1 Ocak 2016 Cuma

NOVRUZ BAYRAMI HAQDA BİLGİ


Novruz bayramı və onun çərşənbələri haqqında yüzlərlə yazarlarımız, bir çox sanballı əsərlər yazmışlar. Hər bir yazar bu bayramın və çərşənbələrinin yaranmaları və törənləri haqqında bir çox, bir-birinə zidd fikirlər söyləmişlər. Ancaq yenə də bir çox qaranlıq məqamlar açılmamış qalmışdır və bu gün də qalır. Odur ki,Novruz bayramından danışan zaman ilk öncə bu bayramın yaranma zərurətindən və belə bir sistemli gələnəklərin yaradılma şəraitindən söhbət açılmasını, bayramda keçirilən ayinlərin hər hansı bir dinə  aid olub olmamasını, bayram gələnəklərini sistemli halda düzüb qoşan şəxsiyətin olub, olmamasını araşdırıb həqiqəti üzərə çıxartmaq məqsədilə, ilk öncə Novruz bayramının hansı dinə aid olduğunu üzə çıxartmağı məqsədə uyğun sayıram. Aydındır ki, Novruz bayramından söhbət gedən zaman araşdırıcılarmızın kimi,tanrıçılığa, kimi zərdüştliyə, kimi atəşpərəstliyə bağlayırlar. Bir çoxları da  Novruz bayramının köklərini təbiətdə axtarırlar. Bəzi yazarlar da Novruz bayramından öncələrdə iştirak edən ənəziz çərşənbələrin sonralar artırıldığını deyirlər.
Ancaq bu bayramın bizə qədər gəlib çatan gəlnəklərindən aydın olur ki, bu bayram və onun çərşənbələri təbiətlə, təbiətdəki varlıqlarla sıx bağlı  olsalar da, bu cür  bir-biri ilə  ilişgili gələnəyi olan bayram heç zaman öz-özünə ya təbiət təsirindən ya da kor-koranə  toplum tərəfindən yarana bilməzdi. Bu bayram hər hnsı bir dinə dayanan və yüksək təfəkkürlü  şəxs və ya şəxslər tərəfindən yaradıla bilərdi. Bu axtarış ideyası, bizdə tarixin  dərinlikləini varaqlamaq zərurəti yaratdı.
                                                                                    
                        Tanrıçılıq dini olubdurmu, olubdursa hansı xalqa aiddir?
                                           I-söhbət.
 Türk xalqlarının ulu törəmə kökləri çox geniş torpaqlara yayıldıqları və bir neçə qarışıq köklərin birliyindən yaranmış olduqları üçün, onların Tanrıçılığa olan dünyagörüşləri də müxtəlifdir. Tarixin bizə bildirdiyinə görə, türk dünyasında bir çox dinlər və bir neçə ilslrası (təqvimi)  olmuşdur. İlk öncələrdə hər bir törəmənin bir-birindən ayrı, tanrıları və bilqamısları olmuşdur.Qarışıq xalq olan türklər,  elə də Azərbaycan türkləri təşəkkül tapma tarixlərində bir neçə  dinlərə  tapınmışlar.. Bu dinlər bilqamıslarının (peyğəmbərlərinin) köməi ilə, ağızdan-ağıza keçərək, ağız ədəbiyyatlarında yaşamış  və zaman keçdikcə unudularaq tarixin səhnəsindən silinmişlər.
        L.Qumilyovun yazdığına görə şərqi türküstanda iki qədim din olan “Veyşu” və “Seyşu” dinləriyanaşı yaşamışlarr. Veyşu göy üzünün, əjdadların çıxdığı mağaraların, və hündür dağların inam tanrısıdır. Seyşu ruhların, şeytanların və cadugərlərin inam tanrısıdır. (L.Qumilyov “Qədim türklər” Bakı 1993 s.91). Türk dilinin ahənginə yatmayan tanrı adlarının olması, bu adların Çin kökənli olmasını göstərir. Görünür uzaq şərq türkləri bu inamı çinlilərdən götürmüşlər.                     Batı türküstanda  və Azərbaycan türklərində  tamamilə onlardan fərqli olanTanrıçılıq dini ən qədimlərdən bu bölgələrdə hakim din olmuş və zamanımıza qədər yaşamışdır. Bu dinin bəzi qalıqları hələ də yaşamaqdadır. Qəbilələr arasında birlik yarandıqca, bir bilqamısa ehdiyac  gərəkliyi  yaranmışdır. Bu ehdiyacı doğu türküstanda “Yalavac”, batı türküstanda isə “Bilqamıs” (hər şeyi bilən) adlanan Xızır ödəmişdir. Tanrıçılığın bir çox gələnəklərinin hələ də yaşamasına baxmayaraq, elm ocaqlarında tanrıçılıq dininin sistemli halda araşdırılması ilə çalışan bilginlərimizin olmasını .mən bilmirəm.
        Bəzi araşdırıçılar tanrıçılıqdan danışsalar da, bu məsələyə ötəri toxunmuşlar. Ən ulu dini dünyagörüşü olan tanrıçılıq inancının ilk yaranma tarixi bilinməsə  də . bir çox minillər ağız ədəbiyatı ilə eramızın VIII-yüzilliklərinə qədər yaşamışdır. VIII-yüzildə bir din kimi təmiz aradan çıxmışdır. Ancaq yad dinlərin təsirindən yaranan qadağalara baxmayaraq, onun bir çox gələnəkləri, oda-ocağa, torpağa, havaya, suya inamları, Nənəyə,  Anahadığa, Halanasına, Pəriyə, Ata ruhuna,Xortdana (Tanrıçılıq inancında Xortdan  qaranlıq dünya varlığıdır. Adama ziyan verməklə məşğuldur. Ölüləri yeməklə yaşayır. Zərdüştlükdəki Divin oxşarıdır.)  tapanaqları və başqa gələnəklərə inamları xalq arasında hələ də yaşayır.
        Tanrıçılığın ənəziz, uğurlu tapanağı olan dörd varlığa ( oda, torpağa, havaya suya) inamı ən ibtidai çağlardan  olmuş və bu gün də bu tapanaq yaşamaqdadır. Odun müqəddəs rəmzi olan buta hələ də müqəddəs varlıq kimi, evmizi və məişətmizi bəzəyir. Butanın müqəddəsliyi bu gün də xalq arasında qorunur və yaşadılır.
        Buta nədir?  Buta çıra yanan zaman, onun haqqa sarı uzanan alovudur. Açıq havada yanan çıranın sərin mehdən əyilmiş dilidir. Buta, Tanrının insanlara göndərdiyi işıq istilik qaynağıdır. Xızırın əlindən sevgililərə verilən, onların yollarına  işıq salan, onları bir-birinə qovuşduran, ocaqlarına istilik verən, Tanrı zərrəciyidir. “Buta” Tanrının çırasıdır.
Dastançılarımız Butanı badə ilə yanlış salaraq, onu aşiq-məşuqa içirdirlər.  Bəzi yazarlarmız butanı islamlaşdıraraq yazırlar ki, “ bu ənənə  daha çox islam görüşləri ilə bağlıdır.” Yəqin onlar unudurlar ki, islamda od cəhənnəm rəmzidir. Tanrı butanı insanlara Xızır ilə göndərmişdir. Butanın od rəmzi olmasına inanmaq üçün. Heç bir izahata ehdiyac olmadan qədim və indiki sənətçilərmizin sənət əsərlərində Buta şəkillərinin formalarına baxıb nəticə çıxartmaq daha düzgün olar.
           Tanrıçılıqda ilk əsas fəlsəfi dünya görüşü  işıqla qaranlığın. Mübarizəsidir. İşığın göydən gəlib adamlara uğur gətirdiyi, qaranlığın yerdən şıxıb, adamlara yaramazlıq gətirdiyi düşünülür. İşıqla qaranlığın mübarizəsinin nişanələrini biz bu gün nağıllarda hələ də yaşadığını görürük. Bu ideya Məlik Məmməd və digər nağıllarmızda hələ də yaşayır. Tanrıçılıqda işıqla qaranlığın mübarizə ideoloqiyasından yaranmış olan uçmaq (Cənnət) və qaranlıqdan var olan Damodu (Cəhənnəm)  dini dünyagörüşü xalq arasında uzun müddət yaşamışdır. Tanrıçılıq mifaloqiyasına görə, ulu Tanrı adamları və Xızırı  dağ mağaralarındakı palçıqdan yaratmışdır. Bəzi rəvayətlərə görəXızırişıqlauçmaqdan(cənnətdən)gəlmişdir. Tarixin dediyinə görə uzaq keçmiş dönəmlərdə                                                                                                                                                                                         ulu türklər özlərinin Xaqanbəylərini və Tanrıxanlarını seçən çağlarda onları, odun, alovun bir çox   gələnəkləri ilə sınamışlar və sınaqdan çıxa bilənləri özlərinə Xan-Xaqan seçmişlər.                             Yeri gəlmişkən “xan” sözünü bizim dilçilərmiz fars sözü olduğunu deyirlər. Lakin çox köhnə dönəmlərdən gələn bir çox nağıllarda (miflərdə) , Xan sözünün yaradıcı anlamında işlənməsinin şahidi oluruq. Belə ki: Doğu türklərin adamın yaranması haqqında olan bir nağılında (mifində) “Heç nə yoxkən, ucsuz-bucaqsız olan  hava, su və Qaraxan var idi və Qaraxan, qadını “Ağ Ananı “ yaratdı” deyilir.(N.S.Banarlı “Türk ədəbiyatı tarixi” İstanbul 1971.s.12)  Bu əfsanənin bəlkə on min ildən çox yaşı var.  Çox ehtimal ki, türklərin ilk dini dünyagörüşündə  Qaraxan yaradıcı yer (torpaq) anlamında işlənmişdir.  Yəni ilk öncə hava, su və yaradıcı yer var idi deyilir. Bu gün də Türkiyə   türklərinin ədəbi dillərində yerə Qara deyilir. R. Allahverdi yazır: ”Qara xan Xaosu simvolizə etdiyindən Xaosu səciyyələndirən mifaloji funksiyaları özündə cəmləşdirir”. (R.Allahverdi “Təqvim mifləri və Novruz” B. 2013 s.55) Mənə görə R.Allahverdi bu fikiri çox düzgün və yerində işlətmişdir. Burada yerin ilk xaotik yaradılışı nəzərdə tutulur. Ə. Xaqani də şeirlərinin birində yeri “qara” adlandırır. (Xaqani “Seçilmiş əsərləri” Bakı 1956 s.66)
       Mahmud Qaşqarlı da, “qədim türklər Tanrıya Tenqrixan demişlər”, deyir. Burada da xan yaradıcı anlamında işlənmişdir.Yəni yaradıcı tanrı demişlər. Demək Qaraxan anlamı                             “yaradıcı yer” anlamında işlənmişdir. Demək bu mifdə maraqlı bir dünyagörüşü ortalığa çıxır. Bu mifdə yer yaradıcı varlıq kimi iştirak edir. Belə bir dünyagörüşü heç bir dində yoxdur.
       Sonralar həmin mifin (nağılın) araşdırıcıları və bir çox yazarlar, obrazı mifoloji baxış kimi qələmə alan zaman, yanlış olaraq Qaraxanı (yaradıcı yeri) yerdən ayraraq,  sərbəst bir tanrı adı kimi vermişlər və “Tanrı Kayra Xan” kimi yazmışlar. Qaraxan yerin simvolu olduğu unudulmuşdur. Bununla da nağılın doğallığı (təbiliyi) öz dəyərini itirmişdir.
       Adamın yaranması haqqında Qafqaz türklərinin mifologiyasında deyilir. Ulu Tanrı Qaf dağının günəşi bol olan mağarasındakı palçıqdan qadını yaratdı. Qadına incəlik, gözəllik verdi. Günəş az olan mağaranın palçığından kişini yaratdı, ona güc qüvvət verdi və qadını qoru dedi. (Bəzi ədəbiyatda Savalan dağındakı süd gölündən M. Seyidov). Göründüyü kimi Azəraycanda da adamın yaranması haqqında bir neçə yönümlü (yozumlu) miflər (nağıllar) yaşayır.                                                                                                                                                                                                                                         .Ama nə səbəbdənsə mifoloqlarımız şərqi türküstan nağıllarını əsas qaynaq olaraq götürürlər.                Azərbaycanda dini inancların  araşdırıcısı olan alimlərmizin əsərlərində Tanrıçılıq inamından demək olar kı, heç danışılmır. Danışldıqda da yalnız orta asya türklərinin inamlarından danışılır.Tarixçilərmiz unudurlar ki, Qafqaz və önasya türklərilə, ortasiya türklərinin törəmə kökləri müxtəlif oldənduğu kimi, ilk dini inam yolları da müxtəlif olmuşdur. Tarixçi-arxeoloqlar bu haqda çox söz deyə bilərlər. Ancaq susmağa üstünlük verirlər.
Tanınmış tarixçi, dilçi, dinçi. araşdırıcı alimlərmizin (Bahaəddin Ögəl, Fazil Mustafa, Nizami Cəfərov, Ziya Göyalp, Abdulkadir İnan və. b.) hamısı  Türkün tarixindən və dinindən danışan zaman həmişə ilk başlanğıc kimi şərqi türküstandan başlayırlar. 5 min il tarixə malik olan Altay mədəniyyətindən danışırlar. Bibliyada  adı çəkilən və Bibliyanın ilk xəritəsinə düşən, 8 min illik tarixə malik olan, Türükkü dövlətindən, Urmiya dağlarındakı. Mixi yazılarında adları çəkilən Hunlardan onların tarixlərindən danışmırlar. Görəsən niyə susurlar.?
         Tanrıçılıqda işıqla qaranlıq vəhdət təşkil edir. İşığın getməsi qaranlığı yaradır.Tanrıçılıqda Ata inamı Tanrı inamı ilə yanaşı tutulur. Ölü və onun qəbri müqəddəs sayılır. Uluların qəbirlərinə ziyarət edilir. Bu gün də xalq arasında bu ənənə yaşayır.
       Yeri gəlmişkən bildirmək lazımdır ki, İslamda ölü müqəddəs sayılmır.  İslam şəriətinə görə, qəbrə ziyarət etmək günah sayılır. Qəbir itməli, yox olmalıdır deyilir. Qurani- kərimdə deyilir: “(Ey qafil insanlar! Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, hətda qəbirləri ziyarət vetdiniz”.(102/ 1-2).  Sonralar ərəblərin ulularının qəbirlərini müqəddəs saymaları,  çox güman kı, islamiyyətə türklərdən keçmişdir.
       Tanrıçılıqda insanla təbiət vəhdət təşkil edir. İslamda isə insanın vəhdəti axirətlə əlaqəli yaradılır. Tanrıçılıqda insan özünü axtarır. İslamda insan bəndələşir. Tanrıçılıqda dünya sevilir. İslamda axirət sevilir. Tanrıçılıqda dünya əbədiləşir. İslamda dünya faniləşir.Tanrıçılıqda görünən bütün göy üzü Tanrı sayılır. İslamda zeytun ağacının budağındakı zeytun yağından yanan alov Allah sayılır.
        Tanrıçılıqda Günəş Tanrının qızı ,Ay isə oğlu hesab edilir. Eyni zamanda adamların ilk yaradıcısı qız qadın olur. Qadın yönəmli olan günəş öz ruhunu, istiliyini qıza verir.  Tanrıçılıqda insan obrazının Günəş və Ayla əlaqələndirilməsi tanrıçılıq ideologiyasında insanın Tanrıya yaxınlığının göstəricisidir. Belə bir baxış heç bir dində yoxdur.
       Tanrıçılıqda  Günəş Tanrı sayılmır o,Tanrının qızı hesab edilərək, uğurlu varlıq sayılır.
Tanrıçılıq mifaloqoyasında Günəş hər axşam yatağına gedəndə,  o günü yerdə nə qədər  uşaq doğulmuşsa,o qədərdə ulduz doğur. Ölənlərin də ulduzları göydən sürüşüb ölülər dünyasına gedir.   Onların haqqında da bir çox əfsanələr yaradılmışdır. Tanrıçılıq mifologiyasında deyilir ki, ulu Tanrı qızı günəşə dedi ki, yerə od göndər orada olan insanlar istifadə edib, məni tanısınlar. Od yerə enən zaman ruhunu  qızda gizlətdi. Həmin gündən də odun ruhu qızda, qızın ruhu odda yaşayır. Bu inama görə, odun qoruyucusu olan qızlar uğurlu (müqəddəs) sayılmışlar. Zamanımıza qədər gələn bu mif Vəhdəti-Vücud fəlsəfəsinin özülünü yaradır və eyni zamanda tanrıçılıqda əsas ideya olan üçlüyün (Tanrı+od+insan) vəhdətini  yaradır.
          Od Tanrının insanlara verdiyi qutsal hədiyyə kimi qəbul edilir. Odun üstündən keçməklə, oda nəfəsi verməklə insanda acını, dərdi- bəlanı oda vermək ümidi yaranır. Hər bir acını, tuşu oda danışmaq uğurlu yozum sayılır.
         Azərbaycanın qərbi-qüzey bölgələrində  I- yüzillikdən  xristianlıq yayılsa da, Tanrıçılığa qadağalar qoyulmamışdır. Uzun illər hər iki din yanaşı yaşamışlar. Ona görə də qərbi-qüzey azərbaycanda Tanrıçılıq bu günə qədər yaşamışdır. Borçalıda tanrıçılıq ”Qaranər ocağı adı ilə hələ də yaşayır.
        Bundan başqa semit dinlərində  bütün varlıqları  Allah səbəbsiz yox yerdən “ ol” deyərək yaradır. Tanrıçılıqda Tanrı nəyi yaratsa, hər hansı bir səbəbdən istifadə edib yaradır. İslamda Tək Allahın dörd “Mələyi” buyruqcusu olur. Tanrının da dörd “Əyəsi” buyruqcusu var. İslamda Allah şeytanı oddan yaradır. Tanrı şeytanı (Erliyi, Azanı) torpaqla sudan yaradır. İslamda Allah Cənnəti və Cəhənnəmi məkanı bilinməyən bir yerdə yaradır. Tanrıçılıqda göyün 7-ci qatı  Cənnətin (uçmağın),  8-ci qat tanrının  taxtıdır. Tanrı Cəhənnəmi (Damodunu) yerin altında yaradır. Tanrıçılıqda  od müqəddəs varlıq sayılsa da, üstündə məbəd tikilmir.
        Od insanların ilk sivilizasiyasına önəmli yardımlar etsə də, insan həyatının ayrılmaz bir hissəsi olsa da, islam dini onu şər qüvvə kimi qəbul etmiş və İblisin odan yarandığını elan edərək. Odun cəhənnəmdən ibarət olduğunu, göstədmişdir. Çox hallarda oda cəhənnəm deyilməsi, bir çox quran ayələri ilə təstiqləmişdir.
         İslam imperiyası Azərbaycana  basqın edən zaman  ilk  dönəmdə Xristiyan türklərin dininə toxunmamışlar. Ancaq  1060 ildən sonra, xristian  türklər də Alp Arslanın fərmanı ilə müsəlmanlığı qəbul etmişlər. Xristian türklərin az bir payı Tiflisdə, Borçalıda və qarabağda 1733 ilə qədər dinlərini  yaşatmışlar. Rus çarının 1733-cü ildə verdiyi fərmandan sonra  türklər təmiz islamlaşmışlar. Uzun müddət xristianlığı yaşadan türklər,tanrıçılıq ənənələrini də olduğu kimi yaşatmışlar.
         Bir çox ideoloqlar Tanrıçılığı çox tanrılı din kimi qəbul edirlər. Ancaq Tanrıçılıq dünyagörüşü tək Tanrı varlığına əsaslanır. Rəfiq Özdək yazır: “Qədim türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlardılar. Tanrı isə kainata hakim olan bütün göy üzü idi.”....  “Göy Tanrı dünyəvidir, təkdir. Şəfəqi söndürən, bitgilərə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, əfv edən odur. O hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz. Türk millətinə xaqanı o təyin edir. Xaqana güc verən də odur.” (R,Öztürk “ Türkün qızıl kitabı” Bakı 1992.s 13) . Göründüyü kimi islam dininin inancı ilə eyni səslənir..                                                                      
         Tanrıçılığın ilsırası (təqvimi) 21 Dekbrda başlayır. Günəşin ilk doğum günü kimi gəlişi bayram edilir. Bəzi türk elatlarında  Günəşin doğum günü  bayramını hələ də yaşadırlar.  Azərbaycanın lənkəran-Masallı bölgəsində, başqa türk xalqlarından  Qaqauzlar və Orta asyanın bir neçə türk xalqlarında Günəşin doğum günü bayram edilir.
       Tanrıçılıq inancında Tanrı hər şeyi xas günü yaratmışdır deyilir.1-ci xasda günəşi yaradır..2-ci xasda torpağı yaradır. 3-cü xasda havanı yaradır. 4-cü xasda suyu yaradır. Bununla da təbiətin tamlığını, yetginliyini başa çatdırır.( Bu rəvayəti Firdovsi şahnamə əsərində çox gözöl ustalıqla nəzmə çəkməşdir.)  5-ci xasda təbiət varlıqlarlnın hamısını yaradır. 6-cı xasda dağlardakı, dərələrdəki köhnəlmiş, qoxumuş  palçıqlı mağaralardan erkək və dişi olmaq üzrə adamları yaradır. İlk öncə günəşin istiliyi çox düşən mağaradan qadını yaradır. Qadına gözəllik, incəlik və isti cazibəlik verib, ovcuna palçıq qoyur və sevib, sevilməyi özün yarat deyir. Üzü quzeyə olan, istilik az düşən mağaradan kişini yaradır. Ona güc, qüvvət və dözüm verib qadını qoru deyir. Kişinin də ovcuna palşıq qoyub , özünə xoşbəxtlik yarat deyir. Bu əfsanədə olduqca canlı məntiqin olması çox aydın görünür. Erkəyin və dişinin müxtəlif istilikli mağaralardan yaranması və Tanrının ovuclarına palçıq qoymasından yaranan canlı məntiq, heç bir xalqda və heç bir dində yoxdur. Tanrının vəhdəti-vücud fəlsəfəsi bax budur. Bu sözlər mif olsa da, nə qədər həyati və canlıdır. Bütün yaşam yolları, xoşbəxtliklər, həyat eşqi, sevib-sevilmək, adamların özlərinin, xüsusilə də qadınların əllərindədir deyilir. Çünkü mifdə Tanrı sevib-sevilmək palçığını qadının ovcuna qoyur. Tanrıçılıqda qadın ənəziz uğurlu varlıq, kişi isə onun qoruyucusu sayılır. .
        Bəs belə olan halda Tanrı dininin peyğəmbəri (bilqamısı) olmuşdurmu. Olmuşsa o kim ola bilər?.
        Mahmud qaşqarlı peyğəmbər əvəzinə “yalavac”sözünü işlədir. O deyir: ”Uca yalavacımız (peyğəmbərimiz) “Türk dilini öyrənin buyurmuşdur.” (Rəfiq Özdək. “Türkün qızıl kitabı”.Bakı 1993.s17)  Göründüyü kimi, doğu türklərində peyğəmbərə “yalavac” deyilmişdir.Ancaq ön asya və azərbaycan türklərində bu söz işlənməmişdir. Onun əvəzinə  Bilqamıs deyilmişdir. Bilqamıs-hər şeyi bilən-  sözünün anlamı qafqaz türklərində aydın başa düşülür və fars sözü olan Peyğəmbər sözünün tam mənasını verir.
         Tanrıçılıqda göy rəng göyün rəmzi kimi qəbul edilərək müqəddəs sayılır. O səbəbdən də yerdəki göy rənglərdə müqəddəs sayılır. Yazılı qaynaqların bildirdiklərinə görə Əmir Teymur taxtını göy mərmər daşın üzərində qurdurmuşdur. Həmin daş əmir Teymurun türbəsində saxlanılır. Rəvayətə görə xızırın əyin paltarı, bığı gözü,atının rəngi göyün rəngində mavidir.
         Bəzi türk ellərində  ulu Tanrının qulluaçolarına “Əyə” demişlər. Beləki, R Allahvsrdi yazır: “...mifoloji mətinlərdə Su əyəsi, Yel əyəsi və s. tanrıçılığı əks etdirən görüşlərə tez-tez rast oluruq. Bu əyələrin hamısı heç şübhəsiz əsgi türk tanrıçılıq sisteminin izləridir” . Bu məntiqə də inanmaq olur, ona görə ki, Semit dinlərində Allahın qulluqçularına Mələk deyilir
         Türk mifologiyasına görə, ulu Tanrı kainatı,dünyanı, onun varlıqlarını, o cümlədən Adamı xas günü yaratmışdır. Xızır və onun atı mağaradan və ya göydən xas (çərşənbə) günü gəlmişlər. Xas (çərşənbə) gününü islam dini nəs gün, şeytan günü elan eləsə də, türk xalqının gələnəklərində həmişə ənəziz gün kimi qorunmuş və əzizliyi bu günə qədər saxlanılmışdır. Çərşənbənin əzizliyi (müqəddəsliyi) bu günkü bayatılarımızda və başqa məişət varlıqlarmızda  hələ də yaşayır.
         Xızırın göy atını minib təbiəti canlandırması, dörd ünsürləri (od, torpaq, hava, su) növbə ilə çərşənbə (Xas) günlərində canlandırması, gecə ilə gündüzün bərabərləşən vaxtı, təxminən ilin gəlişindən asılı olaraq martın 16-20-i arası axır çərşənbə gecəsi Çilənin çıxması, yazın gəlməsini qarşılayan insanlar “çilə gecəsi” keçirirdilər. Bu gecədə, insanlar şadlıq edərək, səhəri açırdılar. Bununla da, əzab-əziyyətli olan Çilə mövsimi yola  salınırdı. Zərdüştlük dini qəbul edildikdən sonra, Günəşin doğum bayramı və Xızırın gəlmə bayramı götürüldü onun törən qaynaqları zərdüştlüyün yeni il bayramına keçdi. O gündən də Martın 21-i yeni il bayramı şənliyini edirlər. Çərşənbələrdə edilən mərasimlər yenidən təkrarlanır. Süfrəyə 7 cür yeməklər qoyulur. Gələn qonaqlar Novruz (yeni il) şərbəti içirlər. Məhllələrdə şənlik yığıncaqları keçirilir. Kəndirbaz, kosa-keçəl- Keçi oyunları oynanılır. Bununla da Novruz (yeni il), bayramı başa çatır.
       Tanrıçılıqda Günəşin də insan kimi doğulmasınavə doğmasına inanılmışdır. Onun  gənc, ahıl və qocalmasına inanmışlar.Tanrıçılığa görə Günəş Tanrının qızıdır. Dekabrın 21-də doğur, Martın 21-də gənc qızlar kimi gözələşir, təbiəti də gözəlləşdirir və hər bir gözəlliyə sahib olur. İyunun21-də ahıllaşır, dünyaya bol məhsullu ana qayğısı göstərir. Təbiətin nemətlərini bollaşdırır.Sentyabrın 21-də qocalır tədricən gözəlliyini, taqətini itirir  Mart ayında ilaxır xas gecəsi ölür. Yeni gənc günəşin doğması Martın 21-ndə baş verir. Günəşin doğmasını mahnı ilə qarşılayırlar.
                             Gün çıx, gün çıx!
                              Kəhər atı, min çıx!
                              Keçəl qızı, evdə qoy.
                              Saçlı qızı, götür çıx!
                                    *******         
 Azərbaycanın bəzi bölgələrində və bəzi türk xalqlarında bu gündə Dekabrın 21-ni bayram sufraları ilə qarşılayırlar. Orta asya türkləri Tatarlar Dekabrın 21-ni günəşin doğum günü kimi bayram edirlər. Yuxarda yada saldığım mahnını öz ləhcələrinə uyğun oxuyurlar. Novruz bayramında keçirdiyimiz törənləri burada da keçirirlər. Bu  bayramda keçirilən bir çox qocaman törən gələnəklərinin olmasına güvənərək, onun Xızır ilsırası zamanı yaradıldığını güman etmək olar. Cünkü Novruz bayrmında Xızır 6 xasda (çərşəmbədə) dalbadal iştirak edir.
Çilə mövsümünün gəlişi olan 21 Sentyabr haqqında Cingiz Qacar yazır: “Qədim Türklər Sentybr aynın 21-də bayram şənlikləri edərdilər.Türklər barış və dinclik  Tanrısı olan Romanonun şərəfinə cox təntənəli bayram keçirərdilər”.(C. Qacar “Vıydayuşşiysya sını drevnoqo, srednoqo Azerbaycana. Baku1995.s.11)
Göründüyü kimi vaxtı ilə, çilə  mövsümünün gəlişi bayram edilmişdir ki. soyuğu, boranı gətirən sərt tanrı Romanonu yumşaltsınlar. O da qışı yumşaq keçirsin. Ancaq sonralar gəlişi  unudulmuşsa da, gedişi unudulmamışdır. Bu gün də xalq onun gedişini ilaxır çərşənbəsilə, çilənin çıxmasını bayram edirlər. Bəzi yazarlar (müəlliflər) (Mehmet Rıntım) “çilə sözünü fars mənşəli hesab edirlər 40 say mənasını verən söz kimi qəbul edirlər. Ancaq Borçalı Türkləri araslnda bu gün də çilə ilə əlaqəli çox sözlğr yaşamaqdadlr. Çilə sözü qocaman Türk sözü olub əzab-əziyət mənasını verir. Hər hansı bir azarı və ya yası olan adama bəzən çiləlidir deyilir. Bu gün də hər hansı bir əziyətdən qurtarmaq üçün, yeriməyən uşaqların sağalması üçün niyıt edib çilə çıxardırlar. Çilənin çıxarılması üçün 40 sayının (40 qaşıq suyun) olması da tanrıçılıqdan qalma gələnəkdir.
        Borçalı elatında 1950-illərə qədər yaşlı nəsl Tanrıçılıq ilsırasını işlədirdilər. Bu  gün unudulmuş, ulu türk tanrəçılıq ilsırasının günlərini və aylarını bacardığım qədər sıralamağa çalışacağam ki, tarix kimi  gələcək nəsl üçün yadigar qalsın.
       Ulu dədələrimizin həftə (yeddilik) günləri. Aşağdakılar olmuşdur.  Çağdaş  günsırası ilə, Bazar-“Bazar”, Bazarertəsi- “bazarertəsi”, Çərçənbəaxşamı- “Xasaxşamı”, Çərşənbə-“Xas”, Cüməaxşamı-“Xasertəsi”, Cümə-“Tək gün“,Şənbə-“Bazaraxşamı”.
           Onu qeyd edim ki, türk kökənli hökmdarlar, yazarlar, aydınlar  uzun illər farslaşmaya və ərəbləşməyə  böyük meyillik göstərmişlər və bu gün də göstərirlər. Lüğətlərdə bir çox türk sözlərinin ərəb və fars sözləri kimi verilməsinin şahidi oluruq. O cümlədən də ulu türk  sözü olan xas (təmiz) sözünü yazarlarımız hər yerdə ərəb sözü kimi göstərirlər. Doğrudur xas sözü ərəblərdə də var. Ancaq onlarda tamamilə başqa mənada işlədilir.( Xüsusilik, ayrıca, əlahəddə)  mənasında işlənir. Xas sözü ərəblərdə heç zaman müqəddəslik mənasında işlənmir. Ona görə də demək olar ki, yazarlarımız yanılırlar. Bu sözlərin oxşarlığı təsadüfdür.
         Tanrıçılıq dünyagörüşünə görə, yer iki uclu olmuşdur. Günəş 6 ay  yerin bir ucunu, 6  ay da, o biri ucunu isidir və işıqlandırır. O səbəbdən də,  Xızır ilsırası (təqvimi), 2 mövsimə, isti və soyuq mövsimə ayrılmışdır .Günmüzün ilsırası (təqvimi) ilə 21 martdan 20 sentyabra qədər olan 6-ayı Xızır (qızqın-isti) mövsimi, 21 Sentyabrdan 20 marta qədər olan 6 ayı Çilə (çətinlik-əziyyət) mövsimi adlandırılmışdır. Ayların, günlərin adları da olmuşdur. Tanrıçılıq ilsırasını Borçalı bölgəsində xalq son zamanlara qədər yaşadırdılar.Yaşlı adamlar öz aralarında o təqvimi işlədirdilər. Qafqaz iqliminə çox uyğun təqvim olduğunu deyirdilər.
        Tanrıçılıq ilinin başlanğıcı, çağdaş (müasir) ilsırası (təqvimlə) ilə Dekabrın 21-də Günəşin ilk doğum günü başlayırdı. İlk gün bayram edilirdi. Izır ilsırasıbelədir. İlk ay, Dekabrın 21-dən, Yanvarın 30-na qədər 40 gün Böyük Çilə ayı sayılır. Yanvarın  31-dən, Fevralın 20-nə qədər Kiçik çilə. Fevralın 21-dən Martın 20-nə qədər Bozay, Martın 21-dən, Aprelin 20-nə Danaqran ayı, Aprelin 21-dən Mayın 20-nə, ”Yağmur”ayı, Mayın 21-dən İyunun 20 “ Yaylım”ayı, İyunun 21-dən İyulun 20-nə “Peşqut”ayı,  İyulun 21-dən Avqustun 20-nə “Qorabişirən” ayı, Avqustun 21-dən Sentyabrın 20-nə “Quyruqdoğan”ayı, Sentybrın 21-dən Oktyardn 20-nə “Xırman” ayı, Oktyabrın 21-dən Noyabrın 20-nə “Dəyirman”ayı, Noyabrın 21-dən, Dekabrın 20-nə qədər “Qurov”ayı deyilir.
         Tarixçi M.M.Yusifov doğru olaraq yazır ki, “əvvəllər mövsüm bayramı kimi qeyd olunan bahar (yaz) bayramı zaman keçdikcə tədricən yeni yaranmış dinlərlə bağlanaraq, yeni il bayramı olmuşdur.”(R.Allahverdi. Təqvim mifləri və Novruz. Bakı .20013. s.104)
M.Təhmasib Novruz bayramının ilk yaranışının tanrıçılıqdan gəlməsinə işarə edərək yazır: “Lakin müqəddəs hesab olunan şeyin üstündən tullanmaq, ağırlıq-uğurluq, azar-bezarı onun üstündən tökməzlər. Demək ki, bu mərasimdə odun müqəddəsliyinə yox, azar-bezarı yandırıb məhv etmək qüdrətinə malik, əlamətləri yaşamaqdadır. Başqa sözlə deyilsə, bu mərasim atəşpərəstlikdən çox qədimdir. O dövrdə hələ od müqəddəsləşdirilib məbud dərəcəsinə qaldırılmamışdır” (M.Təhmasib. seçilmiş əsərləri I-cild.Bakı 2010.s.113)
         Yazar C. Qasımov bir çox təstiq edici dəlillər gətirərək  yazır: “ Əminliklə qeyd edirik ki, zərdüştlüyün izləri də Novruzda bu və ya digər dərəcədə qorunub saxlanır....Odu Zərdüşt və ya atəşpərəstlər kəşf etməmiş (yaratmamış), o zamana qədər mövcud olanı müqəddəsləşdirmiş din səviyyəsinə qaldırmışlar. Müasir tədqiqatlar göstərir ki, oda inam hələ tanrıçılıq dövründə də olmuş, lakin din səviyyəsinə qalxmamışdır”.(R. Allahverdi.Təqvim mifləri və Novruz. Bakı. 2013.s.106)
Tarixcilərin yazdıqlarına görə Y.Y.İ-dən öncə 505-ci ildə Zərdüşt dinini qəbul edən fars hökmdarı, Cəmşid Avesta ilsırasını yaradan zaman onu Xızır mövsümünə salmışdır. Bu yeni ilsırasını fars dövlətinin rəsmi ili kimi qəbul etmişdir. Xızır mövsüm bayramının adını farslaşdıraraq “Novruz” (“Yeni gün-yeni il”) bayramı adlandırmışdır.
        Zərdüştlük dinini qəbul edən türklər,  21 Mart mövsüm bayramını yeni il bayramı kimi qarşılamışlar. Xristianlığı qəbul edən türklər,  xristianlıq ilsırasına uyğun 9 martı özlərinin mövsüm bayramı  etmişlər. Xalq 9 Marta həsr edilmiş mahnılar da yaratmışlar.
                               “Gəldi martın doqquzu,
                                 Bayram etdik Novruzu”.  Dalısı unudulubdur.
          Rusların tabeçiliyindən sonra da həmin mövsüm bayramını 21 Martda etmişlər və bu gündə həmin ilsırası dəvam etməkdədir. 
Uzun illər fars dövlətinin tabeliyində yaşayan güney və xəzərətrafı türklər zərdüştliyi qəbul edərək özlərinin milli ilsıralarını,  bilqamıslarını və bayramlarının adını unudmuş, fars ilsırasını və  fars  bayramını”işlətmişlər.  Ona görə də qədim mövsüm bayramı olan Xızır bayramını bu gün  zərdüştlükdən qalma yeni il bayramı kimi qarşılayırlar.

          Bir şox yazarlar (müəlliflər) ədəbiyyatlarmızda odun (alovun) müqəddəsliyini Zərdüştlüklə əlaqələndirirlər. Onu qeyd edim ki, Zərdüştlükdən öncəki tanrıçılıqla əlaqəli olan, abidələrində alov tək dilli, Zərdüştlük abidələrində isə alov üç dilli göstərilir. Bunların fərqinə varmayan tarixçilərimiz hər ikisini də Zərdüştliyə aid edirlər. Mənim gəldiyim inamıma görə, bir dilli alov rəsmiləri, yəni “buta”  tanrıçılıqdan qalma inam nişanəsidir. Üç dilli alov rəsmi isə Zərdüştlüyün inanc nişanəsidir. Bundan başqa da Tanrıçılıqda Göyün göy rəngi, elə də yerdəki göy rənglər  müqəddəs sayılırlar. Zərdüştlükdə  isə ağ rəng müqəddəs sayılır. Tanrıçılıqda qəbrə inam var. Qəbir ənəziz inanc yeri sayılır. Zərdüştlükdə isə qəbrə inam yoxdur. Bu dediklərimizin hamısı Novruz bayramında ənəziz inam kimi yerinə yetirilir. Bu gələnəklərin yerinə yetirilməsi Novruz bayramının zərdüştlükdən öncə olan tanrıçılığın yadigarı olduğunu göstərir.  Zərdüştlüyün müqəddəs kitabı olan Avestanın heç bir yerində Tanrının adına rast gəlinmir. Avestada kainatın yaradıcısı Hürmüzdür. Ancaq bütün türk dünyasında Tanrı sözü müqəddəs varlıq kimi hər an işlənir.
Tanrıçılıqda bayramlar aşağdakılardır.1) 21 Dekabr günəşin doğum günü  tanrıçılıq inancının yeni ili. 2) Fevral aynın 2-3 xası (çərşənbəsi ) Xızırın doğum günü. 3) 21 Mart Yaz mövsüm bayramı (Novruz bayramı). 4) 21 Sentyabr Romano-Çilə (Qış) bayramı.  
 Tanrıçılıq inancında  iştrak edən Xızır kimdir. O şəxsiyətdir yoxsa mifdir. Bu haqda 2-ci söhbətdə dəvam ediləcəkdir.    

27 Aralık 2015 Pazar

İsa Mehdioğlu. Alimlər, aydınlar, jurnalistlər və dilçilər dilmizi zibilləməyin! Əziz gənclər diliniz təhlükədədir onu qoruyun!

                                                                                                İsa Mehdioğlu.
    Alimlər,  aydınlar, jurnalistlər və dilçilər  dilmizi zibilləməyin!
         Əziz gənclər diliniz təhlükədədir onu qoruyun!
2014-cü ilin oktyabr aynın 23-də saat 10-da Az.T.V-də verliş gedirdi. Bakıda keçirilən türkdilli xalqların “sələflər və xələflər” adlanan simpoziumun iştirakçıları verlişdə çıxış edirdilər. Türkiyədən, Qazaxıstandan və Azərbaycandan olan dilçi professorlar türk dilinin keçmişi, bu günü və gələcəyi haqqında simpoziumun proqramından  danışrdılar.
Türk dilinin simpoziumuna verilən ad məni maraqlandırdı. 20-yə qədər türk xalqının elçilərinin keçirdiyi sinpoziumun adının ərəbcə “sələflər və xələflər” adlandırılması məni təəcübləndirdi. Fikir elədim ki, toplantıda birləşən bu qədər türk ellərinin heç birində ya bu sözün qarşılığı yoxdu, olsa da osözü ədəbi dilə salmağı endirmirlər. Fikirləşdikcə onların qarşılığı olan bir necə söz yadma düşdü.
“Sələf” sözünün yerinə ulu, qocaman. Keçmiş, dədə” sözlərinin birini, “Xələf” sözünün yerinə sonçu, dəvamçı sözlərinin birini uyğunlaşdırmaq olmazdımı?  Dilçilərimiz  tənbəllik edib hazırın nəzirinə qaçmasalar, azərbaycan dilinin anlamına uyğun bir çox gözəl başlıq düzəldə bilərdilər. Ama onu eləmədilər, çünkü mütilik qanlarındadır. Gəlmə, yad sözləri işlətməklə fəxr edirlər.
          Çıxış edənlərin söhbətlərinə fikir verdim. Danışıq zamanı ən çox ərəb-fars sözlərini işlədən Azərbaycanlı professor oldu. Bir cümləsini sizə çatdırım. “Türk xalqlarının I-ci qurultayının Bakıda keçirildiyi”münsibətilə məmnunluq hissi” keçirdim”.  Sayğılı dilçi professorum “münsibəyilə məmnunluq hissi” yerinə “qürurlandım” və ya “qürur duydum” deyə bilməzdimi?. Əlbətdə bilərdi. Ama istəmir.
Martın 3-ü 2015-də mədəniyyət kanalında Astranomiya elminə aid verliş gedirdi. Aparıcı alim filosof söhbətinin içində “göy cismlərii” dedi. Astronom alim  tez aparıcının söznü kəsərək göy cismi yox, “səma cismi” dedi. Guya ki, aparıcının yanlışlığını düzəltdi. Belə qandım ki, astronom alim demək istəyir ki, ədəbi dildə danışmaq üçün göy yox, səma demək lazımdır. Göy sözü bizim alimliyimizə ləkə gətirər. Niyə səma ədəbi olsun goy yox?.
 Bu ilə qədər hər hansı bir qəza üzündən xalqı yerindən köçürəndə  adamlar köçürüldü yada evlər boşaldı  deyilirdilər. İndi bütün televiziya və mətbuatlarda adamlar və ya evlər  təxriyyə” edildi deyilir və yazılır. Eşidəndə fikirləşdim ki iki azərbaycan sözü birdən ərəbin bir sözünə qurban getdi. Elə bil ki,sözü dəyişəndə dilçilərimiz bir-birinə xəbər verirlər. O saat hamı o sözü təkrarlayır. Bax budur bizim aydınlarımızın bağışlanmaz suçu. Budur bizim uğursuğluğumuz (bədbəxtliyimiz). Öz dilmizi bəyənmirik.
       Azərbaycanlı aydınlarımız yaxşı bilirlər ki, Azərbaycan xalqı uzun müddət ərəb-fars sıxıntıları (təziqləri) ilə qarşılaşmışlar. Hətda 200 il ərəbləşmə siyasətinin qurbanı  olmuşlar.Ama o zaman dillərini qoruya bilmişlər. Ən azı 7-8 yüz ildir ki, ərəb xilafətindən uzaqlaşmışlar. Ancaq dilin ərəb- farslaşması meyli sonralar daha surətlə getmişdir, və bu gün də gedir. Fikrimə inanmaq üçün Qurbaninin, Yunis İmrənin qədim mahnılarını, XI-y.y. yazılmış “Kutadqu bilik”, “Divanü luğətü Türk”əsərlərinin və 17- y.y-də yazəlmış “Dədə Qorqut” un  dilini bu günkü dilmizlə müqaisə edin. Görün onların dili bizim dilmizdən nə qədər təmizdir. Nə qədər sözü unutmuşuq.  Kutatqu bilik və divanü luğətü türk-ün mətnində yad sözlər 4-5 %-i təşkil edir. Dədə Qorqutun mətnində 15-17 %-i təşkil edir. Bu günkü danışığımızda gəlmə sözlər 40-50 %-i, bəzi yazar və yazıçıların əsərlərində 70%-ə yaxın sözlər işlənir.  Bu günün özündə də hər hansı bir yeni söz lazım olsa, həmin an bir yad sözü gətirib dilimizə calayırlar. Belə ki, bu il köçürmənin yerinə “təxriyyə”, Çəki yerinə “kilo”, dözümsüzlük yerinə “diskamfort”, basqı yerinə “insident”, kökəlmə yerinə “kompleks” və s. bir çox yad sözlər gəldi.Hər gün televizorda danışanlardan rezervasita, stres, ahtiv, passiv, sksport,import və s. Yüzlərlə belə misallar gətirmək olar. Əyər dilçilərmiz bu addımla getsələr, 50-100 ildən sonra ümumiyyətlə danışıqda azərbaycan sözləri olmayacaqdır. Bilmirəm  bizim doğma sözlərimizi xalq düşməni eləməklə bu dilçilərmizin, jurnalistmizin, aydınlarmızın məqsədləri nədir? Bizim aydınlar dədələrinin dillərini, ədəbi dildə işlətməkdən niyə utanırlar. Ama eyni anlamı verən gəlmə sözləri işlətməklə qürurlanırlar.
Mən başa düşürəm ki, hər şey yeniləşən kimi dildə yeniləşir. Zamanaya uyğunlaşır. Ancaq dil yeni-yeni yaranan yeniliklərlə, indiyə qədər olmayan  tapıntılarla (ixtiralarla) yeniləşər. Bununla da dil daha da zənginləşər. Ama  min illərlə işlədilən sözlərin tam eyni olan yad, sözləri gətirməklə yox. Özünün doğma sözlərini arxivə göndərmək, o sözlərin sahibi olan babalarımızın ruhuna təhqirdir. Eyni zamanda o xalqın sonu deməkdir.  Şübhəsiz ki, dilimizdə işlətdiyimiz sözlərin çevirməsi (tərcüməsi) olan, bu yad sözləri ədəbiyyata gətirən dilçilərlə, jurnalistlərdir. Bu gün işlədilən ərəb-fars sözlərinin 90%-nin dilimizdə qarşılığı var. Ama bədbəxtliyimiz odur ki, ədəbi dilə gətirməyə utanırıq, künc-bucaqda danışırıq.
Fikirimin doğruluğunu bildirmək üçün, televizor və çaplardan (mətbuatlardan)  götürülən bir-neçə sözləri aydınlaşdıraq. Televizyada bir dəstə aydınlar (ziyalılar) elin gələnəklərindən (adət-ənənələrindən) danışırdılar. Qız və oğlanlarmızın  tərbiyələri haqqında çəkişmələr (müzakirələr) aparırdılar. Çəkişmələrdə  iştirak edən aydınlarımzın hamısı qızlardan söhbət etdikcə bakirə qız deyə danışırdılar. Bakirə sözünün dilmizə çevirməsi pozulmayan deməkdir. Qız sözünün yanında bakirə sözünü işlətmək bizim qızlarımıza təhqirdir. Çünkü,bakirəliyini itirənə (qızlığı pozulana) eldə “dibsiz” deyilir. Tribunadan “qızlarımız bakirəliyini itirir”. demək yerinə, qızlarımız qızlığını itirir, Ya da ən gözəli dədələrmizin dediyi kimi “qızlarımız gəlin olur  demək daha gözəl olmazmı? “İntihar elədi” əvəzinə, özünü öldürdü demək, dilmizə alçaqlıqmı gətirir.
Ərəb sözü olan “məmnunam” sözü mənim dört doğma sözümü arxivə göndərir. Cümlənin elə, yeri olur ki, şadam, elə yeri olur razıyam, elə yeri olur qürurluyam, elə yeri olur sevinirəm sözlərinin yerinə həmişə bir söz, məmnun sözü deyilir. Səfir sözünün tərcüməsi elə “elçi” deməkdir. Arada künc-bucaqda hamımız elçi sözünü işlədirik. Ama ədəbi dildə deməyə utanırıq. 50 ildən çoxdur yüksək tribunalardan ərəb sözü olan “tərəfi- müqabiləm” deyilir. Söz hələ də doğmalaşmayıbdır. Həmin mənanı verən doğma “tərəfdaşam” sözümüzü deməyə niyə utanırıq. Aydınlarımız hər zaman söhbətlərində qürurla ərəb sözü olan müraciət sözünü işlədirlər. El, oba arasında,  müraciət elə əvəzinə, ona yanaş, ona de, ona gənəş, ona bildir sözləri  geniş işləndiyi halda, ərəbdən gəlmə sözü işlətməyə ehdiyac varmı? Yerindən asılı olaraq, bu sözlərin hər hansı birini, demək, nəyə görə ədəbi dil sayılmasın?
       Qanılmayan, tamamilə məntiqə uyğun olmayan nigahlandı əvəzinə evləndi demək olmazmı? Dədə-babalarmız həmişə tərcüməçiyə- dilmanc demişlər. Bu gündə qocalar dilmanc deyirlər. Tərcüməçiyə dilmanc deyilməsi nə üçün ədəbi dil sayılmasın. 70 ildir ədəbi dildə istehsal, istehlak, mədaxil, məxarc sözlərini işlədirik. Hələ də xalq bu sözlərə yiyələnməyiblər. Xalq hər danışan zaman öz doğma sözlərini işlədirlər. “Qazancım, xərcim və ya gəlirim, çıxarım” deyirlər. Bu sözləri öz dilimizdə ədəbi dildə də işlətsək, bizə utancmı gətirəcəkdir?                                “Dəqiq məzmun kəsb edir”. Cümlənin -4 sözündən 1-i azərbaycancadır.Əvəzində “Düzgün fikir yaradır”, desək olmazmı? Televizorda çıxış edən deyir: “Xəstə iltihab posesinə məruz qalır”. 5-sözdən biri azərbaycancadır. Bu qədər yad sözləri yığmaxdansa, bir sözlə, “yara irinləyir”  deyə bilməzdimi? Başı bəlalı “bölgə” sözümüz  unudulmaqdadır. Bölgələrimiz, bir zaman rayon oldu. İndi də region olubdur. Son zamanlar pis və yaxşı sözləri tamamilə unudulubdur. Əvəzinə mənfi-müsbət və ya neqativ-pozitiv sözlərini moda salıbdılar. Yayaq sözünü gənclərimiz bilmirlər. Artıq unudulubdur. Çünkü bu gün savadlı da savadszda ərəbləşibdilər, piyada deyirlər. Ədəbi dil xalq dilindən uzaqlaşdırılmasının səbəbini başa düşə bilmirəm.
Bir vaxtlar öz zəngin boxcalarını bəyənməyib, ərəb-fars sözlərini gətirib doldurdular. İndi də Avropa dillərini daşıyırlar. Başa düşmürəm, bu necə mədəniyyətdir. Bu necə ana dilini yaşatmaqdır. Dilə niyə bu qədər düşmənçilik edirlər. Bu gün dilmizdə işlənən gəlmə sözlərin 80 % dən çoxunun qarşılığı   dilimizdə var. Geniş xalq toplusu  işlədir, danışırlar. Elə ki, yazıya keçirik onları işlətməyə utanırıq, yad sözləri qürurla yazırıq. Bu xalqın kökünə balta vurmaqdır. farslaşdırmaq və ya ərəbləşdirmək siyasətini yeritmək bu azad vaxtımızda kimin xeyrinədir. Danışıqlarda geniş işlənən, ədəbi dilimizdə işlədilməyən, belə sözlərimiz lap çoxdur.  Ancaq uzunçuluq eləməyə ehdiyac yoxdur. Fikir aydındır.                                                                                                                                                     Minlərcə azərbaycan sözlərimiz qəsdən unutdurulur, Yerinə yad sözlər gətirilir. Bu gündə bu siyasət dəvam etdirilir. Özünün doğma sözünə xor baxıb, Kəsrəviçiliyin dəyirmanına su tökürlər.
Hamıya aydındır ki, türk dilində danışan bir cox xılqlar var. Demək şox xalqın da çoxlu sözü olar. Bizdə olmayan sözləri başqa türk xalqından götürmək, yad əcnəbi sözləri yığmaqdan daha düzgün olmazmı?.. Ancaq biz bunu etmirik, nə də yenisini yaratmaq üçün fikirləşmirik.
         Hörmətli dilçilər  jurnalistlər dilmizə yad sözləri doldurmağı dayandırın. Dilinizə hörmət eləyin. Dilə bu qədər müxənnətlik eləmək olmaz . gələcək nəsl sizə lənətlər yağdırar. Unutmayın ki, bir gün farslar sizə dilinizə etdiyiniz düşmənçiliyin acısını göstərə bilərlər.

        Azərbycan dilini sevən  bütün aydınlara gənclərə deyirəm, dilçilərmizin və jurnalistlərmizin yad sözləri gətirmələrinə qarşı çıxın. Çox şirin olan azərbaycan türkcəsini qoruyun. Yoxsa tezliklə latın dili kimi sizin də dilniz itəcəkdir.

22 Aralık 2015 Salı

İsa Mehdioğlu Gənclər arasında yayılmış dini fanatiklik zamanın faciəsidir.

                                                                                                                                                            

Ölkəmizin gəncləri arasında yaranmış  dini xaotik vəziyəti  eşidəndə  daxilən çox acıdım, ağrıdım. Mənim gənclərim nəyə görə ərəbistan səhralarında, Əfqanıstan dağlarında  ölsünlər. Hansı məqsədə hansı amala görə, calayvətən olsunlar. Ya da yalançı hər hansı bir amal uğurundə öz xalqına , öz dövlətinə qarşı silah qaldırsınlar. Bu faciənin bircə cavabı var. O da gənclərmizin ideoloji tərbiyələrində dini boşluqların  olmasıdır. Onlar bu boşluğu dini fanatikliklərlə doldururmağa çalışırlar. Bu da bir çox arzu olunmaz faciələrə səbəb olur. Ona görə də ilk öncə fanatikliyi gənclərmizin şüurundan çıxartmaq və  onları ağıllı, fəal mübarizliyə alışdırmaq lazımdır.

1995- 2000-ci illərdə şəhərdə dini təriqətlər köbələk kimi surətlə artan zaman, artıq dini fanatikliyin izləri görünürdü. Gəncləri bir ideoloqiyanın altına yığmaq üçün, Dini qurumlarla iş üzrə dövlət komitəsinin  üzvlərilə  məsləhətləşməmiz oldu.  Söhbətə soyuq yanaşıldığı üçün çəkilib evimdə oturdum. Ancaq bu gün həmin soyuq yanaşmanın nəticəsini, kiminin yalançı cihad xətrinə  öldüyünü, kiminin cihaddan qayıdıb vətənində türmədə çürüdüyünü, kiminin də yalançı, ucuz dini təbliğata uyub, öz xalqına, öz dövlətinə yağı olub, ona silah qaldırdığını görüb, eşidəndə yenidən rahtlığım pozuldu.

Elmlə din arasında nə qədər böyük boşluq olarsa, din ilə elm arasında da bir o qədər uçrum olar. Dini fanatiklik daha da artar. Bu gün sərbəst dini fanatizminin təsiri altına düşən gənclərimiz, çox zaman cəmiyyətdə və ya ailədə arzu olunmaz faciələrə səbəb olurlar. Bu fanatikliyin qarşısını almaq üçün,gənclərmizin düzgün dini təbliğata ciddi ehtiyacları var. Təbliğat elə aparılmalıdır ki, gənclərin elm ocaqlarında eşitdikləri həqiqətləri din öz ayətləri ilə təstiq eləsin. Dini təbliğat da elə olmalıdır ki, din dediyini elmi mənbələr təstiq eləsin..

Bütün tarix boyu belə boşluqları,  Vəhdəti-Vücud fəlsəfəsinin  ideologiyası doldurmağa, elmlə dinin vəhdət halında yaşamasına çalışmışdır.Ama                         vacibül-vücud fəlsəfəsini özlərinə meyyar götürmüş, tövhid dininin müdafiəçisi olan mollalar elmlə dini bir-birinə düşmən etmişlər. Bu gün bütün dünya dinlərində fanatiklik höküm sürməkdədir.
       Vəhdəti-vücud fəlsəfəsinin təbliğatçılarını ya asmışlar ya da yandırmışlar. Bu gün zaman vəhdəti-vücud fəlsəfəsinin  yenidən canlanmasını tələb edir. Qurani-kərim  vəhdəti-vücud fəlsəfi ideyaları ilə doludur. Onları xalqa düzgün çatdırmaq lazımdır. Əgər din xadimləri belə bir müqəddəs inam yolunu üzərlərinə  götürüb gəncləri bu dini ideoloqia altında birləşdirə bilsələr, ölkəyə vətənə yararlı və dini fanatiklikdən uzaq olan gənclər yetişdirə bilərlər.

      İnsanın ideoloji mənəviyyatının zənginləşməsi üçün  dini inam çox vacibdir.Bu vacibliyi gərək insanın ağlı, təfəkkürü qəbul eləsin. Əgər dinin təlqin elədiyi inamları təfəkkür qəbul eləmirsə insan o dinə bağlana bilməz və onda olan dini mənəvi aclığın yerini doldura bilməz. Bu zaman adam onu təmin edə bilən yeni dini ideologiya axtarır. Bu axtarmalar,  bəzi hallarda indi rastlaşdığımız fanatizmini yaradır. Bu gün bizim gənclərimizin xoşa gəlməz yollara düşmələrinin də səbəbi yuxarda dediymiz hallardır.Bu halların qarşısını almaq üçün də onları təmin edən ideoloqiya verilməlidir. Bu ideologiya bu gün yoxdur. Müasir dünya görüşlü din xadimləri yoxdur. Ruhanilərin təbliğat üsulu 9-10-cu yüzilliklərdə yazılan hədislərə uyar aparılır. Bu isə 21-ci yüzillik insanlarının təfəkkürünə uyğun gəlmədiyi üçün onları təmin eləmir. Ona görə də onlarda inam itir.Zamanla ayaqlaşmayan bir çox hədislərdən yalnız biri haqqında danışım.
Danılmaz bir  həqiqətdir ki, adamın mənəviyyatının, ruhaniyyatının zəngin  olmasında dinin böyük rolu olmuşdur. Dinsiz elmi kəşflər dünyanı məhvə apardığı kimi, elmsiz din də cəmiyyəti məhvə aparar. Yer üzündə əminamanlığın, ədalətin, haqqın qalib gəlməsi üçün, din ilə elmin vəhdəti vacibdir. Bu vəhdətin vacibliyi dünyanı çiçəkləndirə bilər. Elm maddi mədəniyyətin mayası olduğu kimi, din də mənəviyyatın mayasıdır.
Hamıya aydındır ki, Qurani-kərim oxunan zaman heç kim ondan heç nə başa düşmür. Ona görə də insanlar hədislərə böyük maraq göstərirlər. Bu gün isə bizim hədislərimizə xalqın çoxu inamsız halda yanaşır. Bu yanaşma da boşuna deyil. Xalqın 80-90 % - i  savadlıdır. Onun üçün də onlara çatası söhbət lazımdır.
Böyük bir yas məclisi idi. Molla, Yusif peğəmbərin sərgüzəştindən danışan zaman, 60 yaşlı Züleyxanı 20 yaşlı qız elədikdən sonra, Yusifə ərə verdi, məclisdəkilərin çoxu başını bulayaraq bığaltı güldü. Adəm peyğəmbərdən söhbət eləməyə başladı. Allah  Adəm peyğəmbəri 8 min il bundan öncə torpaqdan yaratdı onun qabrqasından Həvvanı yaratdı Allah bunların hamısını bir gündə elədi. Sonra da onlar evləndilər. Hər doğulan uşaq bir dildə danışdı. Beləliklə dünyanı 72 millət doldurdu deyə molla söhbət edirdi.     
           Məclisdən bir müəllim, mollanın hədisinə etiraz edərək, dedi ki, “ay molla xahiş edirik elə söhbətlər edin ki, xalqda sizə qarşı inam yaransın. Məclisdə mənim tələbələrim oturur. Onlara mən deyirəm ki, 300 min il öncə bizim ulu babalarımız Azıx mağarasında yaşamışlar. Sizin söznüzü eşidən gənc tələbələrim yəqin ki, tərəddüd içərisində qalıblar. Onlar sən deyənəmi inansınlar, yoxsa mən deyənəmi inansınlar. Sizin söhbətinizi etika xətrinə dinləyirik. Artıq zamanla ayaqlaşmaq lazımdır. Belə ağlabatmaz nağılları həqiqət kimi danışmayın.Ya da deyin ki sizə bir nağıl danışım. Bizdə nağıl kimi qulaq asaq. Bayaqdan nəzakətlə mollanı dinləyənlər hamı müəllimə haq qazandırdılar.
        Mən evə gəldim Quranın tərcüməsini açıb yenidən bir də oxudum, gördüm doğrudan da Adəmin və Həvvanın yaranmasıhaqqında, Quranda, hədisdə deylənin  əksi yazılmışdır. Adəmin qabrqasından Həvvanın yaranması və eləcə də, Züleyxanın yenidən cavanlaşması və Yusifə ərə getməsi haqqında, bir kəlmə də yazı yoxdur. Quranın 15-ci surəsinin  26-cı ayəsində deyilir: “Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq”.Ayənin deyilişindən aydın görünür ki, burada söhbət Adəm peyğəmbərdən yox, Ümumi olaraq, insanın yaranmasından gedir.            Bəs Quranda göstərilmədiyi halda hədislərimizdə geniş yer alan, müasir təfəkkürün məntiqinə sığışmayan bu nağıllar, rəvayətlər haradan qaynaqlanmışdır?
Tövratda olan bir çox rəvayət və mifləri oxuduqda məlum oldu ki, Tövrat özündən öncə Misir və Mesopotomiya xalqı arasında mövcud olan bir çox əfsanə və nağıllardan istifadə etmişdir. İnsan haqqında olan əhvalatlar da qədim Misir mifinin Tövratda Adəm peyğəmbərin həyatına köçürülməsidir. Nəticədə şəxsiyyət olan Adəm peğəmbər əfsanələşmiş və mifoloji obraz şəklini almışdır.
Quranın təfsirçiləri, hədisçiləri Quran ayələrinə fikir vermədən, Tövratda qeyd olunan yəhudi mifoloji dünyagörüşünü, olduğu kimi, İslam hədislərinə köçürmüşlər. Qurandakı ayə həm ağla batan görünür, həm də elmi dəlillərə uyğun gəlir.  

 Bütün elm adamlarına aydındır  ki, VII əsrdə formalaşmış islam dini dünyagörüşü öz dövrünün təfəkkür məntiqinə uyğun olduğu üçün o qəbul olunmuşdur. Bu gün isə XXI əsr insanının dünyagörüşünü hazırkı elmi nailiyyətlər formalaşdırır. Ancaq dini dayaqlar, dini təfəkkür isə VII əsr dini dünyagörüşü ilə öz varlığını yaşatmağa çalışır. Bunun nəticəsidir ki, elmlə dinin vəhdətində olan boşluğu doldurmaq olmur. Özünün dini ehtiyacını ödəməyə çalışan gənc təfəkkür sahibi isə öz dini psixoloji təfəkkür mənəviyyatının ehtiyacını ödəyə bilən dini yollar axtarır. Bu səbəbdən də, son zamanlar yağışdan sonrakı göbələk kimi, meydana çıxan bir çox məshəblərdən,  eləsinə rast gəlinir ki, son halda hətta gəncləri fanatikliyə aparır. Bu günkü gənclik hər bir hadisənin təhlilində onu qane edən dəlil axtarır. Hər hansı bir dini məzhəb onların müasir dini dünyagörüşünə uyğun gəlmədikdə, yenidən başqa bir məzhəb axtarışına çıxırlar. Bu axtarışların da son nəticəsini biz görürük. Gənclərimizin sədaları ya da meyitləri, Əfqanıstandan, Ərəbistandan gəlir. Ya da özü öz gülləsinə tyuş gəlir.

Bəs görəsən gənclərdə yaranmış bu dini boşluğun səbəbi nədir? Məlumdur ki, bu günkü gənclər yüksək təhlil qabiliyyətinə malik olan yüksək intellektual səviyyəli  gənclərdir. Ona görə də, hər bir sadəlövh inanclar onların dini mənəviyyatını ödəmir.
Bu mənəvi boşluqları doldurmaq üçün  unudulmuş vəhdəti-vücud fəlsəfəsini yenidən canlandırmaq lazımdır. Bu dini fəlsəfəni bilən savadlı dindarlar hazırlanmalıdır. Dindarlar hər yerdə xütbələr- mühazirələr oxuyub gəncləri vacibül-vücud dünyagörüşündən uzaqlaşdırmağa,  vəhdəti-vücud dünyagörüşlərinə yiyələndirməyi bacarmalıdılar. Bu fəlsəfi görüşün özü geniş bir elmdir. Bunun üçün geniş audutoriyalarda, ailələrdə, məktəblərdə və ali bilik ocaqlarında səmərəli iş aparılmalıdır. ki, müntəzəm olaraq gənclər orada dini mənəviyatlarını yetişdirsinlər və yaysınlar. Köhnəlmiş hədislərin hamısı müasir təfəkkür qəbul edəcək səviyyədə yenidən yazılmalıdır ki, dinləyən ya da oxuyan  onu qəbul edə bilsin. Mən din alimlərini hədislərmizə yenidən baxmağa və zamanla ayaqlaşan hədislər yaratmağa çağrıram.                                                                                  

12 Aralık 2015 Cumartesi

Yiyəsiz Borçalıya bir yiyə tapılacaqmı?

                         ­­     
          Hörmətli oxucular s­­­­iz bilirsinizki, 1990-91-ci illərdə Borçalı da ağır günlər keçirdi. Kamsaxurdiya dövründə “ Gürcüstan gürcülər üçündür”  şüarı yarandı. Azərbaycanlılar “qonaq” gəliblər getsinlər deyə hücum kampaniyası başladı. 200 minə qədər gürcüstanlı azərbaycanlılar qovuldu. 20-dən artıq adam öldürüldü. Allaha şükür ki, Şverdnadze tez peyda oldu. Kamsaxurdiya öldürüldü. Yoxsa Borçalının aqibəti  Ermənistanlılarınki kimi olmalı idi. O zaman qırğın vaxtı gürcülərin əllərində olan bir dövlət sənətini bizim gözmüzə soxaraq, deyirdilər ki, alın oxuyun siz XVII-əsrdə  gəlib yermizi tutubsunuz. Nəki durdunuz bəsdi. İndi öz yurdunuza gedin. Əllərində olan bu sənəddə A.M.E.A-nın Ensklopediyasında yazılan “Azərbaycanlılar XVII-əsrdə kütləvi surətdə Borçalıya köçürülmüşlər” yazısı idi. Nə qədər ki bu yazı hökümdədir Borçlılara qonaq deyiləcəkdir. Onların da dilləri daima gödək olcaqdır. Çünkü sübut göz önündədir.
       Televizor və mətbuatlardan eşitdiyimə görə Akademiyanın arxeologiya institutu Gürcülərlə birlikdə Azərbaycanda arxeoloji işlər aparmışlar. Biz də istəyirik ki, Borçalıda gürcülərlə birlikdə arxeoloji qazıntılar aparılsın və Borçalılardan gəlmə adı götürülsün. Bir neçə dəfə akademiyaya müraciət elədiyimizə baxmayaraq cavab yoxdur. İlk tanışlıq üçün Borçalıda olan yüzdən çox türk abidələrindən bir neçəsini yazıb bildirmək istəyirəm.    
        Borçalıda  olan qədim türk abidələri ilə bir dəfə də olsun nə Azərbaycan nə də Türkiyə  alimləri maraqlanmamışlar. Elə ona görə də çox asanlıqla bu abidələri gürcülər  bu gün özlərinin tarixi abidələri kimi yiyələnirlər. Onları istədikləri kimi təmir edib, içərisində otururlar. Bu qədim tikililər körpülərdən, qalalardan və kilsələrdən ibarətdir.
          Eradan öncələrdə adı çəkilən Sakların və Kapanakların “Sakındur” və “Kapanak” şəhərlərinin böyük ərazidə xarabalıqları, kalafaları bu gün də durur.
         Bolus (Bolnisi) rayonun Kəpənəkçi kəndinin şərqində "Sarı kilsə" adlı yarısı uçmuş kilsədə 1960-65-ci illərdə Gürcüstan arxeoloji ekspedisiyası kəşfiyyat işləri aparan zaman iki metr dərinlikdə  IV əsrə aid edilən gənc oğlan qəbri tapılmışdır. Sinə daşında qədim türk dilində yazı aşkar edilmişdir. Yazıda deyilir "Kapanakçı xaqanın oğlu gənc (prins), kapanak çayında boğulub öldü". Həmin daş iki il Tiflis tarix muzeyində saxlanıldı, iki ildən sonra muzeydən götürüldü.
         Kəpənəkçinin içində Çataq (Poladauri) yolunun sağında "Qoçlu kilsə" IV əsrə aid edilir. 1930-40-cı illərdə kilsənin ətrafında yüzlərlə qoç heykəlli qəbir daşları var idi. Bu gün bir dənəsi də yoxdur. Deyilənə görə nə vaxtsa gürcülər maşına doldurub aparmışlar. Hal-hazırda kilsə sağlam vəziyyətdə, işlək haldadır. Gürcü keşişi yiyələnib içində yaşıyır.
         Xaçın kəndi ilə Ağalıq arasında Bolus (Bolnisi) siyonu deyilən böyük, əzəmətli kilsə yerləşir. Kilsənin ətrafında çoxlu qəbirstanlıq var. Vaxtı ilə  burada çoxlu qoç heykəlləri də var idi. Bu gün kilsə gözəl təmir olunub, içərisində keşiş oturur.
         Kəpənəkçinin qərbində Kəpənəkçi çayının sağ sahilində "Yazılı kilsə" adlı kilsə bu gün yaxşı təmir olunmuş və içərisinə keşiş qoyulmuşdur.
         Kəpənəkçinin cənubunda Talıfıllıdan bir kilometr aralı, meşəlikdə kilsəli deyilən yerdə qədim kilsə və ətrafında böyük qəbirstanlıq var. Onuda təmir edib içinə keşişlər qoymuşlar. Çataq yolu meşəsində cinni binə deyilən yerdə (həmin yerə Mehdilli yurdu deyilir) içərisi bəzədilmiş halda balaca bir kilsə var. Ətrafında isə əlləri çarpazlaşmış insan fiqurlu qəbir daşları vardır. Ondan bir kilometr aralı, dağın başında əzəmətli bir kilsə də var. Bu gün hər ikisində keşiş durur.
         Port-port deyilən yerdəki kilsənin də ətrafında çoxlu qəbirstanlıq var. Qəbirstanlıqda əli çarpazlaşmış və qoç şəkilli sinə daşları var idi. İndi qoç heykəlləri yox olmuşdur. Kilsə baxımlı haldadır, içərisində keşiş durur.
         Saray yerindəki, yazılı kilsənin də ətrafı qəbirstanlıqdır. Qapısında kitabə mövcuddur. Mütəxəssislərin dediklərinə görə, kitabədəki yazılar gürcü dilində deyil.
         Abdallı kəndi ilə Kveşi kəndi arasındakı, təpə başında çox əzəmətli olan "Abdal" qalası ucaldılmışdır. Deyilənə görə qala 5-ci əsrə aid edilir. 1940 illərdə qalanın qapısının üstündə iki metrdən artıq uzunluğu olan nəhəng bir kitabə var idi. Yerli xalqın dediyinə görə Tiflisdən gələn mütəxəsislər demişdilər ki, yazı qədim türk-moğol dilindədir. 1955-ci ildə yolum bir daha ora düşdü. Ancaq artıq kitabə götürülmüşdür. Yerli xalq dedi ki, “Tiflisdən gələn briqada daşı çox çətinliklə söküb Tiflisə apardılar”. Əgər yazı gürcü dilində olsa idi, belə bir əzəmətli qalanın kitabəsini sökməzdilər. Demək çuvalda pişik gizlənmişdir.  
         Tarixdə bir çox olayların  şahidi olan başı bəlalı Dumanıs (Dmanisi) qalasında da kitabə var idi. Ancaq son zaman kitabəni görmədim.
         Şəmşoğlu kəndindəki kilsələr hələ yararlı haldadılar. Oradakı xaçların üzərində buta şəkilli oymalar var. Belə xaçları gürcülər harda tapsalar. Oxalayıb məhv edirlər. Bu kilsəyə oxşar digər bir kilsə də, Sakındur şəhərinin  xarabalıqlarındadır. "Səkkiz ayaq" adlanır.  O da sağ-salamatdır.
         Darbazla Gülöyür yaxınlığında Alban kilsəsi adında salamat saxlanılmış bir kilsə var. Deyilənə görə çar Rusiyası Qafqaza gələnə qədər bu kilsədə ətraf xalqlar ibadət etmişlər. Onu da qeyd edim ki, kilsənin ətrafında yalnız Azərbaycanlılar yaşayır.
         Kolagir kəndinin cənubunda Xram çayının sol sahilində dörd künc hörülmüş. 4-5 hektar sahəni əhatə edən çox əzəmətli ağca qala ucalır. Tarixin dediyinə görə Ağca qala Qazan xanın, Həsən padşahın, onun oğlu Sultan Yaqubun yurd yeri olmuşdur. Qalanın içərisində 4-5 metr hündürlüyündə bir türbə var idi. Türbənin ətrafı ağ parlaq çini üzərində, göy ərəb yazıları ilə doldurulmuş, naxışlarla örtülmüşdür. Xalq ona "Ağ Pir" deyə ziyarət edirdilər. 1935-ci ildə qalanı təmir etmək adı ilə "Ağ pir"i sökdülər. Bütün yazılı çini sağsıları arabalara yükləyib Xram cayına tökdülər. İndi həmin pirin yerində gürcülər kilsə tikmişlər. İçərisində keşiş oturub, qalanı monastr etmişlər.
         Borçalının Təkəli  və Quşcu kəndlərinin yaxınlığında,təpə başında,XVI-əsrdə Şah Təhmasib zamanında tikilmiş Borçalı xalqının fəxri olan Təkə bəyin qalası ucalır. Baxımsız vəziyətdə olduğu üçün, artıq sökülüb dağılmaqdadır. Çox heyiflər olsun ki, Azərbaycan hökuməti yiyə durmur. Gürcüstan hökuməti də bu qalanın yox olmasını arzulayır.
         Tiflisdə Sənan dağının güney tərəfində müsalman qəbirstanlığının yaxınlığında şeyx Sənan türbəsi ucalırdı. Vaxtilə böyük şairimiz Hüseyn Cavid türbəni ziyarət edən zaman, qarşısında duraraq ona qəsidə ithaf etmişdir. Bu gün türbə xarabalığa çevrilmişdir. 1956-cı ildə mən Şeyx sənanın qəbrini ziyarət edəndə artıq türbə yox idi. Qəbir daşları ətrafa dağılmışdı. 1960 illərdə Botanika bağını genişləndirmək məqsədilə Şeyx Sənanın türbəsi yerlə yeksan oldu. Yerində bağ salındı. Şeyx Sənanın dastanından, onun haqqında yazılan dram əsərlərindən, yazılan şeirlərdən mənəvi qida alan xələfləri, bu gün onu əfsanəvi obraz kimi xatırlayırlar. Akademiya işciləri Şeyx Sənan haqqındı elmi əsər müdafiə edirlər. Ancaq onun türbəsini tanımır.
         Bolus  (Bolnisi) rayonunda Bolnisi ilə Kəpənəkçi arasında Yıl (Yel) baba dağı ucalır. Ən qədimlərdən bu günə qədər. Ətrafındakı yerli xalqlar ona ziyarət edirlər. Dağın zirvəsində 2x3 metr nisbətində ən qədim bir tikili var. Rəvayətə görə qədim türk xalqlarının peyğəmbəri Zülqədər (Zülqərneyn) Zülmət dünyası səfərindən qayıdan zaman ölmüş və burada dəfn olunmuşdur. Onu yıl dağının başına basdırmışlar. Həmin tikili onun qəbri üzərindədir.  Dağa niyyət edənlərin niyyətlərinin, arzularının çin olması üçün, öz qurbanlarını bacaran dağın başında kəsir, bacarmıyan isə ətəyində kəsir. Dağa Azərbaycanlılarla bərabər yerli qreklərdə (yunanlar),gürcülər də ziyarət edirlər. İndi gürcü höküməti dağın başında Zülqədər peyğəmbərin qəbri üstündə böyük bir kilsə tikdilər.Onun haqqında da Akademiya işçiləri  müdafiə edib elmi ad alırlar. Çox heyif ki, yanlarında Zülqədərin kimliyini və qəbrini görməyib, onu əfsanələşdirib göy planetinin adamı hesab edirlər.
           Bu məqaləni yazmağımın səbəbindən biri də odur ki, gürcülər dərslik kitablarında uşaqlara  oxudurlar ki, Borçalıya Azərbaycanlıları 17. əsrdə Şah Abbas kütləvi surətdə  köçürmüşdür. Biz azərbaycanlılar Gürcüstan təhsil nazirliyinə öz narazılığımızı bildirdik. Bizə dedilər ki, yazının mətnini A.M.E.A.nın nəşr etdiyi “Azərbaycan milli ensiklopediyası”ndan götürülmüşdür. Belə aydın olur ki, Borçalılara “gəlmə” damğasını ilk öncə  A.M.E.A-nın əməkdaşları vurmuşlar. Bu da gürcülərin xeyrinə işləyən sənəd olmuşdur. Yuxarıda gördüyünüz kimi, bizim yerli "oborogen" olmağımızı  təsdiq edən bir çox tarixi abidlərimiz var. Biz vaxtı ilə Elmlər akademiyasına ensiklopediya nəşrində olan səhvləri düzəltmək üçün müraciət etdik, lakin heç bir cavab almadıq.
         2000 –ci ildən bu günə qədər, Türkiyənin Araştırmalar Mərkəzi Vəqfinə, Azərbaycan elmlər akademiyasının Arxiologiya  instutlarına, Tarix institutuna. Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə dövlət komitəsinə və bir çox təşkilat və mətbuatlara  müraciət etmişəm. Heç bir yerdən bizim “gəlmə” adımızı götürmək üçün dayaq yeri tapa bilməmişəm.  Son halda bütün Azərbaycan ziyalılarına müraciət edərək demək istəyirəm ki, Gürcüstan azərbaycanlılarından gəlmə adının götürülməsi üçün Azərbaycan və Gürcüstan elmlər akademiyalarının birlikdə işləyərək oradakı həmvətənlərimizdən gəlmə adının götürülməsində aktiv iştirak etsinlər.
        ( Borçalı dərələrində, Borçalı dağlarının təpələrində baş qaldıran ulu abidələr  ətraflarında torpaq altında yatan sələflər (Ulu dədələr) yüz ildən artıqdır ki, haray çəkirlər. Bizə yiyə durun deyirlər. Ama xəbərləri yoxdur ki, onların xələflərində (sonçularında) olan qeyrət deyilən şey çoxdan ölübdür. Xələflərinin  qeyrəti Göycədə, Ələyəzdə,Gümrüdə,Calaloğlunda,Zəngəzurda ən nəhayəti Qarabağda basdırıldı. Borçalının da harayını eşidən yoxdur.Heç vaxt da olmayacaqdır.Axı qeyrət çoxdan  yox olubdur.)      

 Hörmətlə: İsa mehdioğlu 
                                              
                                
                                                                                                                                                            





11 Aralık 2015 Cuma

ANS-TV-nin Günəbaxan verlişinə.- II

                                                                 
Hörmətli elgiz bəy Sizin məmə xərçənginin müalicə profilaktikası haqqında apardığınız söhbəti dinlədim. Həkim Çaxmaqçı müalicə həkimi olduğu üçün profilaktikanı səthi danışdı. Xalqın mariflənməsi üçün sizin geniş audutoriyanızdan istifadə edərək, qadınlarmıza mənim tərəfimnəndə bir neçə marifləndirici məsləhər verin.

 Mənim profilaktik məsləhətim, hər kəs evində edə biləcək qədər sadədir. Onları əmin edirəm ki, aşağdakı məsləhəti yerinə yetirən qadın heç zaman məmə xərçəngindən ölməməlidir.  Qadının məməsində əmələ gələn xoş xassəli düyn ən tezi bir ildən, ən geci iki ildən sonrs xərcəng xəstəliyinə çevrilir. Bəzən üç il də çəkir.         

Onu deyim ki,məmə xərçəngindən ölənlərin sayı, bütün xərçəng xəstəliyindən ölənlərin 30%-ni təşkil edir. Bu göstərici çox yüksək faizdir. Döş vəzinin (Məmənin) müainəsindən söhbət gedən zaman, hər bir qadın bilməlidir ki, həyatı onun öz əlindədir.30-40 yaşında olan qadının döş vəzi xərçəngindən ölməsini və ya , döş vəzinin xərçəngindən əziyət çəkməsini gördükdə təcüb məni götürür.  Bu necə qadın ola bilər ki, iki il ərzində  hamamlanan  zaman döş vəzində əmələ gələn uyğunsuzluğu, bərkliyi və ya onda olan düyünü bilməsin. Bilirəm oxucular təcüblənəcəklər. Ancaq bu həqiqətdir. Bu gün yüzlərlə qadın döş vəzi xərçəngindən əziyət çəkir. Bu hal sabah da və həmişə də belə olacaqdır. Bu hallar olmasın deyə qadınlar yüksək dərəcədə bilgiyə sahib olmalaıdılar. Özlərinə fikir verməyən qadınları  bir qədər marifləndirmək üçün, onlara  bəzi məsləhətləri  vermək pis olmaz.

Qadınlar hər zaman  məmələrini  yoxlaya bilərlər və təhlükə baş vermədən onu aradan qaldıra bilərlər. Bunun üçün aşağda göstərilən tövsiyələrə əməl etmələri məsləhətdir.

Soyunub güzgünün önündə durub diqqətlə hər iki məmələrinə baxsınlar. Sağlam halda hər iki məmə  eyni görkəmdə görünməlidir. Sonra yarım döngə sağa dönüb sol məmələrinə baxsınlar. Sonra sola dönüb sağ məmələrinə baxsınlar. Sonra yenə güzgünün qarşısında düzgün durub hər iki əllərini başlarına   qoysunlar. Güzgüdə məmələrinin eyni ölçüdə olub- olmamasına fikir versinlər. Sonra sağ məməni sağ ovuclarına alsınlar, sol əllərilə məməni yoxlasınlar, .sonra da həmin qayda ilə sol məməni yoxlasınlar. Ovucla barmağın arasında  eyni bərklikdə hamar halda normalməmə vəzi duyulacaq, əlin altında heç bir düyün duyulmayacaqdır.Hər hansı bir şübhə yaranarsa, məmələrdə fəqlilik görünərsə, məmənin vəzində xırda bərk düyün (taxıl boyda da olsa) ələ toxunarsa, mütləq həkimə müraciət etsinlər. Əyər bu deyilənləri yerinə yetirərlərsə    xəstəlik tez aşkar edilər, vaxtında  xəstəliyin qarşısı alınar və. onlar da  qorxulu xəstəliklərdən  azad olarlar. Ağıllı və tədbirli qadın heç zaman  məmə xərçəngindən  ölməməlidir. 40 illik təcrübəmə  güvənərək bildirirəm ki, məmədə düyün iri fındıq boyda olana qədər, xərçəngə tutulmur. Fındıq boyda olan zaman çıxarılarsa ana yüz faiz sağlam qalır. Əyər böyüyüb Ceviz boyda olarsa, artıq qorxuludur. Bəlkə çıxsa da xeyiri olmaya. Nə qədər tez bilinsə bir o qədər proqnozu yaxşıdır.
            Hörmətlə İsa Mehdioğlu. 
    

                



10 Aralık 2015 Perşembe

ANSTV-nin Günəbaxan verlişinə 2

Hörmətli Elgiz bəy dönəmimizin bütün təbliğat vasitələri, hər gün südsüz analara  düzəltmə südləri almaları haqqında reklamlarda yayımlar gedir. Ama anaların niyə südü yoxdur.  Analarda olan bu çatmazlıqların səbəbi nədir. Dünyanı tutan bu ümumi bəlanın qarşısını almaq olarmı?  Bu haqda heç yrdə yayım eşitməmişəm. Sizin geniş yayım imkanınız olduğu üçün, südsüz analara profilaktik kömək məqsədilə bu qısa məktubu çatdırmağınızı xahiş edirəm.            
Südsüzlük bu gün kütləvi hal almışdır. Doğulan uşağın 80-90-%- düzəltmə  yemlərlə böyüyürlər. Aydındır ki, səbəb anaların südlərinin olmamasıdır. Südün olmamasının səbəbi nədir. Qızın məməsində süd vəzilərinin inkişafı 9-10 yaşlarından başlayır, 18-20 yaşlarında dayanır. Hər bir məmədə yüz minlərlə mikroskopik süd vəzləri olur. Bu günkü qızlar, analar  qızlar 12-13 yaşlarından lifcik geyinirlər. Döşlərinin yumru görünməsi üçün bacardıqları qədər sıxırlar.Yeni inkişafa başlayan süd vəzləri  inkişafdan qalır. Yüz min vəz əvəzinə iyrmi-otuz min vəz əmələ gəlir. Normal inkişaf etməmiş  məmədən də bol süd gözləmək səhv fikirdir. Bu gündə ucqar kəndlərdə kiçik yaşlarından lifcik geyinməyən analar ən azı bir il uşağa bol süd verirlər.

Bu sahədə anaların özlərini hazırlamaları haqqında, məməyə necə qulluq  etmək haqqında marifcilik yayımı, yox dərəcəsindədir. Çünkü qızlara lifciyin zərərli olması haqqında heç nə öyrədilmir. Lifciyi yalnız iyirmi yaşından sonra geyinmək məsləhətdir. Bunu heç kim onlara oyrətmir. Belə yayımlar  körpə qızlara 12-15 yaşlarında öyrədilməlidir. Bunu da ancaq analar və ya məktəblərdə qız dərnəkləri kimi qadın müəllimlər öyrədə bilərlər. Bu gün bu sahəni onların özləri də bilmirlər. Ona görə də bu çətin işi sizin televiziya boynuna götürə bilsə gələcəyin anaları üçün böyük yaxşılıq eləmiş olarsınız. Qadın konsultasiyasında  ikicanlı  analarıin necə davranmaları  özlərinə necə qulluq etmələri haqqında, həkimlər qadınları marifləndirmirlər. Məsələ hər gün rast gəldiyimiz bir hadisəni misal çəkim. Bir çox anaların məmələrinin (döş vəzlərinin) uclarının  giləsi yox dərəcəsində olur. Belə məməni uşaq heç cür dodağına alıb sora bilmir.  Süd məmədə qalır, süd vəzlərinin atrofiyasına səbəb olur. Bu vəziyət çox halda ananın südnün yox olması ilə nəticələnir.  Belə halların  olmaması üçün sovet vaxtı  poliklinkaların mamaçalıq otaqlarında analara məmələrin gilələrinin böyüdylməsi üçün öyrətmələr keçirilirdi. Doğuşa qədər ananın məməsinin giləsi böyüdülürdü. Hamiləliyin 8-ci aylığından hər gün ana döşünün giləsini 3-5 dəqiqə masaj etməsi məsləhət görülürdü. Apteklərdə xüsusi rezindən hazırlanmış sorucular olurdu. Analar  hamilə vaxtı  sorucu rezinlə gündə iki dəfə səhər və axşam məmənin  giləsini sordurma yolu ilə böyüdürdülər. Doğuş vaxtına qədər məmənin ucu böyüyüb normllaşırdı. Eyni zamanda sorucu rezin süd vəzlərini də qıcıqlandıraraq südün artmasına səbəb olurdu.  Bu gün hər şey tərsinə olubdur. Köhnələr unudulubdur. Təzə yenilikdə yoxdur. Pulun xətrinə  hər yerdə televizor, mətbuatlar vasitəsilə qondarma yemlər gündə bir neçə kərə təbliğ olunur. Anaların profilaktikası unudulur.

Uşağın ana südü ilə əmizdirilməsi ananın özü üçündə istirahət deməkdir. Ana təbiəti ilahidən elə yaradılmışdır ki, Ana nə qədər vaxt süd verərsə o müddətdə ananın gövdəsində ana olmaq üçün əmələ gələn hormonlar tormozlaşır. Hormon əmələ gəlmir. İkicanlılıq  arası nə qədər uzun olarsa, bir o qədər ana istirahət edir. Gələcək ikicanlılığa yaxşı hazırlaşır. Ana həmin süd verən müddəti aybaşı (anahalı) görmür və uşağa qalmır. Bununla da ananın gövdəsi bir il dincəlir. Son zamanlar uşağın 7-8  aylığında analar  yenidən ikicanlı olurlar. Bunun da əsas səbəbi  anaların uşağı çox tezdən 4-5 aylığından döşdən ayırmaları  olur. Bu halı tibbi baxımdan bir növ patoloji hamiləlik hesab etmək olar. Çünkü hələ ikicanlılıqdan sonra ananın gövdəsi özünün harmonlar mübadiləsini fizioloji hala salmamış  yenidən ikicanlı  olur.

Statisdik məlumata görə doğal ( təbii) yemlənən  (qidalanan) uşaqlara  nisbətən düzəltmə (süni)  yemlənən uşaqlar  arasında ölüm 5-6 kərə ( dəfə) çox olur. Bu günkü anaların 40-50-%nin südü hələ qırxlı uşağı doydurmur. Analar istər- istəməz uşağı düzəltmə yemlə  bəsləməyə doyuzdurmağa məcbur olurlar. 3-aydan sonra anaların 60-70 %-i uşağı  düzıltmə yemlə böyüdürlər. Çox təcüblü haldır ki, bu acınacaqlı vəziyətin səbəbini aydınlaşdıran elm ocaqları heç bir məlumat vermədən susmağa üstünlük verirlər.

Mən canlı  şahidi olduğum 1930-40 illərdə 3 yaşlı uşaqlar analarını əmirdilər. Anaların da bol südləri  olurdu.1950-70-İllər arası Bakının 2-3 doğum evində ana südünü satın alan məntəqə var idi. Çox südlü analar gedib orada südlərini sağıb satırdılar. Süd verən ana o qədər çox idi ki, bəzən növbə olurdu.  İndi səbəb nədir ki, 1-2-aydan sonra analarda süd olmur. Bu haqda elm ocaqları fikirləşib səbəbi aydınlaşdırıb ictimayətə bildirməsi analar üçün böyük yenilik olar.