27 Şubat 2016 Cumartesi

Biz Xızır (Xıdırnəbi) və Novruz bayramını necə keçirirdik.

               Biz Xızır (Xıdırnəbi) və Novruz bayramını necə keçirirdik.
          Təxminən 2012- ci ildə çıxan.qəzetlərin birində maraqlı bir məqalə    oxudum.  “Azərbaycanlılar atəşpərəstlik inancını keçirməmişlər.” deyilirdi. 2014 –ci ildə televizorda alimlərimiz azərbaycan xalqının dini mərasimlərindən danışırdılar. Orada yenə də belə bir fikir vurğuladılar ki, azərbaycanlılarda atəşpərəstlik inancı olmamışdır.
Eyni zaman da çərşənbələrin yerini Tanrı qanununa uyğun olmayan  bir formada təhlil etdilər. Onların fikirləri mənim üçün aydın olmadı. Bilmədim onlar atəşpərəstlik deyəndə Tanrıçılığı nəzərdə tuturlar. Yoxsa kı, Zərdüştiliyi nəzərdə tuturlar. Bu dini inancların hər ikisi də bəzi xırda ayrıntılarla odu (atəşi) müqəddəs bilib ona tapınmışlar.
Alimlərimiz dünyanın yaranmasında dörd müqəddəs ünsürün iştirak etdiyini əsas tutaraq, ulu dədələrmizin Novruz bayramından öncə dörd müqəddəc çərşənbə keçirildiklərini deyirlər. Alimlərimiz bir mənalı olaraq doğu türküstanda olan, adamın yaranması haqqında ki, əfsanəni,”İlk əvvəl dünya su idi” əfsanəsini özlərinə meyyar  götürərək ilk 1-ci çərşənbəni sudan başlayırlar. “Bu çərşənbədə çayların buz bağlayan yerləri əriyir, sular artır”deyirlər. 2-ci çərşənbəni od çərşənbəsi edirlər.”Günəş yavaş-yavaş istiliyini artıraraq, təzə ili qarşılamağa hazırlaşır” deyirlər. 3-cü çərşənbəni yel (külək) çərşənbəsi edirlər.” bu zaman külək puçurların açılmasına kömək edir” deyirlər. 4 çərşənbəni  torpaq çərşənbəsi edirlər.”El torpağı əkməyə başlayır” deyirlər.
           Mənim  uşaqlığım və gəncliyim Borçalıda keçdiyi üçün Borçalıda gördüyüm ,xalq arasında geniş yayılan və böyük nüfuza, hörmətə sahib olan atəşpərəstlik (odsevərlik) gələnəklərindən və gələnəklərin (adətlərin) bu gün də yaşamalarından söz acmağı, eşidib bildiklərimi qələmə almağı  məsləhət bildim.        
           Bizim kənddə ”Qaranər ocağı” adlı bir nəsl yaşayır. Deyilənə görə ocaqları çox ulu dönəmlərdən ziyaratdır.Bu gün də bütün Borçalının hər tərəfindən ocağın üstünə ziyarata gələnlər olur. O evdə ocaq əbədi yanar halda saxlanarmış. Deyilənə görə ocağı sönənlər, niyət edənlər, ilk ayrılan ailələr, ilk ailə quranlar, ilk közü o ocaqdan apararlarmış. Ocağın üstündə müqəddəs qız otururdu. Ocağa qulluq edən axırıncı qızı mən gördüm. Ocağın ziyaratına gələn zəvvarlar əvvəlcə ocağa, ocaq yanan buxarının daşından öpərdilər. Niyət edənlər sağ əlinin şəhdət barmağını dili ilə isladıb barmağını isti külə basar, və külü dili ilə yalıyardılar. Sonra da qıza ziyarat edərdilər. Ziyaratın üstündə oturan axırıncı qız ərə getməmişdi təxminən 35-40 yaşlarında dünyasını dəyişdi.  Kənddə onun haqqında rəvayət danışılır.
           Deylənə görə ondan qabaq  Gülü  nənə adında bir nəfər qarı (qarımış qız) ocağa qulluq edərmiş. Qardaşı Vəli kişinin qızı olur.  Gülü nənə bir səhər evdə danışır ki,Yuxumda bir dərviş gəldi mənimlə görüşdü və dedi ki, sən adını yeni doğulan qıza ver. Elə də uşağın adnı Gülü qoyurlar.Gülünün 9 yaşı olanda Gülü nənə ölür. Arvadı haq yerinə qoyurlar. Axşam üstü ziyarata bir dərviş gəlir. Gecə yatır. Səhər tezdən qalxlır Vəli kişi ilə göryşəndə deyir ki, ocağa qulluq etməyi balaca Gülüyə tapşırın. Ora onun yeridir. Uşağın əlindən tutur buxarının yanında olan taxtda oturdur və xeyir dua verib gedir. O,  gündən də balaca Gülü müqəddəs taxtda oturur. Ziyarata gəlib- gedənə qulluq edir. Gülü ilahidən gözü açıq, gələcəyi görən bir qız olur.Onun haqqında bir çox möcüzələr danışılır.
          1952-ci ildə gülü xəstələnir və vəfat edir. Deyilənə görə Gülü vəsiyət edir ki,”məndən sonra ocağın üstündə qız oturmasın. Ocağa evin gəlini qulluq eləsin” deyir və haq dünyasına qovuşur. O gündən sonra ocağa qız yox, evin gəlinləri qulluq edirlər. O nəslin ocağının külü də müqəddəs sayılır. Ocağın külü xüsusi hasarlanmış kümbəzə yığılır. Ziyarata gələnlər küldən tütiyə kimi aparıb bəzi xəstəliklərin müalicəsində işlədirlər. Kümbəzin üstünə çıxmaq böyük günah sayılır.1950-ilə qədər Borçalının hər tərəfindən həftənin iki gününü çərşənbə və cümə günləri çoxlu zəvvarlar gələrdilər. Çərşənbə günü ocağın müqəddəs günü sayılırdı. Hər kəs öz niyətinə uyğun ziyarət edərdilər. Onların özlərinə məxsus adətləri var. Onlar həm müsəlman kimi oruc tutub namaz qılırlar. Həm də ocağa ziyarət edirlər. Gündə üç kərə ocağa xüsusi alqışlarını (dualarını) oxuyurlar.
            Azərbaycanda dini inancları araşdıran araşdırıcılarmızın kitablarında Tanrıçılıq inancından demək olar kı, heç danışılmır. ,Atəşpərəstlikdən söz gedən zaman, əsasən Zərdüşdlükdən danışırlar. Xalq arasında yaşayan inanc və adət ənənələri bir qədər diqqətlə araşdırsaq, zərdüşdülükdən çox tanrıçılığın köklərinin qalıqları olduğunu görərik.Tanrıçılığın rəmzi olan od (buta) bir dilli göstərildiyi halda, Zərdüşdülükdə od üç dilli göstərilir. Bütün xalı və gəvələrmizdə, digər əşyalarmızda bu günə qədər yaşadılan,tək dilli alov rəmzi olan “buta” şəkillərinin olması Tanrıçılıq inancının qalığıdır. Tanrıçılıqda ölü və onun qəbri müqəddəs sayılır. Uluların qəbirlərinə ziyarət edilir. Zərdüştliyin rəmzi olan od üç dilli göstərilir. Onu da yalnız Xəzər ətrafında görmək olar.Zərdüştlikdə ölü murdar sayılır. Torpağı murdarlamamaq üçün qəbrə (torpağa) qoyulmur. Yaşayış yerindən uzaq, dağ-təpə başına qoyulur, qyrt-quşa yem edilir. Zərdüştlük tanrılarının Hürmüzdün və Əhrimənin  adını ziyalılarmız ancaq ədəbiyatlardan tanıyırlar. Geniş xalq toplumu onları tanımır  Zərdüştlüyə aid olan bu adətlərin heç birinin qərbi  azərbaycanda izi yoxdur. Görünür Zərdüştlük inancı ancaq şərqi Azərbycanda xəzər ətrafında yaşayanlar arasında yayılmışdır.
  
                  Borçalı türklərinin inancına görə, ilk vaxtlardan Tanrı varlığı göydə qəbul edilmişdir. Bütün göy üzü Tanrı kimi tanınmışdır. Günəş Tanrının qızı ,Ay isə oğlu hesab edilir.Tanrı hər şeyi çərşənbə günü yaratməşdır deyilir.1-ci çərşənbə günəşi yaradır..2-ci çərşənbə  torpağı yaradır.3-cü çərşənbə havanı yaradır..4-cü çərşənbə suyu yaradır.  5-ci çərşənbəd suda, quruda yaşayan bütün canlalar yaranır. 6-cı çərşənbə  palçıqlı mağaralardan erkək və dişi Adamlar yaranır.7-ci çərşənbə Tanrının dincəlmək günü hesab edilir Son illərə qədər Borçalılar çərşənbə günü paltar yüməzdilər ki,.əziz gündür. Bəzi ocaqlarda  bu gün yaşadılır.    
           Rəvayətə görə türk xalqının ilk Tanrı dininin bilqamısı (peyğəmbri) Xızır olmuşdur. Peyğəmbər sözü fars mənşəli sözdür. İslamlıqla əlaqəli bizə gəlmişdir. Ulu (qədim) günbatan türkləri bilqamıs demişlər. Rəvayətdə deyilir Xızırın 40 müridi .var. Hər il Xızır- İlyaz (Xıdır nəbi ) bayramı , yəni fevral aynın 3-cü çərşənbə (xas)  gecəsi müridləri ilə birlikdə Qaf ya da Savalan dağındakı mağaradan çıxır. .Çərşənbə bayramlarında iştirak edir  Xızır bayramıni (Novruz bayramıni) xalqla keçirib Martın 22-si müridləri ilə birlikdə Qaf ya da Savalan dağındakı mağaraya çəkilər.(professor M. Seyidov həmin dağlardakı süd gölünə girdiklərini yazır)
          Borcalının yaşlı adamları son 50-60 –cı illərə qədər Xızır ilsırasının  (təqviminin),  aylarının, günlərinin adlarını bilirdilər.Yaşlı adamlar öz aralarında o günsırasını işlədirdilər. Qafqaz iqliminə çox uyğun olduğunu deyirdilər.
        Borçalı elinin tanrıçılıq mifologiyasında deyilir ki, ulu Tanrı qızı günəşə dedi ki, yerə od göndər orada olan insanlar ondan istifadə edib məni tanısınlar. Od yerə enən zaman ruhunu  qızda gizlətdi. Həmin gündən də odun ruhu qızda, qızın ruhu da odda yaşayır. Bu inama görə də odun qoruyucusu olan qızlar müqəddəs sayılmışdır.
             Xızırın və atının gəlişi, Tanrının əmri ilə həftənin xas günü olur. Ona görə də Borçalı türkləri, Xızır günsırasında xas (çərşənbə) gününü həftənin uğurlu, əziz günü sayırlar. Çərşənbənin (Xasın) başqa günlərdən üstünlüyü ondan ibarətdir ki, onu dincəlmək və Tanrıya alqış (dua ) etmək günü kimi, çağdaş dönəmimizə  qədər yaşatmışlar.  O gündən Xızır- İlyaz, hər il fevral-mart aylarında özünün göy atını minib təbiəti cana gətirir. İlin başqa zamanlarında da dara düşənlərin hayına-dadına çatır. Sevgililərin əlinə buta verərək yollarını işıqlandırır, onları istəklərinə, arzularına çatdırır.
            Qocaman çağlarda odun müqəddəsliyi ilə əlaqədar, ulu türklərin belə bir inancları olmuşdur. Türk igidi uzaq yola çıxan zaman onun atının nalını ocağa atarmışlar. O,səfərdən qayıdana qədər nal ocaqda qalarmış. İnanca görə müqəddəs ocaq  nal sahibini xata-bəladan qoruyarmış. Demək türklərdə vaxtı ilə atın özü ilə bərabər, onun nalı da müqəddəs sayılmışdır. Bu gün isə bu  gələnək unudulmuşdur. 
Tanrıçılığın müqəddəs nişanəsi olan buta nədir?  Müqəddəs od yanan zaman,onun  göy tanrıya sarı  uzanan alovudur. Açıq havada yanan çıranın sərin mehdən əyilmiş dilidir. Buta, Tanrının insanlara göndərdiyi işıq mənbəyidir. Xızır- İlyazın əlindən sevgililərə verilən, onları birləşdirən, onların yollarına şüa, işıq saçan Tanrı, işıqdır. Buta evə, ocağa, ailəyə Tanrıdan göndərilən istilik, hərarət qaynağıdır.  Peşəçilərmizin peşə əsərlərində buta şəkillərinin formalarına baxıb, nəticə çıxarmaq daha düzgün olardı.
Dastançılarımız butanı badə ilə səhv salaraq, onu aşiq-məşuqa içirdirlər. Buta, ilahi nurun, ilahi işığın, ilahi enerjinin insanlara bəxş etdiyi ilk hədiyyədir. Tanrı butanı insanlara Xızır- İlyaz vasitəsilə göndərmişdir.
Tanrıçılıq dini dünyagörüşü, bütün dinlərdən qədimdir və sonrakı dinlərin hamısı  ondan istifadə etmişlər.Tanrıçılıq dünya görüşündə bütün görünən göy öz varlığı ilə Tanrıdır. Tanrının da yaratdığı ilk varlıq Günəşdir.Gynəşin də yerdə nişanəsi oddur. Demək yerdəki od tanrinın da  nişanəsidir.Tövratda deyilir. Adəmin oğlanları adəmdən soruşurlar ki ,Allah hansımızı sevir. Adəm deyir, Allaha pay gndərin, Kimin paynı qəbul etsə onu da sevir. Qurbanlığa biri dəvə gətirir, biri də taxıl gətirir. Dəvənin ayağının altından yer silkələnir güruldayır alov çıxır, dəvəni bişirir. Adəm deyir Allah dəvənin yiyəsini dah çox sevir. Burada aydın deyilir ki, Adəm peyğəmbər, odu allah kimi tanımış və  ona pərəstiş etmişdir.
 Yenə Tövratda deyilir. Musa peyğəmbər uzaqda bir od görür. Köz gətirmək üçün yanına gedir. Od dilə gəlib deyir ki, ya Musa mən sənin Allahınam mənə secdə elə Musa da secdə edir.Demək Musa da odu Allah kimi qəbul edir və ona secdə edir. Bir çox müsəlman ölkələrində ölənlərinin xatirəsi üçün  şam yandırıb yas tuturlar. Demək onlar da odu Allahın yerdəki rəmzi kimi qəbul edirlər. Yahudiliyin Sinaqoqlarında ,xristianlığın kilsələrində, Bütpərəstlərin məbədlərində odun simvolu olan çıralar, şamlar yandırılır.Bu da  oda sitaiş etməyin əsas göstəricisidir.Yaponya büddistlərinin Tokio yaxınlığındakı, ,Kutayama dağının zirvəsinə çıxıb ilk görünən günəşə secdə etmələri onların ən böyük ibadətləridir. Bu adət çin buddustlərində də var. Demək vaxtilə bütün dünya xalqları atəşpərəst və ya Tanrıçı olmuşlar.  Məlumdur ki,bytn dinlərə kök salan Tanrıçılıq dini, olduğu kimi bizə gəlib çatmamışdır. Tanrıçılığın bilqamısı olan Xızır- İlyaz ayinlərinin bəzilərini Zərdüştlük özününküləşdirmiş., Bəziləri də islam ayinləri içərisinə qarışdırılməşdır. Olduğu kimi  zamanımıza qədər gəlib çatmamışdır. Bu yazının müəllifinin atası, Molla Mahmud Əfəndi, ilaxır gecəsinin səhəri, tezdən hündür bir yerə çıxardı, Günəş görünən kimi, ucadan təkbir alar, azan oxuyar və salavat çəkərdi.Gəlib evdə günəşin görünmə şərəfinə iki rükət namaz qılardı. Borçalılar 1950-60 illərə qədər, ölü yuyulan yerdə və təzə qəbrin üstündə üç gün gecə-gündüz çıra yandırardılar. Bunların hamısı Tanrıçılıqdan islama keçərək zamanımıza qədər yaşamışdır. Hal burasıdır ki, islam dini odla əlaqədar heç bir dini ain tanımır.  Zərdüştlikdə  isə qəbir olmadığı üçün belə şeylər yoxdur.
         Borçalı türkləri, səhər tezdən günəşin şüası düşən yel (yıl) dağını müqəddəs sayırlar, Bu gündə yerli xalq həmin dağa ziyrət edirlər. Oda, suya tüpürməyi, külü ayaqlamağı günah sayarlar. Novruz (Xızır) bayramında Insanlar ilaxır gecəsi tonqallardan atılıb təmizlənirlər, yatan zaman başlarının üstündə şam (buta) yandırarlar. Bəs bu deyilənlərin hamısı tanrıçılığın atəşpərəstliyindən qalma ayinlər deyilmi.? Bilinmir məqalə yazan aydınlarımız nəyə əsasən atəşpərst olmamışıq deyirlər. Bu gün xalqımız Novruz bayramını dini bayramlardan seçməzlər. Hətda bəzi yerlər Novruz bayramını dini bayramlardan yaxşı yüksək əhval-ruhla keçirirlər.
 Bu gün, Borçalı xalqının toy-düyün şənliyində, “şax gətirmə” mərasimi var. Bu mərasimdə şaxın qabağında yanar çıra aparırlar. Bu əlamət yeni qurulan ailənin gələcəyinə işıqlı səadət verən buta rəmzidir. Xızır ildə bir dəfə hər ocağa (ailəyə) gəlir və o ocağa qazanc və xoş gün nəsib edir. Əfsanədə Xızırın atı da, geyindiyi paltar da, bığının rəngi də göy rəngdə verilir. Bu da təsadüfi deyil. Tanrı inancına görə, göy müqəddəsdir və uçmağın (cənnətin) səkkiz qatının  rəmzirir. Odur ki, türklərdə göy rəng  göydə də, yerdə də müqəddəsdir. Ulu Tanrı səkkizinci qatda göy taxtda oturur. Yazılı qaynaqların bildirdiklərinə görə Əmir Teymur taxtını göy mərmər daşın üzərində qurdurmuşdur. Həmin daş əmir Teymurun türbəsində saxlnılır.                                                                                                                                                                  
          Tarixçi bilginlərin yazdıqlarına görə, Tanrıçılıq ilsırasının qalığı olan  mart yeni il bayramını vaxtı ilə bütün şərq və önasya ölkələri keçirirmişlər. O haqda Fransız astronomu (XIXəsr) K. Flamarion və rus tarixçisi Avdeyev yazırlar:”Yazda ilin yeni gününə düşən bayram şənlikləri, bütün şərq ölkələrində qeyd olunur və böyük təntənə ilə keçirilir. Bu ənənə uzun müddət qədim Xaldeylərdə, Misirlilərdə, Yəhudilərdə, Farslarda,  Yunanlarda, olmuş, Türklərdə isə zamanımıza qədər saxlanılmışdır” deyirlər. 
…     Böyük mütəfəkkir Əbu Reyhan əl-Biruni (XI-əsr) “Novruz bayramına, təbiətin oyanması,əkinçilik təsərrüfatının başlanması ilə əlaqədar dünyəvi bayramdır” deyir.                                                                                                 .    .        Borçalı elatında 1950-illərə qədər tanrıçılıqdan qalma ilsırasını işlədirdilər. Borçalıda işlənən ayları tarixdə qalmaq ücün yazıram.  Tanrıçılıq ilinin ayları  hər ayın 20-sində təzələnir. Məsələn, Martın 21-dən Aprelin 20-nə "Danaqıran" ayı, Aprelin 21-dən Mayın 20-nə,”yağmır” ayı, Mayın 21-dən İyunun 20 “Yaylım” ayı, İyunun 21-dən İyulun 20-nə “Peşqut” ayı,  İyulun 21-dən Avqustun 20-nə “Biçim” ayı, Avqustun 21-dən Sentyabrın 20-nə “Qorabişirən” ayı, Sentybrın 21-dən Oktyardn 20-nə “Xırman”  ayı, Oktyabrın 21-dən Noyabrın 20-nə “Dəyirmanlıq” ayı, Noyabrın 21-dən Dekabrın 31-nə (40 gün) “Böyük çilə”,Yanvarın 1-dən 20-nə qədər (20 gün) “Kiçik cilə”,Yanvarın 21-dən Fevralın 20 –nə “Xızır” ayı, Fevralın 21-dən Martın 20-nə “Bozay”  deyirlər.

                        Xızır kimdir?
           Xızır, tarixi şəxsiyyət olsa da, bütün hadisələrdə mifik obraz kimi iştirak edir. O, Tanrının adamlara bəxş etdiyi odu İstini qisməti gətirir. “Xızır” sözü istilik, qızğınlıq mənasını verdiyi kimi, “İlyaz” da yazı gətirən il mənasını verir. Hər iki ad, bir məqsədin, yəni isti yazın gəlişinin daşıyıcısı olduğunu düşünsək, onları bir varlığa aid etmək olar. Ona görə də, deyə bilərik ki,  Xızır- İlyaz bir şəxsin adı olmuşdur. Ancaq zaman keçdikcə, islamdan bizə gələn yahudi peyğəmbəri İlyasla qarışaraq  adlar ayrılmışlar. İki ayrı-ayrı obrazlar şəklini almışlar. Müsəlmanlıqla əlaqədar, bu gün biz, Xızır- İlyaza, Xıdır Nəbi deyə müraciət edirik. “Xızır” sözü, az qala bu gün unudulmaqdadır.
           
           Azərbaycanın bölgələrindən asılı olaraq, müqəddəs çərşənbələrə müxtəlif adların verilməsi haqda ədəbiyyatlarda bəzi qeydlərə rast gəlinir. Güllü Yoloğlunun ”Novruz çərşənbələrində nədə səhv edirik” adlı elmi publisistik  məqaləsində göstərilən, çərşənbələrin sıralarını diqqətinizə çatdırırıq:1-yalançı çərşənbə (əzəl kül). 2-xəbərçi çərşənbə (cıdırçı, müjdəçi, gül) 3-qara çərşənbə (ölü çərşənbəsi, ölülər bayramı, ata-ana günü) 4-axır çərşənbə (ilaxır çərşənbə, ilin-ayın axır çərşənbəsi) –( Qarapapaqlar dərgisi 2010-cu il,N 3, səh. 36.)
           Burada  müəllif , hər bir çərşənbənin adına uyğun doğruluğunu təsdiq etməyə çalışır. Onu qeyd etmək lazımdır ki, çərşənbələrin hər biri, adət-ənənəmizdə müqəddəs bir varlıq kimi ön plana çəkilir, hər birinin içərisində ilahi qüvvələrinin olduğu  görünür və eyni zamanda Xızır- İlyazla əlaqələndirilir. Ancaq, alimin məqaləsində çərşənbələrin qeyd olunan adları, onların icra olunma müqəddəsliyinə uyğun gəlmir. Ola bilsin ki, bu adları hər hansı bir bölgənin xalqları işlədir, amma bütün türk dünyasına aid etmək düzgün olmazdı. Çərşənbə mərasimlərində əsas ideya, mərasimin icra olunma yolları yox, dörd ünsürün müqəddəsliyinin qorunub saxlanmaq məqsədi durur.
                         Biz Novruz bayramını necə keçirirdik.
             Artıq 25 ildir Azərbaycan xalqı müstəqil dövlətdir. Dövlətin əziz bayramlarından başqa milli bayramları olan Novruz  bayramını da ruh yüksəkliyi ilə keçirirlər. Ancaq  uzun müddət  xalqa qadağan edildiyi üçün bayramın bəzi gələnəkləri unudulmuşdur. Elə ona görə də bizim Alimlərmiz, qabaqcıl bilim adamlarımız, aydınlarımız qocaman milli bayramımızdan öncə keçirilən çərşəmbələrmizin (xaslarmızın)  keçirilmə sıralarını həmişə xalqa yanlış çatdırırlar. Ən qocama “Xızır” sözü istilik, qızğınlıq mənasını verdiyi kimi, “İlyaz” da yazı gətirən il mənasını verir. Hər iki ad, bir məqsədin, yəni isti yazın gəlişinin daşıyıcısı olduğunu düşünsək, onları bir varlığa aid etmək olar. Ona görə də, deyə bilərik ki,  Xızır- İlyaz bir şəxsin adı olmuşdur. Ancaq zaman keçdikcə, islamdan bizə gələn yahudi peyğəmbəri İlyasla qarışaraq  adlar ayrılmışlar. İki ayrı-ayrı obrazlar şəklini almışlar. Müsəlmanlıqla əlaqədar, bu gün biz, Xızır- İlyaza, Xıdır Nəbi deyə müraciət edirik. “Xızır” sözü, az qala bu gün unudulmaqdadır.
“Xızır” sözü istilik, qızğınlıq mənasını verdiyi kimi, “İlyaz” da yazı gətirən il mənasını verir. Hər iki ad, bir məqsədin, yəni isti yazın gəlişinin daşıyıcısı olduğunu düşünsək, onları bir varlığa aid etmək olar. Ona görə də, deyə bilərik ki,  Xızır- İlyaz bir şəxsin adı olmuşdur. Ancaq zaman keçdikcə, islamdan bizə gələn yahudi peyğəmbəri İlyasla qarışaraq  adlar ayrılmışlar. İki ayrı-ayrı obrazlar şəklini almışlar. Müsəlmanlıqla əlaqədar, bu gün biz, Xızır- İlyaza, Xıdır Nəbi deyə müraciət edirik. “Xızır” sözü, az qala bu gün unudulmaqdadır.
n Tanrıçılıq ilinin yadigarı  olan bu bayram çərşənbələrinin sıralanma yolları pozulmuşdur.Bu pozqunluqlara aydınlıq gətirmək üçün, bu yazını yazmaq  qərarına gəldim ki, xalqımız öz qocaman  bayramının tarixindən və  keçirilmə yollarından  qıssa da olsa tanış ola bilsinlər. Çərşənbələıri elə sıralasınlar ki, bütün çərşənbələrimiz və bayramımız Tanrı qanunlarına uyğun olsun. Ona görə də uşaqlığımda şahidi olduğum hadisələrdən və Tanrıçılığa aid bəzi kitablarda rast gəldiyim yazılardan öyrəndiyim çərşənbə və bayram gələnəklərini yazıb, oxuculara çatdırmağı qərara aldım.
Novruz bayramı əhval-ruhiyyəsi, Xıdırnəbi (Xızır) bayramından başlayırdı. Xıdırnəbi (Xızır) bayramı ilə Novruz bayramı arasında olan  6 çərşənbələrin (1950 illərə qədər çərşənbə sözü yox idi. Onun yerinə xas,”yəni təmiz” sözü işlənirdi.) hamısı əziz sayılırdı hamısı da şadlıq şüləni ilə keçirilirdi. 

Bu çərşənbələrin sıralarını aydınlaşdırmağa çalışaq. Tanrıçılıq inancında çərşənbə günü müqəddəs gün hesab edilir və Tanrı özünün bütün möcüzələrini yalnız  bu günlərdə yaradır.O cümlədən də,rəvayət edilir ki, Nurlar nuru olan uluTanrı, ilk birinci çərşənbədə ( fevral aynın 3-cü həftəsinə düşür) Xızır-İlyazı qırxları ilə birlikdə Xızır mağarasından (bəzi rəvayətə görə süd gölündən) çıxıb təbiəti canlandırmağa göndərir..İnsanlar onun gəlişinə qovud süfrəsi açırlar. Xızır daima səfərdə olduğu üçün,o yalnız qovudla qidalanır. Çünkü qovud həmişə hazır olan yeməkdir. Həm də illərlə qalsa da xərəb olmur.Qovudu bir sinidə ya da boşqabda masanın üstünə qoyurlar ki,, Xizir buradan keçəndə qovuddan yesin, evə xeyir-bərəkət versin.Xızıra qovud qoyma adəti vaxtı ilə mərasim şəklində edilmişdir.Qovud bir siniyə tökülürdü, üstünə qırmızı kələğay sərilərdi. Evdə qız var idisə qız qovudu masanın ortasına qoyardı.  Qız olmayan evdə qovudu kiçik yaşlı oğlan qoyardı. (Bu mərasimin özü də Tanrıçılıq inancında, oğlana nisbətən qızın tanrıya daha əziz olduğunu göstərir.) Səhər tezdən evdə olan ailə üzvüləri qovud masasının ətrafına toplanırlar. Aşağdakı nəğməni oxuyurlar və qovudun üstünü açıb,onu şərbət suyunda yoğurub yeyirlər.
   Mən Xızırın nəyiyəm,                          
    Mən Xızırın quluyam.                                                                                                                             Atının ağız gəmiyəm,                                                                                                                        Ayağının nalıyam.          
Boz atının çuluyam                                                                                                              
 Başnın torbasıyam,                                                                                                             
 Xızır payından alasıyam
Qismətimdən dadasıyam.                                                                                                         
Sağ-solunda qalasıyam.                                                                                      
Xızır  yeməyini yedi,                                                                                                                      Tanrıdan bizə pay verdi.                  

 Nəğmə oxunur, bütün ailə üzvü Xızır qovudundan yeyirlər. Sağ-salamat yaşamaları və xoşbəxt həyat sürmələri üçün Allaha alqış edərlər.
            İkinci çərşənbədə Tanrı öz nurunun isti nəfəsini, istəyni insanlara bildirmək üçün, Xızırla yerə odu göndərir.İnsanlar odu şənliklərlə nəğmələrlə qarşılayırlar. Oddan özlərinə yaxşı gün-güzaran, sağlamlıq,uzun ömür və xoşbətlikləri almaq üçün cürə-cürə şadlıqlar, mərasimlər keçirirlər.Çərşənbə şənliyini keçirmək üçün xırmanda şamal (tonqal) qalanır. Qoca,cavan, oğlan, qız hamı şamalın (tonqalın) ətrafında dövrə bağlayıb nəğmə oxuyurlar və şənlik edirlər. Şamalı (tonqal) odu yandırılanda aşağdakı nəğməni oxuyarlar.                                                                                                            Al odum, alovum gəl bizə,
Dərman ver dərdimizə.              
Qara günləri qov getsin,
Qaranlıqları çevir gündüzə.
                        ******
                 Xızır,Xızır xız gətir
                 Var obadan köz gətir.
                 Xızıra xız deyərlər,
                 Xızıra çıraq qoyarlar.      (yəni Xızırın adna şam yandırarlar)
                         ******
          Alovun üstündən tullananda aşağdakı nəğməni oxuyarlar.
               Al qırmızı al alovum,
              Həmişəlik qal alovum.
              Qırmızılığını ver mənə
              Sarılığmı al alovum.
       Üçüncü  çərşənbədə yer (torpaq) çərşənbəsində də yenə xırmanda şamal qalanır ətrafına yığılarlar torpaq mahnılarını oxuya- oxuya şənlik edirlər.
              Gəlir, ömrü gödək bənövşə,
              Gəlir, bəxti sökük bənövşə.
              Gəlir,könlü çökük bənövşə.
              Gəlir boyunu bükük bənövşə.
                        ******
             Xızır,Xızır xız gətir
            Var obadan köz gətir.
            Xızır, Xızır-İlyaz,
            Bitdi çiçək gəldi yaz.
                   ******
             Topa buludlar kükrəyər,
             Qara torpaq imrənər,
              Anam xəmir yoğurar
              Ac-yalavacı doyurar.
                   *******                                                                             
                 Yağışdan yer bulanar
                 Yarıq torpaq sulanar
                  Torpaq bar verər,
                  El-oba dolanar
                     *****  
                  Qar ətəyini yıxşırdı.
                  Qurd-quş hamsı dirildi.
                  Buğda yaşıl don geydi.
                  Oğul-uşaq sevindi.
                      *******  
                  Qarlı dağlar açıldı
                   Çiçək-çəmən saçıldı
                   Torpaq bol bar verdi.
                    Bəxt qapısı açıldı.
                          ******
                   Canım, gözüm ana torpaq.
                  Sən gəl vermə bizə qıtlıq.
                  Yetir bizə bollu nemət.
                 Biz də səndən bulaq qutluq.
                           ******
                   Əkin-bicin zamanı gəldi.
                   Elin- obanın üzü güldü.
                   Torpaq arpa-buğda verdi.
                    Oğul-uşaq sevindi.  
          Torpaq çərşənbəsində “kos-kosa” oynu keçirilir. Kos-kosa oynunda iki nəfər iştirakçı olur. Onun biri cırıq-cındır paltarda qışı təmsil edir. O birisi isə keçəl təzə qırmızi və zınqrovlu, qotazlı geyimdə yazı təmsil edir.
                               Deyişirlər:  
                   Yaz deyir: Əkəndə yox,biçəndə yox,
                                     Gətirirsən qarlı soyux.
                                     Yeyəndə olursan ortax
                                     Deyirsən qardaşına bax.
                                      *******
                    Qış deyir:Yağış qar məndə yağar.
                                     Qarım yerə yorğan olar
                                     Torpağın barı bollnar.
                                     Əkinçinin halı durular
                                          ********
                      Yaz:       Soyuğu  xalqa sırıdın
                                    Yazı özünə qısqandın
                                     Qarı torpağa sərdin
                                      Oğlaqları qırdın.
                                          *******
                     Qış.     Günəşdən kömək aldın                                                                      .  ...                        .  ..Çağladın coşdun ucaldın.   
                                 Axır məndən bac aldın
                                 İlan, çayan çıxartdın.
                                        *********
                      Yaz.     Quşlar səndən qaçar.
                                  Qaranquşlar məndə uçar.
                                  Bülbüllər məndə oxuyar.
                                  Hər bir səfa məndə var.
                                             ********              
          Dördüncü çərşənbədə hava (külək) çərşənbəsini yenə də şamal şənliyi ilə qarşılayırlar.Burda da şamal ətrafında Kosanın, Keçəlin iştirakı ilə şənlik edilir, nəğmələr oxuyurlar.
                           Yel əsər, puçur olar.
                           Ağaclar çiçək açar.
                           Çiçəklər xalı sərər.
                           Uçmaq yolu görünər.         (yəni ölənmizin hamısı cənnətə gedər.)        
                   Qalan külək nəğmələri unudulmuşdur.
         Beşinci çərşənbədə su çərşənbəsi qarşılanır. Bu çərşənbədə də suyun əzizliyi (müqəddəsliyi) yad edilir.Su çərşənbəsilə əlaqədar bir çox adət ənənələr hələ də xalq arasında yaşayır.Su çərşənbəsində evin suyu xüsusi alqış altında təzələnir. Evin qız gəlini bulaqdan təzə su götürür. Axar suyun içindən bərəkət rəmzi olaraq dört daş götürülür. Evin dört küncünə qoyulur. Oğlanlar, qız-- gəlinlər su falına baxırlar. Bir qaba su tökürlər,suya ucuna pambıq bükülmüş iki iynə salırlar,bir dəqiqə gözləyirlər.Bir dəqiqəyə qədər iynələr toqqşarsa,(bir-birinə dəyərsə), arzular çin olar (yernə yetər). Sonra şənlik açıq havada dəvam etdirilər.Oğlanlar-qızlar ortaya su ilə dolu bir qab qoyurlar. Bir nəfər əlində dolça (mən həmişə qız görmüşəm) suyu ətraf səmtlərə (cəhətlərə)çiləyir. Qalanları da xorla aşağdakı“su” nəğməsini oxuyurlar. Bəzəndə xor oxuya-oxuya yallı gedirlər.
                         Topa bulud nəzilsin
.                        Qar suları süzülsün.
                         Dağlar qarı ərisin.
                         Gen dərəni bürüsün.
                               ******
                         Bulud yerindən oynasın
                         Dağı- daşı çalxasın
                         Göydə şimşək parlasın.
                         Gur bulaqlar ağlasın.         (ağlasın o mənadakı, bulağın suyu çoxalsın)         
                                 *******
.                        Bulud inildəyb çaxsın.
                          Dağlardan sellər axsın
                          Günəş ziyasını salsın
                          Tumurcuqlar parlasın.
                               ********
                         Düyün toyu düyülsün
                         Çəmən çiçək düzülsün.
                         Dağlar başı isinsin.
                         Tanrı tacı görünsün
                               ********.
        Tanrıçılıqda olan su inancına demək olar ki, heç bir dində rast gəlinmir. Xeyir iş olan qapıda ilk toy, yığıncaq niyəti su ilə edilir.Uşağa yatan ananın ətrafna, üznə su çilənir, su mahnısı oxunur, Ananın huşitmə halı olduqda axar su xənçərlə çapılır, mahnı oxunur.
Axar-baxarlı suyum.                                                                                                                      Halı  gəlməyə qoyma.                                                                                                                
Təmiz axarlı suyun                                                                                                                       Hala Fürsət vermə
             
           .       *****
Yas düşən qapıda üç gün dolça ilə sərnicdən (vedrədən) su götürüb döpd tərəfəsu atılırhər su atıldıqca mahnı oxunur.
Tanrı yollu məxluqlar,                                                                                                                  Qorxaq cini qovarlar.                                                          
 Suyu verən tanrılar.                                                                                                                   Sudan hasar qurarlar.  və s.   
Yəni ölüm tanrısı Halanası sudan qarxur. Su olan yerdən qaçır.
  
 Altıncı çərşənbə ilaxır çərşənbəsi olur. Çilə ilini yola salma şənliyi qurulur. İlaxır çərşənbədə də öncəkilər kimi tonqal qalanır, Kosa, Keçəl və Keçi iştirak edir. Nəğmələr oxunur.
                      Ələklər, ay ələklər,
                      Çərmənir ağ biləklər.
                      Gəlir axır çərşənbə,
                      Hasil olur diləklər.
        Yəqin ki,ilaxır çərşənbənin də nəğmələri çox olubdur. Ancaq sonralar unudulubdur.
İlaxır çərşənbəsindən sonar Martın 21 Geniş bir xırmanda toy qurulur.Kəndirbaz oyunu və hər cür oyunlar keçirilir Oyunda Kosa, Keçəl və Keçi iştirak edir.Bir çox oyunlardan sonar Kecəl mahnı oxuyur.
A Kosa-Kosa gəlsənə                                                                                                              Gəlib salam versənə                                                                                                                 Kosa bir oyun eylər  
Yığar yağdan, baldan,                                                                                                              Keçəlin toyun eylər.                                                                                                                Hərkəs evinə getsin                                                                                                                Keçəlin paynı gətirsin/                                                                                                               
Kim nə gətirib,şəkər, konfet, qoğal, paxlava və s. Kosanın xurcununa qoyurlar.Kosa ilə Keçəl hərəsi xurcunun bir gözündən tutub,mənimdi deyib dartışdırırlar. Bu ara Keçi gəlib buynuzu ilə Kosanı vurub yıxır. Keçəl qabağına durur. Mahnı oxuyur:
Keçim qıylı-qallıdır.                                                                                                                  Buynuzu qızıl xallıdır                                                                                                               Gəl Kosaya toxunma                                                                                                                 Kosam iki canlıdır.
Keçi Kosanı bir də vurub yıxır. Kosa vay qarnım deyə çığırıb yıxılır. Keçəl yanında oturub, Kosam öldü, kəfənsiz oldü deyə ağlayır. Mahnısı unudulubdur. Bununla toy şadlığı qurtarır.Hər kəs evinə dağılır. Evlərdə bayram şənliyi başlayır. Qohumlar, dostlar bir irinin evinə gedirlət. Küsülüləri barışdşrşrlar.  
            Böyük fars şairi firdovsi hələ IX-əsrdə müqəddəs çərçənbələrin sıralarını nəzmə çəkərək düzmüçdür.O yazır:
"Ən əvvəldə od başladı yanmağa                                                                                                     O verdi hərarət soyuq torpağa                                                                                                      Külək qalxdı sönüncə odun şöləsi                                                                                                 Sərinlikdə axdı suyun çeşməsi.”
         Göründüyü kimi  Firdovsi ən axırda suyun yarandığını deyir. Çünkü bütün varlıqlar, su yaranandan sonar sudan yaranmışlar.
İnternetdə oxuyuruq, əgər biz müsəlmanıqsa demək novruz bayramı bizim deyil. Bu bütpərəstlərin bayramıdır.
Bizim bədbəxtliyimiz ondadır ki, din ilə milləti bir- birindən seçə bilmirik. Bu gün gənclərimizin arasında, sən nə millətsən sorğusu keçirsək  60 bəlkə də çox faizi müsəlmanam deyəcəkdir.Bu baxımdan belə görünür ki, dini təbliğat, milli təbliğatdan güclü aparılır. Bu millisizlik durumunun əsas günahkarları orta məktəbdən başlamış, ali məktəblərə qədər dərs deyən böyük müəllimlər ordusundadır. Əyər bu gün internetdə mən müsəlmanam deyə milli bayramından nmtina edən tapılırsa, demək bu bizim böyük faciəmizdir.  
         Adamın yaranması haqqında bir neçə türk nağılı var.Bilmirəm hansı səbəbdənsə bizim alimlərmiz Novruz bayramının çərşənbələrini “Ağ ana” nağlınln əsasında keçirirlər. Təbiətin canlı şahidi olan dörd ünsürün ilahi sıralarını unudurlar.  hər il  izləyirəm ki bəlkə bu il səhvlərini düzəldələr. Ancaq hələ ki,  bütün cərşənbələri (xasları) yanlış keçirirlər. Xızır (Xıdır nəbi) bayramını da hər il dəyişmədən fevral ayının 13-də edirlər.Yalnız hər 5 ildən bir çərşənbə ayın 13-nə düşür. Qalan vaxtlar çərşənbə ayın 19-na qədər dəyşirilir.Səhvin biri də odur ki, birinci çərşənbədə odu  qarşılamalı olduqları halda,səhvən suyu qarşılayırlar. Üçüncü səhvləri də odur  ki, hər 5 ildən bir ilaxır çilə çərşənbəsini Novruz bayramı ilə birlikdə keçirməli olduqları halda,onu  Torpaq cərşənbəsi ilə birləşdirirlər.    Burada böyük yanlışlığa yol verirlər. Çünkü hər bir çərşənbənin müqəddəslik rəmzinə uyğun keçirilmə qaydası və nəğməsi var. Ona görə də çərşənbələri birləşdirmək olmaz. Borçalıda və Türkmənistanda hər 5 ildən bir ilaxır çərşənbəsini Novruz bayramı ilə birlikdə keçirirlər. İlaxır çərşənbənin Novruz bayramı ilə birləşməsi məntiqə daha uyğundur. Çünkü hər ikisi də bayram niyətlidir. Bayramsayağı da keçirilir.
            İslam dini çərşənbə gününü uğursuz, cümə gününü isə uğurlu gün hesab edir. Şübhəsiz ki, qədim türk təqvimində günlərin özünə məxsus adları olmuşdur. Çünki çərşənbə fars sözü olub,bizə müsəlmanlıqla əlaqədar gəlmişdir. İslam təsiri nəticəsində bir çox adət ənənəmiz kimi günlərin adlarını da unutmuşuq. Türk mifologiyasına görə kainat və onun varlıqları olan dörd ünsür,elə də  Adam və Xızır çərşənbə günü yaranmışlar. Çərşənbənin əzizliyi bayatılarımızda hələ də yaşayır.
                                   “Ələklər ay ələklər,
                                     Çərmənir ağ biləklər.
                                     Gəlir axır çərşənbə,
                                     Hasil olur diləklər.”
            Bu nəğməni ona görə təkrarladıq ki, burada  çərşənbə gününün nəsliyi inkar edilir və onun əzizliyinə (müqəddəsliyinə) işarə vurulur.
            S. Mutəbərizli yazır: “Novruz bayramının nə əfsanəvi şəxsiyyətlərlə, nə atəşpərəstliklə, nə zərdüştlüklə, nə də İslamla Mənşə etibarı ilə bağlılığı yoxdur.” (Elmi axtarışlar 14. Jurnal səh. 15 )
            Mənim fikrimcə S. Mutəbərizli səhvə yol veribdir. Bayramda icra edilən bütün ədat-ənənələrdən çox aydın görünür ki, novruz bayramı tanrıçılıqla və şəxsən Xızırla sıx əlaqəlidir. Son zamanlara qədər yaşlı nəsil novruz bayramını Xızır bayramı adlandırırdılar. Tarixi ədəbiyyatlardan bizə məlumdur ki, e.ə. V əsrdə Fars şahı Cəmşid bayramın adını yeni gün deyə dəyişmişdir. Azərbaycan tarixi  ədəbiyyatlarında Novruz bayramı sözünə yalnız 12. əsrdən etibarən rast gəlinir.
         1940-cı illərə qədər Novruz bayramında keçəl və kosa ilə birlikdə keçi də iştirak edirdi. Kosa, keçəl və keçi birlikdə oyun şənlikləri edirdilər.Qışın rəmzi olan Kosa yaza  hamilə olur. Ətrafda xalq Xorla “ Kosam təkə saqqallıdır. Kosaya toxunmayın, Kosam ikicanlıdır.”deyə, Kosam mahnısını oxuyurdular.  Bayram şənliyinin axırında da, keçi kosanın qarnını buynuzu ilə deşib öldürüdü. Buda yazın qışa qalib gəlmə mübarizəsinin simvolu hesab edilirdi.
          Folklorşünas alim Məhərrəm Qasımlı çərşənbələrin sonralar mərasimə gətirildiyini deyir.  Bu fikir http://isamehdioglu.blogspot.com/2015/11/ans-tv-gunbaxan-verlisin.html http://isamehdioglu.blogspot.com/2015/11/ans-tv-gunbaxan-verlisin.htmldə səhvdir.Tarixdən bizə aydındırki,hər bir yeni yaranan dinin özünün müqəddəs günü olmuşdur.Həmin müqəddəs gündə də o din özünün ainlərini yerinə yetirmişdir.Yahudilik şənbə gününü, xristianlıq bazar gününü,islam cümə gününü seçmişdir.Bu baxımdan da çərşənbə günü odsevərliyin müqəddəs günü olduğunu tam əminliklə deyə bilərik.Odsevərliyin ilk günündən çərşənbənin müqəddəsliyi birdə onunla təstiqlənir ki,islam dini yahudiliyi və xristianlığı ilahi din kimi tanıdığı üçün onların müqəddəs günlərinə toxunmur. Odsevərliyi din kimi qəbul eləmədiyi üçün çərşənbə gününü də nəs gün elan etmişdir.Ancaq islamın çərşənbəni nəs gün elan etməsinə baxmayaraq,türk xalqları arasında çərşənbə hələdə müqəddəs olaraq qalır.   Yuxarıda dediyimiz kimi çərşənbənin müqəddəsliyi tanrçılıq və Xızırla o qədər  sıx əlaqəlidir ki,onu heç cür inkar etmək olmaz. Bütün dini ideologiyalarda Günlər hər şeydən öndə gəlir və dini gələnəklər onun əsasında yaranır. Bu baxımdan Tanrıçılıqda da çərşənbənin müqəddəsliyi mərasimlərdən öncə yaranmışdı
            Bayram olmayan vaxtlarda da çox zaman adət-ənənələrlə əlaqədər bir çox nəğmələrimizdə Xızır adı çəkilir və ondan kömək istənilir.
Ana uşağını çimizdirən zaman onu nəğmə ilə oxşayır.
                      Üzün gülsün, qızarsın,
                      Bəxtin qızıl yazılsın,
                      Xızır sənə su versin
                     Ömrün uzun uzansın.
            Ölümsüzlük arzusu ilə bağlı türk xalqlarında bir çox nağıllar,dastanlar və nəğmələr var. Yuxarıda oxunan nəğmə də Xızırın ölümsüzlük suyu içməsinə və onun əbədi yaşamasına işarədir. Görünür, keçmişdə bu inanc, insanların yaşam tərzi ilə əlaqədar, onların məişətlərinə çox yaxın olmuşdur.Xızır nəinki insanlara xız-istilik gətirir, həm də eşq (aşk, məhəbbət) butası verib, onların yollarını işıqlandırır. O, insanları xəta-bəladan qoruyan müqəddəs bir varlıq olmuşdur. İnsanları qorxulu ölüm saçan ilandan qorumaq üçün oxunan alqış ( dua) yönlü Xızır nəğməsi, bu gün də bəzi bölgələrdə oxunur.

                    “İlan-ilan, şah ilan,
                      Şahmar ilan, şah ilan
                      Xızır İlyaz , o kişi,
                      Bağlayır ilan dişi.” 
           Xurafata görə, bu nəğmə oxunun zaman ilan ona zərər gətirməz.
         Xalqın dilində, Xızırın 40 sayı ilə əlaqəli bir çox əfsanələri yaşamaqdadır. Rəvayətə görə, Xızırın 40 müridi olmuşdur.Onlara bədii ədəbiytlarımızda “Qırxlar” deyə çox rast gəlinir. Güney (Cənubi) Azərbaycan türklərinin əfsanələrində deyilir ki, Xızır Tanrının tapşırığı ilə bəşəriyyəti canlandırdıqdan sonra, qırxları ilə birlikdə Savalan dağındakı,Güney Azərbaycanda Qaf dağındakı “Qırxlar” mağarasına girərək, insanların gözündən qeyb olurlar.Xızır hər yaz dağdakı mağaradan çıxır, göy atını minib yazı gətirir və təkrarən Savalan,Qaf dağına gəlib Qırxlar mağarasında yox olur. Türkiyə türklərinin rəvayətinə görə, aşıq Qaraca oğlan Xızırın qırx müridinə qoşulub dağ mağarasında yox olmuşdur.
           Borçalı rəvayətlərində deyilir ki, Xızır öz qırxları ilə birlikdə 40 gün mömin insanların gözünə görünür, onu çağıranların dadına çatır, xalqla birlikdə olur. Çərşənbə  və bayram şənliklərində iştirak edir.
   
 Bir çox islam təsəvvüfçüləri öz əsərlərində Xızırı islam dininin müasiri kimi vermişlər. Məsələ hədislərində Xızır əlehissəlam deyə  imam Buxari “əmbiya” əsərində,Tirmizi “Təvasir” əsərində, Deyləmi “Müsnəd” əsərində bir peyğəmbər kimi Xızıra müraciət etmişlər. Onlar Xızır sözünün ərəb dilindən götürülməsini bildirərək,yaşıl mənasında işlədildiyini deyirlər. Onu qeyd edim ki, onların fikirləri həqiqətə uyğun deyil.Xızırı ərəbləşdirməklə tanrıçılıq inancının olmadığını təbliğ etməklə çaşqınlıq yaradırlar.
            “Qurani-Kərim”də deyilir: “Hər bir xalqa izah etsin deyə, biz (Allah) həmin xalqın dilində danışan elçi göndərmişik” (14.4).  “Bilmədiklərinizi öyrənmək üçün sizə öz içərinizdən biz Peyğəmbər göndərdik.” (.2,\.250)
 “Qurani-Kərim”in bu ayəsindən aydın olur ki, Ulu Tanrı, hər bir xalqla öz dilində danışan, Allahı təbliğ edən elçi göndərmişdir.
           Ən qədim xalqlardan biri olan türk xalqına, Tanrı onların dilində danışan elçi göndərmişdirmi? Bəli göndərmişdir. Onlar Bilqamıs və Xızırdır. “Peyğəmbər” fars sözü olub lüğəti anlamı “hər şeyi bilən” (bilqamıs) deməkdir. Bu mənada, Bilqamıs sözü də Türk-Azərbaycan dilində “hər şeyi bilən” mənasını verir. Ola bilsin ki, Tövratda adı çəkilən Bilam Bilqamısdır. Çünkü Tövratda Bilam, İzrail xalqının düşməni kimi verilir. Tövrat onu lənətləyir. Bilqamıs dastanında da bilqamıs bir peyğəmbər kimi verilir.Bəlkə də atəşpərəstlik zamanı qədim Türklərin Peyğəmbərlərindən biri olmuşdur. Qafqaz türkləri, erkən zamanlardan xristianlıq və islam dinlərini qəbul etdikləri üçün, öz peyğəmbərlərini unutmuşlar.
          Xızır kimdir? O tarixi şəxsiyyətdir yoxsa mifik obrazdır? Bəli Xızır- İlyaz tarixi şəxsiyyət olmuşdur. Bununla belə, bir çox xalqlarda- Çində Konfisi, hindlilərdə Brahma,Budha, misirlilərdə Oziris, türklərdə Dədə-Qorqud və s. olduğu kimi, Xızır- İlyaz da tədricən mifik obraz halına salınmışdır. “Qurani-Kərim”də (18/63) yazılana görə, Musa (ə.s.) Xızır ilə görüşmüş, ona müridlik etmiş, bilmədiyi elmləri ondan öyrənmişdir. Tarixi bilgilər  sübut etmişdir ki, Musa (ə.s.) tarixi şəxsdir.Demək Xızırda tarixi şəxs olmuşdur. Beləliklə, demək olar ki,Tanrıçılığın təbliğatçısı olan Xızır mifoloji obraz yox, tarixi şəxsiyyət olmuşdur. Xızır- İlyazın dünyaya gəldiyi vaxt məlum olmasa da, “Qurani- Kərim”də Musa peyğəmbərin müasiri, mürşidi kimi verilən Xızırı, tarixi şəxsiyyət kimi tanımağa imkan verir. Bununla da, “Qurani-Kərim”, onun, Lədun (ilahi bilgi) elminin əsasını qoyan bir peyğəmbər kimi tanınmasını təsdiqləyir.
         Azərbaycanda yaşayan bəzi rəvayətlərə və Tövratda verilən məlumatların ehtimalına görə, Xızır- İlyazla Musanın görüşü və ondan dərs alması, Bərbəc (İndiki beş barmaq) dağındakı mağarada olmuşdur. Çox ehtimal ki, bir şəxsiyyət kimi, Xızırın öz adı da olmuşdur. Ona ilahi nur ilə əlaqəli olduğu üçün, qızğın-istilik mənasını verən Xızır adı verilmişdir və “Xızır” sözü, qədim türklərdə müqəddəs sayılmışıdr.
             Xızır haqqında ən çox əfsanə və rəvayət, türk xalqları yaşayan bölgələrdə yayılmışdır. Bu bölgələrdə, onun adı ilə bağlı yer adları var və onların bəziləri müqəddəsləşmişdir. Orta Asiyanın Amu-dərya ətrafında “Xızırxan” adında ərazi mövcuddur. Vaxtilə həmin ərazi müqəddəs torpaq sayılmışdır.
            Ə.  Xəqani əsərlərində tez-tez Xızırın adını bir xilaskar şəxsiyyət və peyğəmbər kimi peyğəmbərlər arasında çəkir.
                    “Bəta, Adəm, Xızır və Musa üçün,                                                                                                           Məna naxışları vurdum hər gün.”
             Burada Xızır peyğəmbərlər sırasındadır. (Ə. Xəqani “Seçilmiş əsərləri” B. 1987 s. 79)  Xəqani kimi şəxsiyyət Xızırı peyğəmbər kimi tanıdığı halda, bizim onu peyğəmbər kimi tanımamağımız onun ruhuna təhqir olar.
         Azərbaycanda “Xızır-Zinda” mağarası, yerli xalqın ziyarətgahı və ibadətgahıdır. Türkiyənin Tarsus bölgəsindəki “Əshabi-Kəhf” mağarası da, Naxçıvandakı "Əshabi-Kəhf" mağarası da,  Xızırın adı ilə bağlıdır. Yerli xalq beşbarmaq dağına Xızır dağı, oradakı mağaraya Xızır mağarası, bulağa isə Xızır bulağı deyirlər. Bu gün də həmin dağ Xızır dağı adı ilə Dağıstan və Azərbaycan türklərinin ziyarətgahıdır. Quba ətrafında da dağ mağarasında Xızır zında adı ilə ziyarətgah var.

       Ümumiyyətlə çox əsrlik, öz dini, tarixi gələnəkləri, ədəbiyyatı olan hər bir xalq başqa bir xalqın təsiri altına düşdükdə, o xalqın maddi və mənəvi mədəniyyətinin təsiri altında qalır. Xalq öz gələnəyini qoruyub saxlamaq üçün, Hökmüran din altında, öz gənələklərini  yad gələnəklə qarışdırmağa məcbur olur. Keçmişlə indi arasında orta bir səviyyə alınır. İki dinin bir növ birləşməsi yaranır. Gələcək din keçmişdən lazımi qaydada nə varsa götürür. Bu qalibliyin qurbanı olan, Qocaman tanrıçılıq dininin Xızır yeni il bayramı e.ə. V əsrdə İran şahı Cəmşid tərəfindən götürmüş zərdüştliyin yeni ili kimi qəbul edilərək  farslaşdırılmışdır. Novruz (yeni gün) bayramı elan etmişdir. Sonralar islam dini imperiya halını alan zaman Novruz bayramını IV- xəlifə Əlinin (656-661) taxta çıxması şərəfinə Əli bayramı elan edilmişdir.  Hətda mərasimə uyğun mahnı da yaratmışlar. Mahnının farscadan tərcüməsi belədir.
                        “Gəl ey bahar bizə səadət gətir.
                          Gəl ey günəş qov bu qəmi, qüssəni,
                          Gəl ey iranın sahibi Əli
                          Çöllərimizin sahibəsi Şahrubanu
                          Alçaldılmış xəlifələrin yası olan Novruz səhəri
                          Ta Əli al geyimlə taxta çıx.” (Türk eli jurnalı 2012 fevral N.2 s. 24) Hal bu ki, həzrət Əli  656 –ci ilin Martında yox, iyul ayında hakimiyyətə gəlmişdir. Bəzi islam tarixçiləri Novruz bayramına bir kinayə kimi topal bayram demişlər. (Novruz bayramı islam ilsırasına tabe olmayaraq hərəkətsiz olduğu üçün bu adı vermişlər)  

           Bir şox müəlliflər ədəbiyyatlarmızda odun (alovun) müqəddəsliyini Zərdüştlüklə əlaqələndirirlər. Eyni zamanda Azərbaycan gələnəklərində (adət-ənənələrində) alovun  rəmzi olan Butanı istər məişət, istərsə də bədii əsərlərdə, tək dilli verirlər.Bəzən də alovu bir çox rəsm əsərlərində yç dilli verirlər. Onu qeyd edim ki, Zərdüştlük inancını qəbul etməyən Qazax, Borçalı, Qarabağ bölgələrində olan ilk xristian abidələrinin üzəeində olan xaçların uclarında bita şəkli döyülmüşdür. Bunlar tanrıçılıqla əlaqəli olan, gələnəklərin  xristianlıqda yaşadılmasından yararlanmışdır. Demək belə aydın olur ki buta tanrıçılıqdan qalma müqəddəslik rəmzidir. Abşeron abidələrində olan  üç dilli alov şəkli zərdüştlük dini inancının müqəddəslik rəmzidir. Bunların fərqinə varmayan tarixçilərimiz hər ikisini də zərdüştlüyə aid edirlər.  Bundan başqa Tanrıçılıqda göyün mavi rəngi müqəddəs sayıldığı üçün yerdəki göy rəngdə müqəddəs sayılmışdır.. Zərdüştlükdə  isə ağ rəng müqəddəs sayılır.Tarix yazarlarının bildirdiklərinə görə Zərdüştlüyün müqəddəs kitabı olan Avesta ilk kərə Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır.  Yadda qalan parçaları isə ikinci kərə islam imperiyası yandırmışdır. Avestanın əldə qalan az parçalarından  belə aydın olur ki, Avesta tanrıçılıqdan və Brahmadan geniş istifadə etmişdir. Elə o səbəbdəndə  Novruz bayramını bütünlüklə öznünküləşdirmişdir. Bu gündə Azərbaycanın ən ycqar kəndlərində uşaqdan böyüyə hamı Tanrı sözünü  Allah sözündən çox işlədir.    

9 Şubat 2016 Salı

Dinin yeniliyə (islahata) ehdiyacı var. (III- söhbət)

         Bildiyimiz kimi, sultani ruh Tanrı zərrəciyi hesab edilir. Ruh ağılı idarə etdiyi kimi, o nəfsi də idarə edir. Sultani ruh,hər şeyə  hakim olduğu halda, bəs necə olur ki,nəfs ruha qalib gəlir. Ağıl şeytana qulluq edir. Ağıllı dediyimiz ilahi ruhu gəzdirən bu adamlar, necə olur ki, yer üzündə bu qədər ağır cinayətlər törədə bilirlər. Günahsız yerə məhv olan minlərlə, milyonlarla ağıllı adamların ruhlarının nalələri necə olur ki, bu faciələrin qabağını ala bilmir. Bu zərbənin ağırlığı böyük bir ölkəni, bəzən də dünyanı silkələyir.
  Ağa Məhəmməd Şah Qacar, Girman şəhərinin bütün kişilərinin gözlərinin çıxarılmasına əmr verdiyi halda, özü də gedib məsciddə namaz qılır, Allahdan bağışlanmasını diləyir. Adolf  Hitler, yüz minlərlə yahudinin ölümünə fərman verir. Günahnı yunaq üçün  kilsəyə gedib Allaha dua edir. Qəddafi, Bəşər Əsəd və başqaları, yüz minlərlə öz xalqının məhvinə əmr verir və girib məscitdə dua edir. Tarixdə yüzlərlə bu cür dəhşətli cinayətkarların törətdikləri faciələrin səbəbkarı kimdir? Əyər bu qanlı faciələri  Allah öncədən planlaşdırmışdırsa, bu səbəbkar Fatehlərin suçu nədir? Quranın Bəqərə surəsinin 255-ci ayəsində deyilir: "Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər. O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir."
Əyər biz, Quranın bu ayəsinə istinad etsək, belə görünür ki, dünyanı qana çalxıyan cəlladlar, qan tökməklə heç bir xəta- günah işlətməmişlər. Onların taleyini Allah necə yazmışdırsa, onlar da elə  hərəkət etmişlər. Eyni zamanda Quranda deyilir ki, insan Allahın ən sevimli bəndəsidir.  Belə olan halda Allahın sevimli bəndəsinə qarşı olan bu uyğunsuzluqlar, bu cinayətlər haqsızlıqlar hardan qaynaqlanır. Doğrudur, dini kitabların hamısında belə suçların-günahların Allah tərəfindən cəzalanmalarından danışılır. Ancaq bu cəzalanmaların vaxtı bilinməz olaraq, qiyamət gününə qədər uzadılır. Belə bir günün gəlişini isə yalnız  Tanrı özü bilir.
 Quran elə bir xəzinədir ki, orada istənilən sorğuya, istənilən cavab tapılır. Quranda 255 ayənin qarşılığı olan bir çox ayələr var. Onlara verilən təvsirlər isə ya köhnəlib, ya da öz dəyərini itiribdir. Onun üçün də belə ayələr yenidən incələnməli və işlənməlidir.
   Elm dərinliklərə nüfuz etdikcə,yeni yeni kəşflər edildikcə Tanrının da yeni-yeni sirləri aşkar edilr. Bütün dinlərin içində bütün göy üzünü ayrılmaz bir Tanrı hesab edən tanrıçılıq dininin ideyasını  bu günün elmin müasir axtarışları da təstiqləməyə başlayır. Elm göydə şüurlu sferanın olmasını qəbul edir  Həmin şüurlu sferaya biz Tanrı deyib vəhyilər qəbul edirik. Elim isə ona  Noosfer deyərək ondan siqnallar qəbul etdiyini deyir.
  Artıq  bütün dinlərin qocaldığını, insanların mənəviyyatlarını, mənəvi ruhlarını, dinin  təmin etmədiklərini adamlar başa düşürlər. Xalq dində, ilahi baxışlarda müasirliyi və mütərəqqiliyi təmin edən dinin varlığını görmək istəyir. Bu istəyi də bu günkü dinlərdəki, müasirləşmələr, islahatlar yerinə yetirə bilər.
           Bəzən bu günkü zamanımızda bizim din alimlərimiz, elə səviyyəsiz, ağıl kəsməz, hətda sağlamlığa zərərli hədislər edirlər ki, adam dinləmək belə istəmir. 2015 il mayın 2-sində, Kanal 12 TV-də din alimi hədisində insanların yüksək hərarət verməklə gedən ağır xəstəliklərinə bəraət qazandırarak, dedi ki, xəstələr nə qədər yüksək hərarətlə çox yatsalar, ağır xəstəliklərdən əziyyət çəksələr, bir o qədər də günahlarının tökülməsi çox olar. Belə ağır və uzun müddətli yatan xəstələr öləndə onların cənnətə getməsindən ağız dolusu danışdı. Bu günkü ruhanilərmizin belə yanlış təbliğatları, dindar insanların xəstəliklərə qarşı mübarizə ruhlarını öldürmək  təbliğatından başqa bir şey deyil. Mən heç cür inana bilmirəm ki, elmin belə yüksək zirvədə olan bir zamanında, ölüm gətirən xəstəliklərə bəraət verən, insan tapılsın. Ancaq onları bu gün aramızda görürük. Belə hədislərin xalq arasında aparılması, ən zərərli bir təbliğatdır. Belə hədislərin dini təbliğatlardan çıxarılması şox vacib bir məsələdir. Belə hallarda bütün aydınlar öz etirazlarını bildirməlidilər. Elə bunun üçün də dində yeniləşməyə (islahata) ehdiyac var.
Bütün dinlərdə bu cür ağılın dərk edə bilmədiyi uyğunsuzluqlar mövcuddur.  Bu günkü insanların təfəkkürü, ayələri təhlil edən zaman, bir çox ayələrin hədislərdəki, yanlış açıqlamalarını  qəbul etmir. Ona görə də bu gün dinlərdə islahatların aparılması çox vacib şərtlərdən biridir.
        Qurani kərimin əl- Maidə surəsinin 33-cü ayəsində deyilir:”Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi, Allahdan cəza olaraq sağ əllərini kəsin”. Quranda zina edən qadının daş-qalaqla öldürülməsinə verilən göstəriş haqda bir neçə yerdə ayə var. Bu gün Quranın bu ayəlri işləyirmi? Bunlar bu günkü islam əhlinə lazımdırmı? Əlbətdə yox, lazım deyil. Demək xalqın özü yazısız olaraq  Quran ayələrində islahat aparır. Bu gün bu qanun həyata keçirilsə gündə minlərlə insanın əli kəsilər ya da minlərlə insan daş-qalaqla öldürülər. Demək Quranda bir çox belə qanunlar var ki, onların işlək dövrü çoxdan keçibdir. Onların saxlanılması qeyri mümkündür. Bunlar üçün dini islahatlar lazımdır. Onsuz da öz-özlüyündə islahatlar hissolunmadan gedir. Ancaq belə islahatların elə də yararlı əhəmiyyəti olmur.
Göründüyü kimi, VII-VIII- əsrlərdə formalaşmış islam dini dünyagörüşü öz dövrünün təfəkkür məntiqinə uyğun olduğu üçün o qəbul olunmuşdur. Bu gün isə XXI əsr insanının dünyagörüşünü hazırkı elmi nailiyyətlər formalaşdırır. Ancaq dini dayaqlar, dini təfəkkür isə VII-VIII- əsr dini dünyagörüşü ilə öz varlığını yaşatmağa çalışır. Bunun nəticəsidir ki, elmlə dinin vəhdətində olan boşluğu doldurmaq olmur. Özünün dini ehtiyacını ödəməyə çalışan gənc təfəkkür sahibi isə öz dini psixoloji təfəkkür mənəviyyatının ehtiyacını ödəyə bilən dini yollar axtarır. Bu səbəbdən də, son zamanlar yağışdan sonrakı göbələk kimi, meydana çıxan bir çox məshəblərdən,  eləsinə rast gəlinir ki, son halda hətta gəncləri fanatikliyə aparır. Bu günkü gənclik hər bir hadisənin təhlilində onu qane edən dəlil axtarır. Hər hansı bir dini məzhəb onların müasir dini dünyagörüşünə uyğun gəlmədikdə, yenidən başqa bir məzhəb axtarışına çıxırlar. Bu axtarışların da son nəticəsini biz görürük. Gənclərimizin sədaları ya da meyitləri, Əfqanıstandan, Ərəbistandan gəlir.
Bəs görəsən gənclərdə yaranmış bu dini biganəliyin, boşluğun səbəbi nədir? Məlumdur ki, bu günkü gənclər yüksək təhlil qabiliyyətinə malik olan yüksək intellektual səviyyəli  gənclərdir. Ona görə də, hər bir sadəlövh inanclar onların dini mənəviyyatını ödəmir.
Bunun da səbəbi odur ki, bütün dinlər öz təbliğatlarını “Vacibül-Vücud” fəlsəfi dünyagörüşü çərçivəsində aparırlar. Ona görə də elmlə din arasında uçurumlu boşluq yaranır. Təfsirçilər Quran ayələrini də Vacibül-Vücud dünyagörüşü anlamında dindarlara izah edirlər. Bu da bu günkü elmi baxışlarla bir çox hallarda ziddiyyətlilik təşkil edir. Vacibül-Vücud dini-fəlsəfi dünyagörüşü, bu günkü sivilizasiyanın iştirakçısı olan yüksək intellektual təfəkkürə malik gənclərimizi qane etmir.
Müasir zamana cavab verən Vəhdəti-Vücud dini-fəlsəfi dünyagörüşü çərçivəsində,  elmi baxışlara əsaslanan Quran ayələrinin izahına bu günkü dindarların xüsusilə gənclərin böyük ehtiyacı var. Belə olan halda elmlə dinin vəhdətindən qidalanan müqəddəs ayələrdəki zəngin mənalar həm də gənclərə düzgün çatdırılar, həm də gənclərdə dinə inamın artırılması yaranar. Belə  olan halda gənclər ilahi dinin varlığını  daha da dərindən qəbul edərlər. Bu gün Allahı tanımağın, onu dərk etməyin yolu,yalnız Vəhdəti-Vücud fəlsəfi dünyagörüşündən keçir. Vəhdəti-Vücud (varlığın birliyi) fəlsəfəsinin əsasını qoyan Mənsur Həllacın, İbn Ərəbinin, Ş.Suhraverdinin, İbn Xəldunun F. Nəiminin,S.Y.Bakuvinin, Asif atanın əsərlərinin çap olunmasına xalq arasında,xüsusilə elm adamları, aydınlar arasında ehtiyac duyulur. Elə bu səbəbdən  də dində islahatın olması zərurəti yaranır. İslahatın olmasını zəruri edən bəzi məsələləri də qeyd etmək  lazımdır.
Qurani-kərimin 7/34 ayəsini “Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər” deyilir. 13/39 ayəsini “Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar”deyilir. Ayələrin açıqlama hədisi, vacibül-vücud fəlsəfəsinin tərəfdarı olan din xadimlərinə görə şərhi, verildikdə deyilir ki, Allahın qəza-qədəri dəyişməzdir. Məsələ əgər yazıda qəza- qədərin gəlib çatıbsa, həmin anda da Əzrail o canı alacaqdır. Bir an nə geri, nə də irəli ola bilməz. Bu təvsirə, bu hədisə qarşı çıxan dinsiz hesab edilir və islama düşmən kimi damğalanır. Bəzi çağdaş din xadimləri, zamana uyğun olaraq vəhdəti- vücud fəlsəfəsi çərçivəsində şərh edirlər. Din alimlərindən Şeyxül islam ibn Kamal Paşazadə və Nihat  Xatiboğlu Qurani- kərimin həmin ayəsini şərh edərkən yazırlar: Allah insanın etdiyi dualara və verdiyi sədəqələrə görə o şəxsin ömrünü dəyişdirər. Etdiyi dualardan Allah razı qalarsa və verdiyi sədəqə ilə insanları sevindirərsə, yaxşılıqların dərəcəsindən asılı olaraq allah o şəxsin ömrünü uzadar.” Göründüyü kimi cavabda vacibül –vücud fəlsəfəsinin əksi olan vəhdəti –vücud fəlsəfəsinin dünya görüşündən istifsdə edilmişdir. Bu ideyanın özü hədisdə  islahatdır. Qəza və qədər anlayışına yeni baxış deməkdır.
 Qurana görə dinimizdə haram buyrulan, bəzi yeməklərin yeyilməsi, bəzilərinin məişətdə işlədilməsi məsləhət bilinməyən bir çox hallarla müasir müsəlman razılaşmır. Quranın hökmünə görə müsəlman qız başqa dinə qulluq edən kişiyə ərə gedə bilməz. Müsəlman qadını çadralı olar. Qadınların yalnız topuğu və gözü açıq olar. Müsəlman musiqi dinləməz. Müsəlman nə qədər çox ibadət etsə bir o qədər qazancda, savabda olar. Müsəlman gündə 5 kərə fərz namazı, 19 kərə (dəfə) naflə namazı qılmalıdır. Bu gün bu hökmlər qorunurmu? Əlbətdə yox qorunmur. Bu gün  toylarımız, digər yığıncaqlarımız qadağan olan yeməklərsiz keçmir. əhalinin 80-90%-i sarımsaq işlədir. Cəmiyyətin intellektual təfəkkürü və tələbi ilə istər-istəməz razılaşmalı olunur. Islam dinində olan cəza qanunlarının çoxu bu gün ləğv edilmişdir. O qanunları cəmiyyət qəbul etmir.
Islam şəriətində qədağan olunmuş qidaların yeyilməsi, bayat xörəklərin yeyilməsi, musiqinin çalınması,  kişi yığıncaqlarında (məclislərində) qadınların olması və qadınların bədənlərinin çox hissələrinin görünməsi haram, günah və qadağa sayılır. Dinimizdəki qadağalara baxmayaraq, bu gün şənliklərimizi musiqisiz, və qadınsız təsəvvür etmək mümkün deyil. Soyuducularda həftələrlə bayat xörəklər saxlanılır.  Bunlar artıq məişətmizə ənənə kimi daxil olmuşdur. Bu gün qəbul elədiymiz məişət yenilikləri, xalqın dində elədikləri islahatlar deyilmi?
       Musiqi Tanrının insana verdiyi şadlıq instinqti tərəfindən yaradılmışdır. Demək insanda olan musiqi duyğusu da insana Allah tərəfindən verilmişdir.Bu da maddi qida kimi mənəvi qidadır. Musiqisiz şadlıq  ola bilməz. Musiqini ləğv etmək Allaha qarşı üsyan etməyə bərabərdir.
        Hələ XVI-əsrdə Çişti təriqətinə qulluq edən Hindistsnın sultanı,Sultan Əkbər Cəlaləddin Məhəmməd ölkəsində qadınların çadra örtmələrini qədqğan eləmişdir. Çadrasız gəzməyin islam dininə heç bir pozqunluq (ziyan) vermədiyini demişdir. O gündən də hindistan müsəlmanlarında çadra görükmür. Belə bir göstəriş XVI-cı y.y. üçün böyük yenilik, islahat olmuşdur. Eyni zamanda o dünyanın hər yerindən alimləri hindistana toplamış, Hindistanı elm mərkəzi eləmişdir. Dinlər arasındakı rəqabəti ləğv eləmişdir. Bütün dinlərin bir-birinə hörmətlə yanaşı yaşamaqlarına fərman vermişdir. Özü buddistlə evlənməklə, müxtəlif dinlərin evliliynə icazə vermişdir. İslam dinini zamanının tələblərinə uyğunlaşdırmışdı. Hindli müsəlmanlar bu gün də Sultan Əkbərin etdiyi yenilklə islam dinini yaşadırlar. Bu hal özü dində islahat deməkdir. Vəhdəti-vücud nəzəriyyəsinin tərəftarı olan təriqət əhliləri, dini zamanla əlaqədar yaşatmaq üçün, təriqətlər içərisində dinə bir çox yeniliklər gətirdilər. bunun köməyi ilə islam dini altında islam dünyasında bir çox yeniliklər kəşflər oldu.  Böyük kitabxanalar yarandı Tibb eliminə, təbiət elimlərinə, astranomiyaya aid elmi mərkəzlər yarandı. Islam dünyası çiçəklənməyə başladı.
       Vacibül-vücud fəlsəfəsi tərəfdarları, öz tənəzzüllərini gördükdə Hökmüranların əllərilə vəhdəti-vücudçu alimləri  M.Həllacı, İbn Fərabini, Suhraverdiləri, Nəimini, Nəsimini və başqa bir çoxlarını məhv edilir. Birçox elm mərkəzləri kitabxanalar dağıdıldı, yandırıldı.  
       Bir çox adlı-sanlı təriqət başçıları yox edildi. XVI-əsrdə hökmüran olan şah Təhmasibin 1533 ildə verdiyi fərmanın bir bəndinə nəzər salaq “Ney çalanların barmağı qırılsın.Təbil çalanlar, təbil çubuqları ilə döyülsün”.  “Quranda olmayan elimlər qədağan edilsin”. Bu səbədən də, Şah İsmailin yaratdığı, şərqin bilik  mərkəzi sayılan Şah kitabxanası 1534-cü ildə bağlanır. Kitabxanadan istifadə qadağan edilir. Son halda kitabxana ləğv olundu. Marağa və Uluqbəy rəsədxanaları dağıdıldı. Fateh sultan Məhəmmədin göstərişilə gələcəyin alimləri  olan 5000 yenilikçi vəhdəti-vücut təriqətçiləri yandırılır. Sultan Süleyman qanuni, vəhdəti-vücud təriqət mürşidini 12 müridi ilə birlikdə edam edir. Yalnlız ruhani biliyin öyrənilməsi təbliğ olunur. Bununla da İslam dünyası dünya bilik ocaqlarından məhrum olurlar, yenidən fanatikliyə yuvarlanır. Şübhəsiz ki, bu da islam mədəniyyətinin geriləməsinə, tənəzzülünə, xüsusilə  türk dünyası elminin şərqdə geriləməsinə  səbəb olmuşdur. Bu geriləmənin səbəbidir ki, bu gün Avropa şərqə kinayəli baxır.
Islahatların vacibliyini göstərən səbəblərdən biri də odur ki, dində qədər və qəzanı alın yazısı kimi zəruri olan, ilahi hökm kimi qəbul edilən bir çox hallar, bu gün dindarların çoxları tərəfindən qəbul edilmir. Şəriətdə xəstəliklər günahların tökülməsi və ya bağışlanması üçün Allahdan gəldiyi, Allahın insanlara sınaq üçün göndərdiyi bəla hesab edilir. Onlara qarşı peyvənd və müalicə yolları günah sayılır. Uzun müddət meyiti yarıb iç orqanlarını öyrənmək böyük günah (ağır cinayət) sayılmışdır. Bu gün şəriətin bu qanunlarını müdafiə etməyin özü  böyük cinayətdir.
 Tanrının özü insana  100 il ilə 140 il arası ömür vermişdir. Tanrı qanununa görə 100 yaşdan aşağa baş verən ölümlərin hamısı, əcəlsiz ölüm  hesab edilir.100 dən yuxarı isə Tanrı qədəri əcəl ölümü hesab edilir. Tanrının dəyşirilməz bu qanunu bütün canlılara aitdir.
 Bu gün elm də həmin ideyanı təstiq edərək, isbat etmiçdir ki, insanın orqanizması 100-140 il yaşamağa qadirdir. Elmin indi təstəqlədiyi bu sübutu Tanrı milyon il bundan öncə qanunlaşdırmışdır. Tanrının bu inkar edilməz qanununu dindarlar hələ də qəbul eləmək istəmirlər. Bununla da dindarlar Allahın yaratdığı çox vacib bir qanuna qarşı çıxırlar.
Dinin bu zərurəti, bu günkü dünyagörüşü ilə həmahəng görünmür. Bu zərurəti qəbul edən şəxs, istər-istəməz, həyatını qədərin ixtiyarına verdiyi üçün çox hallarda sağlamlığını və yaşamını itirir. Yaşamaq uğurunda mübarizə qanununa qarşı çıxır.
Bir həkim kimi 50 illik təcrübəmdə bir çox ölüm ayağında olanların (kliniki ölümün) inadkar tibbi yardımı nəticəsində, yenidən həyata qayıtmalarının şahidi olmuşam. Kliniki ölümdən qayıdanların, yenidən  40-50 il yaşamaları dində olan qədər zərurətini inkar edir.
Artıq zaman yetişmişdir. Dinin təməlini möhkəmlətmək və eyni zamanda insanların sağlamlığını müdafiə etmək üçün, dində yeniliyin, islahatın aparılmasına ehtiyac var və bu edilməlidir!
    Quranın 11-ci surəsinin 114-cü ayəsində deyilir: "Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl!" Quranın bu ayəsindən aydın olur ki, Peyğəmbər (s.v.s.) beş vaxt namaz qılsa da, o bir hökm kimi Quranda namazın vaxtını təyin edən zaman çox ağıllı, müdrikliyi ilə gələcəyi görmüş,  gələcək insanların, möminlərin həyat şəraitini öncədən bilmişdir.  “Namazı gündüzün hər iki başında”, yəni gün çıxan və gün batan zaman, eləcədə “gecənin istənilən vaxtında” qılınsın demişdir.
       Bir çox din alimləri hədislərdə Peyğəmbərin və səhabələrinin 5 vaxt namaz qıldığını söyləmişlər. Elə də sünnəyə əsasən bu gün dindarlar 5 vaxt namaz qılırlar.
       Dünyanın surətlə dəyişdiyi bir vaxtda bütün günü işlə məşğul olan dindarın beş dəfə namaz qılmaq imkanının məhdud olduğunu o öncədən görmüşdür.. Belə bir zamanı düşünən dindarların dindən uzaqlaşmamaları üçün üç dəfə namaz qılmağı da doğru bilmişdir. Dindar beş vaxt namazın qılınmasının mümkünsüz olduğunu biləndə ondan imtina da edə bilər. Bu da tədricən İslamdan uzaqlaşmağa səbəb olar. Bu gün zamanla ayaqlaşmaq gərək. Gənclərin psixologiyasını nəzərə alaraq dində islahatın həyata keçirilməsi məsləhətdir və zəruridir.  Sovet dövləti zamanında 1930-35-ci illərə qədər, 9 yaşından yuxarı hamı namaz qılarmış, Bu gün əhalinin ancaq bir, iki %-i namaz qılır. Bu hal dindən uzaqlaşma deyilmi?
 Din ən qədim və ən mürəkkəb bir inam yolu olduğu üçün onda islahatın aparılması çətin bir məsələdir. Ancaq bu gün bunun aparılması vacibdir.
  Məndən qabaq bir çox müdriklərimiz, aydınlarımız İslam dinində olan mühafizəkarlıqları görmüşlər. Müəyyən təkliflər də vermişlər ancaq bu təkliflərə Vacibül-Vücut dünyagörüşlü mühafizəkar ruhanilər saldrqan (aqressiv) yanaşaraq, onları allahsızlar kimi damğalamışlar, öldürmüşlər, edam edilmişlər. M.F. Axundazə yazır: "Bir də müəllif istəmir ki, xalq ateist olsun, dinsiz və imansız olsun. Müəllifin məqsədi İslam dininin əsrə və zəmanəyə müvafiq olaraq protestantinizmə (İslahata-yeniliyə İ.M.) möhtac olduğunu göstərməkdir."  (Kamalidd Dövlə məktubları. B. 1985 s-164) Axundzadə hələ öz zamanında dinin islahata ehdiyacının olmasını göstərir. O, ən böyük islahatı sünnü və şiyə məshəbləri arasında aparmağı məsləhət görərək yazır: " Dini birliyin əldə edilməsi vasitələrindən biri də iki məshəbin (sünnü və şiyə) arasındakı, dini təəssübü aradan qaldırmaqdır. Buna da mollaların və ruhanilərin köməyi ilə nail olmaq mümkündür." (M.F. Axundzadə "Aldanmış Kəvakib" B. 1985, s-74)                .    Axundzadənin bu mütərəqqi ideyası, fikiri bu gündə lazımlı olaraq qalır.         Dində mühafizəkarlıq qüvvətli bir yol olduğu üçün, ayrı-ayrı məshəb ruhanilərinin vahid ideyadan çıxış etmələri çətin məsələdir. Bu ideyanın həyata keçirilməsi üçün “din üzrə dövlət qurumunun” qarışması və vahid bir konsepsiya vasitəsi ilə tədricən onların birliyinə nail olunması mümkündür. Bu birliyi də yalnız Vəhdəti-Vücut fəlsəfəsinin təbliği çərçivəsində həyata keçirmək olar.
Ailədən başlamış hələ uşaqlıq, gənclik və yetginlik yaşlarında dini tərbiyəni, elmin tərəqqisi yolu ilə yanaşı aparmaq dinin  müasirləşməsinə yardım edə bilər. Ailədə tərbiyə alan gənc bu günkü dini dünyagörüşün elmdən geri qaldığını görərək, məktəb həyatında elmi tərbiyə alan zaman onda istər-istəməz ikili dünyagörüşü yaranır, gənc ikiləşir. Bu aldığı tərbiyənin hansı düzgündür deyə fikirləşir, düşünür və özündə sorğu-suval yaradır. O zaman o həqiqəti axtarır. Bu axtarış onu bəzən yanlış yollara aparır. Bu hallar olmasın deyə, din ocaqlarında elə bir dini mühid yaranmalıdır, dini dünyagörüşü formalaşmalıdır ki, bu hal elmlə dinin sıx vəhdəti əsasında formalaşsın. Elə ona görə də dində islahatın aparılması üçün hazırkı dini tərbiyə və təbliğat üsulu olan Vacibül-Vücut fəlsəfəsindən imtina edərək, Vəhdəti-Vücut fəlsəfəsi çərçivəsində dini təbliğatlara keçməyin çoxdan zamanı çatmışdır.
 Bu gün Vəhdəti-Vücut dünyagörüşünün təbliği mümkündürmü? Onu qeyd etmək lazımdır ki, bu gün dünya müsəlmanlarının din xadimləri, mütəsəvvüfləri, dini məktəblər, dini institutlar və dini akademiyalar hamısı Vacibül-Vücut fəlsəfəsinin çərçivəsində çıxış edirlər. Bütün şəriət və hədislər Vacibül-Vücut din ehkam yolu ilə edilir. Ancaq buna baxmayaraq, bu günkü ruhanilərin də təfəkkürü XXI- əsrin məhsuludur. Elmin nailiyyətlərini onlara göstərən zaman onlar bu nailiyyətləri qəbul edirlər. Artıq elm adamlarının tonqalda yandırılma, şaqqalanma və asılma üsulları keçmişdə qaldı. Bu gün yalnız o qalır ki,vəhdəti-vücut fəlsəfəsinin təbliği başlansın, onun doğru yol olduğu göstərilsin və inandırılsın..
  Demək olar ki, bu gün Vəhdəti-Vücut banilərinin M. Həllacın, İbn Ərəbinin, Suhraverdinin, Xunəçinin, Bakuvinin, Nəiminin davamçıları yoxdur. Onların yaratdıqları haqqa ulaşma yolu olan Vəhdəti-Vücut fəlsəfəsi unudulmuşdur. Ona görə də Vəhdəti-Vücut fəlsəfəsini yenidən canlandırmaq üçün , adları çəkilən müdriklərin əsərlərindən istifadə edərək  yeni zamanla ayaqlaşan vəhdəti-vücudçular yaranmalıdılar. Bu günkü mənəviyyətə uyğun olaraq, təriqətin yenidən canlaması və quranın vəhdəti-vücud fəlsəfəsi əsasında yeni təvsiri lazımdır. Bu sahədə davamlı və inatkar iş aparılarsa, müasir elmlə dinin vəhdətini yaradan bir dini dünyagörüşü yaranacaqdır ki, bu da gənclərin beynəlmiləl tərbiyəsinə müsbət təsir edə bilər. Bu gün istifadə olunan dini ehkamlar VIII-X yüzilliyin dünyagörüşü əsasında yaradılmışlar və bu gündə olduğu kimi həmin ehkamlar davam etdirilir. Artıq biz XXI yüzillikdə yaşayırıq. İnsanların təfəkkürləri inkşaf edən elmlə əlaqədar tamamilə dəyişmişdir. Zamanın hökmünü dindarlar başa düşməli, zamanla ayaqlaşmalı və Vacibül-Vücut fəlsəfəsinin dövrünün qurtardığını qəbul etməlidilər və özlərini Vəhdəti-Vücut dünyagörüşü əsasında hazırlamalıdılar.

Dinin yeniliyə (islahata) ehtiyacı var. (II-ci söhbət)

         Hər bir din özündən öncəki dindən mütərəqqi olsa da, bir çox hallarda öz ibtidailiyini saxlamaqdadır. Bu gün heç bir din çağdaş dönəmlə ayaqlaşa bilmir. O səbəbdən də, dinlərin hamısının zamanla ayaqlaşan yeniliklərə ehdiyaci var. Bunlara baxmayaraq insanlarda mütləq varlığa inam ehdiycı həmişə olmuşdur, gələcəkdə də olmalıdır. Ancaq dində hər hansı bir yeniliklərdən söhbət gedən zaman, ruhanilər, dində yeniliklərin aparılmasının mümkünsüzlüyünü deyərək, qəti etirazlarını bildirirlər. Ancaq onu dərk eləmirlər ki, elə bir din yoxdur ki, ona yeniliklər əlavə edilməsin. Bir müsəlman kimi mən yalnız islamda vaxtaşarı yaranan yeniliklərdən söhbət açmaq məqsədindəyəm.
          İslamın ilk illərində Peyğəmbərin (s.v.s), və dörd xəlifələrin vaxtında yalnız qurana əsaslanan şəriət hökm sürürdü. Hətda belə bir sərəncam da verilmişdi ki, Quranda olmayan əlavələr bidət sayılsın. İslam imperiyası yarananda, imperiya idarəçiliyinin idarə etməsində boşluqlar yarandıqca, bu boşluqları doldurmaq üçün hədisçilər yarandı. Hədisçilər də şəriətdə söz demək hüququna malik oldular. Bax bu islamda ilk yenilik oldu. İslam imperiyası, şərqə, qərbə yayıldıqca hədislər də azlıq təşkil elədi. Bu zaman imamların Qurana əsaslanan ideoloji şəriətləri yəni, məzhəbləri yarandı. Beləliklə bir Allahın, bir quranın beş məzhəbi yarandı. Hər bir məzhəb özünə məxsus yol-şəriət seçdi. Bu da islam dininin ikinci yeniliyi (islahatı) oldu. İslam imperiyası böyüdükcə, genişləndikcə  artıq məzhəblər də dini görüşlərin ehdiyacını ödəyə bilmədi. Yaranan çətinliklər, yeni bir islam yolunun olmasına ehdiyac duydu və bu ehdiyacı, təriqətlər ödədilər. Hər bir təriqət başcısı dinə yeni bir təriqət yolu gətirdi. Bu da dinə olan üçüncü böyük yenilik (islahat) idi. Bundan sonra da, dinə bir çox yeniliklər daxil oldu. İslamın ilk dövrlərində yaradılmış bir çox şəriət qadağaları (musiqi, rəsm, bəzi ölkələrdə çadranın ləğvi və s.) tədricən unuduldu. Bunların hamısı dinə gətirilən yeniliklərdir. Bu zamanın tələbidir. Belə də olmalıdır. Yeri gəldikcə onlar haqqında söhbət ediləcəkdir.
         Təxminən 2000-ci illərdə, bir yas məclisində molla, Adəm (ə.s.) haqqında hədis söyləyirdi. O, insanların əcdadı olan Adəm peyğəmbərin, Tanrı tərəfindən 8 min il öncə yaradıldığını, onun qabırğasından isə Həvvanı düzəlddiyini və onlardan  da bütün xalqların yarandığını   söyləyirdi. Məclisdən bir müəllim, mollanın hədisinə etiraz edərək, insanın yaranışının, bir neçə yüz min illər öncə olmasının və qadının kişi qabrqasından yaranmasının nağıl, (əfsanə)  olmsını  bildirərək dedi ki, “ay molla xahiş edirəm cavan, qoca olan belə böyük məclislərdə elə söhbətlər edin ki,xalqda sizə qarşı inam yaransın. Məclisdə mənim tələbələrim oturur. Onlara mən deyirəm ki, 300-400 min il öncə bizim ulu babalarımız Azıx mağarasında yaşamışlar. Sizin söznüzü eşidən gənc tələbələrim yəqin ki, tərəddüd içərisində qalıblar. Onlar sən deyənəmi inansınlar, yosa mən deyənəmi inansınlar. Bayaqda 60 yaşlı Züleyxanı 20 yaşlı qız eləyib, Yusif peyğəmbərə verdin. Sizin söhbətinizi etika xətrinə dinləyirik. Artıq zamanla ayaqlaşmaq lazımdır. Belə ağlabatmaz nağılları həqiqət kimi danışmayın.” 
Mollanın hədisini bayaqdan çox sakit və nəzakətlə dinləyənlərin çoxunun müəllimin sözünə dayaq olduqlarını gördüm. Evə gəldim Quranın tərcüməsini açıb yenidən bir də oxudum, gördüm müəllim haqlı imiş. Adəmin və Həvvanın yaranması, haqqında Quranda tamamilə başqa cür yazılar var.. Dini hədisdə deylənlərin  heç biri Quranda yoxdur. Quranın 15-ci surəsinin  26-cı ayəsində deyilir: “Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq”.Ayənin deyilişindən aydın görünür ki, burada söhbət Adəm peyğəmbərdən yox, İnsanın yaranmasından gedir. 7-ci surənin 189-cu ayəsində deyilir: “Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət eləmək üçün ondan zövcəsini yaradan odur”Yəni Allahdır..Yenə də burada söz aydınlaşmamışdır “ondan” sözünü müxtəlif cür başa düşmək olar. Quranda deyilən “ondan zövcəsini yaradan odur.”O yaratdığını palçıqdanmı, yoxsa ki,  insandanmı yaratdı? Bu məsələ Quranda örtülü qalır. Eyni zamanda Qyranda Züleyxanın yenidən cavanlaşması və Yusifə ərə getməsi haqqında söhbət edilmir.      Bəs Quranda göstərilmədiyi halda hədislərimizdə geniş yer alan, müasir təfəkkürün məntiqinə sığışmayan bu nağıllar, rəvayətlər haradan qaynaqlanmışdır?
Bu sorğuların cavabını tapmaq üçün Tövratı vərəqlədim. Tövratda “Yaradılış kitabı”nın, “Dünyanın yaradılması” başlığında deyilir: 2/7-də “”Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”.2/21-də deyilir: “O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o, yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasından birini götürdü və yerini ətlə örtdü.” 2/22-də deyilir: “Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.” Göründüyü kimi, Tövratda açıq aydın insan yaratdıq deyir Adəm ə.s. ın adı Tövratda da çəkilmir.
Tövratda olan bir çox rəvayət və mifləri oxuduqda məlum olur ki, Tövrat özündən öncə Misir və Mesopotomiya xalqı arasında mövcud olan bir çox əfsanə və nağıllardan istifadə etmişdir.  Yəni Tövratda olanlar əfsanə və mifdən başqa bir şey deyil. Bu zaman belə bir sorğu yaranır. Tövratda olan nağılı, Quran təsdiq eləmədiyi halda, ruhanilər o yalan nağılı bizə niyi sırıyırlar.
Məlumdur ki, adamın yaranması haqqında hər bir xalqın özünə məxsus əfsanəsi (nağılı) var. Odur ki, adam haqqında olan Şumer  əfsanəsi, qədim Misir əfsanəsilə çarpazlaşaraq, e. ə. 6-cı minillikdə yaşamş şəxsiyyət olan Adəm peğəmbər əfsanələşmiş və mifoloji obraz şəklini almışdır.
Quranın təfsirçiləri tərəfindən, Quran ayələri izah edilən zaman, hədisçilər Quran ayələrinə fikir vermədən, Tövratda qeyd olunan mifoloji dünyagörüşləri, olduğu kimi islam hədislərinə köçürmüşlər. Hədisçilər Quranın ayəsində olan çox dəyərli   bir incəliyə, insanın yaranması haqqında olan Quran ayələrinin Tövratla, tamam fərqli  olmalarına fikir verməmişlər. Tövratdakı ayələr elmi dəlillərə tamamilə yad olduğu halda, Qurandakı ayələr  ilahi qanuna uyğun verilir və insanın təfəkküründə inam yaradır, həm də elmi dəlillərə uyğun gəlir.
Quranda deyilir ki, “Biz insanı qoxumuş qara palçıqdan yaratdıq”.( 15/26) Bu ayə nə dərəcədə həqiqətə uyğundur? Onu araşdırmağa çalışaq.  Onlardan Quranın ayəsinə ən yaxın olanı, türk xalq əfsanəsidir.
Alim mifoloq Mirəli Seyidov “Qam-Şam və onun qaynaqlarına baxış” əsərində yazır ki, qədim türklərin miflərində adamın yaranması haqqında deyilir ki, buludlar çaxnaşdı, şimşək oynadı, yağış yağdı, yerdə palçıqlı sular əmələ gəldi, mağaralara doldu. Günəşin istisi mağaradakı sulu palçığı qızdırdı, Həmin palçıqdanTanrı adamı yaratdı.Türklərin ulu babaları belə yarandı.”
Göründüyü kimi, qədim türk mifinin ideoloji ruhu, Misir mifinə nisbətən, Quran ayəsinin ruhuna daha yaxındır. Mifdən aydın olur ki, dünya varlıqlarının yaranmasında Allahin yaratdığı dörd müqəddəs varlıqların (odun, torpağın, havanın, suyun) hamısı iştirak edir. Uzun müddət mağaralarda qalıb qoxumuş palçıqdan Allah insanı yaradır. Bu dünyagörüşü həm Allahın varlığını bizə bildirir, həm də elmi nəzəriyyəyə  çox uyğun gəlir və özünü təsdiqləyir. Aydın olur ki, Peyğəmbər semit yox, türk mifinə yaxın ayə buyurmuşdur. Bu da aydın deyil ki, nə səbəbə hədisçilər insanın yaranması hədisində Quranı yox Tövratı əsas götürmüşlər. Axı islam dinində Tövrat yox, Quran əsas dəlildir.  
Tövratın 2/7-də, Quranın 7/189-da “Sizi tək bir nəfərdən xəlq edən odur”deyilən ayənin də əksinə olaraq, bütün dünya xalqlarının bir adamdan yaranmalarını inkar edən bir çox dindar müdriklər və alimlər olmuşlar. Belə inkarçı dəlillərdən biri də odur ki, insanların rənglərinə, antrapoloji quruluşlarına, boylarına, xasiyyətlərinə, adət-ənənələrinə, dillərinə və sair göstəricilərinə görə o qədər müxtəlifdilər ki, Tövratın dediyi,onların tək bir insandan yox, Quranın dediyi kimi, Allahın kəraməti ilə, qoxumuş köhnə palçıqdan yaranmalarına inanmaq olar.  Demək islamın təfsirçiləri və hədisçiləri, hədislərini Quranın hökmünə zidd olaraq, Tövratın əsasənda yaratmışlar. Bununla da çaşqınlığa yol vermişlər.1400 ildən artıq bir zamandı ki, bu yanlış dini baxış təbliğatı gedir. İndi Quran ayələrinə uyğun yeni hədis yaradılsa, bu şəriətə yenilik deyilmi. Əlbətdə yenilikdir.
2015-ci ilin Aprel ayında Ərəbistanın Suriya ölkəsində din yolunda vuruşan Azərbaycanlıların məhkəməsində dindirmə (istintaq) zamanı tutsaqlardan (məhkumlardan) biri dedi ki, “mən oraya din qardaşlarıma yardımda şəhid olmaq üçün getmişdim”.Soruşanda ki, bəs nə üçün şəhid olmadın. Cavabında “əsir düşdüyüm üçün öldürmədilər” dedi. İkinci tutsaq daha dəhşətli mənzərə yaratdı. “Mən ailəliklə şəhid olmağa getmişdim” dedi. Bu görünən mənzərə bizə nəyi deyir. Demək ölkədə  gənclər din yolunda şəhidlik rütbəsini vətən yolunda şəhid olmaqdan üstün tuturlar. Ona görə də belə bir acınacaqlı mənzərə yaranır. Gənclər arasında belə bir dini baxışın yaranması da səbəbsiz deyil. Quranı- kərimdə deyilir:” "Qoy dünyanı verib, əvəzində axirəti satın alanlar. Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat veriləcək”(4/74) (22/58).Yəni şəhidlik mükafatı veriləcək.
“Allah yolunda öldürülənlərə (şəhid olanlara),ölü deməyin,əksinə onlar (Allah dərgahında) diridilər.(2/154) (3/156).“Ey mömünlər kafirlərlə qarşılaşdığınız zaman boyunlarını vurun. Onları məğlub etdikdə əl-ayaqlarını bağlayın. Müharibə bitdikdən sonra onları fidyə (mal və pul) müqabilində azad edin.”
Ayələrin deyiliş formalarından da görünür kü, Quran insanları Allah yolunda, din yolunda ölümə çağırır. Deyir əgər sən Allah və din yolunda ölürsənsə, o zaman əbədi yaşar olursan, cənnətdə yüksək məqam tutursan. Bu məzmunlu ayələrdən də pis niyətli  mövhumatçılar özlərinin siyasətlərinə uyğun istifadə edirlər.
İslamı milli ideologiya səviyyəsinə qaldırmaq üçün, belə bir təbliğat islamın imperiya dövründə  lazım idi və onu həyata keçirirdilər. Döyüşçünü Allah və din yolunda ölmək üçün imperiyanın bir ucundan başqa ucuna döyüşə aparırdılar. Bu gün islam imperiyası yoxdur. Bu gün bir çox islam-müsəlman dövlətləri var. Bu gün islam din xadimlərinin özləri, Quranın 4/93 “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası,əbədi qalacağı Cəhənnəmdir”. Ayəsini tapdalayırlar. Bu gün islam, islama qarşı vuruşur. Bu gün müsəlman, müsəlmanı öldürür. Belə bir zamanda vahid islam cihadının təbliğatı, müsəlmanlar üçün zərər verməkdən başqa heç bir xeyir verə bilməz. Din xadimləri, din uğurunda aparılan ölüm-dirim təbliğatını, elə bir yöndə aparırlar ki, orada vətən, oğul-uşaq sevgisi söhbəti olmur. By günkü dini təbliğat vətənsiz Allah, vətənsiz din yğurunda ölümü təbliğ edir.  Belə təbliğat əksinə gənclərdə vətən sevgisini öldürür. Onun əvəzinə ümumi islam sevgisi yaradır ki, nəticədə də gənclər vətən uğurunda yox, vətəndən uzaqlarda ölürlər. Demək şəhidlik məqamının  təbliğatını başqa məqama yönəltmək lazımdır. Qurani- kərimdə torpağı, oğul –uşağı müdafiə ətməyə çağıran ayələr də var. Nə səbəbdənsə onlar təbliğ olunmurlar. Quranda deyilir:” Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan, və çıxartmağa kömək edən kimsələrlə dostluq etməyinizi qadağan edir.”(60/9) Quran çox aydın halda səni yurdundan qovanla, qovmağa çalışanla vuruş deyir. Əgər yurdunu və yurdundakıları qoruyan zaman ölərsənsə şəhid olarsan deyir. Demək Quran  vətəni, torpağı, ailəni qorumaq məqamında  ölməyi şəhidlik hesab edir. Onun üçün də dini hədisləri müasir zaman və şəraitə uyğun məcralara yönəltmək lazımdır. Artıq bizim din alimlərimiz başa düşməlidilər ki, İslam imperiyası yoxdur. Bu gün islam dininə qulluq edən millətlər bir-birini qırır. Islam millətinin özü bir-birinin düşməni olubdur. Ona görə də, zaman dində islahatların aparılmasını tələb edir.  
  Çağdaş din xadimləri heç cür dində islahatların aparılmasını qəbul etmirlər. 7-8-ci yüzillikdə yazılmış dini ehkamları, hədisləri 21-yüzillikdə yaşatmağa çalışırlar. O din xadimlərinə bildirmək lazımdır ki, islam dininin yaradıcısı olan Məhəmməd (s.v.s.) dən 100 il sonra Quranın hökmü ilə islam imperiyasını idarə etmək mümkün olmadığını görən, islam mütəfəkkirləri dində islahata başlamışlar və sonrakı 100 il ərzində 5-6 kərə dində islahatlar aparılmışdır. Bu islahatların icra olunma yollarına məzhəblər deyilmişdir.
 İslamda yeniliyin ehdiyacını duyan İmam Əzəm 80-150 (699-767). İmam Malik 93-179 (711-793). İmam Əl- Şafi 150/240 (767-240). İmam Hənbəli 164-241 (780-855).və nəhyət İmam Əlidən sonra yaranmış Şiəlik məzhəblərini yaratmışlar. Bu məzhəblərin banilərinin hər biri özünə məxsus dində yeniliklər (islahatlar) etmişlər. Bundan sonra da vaxtaşırı bir çox xırda islahatlar həyata keçirilmişdir. Məsələ şəriətlə yasaq hesab edilən musiqi qadağaları təsəvvüfçü sofilərin səyləri nəticəsində unudulmuşdur. Qədim Tanrıçılıq dininin ibadət yolu olan səma oynunu Mövlanə Rumi islamlaşdırmışdır. Şeytan yemi hesab edilən, bayat xörəklərin qadağaları, 20-ci yüzillikdə soyuducunun ixtirası nəticəsində unudulmuşdur. Zamanla əlaqədar təharət unudulmaqdadır. Şeytan yuvası hesab edilən dırnağın kəsilməsi qadınlar arasında unudulmaqdadır. Bunların hamısı islama gətirilən xırda islahatlardır. Hər bir həyat hadisələrinin zamanla əlaqədar yenilikləşməyə ehdiyacı var. Yoxsa o yaşaya bilməz. Məhv olmağa məhkumdur.

Dinlər dönəmə uyğun pilləli yüksəlmə (təkamül) yolu keçməsə yaşamaz. (I-söhbət).


   Ölçüyə gəlməyən ucsuz- bucaqsız kainatda, dünyada və eləcə də təbiətdə olan qanunauyğunluqları, bitkilərdə, canlılarda, ən nəhayət adamların bioloji və fizioloji varlıqlarında olan qanunauyğunluqları görəndə istər istəməz belə bir son qərara gəlinir ki, bəşəriyyətin, saya-hesaba gəlməyən bir çox müxtəlifliklərinin, bir tənzimləyici qüvvəsi var. Bu qüvvənin inkşaf proseslərini, dövriyyələrini, çox müxtəlif olaylarını, müəyyən ölçülü  qanunlar çərçivəsinə salan bir  qüvvə var. Belə bir qüvvə də yalnız və yalnəz hər şeyə qadir olanTanrı ola bilər.
Teizmini müdafiə edən din alimləri həmişə təkamül yolunu inkar etmişlər və hələ də inkar edirlər. Deizmi müdafiə edən din alimləri təkamül yolunu bir ilahi qanun kimi qəbul etmişlər. Ona görə də həmişə onlar dinsiz, kafir adı ilə damğalanmışlar. Çox hallarda edam edilmişlər. Ateistlər isə təbiətdə olan təkamül yolunun həyat üçün vacib, teizmdən və deizmdən kənar bir qanuna uyğunluq olduğunu isbat etməyə çalışmışlar, hələ də çalışırlar. Darvinin təkamül nəzəriyyəsi ateistlərin ideologiyalarına bir dayaq olmuşdur. Ancaq onu qeyd etmək lazımdır ki, Darvinə qədər  bir çox təsəvvüfçü alimlər  ondan öncə pilləli yüksəlmə nəzəriyyəsini  söyləmişlər. Mütəsəvviflərin yazdıqlarına əsasən demək olar ki, təkamül nəzəriyyəsi Darvinin ixtirası olmamışdır. Darvin ondan öncə olan qarışıq pilləli inkişaf nəzəriyyəsini elmi sistemə salmışdır.
 Hələ insanlar mağara həyatında yaşadıqları zaman onlarda dini dünya görüşləri formalaşmağa başlamışdır.Adamların ilk tərbiyələnmələrinin, ilk mədəniyyətlərinin formalaşmasında dinin böyük rolu olmuşdur. Bütün əxlaq normaları ibtidai din əsasında yaradılıb inkşaf etmişdir. İnsanlar arasında din içtimai sosiologiyanın əsasını qoymuşdur. Ona görə də ilk yaradılan elm din ilə bağlı, çox zaman dinə tabe halda inkşaf etmişdir. Ancaq bu birlik müəyyən müddətdən sonra tədricən ayrılmağa başlayır. Elm inkşaf edir özünün yeni kəşfləri ilə dindən uzaqlaşır. Din isə mühafizəkar mövqe tutduğuna görə öz yerində sayır. Tədricən dindarlar arasında elmə qısqanclıq yaranır. Elmi naliyətləri, yeni-yeni kəşfləri ruhanilər şeytan əməli hesab edərək elmə qarşı müharibə elan edirlər. Bu andan da bir çox elm adamları dinin düşməni kimi edam edilirlər. Yaratdıqları kəşflər, əsərlər Allahın hökmünə zidd əsərlər kimi məhv edilir. 
  Dinsiz elmi kəşflər dünyanı məhvə apardığı kimi, elmsiz dində cəmiyyəti məhvə aparar. Yer üzündə əminamanlığın, ədalətin, haqqın qalib gəlməsi üçün, din ilə elmin vəhdəti vacibdir. Bu vəhdətin vacibliyi dünyanı çiçəkləndirə bilər. Elm maddi mədəniyyətin mayası olduğu kimi, din də mənəviyyatın mayasıdır.  
Həm dində, həm də elmdə, ən çox söz-söhbətə səbəb olan mövzu, adamın (insanın) yaranması haqqında olan mifoloji baxışlardır. Bu haqda hər bir xalqın özünə məxsus mifoloji görüşü var. Yüzlərlə olan mifaloji görüşlər arasından biz yalnız iki, Semit xlqının və Türk xalqının mifoloji görüşlərini araşdırmağa çalışacağıq.
I-.Semit (Yəhudi,Xristian, İslam) dinlərinin  mifoloqiyası.Tövratda  deyilir ki,  “Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”. (Yaradılış 2/7). "O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə doldurdu. (yaradılış 2/21)" "Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. (yaradılış 2/22)" Bunların evliliyindən də dünya insanları yarandı. Bu dini dünyagörüşünü Xristianlıq və İslam dinləri də müdafiə edirlər.
II-.Türk mifologiyası: İnsanın yaranması haqqında Türkün üç əfsanəsi (nağılı) var. Üçü də bir birindən zəngindir. Mifdə deyilir: “Göy üzündə tək olan Tanrı Qaraxan darıxırdı. Nə yaradım ki darıxmayım və həmişə anılım dedi. Bu zaman dənizin ağ köbükləri arasından bir qadın xəyalı göründü. Məni yarat dedi. Tanrı yerə yağışlar yağdırdı. Dağların palçıqlı sel-suları, mağaralara doldu, yağış kəsdi, günəş doğdu. Üzü günəşə olan mağaralaradakı, isti palçıqdan qadını yaratdı. Ona gözəllik, incəlik,naz verdi. Ovucuna palçıq qoyub sevib-sevilməyini özün yarat dedi. Günəş az düşən mağaradakı palçıqdan kişini yaratdı. Ona güc, qüvvət məğrurluq verdi. Qadını qoru dedi. Ovcuna palçıq qoyub, xoşbəxtliyini özün yarat dedi. Onlar Mağaralardan  çıxıb görüşdülər, çoxalıb dünyaya yayıldılar. Türkün ulu dədəsi və nənəsi belə yarandı.(M. Seyidov “ Azərbaycan mifik təfəkkürünün qaynaqları” 1983) və (N.S.Banarlı”Türk ədəbiyatı tarixi”İstanbul 1971).  
III-.Çağdaş mifologiya.  Zamanımızın bir çox alimləri ( Rus arxiologiya alimi Qeorqiy Sidorov ) yeni mif yaratmışlar. Onların yaratdıqları fərziyyəyə görə, bir çox milyon illər öncə yad planetlərdən gələn adamlar olmuşlar. Onlar yerdə nəhəng mədəniyyətlər qurmuşlar. Yer Meymunları ilə çütləşərək, bu günkü insanların əcdadlarını yaratmışlar. Yer insanları da onlara allah demişlər. onlar  bir zaman yerdə allahlıq etmişlər  və sonralar hər hansı səbəbdənsə məhv olmuşlar. Bu dırnaqarası alimlər öz fərziyələrini yer üzündə rast gələn nəhəng tikililərin olması ilə və arxioloji qazıntılar zamanı nəhəng insan sümüklərinin tapılması ilə izah edirlər.
Elmin çağdaş nailiyyətləri və təfəkkürün  bu günkü yüksəlişləri qarşısında belə bir sadəlöhv,ağıla batmaz fərziyyəni eşidəndə adamı təəccüb götürür. Belə bir alimləri hansı zamanın adamlarına aid etmək olar deyə fikirləşirsən.. Alimlərin dedikləri fərziyəni, başqa planetlərdən “allah adamların” gəlməsi ideyasını,  yetgin təfəkkür ona görə inkar edir ki, əyər yad planetlərdən  allah adamlar gəlib yerdə mədəniyyət yaratsaydılar, o zaman yerdə mədəniyyət birdən- birə yaranmış olaradı. Bu gün biz bildiyimiz daş dövründən başlamış pilləli təkamül yolunu, atom dövrünə qədər olan bu uzun yolu keçməzdi.
 Arxeoloqların aşkar etdikləri nəhəng adam sümüklərini sübut gətirən alimlərə bildirmək lazımdır ki, nəhəng Dinazavrları yetişdirən, 1500 kq. Ağırlığında yumurta doğan nəhəng quşu yetişdirən torpaq, nəhəng adamları da yetişdirə bilərdi.Tapılan nəhəng adamlar Dinazavr dövrünün adamlarıdır. Çaşıb onları nahaq yerə başqa planetlərə göndərməsinlər.
 Başqa planetlərdən gələn allah adamlarla meymunların  çütləşməsindən insanların yaranmaları isə insanları təhqir edən bir cəfəngiyyatdır. Çünkü ulu tanrının genetika qanununa görə, uyğunliğu olmayan genlərin qondarma yolla birləşmələrindən yaranan varlıqların yaradıcılıq (nəsilvermə) qabiliyətləri olmur. Bunu min illərdir adamlar öz həyatlarında sınaqdan çıxartmışlar.10 min ildir insanlar Qatrdan istifadə edirlər. Ama hələ də ondan nəsil almamışlar.  Buyruqqulu adam yaratmaq istəyi ilə Hitler və Stalin insanların meymunla çütləşməsindən Meymun-insan almışlar. Ancaq nəsil vermə bacarıqları olmamışdır.  
      Yuxarda gösərilən miflərin deyilişlərindən, onların bir-birindən fərqliliyi çox aydın görünür. Birinin digərindən mükəmməlliyi, yüksək pilləliyi, tədricən inkişaf etməsi özünü göstərir. İbtidai Misir-Ərəb əfsanəsindən, Türk əfsanəsi daha da mükəmməl və ağılabatan olduğu aydın görünür. Çağdaş mif isə boş uydurmadır.
        Bibliiyada  yer alan misir- ərəb əfsanəsi təfəkkür baxımından o qədər də inandırıcı görünmür. Deyildiyi kimi, Allah, insanın qabırğasından Həvvanı yaratdığı üçün, gərək bu gün də insanların artımı qabrqaları vasitsi ilə ola idi. Kişi ilə qadının qabrqasında fərq olmalı idi. Bu gün bu uyğunsuzluq  yoxdur. Semit dinlərinə görə Adəmin yaranması 8000 ildir. Ancaq elm sübut edir ki, Adamın yaranması milyon ildən artıqdır.
  Quranda deyilir: “ Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü”.(7/22). Demək ərəb əfsanəsində insanın yaranmasında Şeytan Allahla ortaqdır. İnsan orqanının bir hissəsinin yaranması Allahın, ayıb yerlərinin yaranması isə Şeytanın xidmətidir. Belə görünür ki, mif Səbaizmdəndə istifadə etmişdir.  Bu mif Şeytana, Allahla yanaşı durma hüququ verir. Bu isə  Allahın ol dedi oldu doktrinasına ziddir. Belə olan halda insan Allaha xidmət etdiyi kimi Şeytana da xidmət etməlidir.  Türk əfsanəsində isə  insanın yaranmasında Şeytan iştirak etmir.  Həm də Quranda göstərildiyi kimi, Tanrı insanı qoxumuş köhnə palçıqdan yaradır.
        Əyər, bütün xalqların bir ata-anadan yarandığını qəbul ediriksə, onda bütün adamlar bir-birinə oxşamalı idi. Bir dildə danışmalı idi. Biz xalqların müxtəlif rənglərdə, müxtəlif  boylarda, müxtəlif xasiyyətlərdə, müxtəlif adət-ənənələrdə, müxtılif dillərdə olduqlarını bilirik və görürük. Afrikalılar,uzaq asyalılar və avropalılar, heç cür bir atadan,bir anadan ola bilməzlər. Bunların hamısı əfsanədir.
        Ancaq biz  Türk mifologiyasını araşdırdıqda, içərisində bir çox ağlabatan görüşlərin olduğunu aşkarlayırıq. Eyni zamanda mifin deyilişi elmi dəlillərə uyğun gəlir.
      Müqəddəs dini kitabların hamısı (Tövrat,İncil,Quran) ilk adamın yaranmasını insan deyə təqdim edir. Söhbət ümumi varlıq olan insandan gedir. Orada Adəm peyğəmbərin adı çəkilmir. Belə olan halda, aydın olmayan səbəbə görə şəriətdə və hədisdə ilk insan kimi Adəm peyğəmbərin adı çəkilir və ilk yaradıcı kimi Adəm
təbliğ olunur. Azı 3000 illərdir  dində olan bu yanlışlıq, rəvayət və hədislərdə höküm sürür.Tək bu deyil dini hədislərdə Quranla təstiq olunmayan bir çox belə yanlışlıqlar hədislərdə çoxdur.
Heç şübhəsiz ki,124 min peyğəmbərin də 124 min dini olmuşdur. Onlar öz dövrlərini yaşamışlar. Tədricən hamısı da unudulmuşdur. Bu gün,  başlıca olaraq, dörd əsas Buddaçılıq, Yahudilik, Xristianlıq və İslamçılıq dinləri bir səma dini kimi yaşamaqdadırlar. Hər bir din, öz növbəsində doğru ilahi yol olmuş, hər biri öz  dönəmində aparıcı din olaraq yaşamışdır və bu gün də yaşayır.
       Avstraliyada aparılan qazıntıların elmi açıxlamaları nəticəsində alimlər belə bir qərara gəlmişlər ki,ən azı tək hüceyrəlilərin əmələ gəlmə prosesi 3,5 milyard il, tək hüceyrəlilərin çox hüceyrəlilərə keçmə prosesi 800 milyon il,çox hüceyrəlilərdən skeletin əmələ gəlmə prosesi 550 milyon il, onurğalıların yaranması halı 300 milyon il, insanın yaranması isə 4 milyon il öncələrdə baş vermişdir. Elmi axtarışların çıxartdıqları nətəcələrə fikir versək, təkamülün ardıcıllığı tədricən qısalır. Bu da ilahi qanunların getdikcə təkmilləşdiyini göstərir. Azərbaycanın Azıx mağarasında yaşayan insanın 400  min il öncədən yaşamasını elm təstiqləmişdir.
Eyni zamanda Darvinizm tərəfdarları balığın genetik oxşarlığının meymuna yaxın olduğunu, Meymunun da geninin insan geninə yaxın olduğunu, insan xromosomunun 46, meymun xromosomunun 48 olmasını və insanla meymunun bətn dölünün 8 aya qədər eyni yollarla inkişaf etməsini sübut kimi gətirərək, bütün canlıların bir kökdən olduğunu isbat etməyə çalışırlar. (Az.wikipedia.org /wiki/təkamül nəzəriyəsi)
Onu qeyd etmək lazımdır ki, döldə olan ilk oxşarlıqların, genetik kodun və ya D.N.T-nin, D.N.K.nın, xromosomun oxşarlığı o demək deyil ki, onların hamısı bir kökdən yaranmışlar. Bu oxşarlıq ona görə var ki, bütün canlılar eyni görünməz varlıqların və eyni torpağın məhsuludular. Yaradıcı isə tək bir Tanrıdır. Mütləq varlıq olan Tanrının torpaqdan yaratdığı bütün canlılarda hər hansı bir uyğunluğun olması şübhəsizdir. Çünkü bu hadisədə iki böyük varlıq Tanrı və torpaq vəhdət halında iştirak edirlər. Ona görə də təbiətdə olan bütün varlıqların az və ya çox dərəcədə oxşarlığı olacaqdır və olmalıdır. Min kilometrlərlə bir- birindən aralı olan soxulcanların, palçıq qurdlarının, milçəklərin bütün genetik kodları ya eyni, ya da çox yaxındır.
       Yuxarda göstərilən elmi sübutlar,dini kitablarda olan bəzi qeydlərin əfsanə olmasını göstərməsi, ona zəmanət vermir ki, yuxarda qeyd olunan hadisələr öz-özünə tanrının iştirakı olmadan yaranmış və inkişaf etmişlər. Bütün bu proseslərin hamısı Tanrı qanunları əsasında inkişaf etmişdir. Həmin ilahi  qanun bu gün də dəvam edir və inkişafdadır. Biz kainatla müqaisədə o qədər qısa ömürlüyük kü, belə qısa müşahidələrmizlə onu heç zaman dərk edə bilmərik.
Yaranmış varlığın ən alisi olan insanın mənşəyi, uzun əsrlərdən bəri elmi axtarışların diqqət mərkəzində duran, hələ də mütləq həllini tapmayan məsələlərdəndir. Heç cür qəbul etmək olmaz ki, afrikalılar, kitaylar və avropalılar biogenetik və antripoloji cəhətdən bir kökdən gəlmə gələn varlıqlar olsunlar. Onların hər biri ayrılıqda yaranmışlar və təkamül yolu keçmişlər. Ancaq ümumiləşmiş genetik uyğunluqları olmalıdır ona görə ki, hər üçünün yaradıcısi Tanrı, yaranşı torpaq olmuşdur. Hər üçü də Tanrı ilə torpağın vəhdətinin məhsuludular.
        Mövlanə Rumi yazır: “İnsan cansız olan varlıqdan nəbati halına, nəbati halından heyvani halına, oradan da insanət halına ulaşdı.”
Nəimi deyir: “Bu aləm əbədi, dövrü inkşaf prosesindədir. Hər bir canlı varlığın əvvəlki pilləsi özündən sonra gələn pillənin başlanğıcıdır.”Nəiminin bu fəlsəfi dünyagörüşü heçdə dinin varlığını inkar etmir. Nəsimi “Kainat yalnız dövrü inkişaf prosesidir” deməklkə, vacibül-vücud fəlsəfəsini inkar edərək, vəhdəti-vücud fəlsəfəsini qəbul edir. 
İbn Xəldun yazır: “Bitkilərin ən yüksək növündən heyvanların ən sadə növü, heyvanların sadə növündən mürəkkəb heyvanlar, ən yüksək növ heyvanlardan da insanlar törəmişlər.”
Fərabi “İdeal cəmiyyətə baxışlar”,Qəzvini”Əcaib əl-məxluqat”əsərində insanın təkamül yolu ilə yaranmasını qəbul etmişlər.Fərabi, Qəzvini və  İbn Xəldun  eyni ilə vəhdəti- vücud fəlsəfəsini müdafiə etmişdir.
Adları və fikirləri yuxarda qeyd olunan müdriklərin hamısı insanın yaranma prosesini dini kitablara uyğun izah edirlər. Ancaq hədislərdə göstərilən ehkamları inkar edirlər və hamısı vahid bir ideyadan çıxış edərək bütün varlıqların, o cümlədən də insanın uzun müddətli təkamül yolu ilə yarandığını təsdiqləyirlər.
        Bəhdəti- vücud təriqətçiləri bildirirlər ki Tanrının iradəsində olan  bir gün, yerin 50 min ilinə bərabərdir. Bu fikiri Quran da təstiqləyir. Quranda deyilir. ”Rəbbin dərgahında bir gün sizin saydığınızın min ili kimidir” (22/47). “O göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə ona yüksəlir.”(32/5) “ Mələklər və Ruh (Cəbrail), onun dərgahına 50 min il olan, bir gündə qalxarlar”.(70/4). Bu ayələr açıq-aydın təkamül qanununun olduğunu təstiqləyir. Quranda bir çox belə “ Vəhdəti-vücud dünyagörüşlü ayələr var. Ancaq çox yazıqlar olsun ki, din alimləri tərəfindən düzgün və geniş işıqlandırılmayır. Quranın təvsirçiləri yozumları ilk baxışdan yanləş olaraq, vacibül-vücud dünyagörüşünə uyğun yozmuşlar və bu günə qədər də səhv olaraq təbliğ edilir. Bu ilahi qanunu hər bir müşahidəci insan, öz həyatında sınaya bilər. Elmi dəlillərə görə kainatda bir cox günəş sistemi var. Demək Tanrının cazibə qanununa görə günəş sistemi də bir- biri ilə əlaqəlidir. Mənim gözlə gördüyüm günəş sisteminə tabe olan Quyryqlu ylduzu ikinci kərə 20 ildən sonra gördüm və belə bir nəticəyə gəldim ki, Quyruqlu ulduzun bir ili yerin 20 ilinə bərabərdir. Belə olan halda bir çox günəşli olan kainatın bir günü heç şübhəsiz ki, yerin 50 min ilinə bəlkə də daha çox ilinə bərabər ola bilər. Demək Qurani- kərinin bildirdiyi kimi Allah insanı öznün bir günündə,yerin isə 50 min ilində yaratmışdır. Bu təkamül yoludur. Bu gün elm daha irəli gedərək, Tanrının bir gününün yerin 230 milyon gününə bərabər olmasını dəqiq hesablaməşdır. Bu baxımdan Quranla elmin nəticələri bir- birini tamamlayır. Yazıqlar olsun ki, ruhanilər Qurandakı bu möcüzəni görməyərək, hədislərə tövratda olan yalanları, nağılları salmışlar. 1400 ildir ki xalqa yalan danışırlar.
           Şübhəsiz ki, din də belə bir tədrici və pilləli bir inkişaf yolu keçmişdir. Din də başqa ictimai proseslər kimi, ibtidaidən aliliyə doğru inkişaf etmişdir. Sonra yaranan din, özündən əvvəlki dinə nisbətən daha mükəmməl və daha inandırıcı olmuşdur.
Tarixi mənbələrdən göründüyü kimi, ilk yaranan antik mədəniyət tanrılarla sıx əlaqəli halda yaranır.Yaranan ilk sivilizasiya Tanrı varlığını qəbul edir. Onun bütün kainata hökmüran olduğuna inanır. Ancaq onun harada olduğunu bilmir. Onun varlığını, kimi göylərdə, kimi də yerdə, təbiətdə axtarmışlar. Son halda insan kainatın ən geniş hüdudu olan göy üzünü özünə Tanrı seçmişdir. Beləliklə də təkallahlıq dünyagörüşü yaranmışdır. Demək təkallahlıq  dünyagörüşü yəhudilikdən yox tanrıçılıqdan gəlmədir.     
Onu da qeyd etmək lazşmdır ki,  sonra yaranan bütün dinlər Tanrıçılıqdan qidalanaraq tədricən təkamül yolu ilə inkişaf etmişlər. İlk təkallahlığın  yer üzərindəki, ilk carçıları da Quranda adları çəkilən peyğəmbərlərdən öncə Xızır bilqamıs, Beqa (peyğəmbərlər) və başqaları olmuşlar. Sonralar Allahla insanlar arasında olan əlaqəni bütlər əvəz etmişdir. Tədricən bütləri də insan sifətində Allahlar əvəz etmişdir.
 Allahlar,  göylərdə məskən salmaqlarına baxmayaraq, vaxtaşırı yerə, insanlar arasına gəlirlər, peyğəmbərlərlə söhbət edirlər, onlara öyüd-nəsihət verirlər.
          Bu mifoloji qaynaqların izlərini biz Xızırla əlaqəli rəvayətlərdə, Bhaqavata-Gitada, Tövratda, İncildə və Quranda görürük. İnsanlarda şüur inkşaf etdikcə, içtimai formasiya mükəmməlləşdikcə, din də pilləli olaraq, mükəmməlləşmiş və təkminləşmiş, ən nahəyət, yeni və son din olan islam dini yaranmışdır.        
 Başqa içtimai formasiyalar kimi, dinin də tədricən inkşafını göstərən amillərdən biri də odur ki, ən ibtidai dini dünyagörüşlərinin bəzi atributlarını dinlər hələ də özlərində qoruyub saxlamışlar. Mağara zamanından qalma od və daş kultu, hələ də müasir dinlərdə yaşayır. Buddizm məbədlərində, yəhudi sinoqoqlarında, xristian kilsələrində, az da olsa, islam dini mərasimlərində hələ də oda pərəstiş adəti şam yandırma vasitsi ilə yaşayır. Buddizmdə daş heykəllərə, yəhudilikdə dindarların boynundan asılan daşa (sekkelə), xristianlıqda daşdan düzəldilmiş xaçlara, islamda qara daşa və namazlıq möhürünə pərəstiş bu gün də davam etməkdədir.
        Heç bir ilahi din, vahid çərçivədə yaranmamışdır. Bütün dinlər ibtidaidən aliliyə doğru daima biri-birindən istifadə edərək, inkişaf etmiş, zənginləşmiş və mükəmməlləşmişdir. Ancaq ruhanilər dində olan bu təkamülü qəbul etmək istəmədiklərinə görə, dinlər arasında etibarsızlığın, biri-birini inkar etmə cəhdinin olması, aralarında sədlərin, uçurumların yaranması bu günün dünyagörüşünə  uyğun gəlməyən yanlış baxışdır.
Dini kitablarda olan qatların, kabbaların, maddələrin, ayələrin məzmunlarına fikir verdikdə, bütün dinlərin bir məqsədə qulluq etdikləri aydın görünür və onlar bir tək ağacın müxtəlif yollara sarı uzanan budaqlarına oxşayır.
Hər bir din öz zamanının güzgüsüdür. Hər bir peyğəmbər isə, öz zamanının ilahi elçisidir. Zaman keçdikcə, bu elçilər bir-birini əvəz etmişlər.
Aydındır ki, bir-birinə yaxın olan, bir mənbədən tədricən inkişaf edib təkmilləşən, bir məqsəd uğrunda fəaliyyət göstərən dinlər, uzun bir təkamül yolu keçərək, bugünkü görkəmlərini almışlar.
          Bu gün səma kitablarındakı bəzi ilahi ayələr müasir insanlar tərəfindən qəbul edilmir. Ona görə yox ki, müasir insanlar Allaha inanmırlar, əksinə, daha çox inanırlar. Yalnız bu müddəaları ona görə qəbul etmirlər ki, ilahi göstərişlərin bəziləri köhnəldiyi üçün onu müasir cəmiyyət qəbul etmir, ya da müasir insanların dünyagörüşündə belə müddəalar təhqir kimi görünür. Doğrudur din xadimləri dində təkamülün olmasını qəbul etmirlər. Təkamüldən söhbət gedəndə onu küfür adlandırırlar. Biz hər hansı bir dinin tarixinə nəzər saldıqda orada təkamülün olduğunu açıq- aydın görürük. Səma dinlərinə qədər olan ibtidai dinlərin bizə qədər gələn ainlərində təkamül yolları aşkar görünür. İlk səma dini kimi qəbul etdiyimiz Yahudilikdə Tanrıçılıqdan gələn bir çox ainlərin izini görürük. Eyni zamanda yəhudilikdə icra olunan bir çox qədim dini ayinlər sonralar cəmiyyətdə ikrah doğurduğu üçün ləğv edilməsi yahudilikdəki takəmüldən xəbər verir.
Dinin tarixini araşdırdıqda görürk ki, bütün  dinlər ibtidaidən aliyə doğru təkamül yolu ilə inkşaf  etmiş  və bir-birinə nisbətən daha da kamilləşmişlər  Ən nəhayətdə təkmilləşən son dini əsər Quran olduğu qəbul edilmişdir. Qurani-Kərim də bir çox ayələr 2/213, 3/33, 10/19, 21/30, 52/45,7/11, 23/12, 25/54, təkamül yolunun da ilahi qanun olduğuna işarə olunaraq yazılmışdır
         Bəşəriyyətin uşaqlıq dövrü arxada qalmışdır. İnsanlar özlərinin təkamül yollarında müəyyən müvəffəqiyyətlər əldə etmişlər. Elmin bir çox sahələri artıq inkşaf etməyə başlamışdır. Bəşəriyyətin inkşafı, elmi kəşflər insanı haqqa yaxınlaşdırdıqca və mədəniyyətə doğru irəllilədikcə, ilahi vəhylərə ehtiyac azaldıqca, ilahi elçilərə, rəsullara da ehtiyac azalmışdır.
Artıq etiraf etmək lazımdır ki, bu günkü insanların mənəviyatlarını, bu günkü hədis və şəriət təmin eləmir. Şəriət qanunlarının çoxu zamanla ayaqlaşmadığı üçün  icra olunmur. Onlar unudulmaqdadır. Quranın yeni müasir təfəkkürə uyğun təvsirinə və müasir şəriət qanunlarına xalqın çox lazımlı ehdiyacları var.
       Deməli, cəmiyyət inkişaf etdikcə, insanların düşüncələrinə uyğun olaraq, dini müddəalarda müasirləşmə zəruridir. Belə bir zərurət gec-tez həyata keçirilməlidir. Əgər bu, baş verməzsə, insanlarda dinə qarşı inam azala bilər. Yalnız miflərdən və əfsanələrdən ibarət olan, elmsiz din, boş bir xəyaldır. Elmlə dinin vəhdəti bəşəriyətin inkişafına və insanlığa xidmət edə bilər.   
Elmi kəşflər, dünya sirlərini aşkar etdikcə, insan psixologiyası da dəyişir və inkişaf edir. Ancaq, dini ideoloji dünyagörüşlərində durğunluq dəvam edir illərdir ki, öz yerində sayır, dini ehkamlar toxunulmaz halda qalır. Bəzən din, elmi kəşflərə qarşı çıxır ki, bu da çox zaman arzuedilməz faciələrə səbəb olur.
 Danılmaz bir həqiqətdir ki, insanın sinir sisteminin təkamülü çoxdan başa çatmışdır. Artıq insan Tanrı varlığının zirvəsində durur. İnsanda olan insani humanistlik hissiyatı, heyvani hissiyatını cilovlaya bilir. O heyvani hissiyatları istədiyi məcraya yönəldə bilir. Heyvani hissiyatları ilahi hissiyatlara tabe edə bilir. İnsan təkamül yolunda bir çox mərhələlərdən keçərək, kamillik yolunda yetginləşir. Yetginləşdikcə də yeni-yeni elmlərə sahib olur. Təbiət təsirlərindən get-gedə sərbəstləşir, qüvvətlənir, müstəqilləşir,  Adam kamilləşdikcə həm maddi, həmdə mənəvi hakimliyini artırır. Onda olan inam, kamillik, onu haqqa yaxınlaşgırır, imanını bərkidir. O mütləq inam sahibi olur.
İnsanda möhkəmlənən ruhun təkamülü cəmiyyətin təkamülünə istiqamət verir. Cəmiyyətdə olan ruhaniyyat, yaxşıya doğru inkşaf edir. İnsan şəxsiyyət ruh və bədən bir-biri ilə vəhdətdə olduğu kimi cəmiyyətdə də maddi və mənəvi aləmlə sıx aləqəli olur. Beləliklə cəmiyyətdə isti ruhani bir harmoniya yaranır. Fərddə və cəmiyyətdə təkamül o dərəcədə inkşaf edir ki, adam yalnız öz nəfsinin yox, əqidə və imanında sahibi olur. Belə olan halda adam heç zaman iqtisadi sıxıntının quluna çevrilə bilməz. Adam öz şüuruna, öz təfəkkürünə inanan müdrik, şüurlu bir varlıq olur. Hər hansı bir mif, əfsanə və rəvayətlərdə ağılın dərk edə biləcəyi, gerçək bir zərrəcik varsa onda həqiqəti axtarmaq bacarığı yaranır. Əyər mif, əfsanə və rəvayətlərdə ağılın dərk edə biləcəyi hər hansı bir gerçəklik yoxdursa o boş xəyaldan başqa bir şey deyil. Əyər hər hansı bir ipucu varsa onu ağıl qəbul edir. Yeri gəldikcə onu inkişaf etdirir.     
         Qurani-kərim iki fəlsəfi dünyagörüşündən qaynaqlanır.1.Vacibül-vücud fəlsəfəsi 2. Vəhdəti-vücud fəlsəfəsi. Hər iki fəlsəfəni müdafiə edən ayələr Quranda çoxdur. Ancaq şəriət və hədislərdə daima vacibül-vücud fəlsəfəsinə geniş yer verilir. Tam əminliklə demək olar ki, vacibül-vücud fəlsəfəsi bu günkü yüksək intelektuallı insanları  təmin etmir. Vəhdəti- vücud fəlsəfəsinin təbliğatçıları da yoxdur. Bu da dində durğunluğa və insanlarda biganəliyə səbəb olur. Bu gün dində yeniliyin ,islahatın vəhdəti-vücud fəlsəfəsi əsasında aparılmasına böyük ehdiyac var. Çünkü vəhdəti-vücud fəısəfəsi həm dini, həm də elmi müdafiə edir.   
  Bu gün din bütünlüklə siyasətə qulluq edir. Siyasət də hər hansı bir qüvvə ilə cilovlanmadıqda, böyük faciələrə gətirib çıxara bilər. Bu gün kainat belə bir faciənin astanasında yaşayır. Bəzi elmi axtarışlar, öz kəşflərini  insanlığın əksinə yönəldirlər. Bir çox təbii varlıqlar, süni varlıqlarla əvəz olunur. Hər şey süniləşir. Elm ilahi qanunların əksinə hərəkət edir. Ən ağır günah sayılan insani irsiyyətlər, cinslər, genlər dəyişdirilir. Elm və texnologiya inkşaf edir, zəhmətin növləri yüngülləşir, insanların iqtisadi durumu yüksəlir. Ancaq bu yüksəliş, mənəvi mədəniyyətdə özünü göstərmir. Yaxın keçmişimiz ilə müqayisədə, çox təzadlı mənzərələr yaranır. Bu gün bütün dünyada maddi durum yaxşılaşır. Mənəvi durum isə pisləşir. Buna görə də, daxili mənlik get-gedə cırlaşır. Yaxın keçmişdə yaşayan aydınlarda maddi durumun aşağı olmasına baxmayaraq, onlarda bu günə nisbətən mənəvi mədəniyyətin çox yüksək olduğunun şahidi olmuşuq.  Elə ziyalılar var idi ki, onların söhbətləri və davranışları insana mənəvi istirahət verirdi. Bu gün milyonçularımız çoxaldıqca, maddi mədəniyyətimiz yüksəldikcə, mənəviyyatımız geriləyir, kütlə cırlaşır, cılızlaşır. Adamlar arasında ağsaqqal-ağbirçək bölgüsü böyük-kiçik yeri, bir-birni dinləmə mədəniyyəti itir. Tarix boyu müqəddəs sayılan ocağın (ailənin) müqəddəsliyi oyuncağa çevrilir. Gənclərimiz internetlə, televiziya ilə sevişir və evlənirlər, internet, televiziya  ilə də boşanırlar. İnsanlığa bayağı olan oyunlar, mahnılar yaranır.
 Bu gün, qloballaşma ideyası insanlar arasında unutqanlığı aşılayır. Ocaq (ailə) və torpaq sevgisi unudulur. Adamlarda kor-koranə dinə meyilliliyin artmasına baxmayaraq, insan saflığı, insan sevgisi, qohumluq əlaqəsi azalır. Hətta onlarla az-çox aparılan  təbliğat da bəhrəsiz qalır. Bu günki gənclər elmi, ibadəti, idarəçiliyi, etik qaydalarını hər şeyi pulda görürlər. Adamlarda Tanrı güzgüsü, Tanrı tərəzisi olan vicdan məhkəməsi unudulur. Heç kim onun qarşısında durub özünə hesabat vermək istəmir.
  İnsan elə bir varlıqdır ki, onun potensial qabiliyyətini öyrənmək, bütün kainatın sirlərini öyrənmək qədər çətindir. Adamda olan bu böyük potensialı görən İmam Rabbani deyir:"İnsan aləmin kiçildilmiş bir xülasəsidir. Buna görə də, aləmdə var olan hər şeyin bir nümunəsi də insanda var." Vaxtilə İmam Rabbaninin dedikləri bu gün həqiqətə çevrilir. Tanrı, adamlara bu böyük kainatın sirlərini öyrənmək bacarığı vermişdir. Bu bacarıq sahibləri, ancaq yetkin insanlar ola bilər. Xalqın daima yetkin insanlara ehtiyacı olmuşdur və həmişə də olacaqdır. Keçmişdə bu ehtiyacları Peyğəmbərlər, vəlilər, övliyalar, sofilər ödəmişlər. Ancaq bu gün, onları əvəz edən, geniş xalq kütləsinin ehtiyacını ödəyə bilən, adamların qəlblərini küfürdən təmizləyən, həm xalqının, həm də Tanrının istəklisi varmı, yoxdursa kim ola bilər? Bu gün bu çətinlikləri aradan qaldırmağı, mənəviyatları itmiş adamların mənliyini qaytarmağı bacaran yüksək intellektuallı adamlara xalqın böyük ehtiyacı var. Demək olar ki bu gün ailələr kiçildiyi üçün ailə məktəbi yoxdur. Bütün  bu ehtiyaclar bu gün yeni təfəkkürlü vəhdəti-vücut fəlsəfəsinə yiyələnmiş din xadimlərinin, uşağın ilk tərbiyəçiləri olan ata-ananın, orta və ali məktəblərdə təlim tərbiyə verən yüksək əxlaqlı,  mədəniyyətə, elmə yiyələnən böyük müəllimlər ordusunun üzərinə düşür.
 Hər hansı bir sosial quruluşun normaları, içtimai cəmiyyətin inkşafına kömək edirsə, xalqın maddi yüksəlişinə, mənəvi yetkinliyinə yarayırsa, cəmiyyət o normaları qəbul edir və tədricən həmin əxlaq normaları adət-ənənə halına çevrilir. Əyər başqa bir sosial quruluşlu cəmiyyətə həmin normalar zərərlidirsə, o cəmiyyət həmin normaları inkar edir. Bu baxımdan din də zaman və cəmiyyətlə ayaqlaşmalı, uyğunlaşmalıdır ki, onu cəmiyyət yaşatsın. Məsələn ən qədim din Zərdüştlük, adamı qurban verməyi, dini norma kimi qəbul edirdisə, səma dinləri  insan qurbanını böyük günah və cinayət hesab edirlər.
  Ulu Tanrı, yaratdığı varlıqların heç birinə dəyişirilməzlik möhürü vurmamışdır. Bu  varlıqların hamısı, zaman və məkanla əlaqədər daima dəyişir, yeniləşir, inkşaf edir. Ancaq bu yeniləşmələr elə gedir ki, onu biz nə görə bilirik, nə də duya bilirik. Çünkü Tanrı zamanı ilə insan zamanı ölçüyə gəlməz dərəcədə kiçikdir. Din də, Tanrı hökmü ilə başqa farmasiyalar kimi,  daima dəyişirilir və yeniləşir. Yoxsa o yaşaya bilməz.Tarixdən silinən 124 min dinlərin də talehi belə olmuşdur.