9 Şubat 2016 Salı

Dinin yeniliyə (islahata) ehdiyacı var. (III- söhbət)

         Bildiyimiz kimi, sultani ruh Tanrı zərrəciyi hesab edilir. Ruh ağılı idarə etdiyi kimi, o nəfsi də idarə edir. Sultani ruh,hər şeyə  hakim olduğu halda, bəs necə olur ki,nəfs ruha qalib gəlir. Ağıl şeytana qulluq edir. Ağıllı dediyimiz ilahi ruhu gəzdirən bu adamlar, necə olur ki, yer üzündə bu qədər ağır cinayətlər törədə bilirlər. Günahsız yerə məhv olan minlərlə, milyonlarla ağıllı adamların ruhlarının nalələri necə olur ki, bu faciələrin qabağını ala bilmir. Bu zərbənin ağırlığı böyük bir ölkəni, bəzən də dünyanı silkələyir.
  Ağa Məhəmməd Şah Qacar, Girman şəhərinin bütün kişilərinin gözlərinin çıxarılmasına əmr verdiyi halda, özü də gedib məsciddə namaz qılır, Allahdan bağışlanmasını diləyir. Adolf  Hitler, yüz minlərlə yahudinin ölümünə fərman verir. Günahnı yunaq üçün  kilsəyə gedib Allaha dua edir. Qəddafi, Bəşər Əsəd və başqaları, yüz minlərlə öz xalqının məhvinə əmr verir və girib məscitdə dua edir. Tarixdə yüzlərlə bu cür dəhşətli cinayətkarların törətdikləri faciələrin səbəbkarı kimdir? Əyər bu qanlı faciələri  Allah öncədən planlaşdırmışdırsa, bu səbəbkar Fatehlərin suçu nədir? Quranın Bəqərə surəsinin 255-ci ayəsində deyilir: "Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər. O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir."
Əyər biz, Quranın bu ayəsinə istinad etsək, belə görünür ki, dünyanı qana çalxıyan cəlladlar, qan tökməklə heç bir xəta- günah işlətməmişlər. Onların taleyini Allah necə yazmışdırsa, onlar da elə  hərəkət etmişlər. Eyni zamanda Quranda deyilir ki, insan Allahın ən sevimli bəndəsidir.  Belə olan halda Allahın sevimli bəndəsinə qarşı olan bu uyğunsuzluqlar, bu cinayətlər haqsızlıqlar hardan qaynaqlanır. Doğrudur, dini kitabların hamısında belə suçların-günahların Allah tərəfindən cəzalanmalarından danışılır. Ancaq bu cəzalanmaların vaxtı bilinməz olaraq, qiyamət gününə qədər uzadılır. Belə bir günün gəlişini isə yalnız  Tanrı özü bilir.
 Quran elə bir xəzinədir ki, orada istənilən sorğuya, istənilən cavab tapılır. Quranda 255 ayənin qarşılığı olan bir çox ayələr var. Onlara verilən təvsirlər isə ya köhnəlib, ya da öz dəyərini itiribdir. Onun üçün də belə ayələr yenidən incələnməli və işlənməlidir.
   Elm dərinliklərə nüfuz etdikcə,yeni yeni kəşflər edildikcə Tanrının da yeni-yeni sirləri aşkar edilr. Bütün dinlərin içində bütün göy üzünü ayrılmaz bir Tanrı hesab edən tanrıçılıq dininin ideyasını  bu günün elmin müasir axtarışları da təstiqləməyə başlayır. Elm göydə şüurlu sferanın olmasını qəbul edir  Həmin şüurlu sferaya biz Tanrı deyib vəhyilər qəbul edirik. Elim isə ona  Noosfer deyərək ondan siqnallar qəbul etdiyini deyir.
  Artıq  bütün dinlərin qocaldığını, insanların mənəviyyatlarını, mənəvi ruhlarını, dinin  təmin etmədiklərini adamlar başa düşürlər. Xalq dində, ilahi baxışlarda müasirliyi və mütərəqqiliyi təmin edən dinin varlığını görmək istəyir. Bu istəyi də bu günkü dinlərdəki, müasirləşmələr, islahatlar yerinə yetirə bilər.
           Bəzən bu günkü zamanımızda bizim din alimlərimiz, elə səviyyəsiz, ağıl kəsməz, hətda sağlamlığa zərərli hədislər edirlər ki, adam dinləmək belə istəmir. 2015 il mayın 2-sində, Kanal 12 TV-də din alimi hədisində insanların yüksək hərarət verməklə gedən ağır xəstəliklərinə bəraət qazandırarak, dedi ki, xəstələr nə qədər yüksək hərarətlə çox yatsalar, ağır xəstəliklərdən əziyyət çəksələr, bir o qədər də günahlarının tökülməsi çox olar. Belə ağır və uzun müddətli yatan xəstələr öləndə onların cənnətə getməsindən ağız dolusu danışdı. Bu günkü ruhanilərmizin belə yanlış təbliğatları, dindar insanların xəstəliklərə qarşı mübarizə ruhlarını öldürmək  təbliğatından başqa bir şey deyil. Mən heç cür inana bilmirəm ki, elmin belə yüksək zirvədə olan bir zamanında, ölüm gətirən xəstəliklərə bəraət verən, insan tapılsın. Ancaq onları bu gün aramızda görürük. Belə hədislərin xalq arasında aparılması, ən zərərli bir təbliğatdır. Belə hədislərin dini təbliğatlardan çıxarılması şox vacib bir məsələdir. Belə hallarda bütün aydınlar öz etirazlarını bildirməlidilər. Elə bunun üçün də dində yeniləşməyə (islahata) ehdiyac var.
Bütün dinlərdə bu cür ağılın dərk edə bilmədiyi uyğunsuzluqlar mövcuddur.  Bu günkü insanların təfəkkürü, ayələri təhlil edən zaman, bir çox ayələrin hədislərdəki, yanlış açıqlamalarını  qəbul etmir. Ona görə də bu gün dinlərdə islahatların aparılması çox vacib şərtlərdən biridir.
        Qurani kərimin əl- Maidə surəsinin 33-cü ayəsində deyilir:”Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi, Allahdan cəza olaraq sağ əllərini kəsin”. Quranda zina edən qadının daş-qalaqla öldürülməsinə verilən göstəriş haqda bir neçə yerdə ayə var. Bu gün Quranın bu ayəlri işləyirmi? Bunlar bu günkü islam əhlinə lazımdırmı? Əlbətdə yox, lazım deyil. Demək xalqın özü yazısız olaraq  Quran ayələrində islahat aparır. Bu gün bu qanun həyata keçirilsə gündə minlərlə insanın əli kəsilər ya da minlərlə insan daş-qalaqla öldürülər. Demək Quranda bir çox belə qanunlar var ki, onların işlək dövrü çoxdan keçibdir. Onların saxlanılması qeyri mümkündür. Bunlar üçün dini islahatlar lazımdır. Onsuz da öz-özlüyündə islahatlar hissolunmadan gedir. Ancaq belə islahatların elə də yararlı əhəmiyyəti olmur.
Göründüyü kimi, VII-VIII- əsrlərdə formalaşmış islam dini dünyagörüşü öz dövrünün təfəkkür məntiqinə uyğun olduğu üçün o qəbul olunmuşdur. Bu gün isə XXI əsr insanının dünyagörüşünü hazırkı elmi nailiyyətlər formalaşdırır. Ancaq dini dayaqlar, dini təfəkkür isə VII-VIII- əsr dini dünyagörüşü ilə öz varlığını yaşatmağa çalışır. Bunun nəticəsidir ki, elmlə dinin vəhdətində olan boşluğu doldurmaq olmur. Özünün dini ehtiyacını ödəməyə çalışan gənc təfəkkür sahibi isə öz dini psixoloji təfəkkür mənəviyyatının ehtiyacını ödəyə bilən dini yollar axtarır. Bu səbəbdən də, son zamanlar yağışdan sonrakı göbələk kimi, meydana çıxan bir çox məshəblərdən,  eləsinə rast gəlinir ki, son halda hətta gəncləri fanatikliyə aparır. Bu günkü gənclik hər bir hadisənin təhlilində onu qane edən dəlil axtarır. Hər hansı bir dini məzhəb onların müasir dini dünyagörüşünə uyğun gəlmədikdə, yenidən başqa bir məzhəb axtarışına çıxırlar. Bu axtarışların da son nəticəsini biz görürük. Gənclərimizin sədaları ya da meyitləri, Əfqanıstandan, Ərəbistandan gəlir.
Bəs görəsən gənclərdə yaranmış bu dini biganəliyin, boşluğun səbəbi nədir? Məlumdur ki, bu günkü gənclər yüksək təhlil qabiliyyətinə malik olan yüksək intellektual səviyyəli  gənclərdir. Ona görə də, hər bir sadəlövh inanclar onların dini mənəviyyatını ödəmir.
Bunun da səbəbi odur ki, bütün dinlər öz təbliğatlarını “Vacibül-Vücud” fəlsəfi dünyagörüşü çərçivəsində aparırlar. Ona görə də elmlə din arasında uçurumlu boşluq yaranır. Təfsirçilər Quran ayələrini də Vacibül-Vücud dünyagörüşü anlamında dindarlara izah edirlər. Bu da bu günkü elmi baxışlarla bir çox hallarda ziddiyyətlilik təşkil edir. Vacibül-Vücud dini-fəlsəfi dünyagörüşü, bu günkü sivilizasiyanın iştirakçısı olan yüksək intellektual təfəkkürə malik gənclərimizi qane etmir.
Müasir zamana cavab verən Vəhdəti-Vücud dini-fəlsəfi dünyagörüşü çərçivəsində,  elmi baxışlara əsaslanan Quran ayələrinin izahına bu günkü dindarların xüsusilə gənclərin böyük ehtiyacı var. Belə olan halda elmlə dinin vəhdətindən qidalanan müqəddəs ayələrdəki zəngin mənalar həm də gənclərə düzgün çatdırılar, həm də gənclərdə dinə inamın artırılması yaranar. Belə  olan halda gənclər ilahi dinin varlığını  daha da dərindən qəbul edərlər. Bu gün Allahı tanımağın, onu dərk etməyin yolu,yalnız Vəhdəti-Vücud fəlsəfi dünyagörüşündən keçir. Vəhdəti-Vücud (varlığın birliyi) fəlsəfəsinin əsasını qoyan Mənsur Həllacın, İbn Ərəbinin, Ş.Suhraverdinin, İbn Xəldunun F. Nəiminin,S.Y.Bakuvinin, Asif atanın əsərlərinin çap olunmasına xalq arasında,xüsusilə elm adamları, aydınlar arasında ehtiyac duyulur. Elə bu səbəbdən  də dində islahatın olması zərurəti yaranır. İslahatın olmasını zəruri edən bəzi məsələləri də qeyd etmək  lazımdır.
Qurani-kərimin 7/34 ayəsini “Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər” deyilir. 13/39 ayəsini “Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar”deyilir. Ayələrin açıqlama hədisi, vacibül-vücud fəlsəfəsinin tərəfdarı olan din xadimlərinə görə şərhi, verildikdə deyilir ki, Allahın qəza-qədəri dəyişməzdir. Məsələ əgər yazıda qəza- qədərin gəlib çatıbsa, həmin anda da Əzrail o canı alacaqdır. Bir an nə geri, nə də irəli ola bilməz. Bu təvsirə, bu hədisə qarşı çıxan dinsiz hesab edilir və islama düşmən kimi damğalanır. Bəzi çağdaş din xadimləri, zamana uyğun olaraq vəhdəti- vücud fəlsəfəsi çərçivəsində şərh edirlər. Din alimlərindən Şeyxül islam ibn Kamal Paşazadə və Nihat  Xatiboğlu Qurani- kərimin həmin ayəsini şərh edərkən yazırlar: Allah insanın etdiyi dualara və verdiyi sədəqələrə görə o şəxsin ömrünü dəyişdirər. Etdiyi dualardan Allah razı qalarsa və verdiyi sədəqə ilə insanları sevindirərsə, yaxşılıqların dərəcəsindən asılı olaraq allah o şəxsin ömrünü uzadar.” Göründüyü kimi cavabda vacibül –vücud fəlsəfəsinin əksi olan vəhdəti –vücud fəlsəfəsinin dünya görüşündən istifsdə edilmişdir. Bu ideyanın özü hədisdə  islahatdır. Qəza və qədər anlayışına yeni baxış deməkdır.
 Qurana görə dinimizdə haram buyrulan, bəzi yeməklərin yeyilməsi, bəzilərinin məişətdə işlədilməsi məsləhət bilinməyən bir çox hallarla müasir müsəlman razılaşmır. Quranın hökmünə görə müsəlman qız başqa dinə qulluq edən kişiyə ərə gedə bilməz. Müsəlman qadını çadralı olar. Qadınların yalnız topuğu və gözü açıq olar. Müsəlman musiqi dinləməz. Müsəlman nə qədər çox ibadət etsə bir o qədər qazancda, savabda olar. Müsəlman gündə 5 kərə fərz namazı, 19 kərə (dəfə) naflə namazı qılmalıdır. Bu gün bu hökmlər qorunurmu? Əlbətdə yox qorunmur. Bu gün  toylarımız, digər yığıncaqlarımız qadağan olan yeməklərsiz keçmir. əhalinin 80-90%-i sarımsaq işlədir. Cəmiyyətin intellektual təfəkkürü və tələbi ilə istər-istəməz razılaşmalı olunur. Islam dinində olan cəza qanunlarının çoxu bu gün ləğv edilmişdir. O qanunları cəmiyyət qəbul etmir.
Islam şəriətində qədağan olunmuş qidaların yeyilməsi, bayat xörəklərin yeyilməsi, musiqinin çalınması,  kişi yığıncaqlarında (məclislərində) qadınların olması və qadınların bədənlərinin çox hissələrinin görünməsi haram, günah və qadağa sayılır. Dinimizdəki qadağalara baxmayaraq, bu gün şənliklərimizi musiqisiz, və qadınsız təsəvvür etmək mümkün deyil. Soyuducularda həftələrlə bayat xörəklər saxlanılır.  Bunlar artıq məişətmizə ənənə kimi daxil olmuşdur. Bu gün qəbul elədiymiz məişət yenilikləri, xalqın dində elədikləri islahatlar deyilmi?
       Musiqi Tanrının insana verdiyi şadlıq instinqti tərəfindən yaradılmışdır. Demək insanda olan musiqi duyğusu da insana Allah tərəfindən verilmişdir.Bu da maddi qida kimi mənəvi qidadır. Musiqisiz şadlıq  ola bilməz. Musiqini ləğv etmək Allaha qarşı üsyan etməyə bərabərdir.
        Hələ XVI-əsrdə Çişti təriqətinə qulluq edən Hindistsnın sultanı,Sultan Əkbər Cəlaləddin Məhəmməd ölkəsində qadınların çadra örtmələrini qədqğan eləmişdir. Çadrasız gəzməyin islam dininə heç bir pozqunluq (ziyan) vermədiyini demişdir. O gündən də hindistan müsəlmanlarında çadra görükmür. Belə bir göstəriş XVI-cı y.y. üçün böyük yenilik, islahat olmuşdur. Eyni zamanda o dünyanın hər yerindən alimləri hindistana toplamış, Hindistanı elm mərkəzi eləmişdir. Dinlər arasındakı rəqabəti ləğv eləmişdir. Bütün dinlərin bir-birinə hörmətlə yanaşı yaşamaqlarına fərman vermişdir. Özü buddistlə evlənməklə, müxtəlif dinlərin evliliynə icazə vermişdir. İslam dinini zamanının tələblərinə uyğunlaşdırmışdı. Hindli müsəlmanlar bu gün də Sultan Əkbərin etdiyi yenilklə islam dinini yaşadırlar. Bu hal özü dində islahat deməkdir. Vəhdəti-vücud nəzəriyyəsinin tərəftarı olan təriqət əhliləri, dini zamanla əlaqədar yaşatmaq üçün, təriqətlər içərisində dinə bir çox yeniliklər gətirdilər. bunun köməyi ilə islam dini altında islam dünyasında bir çox yeniliklər kəşflər oldu.  Böyük kitabxanalar yarandı Tibb eliminə, təbiət elimlərinə, astranomiyaya aid elmi mərkəzlər yarandı. Islam dünyası çiçəklənməyə başladı.
       Vacibül-vücud fəlsəfəsi tərəfdarları, öz tənəzzüllərini gördükdə Hökmüranların əllərilə vəhdəti-vücudçu alimləri  M.Həllacı, İbn Fərabini, Suhraverdiləri, Nəimini, Nəsimini və başqa bir çoxlarını məhv edilir. Birçox elm mərkəzləri kitabxanalar dağıdıldı, yandırıldı.  
       Bir çox adlı-sanlı təriqət başçıları yox edildi. XVI-əsrdə hökmüran olan şah Təhmasibin 1533 ildə verdiyi fərmanın bir bəndinə nəzər salaq “Ney çalanların barmağı qırılsın.Təbil çalanlar, təbil çubuqları ilə döyülsün”.  “Quranda olmayan elimlər qədağan edilsin”. Bu səbədən də, Şah İsmailin yaratdığı, şərqin bilik  mərkəzi sayılan Şah kitabxanası 1534-cü ildə bağlanır. Kitabxanadan istifadə qadağan edilir. Son halda kitabxana ləğv olundu. Marağa və Uluqbəy rəsədxanaları dağıdıldı. Fateh sultan Məhəmmədin göstərişilə gələcəyin alimləri  olan 5000 yenilikçi vəhdəti-vücut təriqətçiləri yandırılır. Sultan Süleyman qanuni, vəhdəti-vücud təriqət mürşidini 12 müridi ilə birlikdə edam edir. Yalnlız ruhani biliyin öyrənilməsi təbliğ olunur. Bununla da İslam dünyası dünya bilik ocaqlarından məhrum olurlar, yenidən fanatikliyə yuvarlanır. Şübhəsiz ki, bu da islam mədəniyyətinin geriləməsinə, tənəzzülünə, xüsusilə  türk dünyası elminin şərqdə geriləməsinə  səbəb olmuşdur. Bu geriləmənin səbəbidir ki, bu gün Avropa şərqə kinayəli baxır.
Islahatların vacibliyini göstərən səbəblərdən biri də odur ki, dində qədər və qəzanı alın yazısı kimi zəruri olan, ilahi hökm kimi qəbul edilən bir çox hallar, bu gün dindarların çoxları tərəfindən qəbul edilmir. Şəriətdə xəstəliklər günahların tökülməsi və ya bağışlanması üçün Allahdan gəldiyi, Allahın insanlara sınaq üçün göndərdiyi bəla hesab edilir. Onlara qarşı peyvənd və müalicə yolları günah sayılır. Uzun müddət meyiti yarıb iç orqanlarını öyrənmək böyük günah (ağır cinayət) sayılmışdır. Bu gün şəriətin bu qanunlarını müdafiə etməyin özü  böyük cinayətdir.
 Tanrının özü insana  100 il ilə 140 il arası ömür vermişdir. Tanrı qanununa görə 100 yaşdan aşağa baş verən ölümlərin hamısı, əcəlsiz ölüm  hesab edilir.100 dən yuxarı isə Tanrı qədəri əcəl ölümü hesab edilir. Tanrının dəyşirilməz bu qanunu bütün canlılara aitdir.
 Bu gün elm də həmin ideyanı təstiq edərək, isbat etmiçdir ki, insanın orqanizması 100-140 il yaşamağa qadirdir. Elmin indi təstəqlədiyi bu sübutu Tanrı milyon il bundan öncə qanunlaşdırmışdır. Tanrının bu inkar edilməz qanununu dindarlar hələ də qəbul eləmək istəmirlər. Bununla da dindarlar Allahın yaratdığı çox vacib bir qanuna qarşı çıxırlar.
Dinin bu zərurəti, bu günkü dünyagörüşü ilə həmahəng görünmür. Bu zərurəti qəbul edən şəxs, istər-istəməz, həyatını qədərin ixtiyarına verdiyi üçün çox hallarda sağlamlığını və yaşamını itirir. Yaşamaq uğurunda mübarizə qanununa qarşı çıxır.
Bir həkim kimi 50 illik təcrübəmdə bir çox ölüm ayağında olanların (kliniki ölümün) inadkar tibbi yardımı nəticəsində, yenidən həyata qayıtmalarının şahidi olmuşam. Kliniki ölümdən qayıdanların, yenidən  40-50 il yaşamaları dində olan qədər zərurətini inkar edir.
Artıq zaman yetişmişdir. Dinin təməlini möhkəmlətmək və eyni zamanda insanların sağlamlığını müdafiə etmək üçün, dində yeniliyin, islahatın aparılmasına ehtiyac var və bu edilməlidir!
    Quranın 11-ci surəsinin 114-cü ayəsində deyilir: "Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl!" Quranın bu ayəsindən aydın olur ki, Peyğəmbər (s.v.s.) beş vaxt namaz qılsa da, o bir hökm kimi Quranda namazın vaxtını təyin edən zaman çox ağıllı, müdrikliyi ilə gələcəyi görmüş,  gələcək insanların, möminlərin həyat şəraitini öncədən bilmişdir.  “Namazı gündüzün hər iki başında”, yəni gün çıxan və gün batan zaman, eləcədə “gecənin istənilən vaxtında” qılınsın demişdir.
       Bir çox din alimləri hədislərdə Peyğəmbərin və səhabələrinin 5 vaxt namaz qıldığını söyləmişlər. Elə də sünnəyə əsasən bu gün dindarlar 5 vaxt namaz qılırlar.
       Dünyanın surətlə dəyişdiyi bir vaxtda bütün günü işlə məşğul olan dindarın beş dəfə namaz qılmaq imkanının məhdud olduğunu o öncədən görmüşdür.. Belə bir zamanı düşünən dindarların dindən uzaqlaşmamaları üçün üç dəfə namaz qılmağı da doğru bilmişdir. Dindar beş vaxt namazın qılınmasının mümkünsüz olduğunu biləndə ondan imtina da edə bilər. Bu da tədricən İslamdan uzaqlaşmağa səbəb olar. Bu gün zamanla ayaqlaşmaq gərək. Gənclərin psixologiyasını nəzərə alaraq dində islahatın həyata keçirilməsi məsləhətdir və zəruridir.  Sovet dövləti zamanında 1930-35-ci illərə qədər, 9 yaşından yuxarı hamı namaz qılarmış, Bu gün əhalinin ancaq bir, iki %-i namaz qılır. Bu hal dindən uzaqlaşma deyilmi?
 Din ən qədim və ən mürəkkəb bir inam yolu olduğu üçün onda islahatın aparılması çətin bir məsələdir. Ancaq bu gün bunun aparılması vacibdir.
  Məndən qabaq bir çox müdriklərimiz, aydınlarımız İslam dinində olan mühafizəkarlıqları görmüşlər. Müəyyən təkliflər də vermişlər ancaq bu təkliflərə Vacibül-Vücut dünyagörüşlü mühafizəkar ruhanilər saldrqan (aqressiv) yanaşaraq, onları allahsızlar kimi damğalamışlar, öldürmüşlər, edam edilmişlər. M.F. Axundazə yazır: "Bir də müəllif istəmir ki, xalq ateist olsun, dinsiz və imansız olsun. Müəllifin məqsədi İslam dininin əsrə və zəmanəyə müvafiq olaraq protestantinizmə (İslahata-yeniliyə İ.M.) möhtac olduğunu göstərməkdir."  (Kamalidd Dövlə məktubları. B. 1985 s-164) Axundzadə hələ öz zamanında dinin islahata ehdiyacının olmasını göstərir. O, ən böyük islahatı sünnü və şiyə məshəbləri arasında aparmağı məsləhət görərək yazır: " Dini birliyin əldə edilməsi vasitələrindən biri də iki məshəbin (sünnü və şiyə) arasındakı, dini təəssübü aradan qaldırmaqdır. Buna da mollaların və ruhanilərin köməyi ilə nail olmaq mümkündür." (M.F. Axundzadə "Aldanmış Kəvakib" B. 1985, s-74)                .    Axundzadənin bu mütərəqqi ideyası, fikiri bu gündə lazımlı olaraq qalır.         Dində mühafizəkarlıq qüvvətli bir yol olduğu üçün, ayrı-ayrı məshəb ruhanilərinin vahid ideyadan çıxış etmələri çətin məsələdir. Bu ideyanın həyata keçirilməsi üçün “din üzrə dövlət qurumunun” qarışması və vahid bir konsepsiya vasitəsi ilə tədricən onların birliyinə nail olunması mümkündür. Bu birliyi də yalnız Vəhdəti-Vücut fəlsəfəsinin təbliği çərçivəsində həyata keçirmək olar.
Ailədən başlamış hələ uşaqlıq, gənclik və yetginlik yaşlarında dini tərbiyəni, elmin tərəqqisi yolu ilə yanaşı aparmaq dinin  müasirləşməsinə yardım edə bilər. Ailədə tərbiyə alan gənc bu günkü dini dünyagörüşün elmdən geri qaldığını görərək, məktəb həyatında elmi tərbiyə alan zaman onda istər-istəməz ikili dünyagörüşü yaranır, gənc ikiləşir. Bu aldığı tərbiyənin hansı düzgündür deyə fikirləşir, düşünür və özündə sorğu-suval yaradır. O zaman o həqiqəti axtarır. Bu axtarış onu bəzən yanlış yollara aparır. Bu hallar olmasın deyə, din ocaqlarında elə bir dini mühid yaranmalıdır, dini dünyagörüşü formalaşmalıdır ki, bu hal elmlə dinin sıx vəhdəti əsasında formalaşsın. Elə ona görə də dində islahatın aparılması üçün hazırkı dini tərbiyə və təbliğat üsulu olan Vacibül-Vücut fəlsəfəsindən imtina edərək, Vəhdəti-Vücut fəlsəfəsi çərçivəsində dini təbliğatlara keçməyin çoxdan zamanı çatmışdır.
 Bu gün Vəhdəti-Vücut dünyagörüşünün təbliği mümkündürmü? Onu qeyd etmək lazımdır ki, bu gün dünya müsəlmanlarının din xadimləri, mütəsəvvüfləri, dini məktəblər, dini institutlar və dini akademiyalar hamısı Vacibül-Vücut fəlsəfəsinin çərçivəsində çıxış edirlər. Bütün şəriət və hədislər Vacibül-Vücut din ehkam yolu ilə edilir. Ancaq buna baxmayaraq, bu günkü ruhanilərin də təfəkkürü XXI- əsrin məhsuludur. Elmin nailiyyətlərini onlara göstərən zaman onlar bu nailiyyətləri qəbul edirlər. Artıq elm adamlarının tonqalda yandırılma, şaqqalanma və asılma üsulları keçmişdə qaldı. Bu gün yalnız o qalır ki,vəhdəti-vücut fəlsəfəsinin təbliği başlansın, onun doğru yol olduğu göstərilsin və inandırılsın..
  Demək olar ki, bu gün Vəhdəti-Vücut banilərinin M. Həllacın, İbn Ərəbinin, Suhraverdinin, Xunəçinin, Bakuvinin, Nəiminin davamçıları yoxdur. Onların yaratdıqları haqqa ulaşma yolu olan Vəhdəti-Vücut fəlsəfəsi unudulmuşdur. Ona görə də Vəhdəti-Vücut fəlsəfəsini yenidən canlandırmaq üçün , adları çəkilən müdriklərin əsərlərindən istifadə edərək  yeni zamanla ayaqlaşan vəhdəti-vücudçular yaranmalıdılar. Bu günkü mənəviyyətə uyğun olaraq, təriqətin yenidən canlaması və quranın vəhdəti-vücud fəlsəfəsi əsasında yeni təvsiri lazımdır. Bu sahədə davamlı və inatkar iş aparılarsa, müasir elmlə dinin vəhdətini yaradan bir dini dünyagörüşü yaranacaqdır ki, bu da gənclərin beynəlmiləl tərbiyəsinə müsbət təsir edə bilər. Bu gün istifadə olunan dini ehkamlar VIII-X yüzilliyin dünyagörüşü əsasında yaradılmışlar və bu gündə olduğu kimi həmin ehkamlar davam etdirilir. Artıq biz XXI yüzillikdə yaşayırıq. İnsanların təfəkkürləri inkşaf edən elmlə əlaqədar tamamilə dəyişmişdir. Zamanın hökmünü dindarlar başa düşməli, zamanla ayaqlaşmalı və Vacibül-Vücut fəlsəfəsinin dövrünün qurtardığını qəbul etməlidilər və özlərini Vəhdəti-Vücut dünyagörüşü əsasında hazırlamalıdılar.

Dinin yeniliyə (islahata) ehtiyacı var. (II-ci söhbət)

         Hər bir din özündən öncəki dindən mütərəqqi olsa da, bir çox hallarda öz ibtidailiyini saxlamaqdadır. Bu gün heç bir din çağdaş dönəmlə ayaqlaşa bilmir. O səbəbdən də, dinlərin hamısının zamanla ayaqlaşan yeniliklərə ehdiyaci var. Bunlara baxmayaraq insanlarda mütləq varlığa inam ehdiycı həmişə olmuşdur, gələcəkdə də olmalıdır. Ancaq dində hər hansı bir yeniliklərdən söhbət gedən zaman, ruhanilər, dində yeniliklərin aparılmasının mümkünsüzlüyünü deyərək, qəti etirazlarını bildirirlər. Ancaq onu dərk eləmirlər ki, elə bir din yoxdur ki, ona yeniliklər əlavə edilməsin. Bir müsəlman kimi mən yalnız islamda vaxtaşarı yaranan yeniliklərdən söhbət açmaq məqsədindəyəm.
          İslamın ilk illərində Peyğəmbərin (s.v.s), və dörd xəlifələrin vaxtında yalnız qurana əsaslanan şəriət hökm sürürdü. Hətda belə bir sərəncam da verilmişdi ki, Quranda olmayan əlavələr bidət sayılsın. İslam imperiyası yarananda, imperiya idarəçiliyinin idarə etməsində boşluqlar yarandıqca, bu boşluqları doldurmaq üçün hədisçilər yarandı. Hədisçilər də şəriətdə söz demək hüququna malik oldular. Bax bu islamda ilk yenilik oldu. İslam imperiyası, şərqə, qərbə yayıldıqca hədislər də azlıq təşkil elədi. Bu zaman imamların Qurana əsaslanan ideoloji şəriətləri yəni, məzhəbləri yarandı. Beləliklə bir Allahın, bir quranın beş məzhəbi yarandı. Hər bir məzhəb özünə məxsus yol-şəriət seçdi. Bu da islam dininin ikinci yeniliyi (islahatı) oldu. İslam imperiyası böyüdükcə, genişləndikcə  artıq məzhəblər də dini görüşlərin ehdiyacını ödəyə bilmədi. Yaranan çətinliklər, yeni bir islam yolunun olmasına ehdiyac duydu və bu ehdiyacı, təriqətlər ödədilər. Hər bir təriqət başcısı dinə yeni bir təriqət yolu gətirdi. Bu da dinə olan üçüncü böyük yenilik (islahat) idi. Bundan sonra da, dinə bir çox yeniliklər daxil oldu. İslamın ilk dövrlərində yaradılmış bir çox şəriət qadağaları (musiqi, rəsm, bəzi ölkələrdə çadranın ləğvi və s.) tədricən unuduldu. Bunların hamısı dinə gətirilən yeniliklərdir. Bu zamanın tələbidir. Belə də olmalıdır. Yeri gəldikcə onlar haqqında söhbət ediləcəkdir.
         Təxminən 2000-ci illərdə, bir yas məclisində molla, Adəm (ə.s.) haqqında hədis söyləyirdi. O, insanların əcdadı olan Adəm peyğəmbərin, Tanrı tərəfindən 8 min il öncə yaradıldığını, onun qabırğasından isə Həvvanı düzəlddiyini və onlardan  da bütün xalqların yarandığını   söyləyirdi. Məclisdən bir müəllim, mollanın hədisinə etiraz edərək, insanın yaranışının, bir neçə yüz min illər öncə olmasının və qadının kişi qabrqasından yaranmasının nağıl, (əfsanə)  olmsını  bildirərək dedi ki, “ay molla xahiş edirəm cavan, qoca olan belə böyük məclislərdə elə söhbətlər edin ki,xalqda sizə qarşı inam yaransın. Məclisdə mənim tələbələrim oturur. Onlara mən deyirəm ki, 300-400 min il öncə bizim ulu babalarımız Azıx mağarasında yaşamışlar. Sizin söznüzü eşidən gənc tələbələrim yəqin ki, tərəddüd içərisində qalıblar. Onlar sən deyənəmi inansınlar, yosa mən deyənəmi inansınlar. Bayaqda 60 yaşlı Züleyxanı 20 yaşlı qız eləyib, Yusif peyğəmbərə verdin. Sizin söhbətinizi etika xətrinə dinləyirik. Artıq zamanla ayaqlaşmaq lazımdır. Belə ağlabatmaz nağılları həqiqət kimi danışmayın.” 
Mollanın hədisini bayaqdan çox sakit və nəzakətlə dinləyənlərin çoxunun müəllimin sözünə dayaq olduqlarını gördüm. Evə gəldim Quranın tərcüməsini açıb yenidən bir də oxudum, gördüm müəllim haqlı imiş. Adəmin və Həvvanın yaranması, haqqında Quranda tamamilə başqa cür yazılar var.. Dini hədisdə deylənlərin  heç biri Quranda yoxdur. Quranın 15-ci surəsinin  26-cı ayəsində deyilir: “Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq”.Ayənin deyilişindən aydın görünür ki, burada söhbət Adəm peyğəmbərdən yox, İnsanın yaranmasından gedir. 7-ci surənin 189-cu ayəsində deyilir: “Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət eləmək üçün ondan zövcəsini yaradan odur”Yəni Allahdır..Yenə də burada söz aydınlaşmamışdır “ondan” sözünü müxtəlif cür başa düşmək olar. Quranda deyilən “ondan zövcəsini yaradan odur.”O yaratdığını palçıqdanmı, yoxsa ki,  insandanmı yaratdı? Bu məsələ Quranda örtülü qalır. Eyni zamanda Qyranda Züleyxanın yenidən cavanlaşması və Yusifə ərə getməsi haqqında söhbət edilmir.      Bəs Quranda göstərilmədiyi halda hədislərimizdə geniş yer alan, müasir təfəkkürün məntiqinə sığışmayan bu nağıllar, rəvayətlər haradan qaynaqlanmışdır?
Bu sorğuların cavabını tapmaq üçün Tövratı vərəqlədim. Tövratda “Yaradılış kitabı”nın, “Dünyanın yaradılması” başlığında deyilir: 2/7-də “”Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”.2/21-də deyilir: “O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o, yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasından birini götürdü və yerini ətlə örtdü.” 2/22-də deyilir: “Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.” Göründüyü kimi, Tövratda açıq aydın insan yaratdıq deyir Adəm ə.s. ın adı Tövratda da çəkilmir.
Tövratda olan bir çox rəvayət və mifləri oxuduqda məlum olur ki, Tövrat özündən öncə Misir və Mesopotomiya xalqı arasında mövcud olan bir çox əfsanə və nağıllardan istifadə etmişdir.  Yəni Tövratda olanlar əfsanə və mifdən başqa bir şey deyil. Bu zaman belə bir sorğu yaranır. Tövratda olan nağılı, Quran təsdiq eləmədiyi halda, ruhanilər o yalan nağılı bizə niyi sırıyırlar.
Məlumdur ki, adamın yaranması haqqında hər bir xalqın özünə məxsus əfsanəsi (nağılı) var. Odur ki, adam haqqında olan Şumer  əfsanəsi, qədim Misir əfsanəsilə çarpazlaşaraq, e. ə. 6-cı minillikdə yaşamş şəxsiyyət olan Adəm peğəmbər əfsanələşmiş və mifoloji obraz şəklini almışdır.
Quranın təfsirçiləri tərəfindən, Quran ayələri izah edilən zaman, hədisçilər Quran ayələrinə fikir vermədən, Tövratda qeyd olunan mifoloji dünyagörüşləri, olduğu kimi islam hədislərinə köçürmüşlər. Hədisçilər Quranın ayəsində olan çox dəyərli   bir incəliyə, insanın yaranması haqqında olan Quran ayələrinin Tövratla, tamam fərqli  olmalarına fikir verməmişlər. Tövratdakı ayələr elmi dəlillərə tamamilə yad olduğu halda, Qurandakı ayələr  ilahi qanuna uyğun verilir və insanın təfəkküründə inam yaradır, həm də elmi dəlillərə uyğun gəlir.
Quranda deyilir ki, “Biz insanı qoxumuş qara palçıqdan yaratdıq”.( 15/26) Bu ayə nə dərəcədə həqiqətə uyğundur? Onu araşdırmağa çalışaq.  Onlardan Quranın ayəsinə ən yaxın olanı, türk xalq əfsanəsidir.
Alim mifoloq Mirəli Seyidov “Qam-Şam və onun qaynaqlarına baxış” əsərində yazır ki, qədim türklərin miflərində adamın yaranması haqqında deyilir ki, buludlar çaxnaşdı, şimşək oynadı, yağış yağdı, yerdə palçıqlı sular əmələ gəldi, mağaralara doldu. Günəşin istisi mağaradakı sulu palçığı qızdırdı, Həmin palçıqdanTanrı adamı yaratdı.Türklərin ulu babaları belə yarandı.”
Göründüyü kimi, qədim türk mifinin ideoloji ruhu, Misir mifinə nisbətən, Quran ayəsinin ruhuna daha yaxındır. Mifdən aydın olur ki, dünya varlıqlarının yaranmasında Allahin yaratdığı dörd müqəddəs varlıqların (odun, torpağın, havanın, suyun) hamısı iştirak edir. Uzun müddət mağaralarda qalıb qoxumuş palçıqdan Allah insanı yaradır. Bu dünyagörüşü həm Allahın varlığını bizə bildirir, həm də elmi nəzəriyyəyə  çox uyğun gəlir və özünü təsdiqləyir. Aydın olur ki, Peyğəmbər semit yox, türk mifinə yaxın ayə buyurmuşdur. Bu da aydın deyil ki, nə səbəbə hədisçilər insanın yaranması hədisində Quranı yox Tövratı əsas götürmüşlər. Axı islam dinində Tövrat yox, Quran əsas dəlildir.  
Tövratın 2/7-də, Quranın 7/189-da “Sizi tək bir nəfərdən xəlq edən odur”deyilən ayənin də əksinə olaraq, bütün dünya xalqlarının bir adamdan yaranmalarını inkar edən bir çox dindar müdriklər və alimlər olmuşlar. Belə inkarçı dəlillərdən biri də odur ki, insanların rənglərinə, antrapoloji quruluşlarına, boylarına, xasiyyətlərinə, adət-ənənələrinə, dillərinə və sair göstəricilərinə görə o qədər müxtəlifdilər ki, Tövratın dediyi,onların tək bir insandan yox, Quranın dediyi kimi, Allahın kəraməti ilə, qoxumuş köhnə palçıqdan yaranmalarına inanmaq olar.  Demək islamın təfsirçiləri və hədisçiləri, hədislərini Quranın hökmünə zidd olaraq, Tövratın əsasənda yaratmışlar. Bununla da çaşqınlığa yol vermişlər.1400 ildən artıq bir zamandı ki, bu yanlış dini baxış təbliğatı gedir. İndi Quran ayələrinə uyğun yeni hədis yaradılsa, bu şəriətə yenilik deyilmi. Əlbətdə yenilikdir.
2015-ci ilin Aprel ayında Ərəbistanın Suriya ölkəsində din yolunda vuruşan Azərbaycanlıların məhkəməsində dindirmə (istintaq) zamanı tutsaqlardan (məhkumlardan) biri dedi ki, “mən oraya din qardaşlarıma yardımda şəhid olmaq üçün getmişdim”.Soruşanda ki, bəs nə üçün şəhid olmadın. Cavabında “əsir düşdüyüm üçün öldürmədilər” dedi. İkinci tutsaq daha dəhşətli mənzərə yaratdı. “Mən ailəliklə şəhid olmağa getmişdim” dedi. Bu görünən mənzərə bizə nəyi deyir. Demək ölkədə  gənclər din yolunda şəhidlik rütbəsini vətən yolunda şəhid olmaqdan üstün tuturlar. Ona görə də belə bir acınacaqlı mənzərə yaranır. Gənclər arasında belə bir dini baxışın yaranması da səbəbsiz deyil. Quranı- kərimdə deyilir:” "Qoy dünyanı verib, əvəzində axirəti satın alanlar. Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat veriləcək”(4/74) (22/58).Yəni şəhidlik mükafatı veriləcək.
“Allah yolunda öldürülənlərə (şəhid olanlara),ölü deməyin,əksinə onlar (Allah dərgahında) diridilər.(2/154) (3/156).“Ey mömünlər kafirlərlə qarşılaşdığınız zaman boyunlarını vurun. Onları məğlub etdikdə əl-ayaqlarını bağlayın. Müharibə bitdikdən sonra onları fidyə (mal və pul) müqabilində azad edin.”
Ayələrin deyiliş formalarından da görünür kü, Quran insanları Allah yolunda, din yolunda ölümə çağırır. Deyir əgər sən Allah və din yolunda ölürsənsə, o zaman əbədi yaşar olursan, cənnətdə yüksək məqam tutursan. Bu məzmunlu ayələrdən də pis niyətli  mövhumatçılar özlərinin siyasətlərinə uyğun istifadə edirlər.
İslamı milli ideologiya səviyyəsinə qaldırmaq üçün, belə bir təbliğat islamın imperiya dövründə  lazım idi və onu həyata keçirirdilər. Döyüşçünü Allah və din yolunda ölmək üçün imperiyanın bir ucundan başqa ucuna döyüşə aparırdılar. Bu gün islam imperiyası yoxdur. Bu gün bir çox islam-müsəlman dövlətləri var. Bu gün islam din xadimlərinin özləri, Quranın 4/93 “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası,əbədi qalacağı Cəhənnəmdir”. Ayəsini tapdalayırlar. Bu gün islam, islama qarşı vuruşur. Bu gün müsəlman, müsəlmanı öldürür. Belə bir zamanda vahid islam cihadının təbliğatı, müsəlmanlar üçün zərər verməkdən başqa heç bir xeyir verə bilməz. Din xadimləri, din uğurunda aparılan ölüm-dirim təbliğatını, elə bir yöndə aparırlar ki, orada vətən, oğul-uşaq sevgisi söhbəti olmur. By günkü dini təbliğat vətənsiz Allah, vətənsiz din yğurunda ölümü təbliğ edir.  Belə təbliğat əksinə gənclərdə vətən sevgisini öldürür. Onun əvəzinə ümumi islam sevgisi yaradır ki, nəticədə də gənclər vətən uğurunda yox, vətəndən uzaqlarda ölürlər. Demək şəhidlik məqamının  təbliğatını başqa məqama yönəltmək lazımdır. Qurani- kərimdə torpağı, oğul –uşağı müdafiə ətməyə çağıran ayələr də var. Nə səbəbdənsə onlar təbliğ olunmurlar. Quranda deyilir:” Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan, və çıxartmağa kömək edən kimsələrlə dostluq etməyinizi qadağan edir.”(60/9) Quran çox aydın halda səni yurdundan qovanla, qovmağa çalışanla vuruş deyir. Əgər yurdunu və yurdundakıları qoruyan zaman ölərsənsə şəhid olarsan deyir. Demək Quran  vətəni, torpağı, ailəni qorumaq məqamında  ölməyi şəhidlik hesab edir. Onun üçün də dini hədisləri müasir zaman və şəraitə uyğun məcralara yönəltmək lazımdır. Artıq bizim din alimlərimiz başa düşməlidilər ki, İslam imperiyası yoxdur. Bu gün islam dininə qulluq edən millətlər bir-birini qırır. Islam millətinin özü bir-birinin düşməni olubdur. Ona görə də, zaman dində islahatların aparılmasını tələb edir.  
  Çağdaş din xadimləri heç cür dində islahatların aparılmasını qəbul etmirlər. 7-8-ci yüzillikdə yazılmış dini ehkamları, hədisləri 21-yüzillikdə yaşatmağa çalışırlar. O din xadimlərinə bildirmək lazımdır ki, islam dininin yaradıcısı olan Məhəmməd (s.v.s.) dən 100 il sonra Quranın hökmü ilə islam imperiyasını idarə etmək mümkün olmadığını görən, islam mütəfəkkirləri dində islahata başlamışlar və sonrakı 100 il ərzində 5-6 kərə dində islahatlar aparılmışdır. Bu islahatların icra olunma yollarına məzhəblər deyilmişdir.
 İslamda yeniliyin ehdiyacını duyan İmam Əzəm 80-150 (699-767). İmam Malik 93-179 (711-793). İmam Əl- Şafi 150/240 (767-240). İmam Hənbəli 164-241 (780-855).və nəhyət İmam Əlidən sonra yaranmış Şiəlik məzhəblərini yaratmışlar. Bu məzhəblərin banilərinin hər biri özünə məxsus dində yeniliklər (islahatlar) etmişlər. Bundan sonra da vaxtaşırı bir çox xırda islahatlar həyata keçirilmişdir. Məsələ şəriətlə yasaq hesab edilən musiqi qadağaları təsəvvüfçü sofilərin səyləri nəticəsində unudulmuşdur. Qədim Tanrıçılıq dininin ibadət yolu olan səma oynunu Mövlanə Rumi islamlaşdırmışdır. Şeytan yemi hesab edilən, bayat xörəklərin qadağaları, 20-ci yüzillikdə soyuducunun ixtirası nəticəsində unudulmuşdur. Zamanla əlaqədar təharət unudulmaqdadır. Şeytan yuvası hesab edilən dırnağın kəsilməsi qadınlar arasında unudulmaqdadır. Bunların hamısı islama gətirilən xırda islahatlardır. Hər bir həyat hadisələrinin zamanla əlaqədar yenilikləşməyə ehdiyacı var. Yoxsa o yaşaya bilməz. Məhv olmağa məhkumdur.

Dinlər dönəmə uyğun pilləli yüksəlmə (təkamül) yolu keçməsə yaşamaz. (I-söhbət).


   Ölçüyə gəlməyən ucsuz- bucaqsız kainatda, dünyada və eləcə də təbiətdə olan qanunauyğunluqları, bitkilərdə, canlılarda, ən nəhayət adamların bioloji və fizioloji varlıqlarında olan qanunauyğunluqları görəndə istər istəməz belə bir son qərara gəlinir ki, bəşəriyyətin, saya-hesaba gəlməyən bir çox müxtəlifliklərinin, bir tənzimləyici qüvvəsi var. Bu qüvvənin inkşaf proseslərini, dövriyyələrini, çox müxtəlif olaylarını, müəyyən ölçülü  qanunlar çərçivəsinə salan bir  qüvvə var. Belə bir qüvvə də yalnız və yalnəz hər şeyə qadir olanTanrı ola bilər.
Teizmini müdafiə edən din alimləri həmişə təkamül yolunu inkar etmişlər və hələ də inkar edirlər. Deizmi müdafiə edən din alimləri təkamül yolunu bir ilahi qanun kimi qəbul etmişlər. Ona görə də həmişə onlar dinsiz, kafir adı ilə damğalanmışlar. Çox hallarda edam edilmişlər. Ateistlər isə təbiətdə olan təkamül yolunun həyat üçün vacib, teizmdən və deizmdən kənar bir qanuna uyğunluq olduğunu isbat etməyə çalışmışlar, hələ də çalışırlar. Darvinin təkamül nəzəriyyəsi ateistlərin ideologiyalarına bir dayaq olmuşdur. Ancaq onu qeyd etmək lazımdır ki, Darvinə qədər  bir çox təsəvvüfçü alimlər  ondan öncə pilləli yüksəlmə nəzəriyyəsini  söyləmişlər. Mütəsəvviflərin yazdıqlarına əsasən demək olar ki, təkamül nəzəriyyəsi Darvinin ixtirası olmamışdır. Darvin ondan öncə olan qarışıq pilləli inkişaf nəzəriyyəsini elmi sistemə salmışdır.
 Hələ insanlar mağara həyatında yaşadıqları zaman onlarda dini dünya görüşləri formalaşmağa başlamışdır.Adamların ilk tərbiyələnmələrinin, ilk mədəniyyətlərinin formalaşmasında dinin böyük rolu olmuşdur. Bütün əxlaq normaları ibtidai din əsasında yaradılıb inkşaf etmişdir. İnsanlar arasında din içtimai sosiologiyanın əsasını qoymuşdur. Ona görə də ilk yaradılan elm din ilə bağlı, çox zaman dinə tabe halda inkşaf etmişdir. Ancaq bu birlik müəyyən müddətdən sonra tədricən ayrılmağa başlayır. Elm inkşaf edir özünün yeni kəşfləri ilə dindən uzaqlaşır. Din isə mühafizəkar mövqe tutduğuna görə öz yerində sayır. Tədricən dindarlar arasında elmə qısqanclıq yaranır. Elmi naliyətləri, yeni-yeni kəşfləri ruhanilər şeytan əməli hesab edərək elmə qarşı müharibə elan edirlər. Bu andan da bir çox elm adamları dinin düşməni kimi edam edilirlər. Yaratdıqları kəşflər, əsərlər Allahın hökmünə zidd əsərlər kimi məhv edilir. 
  Dinsiz elmi kəşflər dünyanı məhvə apardığı kimi, elmsiz dində cəmiyyəti məhvə aparar. Yer üzündə əminamanlığın, ədalətin, haqqın qalib gəlməsi üçün, din ilə elmin vəhdəti vacibdir. Bu vəhdətin vacibliyi dünyanı çiçəkləndirə bilər. Elm maddi mədəniyyətin mayası olduğu kimi, din də mənəviyyatın mayasıdır.  
Həm dində, həm də elmdə, ən çox söz-söhbətə səbəb olan mövzu, adamın (insanın) yaranması haqqında olan mifoloji baxışlardır. Bu haqda hər bir xalqın özünə məxsus mifoloji görüşü var. Yüzlərlə olan mifaloji görüşlər arasından biz yalnız iki, Semit xlqının və Türk xalqının mifoloji görüşlərini araşdırmağa çalışacağıq.
I-.Semit (Yəhudi,Xristian, İslam) dinlərinin  mifoloqiyası.Tövratda  deyilir ki,  “Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”. (Yaradılış 2/7). "O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə doldurdu. (yaradılış 2/21)" "Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. (yaradılış 2/22)" Bunların evliliyindən də dünya insanları yarandı. Bu dini dünyagörüşünü Xristianlıq və İslam dinləri də müdafiə edirlər.
II-.Türk mifologiyası: İnsanın yaranması haqqında Türkün üç əfsanəsi (nağılı) var. Üçü də bir birindən zəngindir. Mifdə deyilir: “Göy üzündə tək olan Tanrı Qaraxan darıxırdı. Nə yaradım ki darıxmayım və həmişə anılım dedi. Bu zaman dənizin ağ köbükləri arasından bir qadın xəyalı göründü. Məni yarat dedi. Tanrı yerə yağışlar yağdırdı. Dağların palçıqlı sel-suları, mağaralara doldu, yağış kəsdi, günəş doğdu. Üzü günəşə olan mağaralaradakı, isti palçıqdan qadını yaratdı. Ona gözəllik, incəlik,naz verdi. Ovucuna palçıq qoyub sevib-sevilməyini özün yarat dedi. Günəş az düşən mağaradakı palçıqdan kişini yaratdı. Ona güc, qüvvət məğrurluq verdi. Qadını qoru dedi. Ovcuna palçıq qoyub, xoşbəxtliyini özün yarat dedi. Onlar Mağaralardan  çıxıb görüşdülər, çoxalıb dünyaya yayıldılar. Türkün ulu dədəsi və nənəsi belə yarandı.(M. Seyidov “ Azərbaycan mifik təfəkkürünün qaynaqları” 1983) və (N.S.Banarlı”Türk ədəbiyatı tarixi”İstanbul 1971).  
III-.Çağdaş mifologiya.  Zamanımızın bir çox alimləri ( Rus arxiologiya alimi Qeorqiy Sidorov ) yeni mif yaratmışlar. Onların yaratdıqları fərziyyəyə görə, bir çox milyon illər öncə yad planetlərdən gələn adamlar olmuşlar. Onlar yerdə nəhəng mədəniyyətlər qurmuşlar. Yer Meymunları ilə çütləşərək, bu günkü insanların əcdadlarını yaratmışlar. Yer insanları da onlara allah demişlər. onlar  bir zaman yerdə allahlıq etmişlər  və sonralar hər hansı səbəbdənsə məhv olmuşlar. Bu dırnaqarası alimlər öz fərziyələrini yer üzündə rast gələn nəhəng tikililərin olması ilə və arxioloji qazıntılar zamanı nəhəng insan sümüklərinin tapılması ilə izah edirlər.
Elmin çağdaş nailiyyətləri və təfəkkürün  bu günkü yüksəlişləri qarşısında belə bir sadəlöhv,ağıla batmaz fərziyyəni eşidəndə adamı təəccüb götürür. Belə bir alimləri hansı zamanın adamlarına aid etmək olar deyə fikirləşirsən.. Alimlərin dedikləri fərziyəni, başqa planetlərdən “allah adamların” gəlməsi ideyasını,  yetgin təfəkkür ona görə inkar edir ki, əyər yad planetlərdən  allah adamlar gəlib yerdə mədəniyyət yaratsaydılar, o zaman yerdə mədəniyyət birdən- birə yaranmış olaradı. Bu gün biz bildiyimiz daş dövründən başlamış pilləli təkamül yolunu, atom dövrünə qədər olan bu uzun yolu keçməzdi.
 Arxeoloqların aşkar etdikləri nəhəng adam sümüklərini sübut gətirən alimlərə bildirmək lazımdır ki, nəhəng Dinazavrları yetişdirən, 1500 kq. Ağırlığında yumurta doğan nəhəng quşu yetişdirən torpaq, nəhəng adamları da yetişdirə bilərdi.Tapılan nəhəng adamlar Dinazavr dövrünün adamlarıdır. Çaşıb onları nahaq yerə başqa planetlərə göndərməsinlər.
 Başqa planetlərdən gələn allah adamlarla meymunların  çütləşməsindən insanların yaranmaları isə insanları təhqir edən bir cəfəngiyyatdır. Çünkü ulu tanrının genetika qanununa görə, uyğunliğu olmayan genlərin qondarma yolla birləşmələrindən yaranan varlıqların yaradıcılıq (nəsilvermə) qabiliyətləri olmur. Bunu min illərdir adamlar öz həyatlarında sınaqdan çıxartmışlar.10 min ildir insanlar Qatrdan istifadə edirlər. Ama hələ də ondan nəsil almamışlar.  Buyruqqulu adam yaratmaq istəyi ilə Hitler və Stalin insanların meymunla çütləşməsindən Meymun-insan almışlar. Ancaq nəsil vermə bacarıqları olmamışdır.  
      Yuxarda gösərilən miflərin deyilişlərindən, onların bir-birindən fərqliliyi çox aydın görünür. Birinin digərindən mükəmməlliyi, yüksək pilləliyi, tədricən inkişaf etməsi özünü göstərir. İbtidai Misir-Ərəb əfsanəsindən, Türk əfsanəsi daha da mükəmməl və ağılabatan olduğu aydın görünür. Çağdaş mif isə boş uydurmadır.
        Bibliiyada  yer alan misir- ərəb əfsanəsi təfəkkür baxımından o qədər də inandırıcı görünmür. Deyildiyi kimi, Allah, insanın qabırğasından Həvvanı yaratdığı üçün, gərək bu gün də insanların artımı qabrqaları vasitsi ilə ola idi. Kişi ilə qadının qabrqasında fərq olmalı idi. Bu gün bu uyğunsuzluq  yoxdur. Semit dinlərinə görə Adəmin yaranması 8000 ildir. Ancaq elm sübut edir ki, Adamın yaranması milyon ildən artıqdır.
  Quranda deyilir: “ Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü”.(7/22). Demək ərəb əfsanəsində insanın yaranmasında Şeytan Allahla ortaqdır. İnsan orqanının bir hissəsinin yaranması Allahın, ayıb yerlərinin yaranması isə Şeytanın xidmətidir. Belə görünür ki, mif Səbaizmdəndə istifadə etmişdir.  Bu mif Şeytana, Allahla yanaşı durma hüququ verir. Bu isə  Allahın ol dedi oldu doktrinasına ziddir. Belə olan halda insan Allaha xidmət etdiyi kimi Şeytana da xidmət etməlidir.  Türk əfsanəsində isə  insanın yaranmasında Şeytan iştirak etmir.  Həm də Quranda göstərildiyi kimi, Tanrı insanı qoxumuş köhnə palçıqdan yaradır.
        Əyər, bütün xalqların bir ata-anadan yarandığını qəbul ediriksə, onda bütün adamlar bir-birinə oxşamalı idi. Bir dildə danışmalı idi. Biz xalqların müxtəlif rənglərdə, müxtəlif  boylarda, müxtəlif xasiyyətlərdə, müxtəlif adət-ənənələrdə, müxtılif dillərdə olduqlarını bilirik və görürük. Afrikalılar,uzaq asyalılar və avropalılar, heç cür bir atadan,bir anadan ola bilməzlər. Bunların hamısı əfsanədir.
        Ancaq biz  Türk mifologiyasını araşdırdıqda, içərisində bir çox ağlabatan görüşlərin olduğunu aşkarlayırıq. Eyni zamanda mifin deyilişi elmi dəlillərə uyğun gəlir.
      Müqəddəs dini kitabların hamısı (Tövrat,İncil,Quran) ilk adamın yaranmasını insan deyə təqdim edir. Söhbət ümumi varlıq olan insandan gedir. Orada Adəm peyğəmbərin adı çəkilmir. Belə olan halda, aydın olmayan səbəbə görə şəriətdə və hədisdə ilk insan kimi Adəm peyğəmbərin adı çəkilir və ilk yaradıcı kimi Adəm
təbliğ olunur. Azı 3000 illərdir  dində olan bu yanlışlıq, rəvayət və hədislərdə höküm sürür.Tək bu deyil dini hədislərdə Quranla təstiq olunmayan bir çox belə yanlışlıqlar hədislərdə çoxdur.
Heç şübhəsiz ki,124 min peyğəmbərin də 124 min dini olmuşdur. Onlar öz dövrlərini yaşamışlar. Tədricən hamısı da unudulmuşdur. Bu gün,  başlıca olaraq, dörd əsas Buddaçılıq, Yahudilik, Xristianlıq və İslamçılıq dinləri bir səma dini kimi yaşamaqdadırlar. Hər bir din, öz növbəsində doğru ilahi yol olmuş, hər biri öz  dönəmində aparıcı din olaraq yaşamışdır və bu gün də yaşayır.
       Avstraliyada aparılan qazıntıların elmi açıxlamaları nəticəsində alimlər belə bir qərara gəlmişlər ki,ən azı tək hüceyrəlilərin əmələ gəlmə prosesi 3,5 milyard il, tək hüceyrəlilərin çox hüceyrəlilərə keçmə prosesi 800 milyon il,çox hüceyrəlilərdən skeletin əmələ gəlmə prosesi 550 milyon il, onurğalıların yaranması halı 300 milyon il, insanın yaranması isə 4 milyon il öncələrdə baş vermişdir. Elmi axtarışların çıxartdıqları nətəcələrə fikir versək, təkamülün ardıcıllığı tədricən qısalır. Bu da ilahi qanunların getdikcə təkmilləşdiyini göstərir. Azərbaycanın Azıx mağarasında yaşayan insanın 400  min il öncədən yaşamasını elm təstiqləmişdir.
Eyni zamanda Darvinizm tərəfdarları balığın genetik oxşarlığının meymuna yaxın olduğunu, Meymunun da geninin insan geninə yaxın olduğunu, insan xromosomunun 46, meymun xromosomunun 48 olmasını və insanla meymunun bətn dölünün 8 aya qədər eyni yollarla inkişaf etməsini sübut kimi gətirərək, bütün canlıların bir kökdən olduğunu isbat etməyə çalışırlar. (Az.wikipedia.org /wiki/təkamül nəzəriyəsi)
Onu qeyd etmək lazımdır ki, döldə olan ilk oxşarlıqların, genetik kodun və ya D.N.T-nin, D.N.K.nın, xromosomun oxşarlığı o demək deyil ki, onların hamısı bir kökdən yaranmışlar. Bu oxşarlıq ona görə var ki, bütün canlılar eyni görünməz varlıqların və eyni torpağın məhsuludular. Yaradıcı isə tək bir Tanrıdır. Mütləq varlıq olan Tanrının torpaqdan yaratdığı bütün canlılarda hər hansı bir uyğunluğun olması şübhəsizdir. Çünkü bu hadisədə iki böyük varlıq Tanrı və torpaq vəhdət halında iştirak edirlər. Ona görə də təbiətdə olan bütün varlıqların az və ya çox dərəcədə oxşarlığı olacaqdır və olmalıdır. Min kilometrlərlə bir- birindən aralı olan soxulcanların, palçıq qurdlarının, milçəklərin bütün genetik kodları ya eyni, ya da çox yaxındır.
       Yuxarda göstərilən elmi sübutlar,dini kitablarda olan bəzi qeydlərin əfsanə olmasını göstərməsi, ona zəmanət vermir ki, yuxarda qeyd olunan hadisələr öz-özünə tanrının iştirakı olmadan yaranmış və inkişaf etmişlər. Bütün bu proseslərin hamısı Tanrı qanunları əsasında inkişaf etmişdir. Həmin ilahi  qanun bu gün də dəvam edir və inkişafdadır. Biz kainatla müqaisədə o qədər qısa ömürlüyük kü, belə qısa müşahidələrmizlə onu heç zaman dərk edə bilmərik.
Yaranmış varlığın ən alisi olan insanın mənşəyi, uzun əsrlərdən bəri elmi axtarışların diqqət mərkəzində duran, hələ də mütləq həllini tapmayan məsələlərdəndir. Heç cür qəbul etmək olmaz ki, afrikalılar, kitaylar və avropalılar biogenetik və antripoloji cəhətdən bir kökdən gəlmə gələn varlıqlar olsunlar. Onların hər biri ayrılıqda yaranmışlar və təkamül yolu keçmişlər. Ancaq ümumiləşmiş genetik uyğunluqları olmalıdır ona görə ki, hər üçünün yaradıcısi Tanrı, yaranşı torpaq olmuşdur. Hər üçü də Tanrı ilə torpağın vəhdətinin məhsuludular.
        Mövlanə Rumi yazır: “İnsan cansız olan varlıqdan nəbati halına, nəbati halından heyvani halına, oradan da insanət halına ulaşdı.”
Nəimi deyir: “Bu aləm əbədi, dövrü inkşaf prosesindədir. Hər bir canlı varlığın əvvəlki pilləsi özündən sonra gələn pillənin başlanğıcıdır.”Nəiminin bu fəlsəfi dünyagörüşü heçdə dinin varlığını inkar etmir. Nəsimi “Kainat yalnız dövrü inkişaf prosesidir” deməklkə, vacibül-vücud fəlsəfəsini inkar edərək, vəhdəti-vücud fəlsəfəsini qəbul edir. 
İbn Xəldun yazır: “Bitkilərin ən yüksək növündən heyvanların ən sadə növü, heyvanların sadə növündən mürəkkəb heyvanlar, ən yüksək növ heyvanlardan da insanlar törəmişlər.”
Fərabi “İdeal cəmiyyətə baxışlar”,Qəzvini”Əcaib əl-məxluqat”əsərində insanın təkamül yolu ilə yaranmasını qəbul etmişlər.Fərabi, Qəzvini və  İbn Xəldun  eyni ilə vəhdəti- vücud fəlsəfəsini müdafiə etmişdir.
Adları və fikirləri yuxarda qeyd olunan müdriklərin hamısı insanın yaranma prosesini dini kitablara uyğun izah edirlər. Ancaq hədislərdə göstərilən ehkamları inkar edirlər və hamısı vahid bir ideyadan çıxış edərək bütün varlıqların, o cümlədən də insanın uzun müddətli təkamül yolu ilə yarandığını təsdiqləyirlər.
        Bəhdəti- vücud təriqətçiləri bildirirlər ki Tanrının iradəsində olan  bir gün, yerin 50 min ilinə bərabərdir. Bu fikiri Quran da təstiqləyir. Quranda deyilir. ”Rəbbin dərgahında bir gün sizin saydığınızın min ili kimidir” (22/47). “O göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə ona yüksəlir.”(32/5) “ Mələklər və Ruh (Cəbrail), onun dərgahına 50 min il olan, bir gündə qalxarlar”.(70/4). Bu ayələr açıq-aydın təkamül qanununun olduğunu təstiqləyir. Quranda bir çox belə “ Vəhdəti-vücud dünyagörüşlü ayələr var. Ancaq çox yazıqlar olsun ki, din alimləri tərəfindən düzgün və geniş işıqlandırılmayır. Quranın təvsirçiləri yozumları ilk baxışdan yanləş olaraq, vacibül-vücud dünyagörüşünə uyğun yozmuşlar və bu günə qədər də səhv olaraq təbliğ edilir. Bu ilahi qanunu hər bir müşahidəci insan, öz həyatında sınaya bilər. Elmi dəlillərə görə kainatda bir cox günəş sistemi var. Demək Tanrının cazibə qanununa görə günəş sistemi də bir- biri ilə əlaqəlidir. Mənim gözlə gördüyüm günəş sisteminə tabe olan Quyryqlu ylduzu ikinci kərə 20 ildən sonra gördüm və belə bir nəticəyə gəldim ki, Quyruqlu ulduzun bir ili yerin 20 ilinə bərabərdir. Belə olan halda bir çox günəşli olan kainatın bir günü heç şübhəsiz ki, yerin 50 min ilinə bəlkə də daha çox ilinə bərabər ola bilər. Demək Qurani- kərinin bildirdiyi kimi Allah insanı öznün bir günündə,yerin isə 50 min ilində yaratmışdır. Bu təkamül yoludur. Bu gün elm daha irəli gedərək, Tanrının bir gününün yerin 230 milyon gününə bərabər olmasını dəqiq hesablaməşdır. Bu baxımdan Quranla elmin nəticələri bir- birini tamamlayır. Yazıqlar olsun ki, ruhanilər Qurandakı bu möcüzəni görməyərək, hədislərə tövratda olan yalanları, nağılları salmışlar. 1400 ildir ki xalqa yalan danışırlar.
           Şübhəsiz ki, din də belə bir tədrici və pilləli bir inkişaf yolu keçmişdir. Din də başqa ictimai proseslər kimi, ibtidaidən aliliyə doğru inkişaf etmişdir. Sonra yaranan din, özündən əvvəlki dinə nisbətən daha mükəmməl və daha inandırıcı olmuşdur.
Tarixi mənbələrdən göründüyü kimi, ilk yaranan antik mədəniyət tanrılarla sıx əlaqəli halda yaranır.Yaranan ilk sivilizasiya Tanrı varlığını qəbul edir. Onun bütün kainata hökmüran olduğuna inanır. Ancaq onun harada olduğunu bilmir. Onun varlığını, kimi göylərdə, kimi də yerdə, təbiətdə axtarmışlar. Son halda insan kainatın ən geniş hüdudu olan göy üzünü özünə Tanrı seçmişdir. Beləliklə də təkallahlıq dünyagörüşü yaranmışdır. Demək təkallahlıq  dünyagörüşü yəhudilikdən yox tanrıçılıqdan gəlmədir.     
Onu da qeyd etmək lazşmdır ki,  sonra yaranan bütün dinlər Tanrıçılıqdan qidalanaraq tədricən təkamül yolu ilə inkişaf etmişlər. İlk təkallahlığın  yer üzərindəki, ilk carçıları da Quranda adları çəkilən peyğəmbərlərdən öncə Xızır bilqamıs, Beqa (peyğəmbərlər) və başqaları olmuşlar. Sonralar Allahla insanlar arasında olan əlaqəni bütlər əvəz etmişdir. Tədricən bütləri də insan sifətində Allahlar əvəz etmişdir.
 Allahlar,  göylərdə məskən salmaqlarına baxmayaraq, vaxtaşırı yerə, insanlar arasına gəlirlər, peyğəmbərlərlə söhbət edirlər, onlara öyüd-nəsihət verirlər.
          Bu mifoloji qaynaqların izlərini biz Xızırla əlaqəli rəvayətlərdə, Bhaqavata-Gitada, Tövratda, İncildə və Quranda görürük. İnsanlarda şüur inkşaf etdikcə, içtimai formasiya mükəmməlləşdikcə, din də pilləli olaraq, mükəmməlləşmiş və təkminləşmiş, ən nahəyət, yeni və son din olan islam dini yaranmışdır.        
 Başqa içtimai formasiyalar kimi, dinin də tədricən inkşafını göstərən amillərdən biri də odur ki, ən ibtidai dini dünyagörüşlərinin bəzi atributlarını dinlər hələ də özlərində qoruyub saxlamışlar. Mağara zamanından qalma od və daş kultu, hələ də müasir dinlərdə yaşayır. Buddizm məbədlərində, yəhudi sinoqoqlarında, xristian kilsələrində, az da olsa, islam dini mərasimlərində hələ də oda pərəstiş adəti şam yandırma vasitsi ilə yaşayır. Buddizmdə daş heykəllərə, yəhudilikdə dindarların boynundan asılan daşa (sekkelə), xristianlıqda daşdan düzəldilmiş xaçlara, islamda qara daşa və namazlıq möhürünə pərəstiş bu gün də davam etməkdədir.
        Heç bir ilahi din, vahid çərçivədə yaranmamışdır. Bütün dinlər ibtidaidən aliliyə doğru daima biri-birindən istifadə edərək, inkişaf etmiş, zənginləşmiş və mükəmməlləşmişdir. Ancaq ruhanilər dində olan bu təkamülü qəbul etmək istəmədiklərinə görə, dinlər arasında etibarsızlığın, biri-birini inkar etmə cəhdinin olması, aralarında sədlərin, uçurumların yaranması bu günün dünyagörüşünə  uyğun gəlməyən yanlış baxışdır.
Dini kitablarda olan qatların, kabbaların, maddələrin, ayələrin məzmunlarına fikir verdikdə, bütün dinlərin bir məqsədə qulluq etdikləri aydın görünür və onlar bir tək ağacın müxtəlif yollara sarı uzanan budaqlarına oxşayır.
Hər bir din öz zamanının güzgüsüdür. Hər bir peyğəmbər isə, öz zamanının ilahi elçisidir. Zaman keçdikcə, bu elçilər bir-birini əvəz etmişlər.
Aydındır ki, bir-birinə yaxın olan, bir mənbədən tədricən inkişaf edib təkmilləşən, bir məqsəd uğrunda fəaliyyət göstərən dinlər, uzun bir təkamül yolu keçərək, bugünkü görkəmlərini almışlar.
          Bu gün səma kitablarındakı bəzi ilahi ayələr müasir insanlar tərəfindən qəbul edilmir. Ona görə yox ki, müasir insanlar Allaha inanmırlar, əksinə, daha çox inanırlar. Yalnız bu müddəaları ona görə qəbul etmirlər ki, ilahi göstərişlərin bəziləri köhnəldiyi üçün onu müasir cəmiyyət qəbul etmir, ya da müasir insanların dünyagörüşündə belə müddəalar təhqir kimi görünür. Doğrudur din xadimləri dində təkamülün olmasını qəbul etmirlər. Təkamüldən söhbət gedəndə onu küfür adlandırırlar. Biz hər hansı bir dinin tarixinə nəzər saldıqda orada təkamülün olduğunu açıq- aydın görürük. Səma dinlərinə qədər olan ibtidai dinlərin bizə qədər gələn ainlərində təkamül yolları aşkar görünür. İlk səma dini kimi qəbul etdiyimiz Yahudilikdə Tanrıçılıqdan gələn bir çox ainlərin izini görürük. Eyni zamanda yəhudilikdə icra olunan bir çox qədim dini ayinlər sonralar cəmiyyətdə ikrah doğurduğu üçün ləğv edilməsi yahudilikdəki takəmüldən xəbər verir.
Dinin tarixini araşdırdıqda görürk ki, bütün  dinlər ibtidaidən aliyə doğru təkamül yolu ilə inkşaf  etmiş  və bir-birinə nisbətən daha da kamilləşmişlər  Ən nəhayətdə təkmilləşən son dini əsər Quran olduğu qəbul edilmişdir. Qurani-Kərim də bir çox ayələr 2/213, 3/33, 10/19, 21/30, 52/45,7/11, 23/12, 25/54, təkamül yolunun da ilahi qanun olduğuna işarə olunaraq yazılmışdır
         Bəşəriyyətin uşaqlıq dövrü arxada qalmışdır. İnsanlar özlərinin təkamül yollarında müəyyən müvəffəqiyyətlər əldə etmişlər. Elmin bir çox sahələri artıq inkşaf etməyə başlamışdır. Bəşəriyyətin inkşafı, elmi kəşflər insanı haqqa yaxınlaşdırdıqca və mədəniyyətə doğru irəllilədikcə, ilahi vəhylərə ehtiyac azaldıqca, ilahi elçilərə, rəsullara da ehtiyac azalmışdır.
Artıq etiraf etmək lazımdır ki, bu günkü insanların mənəviyatlarını, bu günkü hədis və şəriət təmin eləmir. Şəriət qanunlarının çoxu zamanla ayaqlaşmadığı üçün  icra olunmur. Onlar unudulmaqdadır. Quranın yeni müasir təfəkkürə uyğun təvsirinə və müasir şəriət qanunlarına xalqın çox lazımlı ehdiyacları var.
       Deməli, cəmiyyət inkişaf etdikcə, insanların düşüncələrinə uyğun olaraq, dini müddəalarda müasirləşmə zəruridir. Belə bir zərurət gec-tez həyata keçirilməlidir. Əgər bu, baş verməzsə, insanlarda dinə qarşı inam azala bilər. Yalnız miflərdən və əfsanələrdən ibarət olan, elmsiz din, boş bir xəyaldır. Elmlə dinin vəhdəti bəşəriyətin inkişafına və insanlığa xidmət edə bilər.   
Elmi kəşflər, dünya sirlərini aşkar etdikcə, insan psixologiyası da dəyişir və inkişaf edir. Ancaq, dini ideoloji dünyagörüşlərində durğunluq dəvam edir illərdir ki, öz yerində sayır, dini ehkamlar toxunulmaz halda qalır. Bəzən din, elmi kəşflərə qarşı çıxır ki, bu da çox zaman arzuedilməz faciələrə səbəb olur.
 Danılmaz bir həqiqətdir ki, insanın sinir sisteminin təkamülü çoxdan başa çatmışdır. Artıq insan Tanrı varlığının zirvəsində durur. İnsanda olan insani humanistlik hissiyatı, heyvani hissiyatını cilovlaya bilir. O heyvani hissiyatları istədiyi məcraya yönəldə bilir. Heyvani hissiyatları ilahi hissiyatlara tabe edə bilir. İnsan təkamül yolunda bir çox mərhələlərdən keçərək, kamillik yolunda yetginləşir. Yetginləşdikcə də yeni-yeni elmlərə sahib olur. Təbiət təsirlərindən get-gedə sərbəstləşir, qüvvətlənir, müstəqilləşir,  Adam kamilləşdikcə həm maddi, həmdə mənəvi hakimliyini artırır. Onda olan inam, kamillik, onu haqqa yaxınlaşgırır, imanını bərkidir. O mütləq inam sahibi olur.
İnsanda möhkəmlənən ruhun təkamülü cəmiyyətin təkamülünə istiqamət verir. Cəmiyyətdə olan ruhaniyyat, yaxşıya doğru inkşaf edir. İnsan şəxsiyyət ruh və bədən bir-biri ilə vəhdətdə olduğu kimi cəmiyyətdə də maddi və mənəvi aləmlə sıx aləqəli olur. Beləliklə cəmiyyətdə isti ruhani bir harmoniya yaranır. Fərddə və cəmiyyətdə təkamül o dərəcədə inkşaf edir ki, adam yalnız öz nəfsinin yox, əqidə və imanında sahibi olur. Belə olan halda adam heç zaman iqtisadi sıxıntının quluna çevrilə bilməz. Adam öz şüuruna, öz təfəkkürünə inanan müdrik, şüurlu bir varlıq olur. Hər hansı bir mif, əfsanə və rəvayətlərdə ağılın dərk edə biləcəyi, gerçək bir zərrəcik varsa onda həqiqəti axtarmaq bacarığı yaranır. Əyər mif, əfsanə və rəvayətlərdə ağılın dərk edə biləcəyi hər hansı bir gerçəklik yoxdursa o boş xəyaldan başqa bir şey deyil. Əyər hər hansı bir ipucu varsa onu ağıl qəbul edir. Yeri gəldikcə onu inkişaf etdirir.     
         Qurani-kərim iki fəlsəfi dünyagörüşündən qaynaqlanır.1.Vacibül-vücud fəlsəfəsi 2. Vəhdəti-vücud fəlsəfəsi. Hər iki fəlsəfəni müdafiə edən ayələr Quranda çoxdur. Ancaq şəriət və hədislərdə daima vacibül-vücud fəlsəfəsinə geniş yer verilir. Tam əminliklə demək olar ki, vacibül-vücud fəlsəfəsi bu günkü yüksək intelektuallı insanları  təmin etmir. Vəhdəti- vücud fəlsəfəsinin təbliğatçıları da yoxdur. Bu da dində durğunluğa və insanlarda biganəliyə səbəb olur. Bu gün dində yeniliyin ,islahatın vəhdəti-vücud fəlsəfəsi əsasında aparılmasına böyük ehdiyac var. Çünkü vəhdəti-vücud fəısəfəsi həm dini, həm də elmi müdafiə edir.   
  Bu gün din bütünlüklə siyasətə qulluq edir. Siyasət də hər hansı bir qüvvə ilə cilovlanmadıqda, böyük faciələrə gətirib çıxara bilər. Bu gün kainat belə bir faciənin astanasında yaşayır. Bəzi elmi axtarışlar, öz kəşflərini  insanlığın əksinə yönəldirlər. Bir çox təbii varlıqlar, süni varlıqlarla əvəz olunur. Hər şey süniləşir. Elm ilahi qanunların əksinə hərəkət edir. Ən ağır günah sayılan insani irsiyyətlər, cinslər, genlər dəyişdirilir. Elm və texnologiya inkşaf edir, zəhmətin növləri yüngülləşir, insanların iqtisadi durumu yüksəlir. Ancaq bu yüksəliş, mənəvi mədəniyyətdə özünü göstərmir. Yaxın keçmişimiz ilə müqayisədə, çox təzadlı mənzərələr yaranır. Bu gün bütün dünyada maddi durum yaxşılaşır. Mənəvi durum isə pisləşir. Buna görə də, daxili mənlik get-gedə cırlaşır. Yaxın keçmişdə yaşayan aydınlarda maddi durumun aşağı olmasına baxmayaraq, onlarda bu günə nisbətən mənəvi mədəniyyətin çox yüksək olduğunun şahidi olmuşuq.  Elə ziyalılar var idi ki, onların söhbətləri və davranışları insana mənəvi istirahət verirdi. Bu gün milyonçularımız çoxaldıqca, maddi mədəniyyətimiz yüksəldikcə, mənəviyyatımız geriləyir, kütlə cırlaşır, cılızlaşır. Adamlar arasında ağsaqqal-ağbirçək bölgüsü böyük-kiçik yeri, bir-birni dinləmə mədəniyyəti itir. Tarix boyu müqəddəs sayılan ocağın (ailənin) müqəddəsliyi oyuncağa çevrilir. Gənclərimiz internetlə, televiziya ilə sevişir və evlənirlər, internet, televiziya  ilə də boşanırlar. İnsanlığa bayağı olan oyunlar, mahnılar yaranır.
 Bu gün, qloballaşma ideyası insanlar arasında unutqanlığı aşılayır. Ocaq (ailə) və torpaq sevgisi unudulur. Adamlarda kor-koranə dinə meyilliliyin artmasına baxmayaraq, insan saflığı, insan sevgisi, qohumluq əlaqəsi azalır. Hətta onlarla az-çox aparılan  təbliğat da bəhrəsiz qalır. Bu günki gənclər elmi, ibadəti, idarəçiliyi, etik qaydalarını hər şeyi pulda görürlər. Adamlarda Tanrı güzgüsü, Tanrı tərəzisi olan vicdan məhkəməsi unudulur. Heç kim onun qarşısında durub özünə hesabat vermək istəmir.
  İnsan elə bir varlıqdır ki, onun potensial qabiliyyətini öyrənmək, bütün kainatın sirlərini öyrənmək qədər çətindir. Adamda olan bu böyük potensialı görən İmam Rabbani deyir:"İnsan aləmin kiçildilmiş bir xülasəsidir. Buna görə də, aləmdə var olan hər şeyin bir nümunəsi də insanda var." Vaxtilə İmam Rabbaninin dedikləri bu gün həqiqətə çevrilir. Tanrı, adamlara bu böyük kainatın sirlərini öyrənmək bacarığı vermişdir. Bu bacarıq sahibləri, ancaq yetkin insanlar ola bilər. Xalqın daima yetkin insanlara ehtiyacı olmuşdur və həmişə də olacaqdır. Keçmişdə bu ehtiyacları Peyğəmbərlər, vəlilər, övliyalar, sofilər ödəmişlər. Ancaq bu gün, onları əvəz edən, geniş xalq kütləsinin ehtiyacını ödəyə bilən, adamların qəlblərini küfürdən təmizləyən, həm xalqının, həm də Tanrının istəklisi varmı, yoxdursa kim ola bilər? Bu gün bu çətinlikləri aradan qaldırmağı, mənəviyatları itmiş adamların mənliyini qaytarmağı bacaran yüksək intellektuallı adamlara xalqın böyük ehtiyacı var. Demək olar ki bu gün ailələr kiçildiyi üçün ailə məktəbi yoxdur. Bütün  bu ehtiyaclar bu gün yeni təfəkkürlü vəhdəti-vücut fəlsəfəsinə yiyələnmiş din xadimlərinin, uşağın ilk tərbiyəçiləri olan ata-ananın, orta və ali məktəblərdə təlim tərbiyə verən yüksək əxlaqlı,  mədəniyyətə, elmə yiyələnən böyük müəllimlər ordusunun üzərinə düşür.
 Hər hansı bir sosial quruluşun normaları, içtimai cəmiyyətin inkşafına kömək edirsə, xalqın maddi yüksəlişinə, mənəvi yetkinliyinə yarayırsa, cəmiyyət o normaları qəbul edir və tədricən həmin əxlaq normaları adət-ənənə halına çevrilir. Əyər başqa bir sosial quruluşlu cəmiyyətə həmin normalar zərərlidirsə, o cəmiyyət həmin normaları inkar edir. Bu baxımdan din də zaman və cəmiyyətlə ayaqlaşmalı, uyğunlaşmalıdır ki, onu cəmiyyət yaşatsın. Məsələn ən qədim din Zərdüştlük, adamı qurban verməyi, dini norma kimi qəbul edirdisə, səma dinləri  insan qurbanını böyük günah və cinayət hesab edirlər.
  Ulu Tanrı, yaratdığı varlıqların heç birinə dəyişirilməzlik möhürü vurmamışdır. Bu  varlıqların hamısı, zaman və məkanla əlaqədər daima dəyişir, yeniləşir, inkşaf edir. Ancaq bu yeniləşmələr elə gedir ki, onu biz nə görə bilirik, nə də duya bilirik. Çünkü Tanrı zamanı ilə insan zamanı ölçüyə gəlməz dərəcədə kiçikdir. Din də, Tanrı hökmü ilə başqa farmasiyalar kimi,  daima dəyişirilir və yeniləşir. Yoxsa o yaşaya bilməz.Tarixdən silinən 124 min dinlərin də talehi belə olmuşdur.

1 Ocak 2016 Cuma

NOVRUZ BAYRAMI HAQDA BİLGİ


Novruz bayramı və onun çərşənbələri haqqında yüzlərlə yazarlarımız, bir çox sanballı əsərlər yazmışlar. Hər bir yazar bu bayramın və çərşənbələrinin yaranmaları və törənləri haqqında bir çox, bir-birinə zidd fikirlər söyləmişlər. Ancaq yenə də bir çox qaranlıq məqamlar açılmamış qalmışdır və bu gün də qalır. Odur ki,Novruz bayramından danışan zaman ilk öncə bu bayramın yaranma zərurətindən və belə bir sistemli gələnəklərin yaradılma şəraitindən söhbət açılmasını, bayramda keçirilən ayinlərin hər hansı bir dinə  aid olub olmamasını, bayram gələnəklərini sistemli halda düzüb qoşan şəxsiyətin olub, olmamasını araşdırıb həqiqəti üzərə çıxartmaq məqsədilə, ilk öncə Novruz bayramının hansı dinə aid olduğunu üzə çıxartmağı məqsədə uyğun sayıram. Aydındır ki, Novruz bayramından söhbət gedən zaman araşdırıcılarmızın kimi,tanrıçılığa, kimi zərdüştliyə, kimi atəşpərəstliyə bağlayırlar. Bir çoxları da  Novruz bayramının köklərini təbiətdə axtarırlar. Bəzi yazarlar da Novruz bayramından öncələrdə iştirak edən ənəziz çərşənbələrin sonralar artırıldığını deyirlər.
Ancaq bu bayramın bizə qədər gəlib çatan gəlnəklərindən aydın olur ki, bu bayram və onun çərşənbələri təbiətlə, təbiətdəki varlıqlarla sıx bağlı  olsalar da, bu cür  bir-biri ilə  ilişgili gələnəyi olan bayram heç zaman öz-özünə ya təbiət təsirindən ya da kor-koranə  toplum tərəfindən yarana bilməzdi. Bu bayram hər hnsı bir dinə dayanan və yüksək təfəkkürlü  şəxs və ya şəxslər tərəfindən yaradıla bilərdi. Bu axtarış ideyası, bizdə tarixin  dərinlikləini varaqlamaq zərurəti yaratdı.
                                                                                    
                        Tanrıçılıq dini olubdurmu, olubdursa hansı xalqa aiddir?
                                           I-söhbət.
 Türk xalqlarının ulu törəmə kökləri çox geniş torpaqlara yayıldıqları və bir neçə qarışıq köklərin birliyindən yaranmış olduqları üçün, onların Tanrıçılığa olan dünyagörüşləri də müxtəlifdir. Tarixin bizə bildirdiyinə görə, türk dünyasında bir çox dinlər və bir neçə ilslrası (təqvimi)  olmuşdur. İlk öncələrdə hər bir törəmənin bir-birindən ayrı, tanrıları və bilqamısları olmuşdur.Qarışıq xalq olan türklər,  elə də Azərbaycan türkləri təşəkkül tapma tarixlərində bir neçə  dinlərə  tapınmışlar.. Bu dinlər bilqamıslarının (peyğəmbərlərinin) köməi ilə, ağızdan-ağıza keçərək, ağız ədəbiyyatlarında yaşamış  və zaman keçdikcə unudularaq tarixin səhnəsindən silinmişlər.
        L.Qumilyovun yazdığına görə şərqi türküstanda iki qədim din olan “Veyşu” və “Seyşu” dinləriyanaşı yaşamışlarr. Veyşu göy üzünün, əjdadların çıxdığı mağaraların, və hündür dağların inam tanrısıdır. Seyşu ruhların, şeytanların və cadugərlərin inam tanrısıdır. (L.Qumilyov “Qədim türklər” Bakı 1993 s.91). Türk dilinin ahənginə yatmayan tanrı adlarının olması, bu adların Çin kökənli olmasını göstərir. Görünür uzaq şərq türkləri bu inamı çinlilərdən götürmüşlər.                     Batı türküstanda  və Azərbaycan türklərində  tamamilə onlardan fərqli olanTanrıçılıq dini ən qədimlərdən bu bölgələrdə hakim din olmuş və zamanımıza qədər yaşamışdır. Bu dinin bəzi qalıqları hələ də yaşamaqdadır. Qəbilələr arasında birlik yarandıqca, bir bilqamısa ehdiyac  gərəkliyi  yaranmışdır. Bu ehdiyacı doğu türküstanda “Yalavac”, batı türküstanda isə “Bilqamıs” (hər şeyi bilən) adlanan Xızır ödəmişdir. Tanrıçılığın bir çox gələnəklərinin hələ də yaşamasına baxmayaraq, elm ocaqlarında tanrıçılıq dininin sistemli halda araşdırılması ilə çalışan bilginlərimizin olmasını .mən bilmirəm.
        Bəzi araşdırıçılar tanrıçılıqdan danışsalar da, bu məsələyə ötəri toxunmuşlar. Ən ulu dini dünyagörüşü olan tanrıçılıq inancının ilk yaranma tarixi bilinməsə  də . bir çox minillər ağız ədəbiyatı ilə eramızın VIII-yüzilliklərinə qədər yaşamışdır. VIII-yüzildə bir din kimi təmiz aradan çıxmışdır. Ancaq yad dinlərin təsirindən yaranan qadağalara baxmayaraq, onun bir çox gələnəkləri, oda-ocağa, torpağa, havaya, suya inamları, Nənəyə,  Anahadığa, Halanasına, Pəriyə, Ata ruhuna,Xortdana (Tanrıçılıq inancında Xortdan  qaranlıq dünya varlığıdır. Adama ziyan verməklə məşğuldur. Ölüləri yeməklə yaşayır. Zərdüştlükdəki Divin oxşarıdır.)  tapanaqları və başqa gələnəklərə inamları xalq arasında hələ də yaşayır.
        Tanrıçılığın ənəziz, uğurlu tapanağı olan dörd varlığa ( oda, torpağa, havaya suya) inamı ən ibtidai çağlardan  olmuş və bu gün də bu tapanaq yaşamaqdadır. Odun müqəddəs rəmzi olan buta hələ də müqəddəs varlıq kimi, evmizi və məişətmizi bəzəyir. Butanın müqəddəsliyi bu gün də xalq arasında qorunur və yaşadılır.
        Buta nədir?  Buta çıra yanan zaman, onun haqqa sarı uzanan alovudur. Açıq havada yanan çıranın sərin mehdən əyilmiş dilidir. Buta, Tanrının insanlara göndərdiyi işıq istilik qaynağıdır. Xızırın əlindən sevgililərə verilən, onların yollarına  işıq salan, onları bir-birinə qovuşduran, ocaqlarına istilik verən, Tanrı zərrəciyidir. “Buta” Tanrının çırasıdır.
Dastançılarımız Butanı badə ilə yanlış salaraq, onu aşiq-məşuqa içirdirlər.  Bəzi yazarlarmız butanı islamlaşdıraraq yazırlar ki, “ bu ənənə  daha çox islam görüşləri ilə bağlıdır.” Yəqin onlar unudurlar ki, islamda od cəhənnəm rəmzidir. Tanrı butanı insanlara Xızır ilə göndərmişdir. Butanın od rəmzi olmasına inanmaq üçün. Heç bir izahata ehdiyac olmadan qədim və indiki sənətçilərmizin sənət əsərlərində Buta şəkillərinin formalarına baxıb nəticə çıxartmaq daha düzgün olar.
           Tanrıçılıqda ilk əsas fəlsəfi dünya görüşü  işıqla qaranlığın. Mübarizəsidir. İşığın göydən gəlib adamlara uğur gətirdiyi, qaranlığın yerdən şıxıb, adamlara yaramazlıq gətirdiyi düşünülür. İşıqla qaranlığın mübarizəsinin nişanələrini biz bu gün nağıllarda hələ də yaşadığını görürük. Bu ideya Məlik Məmməd və digər nağıllarmızda hələ də yaşayır. Tanrıçılıqda işıqla qaranlığın mübarizə ideoloqiyasından yaranmış olan uçmaq (Cənnət) və qaranlıqdan var olan Damodu (Cəhənnəm)  dini dünyagörüşü xalq arasında uzun müddət yaşamışdır. Tanrıçılıq mifaloqiyasına görə, ulu Tanrı adamları və Xızırı  dağ mağaralarındakı palçıqdan yaratmışdır. Bəzi rəvayətlərə görəXızırişıqlauçmaqdan(cənnətdən)gəlmişdir. Tarixin dediyinə görə uzaq keçmiş dönəmlərdə                                                                                                                                                                                         ulu türklər özlərinin Xaqanbəylərini və Tanrıxanlarını seçən çağlarda onları, odun, alovun bir çox   gələnəkləri ilə sınamışlar və sınaqdan çıxa bilənləri özlərinə Xan-Xaqan seçmişlər.                             Yeri gəlmişkən “xan” sözünü bizim dilçilərmiz fars sözü olduğunu deyirlər. Lakin çox köhnə dönəmlərdən gələn bir çox nağıllarda (miflərdə) , Xan sözünün yaradıcı anlamında işlənməsinin şahidi oluruq. Belə ki: Doğu türklərin adamın yaranması haqqında olan bir nağılında (mifində) “Heç nə yoxkən, ucsuz-bucaqsız olan  hava, su və Qaraxan var idi və Qaraxan, qadını “Ağ Ananı “ yaratdı” deyilir.(N.S.Banarlı “Türk ədəbiyatı tarixi” İstanbul 1971.s.12)  Bu əfsanənin bəlkə on min ildən çox yaşı var.  Çox ehtimal ki, türklərin ilk dini dünyagörüşündə  Qaraxan yaradıcı yer (torpaq) anlamında işlənmişdir.  Yəni ilk öncə hava, su və yaradıcı yer var idi deyilir. Bu gün də Türkiyə   türklərinin ədəbi dillərində yerə Qara deyilir. R. Allahverdi yazır: ”Qara xan Xaosu simvolizə etdiyindən Xaosu səciyyələndirən mifaloji funksiyaları özündə cəmləşdirir”. (R.Allahverdi “Təqvim mifləri və Novruz” B. 2013 s.55) Mənə görə R.Allahverdi bu fikiri çox düzgün və yerində işlətmişdir. Burada yerin ilk xaotik yaradılışı nəzərdə tutulur. Ə. Xaqani də şeirlərinin birində yeri “qara” adlandırır. (Xaqani “Seçilmiş əsərləri” Bakı 1956 s.66)
       Mahmud Qaşqarlı da, “qədim türklər Tanrıya Tenqrixan demişlər”, deyir. Burada da xan yaradıcı anlamında işlənmişdir.Yəni yaradıcı tanrı demişlər. Demək Qaraxan anlamı                             “yaradıcı yer” anlamında işlənmişdir. Demək bu mifdə maraqlı bir dünyagörüşü ortalığa çıxır. Bu mifdə yer yaradıcı varlıq kimi iştirak edir. Belə bir dünyagörüşü heç bir dində yoxdur.
       Sonralar həmin mifin (nağılın) araşdırıcıları və bir çox yazarlar, obrazı mifoloji baxış kimi qələmə alan zaman, yanlış olaraq Qaraxanı (yaradıcı yeri) yerdən ayraraq,  sərbəst bir tanrı adı kimi vermişlər və “Tanrı Kayra Xan” kimi yazmışlar. Qaraxan yerin simvolu olduğu unudulmuşdur. Bununla da nağılın doğallığı (təbiliyi) öz dəyərini itirmişdir.
       Adamın yaranması haqqında Qafqaz türklərinin mifologiyasında deyilir. Ulu Tanrı Qaf dağının günəşi bol olan mağarasındakı palçıqdan qadını yaratdı. Qadına incəlik, gözəllik verdi. Günəş az olan mağaranın palçığından kişini yaratdı, ona güc qüvvət verdi və qadını qoru dedi. (Bəzi ədəbiyatda Savalan dağındakı süd gölündən M. Seyidov). Göründüyü kimi Azəraycanda da adamın yaranması haqqında bir neçə yönümlü (yozumlu) miflər (nağıllar) yaşayır.                                                                                                                                                                                                                                         .Ama nə səbəbdənsə mifoloqlarımız şərqi türküstan nağıllarını əsas qaynaq olaraq götürürlər.                Azərbaycanda dini inancların  araşdırıcısı olan alimlərmizin əsərlərində Tanrıçılıq inamından demək olar kı, heç danışılmır. Danışldıqda da yalnız orta asya türklərinin inamlarından danışılır.Tarixçilərmiz unudurlar ki, Qafqaz və önasya türklərilə, ortasiya türklərinin törəmə kökləri müxtəlif oldənduğu kimi, ilk dini inam yolları da müxtəlif olmuşdur. Tarixçi-arxeoloqlar bu haqda çox söz deyə bilərlər. Ancaq susmağa üstünlük verirlər.
Tanınmış tarixçi, dilçi, dinçi. araşdırıcı alimlərmizin (Bahaəddin Ögəl, Fazil Mustafa, Nizami Cəfərov, Ziya Göyalp, Abdulkadir İnan və. b.) hamısı  Türkün tarixindən və dinindən danışan zaman həmişə ilk başlanğıc kimi şərqi türküstandan başlayırlar. 5 min il tarixə malik olan Altay mədəniyyətindən danışırlar. Bibliyada  adı çəkilən və Bibliyanın ilk xəritəsinə düşən, 8 min illik tarixə malik olan, Türükkü dövlətindən, Urmiya dağlarındakı. Mixi yazılarında adları çəkilən Hunlardan onların tarixlərindən danışmırlar. Görəsən niyə susurlar.?
         Tanrıçılıqda işıqla qaranlıq vəhdət təşkil edir. İşığın getməsi qaranlığı yaradır.Tanrıçılıqda Ata inamı Tanrı inamı ilə yanaşı tutulur. Ölü və onun qəbri müqəddəs sayılır. Uluların qəbirlərinə ziyarət edilir. Bu gün də xalq arasında bu ənənə yaşayır.
       Yeri gəlmişkən bildirmək lazımdır ki, İslamda ölü müqəddəs sayılmır.  İslam şəriətinə görə, qəbrə ziyarət etmək günah sayılır. Qəbir itməli, yox olmalıdır deyilir. Qurani- kərimdə deyilir: “(Ey qafil insanlar! Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, hətda qəbirləri ziyarət vetdiniz”.(102/ 1-2).  Sonralar ərəblərin ulularının qəbirlərini müqəddəs saymaları,  çox güman kı, islamiyyətə türklərdən keçmişdir.
       Tanrıçılıqda insanla təbiət vəhdət təşkil edir. İslamda isə insanın vəhdəti axirətlə əlaqəli yaradılır. Tanrıçılıqda insan özünü axtarır. İslamda insan bəndələşir. Tanrıçılıqda dünya sevilir. İslamda axirət sevilir. Tanrıçılıqda dünya əbədiləşir. İslamda dünya faniləşir.Tanrıçılıqda görünən bütün göy üzü Tanrı sayılır. İslamda zeytun ağacının budağındakı zeytun yağından yanan alov Allah sayılır.
        Tanrıçılıqda Günəş Tanrının qızı ,Ay isə oğlu hesab edilir. Eyni zamanda adamların ilk yaradıcısı qız qadın olur. Qadın yönəmli olan günəş öz ruhunu, istiliyini qıza verir.  Tanrıçılıqda insan obrazının Günəş və Ayla əlaqələndirilməsi tanrıçılıq ideologiyasında insanın Tanrıya yaxınlığının göstəricisidir. Belə bir baxış heç bir dində yoxdur.
       Tanrıçılıqda  Günəş Tanrı sayılmır o,Tanrının qızı hesab edilərək, uğurlu varlıq sayılır.
Tanrıçılıq mifaloqoyasında Günəş hər axşam yatağına gedəndə,  o günü yerdə nə qədər  uşaq doğulmuşsa,o qədərdə ulduz doğur. Ölənlərin də ulduzları göydən sürüşüb ölülər dünyasına gedir.   Onların haqqında da bir çox əfsanələr yaradılmışdır. Tanrıçılıq mifologiyasında deyilir ki, ulu Tanrı qızı günəşə dedi ki, yerə od göndər orada olan insanlar istifadə edib, məni tanısınlar. Od yerə enən zaman ruhunu  qızda gizlətdi. Həmin gündən də odun ruhu qızda, qızın ruhu odda yaşayır. Bu inama görə, odun qoruyucusu olan qızlar uğurlu (müqəddəs) sayılmışlar. Zamanımıza qədər gələn bu mif Vəhdəti-Vücud fəlsəfəsinin özülünü yaradır və eyni zamanda tanrıçılıqda əsas ideya olan üçlüyün (Tanrı+od+insan) vəhdətini  yaradır.
          Od Tanrının insanlara verdiyi qutsal hədiyyə kimi qəbul edilir. Odun üstündən keçməklə, oda nəfəsi verməklə insanda acını, dərdi- bəlanı oda vermək ümidi yaranır. Hər bir acını, tuşu oda danışmaq uğurlu yozum sayılır.
         Azərbaycanın qərbi-qüzey bölgələrində  I- yüzillikdən  xristianlıq yayılsa da, Tanrıçılığa qadağalar qoyulmamışdır. Uzun illər hər iki din yanaşı yaşamışlar. Ona görə də qərbi-qüzey azərbaycanda Tanrıçılıq bu günə qədər yaşamışdır. Borçalıda tanrıçılıq ”Qaranər ocağı adı ilə hələ də yaşayır.
        Bundan başqa semit dinlərində  bütün varlıqları  Allah səbəbsiz yox yerdən “ ol” deyərək yaradır. Tanrıçılıqda Tanrı nəyi yaratsa, hər hansı bir səbəbdən istifadə edib yaradır. İslamda Tək Allahın dörd “Mələyi” buyruqcusu olur. Tanrının da dörd “Əyəsi” buyruqcusu var. İslamda Allah şeytanı oddan yaradır. Tanrı şeytanı (Erliyi, Azanı) torpaqla sudan yaradır. İslamda Allah Cənnəti və Cəhənnəmi məkanı bilinməyən bir yerdə yaradır. Tanrıçılıqda göyün 7-ci qatı  Cənnətin (uçmağın),  8-ci qat tanrının  taxtıdır. Tanrı Cəhənnəmi (Damodunu) yerin altında yaradır. Tanrıçılıqda  od müqəddəs varlıq sayılsa da, üstündə məbəd tikilmir.
        Od insanların ilk sivilizasiyasına önəmli yardımlar etsə də, insan həyatının ayrılmaz bir hissəsi olsa da, islam dini onu şər qüvvə kimi qəbul etmiş və İblisin odan yarandığını elan edərək. Odun cəhənnəmdən ibarət olduğunu, göstədmişdir. Çox hallarda oda cəhənnəm deyilməsi, bir çox quran ayələri ilə təstiqləmişdir.
         İslam imperiyası Azərbaycana  basqın edən zaman  ilk  dönəmdə Xristiyan türklərin dininə toxunmamışlar. Ancaq  1060 ildən sonra, xristian  türklər də Alp Arslanın fərmanı ilə müsəlmanlığı qəbul etmişlər. Xristian türklərin az bir payı Tiflisdə, Borçalıda və qarabağda 1733 ilə qədər dinlərini  yaşatmışlar. Rus çarının 1733-cü ildə verdiyi fərmandan sonra  türklər təmiz islamlaşmışlar. Uzun müddət xristianlığı yaşadan türklər,tanrıçılıq ənənələrini də olduğu kimi yaşatmışlar.
         Bir çox ideoloqlar Tanrıçılığı çox tanrılı din kimi qəbul edirlər. Ancaq Tanrıçılıq dünyagörüşü tək Tanrı varlığına əsaslanır. Rəfiq Özdək yazır: “Qədim türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlardılar. Tanrı isə kainata hakim olan bütün göy üzü idi.”....  “Göy Tanrı dünyəvidir, təkdir. Şəfəqi söndürən, bitgilərə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, əfv edən odur. O hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz. Türk millətinə xaqanı o təyin edir. Xaqana güc verən də odur.” (R,Öztürk “ Türkün qızıl kitabı” Bakı 1992.s 13) . Göründüyü kimi islam dininin inancı ilə eyni səslənir..                                                                      
         Tanrıçılığın ilsırası (təqvimi) 21 Dekbrda başlayır. Günəşin ilk doğum günü kimi gəlişi bayram edilir. Bəzi türk elatlarında  Günəşin doğum günü  bayramını hələ də yaşadırlar.  Azərbaycanın lənkəran-Masallı bölgəsində, başqa türk xalqlarından  Qaqauzlar və Orta asyanın bir neçə türk xalqlarında Günəşin doğum günü bayram edilir.
       Tanrıçılıq inancında Tanrı hər şeyi xas günü yaratmışdır deyilir.1-ci xasda günəşi yaradır..2-ci xasda torpağı yaradır. 3-cü xasda havanı yaradır. 4-cü xasda suyu yaradır. Bununla da təbiətin tamlığını, yetginliyini başa çatdırır.( Bu rəvayəti Firdovsi şahnamə əsərində çox gözöl ustalıqla nəzmə çəkməşdir.)  5-ci xasda təbiət varlıqlarlnın hamısını yaradır. 6-cı xasda dağlardakı, dərələrdəki köhnəlmiş, qoxumuş  palçıqlı mağaralardan erkək və dişi olmaq üzrə adamları yaradır. İlk öncə günəşin istiliyi çox düşən mağaradan qadını yaradır. Qadına gözəllik, incəlik və isti cazibəlik verib, ovcuna palçıq qoyur və sevib, sevilməyi özün yarat deyir. Üzü quzeyə olan, istilik az düşən mağaradan kişini yaradır. Ona güc, qüvvət və dözüm verib qadını qoru deyir. Kişinin də ovcuna palşıq qoyub , özünə xoşbəxtlik yarat deyir. Bu əfsanədə olduqca canlı məntiqin olması çox aydın görünür. Erkəyin və dişinin müxtəlif istilikli mağaralardan yaranması və Tanrının ovuclarına palçıq qoymasından yaranan canlı məntiq, heç bir xalqda və heç bir dində yoxdur. Tanrının vəhdəti-vücud fəlsəfəsi bax budur. Bu sözlər mif olsa da, nə qədər həyati və canlıdır. Bütün yaşam yolları, xoşbəxtliklər, həyat eşqi, sevib-sevilmək, adamların özlərinin, xüsusilə də qadınların əllərindədir deyilir. Çünkü mifdə Tanrı sevib-sevilmək palçığını qadının ovcuna qoyur. Tanrıçılıqda qadın ənəziz uğurlu varlıq, kişi isə onun qoruyucusu sayılır. .
        Bəs belə olan halda Tanrı dininin peyğəmbəri (bilqamısı) olmuşdurmu. Olmuşsa o kim ola bilər?.
        Mahmud qaşqarlı peyğəmbər əvəzinə “yalavac”sözünü işlədir. O deyir: ”Uca yalavacımız (peyğəmbərimiz) “Türk dilini öyrənin buyurmuşdur.” (Rəfiq Özdək. “Türkün qızıl kitabı”.Bakı 1993.s17)  Göründüyü kimi, doğu türklərində peyğəmbərə “yalavac” deyilmişdir.Ancaq ön asya və azərbaycan türklərində bu söz işlənməmişdir. Onun əvəzinə  Bilqamıs deyilmişdir. Bilqamıs-hər şeyi bilən-  sözünün anlamı qafqaz türklərində aydın başa düşülür və fars sözü olan Peyğəmbər sözünün tam mənasını verir.
         Tanrıçılıqda göy rəng göyün rəmzi kimi qəbul edilərək müqəddəs sayılır. O səbəbdən də yerdəki göy rənglərdə müqəddəs sayılır. Yazılı qaynaqların bildirdiklərinə görə Əmir Teymur taxtını göy mərmər daşın üzərində qurdurmuşdur. Həmin daş əmir Teymurun türbəsində saxlanılır. Rəvayətə görə xızırın əyin paltarı, bığı gözü,atının rəngi göyün rəngində mavidir.
         Bəzi türk ellərində  ulu Tanrının qulluaçolarına “Əyə” demişlər. Beləki, R Allahvsrdi yazır: “...mifoloji mətinlərdə Su əyəsi, Yel əyəsi və s. tanrıçılığı əks etdirən görüşlərə tez-tez rast oluruq. Bu əyələrin hamısı heç şübhəsiz əsgi türk tanrıçılıq sisteminin izləridir” . Bu məntiqə də inanmaq olur, ona görə ki, Semit dinlərində Allahın qulluqçularına Mələk deyilir
         Türk mifologiyasına görə, ulu Tanrı kainatı,dünyanı, onun varlıqlarını, o cümlədən Adamı xas günü yaratmışdır. Xızır və onun atı mağaradan və ya göydən xas (çərşənbə) günü gəlmişlər. Xas (çərşənbə) gününü islam dini nəs gün, şeytan günü elan eləsə də, türk xalqının gələnəklərində həmişə ənəziz gün kimi qorunmuş və əzizliyi bu günə qədər saxlanılmışdır. Çərşənbənin əzizliyi (müqəddəsliyi) bu günkü bayatılarımızda və başqa məişət varlıqlarmızda  hələ də yaşayır.
         Xızırın göy atını minib təbiəti canlandırması, dörd ünsürləri (od, torpaq, hava, su) növbə ilə çərşənbə (Xas) günlərində canlandırması, gecə ilə gündüzün bərabərləşən vaxtı, təxminən ilin gəlişindən asılı olaraq martın 16-20-i arası axır çərşənbə gecəsi Çilənin çıxması, yazın gəlməsini qarşılayan insanlar “çilə gecəsi” keçirirdilər. Bu gecədə, insanlar şadlıq edərək, səhəri açırdılar. Bununla da, əzab-əziyyətli olan Çilə mövsimi yola  salınırdı. Zərdüştlük dini qəbul edildikdən sonra, Günəşin doğum bayramı və Xızırın gəlmə bayramı götürüldü onun törən qaynaqları zərdüştlüyün yeni il bayramına keçdi. O gündən də Martın 21-i yeni il bayramı şənliyini edirlər. Çərşənbələrdə edilən mərasimlər yenidən təkrarlanır. Süfrəyə 7 cür yeməklər qoyulur. Gələn qonaqlar Novruz (yeni il) şərbəti içirlər. Məhllələrdə şənlik yığıncaqları keçirilir. Kəndirbaz, kosa-keçəl- Keçi oyunları oynanılır. Bununla da Novruz (yeni il), bayramı başa çatır.
       Tanrıçılıqda Günəşin də insan kimi doğulmasınavə doğmasına inanılmışdır. Onun  gənc, ahıl və qocalmasına inanmışlar.Tanrıçılığa görə Günəş Tanrının qızıdır. Dekabrın 21-də doğur, Martın 21-də gənc qızlar kimi gözələşir, təbiəti də gözəlləşdirir və hər bir gözəlliyə sahib olur. İyunun21-də ahıllaşır, dünyaya bol məhsullu ana qayğısı göstərir. Təbiətin nemətlərini bollaşdırır.Sentyabrın 21-də qocalır tədricən gözəlliyini, taqətini itirir  Mart ayında ilaxır xas gecəsi ölür. Yeni gənc günəşin doğması Martın 21-ndə baş verir. Günəşin doğmasını mahnı ilə qarşılayırlar.
                             Gün çıx, gün çıx!
                              Kəhər atı, min çıx!
                              Keçəl qızı, evdə qoy.
                              Saçlı qızı, götür çıx!
                                    *******         
 Azərbaycanın bəzi bölgələrində və bəzi türk xalqlarında bu gündə Dekabrın 21-ni bayram sufraları ilə qarşılayırlar. Orta asya türkləri Tatarlar Dekabrın 21-ni günəşin doğum günü kimi bayram edirlər. Yuxarda yada saldığım mahnını öz ləhcələrinə uyğun oxuyurlar. Novruz bayramında keçirdiyimiz törənləri burada da keçirirlər. Bu  bayramda keçirilən bir çox qocaman törən gələnəklərinin olmasına güvənərək, onun Xızır ilsırası zamanı yaradıldığını güman etmək olar. Cünkü Novruz bayrmında Xızır 6 xasda (çərşəmbədə) dalbadal iştirak edir.
Çilə mövsümünün gəlişi olan 21 Sentyabr haqqında Cingiz Qacar yazır: “Qədim Türklər Sentybr aynın 21-də bayram şənlikləri edərdilər.Türklər barış və dinclik  Tanrısı olan Romanonun şərəfinə cox təntənəli bayram keçirərdilər”.(C. Qacar “Vıydayuşşiysya sını drevnoqo, srednoqo Azerbaycana. Baku1995.s.11)
Göründüyü kimi vaxtı ilə, çilə  mövsümünün gəlişi bayram edilmişdir ki. soyuğu, boranı gətirən sərt tanrı Romanonu yumşaltsınlar. O da qışı yumşaq keçirsin. Ancaq sonralar gəlişi  unudulmuşsa da, gedişi unudulmamışdır. Bu gün də xalq onun gedişini ilaxır çərşənbəsilə, çilənin çıxmasını bayram edirlər. Bəzi yazarlar (müəlliflər) (Mehmet Rıntım) “çilə sözünü fars mənşəli hesab edirlər 40 say mənasını verən söz kimi qəbul edirlər. Ancaq Borçalı Türkləri araslnda bu gün də çilə ilə əlaqəli çox sözlğr yaşamaqdadlr. Çilə sözü qocaman Türk sözü olub əzab-əziyət mənasını verir. Hər hansı bir azarı və ya yası olan adama bəzən çiləlidir deyilir. Bu gün də hər hansı bir əziyətdən qurtarmaq üçün, yeriməyən uşaqların sağalması üçün niyıt edib çilə çıxardırlar. Çilənin çıxarılması üçün 40 sayının (40 qaşıq suyun) olması da tanrıçılıqdan qalma gələnəkdir.
        Borçalı elatında 1950-illərə qədər yaşlı nəsl Tanrıçılıq ilsırasını işlədirdilər. Bu  gün unudulmuş, ulu türk tanrəçılıq ilsırasının günlərini və aylarını bacardığım qədər sıralamağa çalışacağam ki, tarix kimi  gələcək nəsl üçün yadigar qalsın.
       Ulu dədələrimizin həftə (yeddilik) günləri. Aşağdakılar olmuşdur.  Çağdaş  günsırası ilə, Bazar-“Bazar”, Bazarertəsi- “bazarertəsi”, Çərçənbəaxşamı- “Xasaxşamı”, Çərşənbə-“Xas”, Cüməaxşamı-“Xasertəsi”, Cümə-“Tək gün“,Şənbə-“Bazaraxşamı”.
           Onu qeyd edim ki, türk kökənli hökmdarlar, yazarlar, aydınlar  uzun illər farslaşmaya və ərəbləşməyə  böyük meyillik göstərmişlər və bu gün də göstərirlər. Lüğətlərdə bir çox türk sözlərinin ərəb və fars sözləri kimi verilməsinin şahidi oluruq. O cümlədən də ulu türk  sözü olan xas (təmiz) sözünü yazarlarımız hər yerdə ərəb sözü kimi göstərirlər. Doğrudur xas sözü ərəblərdə də var. Ancaq onlarda tamamilə başqa mənada işlədilir.( Xüsusilik, ayrıca, əlahəddə)  mənasında işlənir. Xas sözü ərəblərdə heç zaman müqəddəslik mənasında işlənmir. Ona görə də demək olar ki, yazarlarımız yanılırlar. Bu sözlərin oxşarlığı təsadüfdür.
         Tanrıçılıq dünyagörüşünə görə, yer iki uclu olmuşdur. Günəş 6 ay  yerin bir ucunu, 6  ay da, o biri ucunu isidir və işıqlandırır. O səbəbdən də,  Xızır ilsırası (təqvimi), 2 mövsimə, isti və soyuq mövsimə ayrılmışdır .Günmüzün ilsırası (təqvimi) ilə 21 martdan 20 sentyabra qədər olan 6-ayı Xızır (qızqın-isti) mövsimi, 21 Sentyabrdan 20 marta qədər olan 6 ayı Çilə (çətinlik-əziyyət) mövsimi adlandırılmışdır. Ayların, günlərin adları da olmuşdur. Tanrıçılıq ilsırasını Borçalı bölgəsində xalq son zamanlara qədər yaşadırdılar.Yaşlı adamlar öz aralarında o təqvimi işlədirdilər. Qafqaz iqliminə çox uyğun təqvim olduğunu deyirdilər.
        Tanrıçılıq ilinin başlanğıcı, çağdaş (müasir) ilsırası (təqvimlə) ilə Dekabrın 21-də Günəşin ilk doğum günü başlayırdı. İlk gün bayram edilirdi. Izır ilsırasıbelədir. İlk ay, Dekabrın 21-dən, Yanvarın 30-na qədər 40 gün Böyük Çilə ayı sayılır. Yanvarın  31-dən, Fevralın 20-nə qədər Kiçik çilə. Fevralın 21-dən Martın 20-nə qədər Bozay, Martın 21-dən, Aprelin 20-nə Danaqran ayı, Aprelin 21-dən Mayın 20-nə, ”Yağmur”ayı, Mayın 21-dən İyunun 20 “ Yaylım”ayı, İyunun 21-dən İyulun 20-nə “Peşqut”ayı,  İyulun 21-dən Avqustun 20-nə “Qorabişirən” ayı, Avqustun 21-dən Sentyabrın 20-nə “Quyruqdoğan”ayı, Sentybrın 21-dən Oktyardn 20-nə “Xırman” ayı, Oktyabrın 21-dən Noyabrın 20-nə “Dəyirman”ayı, Noyabrın 21-dən, Dekabrın 20-nə qədər “Qurov”ayı deyilir.
         Tarixçi M.M.Yusifov doğru olaraq yazır ki, “əvvəllər mövsüm bayramı kimi qeyd olunan bahar (yaz) bayramı zaman keçdikcə tədricən yeni yaranmış dinlərlə bağlanaraq, yeni il bayramı olmuşdur.”(R.Allahverdi. Təqvim mifləri və Novruz. Bakı .20013. s.104)
M.Təhmasib Novruz bayramının ilk yaranışının tanrıçılıqdan gəlməsinə işarə edərək yazır: “Lakin müqəddəs hesab olunan şeyin üstündən tullanmaq, ağırlıq-uğurluq, azar-bezarı onun üstündən tökməzlər. Demək ki, bu mərasimdə odun müqəddəsliyinə yox, azar-bezarı yandırıb məhv etmək qüdrətinə malik, əlamətləri yaşamaqdadır. Başqa sözlə deyilsə, bu mərasim atəşpərəstlikdən çox qədimdir. O dövrdə hələ od müqəddəsləşdirilib məbud dərəcəsinə qaldırılmamışdır” (M.Təhmasib. seçilmiş əsərləri I-cild.Bakı 2010.s.113)
         Yazar C. Qasımov bir çox təstiq edici dəlillər gətirərək  yazır: “ Əminliklə qeyd edirik ki, zərdüştlüyün izləri də Novruzda bu və ya digər dərəcədə qorunub saxlanır....Odu Zərdüşt və ya atəşpərəstlər kəşf etməmiş (yaratmamış), o zamana qədər mövcud olanı müqəddəsləşdirmiş din səviyyəsinə qaldırmışlar. Müasir tədqiqatlar göstərir ki, oda inam hələ tanrıçılıq dövründə də olmuş, lakin din səviyyəsinə qalxmamışdır”.(R. Allahverdi.Təqvim mifləri və Novruz. Bakı. 2013.s.106)
Tarixcilərin yazdıqlarına görə Y.Y.İ-dən öncə 505-ci ildə Zərdüşt dinini qəbul edən fars hökmdarı, Cəmşid Avesta ilsırasını yaradan zaman onu Xızır mövsümünə salmışdır. Bu yeni ilsırasını fars dövlətinin rəsmi ili kimi qəbul etmişdir. Xızır mövsüm bayramının adını farslaşdıraraq “Novruz” (“Yeni gün-yeni il”) bayramı adlandırmışdır.
        Zərdüştlük dinini qəbul edən türklər,  21 Mart mövsüm bayramını yeni il bayramı kimi qarşılamışlar. Xristianlığı qəbul edən türklər,  xristianlıq ilsırasına uyğun 9 martı özlərinin mövsüm bayramı  etmişlər. Xalq 9 Marta həsr edilmiş mahnılar da yaratmışlar.
                               “Gəldi martın doqquzu,
                                 Bayram etdik Novruzu”.  Dalısı unudulubdur.
          Rusların tabeçiliyindən sonra da həmin mövsüm bayramını 21 Martda etmişlər və bu gündə həmin ilsırası dəvam etməkdədir. 
Uzun illər fars dövlətinin tabeliyində yaşayan güney və xəzərətrafı türklər zərdüştliyi qəbul edərək özlərinin milli ilsıralarını,  bilqamıslarını və bayramlarının adını unudmuş, fars ilsırasını və  fars  bayramını”işlətmişlər.  Ona görə də qədim mövsüm bayramı olan Xızır bayramını bu gün  zərdüştlükdən qalma yeni il bayramı kimi qarşılayırlar.

          Bir şox yazarlar (müəlliflər) ədəbiyyatlarmızda odun (alovun) müqəddəsliyini Zərdüştlüklə əlaqələndirirlər. Onu qeyd edim ki, Zərdüştlükdən öncəki tanrıçılıqla əlaqəli olan, abidələrində alov tək dilli, Zərdüştlük abidələrində isə alov üç dilli göstərilir. Bunların fərqinə varmayan tarixçilərimiz hər ikisini də Zərdüştliyə aid edirlər. Mənim gəldiyim inamıma görə, bir dilli alov rəsmiləri, yəni “buta”  tanrıçılıqdan qalma inam nişanəsidir. Üç dilli alov rəsmi isə Zərdüştlüyün inanc nişanəsidir. Bundan başqa da Tanrıçılıqda Göyün göy rəngi, elə də yerdəki göy rənglər  müqəddəs sayılırlar. Zərdüştlükdə  isə ağ rəng müqəddəs sayılır. Tanrıçılıqda qəbrə inam var. Qəbir ənəziz inanc yeri sayılır. Zərdüştlükdə isə qəbrə inam yoxdur. Bu dediklərimizin hamısı Novruz bayramında ənəziz inam kimi yerinə yetirilir. Bu gələnəklərin yerinə yetirilməsi Novruz bayramının zərdüştlükdən öncə olan tanrıçılığın yadigarı olduğunu göstərir.  Zərdüştlüyün müqəddəs kitabı olan Avestanın heç bir yerində Tanrının adına rast gəlinmir. Avestada kainatın yaradıcısı Hürmüzdür. Ancaq bütün türk dünyasında Tanrı sözü müqəddəs varlıq kimi hər an işlənir.
Tanrıçılıqda bayramlar aşağdakılardır.1) 21 Dekabr günəşin doğum günü  tanrıçılıq inancının yeni ili. 2) Fevral aynın 2-3 xası (çərşənbəsi ) Xızırın doğum günü. 3) 21 Mart Yaz mövsüm bayramı (Novruz bayramı). 4) 21 Sentyabr Romano-Çilə (Qış) bayramı.  
 Tanrıçılıq inancında  iştrak edən Xızır kimdir. O şəxsiyətdir yoxsa mifdir. Bu haqda 2-ci söhbətdə dəvam ediləcəkdir.