8 Mart 2016 Salı

Azərbaycanın alimlərinə sorğum!

  Azərbaycanın alimlərinə  sorğum!                    İsa mehdioğlu            
        Sayğılı aydınlarımız xahiş edirəm bildirin, bizdən başqa  yerin adı ilə adlanan millət varmı varsa kimlərdir.? Bildiyimə görə, dünyanın bu bölgəsinə “odlu torpaq” anlamını verən, “Azərbaycan” sözüni ilk dəfə farslar işlətmişlər.
Bundan başqa Çar Rusiyasının arxivlərində və sovet hökumətinin 1936 ilə qədər olan arxivində bu xalq türk adlanmışdır.
 Tarixən bizə bir çox adlar qoyulmişdir. Farslar Azəri, Ermənilər Türk, Gürcülər Tatar, biz Azərbaycanlı deyirik  Bir deyin bizim doğma admız nədir.? Nə üçün aşkarlamırsınız. Niyə susursunuz. Siz də bilirsiniz ki, Azərbaycanlı sözü milləti göstərmir o yerin adıdır. Bu ad bu xalq üçün təhqirdir. Çünkü qonşu gürcülər deyir sizin adınız köksüz addır. Gürcü aydınları dönə-dönə mənimlə dartışma etmişlər ki, siz farsın, kürdün türkün qarışığından yeni yaranan xalqsınız. Dilinizdə bu xalqın dilinin qarışığından yaranmadır. Siz qədim millət olsa idiniz, başqa Qafqaz
xalqı kimi əlifbanız olardı. Farsların bu torpağa verdiyi adı özünüzə millət adı götürübsünüz.
       Bəlkə ona görə də farsın Kəsrəviçi ideoloqları azəbaycanlıları farsdan dönmə hesab edirlər. Bu fürsəti onlara siz tarixçilər və dilçilər verirsiniz. Gürcülər oğruya da, bizə də Tatar deyirlər. Biz də bu yaramaz sözü eşidə-eşidə susuruq. Çünkü admızdır. Tarixçi, dilçi alimlərmizdən doğru-düzgün cavab istəyirəm. Deyin görək biz kimik?         
                                                                                                      İsa Mehdioğlu                                           
                      

Hiç yorum yok:

Yorum Gönder