün içinizdədir. İçinizdəki şeytan, bəd əməl üçün, nahaq insan qanı tökmək üçün sizin ağlınızı, qəlbinizi didib gəmirir və istədiyinə də nail olur. Ancaq  insanın ağlı onu təsdiqləyir ki, fövqəlbəşəri olmayan,insanın iradəsinə tabe ola bilən bütün bəlaların qarşısını insan ala bilər. Ağlın şeytan fitvasına uymaması nəticəsində, ağıl nəfsin və şeytanın bütün bəlalarına qalib gələ bilər.
                  Amerika və İngiltərə alimləri, 1960-1970-ci illərdə sensasiyalı elmi işlər haqqında məqalələr yazdılar ki, günəşin enerji qüvvəsi ildən-ilə azalır və  əgər  günəş enerjisi bu sürətlə azalarsa, müəyyən bir vaxtdan sonra, yerə gələn enerji o dərəcədə sönə bilər ki, yeri, orada olan maddi varlıqları təbii enerji ilə təmin edə bilməz və nəticədə canlı aləm yox ola bilər. Yer, cansız planetə çevrilə bilər. Təxminən iyirmi ildən sonra, yenidən sensasiyalı bilgilər yayıldı ki,  Günəşdə yeni enerji partlamaları baş verdi və günəşin enerjisi ildən-ilə artmağa başladı. Alimlər belə qərara gəldilər ki, vaxtaşırı günəşdə enerji partlayışı olur, bu hal günəşin təbiətindədir. Hal-hazırda Amerika alimlərinin Marsda kəşf etdikləri maqnit dalğalarının mövcud olması və bu dalğaların tədricən sönməsi və nəticədə Marsın cansız planet olması, Marsdakı həyatın məhv olmasını yer ilə müqayisə edirlər. Bu hipotez (zənn) də, Günəş haqqında yaranan hipotez kimi, özünü doğrultmaya bilər. Bəlkə alimlərin kəşf etdiyi bu hipotezlər Allahın yaratdığı kainat qanunlarından biridir. Çünki, kainatda olan bütün varlıqlar, hərəkətdədir və onlar daima dəyişirilir. Ona görə də, Allahın işinə insan o vaxt qarışa bilər ki, ona gücü çatsın və insanlığın xeyrinə onu dəyişdirə bilsin. Əks halda, insanlar bu kəşflərin cəzasını çəkə bilərlər. Necə ki, bu gün atom kəşfinin cəzasını çəkirik. Naqasaki, Herosima, Çernobl və Yaponiya, atom elektrostansiyasının faciələrindən bəşəriyyət hələ azad olmamışdır.
            Hələ çox qədimlərdən insanlar, atla eşşəyin birliyindən qatır almağa nail olmuşlar. Ancaq bu, Allahın qanunlarına zidd olduğundan, bu günə qədər qatır nəsilvermə qabiliyyətinə malik olmamışdır.
1940-cı illərdə Adolf Hitler, ucuz və müti insan qüvvəsi yaratmaq xəyalına düşür. Bu məqsədlə, xüsusi düşərgələr yaradılır və bura alimlər cəlb edilir. Onlara meymunlarla insanların birliyindən müti insanların yaradılıb artırılması tapşırılır. Müharibədəki məğlubiyyəti Almaniyanın bu arzusunu yerinə yetirməyə imkan vermir. Qələbədən sonra, bu təşəbbüs Stalin və onun davamçılarının əlinə keçir. Təcrübə Sibir meşələrində davam etdirilir. Alimlər meymun və insan birliyindən tüklü insan yetişdirirlər. Ancaq Allahın qəzəbi özünü göstərir. Rus alimləri nə qədər cəhd edirlərsə, tüklü, müti insanlarda nəsilvermə qabiliyyətini yarada bilmirlər və sınağı ( təcrübəni)  dayandırırlar.
1970-1980 illərdə, Sibir meşələrində tüklü insanın (“qar adamı”) olması barədə mətbuatda, radio-televiziyalarda sensasiyalı xəbərlər yayılmağa başladı. Ekspedisiya yaradıldı, izlədilər və şəklini çəkdilər. 5-10 il vaxtaşırı insanlara görünən tüklü “qar adamı” sonradan yoxa çıxdı. 2000-ci illərdə dövlət sirləri açıqlandıqda, sirli hadisənin səbəbi məlum oldu. Görünür, Sibir meşələrinin məhsulu olan meymun-insan, hansısa səbəbdən meşəyə
buraxılmış və arabir insanlara rast gəlmiş, öldükdən sonra isə, bu mifə son qoyulmuşdur.
1930-cu ildə İngiltərə və Amerikada yaşayan ingilis-sakson əsilli protestant oliqarx milyarderlərin yığıncağı olur. Burada qərara alınır ki, dünyanı bir mərkəzdən idarə etmək üçün, vahid dünya höküməti yaradılsın. Dünyanı idarə etmə bacarığında olan adamlar nəzarətdə saxlanılsın. Dünyanın var-dövləti bir mərkəzdən  idarə edilsin. Yaradılan təşkilata rəmzi olaraq komitet 300 adı verilir. Komitetin proqramı qəbul edilir. Proqramın bəzi maddələrini nəzərinizə çatdıraq.
1.      Yeni dünya idarəçiliyi haqqında birləşmiş kilsə və pul sistemi yaradılsın.
2.      Milli ləyaqət və milli özünüdərk tam şəkildə dağıdılsın.
3.      Dinlər dağıdılsın, təşkilatın mənafeyinə uyğun yeni din yaradılsın.
4.      Narkomaniya və pornoqrafiya (homoseksuallıq) leqallaşdırılsın.
5.      Dünya əhalisi müəyyən yol ilə azaldılsın.
6.      Komitet faydalı bildiyi elmdən başqa bütün elmlər dayandırılsın.
7.      Kütləvi işsizlik yaratmaqla millətin mənəvi ruhu və mübarizə əzmi öldürülsün.
8.      2020-ci ilə “faydasız yeyənlər” adlanan qoca və əlilləri qırmaq yolu ilə əhali üç milyard azaldılsın.
9.      Terrorçuluğun çoxalması təşkil edilsin.
10.   Təhsilin tamamilə dağılma dağılması və s. bir çox belə maddələr.proqramda yer almışdır.
      Maddələrin məzmunundan aydın görünür ki, bu təşkilat nə qədər insanlığa zidd Tanrıya qarşı qoyulan qəddar bir qanun yaratmışdır. Bu ağaların bəd niyyətlərinin həyata keçirilməsi artıq özünü göstərir. Proqramda göstərilənlərin hamısı bu gün dünyanın hər tərəfində tətbiq olunur. Bir çox ölkələrdə homoseksuallıq qanunlaşdırılır, narkomaniya qanunlaşdırılır, Bu eybecərliyin, çirkinliyin baş alıb getməsi nəinki cəmiyyətin cırlaşmasının səbəbidir. Eyni zamanda Allaha qarşı üsyandır.  Bütün şərq ölkələrində qardaş qırğını qızışdırılır, hər yerdə aclıq terroru səpilir, gənclərin mənəviyyatı ləğv edilir, qulağa yad olan bayağı musiqilər hər yerdə meydan oxuyur. Avropa özünün qurduğu torun qurbanı olur. Süni yaratdıqları böhranın toruna indi özləri düşürlər. Tordan çıxmaq üçün yollar axtarırlar. Bəd əməllərinin əvəzini indi Allah onların özlərinə qaytarır. 
Bu kimi hallar, elmi kəşf edənlər tərəfindən unudulmamalıdır. Allahın sirlərini açıqlayarkən, onun hansı fəsadlar verəcəyi götür-qoy edilməlidir. Dünyanın əşrəfi olan insanın zərərinə nə kəşf edilərsə, Allah da ona uyğun cavab verər və bununla da insanlığa qarşı gözlənilməz faciələr baş verə bilər.
         1960-cı illərdə “aral gölü” haqqında bir məqalə oxumuşdum. Dünyada böyüklüyü, suyunun təmizliyi, şəffaflığı, şirin dadı ilə seçilən ən böyük içməli su anbarı kimi onun qorunmasınıa ehtiyac olduğunu yazan müəllif, gölün son zamanlar çirkləndirilməsindən xəbər verirdi. O məqalənin çapından 40-45 il keçməsinə baxmayaraq, bu gün də Aral gölü “ölü göl” adlandırılır. Buna səbəb isə, Allahın insanlara bəxş etdiyi gözəlliklərə insanların düşünmədən müdaxilə etmələridir ki, bütün bu çirkinliklərə qəzəblənən Tanrı, o gözəllikləri insanların əlindən alır. Böyük pullar xatirinə Xəzər dənizinin də ətrafında sıralanan neft vışkaları  gələcəkdə Xəzərin də ölü dənizə çevriləcəyindən xəbər vermirmi? Biz isə nə vaxtsa ayılıb, günahkar özümüz olduğumuzu biləndə  nə qədər Allaha yalvarsaq da çox gec olacaqdır.
            Elmin və texnologiyanın bu günkü inkişafı texniki tərəqqiyə nail olsa da mənəvi tərəqqiyə mənfi təsir göstərir. İnkişaf etməkdə olan texnologiyanın müsbət cəhətləri göz qabağındadır, şərhə ehtiyac duyulmur. Onu inkar etmək də mümkün deyil. Ancaq onun başqa mənfi cəhtləri də az deyil. Bu günkü gənclik lap körpə yaşından müasir texnologiyanın ixtiyarına verilir. Mənəvi tərbiyə texnologiya vasitləsilə edilir. Məs: Azərbaycanlı ailə, uşağa xaricdə istehsal olunmuş oyuncaqlar alır, uşaq oynadıqca oyuncaq öz-özünə “rok –pop” musiqisi çalır, hələ dil açmayan körpə həmin musiqi sədaları altında istirahət edir, əylənir. Bir az böyüyəndə televiziyada rok- pop musiqisi eşidir və bu musiqi sədaları altında oynayanları görür. Böyüyən gənc, əyləncə klublarında da rok- pop musiqisinin iştirakçısı olur. Belə bir gəncə nə istəyirsən elə, milli musiqini heç yaxına da buraxmayacaqdır. Muğam, saz səsi eşidən kimi oradan uzaqlaşacaq. Eləcə də, başqa adət-ənənlərimiz  həmin siyasətin qurbanı olaraq məhv olacaqdır. Yeniyetmə gənc özünü dərk edən zaman hər hansı bir hadisə ilə maraqlansa,internetdən öyrənəcək. Böyüklərinə - nənə, baba, ata və  anaya ehtiyac olmayacaqdır. Bu da, ailədaxili istəyin, qohumluğun tədricən sönməsinə səbəb olacaqdır.
            İnsanlarda ən qədim zamanlardan belə bir dünyagörüşü formalaşmışdır ki, elm və texnologiya nə qədər inkişaf edərsə, insan bir o qədər yetkinləşər, kamilləşər Allaha yaxınlaşar. Ancaq mən bu gün başqa mənzərə ilə rastlaşıram. Elmin inkişafı, kəşflər xarüqələr yaradır. Texnologiya elə bir həddə çatır ki, təbiətdə olan təbii məhsullar - ət,yumurta , yağ və s.quraşdırma ( sünii) yollarla alınır. Yun, pambıq kimi təbii geyim məhsulları arxivlərə göndərilir, əvəzində qondarma (sünii) və kimyəvi yemlər,  geyimlər hazırlanır, dünyanı doldurur.
              Bu günkü yüksək mədəniyyət cəmiyyətin min illər ərzində yaratdığı, miras qoyduğu gələnəklər, qadağalar tapdanır məhv edilir. Cəmiyyətin eybecərlik kimi qəbul etdiyi,insalığın təhqiri olan murdarlıqları leqallaşdırır, qanunlaşdırırlar. Homoseksuallıq gözəl adət kimi rəğbət qazanır. Homoseksuallar fəxri ad daşıyanlar kimi qürurla gəzirlər. Avropanın  dövlət prlamentlərində (fransa) homoseksuallıq qanunlaşdıtılır. İngiltərədə dövlət səviyəsində qadın itlə nigah bağlayır.Azərbaycanda kişi qomoseksualların toy məclisini televizor tən-tənə ilə xalqa göstərir. Bir-biri ilə nigah bağlayan kişilərin, itlə nigah bağlayan arvadların  cinayət hərəkətlərinə demokratik don geyindirənlər gələcək üçün faciə yaratdıqlarının  fərqinə varırlarmı?. Adını demokratiya qoyduqları bu eybecərlik demokratiya yox utanc gətirən anarxiyadır, insanlıqdan kənar heç bir heyvanlar arasında görünməyən eybecərliklərdir. Özy də insan nəslinə balta vuran eybecərliklərdir. Belə bir cəmiyətdən nə gözləmək olar. Bunun sonu qaranlıqlı faciə ilə nəticələnə bilər.  Bir sözlə elmin, texnologiyanın inkişafı illərlə qorunan adət- ənənələrin və mədəniyyətin incəliklərini tapdalayır, məhv edir. Əgər dünya belə gedərsə texnologiya inqibatoru quraşdırma (süni) adam yaradarsa, dünyanın axırı necə olar onu da yalnız Tanrı bilər.

                                  Bitigin (kitabın) içindəkilər.
           Qurandakı Zülqərnüyn Oğuz xanıdır. Və Azərbaycan türkünün  
İlk Bilqamısıdır (peyğəmbəridir).                                                                            Səh.
             Ön söz--------------------------------------------------------------------------  1.
             Giriş-----------------------------------------------------------------------------  3
I.- Bölüm: Oğuz xan-Zülqədər (Zülqərneyn) dastanı--------------------------   6
II-Bölüm:  Türkün tarixindən qısa arayış----------------------------------------29
III-Bölüm: Türklər necə islam oldular-------------------------------------------- 46       
IV-Bölüm: Düşüncələrim-------------------------------------------------------------52

                                QAYNAQLAR..
Ağasıoğlu F. “Qədim türk eli” Bakı 2006       
Ağasıoğlu F. “9 Bitik” I-II-III-cildlər. 2014.
Azərtürk.T.“Mixiyazılıazəritürkdilininqrammatikası”Bakı2004
Altındal A. “Türklər” vikiped. 
Babayeva X.Ə. Azərbaycan folklorunda Xızır nəbi obrazı2013
Banarlı N.S. “Türk ədəbiyatı tarixi” İstanbul 1971.
Bartold B.B. “Soçenenie” İnter. .
Bertels. Y.E. “Nizami” Mockva 1956.
Bəlaği  S. “Quranqissələri”,Bakı,1992
 
Biçurin İ.Y. “Sbornıye svedeniy o narodax obitavşix v sredney Azii v drevnıe vremena Moskva1950.
 Buğra Ekinçi. Vikipediya Kayzen
Qafarov“TarixŞumerdənbaşlayır”2010.
Qəzənfəroğlu F. “Türklər”inter.


Qaspıralı. İ “Türkçülük”.Vikiped.            
Qumilyov L. “Qədim türklər” Bakı 1993.
Qurani-Kərim” (tərcümə), Bakı, 2004

Əbu-l-Qazi “Oğuznzmə” inter.
Əbu Davud “Sünnin hədisi N 4305” Vikiped.
Əbülqazi Xan “Oğuz xan” inter.
Əlibəyzadə Ə.”Ulu dil Şumerlər”.  Vikiped.
Əliyev Q. (N.Gəncəvi “İsgəndərnamə” Bakı 1982 s.8)
Əhməd Tomar xoca vikiped
Zehtabi T. M. “İran türklərinin əski tarixi” İstanbul 2010.
İbn Sina “Şəfa” Vikip
İlmiyə M. “SümerlərÜ vikiped.
İsmailzadə X.F. “Dini və tarixi mənbələrdə Zülqərneynin şəxsiyəti” Bakı A.M.E.A.Bakı 2007.
İsgəndər Turan vikiped.
İvanov M.S. “Oçerk istorii İrana”
Yermeyev D.Y. “Enoqenez  turok” Moskva 1970.
Karakurt D. “Türk söyləncə sözlüyü” 2012.
Kaya A.M. “Oğuz tarixi şəxsiyətdirmi” İnter.
Karadağ D. “Oğuz xan  şəxsiyətdirmi” İnter
Kitabçı Z. “Orta Asyada islamiyətin yayılışı və türklər. Konya 1                                                                                                                             1998.
 Kitabçı Z. “Orta Asyada islamiyətin yayılışı və türklər. Konya 1998.
Köprülzadə M.F. “Azəri” Bakı 2000.
Kramer S. “Tarix şumerlərdən başlayır” Vikiped.
Gəncəvi N. “İsgəndərnamə”Bakı 1982.
Gəncəvi N. “Şərəfnamə” Bakı 1941
Mustafa F. “Azərbaycanda dini mənşəy haqqında”İnter
Nəbibəyli Z. “Türkəm tanrlçıyam və ya dön geriyə bax” Bakı   2009.
Həsənov H.”Türkşunaslığın bəzi promlemləri “Bakı 2002.
Hüseyinli R.  “Azərbaycan ruhaniliyi” Bakı 2002.  
Nuru S.  Bədiüzzəmin. “Axır zaman” Vikiped.
Paşa R. “Oğuz xan” Vikiped.
Petruşevskiy İ.P. “ Sbornik statii po istorii Azerbaycana”
Pomonti M. “ Yad planetin  evladları.
Rəşidəddin F.”Oğuznamə” Bakı 1992.

Rumi M.C. “Məsnəvi” Ankara 2012
Seyidov M. “Azərbaycan mifik təfəkkür qaynaqları” Bakı
Süleymanov O “Az Ya” Bakı 1993.

Tövrat “Yaradılış” 25/1.2.6.
Turan D.”Türklər”vikiped.
“Tenqriyanstvo”vikiped.
“Tenqriçilik”vikiped.
Xəlilov V. “Azərbaycan  türklərinin təşəkkülü və milli inkişaf tarixi Bakı 2009.   
  Xəlilov V“Dilmədəniyyəti.Vikiped
Xəlilov V. “Azərbaycan  türklərinin təşəkkülü və milli inkişaf tarixi Bakı 2009.     
Cəfərov N. ”Azərbaycançılığa giriş” Bakı 2002.
Cəfərov N. “Qədim türk ədəbiyatı” Bakı  2004
========================================
























































             
                                        

                 


Hiç yorum yok:

Yorum Gönder